text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yaşadığı ömür yolunda böyük hörmət-izzət sahibi olan, kamil insan, sədaqətli dost, vətənpərvər ictimai xadim, unudulmaz müəllim və qayğıkeş ailə başçısı kimi yaddaşlarda qalan Fazil Əsəd oğlu Məmmədovun haqq dünyasına qovuşması bizi möhkəm sarsıtdı. Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan bu fədakar insan cəmi ... | ANL |
Çukurovadan Turana gedən yollar. ŞİPŞİRİN TÜRK TOPONİMLƏRİ. Karataşdan gələn günün səhəri yolumuz Karaisalıya idi. Yol boyu verimli, bərəkətli torpaqların əkin-biçininə nəzər salır, daha çox nələrin əkildiyini bilmək istəyirdim. Karaisalının düzənlik yerləri başdan-başa şumlanmış, səliqə ilə müxtəlif tərəvəz bit... | ANL |
Böyük yolu işıqlandıran təfəkkür. Azərbaycan ədəbiyyatşünaslığının ayrı-ayrı problemlərinin tədqiqi, müxtəlif aspektlərdən öyrənilməsi və bununla bağlı elmi əsərlərin yazılması aktual və əhəmiyyətli məsələlərdən biridir. Ədəbiyyatşünaslıq elmimiz sözügedən problemlərin tədqiqi baxımından tədqiqatlarla zəngin olsa... | ANL |
Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu. Mirzə Həsən Rüşdiyyə. Ədəbiyyatımızın, milli mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatı ... | ANL |
Uşaq psixiatriyasına önəmli töhfə. "Valideyn maarifləndirilməsi proqramı. Autizmli və inkişaf ləngiməsi olan uşaqlar üçün" kitabı Azərbaycan dilində. Bu günlərdə türkiyəli psixiatr, professor Nahit Motavalli Mukaddes, psixiatrlar Oktay Taymaz Sarı və Canan Tanıdırın birgə ərsəyə gətirdikləri "Valideyn maarifləndiril... | ANL |
Şəxsi müşahidələrimizdə, yəqin ki, bir çoxumuz əksər ailələrdə valideynlərin ağlayan uşağı susdurmaq, sakitləşdirmək üçün telefonla başını aldatdığının şahidi olmuşuq. Lənət şeytana! Bunun əsas səbəbi ailənin özü ilə bağlıdır. Körpəlikdən başlanır təlim-tərbiyə. Düzgün olmayan tərbiyənin fəsadları sonradan acı nəticələ... | ANL |
Təhsildə keyfiyyətə nəzarət: inkişaf üçün vacib amil. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun əsas işi İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə monitorinqlərin keçirilməsidir. Həmçinin, təhlillərin aparılması və key... | ANL |
İki bəndini yada saldığım bu şeiri neçə illər bundan əvvəl indi haqq dünyasında olan şair Musa Yaqub yazıb. Nədənsə, həmin mətn mənə şeirdən daha çox adları "...və başqaları" kimi canqurtaran ifadədə dəfn olunmuş istedadlı adamların taleyinə deyilmiş ağı təsiri bağışlayır. Bu misraları oxuyanda adama elə gəlir ki... | ANL |
Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu. Güney Azərbaycanda çağdaş ictimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif və mədəniyyətin inkişafı, körpə fidanların sağlam ruhda böyüməsi və doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarifpərvər şair və ... | ANL |
Cavidin gəlişi, gedişi və dönüşləri. Dədəmiz Qorqud insanın dünyadakı hərəkət marşrutunu dəqiq nişan verərək "Gəlimli-gedimli dünya" dedi, hər kəsin qaçılmaz aqibətini düşünərək "Son ucu ölümlü dünya" söylədi. Ancaq gəlimli dünyanın gedimsiz olması, bitəcəsində ölüm dayanan həyatın ölümsüz və olumlu olmasının d... | ANL |
Bu günlərdə ürəyi Vətən eşqi ilə döyünən hər kəsin diqqəti Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilən etiraz aksiyalarına yönəlib. Bir neçə gündür azərbaycanlı ekoloqlar, QHT nümayəndələri, jurnalistlər və ... | ANL |
Xəzangül Hüseynova: "Yazmasam, sanki özümü boşluqda hiss edərəm". 17 dekabr şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovanın ad günüdür. 75 illik yubileyini qeyd edən Xəzangül xanımla həyatı, yaradıcılığı, keçdiyi ömür yolu ilə bağlı həmsöhbət olduq: - Xəzangül xanım, bu gü... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Döyüşün belə nəticəsi göstərdi ki, perslərin qüdrəti tamamilə məhv edilmişdir. Aleksandr Asiyanın çarı elan edildi və o, bol-bol qurbanlar verdi, dostlarına var-dövlət, saraylar bağışladı, onlara bütöv vilayətlərin idarə edilməsini həvalə etdi. O, yunanlara öz hörmətini göstər... | ANL |
