text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu başlanıb. Noyabrın 24-də Bakıda "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb. 525.az Azərtac-a istinadən xəbər verir ki, noyabrın 26-dək davam edəcək forum "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycan Respubli...
ANL
ADMİU-da Aqşin Babayevin yubileyi qeyd edilib. Noyabrın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, professor, universitetin rektorunun mərhum müşaviri Aqşin Babayevin 85 illik yubiley gecəsi keçirilib. Tədbi...
ANL
Azad Kəlbəcər. Səməd Vurğunun vəsf etdiyi kəklikli daşlarım, quşqonmaz qayalarım hikkəsindən başıma yuvarlandı. Elsiz-günsüz Dəlidağım, Murovum haray çəkdi. Bənövşələrim saçını yoldu, nərgizlərim yaxasını cırdı. Sərvətim talandı, qızılım, civəm, şəfalı dərman bitkilərim, narzan bulaqlarım yad ölkələrə daşındı. Evim-e...
ANL
Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr. Qarabağ ədəbi mühiti nəinki Azərbaycana, eləcə də dünya mədəniyyətinə çox sayda dahi simalar və qüdrətli sənətkarlar bəxş edib. Qarabağın Aran hissəsində yerləşən Ağcabədi rayonu da bu cəhətdən çox qədim bir ənənəyə malikdir. O, Azərbaycan təbiətinin, xüsusən də Q...
ANL
Əxlaqlı olmağın asanlığı və çətinliyi. Bu günlərdə Niyazi Mehdinin "Fəlsəfə tarixində fəlsəfə" kitabını təkrarən vərəqləyəndə İ.Kantın (yenə də Kant!) Niyazi müəllimin təhlili kontekstində anladığım əxlaq konsepsiyası ilə bağlı düşündüklərim belə bir sonuca gətirib çıxardı ki, müasir çağımızda əxlaqi dəyərlərin...
ANL
Dərdimi suya danışdım, Od tutub alışmadı. Xatırlamaq istəmədiyim hər şey kimi, o günü də unutmaq istəyirəm... Bütün yaradıcılığını heçliklər arasında tənhalıq nəğmələri kimi izlədiyim və fərqləndirdiyim Nisə Bəyimin sonuncu dəfə Yazıçılar Birliyinə gəlişini. Dördüncü mərtəbəyə - redaksiyaya qalxmağa gücü çatmayıb bir m...
ANL
Ay Bəniz Əliyarın yeni kitablarının sorağı. Qədim Şabran torpağında yaşayıb-yaradan, yaradıcılıq yolu ədəbi ictimaiyyətdə maraq doğuran, oxucuları ilə hər görüşü layiqincə qarşılanan istedadlı qələm sahibi Ay Bəniz Əliyarın şeirlərini heç vaxt tələsik oxumamışam. Onun nə demək istədiyini yetərincə dərk etmək üçün ahəs...
ANL
Tariximizdən soraq verən qiymətli sətirlər. "Qafqaz Aktları"nın III cildindəki 1025-ci sənəddə yazılıb: "Şahzadənin Naxçıvanı təslim etmək haqqında Kalbalı xana verdiyi tələb müvəffəqiyyət qazanmadı. Hüseynqulu xanın hiyləsi nəticəsində Kalbalı xan İrəvanda tutuldu, deyilənlərə görə şahzadənin yanına aparılacaq". Hü...
ANL
Xatırlanmaq haqqını qazananlar: Müsəvvər paşa Kəngərli. 2004-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Tarix Arxivinin fondlarından birində Müsəvvər paşanın formulyar (xidmət) kitabçasını tapdıq. Oradakı məlumatlardan aydın oldu ki, Müsəvvər paşa Naxçıvan əsilzadələrindən biri olan Şahbuz ağanın ailə...
ANL
Hüseyn Cavid ucalığı. Cavid Əfəndi doğulandan daim göylərdə - əkiz qardaşı əzəli-əbədi sözlərlə bir məkanda yaşadı, heç vaxt söz taxtından enmədi. Sözə yerdən uca göylərə baxan kimi baxmadı. Çünki göylər təkcə quşların, mələklərin deyil əzəli sözlərin, sözlərin övladı, söz qədər müqəddəs şairlərin də vətənidi. D...
ANL
Özgə adamlarıq, elə bilirlər, Bir vaxt Xocalıda qırılmışlarıq. Vətənə hər yandan keşik çəkirik, Demirik oradı, buradı cəbhə. Bizim bu torpaqdan, bizim bu eldən, Fərari çıxmayıb, fərari olmaz! Əsgər üşüyəndə torpaq qızınır, Əsgər qızınanda Vətən üşüyür! Çaşıb özgəsinə ərk etmək olmaz, Min-min can vermişik, can qurtarma...
