text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qalxaydım buludlara, uçaydım sənə sarı... "Qarabağ şikəstəsi"ni oxuyar, Şuşadan çıxan o sonuncu zabit, Qayıdacağıq deyib. Dəfn edər yaddaş məzarıstanında, Hey qisas gözləyən nakam ruhların. Əsir düşmüş körpə gülüşləridir - Döyülməkdən sırtılan ən pis uşaq , Ölümdür müharibə!.. İşğal olunmuş saysız ümidlərdir, "Topxana...
ANL
Ovcumun içində bişir çörəyim, Hərdən küt gedəni olur görürsən. Kimi baxıb keçir quru kol kimi, Kiminin gözündə göz qınağı var. Yanıram ürəyi qısıq olana, Sonuncu tikəmə baxıb doyuram. Hərdən umduğuna umsuq olana, Mən də ürəyimdən bir pay qoyuram. Kasıba paltardı bir quşun tükü, Quşun da yiyəsi insaflı ola. Yüksək kür...
ANL
Dağların dəvə yerişi... Əhməd Oğuzun xatirəsinə. Amma bu da danılmaz həqiqətdir ki, Əhmədi hamı çox istəyirdi. Bu hörməti, sayqını necə qazanmasının fərqində deyiləm, amma etiraf edim ki, acılı məqamlarımda arxalandığım qələm dostlarımdan biri və bəlkə də birincisi idi. Bu ünsiyyət otuz ilin sınağından çıxmışdı; son ...
ANL
Rəssamlıq sənətimizdə seçilən imza. Rəssamlar öz bacarıqları, bilikləri və varlıqları ilə Haqq adamlarıdır. Çünki bu təsviri sənət ustaları rənglərin düzgün seçimi, tarazlığın və tənzimləmənin bərabərliyinin təminatı, göz və könül oxşarlığının gerçək təsvirini yaradan bacarıqların məcmusu kimi var olmaqdadırlar. Rəss...
ANL
Bu il elm aləmində ən böyük itkilərimizdən biri tibb tariximizin tanınmış tədqiqatçısı Fərid Ələkbərlinin itkisi oldu. Ən çox kədərləndirən odur ki, gözəl alim, nəcib insan olan Fərid müəllim yaradıcılığının çiçəklənən, məhsuldar vaxtında dünyasını dəyişdi. Xəstələndiyindən xəbərimiz olsa da, bizə elə gəlirdi ki, mö...
ANL
Süleyman Rüstəmin dövrə və mühitə satirik baxışı. Azərbaycan ədəbiyyatında satira xüsusi yer tutur. Bu janrda yazan ədiblərdən, ilk növbədə, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, C.Cabbarlının, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin və digərlərinin adlarını çəkmək olar. Azərbaycan satirik poeziyasının zirvəsi sayılan M.Ə.Sabi...
ANL
ANADAN OLMASININ 90 İLİ TAMAM OLAN GÖRKƏMLİ SƏNƏTKARIMIZ MOBİL ƏHMƏDOVUN VƏ ONUNLA DAİM MƏSLƏK BİRLİYİNDƏ OLMUŞ QARDAŞI BƏŞİRİN ƏZİZ XATİRƏLƏRİNƏ İTHAF OLUNUR. Gəncənin tarixi məhəllələrinin adları əksərən bu hüdudlarda yaşayanların mənşəyi və məşğuliyyəti, eləcə də ərazinin digər məziyyətləri haqda bilgilər v...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Ən xəyalpərvər adamların da təsəvvür edə, təxəyyülünə gətirə bilməyəcəyi hadisələr baş verir. Son bir ildə belə möcüzələrin çox şahidi olmuşuq. Cənab Prezidentin Laçın rayonunun Qorçu kəndi ərazisində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması da məhz o nadir möcüzələrdən bi...
ANL
Amma tanış əsər kimi qavramadım. Sanki birinci dəfə əsər mənə bu qədər təsir etməmişdi, belə çatmamışdı. Olanlara düzgün qiymət vermək statusum artmışdı. Və mən əsəri birbaşa təhlilə keçməzdən əvvəl soy-kökə bağlılıqdan doğan ideyaya tərəfdar çıxdığımı da vurğulamağı lazım bildim. "Ölən dünyam"a boylandım; bur...
ANL
Füzuliyə ilk uçuş, Şüşa sakinlərinin 3-cü qrupunun, Ağdam sakinlərinin isə ilk qrupunun doğma şəhərə səfəri vardı. Bütün kanalların xəbər buraxılışlarını diqqətlə izlədim. Öncəki postda "Məni aparan olsaydı yaxşı reportaj hazırlayardım" yazarkən onu demək istəmirdim ki, məni aparmayıblar deyə küsmüşəm. Demək istəyirdi...
ANL
Şuşanın dağlarından nurlanan günəşin "günaydın səda"sına göz açmaq da varmış qismətdə. Bu gözəl şəhərdə ikinci günümüzü, ilk səhərimizi qarşılayırıq. Bu gün bizi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarixinin ən önəmli hadisələrindən biri - Vaqif Poeziya Günləri və dahi Azərbaycan şairi, dövlət xadimi Vaqif...