O göydəki ulduzlar haqqı. Şaxtalı İsveç gecəsində aylı-ulduzlu göyüzü isti bir uşaqlıq xatirəmi yadıma saldı, mən də hardasa 50 ilin o söhbətini sizə danışmaq istədim. Demək, bir axşam evimizdə kirəyə qalan qızların səs-küyü həyəti başına götürmüşdü. Axşamüstü başlayan qar aləmi dümağ rəngə boyamışdı. Yalan olmasın, y... | ANL |
Vətəndaş məmnunluğunun təmin edilməsi: Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələyə xüsusi önəm verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması məsələlərinə hər zaman həssas münasibət göstərir. Bu istiqamətdəki fəaliyyətdə "Vətəndaşların müraciətləri haqqında" Qan... | ANL |
Azərbaycan teatrında Tofiq Kazımov fenomeni. Tofiq Kazımovun Azərbaycan milli sənət düşüncəsində qorunan irsi onu milli teatr sənətinin bənzərsiz fenomeni kimi qavramağa və bu baxımdan fərdi yaradıcı metodunu araşdırmağa əsas verir. Sözügedən zaman kəsiyi öz növbəsində iki tarixlə məhdudlaşır: T.Kazımovun ilk ta... | ANL |
Anamın şəhəri Şuşa. Sözün bitdiyi yer sözün başlandığı məqamdır. Şuşaya getmək üçün orada fiziki olaraq var olmağın şərt deyil. Şuşaya arzularda, yuxularda, nağıllarda, xatirələrdə, xəyallarda gedərsən, hər şeydən öncə. Uşaqlıqdan bir fotonun ruhunun qanadlarında getdiyim Cıdır düzünə illər sonra geriyə döndüm d... | ANL |
"Özbəkistan kinosu günləri" çərçivəsində nümayiş olunan "Qadın taleyi" filminin sorağı ilə "Nizami" kinoteatrına üz tuturam. Məni bura gətirən səbəb təkcə kino həvəsi yox, həm də iki xalqın mədəni fərq və oxşarlıqlarını müşahidə etmək fürsətidir. Diqqətimi ilk çəkən məqam kinoteatrının foyesində eşitdiyim özbək kəlmə... | ANL |
Millidən qlobala doğru. ƏLİ İLDIRIMOĞLU YARADICILIĞI AZƏRBAYCAN NƏSRİNİN FENOMENİ KİMİ. Bu günlərdə Azərbaycanda görkəmli publisist ,nasir Əli İldırımoğlunun anadan olmasının 95 illiyi geniş şəkildə qeyd olunub. Azərbaycanın əməkdar jurnalistı Əli İldırımoğlu təqaüdə çıxdıqdan sonra onun həyatında üçüncü – sonu... | ANL |
Güney Azərbaycan məsələsi və Atatürk dövrü Türkiyə-İran münasibətləri. XX əsrin əvvəllərində türk və müsəlman dünyasında mürəkkəb siyasi proseslərlə zəngin olan bir dövr başladı. Bu dövr Kiçik Asiya, Yaxın və Orta Şərqdə iki böyük dövlətin - Osmanlı imperiyasının və Qacar Türk Xanədanlığının süqutu və bu coğrafi... | ANL |
Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu. Əlirza Nabdil Oxtay "Səttarxan atlıları" şeirində "Gələcək günlərin qızıl qapısın"ı kimlərin açacağını, dan yerinin sökülməsinə, günəşin də doğmasına bənzətdiyi azadlığı kimlərin əldə edib qazanacağını, xalqı əsarətdən kimlərin qurtaracağını... | ANL |
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS PROFESSOR KAMRAN MƏMMƏDOV ƏSƏRLƏRİ VƏ ƏMƏLLƏRİ İLƏ ƏBƏDİYAŞAR ŞƏXSİYYƏTƏ ÇEVRİLİB. O adam xoşbəxtdir ki, sözünü, əməlini, qəlbini və amalını xalqının tərəqqisinə, onun hərtərəfli inkişafına həsr edir. Belə insan, yüz illərlə nəsillərin, vətən övladlarının xatirəsində yaşayır. Kamran Məmmədo... | ANL |
Qazi şairlər: ruhumuzun yaylım atəşləri. Haqqında danışacağım bu şeirlərin çoxu səngərlərdə yazılıb. Bu şeirləri yazanlar (qazilər) hələ də səngərdədirlər. Bu qazi şairlərin çoxu cəbhəyə əsgər kimi gedib, şair kimi qayıdıblar. Ancaq onlardan biri, kifayət qədər imzası tanınmış və istedadı yüksək qiymətləndirilmiş Emin... | ANL |
Gizli imzanın aşkar tərəfləri... Bir müddət idi ki, "M.Sadiq" imzasıyla çap olunan satirik şeirlər cəlilabadlıların diqqətini çəkirdi. "Sadiq" təxəllüslü Əzimov Mirhəbib Əzim oğlu 1954-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub, sonralar Cəlilabad şəhərinə köçüb və burada yaşayır. Müxtəlif vəzifələrdə çalışdı... | ANL |
Xalidə Hicranın "Hikmət xəzinəsi". Xalidə Hicran ixtisasca rəssamdır. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, sonra Rəssamlıq Akademiyasını əla qiymətlərlə bitirib, rəsm əsərləri ilə bərabər maraqlı şeirlər də yazır. Şair sayca ikinci olan "Hikmət xəzinəsi" kitabını atası Məhəmmədə və ana... | ANL |
