text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Tbilisidə Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi təşkil edilib. Martın 10-da Tbilisidəki Gürcüstan Parlamentinin Milli Kitabxanasında dahi şəxsiyyət və pedaqoq, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəyə həsr olunmuş sərgi açılıb. Sərgidə M.F.Axundzadənin Gürcüstan Milli Kitabxanasında və Tb...
ANL
Milli Kitabxana beynəlxalq forumda iştirak edib. Azərbaycan Milli Kitabxanası martın 11-də “Kitabxanalar birliyi: Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri” adlı beynəlxalq forumda iştirak edib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, forumda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özb...
ANL
Seyran Səxavət bilyardda rus yazıçı Andrey Bitovu necə uddu? YAZIÇI SEYRAN SƏXAVƏTİN GƏNCLİK VƏ UŞAQLIQ DOSTU ASİF EMİNOV ONUNLA BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞÜR. "Onun yaradıcılığı ilə ilk tanışlığım gənclik dövrümdə olub. Zaman elə gətirdi ki, sevdiyim bir yazıçı ilə şəxsən tanış oldum, nəinki tanış oldum, hətta A...
ANL
Tanıyaq və tanıdaq: Leyla Nedayi. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya ö...
ANL
Mühacirlərimiz arasındakı ziddiyyətlərin qabardılmasına qarşıyam". Bir xalq üçün ən dəyərli amillərdən biri də, həmin xalqın tarixinin, mədəniyyətinin tədqiqi və öyrənilməsidir. Hələ qatı açılmamış səhifələrin üzə çıxarılması bizim üçün olduqca vacibdir və bu yöndə mücadilə aparan şəxslər həm də tariximizin sadi...
ANL
- Məncə, ümumilikdə ədəbiyyatın hər iki tərəfi müharibədi... Nədənsə Sabirin Xaqanidən tərcümə etdiyi beyt yadıma düşdü: Durmuşam pişü-pəsü-tənədə Sabir, necə kim, O əliflər ki pəsü-pişü. Əteynadə durar... Tənə sözünün əvvəlinə və sonuna əlif hərfi qoyanda əteyna sözü alınır ki, mənası tənələr deməkdi. Sabir demək istə...
ANL
Sabir demək istəyir ki, tənənin əvvəlində və sonunda əlif hərfi kimi durmuşam... O baxımdan, müharibə də ədəbiyyatın əvvəlində və sonunda duran məfhumdur, çünki davası olmayan mətn ədəbiyyat ola bilməz. Bu baxımdan, dediyiniz üçbucaq olmayan yerdə və yaxud onun bucaqları yola getməyən yerdə ədəbiyyat da yoxdur......
ANL
Lakin ruhumu çağıran o qədim yollar bitib tükənmədi, zaman-zaman səslədi, gözlədi məni. Və bu yazını yazmağa məcbur oldum... Qədim salnamələr soraq verir ki, oğuzlar yazın arxasınca gəzər, bahar çöllərinin, çəmən çiçəklərinin tilsimində yaşardı. Ulu tarix kitabı kimi oxunan Tovuz torpağını gəzdikcə qəlbimizin çöll...
ANL
"Azərbaycanda komikslə bağlı yanlış təsəvvür var" . İLK MİLLİ VƏ YERLİ KOMİKSİN MÜƏLLİFİ KİMİ TANINAN TƏLƏT HÜSEYN DEYİR Kİ, BU "TƏSƏVVÜR"Ü DƏYİŞMƏYƏ, KOMİKS SƏNƏTİNİ İNKİŞAF ETDİRMƏYƏ ÇALIŞIRAM. Ədəbi və təsviri sənətləri özündə birləşdirən komikslərə maraq dünyada gündən-günə artır. Komiks hekayəni şəkillər v...
ANL
"İllərini sayan Anar"... Ustadın doğum günü ərəfəsində Moskvada "Maska" nəşriyyatında çapdan çıxan bu qalın, sanballı kitabı oxuduqca bir həqiqəti anlayıram: Sənətkar vətənindən ayrı qəbul oluna bilməz. Erkən gəncliyindən, elə ilk işıq üzü görən əsərlərindən müxtəlif dillərə tərcümə edilən yazıçı azərbaycanca, ...
ANL
İntihar və onu doğuran səbəblər. MÜTƏXƏSSİSLƏR CƏMİYYƏTİ SARSIDAN BU PROBLEMİN HƏLLİ YOLLARI BARƏDƏ NƏ DÜŞÜNÜRLƏR? Bu gün cəmiyyətin ən başlıca problemlərindən biri də getdikcə daha da artan intiharlardır. Həm də intihar edənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. İntiharların günü-gündən artmasının səbəblə...
