text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
XİN: Aİ sözçüsünün erməni hərbçilərin azadlığa buraxılması ilə bağlı açıqlama verməsi təəccüb doğurur. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi Avropa İttifaqının (Aİ) sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına münasibət bildirib. XİN-dən AZƏRTAC-a bildiriblər ki, b...
ANL
Rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi bu il daha geniş miqyas alacaq. “Dövlət məşğulluq xidmətlərinin elektron infrastrukturunun qurulması, rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi prosesi bu il daha geniş miqyas alacaq. İşsiz və işaxtaran şəxslər, işəgötürənlər üçün həmin xidmətlərin e-platformalardan təqdim olunma...
ANL
“Keşikçidağ” qoruğuna yeni avtomobil yolu çəkilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa rayonunda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib. Bu yol başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi ...
ANL
Pandemiyadan zərərçəkmiş sahibkarların güzəştli mexanizmlər çərçivəsində kreditləşdirilməsi davam edir. Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforma...
ANL
Salyanlılar kommunal xidmətlərdən razılıq edirlər. Arana düşən qar ərisə də, dağlarda, quzeylərdə ömrünü uzadır. Bütün bunlar ayrı-ayrı sahələrdə müəyyən çətinliklər yaratsa da, ümumilikdə xeyirdir. Bunu bilən əhali qışın sərt, qarlı-şaxtalı keçməsini arzulayır. Bu gün nəinki şəhərlərdə, rayon mərkəzlərində, habelə k...
ANL
Bağdaddan ayrılarkən. - deyib sürücümüz Həmudiyə yola düşməyimizə işarə etdi. Avtomobilimiz gündə dolaşdığım Bağdad küçələrinin birini o birisiylə əvəz edərək, şəhərdən çıxıb Diyalə vilayətinə gedən şosseyə döndü. Artıq şəhər arxada qalmışdı. Amma hələ də partlayış səsləri eşidilir və bu partlayışlardan yaranan...
ANL
Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda ilbəil arı ailələrinin sayı və məhsul istehsalı artır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda ...
ANL
Qarabağ milli dirçəlişin yeni rəmzi olacaq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin azad edilməsindən bir neçə ay ötür. 44 günlük Vətən müharibəsi gedişində şəhər və kəndlərimizin düşməndən təmizlənməsi ...
ANL
Zəfər salnaməsi. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı. İlham ƏLİYEV: “İkinci Qarabağ mühari...
ANL
Zili də, bəmi də ürəklərə yol tapan xanəndə... UNUDULMAZ İFAÇI QARAXAN BEHBUDOVUN MUĞAM SƏNƏTİMİZİN. TARİXİNDƏ ÖZÜNƏMƏXSUS YERİ VAR. Azərbaycanda tarix boyu muğam sənətinin inkişafında Qarabağ xanəndəlik məktəbinin müstəsna rolu olub. Qarabağ muğam ifaçılığı dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan...
ANL
İlham Əliyev tarixi abidələrimizi də işğaldan azad etdi. Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxl...
ANL
Sərvəti tükənməyən AÇG. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu məlumatı bir daha təsdiqləyir ki, AÇG-dən hasilat ahəngdar və təhlükəsiz davam edir. AÇG indiyədək Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev bu yataqlar blokunun ölkəmizin əsas gəlir mənbəyi olduğ...
ANL
Tovuz fermerləri üzümçülüyün inkişafında maraqlıdırlar. Kənd təsərrüfatının əsas istiqamətlərindən olan üzümçülük və şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahə yeni yaradılan iş yerlərinin sayına və qazancına görə də sərfəlidir. Vaxtilə Ulu Öndər Heydər Əliyevi...
ANL
Ermənistanda hakimiyyət uğrunda yeni savaş başlayır. Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən növbəti etiraz aksiyaları siyasi gərginliyi daha da dərinləşdirməklə yanaşı, xaotik vəziyyət də yaradıb. Belə ki, aksiya iştirakçıları hökumət binasına girməyə çalışıblar. Polisin müdaxiləsi nəticəsində 50 nə...
ANL
M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əla...
ANL
SSRİ Xalq artisti Murad Kajlayevə. Hörmətli Murad Maqomedoviç! 90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda ...
