text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
80-ci illərin əvvəli idi. O zaman Bakının müxtəlif istiqamətlərində hərəkət edən trolleybus adlı nəqliyyat vasitəsilə hər gün işə gedirdim. Belə günlərin birində trolleybusa beli bükük, əynində bəlkə də çəkisindən ağır kişi poltosu, zərifliyini itirmiş qadın ayaqlarında böyük ölçülü yenə də kişi ayaqqabısı, əlin...
ANL
Səhnəmizin "Bəxtiyar"ından qalanlar. Yaxşı bir yumor həkimin əlindən qoruyar", - deyib braziliyalı həkim Drauzio Varella. Bugünlərdə teatrsevərlər yumor, hüzur və bu kimi gözəl hissləri Musiqili Teatrda yaşadılar. Belə ki, mayın 6 və 7-i Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar" musiqili komediyasının...
ANL
Heydər Əliyev fenomeni və idarəetmənin etnopsixoloji kökləri. Hər xalqın etnopsixoloji yaddaşı var. Bu yaddaş əsrlərin süzgəcindən keçə-keçə, xalqın adət-ənənələrinə, münasibətlər sisteminə hopa-hopa, insanların həyat tərzində özünü təzahür edə-edə formalaşır. Xalq bu yaddaşı yaşadanda xoşbəxt olur, inkişaf edir...
ANL
Kibermüharibənin qalibi kim olacaq? Ukraynaya qarşı müharibə Rusiyanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid olunması ilə yanaşı, bu ölkəyə qarşı kiber müharibəyə də yol açıb. Rusiyanın yutub videohostinqinə alternativ olaraq yaratdığı rutub kiberhücumlar nəticəsində may ayının 9-da fəaliyyət gös...
ANL
Əzəli-əbədi yurdumuz Ağdam: Böyük Qayıdışa doğru. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam işğal edilən r...
ANL
Yadplanetlilərin dünyanı işğal planı. Yəni bu kimi halların bir çoxu ya təyyarə, ya da digər hava uçuş aparatlarının UFO-ya bənzədilməsi səbəbilə baş verib. İnsanların UFO gördüm deyə etdikləri müraciətlərin sadəcə 3%-i gerçək sayıla bilər və bu da 97%-lik bir yanılma ehtimalını yaradır. 1942-ci ildə Los-Ancelesdə ba...
ANL
Azərbaycançılıq işığında yaşanılan ömür. Yaşanılan illər ömürləşirmi? Onda şükranlıqla göy üzünə baxacaqsan, dünənlərinə görə təəssüflənməyəcəksən. İllər keçir ömürdən, ömürdən illər köçür. Tanıdığımız, ömür yoluna bələd olduğumuz insanlardan söz düşəndə qürurla, bəzən həsədlə deyirik ki, o, gözəl ömür yaşayır. ...
ANL
Hərə bir başdaşıdı. qadan alım. Bələkdən çıxıb. bələklə köçən insan, son mənzildə də. torpağı ölçüb-biçən insan. Bəzən verər fil gücünü arıya, Yaratdığı böcək işə yarayar. Qınamıram bu dünyanı əzəldən, O gözəldir, incimə bu gözəldən. Xoş sözlərlə aç həmişə dilini, Təmiz suya öyrət təmiz əlini. Bu dünyaya çox bağlama be...
ANL
"Əsrlərin sirri"ndə əks olunan parlaq həqiqətlər. Azərbaycan ədəbiyyatında dünya şöhrətli şair və mütəfəkkir olan Nizami Gəncəvinin obrazının canlandırıldığı müxtəlif həcmli və müxtəlif janrda əsərlərin içində bütövlükdə şairin həyatına həsr olunmuş bədii nümunə Oqtay Salamzadənin "Əsrlərin sirri" romanıdır, de...
ANL
Azərbaycanın muzeyləri ölkəmizin muzey sərvətlərinin qorunub saxlandığı dövlət xəzinəsidir. Bu gün Azərbaycan incəsənətinə göstərilən marağın artması, mədəniyyət abidələrinin, incəsənət əsərlərinin qorunması və təbliği, mədəniyyət və incəsənət xadimlərinin beynəlxalq miqyasda qazandığı böyük uğurlar onu göstərir ki, ...
ANL
Memar Əcəmiyə ucaldılan sənət abidəsi. Teatr və dramaturgiya sahəsində bir sıra səhnə uğurları ilə tamaşaçı və oxucu rəğbəti qazanmış, özünəməxsus dramaturq dəsti-xətti, fərdi ədəbi üslubu ilə diqqət çəkən İftixarın, bir sıra digər pyeslərindən sonra yazdığı "Qurtuluş dastanı", "Qurtuluşa gedən yol", "Naxçıvann...
ANL
Böyük Qayıdış üçün çəkilən əbədi yollar. BU İRİMİQYASLI PROSESDƏ FÜZULİ RAYONU XÜSUSİ YER TUTUR. İşğalçı Ermənistana qarşı Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra azad edilən torpaqlarımıza Böyük Qayıdış hazırda xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Bir tərəfdən işğa...
