text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yüz nəfərə yaxın insan "90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi" filminin premyerasını izləmək üçün səbirsizlənirdi. Həmin şəxslər arasında olanlardan biri də bəndəniz idi. Bu vaxta qədər kinoteatrda çox olsam da, budəfəki filmin həyəcanı da, yeri də tam başqa idi. Ona görə ki, İman Məcidovun müəllifi və rejissoru olduğu ... | ANL |
Akademik İsa Həbibbəyli: "Naxçıvan planlı, sistemli şəhərsalmaya görə ölkəmizdə bir nümunə ola bilər". Ötən bazar günü heç zaman yaddaşımdan silinməyən və bir ömür fəxarət hissi ilə xatırlayacağım əlamətdar gün idi mənim üçün. Həmin gündən bir gün əvvəl axşam baş redaktorumuz zəng edərək akademik İsa Həbibbəyli ... | ANL |
TANINMIŞ ƏDİB VƏ JURNALİST NÜŞABƏ MƏMMƏDLİNİN GƏNCƏ FİLARMONİYASINDA TƏŞKİL OLUNAN YARADICILIQ GECƏSİ DÖRD SAAT ÇƏKDİ. Dahi Nizami özünün "İsgəndərnamə"sində qılıncla ucalan fateh ilə sadəlik yoluyla müdrikliyə çatan qadın hökmdarı görüşdürür. İsgəndəri ibrətamiz misalları ilə fəth edən bu qadının adı Nüşabədir... | ANL |
Sonuncu səhər. Bu səhərin qeyri-adiliyi ondaydı ki, Kəlbəcər dağlarının havasını ciyərlərinə çəkirdi. Ötən il iyulun 4-də adi bir yay səhəri hərbi maşınla dağların, təpələrin sinəsinə yaşıl xalı kimi sərilmiş kənd yolu ilə peşə fəaliyyətini yerinə yetirməyə gedirdi. Həmin gün onun ömrünün son səhəri, getdiyi son yol ... | ANL |
"Əsas hədəf Niderlanddakı savadlı gənclərimizi irəli çəkməkdir". ELXAN MİRHƏŞİMLİ: "NİDERLANDDA GÜCLÜ LOBBİ YARADA BİLSƏK, TƏSİR İMKANLARIMIZ DA ARTAR". Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın təbliği, dövlətimizin daha yaxşı tanıdılması istiqamətində böyük iş... | ANL |
Bizim Aydın Tağıyev - Nəcməddin Mürvətovun yubiley yazısı. Nəcməddin MÜRVƏTOV. Yaxın dostlarından biri, yazıçı-publisist Novruz Nəcəfoğlu qoyub ona bu adı. O vaxtlar yaxından tanıdıqlarımın arasında xeyli "şeir yazan", şair olsa da, nasir təkcə o idi. Xeyli maraqlı hekayələrini oxumuşdum. Doğrudan da, onun qələmində... | ANL |
Etnik şüur və etnopsixologiya. Etnik şüur və etnopsixologiya müasir anlamda milli şüur və milli psixologiya mənasına gəlir. Fəqət, millət anlayışından əvvəlki dövrlərdə etnos mövcud idi. Biz heç də marksizmin o qənaəti ilə razı deyilik ki, guya millət anlayışı XIX əsrin məhsuludur. Bizim fikrimizcə, xüsusilə Azə... | ANL |
Sözün Əkbər Qoşalı rəngi. Filologiya elmləri doktoru. Tanınmış şair və publisist, Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının qarşıdan gələn 50 illik yubileyi ilə əlaqədar 5 cildlik seçilmiş əsərləri nəşrə hazırlanır. 5 cildliyin I cildində müəllifin şeirləri və poemaları toplanıb. Ə.Qoşalının ... | ANL |
Şəhid polkovnik-leytenant. Şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində canını fəda edən minlərlə igidlərimizdən biri də Nail Rəfail oğlu Orucov olub. Sağlam əqidəli, xalqa, dövlətli sədaqətli oğul kimi bütün həyatını Vətənə bağlayan Nail yağı düşmənin torpaqlarımızda törətdiyi vəhşiliklərlə heç cür barışa ... | ANL |
İrəvan şəhərinin nüvəsi – Təpəbaşı məhəlləsi. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq illərdir ki, Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsi məhv etmək siyasəti həyata keçirir. Bu ölkə tərəfindən təkcə 30 ilə yaxın işğal altında olan ərazilərimizdəki tarixi, mədəni, dini abidəl... | ANL |
Zəngəzur faciələrinin dolğun bədii salnaməsi. UNUDULMAZ ƏDİBİMİZ ƏYYUB ABBASOVUN "ZƏNGƏZUR" ROMANI YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ. Yaradıcılığa şeirlə başlayan, uzun müddət publisistikası ilə diqqət çəkən, uşaqlar üçün maraqlı əsərlər yazan Əyyub Abbasov adlı bir yazıçımız olub. Bu ədib nəinki onu oxuyanların, tanıyan... | ANL |