ANL
Nə baş verəcəksə, onu mərdliklə qarşılamalıyıq. Təbiətin qanunu heç kəs poza bilmir, dəyişə bilmir, yaxınlaşan ölümün da qarşısını almaq çox çətindir. Mən sənə Herodotun Kserks barədə yazdığı bir əhvalatı danışmaq istəyirəm. Bu əhvalat ölümün qaçılmaz olduğunu, qədim insanların da bunu yaxşı anladığını əks etdi...
ANL
Təsadüf köynəyi. qəlbimdə bir təəssüf əyləşir mənim yerimə. Mənim yerimə həmin təəssüf baxır sənə, çayı həmin təəssüf süzür ikimizə də. Səni görəndə anlayıram ki, çoxdandır insan nəfəsi dəyməyən evdir könlüm. Gözlərimi düymələyir saçlarının qoxusu, səni düşündüyüm gecələrin yuxuları, - cəllad yuxusu - huşum bulanır b...
ANL
Seyran Səxavət bütövlüyü. Düzdür, o vaxta qədər onun çap olunmuş əsərlərinin demək olar ki, tam əksəriyyətini oxumuşdum və haqqında artıq bitkin fikirlərim var idi. Seyran müəllimin hər yeni hekayəsinin, povestinin, romanlarının çapını həmişə böyük maraqla, intizarla gözləyirdim və həmin elə eyni maraqla, zövq al...
ANL
Səməd Vurğun və Yusif Səmədoğluya. Səməd Vurğun və Yusif Səmədoğluya. Fəqət, mən istərəm qıymasın həyat, Şeirin ağladığı bir gözəlliyə. İnqilaba sədaqətindən asılı. yırğalayırdı külək, Çalpapağın adamı. sədaqətini gizlədiyin bədənini. Küçədən atlı keçər, pəncərələr bağlanar, bir qurd ulayar, qorxu şəhərə yayılar: insan...
ANL
Biz bir sıra xalqlardan fərqli olaraq, etiraf etməliyik ki, öz tariximizə ciddi fikir verməmişik, sirr deyil ki, onun səhifələrində detallar zənginliyi çatmır. Nankor qonşularımız isə tarixin saxtalaşdırılması, bu yolla həm də son bir neçə əsr ərzində başqa ərazilərdən köçürülmək qaydasında gəlib onun torpaqları...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi. Atəş Əhmədli ilə Novruz adətləri haqqında söhbətləşdik. - Novruz bayramının tarixən xalqımız üçün nə kimi əhəmiyyəti olub? - Novruz Azərbaycan xalqı üçün yeni ilin gəlişidir. Tarixən xalqımız bu bayrama böyük əhəmiyyə...
ANL
Qadın və şiddət. Pandemiya sadəcə sağlamlığı, iqtisadiyyatı deyil, ailələri, insan münasibətlərini də yerlə bir etməkdədir. Virusun ən böyük qurbanları isə qadınlardır. Bir çox qadın karantində, güvəndə, təhlükəsiz hesab edildiyi evində, yuvasında ölümlə burun-buruna yaşamaqdadır. Bağlı qapılar arxasında dəhşətli had...
ANL
Novruz bayramı Şəhriyar yaradıcılığında. XX əsrin dahi söz ustadı doktor Seyid Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar Azərbaycan türklərinin düşüncə tərzində, bədii yaddaşında, mifoloji təfəkküründə, folklorunda yaşadaraq bu günümüzə ərməğan etdiyi adət-ənənələri, mərasim və ayinləri, təntənəli bayram günlərini yüksək...
ANL
Bütöv sənətkar haqqında yarımçıq yazı. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 75 yaşı tamam olur və yazıçının bu yubileyi ədəbi mühitdə dərin məmnunluqla qeyd edilir. Azərbaycan Yazıçılar Birliyi yubiley münasibətilə Seyran Səxavətə təbrik məktubu ünvanlayıb. Məktubdakı bu sətirlər ...
ANL
Qərbi Azərbaycanda və Zəngəzur qəzasında Azərbaycan məktəbləri. Tədricən bu cür məktəblərin sayı artdı. İrəvan şəhəri istisna olmaqla 1936-cı ildə Qərbi Azərbaycandakı Azərbaycan məktəblərində bir nəfər də alitəhsilli müəllim yox idi. Həmin il Qərbi Azərbaycanda 541 müəllim çalışırdı ki, onlardan yalnız 5 nəfərin ali...
ANL
Səyyad Aran məktəbi. Ədəbiyyatın ilk cümləsini biz Səyyad Arandan öyrənmişik. Səyyad müəllim kimi şeiri, hekayəni təhlil etmək istəmişik, yenə mən, Sərvaz, Murad, Dayandur və başqaları. Bu o zaman idi ki, Səyyad müəllim İmişli şəhər 1 saylı orta məktəbində ədəbiyyat müəllimi işləyirdi, bizi məktəbə ədəbiyyat gecələr...
