text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bir xatirənin ovqatı. Təbii ki, mən Cabbar Qaryağdıoğlunu həyatda görməmişəm, amma onu görənləri görmüşəm. Xan Şuşinskinin, Yavər Kələntərlinin Cabbar haqqında xatirələrini öz dillərindən eşitmişəm. Hər halda, dəvət olunduğum verilişə "əliboş" getməmək üçün Cabbar Qaryağdıoğlu haqqında yazılan kitabları bir daha...
ANL
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətində azərbaycançılıq həmişə xüsusi yer tutub. Kərkükşünas alim kimi tanınan Qəzənfər Paşayev həyatının böyük bir dövrünü həsr etdiyi İraq türkmanlarının folkloru və ədəbiyyatına dair tədqiqatlarında, məşhur "Altı il...
ANL
Mayın 30-da Milli Kitabxanada ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Bakı Dövlət Universitetinin və digər ali məktəb tələbələrinin, gənc oxucuların iştirakı ilə "İnsan hüquqları" adlı sərgi-diskusiya təşkil olunub. Tədbirdə qeyd edilib ki, hər kəsin doğulduğu andan to...
ANL
Fəlsəfənin imtahanı. MƏQBULLARIN ÜMİDİNƏ QALMIŞ HİKMƏT SEVGİSİ. Bu günlərdə ali təhsil ocaqlarında fəlsəfənin tədrisinin azaldılması söhbəti təkrar aktuallaşdı. İlk dəfə fəlsəfə seçmə fənn kimi tədris olunmağa başlayanda da belə bir həyəcan təbili çalınmışdı. 2009-cu ildə akademik Ramiz Mehdiyev "Fəlsəfə və onu...
ANL
Vətən torpağını düşmən tapdağından azad etmək naminə fədakarcasına vuruşaraq həyatını qurban verən hər bir şəhid haqqında məqalə yazmaq jurnalist üçün, ilk növbədə, öz üzərinə mənəvi məsuliyyət götürmək deməkdir. Çünki belə qeyrətli oğulların şərəfli döyüş yolu onların xatirəsinə layiq şəkildə işıqlandırılmalı ...
ANL
Aşıq Ələsgər poeziyasının musiqidə təcəssümü. Çünki Dədə Ələsgər sözə başlayarkən məhz ustad fikrinə əsaslanmağı tövsiyə edib. Bu fikrə əyani sübut elə ustadın öz misralarıdır: Kiçiklər bir işi başlayan zaman, Böyükdən məsləhət alsa yaxşıdır. Arxasız igidin qiyməti olmaz, İgidin arxası olsa yaxşıdır. Aşıq Alıdan...
ANL
Mətbuatla bağlı mövzulara Əvəz Sadıq baxışı. Ə.Sadığın fəaliyyəti daha çox mətbuatla bağlı olmuş, publisistika isə onun yaradıcılığının mərkəzində dayanmışdı. Ə.Sadıqın publisistik yaradıcılığa başlaması həyatının Naxçıvan mərhələsinə təsadüf edir. imzaları ilə dərc olunmuşdur. Bu yazıların əksəriyyəti "Şərq qapısı" ...
ANL
Naxçıvanın yeni tarixinin mükəmməl salnaməsi. "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb". Azərbaycn xalqın...
ANL
Sonsuz ehtiramla anılan böyük bəstəkar. ƏBƏDİYAŞAR ƏSƏRLƏR MÜƏLLİFİ CAHANGİR CAHANGİROVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB. İyunun 18-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans təşkil edilmiş...
ANL
Azərbaycan İkinci Dünya müharibəsində. HİTLER ƏLEYHİNƏ KOALİSİYA MÜTTƏFİQLƏRİNİN GÖNDƏRDİYİ MALLARIN CƏBHƏYƏ ÇATDIRILMASINDA AZƏRBAYCANIN İŞTİRAKI. Azərbaycan hərbi əməliyyatlar meydanına çevrilməsə də, əvvəldən axıradək bu müharibədə fəal iştirak edib. Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərv...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Musayevadır. Elnarə xanımla amerikalı rəssam Kevin Sloanın "Modern korluq" əsəri haqqında danışmışıq. - Bu əsərdə Kevin Sloan yaradıcılığının hansı cizgilərini görürük? - Məşhur Amerika rəssamı Kevin Sloan daha çox magik real...
ANL
"İstedadı yox, bacarığı olanlar sosial şəbəkədə daha çox aktivdirlər". GƏNC İFAÇI KƏNAN QƏDİMOV: "MUSİQİNİ DAYIM KAZBEK ƏLİYEVİN SAYƏSİNDƏ SEVMİŞƏM". Sosial şəbəkələrdə parlayanlar. Onun həyatı birbaşa musiqiyə bağlıdır. Özünün də dediyinə görə, musiqi ilə yaşayır və özünü musiqisiz təsəvvür etmir. Həmsöhbətimiz a...