ANL
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələ...
ANL
Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub. Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin be...
ANL
Beynəlxalq sülh və etimad ilinin açılışına həsr edilmiş tədbirdə Ceyhun Bayramov Qoşulmama Hərəkatının üzv ölkələri adından bəyanatla çıxış edib. Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq sülh və etimad ilinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərək...
ANL
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə. Nazirlər Kabinetinin Sərəncamı. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası P...
ANL
Belarus səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib. Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsind...
ANL
Milli Məclisin sədri İordaniyanın ölkəmizdəki səfiri ilə görüşüb. Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr ...
ANL
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub. Yanvarın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...
ANL
Yerli özünüidarəetmədə gənclərin rolunun artırılmasına dair müzakirələr aparılıb. Milli Məclisin Gənclər və idman komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının birgə təşkilatçılığı ilə 47 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerl...
ANL
Azərbaycan Qafqazda toqquşan maraqları əməkdaşlıq məcrasına yönəldir. Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformat çərçivəsində qəbul edərkən yeni nazirə vəzifə yükünün tələblərini izah etməklə yanaşı, bütünlükdə ölkə iq...
ANL
Postmüharibə dövründə 1700-dən çox şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub. Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, bu müharibənin qazilərinə özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naz...
ANL
Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Lakin builki peşə bayramı əvvəlkilərdən fərqlidir. Çünki biz bu bayramı qalib ölkənin gömrük əməkdaşları kimi qeyd edirik. 2020-ci il gömrük orqanları, gömrükçülər üçün də, ilk növbədə, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin Müzəffər A...
ANL
Azərbaycan Ordusunda döyüşən yəhudilər cəmiyyətimizin qürurudur". 46 SAYLI BAKI YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU ZAMİR İSAYEV İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİ ZİYARƏT EDİB. Zamir İsayev ötən ilin payızında keçririlən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan torpaqları ziyarət edən ilk...
ANL
AZƏRTAC xəbər verir ki, bu, ölkəmizdə pandemiya başlanandan bəri təşkil olunan ilk sərgidir. Sərginin öz tarixçəsi də maraqlıdır. Bu barədə ekspozisiyanın təşkilinin təşəbbüskarı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov söhbət açır: "Biz sərginin açılışına çox sevinirdik. Bu, pandemiya başlanandan bəri bizim ilk...
ANL
UNEC-də "Nizami Gəncəvi iris dünya kitabxanalarında" layihəsi başlanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsinə start verib. UNEC-dən bildirilib ki, "Nizami Gəncəvi ili"nə həsr olunan layihə çərçivəsində dahi şai...
ANL
Eşitmə çətinliyi olan uşaqlar üçün teledərslər təşkil edilib. Mütəxxəssislər bu təşəbbüsü təhsilin əlçatanlığı naminə mühüm addım kimi dəyərləndirirlər. Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyilə "Mədəniyyət" telekanalında efirə gedən "Dərs vaxtı" proqramı çərçivəsində, eşitmə çətinliyi olan uşaqlar ...
ANL
Dəyərli biblioqraf alim, qayğıkeş ziyalı. Bu günlərdə dəyərli biblioqraf alim, biblioqrafiyaşünaslıq tədqiqatlarında özünəməxsus elmi yolu ilə seçilən, səriştəli təşkilatçı, gözəl pedaqoq, minlərlə tələbənin sevimli müəllimi Nadir İsmayılov həyatının yeni yaşına qədəm qoyur. O, XXI əsrin ilk illərində ali təhsi...
ANL
Qartal zirvədə yaşayar. ... İsmayıl dünyaya gələndə bizim üçün ən çətin illər idi. Sakit həyatımız pozulmuş, çörəyimizi yeyən, suyumuzu içən ermənilər yenidən xain xislətlərini göstərmiş, xaricdəki havadarlarının köməyi ilə yurd yerlərimizin viran qoyulmasına və işğal edilməsinə başlamışdılar. O zamankı uşaqla...
ANL
Bütün yollar Qarabağa aparır! O vaxtdan bəri mətbuat səhifələrində, kitab mağazalarında gözüm bu imzanı axtarmışdı. Bu səsin vampiriyəm, bu səsin zəlisiyəm, Sənin özündən qabaq səsinin dəlisiyəm... ... Və beləcə son dövrlər Azərbaycan poeziyasının içərisində bulaq suyu kimi içdiyim bənzərsiz nümunələr, düşündü...