ANL
Orxan Fikrətoğlu: "Arzularım heç vaxt kiminsə arzularıyla toqquşmayıb". Ad günü ərəfəsində yubilyarla həyat, ədəbiyyat, keçmiş və bu günlə bağlı həmsöhbət olduq. Ancaq əksəriyyət sizi jurnalist, aparıcı kimi qəbul edib. Əlbəttə, bugünkü kütlə Orxan Fikrətoğlunu "Zorxana"dan tanıyır. Əslində, mən elə "Zorxana"nı...
ANL
Bu günlərdə bir qrup jurnalistin və ziyalıların Ağdama növbəti səfəri gerçəkləşdi. Mənfur düşmənin özündən sonra buraxdığı çirkin izləri, xarabalıqları, dağıntıları görmək və dünyaya göstərmək üçün bu səfərlərin hər biri həyati önəm daşıyır. Səfər iştirakçılarının paylaşımları, bəzi jurnalistlərin reportajları sayəsin...
ANL
Ağdama qayıdış. Orada zaman dayanıb... Orada ruhlar dolaşır... Orada Elçin Mirzəbəylinin Rəşad Məcidin nisgilinə həsr etdiyi nə "Kabus qatarı" var, nə Aqil Abbasın bir gün də dilindən düşməyən səsli-küylü, danışıq tərzinə görə hamıdan seçilən, hörməti, izzəti özündən əvvəl deyilən Ağdam var, nə də ağdamlılar... Orada ...
ANL
Müzəffərdir, qurban olsun canım mərdə, Allah onu bərk saxlasın qoy nəzərdə! Qaldırdığın bayrağına keşik çəkim, Azad olmuş torpağıma keşik çəkim! Millətinə Baş Komandan belə olar. Biz sayəndə sahib olduq torpaq-daşa! Xudafərin körpüsünün üstə düşən. Gözəlliklər göz yaşardan şəklindədir, Gözəlliklər əslimdədir, kö...
ANL
Gözləri küçəyə zillənmişdi, fəqət ağlı hardasa - lap uzaqda veyillənirdi. Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir. Gecənin ölü sevindirən çağıydı, yoxsa sübhə yaxın idimi, gündüzün ortasıydımı, - küçələr səksəndi...
ANL
FOTOQRAF İQLİMƏ MƏMMƏDLİ: "BU SƏNƏTİN ƏSAS CƏHƏTİ GÖRDÜKLƏRİNİ ÖLÜMSÜZLƏŞDİRMƏ İSTƏYİDİR". Sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan, diqqət çəkən maraqlı fotoların müəllifləri bu fotolara bəzən günlərlə vaxt sərf edir, baxdıqları hər mənzərədən bir gözəllik tapıb bizə təqdim etmək üçün min bir əziyyətə qatlaşırla...
ANL
Onun bu rəngarəng, zəngin dünyasına səyahət zamanı ən yaxşı bələdçinin elə Elmirin özü olacağı düşüncəsiylə onunla görüşmək, maraq doğuran sualların cavablarını məhz özündən, öz dilindən eşitmək qərarına gəldim. Məncə, söhbətimiz maraqlı alındı. Elə bu üzdən söhbəti sizlərə də təqdim etmək fikrinə düşdüm. - Peş...
ANL
XIX əsrdən gələn qışqırıq. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Limunə Yadigarovadır. Limunə xanımla Norveç rəssamı Edvard Munkun "Qışqırıq" əsəri haqqında danışmışıq. - Rəngkarlıq və qrafik əsərlərin müəllifi kimi tanınan norveçli rəssam Edvard Munkun yaradıcılığı ek...
ANL
Yalquzaq olmalısan. Öləndə yıxılar. Tənəffüsdür. Hamı məktəbin həyətində. Qarşıda, ətəyi lap başda kəndin qurtaracağına dirənən meşənin böyük talasında bir neçə qoyun-quzu otlayır. Budur, meşədən açıq-sarımtıl-bozumtul rəngdə iri bir yalquzaq çıxır. Hiss olunur ki, ovun yaxşısını müəyyən etdikdən sonra hücuma keç...
ANL
"Ermənilərin Qərbi Azərbaycanda aldıqları mülklərin "kupça"sı bizdədir". Milli Məclisin deputatı, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin indiki Ermənistan...
