text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Sənət taxtında əbədi qalasan, Kraliça! Təkrarsız Əzizə Mustafazadənin əsrarəngiz konsertindən qeydlər. Qafqazda ən böyük mərkəz olan Bakı Konqres Mərkəzi "Cazın şahzadəsi"nin görüşünə hazırdır. Caz payızla az qala sinonimdir. Konsertə gələnlər xarici görünüş, tərz, davranış baxımından sanki bir-birlərinə bənzəyirlər.... | ANL |
Milli Kitabxana Konstitusiya Gününə aid sərgi açıb. 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü" adlı virtual sərgi açılıb. Kitabxanadan bildirilib ki, virtual sərgi... | ANL |
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Zəfər Günü münasibətilə yazıçı və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nərminə Məmmədzadənin "Müharibənin səsi" kitabının təqdimatı olub. Mərkəzdən 525.az-a bildirilib ki, kitab "Olmayan müsahibə" layihəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis və rus dillərində) ... | ANL |
"Xarıbülbül" adlı şeir müsabiqəsi keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəbliləri arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Xarıbülbül" adlı şeir müsabiqəsi keçirilib. Baş İdarədən 525.az-a bildirilib ki, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətini... | ANL |
Rumıniyada Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub. Yassı şəhərindəki Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, ölkəmizin ... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Mən özüm xoş sözün-tərifin ən yaxşısını deyənəm, ürəyimdən gələn səmimi sözləri çatdırmağı qızırqalanmıram. Ünvanıma dəyərli insanlardan istedadlı, səmimi tərifləri də çox eşitmişəm. Amma dünəndən bəri oxuyub bitirə, çatdırıb cavablandıra bilmədiyim leysan kimi yağan təbrikl... | ANL |
Zəfərimizin qəhrəmanı. 15 noyabr Vətən müharibəsi şəhidi Samir Hüseynovun doğum günüdür. Vətənini, doğma yurdunu ilahi məhəbbətlə sevirdi. Odur ki, Azərbaycanın müqəddəs parçası olan Qarabağın düşmən tapdağına düşməsinə dözə bilmirdi. Ən böyük arzusu əsarətdə olan Vətən torpaqlarını azad görmək idi. Ana torpağı... | ANL |
Fırçaları "Molla Nəsrəddin"cə danışan əcnəbi rəssamlar. Azərbaycan milli karikatura sənətindən soraq verən "Molla Nəsrəddin" jurnalı, əksər yaradıcılıq istiqamətləri ilə birgə, rəssamlıq sənətini də özündə təcəssüm etdirib. Hətta özündən əvvəl və sonra yaranmış heç bir ədəbi məktəb "Molla Nəsrəddin" ədəbi məktəbi ... | ANL |
İstedadın şirinliyi və acılığı. Olub və Respublika Mədəniyyət Nazirliyi sanki "xəbər tutmadı" ki, Azərbaycanda bu adda, bu soyadda istedadlı, peşəkar, kifayət qədər təcrübəli və çağdaş düşünməyi bacaran teatr rejissoru var... Eləcə də onun müxtəlif illərdə çalışdığı teatrlar da nədənsə "unutqanlıq" göstərdilər. Sənə... | ANL |
Operativliyinə görə, dürüstlüyünə görə, fərqli ictimai-siyasi qəzet kimi tanındığına görə, mədəni-maarif hərəkatının güzgüsü olduğuna görə, ziyalıların və yaradıcı gəncliyin böyük rəğbətini qazandığına görə, milli-mənəvi dəyərlərimizi yaşatdığına görə, Azərbaycanın dövlətçiliyinin söz cəfakeşi olduğuna görə... "525-... | ANL |