ANL
28 illik həsrətin sonu: Kəlbəcərlilər doğma yurdlarında. Bir müddət əvvəl bir qrup Kəlbəcər sakini rayonun azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsi...
ANL
Ağdamlıların Ağdam ziyarəti. Bu günlərdə Ağdam sakinlərinin bir qrupu işğaldan azad olunan Agdam şəhərinə səfər ediblər. Qeyd edək ki, "Yolumuz Ağdama" adlı səfər Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilən hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib. Azər...
ANL
Bulanmaz və beləcə. Ürəyimdə dinclik tapdım... Taleyin sualları varsa, Cavabları da var. musiqidə dinlədikcə. Həyat bizlə yaxşı davrandıqca. Biz özümüzlə pis davranmağa başlayırıq... Məsələn: Ən əziz adamları unudur, Sonra niyə unutduğumuzu xatırlamırıq... Ona görə də, həyat bizlə bir meşşan kimi. Yalnız istəkləri uğru...
ANL
Beləcə qoyunların çoxluğuna da əsəbiləşib daha da yuxusuzlaşıram. Şəhər oyandı. Bütün sabahların hamısında qaranlıqdan sıyrılan bir ahəngdarlıq hökm sürür... Küçənin o başında süpürgəsini sağa-sola yelləyib yol kənarlarını süpürə-süpürə tini dönən Məsmə xala pəncərəmin altındakı çinar ağacına yaxınlaşanda dayan...
ANL
Naxçıvanın Kəngərli süvariləri: yeni arxiv sənədinin işığında. Naxçıvan Kəngərli süvarilərinin hərb tarixi çox qədimdir. İskəndər bəy Münşinin yazdığına görə, 1628-ci ildə Maqsud Sultan Naxçıvan Kəngərli süvarilərinin başçısı olmaqla bərabər, həm də Xorasan kəngərlilərinin də başçısı idi. Qeyd edək ki, Xorasan ...
ANL
Bu günlərdə Türk Keneşinin təşkil etdiyi 4 günlük mediaturda mən də iştirak etdim. Mediatur Ermənistanın vandalizmini, erməni barbarlığını, Azərbaycanın dinc quruculuq siyasətini, azadlıqdan abadlığa keçidi Keneş üzvü olan ölkələrin jurnalistlərinin biləvasitə görməsinə və göstərməsinə (yazmasına) xidmət edirdi. ...
ANL
Yuxumdakı nur üzlü şəhidim. Bu yaşıma kimi həyatda təsadüflərə inanmamışam. Bunu özümün və başqalarının həyatında apardığım müşahidələrə əsasən əminliklə deyə bilərəm. Gec və ya tez dərk edirik ki, yaşadığımız müddətdə başımıza gələn pis və ya yaxşı hadisələrin, aldığımız qərarların, təsadüf kimi görünən, amma ...
ANL
Həmişə hesab etmişəm ki, həyat sonluğu əvvəlcədən müəyyən edilmiş faciədir. Amma qayə eynidir deyə, birbaşa mətləbdən söz açmağı lazım bilirəm. Adları çəkilənlər yazıya başlığı seçərkən ağlıma gələn ilk şəxslərdir. Düşündüm ki, mözvunun içində "ədəbiyyat və ölüm" varsa, onda Cek Londonun, Heminqueyin, Mayakovskinin ...
ANL
“Türk Ədəbiyyatı” dərgisindən Nizami dünyasına dəyərli ərməğan…. Bir neçə il öncə - Ədəbiyyat və İncəsənət arxivində araşdırma apardığım vaxtlarda Xəlil Rza Ulutürkün “Gündəlik”lərinə rastlamışdım. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Mənəvi dəyərləri get-gedə dəyişən bir dünyada Nizami irsinə gös...
ANL
"Sehirli xalat" filmi Azərbaycanda bir neçə nəslin bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynamış məşhur uşaq filmlərindəndir. Kinonun estetik problemləri, fəlsəfəsi ilə məşğul olan bir qələm adamı kimi bu film həmişə mənim də maraq dairəmdə olub, hiss eləmişəm ki, kino tariximizdə özünəməxsus yeri olan ...
ANL
Məhəmmədağa Şahtaxtlı - milli və bəşəri amallar carçısı. Görkəmli maarifçi-pedaqoq Məhəmmədağa Şahtaxtlı təhsil və tərbiyə işinin cəmiyyət həyatında və ictimai inkişafda müstəsna əhəmiyyət daşıdığına inanmış və ömrünün sonuna qədər bu yolda yorulmadan çalışıb mübarizə aparmışdı. Onun ideyalarının bu gün də müasir səs...
ANL
Bütün gözəl diləklərin ünvanı. DƏYƏRLİ MUSİQİŞÜNAS VƏ PEDAQOQ CƏMİLƏ HƏSƏNOVANIN 60 İLLİK YUBİLEYİNƏ. Bu müqəddəs ifadələrin təsiri altında böyüdüm. Təəssüflər olsun ki, dövrümüzdə bu kəlmələrə layiq olmayan müəllimlər də var. Əsl müəllim qaranlığı aydınladan günəşdir. Öyrədənin saçdığı işıq öyrənən üçün əsl xəzinə...