ANL
Faizə ananın gül toxumu. Qapının zəngi çalındı. Qızı qonşumuzdur. Özü ilə də tanışlığımız var, necə deyərlər, qaynayıb-qarışmışıq. Hər dəfə qızıgilə gələndə söhbətləşirik. Biləndə ki, Ağdama gedəcəm, tez özünü çatdırmışdı. Söhbətə başlayar-başlamaz əlindəki kəlağayı parçasını mənə uzatdı. Təəccübləndiyimi görcək bildir...
ANL
Ağdamda İmarətdəydik. Bizə çox şey danışıldı bu yer haqqında. Biri yaddaşımda möhkəm yer elədi. Qolun müəllifi "Qarabağ"lı oyunçu Yaşar Hüseynov... Ağdamlılar işğaldan qabaq burda futbol oynayırdı. Həmin günlərdə Moskvada, İrəvanda, Tehranda - daha haralarda Ağdamın, Qarabağın sabahı, qədəri ilə bağlı oyunlar qurulurd...
ANL
Səfər Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilirdi və deyim ki, geniş tərkibdən ibarət maraqlı heyət vardı. Xatırladığım uzun müddət sonra ilk dəfə idi ki, tənqidçi və müstəqil media nümayəndələri, müxalifyönlü şəxslər də hökumətin səfər komandasına daxil edilmişdi. Əvəz Zeynallı da Ağdama gedirdi, Mü...
ANL
Şuşada yaranan xalq oyunları. Milli adət-ənənələrimizin qorunub saxlanılmasında xalq oyunlarının özünəməxsus yeri var. Oyunlar xalqın həyat tərzini, sosial və mədəni şəraitini, inanc və rituallar sistemini, psixologiyasını, əhval-ruhiyyəsi, əyləncə və estetik dünyasını əks etdirir. Xalqımızın zəngin mənəvi dünyası o...
ANL
Daş yaddaşı - Ağdamdan səfər təəssüratı. Ucardakı evimizdə bir sabah yuxudan oyananda kişili-qadınlı tanımadığım üç-dörd nəfərin qapıda dayanmış ZİL-dən yorğan-döşək,boğçalar daşıdığını gördüm. Bir-birinə sıxılıb dayanmışdılar…. Anam izah verdi, atamın qarabağlı qohumlarıdı. Arvad-uşaq güllə altında qalıb, ona ...
ANL
“Azərbaycan ədəbiyyatı tarixi”nin üçüncü cildi nəşr olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir. ...
ANL
Kəndimin saralmış gülünə dəyməz İlğım şəhərlərin romantikası. Süsləmək, bəsləmək gərək. KÖHNƏPƏRƏSTƏM... Ən müqəddəs saydıqlarımıza "Köhnədir" deyənlərə. Köhnəlik içində məstəm, Köhnə dərdlər dəhnəsiyəm. Mən köhnə köhnəpərəstəm, Köhnələrin köhnəsiyəm. Xaqani heç vaxt qocalmır, Bəs Nizami nədən qalıb? Bəzz qalasındadır ...
ANL
Göy üzündə yazılan misralar. Onun imzasını ilk dəfə təbiət mövzusunda yazdığı iki şeirlə sevmişəm... 1979-cu ilin yay günü... Ali məktəbə qəbul olunmağın sevincini yaşadığım həmin günlərdə qəzet köşkündən aldığım sarı üzlü "Azərbaycan" jurnalında dərc olunan roman, povest, hekayə və şeirləri çox maraqla oxudum. Amma e...
ANL
Yerlə göy arasında. Kövrələndə dodağımız. Əli Kərim avtoqraflı xatirələr. Gəlib tutar əlimizdən. Bu şeiri İsa İsmayılzadə Əli Kərimin bivaxt vəfatından az sonra yazmışdı. Azərbaycan poeziyasında iki bənzərsiz şairlərimiz. Amma fiziki ölüm şairlər üçün əbədi ölüm deyil. Günlərin bir günü insan kimi də, şair kimi ...
ANL
Vətən müharibəsinin folklor yaşantıları. Azərbaycan Vətən müharibəsinə başlayandan şəraitə uyğun yeni folklor örnəkləri meydana çıxır və yayılır. Bu folklor örnəkləri təkcə məzmununa görə deyil, janr özəlliyinə görə də diqqət çəkir. Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsi yeni və orijinal folklor ö...
ANL
REAL TV-nin YENİ FİLMİ ƏTRAFINDA DÜŞÜNCƏLƏR. Azərbaycanın yağı düşmən üzərindəki dünya tarixində görünməmiş qələbəsi haqqında özümüzdə və dünya media arenasında çox maraqlı fikirlər təqdim olunmaqdadır. Vaxt ötdükcə bu qələbənin mahiyyəti, nəinki milli, habelə bəşəri dəyərlər haqqında daha çox əsərlər meydana ...
