text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nəsirəddin Tusidən Kolumba "ötürülən" kəşf. VƏ YA OĞURLANMIŞ XƏRİTƏNİN SİRRİ. IX-XIII yüzillərdə biz - Azərbaycan və Anadolu türkləri yüksək sivilizasiyanı açıq-aşkar yaşamışıq: təhsil müəssisələrimizlə, dünyada ilk "sinif-dərs" sisteminin tətbiqi, astronomiya elminin uğurları ilə... Qan qardaşımız Anadolu-Osman... | ANL |
Valideynlər övladlarını uşaq bağçalarına niyə etibar etmirlər? "Bağçalardan gündə bir video çıxır. Tərbiyəçilər körpə uşaqların başına qapaz vurub, döyürlər, onlara travma yaşadırlar. Gələcəkdə həmin uşaqlarda hansısa bir geriləmə, fəsadlar üzə çıxır. Biz də övladımızı kameralı bir bağçaya qoymuşduq. Uşağı kənarda saki... | ANL |
Gənc yazarların yaradıcılığına dair məruzə dinlənilib. AYB gənclər şurasının sədri Fərid Hüseynin məruzəsi müsbət qiymətləndirilib. AYB-nin sədr müavini Rəşad Məcid tədbiri açıq elan edərək qurultaylararası hazırlanan məruzələrin dövrün ədəbi icmalını əks etdirməsi baxımından vacib olduğunu diqqətə çatdırıb: “Bu, qa... | ANL |
Kaş atam Şuşanı görə biləydi... (Bu qeydləri mərhum Ənvər Əhmədin qızı İlhamə Ənvərqızı atasının ölümündən bir gün əvvəl özünün feysbuk səhifəsində paylaşmışdı). Ancaq həmin gün atam şəkər xəstəliyindən komaya düşdü və 30 ildir həsrətində olduğu Şuşaya gedə bilmədi. Atam komadan iki gün ayıldı, kostyumunu geyinib tə... | ANL |
XATİRƏ-HEKAYƏ. Moskva altındakı "Peredelkino" Yaradıcılıq evində bir qadının məkrinə düşdüm. Yaradıcılıq evinin direktoru Qalina Sergeyevna sənədlərimə baxa-baxa: - Sizin Rəsul Rza da burdadır. Yenə ikinci mərtəbədə, kitabxananın yanındakı otaqda? Sizinlə qonşuluqdadır. Bir qonşunuz da erməni yazıçısı Hamo Saqiy... | ANL |
"Tilsimlənən saz"ın taleyi. Görəsən, insanlardamı unutmuşdu? Bu qədər təsadüf ola bilərdimi? İnsanlarsa, bu qorxunc, soyuq, vahimə dolu müharibənin başlanan günündən etibarən təşviş içində idilər. Hadisələr qarışıqdır, lakin o hadisələri çözmək üçün bizim sehirli bir açara, ya da çubuğa ehtiyacımız yoxdur! İsfəndiyar k... | ANL |
Tariximizin qara səhifəsi: Qarabağda Xan ailəsinin torpaqları necə zəbt olundu? Sovet dövründə tarix dərsliklərində Şimali Azərbaycanın 1813-cü ildə işğalını bizə Rusiyaya birləşmə kimi təqdim edənlər, bu hadisə ilə yurdumuzda sülhün, əmin-amanlığın yaranmasını önə çəkirdilər. Halbuki Rusiyanın Cənubi Qafqaza gəlişi... | ANL |
Rejissor Rasim Ocaqovun "İstintaq" filmində Şəfiqə Məmmədovanın ustalıqla yaratdığı Gülyadan başqa (mən bu obraz haqqında da yazacam ) digər bir filmində də bu adı daşıyan qadın obrazı ilə qarşılaşırıq. Söhbət "Ölsəm, bağışla" filmindəki qaragöz, qarasaç, yaraşıqlı Azərbaycan gözəli Gülyadan gedir və mən bu gün... | ANL |
Azərbaycan Cümhuriyyəti Hökumətindəki və Parlamentindəki polyaklar. Azərbaycanın Xalq Cümhuriyyəti dövründə Sosial Təminat naziri olan Viktor Viktoroviç Klenevski 1883-cü ilin fevralında Yelizavetpol (Gəncə - red.) şəhərində anadan olub. Milliyyətcə polyak olan Klenevski, Universitet təhsili almışdı və ixtisasca hüq... | ANL |
Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri ... | ANL |
Dul qadının tənhalığı. Direktor dönə-dönə dedi ki, Ruhiyyə xanımla biz çox əlverişli olan bir müqavilə bağlamışıq və güman edirəm ki, fars yazıçılarının əsərləri indiyədək bizdə populyar olmadığından, onlar oxucu kütləsinə təqdim edildikdən sonra biz gur tələbatla üzləşəcəyik. Çünki indiyə qədər Azərbaycan oxucus... | ANL |
Köhnə kişilərdən öyrəndiklərim. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində Mədəniyyət Nazirliyinin çap etdirdiyi "Nəsimi: edamdan sonrakı həyat" adlı monoqrafiyamın təqdimatı keçirilirdi. Çıxışımda dedim ki, bu məbəddə Həmid Araslı, Abbas Zamanov, Bəkir Nəbiyev kimi böyük insanlar ad-san qoyub getmişlər... | ANL |