ANL
Milli səhiyyə sistemimizin təməl daşları. BU SAHƏDƏ ATILAN İLK ADDIMLAR AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ƏN MÜHÜM NAİLİYYƏTLƏRİ SIRASINDADIR. Həmin tarix Ümummilli lider Heydər Əliyevin 2001-ci ilin iyunun 4-də imzaladığı Sərəncama əsasən Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Səhiyyə sistem...
ANL
Birinci yazımızda “Web of Science” (Clarivate Analytics) jurnallarındakı çap olunan məqalələrdən bəhs etmişdik. Bu günki yazımızda isə “Web of Science” elmi verilər bazasındakı istinadlar (citations), təsir əmsalı (impact factor), H-indeks və Publons rəyləri haqqında vacib məlumatları verəcəyik, həm də bunlardan su...
ANL
Fikrin bədii həlli əsrlər uzunu bəşəriyyəti sözə daha sıx bağlıyıb. Poetik məzmun sözün dəyərini ən böyük zirvələrə ucalda bilib. Dostoyevski deyir ki, möhtəşəm düşüncələr böyük ağıldan çox, böyük hisslərdən qaynaqlanır. Hisslərin yaratdığı ovqat, şəxsin emosional vəziyyəti irq, cins, milli kimlikdən asılı deyil...
ANL
Psixoloji zorakılıq və alçaldılmaq duyğusu. ÖZÜNƏ DƏYƏR VER, BAŞQALARININ RƏYİNƏ BAĞLI YAŞAMAQDAN İMTİNA ET. İnsan necə yaralanır? Pəncərə silərkən yıxılmaqla, yoxsa stolun küncünə ilişən çeçələ barmağın qanaması ilə? Bəlkə, qaynar çaydana toxunmaqla? Bunlar adi məişət qəzaları zamanı baş verə biləcək yaralanmalard...
ANL
"Əsas məqsədim insanları düşündürməkdir". Keçmişdə insanlar nəyisə öyrənmək, məlumat almaq üçün mütləq ya cild-cild kitablar oxumalı, ya da uzun yollardan keçib bilgili insanları axtarıb tapmalı olurdular. Artıq dünya dəyişib, ən müxtəlif fəaliyyət sahələri yaranıb. Amma bununla belə öyrənmək, bilgi əldə etmək imkanla...
ANL
"Müəllim öz tələbələrini tanıtmaqdan çəkinməsin gərək. XANƏNDƏ VƏ PEDAQOQ HABİL MƏMMƏDOV: "TƏLƏBƏLƏRİMİN SƏSİNƏ DƏ, ONLARA ÖYRƏTDİKLƏRİMƏ DƏ GÜVƏNİRƏM". Müsahibim Habil Məmmədov Ağdam rayonunun Hacıməmmədli kəndində doğulub. On ildir ki, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbində səs müəllimi olaraq çalışı...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Fulya Öztürklə bağlı müzakirələr nə qədər cahil və xəbis adamların Feysbukda meydan suladığının növbəti təsdiqi oldu. Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir. Bəsit düşüncəli, həyasız adamlara indik...
ANL
Böyük vətənpərvərin xatirəsinə ehtiram borcumuz. TANINMIŞ ZİYALILAR ŞUŞADA ƏHMƏD BƏY AĞAOĞLUNUN EV MUZEYİNİN YARADILMASI İDEYASINI ÜRƏKDƏN DƏSTƏKLƏYİRLƏR. Kiçik şəhər olmasına baxmayaraq, ən qədim zamanlardan bu günə kimi Azərbaycan tarixinə, mədəniyyətinə bir-birindən dəyərli ziyalılar, şəxsiyyətlər bəxş edən Ş...
ANL
Tarixi qardaşlıq yolu: Batum müqaviləsindən Şuşa Bəyannaməsinə. Qardaş ölkələrin həyatının bütün sahələrini əhatə edən bu sənədin hər iki dövlətin bu günü və gələcəyi üçün son dərəcə böyük əhəmiyyət daşıması, onların və ən azı regiondakı müttəfiqlərinin qarşısında geniş perspektivlər açması barədə qısa müddət ərzində ...
ANL
Komitə ölkədə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir. Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formala...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də...
ANL
Dağlar qızı. Sədaqət Rəcəbova 1971-ci ildə Zaqatalanın dağlar qoynunda yerləşən Sabunçu kəndində anadan olub. Uşaqlıq illərindən öz sadəliyi, qoçaqlığı, elinə-obasına məhəbbəti, təbiətən saflığı ilə seçilən, temperamentli Sədaqət istər ailədə, istərsə də təhsil aldığı məktəblərdə hamının hörmətini qazanıb. Arzusu j...