Ünvansız məktublar. "Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə. Sonra da "Nəsimi" filmindən Dövlət bəyin başını onun ayaqları altına atan Miranşaha Şeyx qızı Şəmsin sözlərini xatırlatmışdı: "Dövlət bəyin ölüsü də gözəldir". Əlbəttə, mən b... | ANL |
General Mehmandarovdan bir hədiyyə. Lənkəranda çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetinin redaktor müavini işlədiyim vaxtlar idi. Yolum M.A.Əliyev adına Lənkəran tarix-diyarşünaslıq muzeyinə düşmüşdü. General Səmədbəy Mehmandarova həsr edilmiş guşədə rəngbərəng naxışlarla haşiyələnmiş və üstündə "S.M." sözlə... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Culiano Möhtəşəm Lorentsonun axırıncı doğulmuş oğlu idi. Fransa kralı Fransisk ona hersoq titulunu vermişdi. Beləliklə, hakimiyyətə sahib olmağa təyin edildikdə Covanni və Culio Romanı tərk etdilər ki, Florensiyanı idarə etsinlər, çünki Papalığı da işğal etmək lazım idi. Culi... | ANL |
Lüdviqin sualı. Bizlərdə az tanınan avstriyalı məntiqçi Ludviq Vingenşteyn çağdaş Avropada ən çox müraciət olunan, əsərlərindən tez-tez sitat gətirilən filosoflardandır. XX əsrin əvvəllərində yazıb-yaradan bu mütəfəkkirə öz dövründə ziddiyyətli münasibətlər bəslənsə də, sonradan yeni fəlsəfi ənənənin, belə demək mümkün... | ANL |
El Qreko ispan intibahının görkəmli heykəltəraşı, memarı və rəssamıdır. O, üslubunu dövrünün tanınmış bir sıra böyük rəssamlarından, xüsusən də Tinterettodan götürüb, Mannerizm və Venesiya İntibahının elementləri ilə zənginləşdirib. Maraqlısı budur ki, El Qrekonun yaradıcılığı ölümündən 300 il sonra dünyada tanınmağa ... | ANL |
Güney Azərbaycanda uşaq ədəbiyyatı: çağdaş ədəbi prosesin önəmli qolu. Ana təbiətin flora və faunası, ilin fəsilləri Güney şairlərinin yaradıcılığında, çağdaş dövr uşaq ədəbiyyatında əsas mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıl Əfxəmi, Ramin Cahangirzadə, Xosrov Barışan və Bəhram Əsədi ilin dörd fəslinin özə... | ANL |
Səhnə xadimlərimizin digər teatr kollektivlərinin yaradıcılığına münasibətləri fərqlidir. Bu zamana kimi teatr haqqında fərqli və cürbəcür təriflər deyilib. Onlardan ən məşhuru isə Şekspirin "teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir" ifadəsidir. Teatr mənəvi aləmin saflaşdığı, ruhun yenil... | ANL |
Müəllim-şagird münasibətləri: hörmət və şiddət. Müəllim təkcə öyrətdiyinə görə yox, həm də biliyi, savadı və davranışı ilə şagirdlərə örnək olan insandır. Onların haqqında söz düşəndə az qala hər kəsdən buna bənzər arqumentlər eşidirik. Onu da deyirlər ki, əsl müəllim pedaqoji metodlardan məharətlə istifadə edərək oxu... | ANL |
Çətində sınma. Qəbul et Tanrıdan gələn sınağı, Darılma, darıxma çətinə düşsən. Bitir tez özünə sonsuz qınağı, Çarəmi sınıxsan, sınsan, büzüşsən? Aydınlıq gətirsin düşüncən, dərkin, Müşkülün həllinə açılsın yollar. Min bir bəhanəylə çoxu bir sayaq. Səndən uzaqlaşar şəksiz, danılmaz. Ötürmə, qaçırma gələn fürsəti. Ruhun... | ANL |
Xoşbəxtlik içində keçən günləri. Bəlkə, günahları yarıya bölək, Bəlkə, xatirələr gəldi köməyə. Arxamca minnətçi düşübdür yollar, Məni qucağına qaytarmaq üçün. Xoşbəxtlik içində keçən günləri. Söhbətlər soğulub, sevinclər solub, Kəsilib arası görüşlərin də. Həsrətim tək qalmış bir quzu olub, Mələyir qəlbinin örüşlərin... | ANL |
Yoxluğun ölümdən betər olubdur, Buludlar qaralıb, yaman dolubdur. Barışa bilmirəm, özüm-özümlə, Mən sənin ruhunu gördüm gözümlə. Sən axı dönərdin mənim sözümlə, Ay məni tək qoyub, gedən qardaşım. Adını qəlbimə yazmışam sənin, Taleyim tərsinə, yazılıb mənim. Mənası yoxdur heç sənsiz dünyanın, Əgər yuxudursa, söylə oya... | ANL |
