text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakıda klassik musiqi axşamı. Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə klassik musiqi axşamı gerçəkləşəcək. Kollektivin bədii rəhbəri və baş dirijoru xalq artisti Rauf Abdullayevdir. Konsertin solistləri ABŞ-ın Cülyard Musiqi Ak...
ANL
“Kazım Qarabəkir Paşa” mükafata layiq görülüb. 2009-cu ildə “Salnamə” kinostudiyasında istehsal olunan “Kazım Qarabəkir Paşa” sənədli filmi Türkiyədə mükafata layiq görülüb. Film İstanbulda yerləşən Kazım Qarabəkir Paşa Vəqfinin xüsusi diplomu ilə mükafatlandırılıb. Filmdə Azərbaycanın ictimai-siyasi tarixində xüsusi y...
ANL
Şəxsiyyət və yaradıcılıq fenomeni haqqında monoqrafiya. Cavan yaşında artıq ədəbiyyatımızın patriarxları sırasına daxil olmuş görkəmli söz adamı Nizami Cəfərovun yaradıcılığı son illər ədəbiyyatşünasların diqqətini daha çox cəlb edir. Onun haqqında ayrı-ayrı məqalələrlə yanaşı, Rüstəm Kamal, Rahid Ulusel, Mübariz Məsim...
ANL
Qara Bəylərin nəğməkar tütəyi. Kənddə hamı bilir ki, Yavı Heybətin oğlu Qara Bəylər traktorçudur. Qara Bəylər traktorçu sənətini peşə məktəbində öyrənmişdi. Atası Yavı Heybət iri gövdəli, gorgobud, çopur sifətli, xırıltılı, boğuq səsli bir kişiydi. Dəmir rəngli, corttaq gedən bir yabısı vardı. Adama elə gəlirdi ki, Yav...
ANL
Fərəhruzi qonaq. Biri mənə söylədi ki, bəs Mansur kişi sənin şəklini böyütdürərək çərçivəyə salıb və emalatxanasının divarında görünən yerdən asıb. Düşündüm ki, bir vaxtlar yadigar kimi ona bağışladığım gənclik illərimin şəkli olar. Və elə o şəkildəki yaşımdan sənətinin mahir ustası, sözünün və öz dünyasının ağası olan...
ANL
Bəlkə də mən elə qar çiçəyiyəm, Heç vaxt oxşamayıb ilk bahar məni. Günəş kainatın sönməz ocağı, Ya yanan ürəyin közüdür bəlkə? Göy göl Nizaminin şeir varağı, Kəpəz də şairin özüdür bəlkə. Ay mürəkkəb, gün də qələm göndərib, İlham pərisinin məbədi Gəncə. Elə alıb-verib söz nəfəsini, Əriyib min illik zaman buz kimi. Həkk...
ANL
Hakan Arslanbənzər kimdir? İşlətmə və ingiliscə müəllimlik kursunda təhsil alıb,amma sona qədər davam etməyib. “Dərgah” dərgisində başladığı nəşriyyat həyatını 1997-ci ildən bu tərəfə İcabi Akçaoğlu ilə birlikdə davam etdirib. Sonra Erən Safiylə birlikdə “Huruç” dərgisini yaradıb. Hal-hazırda “Yas yazısı” adını verdiyi...
ANL
Bəkir Çobanzadə Budapeştdə. Bu il mart ayının 30-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Polşa və Macarıstandakı səfirlərinin yerləri dəyişdirildi. Həmin ərəfədə və sonrakı günlərdə Macarıstandakı ilk səfirimiz, görkəmli diplomat, həqiqi ziyalı və vətənpərvər Həsən Həsənovla mütəmadi telefon...
ANL
Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair. Birinci məqalə. XX əsr Azərbaycan ədəbiyyatı zaman baxımından böyük, yaradıcılıq baxımından zəngin bir dövrü ən sıxı (müəyyənedici!) tellərlə sosialist realizmi (sosrealizm) ədəbi metodu ilə bağlı olub, başqa sözlə desək, ədəbiyyatımız 70 il məhz həmin dövrün ...
ANL
Gənc dostum Vahid Qazi! “Ruhlar şəhəri“ni ərsəyə gətirdiyin üçün sənə təbrikdən çox təşəkkür düşür. Bu kitab yumruq boyda ürəkdə Qarabağın, Ağdamın özü boyda kədər gəzdirənlər üçün, qəlbi yurd həsrətilə çalın-çarpaz dağlanmış, amma hər an ağdamlı kimi ucadan-uca qürur hissi yaşayan və yaşadan, Ağdamı qibləgahı sayan yü...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Okyabrın 22-də, “Xalq Bank”ın mərkəzi ofisində bankın təqdim etdiyi “Xalq əmanəti” layihəsi çərçivəsində Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi və sənətkarın həyat və yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış sənət adamları, ictimai xadi...
