text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Milli Kitabxanada treninq keçirilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Adobe Indesign” proqramının tədrisi məqsədilə kitabxananın treninq mərkəzində Milli Kitabxananın Nəşriyyat işləri şöbəsinin əməkdaşları üçün treninq təşkil olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bir ay davam edən treninq...
ANL
Bilirəm, mənə hörmət edən, rəğbət bəsləyən adamlar məni bu yazıya görə qınayacaqlar. "Axı niyə hər yetənin hərzə yazılarına vaxt itirib cavab verirsən" - deyəcəklər. Amma bu sayaq yazılara hərdənbir cavab verməyəndə qudurub hədlərini aşırlar. Zamin Hacı adlı köşə yazarı ömrünün ən gözəl illərini məni sancmağa həsr edib...
ANL
Mirzə Kazımbəy və tatar maarifçiləri. Həyatının 23 ilini Kazanda yaşayan, burada alim və pedaqoq kimi formalaşan, Rusiya elmi-mədəni cəmiyyətinə yol tapan Mirzə Kazımbəy özünü heç zaman şəhərin yerli əhalisindən təcrid etməmişdi. Əksinə, dil və mentalitet yaxınlığından irəli gələn bir sövq-təbii ilə tatar xalqın...
ANL
Mələməmiş quzuları kəsməyək!.. Əkinçilik, yatırım və markalaşdırma mütəxəssisi. Bugünlər Ukraynaya atılan mərmilər əslində dünyada bir parça çörəyə uzanan əllərə atılan mərmilərdir. Baş verən son hadisələr qida məhsullarının qiymətini də artırıb. Qısa müddət ərzində heyvan yeminin, ətin, taxılın, günəbaxan yağın...
ANL
Bu gün dünya müsəlmanlarının səbirsizliklə gözlədiyi Ramazan ayının ilk günüdür. Artıq bütün müsəlman dünyası Hicri-Qəməri təqvimilə 11 ayın sultanı adlanan Ramazanın fəzilətini yaşamağa başlayıb. Rəhmət və nemət ayı olan Ramazan, həm də günahların bağışlandığı, bütün duaların qəbul edildiyi aydır, çünki yalnız b...
ANL
Rəvan Mahmudzadə :"Tennisin inkişafında hamılıqla maraqlı olmalıyıq". Həmsöhbətimiz gənc yaşına rəğmən öz sahəsində uğur qazanmış, adını idman mətbuatında tanıtdırmağı bacarmış jurnalist Rəvan Mahmudzadədir. Bu gün ad gününü qeyd edən müsahibimizlə həm yaradıcılığı, həm idmanımızın inkişafı, həm də yeni yaşından...
ANL
Aprelin 6-ı tanınmış gitaraçı, Xalq artisti Rafiq Hüseyn oğlu Hüseynovun (Rəmiş) anım günüdür. Görkəmli alim Xudu Məmmədov demiş, keçmişini bilməyən gələcəyini görməz. Hər dəfə mən Rəmişi yada salanda Ağdamı, keçmiş günləri xatırlayıram. Rəmişin adı gələndə qeyri-ixtiyari Ağdam yada düşür. Tək Rəmiş deyil, bir çox ziya...
ANL
Böyük qayıdışın təhsildəki mənzərəsi. EMİN ƏMRULLAYEV: "İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRDƏKİ DAĞIDILMIŞ TƏHSİL İNFRASTRUKTURUNUN BƏRPASI PLANLI ŞƏKİLDƏ HƏYATA KEÇİRİLƏCƏK". Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağ...
ANL
Fərrux zəfəri – uğur salnaməsinin növbəti təntənəsi. BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların otuz ilə yaxın müddət ərzində yerinə yetirə bilmədikləri və ya etmək istəmədikləri qərarların icrasını Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzi...
ANL
Mərhum yazıçı Azər Abdulla "Qəmərlidən keçən qatar" hekayəsinə bu cümlə ilə başlayır: "O payız düzü-dünyanı soğan başına götürmüşdü". Azər Abdulla hekayəsində İrəvan-Qafan qatarında Ağəli və ailəsinin başına gələnləri məharətlə nəql edərkən, o, həmin il soğan məhsulunun hər yerdə nəzərə çarpacaq dərəcədə artdığını və...
ANL
Yeni nəslin bədii zövqünün inkişafına mühüm töhfə. I Uşaq Kitab festivalı böyük maraq və rəğbətlə qarşılandı. "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə ANAİB I Uşaq Kitab Festivalı keçirildi. #Kitablaböyüyək həştəqi altında aprelin 2 və 3-də baş tutan sərgidə müxtəlif nəşriyyatlar...
ANL
Şərqşünaslıq İnstitutunda Nazim Hikmət sessiyası. Aprelin 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq ...
ANL
Qıqx dörd günlük müharibənin lap əvvəlləri idi. "Səhər-Azəri" kanalını izləyirdim. Veriliş nə xəbərlər proqramı idi, nə də siyasi rubrikalar. Bu proqramlarda, adətən, Azərbaycanda baş verən hadisələrdən söhbət açılır. Mənim müşayiət etdiyim veriliş millət, vətən, torpaq, müharibə kimi mövzuları əhatə etmirdi. Dü...