İçindəki fırtınanı ram et. Budur, televizorun da yüksək səsi otağın bütün künc-bucağını basıb bağrına, bir-birindən acılı xəbərlər də ovqatımı təlx eləməyində... Aparıcı sıradan söz kimi hardasa baş verən müxtəlif çaplı qətl xəbərlərini üfürür mənim evim kimi milyonlarla evə. Sərhəddin o tayından gələn xəbərlər də bir... | ANL |
Kamran Məmmədovun elmi irsi: satiramız ədəbiyyatşünaslıq güzgüsündə. İstedadlı alim, filologiya elmləri doktoru, professor Kamran Məmmədov sanballı və monumental tədqiqat əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına böyük töhfələr verib, adını ədəbi fikir tariximizin salnaməsinə şərəflə yazıb. Mütəfəkkir alimin ... | ANL |
ZORAKILIĞA MƏRUZ QALMIŞ UŞAQLAR ÜÇÜN SIĞINACAQ EVİ TİKİNTİSİNİN LAYİHƏSİ TƏQDİM OLUNDU. "Gazelli Art House" incəsənət qalereyasında zorakılığa məruz qalmış uşaqlar üçün sığınacaq evi tikintisinin layihəsinin və qısametrajlı "Sən tək deyilsən" filminin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan "Əhməd Ağa... | ANL |
Şuşa səyyahların gözü ilə. Gənc musiqişünas Zəhra Bədəlovanın həmin tədbirdəki maraqlı çıxışını azacıq ixtisarla oxuculara təqdim edirik. Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri var. Elm-mədəniyyət mərkəzi, çoxsaylı tarixi-memarlıq abidələri ilə seçilən, tarixi mənbələrdə "alınmaz qala" adla... | ANL |
Bu günlərdə Azərbaycanın tanınmış jurnalisti, müstəqillik dövrünün ilk demokratik nəşri "Səhər" qəzetinin yaradıcısı və baş redaktoru, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadnin 70 yaşı tamam olur. Bu il mayın 11-də dünyasını dəyişmiş mərhum həmkarımız son illərdə rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurası Ah... | ANL |
"Şuşada kitabxana və mətbuat"ın təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının "Şuşada kitabxana və mətbuat" adlı məlumat kitabının təqdimatı olub. Öncə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək Azərbaycan Resp... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri v... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Məşədi Cəfərin anadan olma tarixi haqqında əlimizdə məlumat olmasa da, onun XIX əsrin ikinci yarısında yaşayıb-yaratdığı faktlarla sübut olunub. Firidun bəy Köçərli onun barəsində məlumat verərək yazırdı ki, xasiyyətində qəribəlik var idi. Bəzən bu qəribəlik ad... | ANL |
Yüz dərdlər dəvasıdır ol qarə tellərin, Etməz nədən bu dərdimə bir çarə tellərin. Aşiqlərin edirdi pərişan halətin, Hərdəm düşəndə arizi-gülnarə tellərin. Badi-səba əsəndə gülüstani-hüsnünə, Sinəmdə yarə üzrə vurar yarə tellərin. Uymuşdu könlümü o zaman bəndə zülfdə, Rəhm etmədi o zarü giriftarə tellərin. Miqrazi... | ANL |
Qaşın təriqi-zahidə bir qiblədir Kəbə kimi, Göstərməyə hacət yolun min məscidə mehrabdır. Nuri-cəmalın sərbəsər olmuş ümumə rahbər. Hər mücrimü hər müşrikə simalərin əhbabdır. Qönçə ləbin ləli-Yəmən mövcud isə yoxdur dəhən, Çox çüstücü etdim onu, Ənqa kimi nayabdır. Məhbubi-yari-dilguşa canbəxşdir sübhü məsa, Sirkər... | ANL |
Və ya amansız zülmün qurbanı olan həyat sevgisi. (Bir tədbirdə deyə bilmədiklərim). Qarşımda dalğalı dərin bir ümman. Şeirdən, xülyadan necə əl çəkim? Mikayıl Müşfiqin həyat, ömür, yaşamaq eşqi, yazıb-yaratmaq arzu-istəyi, yanğısı ilə dolu məşhur şeirinin bir bəndidir bu. Şairi həyat sevgisindən tez əl "çəkdirdilə... | ANL |
Yazıçı Seyran Səxavətdən yaşca kiçik bir şəhərdə, bir parkın içində xudmani "Poeziya evi" var. İbrahim İlyaslı. Soyuq xəncər kimi kəsir. Özümü bu evin qapısından içəridə görmək üçün tələsirəm. Mənim başımı daldalamağa bir damım yoxdur, kirayədə sürünürəm, amma ayaqqabının evi var". Evin qonağına qonaq idim. Ayaqq... | ANL |
Təsəvvür edin ki, min bir əziyyətlə saldığınız bağda yeni sort meyvə verən bir ağac yetişdirmisiniz. Meyvənin səsi-sarağı gedib Nəbatat İnstitutuna da çatır. Oradan mütəxəssislər tökülüşüb gəlir və kiçik bir məşvərətdən sonra sizə üz tutub deyirlər: - İcazə verin yetişdirdiyiniz bu ağacı meyvə ağacları kataloquna... | ANL |
