text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"Bir Xəzər əfsanəsi"nin premyerası uğurla keçdi. Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni əsər tamaşaya qoyuldu. İlk dəfə səhnə təcəssümünü tapmış bu əsər - bəstəkar Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" adlı iki pərdəli baletidir. L.Cəfərova görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun...
ANL
Qahirədə Azərbaycan haqqında kitabların təqdimatı olub. Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində misirli tədqiqatçı Əhməd Tərabikin Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi "Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi" və Əhməd Sami Elaydinin ərəb dilinə tərcümə etdiy...
ANL
Məni kimsə bu qəzetə təqdim etməmiş, kimsə şeirlərimi tərifləməmişdi. Özüm zərfə qoyub qəzetin ünvanına göndərmişdim. Şeirlərim özü məni təqdim və təbliğ etdi. Gənclərə, xüsusilə istedadlı ədəbi qüvvələrə bu cür diqqətli və həssas yanaşmanı, öz timsalımda, "525"in sayəsində müşahidə etdim, öyrəndim. Həyat həm də məkt...
ANL
Sənsizlik düyün atdı, Düyünlədi eynimi. Sənin rəsmini geynir. Səliqə-sahman itib, Evi yoxluğun basıb. Evin hər bir yerindən. Xatirən özün asıb. Təndir həmən təndirdi, Çörəklər bada gəlmir. Yeməklər dada gəlmir. Sən olmayan beş ildə. Əlli illik qocaldım. Sənli keçən günlərə, Ana, tamarzı qaldım. Anam açan keçələrin bir...
ANL
Kiarustaminin məzarı. Bu şəhər Ləvasandır, Eşq əhlinə lisandır, Baxıb-baxıb susandır, Deməyə sözümü var? Bütün şəhərlərin ürəksıxan xüsusiyyətlərilə yanaşı axar-baxarı ürəkaçan mənzərələri də az deyil. Axar-baxarlı şəhərlərin, qəsəbələrin timsalında qocaman dağ atalı, Cayrud çay analı Ləvasan da var. Onun varlı görünüs...
ANL
Çəki daşının itməkliyi. Mən bu qeydləri bir neçə il qabaq qələmə almışam. Yox, yazım onun bütövlükdə diqqətə layiq olan yaradıcılığı haqqında deyil, yalnızca bir hekayəsindən aldığım təəssüratlardan ibarətdir. Qoy, elə bu qeydlərim dostuma yubiley təbrikim olsun. Qəribədir, Meyxoş Abdullahın "Çəki daşı" xatirə-hekayə...
ANL
Nəriman Əbdülrəhmanlı yaradıcılığı: orijinal və tərcümə müstəvisində. Nəriman Əbdülrəhmanlı ilə tanışlığımın onun orijinal və tərcümə yaradıcılığı ilə başladığını qeyd etməliyəm. Yalnız bundan sonra ona bir yazıçı kimi qanım qaynadı, onunla fərdi və yaradıcılıq tanışlığımız davam etdi. Bu tanışlıqla onun ədəb-ərk...
ANL
Klassik ədəbi irslə maraqlı səsləşmə. Əsərdə yeni personajın - Qeybdən gələn səsin mövcudluğu həm əsərin bədii təsir gücünü artırır, həm də digər personajları öz oxundan çıxarmağa qoymur. Yer öz oxu ətrafında fırlanan kimi, bütün surətlər də Qeybdən gələn səsin ətrafında fırlanır. Bu səsin hər hansı məqamda müdax...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Sənubər Hacıyeva İlyaslıdır. Onunla rəssam Haşmet Akalın "Baladız hekayəsi" əsəri haqqında danışmışıq. - Əsərə keçmədən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi? Rəssam İstanbulda yerləşən Galatasaray və Haydarpaşa məktəblərində təhsil alıb. Bu...
ANL
Samuray mənəvi ruhu yaşayır. Samuray zümrəsi min il ərzində Yaponiya tarixinə daxil olmaqla, ölkədə baş verən bütün siyasi hadisələrdə fəal iştirak etmişdir. Əgər bu gün Sumo güləşi və ya sakuranın çiçəklənməsini heyranlıqla seyr etmək Yaponiyanın rəmzi hesab olunursa, samuraylar bu əlaməti daşımağa daha artıq la...
ANL
Ömrün istinad nöqtəsi - Vətən sevgisi... Qədim yunan alimi Arximed istinad nöqtəsini olduqca yüksək dəyərləndirirdi, hətta istinad nöqtəsi olsa, Yer kürəsini də çevirə biləcəyini deyirdi. Hərənin həyatda bir istinad nöqtəsi olur: savad, savada söykəkli dünyagörüş, ünsiyyət mədəniyyəti, milli mentalitetə bələdlik. H...
ANL
Sevimli yazıçım, əziz müəllimim, tanınmış ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor və doğma Bakı Dövlət Universitetimizin işıqlı auditoriyalarında 1978-1980-ci illərdə mənim də müəllimim olmuş Əzizə xanım Cəfərzadənin əziz xatirəsini yad edən qədirbilən xalqımıza - tələbələrinə, ...