Şanlı nəslin sorağında: Heydər ağa Şahtaxtinski haqqında mühüm qeydlər. Tariximizdə iz qoyan şəxsiyyətlərdən biri də Heydər ağa Heydər ağa oğlu Şahtaxtinskidir. Onun haqqında əvvəlki bəzi yazılarımızda qısaca məlumat vermişik. İndi isə bu barədə daha ətraflı söz açmağımıza imkan yaranıb. Buna əsas səbəb isə onun ... | ANL |
"Pandemiyanı yenilənmə dönəmi kimi qəbul etdim". Tanınmış modelyer Könül Vəlibəyli: "Bu dönəmdə daha gözəl ideyalar, fərqli layihələr, yeni kolleksiyalar ortaya qoydum". Uzun pandemiya zamanında aktiv fəaliyyətinə ara verməli olan məkanlardan biri də Bakı Milli Geyim Evi idi. Azərbaycanın zəngin geyim mədəniyyətini,... | ANL |
Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı. XX əsrdə qardaş Türkiyədə görkəmli ədəbiyyatçı kimi qəbul edilən ədəbiyyatşünas alimlərindən biri də professor Əhməd Kabaklıdır. Bundan başqa o, ədəbiyyatşünaslıq elminin bir çox əsas sahələri ilə dərindən məşğul olan və bu istiqamətlərin hər birində mühüm elmi nailiyyətlə... | ANL |
Səni unutmarıq, əziz Tatyana! Milli dərdlərimizə qəlbən və ruhən ortaq olan fədakar jurnalist Tatyana Çaladzeni şanlı zəfər dönəmində də ehtiramla anırıq. Belə bir fikir var ki, kədərində üzülənin çox olar, əsl dost sevincinə sevinməyi bacarandır. Axı saxta hüzn yaratmaq olur, amma saxta sevinc heç də inandırıcı ... | ANL |
Özü səmalara çəkilənlərin izi yaddaşlardan silinə bilməz. “Başqaları, dahi belə olsalar, biz onlar kimi düşünür və xəyal qururuqsa, keçmişdəyik. İrəli getmək üçün fərqli davranmaq, maneələri aşmaq lazımdır”. Hətəm Quliyev. İndi bir insanın qarşımdakı masa üzərində qalaqlanmış, dünyanın müxtəlif yerlərində, ömrün müx... | ANL |
Milli Kitabxana daha bir virtual sərgi hazırlayıb. Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun anadan olmasının 65 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kita... | ANL |
Bu dəfə həmsöhbətim çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı və dramaturq, professor Əli Əmirlidir. Yaradıcılığı geniş oxucu və tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmış, pyesləri müxtəlif teatrların repertuarında xüsusi yer tutan dramaturqla onun məşhur "Mesenat" əsəri tamaşası ba... | ANL |
Tale təzadlarının acı qisməti. Nə yaxşı olardı ki, hər kəsin taleyi məhz öz əməllərinin və mənəviyyatının müqabili olaydı, hər kəs məhz layiqli qismətinə çataydı... Hər kəs xoşbəxtliyə can atır və onu müxtəlif yollarda axtarır. Amma özündən asılı olmayan sevgi qisməti onun iradəsinə tabe olmur. Ürək sevgi qismətinə, ... | ANL |
Qabiliyyəti, istedadı və talantı harada itiririk? Qabiliyyəti olmayan uşaq yoxdur. Bu fikir bu gün psixologiyada aksioma kimi səslənir. Lakin qabiliyyəti üzə çıxmayan (və ya vaxtında üzə çıxmayan) uşaqlar var. Görəsən, harada səhv edirik ki, bütün uşaqların qabiliyyətini vaxtında aşkar edə bilmirik? Uşaqlar valid... | ANL |
Gənclər niyə intihara əl atırlar? Ekspertlər intiharı yaradan səbəblərdən danışırlar. Son vaxtlar mətbuatda tez-tez intihar halları ilə bağlı xəbərlər izləyirik. Xüsusilə, gənclərin intiharı seçməsi problemi doğuran səbəblərin araşdırılmasını zərurətə çevirir. Hər il yeni-yeni intihar hadisəsiləri müşahidə olunur. Bi... | ANL |
Xalqımızın təbiətə münasibəti Novruz çərşənbələrində. Novruz bayramı ilə çox sıx əlaqəsi olan amillərdən biri də Novruz çərşənbələridir. Aydındır ki, bu çərşənbələr qışın son ayının çərşənbələridir. Azərbaycan xalqının milli-fəlsəfi dünyagörüşündə Novruz çərşənbələri həyatın təməli hesab edilən dörd ünsürlə - od... | ANL |
Hazırda dünyada təxminən 1,4 milyard insan miyopiyadan əziyyət çəkir. Eyni zamanda, dünya əhalisinin 10 faizində miyopi dərəcəsi güclənəcək ki, bu da tam korluq riski ilə əlaqələndirilir. Azərbaycanda da göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı durmadan artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Valideyn... | ANL |
