text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şairlərin ən xoşbəxt olduğu anlar özündən biixtiyar qələm götürüb bir küncə çəkilərək ruhunun pıçıltılarını yazıya çevirdiyi anlardır. Çünki yazmasalar, dünya boyda ağırlığın altında qalmış kimi əzilər ruhları. İlahinin yalnız yaradıcı adamlara bəxş etdiyi, ilham deyilən ruh təlatümü yalnız o yazıdan sonra sakitləşir, ... | ANL |
Mən - kiminin sevib-əzizlədiyi, sığallayıb qucaqladığı, yem verdiyi, kiminin də sığallayıb qucaqlamaq, yedirtmək bir yana, hətta toxunmağa da iyrəndiyi, rahat yaşamasına, bir canlı kimi rahat nəfəs almasına belə imkan vermədiyi heyvanam; nədənsə sizlərin bir-birinizi təhqir edəndə adından istifadə etdiyi heyvan, deyilə... | ANL |
Samuray mənəvi ruhu yaşayır. (Əvvəli ötən çərşənbə sayımızda). Buddizmin dövləti uğurla idarə etməyə olan böyük təsirini Hindistandakı qədim Mauriya imperiyasının b.e.ə. Onun idarəçiliyi dövründə Mauriya dövləti çox inkişaf etmişdi. O, bütün Hindistan subkontinentini özünə tabe etmişdi, mərkəzi idarə etmə yaratmış və ... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Murad Budaqovdur. Onunla Xalq rəssamı Tahir Salahovun "Odlar yurdu" əsəri haqqında danışmışıq. - Murad bəy, əsərin yaranma tarixçəsi haqqında nə bilirik? Bu əsər Azərbaycanda neftçilərin həyat və yaradıcılığına həsr olunmuş rəsm silsiləsini taclandırmaqdadı... | ANL |
Güclü milli sənayeyə doğru addım-addım irəli. Azərbaycan öz iqtisadi imkanlarından iqtisadi tərəqqi üçün hələ yenicə faydalanmağa başlayır. Güclü iqtisadiyyat yaratmaq üçün Azərbaycanda yetərincə əlverişli coğrafi şərait var. Torpaqlarımız həm böyük təbii ehtiyatlara sahib, həm də məhsuldarlıq potensialına malikdir. B... | ANL |
Ailəşünaslığa dəyərli töhfə. İnsani münasibətlərin tərbiyə məktəbi adlandırdığımız ailə cəmiyyətin ilkin özəyidir. Kiçik bir dövləti xatırladan ailədə fəzilət və qəbahət münasibətlər zəminində səciyyələnir. Ər-arvadlıq həyatının başlanğıc mərhələsi; ər-arvadın ailə həyatı haqqında təsəvvürləri; nikah motivlərin... | ANL |
Elə insanlar var ki, onlar heç vaxt öyrəndikləriylə kifayətlənmirlər. Həmişə axtarışda olurlar. Axtarışlarında həmişə əzmkarlıq nümayiş etdirirlər. Belə insanlar üçün mənəvi yorğunluq da zamanla ən gözəl məşğuliyyətə çevrilir. Müsahibim Pantomima Teatrının aktrisası, Əməkdar artist Səbinə Hacıyeva da belə insanlardand... | ANL |
Sənətşünas Sevil Kərimova: "Öyrənməyi və öyrətməyi çox sevirəm". Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müşaviri, dosent Sevil Kərimova son zamanlar bir-birindən maraqlı və uğurlu layihələriylə həm universitet, həm də incəsənət həyatının dinamikasına töhf... | ANL |
Mayın 21-də İmişli rayonundakı V.Xudiyev adına Mədəniyyət sarayında görkəmli yazıçı Səyyad Aranın 70 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri bədii qiraət ustası Sənəm Məmmədova açar... | ANL |
Xalq yazıçısı İsmayıl Şıxlının nəvəsi Aysel Şıxlinskayanın romanı nəşr edilib. Teas-press nəşriyyatında xalq yazıçısı İsmayıl Şıxlının nəvəsi Aysel Şıxlinskayanın “Qanadsız mələk” adlı ilk kitabı çap olunub. Müəllif ölkədən kənarda yaşadığından kitabın təqdimatı gecikir. Aysel xanımın dediyinə görə, Bakıya qayıdan kim... | ANL |
Təzə dövrün köhnə dərdləri. Köhnə vaxtlar idi. Lap köhnə vaxtlar... Əcnəbilərin seyrə balonla çıxdığı, bizim hələ avtomobil minmədiyimiz vaxtlar... Qəzetlər xəbər verdi ki, millətin şair oğlu ölüm ayağındadır, gəlin ona yardım edək! Şair bu dünyadan köçdü... Sonra qəzetlər bir də elan verdilər ki, bu şairin kitabının... | ANL |
Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza. ...O günlərdə dünyanın gözü yenə Şuşaya dikilmişdi. Musiqimizin, mədəniyyətimizin, milli ruhumuzun simvolu olan Şuşada dünyanın 10 ölkəsinin musiqi təmsilçilərinin iştirak edəcəyi V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçiriləcəkdi. Bu möhtəşəm tədbirə dəvətli olduğuma gö... | ANL |