ANL
Yazıçı Mustafa Çəmənli ilə Mədəniyyət və İncəsənət Universitetində görüş olub. Ötən gün Mədəniyyət və İncəsənət Universitetinin “Əədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının kino zalında yazıçı-publisist Mustafa Çəmənli ilə görüş keçirilib. “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev tədbiri giriş sözüy...
ANL
Milli Kitabxanada “Oxucu günü”. Ötən gün M.F.Axundzadə adına Milli Kitabxanada “Oxucu günü” təşkil edilib. Giriş sözü ilə çıxış edən kitabxananın direktoru Kərim Tahirov ilk dəfə keçirilən mərasimə qatılanları salamlayaraq, tədbirin keçirilmə zərurətindən danışıb: “Oxucu günü” adlı belə bir tədbir bizim kitabxanada ilk...
ANL
“Tərsinə çevrilmiş dünya” və “Bəşəriyyətin xilası” tamamlanıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bu il istehsala buraxılan hər iki film üzərində iş başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar “Tərsinə...
ANL
Şəkidə “Samovar” sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin ikinci yarımili üçün iş planına əsasən Şəki şəhərində “Milli nəfəs alətləri bayramı” və “Samovar” sərgisi keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir. Sərginin açılışı “Sənətkarlar evi”ndə gerçəkləşib. Sərg...
ANL
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olaylar öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir ...
ANL
Rejissor Rövşən Almuradlının “Qaravəlli” tamaşası haqqında qeydlər. Bakı Bələdiyyə Teatrı fəaliyyət göstərdiyi on yeddi il ərzində bir neçə cəhətiylə həmişə seçilib – aktual problematika, mübariz ruh, açıq vətəndaşlıq mövqeyi. Və bu üzdən onun döyüşən teatr imici qazanması təsadüfi deyil. Oktyabr ayının 12-də, Aktyorla...
ANL
“Sarı Odalar”ın müəllifinə demək istədiklərim... Qələm dostum Əlövsət Bəşirli ilə Yazıçılar Birliyinin Natəvan klubundan çıxıb, pillələri düşəndə özümüzdə deyildik. İkimiz də həyəcanlı idik. Təqdimat mərasimində dediyimiz, demədiyimiz, başqalarından eşitdiyimiz dürlü-dürlü sözləri ürəyimizdə dağ eləyə-eləyə, asta addım...
ANL
Qürbətdə keçən ömür. Oktyabr ayının 25-də Moskvada yaşayan həmyerlimiz-yazıçı, kinodramaturq, tarix elmləri namizədi Əbdül Hüseynovun 85 yaşı tamam olur. Qədim keçmişimizi, tariximizi yalnız tarixi faktlar yox, tarixi əsərlər-romanlar vasitəsilə də öyrənmək mümkündür. Belə ki, maraqlı təsvirlərlə, faktlarla verilən tar...
ANL
Müslüm Maqomayevin vəfatının ikinci ildönümü qeyd olunub. Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayev vəfatının ikinci ildönümündə anılıb. APA-nın məlumatına görə, əvvəlcə sənətkarın Fəxri Xiyabandakı məzarı ziyarət olunub. Ziyarətdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət və Turi...
ANL
Heydər Əliyev Sarayında I Beynəlxalq Aşıq Festivalının açılışı olub. Oktyabrın 22-də Heydər Əliyev Sarayında I Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığ...
ANL
Böyükağa Mirzəzadənin yaradıcılığı ilə bağlı bədii albom təqdim edilib. Oktyabrın 22-də görkəmli rəssam Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi və sənətkarın əsərlərindən ibarət sərginin açılış mərasimi gerçəkləşib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Xalq Ba...
ANL
Bu yaxınlarda “Nurlan” nəşriyyatında tanınmış şərqşünas alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran filologiyası şöbəsinin müdiri Məsiağa Məhəmmədinin “Şəms və Mövlana” adlı yeni kitabı işıq üzü görüb. Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms...
ANL
Dost itkisi yaman olur... Yanğın düşmüş gur meşəyəm, Çiliklənmiş bir şüşəyəm. Boynubükük bənövşəyəm–. Düz iyirmi üç il bundan qabaq yazdığın bu bənd Əlibalanın qəfil və vaxtsız ölümünün boyuna biçilmiş kəfən kimi başsız qoyub getdiyi ailəsini, dostlarını, iş yoldaşlarını, sadəcə tanıyıb ən azı bircə dəfə salam verdiyi ...