ANL
ƏFQANISTANIN DƏRDLƏRİ SƏNƏT MÜSTƏVİSİNDƏ. Təbii ki, filmin rejissoru Bondarçuk Sovet İttifaqının (əfqanlar, bizim babalarımız kimi, ona "Şurəvi" deyirdilər) bu müharibədəki məğlubiyyətinə dünya miqyasında haqq qazandırmaq üçün ekran əsərində mütləq belə bir fikrə yer ayırmalıydı. Əslində isə söylənilən tərif əfqa...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı pedaqoq-rəssam, sənətşünas Aybəniz Pənahovadır. Aybəniz xanımla məşhur Sovet rəssamı Fyodor Reşetnikovin "Yenə də iki" əsəri haqqında danışmışıq. - Əsərə keçmədən öncə rəssamın yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi? - XX əsrin tanınmış rus rəssamı Fyo...
ANL
Ağdamlı şeirlər. Atam Seyidlidir, Anam Çəmənli, Nəslimin qibləsi, piridir Ağdam! Ağdamı şəhərlər şahı bilmişəm! Mən ondan almışam gücü-qüvvəti! El bilir bu həqiqəti! Andımız, sevdamız, cəngimiz qəti! Ağdam Cümə məscidi. Rəhmətlik Molla Mürşüd babamın. Çiçək nənəm Gözəlin. Ağdam Cümə məscidi. Əliqurumuşlar. Sənə əl uzat...
ANL
"Azərbaycan muğamını dünyada tanıtmaq istəyirəm". Muğamlarımız, xalq və bəstəkar mahnılarımızın məharətli ifaçısı, gənc xanəndə Murad Laçınlını ilk dəfə təxminən iyirmi il öncə muğam festivalındakı ifasından tanımışam. Bu, artıq gənc Murad idi. Bir müddət sonra onunla birlikdə "Məclisi-üns" televiziya proqramınd...
ANL
Mədəniyyət və mənəviyyat xəzinəmizdəki Nizami inciləri. X-XII əsrlər Azərbaycan elm və mədəniyyət tarixi çox mühüm bir dövr kimi səciyyələnir. Şah saraylarında dövlət dili fars dili olsa da, bir çox Azərbaycan şairləri poeziya, şeir-sənət nümunələrini farsca yaratsalar da, onların ədəbi-bədii irsində milli təfəkkürdə...
ANL
Dul qadının tənhalığı. Ancaq indi ilahi günəşə sitayiş edirəm". Ruhiyyənin ailə xoşbəxtliyi. Elə güman etmək olardı ki, onlar hələ yeniyetməliklərindən bir-birinə vurulmuş və indi də taleyin bəxş etdiyi cənnət bağının meyvələrindən doyunca dadmaq istəyirlər. Onlar hisslərinə hədd qoymaq istəmirdilər, ehtiras dən...
ANL
Uğur əngəl tanımır. Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan əlil şəxslərin hazırda cəmiyyətdə uğur qazanmaları çox da asan olmur. Ölkəmizin qanunvericiliyində əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı kifayət qədər geniş baza vardır....
ANL
Naxçıvan Dövlət Universiteti ən nüfuzlu universitetlər sırasında. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali məktəblər içərisində Naxçıvan Dövlət Universitetinin özünəməxsus xüsusi mövqeyi var. Naxçıvanda ilk ali təhsil müəssisəsi kimi Naxçıvan Dövlət Universiteti 54 ildir ki, yüksək ixtisaslı kadr h...
ANL
Tanınmış ədəbiyyatşünas-semiotik, Yedditəpə Universitetinin dosenti Arif Acaloğlu ilə şair və ədəbiyyatşünas Qismətin söhbətini təqdim edirik. Lotman auditoriyada necə davranırdı? Yazanda uzun, ləngərli cümlələr qurmaq olur, danışanda isə yox. Bir xasiyyəti vardı, kafedranı müəllimlər və aspirantlarla birlikdə i...
ANL
1936-cı ildə Sovet tarixində ilk parlament seçkiləri keçiriləndə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli də (təbii ki, o zaman soyadı hər yerdə Hacıbəyov kimi göstərilirdi) tam haqlı olaraq SSRİ Ali Sovetinin deputatları sırasında yer almışdı. Namizədliyinin belə bir mötəbər quruma irəli sür...
ANL
Ürəklə dilin birliyi. Yarım əsr, arası kəsilmədən bir sahədə işlədiyin, ədəbi, ictimai, siyasi mübarizələr meydanında çalışdığın, bir çox hadisələr, əsərlər, problemlər barədə daima söhbətlər etdiyin sənət yoldaşı haqqında xatirə yazmaq həm asandır, həm də çətin. Asandır o zaman ki, müfəssəl də olmasa, yazılı q...
ANL
Ağdam-Bərdə yolunu obyektivin ağzına verib Qarabağın mərkəzi şəhərinin necə işğal olunmasına güzgü tuturdular. Yol boyu düzülmüş insanlar yayın istisində bircə anlıq nəfəs dərmək üçün yerə çökür və elə bu anda da o dünya ilə bu dünya arasında haqq-hesab edirdilər. Kameralar da yolun solunda çömbəlmiş arvad-uşağı ...
