text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Əsgərdən qabaqda general gedir. Şəhid general Polad Həşimova. Xəbəri varmıdır barı, düşmənin, Hazırdı kətili, darı düşmənin. Sındırıb belini qarı düşmənin, Çəkib sinəsinə qara xal gedir. Silin gözünüzü, yası unudun, Yapışın, hərəniz bir yandan tutun. Çiyinlər üstündə uçan tabutun. Ölürük, Vətənin torpağı çəkir, Ölürük,...
ANL
Vətənə bənzəyən şair. Keçmişi tarix elmi öyrənir, amma tarix keçmişin əhval-ruhiyyəsini, ruhunu, enerjisini gələcəyə daşıya bilmir, eləcə quru rəqəmlərlə, adlarla yetinir. Yəni tarix keçmiş barədə düşündürür, ancaq keçmişi hiss etdirmir, keçmişin ağrısını, acısını, sevgisini, nifrətini gələcəyə folklor daşıyır. Mə...
ANL
Bir tərəfdən çiynindəki yük, digər tərəfdən də gecənin vahiməsi onun addımlarının ritmini pozurdu. Yol hərlənib dağın o biri üzünə çatanda uşağın yerişi daha da ağırlaşdı. Çünki qaranlıq idi, bu tərəfə Ay işığı düşmürdü. Çaya çatmağa az qalanda qoca nəfəsini dərmək üçün dayandı. Mən daha qorxmuram, rahat gedə biləcəm....
ANL
Balaca tavalardakı böyük yalanlar. Həyatın maraqlı tərəflərindən biri odur ki, yaşamağın konkret düsturu yoxdur. Nəyin yaxşı, nəyin pis olduğunu anlamaq üçün bəzən bir ömür də kifayət eləmir. Həyatın müəyyən dönəmində doğru hesab etdiyin bir şey bir gün öz mahiyyətini itirə bilir. Bəlkə də, insanlar bu nisbiliyin öhdəs...
ANL
Sonluqlara elə öyrəşmişik ki. İstənilən hekayədə, filmdə ya xoşbəxt, ya da kədərli sonluq gözləyirik. Əslində, məntiqlidir, hər hadisəyə yanaşmalarımız olur axı təbii olaraq. Hər şeyi dəyərləndirə bilirik: necə başladı, necə bitdi. Hər şey gözəl bitə bilər, öz əlimizdədir. Amma bəs bitmirsə, yarımçıq qalırsa? Bəzən yar...
ANL
Ədəbiyyat çarxı. Türkiyədə böyük nəşriyyatların işləmə sxeminə bələd olduqdan sonra başqa yerlərdə gedişatın necə olması maraqlı gəldi. Fərqli, maraqlı və təəssüf ki, bizdən buludlar qədər uzaq olan bəzi nüanslarla qarşılaşdım. Məsələn, Amerikada kitab dünyası fərqli dinamika ilə işləyir. Nəşriyyatlar kataloqlarını bir...
ANL
Mənim Qarabağım və ya Qarabağ düyünü. Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik. Nərmənazik bayatı. Qarabağ şairə...
ANL
Şəhid tələbəm. Dərs dediyim müddətdə onda tay-tuşlarının çoxuna məxsus od-alov, temperament, dəcəllik-cığallıq görmədim. İyirmi illik təcrübəsi olan müəllim, bəlkə də həyatın çox üzünü görmüş yazıçı kimi onun bu sakitliyinin arxasında çoxunun dərhal görə bilmədiyi başqa bir cavanın, özgə bir mənin olduğunu hiss edirdim...
ANL
Azərbaycan satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan "Molla Nəsrəddin" jurnalı 25 illik fəaliyyəti dövründə türk-müsəlman dünyasında, eləcə də Yaxın Şərqdə geniş yayılaraq xalqların azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizəsində mütəşəkkil və ardıcıl rol oynadı. Jurnal Azərbaycan ədəbi-ictim...
ANL
Nizami Gəncəvini Sovet tənqidçilərindən qorumuş alim. FƏDAKAR TƏDQİQATÇI SALMAN MÜMTAZIN XATİRƏSİ ƏZİZ, XİDMƏTLƏRİ UNUDULMAZDIR. Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı "Nizami Gəncəvi ili"nin elan edilməsi böyük şairin irsinin daha geniş öyrənilib tədqiq olunmasına imkanlar ...
ANL
ŞEYX HÜSAMƏDDİN AĞA LÜTFİKAR HAQQINDA HEKAYƏ. Belə vaxtlarda baxanda, adama elə gəlirdi ki, Şəlaləni, çayın axıb gedən sularını işıldadan o işıq Şeyx Hüsaməddin Ağanın içində də bir çıraq yandırır və Şeyxin bütün vücudu bu işığın təmizliyini, paklığını özünə çəkir; adama elə gəlirdi ki, o təmizlik, paklıq Şeyxi...
ANL
Nizaminin "Yeddi gözəl"i Mir Cəlalın tərcüməsində. Dövrün ədəbi tələblərinə və ictimai sifarişə görə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş ölməz əsərlərini dəri dilində qələmə almış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı tərcüməçilərin diqqətini çox qədim zamanlardan cəlb edib....
