text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakı Slavyan Universiteti Məmmədhüseyn Təhmasibin “Seçilmiş əsərləri”ni çap edib. Bakı Slavyan Universitetində görkəmli alim prof. Məmmədhüseyn Təhmasibin “Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb. Bu cildə müəllifin 1945-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası, eləcə də müxtəlif qəzet və məcmuələrdə...
ANL
Çağdaş Azərbaycan poeziyasının parlaq simalarından biri... Məstan Günər – Məstan Əliyev. Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Məmməd Araz, Xəlil Rza Ulutürk və digər ustad qələm sahibləri ilə bir sırada ötən əsrin 40-50-ci illərindən başlayaraq milli poeziyanı qorxulu şablondan, qafiyəpərdazlıqdan, sözcülükdən, quru ...
ANL
Beynəlxalq Muğam Mərkəzində təntənə ilə qeyd edilib Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun anadan olmasının 50 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Gecədə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prez...
ANL
Azərbaycan radiosu – mənəviyyat qaynağı, musiqi beşiyi, sənət dünyası. Bugünkü mətbuat bolluğunda, informasiya almaq imkanlarının asanlaşdığı bir zamanda, yəni internet dünyasının dövranı olduğundan bəzilərinin fikrincə, radioya maraq azalıb. Mən isə tamamilə fərqli düşünürəm. Apardığım müşahidələr əsasında deyə bilərə...
ANL
Klassik Musiqisevərlər Klubunda vokalçı Həsən Enami ilə görüş olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirilib. Niyazinin mənzil-muzeyində Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Həsən Enami ilə görüş təşkil edilib. Klub direktorunun...
ANL
Ozan-aşıq dünyasına daha bir səyahət. Telefonum zəng çaldı. Folklorşünas alim, professor Məhərrəm Qasımlı idi. Salam-kalamdan sonra mətləbə keçdi: “İsmayıl müəllim, Azərbaycan Aşıqlar Birliyində Musa Nəbioğlu – Birliyin katibi dünyasını dəyişmiş aşıqlar haqqında kitab-albom hazırlayır. Rəhmətlik atan Aşıq Orucla bağlı ...
ANL
“Solğun çiçəklər” İncəsənət Gimnaziyası şagirdlərinin təqdimatında. İncəsənət Gimnaziyasında görkəmli ədib Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası nümayiş olunub. Gimnaziyanın yuxarı sinif şagirdləri tərəfindən oynanılan tamaşa maraqla qarşılanıb. Dramaturqun qızı və ev-muzeyinin direktoru Gülarə Cabbarlı, gimnazi...
ANL
İnsanı, xüsusilə böyük, strateji vəzifə sahibini yaxından tanımaq üçün heç bir təbliğat, heç bir təşviqat həmin adamla bir yerdə, eyni müəssisədə işləmək qədər kömək göstərə bilməz. Mən tələbəlik illərim də daxil olmaqla ömrümün 16 ilini Bakı Dövlət Universitetində keçirmişəm və indi də həyatımız, varlığımız hesab etdi...
ANL
Günəşi gözləyənlər. Günortadan xeyli keçmiş Şaman arvadın yaşadığı yerə çatdıq. Ətrafda bomboz, çılpaq dağlar görünürdü. Torpağı yabanı, zəhərli otlar bitirən dağların ətəyindən zirvəsinəcən uzanan yarğanlara baxanda mənə elə gəldi ki, nə vaxtsa buralarda əjdaha adamlar yaşayıb və istəkli sevgililəri kimi dağların üz-g...
ANL
Nəsrimizdə yeni imza. İndi gənc yazarların çoxu roman yazmağa girişiblər. Hansısa tanıdığımız, yazıları ilə mətbuatda çıxış edən fəal bir gənc yazar bir müddət gözə görünməyəndə onun roman yazmaqla məşğul olduğunu deyirlər. Bizim gənclər tərəfindən mənə çoxlu elektron və çap variantında romanlar ünvanlanır. Bunların bə...
ANL
“Yuxarıda mavi göy, aşağıda qonur yer yaradılan zaman, ikisinin arasında insan oğlu yaradılmışdır.”. Əski türk daş bitiyindən. Gənc nasir Cavid Zeynallının ilk hekayələrinin dərcindən vur-tut bir neçə il keçib. Odur ki, iki ay öncə “Günəşi gözləyənlər” romanının əlyazmasını mənə verib fikrimi öyrənmək istədiyini deyənd...
ANL
ORALARDA KİMLƏR VAR: Rövnəq Abdullayev. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun baş direktorluğundan yola çıxan, Nizami rayonu 24 saylı birinci seçki dairəsindən keçən seçkilərdə də millət vəkilliyinə namizəd, indiki məqamda ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev yenə də həmin dairədən namizəddir. Və b...
ANL
Aydəmir: İki Azərbaycanda iki il. Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918 – ci ilin avqustunda səlahiyyətli nazir kimi Osmanlı imperatorluğuna göndərilən ilk diplomatımız Əlimərdan bəy Topçubaşovun qarşısına qoyulan mühüm vəzifələrdən biri də ana dilində milli təhsil sistemi qurmaq üçün qardaş ölkədə...