ANL
Bakının İrəvan üzərində təsir strategiyası –. Sosial şəbəkədə yazılanlar. Bu dəfə kiberhücumdan yox, Baydenə qarşı qarayaxma kampaniyasının təşkilindən söhbət gedir. Məqsəd Trampa dəstək vermək olub. Kəşfiyyatın raportunda o da qeyd olunur ki, İran isə əksinə, Baydenin seçilməsini istəyib. Rusiyanın Baydeni nüfuzd...
ANL
Qərbi Azərbaycanda və Zəngəzur qəzasında Azərbaycan məktəbləri. Tarixən dərin təfəkkürə, mənəvi aləmə, nəcib əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan xalqı bütün tarixi dövrlərdə gənc nəslin tərbiyəsinə böyük diqqət yetirib. Azərbaycanın mənəvi əxlaqi irsini, qədim məktəb təcrübəsini öyrənmək və tədqiq etmək gə...
ANL
Abdulla Şaiqin 140 illik yubileyi ilə əlaqədar olaraq “Arazdan Turana” adlı virtual konfrans keçirilib. 525.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar...
ANL
Nizami Gəncəvi haqqında biblioqrafik icmal hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadı olan Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini n...
ANL
"İrəvan xanlığının bölgə mətbəxi"ndəki tarixi həqiqətlər. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan "İrəvan xanlığının bölgə mətbəxi" kitabının İstanbulda nəşr olunması diqqətçəkən hadisə kimi qarşılanıb. Kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivam...
ANL
"İrəvan xanlığının bölgə mətbəxi"ndəki tarixi həqiqətlər. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Bütün varlığı ilə, necə deyərlər, iliyinə qədər azərbaycanlı-türk olan III Kalbalı xan Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvana sonsuz...
ANL
Şuşada bələdçim "Budağın xatirələri" olacaq. Keçən ilin elə bu vədələri idi. Koronavirus Azərbaycanın da qapısını döyməyə başlamışdı. Ölkə karantin rejiminə keçmişdi. Həmin ərəfələrdə işdən illik məzuniyyətimi də götürüb doğulub boya-başa çatdığım Yurdçu kəndinə üz tutdum. Onlardan biri də uzun illər haqqında e...
ANL
Vidadi Babanlı: ömrün poeziyası. Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Akademik Nizami Cəfərov onun yaradıcılığını səciyyələndirərkən yazır: "Vidadi Babanlı istər 70-ci, istər 80-ci, istərsə də müstəqillik illərində qələmə aldığı əsərləri dövrün, zamanın ə...
ANL
Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı olub. AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçir...
ANL
Ələkbər Salahzadə uzun illər gəncliyin jurnalına rəhbərlik etdi. Daha sonra incəsənət toplusuna məsləhət bildilər; incəsənətin yaradıcılıq ruhunun və dəyər yönəminin formalaşması kimi bir funksiya daşıdığını da nəzərə alsaq, şairin bu mövqedə görünməsi təbii idi. Redaktorluq onun üçün də, mənsub olduğu nəslin ək...
ANL
Litvalı müəllifin uydurma erməni tarixini alt-üst edən məqaləsi. Litvalı tarixçi Paulyus Vaytekunasın oxuculara təqdim etdiyimiz "Bir daha Ermənistan və ya 26 komissar haqqında" adlı bu məqaləsi 1990-cı ilin fevralında dərc olunub. Məqalə digər litvalı müəllif - xanım Marite Kontrimaytenin Qarabağ münaqişəsi ilə bağl...
ANL
Qarabağa dönüş “Dağlıq Qarabağın Azərbaycanlı icması” ictimai birliyi buraxıldı, yeni qurum yaradıldı. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağ...
ANL
Türkoloji dilçiliyin əbədiyaşar korifeyi akademik Tofiq Hacıyev - 85. Bu il türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, «Şöhrət» ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun sabiq ...
ANL
Gənc Tamaşaçılar Teatrının daha bir uğuru. Əməkdar artist Sövqi Hüseynov Beynəlxalq onlayn festivalının laureatı olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Vladimir şəhərində keçirilən "Teatr. Vahid ərazi" Beynəlxalq onlayn teatr festivalında iştirak edib. AZƏRTAC xəbər verir ki, teatr festivalda irland...
ANL
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qabdulla Tukay və Azərbaycan” kitabı nəşr edilib. Kitabın müəllifləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıdır. Kitabda tatar ədəbiyyatını...
ANL
İran Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda. Azərbaycan Respublikasındakı İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan aprelin 30-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub və İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxş...