ANL
Yolumuz Şuşayadır... Bibiheybət məscidini keçən kimi profilimdə avtobusdan şəklimi paylaşıram və altından "Yolumuz Şuşayadır..." sözlərini yazıram. Bir-birinin ardınca dostlardan təbriklər gəlir, xeyir-dua diləyənlərin, yaxşı yol arzulayanların ardı-arası kəsilmir. Yox, oxumuram - öpüb gözlərimin üstünə qoyuram b...
ANL
Zəngəzur sevdalısı. "44 gün davam edən müharibədə mənfur qonşularımız üzərində əldə olunan möhtəşəm qələbəni təmin edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycanımızın ən yeni, parlaq tarixini qızıl hərflərlə yazdı, xalqımız illərlə arzuladığı səadətli günlərə qovuşdu. Göz yaşlarımla aylardır y...
ANL
Yaxşı insan fikrin xarakter bütövlüyünün, duru ömür yaşamağın, fəzilətləri yaşatmağın fəlsəfi dərkini ifadə edir. Yaxşı insan insanlığın cəfakeşidi, yaxşı insan xeyirxahlığı ötüşən aylara-illərə həmayıl bilir. Yaxşı insan yaxşılığı yaxşı niyyətlə açılmalı səhərlərin sığalına-tumarına dönən meh bilir. Yaz yağışı...
ANL
Sosial şəbəkələrdən gileylənənlər çoxdur. İKT əsrində bu zamanın yeniliklərindən xəbərsiz olan, təvazökarlıqdan uzaq olsa da, deyim ki, hamının sevimlisi tanınmış müəllimə olan mən internetin qapısını bir neçə il əvvəl açdım. Qarmaqarışıqlıq, müxtəlif mövzular, çirkin böhtanlar, televiziyada görəndə hövsələmi qa...
ANL
Bizi bizə qaytaran yollar. Hissləri olduğu kimi ifadə etmək, çatdırmaq, anlatmaq olmur. Onları ancaq sükut yazır. ifadəsi cilovladı. Qovuşmaq bütün olanları unutdurur. Səni maqnit kimi özünə çəkən Vətən, yurd adlı torpaq... Qucaqlayası adamların əvəzinə torpağı qucaqlayırsan. Səni yaradan və sonda özünə çəkən to...
ANL
Dəyərli alim, bacarıqlı təşkilatçı. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Məmməd Arif oğlu Əliyev hazırda ölkəmizin tanınmış, dəyərli alimlərindən olmaqla yanaşı, elm sahəsində təşkilatçılıq b...
ANL
Mən Şuşamızı gülən gördüm. Danışığımız çox qısa olur. Heydər Əliyev Fondu tərəfindən Şuşaya dəvət olunuram - Vaqif Poeziya Günlərində iştirak etmək üçün... Bir anlığa yuxuda olduğumu düşünürəm. Çünki ən böyük arzular - görmək istədiklərin, etmək istədiklərin insanın yuxusuna tez-tez girir. Daim o haqda düşündüyün...
ANL
Bu gün Azərbaycan poeziyasının layiqli nümayəndəsi, Sovet ədəbiyyatının sütunlarından olan, öz dövründə populyarlıq qazanaraq nəsildaşlarının içində seçilən, şeirləri nəğmələrə çevrilərək dodaqlarda gəzişən, pyesləri teatr səhnəmizə yeni nəfəs gətirən şair, dramaturq Novruz Gəncəlinin anadan olmasından 100 il ö...
ANL
Mən çatıram min arzuya, diləyə, Neyçün səni bəs unuda bilmirəm? Doğrudanda yoxdur əgər məhəbbət, Neyçün səni bəs unuda bilmirəm? Kəsdilər, apardılar. Yayda kəndimiz onu. Kölgəliyi bilərdi. Qışda tüklü papaqtək. Bəzəyərdi onu qar. Yolçular od qalayıb. Altında dincələrdi. Yayda budaqlarında. Yuva hörürdü quşlar, Ucalmışd...
ANL
"Bir rəsmin dedikləri" rubrikası. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Universitetinin sənətşünaslıq kafedrasının müəllimi,sənətşünas Aysel Məmmədəliyevadır. Aysel xanımla Xalq rəssamı Səttar Bəhlulzadənin "Qız Bənövşəyə gedən yol" əsəri haqqında danışmışıq. - Səttar Bəhlulzadə yaradıcı...
ANL
Texnoloji medianın həyat tərzimizə daxil olması ilə sosial münasibətlər dəyişib, virtual folklor anlayışı gündəmə daxil olub. Texnologiya əsrində üz-üzə kommunikasiya yerini virtual auditoriyaya tərk edib, radio, televiziya, ən əsası da internetin inkişafı ilə yeni şifahi ədəbiyyat nümunələri yaranıb. Böyük bir sə...
ANL
İSA BULAĞI ŞUŞANIN İNCİSİDİR. İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulağın oluğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir...
ANL
Müstəqil Azərbaycanın aqro-ərzaq siyasəti. Ölkəmiz müstəqillik əldə etdikdən sonra əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəldilmiş kompleks və sistemli tədbirlərin həyata keçirilməsi bir sıra ərzaq məhsulları üzrə xarici bazarlardan asılılığın müəyyən qədər azaldılmasına imkan verib. Lakin hələ də ...