ANL
Qanadları xeyirxahlıq olanın qisməti. O sözləri mən uşaqkən Osman Sarıvəllinin öz dilindən eşitmişəm. Şairin həmin misraları hansı nəcib niyyətə köklədiyini anlayıram və yeniyetmə, ilk gənclik çağlarımda o sətirlərin həqiqətinə də inanan kimiydim. O mənada ki, hər insan həm də öz həkimi olmalı, Yaradanın ona əman...
ANL
Azərbaycanda din və dövlət münasibətləri: keçmişdən bu günə. “Din dövlət və cəmiyyət üçün yox, insanlar üçündür” - bu aforizmdə böyük həqiqət olsa da, dini dəyərlərin dövlətin və cəmiyyətin siyasi-ideoloji və sosial-mənəvi həyatında böyük rolu var. Tarix boyu Azərbaycan cəmiyyətində dini inancların rolu nəzərəçarpaca...
ANL
"Sirlər xəzinəsi"nin Türk dünyası. Nizami yaradıcılığının türk-müsəlman mənşəyi, ideologiyası və estetikası dahi şair-mütəfəkkirin ilk poeması olan "Məxzənül-əsarar" ("Sirlər xəzinəsi"ndən) özünü bütün mümkün miqyasları ilə hiss etdirməyə başlayır. Əsas hiss edilən də odur ki, öz söz xəzinəsinin qapılarını səxavətlə...
ANL
Televiziya ekranından özünü göstərməkmi? Vladimir Pozner çox mübahisəli bir fiqurdur. Ehtimal edirəm ki, onu qəbul etməyənlər edənlərdən qat-qat çoxdur. Di gəl ki, professionallığı şübhəsizdir. Təcrübəsi və intellekti mübahisə predmeti ola bilməz. Haqqin.az-da oxuyuram ki, Pozner jurnalistika fakültələrinin ləğv...
ANL
Yay məktəbi"nə geniş ictimai dəstək var. Bu təşəbbüs pandemiyanın təhsil prosesində yaratdığı boşluqları aradan qaldırmaq baxımından faydalı sayılır. Bir ildən artıq davam edən pandemiya şəraitinin fəsadları bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də öz mənfi təsirini göstərib, cari tədris ilinin böyük hissə...
ANL
BƏSTƏKAR GƏNC YAŞINDA LAYİQ OLDUĞU FƏXRİ ADI NİYƏ ALA BİLMƏDİ? Normal məntiqə görə, hər bir xalq yetişdirdiyi dühaları dünyaya tanıdıb buna həm də özünü tanıtmaq, necə istedadlı bir xalq olduğunu sübut etmək şansı kimi baxmalıdır. Çox təəssüflər olsun ki, bizdə bu mədəniyyətə yiyələnmək bir yana, bəzən hətta bun...
ANL
Erməni terrorunun qurbanı: görkəmli diplomat İbrahim Əbilov. 1920-ci il 23 aprelində Ankarada TBMM-nin ilk toplantısı keçirilmiş, milli hökumət təşkil olunmuş, eyni zamanda, Azərbaycanda bolşeviklər hakimiyyəti ələ keçirmiş, Moskvaya bağlı yerli hökumət meydana çıxmışdı. Bu hökumətə Azərbaycanın görkəmli dövlət x...
ANL
Vətəninə layiq gənc olduğunu döyüşdə sübut etdi - Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində misilsiz rəşadət göstərdi. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizin tarixi məqamı isə 28 il yarım işğal altında qalan, hərbi-siyasi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşıyan Şuşa şəhə...
ANL
Əlişir Nəvainin şəxsiyyəti haqqında ilkin qaynaqlar. Dahi mütəfəkkir, klassik özbək şairi Əlişir Nəvai bəşəri ideyaları özündə təcəssüm etdirən əsərləri ilə dünya klassikləri sırasında özünəməxsus yer tutmuşdur. Bu məsələni, islamın təsiri olaraq orta əsrlər Şərq-müsəlman ədəbiyyatı tarixində artıq ənənəvi hal ...
ANL
Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib. 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Mətbuat Şurasının sədri Əflatun Am...
ANL
İsa Həbibbəyli çinli tədqiqatçılara mühazirə oxuyub. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli “Çin-Azərbaycan münasibətləri” silsilə mühazirələri çərçivəsində Çinin aparıcı elm və təhsil ocaqlarının alimləri və gənc tədqiqatçılarına mühazirə ...
ANL
Tələbələrin ifasında Nizami Gəncəvi kompozisiyası. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin bir qrupu "Nizami Gəncəvi ili" ilə əlaqədar dahi şairin əsərlərindən ibarət kompozisiya hazırlayıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanı...