ANL
Dünya miqyaslı Azərbaycan dilçisi. "Azərbaycan dili mənim taleyimdir. Yuxusuz gecələrimdir, axtarışlarımdır". Azərbaycan dilçiliyinin görkəmli simalarından biri, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Ağamusa Axundovun bu günlərdə 90 illiyi tamam olur... Məlum olduğu kimi, Azə...
ANL
Dilimiz tarixin dönəmlərində nə qədər mübariz əsgər həyatı yaşasa da, dilçiliyimiz öz zabitindən başlamış generallarına qədər bu yolda həmişə dəyanətini göstərmişdir. Dilimizin bu mübariz tarixinin ən gərgin illərinin şahidi olaraq onu nəzəri əsaslarla möhkəmləndirən, təcrübi tərəflərini inkişaf etdirən, üslubi ke...
ANL
Amma baxır nə oxuyursan, nə vaxt, harada oxuyursan. Amma elə bilirəm ki, nəyi harada oxumağın çox fərqi var. Ətrafında cərəyan edən hadisələr imkan vermir, fikirlərin bir-birinə qarışır, düşüncələrin ora-buranı dolaşır. Hər ikisindən avara olursan. Bir əldə iki qarpız tutmaq dünya yaranandan mümkün olmayıb. İndiyə kim...
ANL
İblislərin işdə konfliktləri və ali məqsəd. Dünyanın ictimai, sosial, işgüzar və mədəni düzəni dəyişdikcə, ictimai şüurda mədəni və əxlaqi dəyərlər daha önə çıxıb. Nəticədə vətəndaş cəmiyyətləri təşəkkül tapıb, insanın özünü - insanlığı dərk etməsiylə yaşamaq uğurunda mübarizə üsulları daha sivil mərhələyə - ba...
ANL
Süleyman Əlisa çoxşaxəli ədəbi fəaliyyəti ilə seçilir, qələmindən tariximizin qaranlıq səhifələrinə işıq düşür, şeirləri minilliklərin söz yaddaşını silkələyir. Onun uşaqlar üçün yazdığı şeirlərdən tutmuş ictimai-siyasi mövzuda olan əsərlərinədək bütün qələm məhsullarında el xəzinəsinə güvəncin şahidi oluruq. Əslində...
ANL
AHISKALI ŞAİR VƏ MÜƏLLİM ALLAHVERDİ PİRİYEV HƏR ZAMAN EHTİRAMLA XATIRLANACAQ. Ahıska türklərinin tanınmış ziyalısı, təhsil işçisi, publisist və şair Allahverdi Hüseyn oğlu Piriyev 1934-cü ildə Aspindza bölgəsinin Qoyundərə kəndində anadan olub və ana dilində məktəbə gedib. On yaşlı Allahverdinin yaddaşına bu milli fa...
ANL
Onun adlarını çəkdiyim bu qəzetlərdə, həmçinin digər mətbuat orqanlarında dərc olunan məqalələri ilə tez-tez rastlaşırdım və həyatımızın müxtəlif problemləri ilə bağlı bu yazılar diqqəti cəlb edirdi. Əşrəf Hacıyevin bir müddət əvvəl çap olunan "Seçilmiş əsərləri" (tərtib edəni, müqəddimə və qeydlərin müəllifi f...
ANL
XIX əsrin əvvəllərində Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də öz maraqlarını təmin etməyə başladı. Bu qəza məktəbində rus və başqa millətlərin uşaqları ilə yanaşı, azərbaycanlılar da təhsil almağa başladılar. 1836-cı ildə qəza məktəbində ilk dəfə ...
ANL
Turizmdə yeni trend: zəngin turistləri ev sahibinə çevirmək. Turizm - ixracat və inşaat sektorlarından sonra - ölkəyə ən çox valyuta gətirən sahədir. Səbəbi nə olursa olsun, insanlar zövq almaq üçün böyük miqdarda vəsait xərcləməkdən çəkinmirlər. Dünyada tüğyan edən koronavirus pandemiyası isə qlobal miqyasda turizm se...
ANL
Nuh gəmisinin son limanı. ŞAİR, PUBLİSİST ƏBÜLFƏT MƏDƏTOĞLUNUN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR. İstedadlı jurnalist, şair və publisist Əbülfət Mədətoğlunun "Nuh gəmisinin son limanı" adlı kitabı adından tutmuş məzmununa qədər sanballı, səmimi və məharətlə yazılmış, özündə aktual olan Naxçıvan mövzusuna həsr edil...
ANL
Musiqişünaslıq elminin fəal və fədakar nümayəndəsi. PROFESSOR ZEMFİRA QAFAROVA DAHA BİR YUBİLEY YAŞINA QƏDƏM QOYUB. Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın milli musiqi elmimizin inkişafında ...
ANL
Zəkası və ömrü zamana yenilməyən alim. Bu il fevralın 2-də görkəmli Azərbaycan dilçisi, ədəbiyyatşünası, dünyaşöhrətli türkoloq, Əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyi tamam oldu. XX yüzilliyin 50-ci illərindən başlayaraq Azərbaycan filoloji elmində fenomenal hadisəyə çevrilmiş, görkəmli alim, nəc...
ANL
Doğrudan da, bu obraz elə bir sxemdə düşünülüb və elə bir planda yaradılıb ki, onun fövqəlməziyyətləri hətta yuxarıda sadaladığım insani dəyərlərin sərhədlərini də aşıb keçir, bu qadın qüsursuz, heç bir mənfi keyfiyyəti olmayan ideal varlıq səviyyəsinə yüksəlir. Dilarə sanki yerdəki insanlar arasında yox, göydək...