Müəllimlərin işə qəbulu: yeniliklər inkişafa təkan verir. Təhsilin uğurlu inkişafı savadlı və peşəkar kadrların fəaliyyətindən birbaşa asılıdır. Bu səbəbdən perspektivli namizədlər arasında düzgün seçim apararaq onların mütəxəssis kimi təhsil müəsisələrinə cəlb olunması aktual məsələlər sırasındadır. Son illər Təhsil ... | ANL |
Ana dilimizə sadəcə bir ünsiyyət vasitəsi kimi deyil, xalqın tarixinin vərəqləndiyi bir vasitə kimi baxmalıyıq. Bəli, dilə verilən dəyər tarixə, ədəbiyyata, mədəniyyətə verilən dəyərdir. Eksperiment aparılarsa, asanlıqla təyin edilər ki, dilinə biganə yanaşan tarixi keçmişinə də, soykökünə də, milli düşüncəsinə də ... | ANL |
Küveytdə kino və kinematoqrafiya. Küveytin ilk tammetrajlı filminə nəzər salsaq, bizim keçmiş kinematoqrafımızla oxşar klişe, yəni qəlib dramaturgiya, süjet, konflikt və digər analogiyalar görəcəyik. Şərqin patriarxal ruhunun dominantlığı bu filmdə ərəb ölkəsi rakursunda verilsə də, ekrana köçürülən faciə yoxsull... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Avropalı kimi ilk dəfə Çində olmuş Marko Polonun XIII əsr tibetliləri barədə yazdıqları daha böyük təəccüb doğurur. Məşhur venetsiyalı səyyah Tibetdə qızların "qonaqlarla fahişəlik etmək" qaydasını təsvir edir. O deyirdi ki, orada bakirə qızla evlənmirlər, hesab edirlər ki, ərə gedənə ... | ANL |
"Səttar Bəhlulzadə" portreti. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Zülfiyyə Sadıqovadır. Zülfiyyə xanımla Xalq rəssamı Toğrul Nərimanbəyovun "Səttar Bəhlulzadə" portreti haqqında danışmışıq. Xalq rəssamı Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdən... | ANL |
Qaranlıq düşmüşdü. Ertəsi gün dərslər başlayacaqdı. Dəhşət həyəcanlıyam. O da mənim kimi magistratura proqramında oxuyacaqdı. İrandan gəlmişdi. Bir neçə gün qabaq yataqxanada tanış olmuşduq. - masa arxasındakı o biri həmsöhbətimiz Kemal soruşdu. Peymanla başımızı yelləyib təsdiqlədik. Kemal Türkiyədən gəlmişdi, b... | ANL |
Kölnə yenicə köçmüşdüm. İnsan yeni bir şəhərə köçəndə, bəlkə də, şəhəri gözündə çox böyüdür və əsassız qorxuya düşür. Bu qorxu yabançılıq qorxusudur. Psixoloqlar bunu "neofobiya" (yenilik qorxusu) adlandırırlar. İçimdə qorxu ilə yanaşı, bir yorğunluq, laqeydlik də vardı. Uzun müddət idi ki, əlimə qələm götürməyə də tə... | ANL |
Pərvinin esse yaradıcılığı. Zaman sürətlə dəyişir və bu dəyişmələr həyatın bütün sahələrində olduğu kimi, ədəbi-bədii-publisistik yaradıcılığı da əhatə etməkdədir. Ədəbi-bədii yaradıcılığın janr palitrası bir tərəfdən zənginləşməkdə, digər tərəfdən deformasiya prosesi keçirməkdədir. Bədii sözün roman, trilogiya ... | ANL |
Sonsuz ehtiramdan yaranan misilsiz əsərlər. Ulu öndər Heydər Əliyevin parlaq obrazı böyük xalçaçı-rəssam Kamil Əliyevin yaradıcılığında. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm xidmətlərinin nəticəsidir ki, qədirbilən xalqımız da dahi rəhbərin adının əbədiləşdirilməsi, yaddaşlarda əbədiya... | ANL |
Bu dəhşətli hadisəni, Xocalı faciəsini yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə etmək olar. Xocalı faciəsi təsadüfi hadisə deyil. Bilirik ki, ermənilər azərbaycanlılara qarşı hər zaman əsassız ərazi iddiaları iləri sürmüşdülər. Bu haqsız iddi... | ANL |
Tarix unudulmur: Faciə də tarixdir. Ermənistan müxtəlif dövrlərdə müxtəlif üsullarla Azərbaycandan min hektarlarla ərazi almışdı. Bu, Moskvanın Ermənistana - erməniliyə siyasi yarınması idi. Sərhədlərini bu şəkildə genişləndirən Ermənistan Qorbaçov dövründə daha ciddi siyasi təxribatlara meyilləndi, Sovet rejimi... | ANL |
Yeni ilin ilk günlərindən birində silah səsləri eşidən 16 yaşlı qızcığaz çox keçmədi evlərinin önündə atasının cansız bədəni ilə qarşılaşdı. Ötən il isə Meksikada 7 jurnalist suiqəst nəticəsində öldürülüb. Bu qətillər artıq Meksika üçün adi haldır. Hətta, keçən ilin dekabrında adı açıqlanmayan bir hökumət rəsmisi demiş... | ANL |