ANL
Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair. İkinci məqalə. Sosrealizmin inzibati surətdə ədəbiyyata tətbiqində, ölkəni bürümüş “ifşa”çılıq kompaniyasında, Sistemin öz meyarları ilə ədəbiyyatı qiymətləndirmə prosesində və s.-də Yazıçılar İttifaqının iştirakı barədə danışmaq açıq qapını döymək kimi bir şe...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
NAZIM HİKMƏT HAQQINDA YENİ ROMAN-TƏDQİQAT. Bu yaxınlarda görkəmli yazıçı Anarın mənə avtoqrafla göndərdiyi məşhur türk şairi Nazım Hikmətin məşəqqətli ömür yolu və zəngin yaradıcılığına həsr olunmuş “Nazım Hikmet “Kerem gibi” adlı romanını, həm də əsərin Azərbaycan variantını maraqla oxudum. XX əsr dünya poeziyasının ə...
ANL
Görkəmli bəstəkar Tofiq Quliyev anılıb. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda xalq artisti, bəstəkar Tofiq Quliyevin anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Tofiq Quliyevin mənalı ömür yolundan dan...
ANL
Azərbaycan televiziyası və radiosu günü xüsusi mərasimlə qeyd edilib. Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Televiziyası və Radiosu gününə həsr olunan ədəbi-bədii gecə keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan radiosunun yaranma tarixindən danışıblar: “Düz 84 il öncə 6 noyabrda paytaxtın küçə və meyd...
ANL
Türkmən sənət ustalarının əsərlərindən ibarət sərgi açılıb. Ötən gün Muzey Mərkəzinin sərgi qalereyasında Türkmənistan tanınmış incəsənət xadimləri və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərginin açılış mərasimi gerçəkləşib. Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikr...
ANL
Ötən gün M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanan “Ozan-Aşıq Dünyası” adlı foto albomun və “Ozan dünyası” kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunub və dü...
ANL
Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olub. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xalqlarımız arasında dostluq və qardaşlıq müna...
ANL
Əjdər Olun kitabının məmnuniyyətlə oxunacağına inamım tamdır. Bu günlərdə Türkiyədə, Ankaranın məşhur “Bengü” nəşriyyatında tanınmış yazıçı Əjdər Olun “Komutanın maymunu” (“Hərbi səhra komandirinin meymunu”) adlı hekayələr kitabı nəşr olunub. 11 hekayənin daxil olunduğu kitabın tərcüməçisi tanınmış türk yazıçısı və tər...
ANL
Təhsil islahatlarının önündə. Ölkəmizin müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələridir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənliyi ilə düşünülmüş üçmərhələli İslahat proqramının icrası bu gün də möhtərəm Pr...
ANL
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olayları öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir...
ANL
Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başa çatıb. Xəbər verildiyi kimi, noyabrın 3-dən 7-nə qədər Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilib. Mədəniyyət Günləri çərçivəsində noyabrın 5-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında rejissor Urmatxan Alim Melenin türkmən şairi və klassiki Mollanepesin “...
ANL
Muzey Mərkəzində Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi gerçəkləşəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdi...
ANL
Beynəlxalq teatr konfransının nümayəndələri Bakı səhnəsində tamaşalara baxıblar. Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq elmi-praktik teatr konfransı gerçəkləşəcək. Noyabrın 7-də konfransın iştirakçıları müxtəlif teatr...
ANL
İgidlik dərsi... Şəhidlik zirvəsi... Azərbaycanın Milli Qəhrəmanları Çingiz Mustafayev, Mübariz İbrahimov... və bütün Vətən şəhidlərinin xatirəsinə. “Vətəni sevmək imandandır“. Həzrəti Məhəmməd Peyğəmbər. Mən ÇİNGİZ MUSTAFAYEVİ, MÜBARİZ İBRAHİMOVU bir dəfə də olsun görməmişəm. Və heç vaxt da görməyəcəyəm. Və ömrümün so...
ANL
İradə Tuncay: “Təkcə mətbuatın yox, ümumiyyətlə, bəşəriyyətin siması kişi simasıdır”. “QADINLAR, TƏBİƏTƏN, DAHA MƏSULİYYƏTLİ OLDUQLARI ÜÇÜN ÖNƏMLİ VƏZİFƏ TUTMAQ ONLARA İKİQAT ÇƏTİNLİK YARADIR”. Gender anlayışına ictimai münasibət ilk növbədə və daha qabarıq formada məhz mətbuatda, media orqanlarında öz əksini tapır. Me...
ANL
Bakıda Beynəlxalq Teatr Konfransına start verilib. BEYNƏLXALQ TƏDBİRƏ DÜNYANIN 30 ÖLKƏSİNDƏN 70-ə QƏDƏR NÜMAYƏNDƏ QATILIB. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq elmi-praktik teatr konfransının açılış mərasimi keç...