ANL
Hamlet və İnciçiçəyi. Amerikadan gəlmiş və mənə ümumi dostlarımızdan salam gətirmiş Janet xanım əslində İran yəhudisi idi, ingilis dilindən başqa farsca təmiz danışırdı, Azərbaycanda “Molla Nəsrəddin” tədqiqatçıları ilə hələ Amerikada ikən əlaqələr qurmuşdu və onların arasında “Xəzər” Universitetinin təsisçisi v...
ANL
Samuray mənəvi ruhu yaşayır. Tokuqava syoqunatı dövründə, XVII əsrin birinci yarısında ölkənin bütün limanları xarici gəmilər üçün bağlandı. Yalnız çinlilər Yaponiyaya gələ bilirdi, hollandlara isə təkcə Naqasakiyə gəlməyə icazə verilmişdi. Ancaq kapitalist ukladı feodal Yaponiyasının bətnində durmadan inkişaf edi...
ANL
Hələ Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alarkən dövrünün ideoloji silahı olan stantdartlaşmış düşüncə qəlibləri, sənət fəlsəfəsi ilə barışmaz mövqeyi özünü büruzə verirdi. Rəssamın diplom xatirinə təhsilini başa vurduğu, yaxınlarının təkidi ilə təhsilini davam etdirdiyi sənət dostlarının və sənətşünasların...
ANL
Adı ilə böyüsün. Uzaqdan asan görünsə də, məsuliyyətini çiyinlərinə götürdükdə çox mürəkkəb olan məsələlərdən biri də "adqoyma"dır. Kainatda gördüyümüz hər şeyin bir adı var. Əcdadlarımız danışmağa başlayarkən hər cismə uyğun fərqli isimlər seçmişlər. Bununla da nəsə demək üçün filmlərdəki meymunlar kimi şəhadət barmaq...
ANL
Əlahəzrət faktlara istinadən... ...Təqribən 15 il bundan qabaq "Azərbaycan" qəzetinin şöbə müdiri, görkəmli jurnalist Flora Xəlilzadə zəng vurub mənimlə görüşmək istədiyini bildirdi. Görüşümüzdə Flora xanımın ilk cümləsi indiki kimi yadımdadır: "Hüseynbala müəllim, dünən bizim başımıza nə oyun açmısınız?" Təəccü...
ANL
Min illik dastanın övladları. Bu yazımda mən Almaniyada yaşayan və Türk Dünyasının sevilən usta yazıçısı dəyərli Orhan Arasın üç gün öncə Kölndən poçtla göndərdiyi və yenicə oxuyub bitirdiyim : " Biz Azərbaycanı çox sevdik" və "Helenendorfun sonuncu şahidi" adlı iki kitabı haqqında düşüncələrimi bölüşürəm. İlk ə...
ANL
Azərbaycan aliminin mühüm uğuru. Tanınmış hüquqşünas alim, hüquq elmləri doktoru, professor, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovun "Müqayisəli hüquqşünaslıq" dərs vəsaiti bu günlərdə ABŞ-ın Vaşinqton ştatının Maryland şəhərində ingilis dilində çap olunub. Bu əsərin nəşri Azərbaycan hüquqşünaslığ...
ANL
Doğma torpağın doğma adamı doğmaların filmində. Amma hər şeydən əvvəl Vətəndaş Aqilin! Bütün yaradıcılığını Qarabağa bağlayan Aqilin! Otuz illik ağır işğal dövründə teleefirlərdəki çıxışlarından tutmuş ədəbi tariximizə yazılmış romanlarınadək Qarabağ mövzusunu ürək sətirlərinə köçürən Aqilin! O zaman itirilmiş Qarabağ...
ANL
Sonuncu Sovet İttifaqı Qəhrəmanı. Qubadlıda şəhid olan ukraynalı. 1990-cı ilin qanlı 20 Yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən planlaşdırdığı ssenari üzrə Azərbaycanda vəziyyətə tam nəzarət etmək, xalqın imperiya əleyhinə getdikcə artan mübarizəsinin qarşısını almaq, hadisələri öz mənafeyinə uyğun məcraya ...
ANL
"Qələmsiz yazılanlar". status-esselər. Siz heç şəhərinizin o başından bu başına piyada gəldinizmi?.. İndi insanları tanımaq xeyli yüngülləşib; kim hansı yuvanın quşudur, kim kimin dəyirmanına su tökür... - hamısı sosial şəbəkələrdə açıq-aydın görünür. Bu uzun tədbirdən yadımda qalan dəhşətli darıxmaq hissi oldu. Özün...
ANL
Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub. İnsan öz maraq və qabiliyyətlərini tanıması, peşələri dər...
ANL
Ukraynanın Buça və İrpin şəhərlərində Rusiya ordusunun törətdiyi qətllərin yayılan görüntüləri Kiyevlə Moskva arasında sülhün əldə olunacağına bəslənən kövrək ümidləri öldürdü. Qətliamın görüntüləri Qərblə Rusiya arasındakı münasibətlərin yaxın vaxtlarda bərpa oluna biləcəyi haqqında ehtimalları da gündəmdən çıxardı. B...
