text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Üzeyir Hacıbəyli haqqında “Ölməzlik” kitabı təqdim olunub. PROFESSOR ZEMFİRA SƏFƏROVANIN MÜƏLLİFİ OLDUĞU KİTABDAKI MATERİALLAR 3 DİLDƏ VERİLİB. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda AMEA-nın müxbir üzvü, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfər... | ANL |
Mənsum İbrahimovun 50 yaşı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qeyd edilib. Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 yaşı tamam olub. Dünən yubiley münasibəti ilə xanəndənin çalışdığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir k... | ANL |
“Yaşamağın NİYƏ-sinə malik olan adam. Teatr Xadimləri İttifaqının qaranlıq zalında oturub gözlərini səhnədə qurulmuş ağ ekrana dikən tamaşaçılar artıq səviyyəli hesab etdikləri imzalardan maraqlı və qeyri-adi nə isə gözləyirdilər. Birdən şimşəyin şaqqıltısı və yağışın səsi zalı bürüdü... Filmin baş qəhrəmanı Şamil aram... | ANL |
Misir müəllimdə məni məftun edən, hər şeydən əvvəl, onun təvazökar səmimiliyi (və ünsiyyətcilliyi!) olub – Universitetin prorektoru, rektoru olanda da, bu gün Təhsil naziri kimi də Allah ondan bu böyük istedadı heç zaman əsirgəməmiş, yəqin, bundan sonra da heç zaman əsirgəməyəcəkdir. Ancaq həmin təvazökar səmimiliyin (... | ANL |
“Mənim Şuşam” – istedadın və vətənpərvərliyin təntənəsi. Əsl peşəkar – işi ilə zamanın tələbinə cavab verə biləndir. Vəzifəsindən asılı olmayaraq peşəkar insan yaradıcılığı ilə təmsil etdiyi xalqın mədəniyyəti və incəsənətinin inkişafında fəal iştirak etməlidir. Yaradıcılığının ilkin mərhələlərini yaşayan gənc rəssam H... | ANL |
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir... | ANL |
Mətbuat Şurası Şamil Şahməmmədovun 75 illiyi ilə bağlı mərasim keçirib. Dünən Azərbaycan Mətbuat Şurası görkəmli jurnalist Şamil Şahməmmədovun 75 illiyi münasibətilə mərasim keçirib. Tədbiri açan MŞ sədri Əflatun Amaşov Şamil Şahməmmədov yaradıcılığının çağdaş jurnalistikamız üçün örnək olduğunu deyib. “Şamil müəllim f... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Səyavuş Məmmədzadənin 75 yaşı Yazıçılar Birliyində qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” zalında əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Səyavuş Məmmədzadənin 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi, xalq yazıç... | ANL |
“Məcnunun Məcnunu” ictimaiyyətə təqdim olunub. Tanınmış yazıçı və publisist Mustafa Çəmənlinin “Məcnunun Məcnunu” adlanan yeni kitabının təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, bugünlərdə 50 yaşı tamam olan “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimov... | ANL |
“Azərbaycan Qərb ilə Şərq arasında”. Kiyevdə Rusiyanın tanınmış jurnalist və publisisti Yuri Siqovun “Azərbaycan Qərb ilə Şərq arasında” kitabının Ukrayna dilində nəşrinin təqdimatı olub. Kitab Uukrayna dilinə tərcümə edilərək Xarkovdakı “Fort” nəşriyyatında çap olunub. Kitabda müəllifin Azərbaycanda şəhər və kənd saki... | ANL |
Cizgi filmləri üçün ssenari müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyasının bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətin... | ANL |
“AZƏRBAYCAN BƏSTƏKARLIQ MƏKTƏBİ, MƏNİM ZƏNNİMCƏ, YOXDUR. VAR RUS MƏKTƏBİNİN AZƏRBAYCAN QOLU”. Bu gün Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin 75 yaşı tamam olur. Yubiley ərəfəsində bəstəkar APA-ya eksklüziv müsahibə verib və özünü çox yaxşı, gənc kimi hiss etdiyini deyib. – Yubileyinizin rəsmi səviyyədə ... | ANL |
“Qara qağayı” Dövlət Film Fonduna təqdim edilib. Azərbaycanın görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin baş rolunu canlandırdığı “Qara qağayı” filmi uzun axtarışlardan sonra Dövlət Film Fonduna təqdim olunub. Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, 1962-c... | ANL |
