text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Böyük şairimiz Sabir Rüstəmxanlıdan. O Sabir Rüstəmxanlıdan ki, "Ömür kitabı" ilə nə üçün ömür sürməli olduğumuzu bizə ustalıqla anlatmış, insanımızın milli mənlik şüurunu riqqətə gətimişdi. O zaman hesab edirdim ki, hətta başqa bədii, elmi-publisistik əsərlər yazılmasaydı da, tək bircə "Ömür kitabı" əsəri milli...
ANL
“Qarabağa kitabla gedək” kampaniyası davam edir. Oktyabr ayının 22-dəAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göst...
ANL
Nizami Gəncəvi irsi Almaniyada təbliğ olunur. Oktyabrın 20-də başlayan Frankfurt Beynəlxalq Kitab Sərgisi zəngin proqramı və əməkdaşlıq görüşləri ilə dünyanın bir çox ölkələrindən minlərlə mütəxəssisi qonaq edib. Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, sərginin ikinci günündə ölkəmizə aid stenddə Mədəniyyət Na...
ANL
Söz açmaq istədiyim əsər ilk cümləsindən son cümləsinədək yaddaşımızın təzələnməsinə xidmət edən bir abidə kimi tarixdə qalacaq. İllər keçdikcə qədir-qiyməti daha da artacaq. Vətəni sevən, xalqının dəyərli insanlarını, yaradıcı adamlarını sevən hər kəsin stolüstü kitabına çevriləcək. Əsər bizi dünyasını dəyişmiş, ...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? İlk dəfə səsini eşitdiyim Ramilin fikirlərini dəqiq və sərrast ifadə etməsi, təmkini, danışıq tonundakı sakitlik və gümrahlıq diqqətimi çəkdi. Anladım ki, telefon xəttinin o biri başında dayanan gənc illərdən bəri dörd divar arasında saxlanmasına baxmayaraq, kifayə...
ANL
Vətən təyinatlı. Söhbətin gedişində bir cəhəti də qeyd eləyirlər: Hacı Əsədov mütaliəyə çox bağlı adam olub. Yəni üzündən oxuya bilməyən əsgərlər vardı. Bəzisi uşaq vaxtından evi saxlamağa, mala-qoyuna getməyə məcbur olmuşdu, ona görə təhsildən tam uzaq düşmüşdü. Əsgərlər orda yazıb-oxumağı öyrənirdilər. Bundan ba...
ANL
İş və döyüş yoldaşı kimi də həmkarları və silahdaşları ondan həmişə razı olublar... MAXE Ülvi İbrahimovu xatırlayırıq - postmüharibə dövrünün daha bir şəhidini. Hərbçi həyatının altı ili Lənkəranda keçib. Arada ata yurduna, Saatlı rayonunun Qara Nuru kəndinə qayıdıb. Amma vətənin təhlükəsizliyini təmin edənlərdən...
ANL
Şəhidlik Vətən sevgisinin zirvəsidir. Düşmən qarşısında inamla dayanıb torpaqlarımızı erməni işğalından azad edən igidlərimizdən Milli Aviasiya Akademiyasının məzunları olan, İkinci Qarabağ savaşında torpaqlarımız uğrunda döyüşüb qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn dörd məzun tələbəmizdən biri də Şahin Azər oğlu...
ANL
Müqəddəsliyin şəhid zirvəsi. "Şəhid" sözü dünyanın bütün dillərinin leksikonunda hər millətin özünə məxsus ana dilində müxtəlif cür səslənsə də, hamısında bir məna kəsb edir: müqəddəslik mənası! Son yüzilliklərdə "Şəhid" adı müharibədə-cəbhədə həlak olmuş əsgərə verilib. Deməli, başqasının torpağını zəbt etmiş d...
ANL
"Təhsilə, elmi tədqiqatlara yatırılan investisiyalar çox önəmlidir". Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabə...
ANL
Min illər belə yaşanılıb. Zalım da belə yaşayıb, zalıma qılınc sıyıranlar da. Zalım zalımlığının səfasına sığınıb, qılınc sıyıranlar sıyrılmış qılıncların bir-birinə sarılan işığına. Qılınc sıyırma mübarizə əzmidi, qılıncların işığının bir-birinə çulğaşması mübarizə yolunun uğuru. 28 ildi mahiyyəti 2020-ci ilin...
ANL
Milli Kitabxana Nəcibə Məlikovanın 100 illiyinə həsr olunmuş virtual sərgi hazırlayıb. Oktyabrın 25-də milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illik yubileyi tamam olur. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının,...
ANL
Akademik İsa Həbibbəylinin məqaləsi Tatarıstan EA-nın elmi jurnalında işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatını dünyaya tanıdan xəzinə: Nizami Gəncəvinin “Yeddi gözəl”i” adlı məqaləsi Rusiya Federasiyasının Tatarıstan Elmlər Akademi...
