text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin layihə ləri: tərəqqi naminə mühüm addımlar. Təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması fəaliyyətin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün istiqamətlərində islahatların daha da genişlənməsi dövrü kimi xarak... | ANL |
Bakıda görkəmli türk ədibi Serhat Kabaklının 70 illiyi qeyd edilib. Görkəmli türk şairi və ziyalısı, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illiyi münasibətilə aprelin 18-də Bakıda yubiley tədbirləri keçirilib. Həmin gün əvvəlcə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva... | ANL |
"Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir". QURULTAYA HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞMAQ ÜZRƏDİR. Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Artıq Qurultayın keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzr... | ANL |
ŞƏHİDLƏRİN AİLƏ ÜZVLƏRİ VƏ HADİSƏ ŞAHİDLƏRİNİN KƏLBƏCƏRƏ SƏFƏRİ TƏŞKİL EDİLİB. Son bir neçə əsrin tarixi göstərir ki, taleyin qismətilə bəxtimizə düşmüş mənfur, dönük qonşumuz, dinc vaxtlarda yazıq dona girib, öz xəyanətkar niyyəti üzrə əl altdan davamlı təxribatlar törədib və bu zaman onun-bunun hesabına pis xisl... | ANL |
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin həyata keçirdiyi “Mirvarid Dilbazi Azərbaycanın ilk qadın Xalq şairi” layihəsi çərçivəsində görkəmli sənətkarımızın 110 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Bu barədə AZƏRT... | ANL |
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq n... | ANL |
Fəxriyyə Xələfovanın yeni kolleksiyası: “Xarıbülbül -çiçəklənən arzularımız”. Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfovanın “Xarıbülbül-milli simvolumuz adlı kolleksiyasının təqdimatı keçirilib. Geyimlər sərgi formatında nümayiş olunub. F.Xələfova AZƏRTAC-a müsahibə... | ANL |
Gecə sükutunda bu təbiətin. bir körpə yatırdı ana səsində. Sığınıb qoynuna ilk məhəbbətin. yatırdı bir eşqin təntənəsində. Yuxulu gözləri göyün üzündə. yuxu nağılında torpaq gülürdü. kövrək bir həsədlə ay boylanırdı. Ana laylasında uyuyub hər yan, məsumluq içində xumarlanırdı. Bir körpə yatırdı, bütün kainat. bir ülv... | ANL |
Ana dilimizin və milli ruhun alovlu təəssübkeşi. Bəşəriyyət tarixi qədər qədim olan Azərbaycan ədəbiyyatı indiyə qədər bir çox dünya şöhrətli sənətkarlar yetişdirib və bundan sonra da yetişdirəcəkdir. Onların arasında Əhməd Cavad imzası həmişə öz orijinallığı və səmimiliyi ilə seçiləcək, gələcək ədəbi nəsillərə örnək ... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Mətləbdən uzaqlaşmayıb, demək lazım gəlir ki, təcavüzkar dövlətlər də məhz öz ağıllarına həddən ziyadə güvəndiklərindən nəticə etibarilə "sınıq təknə" yanında qaldıqlarının şahidi olmaq kimi acı taleyi yaşamaqdan qaça bilmirlər. Adətən özündən razılıq pis nəticəyə gətirib çıxarır. M... | ANL |
Nə qəribədir: yolun başlanğıcı və sonu səni izləyir, gözləyir. Yeni bir səhifə açıb vərəqlərini çevirə-çevirə getmək və gülüşünü, hayqırışını, fəryadını, sevincini, sevgini, bir sözlə, hər şeyini o səhifədə gizlətmək... Bu səhifələr həyatımda çox olub. Hər birinin özəl, yaddaqalan xatirəsi var, lakin bu xatirə bir b... | ANL |
47 il ömür sürən Frida Kahlo kubist rəssam Dieqo Riveranın həyat yoldaşı idi. Rəssamın yaradıcılığına nəzər yetirsək, daha çox avtoportretləri ilə qarşılaşarıq. O, portretlərində fiziki və mənəvi iztirablarını əks etdirməyə çalışıb, bir sözlə, avtoportretləri rəssamın gündəliyinə çevrilib. "Bir rəsmin dedikləri" rubrik... | ANL |
Antitezalar poetizmi, yaxud ağrı obrazının çalarları. Şeirə, şeirin mövzu təyinatına ağıllı münasibəti ilə seçilən gənc şair Elvin İntiqamoğlunu qələmə aldıqlarına qələm adamlarının münasibəti daha çox "narahat" edir. Əlbəttə, oxucu reaksiyaları içərisində şair və yazıçı həmkarlarının fikirlərinə önəm verməsi Elvinin... | ANL |