“Cavad xan” filminin yaradıcı heyəti Macarıstana səfər edib. Azərbaycanın Macarıstandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Ulusfilm” prodüser mərkəzinin təşkilatçılığı ilə “Cavad xan” filmi bu gün Budapeştin mərkəzi kinoteatrında göstəriləcək. Nümayişlə əlaqədar olaraq, Macarıstana filmin ssenari müəllifi S... | ANL |
Bakıda Türkiyə müğənnisi Ahmet Şafakın albomunun təqdimatı olub. Dünən Bakıda Türkiyə müğənnisi və bəstəkarı Ahmet Şafakın “Aşk və Vatan” albomunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimi “Azəri-Türk” Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş ... | ANL |
Kölndə beynəlxalq nağıl festivalı keçirilib. Hər il sentyabrın 20-dən oktyabrın 3-dək Almaniyanın Şimali-Rayn-Vestfalen əyalətinin Köln şəhərində Mədəniyyətlərarası Həftə (Interkulturelle Woche) keçirilir. Bu çərçivədə təşkil olunan tədbirlərdən biri də dünya ölkələrinin nağılları festivalıdır. İkigülük festivalda 20 ö... | ANL |
Tibb Universitetinin 80 illiyi geniş tədbirlə qeyd olunub. Dünən Tibb Universitetində bu ali təhsil müəssisəsinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev deyib ki, Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı bir... | ANL |
“Ürəklə çəkən rəssam” filmi təqdim olundu. Ötən gün Rusiya Səfirliyində görkəmli rəssam Tahir Salahovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmin təqdimatı olub. Çəkilişlərinə may ayından başlanan film “Ürəklə çəkən rəssam” adlanır. “Ürəklə çəkən rəssam” filmi “Yaddaş” sənədli filmlər studiyasında hazırlanıb. Fi... | ANL |
Qubada Yaradıcılıq Günləri təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə regionlarda incəsənət ustalarının yaradıcılıq günləri keçirilib. Adıçəkilən nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində növbəti görüş Qubada gerçəkləşib. Nazirliyin xətti ilə keçirilən “Yaradıcılıq ... | ANL |
Cüyürlü yamaclar, ceyranlı çöllər, Körpə çiçəklərə, güllərə qaldı. Səsim yayılardı burda hər yerə, Mahnılar qoşardım mənzərələrə, Hay salmaq, küy salmaq gen dərələrə, Dağlardan tökülən sellərə qaldı. Gözümün önündə durar həmişə, Otlu biçənəklər, yamyaşıl meşə, Mən ki aparmıram şehli bənövşə, Çöllərdə bitmişdi, çöllərə ... | ANL |
Dünyaya ilk gözünü açdığı, göbəyinin kəsildiyi və basdırıldığı yerdirmi, yoxsa ömrünü yaşadığı yermi? Bəzən vətənin dərdinə vətəndə yaşayıb onun torpağına qədəm basanlardan, suyunu içib havasını udanlardan daha çox ondan uzaqlarda yaşayanlar yanır. Səni duymaq üçün, vətən torpağı, Qoynundan kənara çıxmalıymışıq!. Bu no... | ANL |
Sədaqət Qəhrəmanova: “Gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil”. AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ HESAB EDİR Kİ, NƏ QƏDƏR İDARƏÇİLİKDƏ, QƏRAR QƏBULUNDA GENDER BƏRABƏRLİYİNDƏN DANIŞILSA DA, AİLƏDƏ QADIN ELƏ QADIN OLARAQ QALIR. Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üz... | ANL |
Ailədaxili münaqişələr: qadın qatilə niyə və necə çevrilir? AİLƏDƏ DAVAMLI FİZİKİ VƏ MƏNƏVİ ZORAKILIQLARLA ÜZLƏŞƏN QADIN ƏKSƏR HALLARDA YA İNTİHARA ƏL ATIR, YA DA ƏRİNİN HƏYATINA QƏSD EDİR. Bu cür xəbərlərlə, demək olar ki, son dövrlər hər gün rastlaşırıq. Bir neçə il əvvəl nadir hallarda baş verən bu tip cinayətlər so... | ANL |
Çadra və azadlıq. İNANMAQ İSTƏRDİM Kİ, BU İKİ ANLAYIŞ ARASINDA BİRBAŞA ASILILIQ YOXDUR, ƏKS HALDA, YƏQİN Kİ, YALNIZ AZADLIĞIN ÖZÜNÜN YOXLUĞUNDAN DANIŞMAQ MƏCBURİYYƏTİNDƏ QALARDIQ. Son illər cəmiyyətdə qadınların pasport üçün dini inanclara uyğun olaraq başıörtüklü şəkil çəkdirmək imkanlarının məhdudlaşdırılması ilə bağ... | ANL |
BSU-nun “Azərbaycanşünaslıq” seriyasından olan növbəti kitabı işıq üzü gördü. Tarix, folklor hər bir xalqın ayağını inamla basaraq üzərində dayanıb gələcəyə doğru addımlaması üçün zəmin rolunu oynayan istinad nöqtəsidir. İnsan oğlu özünü dərk etdiyi gündən onu əhatə edən varlıq, hadisə və proseslərə münasibətini bildir... | ANL |