ANL
“Allaha gedən yol asan olmamalı!” – Vida edərkən Peyğəmbərin dediklərindən. Payız səhərinin alatoranında telefonuma gələn qısa mesaj birdən-birəcə ruhumu qanadlandırdı. İki həftə əvvəl, gərək ki, “Literaturnaya qazeta”da Bunin adına mükafata təqdim olunan namizədlər arasında onun adını görəndə sevinmiş, hətta dualar da...
ANL
Qadınlar insan alverinin əsas qurbanı kimi. ZƏRİF CİNSİN NÜMAYƏNDƏLƏRİNİ ACINACAQLI AQİBƏTLƏ ÜZLƏŞDİRƏN SƏBƏBLƏR VƏ PROBLEMİN HƏLLİ YOLLARI İLƏ BAĞLI İCTİMAİ FİKİRDƏ ZİDDİYYƏTLƏR VAR. “Atamın vəfatından sonra biz anam və beş bacımla birlikdə babamın evində yaşamağa başladıq. Anam təhsilsiz və işsiz olduğundan ailəni ba...
ANL
Görkəmli şair Fikrət Sadıqın 80 illik yubileyi qeyd olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli poeziyamızın görkəmli nümayəndələrindən biri olan şair Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatç...
ANL
Bərabər paylanan ay işığı. Bu gün qəbula gələnlərin sayı az idi. Bu azlıq Elnurun qəlbində gizli bir sevinc yaratdı. Demək Elnur bu gün qəbula düşə biləcək. Qəbul otağında duran yaşlı müəllimin həmişə onu qovmasına baxmayaraq, Elnur mehribancasına qocaya yaxınlaşıb: –Qənimət dayı, növbə mənimdir – deyə yazıqcasına müra...
ANL
Dünya teatr prosesinin problemləri və perspektivlərilə bağlı konfrans yekunlaşıb. Bakıda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq elmi-praktik teatr konfransı noyabrın 10-da öz işini davam etdirib. Növbəti mərasimin aparıcısı Akademik Milli Dram Teatrın...
ANL
Layihə çərçivəsindəki bu rubrikada növbəti yazı görkəmli ədəbiyyatşünas, fikir adamı, bu yaxınlarda 80 illik yubileyi qeyd olunan akademik Bəkir Nəbiyevin ailə həyatına, həmçinin zəngin, maraqlı ömür və fəaliyyət yoluna həsr edilib. 1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafi...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yapon sərgisi. Bu sərginin ekspozissiyasının bir müəllifi vardı – yapon xalqı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyyəti bu qədim xalqın bədii sənət nümunələrinin az bir qismindən təşkil olunmuş sərgiyə hədsiz maraqla ta...
ANL
“İCTİMAİ VƏKİL-İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNİN YENİCƏ BAŞLATDIĞI KAMPANİYA BELƏ ADLANIR. Azərbaycanın bütün rayonlarını əhatə etməsi nəzərdə tutulan kampaniyanı təşkil edən qurumun sədri Aynurə İmranovanın verdiyi məlumata görə, bu çərçivədə tədbirlər düz 1 il ərzində gerçəkləşdiriləcək və gələ...
ANL
“Qara qan”la yazılan Qarabağ davası. Nəhayət ki, “Qara qan”ın ikinci kitabı da hazır oldu və oxucuların ixtiyarına verildi. “Qara qan” tarixi romanının davamı da əvvəlki hissələri kimi oxundu, sevildi, müəllifinə hörmət və şöhrət gətirdi. Bunu kitabın ümumtəhsil və ali məktəblərdə müzakirəsi gedişində əldə etdiyimiz qə...
ANL
Söhbət Azərbaycan Respublikasının Xalq Artisti Mənsum İbrahimovun 50 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunmasından gedəcək. Çox gözəl inşa edilmiş Muğam Mərkəzinin muğam sevərlərlə dolu zalı forma və məzmununa görə möhtəşəm muğam axşamının olacağından xəbər verirdi. Mən axşamın necə keçməsi barədə ətraflı d...
ANL
Hər şeydən. Saata tez-tez baxırdı. Saata baxmamaq mümkün deyildi. Maşını işə salan kimi gözünün qabağına elektron saat gəlirdi. Mobil telefonla hər dəfə danışanda istər-istəməz aparatın sferblatında saat. İş otağının hər birinin divarında saat. Baxmamaq, görməmək olmur. Kompüteri qoşub hansısa səhifəni açırdı hamısında...
ANL
Yeddi qardaşdan birinin faciəsi. XX əsrdə repressiyaya məruz qalmış insanlar haqqında uzun müddət silsilə məqalələr yazsam da, xeyli vaxt idi ki, bu mövzudan yazmırdım. Bu da səbəbsiz deyildi. Çünki bu haqda yazanda özümdən ixtiyarsız əsəblərim gərilir, keçirdiyim həyəcan uzun müddət məndən ayrı “dura” bilmir. Bu mövzu...