Əyalət lövhələri. Doğma Göyçay mənə təkcə əsrarəngiz təbiəti, əzəmətli xan çinarları ilə yox, gözəl, istedadlı, yaradıcı insanları ilə də qiymətlidir. Bu gün onlardan üçü barədə söz açmaq istəyirəm. BİR XEYİR-DUANIN TARİXİ. Amma öz tarım yox idi, çünki o vaxtlar Şuşadakı musiqi ələtləri fabrikinin istehsal gücü 1... | ANL |
Xəzərin ekoloji mühiti: mövcud durum yeni tədbirləri zərurətə çevirib. Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Volqa, Ural, Kür və digər çayların hövzəsindən qaynaqlanan dəniz ərazisinin iq... | ANL |
Dolanır dünyanı sərgərdan canım, Kədər aşığımdan dərd topuğumdan... lll. Hər qəlbdə bir cürə təcəlla edən. Sevda gözümüzdə sudu, əzizim. Göz yaşım gizlincə içimə axıb. Hər kəsi qəlbimdən yudu, əzizim. Bildinmi, mənmişəm yeganə varın? Getmir damağından dadı, əzizim? Bizim aramızda bir möcüzə var;. Beş-üç quş yuvası xati... | ANL |
Dul qadının tənhalığı. Ruhiyyə oğluna mane olmamaq üçün öz otağına keçdi və özündən asılı olmayaraq, Həsən barədə düşünməyə başladı, yadına əvvəlki qonşularının yeri gəlib-gəlmədi işlətdiyi "bu xəmir çox su aparacaq" sözləri düşdü. İmkanlı əmisi öz qızını ona vermək istəsə də, bu sövdələşmə baş tutmamışdı. Baxm... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
Alim ucalığı, müəllim fədakarlığı. PROFESSOR ZEMFİRA ŞAHBAZOVANIN 75 YAŞI TAMAM OLDU. Bakı Dövlət Universiteti filologiyanın müxtəlif sahələrinə, o cümlədən, Azərbaycan dilçiliyinə görkəmli simalar bəxş edib və onların güclü potensialı sayəsində ölkəmizdə dilçilik elmi müasir inkişaf səviyyəsinə yüksəlib. BDU-da... | ANL |
Bir göz qırpımında. Rəhim beşinci sinifdə Aleksandr Belyayevin "Professor Douelin başı" romanını oxuyandan sonra neyrocərrah olmaq həvəsinə düşmüşdü, "Böyüyəndə adamların başının içini elə aperasiya eliyəcəm, heç yerdə pis adamlar olmayacax," - inamla ata-anasına demişdi. Doqquzuncu sinfi bitirəndə, Xalq Təsərrüfatı ... | ANL |
Elçin İsgəndərzadənin Günəşə aşiqliyi və Şuşa sevgisi. "Şuşada qoyub gəldiyim Günəşin bənzəridir Nurəngiz xanım"... 205 səhifəlik esse-monoqrafiyada məni ən çox təsirləndirən, olduğum yerdən alıb uzaqlara, lap uzaqlara aparan, kirpiklərimi nəmləndirən cümlə idi bu... Elə oradaca dayandım, düşündüm, heç vaxt görm... | ANL |
Saday Budaqlı nəsri: bədii təhkiyənin dinamik siqləti. Saz-söz yurdu Qazaxda doğulan, ömrünü sözə bağlayan Saday Budaqlı Azərbaycan ədəbiyyatının 80-ci illərdə yaradıcılıq yoluna qədəm qoyan nasirlər nəslinin nümayəndəsidir. "Ümid" hekayəsinin qəhrəmanının gündəlik həyatın qayğıları, ailə başçısı kimi düşüncələ... | ANL |
Eşqə, sözə vurğun qəlb... Unudulmaz şairimiz Əliağa Vahiddən sonra mənə elə gəlir qəzələ meyil xeyli azalmışdır, amma ötən əsrin S.Rüstəm, S.Vurğun, M.Mehdi Seyidzadə, M.Rahim kimi sənətkarları qəzəl yazırdılar, tanınmış müğənnilərdən Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Sara Qədimova həvəslə həmin qəzəllərdən muğ... | ANL |
Böyük maarifçinin parlaq fəaliyyəti arxiv sənədlərində. Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan, həyat və yaradıcılığı ilə xalqının mədəni və elmi fikir intibahı tarixində silinməz izlər qoyan görkəmli mütəfəkkirlərdən biri, tanınmış pedaqoq, təbiətşünas alim Həsən bəy Zərdabinin bu ilin 28 iyu... | ANL |
"Gerçək tamaşaçı auditoriyası fikir rəngarəngliyi istəyir”. “BU OLMAYANDA TAMAŞAÇI ÖZ EHTİYACINI BAŞQA YERDƏ QARŞILAMAĞA MEYİLLƏNİR". Son zamanlar Azərbaycan teleməkanında baş verən neqativ hallar ümumilikdə cəmiyyətin haqlı narazılığına səbəb olub. İctimai rəydə ciddi təsir yükünə malik sosial şəbəkələrdə telek... | ANL |
Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyi qeyd olunub. Ağsu rayon Mədəniyyət sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən bədii qiraət ustası, Xalq artisti Mikayıl Mirzənin 75 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir... | ANL |