ANL
Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı olacaq. Bu barədə 525.az-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış...
ANL
Mədəniyyət Nazirliyi V Xarıbülbül Festivalı haqqında məlumat yayıb. Mayın 12-dən 14-ə qədər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək. Festivalda yerli ifa...
ANL
Qədim incəsənətimizin cəfakeş tədqiqatçısı. Müsahibələrinin birində o, belə deyirdi: "Nəşriyyatlar qədim mədəniyyət və incəsənətimiz haqqında tez-tez, böyük tirajla kitablar çap etməlidir... Jurnallar və qəzetlər isə öz səhifələrində qədim və müasir incəsənətimizə doğma münasibətlə yer versəydilər, bu işə xidmət edərd...
ANL
Aynanın qarşısında əyləşən yorğun qadın şüşəsi qırıq daraqla saçlarını darayır. Tüklər tez-tez əllərinin qabarına ilişir. Yoğun barmaqlarını tellərinin arasında gəzdirərkən ağ bir ilan ona dolanır. Qadının baxışlarında qorxu və təəccüb var. Bu bəmbəyaz tükü onun başına kim qoyub, görəsən? "Bəlkə, səhər-səhər çörək bişi...
ANL
Kontominativ düşüncələr eyforiyası. Poetik söz axtarışına çıxan gənclərin öz üslubları ilə ədəbiyyata gəlişi adamı sevindirir. Amma ən yaxşı yenini ən köhnə qəliblərdə görənlər də az deyil. Həm klassik, həm də çağdaş ədəbi janrlarda yeni söz deməyə can atan gənclərdən biri Sə-fail Aqiloğludur. ADPU Cəlilabad fi...
ANL
Kiçik bir müqəddimə: Xahiş edirəm, bu yazıda "mən" əvəzliyinin tez-tez işlənməsi sizi qıcıqlandırmasın və onu müzakirə olunan mövzuda mülahizələrimin subyektiv başlanğıcına işarə kimi qəbul edəsiniz: yəni mən vacib hesab etdiyim bir problemlə bağlı mövqeyimi ifadə edirəm. Özünü dindar bilən adamların, yas məcli...
ANL
Öyrətmək yenidən öyrənməkdir. İki il əvvəl pandemiya səbəbindən məzunlar onlara doğma olan müəllimləri və məktəblə virtual olaraq vidalaşmağa məcbur oldu. Həmin virtual dərsləri, vidaları və onlayn tədris olunan dərsləri valideynlər, şagirdlər və müəllimlər elə duyğu dolu yaşayırdılar ki, sanki bir də adət etdik...
ANL
Günbəgün yaxınlaşan Böyük Qayıdış. BU TARİXİ PROSESİN UĞURLA GERÇƏKLƏŞMƏSİ ÜÇÜN ŞUŞADA VƏ DİGƏR AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏ NƏHƏNG QURUCULUQ İŞLƏRİ APARILIR. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Qarabağın tacı sayı...
ANL
Onun sənət və həyat prinsipləri. - Ölkəmizdə və xaricdə Xalq yazıçısı, görkəmli tənqidçi Elçinin həyat və yaradıcılığı haqqında nüfuzlu ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, publisistlər tərəfindən çoxsaylı məqalələr yazılıb, kitablar nəşr olunub, elmi-tədqiqat əsərləri qələmə alınıb. Məmməd Arif, Məmməd Cəfə...
ANL
Dul qadının tənhalığı. Ruhiyyəni son vaxtlar ünvanına göndərilən xoş təkliflərlə yanaşı, belə acı fikirlər də çox məşğul edirdi. O, bütün dünyanı da gəzib dolaşsa, geoloqlar faydalı qazıntılar sorağında axtarışa çıxan kimi, hətta torpağı zədələyib, çox sayda şurflar açmaqla, qalan günlərini də axtarmaqda keçirsə ...
ANL
Son zamanlar çox təəssüflə müşahidə edirəm ki, artıq azyaşlı uşaqların da leksikonuna "müharibə" sözü daxil olub. Ölkəmizin haqlı savaşı, şəhidlərimiz, Ukraynada baş verənlər... Müharibə və onun qurbanları hər zaman ən təsirli kitablara mövzu olub. Klassiklərdən Lev Tolstoyun "Hərb və sülh", Ernest Heminqueyin "Əcəl ...
ANL
"Növbədən qayıdanlar". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının sənətşünaslıq ixtisası üzrə tələbəsi Şəmsinur Əhmədovadır. Onunla Xalq rəssamı Tahir Salahovun "Növbədən qayıdanlar" əsəri haqqında danışmışıq. - Tahir Salahovun şöhrətinə şöhrət qatan rəsmlərindən biri də "Növbə...