ANL
Azərbaycan-Türkmənistan əlaqələri: "Dostluq" yatağından elm sahəsində əməkdaşlığa. Azərbaycanın ortaq tarixə və mədəni köklərə malik olan Türkmənistanla Xəzər dənizində birgə əməkdaşlıq haqqında imzaladığı yeni Anlaşma memorandumu müstəqillik dövründə iki ölkə arasında formalaşmış çoxcəhətli əlaqələrin ən mühüm hadi...
ANL
Leyla Xanəhməd ali təhsil ala bilmək üçün böyük çətinliklərdən keçmiş, özünün bu haqqını sözün əsl mənasında güc-bəla ilə əldə etmiş azərbaycanlı qızdır. Onunla danışanda insan düşünür ki, axı valideyn bu qədər aydın, bu qədər işıqlı bir gəncin təhsil almaq haqqını necə tapdalaya bilər? Təəccüblüsü də odur ki, bunun s...
ANL
Mən ayağa qalxacam. Əriməli, yanmalı pərvanələr şam üçün, Bu sözlər qanun olsun gərək hər adam üçün, Dizinizə döyməyin, qan verən yaram üçün, Mən ayağa qalxacam, yarama torpaq tökün! Gərək bu gün poladdan qolum-qanadım olsun, Vətənin dar günləri məhşər saatım olsun! Vətənin qarşısında bu əsgər andım olsun, Mən ayağa qa...
ANL
Yarana qurban gedim, yaran mənim yaramdı, Neçə yüz ildir, xalqın viranlığı davamdı, Orda can verənlərin hamısı öz lələmdi, Sənin, mənim yaramı torpaq sağaldar, qardaş, Gözü ağlar ananın yarasın nə dindirər? Hürr deyib bağıranda batırmasam ağını, Orda deyib-güləndə incitsəm Kirs dağını, Gəzəndə o yerlərin biz solunu-sa...
ANL
Mənim tanıdığım Nailə Mirməmmədli. Qəfil ölümlərdən yaman qorxuram, Qəfil ölümləri mənə deməyin. Qalan ömürləri mənə deməyin... Amma dedilər, eyni vaxt içindəcə bir neçə yerdən telefonuma gələn mesajlarla dəydilər xətrimə. Bu acı xəbərə inandırmaq üçün şəkillər də yolladılar, özləri də yalan olmasını istədikləri ...
ANL
Müharibənin qadın üzü. Çağdaş Azərbaycan publisistikasının tanınmış nümayəndəsi Zemfira xanım Məhərrəmlinin yaradıcılığını, xüsusən Qarabağ müharibəsi ilə bağlı yazılarını müntəzəm izləyirəm. Bu yaxınlarda, daha doğrusu, Vətən müharibəsi dövründə onun "Qarabağ müharibəsi: zərif talelər" kitabını oxumağa başladım. Bu k...
ANL
Deməli, korlarla dolu bir otağa fil gətirirlər. Onlara bunun hansı canlı olduğu deyilmir, sadəcə bir yerinə toxunaraq nə olduğunu təxmin etmələrini söyləyirlər. Verilən cavablar müxtəlif olur. Məsələn, onların filin ayağına toxunaraq söylədikləri doğrudur, amma əskikdir. Çünki həmin an insanlar öz fikirlərini təxəyyül...
ANL
Amerika Birləşmiş Ştatları 20 yanvar 2021-ci ildə yeni prezidentini qarşıladı və seçkilərdə məğlub olsa da, öz uğursuzluğunu etiraf etməyən keçmiş prezident Donald Trampla vidalaşdı. 45-ci prezident Tramp özünə vurğunluğu ilə seçilirdi, dahi olduğunu iddia edir, çox vaxt saxta olan qələbələrini gözə soxmaq üçün f...
ANL
Mənim Qarabağım və ya Qarabağ düyünü. Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik. Gözəl Qarabağ Azərbaycan və Ermən...
ANL
"Miniatür sənəti mənim xilasımdır". Azərbaycan miniatür sənəti incəsənət tarixində özünəməxsus yer tutur. Ötən ilin dekabr ayında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı "Miniatür sənəti" nominasiya sənədinə əsasən bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezen...
ANL
Altmış yaşın zirvəsində. Bu ruh yaradıcı adamlarda daha çox özünü büruzə verir. Sözü, kəlməsi, fikirləri, düşüncələri ilə insanın qəlbində taxt qurmaq bacarığını uca Tanrı hər yoldan ötənə, hər bəndəsinə nəsib etmir. Tanrının bu mərhəmətini ömrü boyu həyatının mənasına çevirən, ana dilimizin keşikçilərindən bir...
ANL
Şuşası şeirimizin çeşməsi dilbər Qarabağ. Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Uzun illər fərağına dayana bilmədiyim, uşaqlıqdan beynimdə həkk olunan "Cənnətim Qarabağ, şöhrətim Qarabağ, Nəğmələr gülüstanısan, sevgi dastanısan" - adlandırılan, hər bir azərbaycanlı üçün müqəddəs, doğma olan diy...
ANL
və yazmışdım ki, "bu suala heç cürə cavab verə bilmirəm, çünki uşaqlıq çağlarımdan tutmuş yeniyetməlik, ilk gənclik dövrünəcən evdə də, cürbəcür məclislərdə, ədəbi toplantılarda da mən Mir Cəlal müəllimi çox görmüşəm". COVİD-19-la bağlı karantin günlərində kitabxanamı qaydaya salmaq istəyirdim və lap gənclik ça...