Milli teatr festivalının III mərhələsi başlayır. Milli teatr festivalının növbəti mərhələsi oktyabr ayının 11-dən start götürəcək. Dekabrın 10-dək davam edəcək festivalda Bakı və Sumqayıt şəhərlərindən 200 nəfərdən ibarət yaradıcı kollektivin iştirakı nəzərdə tutulur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat... | ANL |
“Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb. Topluda xalq yazıçısı Anarın “Nəşədən ələmə” essesinə yer verilib. Yazıda müəllif Vidadi və Vaqifi bir-biri ilə qarşılaşdırıb, onlardan birini nəşə birini ələm adlandırıb: “Vidadi və Vaqif bir-birinin müasiri olan iki şair. Biri-ələm, qəm, qüssə, kədər nəğmə... | ANL |
Görkəmli Azərbaycan sairi Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən ev-muzeyinin direktoru Aygün Vəkilova muzeyin yaranma tarixindən və bu müddət ərzində muzeydə görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda ilk memorial muzey olan Səməd Vurğunun ... | ANL |
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış rus şairi, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev və beynəlxalq müsabiqələr laureatı, mahnılar müəllifi, müğənni Rizvan Sədirxanovun birgə yaradıcılıq gecəsi baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Sonuncu romantik” a... | ANL |
Rəssamlıq nə gözəldir: rənglərə saf könüllə sığal çəkir. Memarlıq nə gözəldir: daşlara mahir əllə sığal çəkir. Şairlik nə gözəldir: sözlərə doğma dillə sığal çəkir. Rənglər könüllə, daşlar əllə, sözlər dillə sığallanır. Dilimizin çox şirin sözlərindən biri olan sığal sözündə ilahi bir yumşaqlıq, zəriflik və istilik var... | ANL |
“RİNDÜ ZAHİD” SUFİZM KONTEKSTİNDƏ. Azərbaycan füzulişünaslığının tarixi və nəzəri mərhələləri ilə bağlı tədqiqat apararkən bu elmin bir sıra həll olunmamış, mübahisəli məsələləri ilə qarşılaşdıq. “Azərbaycan füzulişünaslığı” (2007) adlı monoqrafiyada füzulişünaslığın bir çox problemlərinə aydınlıq gətirməyə çalışdıq. M... | ANL |
Diktor: – Hörmətli televiziya tamaşaçıları! Xəbər verildiyi kimi bu gün Çıldağ mağarında Az. Poz cəmiyyətinin növbədənkənar səyyar məclisi keçirilmişdir. Mağara adamları... üzr istəyirəm, bağışlayın, mağara toplaşan adamlar kadr məsələsini müzakirə etmişlər. Məclisi qocaman ağsaqqal və başbilən Ata Babalı açmışdır. Məl... | ANL |
Bu mələyin səmimi təbəssümlə mənə baxdığını görəndə bir az sakitləşdim... Eşidilməyəcək səslə ondan soruşdum: “nə vaxt olacaq?” Mələk heç halını pozmadan cavab verdi: “Olmayacaq...” Cavabı məni bir az da qorxutdu... Yerimin sorğu-sualsız cəhənnəm olacağını düşünəndə başımı qollarımın arasına alıb yerə oturdum... Axı bu... | ANL |
Fırtına və buz parçası. Kimyaçılar deyirlər ki, burulğan baş qaldıranda, onun içinə bir parça buz atılarsa, ram olar, fırtınaya çevrilməz. Mən öz həyatımın timsalında bunun şahidi oldum. Ötən əsrin qırxıncı illərinin sonunda siyasi burulğana düşdüm. Atam Ədil bəyin İranda mühacirətdə olmasından xəbər tutub məni Azərbay... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi: Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsini... | ANL |
İskəndəriyyə mayakı və ya AYSBERQ ADAM. Qardaşına məktublarından. Şairdən yağışda yazarlar. Yağışlı bir gündə yazı yazmaq, həm də ən çox yazmaq istədiyin mövzuda yazmaq, ancaq bütün səylərinə baxmayaraq, yaza bilməmək qədər öyrədici, yaradıcı və insan zehnini itiləyici heç nə yoxdur (hər halda bu mənə elə gəlir.) Həm d... | ANL |
Seyran Səxavətin “Bəhanə”si. Bu kitabı oxuyub yeni bir dünya yaşamamaq mümkün deyil. Əsər Azərbaycanın musiqi mədəniyyəti və onun ecazkar möcüzəsi olan muğam tarixində bir hadisə kimi yaddaşlara köçən ünlü sənətkarımız Süleyman Abdullayev və ya xalqın ona verdiyi Dədə Süleyman adıyla tanınan parlaq bir şəxsiyyətə həsr ... | ANL |