ANL
...Üç saatdan artıq gəzdiyim Bodrum Qalasından sonra getmişdim Qumbaxçaya. Qala ilə müqayisədə kifayət qədər kiçik sayılan köşkün qarşısında bir qədər dayandım. Hiss etdim ki, köşkə daxil olan məqamda yaranan bu tərəddüdün səbəbi 1523-cü il ab-havasından, Sent Con Cəngavərlərinin yaratdığı əsrarəngiz Qalanın sehirdən ...
ANL
Təkrarsız musiqilərin unudulmaz bəstəkarı. Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından biri, gözəl bəstəkar və fəal ictimai xadim olan Rauf Hacıyev xalqımızın yaddaşında "Leyla", "Sevgilim", "Mənim Azərbaycanım" və bir sıra məşhur mahnıların müəllifi kimi əbədi yer tutub, ürəklərə yol tapıb. Bu yazını ...
ANL
Bu ay 72 yaşını qeyd edəcək Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, tarzən Zamiq Əliyevlə həyatı, tar sənəti, yaradıcılığı haqqında geniş söhbətləşdik. - Zamiq müəllim, söhbətimizə elə tar sənətindən başlamaq istərdim. Görünür, mənim də qismətimə tar aləti yazılıbmış. Ə...
ANL
Cəlaləddin Qasımov :"İnanıram ki, Kino Agentliyi ümidləri doğruldacaq". Cəlaləddin Qasımov Beynəlxalq Kaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, araşdırmaçı-tarixçi, "SSP Prodakşn" film studiyasının rəhbəridir. Filmləri beynəlxalq festivallarda önəm...
ANL
Litvaya gedən Nizami yolu. Azərbaycan ədəbiyyatının dünyaca ünlü klassiki Nizami Gəncəvinin Litva ədəbi-mədəni məkanına gedən yolu uzun və çətin olub. Əvvəla, Nizaminin əsərləri Litva yazılı ədəbiyyatından yaşca az qala iki dəfə böyükdür. Sonra da, Litva ədəbiyyatı tarix boyu ona yaxın qonşuları tərəfdən təhlükəli...
ANL
Bəzən qeyri-səlis məntiq deyərkən paradoksal kəlamları, bir-birinə zidd fikirlərin gözəl ifadəsini, adi məntiqlə dərk edilməyən məqamları nəzərdə tuturlar. Qeyri-səlis məntiq normal məntiqin daha geniş "əraziyə" səpələnmiş təzahürlərini görməklə üzə çıxır və onun birinci, ən əsas funksiyası dünyanı iki rəngdə (a...
ANL
Fətəli şahın dörd erməni xacəsi və Qriboyedovun qətli. Ermənilərin kütləvi şəkildə Qafqaza köçürülməsinin ilk qurbanlarından biri bu işin əsas təşkilatçısı - Rusiyanın Qacar sarayındakı səlahiyyətli nazir (vəziri-muxtar) statusundakı səfiri, görkəmli rus dramaturqu A.S.Qriboyedov (1795-1829) özü olmuşdu. Dini hisslər...
ANL
Rusiyanın gələcəyi necə olacaq ? Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərində Qərb dövlətləri bütün diplomatik mexanizmlərdən istifadə edərək hərbi əməliyyatların dayandırılmasına çalışırdı. O zaman Rusiya bütün təklifləri rədd edirdi. Hətta BMT Baş Assambleyasının qətnaməsi də Rusiyanın mövqeyinə təsir göst...
ANL
Böyük Qayıdışda təhsil sahəsinin müstəsna yeri var. AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ TƏHSİL İNFRASTRUKTURU ƏN MÜASİR SƏVİYYƏDƏ YENİDƏN QURULACAQ. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. Füzuli rayonunda işğaldan ön...
ANL
Ürəyimdə mehrin duyub, Astanana qədəm qoyub, Camalına baxdım doyub, Qarşıladın qucaq açıb, Canım sənə olsun qurban, Azərbaycan, Azərbaycan! Gözəllərdən gözəlimsən, Füzulidə qəzəlimsən, Lənkəranda əsəlimsən, Sumqayıtda məşəlimsən, Daim bahar, yaşıl bostan, Azərbaycan, Azərbaycan! Səkkiz guşə ulduzun var, Gecələrin, gü...
ANL
Səməd Vurğuna məktub. Şərəfli bu ölkənin lacivərd göylərini. Parlaq, nurlu ulduzlar bəzəmişdir əsrlər. Nəzər salsan çox qədim tarixlər karvanına, Öz xalqına irfandan vermiş dürlü xəbərlər. Qədim atəşkədələr müqəddəs ocağında, Sərkərdəmiz Babəkin sönməyən nəfəsi var. Yamaclarda, dağlarda, vadilər qucağında. Məğlubi...
ANL
Böyük İpək yolu. Gələr, gedər karvanlar, Gedər, gələr karvanlar. İnsan açsa qucağın. Yerdən göylərə yetmiş, Ölməz ərlərə yetmiş, Uluğbəylərdən getmiş. Ulduzlara ünvanlar. Termizdəki kurqanlar. Yenilməz bir əldir bu. Düz əbədiyyətə qədər. Siracəddin SƏYYİD, Özbəkistanın Xalq şairi.