Hekayədən romana. ELÇİN HÜSEYNBƏYLİNİN "VİDA" ƏSƏRİ HAQQINDA QEYDLƏR. Elçin Hüseynbəyli müasir nəsrimizdə öz fərdi üslubu, dəst-xətti ilə tanınır. Artıq səkkiz romanın, bir neçə povestin, onlarla hekayənin müəllifi olan yazıçının romanlarında həm müasir həyatın problemləri (xüsusilə mənəvi-əxlaqi məsələlər) işı... | ANL |
Ürəklərdə yeri olan aşıq. Yaxın dostlardan biri Ağakərimlə Azadı Tovuza toya çağırmışdı. O zaman Ağakərim Ağsuda birinci katib, Azad isə sovxoz direktoru işləyirdilər. Toya hazırlıq ərəfəsində fikirləşib belə qərara gəlirlər ki, Tovuza toya gedəndə aşıq Şakiri də özləri ilə aparsınlar. Bir yerdə maşına minib Göyçay yol... | ANL |
Dövri-mətbuatda ardıcıl olaraq müxtəlif publisistika janrlarında çıxış edən Sabir Şahtaxtlının "Yosun ətri" ("Yosun kokusu") romanı son dövrlərdə qələmə alınmış yeni ümumtürk ədəbiyyatının nümunəsi kimi maraq kəsb edir. Əsərin türk dünyası kontekstində yaranması Sabir Şahtaxtlını ümumtürk yazıçısı kimi qəbul edilməsin... | ANL |
Serhat Kabaklının yubileyi Sumqayıtda da qeyd olunub. Görkəmli türk ziyalısı, şair, Türk Ədəbiyyatı Vəqfinin sədri Serhat Kabaklının Azərbaycanda keçirilən 70 illik yubiley tədbirləri aprelin 19-da da davam edib. Həmin gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, millət vəkillərinin, tanınmış mədəni... | ANL |
Sonralar bu istəyin, pərəstişin ünvanı dəyişdi. İndi onu arzularımın ana zirvəsində görür, duyur, dəyərləndirir, elə bu məhəbbət və xiffətlə də müraciət edirəm. Bir neçə il əvvəl onun barəsində fikirlərimi qələmə almışdım. Yenidən oxucuların diqqətinə çatdırmaq istədim. Əlinə qələm aldığı gündən könlünü sözə el... | ANL |
"Azərbaycanı tanıyan yaponların əksəriyyəti bizimlə dost olmaq istəyir". - Yaponiyaya təhsil almaq üçün getmişdiniz, hazırda isə orada nəinki biznes sahibi, həm də dövlət maraqlarımızı təmsil edən nümayəndə kimi fəaliyyət göstərirsiniz. Artıq Azərbaycan şərablarını bir brend kimi Yaponiya bazarına çıxarmağı baca... | ANL |
Məktəblilər üçün olimpiada və müsabiqələr: təhsildə inkişafa vacib təkan. İstedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi Azərbaycan təhsilində prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmil... | ANL |
Şuşalı Məşədi Cəmilin Gəncə musiqi məktəbi. Dövlət başçısının 15 mart 2022-ci il tarixli Sərəncamının işığında Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində dahi milli bəstəkarımız Fikrət Əmirovun anadan olmasının yüz illik yubileyi geniş miqyasda qeyd edilir, bizim və xarici ölkələrin böyük mədəniyyət salonla... | ANL |
FƏXRƏDDİN TEYYUBUN "RUHLARIN SEVİNƏN GÜNÜ" KİTABINI OXUDUM... Polkovnik rütbəsinə qədər yüksəlib, müxtəlif məsul vəzifələrdə işləyib. Harda olubsa, şeirlə yanaşı addımlayıb. Bir gün də olsa qələmi əlindən yerə qoymayıb. Qəribə xasiyyəti var, şairliyindən irəli gəlir bütün davranışları. Dostlara sadiq olduğu üçün... | ANL |
"İşıq" ifadəsinin mahiyyətinin dərki bəşəriyyətlə yaşıddır. Cəmiyyətin ehtiramıyla əhatələnənlərdə də Dan yerinin xisləti olduğuna görə onlara işıqlı insan deyirik. İşıqlı insanlarla kəlmələşənlərin könül xoşluğu illərlə yaşanılır. Hərdən bu illərə Tanrı payı deyənlər də olur və onları kimsə qınaya bilməz; könül ... | ANL |
30 illik həsrət çəkdirib sonra yenidən qovuşduran Allaha şükürlər olsun! Zaman və məkan uzunluğu səni qəlbimdən çıxara bilmədi. Sən yenə əzəmətlisən, yenə qüdrətli və gözəlsən. Yenə bizi qoynuna aldın, əzizlədin, yenə üzümüzü güldürdün. Bir körpənin yalnız ana qucağında rahatlıq tapdığı kimi mən də sənin qoynunda rahat... | ANL |
Dadın damağımdan çəkilməz, Şuşa! Müqəddəs qala şəhərimizə bir günlük səfərin bir ömürlük təəssüratı. Deyirlər, dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz. Şuşaya getmək xəbərinin naz-intizarını sevə-sevə çəkdim. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı Şuşaya - könül şəhə... | ANL |