Heç nə ummadan yaşamaq. Özümü xəyal qırıqlığına uğramış, utanmış, günahkar kimi hiss eləyirəm. Bu hissin mənə anlatdığını bütöv bir ömür anlada bilməz. Günlərin bir günü anladım ki, əgər sonuclara, nəticələrə bağlı deyilsənsə, həyatda heç bir şey qorxuducu deyil. Yəni heç kimdən heç nə istəməyəcəksən. Bir də, yaşa... | ANL |
Mətbuat Şurasının sədri Əflatun Amaşovun müəllifi olduğu "Qanıq, Hasan, bir də Qaragöz" romanının dünən təqdimatı keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib ki, uzun müddət Mətbuat Şurasının sədri vəzifəsində çalışan Əflatun Amaşov ... | ANL |
Təpəbaşı Yer üzündən silinmək təhlükəsinin bir addımlığında. MUSA QASIMLI: "AZƏRBAYCAN XALQININ TARİXİ İRSİ UNESKO-nun GÖZÜ QARŞISINDA DAĞIDILIR". Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsin məhv edilməsi siyasətini bu gün də davam etdiri... | ANL |
"Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması aktual problemdir". "İNDİYƏDƏK APARILAN TƏDQİQATLAR XƏZƏRİN SƏVİYYƏSİNDƏ ÇOX KƏSKİN DƏYİŞMƏLƏR OLDUĞUNU GÖSTƏRİR". Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər iqtisadi və strateji əhəmiyyəti ilə yana... | ANL |
Bayat döyüşləri. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik. Pənahəli xana qarşı açılan cəbhə. Bu cür şəraitdə yaşamaqla qar... | ANL |
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan xalqının ictimai və milli şüurunun oyanması və formalaşmasında müstəsna xidmətləri olan görkəmli publisist, yazıçı, müəllim, naşir, tənqidçi və dövlət xadimi Öm... | ANL |
Elə görən gündən necə bağlandımsa, bu günədək Gəncəyə ruhumun şəhəri deyirəm. Etiraf edim ki, müsahib seçərkən, Gəncədən olduğunu eşidəndə hisslərimi cilovlaya bilmirəm. Bir yazar, qələm əhli kimi onun yaradıcılığına bələdəm. Düzü, söhbətləşmək istəyi də keçib fikrimdən. Bu ayın əvvəlində sosial şəbəkələrdə Gənc... | ANL |
Bədii sözün təsir gücü, sözə münasibət XİX əsrdən üzü bu yana aktual bir mövzu kimi qələm əhlini daim narahat edən məsələlərdən olub. Bu barədə çox deyilib, çox yazılıb... Məncə, sözün ilk düşməni elə sözün özü, onun yerli-yersiz çeynənilməsi və çeynənilərək saqqız kimi uzanmasıdır. Çünki sözün daxili-mistik cərəya... | ANL |
Mövsüm gəldi, indi Avropada köçəri quşlar kimi yaşayan türklər öz isti yuvalarına yol açmağa başlayıblar. Bəziləri həqiqətən də təyyarələrə minib quşlar kimi uçdu, bəziləri isə avtomobillərində sevimli mahnılarını səsləndirərək iki günlük uzun bir səyahətə çıxdılar. Hər il eyni həvəslə yola çıxırdım. Maşınla gedəndə hə... | ANL |
Səfir: "Azərbaycan Qətərdə ən çox sevilən ölkələrdən biridir". Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab "525-ci qəzet"ə müsahibə verib. Müsahibəni təqdim edirik. - Cənab səfir, ilk növbədə Azərbaycan-Qətər münasibətləri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Bu münasibətlər ha... | ANL |
Bayat döyüşləri. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik. Qarabağ döyüşçüləri azadlığın göylərə qaldırılan müzəffər bayr... | ANL |
Ömər Faiq keçdiyi çətin, mürəkkəb, keşməkeşli, şərəfli ömür yolunu və mübarizələrlə dolu yaradıcılıq prosesini özünün məşhur "Xatirələrim" əsərində geniş şəkildə əks etdirib. Bu dəyərli avtobioqrafik yazıda ədib öz yaradıcılığını, "Molla Nəsrəddin" jurnalı ilə bağlı qaragüruhçu qüvvələrə qarşı mübarizəsini, Cəl... | ANL |
Sədaqət simvolu. O dövrdə Musa müəllim respublikada artıq gənc mütəxəssis kimi rəhbər işlərdə çalışırdı. O zaman respublikada kənd təsərrüfatı ilə bağlı zona müşavirələri təşkil edilərdi. Həmin müşavirələri Mərkəzi Komitənin katibləri, Nazirlər Sovetinin sədr müavinləri keçirərdi. Və belə tədbirlərdə Musa müəllim həm... | ANL |
Əminəm ki, yaxın zamanda sən aramıza qatılandan sonra bu, mənim dilimin əzbər sözünə çevriləcək. Bir kəlməyə sığdırılmış bu sonsuz səadəti mənə rəva gördüyünüz üçün öncə Allahıma, sonra isə sənə təşəkkür edirəm! Mənim balam! Bunu sənə elə bir zamanda yazıram ki, indi bizim yaşadığımız, bir azdan sənin də fərdinə çevr... | ANL |