Şəhid qardaşlar. Həyat həm gözlənilmədən sevinc yaşadar, həm də gözlənilmədən bir qara daş olub çırpılar qapına, bacana, sakitliyinə... Və ən ağrılısı odur ki, oturub düşünərsən: Bu daş qəfil idimi, həyatın üzümü çöndü? Qəfil deyildi heç nə - yanında, gözünün qabağındaydı bu xəyanət daşı. Kim deyir ki, ermənilərin xəy... | ANL |
Rəfail İncəyurdun poeziyası haqqında düşüncələr. Vaqifdən, Vidadidən, Vurğundan sonra Qazax elində bir-birindən istedadlı şairlər, Azərbaycan bədii dilini yüksək pilləyə qaldırmağa çalışan ən qüdrətli söz sərrafları, sənətkarları yetişib. Azərbaycan ədəbiyyatında, aşıq yaradıcılığında özünəməxsus mərhələni təşkil edə... | ANL |
Bu il tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Şuşa şəhərinin tarix və mədəniyyətinin dünya ictimaiyyətinə akademik səviyyədə tanıtmaq imkanı yaranıb. Bir tarixçi kimi ilin əvvəlində öz tədqiqatlarıma və ictimai mövqeyimə əsaslanaraq tezis şəklində aşağıdakı məqamları nəzərə çatdırmağı borc bilirəm. Birincisi, mən ... | ANL |
Şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar. "Bu münasibətlərin düzgün tənzimlənməsi təlim və tərbiyə məsələlərinin həllində əsas rol oynayır". Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq. Məktəbdə sa... | ANL |
Azərbaycan - Avropa İttifaqı münasibətləri yeni səviyyədə. Azərbaycan prezidentinin aparıcı rolunun geosiyasi əhəmiyyəti. İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfər qazanması geosiyasi proseslərə yeni dinamika gətirdi. Cənubi Qafqazda indiyə qədər müşahidə edilməyən geosiyasi mənzərə yaranmağa başladı.... | ANL |
Son nəfəsə qədər Vətənə sədaqət. O, Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanların əhatəsində böyüyüb. Ruhid hələ kiçik yaşlarından müxtəlif idman növlərinə maraq göstərib. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edərək yüksək nəticələr sərgiləyib. Həmçinin, ... | ANL |
Şəhid Əmrah Rajapovun anım mərasimi keçirilib. Vətən müharibəsində qəhrəmancasına vuruşan, qızğın döyüşlərin birində ağır yaralanmış əsgər yoldaşını atəş altından çıxarmağa çalışarkən şəhid olan, nəşi yüz qırx gündən sonra tapılaraq, 2021-ci ilin fevralın 23-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılan əsgər Əmra... | ANL |
Ali hisslərin istedadlı tərənnümçüsü. Bəxtiyar Abi Astaralı (Abiyev Bəxtiyar Yusif oğlu) Astarada doğulub, mənə əziz və doğma adamdır; onu uşaqlıq illərimdən gözəl qarmon ifaçısı kimi tanımış və sevmişəm. O, musiqi sənətini fitri-istedadı hesabına mənimsəmişdi. Bəxtiyar elə bir fitri-istedada malikdir ki, notu heç bir ... | ANL |
Əhvalat vaqe olub başqa müəmmaya görə. Göstərib çöhrəsini zərrəcə Qeysin gözünə, Onu Məcnun eləyib guya ki, Leylaya görə. Ali istək Onadır, xəlq edib əcdadımızı, Adəmi əfv elədi sevdiyi Həvvaya görə. Çox sevənlər yaşadı, dünyasını vurdu başa, Cahana gəldi Şirin düşdüyü sevdaya görə. İnsana sevgi verib, cilvələyib istə... | ANL |
Maşın silkələdikcə qadının yarasından qan açılırdı. Üstünə əski basmışdılar. Xeyri yox idi. Şüursuz halda, başlarına gələnləri xatırlamağa çalışırdı. Yadına qırıq-qırıq bir şeylər düşürdü. Kəndi qoruyan əsgərlərin tək-tək atdıqları güllə səsləri, vəhşilərin kəndə doluşması, yandırılan evlər, amansızcasına öldürülən q... | ANL |
Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında da bu mövzu xüsusi yer tutur. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə Zəlimxan Ya... | ANL |
Seyfi qəfildən başını kəskin şəkildə qaldırıb üzündə qəribə ifadə ilə soruşur: - Nəyə? Gülya cavab əvəzinə Seyfinin üzündəki ifadəyə gülməyə başlayır və Seyfi də başını çantası arxasında gizlədə-gizlədə hər dəfə əcaib bir qiyafədə zühur etməklə komik tryuklar göstərir, Gülyanı daha ürəkdən gülməyə təhrik edir. S... | ANL |