Publisistikanın şeiriyyəti. “...Əgərçi “Hədiqətüs-şüəda” nəsr ilə təhrir olunubdur, lakin bu nəsrdə o qədər məharət və fəsahət göstərmiş ki və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqdır”. Firidunbəy Köçərli. H... | ANL |
Xalq artisti Elxan Əhədzadə dünyasını dəyişib. Azərbaycanın xalq artisti, Dövlət Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə 62 yaşında vəfat edib. Mərhumun həyat yoldaşı Səbinə Tofiqqızı APA-ya bildirib ki, Elxan Əhədzadə oktyabrın 8-də səhər 05:30 radələrində dünyasını dəyişib: “Bir aya yaxın idi ki, yataq xəs... | ANL |
“Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” kitabı nəşr olunub. Yazıçı-publisist Tariyel Abbaslının “Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” adlı kitabı işıq üzü görüb. Kitabda şairənin vətənpərvərlik mövzusunda yazdığı şeirlərin, poemaların və digər əsərlərin təhlili verilib, poeziyasının sə... | ANL |
Şair Mirbəşir Mirhəşimoğlunun 60 illik yubileyi qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Mirbəşir Mirhəşimoğlunun 60 illiyinə həsr olunmuş yubiley mərasimi və “Mirbəşir Mirhəşimoğlu-60” kitabının təqdimatı keçirilib. Kitabda M.Mirhəşimoğlunun son vaxtlar qələmə aldığı şeirlərlə yanaşı, həm də on... | ANL |
Kəramət Böyükçölün “Çöl”ü çapdan çıxıb. “Qanun” nəşriyyatında gənc yazar Kəramət Böyükçölün “Çöl” romanı çap olunub. Kitabın tanıtım yerində əsər haqqında yazılan annotasiyada bu cümlələr var: “Çöl” romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fizioloji və filoloji təssüratı geniş yer alır... | ANL |
Qalstuksuz professorun mühazirəsi. Hamsun, Neruda və cənab Cəfərov. Belə-belə işlər. Bu günü çoxdan gözləyirdim, yazını yazmaq üçün yaman həvəsliyəm. Ağappaq yalan olmasa, deyərəm ki, az qala min ildir, sərasər səbr edib hövsələ basıram. Özünü Dədə Qorqud elan edəndən sonra gündə otuz üç dəfə qazaxlı damarı tutan dostu... | ANL |
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir... | ANL |
“Ulduz” jurnalının baş redaktoru, yazıçı, dramaturq, publisist Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı nəşrə hazırlanır. Bu və digər məsələlərlə bağlı yazıçı ilə görüşüb söhbət etdik. – Son əsəriniz ətrafında gedən müzakirələr məni çox maraqlandırdı. Eşitdiyimə görə “Yolayrıcında qaçış” səs-küy yarada biləcək.... | ANL |
Fərhad Bədəlbəyli: “Azərbaycan bəstəkarlarının əsərləri yunanları valeh etdi”. Bugünlərdə Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə sözügedən ölkədə simfonik musiqi konserti keçirilib. Yunanıstanın Afina filarmoniyasında təşkil olunan konsertdə Azərbaycanın xalq artisti, görkəmli pianoçu, Bakı Musiqi ... | ANL |
“Şahzadə və bacatəmizləyən” Sumqayıt Teatrının səhnəsinə çıxacaq. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Şahzadə və bacatəmizləyən” adlı tamaşa hazırlanır. Rusiya yazıçısı Leonid Juxovitskinin eyni adlı əsəri əsasında hazırlanan tamaşanın quruluşu rejissor Vasif Məmmədova məxsusdur. Süjet xətt... | ANL |
İsveçin Göteborq şəhərində “Azərbaycan guşəsi”. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İsveç Krallığının Göteborq şəhərində təşkil olunan “İFLA-2010” Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər kitabxanası ilə tanış olaraq burada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə ... | ANL |
APA-nın məlumatına görə, mahnı festivalının dünən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olunan ikinci konsert proqramında Manana, “Kristal” qrupu, Nadir Qafarzadə, Səyyad Əlizadə, Elçin Cəfərov, Samir Dərgah, Leyla Ramazanlı, Zamiq Hüseynov, İzzət Bağırov, Vaqif Şıxəliyev, Sevinc Musayeva və başqaları çı... | ANL |
Qadın ürəyi qədər kövrək poeziya. Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Hər yeni ş... | ANL |