ANL
1988-ci ildə uzun müddətə təmirə bağlanan Milli Teatr cəmiyyətdə başlanan siyasi, iqtisadi, mənəvi-əxlaqi təmir və yenidənqurulma prosesinə sanki bir işarə oldu. Son illər dövlət büdcəsindən ayrılan vəsait hesabına bir çox teatrlar ən yeni tələblər əsasında təmir olunub və istifadəyə verilib. Amma sözün geniş mənasında...
ANL
ÖMRÜN SON AKKORDLARI. 1906-cı ildə Parisə köçən rəssam Pablo Pikasso ilə tanış olur, sonrakı yaradıcılığında bu dahi sənətkarın yaradıcılığından təsirlənir.Rəssam 1920-ci ildə, 36 yaşında Parisdə dünyasını dəyişir.Parisin ən yaraşıqlı,ən gözəl, ən poetik, ən ürəkağrıdan guşələrindən biri də Per-Laşez qəbiristanlığıdır....
ANL
Aydəmir: İki Azərbaycanda iki il. Qırmızı ordunun Şəkiyə necə daxil olduğunu isə öz gözləri ilə görmüşdü. Aydəmir başları üzərində qızılı bayraqlar dalğalanan, əllərində siyirmə qılınc tutmuş kazak alaylarının dördnala çaparaq şəhərə girəcəklərini gözləyirdi. Gələnlər isə daha çox qaraçı köçünü xatırladırdı. “Arıq atla...
ANL
Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair. Dördüncü məqalə. Bəzən bizim tənqidimiz və ədəbiyyatşünaslığımız 1960-cı illərdə yaranan ədəbiyyat ilə həmin illərdə yaradıcılığa başlamış ədəbi nəsli – “altmışıncılar”ı eyniləşdirirlər və bu da bədii-estetik təsnifat baxımından dolaşıqlıq, qeyri-dəqiqlik yara...
ANL
Şeir kişi sirri kimi. Əbülfət Mədətoğlunun şeirləri haqqında. Çay öz axarını, öz qollarını seçən kimi, sözlər də şeirin sınırlarını, təhkiyə istiqamətini elə seçir. Əbülfət Mədətoğlunun “Ürəyimdəki sənsən” kitabi bu fikri təsdiq edir. Poetik sistem insanın tikib yaşadığı ev kimidir – öz evinə elə öyrəşir ki, başqa yerd...
ANL
NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, h...
ANL
Daşları yığmaq vaxtıdı. Hər birimiz dünya adlı bu Evə qonaq kimi gəlib, burdan yerli kimi gedirik. Ömür dediyimiz o illər içində bu Evin əyri-üyrüsünü düzəltmək, ayıbını abıra salmaq üçün dəridən-qabıqdan çıxırıq. İstəyirik, bizdən sonra ardımızca gələcək qonaqlar-qanı-qanımızdan olanlar və olmayanlar deməsinlər ki, bu...
ANL
“Bu dünya”da (Kamal Abdullanın dünyasında) insanlar Yerin üzərində yox, yer insanların ayaqları altındadır. Buludlar insanların başı üzərində deyil, insanlar buludların üzərindədir. “Bu dünya”nın insanlarını da tanıyırıq, güllərinin ətrini də, suyunun dadını da bilirik. Amma yüksəklərdə uçan quşun belini görə bilmədiyi...
ANL
“Azərbaycan uşaq təsviri sənəti” işıq üzü görüb. KİTABIN TƏQDİMATI ÇƏRÇİVƏSİNDƏ 12 YAŞLI RƏSSAM CAVİDAN ƏHMƏDOVUN FƏRDİ SƏRGİSİ AÇILIB. Azərbaycanda nəşriyyat fəaliyyəti ilə məşqul olan yeganə qaleriya-“Abşeron” Rəsm Qaleriyası yeni mövsümə müxtəlif kitab layihələrinin həyata keçirilməsi ilə başlayıb. Yaxın günlərdə qa...
ANL
“Ulduz” jurnalının yeni sayı oxuculara təqdim olunub. Jurnalın bu sayının poeziya guşəsində Gəray Göyyurdun, Əli Şirin Şükürlünün, Əlizadə Nurinin, Nuranə Nurun, Əsəbəli Osmanlının, Afaq Vəliyevanın, Günay Türkəmin, Rizvan Nəsiboğlunun, Sevinc Arzulunun, Kənan Soyalpın,Vahid Hacıyevin şeirləri, rus şairi Yuri Kuznetsov...
ANL
Ay gidi dünya... Dünya binnət olandan (yəni bünyad olandan, bünövrəsi qoyulandan) bəri insanlar liriklərə və praktiklərə bölünüblər. Liriklərin xəyalı yernən-göynən, ərşnən-gürşnən əlləşəndə praktiklər də sabahkı gün üçün mal-dövlət yığıblar, dünya dolanacağını simü zərlə aşırmağa çalışıblar. Elə olub ki, başı nəğmə ox...