Azərbaycanda niyə də Arxeologiya Muzeyi olmasın? "Biz öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik və beynəlxalq ictimaiyyətə təqdim etməliyik". İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Xarici ölkələrə səfərlər zamanı mən və həmkarlarımın ilk ziyarət etmək istəyində olduğumuz ünvanlardan birincisi ... | ANL |
Türkçülük və turançılıq məfkurəli əsərləri sayəsində yaradıcılığı dərin siyasi mahiyyət kəsb edən dahi Hüseyn Cavidin yaradıcılığında insan hüquqları və onların pozulması, bütövlükdə sosial ədalətsizlik ciddi problem kimi təqdim olunur. Xaraktercə hürriyyət və millət vurğunu olan mütəfəkkir sənətkar yaşadığı dövrdə ... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Döyüşlərdə Aleksandr özünü çox təhlükələrə atırdı və bir neçə dəfə ağır yara almışdı. Bir dəfə çayı keçmək lazım gələndə özünü danladı ki, niyə üzməyi öyrənməmişdir. Hindistanda Misir qədər böyük əraziyə hökmranlıq edən Taksillə o, dostlaşdı və ona qiymətli hədiyyələr verdi. ... | ANL |
Yazgülünün uçub getməyi. BAŞ VERMİŞ İNANILMAZ HADİSƏ HAQQINDA HEKAYƏ. Yazgülünün atası Kəriş müəllim idi - kənddəki yeganə məktəbdə ibtidai sinif müəllimi - təbiəti də çox sevən adam idi və yəqin, elə buna görə də qızının adını Yazgülü qoymuşdu, bir də ki, orta-pedaqoji təhsilli bu müəllimin sinəsi qoşmayla, bay... | ANL |
Azərbaycan teatrında Tofiq Kazımov fenomeni. Tofiq Kazımovun istər müasir, istərsə də tarixi mövzuda hazırladığı tamaşaların ifadə qatı (sintaqması) tamaşaçıdan fəal qavrayış vəziyyətini tələb edirdi. "Passiv tamaşaçı qavrayışı"na vərdiş etmiş "geniş tamaşaçı kütləsi" bu innovasiyalara daxili müqavimət göstərird... | ANL |
Ömər Faiq Nemanzadə - bizim müasirimizdir. İŞIĞIMIZ NİYƏ SÖNMƏYƏCƏK. Bu il ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 150 illiyi qeyd olunan böyük maarifçi-publisist Ömər Faiq Nemanzadə Azərbaycan ədəbi-ictimai fikir tarixində müstəsna yer tutur. Ömər Faiqin həyat və fəaliyyət yolu, məfkurəsi və yaradıcılığı zama... | ANL |
Mənalı ömrün altı unudulmaz şəkli. Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyinə. Bəbir müəllim həmişəki kimi bu gün də evə yorğun qayıtmışdı. Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə iki tədbirdə iştirak etmiş, gənclərlə görüşdə keçdiyi həyat yolundan, üzləşdiyi çətinliklərdən, öz tə... | ANL |
Gənclər Kitabxanasında professor Qəzənfər Paşayevin 85 illiyi qeyd olunub. "Qəzənfər Paşayev tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanınır. Xalqına, millətinə ruhən bağlı olan Q.Paşayev milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərindən... | ANL |
Tamaşaçı zövqü. Ötən həftə YARAT İncəsənət Mərkəzinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə "Kino və biznes: Körpülər" mövzusunda Mədəniyyət Nazirliyinin rəsmiləri, marketoloqlar və müstəqil kino adamlarının iştirakıyla müzakirə keçirildi. Yazıda müzakirə zamanı səslənən bir neçə məsələ ilə b... | ANL |
Darısqal tamaşa zalı,genişürəkli Pantomima, bir də şlyapalı fədakar. O da Pantomimanın kəhkəşandan uzaq olmasıdır. Yəqin ki, sizin də yolunuz ən azı bir dəfə də olsa, sonuncu tikəsini masaya qoyan, yoxdan var yaradan, xudmani evində hüzuru sizə səxavətlə bəxş edən adamlarla kəsişib. Bax Pantomima mənim üçün o ada... | ANL |
Telejurnalist İlhamiyyə Rza: "Televiziyanın hər janrını sevmirəm, mənimki canlı və spontan verilişlərdir". İnsan həyatın zaman adlı kəsiyində irəlidə onu nəyin gözlədiyini, nələrlə qarşılaşacağını bilmədən yürüyür. Yürüdükcə də, saatlar günlərə çevrilir, günlər aylara çatır, aylar da illəri tamamlayır. Hər gün ç... | ANL |
Milli Mətbuatımızın görkəmli tədqiqatçısı. Yola salmaqda olduğumuz 2022-ci il ərzində Milli Mətbuatımızın görkəmli tədqiqatçısı Qulam Məmmədlinin 125 illik yubileyi ölkəmizin bir sıra elm və təhsil ocaqlarında qeyd olunub, həyat və fəaliyyəti, gənc nəslin nümayəndələrinə örnək ola biləcək şərəfli ömür yolu haqqı... | ANL |