Azərbaycanlı gənc istedadlar Vyanada konsert veriblər. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib. 525.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə m... | ANL |
İrandakı türk düşmənliyini xarakterizə edən ümumtürk romanı. Müasir Azərbaycan ədəbiyyatında ən aktual mövzularını qələmə almaqla böyük oxucu auditoriyası qazanan yazıçı-publisist Sabir Şahtaxtı "Mil" əsəri ilə daha bir yeniliyə imza atıb. Avrasiya Yazarlar Birliyi (AYB) tərəfindən nəşrə hazırlanan "Mil" romanı Ank... | ANL |
Şair Təbib akademik Yusif Məmmədəliyevə poema həsr edib. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin akademik Yusif Məmmədəliyevə həsr etdiyi "Yusif zirvəsi" poeması işıq üzü görüb. Əsərdə böyük alimin uşaqlıq illərindən ömrünün sonunadək şəxsi həyatında və yaşadığı mühitdə baş verən hadisələr vəhdət şə... | ANL |
Dünya birliyinə inteqrasiya: Azərbaycanda dövlət siyasətinin mühüm prioriteti. Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formala... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. O istəyirdi ki, Yunanıstanın hegemonluğu Filippin varisinin əlinə keçməsin. Onu taxt-tacda əvəz edən oğlu Aleksandr isə çox asanlıqla həyəcanı yatıra bildi. O, Fivanı qəddarcasına cəzalandırdı, afinalılardan isə Demosfeni ona verməyi tələb etdi. Lakin xalq buna razılıq verməd... | ANL |
Abstrakt üslub: müasir Azərbaycan təsviri sənətində mücərrəd portretlər. abstractio) cisim və hadisələrin real təsvirini rədd edən sənət istiqamətidir. Onun ardıcılları forma, rəng, müstəvilər və xətlər üzərində təcrübə aparırlar. Abstrakt rəssamların əsas məqsədi öz yaradıcılığı ilə emosiyalar oyatmaqdır. Əvvəlcə el... | ANL |
Xəbər verildiyi kimi, rejissor Vaqif Mustafayevin öz ssenarisi əsasında çəkdiyi "Həyat, deyəsən, gözəldir" filmi Türkiyənin Bursa şəhərində keçirilən II "Qorqud Ata" türk dünyası beynəlxalq kinofestivalında böyük uğur qazanaraq "Ən yaxşı rejissor işi" mükafatına layiq görülmüşdür. Lakin film hələ böyük ekrana ç... | ANL |
VƏ YA KEÇMİŞİN İŞIĞINDA GƏLƏCƏYƏ ADDIMLAMAQ. Xalça bizim üçün elə bir anlayışdır ki, adı çəkiləndə böyükdən-kiçiyə hər bir azərbaycanlının ağlında müəyyən fikir, əsaslı təəssürat formalaşır. Ona görə bu sahədə hətta mütəxəssis olmayan biri də Azərbaycan xalçaları barədə yenilik gördükdə buna reaksiya vermədən ötə bi... | ANL |
Rəfiq Zəkanın türküləri. Keçən əsrin 70-ci, xüsusilə 80-ci illərində Azərbaycan ictimai fikrində meydana çıxan türkçülük ideyaları ən ardıcıl, ən miqyaslı və poetexnoloji axtarışlar baxımından ən məhsuldar təzahürünü Rəfiq Zəkanın poeziyasında tapır. Əlbəttə, Azərbaycanda türkçülüyün XX əsrin əvvəllərindən gələn... | ANL |
Qol-budaqlı ağaca çevrilən doğma qəzetimiz bu 30 il ərzində öz kölgəsində neçə-neçə istedadlı qələm adamını barındırıb və bu ənənə indi də davam etdirilir. Texnologiya əsrində, zamanın amansız surəti ilə ayaqlaşmağa çalışdığımız bir vaxtda, sosial şəbəkələrin həyatımızın əsas hissəsinə çevrildiyi bir dövrdə gün... | ANL |