ANL
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə sosial şəbəkə hesablarında yeni layihəyə start verib. "Bir tamaşanın tarixçəsi" adlanan layihədə yeni səhnə əsərlərinin necə yaranması və quruluşu haqda söhbət, səhnəarxası maraqlı məqamlar tamaşaçılara təqdim olunur. Tamaşaların yaradıcı heyəti ilə söhbətləri teatr...
ANL
UNEC-in ikili diplom proqramları: mühüm yenilik, uğurlu nəticələr. Tədrisin keyfiyyətinin artırılması istiqamətində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təh...
ANL
Azərbaycanlı alimlərin yeni nəzəriyyəsi. AMEA-nın həqiqi üzvü Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Rəşid Cavanşir uzun müddətdir, geofizikanın dərinliklərinin araşdırılması, yaşadığımz Yer kürəsinin və kainatın geofizik strukturlarının proqnozlaşdırılması, qanunauyğunluqların aşkarlanması sahəsində elmi araşdır...
ANL
Co Bayden Vaşinqtonun siyasətində nələri dəyişir? ABŞ-da Cozef Bayden və Kamala Harris and içərək vəzifələrinin icrasına başlamaları ilə Donald Tramp dövrü rəsmən bitdi. Tramp xələfinin andiçmə mərasiminə qatılmaqla son dəfə təxminən əsryarım əvvəl qeydə alınmış hadisəni təkrarladı. Trampın yeni prezidentin andiçmə mə...
ANL
"İzləyicilərim məni "Şimşək ovçusu" adlandırırlar. Sosial şəbəkələrdə parlayanlar. Rubrikamızın budəfəki qonağı sosial mediada fəaliyyət göstərən bir neçə səhifələrin idarəçisi, məşhur fotoqraf Taleh Valehovdur. - Taleh bəy, fəaliyyətinin çox hissəsi sosial media ilə bağlı olan bir istifadəçi kimi, bu platformala...
ANL
Onunla müəllifi olduğu "Qadın yükü" əsəri haqqında danışmışıq. - Düşünürəm ki, özüm də qadın olduğum üçün qadının hisslərini, ağrısını-acısını daha yaxşı başa düşürəm. Qadın həqiqətən də dünyanı daşıya biləcək bir potensialdadır. Gözləri yükündə olsa da, ayaqları irəli baxır. Çünki irəliyə gedir və gələcəyə ümidləri v...
ANL
Şəkillər xatirələrdir, yoxsa xatirələrdir şəkil olan? Xatirələr həmişə şəkillər demək deyil. Necə ki, şəkillər artıq sadəcə xatirə üçün çəkilmir. Bəzi anlar sonsuza qədər davam edir - yaşanılır, yaddaşda qalır, şəkillərə sığdırılmır. Hansı şəkil əvəz edə bilər xatirəmizdə canlanan anın gözəlliyini? Axı şəkillər onu ma...
ANL
Uşaqlara gender bərabərliyini izah etməyin yolları. Bu gün biz gender bərabərliyi məsələsində mövcud olan problemləri ilk növbədə ailə-məişət çərçivəsində həll etməyə çalışırıqsa, bunun birinci yolu ailədə böyüyən uşaqların bu mövzuda maarifləndirilməsindən keçir. Yaxşı olardı ki, bununla bağlı dərslər erkən yaşlarda ...
ANL
Ağcabədi Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin portretləri, haqlarında qısa məlumatlar sərgilənib. Hər gün ziyarət olunur bu xiyaban. Hər gün körpə balasının əlindən tutub sərgi önündə şəhidlərimiz haqqında məlumat verən valideynlərlə, portretlərə baxaraq fikri çox uzaqlara gedən, bir şəklin önündə dəqiqə...
ANL
Mənim şəhid şagirdlərim. VƏTƏN ÜÇÜN CANINDAN KEÇƏRƏK ƏBƏDİYYƏTƏ QOVUŞMUŞ BEYRƏK FEZULLAYEV VƏ RÜFƏT MUSAYEVİN ƏZİZ XATİRƏSİNƏ. Şagirdlərim Beyrək və Rüfət də, görünür, Tanrı qatında seçilmişlərdən idi. Bir zamanlar önümdə oturan bu şagirdlərim illər sonra şəhadət şərbətini içəcək, bir ananın oğlu yox, bütöv bir eli...
ANL
Dostumuz Ələsgər Qurbanovun vəfatından 40 gün keçir. Axı sabaha böyük ümidlə baxırdı. Xəstəxana palatasından yazdığı mesajlarını bir də oxuyuram: "Saturasiyam aşağıdı...". Telefonda təzədən axırıncı günlərinin yazışmalarına baxıram. Artıq narahatlıq yaranır məndə... No description available. Həkimilə danışıram. A...
ANL
Marketinq üzrə mütəxəssis Türkan Fərzəliyeva: "İinsanın özünü xoşbəxt hiss etdiyi işlə məşğul olması tamam başqa hissdir". Artıq neçə illərdir ki, Azərbaycanda aktuallaşan fəaliyyət sahələrindən biri də marketinq və reklam sektorudur. Sevindirici haldır ki, gənclərimiz asanlıqla bu sahələr üzrə təlimlərdə, seminar...
