text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Yolunu itirən adam. Otuz ildən çox Kölndə yaşayan bir dostum bir dəfə məni maşınıyla şəhər vağzalına aparacaqdı. Maşına minən kimi "naviqator"u - yol bələdçisini ayarlamağa başladı. Onun yolu təyin etmək üçün naviqatoruyla məşğul olduğunu görəndə çaşdım. "Otuz ildir bu şəhərdə yaşayırsan, vağzalın harada olduğunu bilm...
ANL
ŞAHANƏ MÜŞFİQ “HƏRƏNİN ÖZ ROMANI”NI İMZALADI. Oktyabrın 9-da Bakı Ekspo Mərkəzdə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şahanə Müşfiqin “Hərənin öz romanı” kitabının i...
ANL
Bu gün sosial həyatda demoqrafik baxımdan gənc və orta yaşlı nəsil çoxluq təşkil edir və sosial həyatda daha aktiv mövqedə dayanırlar. Şəhərlərdə asudə vaxt keçirmək üçün lazım olan hər şey demək olar ki, bu yaş qruplarına xitab edir. Reklamlar da onlar üçün çəkilir. Yaşlılara isə biz daha çox parklardakı skamyalarda, ...
ANL
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yekunlaşıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. Bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti ...
ANL
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılıb. Oktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Sulduz Məhərrəmov İkinci Fəxri xiyabanda görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İm...
ANL
Bayram ovqatlı VII Bakı Beynəlxalq Kitab Satış Sərgisində gəzərkən müxtəlif nəşriyyat evləri, universitetlər, Fondların kitablarla rəngarəng stendləri adamın diqqətini cəlb edirdi. "Çapar"dan sonra yolumu Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan (MİMTA) saldım. Stendə hələ yaxınlaşmadan öncə diqqətimi orada di...
ANL
Bakıda kitab qoxulu günlər. Uzun müddət yayılan anonslardan sonra, demək olar ki, ölkənin böyük bir hissəsinin xəbər tutduğu Milli Kitab Satış Sərgisinin ardınca VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılması kitabsevərlərin lap ürəyincə alındı. Bunu demək hər nə qədər kədərli də olsa, kitab sevgisi hər kəsə qismət olm...
ANL
"Cümhuriyyət Yazıları"nın işığında yaddaqalan görüş. "Oktyabr ayının ilk ongünlüyünü Azərbaycanda kitab dekadası dövrü adlandırmaq olar". Professor Qulu Məhərrəmlinin bu günlərdəki feysbuk paylaşımlarından biri bu cümləylə başlayırdı. Elə mən də yazıma dəyərli Qulu müəllimin ötən on günü ən yaxşı təcəssüm etdirən sö...
ANL
Su hövzələri ekoloji fəlakətlə üz-üzə. Etibar Əliyev, millət vəkili: - Bakı Ekspo Mərkəzində Beynəlxalq kitab sərgisində iştirak etdim. Yüksək səviyyədə təşkil olunmuş bu sərgidə nəşriyyatlar, Ali məktəblər və müəlliflər kitablarını təqdim etdilər. Məni düşündürən bir məqamı paylaşmaq istərdim. Universitetlərin nəşrlə...
ANL
Dahi mütəfəkkirin vətənində daha bir kütləvi tədbir keçirilib. "Nizami Gəncəvi ili"nin tədbirləri sırasında keçirilən el şənliyi çərçivəsində "Gəncəsənət" sərgi-yarmarkasının ikinci düzəni də baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəs...
ANL
Əli Şamilin tanıtdığı Albaniya və albanlar. Ömrünü-gününü elmi axtarışlara, türk xalqlarının tale yüklü məsələlərinin araşdırılmasına həsr edənlərdən biri də Əli Şamildir. Sevindirici haldır ki, sözügedən nəşriyyat Sovet dövrünün ənənəvi kitab nəşrindən uzaqlaşıb, Avropa və Amerikada nəşr edilən kitablar kimi t...
ANL
(Hekayədə verilmiş faktlar və şeir orta əsr ərəb mənbələrindən götürülüb). Gecə yarı olmuşdu. Dəməşqin əyri-üyrü, tozanaqlı, dar küçələrində ins-cins görünmürdü. Şəhər əhalisi dərin yuxuya getmişdi. Yalnız arabir sərgərdan itlər hürüşür, zülmətlə bərabər ətrafa çökmüş qulaq cingildədən sükutu pozurdu. Valid ibn...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ulduz Hüseynovadır. - Leonardo da Vinçinin haqqında söhbət açacağımız "Qayalıqlar bakirəsi" əsərinin iki variantı mövcuddur. Söhbətimizə bu iki rəsmin oxşar və fərqli cəhətləri ilə başlayaq. - "Qayalıqlar bakirəsi" əsəri (digər adı "Madonna qayalıqlarda")...