ANL
Bir qəzəlin Nəsimisi. Bundan əvvəlki yazılarımdan birində qeyd etdiyim kimi, bəzən saç insanın Allaha qovuşması yolunda bir vasitəyə çevrilir. Bu səbəbdən, saç Nəsimi şeirində bəzən paradoksal mənalarla üzə çıxır. Üz tək olduğundan vəhdətdirsə, saç çoxsaylı olmasından dolayı Allahın ad və atributlarının cəmi ola...
ANL
Böyük dramaturqun dəyərli əsəri. Cəfər Cabbarlının “Almaz” pyesinin ideya-estetik təhlili yönündə düçüncələr. Azərbaycan romantizminin görkəmli simaları içərisində ön cərgədə duran C.Cabbarlı bədii fəaliyyətinin, özəlliklə dramaturji yaradıcılığının bəlli illərində bir qədər fərqli mövqeyi ilə diqqəti cəlb edir. ...
ANL
Sağ əlin üçüncü barmağındakı döyənək. Doğulmaq tale işidir. Onun da bəxtinə fevralın son günlərində doğulmaq düşüb. Ad günlərinin təmtəraqla qeyd edilməməsini bununla əlaqələndirməsə də, əslində, onun belə məclislərdən, yubiley tədbirlərindən o qədər də xoşu gəlmir. Ona görə də heç vaxt belə məclislər təşkil etm...
ANL
Zaqataladan pərvazlanmış generalın sorağında. Elə o marağın təsiri ilə də bu yazımı - Azərbaycandan pərvazlanmış Krım tatarlarının görkəmli nümayəndəsi, general-leytenant Ənvər Rza oğlu Barıyev haqqında bilgiləri oxuculara çatdırmaq qərarına gəldim. Qızılgüllər diyarı Zaqatalamıza məxsus ən gözəl keyfiyyətlərdən...
ANL
Hüseyn müəllimlə görüş ərəfəsi və onunla söhbət. Ruhiyyə Yusif müəllimin sözündən ruhlanmışdı və bu, onu fəal hərəkət etməyə sövq etmişdi. O, qət etdi ki, hökmən Hüseyn müəllimlə görüşsün və ona arvadının vəsiyyətini çatdırsın. Öyrəndi ki, qırx mərasimi Təzəpir məscidində keçiriləcək və ora yollandı. Qadın məsc...
ANL
O, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdür. 9-cu sinfə qədər burada təhsil alan Səbuhi daha sonra, peşə liseyini bitirmişdir. Orta məktəb illərində idmanın qaydasız döyüş və futbol kimi növləri ilə məşğul olmuşdur. Valideynlərinin dediyinə görə, o göyərçinləri “sülhün rəmzi” olduğu üçün sevirmiş. Həmin ilin 8 n...
ANL
“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” ...
ANL
Nizami Gəncəvi haqqında daha bir virtual sərgi. AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil edilib. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölm...
ANL
Teatr Xadimləri İttifaqı "Sənsiz" bədii qiraət müsabiqəsi keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan edilib. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 29-30 apreldə "Sənsiz" adlı bədii qiraət ...
ANL
Axı 30 ildən sonra işğal altındakı torpaqlarımızı azad etmiş, ən müasir dünyada heç bir ölkənin bacarmadığını bacarmışıq. Texnologiya, müasir silahlar, inkişaf etmiş ordu bu qalibiyyətin əsas meyarlarından biri idisə, təməlindəki güc birləşən xalq və onun qələbə əzmi idi. Hər kəs kimi biz də sentyabr ayında mühar...
ANL
Lütfi Zadə ilə bağlı virtual konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Görkəmli elm xadimi Lütfi Ə.Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Dillər Universitetinin "Təhsil-2" fakültəsi nəzdində İngilis dilinin ...
ANL
Qələmsiz yazılanlar. Adamın cızdağını çıxaran, hiss və duyğularını öz əsarətində saxlayan olduqca təsirli bir film. Ağdama gələn var" filmini izləyəndən sonra ilk təəssürat kimi bu cümləni yazdım. Həqiqətən də elə bir təsir gücü, elə bir cazibəsi var idi ki, əvvəlindən axırınacan adamı yaratdığı auradan çıxmağa...
ANL
Bir qəzəlin Nəsimisi. Məsiha nəfxədir şirin dəhanın. Ki, səhhət bulur ondan sorsa rəncur. Bundan əvvəlki beytdə hurilərin anılması və onların "umməhat" adlanan yeddi cərgə anadangəlmə tükü təmsil etməsi Ana, Qadın başlanğıcına bir daha qayıtmağı şərtləndirir və növbəti beytdə, gördüyümüz kimi, İsa əl-Məsih, onun...