ANL
İnsanlığın sonsuz ehtiyacı - mehribanlıq. Allah çox mehribandır və mehriban olanları da çox sevər. Peyğəmbərimiz buyurub ki, insanları yalnız mallarınızla razı edə bilməzsiniz, onları gülərüzlə və gözəl xasiyyətlə razı sala bilərsiniz. Həqiqətən də, insana min yaxşılıq edib, bəlkə üzrlü səbəbdən bircə dəfə səsin...
ANL
Buna görə bəzi anlar dünən baş vermiş kimi canlanır zehnimizdə. Bəzən illərin necə keçdiyinin fərqində olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu haqlayıb iyirmi havasında oluruq. Şəkillərə baxanda eyni olduğumuzu düşünür, yaşadıqlarımızı xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər dəyişdiyimizi fər...
ANL
Gözəllik kimi fərdi və spesifik zövqdən ibarət anlayışı da hansısa standartlara əsasən müəyyən etməyə çalışırlar. Kimlər ki, həyatın ona bəxş etdiyi bu hədiyyədən vaxtında xəbərdar olur və vaxtında enerjisini bura yönləndirir, o adamın uğurlu olması daha real olur. Ancaq kimlər ki, özünü istedadı olmadığı halda ...
ANL
Əlbəttə, bu, fantastik bir ideyadır, məgər bir əsr əvvəl fantastik kimi görünənlər sonra həyatda öz təsdiqlərini tapmadılarmı? Marsda bəlkə də heç vaxt həyat olmayacaqdır. Həyat Yer üzündə yaranmış və öz mövcudluğunu burada davam etdirir. Lakin kimsə Yer üzünün nüvə arsenalından bəşəriyyətin birdəfəlik xilas olm...
ANL
İnsan doğulduğu torpağa, ata yurdu saydığı ev-eşiyə təbii mənəvi-ruhi bağlılıqla yaşayır, illər bir-birinin üstünə qalandıqca hər dəfə böyük dünyaya yol aldığı kiçik kəndinə, ya şəhərinə qədəm basdığında, lap qocalığında belə, doğma ocaqdan güc alır, sanki həyat eşqini körükləyən bir qüvvə ona qol-qanad verir. ...
ANL
Yaxın Tiflisin uzaq mənzərəsi. Deyirlər ki, istirahətin mövsümü olmur. Bir neçə günlük də olsa, harasa getmək istəyirsən. Necə deyərlər, yetim əlində qoğal gülməli göründüyü kimi, kasıbın istirahətə getməsi də boynuna biçilməyib. Təbii ki, şəxsi problemlərimi yazıb oxucunu yormaq onu neqativə kökləmək niyyətim d...
ANL
XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi publisist, yazıçı, siyasətçi Əhməd bəy Ağaoğlunun Türkiyədəki yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə nəzər salarkən bir insan ömrünə sığmayan son dərəcə zəngin və gərgin həyat yolunun olduğunu görürük. Yaradıcılığı ilə tanış olarkən görürük ki, Azər...
ANL
Zəfər Paradından Şuşaya qədər... MÜDAFİƏ NAZİRLİYİNİN ƏLAHİDDƏ NÜMUNƏVİ HƏRBİ ORKESTRİNİN RƏİSİ RÜFƏT AXUNDZADƏ: "YAŞADIĞIMIZ BU SONSUZ SEVİNC VƏ QÜRUR HİSSLƏRİNƏ GÖRƏ BİZ HƏRBÇİLƏRİMİZƏ, ƏSGƏRLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ VƏ ŞƏHİDLƏRİMİZƏ BORCLUYUQ". 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qey...
ANL
Cinsiyyət rolları, yoxsa sosial mənlik? Biz insanlar doğulduğumuz andan etibarən sosial mühitə göz açırıq. "Mən və başqaları" anlayışına sahib olduğumuz kiçik yaşlardan etibarən doğulduğumuz sosial mühiti də dərk etməyə, həmin mühitə uyğun reaksiyalar verməyə başlayırıq. Başqa insanlarla aramızda baş verən sosi...
ANL
Tarixin ibrət səhifələri. Xalqımız üçün çox ağrılı problemi - 115 ilə yaxın bizi nəinki torpaqlarımızı tutmaq, hətta bir xalq kimi məhv etmək, yer üzündən izimizi itirmək istəyən erməni faşistlərinin niyyətini çox uzaqgörənliklə, müdrikcəsinə duyan Ömər Faiq Nemanzadənin bir qəzet məqaləsində yazdıqları zaman-z...