ANL
Tanınmış jurnalist, folklorşünas Əhməd Oğuz şifahi ədəbiyyatımızın cəfakeş təbliğatçılarından idi. Təxminən 30 il idi Azərbaycan Radiosunda onun həm özünün, həm də baş redaktorun müavini olduğu redaksiyanın xətti ilə folklorumuzun müxtəlif sahələrinə aid hazırlanan verilişlərdə ("Dastandan üzü bəri", "İrəvan çuxuru",...
ANL
Uşaqlarda emosional zəkanın inkişafı prosesi. Sosial mühitdə, iş dünyasında fərqli insana rast gəlirik. Onların eyni hadisələr qarşısında verdikləri reaksiyalar müxtəlif olur, elə özümüzün də. Başqalarının qeyri-ciddi saydığı hadisələr bizi qəzəbləndirə, bizim gülməli hesab etdiklərimiz isə bir başqasını qıcıqlandıra ...
ANL
Axşam saatlarında başlayan yağışa pəncərədən tamaşa etməyim yaxşı yadımdadır. Suyu elə bil vedrədən tökürdülər, evimizin içindən divarla su süzülürdü, navalçalar çatdırıb ötürə bilmirdi. Sonra atam başlıqlı müşəmbə plaşını, uzunboğaz rezin çəkmələrini geyinib getdi (Tərsanədə işlədiyi üçün belə geyimi var idi)....
ANL
Azərbaycan ədəbiyyatında bədii əsərləri, dadlı söhbətləri, insanlara dürüst münasibəti ilə bütünləşərək bir ədib kimi məxsusi obraz yaradan, öz üslubunu formalaşdıran, məzmun və ideyası ilə oxucunun qəlbinə sirayət edən kamil qələm adamlarımız bütün dövrlərdə olub və olacaq. Bu gün sadaladığım keyfiyyətlərlə ürə...
ANL
27 sentyabr Anım Gününə yaxın televiziyada anonslarda çox sevdiyim bir parça tez-tez göstərilirdi: dövlət başçısının Cıdır düzündə fikrə gedərək addımladığı, nəzərlərini hərdən uzaqlara - dağlara dikib dediyi sözləri xatırlayıram: "...Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas faktorlardan biri idi. Çünki biz Qarab...
ANL
Xalqın güvəndiyi şəxsiyyət. Böyük şəxsiyyətlərin böyüklüyü onların dünyanı, gedişatı, həyatın rənglərini hamıdan yaxşı dərketmələrindədir. Amma bu dərk etmə daha çox onların təfəkkür deyilən çox vacib bir keyfiyyətinin məhsuludur. Bütün bu keyfiyyətlər isə heç də birdən-birə yaranmır. Təfəkkür tərzi insanın yara...
ANL
Nəvəm necə böyüdü. - Oğurlaya bilməzsən. Onu ora Allah baba yapışdırıb. (Qardaşım vəfat edəndən və anamın yanında dəfn olunduqdan 1 həftə sonra). Nədən qorxmusan? Bəs Allah babadan qorxmur? Qorxsaydı öz balasını çölə atardımı? Orda ona baxacaqlar, yedirdəcəklər, o da başlayacaq böyüməyə. Bu gün sinif otağına ayaq bas...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
Yazıçı Əfqanın "Cənnətməkan"ı: türk hökmdarın siyasətnaməsi. Azərbaycan ədəbiyyatının dəyərli imzalarından biri - Əməkdar incəsənət xadimi Əfqan həm ömrünün və həm də yaradıcılığının zirvəsindən izləyir dünyanı. Bu zirvədən baxanda, öz zəhmətilə yaratdığı qiymətli xəzinə dəyərində olan əsərlərinə nəzər yetirəndə, yəqi...
ANL
Şair Yusif Həsənbəy haqqında etüdlər. Mən görkəmli şair Yusif Həsənbəy haqqında xatirələrdən danışmaq istəmirəm, onun poeziyasına ötən əsrin 60-cı illərindən tanışam, o vaxt tələbə idim. Həyat elə gətirdi ki, bu gün XXI əsrdə şairin poeziyasının bəzi məqamlarını araşdırdım və onu şeirimizdə özünəməxsus yerini bir daha ...
ANL
Mükafat deyəndə ağlımıza nə gəlir? Elm və ədəbiyyat dünyasının ən prestijli mükafatları 1əsrdən çoxdur ki, bu adlar altında verilir. Diqqət etdiyimiz kimi, birində kino, incəsənət, digərində isə elm və ədəbiyyat haqqında danışdığımız bu mükafatlar hər zaman mütləq meyarlarla yox, bəlli bir nisbiliklə müəyyən olunur. N...
ANL
Regional sosial-iqtisadi inkişaf: problemlər və reallıqlar. Bu gün heç bir ölkə qloballaşmadan da onun nəticələrindən qaça bilmir. Qloballaşmanın qaçılmaz nəticələrindən biri də ölkələr arasındakı iqtisadi sərhədlərin getdikcə ortadan qalxmasıdır. Buna görə də ölkələr getdikcə bir-birindən asılı vəziyyətə düşür. Belə b...