ANL
müzəffər ordumun ayaqlarında. ulu qüdrətiylə qalxar, sağalar. dərin düşünəndə səbəb tapılır. Allahın yoludur ahəngin yolu. Onlar haqq dünyanın cilvəsindədi, Mələk baxışında, həvəsindədi, Görürlər yer üzü sevmir onları, Hamısı bir məzlum, qara gündədi. Elə dolanırlar mənim başıma, Xəcalət çıxırlar lal tək qarş...
ANL
Hər dəfə qəhrəmanlıqla döyüş meydanına atılıb canını vətən uğrunda gözünü qırpmadan fəda edən igidlərimiz haqqında eşitdikcə bu sözü xatırlayıram. Vətən, yurd sevgisi üçün şirin canından keçən bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur. Bu yazımda ş...
ANL
Nizami Gəncəvi - bəşəri dəyərlərin dahi tərənnümçüsü. Bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır. İnsanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami bəşər övladını öz adına layiq olmağa çağırır: ömrünü, varlı...
ANL
Nizami Gəncəvinin irsinə və ideallarına yenidən qayıdışa çağırış. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simaların tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi...
ANL
Azərbaycan ərəbşünaslığının 80 yaşlı korifeyi. Bu günlərdə 80 yaşı tamam olan dəyərli alimimiz, professor İmamverdi Həmidovun mənalı ömür yolu, zəngin tədqiqatçılıq irsi, pedaqoji fəaliyyəti, ölkəmizdə və ölkə xaricində müxtəlif çoxsaylı elmi-təşkilati tədbirlərdə iştirakına diqqət etdikdə ərəb ədəbiyyatı və ə...
ANL
Zəfərin və təltiflərin mübarək, cəsur komandir! VƏTƏN MÜHARİBƏSİNDƏKİ PARLAQ QƏLƏBƏMİZDƏ "AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ QAZİ ELVİN MƏMMƏDOVUN DA XÜSUSİ XİDMƏTLƏRİ VAR. Zəfərlə bitən 44 günlük Vətən müharibəmizin zirvə məqamını, Azərbaycan Ordusunun qalib ruhunun təntənəsini müqəddəs şəhərimiz Şuşada zəfər bayrağ...
ANL
Səndən bir məktub qaldımı, şəhid Cuvarov? 1930-cu illərin bozumtul rənglərinə hopmuş bir uşaqlıqda, Heydərpaşa səmtinin daşlı səkilərində kim olduğunun axtarışındaydı Əthəm Ruhi Üngör... Belə bir axtarışın sonunda nə tapacağından əmin də deyildi. Bəlkə buna görəydi atası Ahmet Halit bəydən israrla pul istəyib küçədən ...
ANL
"Bir millət, iki dövlət" formulunun fundamental fəlsəfi-tarixi şərhi. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya institutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Mədətli və həmin institutun "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurb...
ANL
Vətən sizə oğul dedi... - Qəhrəmanlığı şərtləndirən başlıca amillərdən biri də vətənpərvərlik hissidir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti sayəsində, canı-qanı bahasına neçə illlərdən bəri əsarət altında olan torpaqlarımız işqaldan azad edildi. Şəhidlik zirvəsin...
ANL
İlkinin uşaq vaxtından hərbiyə və Vətənə sevgisi çox böyük olub. İlkin hələ kiçik ikən onun atasının Vətən haqqında dediyi sözlər daim qulağında cingildəmiş və içində hərbiyə qarşı sevgi oyatmışdır. Hətta o, hərbi məktəbə sənəd verən il sağlamlığının yaratdığı problemə görə qəbul ola bilmir, lakin içindəki böy...
ANL
Möhtəşəm ənənəyə qürurlu qayıdış. "Vaqif poeziya günlərinin bərpası Şuşanın haqqını və Qarabağın müqəddəs mənəvi havasını özünə qaytarmaqdır". Bu günlərdə Prezident İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən son dərəcə mühüm bir fikir səsləndirdi ki, Şuşa Azərbaycanın...