Təhsil sahəsinin media ilə əlaqələri keyfiyyətcə yeni mərhələdə. Bəşarət Məmmədov: "Həm idarə daxilində, həm də məktəblərlə kommunikasiya baxımından sistemli fəaliyyət göstəririk". Hər bir qurumda ictimaiyyətlə əlaqələrin işi təmsil etdiyi sahənin fəaliyyətinin güzgüsünə çevrilir desək, yanılmarıq. Cəmiyyətin hər... | ANL |
Rüstəm İbrahimbəyov Bakı Kitab Mərkəzində anılıb. Bakı Kitab Mərkəzində ssenarist, kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirə gecəsi təşkil olunub. Gecədə yazıçının ailə üzvləri, dostları, həmkarları, onun yaradıcılığının pərəstişkarları iştirak ediblər. Tədbir Xalq yazıçısına həsr olunan videoç... | ANL |
Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli kamança ustası, Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş gecə keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Gecədə dünyanın bir çox ölkəsindən tanınmış mədəniyyət xadimlərinin yubilyarın ünvanına s... | ANL |
Bakıda özbək alimi Babaxan Şərifin kitabı təqdim olunub. Aprelin 19-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbi... | ANL |
Hüseyn Cavid yaradıcılığı yazıçı və folklor əlaqələri kontekstində. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın yeni monoqrafiyası "Hüseyn Cavid və folklor" adlanır. Naxçıvanda "Əcəmi" Nəşriyyat... | ANL |
(Bu yazıının hansısa zərurətlə bağlı Vətəndən kənarda yaşasa da, Vətəni ilə nəfəs alanlara, Vətən ruhu ilə yaşayanlara aidiyyəti yoxdur!). Bir vaxtlar respublikamızda nəşr olunan şeir kitablarının birinci bölməsi mütləq qaydada Vətən haqqında yazılmış şeirlərdən ibarət olardı və bu hesabdan Azərbaycan bəlkə də V... | ANL |
Milli istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası. Ali Attestasiya Komissiyası necə yarandı? Ali Attestasiya Komissiyası elmi ictimaiyyətin və dövlətin qarşısında alnıaçıq, üzüağ fəaliyyət göstərən, zamanın tələblərinə yüksək intellektual əməllə, məsuliyyət hissi və həssaslıqla cavab verən, elmi potensi... | ANL |
Əli Nəzminin arxivi haqqında dəyərli nəşr. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova ilə Aytən İmanovanın birlikdə nəşrə hazırladıqları "Əli Nəzmi arxivinin təsviri" adlı kitab bir müddət əvvəl "Elm" nəşriyyatında çap olunub. Kitabda mollanəsrəddinç... | ANL |
Təlimə Dəstək Mərkəzinin tədbirləri: səmərəli məktəb ideyası addım-addım gerçəkləşir. Məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, keyfiyyətin daha dayanıqlı olması, təhsilin hamı üçün əlçatanlığı kimi prinsipləri əsas götürərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) səmərəli məktəb ideyasını reallaşdırmağa ... | ANL |
Açıq kitabxanada “Doğma Şuşa” tədbiri. Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Doğma Şuşa” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. Həmçinin Kərim Tahirov Şuşa şəhərinin xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkan old... | ANL |
“Səhra savaşı” Təbrizdə yayımlanıb. Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Güney Azərbaycanda nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri çevirib. Qeyd edək ki, “Səhra savaşı” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk... | ANL |
“Artım məkanında daha bir sərgi. Aprelin 28-də YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc rəssam Erkin Ələkbərlinin “Ad infinitum” adlı fərdi sərgisi açılacaq. AZƏRTAC xəbər verir ki, "Ad infinitum" (Latıncadan "sonsuzluğa qədər" və ya "həmişəlik") sərgisi, rəssam Erkin Ələk... | ANL |
Anar Kərimov qazi mədəniyyət işçiləri ilə görüşüb. Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun qazilərlə görüşü keçirildi. Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə tədbir... | ANL |