ANL
Dul qadının tənhalığı. Sonra əlavə etdi: - Ələkbər müəllim, bu söhbətin mövzusundan, nəticəsindən, narazılığa səbəb olmasından asılı olmayaraq mən əvvəlki tək sizə hörmətlə yanaşmaqda davam edəcəyəm. Bizim yaradıcılıq əlaqələrimizə şəxsi həyatımızı qurmaq barədəki fikirlər mane olmamalıdır. Mən güman edirəm ki, bu...
ANL
Barışmaq... Böyük şair Ramiz Rövşənin yaşadıqca dərk ediləcək bir misrası var. İnsan yaşa dolduqca anlayır qəbul etməyin, barışmağın sənət olduğunu. Ən çox da gəncliyin ilk çağlarında müşahidə edilir, bu meydan oxuma halları. Amallar, iddialar, sevgi və xoşbəxtlik arxasınca qaçır. Amma sevgi və xoşbəxtlik üçün son nəfə...
ANL
Şah İsmayıl Xətai şəxsiyyət kimi formalaşmağında ilahi tapşırığa, dövrünə, zəmanəsinə, eyni zamanda, fenomenal istedadına, fəhminə, dünyadərkinə, özünü və ətrafını dərindən hiss etməsinə borclu idi. O, öz taleyini özü yazan, dövrünün möhtəşəm və güclü simalarını kölgədə qoyan, fərdi həyatdan daha çox ümumxalq, ...
ANL
Ruhumuzun, fikrimizin ulu tərcümanı -Yunis Əmrə. Türk dilini zirvələrə ucaldan böyük şairin - ölümsüz ozanın yaradıcılığı tanrı və insan sevgisi ilə yoğrulub. Yunus Əmrə türk təsəvvüf ədəbiyyatının çox qüdrətli şairləri sırasında müstəsna yer tutur. O, bir-brindən gözəl lirik şeirlərində, Allah, İlahi eşq, varlıq-yo...
ANL
Tarix və ədəbiyyat qoxulu Şəki. Qələm və könül dostum Şəfa Vəlinin ərkyana dəvəti xoş bir səyahətə yol açdı. Bir müddət öncə - noyabrın 21-i növbəti yaş günümü necə keçirməyim təklif olunanda tərəddüdsüz hansısa rayona gəzməyə getmək istədiyimi demişdim. Gəzmək, yeni yerlər görmək, tarixi məkanlarımızın kəşfinin mən...
ANL
Əjdər Ol "Türk Dünyasına Üstün Xidmət" mükafatına layiq görüldü. Tanınmış Azərbaycan şairi və nasiri Əjdər Ol bu günlərdə Türk dünyası üçün önəmli mükafatlardan biri ilə təltif edildi. Uzun illər ümumtürk ədəbiyyatına, mədəniyyətinə, ədəbi-mədəni əlaqələrimizin inkişafına yorulmadan töhfələr verən, Türk dünyası yaza...
ANL
Müdriklər deyirlər ki, sənin daxilində səni idarə edən, hərəkətə gətirən bir qüvvə var, onu kəşf et. Bu kəşf insan ağılı və ruhunun çarpaz harmoniyasında qovuşan eleksirdir. Bu kəşf insanın özünü, öz hissi-intellektual gücünün üzə çıxarılmasıdır. Ən nəhayət, bu kəşf insanın özünün tapması və cəmiyyətə təqdimi, diq...
ANL
Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə "Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media" mövzusunda toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, dil hər bir xalqın mövcudiyyət göstəricisidir və ona eht...
ANL
Beynəlxalq forumda "Nizami Gəncəvi: müasir dünyaya baxış" müzakirəsi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edib. Panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edib. Ərdaha...
ANL
Nizami "Xəmsə"si özbək dilində. Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizami Gəncəvinin özbək dilində tərcümə edilmiş "Xəmsə"sinin təqdimatı keçirilib. 525.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbas...
ANL
"Həyatın rəngləri" sərgilənir. "Azərkitab" kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın "Həyatın rəngləri" adlı yaradıcılıq sərgisinin açılışı olub. Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında geniş məlumat verib. Sonra çıxış edənlə...
ANL
"Ulduz" ədəbiyyat jurnalının noyabr nömrəsi işıq üzü görüb. Jurnalın sözügedən nömrəsi Adilə Nəzərin özüylə söhbəti və şeirləri ilə açılır. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdimatında Xalq şairi Məmməd Arazın 49 il öncə qələmə aldığı "Aşıq Ələsgər yüksəkliyi" adlı yazısı ustad sənətkarın 200 illiyi münas...
ANL
Mədəniyyət sahəsində Azərbaycan-Yunanıstan əməkdaşlığı müzakirə edilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 25-də Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Piperiqos ilə görüşüb. Nazirlikdən 525.az-a bildirilib ki, səfiri səmimi salamlayan nazir Anar Kərimov ikitərəfli münasibətlərin in...