ANL
Frankfurt kitab sərgisi və Nizami Gəncəvi. Mən kitabxanası olan evdə doğulmamışam. Babam Molla Həmzənin kitabları var idi. O kitablar da ərəb və fars dillərində olduğundan onların hamısının dua kitabları olduğunu düşünürdüm. Hərdən babamın yanına gedəndə onun oturduğu yerin arxasında dayanan qara cildli kitablara baxır...
ANL
Tanınmış folklorşünas alim Nizami Muradoğlu vəfat edib. Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib. Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan Muxtar ...
ANL
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut...
ANL
Milli Kitabxanada kitabtoplama kampaniyası davam edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanalar...
ANL
yol qeydləri. Qərbi Ukraynada təzəcə məskunlaşdığım otel otağında televizor pultuna ona görə əl atdım ki, bəlkə rus dilində yayım yapan bir kanal tapam və dünyadan xəbər tutam. dalğası arasında rusca verilişlər yayımlayan kanala rast gəlməsəm də, daha asan qavradığım Krım-tatar türkcəsindəki verilişlər (ATR kanal...
ANL
Tahir Rzanın yeni kitabı barəsində ilk təəssürat. Bəri başdan deyim ki, Tahir müəllimlə tanışlığımın və sonra da bugünkü dostluğumun kökündə HALAL SÖZ durur. Dünyanın müəyyən hissəsini, sifətlərini gəzib görmüşəm. Necə deyərlər, altmışın kürəyini yerə vurduğumdan dünyadan və onun əməllərindən də az-çox xəbərim v...
ANL
Şair, Prezident təqaüdçüsü Əlizadə Nurinin bu günlərdə "Su notu" adlı yeni kitabı çapdan çıxıb. "Gənclik" nəşriyyatında çapdan çıxan kitabda şairin son dövr yaradıcılığını əhatə edən şeirlər yer alıb. Qeyd edək ki, "Su notu" Əlizadə Nurinin oxucularla səkkizinci görüşüdür. Kitabın ön söz müəlliflərindən olan Xalq yaz...
ANL
Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlının yeni - "Sabaha ismarıc" adlı romanı çapdan çıxıb. Roman "Elm və təhsil" nəşriyyatında çap olunub. Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov yazır ki, V.Babanlı XX əsrin ortalarından başlayan genişmiqyaslı, eləcə də dərin ictimai-mənəvi problemlər qaldıra...
ANL
Sabaha ümidimizi artıranlar. Bu il tələbə adı ilə birlikdə prezident təqaüdü də qazanan abituriyentləri tanıyaq. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ən yüksək nəticə əldə edənlər gəncliyimizin qızıl fondunu təşkil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik...
ANL
NİZAMİNİN ƏDALƏT XÜTBƏSİ. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Buraxılışın elmi redaktorları: Professor Almaz Ülvi Binnətova. Siracəddin Hacı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir, türk, rus, fars, ərəb, ingilis dillərini bilir. Nizami Gəncəvi irsi ilə bağlı on iki cildlik şərh yazm...
ANL
"Şuşa zəfəri" əsərim Azərbaycanın böyük qələbəsinə həsr olunub". BATALİST RƏSSAM CƏMALƏDDİN İSMAYILOV: "AZƏRBAYCANDA BATALİST MƏKTƏBİN YARADILMASI ÜÇÜN İSTEDADLARIN AŞKARA ÇIXARILMASI ZƏRURİDİR". Təsviri sənətdə batal janrı müharibə və hərbi mövzulara həsr olunmuş əsərləri əhatə edir. Bu janrda qanlı savaşlar, döy...
ANL
Ötən ilin bu vaxtları Azərbaycan özünün yeni tarixinin ən şərəfli səhifələrini yaşayırdı. Qəhrəmanlıq dolu bu səhifələri yazanlar, əsgər və zabitlərimiz erməni varvarlarının əlində olan yurdlarımızı, torpaqlarımızı geri almaq üçün gecələrini gündüzə qatırdılar. Qarabağla yaşayan, Qarabağla nəfəs alan təkcə ordum...
ANL
Azərbaycan-Fransa əlaqələrinin açılmamış səhifələri. Bu günlərdə peşəkar jurnalist, tədqiqatçı-alim, AzərTAC-ın iyirmi ilə yaxın Fransada xüsusi müxbiri işləmiş filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyevin "Azərbaycan Fransa mətbuatında" kitabı çapdan çıxıb. Kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, el...
ANL
İdman jurnalistikasının nurlu şəxsiyyəti. Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu 1974-cü ildə Zəngilan rayonunda ziyalı ailəsində anadan olub. Atası Əşrəf müəllim Şükürov uzun illər Zəngilan rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb. Anası Zöhrə Hüseynova İn...
ANL
Ermənistan Azərbaycanda minlərlə uşağın uşaqlığını, yeniyetmənin yeniyetməliyini, minlərlə qocanın qocalığını işğal etsə də (erməniliyin əzablarını erməni uşaqları, erməni yeniyetmələri, erməni qocaları daha ağrılarla yaşayacaq, həm də illərlə...), heç birinin ruhuna, ruhunun əsgəri olan vətənpərvərliyinə yaxın...