ANL
Əməkdar jurnalist Elşən Əliyevin yubileyinə təbrik əvəzi. Onun kimi çoxşaxəli və hərtərəfli qabiliyyətinə malik olan istedad sahibi az-aza olar... Gözəl rəssamlıq bacarığı var- əmək fəaliyyətinə Ağdam Şəhər Mədəniyyət Evinin nəzdindəki Bədii emalatxanada rəssam kimi başlayıb. Sürücülük məharəti ilə seçilir - ən ...
ANL
Ədəbi düşüncədə milli özünüdərk problemləri. Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ə...
ANL
"Mətbuatımız parazitlərdən təmizlənməlidir". Yazıçı, jurnalist Natiq Məmmədli Novator.az saytına geniş müsahibə verib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik. - Savaş durduruldu, Vətən uğrunda xeyli şəhid verdik, könüllü döyüşənlər evlərinə dönür, qazilər də yavaş-yavaş hospitallardan evə buraxılırlar. Müha...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Prezident və Birinci xanım Şuşada! Ailə üzvləri ilə birlikdə cənab Prezidentin Şuşaya səfərindən reportajı göz qırpmadan, qürur hissiylə izlədim. Xalqımıza başucalığı gətirən, Tariximizin ən möhtəşəm hadisəsi barədə böyük sənət əsəri idi. Qəhrəmanı da, müəllifi də O idi - Müzəffə...
ANL
Azərbaycan Ədliyyəsinin tarixinə dair dəyərli nəşr. adlı kitab işıq üzü görüb. Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun müəllifi olduğu bu kitabda Azərbaycanın ədliyyə tarixinə nəzər salınmış, inkişaf mərhələləri təhlil ed...
ANL
Ad insanın həyatda ilkin başlanğıcıdır, körpənin dünyada valideynləri tərəfindən qazandığı ilk xoşbəxtlikdir. Bəzi məqamlar istisna olmaqla, hər kəsə öz adı çox fərqli və əziz olur. Hər kəs öz şəxsiyyətini adında cəmləşdirir, adını bütün varlığının təzahürü kimi fikirləşir. Alimlərin fikrincə, adın insan xarakterində...
ANL
Azərbaycan qadını Vətən müharibəsində... Qadına olan sevgi ilk olaraq anadan başlayır və bu sevgi böyüyərək ümumilikdə bütün insanlığı əhatə edir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən Qadın adı nə qədər ülvi olsa da, Azərbaycan Qadını adı bir o qəd...
ANL
(Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə). Ürəyinə su səpilsin, ey ustad, Yanan qəlbin sakitləşsin, soyusun. Borçalıdan haray çəkdin bu yana, Nər oğullar dayanmayın, amandı. Mərdin işi gərək düşə mərd ilə, Dövran bizi namərdlərlə sınadı. Neçə dəfə şair könlün qanadı? Nalə çəkdi qız gəlinin dilindən. Ürəyini dəlib keç...
ANL
Vətən bayram edir. Əziz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızı Leyla xanım ilə birlikdə Şuşanı ziyarət etməsi, tarixi Cıdır düzündə paxlava ilə çay içməsi sevincimi göylərə qaldırdı, qışın bu oğlan çağında elə bil məni bahara qovuşdurdu, xəyalən özü...
ANL
Təbrizi oxullarında təhsil alıb. Aşıq ədəbiyyatı, etimologiya, habelə mifologiya elmləri üzrə araşdırmalar aparıb. Bu elm sahələri ilə bağlı bir sıra çalışmaları vardır. Günəş üzlü şamanların, Ocağında doğulmuşam. Tomris dərib, Manas əkib, Göbəyimi uyğur tikib, Savalanda ağrı çəkib, Şah dağında doğulmuşam. Simqəsiy...
ANL
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dil...
ANL
Apardı ellər Saranı. Burdan düşsən, şans nəticəsində qayalara çırpılıb parçalanmasan da, gur axan çay heç çəkinmədən qayaların işini tamamlayardı. O, gözlərini gur axan çaya zilləmiş kimi görünə bilərdi, ancaq əslində, onun baxdığı çayın ölümcül axını deyildi. O, bu zəhmli baxışlarla düz ölümün gözlərinə baxırdı....
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız –. Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi d...
ANL
Ahıskalı şair Cabir Xalidin fikir və sənət dünyası. Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının Turançılıq idelogiyasının sütunlarından olan məşhur formulu bu günümüzdə xüsusilə aktualdır: “Dildə, Fikirdə, Əməldə Birlik!”. Qloballaşan dünyamızda bu vəhdət milli amal olmaqla bərabər, hər bir fərdin də...
ANL
Xatırlamıram, artıq neçə ildir ki, 20 yanvar ərəfəsində Şəhidlər xiyabanına şəhid analarıyla qolqola addımlayıram. İlhamla Fərizənin anaları rəhmətlik Ofelia xala, Bağda xala, İlqarın anası Katya xala ilə... Bir bilsəz, necə ağırdır bu addımlar... Necə ağrılıdır onların yaralarının köhnə qəlpə kimi tərpənib inc...