ANL
Füzulinin heykəli önündə. Kərbəla çölündə tənha gəzməkdən. Ustad ürəyində şeir doğulmaqda, Dünyaya gəlməkdə munis bir qəzəl: "Səba, əğyardan pünhan qəmim dildara izhar et, Xəbərsiz yarımı hali-xərabımdan xəbərdar et...". Yarpaqlar rəqs edər şeir ahəngində, Çiçəklər sakitcə əyib durar baş. Mərmər çərhovuzun gümüş camına...
ANL
Nəqş edib qəlblərə tarix əzəldən. Göylərə qaldırıb əzizləməkdə, Bu gün Azər eli Özbəkistanı. Bu dostluq bilibmi şübhə, gümanı? Özbəyəm, qədimdən sevib gəlmişəm, Bu incə azəri dili, zəbanı. Dostluq bu - sevgi tək şirin sevincdir, Həmişə yüksəldər hər bir insanı. Əslən Muğannaya bənzətmək olar, Babəkin qəlbindən daşan tü...
ANL
Azərbaycan nəzm və nəsrində Şuşanın bədii təsviri. (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu). Əziz Şuşa, biz qayıtmışıq! İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Üç tərəfdən səkkiz yüz metr yüksəklikdə yerləşən sıldırım qayalarla, Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunan Şuş...
ANL
Bildiyimiz kimi, İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçirilən "Eurovision 2022"nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış etdi və sonda Ukrayna qalib gəldi. Əslində, aylarla koma vəziyyətində yatsaydım və nəhayət, ayılandan sonra bu xəbəri oxumuş olsaydım, həddən artıq sevinərdim. Çünk...
ANL
Müəllim canlı abidədir. "Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur". İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Müəllimlik peşəsi ən çətin və eyni zamanda ən şərəfli peşələrindəndir. Dərin inamıma görə, müəllimlərin böyük əksəriyyəti bu...
ANL
Əvvəllər Şuşamızın, indi isə bütün Azərbaycanın və Qarabağ zəfərli müharibənin simvolu olan Xarıbülbül gülü bu günlərdə yenə də dillərdə dastan idi. Tarix boyu Qarabağa gələnlər bu gülün seyrinə dalarmışlar. İndi isə bütün dünyanın dilində yenidən "Xarıbülbül" səslənir. Özü də indi bu Xarıbülbül təkcə gül deyil, qələb...
ANL
Sumqayıtda Milli kitab sərgisi keçirilib. Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin və “Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Milli kitab sərgisi keçirilib. İki gün da...
ANL
Qazaxda beynəlxalq elmi konfrans təşkil edilib. Qazax Rayon İcra Hakimiyyəti, AMEA-nın Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq...
ANL
Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii gecəsi. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “Şota Rustaveli Günü”nə həsr olunmuş “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii gecə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvi və Şota Rustav...
ANL
Türk Mədəniyyəti və İrsi Fondunda Əlişir Nəvaiyə həsr olunmuş tədbir keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları ilə görüş keçirilib. Görüş çərçivəsində türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyinə həs...
ANL
"XIX əsr Qarabağ şairləri antalogiyası"ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərin...
ANL
Olsun qara üzü görəyim qanlı qəmzənin, Öldürmədi məni, yenə qoydu əzab ilə. Zülfi siyahlər ğəmini şam ta səhər, Ömri-dirazdır çəkirəm piçü tab ilə. Qılmışam nəzr onu mən ol səri-ku itlərinə, Rəsmi ayindir, əzizin olu qurbani əziz. Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz, Mən eşitmişdim edər simu zər insani əziz. Atəş...
ANL
Azərbaycan var hər kəsin gur səsində... Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Məni belə düşünməyə vadar edən səbəb nədir? Doğrusunu deyim ki, bu günlərdə Binəqədi r...
ANL
Samuray mənəvi ruhu yaşayır. Böyük allahlar yağış göndərə bilər, sosial institutlar ədalət məhkəməsinin qurulmasını və səhiyyənin təşkilini təmin edə bilər. Lakin şüurda yer tapmış stereotiplər dəyişmir. Ona görə də hətta ən böyük çarlar da qorxu içərisində yaşayırlar, elə hey düşünürlər ki, əzablardan və hüznlə...
ANL
"Onun daş nağılı"nın nağıl dünyasına səyahət. ...Qırx dörd günlük vətən müharibəsinin qazisi olmuş şagirdimi ziyarətə gedəndə onun balışının altında bir kitab gördüm. Üzqabığı, vərəqləri didilmiş bir kitab. Götürüb vərəqlədim. Kitab diqqətimi çox cəlb elədi. Döyüşlərdən çıxmış nağıllaşmış, daşlaşmış bir kitab. Adətimə...