ANL
Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları. XƏZƏRİN HÜQUQİ STATUSU PROBLEMİNİN TARİXİ. Xəzərin hüquqi statusunun təxminən 300 illik tarixi mövcuddur. XVIII əsrin sonlarından başlayaraq Xəzər sahilində Rusiya, Osmanlı və Böyük Britaniya imperiyaları arasında Azərbaycana məxsus tarixi ərazilər,...
ANL
“Unudulmaz sənətkar” Lətif Kərimova həsr olunub. Ötən gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində görkəmli xalça ustası Lətif Kərimova həsr edilən “Unudulmaz sənətkar” adlı sərgi-tədbir gerçəkləşib. Mərasimi giriş sözü ilə açan muzeyin şöbə müdiri Aygün Abbasova Lətif Kərimovun hə...
ANL
Yaxından tanıdığım həmkarım yaradıcılığı boyu yazdığı cızma-qaralara görə təkcə “Qızıl qələm” deyil, onlarla başqa-başqa, dürlü-dürlü mükafatlar almışdı. Yeri gələndə özünü bu peşədəki beş adamdan biri hesab edirdi. Mükafatları da o qədər çox idi ki, saymaqla qurtarmırdı. Başında olub-qalan saçının xeyli hissəsini də z...
ANL
Dünya xəritəsində Azərbaycan məmləkəti bir bənövşə yarpağı boyda yer tutur. Amma söz ustadlarının, poeziya korifeylərinin sayına və sanbalına görə Azərbaycan dünyanın poeziya xəritəsində çox nəhəng görsənir – Nizamisi, Xaqanisi, Nəsimisi, Füzulisi, Sabiri, Hadisi, S.Vurğunu, R.Rzası ilə. Hər il nəşr olunan “Poeziya gün...
ANL
“Oliver Tvistin macəraları”nın premyerası təqdim olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi ingilis yazıçısı Çarlz Dikkensin “Oliver Tvistin macəraları” tamaşasının premyerası sənətsevərlərin ixtiyarına verilib. Müəllifin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru xalq artisti ...
ANL
Azərbaycan xalçası YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında. Mədəniyyət vəTurizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Keniyada keçirilən YUNESKO toplantısında Azərbaycan xalçasının sözügedən mötəbər siyahıya daxil edilməsi məsələsi də müzakirə edilib. Müzakirələr Azərbaycan xalçasının bu siyahı...
ANL
Əkrəm Əylisli üçün ön söz. Bu şənbə Əkrəm Əylisli gəlmişdi universitetimizə. Onun müdrik, ağır addımları bizim şıltaq tələbə addımlarımızla düz iki saat yol getdi. Yol getdi deyəndə mən zamanı nəzərdə tuturam. Qoy belə deyim, hesabat verməyə gəldi. Əkrəm Əylisliylə görüş, məncə, elə Bakı Dövlət Universitetinin qarşısın...
ANL
Həyat lövhələri. Məktəbin “gülər üzü” sayılan Ramazan müəllimin son vaxtlar nədənsə üzü gülmürdü. Həmişə deyib-gülən, səsi məktəbi başına götürən, hay-küylü, şit hərəkətləri, zarafatları ilə çoxlarının zəhləsini tökən Ramazan müəllimdən əsər-əlamət qalmamışdı. O, müəllimlər otağının bir küncünə sıxılıb elə bil hər şeyd...
ANL
Bir saatdan artıq bir vaxt idi ki, zibilliyin içində balacaboy, sarı saqqallı bir kişi eşələnirdi. Köhnə uşaq arabasının içində üç-dörd boş butulka, bir-iki dəmir qırığı var idi. Qurşağa kimi böyük zibil yeşiyinin içinə girib qızıl axtarırmış kimi əlləri ilə zibilləri qarışdırırdı. Birdən arxadan yumşaq yerinə dəyən gü...
ANL
Özümü mətbəxdə guya iş görürmüş kimi göstərməkdən bezdim. Kimə göstərirdim axı özümü? Evdə heç kim yox idi. Amma beləcə başımı qatırdım, özümü aldadırdım, çünki yata bilmirdim. Soyuducunu açıb, içini səliqəyə salmaq istədim. Göyərtini təmizləyib suyun altına qoydum. Qəhvədanı yuyucu tozla sürtdüm. Sonra gözüm dəsmallar...
ANL
Hər ömür bir kitabdır. Hər ömrün bir kitab olması fikri çoxdan başımda fırlanırdı. Bu fikir, bəlkə də, kitabxanaçı olmağımdan, kitablara sonsuz məhəbbətimdən, kitablarda oxuduğumu insanlarda axtarmağımdan irəli gəlmişdi. Başımda dolanan bu fikrin qəlbimə keçməsinə, təsdiqini tapmasına bu günlərdə çox böyük hörmət və eh...
ANL
Nasir kimi imzası yaxşı tanınan Novruz Nəcəfoğlu “Dünya duracaq yer deyil...” adlı xatirə-memuar janrında yazdığı publisistik kitabı ilə oxucularla növbəti görüşə gəlib. Bəri başdan deyək ki, səfər təəssüratı ilə bağlı faktlarla zəngin bu maraqlı kitabın elə ilk səhifələrindəcə müəllifin də qeyd etdiyi kimi kökümüzə, m...