Bəzilərimiz üçün günlər sanki kürəyində daş dolu bir çanta ilə dağa çıxmağa bənzəyir. Hər gün yorğunluq içində keçir və nə qədər dincəlsək də, özümüzə gələ bilmirik. Səhərlər çətinliklə oyanırıq, əzələ ağrılarından, yuxu pozğunluğundan əziyyət çəkirik. Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 3,6 faizi ... | ANL |
Dul qadının tənhalığı. Şahın ailəsi də heç də nümunə sayıla bilməzdi. Onun uşaqlıq dostu, sonra şah mühafizəsinin başçısı və SAVAK-ın rəisinin müavini işləmiş Hüseyn Fərdust özünün ingilis dilində nəşr olunan iri həcmli kitabında şahın əkiz bacısı xanım Əşrəfin əxlaqsızlığından, erməni deputatı Palançiyanla eşq m... | ANL |
Kim öldürdü gözlərini? Kipriklərin uzundumu, Tellərin nə rəngindəydi, Qaramı, qızılıydımı? Öldürdülər. Kim eşitdi qığıltını, bircə ağız ağladınmı? Param-parçaydı qolların, Şəhid etdilər səni! Göy müşəmbənin içindən. bir yol əl-qol da atmadın, Doğulmayan əllərini. Qolları qu lələyiydi, kirpikləri yelpik idi, Bildinmi k... | ANL |
Zəfər təranəsi. Bu münasibətlə istər sosial şəbəkələrdə, istərsə də mətbuat səhifələrində adıma ünvanlanan təbriklər çələnginə görə elliyinizə minnətdaram, İstəkli dostlar, qohumlar, tanışlar. Ağrı-acılarla yanaşı, həm də sevinclərlə ötüşən ömrümdə mənə fərəh gətirən, bu yaşa gəlib çatmamda yoluma işıq tutan hər... | ANL |
Ahəng və duyğular şairi. Əhməd Qəşəmoğlunun doğulub boya-başa çatdığı Vayxır kəndi, kəndin ətəyindən axıb Araza tökülən Naxçıvan çayı, baş tərəfində isə sıralanıb əfsanəvi Əshabi-Kəhf mağarası və Elanlı (Haca dağ) üzərindən Əlincə qalasınadək uzanan əzəmətli dağlar təbi, bədii istedadı olanlar üçün ən yaxşı mən... | ANL |
Şair Ramiz Qusarçaylının "Vətən" poemasını, məncə, onun yaradıcılığının zirvəsi hesab etmək olar. Poemanın mürəkkəbliyi, problemlərin dərinliyi və əhatəliliyi müəllifin tarixi biliyinin fəlsəfi mahiyyətini də açır. Müəllif Azərbaycan tarixini, zamanın və məkanın fəlsəfi-tarixi fikir gerçəkliyi kontekstində, tarixi x... | ANL |
Professor Səlahəddin Xəlilovun yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib. Fevralın 18-də İstanbulda Azərbaycan filosofu, professor Səlahəddin Xəlilovun fəlsəfi yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib. Türkiyənin nüfuzlu fəlsəfə jurnalı - "Öznə" dərgisinin təşəbbüsü ilə keçiri... | ANL |
Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı. Azərbaycan ədəbiyyatına dair geniş biliklərə malik olan professor Əhməd Kabaklı ədəbiyyat tariximizin hər mərhələsinin ana xətlərini və tanınmış sənətkarlarının yaradıcılıq özünəməxsusluğunu elmi cəhətdən əsasən düzgün müəyyən etmişdir. Bu baxımdan Əhməd Kabaklı orta əsrlər... | ANL |
Tələbə qəbulu qaydalarında yeni dəyişikliklər nə vəd edir? Məlum olduğu kimi, ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib. Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qərar imzalayıb. Qərara əsasən, abituriyentlər al... | ANL |
Seyidağa Mövsümlü: peşəkarlıq, fədakarlıq və unudulmazlıq. Dünyanın hər yerində, hər küncündə gündə yüzlərlə hadisə baş verir. Hazırda texnologiyanın, mətbu vasitələrin, informasiya ötürücülərinin, sosial şəbəkələrin artdığı və bu qədər fəal olduğu zamanda belə onların hamısından xəbər tutmağa çatdırmırıq. Cəmi ... | ANL |
Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasında Xocalı qətliamı ilə bağlı “Khojaly tragedy – 30” adlı ingilis dilində fotosərgi açılıb. Kitabxanadan AZƏR... | ANL |
Gənclər Kitabxanası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Unudulmayan faciə – Xocalı qırğını” adlı anım tədbiri keçirilib. Ulu öndər Heydər Əliyevin "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni mill... | ANL |
Xocalı qurbanları ADMİU-da anılıb. Fevralın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. 525.az xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim kollektivi və qonaqlar iştirak ediblər. Foyedə ADMİU-n... | ANL |