ANL
Metodik dəstək: məktəb və müəllimlər üçün vacib amil. Metodistlər gənc və təcrübəsiz müəllimlərə müəssisədə səmərəli işləməyə kömək edən, onların peşəkar fəaliyyətlərində və inkişafında metodik, psixoloji və elmi dəstək göstərən daha yaşlı və təcrübəli ixtisaslaşmış müəllimlərdir. Azərbaycan Respublikası Təhsil İnstit...
ANL
15 Sentyabr zəfəri mühacir qələmində. Çar Rusiyası dövründə və Sovet hakimiyyəti illərində ölkəmizin ictimai-siyasi, ədəbi-mədəni həyatında baş verən mühüm tarixi proseslərə daha çox silki, sinfi, qərəzli və saxta münasibət, onlara uyğun qurulan, həyata keçirilən formaca fərqli, məram və mahiyyətcə eyni ideoloji...
ANL
Gülüşümüzü qaytaran Şuşa. Bu gün bələdçimiz olmadığından Şuşanın küçələrini sadəcə hisslərimizin ümidinə gəzirik. Amma başımız gəzintiyə elə qarışdı ki, bir də baxdıq deyilən vaxtdan keçib artıq, yəni otelə qayıtmağın mənası yox. Yaxşısı budur, özümüz tapaq Cıdır düzünü. Yolçu yolunda gərək deyibən yolumuza dava...
ANL
Şuşaya səfərin nəticələri əsasında yazdığım bu oçerki mən keçmiş haqqında xatirələri gələcək üçün vəzifələrlə heyrətamiz şəkildə birləşdirməyi bacaran Prezident İlham Əliyevin çıxışlarının təsiri ilə “Gələcək haqqında ... xatirələr” adlandırdım. Bu xəbəri böyük sevinclə qarşıladım və dəvətə görə Prezidentə məni...
ANL
Bu sualı dost-tanış da verəcək, özümüz də verəcəyik - gözəl şeirə qəribsəyəndə, el deyimlərinin mehrinə uçunanda, qınağa tutulası söz eşidəndə, "dəvə yerişli dünya" növşək vuranda, yaz yağışına qoşa ovuc açanlara, göyqurşağının altından enmeyə meyillənənlərə qoşulmaq istəyəndə, ağaclar çiçəkləyəndə, sellər oynayanda...
ANL
Yeri görünən insan. Ömrümün müqəddəs atributlarından biri hesab etdiyim, elm və təhsil məbədim olan Azərbaycan Texniki Universiteti ilə məni 40 illik zaman intervalı bağlayır. Sentyabrın ilk günü, Ağdam şəhər 6 saylı orta məktəbin Qızıl medallı məzunu olaraq Azərbaycan Texniki Universitetinə tələbə kimi qədəm basmamın ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də...
ANL
Güney ədəbi incilərinin nəfis mücrüsü. ESMİRA FUADIN HAZIRLADIĞI "GÜNÜMÜZÜN GÜNEY ƏDƏBİYYATI ANTOLOGİYASI" HAQQINDA QEYDLƏR. Filologiya elmləri doktoru Esmira Fuadın böyük zəhmət və məhəbbətlə tərtib etdiyi və 2018-ci ildə "Elm və Təhsil" nəşriyyatında çap olunan "Günümüzün Güney ədəbiyyatı Antologiyası" kitabı...
ANL
Oğuz, türk-şumer dünyagörüşünün novator tədqiqatçısı. "Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri. İlkin Başlanğıc, Vahid, Mütləq, İşıq-Nur, Antik-Arxaik Dünya, Şumer-Türk Etnogenezi, Zaman, Mif, Dil haqqında dünyada mövcud və hakim olan bir çox konsepsiyalara dair cəsarətli, məntiqli, dəlil-sübutlu və bir çox hall...
ANL
Uşaqlara daha məzmunlu həyatı necə quraq? Zəmanə uşaqlarının smartfonlarla daha çox vaxt keçirdiyini müşahidə edən hər valideyn övladına görə narahat olur. Övladlarının "Tik-tok" kimi faydasız, üstəlik, zərərli sayılan bir çox tətbiqdən istifadə etmələri böyükləri daha çox qayğılandırır. Bu halla bağlı uşaqlara ed...
ANL
Müstəqil iqtisadiyyatımıza qalan miras və yeni reallıqlar. Azərbaycan müxtəlif mineral sərvətlərin zənginliyinə, təbii şəraitin rəngarəngliyinə görə bölgənin ən nadir regionlarından biridir. Burada istehsalın böyük miqyasda inkişafını təmin edə bilən neft və qaz, hər cür tikinti materialları, mineral sular və sai...
ANL
Milli Kitabxanada Bilik günü sərgisi. Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunub....
ANL
Hacı Həsənin qələt namazı. Yazdığım bu hekayət çoxdanın söhbətidi. Çoxlarının bildiyi belə dəyərli bir söz də var ee: heç olmamaqdansa, gec olması yaxşıdır. Nə isə, çox vaxt itirmədən keçirəm hekayətin nəqlinə. Keçmiş ittifaq süquta uğradıqdan sonra kommunistlərin boyunduruğundan qurtulduğumuza görə sevincimiz aşıb-...