ANL
RESPUBLİKA MÜHARİBƏ, ƏMƏK VƏ SİLAHLI QÜVVƏLƏR VETERANLARI TƏŞKİLATININ SƏDRİ FATMA SƏTTAROVANIN 100 İLLİK YUBİLEY TƏDBİRİNDƏN QEYDLƏR. Ömür xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılmış illərdir. Belə yaşanılan illər zaman keçdikcə daha duyğusallıqla, bəzən örnək olaraq xatırlanır. Onda bu günə, yaşanıl...
ANL
Ramiz müəllim, getmək lazımdır! Əslində bu məsələ hər kəsi düşündürməli, hamını narahat etməlidir. Çünki Azərbaycanın fikir mərkəzi olan Milli Elmlər Akademiyası yalnız orada çalışanların deyil, hamımızındır. Bu bilik ocağı XX yüzildə xalqımızın qazandığı ən mühüm sərvətlərdəndir və yeni minillikdə, təzə əsrdə ...
ANL
"Təhsillə bağlı neqativ xəbərlərdən məkrli kampaniya qoxusu gəlir". "İLLƏRDƏN BƏRİ ÜST-ÜSTƏ QALANMIŞ QÜSURLARIN HAMISINI GƏNC NAZİRƏ BAĞLAMAQ HAQSIZLIQDIR". Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ halların baş verməsi labüddür. Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, elə...
ANL
Ovçuya bənzəyirəm. Çən-dumanda yol azan. Yolçuya bənzəyirəm. Məni yolayrıcında. Göyərtmir. Bu yaz gecikib gəlib, Bağça-bağı göyərtmir. Solu, sağı göyərtmir. Bir gözəl xəbər çıxıb. Qaş-qabağı göyərtmir. Uyarın qardaşları, Yozdursunlar başları. Özümə. Təzə dərd gətirəcək, təzə şeir gözləmə. Zərər verirəm ancaq, məndən xe...
ANL
Dul qadının tənhalığı. Aynur oğlanın onunla olan söhbətini bütünlüklə bacısına danışdı. O karıxır, fikrini başa çatdıra bilmirdi. Anamızın da ruhu şad olacaqdır ki, sən başqa yolla getdin, böyük bacının əzablarından uzaq oldun və indi sənə ailə qurmaq barədə ciddi təklif olunur. Toyumda məni öz qızı adlandırmışdı...
ANL
Elmi jurnallarımız: mənzərə ürəkaçan deyil! Həmin il böyük alimin "Annalen der Physik" elmi jurnalında dörd elmi məqaləsi dərc olunub. Məhz bu elmi məqalələr fizika elmi sahəsində əsaslı dəyişikliklərə yol açıb. Bu misal elmi jurnalların elm aləmi üçün nə qədər əhəmiyyətli olduğu fikrini bir daha təsdiqləyir. Bu g...
ANL
AZƏRBAYCANIN İLK KİNO OPERATORU, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ NƏRİMAN ŞIXƏLİYEV BU GÜNLƏRDƏ DÜNYASINI DƏYİŞDİ. Kadrlar bir-birini əvəzlədikcə otaqda var-gəl edir. Şuşanın işğaldan azad edilməsinə ürəkdən, candan sevinir, gözlərindən süzülən yaşları əlinin arxasıyla silib, yenidən nəzərlərini ekrana zilləyir. Vəhşilər, ...
ANL
"Basqalda yaşayan vətəndaşlarımız üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq". İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Azərbaycanda bir neçə elə iri yaşayış məntəqələri mövcuddur ki, onlar orta əsr şəhər mədəniyyəti elementlərini bu gün də özündə yaşadır. Onlardan da...
ANL
Vaqifdən vaqifliyə gedən yol. Azərbaycan ədəbiyyatına realizm, xəlqilik, humanizm, gözəllik, ədalət, bəşəri sevgi idealları, milli-mənəvi dəyərlər, xalqımızın zəngin və çoxəsrlik folklorundan süzülən bulaq suyu kimi dupduru, təmiz şeir dili gətirən Molla Pənah Vaqif XVIII əsr poeziyasının yeni mərhələsini yaradan...
ANL
Rəngarəng qobelen dünyası. İncəsənət tarixində qobelen sənətinin tarixi xüsusi əhəmiyyətə malikdir. Bəşəriyyət tarixinin ən qədim təcrübələrindən olan toxuculuqdan doğuran qobelen hələ qədim dövrdə utilitar, məişət təyinatından uzaqlaşaraq dekorativ mahiyyətini sərgiləyib. Texniki baxımdan milli sənətimizdə mövcud ola...
ANL
Ənənəyə sədaqət, yenilik istəyi və yaradıcılıq şövqü. Dəyərli sənət ənənələrinə malik səhnə kollektivlərindən olan Şəki Dövlət Dram Teatrı 1975-ci ildə görkəmli ədibimiz, şəkili dramaturq Sabit Rəhmanın adı verilməklə fəaliyyətə başladı və 1976-cı ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyası ilə geniş əks-sə...