ANL
El ağsaqqalı Səlim Əzimovun yeni kitabı çap olunub. Həyatda insanlar ağaclar kimidirlər, bir-birlərinə bənzəmirlər. Hərənin qəlbimizdə öz yeri, yaddaşımızda öz xatirəsi var. İnsan var ki, onu xatırlayanda ruhumuz nurlanır, üzümüz, gözlərimiz gülür, insan da var yadımıza düşəndə əhvalımız korlanır, onu ürəyimizdən, yad...
ANL
Özünü Vətənə fəda edən şəhid zabit. Tabor komandiri mayor HacI Rəhimov: "Hadrutda dalğalandırdığımız üçrəngli bayrağımızın üzərində baş leytenant Səid Rəşidzadənin adı yazılıb". İkinci Qarabağ müharibəsi cəmiyyəti elə simalarla tanış etdi ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi k...
ANL
Qapılar bağlandı, qatar tərpəndi, Hamı mindi, qalan bir anda qaldı. güzgü sallayan qız perronda qaldı. Bircə gözlərindən tanınar biri, Bilirsən: sifəti özünün deyil. Qulaqcıq taxan var, başqa aləmdə, Dinlədiyi bir şey uçurur onu. Gündəlik çörəyə çalışan adam. Açdığı yollar tək açıqmı baxtı? Yer altından çıxıb dua eləsi...
ANL
Şəhidim. Zabit Fərid Məmmədovun əziz xatirəsinə. Cəbhəyə getməyə çox tələsirdin, Qisas almaq üçün fürsət gəzirdin. Quynundan çıxarıb üçrəng bayrağı, Sancsaydın, bitərdi Şuşa həsrətin. Nə olar, bir az da dözüb duraydın, Düşmənin qəlbinə yara vuraydın. Dostlarınla birgə çatıb arzuna, Şuşada bayrağı sən qaldıraydın. İndi ...
ANL
Bu baxışdan asılıbdı murazlar... Bu baxışda tükənibdi niyazlar... Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıya...
ANL
Üzü Təbrizə. Bir dəfə Neft Nazirliyi mənim çalışdığım şirkətə tenderdən kənar, "Qərb qazı" deyilən, altı yüz kilometr uzunluğu olan İraq-Suriya qaz kəmərinin inşası üçün bir layihə vermişdi. Bu layihəni bizimlə əməkdaşlıq edən Kiyev "Ukrqazproyekt" Layihə İnstitutu işləyirdi. Həmin institut layihəni tam hazırlayı...
ANL
Bayrağımız - baş tacımız... Bayraq deyəndə müqəddəs, Ay, Günəş kimi toxunulmaz, əlçatmaz, vicdan qədər qorunub uca tutulan dəyərimiz gözümüz önündə canlanır. Ona görə hər zaman baş üstündə tutulur, məqamı zirvələr olur. Bəs mənliyi, kimliyi, müqəddəsliyi, toxunulmazlığı bəzən niyə yanlış məqsədlər üçün istifadə edir...
ANL
göyün yeddinci qatına qonaq. Dedim, qanadım yoxdur, uça bilmirəm. qanadında gəl... Nazim Əhmədliylə həmsöhbət olmaq üçün təpədən dırnağacan sözlə silahlanmalısan. Danışanda adama elə gəlir adicə söhbət edir. Bir neçə kəlmədən sonra anlayırsan ki, Göylərdən gələn sədaların ötürücüsüdür... yumub gözlərini ağlayan mələk, ...
ANL
Məcnunun cahana sığmayan aşiqliyi Nizami qələmində. Dahi Azərbaycan şairi Nizami Gəncəvidən danışmağa cürət eləyib, onun dəryalarca dərin yaradıcılığına baş vurmağa hazırlaşırıqsa, yaxşı-yaxşı dərk etməliyik ki, dünya poeziya zirvəsini beş dəfə fəth etmiş insan haqqında yeni bir fikir söyləmək son dərəcə çətind...
ANL
Naxçıvanşünaslığa mühüm töhfə olan sanballı monoqrafiya. Keçən ilin son günlərində Azərbaycanın elmi ictimaiyyətinə yeni, qiymətli bir monoqrafiya təqdim olundu. Akademik İsmayıl Hacıyevin "Naxçıvan v istorii qosudarstvennosti Azerbaydjana" monoqrafiyası Rusiyanın elm mərkəzlərindən birində - Sankt-Peterburq şəhər...
ANL
Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz! Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də...
ANL
Mart qırğınlarına "Yeni Qafqasya" dərgisinin baxışı. Bakıda 15 min nəfərdən, Şamaxı qəzasında 8 min nəfərdən çox əliyalın, müdafiəsiz azərbaycanlı misli görünməmiş vəhşiliklə öldürülmüş, şəhərlərin əsas mədəni, tarixi, dini binaları, maarif, təhsil müəssisələri, nəşriyyat və qəzet redaksiyaları yandırılmışdı. Ye...
ANL
STEAM layihəsi şagirdlərdə müasir bacarıqların inkişafına təkan verir. Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin təhsil sistemində həyata keçirilən layihələrdən biri dünyanın bir sıra ölkələrində geniş yayılan STEAM dərsləridir. Elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını eh...