Zəngilandan gələn var. Zəngilandan yenicə qayıtmış yaxın qohumum həmin günün axşamı bizə gəlmişdi. Çay süfrəsi arxasında təəssüratlarını bölüşdükcə, işğaldan azad olunmuş 1 il 7 aya yaxın müddətdə gedə bilmədiyimiz doğma yerlərin adlarını çəkdikcə, oraları necə gördüyünü təsvir etdikcə ixtiyarsız kövrəlir, içimiz titr... | ANL |
Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin "Bənövşə"si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, "Heç yerdə görmədim düz bənövşəni" deyib ustad. Xan qızı Natəvan qərənfili çiçəklərin... | ANL |
Eşq ilahəsi Nadirə. Bu talelər arasında bircə fərq var. Xanqızı Natəvan ağılar, mərsiyələr yazaraq ününü uca Allaha yetirdi, Xanqızı Nadirə isə cismən bu ağrını çəkə bilməyəcəyini anlayıb elə o andaca ruhunu Uca Allahın dərgahına təslim etdi. Eyni taleyi yaşamaq eyni əsrin, eyni dövrün, eyni ictimai-siyasi proses... | ANL |
"Xeyirxahlıq mücəssəməsi"nə bir baxış. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və publisistika" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin yenicə işıq üzü görmüş "Xeyirxahlıq mücəssəməsi" kitabı sağlığında Millət Atası, Müsəlmançılığın fəxri kimi şərəfli ad və... | ANL |
İlber Ortaylının tanıdığı və sevdiyi Sabir. "Əcnəbinin seyrə balonla çıxdığı", bizim "avtomobil minməyən" vaxtımız çoxdan arxada qalıb. Türk dünyasının tanınmış alimi ilə türk dünyasının tanınmış şairi barədə söhbətə. Ankara Universitetinin professoru İlber Ortaylı ilə anadan olmasının 160 illiyi tamam olan Mirzə... | ANL |
Əlibəy Məmmədov :“Güclü diaspora üçün ürəkli insanlar lazımdır”. ƏLİBƏY MƏMMƏDOV: "MƏN ÖZ HƏYATIMI YAPONİYA İLƏ AZƏRBAYCAN ARASINDA "DƏMİR YOLLARI"NIN QURULMASINA HƏSR ETMİŞƏM". Onun Yaponiyadakı bölünməz və güclü Azərbaycan ideologiyası uğrunda göstərdiyi fəaliyyət və əldə etdiyi uğurlar tez-tez yerli mətbuatda iş... | ANL |
“İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı olub. Mayın 25-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimatı keçirilib. Kulis.az ... | ANL |
Aqil Abbasa İlyas Əfəndiyev Mükafatı təqdim edildi. Xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı fotoalbomun Milli Kitabxanada keçirilən təqdimat mərasimində görkəmli ədibin adını daşıyan, Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi mükafat yazıçı, millət vəkili Aqil Abbasa təqdim olunub. 525.az xəbər verir ki, AYB sədri,... | ANL |
Eyniadlı romanla bədii düşüncəmizə bu diskursu gətirən. Xalq yazıçısı İlyas Əfəndiyevin unudulmaz xatirəsinə. Qoz ağacları bar verəndən az sonra ta erkən payıza qədər şəhərin demək olar ki, bütün küçələrində həmin oyunu oynayırdılar. Son məqsədi mümkün qədər çoxlu qoz udmaq olan oyunun ssenarisi belə idi: Cibində... | ANL |
Əhməd Həmdi Qaraağazadə publisistikasında Qarabağ problemi. Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşması itirilmiş atributların, üzərinə qadağa qoyulmuş dəyərlərimizin yeni müstəvidə qiymətləndirilməsi ilə inkişafına da təkan verdi. Sovet dönəmində ideoloji kanonların təsiri ilə təqdim edilmiş mətbua... | ANL |
"Uşaqlar gələcəyə göndərdiyimiz canlı mesajlardır", deyirlər. Bioloji baxımdan genlərimizdə daşıdığımız və onlara ötürdüyümüz müəyyən xüsusiyyətlər olsa da, uşaqlar ümumilikdə xam qabiliyyətlər toplusu kimi dünyaya gəlirlər. Təhsil, pedaqoji təlimlər sayəsində onlar davamlı öyrənib inkişaf edir və dəyişirlər. ... | ANL |
"XIX əsr Qarabağ şairləri antalogiyası"ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərin... | ANL |
Hər zaman eynimə kim, mənzili-canan görünür, San Cəməm kim, gözümə mülki-Süleyman görünür. Öylədir seyli- sirişkim gözə Qülzümi gəlür, Bəhri seylabə verir, qətrəsi tufan görünür. Alışub nari-dərunim, tutuşub nayi-dilim, Şərəri çərxə çıxub, kövkəbi-rəxşan görünür. Eşqin kanı Qarabağdır məkanım, Bülbüli-şeydayəm, cənn... | ANL |