ANL
Azərbaycanlı şair "Alaş" mükafatından niyə imtina etdi? Tanınmış şair, tərcüməçi Akif Əhmədgil uzun illər Azərbaycan-Qazaxıstan mədəni əlaqələrinə töhfə verib. Hələ keçən əsrin 80-ci illərində, Qazaxıstanın ziddiyyətli dövründə şair Əjdər Ol ilə birlikdə orada səfərdə olub. Həmin dövrdə - qazaxların arasında mi...
ANL
Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabı təqdim olundu. Dünən "Azərkitab" kitab təbliğatı mərkəzinin nəzdindəki Cabir Novruz adına poeziya evində yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabının təqdimat mərasimi keçirilib. Müəllifin sayca 15-ci olan bu...
ANL
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər dokoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabı çapdan çıxıb. Kitab müəllifin 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibətilə buraxılmış ...
ANL
Müzakirəmizin budəfəki mövzusu istedadlı yazıçı Sara İbrahimin "Segah" hekayəsidir. Sara xanımın çoxlu sayda hekayələri və "Yasaq sevgilər" romanını oxumuşam. Bu realist rəsvir üsuluna meyilli, özünəməxsus yazıçı haqqında qənaətlərimi roman haqqımda yazacağım məqaləyə saxlayır, hamıya uğurlar arzu edirəm. Layihə...
ANL
Müzakirəmizin budəfəki mövzusu istedadlı yazıçı Sara İbrahimin "Segah" hekayəsidir. Sara xanımın çoxlu sayda hekayələri və "Yasaq sevgilər" romanını oxumuşam. Bu realist rəsvir üsuluna meyilli, özünəməxsus yazıçı haqqında qənaətlərimi roman haqqımda yazacağım məqaləyə saxlayır, hamıya uğurlar arzu edirəm. Layihənin i...
ANL
ŞUŞANIN. Mübarək Zəfərin dəydi qədəmi, yanır köhləninin nalı Şuşanın. Ömürlük unutmaz bircə yol görən, var ol, Qələbəni Yurda gətirən! Bura pətəklə gəl, arı becərən, çiçək məlhəmidir balı Şuşanın. Bacalar daşıyar tüstü ocaqdan, yayın qızmarında üstümdə yorğan, övlad qeyrətinə inandığından. - Boynuma sarmandı qolu Şuşan...
ANL
"Siyasi islahatlar iqtidar-müxalifət münasibətlərinin sivil formaya düşməsinə zəmin yaradıb". Teyyub Qənioğlu: "Dialoq kənar müdaxilə olmadan aparılmalıdır". "Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğludur. - Teyyub bəy, bir ildən artıqdır, ölkəmizdə iqtidarla ...
ANL
Yeddi yaşdan on yeddiyədək yaşadığım məhəllə. Əgər müəllimlər evinin qalıqları olmasaydı, yaşadığım evin yerini belə tapmazdım. İndi görürəm, deyəsən, müəllimlər evinə bitişik divarın rəngi də tanışdır. Axı, otuz il müddətində Tabaki xislətli erməni ac-yalavacları işğal olunmuş şəhərlərimizdəki evləri qarət etmi...
ANL
Azərbaycan Film Komissiyasının təqdimatı olub. İyunun 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Film Komissiyasının (Filming Azerbaijan) təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət üzvləri, diplomatik korpus nümayəndələri, habelə ölkəmizdə səfərdə olan Türkiyənin Mədəniy...
ANL
Qəzəl-romans müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycan Bəstəkarlar İttifaqının Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə peşəkar bəstəkarlar arasında qəzəl-romans janrında elan etdiyi müsabiqənin qalibləri iyunun 29-da mükafatlandırılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İtti...
ANL
Beyləqanın iyun istisində Söz mehi. Beyləqanın qorabişirən iyun istisi daraşıb canımızdan tər kimi çıxır və maşının açıq şüşələrindən üzümə çırpılan, eynəyimi yalayıb keçən həzli-ləzzətli külək də bu vahiməli istinin əlindən almır bizi. Nazik yolun kənarından başlayan qatar-qatar tarlalalar uzanıb üfüqdə bozar...
ANL
Milli qayğılarla, bəşəri duyğularla yazılmış kitab. Mobil telefonuma gələn zəngə baxdıqda tanış olmayan nömrə gördüm. sualının düşüncəsi altında zəngi açdım. sualının döydüyü yaddaş süzgəcimi vərəqlədim. Amma səsin sahibinin kimliyini tapa bilmədim. Salamı aldım, soruşmağa tələsmədim. Səs köməyimə gəldi. - Böy...