Görkəmli bəstəkar Səid Rüstəmov yad edilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, bəstəkar Səid Rüstəmovun 115 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsert bəstəkarın həyat və yaradıcılığından b... | ANL |
“İşğaldan azad olan tarixi abidələrimiz” adlı sərgi açılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “İşğaldan azad olan tarixi abidələrimiz” adlı rəsm sərgisi aşılıb. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qonaqlar əvvəlcə Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər... | ANL |
“Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu təqdim edildi. Aprelin 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mən... | ANL |
“Kitabi-Dədə Qorqud” "un özbəkcə nəşrinin təqdimatı keçirilib. Beynəlxalq Muğam Mərkəzində özbək dilinə tərcümə edilmiş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimi keçirilib. MANERA.AZ xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə yanaşı, bir sıra dövlət və mədəniyyət xadimlə... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
Verdim əgərçi türreyi-tərrarə könlümü. Mənbələrin verdiyi məlumata görə, o, xoş əxlaqlı, gözəl xüsusiyyətli, "məclislərin zinəti, məhfillərin yaraşığı", dövrünün ariflərindən hesab olunan rəvan və səlis təbə malik" ağıllı bir şəxs olduğu üçün vilayətin əksər əyan və əşrəfi ilə dostluq və yaxınlıq edərmiş. Güzəra... | ANL |
Dul qadının tənhalığı. Yaponiyada onsen adlanan geyzerlərdə - isti su gölməçələrində çimmək qaydası da geniş yayılmışdır, bunun həm də müalicəvi əhəmiyyəti vardır. Əvvəllər termal gölməçələrdə belə çimmək cinsindən asılı olmayaraq tam çılpaq şəkildə baş verirdi, indi turistlər üçün olan obyektlərdə plyaj kostyumu... | ANL |
Özünü yenidən yaratmaq. Amerikada edam hökmünə məhkum edilmiş bir müttəhimə hökmün asmaq yolu ilə yox, zəhərli iynə ilə həyata keçiriləcəyini deyirlər. Bunun müqabilində ailəsinə çoxlu pul veriləcəyini öyrənən məhkum az da olsa, təskinlik tapır. Həkim ona deyir: "Bax bu yaşıl maye bitəndə öncə ayaqların keyiyəcək, ma... | ANL |
Yaziçi-publisist Qafar Cəfərlinin yeni romanı barədə mülahizələr. Tanrı ağlayırmı, ümumiyyətlə bu cəhət Yaradana xasdırmı? Çox düşünüb-daşınırsan, sual ətrafında baş sındırırsan, nəticə hasil olmur. Yada görkəmli söz ustası, Xalq şairi Ramiz Rövşənin ideal misraları, daha doğrusu, "Gecə yağış yağar" şeiri düşür:... | ANL |
Kitab mədəniyyəti üçün mühüm tarix. Bu tarixin seçilməsi dünya ədəbiyyatının öz yaradıcılıq ənənələri ilə seçilən üç böyük dühası - Migel de Servantes, Uilyam Şekspir və İnka Qarsilaso dela Veqanın vəfatı ilə bağlıdır. UNESCO-nun 1995-ci ildə Parisdə keçirilən Baş Konfransında qəbul olunmuş qərarla kitaba və müəllifl... | ANL |
Afrikalaşmaq sindromu. Bu, bütünlüklə Avropa, Çin və Amerikanın birlikdə ərazisindən də böyük rəqəmdir. Ancaq nədənsə, əksər dünya xəritələrində Afrika kiçildilmiş şəkildə təsvir olunur. Çox sadə: bu, Afrikanın vizual effektini azaldaraq, harda olurlarsa, olsunlar, afrikalıları zəifliklərinə, kiçikliklərinə inandırma... | ANL |
Ötən həftə Şuşalı günlər yaşadım. Əslində, Şuşanı heç görməmişəm. Amma həmişə məmləkətimin bu güşəsinə xüsusi rəğbətim olub. Teatr həvəskarı olan atam dəfələrlə o tamaşaya baxdığından S.Vurğunun "Vaqif" dramını əzbər bilirdi və Qacarın: "Keçdi pəncəmizə gözəl Qarabağ" monoluqunu hiddətlə söyləyərdi. Və bu, mən... | ANL |
Dastanlaşan ömürlər kitabı. O tarixi günlərdə dövlət-xalq birliyinin gücünü görən, Vətən sevdalı oğullarımızın qəhrəmanlığına şahidlik edən dünya torpaq sevgisinin "Azərbaycan brendi"nin təkrarsızlığını yaşadı. Sevinən sevindi, qəhr olan qəhr oldu. Bu tarixi hadisəni yaşayan şanslı insanlar kimi hər birimiz gördük ki, ... | ANL |
Yazıçı ömrü: şərəfli yaradıcılıq salnaməsi. Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Tahir Şirin oğlu Kazımov bədii düşüncədə özünəməxsus dəst-xətti, üslubi keyfiyyətləri ilə seçilən istedadlı yazıçıdır. Qələmini nəsrin bütün janrlarında sınayan yazıçının səmərəli yaradıcılıq axtarışları çağdaş nəsrin təd... | ANL |