ANL
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsu...
ANL
Naxçıvanın regional iqtisadi inkişafına dair yeni dərs vəsaiti işıq üzü gördü. Milli iqtisadiyyat üçün uzunmüddətli perspektivlərin müəyyən olunduğu hazırkı şəraitdə sosial-iqtisadi sahələr üzrə islahatların davam etdirilməsi özünün getdikcə artan aktuallığı ilə seçilməkdədir. Güclü infrastruktur siyasətinin təkmil m...
ANL
"Qarabağımızın işğaldan azad edildiyini görsəm...". Elmira xanım elmdə və ictimai həyatdakı bütün uğurlarını Bakı şəhərində qazansa da, canı, qanı, varlığı ilə Qarabağa bağlı olaraq qalırdı. Deyirdi ki, Qarabağ torpaqları dünyanın möhtəşəm gözəlliklərinə malikdir, qarabağlı olmağın fəxarətini bizə uca Yaradan bəxş edib...
ANL
GƏNC AKTRİSA VƏ YAZAR GÜLAY HÜSEYNOVA: "CƏMİYYƏTİMİZƏ "FEMİNİZM"' SÖZÜNDƏN QORXMAYAN KOMPLEKSSİZ KİŞİLƏR VƏ HÜQUQLARINI BİLƏN, SAVADLI QADINLAR LAZIMDIR Kİ, ALİCƏNAB NƏSİL YETİŞSİN". Planetin əhalisinin ən azından yarısını qadınlar təşkil etdiyindən onun potensialının yarısı da elə qadın deməkdir. Buna görə də...
ANL
Zəfər Yolumuzun zamana örnək yürüşləri. Azərbaycan xalqı yağı düşmənin torpaqlarımızı işğal faktına otuz il dözdü. Dünyanın bir sıra "demokratik" və rəsmi təşkilatlarının Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qərarları mənasız kağız parçası olaraq qaldı. Münaqişənin ya...
ANL
Əsgər qonaqlığı. Məsələn, aylardır təmiz havaya həsrət qaldığımızda, hətta qışın çovğununda belə küçəni uzun-uzadı yeriməyə razıyıq. O havanı doya-doya sinəmizə çəkməyin həsrətindəyik. Təəssüf ki, insan ona lütf edilən nemətlərin dəyərini yalnız onları itirəndə və ya həsrət qalanda başa düşür. Beləcə, məmnun ...
ANL
Vətən ona Oğul dedi... Lerikli cəsur əsgər Ceyhun Səfərov Zəngilan uğrunda döyüşdə şəhidlik məqamına yüksəlib. Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn əsgər Ceyhun Akif oğlu Səfərov 1995-ci ildə Lerik rayonunda anadan olub. Ceyhun Səfərov ailənin sonuncu oğul övladıdır. Vətən müharibəsi başlamazdan...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlana...
ANL
Medianın İnkişafı Agentliyi media sektorunda nələri dəyişəcək? "Medianın inkişafı agentliyinin yaradılması ilə bağlı fərman Azərbaycan prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür". Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərləri yeni yaradılan Medianın İnkişafı Agentliyi ilə...
ANL
Vətən haqqında sənədli film. Bəlkə də, hər kəsdə kövrək və duyğulu hisslər yaradan bu söz insanın həyatında gerçək fakta çevrilməsilə ağlar bir ağrıya, sızıltıya dönür. Dünyanın ən murdar bir "dövlətinin" - Ermənistanın doğma yurdundan, yuvasından didərgin saldığı minlərlə soydaşımız Azərbaycanın başqa guşələrin...
ANL
"Azərbaycan şərqşünaslığı"nın yeni sayı çıxıb. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalının növbəti sayı işıq üzü görüb. Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmməd...
ANL
Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Özümə qapandım. Bölüşmək istəmədim. Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Yox, rayonları rənglərlə əlaqələndirm...
ANL
Bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə də şəxsiyyətin sosiallaşmasını səciyyələndirən cəhətlərdən biri də xalqın, toplumun çətin məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə bilməsi, yadelli işğalçılara qarşı mübarizə ruhunda səfərbər olmağı bacarmasıdır. Vətənpərvərlik xalqın qan yaddaşı, şəx...