ANL
Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedras...
ANL
Dəyərli türkoloq Qızılgül Abdullayevanın 70 illik yubileyinə. Görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın gözəl bir kəlamı var: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitablara bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Cəmiyyətdə şəxsiyyəti ilə yaradıcılığı ...
ANL
Arzusu şəhidlik olan qazimizə son vida. QƏHRƏMAN DÖYÜŞÇÜ ƏLƏKBƏR AXUNDOV MÜALİCƏ ALDIĞI QARDAŞ TÜRKİYƏDƏ ƏBƏDİYYƏTƏ QOVUŞDU. Düz iki il keçib o qanlı-qadalı günlərdən. Özü də çoxillik torpaq həsrətinə son qoyan, böyük Zəfər və üç minə yaxın şəhidlə tarixə yazılan bir müharibə əsla unudulmaz. Hə, bu müharibəni unud...
ANL
Qorqud Dədə, alğışınla doğulmuşduq, Hər birimiz məhəbbətin əsgəriyik. Doğu-Batı bir-birini günüləyir, Görk olası heysiyyətin əsgəriyik. Göy üzündən ulduz dərər həvəsimiz, Qarabağı isindirər nəfəsimiz. Dağa-daşa qardaş olar gur səsimiz, Ovxarlanmış qətiyyətin əsgəriyik. işğalı səngərində. haxlayacaq əsgərin, İşğalçının ...
ANL
Çox yüyürdüm xəyalların dalınca, Donub qaldım, sonda tənha qalınca, Ömrü vərəq-vərəq yada salınca, Biz geri dönürük, bəs onlar necə? Görünməsəm dönənlərin köçündə, Halal elə, əgər gələ bilməsəm. Çox gəzmişəm çəmənləri, çölləri, Qoxlamışam çiçəkləri, gülləri, Qucağında yaşadığım illəri. Nə söyləyim zirvədəki qara mən...
ANL
Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. "Altmışıncılar nəsli" istər Azərbaycan, istərsə də Sovet dövrünün ümumittifaq tənqidində təsdiq olunmu...
ANL
Azərbaycan təhsili beynəlxalq TIMSS qiymətləndirməsində. Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə olan TIMSS (Trends in International Mathematics and Science Study) 60 ildən bəri müxtəlif sahələrdə beynəlxalq qiymətləndirmələr həyata keçirən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxal...
ANL
Rasim Ocaqov və Emin Sabitoğlu ilə bir görüşün tarixçəsi. 2019-cu ildə çıxan "Kinonun fəlsəfəsi" kitabımda yazmışdım ki, çəkdiyi filmlər kino tarixində özünəməxsus yer tutan hər bir istedadlı kinorejissorun öz kino fəlsəfəsi olur və onun uğurlarının əsasında da bu fəlsəfənin prinsiplərinə ciddi riayət, sədaqət ki...
ANL
Azərbaycanda inklüziv təhsil: atılan addımlar, alınan nəticələr. Müasir cəmiyyətdə fiziki anlamda sağlam olanlarla fiziki imkanları məhdud olanlar dileması ətrafında fikirlər haçalanır. Bəziləri bu qəbildən olan kəslərin (xüsusən, uşaqların) normal bir şəraitdə yetkinləşməsini, boya-başa çatmasını, bəziləri isə b...
ANL
"Molla Nəsrəddin"in milli ədəbi dəyərlər sistemi yeni araşdırmada. Dünya çox sürətlə dəyişir. Texnologiyanın sürətli inkişafı süni qida məhsullarından tutmuş dövlətlərarası müharibələrin gedişinə dair bütün sahələrə təsir edir. Müstəqilliyimizin ilk illərində - 1990-cı illərin əvvəllərində azad sözə, azad mətbu...
ANL
Türk mənəviyyatının iki əsas məsdəri var: vətən əxlaqı və ailə kultu! Vətən əxlaqına El - milli təəssübkeşlikdən tutmuş, dövlət əxlaqına qədər bütün ənənələr daxildir. Ailə kultu tatrearxal dövrdən tutmuş bu günə - XXI əsrə qədər türkün mühafizə etdiyi ən böyük mənəvi prinsipdir. Türk qadını sevmədiyi adama ərə g...
ANL
Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. Aydının fikirləri. Aydının "yeni nəsr" istilahını qəbul etməməsi və mənim buna qarşı əks iddialarım v...
ANL
Karlo Fusko: "Hollivud ab-havalı bir Azərbaycan filmi çəkəcəyik". İtaliyalı kino xadimi özünün yeni layihəsi, Azərbaycan kinosu və onun perspektivləri barədə fikirlərini bölüşüb. Son zamanlar Azərbaycana və ölkəmizin kino sənayesinə ciddi maraq göstərən italiyalı rejissor, ssenarist, prodüser və "Lykos Film Entertainm...