ANL
İRADƏ TUNCAY: "ƏXLAQDAN NAQİS ADAMLARIN YETİŞDİYİ CƏMİYYƏT QORXULU CƏMİYYƏTDİR". Budəfəki həmsöhbətim tanınmış yazıçısı, publisist, "Ədalət" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay olacaq. Bir halda ki, çağdaş jurnalistika, onun tələbləri və mövcud reallıqlar mövzusunda söhbət etmək istəyirsən, h...
ANL
Elm və təhsildəki "Sovet qalıqları" inkişafı ləngidən amillər kimi. PROFESSOR ƏDALƏT MURADOVUN BU BARƏDƏ BÖLÜŞDÜYÜ FİKİRLƏR CİDDİ REAKSİYALAR DOĞURUR. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin...
ANL
Çünki bəzən elə özümüzün də haqqımızda bilmədiklərimiz var. Həmin fikri səsləndirəndə düşünə bilərik ki, bu, nə qədər çətin ola bilər, lakin cavab vermək vaxtı çatanda çətin olduğunun fərqinə varırıq. Sadəcə xarakter baxımından deyil, eyni zamanda kimliyimiz baxımından da ətraflı məlumatımız yoxdur. Əgər məsələy...
ANL
Naxçıvan Muxtar Respublikasında ekoloji təhsil və maarifləndirmə. "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Ümummilli lider Heydər Əliyev. Ətraf mühitlə insanlar arasındakı münasibətləri nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil, ekoloji təfəkkür problemlərinin həlli indi - XXI əsrdə cəmiyy...
ANL
Samuray mənəvi ruhu yaşayır. Poeziyadakı standartlar və yapon bağları. Yaponiyada avropalıya təəccüblü gələn təkcə samuray döyüşçülərinin tarixən mövcudluğu və yaponların fərqli görünən həyat tərzi deyildir. Axırıncının tərkib hissələrinə diqqət yetirdikdə, biz başqa maraqlı cəhətlərə də rast gəlirik. Bu fərqli h...
ANL
Onları kim tanımır ki... Məhəmməd Füzulinin yubiley tədbirinə fəxri qonaq kimi dəvət olunmuşdu. Mən də həmin tədbirdə çıxış edib dahi şairə həsr etdiyim. Mərasim bitdikdən sonra ağlıma da gəlməzdi ki, bu qonaq mənə yaxınlaşıb yaxşı çıxışıma görə təbrik edib əlimi sıxar. Amma bu, baş vermişdi... Məktəbimizin təqdimatı i...
ANL
ŞUŞANAMƏ. Məşhur rəvayətdir ki, türk oğlu türk olan, ancaq farsca yazıb-oxuyan Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə alanda onun saray şairi İbrahim xanı qorxutmaq üçün farsca bir beyt şeir yazıb oxun ucuna bağlayaraq qalaya atmışdılar; indiki terminlə desək, bir növ SMS göndərmişdilər. Qaynaqlarda həmin bey...
ANL
Parçalanmış Türküstanı gəzib tanıdıq... Bəs bütov Türküstan? 2021-ci il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə toplantısında Türk Dövlətlər Birliyi adlı beynəlxalq bir təşkilat yaradıldı. Həmin günlərdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlun...
ANL
“Tağıyev Zərdabiyə görə Nərimanova əsəbiləşib, tələbələrin pulunu kəsəcəyini deyir”. 525.az Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun APA-ya müsahibəsini təqdim edir: Bir dəfə Hacı Zeynalabdin Tağıyevlə bağlı qalmaqallı mətləblərə toxunan yazı yazmışdım. Təbi...
ANL
Hər hansı şair ədəbiyyata gələndə özü ilə təzə nəfəs, hələ edilməmiş ifadə formaları və çalarları gətirməsə, sənətdə ayaq tutub yeriyə bilməz. Sənətkar təzə söz və təzə duyğularla özünü ifadə edəndə öz üslubunu yaratmış olur. Yaradıcılığının sonuna kimi şair öz üslubuna sadiq qalır. Bu yaxınlarda gənc şair Gündüz Sevi...
ANL
Güneyli şairlərin Qarabağ nidası. Azərbaycanda ədəbi-bədii, mədəni-ictimai həyat hər zaman Güney ədəbiyyatına təsir göstərir. İkinci Qarabağ savaşı zamanı (27 sentyabr-9 noyabr 2020-ci il) İranda yaşayan cənublu qardaşlarımız haqqın bərpasını - Qarabağın Azərbaycana birləşdirilməsini ürəkdən dəstəklədilər. 30 il idi...
ANL
Azərbaycan kitabçılığı haqqında dəyərli nəşr. Tarix üzrə elmlər doktoru, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi Tahirə Həsənzadə bir sıra dəyərli kitabların müəllifidir. Fədakar alim 1994-cü ildə "Marağalı Məhəmmədhəsən xanın ictimai-siyasi fəaliyy...
ANL
Orhan Arasın kitablaşan Azərbaycan sevgisi. Amma yaxından görüşməmişdim. "Sevgi Allahı" adlı şeirlər kitabım haqqında yazdığı məqaləni çox bəyəndim. Sətirlərindən anladım ki, o, bizim ədəbiyyatımızı çox yaxşı tanıyır. Bakıya gələndə dəfələrlə görüşdük. Bir dəfə Orhan bəy mənə yeni yazdığı, hələ çap olunmamış "Helenen...