Dul qadının tənhalığı. Ümumiyyətlə, professor Səfərli ədəbiyyata, incəsənətə, mədəniyyətə insanın mənəvi aləminin inikası, təsviri kimi baxır, ibtidai insanın sosial mahiyyətə yiyələnməsində heyvanlardan fərqli olaraq mənəvi faktorun mühüm əhəmiyyət daşıdığını qeyd edirdi. İbtidai insan təkcə heyvan kimi fiziki v... | ANL |
Şihabəddin Suhraverdi: həyat və yaradıcılıq yoluna bir nəzər. "Ərəb ədəbiyyatı. V-XIII əsrlər" kitabımın ikinci nəşrini çapa hazırlayır, kitaba bəzi əlavələr edirəm. Suhraverdi barədə aşağıdakı yazının da bu yeni nəşrdə yer alacağı gözlənilir. Yazı hazırlanarkən Suhraverdinin öz əsərlərindən, Şəmsəddin Şəhrəzuri... | ANL |
O, MƏKTƏBDƏKİ VƏZİFƏSİNDƏN İMTİNA EDİB DOĞMA YURDUNUN MÜDAFİƏSİNƏ QALXDI VƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... Birinci Qarabağ müharibəsinin elə qəhrəmanları var ki, onların qısa, lakin şərəfli ömür yolu müasir gənclər üçün örnəkdir, nümunədir. Laçınlı Vaqif müəllim də onlardan biridir. İkinci Qarabağ müharibəsində ö... | ANL |
Azərbaycan tarixşünaslığına yeni töhfə. Maraqlı araşdırmaları və yazıları ilə həm elmi ictimaiyyət, həm də oxucular arasında yaxşı tanınan tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin bu yaxınlarda yeni və oxunaqlı bir kitabı işıq üzü görüb. adlanır və müəllifin son illər bu sahəyə dair y... | ANL |
28 may qədim Azərbaycan musiqi aləti kamançanın ən mahir ifaçısı, ustad sənətkar Habil Əliyevin 95 illiyi tamam olur. Mərhum sənətkar XX əsrin 50-ci illərinin sonundan ömrünün axırınacan Azərbaycan musiqisinin inkişafı, kamançanın təbliği və mahir kamança ustalarının yetişməsi üçün yorulmadan çalışdı. O, hələ böyük sə... | ANL |
İnsanlar bu dünyaya öhdələrinə düşən obrazı canlandırmaq üçün gəlirlər. Bu filmin rejissorunu, ssenarinin müəllifini sorğuya çəkmədən hər kəs öz həyatının baş rolunda yer alır. Sanki belə də olmalıymış kimi, əsrlərdir, hər insan öz taleyinin qəhrəmanına çevrilir. Məcazi anlamda desək, insanın həyat hekayəsi bir göz qı... | ANL |
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim! Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza çatdıracağıq. Dahi alim bəlkə də fərqinə varmadan elə bir metafora işlədib ki, bu mənada bundan daha yüksək təyin düşünüb işlə... | ANL |
A.S.Qriboyedovun qətli və Xosrov Mirzənin "üzrxahlıq missiyası". Yuxarıda rus diplomatik missiyasının və səlahiyyətli nazir A.S.Qriboyedovun nüfuzdan salınmasında, ümumxalq nifrətinə səbəb olmasında erməni amilindən ümumi şəkildə bəhs etmişdim. Maraqlıdır ki, qarşılıqlı ədavət, hətta nifrət hissinin mövcudluğuna bax... | ANL |
Gənclərin onlayn qumar alışqanlığı. İstər küçələrdə "Poz qazan" tərzli oyunlar, istərsə də onlayn keçirilən kazino oyunları gəncliyi get-gedə özündən asılı hala salmaqdadır. Son aylarda ölkəmizin əsas fenomenlərindən biri də məhz onlayn qumar oyunlarıdır. Hansı sayta, hansı səhifəyə daxil olsan, sistem tərəfindən qarşı... | ANL |
Rusiyaya torpaq lazımdırmı? Vladimir Putin Ukraynanın Zaporoje və Herson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. Bu fərman separatçı Donetsk və Luqansk Xalq Respublikalarının sakinlərinə Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsini nəzərd... | ANL |
Ülvi hisslər, müqəddəs duyğular poeziyası. MAHİRƏ NAĞIQIZININ POETİK YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM. Ədəbiyyat insanın özüdür. Onun duyğu və düşüncələrini ifadə edən, söz varlığının zənginliyindən xəbər verən mənəvi bir dünyadır. Elə bir dünya ki, bu dünyada hər nə varsa, qeyri-adi görünür, baxanda isə dünyanın ö... | ANL |
Azərbaycan ədəbiyyatı 70-ci illərdə pərvaz edən qələm sahiblərinin yaradıcılıq məsuliyyətini xalq yazı təfəkkürü ilə cilalayıb. Bunu gərək səmimiyyətlə etiraf edək. Buna görə o illərdə yazıb-yaradanların bədii düşüncəsində və ədəbi fövqündə məhz həmin nüanslar diqqət çəkməkdədir. Erkən yaşlarından şeirə maraq göstərmiş... | ANL |