Güney Azərbaycanda Çillə gecəsi və Çillə bayramı. Əski çağlarda insanlar təbiət hadisələrini diqqətlə izləyərək onları öz yaşayışına, keçirdiyi gün-güzərana etkisinə görə təsnifləndirib və özünün ilkin bədii təxəyyülündə obrazlaşdır-mağa çalışıblar. Zaman keçdikcə müdrikləşən təfəkkürü dərinləşən insan təbiət h... | ANL |
"Yüksəliş" müsabiqəsi: istedadlı kadrların inkişafına böyük dəstək. Bu günlərdə Prezident İlham Əliyev 2023-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, 2023-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülmə... | ANL |
Oftalmologiya kafedrasının yaradılmasının 100 illiyi qeyd olunub. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında universitetin Oftalmologiya kafedrasının yaradılmasının 100 illiyinə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ümnisə Musabəylinin 120 illiyinə, əməkdar elm xadimi, profess... | ANL |
Fikrət Əmirovla bağlı nəşrlər təqdim edilib. Dekabrın 23-də Milli Kitabxanada Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fik... | ANL |
Gənc Çarlz rəssam olmaq istəyirdi və bu səbəblə də yerli rəsm məktəbində təhsil almağa başladı. Ondan fərqli olaraq atası düşünürdü ki, oğlu üçün kommersiya karyerası daha qazanclı olar. Bu məqsədlə onu Parisə oxumağa göndərdi. Buna baxmayaraq, Çarlz Parisə gedir və orada rəssamlıq təhsilini davam etdirir. Parisdə Paul... | ANL |
2022-ci təqvim ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin, bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu. 2022-ci təqvim ili t... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Alessandro hökumətə başçılıq etməyə başlayanda imperator V Karldan Florensiya Hersoqu titulunu aldı, həm də onun qızı ilə evləndi. V Karl təklif edirdi ki, Florensiya respublika olaraq qalsın və bu, Alessandroya öz şəhərinə nəzarət etmək qarantiyası verirdi. Florensiya üçün re... | ANL |
Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, neft-kimya sahəsində görkəmli alim, ictimai xadim, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru Vaqif Məhərrəm oğlu Abbasov AMEA-nın flaqmanı, qocaman, nüfuzlu elm ocağı olan N... | ANL |
"İrəvan Müəllimlər Seminariyası və onun məzunları". PROFESSOR FƏRRUX RÜSTƏMOVUN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2021-ci il tarixində imzaladığı "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamından bir il keçir. İrə... | ANL |
Səxavət Məmmədov: "Tarımızın zirvədəki yerini qorumağa çalışıram". Müsahibimiz gənc tarzən, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi Səxavət Məmmədovdur. Yaradıcılığınızda hansı yeniliklər baş verdi? - Bu il mənim yaradıcılığım üçün çoxşaxəli oldu. Həm ölkədaxili, həm də ölkə... | ANL |
Dubay Şəhər kitabxana fondunun sədri Milli Kitabxanada olub. Dekabrın 27-də Birləşmiş Ərəb Əmirliyinin Dubay Şəhər kitabxana fondunun sədri Məhəmməd Əhməd Almur Milli Kitabxanada olub. 525.az xəbər verir ki, Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağı qəbul edərək onu kitabxanada görməkdən şad olduğunu... | ANL |
Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov haqqında virtual sərgi. Milli Kitabxananın əməkdaşları tərəfindən “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin ... | ANL |
İndi fikirlərim Şuşanın dağları qədər dumanlıdır. Şuşa 28 il mənfur düşmənlərin əsarətində qalmışdı. Şuşanın bu qədər zamandan sonra işıqlığa, aydınlığa çıxması, təbii ki, hər birimizi sevindirir. 2020-ci ildə Vətən müharibəsi başlayanda Birinci Qarabağ müharibəsini gözləri ilə görməyən neçə-neçə oğullarımız bir an bel... | ANL |
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə ... | ANL |
"Diasporun coğrafiyası". Azərbaycan diasporunun coğrafiyasına nəzər salsaq, gözlərimizin önünə ilk gələn Tiflis şəhəri olur. Qafqazda mədəniyyətlərin qovuşduğu Tiflis şəhərinə azərbaycanlı mütəfəkkir və tələbələrin axını bir gerçəklik idi. Yəqin keçmişdə Tiflisdə Mirzə Şəfi Vazehdən dərs alan Mirzə Fətəli Axundo... | ANL |