Tanınmış rejissor Arif Qazıyev vəfat edib. Azərbaycanın tanınmış televiziya rejissoru Arif Qazıyev fevralın 24-də 84 yaşında vəfat edib. Bu barədə mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib. | ANL |
Xocalı soyqırımı Milli Arxiv İdarəsində yad edilib. Milli Arxiv İdarəsində Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilib. Tədbirində Milli Arxiv İdarəsinin rəhbərliyi, idarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin direktor və direktor müavinləri iştirak ediblər. AZƏRTAC xəb... | ANL |
Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı Tehranda nəşr edilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabı Tehranda fars əlifbası ilə işıq üzü görüb. Ədəb... | ANL |
Xocalı faciəsini əks etdirən, 30 ildə olduğu kimi, bu gün də sona qədər izləyə bilmədiyim kadr və lentlərə baxdıqca bir daha başa düşdüm ki, azğın düşmən bizə ömrümüz boyu unutmayacağımız, qəlbimizi həmişə göynədəcək bir yara vurub. Bəlkə də, itirilmiş uşaqlıq, gənclik illərimizin, gözlərimizdə donan təbəssümün, vir... | ANL |
Faciənin şahidlərinin dilindən ürək dağlayan hekayətlər. Xocalıda üç övladını itirmiş Sədaqət Hüseynovanın hekayəti. Ayaq barmaqlarını və 3 körpə balasını buz kimi nəfəsiylə donduran, öz qaranlığına çəkən o meşəyə necə də nifrət edir Sədaqət. Dünyanın bütün daşlarını gücü çatdıqca tolazlayardı qollu-budaqlı ağac... | ANL |
Hələ 2014-cü ildə Ukraynada hakimiyyətə Qərb yönümlü siyasətçilər gələrkən bu ölkənin federativlik əldə edəcəyini və yaxud da bir neçə kiçik dövlətə parçalanacağını demişdim. Bildirmişdim ki, Ukraynanın ərazi bütövlüyünün qorunub-saxlanılmasının yeganə yolu ölkənin federallaşdırılmasıdır. Dünya təcrübəsində kifa... | ANL |
Rusiya-Ukrayna müharibəsi nə vəd edir? Fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 4-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlanması haqqında qərar verdiyini bütün dünyaya elan etdi. Ancaq müstəqil mənbələrin məlumatına görə, Rusiya prezidentinin müraciətindən 43 dəqiqə qabaq artıq... | ANL |
Dəyişən dünya, yeni çağırışlar və Azərbaycan polisi. 2 iyul Azərbaycan Polisi Günüdür. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik. Heydər ƏLİYEV, Ümummilli lider. Cinayətkarlığa qarşı... | ANL |
İmir Məmmədlidən. Amerika sağçı xristianlar hərəkətinin üzvü alim-politoloq Samoel Hantinqton 1998-ci ildə yazdığı "Sivilizasiyaların toqquşması" məqsədində deyirdi ki, XXİ əsr sivilizasiyaların qarşıdurması və toqquşması əsri olacaq. 2000-ci ildə sözügedən məqaləni genişləndirərək eyniadlı kitab nəşr etdirən S.Hanti... | ANL |
Səxavət Sahil fərqliliyi: "Nar ağacının nəğmələri". Səxavət Sahilin "Nar ağacının nəğmələri" kitabında toplanan şeirlər silsiləsi torpaq-budaq-yarpaq üçbucağının vəhdətini əks etdirir. Təbiətin ünsürləri cəmiyyətin ünsürlərinə təsirsiz qalmır. Yarpaq budağa pənah gətirib, budaq da yarpaqdan yapışıb. Yarpaq saralır, ye... | ANL |
Sayəsində ziyasından nur ələnən işıqlı ocağın bir üzvünə də çevrilmişəm. Ayrı-ayrı yollarla eyni məktəbə gəldik və eyni sinifdə qarşılaşdıq. İllər bir-birini qova-qova aramızdakı ünsiyyəti isindirdi və sonda bu günə qədər gələn bir dostluğun təməli oldu. Onunla müsahibə hazırlamaq həmişə istəmişəm. Bilirdim ki,... | ANL |
Faiq Xudanlı. Fəlsəfə üzrə fəlsəfə doktoru. Regionda yaşayan və fəaliyyət göstərən yaradıcı gənclərin inkişafı, onların tanıdılması, əsərlərinin nəşrinə dəstək Kürdəmir Regional Mədəniyyət İdarəsinin əsas fəaliyyət istiqamətlərindəndir. 2021-ci ildə regionun gənc qələm adamlarının üzə çıxarılması və dəstək göstərilm... | ANL |
Əlisəfdər HÜSEYNOV. ...Podtekst həm linqvistik, həm də qeyri-linqvistik elementlərinin iştirakı ilə yaradılanda daha ifadəli olur. L.Qaydayın məşhur "I" əməliyyatı və “Şurikin yeni macəraları" filmindəki birinci və üçüncü kinolovellalarda podtekst həm personajların nitqi, həm də onların hərəkətləri, jestləri, dig... | ANL |