ANL
"Kermitiya" onlayn satış mərkəzinin sahibi Elvin Hüseynov karyera və ümumi biznes uğurlarının sirləri ilə bağlı suallarımızı cavablandırdı. Əslən gürcüstanlıyam, Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, alman dili üzrə təhsil alıram. "Kermitiya" onlayn satış mərkəzinin sahibiyəm...
ANL
Sabaha ümidimizi artıranlar. İllərdir bu təhsil müəssisəsi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Prezident təqaüdçüsü olan 33 tələbədən biri Qubadlı rayon H.Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin məzunu Nurlan Pirizadədir. Ailəsi Qubadlı ray...
ANL
AZƏRBAYCAN RADİOSUNUN TALIŞ KƏNDİNDƏN VƏ SUQOVUŞANDAN YAYIMI. Mikrofonu kimə sarı tuturduqsa əzəli-əbədi torpaqlarımızın azad olunması arzusunu dilə gətirirdi. Elin hər bir nümayəndəsi, fərqi yoxdur qaçqın, köçkün olsun, beynəlxalq yarışlardan vətənə qayıtsın, yaxud hansısa günün aktual mövzusundan danışsın, yaş...
ANL
Din və ədəbiyyat. Din insanın yaranması, ölüm kimi ekzistenisial məsələlərə işıq saçdığından bədii təfəkkürü müəyyən dini yanaşma olmadan təsəvvür etmək çətindir. İstənilən bədii ədəbiyyat nümunəsi həm onun yazıldığı dövrün dini təmayülləri, həm də müəllifin mövqeyi barədə oxucuya məlumat verir, onu həyatın mənası, yax...
ANL
Ramiz Rövşənin şeiri Avstriyanın ədəbiyyat jurnalında. Avstriyanın populyar “Schreib Was” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Ramiz Rövşənin şeirini dərc edib. 525.az xəbər verir ki, alman dilinə tərcümə olunmuş “Yağış yuyur, gün qurudur” ...
ANL
Milli Kitabxanada daha bir virtual sərgi. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən kitabxanaşünas alim, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədovun həyat və fəaliyyətinə həsr olunan “Kitabxanaşünas alim – Elçin ...
ANL
Çalınmayan toy... Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Oğuz rayonu Muxas kənd sakini, Xüsusi təyinatlı qüvvələrin leytenantı, bölük komandiri Zahir Feyzullayevin xatirəsinə. Oğuz igidlərindən birinin toyudur bu gün. Günəşin al şəfəqləri ağacların qızılı yarpaqları arasında...
ANL
Neçə müddətdir əziyyətə qatlaşıb handan-hana axırına çıxdığın işi sübh obaşdan gəl indi bir də binədən başla. Nə zillətlə qazdığın xəndək gecə uzunu evin damından axıb tökülən selləmə suyun altında qalsın. Leysan yağış gecə səhərəcən nəfəs dərməyib. Hələ qış girməmiş bunun yağmağına bax. Qonşum deyir, nə qədər ...
ANL
Gözəlliklər diyarı - Qalacıq. Uzun illərdir yay tətilini Azərbaycanın ən dilbər guşələrindən biri olan İsmayıllı rayonunda keçirirəm. Lakin təəssüf ki, bu illər ərzində rayonun cənnət məkanı olan Qalacıq kəndinə yalnız bir neçə saatlıq getmişəm. Bu bir neçə saatda isə gözəlliyi tam duymamışam. Keçən ildən isə yayı uzun...
ANL
Ölümün ədəbi tərifi. İnsanın özünüdərkindən sonra ömrü boyu cavab axtarmağa çalışdığı suallardan ən böyüyü "Ölüm nədir?" Ölüm anlayışı ana bətnini tərk elədiyimiz andan ta ki sözügedən məfhuma ulaşdığımız ana qədər yol aldığımız bir yoldur. Bu yol bizim istək və arzularımızın təzahürü olmamaqla yanaşı, eyni zamanda, ...
ANL
Bibioğlunun Göyçay dağları tərəfdə yerləşən fermasına baş çəkmək, imkan olsa, orada gecələmək çoxdankı arzum idi. Amma bu arzunu gerçəkləşdirmək mümkün olmurdu ki, olmurdu. Qeyd edim ki, mən uşaq olanda bu dağların ətəklərindəki çəmənliklərdə az qoyun otarmamışam. Hər axşam dağlardan qayıdan naxırın qabağına çı...
ANL
Vətən müharibəsində döyüşlər müqəddəs olduğu üçün döyüşçülər ruhən hiss etdilər ki, şəhidlərin ruhu da onların sırasındadı... 1993-ün yayında-payızında vurnuxan qada-bəlanın sıxıntılarını cəfakeşləriylə nəfəs-nəfəsə mənim də yaşadığım, görəsən, Zəngilanın yadındadımı? Ağalıda kənddə qalan yeganə adamdan - Şükür...