ANL
Tanınmış teatrşünas, professor İlham Rəhimli ilə ayaqüstü söhbət. - İlham müəllim, həm mediada çalışmaq, həm də ADMİU-da dərs demək, eyni zamanda, Teleradio Akademiyasında müəllim olaraq fəaliyyət göstərmək və bunlarla paralel bu qədər kitablara müəlliflik etmək çətin deyilmi? - Bu işlərin hamısının məram və məqsədi ...
ANL
Bakıda "Liatris holding"in təşkilatçılığı ilə bu mövzuda dəyirmi masa keçirildi. Tədbirdə "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Baş naziri Dənizkənarı parkda və İçərişəhər muzey-qoruğunda gəzinti zamanı müşayiət edirdim. Bakının ekzotik guşəsi - qala divarı yanındakı "Təndir" restoranı Orbanın diqqətini çəkdi. Hesabı ödəmək sırası çatanda insanlarımızın təbiətindəki qonaqpərvərlik, səmimiyy...
ANL
Hamısı istəklə, niyyətlə bağlıdır. Yol-uğur səsləşməsi də niyyəti ifadə edir. Yol ifadəsi ədəbiyyatımızda müxtəlif çalarlarda obrazlaşdırılıb. İndi də obrazlaşdırılır. Nəsrdə də belədir, poeziyada da, jurnalistikada da. Bütün hallarda yol ifadəsi düşüncələrin işığı təsirindədir; oxucu bu ifadənin işığında mahiyyə...
ANL
Son zamanlar Azərbaycanda turizmin inkişafı ilə bağlı genişmiqyaslı işlər görülməsinə baxmayaraq, son bir ilədək işğal altında olduğuna görə bu proseslərdən kənarda qalıb. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan bütün iqtisadi sahələrdə olduğu kimi, turizm sektoruna da ciddi ziyan vurub. İşğalda...
ANL
Adanada dörd gün. Tədbirə qatılmaq təklifi gözlənilməz oldu. İki il əvvəl də təklif almışdım. Getmək sevdan olsa, bəhanələr küncə qısılar. Nədənsə, getməmişdim. Hava proqnozuna baxdım: Ankara soyuq, Adana isti olacaqdı. Bizi qucaq dolu sevinclə, isti qarşılayan Ankara, həqiqətən, soyuq idi. Bu şəhər mənə Rəsulzadəyə ...
ANL
Nəzakətli Nəzakət. Amma gerçək dünyadakı yaddaşımı qurdalayanda məni onunla rəhmətlik Nahid Hacızadənin tanış elədiyini sanıram. Bəlkə də gözəl şairəmiz və indi o dünyada bizi səbirsizliklə gözləyən Fərqanə xanım tanış eləmişdi, ya bəlkə... Ona görə deyirəm də: biz Nəzakət xanımla min illərin tanışıyıq. Onu xatırlayıra...
ANL
Heç bir status insanlıqdan ucada deyil... Tanıdıqca ona daha da yaxınlaşmaq və onu daha dərindən tanımaq istəyi yarada bilən insandır. Başqa insanlarla oxşar və fərqli cəhətlərini axtarırsan, nəticədə oxşarlıqlardan daha çox onun başqalarından büsbütün fərqli və uca keyfiyyətlərinin üstünə gəlib çıxırsan. Onun şairliy...
ANL
Təhsildə qiymətləndirmə tədqiqatları: əsas meyar keyfiyyətdir. Təhsilin əsas prioritetləri dünya inkişaf etdikcə, iqtisadi və siyasi sahələrə ciddi təsir edən hadisələr baş verdikcə dəyişikliyə məruz qalır. Təhsilin texnologiya ilə inteqrasiyası, əmək bazarının tələblərinin daha çox bacarıq yönümlü olması və digər ox...
ANL
Ankarada "Aşıq Ələsgərin seçilmiş şeirləri" təqdim olunub. Ankarada Azərbaycanın böyük el sənətkarı, ulu ozan Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və "Aşıq Ələsgərin seçilmiş şeirləri" kitabının təqdimatı keçirilib. Kitabı Türkiyə türkçəsinə tanınmış ədəbiyyatçı Kənan Çarboğa çevirib. 525.az Azərt...
ANL
Doğma yurda qayıdışın ədəbi müjdəsi. Qarabağ mövzusu, erməni işğalı nəticəsində meydana gələn yurd itkisi, qaçqınlıq, didərginlik kimi ağrılı mövzular tanınmış hərbi jurnalist və yazıçı Vahid Məhərrəmovun yaradıcılığında xüsusi yer tutur. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Erməni əsirliyindən dönən...
ANL
"Azərbaycan" jurnalının noyabr sayı işıq üzü görüb. Jurnal Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Jurnalın sözügedən sayı Rəşid Faxralının "Qələbəyə salam olsun" adlı lirik poeması ilə başlanır. Jurnalın nəsr hissəsində Zahid Sarıtorpağın "Qiyamət qaziləri" roman-pritçası, Vahid Mə...