ANL
Azərbaycan təbiətinin bəzəyi və neməti: sitrus bitkiləri. Sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibin nisbətən sabit saxlanması bu bitkilərin tibbi əhəmiyyətini...
ANL
Dünya klassik musiqi mozaikasında Azərbaycan naxışı. Dünən İsveçin P2 radio kanalında bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqiydi. Ştrausun oynaq valslarından biri. Diktor konserti Umea simfonik orkestrinin ifa elədiyini deyəndə təəccübləndim. Dedim, bəs belə gözəl konserti yəqin Londonu...
ANL
Arazın o tayından havalanan, xalqımızı mənəvi birliyə, bütövlüyə səsləyən nəğmələrin sorağıyla üzümüz yenə Güneyədir. XX əsrin birinci yarısından etibarən Güney Azərbaycanda yaranan söz sənəti ana dilimizə məxsus gözəlliklərin bədii estetik funksiyasıyla yanaşı cəmiyyətin həyatında siyasi mübarizə vasitəsi kimi r...
ANL
Dövlətə, dövlətçiliyə, xalqa sədaqət örnəyi... Ötənlərə, yaşanılmışlara xatirə deyirik. Xatirə həm də tarixdi. Yaxın-uzaq ellərin yaddaşında təkcə xatirə kimi deyil, həm də tarix kimi qalan xatirələr oxunmuşların da tarixidi, eşidilənlərin də, görünənlərin də. İlləri el-obaya ad olan xatirələrin işığında yaşamaq nec...
ANL
Azərbaycanda ali təhsilin beynəlxalq rəqabət imkanları artır. Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil...
ANL
Tanınmış elm xadimi, ixtiraçı alim Rafiq Əliyev gənc yaşlarından Azərbaycan Neft və Kimya İnstitutunda professor adına layiq görülüb. Onun ixtiralarının Neftayırma Zavodunda tətbiq olunması Dövlət Mükafatı ilə qiymətləndirilib. Elm potensialı tükənməz olan Rafiq müəllimin pedaqoji fəaliyyəti də o dövr üçün mürəkkəb ...
ANL
Professor Rafiq Əliyev :"Hadisələrin, problemlərin fövqündə dayanmağa çalışıram". "TƏBİƏTDƏ VƏ CƏMİYYƏTDƏ SİMMETRİYA, TARAZLIQ POZULANDA HƏR ŞEY POZULUR". O, həyatını elmə, yeni kəşflərə, gənclərin ixtisaslaşmasına həsr edib. Dünyanın tanınmış universitetlərində mühazirələr oxuyur, müxtəlif proqramlara rəhbərlik ...
ANL
Elmdə islahatlar həyati zərurətdir. Azərbaycanın böyük mütəfəkkiri və maarifçisi, bütün Qafqazın müsəlman ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabi xalqın tərəqqisi üçün elm və təhsilin əhəmiyyətini vurğulayaraq öz həmvətənlərinə səslənirdi: “Ay qardaşlar, elm öyrənin, yoxsa zindəganlıq cəngində özünü...
ANL
Dünya ədəbiyyatında tarixdə silinməz iz qoyan fateh və şəxsiyyətlərin obrazının yaradılması ənənə halını alıb, tarixi gerçəkliklər öz doğruluq payını bədii əsərlərdə qoruyub saxlayıb. Şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən tarixi romanlarda yazıçı tərəfindən yaradılan ədəbi-bədii obraz şəxsiyyətin tari...
ANL
Naxçıvan halay və yallıları ilk dəfə kompleks tədqiqat işığında. Xalqımızın rəqs mədəniyyətində yallıların, halayların yeri danılmazdır. Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan ulu əcdadlarımız ibtidai dövrlərdən müxtəlif rəqs elementlərinin izlərini piktoqrafik işarələrlə tarixin yaddaşına yazaraq günüm...
ANL
Azərbaycan İlahiyyat İnstitutu: 4 ilin diqqətəlayiq göstəriciləri. Ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm təsisatlardan biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 4 il ötür. İnstitut Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlar...
ANL
(Mərhum aktrisa Almaz Əskərovanın ruhuna). Amma bu 3-4 epizod, 5-6 dəqiqə kifayət edir ki, Şəms bütün dövrlərin, zamanların və məkanların qadın qürurunu, əzəmətini, qadın sevgisinin ucalığını, qadın yenilməzliyini təcəssüm etdirən parlaq obraz kimi yaddaşlara hopsun, simvola, rəmzə çevrilərək hamıya qadın olmağı...
ANL
Ümidsiz ölmək də istəmir adam. Ağılın budağı kəsilib, şair, Dəniz də boy vermir ağlıdayaza. Biz öz əlimizlə gor qaza-qaza, Ümid bağlamışıq olar-olmaza. Yenə köhnə mərəz, köhnə vərdişlər, Din-məzhəb hamısı itib ortada. Yenə köhnə oyun, köhnə gərdişlər, Təzə oyunçular bitib ortada. Yenə cığır itib, yollar dolaşıb, Yenə...