ANL
Xoş günlərin müjdəsi: "Xarıbülbül" festivalı. Ötən həftə Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirildi. Mədəniyyət Nazirliyinin xətti ilə F.Köçərli adına Respublika Uşaq kitabxanasının bir qrup əməkdaşı, o cümlədən, mə...
ANL
Çar Rusiyası ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra məğlub ölkədə yaşayan erməni millətindən olan əhalinin bir hissəsi Qarabağa, o cümlədən, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşaya köçürülür. Azərbaycanın bu cənnət məkanında məskunlaşan ermənilər çox keçmir ki, çirkin xislət...
ANL
Azərbaycana qayıdacağım ağlıma gəlməzdi. Son dəfə Bakıdan ayrılanda bərk küskün və üzgün idim. Evimi heç neçəyə, şor qiymətinə satıb Ukraynaya köçdüm. Çox işləyirdim, çox qazanırdım, inkişaf edirdim. Amma indi sözüm-söhbətim bu haqda deyil. Bakıya dönmüşəm, şəhərin prestijli yerində üçotaqlı ev kirayələmişəm. Sahibəs...
ANL
Təkanlar və ya Abbas Zamanovun Zamanı. Fərman Kərimzadə, Cəmil Əlibəyov, Zeynal Cabbarzadə, Emin Mahmudov, İshaq İbrahimov, Əzizə Cəfərzadə, Mansur Vəkilov, Tamara Kalyakina, Sabir Əhmədov, Bayram Bayramov, Camal Yusifzadə, Fikrət Qoca, Səyavuş Sərxanlı, İsi Məlikzadə, Abbas Zamanov, Natiq Səfərov, Tofiq Abdin və ...
ANL
"YaxşI pyes yaxşI dialoqlardan ibarətdir". Başlığa çıxardığım bu fikirlə kimlərsə razı olmaya bilər. Deyərlər, əsas ideyadır, mövzunun aktuallığıdır, personajlardır və ya dərslərimizin birində mənim iddia etdiyim kimi süjetdir və s. Əlbəttə, bu fikirlərin hər birində həqiqət payı var, amma unutmayaq ki, fikir də...
ANL
TANINMIŞ OPERA MÜĞƏNNİSİ, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR ARTİSTİ GÜLÜSTAN ƏLİYEVA İLƏ SÖHBƏT. Bildiyimə görə, şəhid və qazi ailələrilə mütəmadi görüşüb, onların dərdinə şərik olursunuz. Otuz illik həsrət xalqımızı qələbəyə səfərbər elədi. Nə yalan deyim, bəzən fikirləşirdim ki, görəsən, işğaldan sonra doğ...
ANL
"Gənc oğlanın portreti. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəmsinur Əhmədovadır. Onunla rəssam Mirzə Qədim İrəvaninin "Gənc oğlanın portreti" haqqında danışacağıq. - Müsahibəmizə bu sualla başlayaq: Nə idi İrəvaninin fərqi? - XIX əsrdə yaşayan Azərbaycan portretçi rəssamı Mirzə Qədim İrəvan...
ANL
Rafael Hüseynovun dərsləri. Birinci dərs. Şıxov çimərliyində futbol yaman dəb düşmüşdü. Özü də peşəkar futbolçular arasında yox, müxtəlif peşə sahibləri arasında... Onda mən Azərbaycan Radiosunda işləyirdim. Yekə çıxmasın, biz qələm sahibləri də ayrıca komanda düzəltmişdik; şənbə, ya bazar günləri özümüzü Şıxov ...
ANL
Söz vaxtına çəkər. İki il əvvəl bu vaxtlar sosial şəbəkələri zəbt edən bir xəbər adı Azərbaycanla bağlı olan hər kəsin hiddətini tarıma çəkmişdi. Şuşanın Gənclər Mədəniyyət sarayında qondarma "andiçmə" mərasimi keçirilmiş və Vovanın oğlu Nikol Cıdır düzündə sevincindən əl-ayağı bir-birinə dolaşa-dolaşa öz aləmin...
ANL
Putin geriyə necə qayıdacağını bilmir. Ötən ilin dekabrın 17-də Rusiya ABŞ-a "Regional təhlükəsizliyə dair yeni razılaşma" adlı sənəd təqdim edərək Vaşinqtonu NATO-nun genişlənməsindən, Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzv olacağına dair "Buxarest formulu"ndan və Alyans üzvü olan postsovet dövlətlə...
ANL
...Diksinərək yuxudan hövlanək ayılıb, qeyri ixtiyari ətrafa boylandı. Şüuru yerinə qayıdınca məşuqə ilə deyil, digər evdə olduğunu anladı. Bu dəfə gördüyü yuxu, dünənkinin tam əksi idi. Heç vaxt görmədiyi amma ağızdan ağıza uşaqlıqda eşitdiyi ağ paltarlı, ağ saçlı, nurani ixtiyar ona məsləhət vermişdi. Amma nədəns...
ANL
Ana dilimizin tədrisinə mühüm töhfə. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də 17 iyul 2018-ci il...