ANL
Şirməmməd Hüseynova həsr edilmiş nəşrin təqdimatı olub. "Təmrin" jurnalının xüsusi sayında böyük alimin həyat və yaradıcılıq yolu ətraflı işiqlandırılıb. Aprelin 7-də Bakı Dövlət Universitetində "Təmrin" jurnalının böyük alim, ustad pedaqoq və ictimai xadim Şirməmməd Hüseynova həsr olunmuş sayının təqdimatı keçiri...
ANL
Şabranlı şair Zakir Bayramlı bu mövzuya dair düşüncələrini yeni kitabında poetik boyalarla təqdim edir. Qaim-qədim yurd yerlərimizdən birində - ulu Şabranda yaşayıb-yaradan şair Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" kitabı onun yaradıcılığının yeni və daha təkmil nümunəsidir. Kitabın yenidən işlənmiş n...
ANL
Ramiz Qusarçaylının "Vətən" kitabı təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Ramiz Qusarçaylının "Vətən" kitabının təqdimatı keçirilib. Tədbiri açıq elan edən yazıçı-dramaturq Elçin Hüseynbəyli qonaqları salamlayıb, şairin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşərək sözü iştirakçılar...
ANL
Qıqx dörd günlük müharibənin lap əvvəlləri idi. "Səhər-Azəri" kanalını izləyirdim. Veriliş nə xəbərlər proqramı idi, nə də siyasi rubrikalar. Bu proqramlarda, adətən, Azərbaycanda baş verən hadisələrdən söhbət açılır. Mənim müşayiət etdiyim veriliş millət, vətən, torpaq, müharibə kimi mövzuları əhatə etmirdi. Dünyanı...
ANL
"Folklorda janr daxilində janr": elmi yeniliklərlə zəngin monoqrafiya. Naxçıvan nəinki Azərbaycan və Yaxın Şərqin, eləcə də dünyanın qədim tarixə və zəngin mədəniyyətə malik olan bölgələrindən biridir. Qədim yurd yerləri, Gəmiqaya rəsmləri, I və II Kültəpələr kimi maddi-mədəniyyət abidələri ilə yanaşı, nəsillərdən-nə...
ANL
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası yanvarın 29-da növbəti dəfə nümayiş etdiriləcək. AZƏRTAC xəbər verir ki, gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə ...
ANL
Dul qadının tənhalığı. Toy başa çatdı, təzə qohumlar bir-birini təbrik edəndən sonra Ruhiyyə yaxınlaşıb bacısını və bəyi qucaqlayıb öpdü, onlara bir daha xoşbəxtlik arzuladı. Sonra o, bəyin valideynlərini öz evinə dəvət etdi ki, orada gecələsinlər. Onlar minnətdarlıq bildirərək dedilər ki, qonşularının oğlunun bur...
ANL
Fəlakətdən həzz alanlar. Ölkə həftə sonu gecə klubunda baş verən partlayışla sarsıldı. Ərazidə aparılan çəkilişlərdə hadisənin miqyası və necə dəhşətli olduğu açıq-aydın görünürdü. Bu faciə cəmiyyətdə nəzərəçarpacaq fikir ayrılığı yaratdı. Bir qism məyusluğunu dilə gətirərkən, digərləri sevincdən göyün yeddinci qatına ...
ANL
Uşaq ədəbiyyatımızın ağsaçlı şairi. ZAHİD XƏLİLİN SƏNƏT DÜNYASINA BİR BAXIŞ. Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları ümumbəşəri və milli dəyərlərə söykənən, mənəvi-əxlaqi keyfiyyətlərə malik, başlıcası, estetik zövqlü, müasir ruhlu, nikbin, vətənpərvər ruhlu nəslin yetişməsində rol oynayan bədii nümunələr yarad...
ANL
RƏFİQƏ MƏMMƏDOVANIN XATİRƏSİNƏ. Azər yaxın dostumdur, yaş fərqi az olmasa da, ikimizin qəlb dünyasında Rəfiqə xanım - nur sifətli Rəfiqə ana bir ömürlük xatirə kimi qalacaq. Bunun səmimiyyətinə varmaq üçün kiçik bir xatirəni danışmaq yerinə düşərdi. İş günü idi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov m...
ANL
Ermənilərin "Qarabağ" mifi və tarixi həqiqətlər. Qafqazda XIX yüzildən başlayaraq bugünəcən davam edən çoxvektorlu proseslərə nəzər saldıqda görürük ki, bu proseslərin əslində iri dövlətlərin hegemonluğu ilə bağlılığı xarakter baxımından həm də yerli siyasi strukturlar və Qafqaz meqaregionu üçün epoxal siyasi ha...
ANL
Yaddaş ağrılarının toplusu. İstedadlı yazıçı-pubisist, savaş mövzusunda çoxsaylı əsərlər müəllifi Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabını oxuyarkən bir daha əmin oldum ki, dünyanın harasında baş verməsindən asılı olmayaraq, müharibənin yalnız bir üzü, bir sifəti var. Bu elə bir simadır ki, millətindən,...
ANL
İctimai-pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi. Xalqımızın ədəbi-mədəni, ictimai-siyasi həyatında böyük xidmətləri olan, amma fəaliyyətləri bu gün də lazımi səviyyədə tədqiq edilməmiş elm, mədəniyyət və maarif xadimləri az deyil. Belə böyük şəxsiyyətlərdən, maarif xadimlərindən biri də Axund Molla Məhəmmə...