ANL
Aşıq sənəti tariximizin Xaltanlı Tağı səhifəsi. Qubalı Fətəli xanın Dərbənd şəhərini Quba xanlığının mərkəzinə çevirməsi sonrakı dövrdə ədəbi mühitin Quba-Dağıstan ərazisini əhatə etməsinə təkan vermişdi. Bu ərazidə yaşayan azsaylı xalqların bir-biri ilə ünsiyyət vasitəsi olan Azərbaycan türkcəsi, Lermontovun de...
ANL
Poeziyada əks olunan uşaq dünyası. Gələcək nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının rolu danılmazdır. Uşaq ədəbiyyatı ədəbiyyat tariximizin ən zəngin səhifələrindən biridir. Vaxtı ilə böyük şairimiz Səməd Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqaləsində uşaqlar ...
ANL
Şopenin inciləri incə zövqlər aynasında. Təbiətin ən gözəl mənzərələrini - rəsmlərini Tanrı yaradıb. Ancaq qulaqlarımızdan həyatımıza nüfuz edən ən möhtəşəm səsləri insan fitrəti düzüb-qoşub. Allahın mükəmməl yaratdığı insan qırıq-qırıq, monoton səsləri seçib, calaya-calaya, kökləyə-kökləyə elə sədalar səsləndi...
ANL
O, tamam fərqli bir sənətkardı... Xalq rəssamı Salam Salamzadənin yaradıcılıq yoluna dair qeydlər. Azərbaycan təsviri sənət aləmində özünəməxsus yeri var Onun. Təsviri sənətin dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərib, yaddaqalan əsərlər müəllifi kimi tanınıb və həmçinin, incəsənət istiqaməti üzrə uğurlu i...
ANL
Kamil Səmədli: "İnsan bir şey uğrunda savaşdığı zaman insan olduğunu xatırlayır". Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılarına tez-tez müraciət olunur. Belə mahnıları yeni aranjimanda cəmiyyətə təqdim edən bir çox gənclər var. Həmin təşəbbüskar gənclərdən biri də bugünkü həmsöhbətimiz Kamil Səmədlidir. Uşaq...
ANL
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır. Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında 4 saat...
ANL
Az.shafaqna.com xatırladır ki, Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasından 29 il ötür. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT-nin Nyu-York...
ANL
Dərdini danar ağlar. Daha bir şəhid ailəsinin ünvanındayıq. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində aparılan hərbi əməliyyat zamanı başından ağır yaralanan Azər bir müddət xəstəxana...
ANL
Erməni vəhşiliyini kətana köçürən rəssam. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevdir. Ramil bəylə Məhəmməd Əliyevin "Son vida" əsəri haqqında danışmışıq. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin məzunu olub və V.Muxina adına Leninqrad (Sankt-Peterburq) ...
ANL
Bu ilin martında Azərbaycan Yazıçılar Birliyinin Qazax Filialının sədri, Şair, Əməkdar İncəsənət Xadimi Barat Vüsalın 70 yaşı tamam olacaq. Yubiley münasibətilə onun yaradıcılığı haqqında görkəmli ədəbiyyat. və mədəniyyət xadimlərinin dedikləri dəyərli fikirlərdən bir qismini oxucularımıza. təqdim etməyi qərara ald...
ANL
Əlbəttə, sevilər də, unudulmaz da... İllər əvvəl Gülhanə Parkına girər-girməz oradakı ceviz ağaclarının həndəvərinə elə həyəcanla boylanmışdım ki, elə bil, oralarda bir yerdə, "polisin belə fərqində olmadığı" bir köşədə məni gözləyirdi. Hündür və çoxillik ceviz ağaclarının lap uclardakı budaqlarının arasından süzülən ...
ANL
Ankarada “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzulu mərasim keçirilib. Martın 2-də mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Ni...
ANL
Şirvanşahlar Sarayı Kompleksinin "3D" modeli təqdimatı olunub. Martın 2-də Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360°-li "3D" modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən APA-ya verilən məlu...
ANL
Yazılı abidələrimiz elektronlaşdırılır. ƏZİZAĞA NƏCƏFOV: "ƏLYAZMALARI ELEKTRONLAŞDIRMAQDA MƏQSƏD ONLARIN YALNIZ MÜASİR TƏDQİQATÇILARIN ONLAYN İSTİFADƏSİNƏ VERMƏK DEYİL, HƏM DƏ GƏLƏCƏK NƏSİLLƏRƏ SAXLAMAQDIR". Bəşəri əhəmiyyətə malik sənədli irsimizin qorunub saxlanması ilə yanaşı, etibarlı şəkildə gələcək nəsill...
ANL
Azərbaycan sufi folkloruna bir baxış. Ədəbiyyatımızda sufi, dərviş, mürid, mürşid ənənələrini xatırladan əsərlər çoxdur. Göründüyü kimi, dastanın yaradıldığı dövrdə dərvişlər inanc yeri olmuş, hətta onlardan dilək diləmişlər. Sufiliklə bağlı ifadələrə orta yüzilliklərin yazılı ədəbiyyatında daha çox rast gəlirik....