Bakı Bələdiyyə Teatrı yeni mövsümü “Qaravəlli” ilə açdı. Bakı Bələdiyyə Teatrı özünün 18-ci mövsümünü xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı satirik komediyanın premyerası ilə açıb. Mərasimi giriş sözü ilə açan teatrın bədii rəhbəri və direktoru, xalq artisti, professor Amaliya Pənəhova ye... | ANL |
“Ulu Çinar”ın oxucularla növbəti görüşü. Mahmud Qaşqari Fondunun dəstəyi ilə yayımlanan “Ulu Çinar” mədəniyyət, sənət və ədəbiyyat toplusunun yeni sayı işıq üzü görüb. Jurnalın “Birinci xanımlar” adlı guşəsində millət vəkili Qənirə Paşayevanın Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında qələmə aldığı “First L... | ANL |
“Onun ürəyi”nin çəkilişləri yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” filmlər studiyası və “AGP” prodakşının müştərək istehsalı olan “Onun ürəyi” filminin çəkilişləri başa çatıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan ... | ANL |
Oktyabrın 16-sı və 17-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, əsər Üzeyir bəyin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə səhnələşdirilib. Tamaşanın quruluşçu re... | ANL |
Kamançaçı Fəxrəddin Dadaşovun 60 yaşı Muğam Mərkəzində qeyd olunub. Beynəlxalq Muğam Mərkəzində tanınmış kaman ustası, Milli Konservatoriyanın professoru, xalq artisti Fəxrəddin Dadaşovun 60 illiyi qeyd edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Tədbirin əvvəlində... | ANL |
Elmin xidmətində. Deyirlər ki, insan dostlarını, əsasən, uşaqlıq və gənclik illərində qazanır. Bunda bir həqiqət var. Orta və ali məktəbdə birgə təhsil aldığımız yoldaşlarla bir neçə il ərzində, demək olar ki, hər gün görüşür, ünsiyyətdə olur, onların müxtəlif situasiyalarda davranışını, ətrafdakılara münasibətini, nəl... | ANL |
Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Azərbaycan etnoqrafiya elmində ailə və nikah münasibətlərinin tədqiqi xüsusi yer tutur. Azərbaycanın qədim və orta əsrlər ədəbi-bədii, tarixi qaynaqlarında ailə və ailə-nikah münasibətlərinə dair kifayət qədər zəngin materiallar v... | ANL |
Mənim tanıdığım Gültəkin xanım. İnsan həyatında ən əlamətdar, ən yaddaqalan günlərdən biri, heç şübhəsiz, doğum günüdür. Bəzi insanlar hər doğum gününü təmtəraqlı, ən azı öz yaxınları, öz çevrəsi ilə, bəziləri isə daha çox yubiley illərində qeyd etməyə, təbriklər almağa, xoş sözlər eşitməyə önəm verirlər. Ancaq həyatda... | ANL |
Ədəbiyyat fənninin tədrisi – fənlərarası əlaqənin mahiyyəti. XXI əsr elm sahəsində ən sürətli, uğurlu bir dövrdür. Məhz belə bir dövrün tələblərinə əsasən bütün təhsil işçiləri təlim sahəsindəki qazanılmış bilikləri, yeni təlim metodlarını dərs prosesində fəal tətbiq etməyə çalışmalıdırlar. Fənlərin tədrisi zamanı fənl... | ANL |
Ağsu mədəniyyət sarayında “Xəcalət” tamaşası göstərilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi bölgələrə qastrol səfəri çərçivəsində Ağsu mədəniyyət sarayında “Xəcalət” ikihissəli dram əsərini nümayiş etdirib. Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu re... | ANL |
Çinarlı Gəncənin oğlu. Amma o görüşə qədər onun hekayələrini və pyeslərini oxumuş, elmi əsərləri ilə də tanış olmuşdum. Bilirdim ki, qədim Gəncənin ədəbi mühitində bu adamın müstəsna rolu var. İndi üstündən illər keçib. Altay Məmmədov haqqında düşünəndə öncə qədim Azərbaycan şəhəri çinarlı Gəncə yada düşür. O Gəncə ki,... | ANL |
Məmməd Arazın doğum gününə. Bir gün dünyadakı bütün şairlər ən çox düşündükləri, barəsində ən çox çox yazdıqları “nəyəsə” çevriləsi olsalar, görəsən, Məmməd Araz nəyə çevrilərdi? Dibindəki mamırı, yosunu, içindəki balıqları ilə o tayla bu tayın arasındakı Araz çayına, yoxsa içində torpaq sevgisi gəzdirən bütün adamları... | ANL |
Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. Bir neçə kəlmə də rus əhalisinin ailə məişəti və bununla bağlı adət-ənənlər haqqında mövcud olan qeydlərə nəzər salaq. Rus ailəsi özünün etnik xüsusiyyətlərinə görə, yerlilərdən xeyli fərqlənmişdir. Patriarxal azərbaycanlı ailəsin... | ANL |
Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının sərgisi bu gün açılır. Oktyabrın 15-də Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə 70-dən çox müəllif... | ANL |
Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə dahi bəstəkarın məşhur “Ər və arvad” operettasını bu gün Sumqayıt şəhərində nümayiş etdirəcək. Bu barədə Yaradıcılıq Fondunun nümayəndəsi, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı məlumat verib. Xatır... | ANL |
Ağakişi müəllimlə özümü rahat və güvəncli hiss edirəm... Ağakişi Kazımov ismini eşidəndə ilk növbədə insanın fikrinə – Teatr sənətinin fanatı, bütün ömrünü böyük sənətin xidmətinə həsr edən yaradıcı şəxsiyyət gəlir. Onun “Teatr sənətinə – böyük, sonsuz və təmənnasız məhəbbətinə ancaq həsəd aparmaq olar. Bu tamaşada rej... | ANL |
Görkəmli rejissor, pedaqoq, aktyor, psixoloq, Ağakişi Kazımov haqqında heç bir “ziyafətdə”, “çayxanada” demədiyim fikirlər haqqında, “natamam” xatirələr... 70-ci illərin əvvəllərində, uzaq Tatarıstandan Azərbaycana sevinc dolu sənət dalğası xəbəri gəldi və şad xəbər tezliklə Azərbaycan ziyalılarının teatra olan məhəbbə... | ANL |
Azərbaycanda ailə ənənələri: milli və etnik əlamətlərə tarixi-etnoqrafik müstəvidə baxış. (Əvvəli ötən saylarımızda). Patriarxal ailələrin qalması üçün digər əngəlləyici səbəb kimi o dövrün vergi sistemi xüsusi rol oynayırdı. Q.Qeybullayev yazır ki, vergilər əsasən tüstülərə (evlərə) görə yığıldığından hər yeni tüstü y... | ANL |
Tanınmış nasir, Azərbaycan nəsrinin 80-cı illər nəsrinə mənsub olan Nəriman Əbdülrəhmanlının “Könül elçisi” və “Yalqız” romanlarından sonra üçüncü irihəcmli əsəri olan “Yolsuz” romanı özünəməxsus psixoloji araşdırmadır. Müəllif romanda da, son illərdə qələmə aldığı hekayələrində də qəhrəmanlarının mənəvi yaşantılarını ... | ANL |
Hakan Arslanbənzər kimdir? İşlətmə və ingiliscə müəllimlik kursunda təhsil alıb,amma sona qədər davam etməyib. “Dərgah” dərgisində başladığı nəşriyyat həyatını 1997-ci ildən bu tərəfə İcabi Akçaoğlu ilə birlikdə davam etdirib. Sonra Erən Safiylə birlikdə “Huruç” dərgisini yaradıb. Hal-hazırda “Yas Yazısı” adını verdiyi... | ANL |
Bu silsiləmi mənim üçün əziz olan, içimdə daim yaşatdığım, öləziməyə qoymadığım hisslərdən hörəcəyəm. O hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən, siyasi quruluş üzündən, tuş gəldiyim haqsızlıqlardan, evsizlikdən, əsəb gərginliyindən, vaxt məhdudluğundan qələmə ala bilməmişəm. Amma onları dəfn edə, özümlə qara torpağ... | ANL |
Qismətin şeirləri. O, məndən 38 il kiçikdir və bu uzaq”məsafədən”, ağsaqqal çağımdan cavan, sütül bir oğlan yaşına boylanmaq, onun şeirlərinin məna və mahiyyətinə varmaq istəyirəm. Ədəbiyyata dəstə-dəstə şairlər gəlir və bir ədəbi nəsli formalaşdırmaq üçün bu dəstənin içindən tək-təklər seçilir, fərqlənir və sonra bu t... | ANL |
Bakı Slavyan Universitetində tələbə həyatı. 2000-ci ildə xalqımızın Ümummilli lideri, ulu öndər, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin fərmanı ilə yaradılmış Bakı Slavyan Universiteti həyatının ikinci onilliyinə qədəm qoyub. Yüksəkixtisaslı kadr hazırlığı, elmi araşdırmalar, gənc nəslin təlim və tərbiyəs... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Xalq artisti Mənsum İbrahimov: “Mənə belə gözəl bir ailə nəsib etdiyi üçün Allahdan çox razıyam”. Ailə ən qədim zamanlardan bəri müqəddəs sayılan birlikdir. Günümüzdə bu birliyin çox da uzun müddət davamlı olmadığının tez-tez şahidi oluruq. Ailələrin belə qısa vaxt ərzində dağılmasının səbəbləri görəsən nədir? Günümüzd... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyində, tanınmış publisist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın “Sarı Odalar” bədii publisistik kitabının təqdimetmə mərasimi oldu. Bir sıra yazıçı, şair və jurnalistlərin qatıldığı tədbirdə ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edirdilər. Bu məni sevindirdi. Çox y... | ANL |