ANL
Uşaqlarda dini dünyagörüşü necə formalaşdırılmalıdır? Mədəniyyətin əsas daşıyıcılarından biri olan dini dəyərlər və ənənələrin gənc nəsillərə aşılanması uşaqların sosiallaşdırılması və düzgün tərbiyəsinin əsasını təşkil edir. Bu proses, eyni zamanda, uşaqların şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. S...
ANL
Qara balığın ibrətamiz nağılı. Ölkəmizdə mövcud pandemiya qadağaları səbəbindən az qala iki ilə yaxındır ki, bir çox mədəni-ictimai müəssisələr kimi teatrlar da öz fəaliyyətini dayandırmışdı. Bu vəziyyət ən çox teatr işçilərini, aktyor və rejissorları narahat etsə də, gördük ki, tamaşaçılar da az darıxmadılar teatr üç...
ANL
Şeirin həyatda çox şeydən vacib olduğunu. hiss etdirən şairləri sevirəm. Yaddaşı. gözəl günlərin ziyarətgahı olan qadınları sevirəm. Adam ən tez özünə qayıdacağı yolu unudur. Bir uzun və soyuq gecədir yazdıqlarım, çox gözəl bilirəm. Qürbət məşuqədi - ona görə xatırlayanda. çox zaman gecələri düşür yadına. Eh biz də qoc...
ANL
Dul qadının tənhalığı. Təbiət nəslin artırılmasına qayğı göstərir. Digər canlılar da həyata gələndə instinktlərinin diktəsi ilə təhlükədən uzaqlaşmağa, canını xilas etməyə çalışır. Təbiət yumurta vasitəsilə nəsli artıran quşların və sürünənlərin balalarına bu qılaf rolunu oynayan qabın məhbəsindən xilas olmaq üçü...
ANL
Sevgi nə zaman mazoxizmə çevrilir? Ötən ilin son günləri Latviyada müəmmalı şəkildə ölən dünya şöhrətli kinorejissor Kim Ki Duk filmlərini saran mövzudan - sadomazoxizmdən söz açarkən demişdi: "Tükənən dünyada mənim üçün ən maraqlı mövzu sadizm və mazoxizmdir". İnsan ruhunda baş-ayaq durmuş butalar kimi mövcud o...
ANL
Ədəbi-bədii, nostalji jurnal olan "Yada düşdü"nün növbəti sayı oxuculara təqdim edilib. Jurnal akademik Rafael Hüseynovun "Qaranquş yuvaları hörən adam" adlı yazısı ilə açılır. Yazı Musa Yaqubun poeziyasından, onun əsrarəngiz şair təbiətindən bəhs edir. Xalq yazıçısı Elçinin Musa Məmmədova həsr etdiyi "Mənəviyyatın ...
ANL
Vətəninə, xalqına layiq övlad…. Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin anım günüdür. Oktyabrın 31-i Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin anım günüdür. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də Böyük Zəfərlə başa çatan V...
ANL
Yunus Oğuzun “Uçurum” romanı haqqında qeydlər. Doxsan il ərzində tarixi romanın keçdiyi inkişaf yolları haqqında ədəbiyyatşünaslarımız maraqlı məqalələr, monoqrafiyalar qələmə almışlar, bu xüsusda Məmməd Arifin, Mehdi Hüseynin, Mir Cəlalın, Məsud Əlioğlunun, Yəhya Seyidovun, Qulu Xəlilovun, Yaşar Qarayevin, Akif Hüs...
ANL
Toy ehtiyacı. Hətta rahatlıqla demək olar ki, bu işdə birinciyik. Bizim ölkədə hər şey toy üstündə qurulub, bütün yollar toya aparır, əksəriyyətin "çörəyi toydan çıxır". Şadlıq sarayları, qızıl mağazaları, qida sənayesi, dekor, fotoqrafiya və daha bir çox sahənin işçiləri birbaşa və dolayı yolla bu məclislərdən pul q...
ANL
"Tarix müəlliminin etirafı"ndakı həqiqətlər. Bu da tamamilə təbiidir. Çünki əvvəl yurd, Qarabağ həsrəti, indi isə Böyük Zəfər sevincimiz bunu zərurətə çevirir. Yazıçı-publisist Meyxoş Abdulla da Qarabağ müharibəsindən çox yazıb. Bu günlərdə yazıçının "Tarix müəlliminin etirafı" adlı hekayəsini oxudum. Hekayədə təsv...
ANL
İslam dinində tolerantlıq anlayışı və ənənəsi. Tolerantlıq sözü dözmək, qəbul etmək kimi mənalara gəlir. Bir termin kimi tolerantlıq başqasının azadlıq və hüququna hörmət göstərməkdir. Bu termin din sözü ilə bir tərkibdə dini tolerantlıq mənasında daha çox istifadə edilir. Dini tolerantlıq hər bir din mənsubunu ...
ANL
Son iki ilə yaxın müddətdə qapalı qalan teatrlarımız oktyabrın 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən məhdudiyyətlər daxilindəki icazəsi ilə öz qapılarını öncə yaradıcı heyətin, sonra isə sevimli tamaşaçılarının üzünə açdı. Bəzi teatrlarımız icazədən bir neçə gün sonra artıq tamaşalarıyl...