ANL
Film Fondunda Rasim İsmayılovun Arxiv fondu yaradılıb. Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun şəxsi Arxiv fondu yaradılıb. Əməkdar incəsənət xadimi Rasim İsmayılovun şəxsi Arxiv fondunun yaradılması sənətkarın anadan olmasının 85 illiyinə ithaf olunub.
ANL
"Azərkitab" Kitab Təbliğatı Mərkəzində rəssam Fərəh Babayevanın "Duyğu çələngi" adlı ilk fərdi rəsm sərgisi təşkil edilib. Sərginin kuratoru Elnurə İsgəndərova tədbiri açaraq sərgi haqqında məlumat verib. Sərgidə yazıçı Gülzar İbrahimova rəssamın əsərlərinə Qarabağa həsr etdiyi şeiri ilə öz hisslərini ifadə edib. ...
ANL
Birgə yaşamağın düsturu. Həyatda heç nə vaxtsız olmur, yapon filosofu Suzuki demiş, tələbə hazır olanda müəllim görünür. Dünyanın saatı çox dəqiq qurulub, əqrəblər zamanı yalnız irəliyə itələyir, geridə nə qaldısa, keçmişə aiddi, nə qayıdıb götürməyə, nə də nəyisə dəyişməyə vaxtın var. Amma bu dəmdə yadıma bir mahnıd...
ANL
Çıxış yolu yox idi. Başıaşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Bu aldadıcı cümlələr, əslində, uşaqların özləri üçün oynadığı "dava-dava" oyununun təsvirindən başqa bir şey deyil. Lakin Yusif Səmədoğlu özünün qeyri-adi təxəyyülü nəticəsində bu giriş səhnəsi və sonradan məhz bu giriş üzərində qurulmuş su...
ANL
Dildə belə ifadələrə oksyumoron - yəni mənaca bir-birinə əks sözlərin birləşməsindən yaranan yenimənalı sözlər, anlayışlar deyilir. Rus ədəbiyyatında adları bu ifadələrdən qurulmuş 2 möhtəşəm əsər, Azərbaycan mədəniyyətində isə bu anlayışlardakı mənaları açan 2 parlaq obraz var və hər 2 obraz "Yeddi oğul istərəm"...
ANL
deyə bilir. Özgənin torpağında hökmdarlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan iş deyil". İşğalçı siyasətlə başqalarının torpağını mənimsəmək, başqalarının Vətənində bayram etmək istəyənlərin aqibəti hər zaman bəlli olub. Belələrini hər zaman tarix özü ifşa edib. Məhz 27 sentyabrda tarixin başqaları...
ANL
Vətən müharibəsi: Payızın yeddi anı. Vətən müharibəsi min illərin o üzündən dikələn ruhumuzun müharibəsi idi... Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da düşməni diz çökdürdü; Azərbaycan ordusu düşmənin illərlə hazırladığı, möhkəmlətdiyi, təkmilləşdirdiyi sədləri da...
ANL
Bir dəfə görən o ilahi məkana ədəbi vurulur. Sonra klassik şairlər demişkən, təkrar-təkrar "vüsala yetmək" istəyir. Şəkildə gördüyünüz mənzərə Şuşada ilk stadionun açılış günüdür. Əlbəttə, "stadion" sözü futbol qapılarının (olduqca sadə və bəsit), bir də adicə torun müşayiətilə assosiasiya edilən hamarlanmış torpaq...
ANL
Şəmkir rayonunun Sərxan kəndində yaşayan, elə həmin kənddə də Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən və bu il 60 illik yubileyini qeyd edən Adil Şamiloğlu uzun illərdən bəri dövrü mətbuatda çap olunan şeirləri ilə mənim düşəncəmdə özü haqqında müəyyən bir fikir formalışdırdı və güman edirəm ki, ədəbiyyatl...
ANL
Dul qadının tənhalığı. Səmada yalnız bir günəş olduğu halda, Ruhiyyənin üfüqündə azacıq vaxt fərqi ilə ikinci günəş də peyda oldu və bu, onun küçədə ağlayarkən tanış olduğu Südabə xanım idi. Surroqat ana kimi bətnində gəzdirdiyi uşağı itirəcəyindən o, çox qorxurdu, küçədə gedərkən qarnında kəskin ağrı əmələ gəl...
ANL
Müəllimlər müəllimi - Həbib xan Naxçıvanski. Tariximizin şanlı səhifələrində dərin izlər qoyan nəsillərdən biri də Kəngərli-Naxçıvanskilərdir. Tam süvari generalı İsmayıl xanın oğul nəvəsi Əkbər xan Naxçıvanski də dövrünün tanınmış şəxsiyyətlərindən biri olub. Amma o vaxtlar Əkbər xan haqqında arxiv sənədləri ta...