gətirərmi bu yanvarda. Çox köhnə xatirədi... Aldanıb sarı rəngin möhtəşəmliyinə. Gözlərimin kökünü. Sən yaşayan şəhərin. Üzündəki tozları. Küsdürəndə qızları. Rast gələrsən qurumuş. Dar gələcək ürəyimə. Bu şəhərin əyninə dar gəlir darıxmağım;. Bir ovuc qəm yığmışdın çiynindəki çantaya... Sonra mesaj yazmışdın. Uzaqlara... | ANL |
30 il vətən həsrətiylə yaşayan qarabağlılar bu gün dərindən nəfəs ala bilirlər. Ancaq təəssüf ki, azərbaycanlıların vətən həsrəti bununla yekunlaşmır. Tarix boyu xalqımız zaman-zaman öz əzəli-əbədi torpaqlarından qoparılıb, qaçqınlıq həyatı yaşamağa məcbur buraxılıb. Bu gün borçalılılar, Qərbi və Cənubi azərbayca... | ANL |
"Cənnətə bilet" tamaşası nümayiş olunub. Bakı Uşaq və Gənclər Teatrı mövsümün bağlanış tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirib. Teatrdan verilən məlumata görə, "Cənnətə bilet" tamaşasının müəllif və rejissoru İlhamə Əhmədovadır. Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canın... | ANL |
AMEA-da Ömər Faiq Nemanzadənin yubileyi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr ... | ANL |
Xalq rəssamı Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətinin yekdil qərarına əsasən, Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Rafiq Əliş oğlu Nəsirov Milli Kino Mü... | ANL |
Dul qadının tənhalığı. Ruhiyyə Həsəni bir qəribə məxluq kimi tanısa da, ürəyində yenə ona kiçik də olsa bir yer saxlayırdı, bütün qüsurlarına baxmayaraq, həm də özündən asılı olmayaraq bu oğlandan xoşu gəlirdi. Onun ən böyük qüsuru isə özündən razı olması, şəxsiyyətini şişirtməsi idi. Görünür, ailədə də belə tər... | ANL |
Bayat döyüşləri. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik. Pənahəli xanın döyüşə atılması. Pənahəli xan bu döyüşdə yalnız ... | ANL |
O, ədəbiyyat elminin dərin bilicisi idi. Elegiya. Professor İbrahim Haqqul sözün tam mənasında böyük alim idi. O, ən qədim dövrlərdən bu günə qədər özbək ədəbiyyatını otuzdan çox kitabı və beş yüzə yaxın məqalələrində tədqiq edən istedadlı və çoxşaxəli yaradıcılığı olan bir alim idi. O, 1949-cu il martın 28-də Buxara ... | ANL |
Zamanın hüdudlarını aşan sənətkar. Görkəmli ədibimiz, Xalq yazıçısı Süleyman Rəhimov Azərbaycan epopeyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. S.Rəhimov barədə söz açarkən onu Azərbaycan nəsrinin "uzaqvuran topu" adlandıran Xalq şairi Səməd Vurğun haqlı olaraq qeyd edirdi ki, g... | ANL |
Cümhuriyyət dövrü Litva konsulu prezidentlərin diqqətində. Məqalənin bu yubiley münasibəti ilə yazıldığını nəzərə alsaq, əvvəlcə Vintsas Krevenin Azərbaycanda göstərdiyi çoxşaxəli fəaliyyətlə bağlı müxtəsər bilgilər təqdim etməyimiz, yəqin ki, başa düşüləndir. Kreve onun ədəbi təxəllüsüdür, həqiqi familiyası is... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Onunla meksikalı tanınmış rəssam Frida Kahlonun "Yaralı maral" əsəri haqqında danışmışıq. - Səbinə xanım, bilirik ki, Frida Kahlonun çətinliklərlə dolu həyatı onun rəsmlərinə də sirayət edib. Ona görə də gəlin söhbətə rəssamın həyatı ilə... | ANL |
Müsahibimiz bu günlərdə 45 illik yubileyini qeyd edən Əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Təsviri sənət" kafedrasının müdiri Rəşad Cabarovdur. Onunla rəssamlığa gələn yolundan, təsviri sənət sahəsinin hazırkı vəziyyətindən, pedaqoji fəaliyyətindən danışdıq: - Rəşad müəllim, ... | ANL |
Yazıçı-publisist İntiqam Mehdizadənin xatirəsinə... Bilirəm, səsimə səs verməyəcəksiz. Sevinclə kədərin bir-birini əvəzlədiyi, keşməkeşli yollarında başınızı daim dik tutub gəzdiyiniz dünyanı tərk edib, haqqın dərgahına qovuşmusunuz. Bir daha "525-ci qəzet"in səhifələrində bir-birindən maraqlı, duyğusal yazıların... | ANL |
XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və ... | ANL |
Nəsillərin bəhrələndiyi elm ümmanı. Bu ad ölkəmizdə tələbə adını qazanaraq ali məktəblərin filologiya fakültəsinə daxil olan hər bir Azərbaycan gəncinin yaddaşında silinməz izlər buraxdığı kimi (bu mənada Gəncə Dövlət Universitetinin tələbləri daha şanslıdırlar, çünki Xəlil müəllimdən canlı Ustad dərsi alırlar),... | ANL |
Milli düşüncənin formalaşması yolları. LOĞMAN RƏŞİDZADƏNİN "ƏLİ İLDIRIMOĞLU YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ ÖZÜNÜDƏRK PROBLEMİ" ADLI DİSSERTASİYA İŞİ İLƏ BAĞLI MÜLAHİZƏLƏR. On beş yaşından - 1942-ci ildən əmək fəaliyyətinə doğma Qubadlının kənd məktəbində müəllimliklə başlayan Əli Məmişov 1950-ci illərin əvvəlləri... | ANL |
Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət. Rayon komsomol komitəsinin birinci katibi işlədiyim dövrdə Mərkəzi Komitə yanındakı Sovet Gəncləri Komitəsi xarici ölkələrə səfərlər təşkil edirdi. Nədənsə sosialist ölkələrinə getməyə həvəsim, demək olar ki, yox idi. Kapitalist ölkələrinə isə az sayda adamlar gedirdi və... | ANL |
Müəllimlərin işə qəbulu müsabiqəsində test imtahanı mərhələsi. "YENİ QAYDALAR PEŞƏKARLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ PROSESİN İDARƏ EDİLMƏSİNDƏ BİR SIRA ÜSTÜNLÜKLƏR QAZANDIRIR". Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, təd... | ANL |
BU İL VAQİF POEZİYA GÜNLƏRİNDƏ ŞUŞAYA ÇOX YARAŞAN İKİ MÖHTƏŞƏM KOMPOZİSİYA TƏQDİM OLUNDU. Bu günlərdə mədəniyyət paytaxtımız Şuşada böyük poeziya, sənət bayramı keçirildi. 40 illik tarixə malik Vaqif Poeziya Günləri böyük qələbəmizdən sonra ikinci dəfə idi ki, Şuşamızda təkcə Azərbaycan deyil, Türk dünyası və dünya ... | ANL |
Şuşada Vaqif Poeziya Günləri başlayıb. İyulun 14-də Şuşada Vaqif Poeziya Günlərinin açılışı olub. Dahi Azərbaycan şairinin muzey-məqbərə kompleksinin önündə keçirilən tədbirdə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub. 525.az xəbər verir ki,Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı... | ANL |
"Qaranquş"un xoş müjdələri. Yazın əvvəlləri idi. Bir gün Üzeyir Hacıbəylinin ev-muzeyinə bəstəkarın xalası nəvəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nərminə xanım Əliverdizadə zəng etdi. O, şagirdi Zərrin Şükürün muzeydə çıxışı üçün muzey rəhbərl... | ANL |
İyul ayının əvvəllərində Buzovna ictimaiyyəti görkəmli ədəbiyyatşünas, Əməkdar müəllim Heydər Eyvazovun 100 illik yubileyini qeyd etdi. Tədbir Buzovna Mədəniyyət evində keçirilirdi. Tərbiyə və təlim ilk növbədə tərbiyəçinin nüfuzuna əsaslanır. Çünki tərbiyənin və təsirin gücü ancaq canlı mənbə olan insan şəxsiyyətindən... | ANL |
Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət. Yolboyu avtobus bir neçə dəfə dayandı ki, sərnişinlər təbii ehtiyaclarını ödəsinlər. Biz salonu tərk etdikdən sonra sürücü dezodorantla nəfəsdən korlanmış havanı xeyli yaxşılığa doğru dəyişə bilirdi. Bu vaxta qədər biz belə şeyi görməmişdik. Digər diqqətimizi cəlb edən b... | ANL |
İsfəndiyar VAHABZADƏ. Əgər atan güclü şəxsiyyətdirsə və əgər sən də onun kimi güclü şəxsiyyət olmaq istəyirsənsə, birinci növbədə çalış atanın təsirindən çıxasan; bunu bacarmasan, ömür boyu atanın kölgəsində qalacaqsan. (Atamın mənimlə olan söhbətlərindən). (Atamla olan başqa bir söhbətlərdən. Niyəsini aşağıda ... | ANL |
Mənalı ömrün səhifələri. Azərbaycan mətbuatı və folklorşünaslıq elminin inkişafına dəyərli töhfələr vermiş Sənubər Kərimovanın mənalı ömür yolu, zəngin ictimai-elmi fəaliyyəti, Azərbaycan qadını və anasına məxsus kristal əxlaqi keyfiyyətləri onun sağlam ailə və mühit tərbiyəsi ilə bağlı olduğu kimi, nəsil şəcərə... | ANL |