Sonra günahkarcasına düşünürəm ki, qəribədir, niyə Ağdama hər gəldiyimdə elə uşaqlıqdakı kimi gəzdiyim bu yarımcan tarixi ziyarətgahda həmin ağac rastıma çıxmayıb, yaxud çıxıbsa da (mütləq ki çıxıb), niyə diqqət eləməmişəm. Bəlkə də, Ceyhunun - mənim uşaqlıq dostumun beynimə güllə kimi girən və günlərdir yadından çıxm... | ANL |
Qərbi Azərbaycan tarixçiliyinə böyük töhfə. Böyük ziyalımız və yorulmaz tədqiqatçı, məhsuldar alim və qeyrətli vətəndaş olan AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun qələmindən onlarla kitab və yüzlərlə elmi məqalə çıxmışdır. Azərbaycan təhsil tarix... | ANL |
Ədalətli sülh naminə uğurlu hərbi-siyasi mübarizə. BU YOLDA PARLAQ ZƏFƏR QAZANMIŞ AZƏRBAYCAN DÖVLƏTİ YENİ QƏLƏBƏLƏR ÜÇÜN SARSILMAZ ƏZMLƏ ÇALIŞIR. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütövlükdə Azərbaycanda, dünyada dalğalanan, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən müqəddəs rəmz olan b... | ANL |
"Yaratmaq ölümü öldürmək deməkdir". Romen Rollanın bu kəlamı zaman-zaman söz yaradan, tarix yazan, özünü və yaşadığı dövrü abidələşdirən insanların əməyini çox gözəl səciyyələndirir. Yaratmaq Tanrının sifətidir. Yaradıcı adamların hər yeni cəhdi, bəlkə də, Tanrıya qovuşmaq, onun müqəddəsliyi mərtəbəsinə yetmək arzusudu... | ANL |
Ədəbiyyatda Əli İldırımoğlu fenomeni. Bu gəlimli-gedimli dünyada zaman-zaman ömürlər daşınır, elə hey, həyat dolub-boşalır. Dünyasını dəyişən hər insan özüylə birlikdə zamanın da bir parçasını aparır. Hər gediş, ömrü sona yetmiş hər bir insanın yoxluğu həyatın gərdişini pozmur. Gecəylə gündüz ahəngdar şəkildə bi... | ANL |
Çox sevdiyinin doğum gününü təbrik edəndə hədiyyələrin ən dəyərlisini, cümlələrin ən orijinalını, sözlərin ən qeyri-adisini axtarıb tapıb cani-dildən bağışlamaq istəyirsən. Və o axtarış içində anidən anlayırsan ki, elə ən qeyri-adi, ən orijinal, ən dəyərli hədiyyə illərlə qəlbində bəslədiyin sevgidir, bəli, adicə sevg... | ANL |
1991-ci ilin oktyabrında ölkəmizdə müstəqilliyin bərpasından sonra milli dövlətçilik düşüncəsinin və fəaliyyətinin aşılanmasında “525-ci qəzet” özünəməxsus rol oynayıb. Mətbuat qeydiyyatında 525-ci sırada olsa da, sevimli qəzetimiz ilk saylarından müstəqil Azərbaycanın öndə gedən ziyalı tribunasına çevrilib və bu... | ANL |
Tolerantlıq: Azərbaycanın "yumşaq güc" strategiyası. Qlobal dünyada inteqrativ tərzdə beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki mühüm yanaşma tərzi mövcuddur: "sərt güc" (hard power) və "yumşaq güc" (soft power). Siyasətşünas alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: ... | ANL |
Çoxdan yazılmalı olan həqiqətlər. Bunları çoxdan yazmaq lazım idi. Bütün bunlar böyük bir ölkə dağılandan dərhal sonra başladı. Hiperinflyasiya, vəsait çatışmazlığı, ümumi xaos və qonşularla müharibə. Bütün bunların fonunda Yazıçılar İttifaqı qorunub saxlanmalı idi. 1992-ci ilin yayında biz o vaxtkı Azərbaycan hakim... | ANL |
"İran Azərbaycan dövlətinin varlığını özünə təhdid olaraq görür". "İran rejimi Azərbaycan dövlətinin varlığını qəbul edə bilmir. Xüsusilə də Azərbaycanın 1991-ci ildə yenidən dövlət müstəqilliyini qazanmasını İran özü üçün təhlükə kimi qəbul etdi. Çünki İran ağılsız və bəsirətsiz bir dövlətdir". Bu barədə "525"ə müs... | ANL |