ANL
Sabaha ümidimizi artıranlar. Hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəs...
ANL
Rəqəmsal həyat və rasional düşüncə kasadlığı. Mənə restoranlarda narahatlıq hissinin əvəzinə, evdə, divanda ayaqlarımı uzadıb çayımı içib dinc başımla dincəlmək daha maraqlı gəlir. Buna görə də dostlarımdan mesaj, zəng gələndə dik atılıram: İndi harasa çağıracaqlar, əlli cür bəhanə uydurmalı olacağam. Çox dirəşsə, du...
ANL
Müasir Naxçıvan haqqında Naxçıvannamə. Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, "Şərq qapısı" qəzetinin Baş redaktoru, 20 ildən artıqdır ki, jurnalistika ilə məşğul olan Mehriban Sultan bir neçə kitabın müəllifidir. Həmin kitabların ikisi alim kimi uzun illər apardığı ...
ANL
Musiqişünaslığa yeni töhfə. Musiqişünaslıq bir elm kimi çoxəsrlik tarixə malikdir. Hələ orta əsrlərdən başlayaraq musiqi elmi müəyyən risalələrdə, traktatlarda, elmi konsepsiyalarda tədqiq olunaraq dəqiq elmi mülahizələrlə nəticələnib. Təbii ki, bu dəyərli elmi əsərlərdən çox nümunə göstərə bilərik. Onu da qeyd etməli...
ANL
İlkin nəşrdə müəllif kimi Qurban Səid imzası təqdim olunsa da, sonralar bu adla paralel Lev Nissembaum, Yusif Vəzir Çəmənzəminli də hallanmağa başladı. Uzun tədqiqatların yekununda isə Yazıçılar Birliyi tərəfindən müəllif kimi Yusif Vəzir Çəmənzəminli tanındı. Hətta bir sıra ədəbiyyatşünasların qənaətincə, Yusif Vəziri...
ANL
Təfəkkür-Təxəyyül-İstedad üçbucağı. XALQ YAZIÇISI KAMAL ABDULLANIN 7 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA DÜŞÜNCƏLƏR. Adətən təfəkkürü, təxəyyülü dolğun həyatı müşahidə və geniş mütaliə, əhatəli savad qidalandırır. Xoşbəxt Tanrı övladı o kəsdir ki, həqiqətən yaradıcıdır, istedadlıdır, həm zəkasının üfüqlərinə ...
ANL
Valideyn-övlad münaqişəsi. Ailə insanın ən yaxşı mühafizə edən sığınacaqdır. Ailə münasibətləri, xüsusilə qan qohumluğu ailə fərdlərini bir-birinə bağlayan ən güclü vasitədir. Böyüklər arasında zaman-zaman psixoloji gərginiklərin yaşanması normaldır. Amma valideynlə uşaq arasında baş verən psixoloji gərginliklər, dav...
ANL
Qalib Azərbaycanın müzəffər sərkərdəsi. Xalqımız dövlətçiliklə bağlı bütün tarixi günləri böyük ehtiramla yaşadır. Dünyəvi siyasət Sovet ideologiyasını bəzən aşa bilmirdi. Belə bir şəraitdə geniş dünyagörüşə, güclü məntiqə, möhkəım iradəyə müqayisəyəgəlməz ideoloji təfəkkürə malik olan kadrlar hakimiyyətə gətirili...
ANL
"Uzun sözün qısası" rubrikamda bu dəfə Xalq yazıçısı Elçinin "Ölüm hökmü" romanı haqqında danışacam. Öncə onu qeyd edim ki, belə qısa bir yazıda bir romanı əhatə etmək mümkün olmadığı üçün əsərin əsas hissələri arasında bağ yaradaraq oxucuda müəyyən təsəvvür yaratmağa çalışmışam. Əsərin ilk səhifələrində tələbə ...
ANL
Pərvindən yeni kitab: "Vəziyyət ruscadır". Kitabda müəllifin rus nəsrinə aid ardıcıl araşdırmaları yer alıb. Daha öncələr "Ədəbiyyat" qəzetində hər həftə yayımlanan bu silsilə yazılarda rus klassik nümunələrinin vasitəsiylə zaman, ədəbiyyat və sənət haqqında düşüncələr ortaya qoyulur. Müəllif özü bu mövzuya müraciəti...
ANL
Dul qadının tənhalığı. Ruhiyyənin tərcüməçilik fəaliyyəti. Ona Südabə xanımın, sonra da ərinin təsiri, gələcəkdə ehtiyacın girovuna çevrilməsinin qarşısını almaqla, yaxşı yol göstərmişdi. Onun dağ kəndində çoxlu talışlar yaşayırdı, anası da mənşəcə talış olduğundan, onunla və bacısı ilə evdə daim talış dilində da...