Müsahibimiz Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor Gülşad Baxşıyevadır. Onunla aktyorluq sənəti, teatr və kinonun vəziyyəti, pedaqoji fəaliyyəti və sair haqqında həmsöhbət olduq. - Gülşad xanım, yayın isti günlərində,... | ANL |
Şirin bir xatirətək... Dilimizdə işlədilən adam və insan sözlərinin hər ikisi ərəb dilindən götürülüb. Qədim türklərdə həmin məfhum kişi sözü ilə ifadə olunub. Zaman keçdikcə bu söz mənasını dəyişərək, indiki anlamını daşıyıb. Neçə əsrlərdir ki, xalqımız tərəfindən dünyanın əşrəfi sayılan bir varlığı adam və yaxud insa... | ANL |
Bir gün gecənin bir aləmində məni silkələyib yuxudan oyatsalar ki, qalx, Parisə uçacaq ilk təyyarə ilə səyahət üçün yola düşürsən, təəccüblənmərəm. Müxtəlif versiyalar ağlıma gələr, fikirləşərəm, yəqin, filankəsin, bəhmənkəsin təşəbbüsüdür. Sonra yenidən başımı yastığa atıb mürgü döyərəm. cümləsini eşitməyə. Bir ... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. Dahi şəxsiyyətlərin ayağı dəyən, ruhu dolaşan müqəddəs məkanları ziyarətdir. Mədəniyyət paytaxtında, musiqi-muğam beşiyində ən gözəl hisslərlə ibadətdir. Tərtəmiz havasından, səpsərin bulağından qopub ürəyə yayılan hərarətdir. Qəhrəman ordumuzla, müqəddəs şəhidlərimizlə, igi... | ANL |
Amma mübaliğəsiz, tam səmimi deyə bilərəm, Şuşa yeganə şəhərdir ki, orada heç vaxt evim üçün qəribsəmir, darıxmır, qayıtmaq haqqında qətiyyən düşünmürəm. Nə qədər qalsam da, bu şəhərin heç nəyindən - nə havasından, nə suyundan, nə küləyindən, nə gündüzündən, nə sehrli nağıllar aləmini xatırladan ulduzlu gecələri... | ANL |
Rəssamın tərcümeyi-halında rəssamlıq təhsilinə on üç yaşında başladığı göstərilir. O, ilk növbədə ikona sənətçisi olan Bukanovun yanında şagird olaraq işləyir, ondan həm bu sənətin sirlərini öyrənir, həm də portret rəssamlığı üzrə ilkin təhsil alır. Rəssam əsasən, realist üslubda əsərlər çəkirdi və bu üslubda ç... | ANL |
Məktəbəqədər təhsil müəssisələrinə qəbulda əsaslı və səmərəli yeniliklər. Uşaqların qəbulu "Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi" (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı ... | ANL |
Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət. Rayon komsomol komitəsinin birinci katibi işlədiyim dövrdə Mərkəzi Komitə yanındakı Sovet Gəncləri Komitəsi xarici ölkələrə səfərlər təşkil edirdi. Nədənsə sosialist ölkələrinə getməyə həvəsim, demək olar ki, yox idi. Kapitalist ölkələrinə isə az sayda adamlar gedirdi və... | ANL |
Xurşidbanu Natəvan: incə ruhlu şair və fədakar xeyriyyəçi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif təbiətli, incə ruhlu şair, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdırmış, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvə... | ANL |
Yüz illik nifrətin məğlubiyyəti. Azərbaycan tarixi, müstəqilliyini öz canından daha əziz tutan minlərlə insanın həyat hekayəsi, zəfər salnamələri ilə zəngindir. Tariximizə qanla yazılan şanlı Zəfər dastanımızdan sonuncusu olan İkinci Qarabağ savaşındakı qələbə bir daha müstəqilliyimizin necə böyük nemət olduğunu... | ANL |
- Əhməd bəy, unudulmaqdan qorxmursunuz ki? Teatrda işləyirəm də. Mənim əsas iş yerim Bakı Bələdiyyə Teatrıdır. Televiziya tamaşaları olan vaxt lap çox idi. İndi də tanıyanlar sizin yaşda yox, daha çox mən yaşda olanlardır. Fanatik olmayıb, amma çox olub. - Niyə televiziya tamaşaları ilə başlayan uğur hekayəsinin d... | ANL |
Qələbə naminə can qurban verən qəhrəman. Bu mənada Azərbaycanı "bəxti gətirən" torpaqlardan adlandıra bilərikmi?! Yüzillər boyu bu torpaqlar uğrunda axmayan qan, fəda olmayan can qalmadı. Coğrafi mövqeyimi, təbii sərvətlərimi, yeraltı, yerüstü varımı qonşu adıyla marığa yatmış düşmənlərimizi cəlb etdi, bilmirəm, amma ... | ANL |
Nə zamansa dahilərin müdrik bir kəlamını oxumuşdum: "İnsan ömrü yazılmamış bir kitabdır. Bu kitabın hər səhifəsini doğulduğu gündən taleyin işığı ilə zaman-zaman sətirlərə köçürür. Qarşıya isə həmişə daşlı-kəsəkli yollar çıxır... Ürəyində, könlündə böyük ilahi sevgi, tanrı təpəri olanlar yorulmaq bilmədən zəhmət ... | ANL |