ANL
Ümidsiz ölmək də istəmir adam. Sənsiz neyləyirəm dünya mülkünü? Vətənsiz xoş keçməz insanın günü. Səni yaşatmağa çatar imkanım, Boylanmaz uzaqdan, ötmərəm gendən, Ey Vətən! Qürurum, vüqarım sənə bağlıdır, Kədərin, niskilin məni ağladır. Gör nələr çəkmisən, sinən dağlıdır, Tarixin yelləri əsibdir səndən, Ey Vətən! İ...
ANL
Dul qadının tənhalığı. Hüseyn səni ibtidai insanın daldalandığı mağaradan işıqlı dünyaya çıxardı, qaranlığa öyrənmiş gözlərin işığın təsirindən ağrıyır, onların kor olacağından qorxurdun. Lakin işıq, hərarət adətən özünün məlhəm təbiətinə uyğun olan işi görür və adama onları düzgün qəbul etməyi və onlardan ilham...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Sənubər Hacıyeva İlyaslıdır. Sənubər xanımla Velaskesin "Nədimələr" əsəri haqqında danışmışıq. Dieqo Velaskes 1599-cu ildə İspaniyanın Sevilya şəhərində çox da varlı olmayan portuqal mənşəli mülkədar ailəsində dünyaya gəlib. Onun anadan olduğu tarix dəqiq məlum deyil...
ANL
Ətraf aləmdə kimyaçıların yaradıcılığının məhsulu olmayan obyekt tapmaq çətindir. Ev əşyaları, geyim və qulluq vasitələri, dərman preparatları, hətta qida məhsullarında belə kimyaçının izi var. Kimya bütöv bir ecazkar dünya, sirlər və kəşflər, keçmişin, indinin və gələcəyin elmidir. Kimya insana mineral, heyvan və bi...
ANL
Mir Möhsün Nəvvabı xatırlarkən. Mirzə Xosrov Axundov Şuşanın tanınmış müəllimlərindən olub. Həmkarları ilə birlikdə Şuşada savadsızlığın aradan qaldırılmasında fəal iştirak edən Mirzə Xosrov Axundov həm də Şuşanın tarixi ilə bağlı maraqlı tədqiqatlar aparıb, məşhur şəxslərlə bağlı xatirələrini qələmə alıb. Mirzə...
ANL
Sujet xətti qüsursuz fırıldaqlıq, mükəmməl kələkbazlıq, ustaca hiyləgərlikdir. Dünyanın yarısı "Netflix"in çəkdiyi bu sənədli filmdən danışır. Ayın gündəminə bomba kimi düşən "Tinder ovçusu" ən çox müzakirə olunan mövzular siyahısındadır. Film şəxsi təyyarələri, yaxtaları, son model avtomobilləri olan Simon Leviev...
ANL
Müəllim ömrü, alim şəxsiyyəti. Müəllimlikdə bir-biri ilə vəhdət təşkil edən üç əsas cəhət diqqəti cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllimin şəxsiyyətindən ibarətdir. Təbii ki, pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim şəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyil. Müəllimin ...
ANL
Əli Əmirlidən ustad dərsləri. Səhnə əsərinin uğuru dramaturqun yaratdığı personajlardadır. Səhnədə hər şey personajlar vasitəsilə baş verir, onların vasitəsilə tamaşaçı zalına ötürülür. Ona görə də personajlar canlı, diri insanlar olmalıdırlar. Əgər tamaşaçı personajların taleyinə biganə qalırsa, deməli, səhnədə ...
ANL
Nağıl dilinin çevikliyi və təravəti. AYDIN TAĞIYEVİN BƏDİİ NƏSRİ HAQQINDA QEYDLƏR. Şabran ədəbi mühitində yaşayıb-yaradan yazıçı-publisist Aydın Tağıyev öz sözünü deyən, düşündürücü, ürəyəyatan povest və hekayələri ilə oxucunun rəğbətini qazanmış qələm sahiblərindən biridir. O, bələd olduğu mühiti, tanıdığı, dostluq...
ANL
Tarixdən səhifələr. Sovet dövründə mərkəzi mətbuat Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadiyyatı, burada gedən proseslər, xüsusən mədəni həyatı ilə bağlı geniş materiallar çap edirdi. Təbii ki, ixtisaslaşmış mətbuat orqanları da var idi ki, onlar ancaq televiziya və radio fəaliyyətini işıqlandırırdı. Həmin ixtis...
ANL
Elmə bağlı ömür. Psixologiya tarixin bütün dönəmlərində insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edib. İnsan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi ora nüfuz etməsin. Bu gün bütün dünyada insan münasibətlərinin səmərəliliyinə sözün əsl mənasında məhz psixoloji bilikləri...
ANL
"Dionisin şərəfinə" kitabının təqdimatı oldu. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tənqidçi Əsəd Cahangirin "Dionisin şərəfinə" adlı kitabının təqdimatı keçirilib. Tədbiri AYB sədrinin müavini Rəşad Məcid açaraq qonaqları salamlayıb, tənqidçi və onun yeni kitabı barədə fikirlərini bölüşüb. R.Məcid Y...
ANL
“Akademik Mirzə İbrahimov” biblioqrafiyası hazırlanıb. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” biblioqrafiyasını nəşr etdirib. Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ictimai xadim Mirzə İbrahimov haqqında ilk biblioqrafiya ya...