ANL
Bir misra gün görüm göz işığına, Məhəbbətlə baxım yaraşığına. Sevməsin kədərin, sevməsin qəmin. Unutsun, biryolluq unutsun məni. Atsın ocağının közünə dünya. Qapıma gəlməsin sevinc dalınca, Nə qəmlər çəkmişəm sevinc alınca! Xəbərin yox.
ANL
Peşə təmayüllü siniflərin təşkili": əhatə genişlənir, səviyyə yüksəlir. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üz...
ANL
Qəlblərdə yurd salıb əbədiyyət qazanmaq... Unudulmaz müəllimim, tanınmış ictimai xadim və alim Ziyad Zəhməzovun xatirəsinə ehtiramla. Müəllimlərimi heç zaman unutmamışam və unudan deyiləm. Əllərini indi də çiynimdə hiss etdiyim müəllimlərimi son nəfəsiməcən mənəvi himayədarım kimi yad edəcəyəm. Ziyad müəllim də ...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız. Şəhidlər ölməz, Vətən bölünməz! Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlana...
ANL
Nizaminin "Yeddi gözəl"i Mir Cəlalın tərcüməsində. Dövrün ədəbi tələblərinə və ictimai sifarişə görə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş ölməz əsərlərini dəri dilində qələmə almış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı tərcüməçilərin diqqətini çox qədim zamanlardan cəlb edi...
ANL
Bəhramın bazar ertəsi yaşıl gümbəzə getməsi. Bazar ertəsi şah bahar kimi yaşılı yaşıl üstündən geyindi. Əlində yaşıl çətir sevinclə yaşıl qəsrə getdi. Axşam olub hava qaralanda, Bəhram sərv qamətli gözəl ilə əyləşmişdi. Qızdan nağıl deməyi xahiş etdi. Sənin dərgahın səadət ocağı, astanan səltənət məqamıdır. Tac ...
ANL
Media mənsubları üçün gender məsələlərinə dair təlimat toplusu hazırlanıb. "Yalnız yaxşı məlumatlandırılmış cəmiyyət gündəlik məsələlər və gələcəklə bağlı müdrik qərarlar qəbul edə bilər". Cəmiyyətdə diqqət göstərilməsi önəmli olan sosial, tibbi, psixoloji sağlamlıq məsələləri ilə bağlı ayrı-ayrı ixtisas qrupların...
ANL
O taylı-bu taylı Azərbaycanımızın qüdrətli söz ustadı Şəhriyarın misralarıdır: Can qurban etmənin vaxtı çatıbsa, Səndən hansı namərd əsirgəyər can? Az qala otuz ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Azərbaycanımızın cənnətməkan bölgəsi Qarabağı azad etmək, ölkəmizin ərazisini bütövləşdirmək uğrun...
ANL
Zeynab Kazımovanın söz süfrəsi. Kitab şairin şeirləri, publisistik yazıları, esse və hekayələrindən ibarətdir. Əvvəla, onu qeyd etmək lazımdır ki, Z.Kazımovanın poeziyası digər müraciət etdiyi janrlar üçün ilkin baza rolunu oynayır. Ona görə ki, poeziyasındakı milli ruh və keçmişə boylanan düşüncələr, eyni zamanda, h...
ANL
Hüseynin hər addımını izləyirdi, onsuz bir dəqiqə də olsun yaşaya bilmirdi. Hər şeydə bütün gücü ilə ərinin xoşuna gəlməyə çalışırdı, elə bil ki, öz şəxsi arzusunu həyata keçirmək bu qadına müyəssər olmamışdı. Bəlkə də, bu, onun uşağının olmaması, bu məsələdə özünün günahkar olması ilə əlaqədar idi. Ərinin sifət...
ANL
Ədəbi və əbədi Seyran Səxavət qalasından xatirələr - Haradan və nədən başlayacağımı düşünəndə xeyli çətinlik çəkdim. Altmışıncı illərdən bir-birimizə bağlılığımız olub, ta bu günəcən. Günaşırı İçərişəhərdə, Məmmədəlinin kababxanasında yeyib-içir, sonra Filarmoniyanın yanında, Qala divarına bitişik Zülfünün çayxa...