ANL
Klassik ədəbi irsimizə Tofiq Hacıyev baxışı. Əfsuslar olsun ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu gözəl günləri yaşamadı, Qarabağın, o cümlədən, doğma yurdu Cəbrayılın azad olunduğu xəbərini eşitmədi, azad edilmiş torpaqlarda qürur və fərəh hissi ilə gəzib-dolanmadı. Ancaq Tofiq müəllim bu gün...
ANL
"Folklorun tərcüməsində xalq ruhunu saxlamaq çox çətindir" –. Səhər Orucova: “Arzum budur ki, Azərbaycan dastanlarını rus dilinə keyfiyyətli tərçümə edim”. Azərbaycan folklorunun tədqiqinə və tədrisinə böyük töhfələr verən ali təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetidir. Universitetin Filologiya fakült...
ANL
"Nizami Gəncəvi: etnogenez və mifologiya" işıq üzü görüb. Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun "Nizami Gəncəvi: etnogenez və mifologiya" kitabı nəşr olunub. Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin 1986-cı ildə müdafiə etd...
ANL
Nəğmə ölümünə inanmıram. Ovcumuzdakı şeytan əməli - telefon bəd xəbər carçısına çevrilib. Kütlə də pis vərdişdən xilas ola bilmir - neqativ ab-hava vampirlərinin sayı-hesabı yoxdu. Ölüm, itim başlıqlarını ildırım sürəti ilə tirajlamaq çağdaş medianın ən böyük hərisliyinə çevrilib. Ona görə səhər açılanda telef...
ANL
Aşıq Ələsgər poeziyasının satira və yumor naxışları. Aşıq Ələsgərin yaradıcılığı mövzu-məzmun, janrlar baxımından o qədər rəngarəngdir ki, XIX əsr Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin bədii əksini, o cümlədən, yumoristik-satirik təqdimatını orada görə bilirik. Filologiya elmləri doktoru, profes...
ANL
Yazılarımın birində qeyd etmişdim ki, bizdə çox vaxt "şeir", "poeziya", "şeiriyyət" anlayışlarının sərhədləri dəqiq müəyyən olunmadığına, onlar bir-birinin yerinə işlədildiyinə görə elmi-nəzəri fikirdə dolaşıqlıq yaranır, dəyərlərin yeri səhv düşür, necə deyərlər, gözün qiyməti qaşa, qaşınkı isə kirpiyə verilir. Şeir...
ANL
Türkologiyada və ümumi dilçilikdə parlaq imza . Azərbaycanda dil haqqındakı elmin (dilçiliyin və ya linqvistikanın) ənənəvi sahələri ilə müqayisədə ümumi, yaxud nəzəri dilçiliyin elmi əsaslarla öyrənilməsinə (öyrədilməsinə) nisbətən gec - 1919-cu ildə Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının yarad...
ANL
Azadlığa qovuşan əsir abidə. İşğaldan azad olunan torpaqlarımızla bağlı hamımızın bir ortaq narahatlığı da həmin ərazilərdəki tarixi mədəni, dini, memarlıq abidələrimizin taleyi ilə bağlı idi. Artıq 30 ildir düşmənin bütün çirkin əməllərinə şahid olmuş xalq kimi abidələrlə bağlı da nikbin düşünə bilmirdik. Yaşananlar v...
ANL
Mütəfəkkir şair. Dünya şöhrətli şair, bir sıra elmlərin bilicisi Nizami Gəncəvi haqqında çoxsaylı kitablar, elmi məqalələr yazılıb. N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi şairin yaradıcılığını belə qiymətləndirir: Nizami hər sözü demiş birinci. Qoymamış cilasız qalsın bir inci. Təsadüfi deyil ki, Nizami Gəncəvinin əksər misr...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan...
ANL
Hava dünən gecədən tamam çönmüşdü. Pəncərədən baharın çiskininə tamaşa eləyirdim. Yaz yağışının yaratdığı ovqat tamam başqa olur, heç özün də bilmirsən ki, nəyə darıxırsan. Amma bu səhər nəyə darıxdığımı bilirdim. Fikrət Qocanın "Üfüqlər tutulsa, gülərsən göy gülər" misrası xatirimdə dolaşırdı. Fikirləşirdim ki, görəs...
ANL
Uşaq ədəbiyyatımızın cəfakeş nümayəndəsi . Ə.Kazım atasını erkən itirdiyindən əmisinin himayəsində boya-başa çatmış, ibtidai təhsilini Molla Zeynalabidinin mədrəsəsində almışdı. O, Sovet hakimiyyəti qurulduqdan sonra təhsilini davam etdirmişdi. O, İkinci Dünya müharibəsi dövründə Sovet nümayəndə heyəti tərkibində...