ANL
Regional mədəniyyət idarələri: yeni təyinatlar, yeni ümidlər. Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət naziri təyin olunması cəmiyyətdə, xüsusən bu sahənin təmsilçilərində Azərbaycan mədəniyyətinin inkişafına, yeniliklərə və dirçəlişə olan ümidləri artırdı. Hələ bir neçə ay Mədəniyyət nazirinin birinci müav...
ANL
Şəhid Mustafayev Əlizamin Baxış oğlunun xatirəsinə ağı. Sığınmışdı Tərtərimin Bəyimsarov bucağına, isti ana qucağına. Elə burda gözləyirdi əsas günü, bilirdi ki, uzaq deyil qisas günü. Ailənin oğlu səkkiz, qızı birdi. Qorumasaq, ola bilməz bizdən ölkə vətəndaşı! Əlizamin əskər oldu, əldə silah keşik çəkdi bu vətənə, x...
ANL
Şəhid qardaşım. Şəhiddən yazmaq çətindir. Ələlxüsus da həmin şəhid qardaşın ola. İlqar ailənin ilk uşağı, bir bacının tək qardaşı idi. Hələ uşaq yaşlarından vətənpərvər ruhda böyüyən İlqar orta məktəbi əla qiymətlərlə bitirmişdi. Atası Etibar avtomobil qəzasında həlak olanda İlqarın cəmi 11 yaşı var idi. Tale onu uşaq...
ANL
Vətən müharibəsində Gəncənin ilk şəhidi. Bürcəliyevlər Bürcünün tez parlayib, tez sönən ulduzu. Hansısa bir işin "ilk qaranquşları" yaddaşlara əbədi hopur. Bu anlayış müstəqillik və torpaq bütövlüyümüz uğrunda mübarizə tariximizə də aiddir. Misal üçün, 1990-cı ilin qan qoxusu ilə gələn yanvarında, hələ Bakı qətl...
ANL
Upuzun qaranlığı var. sənə olan həsrətimin. Qollarımın qanadları var. sənə gələndə. Rəbbə şükrlə. su içərkən səmaya baxan quştək baxıram sən tərəfə. sən olmayan tərəflərin koruyam! Səsinin rəngində gördüm dənizin mavisini, Yatmış pişiyi alnından öpmək. kimiydi əllərinin istisi. Baxışlarım gözlərində siyasi mühacir ...
ANL
Ölmüşəmmi ağlayasan, gözəlim? Evdə səni gözləyirlər, yubanma. Eşqin qəzəlini yazan adamın. Yazdığın ən gözəl yazan adamın. Yaza bilmədiyi yeganə kəssən. Addımın səridir, yerişin xəfif, Dodağın qafiyə, kirpiyin rədif, Sən özün şeirsən, sən mənə bəssən. Sən ömür nuş edən, sən nifrət qusan, Sən mənim qəlbimdə ömürlük sus...
ANL
Uşaqlığımda bir rəvayət eşitmişdim: Bir gəlinin əri, qardaşı, oğlu oğurluq üstə tutulur. Şah üçünün də edam olunmasını hökm edir. Gəlinin iltiması şahı bir qədər yumşaldır. - Mənim məmləkətimdə oğrulara aman yoxdu. Üçündən birini sənə bağışlayıram. Gəlin çıxılmaz vəziyyətdə qalır: hansını seçsin? Ərinimi, qardaşınımı...
ANL
Yaradıcı şəxsiyyətin düşüncə və yaşam platforması. Dəyərli pedaqoq və yazıçı Allahverdi Eminovun memuar kitabı haqqında qeydlər. Pedaqoji aləmdə müqtədir pedaqoq, ədəbi mühitdə orijinal qələm sahibi kimi tanınan Allahverdi Eminovun "Payızdan xəbərsiz illərim. Memuar" kitabı bu işıqlı zəka və parlaq istedad sahibin...
ANL
Zəmanəmizin realist-romantik hekayəti. Təyyarə hava limanına istiqamətlənmiş eniş uçuşunu yerinə yetirməyə başladı. Birinci dəfə təyyarəyə minmiş bir qızın ürəyi bulandı. Bələdçi qızlardan biri onun yardımına gəldi. Elə bu zaman əsas bələdçi qızın - Surqut Kəngərlinin təmiz Azərbaycan dilində mehriban səsi eşidi...
ANL
Bu təşkilatın Azərbaycan üçün gərəkliliyindən, amma işimizin heç də asan olmayacağından danışdı, məsləhətlərini verdi, tövsiyyələrini etdi, görməli olduğumuz işlərin başlıca istiqamətlərini nişan verdi, bu platformadan həqiqətlərimizi dünyaya çatdırmaq üçün lazımınca yararlanmağın vacibliyini diqqətə çatdırdı. Bir neç...
ANL
Ağdamda evimiz. İndi telegörüntülərdə murdar ermənilərin Afrikanın çəyirtkə sürüsü kimi altını-üstünü gəmirdiyi Ağdam Dövlət Dram Teatrının giriş qapısının üç oval şəkilli tağını görürük.Bax, həmin girişin tuşunda rayon partiya komitəsinin ikimərtəbəli köhnə binası yerləşirdi - Voroşilov küçəsi № 1-də.Birazo y...