Bu münasibətlə Azərbaycanda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə həm Bakıda, həm də Sumqayıtda yubiley tədbirləri keçirildi. Yaxından iştirak etdiyimiz tədbirlərdə Serhat bəyin sevincinin, duyğu dolu anlarının şahidi olduq. Elə buna görə də tədbirlərdən sonra yubilyarla söhbət ed... | ANL |
Azərbaycan ədəbiyyatında romantizm. Məlum olduğu kimi, qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatı ayrı-ayrı sənətkarların yaratdığı zəngin klassik romantik poeziyadan ibarətdir. Həmin tarixi dövrlərin ədəbiyyatında romantik tərənnüm, idealın romantik təqdimatı, hadisələrin və obrazların şairin xəyal dünyasın... | ANL |
Yeni araşdırmalar onu sübut edir ki, "danIşan qutu"nun tarixin arxivinə göndərilməsi barədə səslənən çağırış və iddialar əsassizdir. İndi bəziləri radioya zamanı keçmiş gərəksiz bir vasitə kimi baxır. Belə yanaşma, şübhəsiz ki, bir əsrlik tarixi olan radionu tanımamaqdan, ona bələd olmamaqdan irəli gəlir. Biz radio ... | ANL |
Azərbaycan dili və tarixinin müasir mərhələdə milli elmi fikrin diqqətini kifayət qədər cəlb etməyən abidələrindən biri də "Dərbəndnamə"dir. Amma Mirzə Kazım bəy abidənin ən məşhur tədqiqatçısı olsa da, birinci sayıla bilməzdi. Çünki ona qədər də "Dərbəndnamə"nin nəşri və öyrənilməsi istiqamətində bəzi addımlar... | ANL |
Peşə təmayüllü siniflər: əsaslı yenilik, maraqlı nəticə. Müasir dövrdə sürətlə dəyişən əmək bazarının tələbatının düzgün müəyyənləşdirilməsi, şagirdlərin gələcəkdə öz potensialına uyğun doğru peşəni seçə bilməsi barədə onların daha erkən yaşlarında, məktəbdə təhsil aldığı dövrdən başlayaraq düşünmək vacibdir. Ölkədə ... | ANL |
NATO genişlənəcək. Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni bu ölkənin Şimali Atlantika Alyansına ehtimal olunan üzvlüyünün qarşısını almaq istəyi ilə izah edir. Rusiya rəhbərlərinə görə, Ukrayna NATO-ya daxil olsa, ABŞ raketləri Moskva və Sankt-Peterburqa bir neçə dəqiqəlik uçuş məsafəsində yerləşəcək ki, Kreml ... | ANL |
Arzusuna qovuşan qəhrəman. Ötən il Zəfər günündə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Bayraq meydanı istifadəyə verildi. Üçrəngli bayrağımız şəhidlərimizin əziz xatirəsinə və Zəfər gününün şərəfinə əbədi yüksəkliyə ucaldıldı. 2,5 hektar ərazini əhatə edən Bayraq meydanı milli ornamentlərin - buta ... | ANL |
Milli estetik təfəkkürdə Xurşidbanu Natəvan obrazı. TARİXİMİZDƏ MÜSTƏSNA YERİ OLAN NATƏVAN AZƏRBAYCAN TƏSVİRİ İNCƏSƏNƏTİNİN MƏRDANƏLİK SİMVOLUNA ÇEVRİLİB. Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi. Azərbaycan xalqının yeni tarixi, prinsip etibarilə, Prezident, Ali Baş Komandan cənab İlham... | ANL |
Torpaq onun üstündə nisbətən qədim dövrlərdən yaşayanlar üçün tam haqlı olaraq vətən sayılır, çünki həmin xalqın əcdadları, ata-babaları bu ərazidə məskunlaşmış, yaşayış üçün onu yararlı hala salmış və indiki nəsilə öz sahibindən ayrılması mümkün olmayan və müqəddəs sayılan bir irs kimi qoyub getmişlər. Bu məka... | ANL |
525.az xəbər verir ki, ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla şairi universitetdə görməkdən məmnun olduğunu bildirib, Ramiz Rövşən yaradıcılığından söhbət açıb. Kamal Abdulla bildirib ki, Ramiz Rövşən şair, tərcüməçi, kinossenarist, ədəbiyyatşünas kimi adını Azərbaycan mədəniyyət tarixinə yazdırmış şəxsdir... | ANL |
Elxan Yurdoğlunun yeni kitabı təqdim olundu. Aprelin 23-də "kitabevim.az"da şair Elxan Yurdoğlunun "Payızda gilənar dadı" adlı şeirlər kitabının təqdimat və imza mərasimi keçirilib. Mərasimdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, müəllifin qələm dostları, tanınmış ədəbiyyat və incəsənət nümayəndələ... | ANL |