ANL
Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə yazıçının Ukrayna dilinə tərcümə edilmiş məşhur "Studentlər" romanının təqdimat mərasimi baş tutub. Hüquq fakültəsinin auditoriyalarından birinə Yusif Vəzirin adı verilib, xatirə barelyefinin açılışı olub. "Studentlər"in ilk Ukrayna nəşrinə ön söz yazan fövqəla...
ANL
Münsif olmaq həmişə çətindir. Münsif olmaq haqla olmaq deməkdir. Münsif olmaq tərəzini əyməməkdir. Artıq həftələrdir ki, Azərbaycan mətbuatında, sosial şəbəkələrdə, efirlərdə ciddi fikir mübadilələri gedir və Milli Elmlər Akademiyasındakı mövcud vəziyyət, akademik Ramiz Mehdiyev idarəçiliyinin fəsadları və bunda...
ANL
Korona ilə görüş. O zamanlar Avropa televiziyaları tez-tez Çindəki ölümlərdən narahatlıqla danışsalar da, panika havası o qədər də çox deyildi. O qripdən bir neçə gün sonra Kölndəki Türkiyə konsulluğunun Təhsil attaşesi Mustafa hocanı hava limanından götürüb evə apardım. Korona haqqında bir az zarafat etdik və güldük....
ANL
Akif müəllim - "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Akif Aşırlı haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, təxminən üç il rəhbərliyi altında çalışmışam. Yəni xarakterinə az-çox bələdəm. Çətindir ona görə ki, mən Akif müəllimin sözə, üslu...
ANL
Vətən etibarlı əllərdədir. Qədim tarixi, müqəddəs adət-ənənələri, zəngin mədəniyyəti, qəhrəmanlıqlarla dolu keçmişi olan Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də vətənini yad ellərdən qorumaq əzmindədir. Müdriklərimiz demişkən: "Gələcəyə ümidlə baxan xalq heç vaxt yenilməz". Hər kəs bilməlidir ki, bizim gücümü...
ANL
Milli mədəniyyətimizin və ədəbiyyatımızın müqəddəs ocağı - Şuşa. Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi Azərbaycan mədəniyyətinə yeni mühüm işlər üçün ciddi mövzular verməklə yanaşı Şuşanın tarixi, ədəbiyyatı, incəsənəti və başqa sahələri üzrə gerçəkliklərə işıq salmağa, bu mövzuda yeni elmi, b...
ANL
“Çalışırıq ki, efirdə səmimiyyəti qorumaqla dinamikanı da artıraq”. Çoxlarının “Sevgililər günü” bildiyi 14 fevral tarixi həm də Azərbaycanda televiziyanın yarandığı gündür. Ötən 66 il ərzində Azərbaycanda bir çox televiziya kanalları fəaliyyətə başlayıb, ən müasir standartlara əsaslanan rəqəmsal televiziya yayım şəbə...
ANL
"İrəli" cəmiyyətə yararlı gənclər ordusu yetişdirib". Samirə Qasımova: "Rayonlarda gənclərin sosial və mədəni həyatı üçün zəruri infrastruktura ehtiyac var". Bəzən taleyüklü suallarla üz-üzə qalanda insanlar üçün müxtəlif bəhanələr gətirmək çox asan olur. Amma elə şəxslərlə də rastlaşırıq ki, onların əzmi, qətiy...
ANL
Özbək ədəbiyyatının təbliğinə Ramiz Əskər töhfələri. Çağdaş Azərbaycan filologiyasında Türk xalqları ədəbiyyatının araşdırılması yönündə ən məhsuldar fəaliyyət göstərən alimlərdən biri də Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskərdir. Ramiz müəllimin tə...
ANL
Sabaha ünvanlanan dramaturgiya. Görkəmli ədib Mirzə İbrahimovun pyesləri ədəbiyyat və teatr tariximizdə önəmli yer tutur. Görkəmli teatrşünas, professor Cəfər Cəfərovun təbirincə desək, teatr sənəti həmişə dramaturgiyadan incik qala-qala özünün enişli-yoxuşlu yolları ilə irəliləyib. Bu fikir səhnə sənəti orqanizminin,...
ANL
Şəhidlərdən əmanətdir bu vətən. Şəhidlərin ruhu var, Şəhidlərin ahı var, Şəhidlərin Allahı var. əmanət qoyub getdikləri. vətənin hər yanında - şəhərində, kəndində, yağmurunda, dumanında... vətənini sevən insanları. şəhidlər də sevir, dua eləyir, Allahın müqəddəs məqamlarından... əmanətə xəyanət edənlərin əməllərindən...
ANL
Samuray mənəvi ruhu yaşayır. Yaponiyada təsəvvürlərimizə uyğun gəlməyən, təəccübümüzə səbəb olan iki cəhət bu ölkəyə, bu xalqa tam başqa qaydada yanaşmağı, onu dərk etməyə, anlamağa cəhd etməyi tələb edir. Biz gözümüzün hiss hüdudlarının məhdudluğundan texniki vasitələrdən istifadə etməyə əl atırıq və bunu qəbahə...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Zülfiyyə Sadıqovadır. Onunla fransız rəssam Teodor Jerikonun "Meduza salı" əsəri haqqında danışmışıq. Fransız rəssam Teodor Jeriko romantizm dövrünün ən tanınmış nümayəndələrindən biridir. "Romantizm" termini ilk dəfə T.Jerikonun yaradıcılığına istin...