ANL
Bu il ədəbi-mədəni həyatımıza daha çox Rəsul Rza ili kimi daxil oldu. XX əsr Azərbaycan poeziyasının təkrarsız simalarından birinin 100 illik yubileyi əvvəlki miqyas və təntənə ilə keçirilməsə də, şəxsiyyətinə və sənətinə bələd olanlar üçün mədəniyyət hadisəsinə çevrildi. Fikrim yubiley məqaləsi yazmaq deyil. Sadəcə, b...
ANL
NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, h...
ANL
KAMAL ABDULLANIN 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ. Mən rast gəlməmişəm. Amma məncə, bu söz yazımın bugünkü qəhrəmanına, məclis dilində desək, səbəbkarına – Kamal Abdullaya çox uyğun gəlir. Dəyərli Kamal müəllimin yubileyi ilə bağlı bu yazının bəzi hissələrini qaralaya-qaralaya düşünürdüm ki, onun həm bədii, həm elmi yara...
ANL
“Azərbaycanda bir nağılla rastlaşdığınızı söyləyin: o nağılın adı teatrdır!”. Bugünlərdə Bakıda Beynəlxalq Teatr Konfransı uğurla başa çatdı. Konfransın bağlanışı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin maraqlı çıxışı ilə yadda qaldı. Həmin çıxışı oxucuların diqqətinə çatdırırıq. Hörmətli qonaqlar, əziz...
ANL
“Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır”. Quzey Kıprıs Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin prorektoru, mühəndislik fakültəsinin dekanı, professor Fəxrəddin Məmmədov bu günlərdə “525-ci qəzet”in qonağı olub. Qeyd edək ki, 15 ildən artıqdır sözügedən universitetdə çalışan F.Məmmədov həm də Kıbr...
ANL
Erməni absurd teatrının yeni tamaşası: baş rolda Serj Sarkisyan. Əsrlər boyu, son iki yüzillikdə isə daha azğın formada məkrli erməni millətçiləri Azərbaycan xalqına, onun torpaqlarına, maddi və qeyri-maddi mədəni irsinə qarşı ekspansionist, təcavüzkar və terrorçu siyasət aparırlar. Təsadüfi deyil ki, onların çirkin əm...
ANL
Noyabrın 20-dən 22-dək Gənc Tamaşaçılar Teatrının səhnəsində Soundrama janrında olan “Toy” tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanın səhnə müəllifi, rejissor, aktyor və bəstəkar Vladimir Pankovdur. Qeyd edək ki, Soundrama janrı tamamilə yeni, eyni zama...
ANL
Rəsul Rza poemalarına çağdaşlıq prizmasından bir nəzər. Milli düşüncə tariximizdə elə mütəfəkkir yaradıcı şəxsiyyətlər mövcud olub, onların hər biri bir ömürlük vaxt çərçivəsində elə qüdrətli sənət nümunələri ərsəyə gətiriblər ki, sonralar bir neçə nəsil bu əsərləri tədqiq və təhlil edib. Həmçinin bu prosesdə müxtəlif ...
ANL
“Doğulacaq qadın” təqdim olundu. Bu dəfə gənc, istedadlı xanım, şairə və publisist Aysel Əlizadənin qələmindən çıxanların təqdimatı ədəbiyyatsevərləri Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda bir araya topladı. Dəvətlilər sırasında olduğum üçün vaxt yaxınlaşan kimi özümü yetirdim ora. Qonaqların dəhlizdən eşidi...
ANL
“Həzrəti-Əli aşiqi Füzuli” kitabı təqdim edilib. Noyabrın 23-də “Divani-hikmət” məclisində filologiya elmləri namizədi Vərağa Almasovun Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” kitabının təqdimat mərasimi keçirilib. Birlik sədrinin müavini, şair Taleh Həmid...
ANL
Əbülfəs Qarayev: “Azərbaycan xalçaçılıq məktəbi dünya tərəfindən tanındı”. “Azərbaycan xalçasının UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salınması böyük hadisədir. Bu yolda müəyyən maneələr var idi. Lakin komissiya üzvləri Azərbaycan xalçaçılıq sənətinin yüksək səviyyədə olmasını nəzərə alaraq yekdilliklə ...
ANL
Azərbaycanda milli ailə ənənələrinin təbliğində bədii ədəbiyyatın hər zaman böyük rolu olub. Bu mövzuda yazılan bədii əsərlər cəmiyyətdə milli ailə ənənələrinin yayılması və qorunması, xüsusən yeni nəslin bu ruhda tərbiyələnməsi baxımından köklü əhəmiyyət daşıyıb. Hazırkı mürəkkəb dövrdə də bu mövzuda əsərlərin yaranma...