Dul qadının tənhalığı. Həsənin öz iş üslubunu məhkum etməsi. İstedadlı cavan oğlan əhvalatı. Həsən Ruhiyyənin onun düşüncələrinə, davranışına tənqidi yanaşdığı qənaətinə gəldi və bunların yaranmasına əsas verdiyi üçün özünü qınamağa başladı: - Mən sizə xoş gəlmək üçün canfəşanlıq etdiyimi sezdiyiniz üçün, belə ... | ANL |
Əli Əmirlidən ustad dərsləri. Dramaturq - rejissor tandemi və ya dramaturq öz rejissorunu tapmalıdırmı? Dramaturqsuz teatr olmadığı kimi, rejissorsuz teatr da mövcud deyil. Bu iki peşə sahibi bir-birinə qırılmaz tellərlə bağlı olsalar da, hər biri özünü teatrda birinci hesab edir. Dramaturq olmayanı yazır-yaradır, ... | ANL |
Cüneyt Arkın Zaqatalada kimlərə gül bağışlayıb? Ötən gün dünyasını dəyişən “Yeşilçam” ulduzu, türk kinosunun əfsanəsi Cüneyt Arkın illər öncə Azərbaycanın Zaqatala rayonunda qonaq olub. Bir neçə kolxozu, məktəbləri gəzən məşhur aktyor sadə zaqatalalıların evinə gedib, vətəndaşlarla görüşüb. Bu unudulmaz görüşün təəs... | ANL |
Qoruya bilmək səlahiyyəti. Lətifə ORUC. Rüstəm iş otağında kresloda oturub, söykənəcəyə yayxanıb, gözlərini yummuşdu. Onun xəyalları keçmişdən indiyə gəlib, gələcəyə gedən yollarda dolaşırdı. Keçmiş və gələcək dumanlı idi, yalnız indini aydın görə bilirdi. Bu gün məhkəmədə olanlar çox mətləblərə işıq salmışdır.... | ANL |
Təsviri sənətdə özünəməxsusluq - Hafiz Məmmədov. Əsəd QULİYEV, Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü. Azərbaycan rəssamlıq məktəbinin formalaşmasında və gənc rəssamların yetişməsində onun da xidmətləri olub. O, uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı uzun müddət Ə.Əzimzadə adına Azərbayc... | ANL |
Xurşidbanu Natəvanın ədəbi taleyi. Mustafa Çəmənli. Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində öz yeri, xidmətləri olan Xurşidbanu Natəvan haqqında ilk dəfə ana nənəmin anası Yaxşı qocamdan eşitmişdim (Qarabağda mənim yaşıdlarım yaşlı nənələrinə "qoca" deyə müraciət edərdilər). Ömrünün gəlinlik çağını XIX əsrd... | ANL |
Rənglərin və izmlərin qovşağında. İsa Həbibbəyli. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı. Özünəməxsus zəngin ənənələrə malik olan Azərbaycan təsviri sənətində çoxüslublu inkişaf həmişə müşahidə olunmuşdur. ... | ANL |
Hüquq-mühafizə sistemi dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından”. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və ə... | ANL |
Şanlı qəhrəmanlıq tariximizi yaşatmaq naminə... UBLİKA "XATİRƏ KİTABI" REDAKSİYASI XALQIMIZIN RƏŞADƏT ÖRNƏYİ, FƏDAKARLIQ NÜMUNƏSİ GÖSTƏRMİŞ ÖVLADLARININ ADLARINI VƏ ƏMƏLLƏRİNİ YADDAŞLARA HƏKK EDİR. devizi ilə çıxış edən Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı" Redaksiyası hər zaman bu devizinə sadiq qa... | ANL |
"Kəlbəcərdə nəfəs kəsən mənzərələr gördüm". ƏLCƏZAİR SƏFİRİ: "AZƏRBAYCANLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ EDƏCƏYƏM". Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osman "525-ci qəzet"ə müsahibə verib. Səfir müsahibə zamanı Azərbaycanla Əl... | ANL |
Sirr qadın qəlbinə yükdür. Filologiya üzrə fəlsəfə doktoru. Populyar roman ümumi mənada geniş oxucu kütləsini cəlb edən, oxucuda maraq, həyəcan, mərhəmət kimi emosiyalar oyatmaq məqsədi daşıyan, sürətlə finala doğru yönələn, sıradan hadisələr və sadə insanlar üzərində qurulan ədəbi-bədii əsərdir ki, dəqiq xətlə... | ANL |
Həmsöhbətimiz dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun elə onun ad-soyadını daşıyan nəvəsi Tofiq Bəhramovdur. Müsahibimizlə mərhum Tofiq Bəhramov, Azərbaycan futbolu və digər bir sıra mövzu barədə danışdıq. - Mən hazırda Azərbaycan Dövlət Gömrük Komitəsində işləyirəm. Biz nəvələrini çox istəyirdi. Mən ... | ANL |