"Yadında nəyi saxlayırsansa, bax o, bədii ədəbiyyatın predmeti ola bilər". Yaddaşıma söykənərək qələmə aldığım bu xatirələr keçən əsrin 40-cı illərinin ikinci yarısında Şəkidə (Nuxada) təsadüf etdiyim əhvalatlardır. O zamankı Böyük Vətənimizin hər yerində olduğu kimi Şəki şəhəri və kəndləri də müharibədən sonrakı yeni ... | ANL |
İnsan ruhuna və milli tarixə işıq salan yazıçı. Hətta, bir az da geniş götürsək, Manaf Süleymanovun kiçik Vətəni - Rusiya imperiyası Bakı quberniyasının tərkibində yerləşirdi. 1930-cu ildə Bakıda orta məktəbi bitirən gənc abituriyent istiqamətini Azərbaycan Neft-Kimya İnstitutundan salır və geoloji kəşfiyyat fakü... | ANL |
Azərbaycan dilçiliyinin yeni uğuru. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin 2022-ci ildə hazırladığı "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" Azərbaycan dilçiliyinin növbəti uğurudur. Atlasın Şuşa ilində nəşr olunması ... | ANL |
“Litva karaimləri” adlı konfrans və sərgi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litvanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva karaimləri ” adlı konfrans və sərgi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı... | ANL |
"Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru". Milli Kitabxanada eyniadlı kitabın elmi müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində ta... | ANL |
Aysu metrodan çıxanda ağacın arxasına daldalanaraq onu gözləyən adamı ağlına belə gətirə bilməzdi. İnsanı, ələlxüsus da gənc qızları gözləyən hadisə tində, kol dibində və ya elə Aysunu gözləyən oğlan kimi ağacın dalında pusquda durub qəflətən aşkara çıxır. Bəli, çox zaman insanın gözlədiyi olmur, ağacın arxasında gizlə... | ANL |
İnsan ruhuna və milli tarixə işıq salan yazıçı. XX əsrin əvvəllərinin Bakısı bir çox əsərlərin, filmlərin süjetində öz əksini tapıb. "Şubanı dağındakı Atəşgah məbədi atəşpərəstlərin ən böyük, ən müqəddəs ziyarətgahı hesab edilirmiş. Şubanı Atəşgahını ötən əsrin axırlarında dağıdırlar". aralıda qərar tutan Şuban... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Sonra isə oradan Akademik qalereyaya götürülmüşdü. Mikelancelonun yaratdığı füsunkar heykəldə təsvir olunan gəncin igidliyi də Bibliyada təsvir olunmuşdur. Filistimlilərlə yəhudilərin davası gedirdi. Filistimlilərlə yəhudilər şərt qoydular ki, hər iki xalqın bir igidi öz ara... | ANL |
Azərbaycan rəssamlıq sənətində öz yaradıcılığı ilə iz qoyan görkəmli rəssam Tahir Salahov müxtəlif janrlarda möhtəşəm əsərlər yaradıb: natürmort, mənzərə, portret və s. Rəssamın yaradıcılığında "Növbədən qayıdanlar", "Təmirçilər", "Qreko qəhvəxanası" əsərləri xüsusi yer tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Azər... | ANL |
Başındakı milli papaq da sanki sifətinin davamı kimi ona çox yaraşırdı. Şəhərin Gəncəli məhəlləsində yaşayırdı. Bu məhəllədə yaşayanlar vaxtilə Gəncədən köç etmiş şiə təriqətli insanlardı. Yerli sünnilər onlara "Qəcərlər" deyirlər. Bu, həmin toplumun Qacar şahlarının tərəfdarları, yaxud vaxtilə İrandan köçmüş qoh... | ANL |
Xatirələrdə yaşayan hərbi komissar. Arif dayı ilə - Arif Hüseynqulu oğlu Babayevlə Bakıda qonşu idik. Tez-tez görüşüb mehriban söhbət edərdik. Dürüst, sözübütov, qayğıkeş şəxs olmaqla yanaşı, böyük nüfuz və hörmət sahibi idi. Arif müəllimin atası Hüseynqulu Babayevin ötən əsrin əvvəllərində müstəsna xidmətləri olmuşdu... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
ŞUŞA QALASINDA BAŞ VERMİŞ ERMƏNİ-MÜSƏLMAN MÜNAQİŞƏSİ MÜNASİBƏTİLƏ. Müsəlmana ermənilər durdu sataşmağa, Qarınca tək Qalada qatışıb qaynaşmağa, Qırallığın yolların üzlərinə aşmağa, Başlarına böyüklük ciqqəsini saşmağa. Köçərlini ermənilər əzəlcə yandırdılar, Xəlfəli qapısında evlərə od qoydular, Neçə müsəlmanları ... | ANL |
Lənkəranda əks olunan Mirzə Cəlil işığı. Müxtəlif fasilələrlə 25 ilə yaxın nəşr olunan "Molla Nəsrəddin" jurnalı fəaliyyətə başladığı gündən yüzlərlə fəhlə-kəndli müxbiri ətrafına toplamışdı. Jurnal lənkəranlı müxbirlərin yazılarına da xüsusi əhəmiyyət verirdi. "Molla Nəsrəddin"in Lənkəran müxbirlərini iki qismə ayırı... | ANL |