ANL
İtkin evlərin əziz nişanələri. Göz açdığımız, uşaqlığımızın, gəncliyimizin ən gözəl günlərini, ən ağrılı məqamlarını yaşadığımız, bütün dünyadan qaçıb soyuq divarlarına sığındığımız evdir ilk vətənimiz. Daha sonra ömrümüzün hansısa dövründə bəzilərimiz öz əlləriylə, öz zəhmətiylə özünə yeni ev-yeni vətən qurur...
ANL
Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanı təqdim olundu. Fevralın 14-də "Azərkitab"ın konfrans zalında çağdaş ədəbiyyatımızın tanınmış nümayəndələrindən yazıçı-dramaturq Hüseynbala Mirələmov yeni romanı ilə ziyalıların, oxucuların görüşünə gəldi. Tədbir Vətən, torpaq uğrunda canından keçən, öz həyatını bu yolda böyük...
ANL
"Bərpa prosesi düzgün gedəndə, idmançı peşəkar idmana qayıda bilir". Yəqin ki, çoxumuz hər hansı idman yarışına baxarkən bir idmançının anidən zədələndiyini və bu səbəbdən bir müddət peşəkar fəaliyyətdən kənar qaldığını eşitmişik. Adətən həkimlər zədələnən idmançılarla fərdi məşğul olurlar. Avropada bu sahə üzrə...
ANL
Nənəm atasının ölümünü düz yeddi gün sonra yad taksi sürücüsündən eşitmişdi. Son illərə qədər heç atası barədə bir kəlmə də kəsməmişdi. Babam deyir, taksiylə kəndə gedirdik, asta səslə sürücüdən soruşdum ki, əmi necədi? Dedi, kişi yeddi gün əvvəl dünyasını dəyişib... Nənəm yeddi yaşından sonra atasının üzünü görməyib,...
ANL
Milləti millət edən. İlk tələbəlik illərimdən. Bu isə artıq onilliklər deməkdir və belə bir sanballı müddət bir insana ürəyin istəyən qiyməti verə bilməkçün yetərincə mötəbər zəmanətdir. Hər gün respublikanın dörd bucağından "Mehdi Hüseyn küçəsi 1-ə" qalaq-qalaq məktublar yetişərdi. Və hər gün gələn yüzlərlə mək...
ANL
Efirimizin "Real"ı. Dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının qorunması, ordu quruculuğu, demokratik institutların inkişafı, söz azadlığı və plüralizm prinsiplərinə əməl edilməsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, cəmiyyətdə bərabərtərəfli münasibətlərin inkişafı - bütün bunlar və sadal...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Harari: "İnsanlar o qədər uzun yaşayacaqlar ki, oğul-uşaqlarını tanıya, xatırlaya bilməyəcəklər!". Belə hadisələr məktəblərdə həmişə olub. 28 yanvar Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin doğum günüdür. Dünən təhsil aldığı 207 saylı məktəbdə Səidin barelyefinin a...
ANL
"İnsan qaydalarla böyüməlidir". Müsahibimiz Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovadır. - Günel xanım, rəhbəri olduğunuz Təhsil Nazirliyi yanında İctimai Şuranın iş mexanizmi bu gün nə dərəcədə əhəmiyyətlidir? - Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanun var. Bu qanun ayrı-ayrı sahələr...
ANL
Həssas oxucular, yəqin, bilirlər ki, "Orxan Paşa" istedadlı qələm sahibi, gözəl alim və şair Məhərrəm Qasımlının təxəllüsüdür. Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi M.Qasımlının indiyə kimi Orxan Paşa imzalı yeddi şeir kitabı işıq üzü görüb, şeirləri rus, gürcü, ingilis dillərində nəşr olunub. Orxan Paşanın poe...
ANL
Rəşad Məcidin fikir aləminə səyahət. Sosial şəbəkələrdə yoxam, "in concreto" olaraq virtual aləmə heç iynənin ücü boyda da pəncərəm yoxdur. Ona görə ki, bu aləmdə sosial tənzimlənmə prosesinə daxil olmayan, üzləri bağlı, adları yalan - heç bir insan tipinə uyğun gəlməyən və bilavasitə onun antipoduna çevrilən can...
ANL
Fikirlərin doğum evi. Beyin fikirlərin doğum evidir mənə görə - orada ölü doğulanlar da olur, dünyaya diri gələnləri də. Əsas olan isə xeyirli fikirlərin doğulmasıdır. Fikirlər də cürbəcürdü, narahat fikirlər pis toxum kimi bir şeydi, beyində kök atır, böyüyür və yaşayır. Həyatımızı düşüncələrimizin məhsulu hesab etmək...
ANL
Qərib türklərin nakam şairi - İlim Səfil. Ahıska türklərinin mədəniyyət xadimi və şairi İlim Səfil (İlim Şahzadayev) əslən Altunqala-Koblıyan bölgəsinin (indiki Adıgün rayonu) Pulate kəndindəndir. Gürcülərin Saataqo - Atabəylər yurdu adlandırdığı Ahıska Atabəyliyi sülaləsinin son nümayəndəsi, Almaniya təhsilli Osman ...
ANL