ANL
Dostumuz Qudrət Həsənquliyev təklif edib ki, Ağdamı Azərbaycanın paytaxtı elan eləsinlər. Zaman-zaman paytaxtın köçürülməsi gündəmə gəlir və hərə də bir yer göstərir. Təbii ki, paytaxtın köçürülməsi Bakının həddən artıq yüklənməsi ilə gündəmə gəlir. Əvvəla, paytaxt köçürmək o qədər də asan məsələ deyil, bunun üçün bə...
ANL
YAXUD ADA-nın YENİ TƏŞƏBBÜS-LAYİHƏSİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR. Üçüncü minilliyin ilk illərindən başlayaraq müstəqil Azərbaycan Respublikasında gedən coşqun sosial-iqtisadi, mənəvi-ideoloji hərakat get-gedə daha çox bir mühüm hədəfə yönəlməkdə idi ki, bu, keçən əsrin müxtəlif dövrlərində (həm də məhz ümumi bir dövlət...
ANL
Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. Xalq şairi Ramiz Rövşənin kitabda yer alan, ata-baba yurdu Qubadlı rayonundan bəhs edən "Qapısız açarl...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Parlament seçkiləri zamanı, yaxud yüksək vəzifəli Azərbaycan rəsmilərinin Budapeştə səfəri ərəfəsində məsələ bu və ya digər şəkildə yenidən gündəliyə gətirilirdi. Onun vətənə ekstradisiya olunmasında Orban hökuməti ilə danışıqlar aparmış Azərbaycan səfirinin ölkədə...
ANL
Şərqə bir vaxtlar günəş doğdu. İnsanlar mazutlu, qabarlı əlləri ilə gözlərini ovxalayıb uzaqdan gələn günəş şəfəqlərinə tamaşa elədilər. O şəfəqlər insanların üzünü nurlandırdıqca üzərində məskən saldığımız bu torpaqda boy atan fidanlar zəhərli sarmaşıqlardan arınmağa başladılar. Nicat yolumuzu heç də asanlıqla tapmadı...
ANL
Vyetnamda Nizami Gəncəvi konfransı. Vyetnamın Hanoy şəhərində dahi şairimizin 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi irsi Vyetnam tədqiqatçılarının gözü ilə" mövzusunda konfrans keçirilib. Konfrans Vyetnamdakı səfirliyimiz, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzi, Vyetnam Ədəbiyyat və Sənətşünaslığ...
ANL
Şərqşünaslıq İnstitutunda Zəfər Gününə dair elmi konfrans olub. Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı Zəfər Gününə aparan müstəqillik illəri” mövzusunda elmi konfrans keçirilib. Konfransda Dövlət Himni səsləndirilib, şəhidlərin xat...
ANL
İncəsənət sərhəd tanımır. Meksika səfirinin və gənc rəssam Arzu Əhmədlinin birgə yaradıcılıq sərgisi açılıb. “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı ilk birgə...
ANL
Bizi ağrısı ilə böyüdən kədər. Bizim bir günün içində böyüməyimizdən bir il keçdi. İlqar şəhadətə yüksələndə beş yaşı olan körpə fidanlar bir neçə gün əvvəl əllərində gül dəstəsi ilə məktəbə qədəm qoydular, bağlarda əkilən tinglər boy atdı, ev tikməyə başlayan qonşumuz Əli dayı çəpərini də rənglədi artıq. Nəyinsə yar...
ANL
Ahıskalı şair Güləhməd Şahin. Türk dünyasının cənnət guşələrindən və zəngin mədəniyyət mərkəzlərindən olan Ahıska yörəsi ən qədim çağlardan şeir-sənət yurdu kimi tanınıb. 1944-cü ildə Sovet rejimi tərəfindən öz doğma yurdlarından sürüldükdən sonra milli mətbuatdan, məktəbdən, ərazi birliyindən məhrum olan Ahısk...
ANL
Könül dalğam nəinki müəllifin yaza bildiklərini, hətta tərslik edib sözə gəlməyən duyğularını, yaşantılarını da tuta, oxuya bilir. Bax, fikrin, duyğunun o sözə tabe olmayan, yazıla bilməyən hissəsini duya bilmək isə hamı üçün deyil. Bunun üçün oxucu özü gərək söz xiridarı ola. Mən özüm az-az yazıram, yazdıqlarım da, ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı rəssam-pedaqoq, sənətşünas Aybəniz Pənahovadır. Aybəniz xanımla Vidadi Nərimanbəyovun "Zəncirotu" əsəri haqqında danışmışıq. - Vidadi Nərimanbəyov yaradıcılığının cizgiləri bu əsərdə özünü necə göstərir? - Nərimanbəyovlar nəslinin görkəmli nümayəndəsi, Xalq rəssamı ...
ANL
Şahmat nə vaxt və harada yaranıb? Tarixdə şahmat oyununun nə zaman və harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın meydana çıxması vaxtı və onun vətəni barədə fikirlər birmənalı qəbul edilmir. Tarixi ədəbiyyatda şahmatın 3000 il bundan öncə Seylonda icad edilməsi, oradan isə ...