ANL
Sənət dünyasına elmi-nəzəri və fəlsəfi baxış. Bu yaxınlarda Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində maraqlı bir mövzuda yazılmış dissertasiyasının müzakirəsində elmi çıxışlar sırasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun mövzu ilə bağlı fikirlərin...
ANL
Oktyabrın 3-ü görkəmli alim, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 illik yubileyidir... İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özün...
ANL
Hər zaman mətbuata açıq olan və hələ təhsil naziri çalışdığı dövrdən qəzetimizə maraqlı, silsilə müsahibələr verən, təhsil tarixi ilə bağlı məqalələrlə çıxış edən Misir müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində uğurlar diləyirik. Bir vaxtlar böyük maraqla qarşılanan, qəzetim...
ANL
Ədəbiyyatşünaslığımıza mühüm töhfə. Elmi axtarışlarının başlıca istiqamətini füzulişünaslıq təşkil edən tanınmış alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin yeni çapdan ç...
ANL
Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. Görkəmli yazıçımız Seyran Səxavətin kitabda yer alan, doğulub boya-başa çatdığı Füzuli rayonundan bəhs ...
ANL
Əslən Şuşadan olan, Ağdamda doğulub boya-başa çatan telejurnalist Fəxrəddin Hacıbəyli ömrünün 20 ilini televiziyada Qarabağ mövzusunun təbliğinə həsr edib. Qarabağla bağlı çəkdiyi 20-dən artıq film və verilişləri Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. Ağdamın mədəniyyəti, incəsənəti, səhiyyə...
ANL
Dinlərin, fəlsəfənin və hüququn qovşağında. PROFESSOR İLHAM RƏHİMOVUN KİTABI HAQQINDA. Dinlərin kökü, yaranma tarixi, mifik və real genetikası, fəlsəfəsi, insanlıq tarixindəki önəmi, ilahi sevgini oyadan və gücləndirən təsir mexanizmləri, qutsallıq sınırları, təbiət elmlərindəki izləri, insanın mənəvi inkişafı v...
ANL
Cism ilə Ruhun vəhdəti. Baxın, SSRİ-də qorxunc Stalin repressiyalarının davam etdiyi 1939-cu ildə Azərbaycana rəhbərlik edən (və faktiki olaraq Azərbaycanın sahibi!) Mir Cəfər Bağırov Nizaminin 800 illik yubileyinin keçirilməsini şəxsən İosif Stalinlə razılaşdırır və bu barədə dövlət səviyyəsində xüsusi qərar qəb...
ANL
"TÜRKSOY Media Mükafatı" Vətən müharibəsini işıqlandıran jurnalistlərə verildi. ELÇİN QAFARLI: "BU FƏDAKAR, QƏHRƏMAN İNSANLARIN VASİTƏSİLƏ DÜNYA AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN BİRBAŞA VƏ DƏQİQ XƏBƏR TUTA BİLDİ". Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında ba...
ANL
Oxçuçay: Bəşəriyyətə qarşı törədilən ekoloji terror. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük hərbi-siyasi qələbəsi ilə yekunlaşdı. Xalqımız tarixə qanla yazılmış haqlı savaşında əldə etdiyi şanlı qələbə ilə işğalla barışmadığını, ədalətsizliyə, haqsızlığa baş əyməyən məğrur və böyük xalq olduğunu bir dah...
ANL
Gələcəyimizlə bağlı çox mütərəqqi addım. Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları...
ANL
Əslən Cəbrayıl rayonundan olan Ziyadxangilin ailəsi 1993-cü ildə Cəbrayıl mənfur düşmənlərimiz tərəfindən işğal olunduqdan sonra Kürdəmirə üz tutub, burda məskunlaşıblar. 3 övlad sahibi olan İbrahim bəy və Müşgünaz xanım övladlarına görmədikləri doğma el-obalarını sevdirmiş, uşaqlarını vətənpərvər böyütmüşlər. Ziyadxan...
ANL
Şeyx Sədi "Gülüstan"da Yaqub peyğəmbərlə bağlı bir söhbəti belə qələmə alır: Yusifini itirən Yaqub peyğəmbərin yanına adamlar gələr: "Sən Misirdən Yusifin qoxusunu duydunsa, yaxındakı quyudan onun səsini niyə duymadın?" Bu hekayəni oxuduğumda Şeyx Nizaminin "Şairlər peyğəmbər kimidir" sözü ağlıma gəlmişdi. Gerçəkdən də...
ANL
"Bir rəsmin dedikləri" rubrikası. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Onunla fransız rəssamı Eduar Manenin "Ot üstündə səhər yeməyi" əsəri haqqında danışmışıq. - Sevinc xanım, əvvəlcə Eduar Mane haqqında qısa məlumat verə bilərs...