ANL
Birinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində tədbirlərə yekun vurulub. Xəbər verildiyi kimi, oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib. Heydər Əliyev Sar...
ANL
Moskvada Müslüm Maqomayevin xatirə ulduzunun təntənəli açılışı olub. Moskvadakı “Veqas” ticarət mərkəzində üstündə dahi musiqiçi Müslüm Maqomayevin imzası olan ulduzun təntənəli açılış mərasimi keçirilib. Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondunun təsisçisi, “Krokus” QSC-nin prezidenti Araz Ağalarov tədbiri açara...
ANL
“Sirabda arxeoloji araşdırmalar” nəşr edilib. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi yaxınlığında yerləşən qədim yaşayış yerləri və orada aşkar olunan Enolit, Erkən Tunc, Orta Tunc, Dəmir Dövrü və Orta əsrlərə aid maddi-mədəniyyət nümunələrinə dair “Sirabda arxeoloji araşdırmalar” kitabı işıq üzü g...
ANL
Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş musiqi festivalı başlayır. Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalı gerçəkləşəcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA...
ANL
“Mədəniyyət və mədəni dəyərlərin təbliğində KİV-in rolu” adlı beynəlxalq təlimə start verilib. Dünən Muzey Mərkəzində “Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlimin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm...
ANL
Azərbaycanda Özbəkistan Kinosu Günləri başlayıb. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərliyilə nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, nüma...
ANL
Tbilisidə Atəşgah və ya bizim Atəşgahın ekiz qardaşı. Şahvələd Eyvazovun yaradıcılıq dəsti-xətti, maraqlı fotoları sənətsevərlərin diqqətini çoxdan cəlb edib. Onlarca fotosərginin iştirakçısı kimi o, beynəlxalq aləmdə çoxdan tanınıb. Avropanın bir çox ölkələrində, habelə, Yaponiyada açılan fərdi sərgiləri Şahvələd Eyva...
ANL
Mənalı, oynaq, həzin musiqilər isə sözə fon verirdi, daha onu üstələyib əndazədən çıxmırdı. Əlbəttə bu, dövrün, siyasi, ictimai quruluşun tələblərindən irəli gəlirdi, amma burası var ki, Azərbaycan xalqının işlək, vacib, gərəkli hissəsini təşkil edən dinləyici auditoriyası və bu auditoriyanın da əksər hissəsi olan gənc...
ANL
“Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət və təkliflər” müzakirə olunub. Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət və təkliflər”lərlə bağlı kollegiya iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov və kollegiya üz...
ANL
“Əbədiyyət dastanı”nın audio variantı Gəncədə ictimaiyyətə təqdim olunub. “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi, müasir və klassik ədəbi nümunələrlə bağlı layihə çərçivəsində Gəncə şəhərində xalq şairi Zəlimxan Yaqubun “Əbə...
ANL
Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri başlayıb. Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri start götürüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfərə gedib. ...
ANL
Texniki innovasiyalar dövründə informasiya mübadiləsi çox mühüm vasitədir. Bir var ki, yeni fikri, xəbəri xalqın uğurları naminə onunla bölüşəsən, bir də var ki, lazım oldu, olmadı zərərli fikirləri cəmiyyətə sırayasan, reklam vasitəsi ilə kimlərinsə varlanmasında iştirak edəsən. (İqtisadçıların dediyinə görə, pullar s...
ANL
Mərakeşdə Azərbaycan Mədəniyyət günlərinin rəsmi açılışı olub. Oktyabrın 27-də Mərakeşin paytaxtı Rabatda Azərbaycan Mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın Mərakeşdə səfərdə olan əməkdaşının məlumatına görə, açılış mərasimi Rabatın mərkəzi mədəniyyət sarayında baş tutub. Mədəniyyət sarayının foyesində A...
ANL
Rəssam Adil Ələkbərovun xatirə sərgisi açılıb. Ötən gün Rəssamlar İttifaqında tanınmış Azərbaycan rəssamı, monumentalizmin dəyərli nümayəndəsi Adil Ələkbərovun xatirəsinə həsr olunan sərgi keçirilib. Sərgini Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açaraq Adil Ələkbərovun yaradıcılıq yolundan danışıb. B...
ANL
Mənə ən çox ləzzət eləyən cümlə bilirsiniz hansı oldu: “Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan...” (“İstanbulu dinliyorum gözləri qapalı”) Bu misraların kimə ünvanlandığını demək artıqdır. Bilməyənlər üçün deyim: İradə xanımın əbədi qəhrəmanı Aqil Abbas. Misal çəkdiyim misra İradə Tuncayın səmimi, ...