ANL
"Mən kitablarımı yaratmazdan öncə kitablarım məni yaratdılar". Bütün hadisələr, yaşantılar, ilk baxışdan önəmsiz görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər buraxır. Bunlardan heç izi-tozu qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni cığırlar, yollar açanlar da. Təkrarlardan ibarət gündəl...
ANL
Regional inkişafın görünməyən tərəfi. Ölkənin inkişaf səviyyəsi vətəndaşların həyat şəraitinə və rifah səviyyəsinə təsir göstərən ən əsas amildir. Bu səbəbdən bütün ölkələr iqtisadi inkişafa nail olmağı hədəfləyir. İqtisadi inkişaf anlayışı ölkələr üçün xüsusilə, İkinci Dünya müharibəsindən sonrakı dövrdə böyük əhəmi...
ANL
"Vaqif Poeziya Günləri Azərbaycan ədəbiyyatının təntənəsidir". Uzun illərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 29-30 avqust tarixlərində Vaqif Poeziya Günləri yenidən bərpa olundu. Şuşada səfərdə olan ziyalılarımızın bəziləri təəssüratlarını "525-ci qəzet"lə bölüşüblər. Anar Rzayev: Bu, bizi...
ANL
Düz 39 il sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 30-31 avqust tarixlərində ölkəmizin ən önəmli ədəbiyyat tədbirlərindən olan Vaqif Poeziya Günləri yenidən bərpa olundu. Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı ilə keçirilən poeziya bayramında dövlət rəsmiləri, millət vəkilləri, tanınmış qələm adam...
ANL
Oljas Süleymenovun yaddaşlarda qalan "Profil"i. Azərbaycan teleməkanında xüsusi peşəkarlıq üslubu ilə seçilən Real TV-nin maraqlı proqram formatları sırasında "Profil"in ayrıca yeri var. İlk növbədə ona görə ki, bu proqram həm öz mövzuları ilə, həm də bu mövzuları canlandıran qonaqları ilə diqqəti cəlb etməyi bacarır....
ANL
Kim deyir ki, İnternet uşaqlar üçün zərərlidir? Yeni dövrün insanları üçün həyat artıq mobil cihazların, ağıllı telefonların içərisində axır. İnsanlar İnternet vasitəsiylə çıxış əldə etdikləri müxtəlif platformalarda şəxsi profillərini yaradırlar. Artıq hər kəs varlığını isbat etmək üçün ən az bir İnternet səhifəsində...
ANL
Hər kitab oxucunu öz səsiylə çağırıb diqqət çəkməyə çalışır. İstər real aləmdə, istərsə də virtual dünyada - harada bir kitab varsa, sanki bir-birini itələyib sıxışdırır, fürsət düşən kimi, boylanaraq gözə dəymək, insanların qəlbinə və beyninə yol tapmaq istəyir. XV əsrdə inqilabi alman ixtiraçısı Yohan Qutenberqin ça...
ANL
İnsanlıq etalonu. Bu adın doğmalığı ondadır ki, müəllifin bir əsərini oxuduqdan sonra nənəmizin təndir çörəyi kimi növbəti dişləyi arzulayır insan. Növbəti dəfə yazıçı ilə yolum artıq universitet tələbəsi olarkən, ikinci kursun yay tətilində coğrafiya müəllimimin hədiyyə etdiyi kitabda üst-üstə düşdü. sözü məni ...
ANL
Aravuranları necə tanıyaq? Hər kəsin bir ləqəbi, necə deyərlər, hansısa ayaması olur. "Aravuran" da elə ayamalardan biridir. Bu söz ilk baxışda adi, gülünc təsir bağışlaya bilər. Amma bu adı üstündə gəzdirənlərin necə ev yıxdıqları, qanlara səbəb olduqları, bir ailədə neçə nəfərin həyatını məhv etdiklərini eşidəndə mə...
ANL
Pilot Ekzüperinin yazıçı Ekzüperiyə hədiyyəsi. Bu kitabı yaşlı adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar... Hər şey, əslində, təyyarənin mühərrikinin xarab olması ilə başladı. Böyük səhrada canıyla əlləşən pilot balaca həmsöhbətini əvvəlcə təəcc...
ANL
Uşaqlığımızda qəzetdə yazılanlara kimsənin inanmamaq haqqı yox idi: "Qəzet belə yazıb!" deyərdilər. Yeniyetməliyimizdə qəzetdə işləyənləri tanıyandan sonra onların duruşunu, baxışını gözlərimizə köçürərdik. Mətbuat kəlməsini hələ düz-əməlli dərk eləməsək də, məbuat işçilərinə həsədlə baxardıq... Nəriman müəllimə...
ANL
filmdə bu mifi darmadağın etdi, daha doğrusu, onun astar üzünü göstərdi, üstəlik, böyük ALDANIŞ haqqında yaratdığı antimifə bu gün də insanları öz cazibəsində saxlayan, dünya kinoşünaslarının dönə-dönə qayıtdıqları bir neçə saniyəlik dahiyanə epizodla nöqtə (bəlkə də nida içarəsi) qoydu... Çaplin göstərdi ki, qu...