ANL
Nizami Gəncəvi yaradıcılığında Şərq folklor nümunələri. Dünya yazılı ədəbiyyatının qədim daş kitabələrdən tutmuş müasir dövrümüzə qədər keçdiyi tarixdə Homer, Dante, Nəvai, Şekspir və başqa müəlliflərlə yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının ilk onluqda yer alması qürurverici haldır. Bu statistika...
ANL
Milli mədəniyyət məsələlərinə Turan Yazqan baxışı. Bilgə Xaqanın "Millətin adı yox olmasın deyə, Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım... çalışdım" sözləri zaman-zaman türk dünyasında milli ziyalıların idealına çevrilib, onlar öz çağlarının fədakarları olublar. Türk Dünyası Araşdırmaları Vəqfinin qur...
ANL
Dünyəvi dövlətdə din təhsili. DÜNYƏVİLİK - DİNLƏR VƏ MƏZHƏBLƏRARASI MÜNASİBƏTLƏRDƏKİ ÇOXƏSRLİK ACI TƏCRÜBƏLƏRDƏN ÇIXARILMIŞ NƏTİCƏ. Dinlərin tarixinə nəzər yetirdikdə, dünyada mövcud olan bütün böyük inanc sistemləri daxilində bölünmələri müşahidə edirik. Əslində, insanın bilik əldə etmə prosesi baxımından bu, ...
ANL
Zəkanın və Ruhun bayramı - KİTABÇILIQDA SUPER QƏHRƏMAN. "Fədakar insanlar dünyanı xilas edəcək!" Hər kəs uşaqlıqdan bu fikrə qəribə bir inam bəsləyib. Xüsusi, seçmə insanlar var ki, elə bilirsən, dünya onların çiyinləri üstündədir. Baxdığımız cizgi filmlərinin, eşitdiyimiz xalq nağıllarının bu düşüncədə böyük rolu...
ANL
Artıq 28 ildən çoxdur, "Qaya" mətbuat yayımı firması yerli və xarici mətbu nəşrlərin - qəzet və jurnalların ölkə ərazisində operativ şəkildə yayılması sahəsində müstəsna xidmətlər göstərir. Son illər isə ötən əsrin 90-cı illərindən bu yana mətbuat yayımı ilə məşğul olan müəssisə maddi sıxıntılar ucbatından çətin dövrü...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Futbol milli komandamızın baş məşqçisi özümüzdən olmalıdır. Yenə bilərik ki, özümüzük. Bəzən əndazəni aşan inadkarlığın, hətta üzlülüyün də jurnalistin işinə yaradığı məqamlar olur. Amma savad, məlumatlılıq, iti və dəqiq müşahidə qabiliyyəti, intuisiya, təhlil etmə, nəticə çıxarma...
ANL
Milli Kitabxanada “Cəbrayıl” adlı sərgi. Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərb...
ANL
Sabaha ümidimizi artıranlar. BU İL TƏLƏBƏ ADI İLƏ BİRLİKDƏ PREZİDENT TƏQAÜDÜ DƏ QAZANAN ABİTURİYENTLƏRİ TANIYAQ. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ən yüksək nəticə əldə edənlər gəncliyimizin qızıl fondunu təşkil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik nü...
ANL
Bakıda daha bir kitab təntənəsi başlandı. Bu növbəti kitab bayramında 5 gün ərzində maraqlı tədbirlər, təqdimatlar, görüşlər təşkil olunacaq. Oktyabrın 5-də "JW Marriott Absheron" otelində mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Kitab dövriyyəsi və nəşriyy...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
Bir əsrlik tarixi olan və 100 illik yubileyinə hazırlaşdığımız, Naxçıvan Muxtar Respublikasının həyatının bütün sahələrini özündə əks etdirən "Şərq qapısı" qəzetində müxtəlif dövrlərdə bir-birindən maraqlı simalar, fərqli üsluba, malik qələm sahibləri fəaliyyət göstərib. Onlardan biri də haqqında danışacağım babam Məmm...
ANL
Nizami Gəncəvi poemalarında Məhəmməd peyğəmbərin vəsfi. Şərq klassik ədəbiyyatında qəsidənin məzmun və formalarına görə növlərindən biri də nətdir. Nət, qəsidənin Məhəmməd peyğəmbərin vəsfinə həsr olunmuş janrdır. Lirik şeir və poemaları ilə dünya şöhrəti qazanmış Nizami Gəncəvi də, təbii ki, bu janra müraciət e...
ANL
Qabil Ədalət :"İncəsənətdə bu günün əsas mövzusu vətənpərvərlik olmalıdır". Vətən müharibəsi, Qarabağ zəfəri son bir ildə Azərbaycan ədəbiyyatına və incəsənətinə də təsirsiz ötüşmədi. Uzun illərdir torpaq həsrətindən, yaralı Qarabağ ağrısından yazan şair və yazıçılarımız, bu mövzunu əsərlərində yaşadan incəsənə...