“Hədəfimiz Şimali Kiprin Türk Dövlətləri Təşkilatına bərabərhüquqlu üzv olmasıdır”. Ufuk Turganer: ”Azərbaycan Türkiyə ilə bərabər, Avropa stukturlarında Kıprıs türklərinin haqqını müdafiə edir”. - Ufuq xanım, artıq bir müddətdir Azərbaycanda fəaliyyətə başlamısınız. Ölkəmizlə bağlı təəssüratlarınız nədən ibarətdi... | ANL |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib. Özbəkistanın qədim Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) təşkilatçılığı, eləcə də İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma M... | ANL |
Bu qəzet də sənin şah əsərindi! Kim deyir, tək Ordum keşiyindədir, Daim olsun deyə Vətən Müzəffər. Bu qəzet həmişə Vətənə verib, Bu qəzet həmişə Bayrağa verib, Birinci çıxışı, birinci sözü! Yaşa dostum, gözəl kollektivinlə, Hələ görüləsi neçə işin var. Sözlə dediyimi sazla da deyir, Deyirəm, altı min saylı qəzetlə. Sə... | ANL |
Mesopotamiyadan miras qalan qadın vurğunluğu. Qadın həmişə istəyir ki, gözəl görünsün. Elə kişilərin də diqqətini adətən gözəl, yaraşıqlı qadınlar cəlb eləyir. Gözəllik, görkəm həmişə yeganə göstərici sayılmasa da, hər halda xüsusilə qadınlarda diqqəti çəkən ilk əlamət həmişə onun surəti, görkəmi olub. Bu sarıdan, təb... | ANL |
Özbək şairi Əbdürrauf Fitrətin ədəbi-nəzəri tədqiqatlarında milli oyanış və özünüdərk qayələrinin ifadəsi məsələsinə gəlsək, hər şeydən əvvəl, böyük vətənpərvər və görkəmli ədəbiyyatşünasın bir sıra qədim türk ədəbi abidələrinin, o cümlədən, Mahmud Kaşğarinin "Divani-lüğət-it-türk", Yusif xas Hacib Balasağunlunun "Q... | ANL |
Balaş Azəroğlunun lirikası: azərbaycançılığın bədii aynası. Xalq şairi Balaş Azəroğlu yarım əsrə bərabər yaradıcılığı ilə şimallı-cənublu bütöv Azərbaycan poeziyası tarixində möhtərəm bir mövqe sahibidir. Gənclik illərində Ərdəbildə milli-azadlıq hərəkatının iştirakçısı kimi fəaliyyəti, şeirlərində əks olunan mə... | ANL |
Müasir Azərbaycan qadını: yüksək ictimai mövqedə. Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərib. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dasta... | ANL |
Həyata, vətəninə və millətinə aşiq şair. Səni dəli kimi sevdiyim üçün, Sən sevən dünyanı candərdi sevdim. Sonralar tez-tez eşitdiyim müxtəlif məzmunlu şeirləri Elxan Yurdoğlu yaradıcılığı ilə daha əhatəli maraqlanmağıma səbəb oldu. Onun şeirlərinə xas olan xüsusi bir üslub və ahəngdarlıq var. Təbiət mövzulu şeirlərin... | ANL |
Uçuq divarlardakı izlərimiz. Bəzən neçə on ilin yaddaşını ilk baxışda adi, bəlkə də kiçik görünən bir ştrix təzələyir, bir anlığa da olsa, ötüb keçənləri yenidən gözlərin önündə canlandırır. Şimşək çaxmasına bənzəyən bu bir anda sanki yaddaşımız dirilir. Əslində, nəsə möcüzə baş vermir, unutduğumuzu zənn etdiyimiz nə ... | ANL |
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşları, Türkiyə və Özbəkistandan qona... | ANL |
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Qəzetinizin 30 yaşını ürəkdən təbrik edirəm! Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam. Azərbaycan ic... | ANL |