ANL
(Əvvəli ötən saylarımızda). Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. Stalinin ölümüylə başlanan yeni dövr. ...Rus və Ümumittifaq yeni ədəbiyyat...
ANL
Gənclərin xaricdə təhsili ilə bağlı proqramların siyahısı hazırlanıb. SİYAHININ TƏRTİBİNDƏ MÖVCUD BEYNƏLXALQ VƏ YERLİ TƏCRÜBƏDƏN İSTİFADƏ OLUNUB. Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dö...
ANL
Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Britaniyanın SkyNews telekanalına müsahibəsində Rusiya ordusunun Ukraynada xeyli itki verdiyini və bunun onlar üçün böyük faciə olduğunu bildirib. Dmitri Peskovun bu sözləri Rusiyanın artıq qalib ola bilməyəcəyinin rəsmi etirafı kimi də qəbul oluna bilər. Məsələ ondan ibarət...
ANL
Aşiqəm, eşqimlə canındayam mən, Qərarsız, ümidsiz yanındayam mən. Amma sən qönçəsən, açılmırsan heç, Ətrini yayıb, saçılmırsan heç. Naz-qəmzə etməkdən bezmirsən, neçün? O ləl dodağını açmırsan neçün? Söylə bu gülzar olmazmı xəzan, Bu sevgi dastanın varmı bir yazan? Sənin gözəlliyin əbədidirmi?! Mənim aşiqliyim tükənm...
ANL
"Baburnamə"nin Bakı əlyazması: mövqeyi və tədqiqi. Zahirəddin Məhəmməd Baburun ən geniş şöhrət qazanmış əsərinin "Baburnamə" olduğu və bu möhtəşəm abidənin iniyə qədər bir sıra xarici dillərə tərcümə edildiyi hamımıza yaxşı məlumdur. "Baburnamə"nin bu günəcən dünyanın müxtəlif əlyazmaları fondlarında qorunub saxlanan...
ANL
Müəllimlər Müəllimi - Maqsud Cavadov. Azərbaycan tarixinin son minillik dövründə ən mühüm hadisələrdən biri hesab edilən Vətən müharibəsindəki parlaq qələbəmizin qazanılmasında, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən igidlərimizin zəfərində heç şübhəsiz müəllimlərin də öz payı...
ANL
(Əvvəli ötən saylarımızda). Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. Azərbaycanda necə, sırf dissident fəaliyyəti olubmu? Bu sözün dar mənasında...
ANL
Nizami küçəsində. Əllərindən tutan var bütün gözəl qızların, Gecikmişik. Bu gənclik oyununu, Ya çoxdan uduzmuşuq, ya bizsiz oynayırlar. Əllərindən tutan var bütün gözəl qızların. Ölmək... Mövsümlər payıza gəlmişkən, Yazlar ayaza gəlmişkən. Xəzan yaşıl yarpaqların qanın içmişkən, Uzaq uçan quşlar qürbət yolun seçmi...
ANL
Böyük şairin yaradıcılığı görkəmli dilçinin nəzərində. Xalq şairi Bəxtiyar Vahabzadənin ana dilimizə münasibətini professor Yusif Seyidov əhatəli şəkildə tədqiq edib. Bədii yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsi olan Xalq şairi Bəxtiyar Vahabzadə poeziyasının dilinin öyrənilməsi ciddi aktuallı...
ANL
Samuray mənəvi ruhu yaşayır. Yaponlar yeganə xalqdır ki, onu təşkil edən əhalinin əksəriyyəti iki dinə sitayiş edir. Buddist də, xristian da sintoizmə sitayiş etməyə borcludur, bu dinin ibadətləri də elə sərt və məcburi xarakter daşımır. Yapon ailəsi tarixən kiçik yaşayış sahəsi olan evdə, mənzildə yaşamışdır. Ənə...
ANL
O dəfələrlə xaricdə yaradıcılıq ezamiyyətlərində olub, rəssamın müxtəlif ölkələrə aid əsərlərindən ibarət fərdi sərgiləri təşkil edilib. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərgiz Abdurahmanovadır. Onunla Rasim Babayevin "Məhəbbət" əsəri haqqında danışmışıq. - Rasim Babayevin yaradıcılıq xü...
ANL
Bəstəkarların Qələbə məzmunlu yaradıcılığı davam edir. Bugünlərdə mətbuatda ədəbiyyat və incəsənət xadimlərinin ünvanına qınaq dolu haqsız fikirlər oxudum. Guya 44 günlük İkinci Qarabağ müharibəsindəki möhtəşəm Zəfərimizdən sonra qələbənin təntənəsini göstərən ədəbi -bədii əsərlər yaradılmayıb. Halbuki Ermənistan üzər...
ANL
Tarixin canlandırılması və ya "Azərbaycan" qəzetinin yeni həyatı. XXI əsr, müasir dünyamız və bir tərəfdə də XIX əsrin sonu - XX əsrin əvvəllərinin mətbuatı, publisistikası gözümüzün qarşısında canlansın... Bu gün qəzet, jurnal nəşrlərinə dövrün tələbinə uyğun olaraq nə qədər biganə yanaşırıqsa, ötən əsrlərin mətbua...