ANL
"Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyaya örnəkdir". Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca götürülüb ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxs...
ANL
Reallığın və bədiiliyin vəhdəti: "Beşatılan". İctimai fikirdə belə bir sual mövcuddur: Qarabağ uğrunda mübarizəmizin, otuz illik həsrətimizin və nəhayət, 44 günlük Vətən müharibəsinin bədii əsərlərdə dolğun ifadəsi özünü niyə hələ də göstərməyib və nə zaman göstərəcək? Ürəyi Vətən sevgisi ilə çırpınan, otuz il mü...
ANL
Vətən oğlu. Şəhid Əli Cəfərovun xatirəsinə. 2020-ci il noyabrın 4-də şəhid olan kəşfiyyatçı Əli Bəyulla oğlu Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Birinci Qarabağ müharibəsinin şəh...
ANL
Milli diaspor tariximiz haqqında yeni mühüm əsər. XX əsr Azərbaycan xalqının həyatında mühüm ictimai-siyasi, mədəni və hərbi hadisələrin baş verməsi ilə yadda qalıb. Həmçinin, keçən əsr Azərbaycan diasporunun inkişafı və formalaşması baxımından yeni mərhələ təşkil edib. Milli diasporun yaranmasında azərbaycanlı aydınl...
ANL
Xalq yazıçısı Elçinin "Azərbaycan" jurnalında dərc olunmuş absurd hekayələrindən aldığım təəssürat əsasında ona ünvanladığım açıq məktubun mətni idi və görünür, o vaxt özümü belə bir janrda sınamaq haqqım olmadığını düşündüyümə görə bu yazını üzə çıxarmağa cəsarət etməmişdim. Amma aradan 30 ilə yaxın vaxt keçənd...
ANL
Naxçıvan muzeylərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu. Müasir cəmiyyətdə muzeylər təkcə elmi-marifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Buradakı hər ...
ANL
Sizə təqdim olunan bu yazı, yəqin ki, bir neçə il əvvəl mətbuatda çap olunmalı idi. Qarabağda baş verən hadisələrin təfsilatını yalnız bu cinayətləri araşdıranlar bilirlər. Cəmiyyət üzvlərinin tam əksəriyyəti erməni faşistlərinin törətdikləri ağılasığmaz vəhşiliklər haqqında, demək olar ki, məlumatsızdır. Son 44...
ANL
Xalq yazıçısı Anar Milli Kitab Satış-Sərgisində. OXUCULARLA GÖRÜŞƏN YAZIÇI SUALLARI CAVABLANDIRIB, İŞTİRAKÇILAR ÜÇÜN KİTABLARINI İMZALAYIB. ...Axır ki, mən də yolumu hələ ilk gündən baş çəkməyi planlaşdırdığım sərgidən sala bildim - Milli Kitab Satış-Sərgisindən. İndiyədək sərgi haqqında bir neçə reportaj oxumuşdum...
ANL
Azərbaycan Təhsil Şəbəkəsi: milli təhsil sisteminə səmərəli dəstək. Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) - ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ölkənin ən böyük daxili tə...
ANL
Milli Kitabxanadan Nizami Gəncəvi ilə bağlı təqdimat. Oktyabrın 8-də Ekspo Mərkəzinin təqdimat zonasında Mədəniyyət Nazirliyi və Milli Kitabxana birlikdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə yeni nəşr etdirdikləri "Nizami Gəncəvi. Biblioqrafiya" kitabının və "Sözləri N...
ANL
Çoxdandır ki, yazammıram bir sətir, Yazmadığım kətanımdı, daşımdı. Ələklənib xəlbirindən keçmişəm, Torpaq olan, qatanımdı, başımdı. Yaşadığım, yazmadığım köhnəlib, Atam deyir iş-güc qalıb böyüyüb. Anamın da qımqıması susandan, Yaddaşımda gizlən-qaçım körüyüb. Gələn gedir deyəcəklər bəlkə də, Gedişimin layları ağ kəpənə...
ANL
Əməliylə öyünə gərək dünyada hər kəs, Gözü aclar həyatda bilirəm ki, tox olmaz. Hər qarış torpağımız bizə Kəbədən əziz, Çox şey satıla bilər, ancaq torpaq satılmaz. Bizim mübarizəmiz ədalət savaşıdır, Haqq halaldır, halala heç vaxt haram qatılmaz. Mənfur düşmən, sən də bil, qisas günü gələcək, Azərbaycan büdrüyər, anc...
ANL
Dul qadının tənhalığı. Arvadların ötkəmliyi ərlərini fəlakətə aparır. Birinci olaraq çox sevdiyi arvadına, onun odisseyası barədə əvvəllər də danışdığı ABŞ prezidenti Abraam Linkolnun ailə problemlərindən söhbət açdı. Linkoln İllinoys ştatında Meri Todd adlı bir varlı kişinin qızı ilə evlənmişdi, bu qadının oldu...