ANL
Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. O "Qazanılmış manat"dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım "manat"ı əlim yana-yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərində çalışdığım el...
ANL
Kərim Tahirov Türkiyə Milli Kitabxanasınin direktoru ilə görüşüb. Kərim Tahirov Türkiyə Milli Kitabxanasında görüş keçirib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Türkiyə Milli Kitabxanasında görüş keçirib. Milli Kitabxanadan SİA-ya bildirilib ki, kitabxananın direktoru Türkiyə Mədəniyyət və Turizm...
ANL
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik. Türkiyə Respublikasına səfərimiz səmərəli oldu. Ankarada keçirdiyimiz görüşlərdə Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də incəsənət, muzey, kitabxanaçılıqla bağlı təcrübə m...
ANL
Dahiyanə sadəlik. Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəyin yubileyinə töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm. Yazıldığı vaxtdan 50 il keçməsinə baxmayaraq, görkəmli klassikin yaradıcılığından böyük ehtiramla, məhəbbətlə bəhs edən bu...
ANL
Milli onomastika məktəbinin banisi - Afad Qurbanov. Bu yaxınlarda müasir milli dilçilik elminin ən görkəmli nümayəndələrindən biri olan Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanovun anadan olmasının 92-ci ildönümü tamamlandı. O, Azərbaycan dilç...
ANL
Azərbaycanda peşə təhsili: yeni dövrün tələbləri və perspektivlər. Pandemiya şəraiti təhsil üçün böyük çağırışlar ortaya qoydu. Çünki peşə təhsili mahiyyət etibarilə praktiki təlimlər və istehsalat təcrübəsinə əsaslanan bir öyrənmə prosesidir. Vəziyyətdən çıxış yolu kimi məzmunun ötürülməsinin yeni kanalını müə...
ANL
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir. Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta ...
ANL
İstalbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri zamanı bir neçə tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, səfər proqramı çərçivəsində nümayəndə heyətimiz Maltepe Bələdiyyəsinin Türkan Sayl...
ANL
Hər birimizin vətəndaşlıq borcu. Heç kim qanundan üstün deyil. İnsanların əksəriyyəti getdikcə başa düşür ki, cəmiyyətdəki mənəvi dəyərlər sistemində mövcud qanunların tətbiqində neqativ proseslər cərəyan etməkdədir və bu pozuntuların qarşısını almaq, onun sürətini azaltmaq və nəhayət, prosesi dayandırmaq vaxtı çatıb. ...
ANL
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim. Cəmil Əlibəyovun "Mənim analı dünyam" romanını neçə dəfə oxumuşam. Zaminin düşüncələrini düşüncələrimə tən bilmişəm. Əsəri hər oxuyanda bir daha əmin olmuşam ki, hamının analı dünyası ruhunun dünyasıdı. Analı dünyanın səyyarəsi dünyanın səyyarələrinə bənzəmir,...
ANL
Gerçək bədii mətnin vəsfi. Əsl şair hər parıltılı kəlməyə doğru can atmır. Çünki ilk baxışdan bu gözaldadıcı parıltı sahibini və oxucusunu aldada da bilər. Onda inam, etibar itər, urvatlı söz qədir-qiymətini qorumaqda çətinlik çəkər. İlk uğurlu şeirlərini və elmi-publisistik məqalələrini ötən yüzilliyin səksənin...
ANL
Halımın yuxa yerin. Dağlara qar yağırdı, Dağdan bir səs çağırdı. Dərdlərim çox ağırdı. Dəryaya qayıq düşər, Qayıqçı ayıq düşər. Bacım çox ağlamasın, Məzarım duyuq düşər. Qəm çəkdim sayrı düşdüm, Kəm bəxti əyri düşdüm. Qəribəm tanıyan yox, Qəbrimə nişana qoy. Sinəmdə bağ becərdim, Dərd dərdə calağ oldu. Ağ günlər barmaq...
ANL
“Azərbaycan Böyük İpək Yolu üzərində”. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı monoqrafiya ingilis və rus dillərində işıq üzü görüb. Kitabın nəşri Fond tərəfindən həyata keçirilən “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində“ adlı genişmiqyas...
ANL
Milli Kitabxanadan 8 Mart sərgisi. Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımı...
ANL
Mirzə Kazımbəy xristianlığı necə qəbul etmişdi? Hər şey atası, Dərbənd şeyxülislamı Hacı Qasım bəyin (?-1838) Rusiya əleyhinə fəaliyyətdə şübhəli bilinib Həştərxana sürgün edilməsindən başlanmışdı. "1820-ci ildə atam digər məhkumlarla birlikdə hərbi gəmidə Həştərxana yola salındı”, - deyə Mirzə Kazımbəy sonralar ...