ANL
Bir çox araşdırıcıların fikrincə, Xalq yazıçısı Anarın yaradıcılığında önəmli yer tutan əsərlərindən biri "Ağ qoç, qara qoç" romanıdır. Bu roman öz janrına, üslubuna, problematikasına görə Azərbaycan ədəbiyyatında tamamilə yeni, orijinal bir əsərdir. 2003-cü ildə qələmə alınan bu roman dünya ədəbiyyatı tarixində ...
ANL
Bulaqlar, çeşmələr duruluğuna görə sevilir. Çıraq işığına görə, dan yeri sökülüncə ağacların budağından sürüşən meh həzinliyinə görə, çiçəklərin ləçəklərinə sığınan şəbnəm-meh cazibədarlığına görə. Bunlar təbiətin bəşərə verdiyi könül xoşluğudu. Ürəyinin gözləriylə baxanlar görür ki, bəşərdə də belə qüdrət var...
ANL
Kitabxanaşünas alim Rasim Kazımovun 90 illiyi qeyd edilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Rasim Kazımovu Azərbaycan kitabxanaşünaslığının patriarxı sayılan Abuzər Xələfovdan sonra bu sahədə ən görkəmli alim old...
ANL
Qitələrə uzanan yollar. Professor Əsgər Zeynalovun elmi yaradıcılığının miqyası böyük, yayılma üfüqləri son dərəcə genişdir. Elm, yaradıcılıq elə bir xəzinədir ki, nə qədər çox əmək sərf etsən bir o qədər artar, genişlənər, şaxələnər... 1990-cı illərdə Əsgər Zeynalov "Azərbaycan bayatıları Qafqaz regionunda" möz...
ANL
Mən Şuşadan gəlirəm. Şuşanın azad edilməsindən sonra ora gedən qələm adamlarının çoxu öz təəssüratlarını yazıb. Bəlkə mən yazmayım? Axı hamımız illər boyu eyni həsrəti yaşamış, Şuşaya gedərkən də oxşar hissləri keçirmişik. Qoy mənim təəssüratlarım özümdə qalsın. Sosial şəbəkələrdə paylaşdığım fotolar, hisslərimi...
ANL
Bakı Uşaq və Ggənclər teatrının kollektivi yubileyində də layiqincə sevinə bilməyib. Mayın 14-də Azərbaycan teatrları içərisində öz dəsti-xətti, istiqaməti və həm də aqibətiylə fərqlənən Bakı Uşaq və Gənclər Teatrının 20 illik yubileyi tamam oldu. Uzun illər məkan problemi yaşayan və Suraxanı rayonunun Qaraçuxur qəs...
ANL
Bu münasibətlə AMEA Gəncə bölməsində elmi konfrans keçirilib. Xalqımızın yetirməsi olan alimlərimiz daim Azərbaycan zəkasının qüdrətini dünyaya tanıtmışlar. Onlar öz fundamental fəaliyyətləri ilə elmimizin qızıl fondunu formalaşdırmışlar. Belə alimlərimizdən biri də neft kimyası sahəsinin görkəmli simalarından olan Ə...
ANL
İki baxış bucağı. Bəzi şairlər, niyəsə elə zənn edirlər ki, şeiri qafiyəsiz yazdılarsa, oldu verlibr, sərbəst şeir. Sərbəst şeir, bir qayda olaraq biliyin tamam başqa növünə köklənir və bununla da ənənəvi şeirdən fərqli olur. Məsələ burasındadır ki, insan iki cür düşüncəyə, iki cür biliyə malikdir. Bunlardan biri rasio...
ANL
Ürəyimin aydınlıq yeri. Hərdən belə olur; sevdiyin, dəyər verdiyin adam haqqında bir neçə kəlmə yazmaq istəyirsən. İstəyirsən, hazırlaşırsan, di gəl yaza bilmirsən. Sözlər beyindən ürəyə süzülür, göllənir, durulur, elə ki ürəyini dolu dolça kimi götürüb aşırırsan ağ səhifənin üstünə, sözlər quru buz tüstüsünə çevirib,...
ANL
Şuşalı mühacir Hilal Münşinin dəyərli yazısı. Azərbaycan mühacirətində əslən Şuşadan olan görkəmli xadimlərdən biri də Hilal Münşidir. O, 1899-cu ildə Şuşada anadan olmuş, burada Realnı məktəbdə oxuduqdan sonra 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin qərarı əsasında Almaniyada, Berlin Universite...
ANL
Bizə bişir bir qayğanaq... Unudulmaz maestro Niyazinin ruhuna və söhbətlərindən bu yazının mövzusunu götürdüyüm gənc, istedadlı dirijor Mustafa Mehmandarova. Maestro yuxudan oyanan kimi adəti üzrə saatına baxıb cəld yerindən qalxdı - yayın cırhacırında Həcərin təkidi ilə bura - xudmani istirahət evinə gəldiyi ilk...