ANL
İki qalanın oğlu adlandırardı özünü, Şuşada doğulub, İçərişəhərdə doğulduğu üçün. Tanrı isə onu seçilmişlərdən etdi. Damarlarında axan qarabağlı qanı ilə yetişdiyi sırf bakılı mühitinin harmoniyası onu elit təbəqənin bir fərdinə çevirdi, hər bir evin qonağı etdi. Uzun illər onu tez-tez görürdüm, çünki eyni divarların a...
ANL
Qadın və cəhalət. Cəhalətin ən böyük qorxusudur qadın. Savad kifayət etməz, dünyagöruşlərini də inkişaf etdirin. Kompetent yetişdirək övladlarımızı. Xüsusilə də qızlarımızı. Bədii kitab oxumaq vərdişini aşılayaq. Analarının qeybetini dinləyərək, seriallar izləyərək, boş-boş işlərlə məşğul olaraq vaxtlarını məhv etməy...
ANL
Məhəmməd Peyğəmbərin kəlamları. "Heç bir ata övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz". Məlum olduğu kimi, elm insan fəaliyyətinin xüsusi sahəsidir. Bəşər övladı isə bu xüsusi fəaliyyət nəticəsində müasir elmi-texnoloji yeniliklərə sahib olmuş, mühüm naliyyətlər əldə etmişdir. İnsanı isə öz n...
ANL
"Seyid Şuşinski Azərbaycan muğamının ağasıdır". Gülhüseyn Kazımov: "Azərbaycan muğam tarixində ilk dəfə Seyid Şuşinski səhnəyə frakla çixan xanəndə olub". Azərbaycanın muğam tarixində adı hörmətlə anılan ustad xanəndələrdən biri də Seyid Şuşinski olub. Keşməkeşli və bir o qədər də maraqlı həyat yaşayan xanəndə ha...
ANL
"Dionisin şərəfinə" yazılanlar. Bizdən əvvəl də belə idimi, dəqiq bilmərəm, amma bizim dövrümüzdə sənət-ədəbiyyat tandemində ən çox meydana gələn suallardan biri də budur: teatrdan hansımız yazmalı, teatrşünasmı, ədəbiyyatşünasmı, jurnalistmi? Uzun illərdən bəri çox yaxşı ədəbiyyatşünas-tənqidçi kimi tanıdığım, həl...
ANL
Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. Bakıda Gənc Tamaşaçılar Teatrının Bədii rəhbəri Zəfər Neymətovun təklifiylə həmin hekayə əsasında pyes...
ANL
Müttəfiqlərin sınağı. Rusiyanın Ukraynaya müdaxiləsi beynəxalq təşkilatların səmərəli fəaliyyətini şübhə altına aldığı kimi, hərbi-siyasi ittifaqların etibarlığını da müzakirə mövzusuna çevirdi. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri - Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikista...
ANL
Bu gün müasir Azərbaycan futbolunun canlı əfsanəsi, "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur. Futbolçu kimi qol sayına görə Azərbaycan milli komandasının bombardiri olan Q.Qurbanov məşqçi kimi də mütləq rekordu özündə saxlayır. O, yeganə azərbaycanlı məşqçidir ki, komandası dalb...
ANL
Bədii və ictimai düşüncəmizi aydınladan ədib. Azərbaycan ədəbi və ictimai fikir tarixində Mirzə Fətəli Axundzadənin xidmətləri olduqca böyükdür. Zəngin yaradıcılığa malik olan ədib təkcə Azərbaycan ədəbi və fəlsəfi düşüncəsində deyil, eyni zamanda Yaxın Şərq maarifçilik hərəkatının qabaqcıl nümayəndəsi, material...
ANL
Əkinçilik, yatırım və markalaşdırma mütəxəssisi. Önünüzdə qlobus varsa, sürətlə fırladın... Dünya sanki mavi rəngli okeandan ibarətdir. Sonra da televiziyanı açın və istədiyiniz ölkənin xəbər kanalına baxın. Ən azı bir xəbərdə cadar-cadar olmuş torpaqları, quraqlıqdan yanmış əkin sahələrini və afrikalı bir körpə...
ANL
(Əvvəli ötən saylarımızda). Bədxahlarınızı bağışlayın, amma adlarını unutmayın. Üzərində bir ildən artıq müddətdə işlədiyim "Altmışıncılar və son 60 ilin ədəbi həyatı" kitabımı bitirmişəm, əsərdən bir neçə parçanı oxuculara təqdim edirəm. Hörmətli Arif müəllimin əsas müddəalarını sitat gətirdiyim bu məqaləsi tək...
ANL
Xalq yazıçısı Anar oxucuları ilə görüşüb. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla "Qobustan" jurnalının redaksiya heyəti, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin tələbələri və Bakı şəhəri 308 nömrəli məktəbin şagirdləri ilə görüş ...