ANL
Dünyadan nə gözəl bir insan getdi... Ömür, yaşamaq haqqı hər bir bəşər övladına verilən paydır, qismətdir. Hər bir insan həyatda özündən sonra müəyyən izlər, nişanələr qoyub gedir. Elm, hikmətlər dünyası isə yaşarıdır, əbədidir. Amansız, vaxtsız, erkən ölüm uzun sürən çarəsiz xəstəlik Azərbaycan Dövlət Pedaqoji Univer...
ANL
Vətən təyinatlı. POLKOVNİK-LEYTENANT HACI ƏSƏDOVUN ƏZİZ XATİRƏSİNƏ. 1986-cı ildən SSRİ-də başlanan yenidənqurma siyasəti çoxmillətli, çoxmilyonlu rus imperiyasının kommunist ideologiyalı dayağını sarsıdıb, demokratik hərəkat qol-qanad, etnik münaqişələr əl-qol açıb, 1988-ci ilin fevralından Azərbaycanda erməni s...
ANL
“Gənc tədqiqatçılarla yaşlı alimlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibət yaradılmalıdır”. Bu günlərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 75 illik yubileyini qed etdi. Azərbaycan Prezidenti İlham Əliyevin sərənca...
ANL
Şikayətlənmək üçün əsas yoxdur. Bu ibrətamiz mükaliməni ilk dəfə 1972-ci ildə Respublika Milli Elmlər Akademiyasının indiki Hüseyn Cavid prospektindəki binasının foyesində eşitmişəm. İllər keçəcək, görkəmli Xalq yazıçısı və ədəbiyyatşünas Elçin görkəmli alim Abbas Zamanovun "Sabir bu gün" kitabına (1985) yazdığı ...
ANL
"Kitabi-Dədə Qorqud"un yeni tapılmış boyu. Dilimiz, tariximiz haqqında mülahizələr. avtoqrafla mənə hədiyyə etdi. Monoqrafiyada "Günbəd əlyazması"nın mətni dilçilik yönündən tədqiqata cəlb edilmişdir. Görkəmli mətnşünas alimin əsəri ön sözdən və iki fəsildən ibarətdir. "Əlyazmanın tekstoloji təhlili" adlanan I fəsildə...
ANL
Ülviyyə Heydərova :"Teatrı millətin ruhu yaşadır". Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbakır şəhərində keçirilən "II SoloFest - Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr festivalında ölkəmizi yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edib. Hələ üç il öncə Azərbaycan Teatr Xadimlər...
ANL
Milli Kitabxana Bolqarıstan universiteti ilə əməkdaşlıq qurub. Oktyabrın 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bolqarıstana səfəri çərçivəsində bu ölkənin Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universitetində olub. Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, direktor u...
ANL
Moskvada Tahir Salahov gecəsi. Oktyabrın 14-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...
ANL
Heç yadımdan çıxmır... Nə hindəki toyuqların qapısını açmaq oldu, nə də zəncirdəki iti... Oturacağına, yük yerinə əlimizə düşən ev əşyaları yığdığımız minik maşınını tərpətmək də mümkün olmadı... Maşınla çıxmaq üçün həyət darvazasını açmaq istəyəndə artıq tankların səsi eşidilirdi... Gecikmək olmazdı... Evimizin sağınd...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Hər halda qərbli siyasətçilər, media nümayəndələri erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən tam xəbərsiz deyildilər. Qloballaşma və internet əsrində bu, mümkünsüz idi. Amma Qabriel Qarsia Markesin məşhur ifadəsi ilə desəm, "gözlənilən qət...
ANL
Vətənpərvərlik və qəhrəmanlıq haqqında söz çələngi. Yazıçı-jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabının təqdimat mərasimi də mənim üçün belə yaddaqalan tədbirlərdən biri oldu. Təqdimat mərasimində kitab haqqında söylənilən dəyərli fikirlərin təsiri altında da Qarabağ müharibəsindən bəhs edən ki...
ANL
ADINI DOĞRULDAN ŞƏHİD. Yuxudan, artıq neçənci dəfə gördüyü, eyni yuxunun həyəcanı ilə oyanırdı Sadiq: köksündən çıxıb qarlı zirvəyə doğru uçan ağ göyərçin... Hər dəfə bu yuxunu görəndə bir rahatlıq dolurdu içinə. Sanki içindən havalanan o ağ göyərçin bütün ağırlığını da qanadlarında daşıyırdı həmin zirvəyə doğru....
ANL
Azərbaycan teleməkanında çox az kanallar var ki, vaxtım və imkanım olanda baxıram; onlardan biri (bəlkə də birincisi!) Kanalın ayrı-ayrı verilişləri və proqramları bəzən o qədər maraqlı olur ki, diqqət çəkir, gözümü-qulağımı ayıra bilmirəm. Bu yaxında gənc jurnalist dostum Turan Uğurun müəllifi olduğu və Xalq şairi Ra...
ANL
Ramiz Rövşəni güldürən üç məqam. "BABAMIN BABASININ BABASI" RETROSPEKTİVDƏ. "Azərbaycanfilm"də rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Babamın babasının babası" filminin çəkilişi yenicə tamamlanıb. Nümayiş öncəsi "Azərbaycan gəncləri" qəzetində filmin ssenari müəllifi Ramiz Rövşənlə müsahibə dərc olunub. Yeni ek...