ANL
Kinonun ən mühüm özəlliklərindən biri budur ki, ekranda görünən hər hansı bir kadr, epizod, səhnə, yaxud eşidilən hər hansı bir söz, ifadə, cümlə təklikdə, ayrı-ayrılıqda yox, ümumi kontekstdə - digər kadr, epizod, replikalarla bir müstəvidə götürülməli, çatdırılan informasiya yalnız bu üsulla qəbul edilməlidir....
ANL
Ötən ilin mart ayından etibarən COVİD-19 pandemiyası bütün dünyada təhsil sistemini iflic etdi. Ötən bir ili distant fomrada davam etdirilən tədris prosesi uzun fasilədən sonra yenidən əyani təhsillə əvəz olunur. Bir il insanların alışqanlıqlarının, vərdişlərinin dəyişməsi, formalaşması baxımından böyük zaman kəsimid...
ANL
Müstəqillik illərində Azərbaycanda Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri. Milli dövlətçiliyimizin qurucusu, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, dövlət müstəqilliyinin banisi...
ANL
"Nəhayət ki, Şuşa etibarlı əllərdədir! Qəlbim Azərbaycan əsgəri ilə, bütün Azərbaycan xalqı ilə birlikdə sevinc və qürur hissindən coşub-daşır. Amma azərbaycanlı üçün Vətənsən! Məndən ötrü isə dualarımın müstəcab olması, ədalətin təntənəsisən! Bu sözləri bir and, yaxud gələcəyə yönəlik mesaj kimi böyük məhəbbət v...
ANL
Həyatda ən sevdiyim və hörmət etdiyim insanlar zəhmətkeş insanlardır. İşləməkdən əlləri mazol olmuş və ya əllərində gördüyü işin izi olan insanlara qibtə ilə baxar, gözlərinin içində onların əməyinin gözəlliyini axtararam. Belə insanların gözləri də fərqli baxar, ruhlarındakı atəşi gözlərində əks etdirərlər. Türkiyə tü...
ANL
Dul qadının tənhalığı. Südabə xanım öz vəfatından sonra da Hüseynin xoşbəxtliyi üçün hər şeyi etmişdi, onu Ruhiyyə kimi gözəl bir qızla evlənməyə sövq etməklə, hər ikisinin bəxtinin parlamasına yol açmışdı. Hüseyn özü də gözləmədiyi halda sevgi dəryasına qərq olmuşdu. Tanıyanların hamısı ona həsəd aparırdı, əvvə...
ANL
Əsğər Zeynalov baza ixtisasına görə fransız dili və ədəbiyyatı mütəxəssisidir. Bu sahə üzrə o, doktorluq dissertasiyası müdafiə etmiş, neçə-neçə sanballı kitab və məqalə yazıb, bu dərin məzmunlu elmi-tədqiqat əsərlərini həm doğma vətənimizdə, həm də bir sıra xarici ölkədə (Fransa, Almaniya, İngiltərə, Hindistan, ...
ANL
Hərdən onu danışdırmaq çox çətin olur. Bir saat ünsiyyətdən sonra elə bir sözünü eşidirsən ki, öz-özünə "Bu adam görəsən, niyə kənardan belə zəhmli görünür?" Yaxın günlərdə Əlimürsəl müəllimin tərcümeyi-halı düşdü əlimə. Təəccübləndim. Mən AZTV-yə gəldiyim gündən onun yaradıcılığına diqqət yetirmişəm. Şəxsiyyətinə hör...
ANL
Akademik Məmməd Cəfər Cəfərovun Nizami dünyası. Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər Cəfərovun elm dünyası, elmi fəaliyyət dairəsi geniş olub, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqiddən başqa tarix, fəlsəfə, estetika, folklorşünaslıq, dinşünaslıq, dilçilik, pedaqogika və s. sahələri əhatə etmişdir. ...
ANL
Üzeyir bəyin kiçik qardaşı, Sülh nümayəndə heyətinin tərkibində Fransaya gedən və aprel çevrilişindən sonra vətənə yolları bağlanan Ceyhun bəy Hacıbəyli birgə yaradıcılıq məhsulu olan əsəri fransız dilinə çevirib "Fransa-Şərq" komitəsinin yardımı ilə Yelisey meydanındakı "Femina" teatrında tamaşaya qoyur. Afişad...
ANL
Daxildən soyulanlar. Depressiyaya düşən insan ilk növbədə özünə qapanır, bədənini, ruhunu hər şeydən və hər kəsdən təcrid edir. Bunu yenilənmək kimi qəbul etmək lazımdır. Digər canlılar dəri dəyişərkən necə həssas olur, ağrı yaşayırlarsa, insanlar da bu mərhələdə o qədər sancı çəkirlər. Məsələn, ilanlar dəri dəyişdir...
ANL
Onun Ustad dərsləri. Görkəmli jurnalist və publisist Ələkbər Abbasovun 80 illiyinə. Jurnalistikadakı ürək döyüntüləri. Bütün yaradıcılıq sahələrində, o cümlədən, jurnalistikada da belədir: yaş və iş təcrübəsi artdıqca, fərqli situasiyalarıdan keçib bərkidikcə insanın müqayisə imkanları da çoxalır. Bu imkanların ...