ANL
Poeziyaya yeni həyat verən Səs. Ağalar Bayramın ad gününə. 20 ilə yaxındır ki, parlaq istedada malik bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramı dövrümüzün ən çox sevilən, maraqlı şəxsiyyətlərindən biri kimi tanıyıram. Yubileydə Ulu öndərimiz Heydər Əliyev də iştirak edirdi. Yubileydə bir-birindən maraqlı ...
ANL
Prezidentin mediada islahatlarla bağlı fərmanı kifayət qədər əhatəlidir. Sosial şəbəkədə yazılanlar. Asif Nərimanlı, jurnalist: - Prezident İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi edib? Bunu "Hraparak" qəzeti diplomatik mənbələrə istinadən yazır. Rəsmi Bakı müharibənin başa çatmasından (10 noyabr) sonra...
ANL
Cəbhəyə jurnalist kimi yox, Vətənə borcu olan vətəndaş kimi getmişdim". Bəxtiyar Bəcidli: "Döyüş yoldaşları arasında olan münasibət bütün dostluqlardan üstündür". İkinci Qarabağ savaşı Azərbaycan xalqının milli özünüdərk prosesini sürətləndirməklə yanaşı, sanki millətin irsən sahib olduğu dəyərləri yenidən özünə...
ANL
"Şəhidlik zirvəsi"nin ilk buraxılışı hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq məqsədilə "Şəhidlik zirvəsi" adlı layihəyə start verib. İdarədən 525.az-a bildirilib ki, kitabxana ilk olaraq şə...
ANL
nidası ilə oxucuları salamlayan "Azərbaycan" jurnalı bu sayında Vətən müharibəsindəki şanlı qələbə münasibətilə onlara gözaydınlığı verir. "Dramaturgiya" bölməsində Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı" pyesi dərc olunub. Dram əsəri əfsanəvi tankçımız, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun unudulmaz xat...
ANL
Artıq ölkəmiz üçün yeni bir mərhələ başlayır. Xalqımızın ağır itkiləri olsa da, cənab Ali Baş Komandanın uzaqgörən siyasəti və müzəffər ordumuzun əzmi ilə bundan sonrakı illərdə bütöv Azərbaycanın çiçəklənməsi və inkişafını fəxarət hissi ilə izləyəcəyik. 2020-ci il digər illərdən fərqli olaraq insanların həyat tə...
ANL
Firudin mənim cəriməni ödəyəcəyimi başa düşüb sakitləşdi və sualıma sakit-sakit cavab verdi: - Sən demədin ki, taksini heç harda saxlama, yoxsa səninlə getmirəm? Onlar da yollardakı qayda-qanunlara nəzarət edirlər, o cümlədən, avtomobillərin sürətini tənzimləyirlər. Getdiyin yolda olan birinci polis məntəqəsində...
ANL
Nisgilli gözlərdə bərq vuran işıq. ELÇİN HÜSEYNBƏYLİNİN MƏŞHUR HEKAYƏSİ HAQQINDA QEYDLƏR. Elçin Hüseynbəyli keçən əsrin 90-cı illərində ədəbiyyata gələn və öz əsərlərində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanların real surətini yaradan, onların vətənpərvərliyini, zəngin daxili aləmini, yüksək m...
ANL
Görmədiyim şairin şeirlərində gördüklərim. İlk dəfə Telman Ağrıdağ imzasını məhz həmin jurnalda, uşaq vaxtından şeir yazmağa başladığım dövrlərdə görmüşdüm. Şeir kitablarını oxuyar, həmçinin, atamın kitabxanasındakı "Azərbaycan", "Ulduz", "Gənclik" jurnallarının səhifələrini vərəqləyib şeirləri gözdən keçirərdim...
ANL
Xəzan bilməyən fəsildir şair ömrü... Ələkbər Ziyatayın sənətkarlığı və şəxsiyyəti barədə düşüncələrim. Uşaqlıq illərimdən diqqətimi çəkən, əsərlərini sevə-sevə oxuduğum, şeirlərinə yazılmış mahnılarını dönə-dönə, sevərək dinlədiyim, "Min bir gecə"li nağıllar dünyasında mənalı və şux qəzəllərinin sehrinə daldığım...