ANL
Səlis şəxsiyyətin qeyri-səlis nəzəriyyəsi. Dünya şöhrətli, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, güclü məntiqə malik, hər sözdə, hər yerdə məntiq axtaran, sadə, saf, təmiz qəlbli, torpağını sevən, əsl azərbaycanlı xüsusiyyətlərini özündə cəmləşdirən, görkəmli alim, prof. Lütfi Ə.Zadə kəşf etdiyi nəzəriyyələrlə...
ANL
Ermənistan silahlı qüvvələrinin məhv etdiyi təhsil obyektlərimiz. Təəssüflə qeyd edək ki, bu rəqəmlər və statistika hələ son deyil. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur. Bu yazıda məqsədimiz alimlərin, mütəxəssislər...
ANL
Mayın 5-də Bakı Kitab Mərkəzində Türkiyənin və türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun "Bir ömür belə keçdi" kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, layihə rəhbəri Sara Axundova, kitabın Azərbaycan dilinə ...
ANL
Azərbaycan şərqşünasının məqaləsi Rusiya elmi mətbuatında. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və SCOPUS siyahasına daxil olan "Vostok-Orie...
ANL
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb. Misirin paytaxtındakı Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Xarı bülbül" adlı sərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgi...
ANL
Tarixi şəxsiyyət, əbədiyaşar Lider - HEYDƏR ƏLİYEV. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə ba...
ANL
"Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti". Mayın 7-də Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə "Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu" mövzusu...
ANL
"Nizami dünyası"nda sonuncu tamaşa göstərilib. Naxçıvanda keçirilən "Nizami dünyası" teatr müsabiqəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyası tərəfindən dahi şairin həyat və fəaliyyətindən bəhs edilən "Nizami və Afaq" adlı kompozisiya səhnələşdirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman ...
ANL
Nizami Gəncəvi: İnsan qəlbinin azadlıq himni. Düzünü tədqiqatçılar bilir, belə oxumuşam ki, on ikinci yüzilliyin birinci yarısında Azərbaycanın mədəniyyəti, memarlıq incisi qədim Gəncədə güclü zəlzələ baş verib; təbiətin bu təlatümündən iki möcüzə yaranıb. O iki möcüzədən biri Göygöldür, digəri Nizami Gəncəvi. B...
ANL
Eposun naməlum boyuna çevrilən yazıçı... Kamai Abdullayevin yeni romanı haqqında qeydlər. Kamal Abdullanın Epos tilsimindən çıxa bilməməsini (Bəlkə, cazibəsindən? çeşidli səbəblərlə yozmaq istəsək də, alınmır. Eposdan çıxmamaq, həm də birbaşa Yazı ilə əlaqəli olduğundan gərək onu yazıdan da uzaq tutaq. "Səhvlərim...
ANL
Güneyli el şairi Hacı Əbdülrəhman Təyyar Katiblə gğrüşümün unudulmaz tarixçəsi. Sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi. Qüdrətli şairlərin məna dolu, hikmətlə zəngin şeirləri barədə xalqımız, haqlı olaraq, "S...
ANL
Sənə səni yazıram. Sənə səni yazıram ürəyimin qanıyla, Sənə səni yazıram qəlbimin fərmanıyla. Misra-misra düzülür, fikir-fikir uçuram, Səsim də çatmır sənə, xəyalını qucuram. Səni yazıram sənə, göyün yeddi qatında, Duyğularım dil açır ruhumun qanadında. Qətrə-qətrə qəlbimə, varlığıma hopursan. Sənə səni yazandan ruhum...
ANL
Fırtınalı əsrin vizual hekayəti - Qulu Məhərrəmlinin qeydləri. Faktlar,Hadisələr və İnsanlar” lahihəsi haqqında qeydlər. Telekanallardan giley-güzarların çoxaldığı bir vaxtda ekranda diqqəti cəlb edib marağa səbəb olan hansısa yaxşı verilişi görmək adamı az qala riqqətə gətirir. Aktual mövzu, dramatizmi təmin ed...
ANL
"Heydər Əliyevin media dərsləri: jurnalistikaya böyük töhfə. Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşovun media sahəsində gördüyü işləri sadalamağa ehtiyac yoxdur. Düşünürəm ki, bu, xalqımıza kifayət qədər məlumdur. Əflatun Amaşovun jurnalistikamızın inkişafı naminə atdığı ən uğurlu add...
ANL
Xəyal Rzanın şeirlər toplusu ingilis dilində. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzanın şeirlər kitabı ingiliscə nəşr olunub. "Mütərcim" nəşriyyatı tərəfindən buraxılan kitab tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirlinin "Çağdaş Azərbaycan şeiri ingilis dilində" layihəsi çərçivəsin...
ANL
Milli Kitabxanada Qələbə gününə dair sərgi təqdim olunub. Çünki Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə q...
ANL