ANL
Naxçıvan Kəngərlilərinə bağlı mötəbər nəsil. SULTANOV-QULLARAĞASIYEVLƏRİN ŞƏCƏRƏSİNƏ DAİR QEYDLƏR. Qədim türk tayfalarından biri olan kəngərlilərin tarixi hər zaman tədqiqat obyekti olub və indi də belədir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu tədqiqat işi daha da geniş vüsət alıb. Yaşadığımız illərə diqqət ye...
ANL
Əli Əmirlidən ustad dərsləri. İkinci dərsimizi şərti olaraq "Həyat həqiqəti və bədii həqiqət" adlandırmaq olar. Tək dramaturgiyada deyil, bədii yaradıcılığın bütün sahələrində həyat həqiqətinin məhz bədii həqiqətə çevrilməsi əsas yaradıcılıq prinsipidir. Əgər mən rəssam kimi hər hansı bir mənzərəni çəkirəmsə, o ...
ANL
Milli Kitabxanadan Müstəqilliyin Bərpası gününə töhfə. Bu gün Azərbaycan xalqının Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvətidir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaq...
ANL
"İstər fiziki, istərsə də intellektual cəhətdən döyüşlərə hazır idik". Bu gün Cəbrayıl rayonu, Xudafərin kəndinin azad olunmasından bir il ötdü. Düz bir il öncə müzəffər Azərbaycan Ordusu qanlı döyüşlər bahasına tarixi Xudafərin körpüsünü erməni tapdağından azad edib və şanlı Azərbaycan bayrağını Xudafərinə sancıb. A...
ANL
Möhtərəm prezident İlham Əliyevin xalq tərəfindən böyük coşğu ilə sevilməsinin səbəbi təkcə müdrik bir siyasətçi kimi, bir sərkərdə kimi 44 gün ərzində torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etməsi, ölkəni dünyanın söz sahibinə, qüdrətli dövlətlər sırasına çıxarması deyil, həm də xalqla görüşlərin...
ANL
Ayrılığın və birliyin rəmzi - Azad Xudafərin. AZADLIĞININ BİRİNCİ İLDÖNÜMÜNDƏ TARİXİ TORPAQLARA SƏFƏR. Bir saat sonra evdən çıxmalı idim. Əslində, səfərə çıxacağım xəbərini alandan bəri onsuz da olmayan yuxum lap ərşə çəkilmişdi. Bu, mənim media mənsubu kimi Qarabağa ikinci səfərim idi. İstiqamət isə bir il öncə...
ANL
Reptilianlar - xalq arasında bilinən adı ilə desək, kərtənkələ insanlar. Bir inanca görə, reptilianlar min illər əvvəl başqa planetlərdən gəliblər və insanlarla birlikdə artıb-çoxalıblar. Onların mövcudluğu dədə-babalarımızın gördüklərini qaya üstündə işlədikləri dövrə qədər gedib çıxır. Arxeoloji qazıntılardan tapılan...
ANL
Təkcə peşəkar şairlər deyil, bir çox krallar, şahlar, prezidentlər, dövlət və partiya rəhbərləri də şeir yazıb. Şöhrət üçün? Xeyr, onlar şanlı-şöhrətli olublar. Sərvət üçün? Xeyr, onlar zəngin olublar. Əlbəttə, bu suallara konkret cavab vermək çətindir. Onların arasında ilk gənclik dövründə və ömrünün son illərində...
ANL
Vətəni sevdin, Süleyman oldun. Uşaqlığın maraq dünyası nəhayətsiz olur. Uşaqlıq oyunlarının çoxu idman yönümlüdü. Uşaqlar bunun fərqinə varmadan oyunların cazibəsində illər yaşayır. Uşaqlıq marağından böyük idmana necə gəldiyini soruşanda çoxu bunun gerçək səbəbini bilmir. Bu, həmin idman növünə vurğunluğun fəlsə...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ulduz Hüseynovadır. Ulduz xanımla dünya şöhrətli holland rəssamı Vinsent Van Qoqun "Kartof yeyənlər" əsəri haqqında danışmışıq. - Əsərin yaranma tarixçəsi barədə nə bilirik? - Van Qoq 1885-ci ilin aprelində qardaşı Teoya məktubunda yazırdı ki, ömrümün sonun...
ANL
Gəncənin memarlığı haqda yeni nəşr. Kitabda qədim şəhərin səkkiz əsri əhatə edən memarlıq nümunələri tədqiq edilib. Azərbaycanın şəhərlərinin memarlıq xüsusiyyətlərinin öyrənilməsinə yeni bir töhfə Gəncənin orta əsrlərdən yeni çağların astanasınadək olan dövrünü əhatə edib. Memarlıq üzrə elmlər doktoru, Azərbayca...