ANL
Moskva, qarlı gecə və vyetnamlı... Moskvada universitetdə birinci kursda oxuyurdum.Dekabrın ortaları idi.Axşam saat 11 radələri olardı.Tələbə yataqxanasındakı mənzilimdən dəhlizə çıxanda üzbəüz mənzilin açıq qapısında vyetnamlı tələbə Binh göründü.O da mənim kimi qalın gödəkçə geyinmişdi.Əynindəki uyğunsuz id...
ANL
Üzü Təbrizə. Yolumuz hələ ki dağlarla əhatə olunmuş yerdən keçirdi.Mən tez-tez Firudindən Azərbaycanın nə vaxt başlayacağını soruşurdum.O da adəti üzrə: "Hələ bura Kürdüstandır", - deyirdi.Yolumuz boyu bir yerdə "Azərbaycan" yazılmış sözə rast gəldim.Yenə ondan soruşdum: - Bura haradır? Artıq axşam saat altıya ya...
ANL
Milli amalların böyük tərənnümçüsü. Xalq şairi Zəlimxan Yaqubun torpaqlarımızın bütövlüyü, Qarabağın qurtuluşu ilə bağlı ülvi arzuları çin oldu. Dostum professor Rüstəm Kamalla Zəlimxan Yaqubun 55 illik yubileyi ilə bağlı onun yaradıcılığına həsr etdiyimiz “Sazla havalıyam-sözlə diriyəm” kitabını hədiyyə etmək üçün...
ANL
Nigar hər dəfə Onunla "görüş"ə həsrətlə can atsa da, mənzilbaşına yaxınlaşanda ürəyi qulaqlarında döyünür, dizləri bükülür, ayaqları sözünə baxmırdı. Beləcə, gənclik şövqünü itirməmiş, məhəbbət və qayğı dolu baxışları ilə Nigarı qarşılayan Ona yaxınlaşdı, ehmalca "qarşısında" diz çökdü.Qəlbindəki xatirələr yum...
ANL
Haqqında danışmağa "qorxduğumuz" rənglər. Hər dərdi unudub gedək, Dərdimiz olmayan yerə... Uşaqdan böyüyə hər birimizin əzbər bildiyi və bəlkə də, hər gün pıçıldadığı misralardır bunlar. "Getmək"lə bağlı çox şeirlər yazılıb, çox fikirlər söylənib, amma heç biri Ramiz Rövşənin nümunə gətirdiyimiz şeiri qədər hisslə...
ANL
Döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi... Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş tex...
ANL
Qaranlıq şəhərin soyuq sakinləri bu gün yenə sınağa çəkilmişdilər. İnsanlar London şəhərinin acılarını, əzablarını kürəklərinə alıb gedirdilər. Tək Cessikadan başqa. Məsum, sakit qızcığazın hələ yaşayacaqlarından xəbəri yox idi... Bu məsum qızcığazın taleyi qarışıq olmaqla yanaşı, bir o qədər də gizli idi. Hadisələrin...
ANL
Sənətə həyat kimi baxanda... ƏDƏBİYYATIMIZDA VƏ KİNOMUZDA BİR HƏSƏN SEYİDBƏYLİ İMZASI PARLAYIR. Həsən Seyidbəylinin şöhrətinin üstünə şöhrət gətirən ekran əsəri yaradıcılığının yetkin dövründə çəkdiyi "Nəsimi" filmi oldu. Azərbaycan xalqının görkəmli şairi və mütəfəkkiri, hurifiliyin tərənnümçüsü İmadəddin Nəsim...
ANL
"Barəsində həbs qəti-imkan tədbiri seçilsin". Həbs edilmə ilə bağlı bu ifadə adi bir cümlə sayılmamalıdır. Kəsici, qandonduran təsiri var. Yaşamının azad hissəsi sanki, bıçaqla kəsilir, balta ilə baltalanır, azadlıqdan, azad olmaqdan məhrum edilirsən. Ruhundan, aldığın nəfəsdən qeyri-bütünlüklə, tamlıqla nəzarət altın...
ANL
Müasir tariximizin və insan münasibətlərinin təsviri. Nəzəriyyəçi alim, ədəbiyyatşünas kimi tanıdığımız filologiya elmləri doktoru, professor Məmməd Əliyevin əvvəlcə "Həsrətin o üzü", ardınca da "Karvan köçər, ötər gedər sədası" romanları dərc edilib. Doğrusu, indiki roman bumunda bunu təsadüfi hesab etmək olmaz...
ANL
Kirpinin aqibəti. O yeniyetmə oğlan hər səhər şirin yaz yuxusundan yatıb doymamışdan, bəzən heç əl-üzünü də yumadan balaca bağçalarının bir qırağında əkilmiş çiyələk ləklərinə tələsər, qıpqırmızı, şehli, şipşirin çiyələkləri bir-bir dərib ağzına aparar, ləzzətlə yeyib üz-gözünü də meyvələrin şirəsinə bulaşdıra...
ANL
Biz sizdən doymadıq ki... HƏMİDƏ XANIM ÖMƏROVANIN SEHRLİ GÖZLƏRİ... 1998-ci ildə - o vaxt hələ elmi işimi müdafiə eləməmişdim - dostum və ustadım Aydın Kazımzadənin təşəbbüsü ilə yeni tədris ilində məni Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində "Müasir film" fənnindən saathesabı mühazirə...