ANL
Karikaturaçı Seyran Cəfərlinin sərgisi təşkil edilib. Azərbaycan Media Mərkəzində beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı Seyran Cəfərlinin ilk karikatura sərgisinin açılış mərasimi gerçəkləşib. Mərasimdə giriş sözü ilə çıxış edən mərkəzin rəhbəri Gülnarə Axundova karikatura sənətinin jurnalistikanın tər...
ANL
Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə dair protokol imzalanıb. Dünən Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda keçirilən Özbəkistan kinosu günlərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya...
ANL
Vasif Adıgözəlova həsr olunan musiqi festivalı davam edir. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi, görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalına artıq start verilib. Dünən ABİ-nin Üzeyir Hacıbəyli adına konsert zal...
ANL
Azərbaycanın Macarıstandakı səfirliyində sərgi və konsert keçirilib. Oktyabrın 27-də Azərbaycanın Macarıstan Respublikasındakı səfirliyinin sərgi zalında səfirlik və Anna Szaloky Qalereyasının birgə təşkilatçılığı ilə macar rəssamı Sabo Şipoş Barnabaşın rəsmlərindən ibarət sərgi təşkil olunub. Səfirlikdən APA-ya verilə...
ANL
ÖMRÜN SON AKKORDLARI. 1906-cı ildə Parisə köçən rəssam Pablo Pikasso ilə tanış olur, sonrakı yaradıcılığında bu dahi sənətkarın yaradıcılığından təsirlənir.Rəssam 1920-ci ildə, 36 yaşında Parisdə dünyasını dəyişir.Parisin ən yaraşıqlı,ən gözəl, ən poetik, ən ürəkağrıdan guşələrindən biri də Per-Laşez qəbiristanlığıdır....
ANL
Bəkir Çobanzadə Budapeştdə. “Yeni oyanan tatarlıq” adlı məqaləsində (İstanbuldakı Tatar Xeyriyyə Cəmiyyətinin 1920-ci ildə nəşr etdiyi “Göy kitab”da çap olunmuşdu) Bəkir Çobanzadə böyük tərəqqiyə qovuşmuş Macarıstanı türk-tatar soylarına örnək kimi göstərirdi: “Qiymətli macar professorlarından olan Frederik Lilin macar...
ANL
Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair. İkinci məqalə. Sosrealizmin inzibati surətdə ədəbiyyata tətbiqində, ölkəni bürümüş “ifşa”çılıq kompaniyasında, Sistemin öz meyarları ilə ədəbiyyatı qiymətləndirmə prosesində və s.-də Yazıçılar İttifaqının iştirakı barədə danışmaq açıq qapını döymək kimi bir şe...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Düşünməyə dəyər. Böyük rus rejissoru Stanislavskinin belə bir kəlamı var: “Teatr asılqandan başlayır”. Tamaşa isə yəqin ki, ədəbi material seçimindən. Səviyyəsiz aktyorların ifasında ən dahiyanə pyes əsasında hazırlanmış tamaşa baxılmadığı kimi, zəif, məzmunsuz pyesdən də heç bir dahi rejissor, ən güclü aktyorlarla bel...
ANL
Bu ocağın işığına milyonlar şərik. Qoşa çilçıraqlı salonu dövrələyən böyük dəyirmi masanın arxasında oturanlar bir-bir ayağa qalxıb çıxış edir, təqdimatı keçirilən yeni kitab haqqında fikirlərini söyləyirdilər. Baş tərəfdə, aparıcının yanında əyləşən müəllif, orta yaşlı xanım onlara diqqət kəsilir, arabir qeydlərini ed...
ANL
İkincilərin birinciliyi. Yox, bu bir yarışma deyildi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissoru və operator sənəti” kafedrasının operator ixtisası üzrə təhsil alan II kurs tələbələrinin fotolarının sərgisi idi. Bu işləri ilə tələbələr sanki iki ildən bəri aldıqları təhsilin bəhrəsini tama...
ANL
Gənc rəssamların “Gümüş maska”sı açılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının binasında gənc rəssamların “Gümüş maska” adlı sərgisinin açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgi “Yeni adlar, yeni simalar” layihəsi çərçivəsində həyata keçiri...
ANL
Bu günlərdə görkəmli yazıçı Kamal Abdullanın Azərbaycan oxucusuna yaxşı tanış olan “Sehrbazlar dərəsi” romanı Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda işıq üzü görmüşdür. “Zlotoust” nəşriyyatında işıq üzü görmüş əsərin tərcüməçisi və ön sözünün müəllifi tanınmış rus yazıçısı Lyudmila Lavrovadır. Kitabın ön sözünü oxu...