ANL
Aşıq Ələsgər öz zamanında böyük saz, söz ustası olmaqla bərabər, onun qabaqcadan dediyi bəzi diləklər həyata keçib. Kəlbəcər rayonunun Qılınclı (Çay Qılışlı və ya Aşağı Qılışlı) kəndində qonaq olan Aşıq Ələsgər bəxti açılmayan gözəl bir qıza "Şirindir" rədifli şeirini söyləyir. "Hörümçək torunun açılması" adlı ...
ANL
Naxçıvan Kəngərlilərinə bağlı mötəbər nəsil. Hərb tariximizi araşdıran tədqiqatçılar, o cümlədən, rus diplomatı və şairi V.N.Qriqoryev yazır ki, əvvəllər Naxçıvan xanlığında daimi qoşunlar yox idi, ancaq lazım olanda tüfəngçiləri bir yerə yığırdılar. Bunlar da mühafizə polisi rolunu oynayırdılar. Süvari dəstələr isə...
ANL
Şikayətlənmək üçün əsas yoxdur. Azərbaycan-İraq əlaqələrində xüsusi mərhələ yaratmış mərhum Əbdüllətif Bəndəroğlu "hörmətli ustad" deyə üz tutduğu professor Abbas Zamanova "Bakıdakı bir türkmən təmsilçisi" kimi yüksək qiymət vermişdir. Fransadan Azərbaycana göndərdiyi məktublarında tanınmış şərqşünas İren xanım...
ANL
Xoşbəxtliyin şəkli. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, kitabın redaktoru və ön sözünün müəllifi Rəşad Məcidin iştirakı ilə keçirilən təqdimat çox yaddaqalan oldu. AYB-nin sədri, Xalq yazıçısı Anarın ideya müəllifi olduğu kitabı hələ tədbirdən əvvəl, ilk dəfə vərəqləyərkən düzünü deyim, tamamilə başqa kit...
ANL
Külək əsdikcə taxıl dənələri ilə birlikdə sovrulan göbələk, dini baxışlar, yoxsa qara itlə qırmızı pişik bu qədər əzab-əziyyətə səbəb olmuşdu?.. ...1692-ci ildə Amerika ərazisindəki Salem koloniyasında gənc qızların qəflətən qəribə hərəkətlər etməsi mühafizəkar puritan cəmiyyətində qorxu yaratdı. Yaşlı qadın Titubanın ...
ANL
Zahid Xəlilin "Dəmir yumruq dastanı" təqdim olundu. Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə görkəmli uşaq yazıçısı Zahid Xəlilin "Dəmir yumruq dastanı" kitabının təqdimatı olub. 525.az xəbər verir ki, tədbiri AMEA-nın vitse-prezidenti, Niza...
ANL
Almaniya Bundestaqının sabiq deputatı Milli Kitabxananı ziyarər edib. Oktyabrın 19-da Almaniya Bundestaqının sabiq deputatı, professor, əslən Cənubi Azərbaycandan olan Rahim Şmidt Azərbaycan Milli Kitabxanasında olub. 525.az xəbər verir ki, qonağı qəbul edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim T...
ANL
20 oktyabr Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür... Təqvimin mübarək, Vətən! Atam-babam burda doğuldu, mən də elə burada - Zəngilanda, Üdgün obasında dünyaya gəldim. Doğulduğu torpaqda dəfn olunmaq yaradanın bir lütfümü, ilahi?! Sonunda neçə ildi - gecəli-gündüzlü. Sənə yetişməyimə bəlkə də günlər qalıb, Vət...
ANL
Ermənistan dilemma qarşısında. 2020-ci ilin payızında Azərbaycanın apardığı 44 günlük ədalətli müharibə qəti qələbə ilə, düşmən qiyafəsi ilə öyünən Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Azərbaycan üç onillik ərzində işğal altında olan ərazilərini azad etdi, darmadağın edilmiş Ermənistan ordusunun...
ANL
Koronavirusdan dünyasını dəyişən tanınmış telejurnalist dəfn olundu. Oktyabrın 19-da koronavirusdan vəfat edən tanınmış telejurnalist, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub. O, Saray qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabr ayın...
ANL
Özünə tale qazanan şeirlər. "Sizə hardan xəbər verim, az danışanlardan, qaradinməzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan çaqqallardan, çox danışanlardan, dilli arvadlardan, küsəyənlərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay...
ANL
Mən bu sözləri digər bir sevdiyim şairlə - Yunus Zeyrəklə görüşəndə xatırlayırdım. Hər görüşümüzdən, söhbətimizdən bir daha anlayırdım ki, Yunus Zeyrəyin söyləmədikləri söylədiklərindən çoxdur, bildikləri yazdıqlarından artıqdır, içində yaşananlar gerçəkdə etdiklərindən fazladır və bunlar heç vaxt söylənməyəcək,...