Görkəmli şərqşünas Aida İmanquliyevanın məqalə və tərcümələrindən ibarət toplunun təqdimatı olub. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində görkəmli şərqşünas, professor Aida İmanquliyevanın məqalələr və tərcümələrindən ibarət toplunun təqdimat mərasimi keçirilib. Kitab Z.M.Bünyadov adına... | ANL |
Günel Anarqızı Azərbaycanı “Sivilizasiyaların dialoqu” beynəlxalq forumunda təmsil edib. “ZƏNGİN MƏDƏNİYYƏTİMİZİN DÜNYADA TƏBLİĞİ, AVROPA VƏ DÜNYA MƏDƏNİYYƏTİNƏ İNTEQRASİYASI ÜÇÜN BELƏ TƏDBİRLƏRDƏ FƏAL İŞTİRAK ETMƏK VACİBDİR”. Bugünlərdə Yunanıstanın Rodos adasında “Sivilizasiyaların dialoqu” adlı mötəbər forum keçiril... | ANL |
“Oliver Tvistin macəraları” Gənc Tamaşaçılar Teatrında. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi “Oliver Tvistin macəraları” tamaşasının premyerasını sənətsevərlərin ixtiyarına verəcək. İngilis ədəbiyyatının ən məşhur simalarından olan Çarlz Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilən tama... | ANL |
Mübariz Həmidov “İlin teatr xadimi” adına layiq görülüb. Dövlət Gənc Tamaşaçılar Teatrında Türkiyənin “AKBA-Yayıncılıq” və Azərbaycanın “Media Print” şirkətlərinin təsisçisi olduqları “İlin markası mükafatı-2010”-un təqdimetmə mərasimi gerçəkləşib. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Sözüge... | ANL |
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olaylar öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir ... | ANL |
Mənim adamım. VƏ YA ABEL MƏHƏRRƏMOV HAQQINDA DÜŞÜNCƏLƏR. Məhşur Belçika şairi və dramaturqu Materlinq Morisə görə, xoşbəxtlik üç təməl üzərində qurulur – keçmişi unutmamaq, bu günün dəqiq qiymətini vermək və gələcəyə ümidlə baxmaq... Nə dərəcədə xoşbəxt olduğunu deyə bilmir. Yazısında həm də keçmişini unutmadığını və b... | ANL |
Səhifələrə sığmayan ömrün salnaməsi. Bugünlərdə əməkdar jurnalist Svetlana Nəcəfovanın jurnalistika sahəsindəki 40 illik fəaliyyətinə həsr olunan “Ömürdən səhifələr” adlı kitab işıq üzü görüb. Qeyd edək ki, S.Nəcəfova əmək fəaliyyətinə “Pioner” jurnalı redaksiyasında başlayıb. Sonra “Respublika” qəzetində şöbə müdiri i... | ANL |
“Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olunub. Kitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Rövşən Yerfinin “Qadın düşərgəsi” və “Günahsız qatil” kitablarının təqdimat mərasimi keçirilib. Kitab klubundan verilən məlumata görə, mərasimi giriş sözü ilə açan klubun direktoru Elxan Rzayev müəl... | ANL |
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçirilib. Əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi münasibətilə səhnələşdirilib. Mərasimi giriş sözü ilə açan teatrşünas, sənətşünaslıq doktoru Məryəm Əlizadə Ş... | ANL |
Bizi dost edən isə bəlkə də tale yaxınlığımız idi. Raqif zəhmətkeş bir ailədə böyümüşdü. Atası Əkbər müəllim uzun illər Ağdaşın Mürsəl kəndində ibtidai sinif müəllimi, anası isə evdar qadın idi. Ailədə bir neçə qardaş və bacı idilər. Raqif olduqca sakit və təmkinli, həddindən artıq təvazökar və zəhmətkeş idi. Universit... | ANL |
Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək qeyri mümkündür. Ancaq şükürlər olsun ki, vardır... Belə insanlardan biri də Elmira Hü... | ANL |
KİTABDAKI MATERİALLAR DƏYƏRLİ MƏTBUAT XADİMİ BƏBİR HÜSEYNOVUN ZƏNGİN FƏALİYYƏT YOLUNU İZLƏMƏK ÜÇÜN GENİŞ İMKANLAR AÇIR. Mətbuat sahəsində nümunəvi bir fəaliyyət yolu keçmiş Bəbir Hüseynovun “Ömürdən qalan izlər” adlı kitabı nəşr edilib. Kitabda uzun illər “Lenin yolu” – “Ağdam” qəzetinin redaktoru olmuş Bəbir Hüseynovu... | ANL |