ANL
Seyran Səxavətlə Dilçilik İnstitutunda görüş olub. Ədibin dilçi alimlərlə söhbətində ana dilimizə münasibətdəki problemlərdən danışılıb. Cəmiyyətin həyatına, dünyagörüşünə, düşüncəsinə və ən əsası, dil biliklərinə Kütləvi İnformasiya Vasitələrinin təsiri böyük olduğundan bir sıra problemli məqamların səbəblərini...
ANL
Uca, saf göylərini, bəmbəyaz buludlarını, buğda ətirli, bərəkətli torpaqlarını nədən bu hala saldılar?.. İndi buludların Sənə göz yaşı axıtmaqda, Qəlbinə sancılan mərmilərin od-alovunu duman örtüyünə bürüyüb, yağışları, çiskini ilə söndürməyə çalışmaqda, canını uğrunda fəda edən igid oğullarının, mərd qızlarının, gü...
ANL
Mirzə Cəlil yaradıcılığının mühüm kodları: tənqidi-simvolik obrazlar. Məlum olduğu kimi, tənqidi realizmin poetikasında bədii əsərin strukturuna özünəməxsus yanaşma və həssas münasibət mövcud olub. Tənqidi realizm bədii əsərin struktur və detallarına həssaslıqla yanaşıb, konkret məqsəd və ideya üçün məna yükü v...
ANL
Örnək ömür. Bir dəfə həmsöhbətlərimdən biri "Tanınmışlar haqqda yazmağa ehtiyac varmı?" Bu, etiraz idi. Təbəssümümü aysberqi xatırlatmaqla, bir də "Tanınmışlardan yazmaq tanıtma niyyəti deyil, yaşatma niyyətidir", - kəlmələriylə tamamlamışdım. Tanıdığın tanınmışlar haqqında yazmaq həm də ehtiramın ifadəsidir... P...
ANL
"Azər Buzovnalı arxivinin təsviri"ndə nələr var? AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın nəşrə hazırladığı "Azər Buzovnalı arxivinin təsviri" adlı kitab bir müddət əvvəl çapdan çıxıb. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmm...
ANL
Əbədi yaşamaq haqqı. (Şövkət xanım Ələkbərovanın ruhuna). "Mən yaratdıqca yaşamaq, yaşadıqca yaratmaq istəyirəm". Ş.Ələkbərova. Lakin bir çox hallarda gündəliyə gələn, "aktuallaşıb" hakim mövqeyə keçən düşüncə paradiqmaları, zövq kriteriyaları hazırda orta və yuxarı yaş dövrünü yaşayan və estetik zövqü korifey s...
ANL
Tarixin yaddaşlara hopub. Gözəlliyin eşqə köklənib. Sədaqətin dillər əzbəri. Səsləri cilalayan zərgər. Ruhları yaşadan müqəddəs. Sənətə beşik olan qucaq. Əsgərə meydan verən Sərkərdə. Dağlarının ucalığı, qocalığı, dumanı, qürurun məhvəridir göylərin gözlərində. Səndən qələbə doğulur. Torpağın həyata dərman, əbədi loğm...
ANL
Dul qadının tənhalığı. Ruhiyyə ərinin ölümü ilə heç cür razılaşa bilmirdi, başa düşürdü ki, həyatında onu Hüseyn kimi odlu məhəbbətlə sevən ikinci bir adam olmayacaqdır. Əslində, ərinin ölümü ilə onun özünün dünyası, xoşbəxtlik səltənəti uçub, dağılmışdı. Əri həyatdan yaxşı baş çıxarırdı, onun mənasını bilirdi,...
ANL
Məsumiyyət muzeyindən reportaj. İncəbelli çay bardağı, eşqin anatomiyasi və Orhan Pamuk. Dalgıc küçəsinin tinindən dönən kimi özünəməxsus, qəribə bir atmosfer yaxınlaşdığını, əsrarəngiz görüntüyə sahib olan binaya girdiyin andan etibarən unudulmayan macəranın bir parçası olacağını hiss edirsən. Əminsən ki, sənə minbi...
ANL
Son illərdə təsvir, estetika və onların məzmunla əlaqəsi məsələsi ədəbi polemikaların əsas mövzusuna çevrilib. Ələlxüsus, həm əski, həm də çağdaş Azərbaycan nəsrində üslub müxtəlifliyinin əsas qayəsi olan bu ifadə tərzi üçbucağı rəngarəng mənzərə yaradıb. Hekayənin süjeti öz ifadə libasına ilmələr vurduqca bu tə...
ANL
Ürəkdən güc alan poetik səs. ADİLƏ NƏZƏRİN ŞEİRLƏRİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM. Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) artıq 7 şeir kitabının müəllifidir və imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Onun İraq Yazıçılar Birliyinin üzv...
ANL
Mir Cəlal nəsrində təbiət: dolğun təsvirlər, canlı lövhələr. Görkəmli yazıçı və alim Mir Cəlal geniş yaradıcılıq diapazonuna malik ədibdir. O, əsərlərində yaratdığı müxtəlif situasiyalarda yüksək bədii amalına sadiq qalıb. Bizim nəsil orta məktəbdə oxuyarkən yazıçının məşhur "Bir gəncin manifesti" romanı sayəsin...