Yuqoslaviyaya - indiki üç ölkəyə səyahət. Volqoqradda bizi "İnturist" mehmanxanasında yerləşdirmişdilər. Səhər yeməyi vaxtı bir tələbə kərə yağı istədi, ofisiant qız acıqlı şəkildə istehza ilə bildirdi ki, yağ olsa, sizdən əvvəl özümüz yeyərik. 7 noyabr nümayişində vilayət partiya komitəsi bürosu üzvlərinin daya... | ANL |
"ÜMİD YERİ" UŞAQ SIĞINACAĞININ RƏHBƏRİ NİGAR MƏNSİMOVA: "BİR QƏZETDƏ UŞAQLARIN SIĞINACAQDA SİFİLİS OLDUĞUNU YAZMIŞDILAR. Onu gözləyərkən düşünürdüm ki, görəsən, ağlımda xeyli sual varkən, heç birini yazmadan gəlmək doğru seçim idimi? Bu günə qədər mətbuatda bir çox açıqlamasını, müsahibəsini oxumuşdum. Ancaq bil... | ANL |
Məktub - bir qarışlıq zərfdə insan taleyinin və həyatının ən kövrək duyğularının dünyadan qorunaraq yerləşməsidir. Təəssüf ki, çox vaxt bu məktublar yaşanılması mümkün olan, lakin yaşanmamış böyük sevgilərdən xəbər verir. Bu məktublar bəlkə də bu səbəbdən qiymətlidir, insan qəlbinin döyüntülərinin saxlanc yeridir... İn... | ANL |
Sən gedəndən. Şəkil tək dayanmışam. Sənin yolunda. Canını Vətənə qurban vermisən Sən, Mən Sənə son sözlərimi. Sən gedəndən. günəş tərk edib evimizi, Sən gedəndən. sözlərim yarım qalıb mənim. Əllərim yanıma düşəndə. İsti nəfəsində gizlənmək, səni qoxlamaq, Sənin ətrində qocalmaq istərdim, Atam!.. Əfsanə RƏHİMLİ. | ANL |
Elvin Əlizadə üçün uğurlama. Elvin Əlizadə ilə beş ildən çoxdur ki, bir yerdə - Sumqayıtın ədəbiyyat məbədi olan Əli Kərim adına Poeziya Evində çalışırıq. Görəvimiz bu şəhərin ədəbiyyat adamlarının xidmətində dayanmaq, onlarla könül yolçuluğu etməkdir. Elvinin məni hara qədər tanıyıb-bildiyini deyə bilmərəm, an... | ANL |
Ordun varsa... KEÇMİŞ HƏRBÇİNİN XATİRƏLƏRİNDƏN. Bir halda ki, Üzeyirin adını sərlövhənin altına qaldırmışam, gərək onun haqqında kiçik bir arayış da verəm. Üzeyir Cəfərov Lvov Ali Hərbi Məktəbini hərbi jurnalist ixtisası üzrə bitirən, səhv etmirəmsə, ilk azərbaycanlıdır (bəlkə də yanılıram). Hələ gənc yaşlarında ... | ANL |
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri stimullaşdırıcı amil kimi. Artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkədə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsəd... | ANL |
Dul qadının tənhalığı. Bakının gözəlliyinə vurğunluq. Ruhiyyə Bakı bulvarını çox sevirdi, son illərdə isə şəhərin bu vizit kartı tam dəyişmişdi, reinkarnasiyaya uğramışdı. Bulvar əvvəllər, 1980-ci illərdə şəhər rəhbərinin bəzi üzdəniraq zövqünün girovuna çevrilərək, daş döşəmələr sərgisinə çevrilmişdi, hətta iyi... | ANL |
O, hazırda Gəncədə yaşayır və Qarabağ zəfərindən bu yana ümidlərinin yaşıllandığını, doğulub boya-başa çatdığı doğma kəndini görəcəyi günün yaxında olduğuna inandığını bildirir: - Güldərən xanım, DGTYB nəşri olan "Yazarların yazmadıqları" kitabında bir epizod var. O dənizin sahilindəydi kəndimiz. Məhşur bir ş... | ANL |
Lənkəranın mətbuat tarixindən. Sovet hakimiyyətinin qələbəsinədək ana dilində xüsusi mətbuat orqanının yaradılması Lənkəranın maarifpərvər ziyalılarının da diqqət mərkəzində idi. Sən demə, lənkəranlı ziyalılar hələ inqilabadək Azərbaycanda, Yaxın Şərqdə və digər yerlərdə çap olunan qəzet və jurnallarla əlaqə ya... | ANL |
Mənim Şuşa dastanım... Doğulduğum ev Şuşanın simvollarından biri olan Gövhərağa məscidiylə üz-üzə dayananda sağ tərəfə 650 addımlıq məsafədə yerləşirdi. Bu, dəqiqliklə necə yadımdadır? Sonralar Birinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından biri olan, hazırda II qrup Qarabağ qazisi, bir sinifdə oxuduğum... | ANL |