BAHAR MURADOVA: "BİR-BİRİMİZƏ ANLAYIŞLA YANAŞSAQ, BİR-BİRİMİZİN İMKANLARINI DÜZGÜN QİYMƏTLƏNDİRƏ BİLSƏK, HƏR ŞEY ÖZ YERİNDƏ OLAR". Əsas işi yazmaq olan biz qələm əhli həmişə çalışırıq ki, oxucunun zövqünü oxşayan yazılarla onun qarşısına çıxaq, maraqlı müsahibələr təqdim edək. Elə bu ümidlə də istədik ki, ili s... | ANL |
TV-lərin bayram filmləri. Sovetlər dönəmində tamaşaçını Yeni il bayramlarında televizor qarşısına çəkən konsert proqramlarından başqa, həm də nümayiş olunan filmlər idi. Yeni ildə göstərilən ekran əsərlərini tamaşaçı səbirsizliklə gözləyirdi. Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə", Tatyana Lioz... | ANL |
Millətinin fədaisi. Şübhəsiz, hər diqqətəlayiq ildönümünün, yubileyin ən yaddaqalan və faydalı bəhrəsi çap edilən kitablar, ucaldılan abidələrdir. Ömər Faiqin zəngin ədəbi-publisist irsinin tam şəkildə toplanıb nəşr edildiyini söyləmək çətindir. Axtarışlar, xüsusən də dövrü mətbuatın yenidən nəzərdən keçirilməsi... | ANL |
Əvvəlcə oxuculardan xahiş edirəm ki, mənim ustad tarçı Hacı Məmmədovun sənətinə olan məhəbbətimi, vurğunluğumu aludəlik kimi qiymətləndirməsinlər. Sadəcə fikrimcə, Hacı müəllim təkcə mahir tarçı yox, həm də ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan tar ifaçılığı sənətinə bir sıra yeniliklər gətirən, tard... | ANL |
Azərbaycan teatrında. Tofiq Kazımov fenomeni. III məqalə. Akademik teatrşünaslığın elmi vəzifələrindən biri olan teatr düşüncəsini inkişaf etdirmək məqsədindən təkan alaraq, Tofiq Kazımovun yaradıcı irsi əsasında teatr düşüncəsinin Zaman içində inkişafını, bu inkişafın mühüm məqamlarını, nailiyyətlərini və yanlış... | ANL |
Düşdüyüm kəndin balaca bir tibb məntəqəsi vardı və beş-altı kəndə xidmət edirdi. Mənim yanıma gələnlər əsasən bel ağrılarından, yeldən, duzdan, təzyiqdən əziyyət çəkirdilər. Əvvəllər darıxırdım, amma sonradan darıxmağa vaxtım olmadı, çünki buranın insanları, mehriban, xeyirxah və qonaqcanlı idilər. Güman, yazıq... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Sezar həm də alicənablığı ilə seçilirdi, ona müxalif olan respublika liderlərinin çoxunu himayə edirdi, onların Romaya qayıtmalarına da icazə verdi. O, həmçinin, Roma təqvimini Misirdəki Günəş ili qaydasında qəbul etdi. Bu, Yulian təqvimi adlanırdı. O, çoxlu tikinti layihələrin... | ANL |
Bu torpaq düşmənə verilə bilməz. Bu torpaq babamın sac əppəyidi, Bu torpaq nənəmin şal örpəyidi, Şəhid qardaşımın al köynəyidi, Bu torpaq düşmənə verilə bilməz. Sac üstündən qəfil qapıla bilər, Doğranıb itlərə atıla bilər. Bir alçaq əlində satıla bilər, Bu torpaq düşmənə verilə bilməz. Demə, əbədilik yollar bağlanar,... | ANL |
Bir gün gəlib keçmək bilmir, İllər isə yel qanadlı. Təbiətin bəstəsi. Xəzəllərin xışıltısı. Təbiətin bəstəsidi. Aynabəndi döyəcləyən. Sərçələrin civiltisi. Noyabrın bir qucaqlıq darıxmağı. Gəlib qoynuna sığınar. Anlayarsan, Hamı hər kəsin heç kəsidi. Fəsillər tez dəyişir zamanından, Hər fəsil bir az payız qəribliyində.... | ANL |
Bayrağımın kölgəsində, Çiçəklərin açmaq haqqı... Quşların uçmaq haqqı var! Ay yerində bərqərardı, Gün yerində bərqərardı. Duman yerə yaraşıqdı, Çən yerində bərqərardı... Zülmün dağılmaq haqqı var, Yolların sevinmək haqqı. Arzuların, ümidlərin. Adı çəkiləndə ürəyim əsir, Hüsnünə sözlərdən çələng hörürəm. Yollara çı... | ANL |
Sadəliyin və səmimiyyətin poeziyası. Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən biri Məmməd Tahirin "Könül verdiyim dünya" adlı yeni kitabı nəşr olunub. "Qanun" nəşriyyatında nəfis tərtibatla çıxan kitabda günümüzün hadisələri, xalqımızın kədər və sevinci, eləcə də sevgi-məhəbbət mövzusunda yazılmış müxtəlif... | ANL |
Azərbaycan ədəbiyyatının "60-cıları"nın əsas təmsilçilərindən olan və bu gün də bədii yaradıcılığını davam etdirən Elçinin əsərləri hər zaman ədəbi tənqidin diqqətində olub. Lakin Elçinin yaradıcılığı haqqında aparılan müxtəlif araşdırmalarda yazıçının əsərlərində əks olunan arxetipik məqamlardan az bəhs edilmişdir. F... | ANL |