ANL
"İrəli"də insanlarla ünsiyyət, komandada işləmək bacarığı qazandım". "İrəli" İctimai Birliyində inkişaf edib irəliləyən gənclərdən biri də Kənan Əliyevdir. 2014-cü ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin ''Sosial işin təşkili və idarə olunması'' ixtisasına daxil olub. İlk könüllülük fəaliyyətin...
ANL
Bu gün kitab oxumaq, mütaliə edib beynimizi qidalandırmaq üçün əlimizdə çox geniş imkanlar var: istər yanımızdan ayırmadığımız, demək olar, bədənimizin bir üzvünə çevrilmiş elektron ekranlar, istər gözlərimizi qımıldatmadan, sadəcə, qulaqlıqdakı səslərə qulaq verdiyimiz audio vasitələr, istərsə də ənənəvi, klassik, ...
ANL
Tanrı dağlarından gələn şair. Ya buyruq, ya yumruq altındadır, Dünyanın vətən olmayan torpaqları... Boyun üzülən yerdə boyunduruq böyüyür, Boynu buruq böyüyür. Vətən olmayan torpaqların uşaqları... Arzulara varmaq, Qanla suvarılmaq, - Vətən olmaq istəyir Torpaq! Onun şeirlərində əzmkar döyüşçü ruhu var; yurdu sevməyə ç...
ANL
Cəmilə xoşbəxt ola bildimi? Oxuduğum hər əsərdən nəticə çıxarmağa, çıxardığım nəticələri həyat dərsi kimi mənimsəməyə çalışıram. Qəhrəmanların taleyi, səhv və düzləri bizə çox şey öyrədə bilər. Təbii ki, mən o əsərlərin qəhrəmanlarını nəzərdə tuturam ki, orada təbliğat yox, həqiqət aparıcı rol oynayır. Məsələn, Səbah...
ANL
Şəkildən baxan oğlu, Sanki masa başında. Bir qədəh göz yaşıyla. Qapqara baş daşıyla. Bu gündən ilin çıxır. Qonşularım deyir ki, Qəbrindən gəlin çıxır. Heç olmasa əynini- başını dəyişəydin, Görüşünə gedəndə. Ütülüyüb yuduğum. Mənə Şuşanı göstər. Ana bətnisən deyim? Sənin bətnindən axdı. Şəhidlərin qanları, Sən q...
ANL
Əzizlərimi bir-bir itirdim... İnsan oğlu təəssüf ki, ixtiyar çağında həyatı gəncliyindəki kimi dərk edə bilmir. Gənclik şənlik, gülüş, qəhqəhə, coşğun eşq-həvəs, çalışıb-vuruşmaq, məslək uğrunda uğurlar qazana bilmək cəhdi deməkdir. Keçən günə gün çatarmı? Hər şey keçmişdə, gənclik illərində qaldı. Bilmirsən ki, ...
ANL
bizə bəxş elədiyi gözəl bir hadisədir. Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Sevginin də özünə görə gözəl və çətin tərəfləri var. Mələklər bunu ilahi zövq, şeytanlar isə cəhənnəm əzabı, insanlar isə bu hissi sevgi adlandırırlar. Əsl məhəbbət xəyala bənzəyir, hamı onun haqqında danışsa belə, o, gö...
ANL
Tərcümə, getdikcə daralan dünyada dillər və mədəniyyətlərarası əlaqələrə zəmin yaradan, sevgisi, nifrəti, mənəvi dəyərləri ilə dünyanın hər yerində eyni olan insanı simvolizə edən ədəbi əsərlərin ortaq nöqtələrini ortaya qoyan, fərqli irq, millət və dinlərə mənsub olan insanların bir-birinə yaxınlaşmalarını təmi...
ANL
Təkcə ona görə yox ki, bu, türk insanının qəhrəmanlığını, milli ruhunu, dəyanətini, düşmən əlində əsirkən belə əyilməkdənsə, onun gözünə kişi kimi dimdik baxıb ölümü seçmək böyüklüyünü özündə yaşadan bir tarixdir. Təkcə ona görə yox ki, türklərlə azərbaycanlıların qarı düşməninə qarşı, bax elə bugünkü kimi çiyin...
ANL
Ləzzət dolu bir günah... Dini bir ölkə düşünün: qadın haqlarının rədd edildiyi, hüquqlarının çeynəndiyi, sırf qadındır deyə heç bir məhkəmədə lehinə qərar verilməyən bir cəmiyyət... Bir də həmin ölkədə rejimə qarşı çıxan, atasının "qəfəsindən" qurtulan, ərindən boşanan, qadının küçədə sərbəst gəzməyi qəbahət sayıldığ...