ANL
Şuşa səfərim. Noyabrın üçüncü ongünlüyündə zəhrimara yoluxduğum üzə çıxır. Evdə qalası oluram. İki həftəlik əsirliyin ardınca sərt karantin gəlir. Noyabr və dekabr belə gedir. İl dəyişəndən aylar bir-birini qovur. Görürəm hərə bir yol tapıb gedir. Mənə gənəşən yoxdur. Dərd eləmirəm, gözləyirəm. Gedənlərin siyahısında y...
ANL
Müstəqillik illərində Azərbaycanda sənaye inkişafı: yerli üstünlüklərdən klasterləşməyə. 18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 yaşı tamam olur. Müstəqillik illəri Azərbaycan üçün çətin, lakin davamlı bir inkişaf dövrü olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin m...
ANL
"Çap mətbuatı sıradan çıxarılmalıdır" tezisi çox zərərlidir". Texnologiyanın sürətli inkişaf etdiyi dövrdə qəzetçilik ənənələrinə sadiq qalıb çap mətbuatını ayaqda saxlamaq çox çətin məsələdir. Onlayn media ilə ayaqlaşmaq, keyfiyyətli iş ərsəyə gətirmək çap mətbuatı üçün prioritetdir. Böyük zəhmət bahasına ölkəmizdə ...
ANL
Bu günlərdə Bakının küçələri mənə elə doğma gəlir ki... Milli Azərbaycan Tarix Muzeyinin qarşısından keçəndə binanın əzəmətinə baxıb qürur hissi keçirirəm. Köhnə Qorçakovskaya, indiki Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən bu bina vaxtilə Tağıyevin öz şəxsi mülkü olub. O və qurucusu olduğu Bakı Müsəlman Xeyriy...
ANL
XX yüzilliyin ortalarından bu günə qədər sönməz sürgün acısını, Vətən dərdini, yurd həsrətini yaşayan türk toplumlarından biri də 1944-cü ildə doğma yurdlarından sürgün edilmiş Ahıska türkləridir. Tarix boyu Gürcüstanın cənub-qərbində, tarixi Ahıska mahalında yaşamış, qonşu gürcülərlə, digər xalqlarla dostluq və ...
ANL
Buna haqqımız yox idi. Çünki bizim qarşısında əyilə biləcək igidlərimiz var idi. Bunlar şəhidlər və qazilər idi. Bütün Azərbaycan oğulları kimi mənim şagirdlərimdən də bu mübarizəyə qoşulanlar oldu. Bunlardan biri də şəhid İsmayılov Elnur Arif oğludur. Əlbəttə, hamı kimi mən də qəhrəman oğullarla fəxr edir, onlarla qür...
ANL
Dövlət qulluğu sahəsində insan resurslarının idarəedilməsi. Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Azərbayc...
ANL
Müstəqillik dövründə Azərbaycanda tekstil sahəsinin inkişaf yolu. Tekstilin əhəmiyyəti insanın yaranması ilə başladı. Bəşəriyyət qida və sığınacaq, eləcə də örtük və geyim ehtiyacları üçün müxtəlif həll yolları tapmışdır. Tekstil sənətinin başlanğıc tarixini öyrənmək üçün bir çox araşdırmalar aparılıb. Bəzi arxe...
ANL
Qadınlar niyə məişət səviyyəsindən çıxa bilmirlər? Cəmiyyətdə qadınlarla kişilər arasında kəskin ayrı-seçkiliyin mövcudluğu ictimai həyatda universal təşkilatlanmaya səbəb olur. Yəni iş və həyat tərzi baxımından qadınlar bir, kişilər isə başqa cür formalaşırlar. Ümumilikdə həyatda, insan cəmiyyətində, hətta bəşəriyyə...
ANL
Tibb tarixində peyvəndlər və onlara qarşı çıxanlar. HƏKİMİN TRİBUNASI. Hər insanın həyati dəyərlər sistemi var və orda həqiqət əhəmiyyətli rol oynayır desəm, yanılmaram. İçi mən qarışıq, insanların əksəriyyəti bu dəyərlər barədə tez-tez düşünür, çox vaxt bu arzuyla da yaşayır ki, ətrafı təmiz olsun, mümkün qədər həqiq...
ANL
Qayğısız uşaqlıq illərindən tez-tez doğma Xəzərin sahilini gəzməkdən, pıçıldaşan dalğaların, ləpələrin və üzərində qıy vuran qağayıların səsinin seyrinə dalmaqdan xüsusi zövq alıram. Bu dəfə Xəzərin sahilində var-gəl edərkən, nədənsə könlümdən gözəl müğənnimiz Nərminə Məmmədovanın ifasında Ənvər Əlibəylinin sö...
ANL
Gəncədə yaradıcılıq bayramı. Heç kimə sirr deyil ki, paytaxtdan başqa, ölkəmizin digər yerlərində yaşayıb-yaradan rəssamlar, tətbiqi sənət ustaları və başqa bir sıra əl işləri növləri üzrə yaradıcılıqla məşğul olan, gənc və ya yaşlı, həvəskar və ya peşəkar, bacarıqlı və istedadlı insanların istər maddi, istər də özünüt...