ANL
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir...
ANL
Şair qardaşımız. Amma yazılarında, şeirlərində həmişə nədənsə şikayətlənir. Sürəkli həyatdan küsür, dostlardan küsür, doğma Azərbaycanından küsür, dünya gözəli İstanbuldan küsür və ən sonda da bu küskünlük özünə ünvanlanır. Bir neçə qəzetdə maraqlı məqalələrlə çıxış edir. Türkiyənin yazar və şairlərini Azərbaycanda lay...
ANL
Naxçıvan mətbuatı: 90 illik tarixin şanlı salnaməsi. Mən həmişə qəzetçiliklə, mətbuatla nəfəs almışam. Elə olmasaydı ali təhsilli hüquqşünas, tarix elmləri namizədi kimi həyatın başqa sahələrində də gücümü, qabiliyyətimi sınamağa çalışardım. Gənclik illərimdə işlə, vəzifə ilə bağlı muxtar respublikanın ayrı-ayrı icra s...
ANL
On gün olardı ki Coşğun ailəsi ilə birlikdə xaricdən Bakıya məzuniyyətə gəlmişdi. Artıq bir ilə yaxın idi ki doğma Bakısı, onun küçələri, insanları, gözü yolda qalan tənha anası, tanış-bilişi, qohum-əqrəbası, ata yurdu rayonu, onun dağı, daşı, dərəsi, yamacları, meşəsi, dəniz yaxasındakı bağ evi, hətta gecə-gündüz keşi...
ANL
Sözə qələm sancan. Son 20 ildə yazarlarımızın nəsr çabalarında uğursuzluq uğuru üstələyir. Məncə, yaşlı yazarlarla bağlı bunun iki nədəni var: birincisi, bu yazarların bir çoxunun roman yox, memuar yazan vaxtıdır. Zaman ansızın döndü, yeni düşüncə ölçülərinə uyğunlaşmaq isə yaşla bağlı elə də asan deyildi. Amma ...
ANL
Şəhər elə görsənir elə bil təbiətə vurğun birinin bağıdır. Qulluqlu, səliqəli, baxımlı botanika bağındasan elə bil. Təmizlikdən küçəyə zibil atmaq heç kimin ağlına da gəlməz. Ortalıqda rus kişiləri görsənmir. Qadınsa istənilən işdə rastına çıxır. Avropa mədəniyyətindən, hətta şərq mədəniyyətindən tam uzaq, tam fərqli b...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Biri var idi, Biri yox idi... Və mənim bir babam var idi. Ermənilər Vedibasarda qırğınlar törədəndə camaatla bir yerdə Arazı o taya keçməli, ara sakitləşəndə doğma yerlərə qaytmalı, keçən əsrin 30- cu illərində mahiyyətini yaxşı bilmədiyi kolxozda işləməli olmuşdu. Çox qoçaq qadın olan nənəm Balaxanımla evlənəndən sonr...
ANL
Bir kəndin repressiya mənzərələri: ağrılı faktlar, acı həqiqətlər. Mustafa Ədil oğlunun və erməni qəsbkarlarına qarşı döyüşdə şəhid olmuş tanınmış göz həkimi Nizami Bəylər oğlunun işıqlı xatirəsinə. İstintaq materialları içərisində ən qarayaxan ifadələrdən biri də Xocavənd (o vaxt ki Martuni-B.Əziz) rayonunun Qarakənd ...
ANL
Hava burda şəhərdə olan kimi birdən işıqlanmadı, tədricən işıqlandı. Ətraf, səmanın qaranlığından sakit-sakit, yavaş-yavaş çıxdı. Dağ, yol, cığır, kənddəki orda-burda evlər görükməyə başladılar. Ulduzlar göyün təkinə çəkilmişdilər və hava sərinləmişdi (havada şax bir sərinlik vardı). həyətə çıxan zaman hələ bir üşüyən ...
ANL
Billur xanım yazın son ayından bağ evinə köçmüşdü. Oğlunun gəlişinə evin bütün səliqə-səhmanına əl gəzdirmişdi. Hərçənd ki bağın həyətyanı sahəsinə, ağaclarına qulluğa görə Bəhər bağbanın ailəsi cavabdeh idi, amma evin içinin təmizlik işinə Billur xanım özü baxırdı. Bəhər kişi özü divarın o tayındakı qonşu bağda qulluq...