Hüseyn Cavid haqqında virtual sərgi açılıb. Bu il görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin 140 illik yubileyi tamam olur. Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət... | ANL |
Mir Cəlal irsi ilə bağlı yeni nəşrlərin təqdimatı keçirilib. MANERA.AZ xəbər verir ki, təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri, habelə ədibin doğmaları iştirak ediblər. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, y... | ANL |
Azərbaycanlı rejissora xüsusi mükafat. Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb. AZƏRTAC xəbər verir ki, foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıblar. Azərbaycandan bu fe... | ANL |
İstedadlı pianoçu “Qəlblərin fatehi”ni təqdim edib. Heydər Əliyev Sarayında istedadlı yeniyetmə pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin “Qəlblərin fatehi” adlı solo konserti keçirilib. AZƏRTAC xəbər verir ki, konsertdə C.Sədizadə P.Çaykovskinin “Fortepiano və orkestr üçün 1... | ANL |
Günay Əfəndiyeva TÜRKPA Komissiyasının deputatları ilə görüşüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevanın TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının deputatları ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə qonaqları salamlayan Fondun prezidenti ... | ANL |
Səhid məzarlar üstə analar yanar ağlar…. Şəhidlərə həsr olunmuş bir tədbirdə görmüşdüm qara paltarlı, ag saçlı, qucağında oglunun portretini tutaraq səssizcə göz yaşlarını axıdan bu nurani qadını. Səssizliyi ilə, bitib-tükənməyən kədəri ilə diqqətimi cəlb etmişdi, sonsuz kədəri əks etdirən kədərli baxışları düz q... | ANL |
Məni ölümdən deyil, Ölümlərdən qoruyub, Hər dəfə oysanata. İndi bildim hamını. Niyə belə doyurur, Bu qədər müqəddəsdi. Bir tikə kəsən kimi, Canımın canı olub, Qaynayıb damarımda, Qanımın qanı olub. Süfrəmin dadı olub, Ağzımın tamı olub, Məni doyurmaq üçün. Olmuşam baş ilə, Yeyib səpdiyin dəni. Alır hələ düşməndən. Nəfə... | ANL |
Milli estetik təfəkkürdə Xurşidbanu Natəvan obrazı. TARİXİMİZDƏ MÜSTƏSNA YERİ OLAN NATƏVAN AZƏRBAYCAN TƏSVİRİ İNCƏSƏNƏTİNİN MƏRDANƏLİK SİMVOLUNA ÇEVRİLİB. Xurşidbanu Natəvan obrazı Azərbaycan təsviri incəsənətində rəssam və heykəltəraşlarının yaradıcılığında da özünü bir çox məqamlarda parlaq şəkildə göstərib. Bu s... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Şiryu həm də faydalı misalları götürüb, sadə bir cilddə toplamış, onları gənc adamlara göstərmək istəmişdi. Mən onu xeyli uzaq məsafədə darmadağın etdim. Vurduqlarının, məhvə yaxınlaşanların hamısını məhv et". Müharibə cığırı heç bir titrəməyə və tərəddüdə, inamsızlığa və özünə şübhəy... | ANL |
Rəssamın dünyaya gəldiyi ailə incəsənətə böyük maraq göstərdiyindən tez-tez yazıçı və şairlərimiz evin qonaqları olublar. Beləcə hələ uşaqlıq illərindən balaca Elbəydə təsviri-incəsənətə böyük maraq yaranıb. Bu maraq əzmkarlıqla birləşərək onu dövrünün ən yaxşı rəssamlardan birinə çevirib. Tanınmış karikaturçu rəssam Ə... | ANL |
Milli Məclisin deputatı, komitə sədri Tahir Rzayevi mən təkcə bu məsul vəzifələrə görə tanımıram. Təbii ki, o, bu vəzifələri, xalqın elçisi və Ali məclisdə mühüm bir postun rəhbəri, həm də siyasətçi kimi uğurla yerinə yetirir. Amma Tahir Rzayev həm də filologiya elmləri namizədidir, Azərbaycan Yazıçılar Birliyinin üzvü... | ANL |
"Buzovna Ensiklopediyası - Vətənnamə" haqqında qeydlər. Azərbaycanda son illərdə sahə ensiklopediyaları, ensiklopedik lüğətlər və soraq kitablarının hazırlanması sahəsində diqqətəlayiq işlər görülüb, bu tipli bir çox nəşr oxucuların istifadəsinə verilib. Belə əhəmiyyətli nəşrlərdən biri - "Buzovna Ensiklopediyası - V... | ANL |
Səhnə uğurları, yaradıcılıq planları. Bu əsər pandemiyaya qədər tamamlanmaq üzrə idi. Pandemiya işlərə fasilə verdi. Pandemiyadan sonra yaradıcılıq işləri davam etdirildi və qısa bir müddətdə tamaşa hazır oldu. Maraqlı, baxımlı və cəlbedici tamaşa sənətsevərləri biganə qoymadı. Tamaşaçılar tamaşaya maraqla baxırlar. H... | ANL |