Ədəbi-bədii düşüncənin sərhədləri. Tanınmış ədəbiyyatşünas, sənətşünas Timuçin Əfəndiyev son illərdə iki fundamental tədqiqat ilə çağdaş ədəbiyyatşünaslığımızı zənginləşdirib; bunlardan biri "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri", digəri isə "Milli özünüdərk ədəbi kontekstdə" monoqrafiyalarıdır. Hər... | ANL |
Şəhidlərdir ruhumuzun bayrağı!.. Mövqe qələbəsi qazanmışdılar. Döyüşçülər əsə-əsə yüksəkliyə tələsən həlim yelin içində ayaq saxlayıb bir hovurluğuna nəfəs dərirdilər. Müharibədə bir döyüşün sonluğu növbəti döyüşün başlanğıcıdır. Bir azdan başlayacaq döyüşün ovqatı qınından sıyrılmış qılınc kimiydi. Anlar ağırlaşmışdı... | ANL |
İşlərinizin asan olmasını istəyirsinizsə... O ZAMAN ELEKTRON VƏTƏNDAŞ OLUN. Müasir dünyamızda rəqəmsallaşmanın sürətinə ən cəld marafonçu belə çata bilməz. Bu, heç də qulağa xoş gələn metafora deyil, günümüzün xoş reallığıdır. İndi elə bir dövrdür ki, texnologiyanı həyat tərzinə çevirmiş qabaqcıl düşüncə sahiblər... | ANL |
Vətən müharibəsi - tarixi zəfərimiz. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi məsələsi istər daxili, istərsə də xarici siyasətin əsas prioritetinə çevrilmişdi. 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-in... | ANL |
Bu münasibətlə II Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Mərasimdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unive... | ANL |
“İşıqdan zülmətə” adlı tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasında “İşıqdan zülmətə” adlı tədbir təşkil olunub. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Ümumdünya repressiya qurbanları Günü”nə həsr olunan tədbir kitabxana əməkdaşları tərəfindən hazır... | ANL |
Bakıda “Caspian Dream” adlı sərgi açılıb. Noyabrın 1-də “The Landmark” otel və biznes mərkəzində dünyaşöhrətli fotojurnalist Reza Deqatinin fotolarından ibarət “Caspian Dream” adlı sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə Reza Deqatinin 1997-ci ildə çəkdiyi mühüm 7 fotoşəkildən ibarət “Caspian Dream” adlı xüs... | ANL |
Türkçülüyün üçlü formulu: ideologiyanın keçmişi, bugünü və gələcəyi. Hər bir xalqın inkişaf yolunda onun ictimai, siyasi, dini görüşlərinin formalaşmasının arxasında güclü bir ideologiya dayanmaqdadır. Bu ideyalar isə bir an içərisində cəmiyyət tərəfindən qəbul olunmur, bunun üçün müəyyən zaman kəsimində düşüncə... | ANL |
Lənkəranda əks olunan Mirzə Cəlil işığı. İsmayıl müəllim də Nəsrulla müəllim kimi məcmuədə fəal iştirak edib. Nəsrulla müəllimin məlumatına görə, o, qardaşının hansı imza ilə yazdığını bilməyib. Ancaq o yadında idi ki, İsmayıl Qənbərov "Ünas" I dərəcəli qızlar məktəbinin damının dammasından yazdığı felyeton qalmaqala... | ANL |
Türkoloq Elçin İbrahimov: "Türk dünyası üçün ortaq ünsiyyət dili günün vacib tələbinə çevrilib". Keçmişdən günümüzə qədər türk dünyasında ortaq əlifba, ortaq ünsiyyət dili məsələsi hər zaman müzakirələrə səbəb olub və bu gün də müzakirələr davam edir. Türk dünyasında ortaq əlifba, ortaq ünsiyyət dili mövzusunda ... | ANL |
İsmayıl Osmanlının zəfəri və "məğlubiyyəti". Amma televiziyada İsmayıl müəllimin bir çıxışı, daha doğrusu, həmin çıxışın bəzi detalları həmişəlik yaddaşımda qalmışdı. Həmin çıxışda ustad yaşlı həmkarlarından biri haqqında danışırdı, özü də elə danışırdı ki, əlində yağın da daşsaydı, başını qaldırıb onun ekrand... | ANL |
Mədəniyyətlərin "restartı" və ehtiyacın inkişafa səbəb olması. Kökü Azərbaycanla bağlı olan yəhudi əsilli (Azərbaycan dağ yəhudisi), Rusiya doğumlu, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Ayzek Azimovun "Təməlçilər" romanında belə bir məqam var: "Qalaktika İmperiyasının sivilizasiyası durğunluq və deqradasiya içə... | ANL |