Vüsalə Tağıyeva: "Ginekologiyada da erkən diaqnoz həyat qurtarır". Müsahibimiz cərrah mama-ginekoloq Vüsalə Tağıyevadır. Vüsalə xanımla qadınlarımızı maraqlandıran bir sıra ginekoloji problemlər, hamiləlik, erkən nikah, abort və sair kimi mövzularda geniş söhbətimizi təqdim edirik: - Vüsalə xanım, həkimlik sənəti... | ANL |
Mübarəkdir bu növrağın, Kəlbəcər! Bol çeşməli, ayna bulaqlı Kəlbəcərim! Sıx meşələrinlə, yaşıl otlaqlarınla, göz oxşayan ormanlarınla, sıldırım qayalarınla, əlçatmaz, ünyetməz zirvələrinlə daim bizi özünə bağlayan əsrarəngiz diyarım! Vüqarınla sən daim Türk oğlu Türkün adını uca tutmusan. Tariximizin ən keşməkeşli ... | ANL |
Universitetdə Psixoloji Xidmət Mərkəzi: UNEC-in daha bir faydalı təşəbbüsü. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın qərarı ilə bu ilin sentyabrından Psixoloji Xidmət Mərkəzi yaradılıb. UNEC-də belə bir mərkəzin yaradılmasında əsas məqsəd təhsilalanların akademik nailiyyətlərinin artırılması, müsb... | ANL |
Nəriman Qasımoğluya təbrik və təşəkkürlə. Dekabrın 26-sı Nəriman Qasımoğlunun doğum günüydü. Nəriman Qasımoğlu o şəxsdir ki, Azərbaycan dilində ən yaxşı Quran tərcüməsini oxumaq istəsəniz, məhz onun tərcüməsinə müraciət etməli olacaqsınız. Onunla real həyatda bircə dəfə də rastlaşmamışam, amma Qurandakı zaman anlayı... | ANL |
İslam cəmiyyətin milli-dini birliyini sarsıtmağa yönələn hər cür təfriqəçiliyi qadağan etmişdir. Çünki xalqların inkişaf və tərəqqisi vəhdət halında yaşamaqdan asılıdır. Birlik və həmrəyliyin olmadığı cəmiyyətlərdə isə parçalanma, kin, nifrət və düşmənçilik hökm sürər. Uca Rəbbimiz Qurani-Kərimin "Ali-İmran" surəsini... | ANL |
Moskvada Əsgər Məmmədovun. Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisi açılıb. APA-nın Moskva bürosunun verdiyi məlumata görə, sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmort... | ANL |
Əbədiyyətə. bərabər sevgi” təqdim olunub. Dekabrın 27-də Bakı Kitab Mərkəzində xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının təqdimatı keçirilib. Kitabda ümummilli lider Heydər Əliyev ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın böyük məhəbbəti və birlikdə keç... | ANL |
Yaşadığım acılı-şirinli günlərimi xəyalımın relssiz qatarına doldurub yola salmışam. İdrakın artdıqca tənhalaşırsan. Elə suallar var ki, anında ağlına gəlmir. Elə də suallar olur, müsahibinə vermirsən, onu incitməkdən çəkinirsən. İstəməsə də, insan azadlığının keçilməz sərhədləri var. Əsl baiskarı kənarda qoyub, üstün... | ANL |
Azərbaycan və qardaş Pakistan arasında ictimai-siyasi, ədəbi-mədəni münasibətlərin yüksək inkişaf mərhələsində olduğu bugünki həyatımızda Pakistanın mənəvi qurucusu, müsəlman Şərqinin mütəfəkkir şairi, İslam alimi, Qərb dünyasında hörmət və rəğbətlə qarşılanan, əsərləri müxtəlif dillərə tərcümə olunan və çeşidl... | ANL |
Əbədi müəllim ömrü. USTAD ALİM VƏ UNUDULMAZ PEDAQOQ BƏXTİYAR MƏMMƏDZADƏNİN ONSUZ QEYD OLUNAN 75 İLLİK YUBİLEYİNƏ. Azərbaycan ədəbiyyatşünaslıq elminin son yarım əsrlik dövrünü görkəmli alim, əvəzsiz şəxsiyyət Bəxtiyar Məmmədzadənin elmi yaradıcılığını, pedaqoji fəaliyyətini düşünmədən təsəvvür etmək çox çətindi... | ANL |
Klassik ədəbi irslə maraqlı səsləşmə. Yaxın illərin söhbətidir. Bilal adlı ortayaşlı bir şəxslə tanış oldum. Müdrik baxışları, nurlu sifəti vardı. Öz kitabını mənə təqdim etdi. Həm də qarşımdakı bu şəxsin - Bilal Şirvaninin qələmindən çıxıb. Kitabı vərəqlədikcə fikirlər məni çox-çox uzaqlara, uzaq olduğu qədər də q... | ANL |
"Mənim müalicəm düşüncə və davranışı dəyişməyə əsaslanır". Tanınmış həkim, klinik psixoloq Əli Nağıyevlə söhbətimizdə onun mütəxəssis olduğu sahənin incəlikləri, insanların həyatındakı əhəmiyyəti barədə danışdıq. Hazırkı dövrdə cəmiyyətdə klinik psixoloqların rolunun artdığını nəzərə alaraq, həmsöhbətimizə oxucuları... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.