Etiraf edim ki, Bakı Bələdiyyə Teatrının hazırladığı "Sehrbaz" tamaşasından aldığım xoş təəssürat olmasaydı, bəlkə bu qeydlərimi yazmayacaqdım. Həmkarlarımın çoxu bilir ki, mən vaxtı ilə bədii yaradıcılıqla, xüsusilə dramaturgiya ilə məşğul olsam da, sonradan obyektiv və subyektiv səbəblərdən bu sevdiyim sənətdən uza... | ANL |
"Sənətimə hörmətsizlik edəni bağışlamaram". AKTRİSA VƏ PEDAQOQ YAQUT PAŞAYEVA: "SERİALLARDA ÇƏKİLİB, SONRA ONA BAXANDA UTANSAM, TƏLƏBƏ QARŞISINA ÇIXA BİLMƏRƏM". Müsahibimiz Əməkdar artist, DOM Müstəqil Teatrının aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Dram teatrı və kino akt... | ANL |
Fikrət Əmirov haqqında xatirələrim və düşüncələrim. Görkəmli bəstəkarımız Fikrət Əmirovun yaratdığı təkrarsız musiqini mən hələ məktəbli olduğum vaxtlar eşitmiş və sevmişdim. Bir gün Fikrət müəllim mənə telefon edib bildirdi ki, Azərbaycan bəstəkarları haqqında kitab çap elətdirmək istəyir. Onu hazırlamaq üçün i... | ANL |
Böyük alimin işığında. Kürdəmirdə Akademik Ağamusa Axundova həsr olunan tədbir keçirilib. Aprelin 25-də Kürdəmir Heydər Əliyev Mərkəzində Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, Kürdə... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Brüssel yaxşı şəhərdir. Bu qaçhaqaç, qovhaqov zamanın bircə izahı var: düşünməyə vaxt qalmasın. Yazıçı Əli Əkbər status yazmışdı. Səhər-səhər ikinci cümlədə "sevmirəm"i "sevirəm"gördüm. Elə o cümləyə görə bütün statusu oxudum. İndi əksər qadınların sifəti bir-birinə oxşayır; salam... | ANL |
Sənəm Əliyeva:"Şuşada qurultaya qatılacağım heç ağlıma gəlməzdi". "ESTONİYADA AZƏRBAYCANI TANITMAQ YOLUNDA XEYLİ MƏSAFƏ QƏT ETMİŞİK". Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında iştirak etmək üçün Vətənə dəvət olunan həmyerlilərimizdən biri də uzun illərdən ... | ANL |
Müharibənin iki ayının nəticələri. Ukraynanın demilitarizasiyası və denazifikasiyası, eləcə də neytral statusunun təmin edilməsi məqsədilə fevral ayının 24-də Rusiyanın başladığı hərbi əməliyyat qanlı müharibəyə çevrildi. Artıq müharibənin iki ayı arxada qalıb və Rusiyanın "xüsusi hərbi əməliyyat"ının bəzi nəticələri... | ANL |
Bəxtiyar Vahabzadənin məktub yazdığı gənc şair. ...Ötən əsrin doxsanıncı illəri idi. Sumqayıtda məclislərin birində dostlarımızdan kimsə "Gənclik metrosu" adlı şeir oxudu. Məzmunu beləydi ki, metroda bir qoca "Gənclik" stansiyasının səmtini soruşur. Ona zarafatla cavab verirlər ki, hələ qocalıqdan gəncliyə metro xət... | ANL |
Böyüklərin Umudu, kiçiklərin ümidi. Umud-ümid səsləşməsi eyni sözün müxtəlif çalarları kimi nə qədər könüləyatımlıdır! Biri addı, biri inam, gözləmə, etibar kimi kəlmələri ümumiləşdirir və bu ümumiləşdirmə ümid edənlə ümid edilənin doğmalığını bildirir; heç kim yada, tanımadığı adama ümid olammaz. Bu ruhla böyü... | ANL |
Gəncliyimizə və gələcəyimizə dahiyanə Sabir münasibəti. (Naxçıvan Müəllimlər İnstitutu). Uşaqlar, yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Onları xoşbəxt gələcək görüşü ruhunda böyütmək, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaq ümumxalq əhəmiyyətli bir məsələdir. Əyri bitmiş ağacı düzəltmək çətin old... | ANL |
"Cəhənnəm sakinləri"nin düşüncələr mozaikası. Xalq yazıçısı Elçinin qələmə aldığı, mövzusu 1937-ci ilin repressiya dönəmini əhatə edən "Cəhənnəm sakinləri" pyesi üzrə Azərbaycan Dövlət milli Akademik Dram Teatrı eyni adlı tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azərpaşa Nemətovdur. Əsərdə ye... | ANL |
Əsrlərdən nəsillərə. Anlar saniyələri, saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər də ayları əvəz edir. Beləcə il tamam olur. İlin tamam olması keçmişlə gələcəyin əvəzlənməsidir sadəcə. Hər tamam olmuş il keçmişin, gələn il isə gələcəyin carçısıdır. Əslində, bütün bunlar adi bir prosesdir. Lak... | ANL |
Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında iştirak etmək üçün Vətənə dəvət olunan həmyerlilərimizdən biri də uzun illərdən bəri Hollandiyada yaşayan, Real TV-nin Avropa bürosunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Xatirə ... | ANL |
Mir Cəlal Paşayev Gəncədə yad edilib. Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli ədib və alim Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi tamamlandı. Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Gəncənin ziyalı ictimaiyyət... | ANL |
Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm” əsərinin 4 dildə ilk nəşrinin təqdimatı keçirilib. Aprelin 27-də Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin “Milli Kitabxananın qızıl fondundan” ser... | ANL |
Vətən qayəsinə, ülvi amallara sədaqətlə... ŞANLI TARİXƏ MALİK "ŞƏRQ QAPISI" QƏZETİ ƏN AĞIR SAVAŞ DÖNƏMİNDƏ DƏ ƏDƏBİ-İCTİMAİ MÜHİTİMİZƏ QİYMƏTLİ TÖHFƏLƏR VERİB. Bir neçə ay əvvəl 100 illik yubileyi geniş qeyd edilən, doğma Naxçıvanımızın ən uzunömürlü mətbuat orqanı olan "Şərq qapısı" qəzeti bölgədəki ədəbi mühitin... | ANL |
Nüanslar barədə etüdlər. Sergey Bondarçukun Mixail Şoloxovun eyniadlı hekayəsi əsasında çəkdiyi "İnsanın taleyi" filmində belə bir epizod var: alman zabiti toyuq budunu sonuncu dəfə dişinə çəkib üstündə ət qırıntıları qalan sümüyü öz sürücüsünə - əsir düşmüş rus Sokolova (filmdə bu rolu həm də mahir aktyor olan ... | ANL |
MİLLİ istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası. Sədrin əmrindəyazılırdı: "Rəyasət Heyətinin ilk iclasının yaxşı hazırlandığına vəkeçirildiyinə görə aşağıdakı işçilər mükafatlandırılsın". AAK-ın ilk mükafatına layiq görülən işçilərinin ön sırasında sədrin müavini Rafiq Əliyev, Dövlət attestasiya müf... | ANL |
Araztək coşğun... GÖRKƏMLİ ALİM, UNUDULMAZ ŞƏXSİYYƏT ARAZ DADAŞZADƏNİN ƏZİZ XATİRƏSİNƏ. Şuşa, Qarabağ deyəndə gözlərimiz önündə Molla Pənah Vaqif şəxsiyyəti və yaradıcılığı, həmçinin, bu yaradıcılığa baş vuraraq, fundamental elmi əsərlər ərsəyə gətirən Əməkdar elm xadimi, filologiya elmləri doktoru Araz Dadaşzadə... | ANL |
Əslində, onun haqqında müsbətə köklənmiş hansısa fikir bildirməkdən uzaq olmuşam. Bunun xeyir gətirməyəcəyini düşünmüşəm. Əksinə,ziyanlı ola biləcəyini də. Axı işçinin müdir haqqında xoş söz söyləməsinə hər bir halda müsbət yanaşılmır. Bəlkə doğru olan elə budur. Ancaq hər kəsin içində gəzdirdiyi doğrular var. Elə bili... | ANL |
Bədəni və ruhu saflaşdıran ay. PSİXOLOQUN DÜŞÜNCƏLƏRi. İnsanların davranışlarına, ümumən həyat tərzinə dini inanc və etiqadların təsiri şübhəsizdir. Aydındır ki, bu inanc və etiqadlar heç də həmişə məxsusi təhsil, təlim yolu ilə aşılanmır, sadəcə çoxəsrlik təsəvvür və ənənələrin davam etdirilməsi, nəsildən-nəslə... | ANL |
Akademik Zərifə xanım Əliyeva haqqında kitab sərgiləri hazırlanıb. Zərifə Əliyeva çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən mürəkkəb əməliyyatları uğurla icra edərək görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Görkəmli alimin adı bu gün Azər... | ANL |
Maisə Ağamirzəyeva: "Niderlandda hər an vətən naminə çalışırıq". "AZƏRBAYCAN GERÇƏKLƏRİNİ, QARABAĞ HƏQİQƏTLƏRİNİ DÜNYAYA ÇATDIRMAĞA DAVAM EDƏCƏYİK". Bu günlərdə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına Niderlanddan qatılan həmyerlimiz, Niderland və Belçikadakı Diaspor Təşkilatlarının Koordinasiya ... | ANL |
Dul qadının tənhalığı. Qonaq dedi: - Ruhiyyə xanım, siz dar çərçivədə düşünürsünüz, bank maliyyəyə, kapitala nəzarət edən kimi, həm də böyük imkanlara malikdir və onlardan istifadə etməmək isə qorxaqlıq, mühafizəkarlıqdır. Ruhiyyə dedi ki, əlbəttə, siz mütəxəssisiniz, mən bu məsələlərdə diletantam, ancaq fransız... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.