ANL
Gecə yarıdan keçmişdi. Çadır düşərgəsində itlərin tənbəl-tənbəl hürüşməsindən başqa heç bir səs-səmir yox idi. Xaçın çayın qıjıltıyla axan suyunun səsi uzaqdan belə eşidilirdi. Ay gəlin kimi bəzənib aləmə işıq saçırdı. Arada bir İsaq-Musaq quşlarının səsi gəlirdi. Ta qədimdən onlar bir-birini haraylayırdılar. Bax belə ...
ANL
(Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı haqqında qeydlər). Dünyada bir-birinə oxşar iki yazıçı yoxdur. Hər bir yazıçı (söhbət istedaddan gedir) təkdir, bənzərsizdir. Təbii ki, həmin yazıçı digər bir yazıçıdan təsirlənə bilər, lakin fərdi üslubu etibarilə o, kiməsə oxşamır. Hər bir yazıçı da bütün yaradıcılığı...
ANL
“Molla Nəsrəddin” rəssamı: Xəlil Musayev. Yazı həyatına yeni başlayanların hamısı kimi ilk vaxtlar mən də çox çap olunmağa can atırdım. Odur ki, araşdıra bildiyim hər məsələdən yazırdın. Bütün yaradıcılığını bir şəxsiyyətə və mövzuya həsr etmiş “şünas” (ifadə mərhum akademik Ziya Bünyadovundur) həmkarlardan biri hətta ...
ANL
Dostluğumuz tələbəlikdən başlamış Kamal Abdullanın Dekabrın 4-də 60 yaşı tamam olur. Bu yubileyə həm dostluq borcum kimi, ən əsası isə mədəniyyətimiz və ədəbiyyatımız qarşısında borcum kimi yazı hazırlamalıydım. Təsadüfən arxivimdən rastıma 20 il qabaq Kamalın qəribə adlı “Əvvəl-axır yazılanlar” kitabı haqqında məqaləm...
ANL
BU İZ BİZİ TARİXİMİZDƏN QOPARIB GƏLƏCƏYƏ APARIR. Bir vətəndaş kimi sevirəm bu adı, bir tələbə kimi dinləyirəm, bir oxucu kimi oxuyuram bu adı, bir dost kimi dəstəkləyirəm bu adı. Çünki, Kamal Abdulla mənim ən yaxın dostumdur. Onu mənə dost etdirən onun ziyalılığı, onun sadəliyi və səmimiyyətidir. Kamal Abdulla ilk növb...
ANL
Unutmağa hər an Kamal Abdulla var. O “unutmağa kimsə yox” yazsa da, yaxından tanıdığı, tanımadığı onlarla adamı hər an bəlkə də onun qədər xatırlayan, unutmayan yazar yox kimidir. Heç kimi unutmazkən hamını unudur. Kamalla az-az görüşsək də, o heç özünün də xəbəri olmadan şəxsən mənə o qədər doğmadır ki, bu sətirləri y...
ANL
NƏŞRLƏRDƏ İXTİSAR VƏ “REDAKTƏ” EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, h...
ANL
Fəlsəfi publisistika: Bu zamanın və bu məkanın tələbi. “BAXIŞ BUCAĞI” KİTABININ MÜƏLLİFİNƏ AÇIQ MƏKTUB. Çox hörmətli Səlahəddin müəllim! Mən adətən kitabları, həm də mənə maraqlı olan kitabları birnəfəsə oxumağı lazım bilirəm. Həyatımda belə kitablar çox olub. Sizin xeyli vaxtdan bəri masamın üstündə olan “Baxış bucağı...
ANL
“Oldu”- sözündən bir saat sonra vaxtaşırı görüşdüyümüz çay evlərindən birində görüşdük. Uzatmadan danışacam. O gün, o gözəl gün, minlərlə çay evindən heç nəyilə seçilməyən o adi məkanda, Əsəd Cahangir gözlərindəki həmişəki dərin parıltı ilə dilləndi: “Mənə bir jurnalın baş redaktorluğu təklif olunub. Səni də baş redakt...
ANL
PAŞA QƏLBİNUR: “MƏNİM ÜÇÜN ƏN VACİB İŞ HƏKİMLİK, ƏDƏBİ YARADICILIQ, İCTİMAİ FƏALİYYƏTDİR”. Qurultayda müzakirə olunan məsələlər, qəbul ediləcək qərarlar barədə “525”ə müsahibəsində DAK-ın həmsədri, tanınmış oftolmoloq, ictimai xadim Paşa Qəlbunur danışıb. – Paşa müəllim, DAK-ın növbəti qurultayında hansı məsələlər günd...
ANL
Dərddən yazmaq dərdi. Əslində o kitabı çoxdan oxumalıydım. Oxuya bilmirdim. Ona görə yox ki, bəzilərinin bəlkə də özlərinə təskinlik üçün dedikləri kimi “indi oxumaq vaxtı deyil”. Sadəcə olaraq, nədənsə çoxdan əldə etdiyim bu kitabı oxumağa vaxt tapa bilməmişdim. Ancaq bu zərif olduğu qədər də qüdrətli xanım-xatun jurn...