ANL
Naxçıvanda təbiətin mühafizəsi: vacib ümumxalq işi. Müasir dövrdə ətraf mühitlə bağlı olan ekologiyaya təkcə bir elmi sistem kimi deyil, daha geniş mənada hərtərəfli dünyagörüşü yaradan sahə kimi yanaşmaq olar. Planetin, sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq istənilən problemlər hər bir elm sahəsindən, eləcə də...
ANL
Təkrarsız yazıçı, unudulmaz şəxsiyyət. Çünki onların xatirəsi də gözəldi, düşündükcə bir daha qəlbimiz işıqlanır. Bir tərəfdən də, onları unutmaq elə insanlığı, mənəvi dəyərləri unutmaq deməkdi. Həmişə xeyirxahlığı, nurlu çöhrəsi, gülümsəyən gözləri ilə yaddaşımda qalan belə gözəl şəxsiyyətlərdən biri Xalq yazıçı...
ANL
Xalq rəssamı Kamil Əliyev sərgi və konfransla anılır. Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub. Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kollek...
ANL
Daşkənddə Nizami Gəncəvi ilə bağlı tədbir keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddəki "Turan" Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə "Nizami Gəncəvi: Şərqin böyük şairi" adlı tədbir keçirib. Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qən...
ANL
2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin "Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına və Mədəniyyət Nazirliyinin tə...
ANL
Türkiyədəki Ədəbiyyat Festivalında Azərbaycan da təmsil olunur. Türkiyənin Kahramanmaraş şəhərində II Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı keçirilir. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilmiş Şeir və Ədəbiyyat Festivalına 15 ölkədən tanınmış şairlər dəvət edilib. Azərbaycanı bu Festivalda tan...
ANL
Naşirlərin birliyi niyə alınmır? Bu günlərdə "Hədəf" şirkətlər qrupunun qurucusu və baş direktoru Şəmil Sadiq öz feysbuk hesabında Azərbaycan Nəşriyyatlar İctimai Birliyinin Sumqayıtda kitab sərgisi keçirəcəyini elan edib. Şəmil Sadiqin paylaşımından bir neçə gün sonra "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu öz ...
ANL
Baba şəhid. Birinci Qarabağ müharibəsinin şəhidi Sahib Kələntərov adına Ərçivan 2 saylı tam orta məktəbin məzunudur. Məzun olduqdan sonra həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini başa vurub hərbçi olmaq qərarı ilə doğma kəndinə qayıdıb. Evin tək oğlu olduğu üçün qərarını bir müddət deyə bilməyib. Ata oğlunun...
ANL
Vətən təyinatlı. Söhbətin gedişində bir cəhəti də qeyd eləyirlər: Hacı Əsədov mütaliəyə çox bağlı adam olub. Yəni üzündən oxuya bilməyən əsgərlər vardı. Bəzisi uşaq vaxtından evi saxlamağa, mala-qoyuna getməyə məcbur olmuşdu, ona görə təhsildən tam uzaq düşmüşdü. Əsgərlər orda yazıb-oxumağı öyrənirdilər. Bundan ...
ANL
Gənclik xətaları. Görkəmli fizik İsaak Nyuton hesab edirdi ki, sevgi körpü qurmaqdır, insanlar isə körpü qurmalı olduqları yerdə divar hörürlər və buna görə də yalnız qalırlar. Hər şeyin bünövrəsi nəinki uşaqlıqdan, hətta ana bətnindən qoyulur. Bu, dərin tibbi məsələdir və mənim məsələnin bu tərəfindən söz açmaq fikrim...
ANL
Şeirin Vaqif Bayatlı qibləsi. Hərdən mənə elə gəlir ki, Vaqif Bayatlını çoxdan tanıyıram. Lap çoxdan, var olduğumuzu göstərən üç böyük nəsnədən - dünya, insanlıq və ədəbiyyatdan əvvəl. Bu boyda adamlar və bu boyda tənhalıq yaranmamışdan əvvəl. Hərəyə bir misra, hərəyə bir bənd, hərəyə bir şeir qədər... Unudulacaq büt...
ANL
"Nuhun gəmisi"ni harada axtarmalı? Nuh tufanı bir neçə mədəniyyətdə və dini kitabda dünyanın ən əsrarəngiz və ən böyük fəlakətlərindən biri olaraq yer alır. Əsrarəngiz deyirəm, çünki tufanda qurtulanları daşıyan gəmi bu gün dünyanın hər hansısa bir yerində kəşf olunmağı gözləyən sirrə çevrilib. Yaşananların gerçək ya d...
ANL
Güney Azərbaycan ədəbiyyatının fədakar tədqiqatçısı. "Cənubdan gələn səslər professor Abbas Zamanovun mənzilindən keçib daha da gurlaşırdı". Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərmiş professor Abbas Zamanovun anadan olmasından 110 ...
ANL
"Ədəbiyyat” qəzeti”nin “Nizami Gəncəvi İli” buraxılışının təqdimatı olub. Oktyabrın 20-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat” qəzetinin “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, qəzetin xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adın...
ANL
"Prezident Zəngilanla bağlı şad xəbərlər verdi". Oktyabrın 20-də Zəngilanın işğaldan azad olunmağının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana səfər ediblər. Səfər zamanı Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görü...