ANL
“Mütərcim” nəşriyyatında yazıçı-publisist Rəşad Məcidin “10 sentyabr”adlı kitabı nəşr olunub. “Dünya ədəbiyyatı” dərgisinin “DƏB” seriyasından olan növbəti kitabda müəllifin eyniadlı hekayəsinin orijinalla birlikdə türk, ingilis, rus, macar, rumın, Litva, Ukrayna, polyak, özbək və gürcü dillərindəki tərcümələri, vaxtil...
ANL
Vasif Babayevi görəndə yadıma Arif Babayev düşür. Sonra da yadıma Azər Babayev düşür. Vasifdən qabaq Arif müəllimi tanımışam. Vasifi tanıyandan sonra Azəri. Allah bilir ruhları göyün neçənci qatındadır. Amma düşünürəm ki, harada, göyün neçənci qatında olsalar da, yəqin mədəni, bilikli, hazırcavab, gülərüz və zarafatcıl...
ANL
Zaman o zamandı ki, adamı gərək saznan qandırasan. Saznan qandırılan yaddan çıxmır. Bu açarla türk təfəkkürünün ən gizli kodlarını açmaq mümkündür. Gənc dostum elə bil ki, şeirlərini öz səsinə yazıb. Bəlkə şeiri kitabdan ayırmaq, qopartmaq, şeiri səsə köçürmək lazımdı elə? Oxucu şeiri səsdən daha yaxşı əxz eliyə bilir....
ANL
Çiçəkli Yazının sirri. Bir neçə həftə öncə dostlarla söhbətləşirdik. Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanından parçalar yenicə dərc olunmağa başlamışdı. Romanın adını oxuyan dostlardan biri sevdiyi musiqini təkrar eşitmiş adam kimi başını razılıqla yellədib dedi, nə gözəl addır. Mənə isə təsir edən Kamal müəl...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
90- cı illərin əvvəllərində yenidən Universitetə qayıtdım. Çox gərgin, eyni zamanda məsuliyyətli illər idi. Ölkədə azadlıq, müstəqillik uğrunda mübarizə gedirdi. Ermənistanın Azərbaycana hərbi müdaxiləsi mürəkkəb ictimai- siyasi vəziyyət yaratmışdı... Belə bir dövrdə siyasətdən kənarda qalmaq mümkün deyildi. Demokratik...
ANL
UNUTMAĞA KİMSƏ YOX... Əvvəli ötən şənbə saylarımızda. Həyət qapısını Şiraz “həkim” bayır tərəfdən ancaq özü bildiyi üsulla yerindən tərpədib (laxladıb) açardı. sappasağ yemək mizinin arxasına, öz yerinə qayıtdı. Bəhram kişinin xəyalı göylər gəzirdi, yenə geri gəldi Qarağacın altına. ilə bağlı bir anın içində beynindən ...
ANL
Mustafa Çəmənlinin Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitabı işıq üzü görüb. KİTABIN TƏQDİMATI SENTYABRIN 18-də BİLƏSUVARDA – ŞƏHİD QƏHRƏMANIN DOĞMA KƏNDİNDƏ KEÇİRİLƏCƏK. Tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən sənədli povesti işıq üzü görüb. Poves...
ANL
Azərbaycanın ilk peşəkar qadın rəngkarı haqqında film çəkilib. Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan rəngkarlıq sənətinin kraliçası” filminin premyerası keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Azərbaycanın görkəmli rəssamı Vəcihə Səmədov...
ANL
Turan Cavidə həsr olunmuş sərgi açılıb. Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyində Turan Cavidin vəfatının növbəti ildönümünə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə muzeyin sabiq direktoru, Hüseyn Cavidin qızı Turan Cavidin həyat və yaradıcılığını əks etdirən eksponatlar – fotoşəkillər, muzeyşün...
ANL
“Qoridən gələn qatar” sənədli povestindən parça. “Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-fikriyyəmizi təbii yoluna saldı. Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərl...
ANL
Gələcəyə ünvanlanan qəhrəmanlıq dastanı. Lirik poeziyası, məhəbbət misraları, kövrəkliklə süzülən ifadələri ilə qəlbləri riqqətləndirən Nəriman Həsənzadə tarixi mövzulara müraciətdə daha sərt, mətin, sərrast, döyüşkən bir libas geyir. Bu zaman o, cəngavərliyə, mübarizliyə, mətin olmağa, məğrurluğa sövq etdirir. Soydaşı...