Mənə elə gəlir ki, ən böyük şairlər uşaq və sevgi şeirlərindən keçərək ədəbiyyatın böyük yoluna qədəm qoyurlar. Çünki uşaq və sevgi şeiri qədər şairin istedadını üzə çıxaran və onu cilalayan ikinci bir vasitə yoxdur. Ona görə də gənclərdən kim redaksiyamıza şeir gətirirsə, ilk andaca onun sevgi və uşaq şeirlərini nəzə... | ANL |
Dərbənddə Bayatlar. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin "Azərbaycanda və İraqda Bayatlar" kitabı çapa hazırlanır. Kitabın "Dərbənddə Bayatlar" bölümünü təqdim edirik. Bir daha o qənaətə gəldim ki, tarixin və insanların yaddaşı gödək olurmuş. Bakının cəmisi 230 kilometrliyində yerləşən qədim şəhərimiz ... | ANL |
Klassik irsin fədakar tədqiqatçısı və tərcüməçisi. Milli Mətbuat Günü münasibətilə Əməkdar mədəniyyət işçisi, peşəkar jurnalist, alim, şair, tərcüməçi və pedaqoq Məmmədağa Sultanovun xatirəsini yad etməyi özümə mənəvi borc bildim. Jurnalistik fəaliyyətə ötən əsrin iyirminci illərinin sonunda başlayan Məmmədağa müəll... | ANL |
Əvvəllər ona nə vaxt zəng etsəydim, tez-tələsik cavab verərdi ki, arxivdəyəm, yəni sözü qısa elə. İndi isə işin çəmini tapıb - arxiv idarəsinə çataçatda telefonu söndürür. Daha doğrusu, ona zəng çatmayanda bilirəm ki, tozlu qovluqların içindədir. Söhbət tədqiqatçı-jurnalist Vasif Quliyevdən gedir - neçə-neçə kitab ... | ANL |
Turan sevdası ilə qanadlanan poeziya. Əkbər Qoşalının şeirlərinin əsas amalı türklüyün tərənnümüdür. Türklük müəllif üçün sadəcə milli mənsubiyyət deyil, qədim tarix, bəşəri xilaskar deməkdir. Qədimlik türkün gerçək tarixidir. Bəşərilik isə yalnız məcazi məna daşımır, reallıqda türk coğrafiyasını da əhatə edir. ... | ANL |
Müqəddəs Jetisu yurdunun teatrı. İnsanların mənəvi həyatının inkişafında teatr mədəniyyətinin böyük rolu vardır: ədəbiyyat və səhnənin vəhdətindən yaranan tamaşalar insanın mənəvi ruhunun rahatlığının təmin edilməsində, cəmiyyətdə əxlaq qaydalarına riayət olunmasında, xəlqi ideyaların mənimsənilməsində və zənginləşməs... | ANL |
MİNGƏÇEVİR DÖVLƏT DRAM TEATRININ UĞURLU TAMAŞASI BARƏDƏ QEYDLƏR. Geridə qoyduğumuz teatr mövsümündə uğursuz səhnə həlləri ilə yanaşı bir neçə haqqında müsbət danışa biləcəyimiz tamaşaları da izlədik. Hazırlıqlı tamaşaçının tələbləri bir neçə aspektdən maraqlıdır: yaxşı pyes, uğurlu quruluş, peşəkar aktyor oyunu... B... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
İyulun 21-də Yaqub Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət Mərkəzində "Aran" qəzetinin 90 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Millət və... | ANL |
Bu fikir hər bir kəs üçün həqiqətdir. Hər ötən gün gələcək dönəmlər üçün kövrək xatirələrin bir qismini özündə əks etdirməkdədir. Neçə-neçə əhvalat qələmə alınıb yazılmasa, mətbuat səhifəsində yayınlanmasa, nə bilmək olar ki, keçmişdə nə əlamətdar hadisələr baş verib?! Dəyərli vətən övladlarımızın, elm adamlarımızın ... | ANL |
İstər dəhliz olsun, istər studiya, onunla həmişə rastlaşardıq. Çox kübarcasına, üzündə təbəssümlə hamının salamını alardı. Bəzilərini tanımasa da, onu hamı tanıyırdı. Xocavənd rayonunun Qarakənd ərazisində içərisində Azərbaycanın ictimai-siyasi xadimləri, dövlət qulluqçuları, məsul şəxsləri, dövlət televiziyasını... | ANL |
Mən ikincini seçib İstanbulu görmək üçün səfərə çıxdım. Təyyarə ilə Bakıdan Naxçıvana, ordan avtobusla İstanbula yola düşdük. Uzaq və yorucu yol olduğunu bilirdim. Türkiyənin bu başından o biri başına getməliydik. Uşaqlıqdan çətin səfərlərin ağırlığına dözməyə öyrəşmişdim. Avtobusla, qatarla (dağlarda atla) yola ... | ANL |
"Avstriyada Azərbaycanı tolerant ölkə kimi tanıyırlar". "AZƏRBAYCANDAKI QƏDİM UDİN MƏBƏDLƏRİNDƏN, XRİSTİANLIĞIN TARİXİNDƏN DANIŞANDA ONLAR HEYRƏTLƏ QULAQ ASIRLAR". Avstriya Azərbaycanlıları Cəmiyyəti dörd ildir ki, fəaliyyət göstərir. Dörd il böyük müddət olmasa da, görülən işlərin miqyası geniş və faydalıdır. T... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.