ANL
Təhsildə inkişaf və innovasiyalar: kim nə təklif edir? Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin nəticələri açıqlanıb. Bakı şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, Beynəlxalq Coğrafiya Olimpiadasının (İGEO) ölkə üzrə təmsilçisi Yaşar Seyidəliyevin V ...
ANL
Mirzəyanın öpüşü, ağayi mollanın xəyanəti və Darçın xalanın qarğışı. Sizdən nə gizlədim, neçə gündü, ding demədən dingildəyən ağaların yalanı və böhtanı məni cin atına mindirib; gah əzilmiş pamidor kimi, gah da qoltuğunda yumurta bişən cavanlar kimi özümdən çıxır, dəliqanlı oluram. Qulaq müsafiri də olmaq istəmirə...
ANL
İnsanlar müxtəlif xarakterə malik olduğundan bu virusa münasibət də fərqli oldu. Kimi onun qorxusundan təşvişə düşdü, kimi də onun varlığını heç vaxt qəbul eləmədi. Deyir, ellə gələn dərd toy-bayramdı. Məktəblər bağlandı, biz də hamı kimi evdə qaldıq. İndi məktəblər açıldı, amma biz hamı kimi məktəbə gedə bilmədik. O...
ANL
Zəfər dastanı. "QARABAĞ ŞİKƏSTƏSİ"NİN YENİ NÖVRAĞI. Cəngi tipli mahnıların ahəngi də el əhval-ruhiyyəsi ilə bağlı olur. Nə etsən də, fikir-zikir psixologiyasını istər-istəməz üstələyir. Bir ildən çoxdur ki, Qarabağımızda da şikəstəmiz dərddən-qəmdən uzaqdır. Yalnız bir gözəlin həsrətini çəkir ki, o da düzələn mə...
ANL
Qarabağı vərəqləmək. Kitabda Azərbaycan yazıçılarının Qarabağla bağlı xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. Qəzetimizin bu sayında yazıçı Pərvinin kitabda yer alan "Qarabağı vərəqləmək" yazısını təqdim edi...
ANL
Yeni təhsil konsepsiyası - FİKİRLƏŞMƏK. Uzun illər məktəbdə dərs məlumatvericilik episentri üzərində qurulmuşdu. Təlimin əsas məqsədi şagirdə biliyin verilməsi və onu tətbiq etməyi öyrətməkdən ibarət idi. XX əsrdə aparılan psixoloji tədqiqatlar inandırıcı şəkildə göstərdi ki, təhsil təfəkkürün inkişafına xidmət e...
ANL
MEDİA-dan region mətbuatına diqqət. Medianın İnkişafı Agentliyində (MEDİA) regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib. "Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri" mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə...
ANL
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? O zaman çap etdirmək istəyirdim. Sonra fikrimi dəyişdim. Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı prosesdə dövlət sirri sayılacaq heç nə yoxdur. Elə isə çap məsələsində tərəddüd nədən qaynaqlanırdı? Sadəcə fikirləşirdim ki, insanlar özümü öymək, bu işdə ...
ANL
İrandan bu taya sürünən qatı qaranlıq... Şeyx Nəsrullah Kefli İsgəndərdən də ağıllı, uzaqgörən idi. Bir kəs ki, gecə-gündüz zikr edib Quranı hər tövr oxuyan bir para namaz əhlini özünün bəlağətinə ram edərək yalan-palanına inandırmışdı, o, heç vədə ağılsız ola bilməzdi. Şəksiz, bu binəva hacıların içində dolanan iki "...
ANL
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Nicat Şükürlü kimi igid, cəsur, qəhrəman oğulları Vətən müharibəsində böyük tarixi Qələbənin qazanılmasında misilsiz rol oynadılar. 2014-2019-cu illərdə BSU-nun Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalisti...
ANL
Vətənə sonsuz sevginin təcəssümü onun yolunda canını fəda etməkdir. Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. İkinci Qarabağ müharibəsində...
ANL
Sadəlik və səmimiyyətin poeziyası. Naxçıvan ədəbi mühitinin yetirməsi olan İbrahim Yusifoğlu çağdaş Azərbaycan poeziyasında öz yeri, öz səsi olan şairlərimizdəndir. İndiyədək 30 adda kitabı nəşr olunub, gənc yaşlarından müəllim və pedaqoji işçi kimi fəaliyyət göstərsə də, şairlik fitrətinə həmişə sadiq qalıb, ür...
ANL
Ömər Faiqin susmayan "həyəcan siqnalları". Bir az sonra yenə birdən parlamış, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yenə alçalmış, alçalmağın son dərəcəsinə gəlmiş, hər kəs sönəcək zənn etmiş, lakin sönməmiş. Mən Ömər Faiq bəyi "Molla Nəsrəddin"dəki fəaliyyətindən və Mirzə Cəlillə dostluğ...
ANL