ANL
Umud Mirzəyev: Prezidentimizin simasında əzm və qətiyyət gördüm. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar rayona səfər edərək ictimaiyyət nümayəndələri ilə görüşüblər. Görüşdə iştirak edən Füzulinin tanınmış simaları ...
ANL
Professorun Əshabi-Kəfdəki duaları və Cıdır düzündəki göz yaşları. XALQ ARTİSTİ AĞAVERDİ PAŞAYEVİN 70 YAŞINA SÖZARDI. Əvvəla onu deyim ki, buradakı "sözardı" ifadəsinə həqiqətən ehtiyac var. Əvvəlcə pandemiyanın törətdiyi fəsadlardan yaranan baş qarışıqlığı, sonra 44 günlük müharibənin həyəcanları və nəhayət, şanlı...
ANL
Dul qadının tənhalığı. Gələcək Baş nazir, ilk milli hökumətin başçısı olacaq Cavahirləl Nehrunun atası Motiləl Nehru görkəmli advokat olmaqla yanaşı, Milli Konqress partiyasının rəhbər xadimlərindən biri, Mahatma Qandinin yaxın silahdaşı idi. Mahatma bir gün ingilisdilli Dehli qəzetlərinə nəzər yetirərkən, birinc...
ANL
İstedadlı musiqiçi, virtuoz ifaçı. Məhərrəm Nəcəfzadənin sənət yoluna bir nəzər. Ailənin digər övladları kimi o da gözünü açandan, ağlı kəsəndən evdə ziyalılıq, halallıq, mehribanlıq, səmimiyyət, dürüstlük, valideynlərinin biri-birinə hörmətini, balalara xüsusi qayğısını, nəvazişini görüb və onların öyüd-nəsihət...
ANL
Sən demə, göyün, səmanın dibsizliyini pərdələyən, göyü yerə yaxınlaşdıran buludlardan o yana tamam ayrı bir dünya varmış... Aşağıdan baxanda yuxarıda - səmada lopa-lopa asılmış buludlar indi onun uçduğu təyyarənin altına sərilmiş ağ xalıya bənzəyirdi. Səmanın bu ikinci mərtəbəsi aşağı ilə əlaqəsi olan birinci mə...
ANL
Milli sənətşünaslıqda müstəsna imza - professor Kərim Kərimov. Azərbaycanın milli sənətşünaslıq məktəbinin təkmilləşdirilməsində böyük rol oynayan şəxsiyyətlər sırasında tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun adı xüsusi vurğulanmalıdır. Görkəmli alimin bizim üçün xüsusi əhəmiyyət kəsb edən dəy...
ANL
Cavidan Kəsəmənli :"Müharibədə yaşanan hisslər heç vaxt soyumur". Böyük Zəfərin birinci ildönümü tamamlanmaq üzrə olsa da, Vətən müharibəsinə dair xatirələr nə yazılmaqla bitir, nə söyləməklə. Xüsusən, şəhid ailələri, qaziləri, müharibə iştirakçılarımız üçün müharibənin ildönümü günləri daha çətindir, şübhəsiz. ...
ANL
170 illiyi bu il tamam olan xalq qəhrəmanı Qaçaq Nəbinin adı bir əsrdən çoxdur ki, Quzey və Güney Azərbaycanda, Anadolu ellərində sevgi ilə anılır. "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı N?rimanoğlunun yenicə çapdan çıxan "Qaçaq Nəbi tarixd?, elmi, yazılı v? monoqrafiyasında h...
ANL
Bir neçə il öncə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzini yaratmaq barədə qəti qərara gələndə müəyyən tərəddüdlərə baxmayaraq, ən qısa zamanda uğur qazanacağıma möhkəm inamım vardı. Açıq deyirəm, bu sahədə fəaliyyət göstərmək istəyi heç də sahibkar həvəsi, yaxud bir xanımın biznes marağı ilə bağlı deyildi. Gənc olsa...
ANL
Onun əlləri. Filmə yetişmək üçün qaçaraq salona çatdım. Reklamlar demək olar ki, bitmək üzrə idi. Yerimi axtararkən havada hərəkət edən bir cüt əl gördüm. Biletdə göstərilən sıranın hansı olduğunu müəyyən etmək gərəyi duymadan sonuncu sıraya yaxınlaşdım. Qaranlığın içində işim-işim işıldayan əllərin yanındakı boş yerə...
ANL
Çörək qoxusu. Səhər obaşdan burnumu qıdıqlayan gözəl bir qoxuyla ayıldım yuxudan. Bir neçə saniyə hələ hansı zamanda və məkanda olduğumu dərk etmədən özümü beşikdə uzanan körpə sandım. Bu şirin, mübhəm xatirələrdən qopub gerçəyə dönər-dönməz bayaqdan məni xəyallar aləminə uçuran o möhtəşəm qoxunun əsl ünvanını tapdım n...
ANL