ANL
Xurşidbanu Natəvanın ədəbi-bədii yaddaşdakı portreti. XIX əsr Qarabağ ədəbi mühitinin ən görkəmli siması, əsrin bir çox istedadlı şəxsiyyətlərini özündə cəm edən "Məclisi-üns" ədəbi məclisinin yaradıcısı Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında, ictimai həyatında və yaddaşlarda bir obrazı var. Xurşidbanunun...
ANL
Kubartla ifadə olunan vətən eşqi. 13 yaşlı Ayxan Əlizadə kubik-rubiklərlə sənət əsərləri yaradır. Müsahibim - Ayxan Əlizadə kubartla məşğuldur. O, hər birimizin uşaqlığında sevərək oynadığı, çoxumuzun düzəltməyi heç cür bacarmadığı kubik-rubiklərlə gözəl sənət əsərləri yaradır. Son zamanlar daha çox diqqət yetirdiyi...
ANL
Tanınmış jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədlinin bu günlərdə 60 yaşı tamam olub. Aktiv jurnalist fəaliyyəti ilə məşğul olan Y.Məmmədli bir sıra qəzetlərin baş redaktoru, Sovet dönəmində ...
ANL
Salam, dilimizin, şeiriyyətimizin böyük ustadı, iki od arasında çarpışan Qarabağ xanlığının cəfakeş dövlət adamı Molla Pənah Vaqif! Şuşada, yenidən bərpa olunan ənənəvi Vaqif Poeziya Günlərinə gedirik. Yuxudur, yoxsa həqiqət? Bu görüşü otuz ildən çox gözləmək lazım gəldi. Şuşada sonuncu ümumittifaq miqyaslı Vaqif ...
ANL
Yuxulardan qopub gələn Şuşa nağılı... Hər bir azərbaycanlının düşüncəsində, xəyallarında bir Şuşa obrazı vardı; qayaların başında yerləşən əfsanələşmiş şəhər... O şəhər ki, tarixin qanlı-qadalı səhifələrindən çal-çağırla boylanıb bizə. Şuşa deyəndə həm ən qədim və unikal mədəniyyət, həm də tarixin tozlu səhifə...
ANL
Başdan-ayağa möcüzə olan Şuşanın möcüzəliyi dünənin-bugünün söhbəti deyil ki! Şuşa möcüzəsi minillər öncədən, hələ buraların Şuşa olmasından çox-çox əsrlər qabaq başlayır. Sanki Tanrı bu dağları, qayaları, meşələri, yamacları, bu məkanın havasını-suyunu elə binədən füsunkar bir təbiət parçası kimi yox, başlanğı...
ANL
Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi dairəsinə daxil olan kəndlərdən biridir. İkinci Qarabağ savaşında beş nəfər şəhidi var bu kiçik kəndin. İndi doğma kəndində uyuyur. "Mən Azərbaycan əsgəri olub, ermənilərin tankını vuraram!" arzusu ilə böyüyən Nihad Fuad oğlu Əhmədov arzusuna çatıb... Mübariz İbrahimovun ...
ANL
Odu-alovu gözləriylə görən həkim. Nədənsə tez-tez Azərbaycanın xalq şairi, vətənpərvər, təbiət vurğunu, dağlar sevdalısı, unudulmaz Musa Yaqubun illər öncə yazdığı, hamımızın hisslərinin oyadan, bizi doğma torpaqlarımıza daha sıx bağlayan ölməz misraları yadıma düşür: Bəlkə də borcundan çıxmadım vətən, Ömür bah...
ANL
Şövkət Zərin Horovlunun yaradıcılığı haqqında qeydlər. Yazıçı, şairə, publisist Şövkət Zərin Horovlu ilə tanışlığımız qanqaraldıcı bir hadisə ilə başladı və sonradan dostluğa çevrildi. Bu, xırda bir məişət məsələsiydi və heç birimizə ciddi bir aidiyyəti yox idi. Sonralar Şövkət xanım qələm adamlarının bəzilərinə...
ANL
"Şərəfsizlik tarixi, yaxud Vernadski prospektində". Ötən il sentyabrın 27-dən başlayıb 44 gün davam edən və sonda işğal altındakı ərazilərimizin azad olunması ilə bitən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Azərbaycan Silahlı Qüvvəri...
ANL
Zərif səsli skripkanın mahir ifaçısı. Sənətsevərlər skripka səsini, yəqin ki, yaxşı xatırlayırlar. Zərif, incə, məlahətli tembrə malik, insanı duyğulandıran, lirik hissləri dolğun ifadə edə bilən professional bir musiqi alətidir skripka. Zərif və kövrək səsi əsrlərlə səsləşən skripka zamanların sınağından çıxara...
ANL
"Bizim diaspor quruculuğumuz xeyli yol qət edib". Ermənilər Ukraynada ictimai rəyə təsir edəcək səviyyədə deyillər”. Müsahibim Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovdur. - Ukrayna Azarbaycanlıları Radası (UAR) kifayət qədər gənc diaspor təşkilatıdır. Oxuculara bir qədər fəaliyyətiniz və q...
ANL
Şirvanşahlar sarayında Nizami Gəncəvi gecəsi. Sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azər...
ANL