ANL
Gülşən Əliyeva-Kəngərli: "Allaha olan sevgimizə güvənərək, sufizm dəryasına dalırq". Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, ədəbiyyatşünas alim, professor Gülşən Əliyeva-Kəngərlidir. Gənclik illərim təzadlı və təlatümlü səksəninci illərə təsadüf edir. Bu dövrdə isə ana di...
ANL
Çünki əzəldən hər kəsə əziz olan Şuşa azad olunduqdan sonra hamımız üçün daha doğma və əziz oldu. Şuşanı ruhunda yaşadanlar - şuşalılar isə Şuşa haqqında sadəcə danışmır və yazmır, onlar Şuşanı yaşayaraq vəsf edir, 28 il qəlblərində yaşadıqları o müqəddəsliyi xəfif pıçıltı ilə anladırlar. Çünki Şuşa şuşalılar üçün işğ...
ANL
Müharibə aforizmləri və ya "Köhnə çamadanlar"ın təəssüratı. Ötən həftə Konqres Mərkəzindəki Qala gecədə, yeni ekran əsəri olan "Köhnə çamadanlar" filminin gurultulu alqışların müşayiəti ilə keçirilən nümayişini xalqımızın öz kinosuna böyük məhəbbətinin bariz, həm də tarixi nümunəsi kimi dəyərləndirirəm. Xalq ekranda ö...
ANL
"Könüllərdə yaşayan Natəvan". Mayın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən "Könüllərdə yaşayan Natəvan" adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, Baş İdarənin rəisi İ...
ANL
Tanınmış alim Raqub Kərimovun 75 illiyi qeyd edilib. Bu gün Yazıçılar Birliyində Filologiya üzrə elmlər doktoru Raqub Kərimovun 75 illik yubiley tədbiri keçirilib. Tədbirin aparıcısı AYB-in katibi İlqar Fəhmi alimi yubiley münasibəti ilə təbrik edərək, onun yaradcılıq fəaliyyətindən söhbət açıb: "Özümü xoşbəxt hiss edi...
ANL
Dul qadının tənhalığı. Bir az əvvəl o, özünün fiziki gözəlliyi ilə fəxr etdiyi halda, bu gözəlliyin əmtəəyə çevrilməsi, alver vasitəsi olması onu əzirdi, şüurunu qamçılayırdı, vicdanında qanlı çapıqlar əmələ gətirirdi. Onu üç adam xilas etdi və ömrü boyu onun nəzərindəki bu müqəddəs üçlüyə daim minnətdar olacaqd...
ANL
Vaqif Bəhmənli. Bu dəfə "525-ci qəzet" gözəl şairimizin ad gününü onun müxtəlif illərdə qələmə aldığı duzlu-məzəli, zarafat ovqatlı şeirlərindən bir qisminin təqdimatıyla təbrik edir. Bu yazıların dəyərli oxucularımızın ürəyincə olacağına inanırıq. Bəhmənlidə Günəş çıxıb, çıxmayıb? İncidirmi səhər şehi qönçəni? ...
ANL
"Təkrarın tənhalığı"ndakı Fərid Hüseyn. "Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə" - misraları Fərid Hüseynin "Təkrarın tənhalığı" kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi "...həyata bəhanəymiş elə-bel...
ANL
Hər bir şairin yaradıcılığını ehtiva edən, onun özünəməxsus poetik əhval-ruhiyyəsidir. Sənət, həyat düşüncələri - gerçəkliklə mistika arasında görünən və görünməyən fikir, düşüncə bağlantılarıdır. O, sanki yaz ağzı çay daşqınına bənzəyir. Bu yaradıcılıq ehtirası isə poeziyanın daxili ab-havasından doğduğuna görə fikir...
ANL
Ziyalılıq nümunəsi. Şükürlər olsun ki, əziz dostum İsmayıl müəllimə də şərəfli ömür yolunun 60 illik zirvəsini fəth etmək qismət oldu. Onun həyat salnaməsinə qısa ekskurs etməzdən əvvəl ulduz falına yenidən baxmaq qərarına gəldim. Və növbəti dəfə minilliklərin süzgəcindən keçərək günümüzə gəlib çatmış bu öncəgörmə...
ANL
Birləşərək güclənək, güclənərək birləşək! CAVANŞİR FEYZİYEVİN "TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ. QLOBAL İNTEQRASİYANIN AVRASİYA MODELİ" MONOQRAFİYASI ƏTRAFINDA DÜŞÜNCƏLƏR. Yaşadığımız tarix böyük dövlətlərin və böyük qayələrin tarixidir. Böyük mədəniyyətlər böyük qayələrin olduğu yerdə yaranır və biz indi bunların küllünə ...
ANL
Ədəbiyyatşünaslıq elminin formalaşması prosesləri. Azərbaycanda ədəbi-nəzəri fikir bir neçə yolla inkişaf etmişdir. Birincisi, bədii söz vasitəsilə ədəbi-nəzəri fikrin inkişaf etdirilməsi yoludurki, bu istiqamət qədim dövr və orta əsrlərdən başlayaraq bizim günlərə qədər yazıçı və şairlərin ədəbi əsərlərində ifad...