Jurnalın ilk səhifəsində maraqlı bir əsər – dəyərli şair və publisist Tofiq Abdinin “Hello”su oxuculara çatdırılıb. Topluda Vaqif Sultanlının “Qütb gecəsi”, Kamil Əfsəroğlunun “Şərab Allahı Dionis” hekayələri də yer alıb. Jurnalın poeziya guşəsinə Əbülfəz Ülvinin, Nəcməddin Mürvətovun, Əbülfət Mədətoğlunun, Sona Vəliye... | ANL |
İstedadın janrı yoxdur. Əsəd Cahangir yeni ədəbi nəsildən olan istedadlı qələm sahiblərindəndir. İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır. Əsəd ədəbi ictimaiyyətdə daha çox tənqidçi və ədəbiyyatşünas kimi tanınır. Qələm sahibləri daha çox Əsədin onlar haqqında yazmasına adət ediblər. Mən “Dostlarımdan duyğul... | ANL |
Milli mədəni dəyərlər qloballaşma ilə üz-üzə: mədəniyyət mübadiləsi, yoxsa mədəniyyətə təcavüz? Qloballaşma milli-iqtisadi, sosial-siyasi və digər sistemləri bir-birilə əlaqələndirən nəhəng bir prosesdir. Bu əlaqələr tədricən mürəkkəbləşərək qlobal şəbəkə əmələ gətirir. Bu sistem sanki bir orqanizm kimi fəaliyyət göstə... | ANL |
İstiqlal abidəsi. Azərbaycanın XX əsr tarixi millətləşmə və dövlətləşmə tarixidir. Məhz XX əsrdə “Azərbaycan” kəlməsi coğrafi və linqvistik mənadan çıxaraq siyasi məzmun kəsb etməyə başlamış, millətimizin imzası dünya millətlərinin imzalarının içində görünməyə başlamışdır. Lakin bu yol elə də asan olmamış, buna nail ol... | ANL |
Təhsil Nazirliyində Akkreditasiya Şurasının ilk iclası olub. MİSİR MƏRDANOV: “TƏHSİL SAHƏSİNDƏ YENİLİKLƏRİN TƏTBİQİNDƏ ALİ MƏKTƏBLƏR GERİDƏ QALIR”. İclasda Şəki Tibb Məktəbi (Kolleci), Lənkəran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu, Naxçıvan Özəl Universiteti və Şəki Musiqi Kollecinin akkreditasiyasının ... | ANL |
Fazil Rəhmanzadənin “Sən olmasaydın...” kitabı təqdim olunub. Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Sən olmasaydın...” adlı kitabın təqdimat mərasimi gerçəkləşib. Kitabın müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Fazil R... | ANL |
“Əliqismət Lalayev – həyat rejissoru” kitabı çapdan çıxıb. Bu günlərdə “Əliqismət Lalayev – həyat rejissoru” adlı kitab işıq üzü görüb. “Qanun” nəşriyyatında çap olunan kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü Qulam Sadıqdır. Kitabda Naxçıvan MR-in əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Azərba... | ANL |
İsfar Sarabskinin Beynəlxalq Caz Festivalı çərçivəsində konserti anşlaqla keçib. Azərbaycanın istedadlı caz ifaçısı, 43-cü Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabski Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində konsert verib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən ... | ANL |
Kövrək duyğular şairəsinin bayatıları. Danılmazdır ki, kövrək duyğuları olmayan bir kəs qəlbin dərinliklərindən süzülüb gələn dəruni hisslərin ifadəsi olan bayatı kimi janra köklənə bilməz. Elə şairənin kitaba verdiyi bu ad da məhz elə bu kövrək duyğulardan bəhrələnib. Ədəbiyyatımıza milsilsiz bir sərvət bəxş edən baya... | ANL |
“Milli dəyərlər və qloballaşma məsələsində “qızıl orta”nı tapmağa çalışmalıyıq”. AYDIN XAN ƏBİLLİ: “QLOBALLAŞMANIN GƏTİRDİYİ YENİLİKLƏR MİLLİ DƏYƏRLƏRLƏ TOQQUŞMAMALI, ƏZƏLİ MƏNƏVİ KEYFİYYƏTLƏRİN SƏRHƏDİ QLOBALLAŞMANIN SƏRHƏDLƏRİNƏ QƏDƏR OLMALIDIR”. Tanınmış yazar və kulturoloq Aydın Xan Əbilli ilə qloballaşmanın Azərba... | ANL |
Azərbaycan dirijorluq sənətinin İtaliya təntənəsi. ƏYYUB QULİYEVİN PARMADA KEÇİRİLƏN ARTURO TOSKANİNİ ADINA BEYNƏLXALQ MÜSABİQƏDƏKİ ÇIXIŞLARI BAŞ MÜKAFATLA – “QRAN PRİ” İLƏ QİYMƏTLƏNDİRİLİB. İstedadlı musiqiçi, Azərbaycanda yeni nəslə mənsub ən mahir və tanınmış dirijor olan Əyyub Quliyev Avropanın çox nüfuzlu musiqi y... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.