ANL
“Elazığ çələngi”nin təqdimat mərasimi keçirilib. Ötən gün M.F.Axundov adına Milli Kitabxananın konfrans zalında “Elazığ çələngi” kitabının təqdimatı gerçəkləşib. Türkiyədəki “Manas” və Azərbaycandakı “Ozan” nəşriyyatının birgə layihəsi olan kitabın tərtibçiləri Şener Bulud (Türkiyə), Asif Rüstəmli (Azərbaycan), sponsor...
ANL
“Qoridən gələn qatar” sənədli povestindən parça. Respublika Əlyazmaları İnstitutunun elmi arxivindəki Badisəba xanıma məxsus sənədlərdən məlum olur ki, o, ömrünün axırına kimi Firidun bəyə məxsus bu qiymətli xəzinəni axtarmışdır. On doqquz saylı fondda saxlanan məktubda Badisəba xanım Azərbaycan KP(b)MK-nin katibi Mirc...
ANL
SONA YAQUBLU: “GÜNÜMÜZDƏ QADININ ZƏRİF GÖRKƏMİNİN ARXASINDA NECƏ GÜCLÜ XİSLƏTİN MÖVCUDLUĞUNDAN HƏLƏ DƏ BİXƏBƏR, CILIZ DÜŞÜNCƏLİ, “KİŞİLƏR”VAR”. Naxçıvanda yaşayıb-yaradan gənc yazıçılardan Sona Yaqublu ilə müsahibə aparmaqda bir neçə səbəbim var idi. Birincisi, yaradıcılıqla ciddi məşğul olan çox az qadından biridir Na...
ANL
Azərbaycanda 138-ci teatr mövsümünün təntənəli açılışı olub. Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Azərbaycan teatrlarının 138-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin (İH) başçısı Vaqif Əliyev yeni is...
ANL
Şabrandan Şabrana yollar görünür... (Publisistik düşüncələr). DAİM OXUNAN KİTAB VƏ YA DEMƏYƏ BİLMƏDİKLƏRİM. Müstəqillik dövrünün məhək daşı inkişafdır. Böyük perspektivlərə, strateji milli hədəflərə istiqamətlənən kompleks inkişaf reallaşırsa,xalqın keçmişdən gəlib gələcəyə gedən ömür yolunda hər hansı imperiya asılılı...
ANL
Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi. Ötən əsrin 70-ci illərindən Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafında yeni mərhələ başlanıb. Bu dövrdən ölkəmizdə baş verən sosial-iqtisadi inkişafı, intibahı burada nəşr olunan qəzetlərin səhifələrində də aydın duy...
ANL
Ali təhsili Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakultəsində Teatr Bölümündə tamamladı.Dövlət teatrlarında dramaturq olaraq çalışdı. İlk tamaşası “Mahmud ilə Yezidə” Türkiyə İş Bankasının keçirdiyi yarışmada ikincilik mükafatını alan Murathan Munqan “Şahtiyan” adlı bir şeirilə də “Göstəri” dərgisinin 1981-ci il ...
ANL
Gənclik illərindən tanıdığım istedadlı rəssam Sürayyə Muğanlı Paşa Qəlbinurun bir neçə portretini işləyib. Şairin şeirlərinin motivləri əsasında bir silsilə qrafik əsərlər çəkib. Sürayyə xanımın portretlərinin birində mən Paşa Qəlbinuru Zamanın və Məkanın fövqündə duran bir uzay adamı kimi görmüşdüm. Mübarək bir yaz gü...
ANL
Kamran Nəzirlinin narahat dünyası. Kamran Nəzirlinin Milli Kitab Mükafatına namizəd göstərilmiş kitabların arasında on ən yaxşı kitab kimi qiymətləndirilmiş (qalib gəlmiş) “Hekayələr” kitabını yalan olmasın, iki dəfə oxudum və belə qənaətə gəldim ki, bu kitab milli ədəbiyyatımızın, çağdaş nəsrimizin zəngin xəzinəsində ...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Yusif Seyidov mənə dərs deməyib, ancaq onu öz müəllimlərimdən biri hesab edirəm. Hər şeydən əvvəl ona görə ki, qrammatikanın bir sıra məsələlərini, xüsusilə söz birləşmələri sahəsini onun ümumtürkoloji miqyaslı araşdırmalarından öyrənmişəm... İkincisi, mənim opponentim olub, ilk elmi işlərimə xeyirxahlıqla yanaşıb. Son...
ANL
Səhnə sənətimiz dəyərli rejissor İrina Perlovanı itirib. Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib. Dövlət Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru, xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova uzun sürən xəstəlikdən sonra 14 sentyabr 2010-cu ildə dünyasını dəyişib. 1962-ci ildə Minsk İ...