ANL
Hüseyn Cavid haqqında elektron məlumat bazası hazırlanıb. Əlamətdar yubileylə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı tərtib olunub. Tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı elektron məlumat bazası hazı...
ANL
Sabir Rüstəmxanlı yaradıcılığı: zaman və milli kimlik. Film Avropada yaxşı qarşılandı və bir neçə mükafat aldı. Əslində, Stefan Zvayq "Dünənin dünyası" adlı əsərində ölümündən əvvəl yaşadığı dövrü təsvir etməklə o dövrün panoramasını ustalıqla çəkib. Heç vaxt məhv edilməyəcəyi düşünülən Avstriya-Habsburq İmperi...
ANL
Fətəli şahın erməni xacəsi və Qriboyedovun qətli. Amma deyilənə görə, Molla Məsih mürtədin kim olduğunu bilmək istəmişdi. Söhbətin şahın xacəsi Mirzə Yaqubdan getdiyini öyrənəndə bir qədər fikrə getmiş, sonra xəbəri gətirənlərdən soruşmuşdu: "Siz onun küfr danışdığını, islamı söyüb-yamanladığını özünüz eşitdin...
ANL
Həm çar Rusiyası, həm də sovet dönəmində Naxçıvana dair jurnalda dərc olunan materiallar vasitəsilə XX əsrin ilk 30 ilində bu qədim diyarda baş verən bir çox neqativ halların ifşası ilə yanaşı, onun ictimai-siyasi və mədəni mühiti ilə də tanış olmaq mümkündür. Jurnalın Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzeti...
ANL
“Cavad xan oğlu Uğurlu xanın hekayəti” imzalandı. 21 may 2022-ci ildə LIBRAFF kitab evinin Park Akademiya filialında MİMTA Yayımlarında nəşr olunan Müzadil Zauroğlunun “Cavad xan oğlu Uğurlu xanın hekayəti” kitabının imza günü keçirilib. Tədbirdə ziyalılar və kitab oxucuları iştirak edib. 525.az xəbər verir ki, tədbir...
ANL
Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu "Fədakarlar bir amalın uğrunda" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan jurnalis...
ANL
Müəllim də ustaddır. Tarixən böyük tarixi şəxsiyyətlərə dünyəvi, bəşəri sevgi olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır". Bu müraciət böyük bir sevginin başlanğıcıydı. Dünyanı kəndlərini əhatələyən təb...
ANL
Daha çox ərzaq tələbatı ekoloji problemləri artıracaq. ÇIXIŞ YOLU NƏDİR? Get-gedə dərinləşən ərzaq böhranı bütün dünyada qida istehsalına marağı ciddi şəkildə artırmaqdadır. Təsadüfi deyil ki, bu gün dünyanın, demək olar, bütün ölkələrində kənd təsərrüfatı qida istehsalının əsas mərkəzləri sayılırlar. Burada taxılçı...
ANL
Xoşbəxtlik naminə qırılmalı qəliblər. "Qadınlar nə istəyir? "- bu suala bütün həyatı boyu cavab axtaran Freyd belə ömrünün son günlərinə kimi buna cavab tapa bilməmişdi. Dəyişən zaman, gender bərabərliyi, sosial-ictimai proseslər indi bu sualın bir başqa formasını gətirir gündəmə: kişilər nə istəyir? Tarix boyu filo...
ANL
Gəncədə SABAH İncəsənət Festivalı keçirilib. Tehsil.biz xəbər verir ki, festivalın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, SABAH İcra komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin, şəhər ictimaiyyətinin nümayəndələri işt...
ANL
Bu gün Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasından 99 il ötür. Bu münasibətlə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi hazırlanıb. AZƏRTAC xəbər verir ki, virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkə...
ANL
AĞDAŞDA XALQ ŞAİRİ FİKRƏT QOCANIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB. Həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. İnsanın digər insanlarla münasibəti sabit, ...
ANL
Bədii zövqü “dərslik”lərlə korlamaq. Zahid Xəlili mən yaxşı tanıyıram. Sözün düzü, bu illər ərzində adını nə televiziyadan eşitmişəm, nə də iştirakı ilə təşkil olunmuş silsilə tədbirlərdə olmuşam. Bu imzanı əqlimə həkk edən nəsnə poeziyanın özü qədər ülvi və pakdır. İbtidai sinif dərsliklərində onun və digər şairləri...
ANL
ADAM GEDİB YOLDAŞ OLUR QUŞLARA. Görməyəsən yollar necə ağrıyır... Bir adamın qollarında bu dünya. Gendən baxıb bəxtəvərlik verən çox, Yaxın gəlib halınısa soran yox. Hələ də fikrimi çəkirsən elə. Şeytan heç, sən məni timsahdan qoru, Daim gözlərinin önündə saxla. İnsanam, yolumu aza bilərəm, Üstündə gəzməyə köz göndər ...
ANL