ANL
Şuşa Teatrının dünəni və bugünü. Möhtəşəm təbiəti və istedadlı insanları ilə yanaşı, Şuşa həm də ədəbiyyat və incəsənət beşiyi olub. Dəyərli araşdırmaçı Firudin Şuşinski yazırdı: "XIX əsrin 90-cı illərində Şuşada xeyli musiqili və ədəbi incəsənət məktəbləri olmuşdur. Bunlardan musiqişünaslar məclisini, xanəndələr məc...
ANL
Azərbaycanın qədim dövlətçilik tarixindən bəhs edən qiymətli əsər. Azərbaycan "Türk Ocağı" İctimai Birliyinin təşəbbüsü ilə milli azadlıq hərəkatı mücahidi, ictimai-siyasi fikir tariximizin nəhənglərindən Mirzə Bala Məmmədzadənin "Azərbaycan tarixində Türk Albaniya" əsəri çap olunub. İlk dəfə 1951-ci ildə Ankarada nə...
ANL
Beynəlxalq elmi əməkdaşlıq. (Tarixçi alim Nərgiz Əliyevanın "Azərbaycanda İslam mədəniyyəti" kitabı haqqında qeydlər). İki il bundan qabaq, 2019-cu ilin noyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasında "Rusiyada İslam tədqiqatları və dini elmlərin tədrisinin inkişafı" mövzus...
ANL
Tarix güzgüsündə üzüağ görünmək xoşbəxtliyi. Bu təltif sevindirən və düşündürəndir. 2022-ci ilin aprelində Azərbaycanın hüquqşünaslıq həyatında əlamətdar hadisə baş verdi. Əməkləri olan dəyərli bir insan yüksək dövlət təltifinə layiq görüldü. Zahirən sanki burada qeyri-adi olan heç nə yoxdur və lap çoxdan ənənəvil...
ANL
Milli Kitabxana“Molla Pənah Vaqif” adlı virtual sərgi açıb. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Pənah Vaqif” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, görkəmli poeziya ustadının müəlli...
ANL
İdarəetmənin əsasları. İdarəetmə üzrə Beynəlxalq məsləhətçi və İnsan Resurslarının idarə edilməsi üzrə Beynəlxalq Ekspert Gülzar Quliyevanın minlərlə insanın karyerasında böyük, əvəzedilməz rolu olub. İdarəetmə üzrə 28 illik təcrübəsində o, hər zaman gənclərə xüsusi diqqət göstərib, onları düzgün sahələrə istiqam...
ANL
"Bizdə “Google”dan hazır CV formasını yükləyib içini doldururlar”. İnsan resursları üzrə aparıcı mütəxəssis Elvin Süleymanov: "Sağlam iş mühiti üçün köhnə kadrların təcrübəsi ilə gənc kadrların dinamikasını birləşdirməliyik". İşəgötürən və işçilər arasındakı münasibətlər hər zaman aktual müzakirə edilən məsələlə...
ANL
Şuşa vüsalı. Şuşaya səfər. Səhər ertədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının çıxdıqları bu səfərin məramı Şuşanı görmək, Xurşidbanu Natəvanın nəhayət ki rahatlıq tapmış ruhuna salam yetirmək idi. O səhər hər kəsin qəlbində Şuşa bir başqa cilvələnirdi. Şuşada doğulan, kökləri ilə ora bağlı olanla...
ANL
UKRAYNADA MÜHARİBƏ ŞİDDƏTLƏNƏCƏK. Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdikcə Moskvaya qarşı ittihamlar da artır. ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada soyqırımı törətdiyini ifadə edib və hərbi cinayətlərin araşdırılmasına çağırıb. Co Baydenin barışmaz rəqibi sabiq prezident Donald Tramp da ilk dəfə xələ...
ANL
Ahıska türklərinin deportasiya dövründə formalaşmış sürgün ədəbiyyatı yaşlı və orta nəsillə yanaşı, istedadlı gənc yazarların yaradıcılığını da əhatə edir. O gənclərdən bir qismi Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyində, bir hissəsi isə dəyərli ədib Mircavad Ahıskalının Bursadakı ədəbi dərnəyində...
ANL
QIZILGÜL ABDULLAYEVANIN 70 İLLİYİNƏ. Bakı Slavyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru. Bakı Dövlət Universiteti Türkologiya kafedrasının öndə gedən isimlərindən olan Qızılgül xanım Abdullayeva Azərbaycan dilçilik elminin inkişafında öz dəsti-xətti ilə seçilən əsl alim, şərəfli ömür yolu keçən müəll...
ANL
Elvin Əlizadə ilk şeirlər kitabını Sumqayıtda imzaladı. Qonaqların çoxluğu (məşhur simalar, tanınmış ədəbi imzalar, oxucular, dövlət qurumlarının nümayəndələri və b.) Elvin Əlizadənin ədəbi mühitdə yeni imza olmadığının əsas göstəricisi idi. Aparıcılığı Əməkdar artist Cəlal Məmmədov öz öhdəsinə götürmüşdü. Kitab...
ANL