Ağlagəlməz qətl. 50-ci illərin yay günlərindən biri idi. Bakının dağlı məhəlləsində xırda həyətlərin birində Xədicə xalanın dəhşətli qışqırtısına məhəllədə yaşayan bütün qonşular yerlərindən dik atılıb həyətə çıxdılar. Xədicə xalanın fəryadının səbəbi ilə maraqlandılar və onun oğlu Salehi yataqda qan içində gör... | ANL |
Pərvanə SALMANQIZI. Könlümə yazmışam. Sənin adını. Allahın verdiyi, Lütfüsən oğlum. Sənin adınla bağlıdır. Sən gedəndən. Sən mənim canımda, qanımdasan, oğlum. Sən baxışlarımda, duruşumdasan. Mən həyatı yaşayaraq öyrəndim, Bütün çətinliklərə sinə gərdim, Kimisinə dost kimisinə sirdaş oldum, Kimlərinsə ümid yeri oldum. H... | ANL |
"Azərbaycan qadını milli dövlət quruculuğunun fəal iştirakçısına çevrilib". Qadın cəmiyyətdə böyük rola malikdir. Hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. Azərbaycan qadını - ənənələri, innovativli... | ANL |
Dini etiqad azadlığı: din-dövlət-cəmiyyət münasibətlərində mühüm faktor. Vicdan azadlığı vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur. Geniş mənada vicdan azadlığı, insanın əxlaqi özünənəzarət, cəmiyyət və özü ... | ANL |
Fənn Olimpiadaları: inkişaf yolunda mühüm mərhələ. Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-10-11-ci sinif şagirdləri və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi,... | ANL |
- Yenə həyəti doldurmusan oğurluq malla. - Rəis, oğurluq deyil, tikinti obyektindən sökülmüş yararsız taxtalardır. Aparıb qəsəbədən kənarda zibilliyə boşaldacağam. Rəşid çaşıb qaldı. Rəisə deməyə söz tapmadı. Bilmədi ürəyində rəisi söysün, maşınına bu atılmalı taxtaları qəpik-quruşa yükləyən fəhlələri, yoxsa ta... | ANL |
Şuşada Vaqif Poeziya Günləri başlayıb. İyulun 14-də Şuşada Vaqif Poeziya Günlərinin açılışı olub. Dahi Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə keçirilən tədbirdə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub. 525.az xəbər verir ki,Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı... | ANL |
Samuray mənəvi ruhu yaşayır. Müharibəyə başlamaq tarixi də təsadüfi seçilməmişdi. Bütün alternativlər sıradan çıxdıqdan sonra və yalnız bütün hərbi və diplomatik üstnlüklər onun tərəfində olmasına əmin olduqda müharibəyə başlayan Otto fon Bismark prinsipindən Azərbaycan Prezidenti İlham Əliyev ustalıqla istifadə ... | ANL |
"XXI əsrin Qarabağnaməsi" kitabı təqdim olundu. Neftçala rayonu ərazisinə görə ölkəmizin kiçik hissəsini təşkil etsə də, çox sayda vətənsevər tanınmış insanları, dəyərli qələm sahibləri, ziyalıları və yazarları ilə tanınır. O insanlar ki, hər biri ayrı-ayrılıqda öz fəaliyyətləri, xidmətləri ilə ölkəmizin ictimai-siya... | ANL |
Məhsəti MUSA. Uşaq vaxtlarımdan "Aran" qəzetində çap olunmaq böyük arzularımdan biri olub. Lakin bu qəzetdə adım ilk dəfə məhz ali məktəbə qəbul olunduğum il çəkilib. Bitirdiyim orta məktəbin ali təhsil ocaqlarına qəbul olunan məzunları ilə bağlı məqalədə adım, soyadım, atamın adı qeyd olunmuşdu. Yadımdadır, qır... | ANL |
Səməngül QAFAROVA. Durulaşan dünyanın dupduru sularında bu duru gözlərin işığında çox qaranlıq mətləblər zülmət qatından xilas oldular, işıqlandılar. O nurun, o işığın şəfəqləri dəyən xoşbəxt mövzular, bir ilahi qüvvənin ziyasından nur çələnginə çevrilərək çox ürəklərə işıq salar, çox könülləri nurlandırar. Bu duru göz... | ANL |
Daşkəsəndə "Şuşa - Zəfərin zirvəsi" ədəbi-bədii videokompozisiyasının təqdimatı keçirilib. İyulun 4-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində "Şuşa İli" çərçivəsində gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Etibar Həsənzadənin "Şuşa - Zəfərin zirvəsi" ədəbi-bədii videokompozisiyasının... | ANL |
Azərbaycanda ailə institutu: çağdaş dünya üçün nümunəvi model. Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi uzunömürlülüyü... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.