ANL
"Bir rəsmin dedikləri" rubrikası. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının sənətşünaslıq kafedrasının müəllimi, sənətşünas Aysel Məmmədəliyevadır. - Rəssam Sandro Bottiçellinin dəsti-xətti bu əsərdə özünü necə göstərir? - Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayənd...
ANL
Aşıq Ələsgərdə təsəvvüf rəmzləri. Son dövrdə aşıq şeirini təsəvvüflə bağlamaq, hətta aşığı təsəvvüf əhli adlandırmaq, Sovetlərdən öncəki dövrün aşıqlarına və Sovet dövrünün kommunist aşığına tərs tərəfdən baxmaqdır. Elmi yanaşma mötədilliyi sevir. İnqilablar yaradacaq fikir və düşüncələr elmi, həm də sənəti sıçr...
ANL
Sözə tapınıb şeirlə qalan. O, sanki hamıdan biri idi. Sadəliyi, mehribanlığı, səmimiyyəti, gündəlik davranışları, zahiri ilə hər gün rastlaşdığımız neçə-neçə Azərbaycan qadınından biri. Heç bir qadın şairimizin ona qədər yazmadığı şeirlər. Heç kəsin o cürə heç vəchlə oxuya bilməyəcəyi şeirlər. Həmin şeirləri ...
ANL
Ekoloji tarazlığın qorunması ümumbəşəri problem kimi. Nazir Muxtar Babayevin fikrincə, azərbaycanda ekoloji mühitin mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsidir. Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və...
ANL
Nisgilimizin və qürurumuzun ədəbi toplusu: "Qarabağ dastanı". Artıq elə indidən tarixə düşmüş və yüz illər boyunca milli tariximizin iftixarı olacaq 44 günlük Vətən müharibəsi ilə bağlı saysız-hesabsız elmi publisistik, bədii əsərlər yazılacaq. qonşuya xəyanətinə son qoydu və bütün dünyaya Azərbaycan xalqının qü...
ANL
Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” sərgisi. SÜLH - hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Beynəlxalq Sülh Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə mövzu il...
ANL
Və ruhuma edə biləcəyim təsəlli bəhanələrini rədd edib bu qara düşüncələr içərisində günü-gündən kiçilir, azalır, bir gün yoxa çıxacağım günü də uzaqda görmürdüm. Dostoyevskinin "Qalanı müdafiə etmək sənəti nə qədər güclü olur-olsun, qalaalma sənəti daim ondan bir addım qabaqda olacaqdır" kəlamı da arada bir cüc...
ANL
Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı. İntibah yolunda olan hər bir xalq dünya reallığına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət ...
ANL
Müstəqillik dövründə Azərbaycanda iqtisadi və sosial inkişafın anatomiyası. Azərbaycan iqtisadiyyatının planlı təsərrüfat sistemli dinamikası və struktur dəyişmələri, tam yeni şəraitdə bazar münasibətlərinə adaptasiya və transformasiya qanunauyğunluqlarının keyfiyyət və kəmiyyət dəyişmələrinə məruz qalmışdı. Xarici ...
ANL
Azərbaycan florası: sonsuz zənginlik, təkrarsız gözəllik. Azərbaycan ərazisi zəngin floraya malikdir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa ölkələrə nisbətən xeyli zəngindir. Ölkədə rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Ekolog...
ANL
Bizim Şuşa səfərimiz elə bir tarixi hadisədir ki, sözlə ifadə etmək çox çətindir. Şuşaya qədəm basmaq, Şuşaya yenidən qovuşmaq insanda ən böyük duyğular yaradır, insanın ürəyi köksünə sığmır. Şuşada Vaqif Poeziya Günlərinin işğaldan azad olunan möhtəşəm şəhərimizdə yenidən keçirilməsi Dünya azərbaycanlıları üçün ən sev...
ANL
Hərbçi peşəsini şərəfləndirən peşəkar zabitimiz. Azərbaycanın hərb tarixində xüsusi yeri olan Zaqatalamızın adlı-sanlı, yüksək nüfuza malik hərbçiləri çox olub. Azərbaycanlı kimi general-leytenant rütbəsinə yüksələn ilk hərbçi də məhz rayonumuzun Tala kəndindən olan Balakişi Ərəblinskidir. Görünür, onun qazandığı...
ANL
Analarımız körpələrini yatırmaq üçün beşik başında laylalar oxuyar. Bu laylaları eşidən hər kəsin ürəyinə həzinlik, fərəh gələr, körpələr isə xumarlanıb yuxuya gedər. Lakin Sədaqət ananın oxuduğu laylalar adamı lərzəyə salar: Bağçamızda miyana, Gül sünbülə dayana. 11 aydır Sədaqət ana Şəhidlər Xiyabanında yatan oğlu Ce...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də ...
ANL
Şeirlə həqiqətin əlaqəsi: Həqiqi söz. Təbəssüm Ayşə Sarpa ithafən. Həqiqət x Reallıq. Uyğunluq x Uyğunsuzluq. Həqiqət nədir? Onu necə ifadə edə bilərik? Yəni daxili dünyası ilə xarici birdir, təkdir. Həqiqət sadəcə görünüşə deyil, eyni zamanda, görünüş ilə varlığın üs-üstə düşüb-düşməməsinə də baxır. Həqiqətin bəlkə d...
ANL