ANL
“Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüf əsərləri)” kitabının təqdimatı keçirilib. Tədbirdə Özbəkistan və Əfqanıstan Respublikalarının Azərbaycand...
ANL
Cənnətdəki ilk Qadınlar Günün mübarək, Arəstə! VƏTƏN MÜHARİBƏMİZİN İLK VƏ TƏK XANIM ŞƏHİDİ ÖZ ŞÜCAƏTİLƏ YADDAŞLARDA VƏ KÖNÜLLƏRDƏ ƏBƏDİLƏŞDİ. Mart ayı ölkəmizdə bayramlar ayıdır. Bu bayramlardan biri də qadınlara nəzakət, sevgi və qayğı tərənnüm edən, onların kişilərlə bərabərhüquqlu olduğunu aşılayan, qadınla...
ANL
Yunus Əmrə İnstitutunun rəhbəri Beynəlxalq Muğam Mərkəzində olub. Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla Beynəlxalq Muğam Mərkəzinin (BMM) rəhbərliyi arasında görüş keçirilib. BMM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov təmsil etdiyi mədəniyyət ocağının fə...
ANL
"Nizami Gəncəvi və dünya ədəbiyyatı" mövzusu müzakirə olunub. Xəzər Universitetində onlayn seminar: Nizami Gəncəvi və dünya ədəbiyyatı. Xəzər Universitetinin “Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirib. Tədbir Prezident İlham Əl...
ANL
Tənhalıq və intihara qlobal çarə axtarışları. Tənhalıq və intihara qlobal çarə axtarışları. Son vaxtlar ölkəmizdə baş verən intihar halları ilə bağlı əsaslı müzakirələrlə yanaşı, əsassız, süni ajiotaj yaratmaq səyləri də aşkar görünür. Hadisələrə rasional elmi deyil, emosional, ən çox da qərəzli yanaşma üstünlük...
ANL
İrəvan Sərdarının sarayında güzgülü zal. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevdir. Onunla Qriqori Qaqarinin "İrəvan sərdarının sarayında güzgülü zal" əsəri haqqında danışmışıq. - Rus rəssamı, knyaz Qriqori Qriqoryeviç Qaqarin 1810-cu ildə Sankt-Peterburqd...
ANL
"Amalım elmimizin, səhiyyəmizin inkişafına xidmətdir" –. İSTANBUL UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN CƏMİLƏ BAYRAMOVA BUNUN ÜÇÜN İMKAN YARADAN DÖVLƏT PROQRAMININ ÖNƏMİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR. Müasir dövrdə hər bir ölkənin davamlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır. Sürətli dəyişikliklər...
ANL
Azərbaycana aid nəşrlər Qətər Milli Kitabxanasında. Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, eləcə də Qarabağ haqqında kitablar Qətər Milli Kitabxanasına hədiyyə edilib. Ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş müxtəlif mövzulu, əsasən in...
ANL
ZAMANIN SINAQLARINDAN ŞAİR VƏ ŞƏXSİYYƏT KİMİ ÜZÜAĞ ÇIXMIŞ DOSTUM BƏHRAM FƏRMANZADƏNİN 70 YAŞINA. Məmməd ORUC. 1957-ci ilin payızı idi. Kəndimizdəki Lenin adına kolxozun yenicə istifadəyə verilmiş klubunda "Böyük Oktyabr inqilabı"nın növbəti ildönümü münasibətilə, yerli özfəaliyyət qruplarının bayram tədbiri keçiri...
ANL
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru. Zəngəzur qəzasının qazısı, tarixçi, folklorşünas Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" kitabı Qaçaq Nəbinin həyatına və mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin, etibarlı, əhatəli mənbədır. Kitabın mündəricatındakı bəzi başlıqlara diqqət y...
ANL
İstədim baharı gətirim sənə. Onu əvvəlcə arzulayırıq, sonra dünyaya gəlişini intizar və həsrətlə, həyəcanla gözləyirik, qucağımıza götürəndə sanki bütün dünyanı qollarımız arasına almış kimi oluruq. Sonra da başlayır yuxusuz gecələrimiz. Yuxuda da üz-gözünü turşutsa, narahat oluruq. Beşiyi başında bəstəkara çevrilirik,...
ANL
Moskvada “Nizaminin əsərlərində süjet və obrazlar” adlı sərgi açılıb. Moskvadakı Dövlət Şərq Muzeyində “Nizaminin əsərlərindəki süjet və obrazlar” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan sərgi dahi Nizaminin 88...
ANL