Bizim İlqar. Şuşalılar bəzən soyadı əvvələ çəkir. Onun da qismətinə düşüb: yeniyetməliyində və ilk cavanlığında Kərimov Vaqifin oğlu deyə tanınıb, sonra Kərimov İlqar kimi. Yaş fərqimiz var İlqarla, nə Şuşada yaxınlığımız olub, nə qaçqınlığın siftə illərində, yalnız xeyirdə-şərdə hal-əhval tutmuşuq. Son səkkiz ildə i... | ANL |
Güney nisgili Azərbaycan ədiblərinin yaradıcılığında. Son iki əsrdən bəri Azərbaycan xalqının ürəyində cənub dərdi, cənub həsrəti dərin sağalmaz yaraya çevrilib. 1828-ci ildə qanla yazılmış İran və Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölündü. 1813-cü ildə bu iki dövlət arasında imzala... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Onları İtaliyaya getməyə öz vətənində ədalətsizliklə üzləşən bir etrusk həvəsləndirmişdi, ilk şərabı da qallara o gətirmişdi. Qallar əvvəlcə etruskları öz şəhərlərindən qovub, onlarda məskunlaşdılar. Bu, Kamillin sürgünə getməsindən xeyli əvvəl baş vermişdi. Qall dəstələri etru... | ANL |
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov: "Cəbrayılın iqlimi ceyranların məskunlaşması və populyasıyası üçün tam uyğundur". Ceyran söhbəti iki həftə olar aktuallaşdı. Ara söhbətlərindən sosial şəbəkələrə, sosial şəbəkələrdən mediaya qədər ən fərqli müstəvidə hər kəs öz yöntəminə və səviyyəsinə... | ANL |
Kamal Abdullanın "Casus"u Lənkəran səhnəsində. İnsan münasibətlərində güclə nəzərə çarpan və ya açıq-aşkar görünən bütün gizli məqamlar teatr sənətinə daha dərindən sirayət edərək baxış bucağını dəyişdirir. Teatr səhnəsində hadisələr məhz hərəkət və dinamika üzərində qurulur. Bu səbəbdən də teatr nümunəsi mütəhərrik ol... | ANL |
Özlərini istedadlı əsərləriylə təsdiq edən cavanlara inanmışam və inanıram". Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik. Sizi təbrik edir, faəliyyətinizdə uğurlar arzulayırıq. Növbəti dövr üçün hansı planlar ar? - Noyabrın 5-də Azərbayc... | ANL |
Güney nisgili Azərbaycan ədiblərinin yaradıcılığında. Görkəmli ədib, filologiya elmləri doktoru Mir Cəlal Paşayev S.Rüstəmin yaradıcılığında cənub mövzusundan söz açarkən demişdi: "Cənubi Azərbaycanda onun saf ana dilində səslənən səmimi, odlu, təzə, təravətli şeiri Təbrizdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərl... | ANL |
Nə gözəl oynamaq yeridi bura, Qarabağa gedən bax, bu yol üstü... Qanlı döyüşlərə yollanmamışdan, Burda bir doyunca oynamamışdan. Maşın dayanmamış sıçradı yerə, Vurub çəkməsini biri-birinə, Vurub əllərini biri-birinə, Əsgər toy havası çalıb oynadı. Getdi döyüşlərə nərildəyərək, O əsgər bir azman Diviymiş bəlkə? Oynaya-o... | ANL |
Cəsur döyüşçü Kəmaləddin Məmmədzadə 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Məmmədzadə Kəmaləddin Vüqar oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif ... | ANL |
Tarixi yaddaşımızı təzələyən oğullar. Bakı şəhər 70 saylı məktəb-liseyin müəllimi, vaxtilə Qarabağ deyilən gözəl bir diyarı qarış-qarış gəzmiş, onun daşına, torpağına, otuna, gülünə, çiçəyinə məhəbbətini qəlbində əbədiləşdirən və 30 ildən artıq bu məhəbbət abidəsinə həsrət qalan Nuridə xanım Hümbətova yenicə ç... | ANL |
Gəncədən gəlirəm... "Yeni Gəncə" qəzetinin baş redaktoru Hicran Məmmədova: "Mətbuat təhqirlə tənqidi ayırd edə bilməyən "jurnalist"lərin poliqonuna çevrilib". Bu günlərdə yolumu ruhumun şəhəri Gəncədən saldım. Həm oraları bir daha görmək, həm də ruhən sakitləşmək üçün, çünki Bakının səs-küyündən hərdən uzaqlaşmaq... | ANL |
Vətən də oxuyarmış. Bu Qayıdış gününü səbrsizliklə gözləyən təkcə öz torpaqlarından didərgin düşən on minlərlə vətəndaşımız deyildi, 30 ildən bəri evinin açarını qoynunda gəzdirən analar, hər gün o yerlərə qayıtmaq xəyalı ilə səhəri gözləyən atalar, uşaqlığı, gəncliyi itən cavanlar deyildi, bütün Azərbaycan idi! Və mə... | ANL |