ANL
UNUTMAĞA KİMSƏ YOX... Əvvəli ötən şənbə saylarımızda. Allah bilir, bunların arxasında nə durur?! Çox əlləşdilər, oxuya bilmədilər. Bunları sən məndən qat-qat yaxşı bilirsən... Qaranlığa gözün alışdımı? Bəhram kişinin son kəskin hərəkəti və sözləri qəribəsinə gəlsə də bu xırda məsələyə daha diqqət vermədi, çünki Çiçəkli...
ANL
Musiqi qədər məzmunlu... Azərbaycan xalqının çox böyük dəyər verdiyi, milli iftixarı, professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin publisistikası musiqisi qədər məzmunlu və zəngindir. Azərbaycançılıq ruhunda köklənmiş bu publisistika xalqın maariflənməsinə və kamilləşməsinə xidmət edib. Yaradıcılığın hər ha...
ANL
Üzeyir Hacıbəyli tənqid haqqında. Musiqimizdə Şərq və Qərbin möhkəm vəhdətini ilk dəfə yaradıcılığında həyata keçirən bəstəkar şübhəsiz ki, Üzeyir Hacıbəyli olub. Şərqdə ilk opera və operettaların təməlinin qoyulması, kantata, romans qəzəl janrlarının yaranması, “Azərbaycan xalq musiqisinin əsasları” kimi mükəmməl elmi...
ANL
Nurəngiz Günün doğum gününə bir neçə söz. Deyirlər yaradıcı insanlar Tanrının çox sevdiyi bəndələrdəndir. Tanrı onlara istedad verməzdən öncə, qəlblərinə, ürəklərinə mərhəmət, işıq, nur əta edir. Bu işıq onların önünə düşərək yol açan əməlləridir. Və belə mərhəmət sahibləri olan insanlar başqalarından fərqli olaraq büt...
ANL
“Azərbaycan rəssamlarının avtoportretləri” sərgilənir. Sentyabrın 21-dən 25-dək Muzey Mərkəzində “Azərbaycan rəssamlarının avtoportretləri” adlı sərgi reallaşacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muz...
ANL
Filologiyada yaşanmış ömür. Bəkir Nəbiyev böyük ədəbiyyat dünyasına navator kimi gəldi. Həmişə bədii ədəbiyyat tarixi tələbata görə, cəmiyyətin zövqünə görə formalaşıb. İctimai sifariş olaraq, əsl ədəbiyyat, bəşəri ədəbiyyat həmişə ömrünü belə yaşayıb və bu gün də elə yaşayır. Daha iki əsr sonra Vidadi ilə Vaqif dedilə...
ANL
Naxçıvan mətbuatı: 90 illik tarixin canlı salnaməsi. Üçüncü yazı. Müstəqillik dövründə “Şərq qapısı” fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları hakimiyyət maraqlarından üstün t...
ANL
Milli Elmlər Akademiyasında akademik Bəkir Nəbiyevin 80 illiyi qeyd olunub. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində görkəmli ədəbiyyatşünas alim, akademik, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoruBəkir Nəbiyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın ...
ANL
Gənc ədiblərin əsərlərindən ibarət kitabların təqdimatı olub. Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gənc Ədiblər Məktəbi nümayəndələrinin kitablarının təqdimat mərasimi keçirilib. Daha iki nəşr – Orxan Muxtarlının “Xaç kölgəsində” kitabı və “Almanax” isə “İrəli” İctimai Birliyi tərəfindən Azərbaycanda gə...
ANL
Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında uğurla təmsil olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan tanınmış sənətçi, əməkdar artist Şövqi Hüseynov bu günlərdə Belarusun Brest şəhərində keçirilən ənənəvi XV “Belaya Veja” Beynəlxalq Teatr festivalından qayıdıb. Bu festival miqyas baxımından və ...
ANL
Cəfər Cabbarlı irsinə yeni baxış. Ötən əsrin 80-ci illərində ilk elmi-tənqidi yazıları ilə ədəbi mühitə yol alan və bu gün özünəməxsus söz sahibi olan Asif Rüstəmli “Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız” kimi dəyərli kitabların və yüzdən artıq elmi-publ...
ANL
Görkəmli publisist Fazil Rəhmənzadə və onun yeni “Sən olmasaydın...” kitabı barədə düşüncələr. İstedad və zəhmətin vəhdəti. 45 ildən çoxdur ki, Fazil Rəhmənzadə imzası müxtəlif səpgili nəşr nümunələrinin – kitabların, oçerklərin, xatirələrin reportajların, esselərin, irili-xırdalı qeydlərin ünvanını bəyan edir. Ağıllı,...
ANL