ANL
Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi. Əli Kərimin poetik irsi həmişə dərin siqlətli ideya və fikirlə yüksək bədii formanın vəhdəti ilə diqqəti cəlb etmişdir. Sağlığında da, ölümündən əlli ildən artıq bir vaxt keçdikdən sonra da vəziyyət dəyişməyib: şairin təkraredilməz şeir dünyası bu gün ...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm...
ANL
Şeytandan daha trajedi bir qız, Qovulur iç-içə duyğulardan! Tanrını necə bağışlayım? Gözləri Tanrını andıran sevgilim. Sonu bitməz əzabı mənə yaşadır. Tanrı heybətində olan. Sevgilidən yetişən. işkəncədir hə. Tanrının əlləri də qan qoxuyurdu. paslanmış barmaqları ardında - Gözlərinin çuxuruna tutsağam, Vücudunun içəris...
ANL
Şahmat - böyük siyasətçilərin sevimli oyunu. Şahmatın insanlıq üçün ən dəyərli töhfəsi onun idarəçiliyi (təhlil, hesablama, proqnoz, uzaqgörənlik, qərar vermə, səbr və s.) öyrətməsidir. Həqiqətən də şahmatda idarə etmək üçün hər şey vardır. Bu baxımdan sasani hökmdarı II Xosrovun aşağıdakı sözləri böyük əhəmiyyətə mal...
ANL
Mədəniyyətimizin paytaxtına 39 il sonrakı tarixi səfərin təəssüratı. Zamanın çarxı baş verən hadisələrin miqyasından, çəkisindən asılı olmayaraq öz mizanında dövr edir. Heç bir qüvvə bu qanunauyğunluğa güc gələ bilməz. Bu çarx ədalət dayanacağının astanasında fələyin qəddini sındırmağa da qadirdir. Qarabağın işğald...
ANL
Qələbə yolumuzun Şuşası. Adəti üzrə avtomobili özü idarə edir. Ora qələbə yoluyla getdiyini deyir, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev. Bir anlıq o yolun xəyaldan gerçəkliyə çevrilməsini doğurmuş Zəfərimizin elan edildiyi günün emosiyalarını, böyük coşğusunu xatırlayıram. Gözlərimi ovuşdururam, yox, ...
ANL
Nizami Gəncəvi ilində Vaqif poeziyası günləri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edildikdən sonra qalib Ali Baş Komandan kimi Şuşa şəhərinə ilk səfər etməsi ictimai-siyasi əhəmiyyətinə görə çoxəsrlik Azərbaycan tarixinin təkraredilməz mühüm hadisəsidir. Bu hadisə Azərbaycanın Vətə...
ANL
Təhsilin inkişafı Azərbaycan elminin istinad nüfuzunu yüksəldib. Qloballaşan dünyada ölkələrin sürətli inkişafını təmin edən əsas faktorlardan biri kimi elmi tədqiqatlara, elmi tədqiqat məhsullarının kommersiyalaşdırılmasına xüsusi önəm verilir. Buna görə də, keyfiyyətli elmi məhsulların hazırlanması hazırda ali...
ANL
Azadlığa qovuşmuş Vətəndə ciyərdolusu nəfəs almaq!.. Sosial şəbəkədə yazılanlar. Çox hörmətli qonaqlarımız da çox müxtəlif cavablar verirdilər. Bu gün səhərdən Şuşadan gələn xəbərləri və görüntüləri izləyərək bir neçə dəfə bu video və fotolarla paylaşmaq istəmişəm. Prezidentimizin Şuşaya yola düşməsini xəbər ve...
ANL
"Yeni Azərbaycan" qəzetinin sabiq baş redaktoru Alqış Musayevlə Azərbaycan mətbuatının hazırkı vəziyyəti, çap və onlayn media, eləcə də bir sıra mövzular ətrafında söhbət etdik. - Alqış müəllim, Azərbaycan mətbuatının bugünkü durumunu necə dəyərləndirirsiniz? - Bu gün Azərbaycan yenilənir və bu yenilənmə prosesi...