Tənqidə tələsənlər. Tanınmış rejissor Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsindən bəhs edən, ən çox gözlənilən "Həyat, deyəsən, gözəldir" filminin treyleri, nəhayət, yayımlandı. Treyleri görən kimi sevincək sosial şəbəkə profilimdə paylaşdım. Ancaq nədənsə paylaşımın şərh bölümündə sevincimə şərik ol... | ANL |
“İran hakimiyyətində Azərbaycan dövlətinə qarşı həmişə bir qısqanclıq olub”. "İran hakimiyyəti ilə Ermənistanı türklərə, türkçülüyə qarşı mübarizə birləşdirir". Son zamanlar İranın Azərbaycana qarşı bəyanatları, sərgilədiyi anti-Azərbaycan mövqeyi daha açıq şəkildə özünü büruzə verməyə başlayıb. Bundan əlavə, müntə... | ANL |
Zəngəzur dəhlizi: Atatürkün gerçəkləşən arzusu... Türkiyəli jurnalist Sərxan Aksuyek: "Böyük Mustafa Kamal paşanın 100 il əvvəlki arzusuna Azərbaycan prezidenti cənab İlham Əliyev yeni status verdi". Müasir texnologiyaların sürətli inkişafı böyük dünyanı o qədər kiçiltdi ki, indi çox-çox uzaqlarda məskunlaşan həm... | ANL |
Qürur mənbəyi, and yerimiz Azərbaycan Bayrağı. Müstəqillik rəmzlərimizdən olan üçrəngli bayrağımız altında milyonlarla insan bir amalla, bir məsləklə birləşib. Azərbaycan bayrağı torpağımız üzərində, başımız üstündə dalğalandıqca var olacağıq. Ucadan uca üçrəngli Azərbaycan bayrağı qürurumuzdur, varlığımızdır. Vətən t... | ANL |
Xalqımızın bu günlərdə yaşadığı misilsiz qələbə sevincini, fərəh və qürur hisslərinin sözlərlə ifadəsi mümkünsüzdür. 30 illik işğala son qoyan tarixi Qələbəmizin əsas memarı heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Uzun illər aparılan islahatlar nəticəsində formalaşmış p... | ANL |
Böyük Zəfərin ikinci ili. Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Müzəffər Ordumuzun 44 günlük qəhrəmanlıq səlnaməsinin kuliminasiyası 8 noyabr - Şuşanın işğaldan azad edildiyi gün oldu. Məhz həmin gün alınmaz qala olan qədim və tarixi şəhərimizə, hər bir azərbaycanlı üçün misilsiz mənəvi... | ANL |
AZƏRBAYCANIN İRANA QARŞI SANKSİYALARA QOŞULMAMASI NƏ TEZ UNUDULDU? İran adlanan ölkə Azərbaycanın güclənməsinə, bölgədə söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb və dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atıb. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməy... | ANL |
Xalq yazıçısı Elçin beynəlxalq mükafata layiq görülüb. Türkiyənin məşhur "Star" qəzeti tərəfindən təsis edilmiş "Nəcib Fazil adına Beynəlxalq mükafat"ın "Mədəniyyət və incəsənət" nominasiyası üzrə qalibi Azərbaycanın Xalq yazıçısı Elçin elan olunub. "Nəcib Fazil adına Beynəlxalq ödül" Türkiyədə məşhur və nüfuzlu müka... | ANL |
Azərbaycanın müasir tarixində görkəmli alim-mütəfəkkir, fəal ictimai xadim və dəyərli dövlət adamı, bu gün - noyabrın 5-də 70 yaşını sevinc və qürurla qeyd etdiyimiz professor Vilayət Quliyevin xüsusi rolu və mövqeyi var. Çağdaş Azərbaycan elminin son 40 ilini Vilayət Quliyevin zəngin və çoxyönlü elmi yaradıcılığı,... | ANL |
"Ölülər"in yeni qiyafədə dirilməsi. Ötən yazılarımın birində Mirzə Cəlilin "Ölülər" pyesinin absurd dram janrının tələblərinə tam cavab verməsi ilə bağlı fikir söyləmiş və bu barədə ayrıca yazı yazacağıma söz vermişdim. Düşünürəm ki, verdiyim sözə əməl etmək məqamı yetişib. Amma mən söhbətə birbaşa "Ölülər"in ö... | ANL |
Tanınmış şair Ramiz Məmmədzadə vəfat edib. Tanınmış şair-publisist, filologiya elmləri doktoru Ramiz Məmmədzadə 85 yaşında vəfat edib. 1962-63-cü illərdə Azərbaycan Pedaqoji İnstitunun pedaqoji fakültəsində təhsilini davam etdirmiş, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdi. Qarabağ, Ağda... | ANL |
İstedadlı gənclərin önə çıxmasında fənn olimpiadalarının və bilik müsabiqələrinin xüsusi rolu var. Ölkədə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadaları, bilik yarışları mühüm rol oynayır. Təhsil Nazirliyi tərəfindən istedadı... | ANL |
Gələcəyi daha zövqlü edənlər. Şəhərimizin klassik musiqiyə qulaq asan sakinləri (eləcə də qonaqları) ötən il yaranmış Cadenza orkestrini artıq yaxşı tanıyır və növbəti konsertlərini maraqla gözləyirlər. Bunun əsas səbəbi, kollektivin müxtəlif dövr və coğrafiyalarda yazılmış musiqi əsərlərini ifa etməsi və eyni zamanda... | ANL |