ANL
Hərdən mənə elə gəlir ki, Fikrət Sadıq elə beləcə doğulub. Elə beləcə şair gəlib dünyaya. Bu gözəl şairimiz öz görkəmi, bəyazlığı, danışığı, oturuşu və yumşaqlığı ilə seçilir. 80 yaşını sağlıqla gözlədiyimiz bu insanı dindirmək də xoşdur, oxumaq da. Ona qulaq asdıqca, əsərlərini oxuduqca mənə elə gəlir ki, o, başqa bir...
ANL
İordaniya Krallığında Azərbaycan Mədəniyyəti Günləri. Noyabrın 29-dan dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Məlumata görə, Azərbaycan ilə İordaniya Haşimilər Krallığı aras...
ANL
“Arşın mal alan” Pekində çin dilində tamaşaya qoyulub. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Opera və Balet teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində Pekin şəhərindəki Tiençiao Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin...
ANL
“Ədəbi-bədii düşüncənin sərhədləri” işıq üzü görüb. Tanınmış ədəbiyyatşünas alim, dəyərli publisist Şirindil Alışanlının “Ədəbi-bədii düşüncənin sərhədləri” adlı kitabı nəşr olunub. Kitaba XX əsr ədəbiyyatının dövrləşdirilməsi, yenidən dəyərləndirilməsi, eləcə də poeziyanın və nəsrin bədii təkamülü ilə bağlı maraqlı tə...
ANL
“Əlavə təsir” bədii filminə ilk baxış keçirilib. Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Əlavə təsir” bədii filminə ilk baxış olub. APA-nın məlumatına görə, film Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr edilib. Daxili işlər orqanlarının əməkdaşları filmin ilk...
ANL
Yaşıl qaranlıqlar içində göy işıqlar və yaxud atamla söhbət. Allah sənə rəhmət eləsin, Əli bəy Hüseynzadə. A.Eynşteynin oğlu dünyanın ən məhşur psixiatoru olmaq istəyirdi. Çoxdandır ki, maraqlı bir mövzu üzərində işləyirdim. Başqalarını deyə bilmərəm, amma mənim üçün bu mövzu olduqca maraqlı bir mövzu idi. “Artur Şopen...
ANL
İlyas Əfəndiyev nəsrində psixologizm və polifonizm. Ədəbiyyat tariximizdə xüsusi yeri olan, Türk dünyasının ünlü sənətkarı, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin zəngin və çoxçeşidli yaradıcılığı onlarca elmi monoqrafiyaların, tədqiqatların və araşdırmaların mövzusu olub. Bu əsərlərdə səlis və şirin təhkiyə ilk cüml...
ANL
Oxuyur “Qarabağ bülbülləri”... AĞDAM RAYONLARARASI MUĞAM MƏKTƏBİNİN FƏALİYYƏTƏ BAŞLAMASININ 25 İLİ TAMAM OLUR. Rafiq Rəhim oğlu Rüstəmov 1945-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. Peşəkar tarzəndir. 1985-ci ildən Xan Şuşinski adına Ağdam rayonlararası Muğam məktəbinin direktorudur. 1989-cu ildə səmə...
ANL
Cümhuriyyət naziri. Lakin Rəşid xan uzun müddət işsiz qalmadı. Azərbaycan Cümhuriyyəti rəhbərliyinin dəvəti ilə Bakıya gəldi. P.Kotsev hökumətinin süqutundan doqquz gün sonra, martın 14-də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökumət kabinəsində xalq maarifi və dini etiqadlar naziri oldu. Eyni zamanda “Əhra...
ANL
İç Pərvizlə Dış Pərviz ASİ olub “Yad dildə” romanının öldüyü versiyanı bəyan edər. Birinci bölüm: Ekstraversiya: Bayırroman və Dış Pərviz. Biz də İçəriromana keçəcəyik, amma Bayırromanda – kitabın girişi və arxa qapağında müəllif haqda elə fenomenal məlumatlar verilir ki, fikrimizcə, bunlar üzərində dayanmağa dəyər: Ar...
ANL
O zaman Yazıçılar İttifaqının gözəl bir ənənəsi var idi: Bakıda poeziya axşamları keçirilirdi. Yazıçılar, şairlər, publisistlər, tərcüməçilər, ümumiyyətlə, şəhərin ədəbi ictimaiyyəti Bakının ən gözəl, xudmani bağlarından biri olan Sabir bağına və yaxud mərkəzin ən gurultulu, insanlarla aşıb-daşan Füzuli meydanına yığış...
ANL
ŞEİRƏ SIĞMAYAN ÖMÜR... Yaxın günlərdə İlyas Əfəndiyevə həsr olunmuş şeirlər kitabı (tərtib edəni və redaktoru Günay Əfəndiyeva) işıqüzü görəcəkdir. Oktyabr ayının 3-ü böyük ədibimizin xatirə günüdür. Həmin kitaba yazılmış ön sözləri və bəzi şeirləri oxuculara təqdim edirik. Təzələr içində təzədən təzə, Köhnələr içində ...
ANL