ANL
Nizami Gəncəvi məqamı. Dahi mütəfəkkirin məqbərəsi milli ruhumuzun həqiqət məbədi kimi. Nizami dühası ilə təmas məkanı. Bəşəriyyətin dahi fikir adamı, "Düyünləmişdir mənim yaxamı doğma Gəncə" deyərək, bütün ömrü boyu öz elindən qırağa çıxmayan Nizami Gəncəvinin son mənzili də bu qədim şəhərdə qərar tutub. Tarix...
ANL
İlk oxuyanda çox xoşuma gəldiyindən bu cümləni kimin dediyini, bu iddianın haradan yarandığını öyrənmək istəyirdim. O vaxtlar İsmayıl Vəliyevi beləcə tanımışdım. Onun məqalələri, paylaşdığı videolar, həyatla bağlı məsləhətləri həmin dövrdə mənə çox kömək oldu. Əslində, mən motivasiya tipli yazılardan uzaq adamam....
ANL
Qaraciyərinlə gülümsə. Bir az kobud şəkildə bunu insanın bütün fiziksəl və zehinsəl həyatının asılı olduğu mükəmməl aparat da adlandıra bilərik. Gözə görünməyən fikirlərdən tutmuş hər şey bu incə aparatda analiz edilir, nəticə çıxarılır, qərarlar qəbul edilir. Əsrlərcə öyrənilməsinə baxmayaraq, yenə də sirli qa...
ANL
Ləyaqətli insan haqqında söz. Həyatda rast gəldiyimiz adamların bəziləri az keçməmiş səhər dumanı kim yoxa çıxır, yaddaşda heç bir iz buraxmır, nadir sayılanlar isə bulud altından çıxan günəş kimi ətrafa işıq saçır, yaratdığı mənəvi təəssüratla xatirələrə həkk olunur. Müşahidə etdiyimiz xarakterlər öz orijinall...
ANL
"Güllələnmiş heykəllər" məhz bu gücün sayəsində öz doğma ünvanına qayıda bildi. Çünki insan xoşbəxtliyini də, şikayətini də sözlərə tökə bilir, ürəyinin ağrısını ya danışaraq, ya ağlayaraq, ya da müxtəlif şəkillərdə ifadə edir. Onlar danışa bilmir axı. Bir Allahın bəndəsi üzünü çevirib onların nə hiss etdiyini düşünm...
ANL
- Şəhidlər Xiyabanı və vaxtilə çalışdığım Azərbaycan Dövlət Televiziyası mənə və mənim timsalımda 30 il öncə baş verənlərin əsl şahidi olmuş insanlara çox həqiqətləri deyir. Çox təəssüf edirəm, illər bizi Qara Yanvar hadisələrindən uzaqlaşdırdıqca, mətbuat səhifələrində, internet saytlarında təhrif olunmuş fakt...
ANL
1990-cı ilin qanlı yanvarının başlıca müəllifi olan Qorbaçovun paytaxtımızla yanaşı, Azərbaycanın digər yerlərində də kütləvi qırğınlar törətmək planları olub. Bu məkrli təxribatlar bir sıra bölgələrimizdə təhlükəli təzahürlər yaratsa da, xalqını ürəkdən sevən adamların həlledici anda öz həyatlarını risk altınd...
ANL
Vüsalə İsazadə: "Qarabağla bağlı suallarım onları narahat edir". "Azərbaycanı yaxından tanıyan millət vəkillərindən, senatorlardan müsahibə götürmək hər zaman böyük zövq verir". Jurnalistika özündə bir neçə peşəni ehtiva edir. Buna görə də, bu peşəni seçən hər bir şəxs xüsusi dünyagörüşə sahib olmalı və davamlı ş...
ANL
Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralan...
ANL
“Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarx hazırlayıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı “Nizami Gəncəvi İli” ilə əlaqədar “Poeziya dünyasının dahisi” adlı videoçarx hazırlayıb. İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial şə...
ANL
Zəfər paradı. Xilas etdik yağıdan Kəlbəcəri, Laçını! Yurd yerləri sevincdən uçum-uçum uçunur... Sakitcə baxmaq olmur Füzuliyə, Ağdama, Gərək naxələflərin gözlərinə ağ dama... Cəbrayıl gedib huşa, Şuşa xəyala dalıb, Zəngilan inildəyir, Qubadlı viran qalıb... İgidlər son qoydular illərin ah-ufuna! Salam olsun qəhrəman ş...
ANL