Cənnətin gözətçiləri. "Mən cənnətin gözətçisiyəm" deyəndə məni gülmək tutdu. Başımı tərpətdim, dodaqlarımı dodaqlarıma basdım, susdum. Bu o deməkdir ki, dünyadan bezənlər indi cənnət ümidində idilər. Əsl cənnət yer üzündədir. Atamız Adəmin dünyada bir yerdən başqa yerə qovulduğu bütün müqəddəs kitablarda yazılmayıbmı... | ANL |
Əzizim Vilayət! Səmərəli fəaliyyətlə keçən uzun ömrü qocalıq sayanlar saysınlar. Qocalıqda cavanlıq həvəsiylə yazıb-yaratmaq cavanlıqda bəzi qocalar kimi deyinməkdən min pay yaxşıdır. Sənin ədəbiyyat, mətbuat, maarifçilik tariximizə aid qiymətli araşdırmaların çoxları üçün örnək olmalıdır. Mənəvi Keçmişimizə iddiası... | ANL |
Xalqın qələbə təbəssümü. Xalqımız böyük sevinc və şadlıq şəraitində Zəfər Gününün ikinci ildönümünü təntənə ilə qeyd etdi. 44 günlük müharibə Azərbaycan tarixinə, hətta arzulardan da uzağa gedən qələbə ilə başa çatmışdı. 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasətinin icrası şəklində onun hərbi qüvvəl... | ANL |
"Dəmir yumruğ"un gücünə imzalanan Bəyanat. Dünya miqyasında söz sahibi olan Azərbaycanın iqtisadi gücü, hərbi qüdrəti, xalq-iqtidar birliyi dövlətimizin böyük gücə malik olduğunun təzahürüdür. 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünün göstəricisidir ki, xalqımız Zəfər tarixini yaşadı. Qorxaq, vəhşi erməniyə A... | ANL |
Zəfərimiz mübarəkdir, Azərbaycan! 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xoca... | ANL |
İran hakimiyyətinin iç üzü. Azərbaycan həmişə qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa üstünlük verib. Bu ölkələrdən biri də İrandır. Azərbaycan Dövləti İranla dostluq, əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində hər zaman maraqlı olub. Buna baxmayaraq, İranın bu günədək Azərbaycan üçün faydalı ola biləcək h... | ANL |
Sadiq İsabəyli: "Müqəddəs dəyərlər fars şiəçiliyində sui-istifadə amilinə çevrilib". "Güney Azərbaycan türklərinin əsas istəyi milli dövlətçiliyin qurulmasıdır". Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Sadiq İsabəyli İranda cərəyan edən hadisələr, ... | ANL |
Dədə Süleymandan qalan dünya. Böyük xanəndə Süleyman Abdullayev zəngin və əbədi bir sənət irsi qoyub getdi. Bu boz payızın nisgilli bağrından bir tel də qırıldı. Səs müqəddəsliyinin sehrindən bir əfsun da əskildi... Elə bil Seyid təzədən öldü, Xan yenidən bu əbədi dünyaya gözlərini yumdu. Seyran Səxavətin Süleyman Ab... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Kamill üçüncü dəfə diktator seçildi. O, müttəfiq şəhərə gələndə, sakinlər şəhəri düşmənə təhvil vermişdilər. Buna görə də Kamillə mükafat kimi triumf verdilər. Onun başlıca düşməni və paxılı vaxtilə ilk olaraq qallı Kapitolidən atan Mark Manli idi. O istəyirdi ki, öz həmvətənlə... | ANL |
Üzərindən keçib dolandılar cahanı, Birləşdirdin o taylı-bu taylı Azərbaycanı. Zaman-zaman dağıdıldın, sındırıldın, Bir-bir yoxa çıxdı tağların, Kəsildi bu taylı Azərbaycanla bağların. "Arazı ayırdılar, Qan ilə doyurdular, Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar". Üzərindən gah şimala, gah cənuba keçilib, Ayrılıq kör... | ANL |
Əbədi səadət Turandan keçir, Əzəli arzumuz Turandır bizim. Turana gedən yol tufandan keçir, Yenə gözlərimiz al qandır bizim, Əzəli arzumuz Turandır bizim. Türkün hər dərdinə dərmandı Turan, Elimin ilk andı, son andı Turan, Görəcəklər necə tufandı Turan! Turansız halımız yamandır bizim, Dərdimiz-sərimiz Turandır bizim.... | ANL |
Fənn olimpiadaları: şagirdlər üçün uğur körpüsü. Azərbaycanda bir çox bilikli və istedadlı gəncin nailiyyətlər silsiləsi fənn olimpiadalarından başlanıb. Ölkədə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadalarının, bilik yarışlarını... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.