ANL
"Qarabağ bölgəsi qədim Paytakaran, Uti, Havand, Arsax ("ərsaq" sözünün etimologiyası qədim türklərə məxsusdur. Saq adlı qədim türk tayfalarının adı ilə bağlıdır. "Ər" sözü isə saqların mərd, qorxmaz olduğunu təsdiq edir) və Qarqar vilayətlərinin müəyyən hissəsini birləşdirərək, Araz və Tərtər çayları arasında yer...
ANL
Dul qadının tənhalığı. Digər bir hadisə isə Ruhiyyənin əlindəki iri bir qızılgül dəstəsi ilə redaksiyaya gəlib, onun barəsində qələm çalmış jurnalisti təbrik etməsi idi. Qız isə onu baş redaktor və onun birinci müavini ilə tanış etmək istədiyini bildirdikdə, Ruhiyyə etiraz etmədi. Baş redaktor Ruhiyyəni gülərüzlə...
ANL
ZAKİR FƏXRİNİN DOĞUM GÜNÜNƏ. Aprelin 3-ü poeziyasının şəhdini Qarabağ mövzusundan alan, həm 90-cı illərdən əvvəl, həm də Qarabağ işğalda olan müddətdə qarabağlı şeirləri ilə nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən Zakir Fəxrinin doğum günüdür. O yerlə...
ANL
Bığ yeri tərləyən igid, Girəvə hərləyən igid. İçində çərləyən igid. Qalmaz belə, qalmaz dünya. Könül verməzlər şər vaxtı. Qalmaz belə, qalmaz dünya. Övladların çıxdı naşı, Qəm yükünü özün daşı. Başında xoş sevda dəmi, Ocağında hicran qəmi. Dostlar, bağışlayın, əliboş gəldim, Gəldim qapınıza mən Qarabağsız. Vallah, ...
ANL
"Molla Nəsrəddin" jurnalının nəşri Şərq dünyasında milli-azadlıq hərəkatına təkan verib, xalqların müstəqillik və demokratiya uğrunda mübarizəsini müdafiə edib və onların haqq səsini dünyaya çatdırıb. Krım türkləri - tatarlar ilə ədəbi-mədəni əlaqələrimizin qurulmasında da bu jurnalın müstəsna xidməti vardır. Krım t...
ANL
Aptek bolluğu, geniş dərman biznesi olan yerdə nəticə göstəricisinin müsbətə tərəf əyilməsi qəliz məsələdir. İllah da tibdən az-çox başın çıxa, canında gedən patoloji prosesləri biləsən. Bu yerdə "kökünə balta çaldığımız" keçmiş rejim düşür yadına... Tibb Universitetində oxuduğum illərdən zəli haqqında bilgim ols...
ANL
Şair, kinorejissor kimi artıq məşhurluq qazanan Amil Amalı şəxsən, şair deyil, şeir kimi, yəni şeirlərinə görə deyil, özünə görə tanıyıram. Məncə, yaradıcı şəxsin əsas xüsusiyyəti, ilk növbədə özünün varlığını şeir kimi qafiyələndirmək bacarığındadır. Müharibə şəraitində yaşayan bir dünyanın övladı olaraq, Qarabağ boy...
ANL
"Çox istəyərdim ki, bəstələdiyim "Qarabağ" əsərim səhnələşdirilsin". Gənc bəstəkar Aydan Əliyeva: “Bayağı musiqilərin dinləyicisi daha çoxdur, nəinki filarmoniyada səslənən simfoniya, yaxud baletin”. Müsahibim bəstəkarlıq üzrə Bakı Musiqi Akademiyasının magistrantı, istedadlı gənc bəstəkar Aydan Əliyevadır. - Nə z...
ANL
Yüz qırx ilin klassik dərsliyi. Vətən sözü müqəddəs bir anlayış olduğu kimi, ona bağlı ifadələr də qiymətli və əziz olur. Elə buna görədir ki, klassik irsimizə bağlı bir sıra nəşrləri tarixin arxivlərindən çıxarıb yeni nəşr formatında müasirlərimizə təqdim edən, "Azərbaycan xalqının tarixi mirasını qorumaq və gə...
ANL
Mollanəsrəddinçilərin qabaq sırasında. Faciəli qətli haqqında fərqli versiya. XX əsrin əvvəlləri Azərbaycan tənqidi-realist ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əliqulu Qəmküsar (1880-1919) milli satirik şeirin və publisistikanın qüdrətli yaradıcılarından biridir. O, böyük demokrat yazıçı Cəlil Məmmədquluza...
ANL
Aprelin 1-i Azərbaycanın Xalq şairi Rəsul Rzanın anım günüdür. Vəfatının 41-ci ildönümü ilə bağlı dünən şairin məzarı ziyarət olunub, qəbri üstünə gül dəstələri düzülüb, onun haqqında xatirələr dilə gətirilib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, akademik Rafael Hüseynov, ictimai xadim Akif Rəfiye...
ANL
"Qanun" Nəşrlər evi şair İlham Qəhrəmanın yeni şeirlər kitabını çap edib. "Bir adamlıq şəhər" adlanan kitabda şairin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb. Müəllif poeziya sahəsində oxucularla doqquzuncu görüşü olan kitabı Qarabağ qazisi mərhum Zaman Hüseynovun xatirəsinə ithaf edib. Bu haqda avantitul...
ANL