Azərbaycan-Albaniya münasibətləri: çoxşaxəli əməkdaşlıq. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Ulu öndər Heydər Əliyev ... | ANL |
Xarici ölkədə təhsil zamanı insanın başına min cür hadisə gəlir. Burada bir məhəbbət hekayəti də, əlbəttə, mütləq olmalıdır. Düzdür, həyat yoldaşım sizə rəvayət edəcəyim əhvalatın səmimiliyinə inanmır, mənim hiyləgər təhriflərə yol verdiyimi düşünür. Bu əhvalatı da təmiz vicdanla danışacağam. Bir yaxın qohumum z... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Bu vaxt Yunanıstanın daxili vəziyyəti Makedoniyanın müdaxilə etməsi üçün əlverişli idi. Yunanlar bir-birləri arasında daim müharibə aparırdılar, afinalılar hətta öz müttəfiqləri ilə, spartalılar isə Peloponnesdəki dövlətlərlə müharibə aparırdılar. Çar Filipp yunanların ixtilafl... | ANL |
Hötenin Hegelə yazdığı məktublardan hər iki dahinin almanların gələcəyi üçün nə qədər düşüncəli olduğunu oxuyuruq. Alman xalqının böyük mədəniyyəti sual altında idi. Napoleon döyüşlərinin nə ilə nəticələnəcəyi bilinmirdi. Xalqının genetik fəlsəfəsini araşdıran Hegeldən fərqli olaraq Höte pessimist idi. Bu pessimistlik ... | ANL |
rus təbəəliyində, Azərbaycan mühitində, zəngin neftxuda ailəsində böyüyən, mili-mənəvi, dini dəyərlərə münasibət zəmində ailədaxili münaqişələrdən əziyyət çəkən, alman mürəbiyyələrindən tərbiyə alan, rus və Qərb ədəbiyyatını dərindən mənimsəyən, avropasayağı həyat tərzinə vurğunluğunu gizlətməyən müəllifin müha... | ANL |
"Müharibə sorağını alan kimi bütün Dünya Azərbaycanlıları təlatümə gəldi". Onların yaşadığı məkanın ünvanı qürbət olsa da, özlərinin bir ümumi adı var - Dünya Azərbaycanlıları. Bu il Texasdan Dünya Azərbaycanlılarının V qurultayında iştirak etmək üçün gələn İradə Axundova ilə görüşümüzdən sonra onunla əlaqələrimiz d... | ANL |
Azərbaycanın Xalq yazıçısı Elçinin "Baş" romanı Ukrayna dilinə tərcümə olunub. 525.az xəbər verir ki, tarixi romanın çapı Azərbaycan Yazıçılar Birliyi, ölkəmizin Ukraynadakı səfirliyi və bu ölkənin "Vsesvit" jurnalının birgə layihəsidir. Ukraynanın "Vsesvit" jurnalının mətbəəsində çap olunan kitab artıq satışa ... | ANL |
Bu günlər yubiley münasibəti ilə qəzetin ünvanına çoxsaylı təbriklər daxil oldu. Ən müxtəlif sosial statusa malik insanlardan gələn bu səmimi, isti təbriklər həm də "525"in ötən 30 illik fəaliyyətinə bambaşqa - qəzetin kollektivinin - bizim görə bilmədiyimiz müstəvidən verilən qiymət idi. Göndərilən və deyilən, içdən... | ANL |
Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gerçəkləşən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın öz müstəqilliyini bərpasından sonra ölkədə çoxlu sayda mətbuat nümunələrinin meydan çıxdığını xatırladaraq qeyd edib ki, ötən illər ərzində bu nəşrlərdən bir... | ANL |
Sən də daşlamağa özgəsini tap, Məni ömür boyu daşlayan adam, Gilası mürəbbə, quzunu kabab, Şairi heykəltək xoşlayan adam. Görəsən, bu şeirdəki adamların neçəsi düşdü onun payına? Amma bu xalq ona öz sevgisini göstərmək üçün şairin heykəl olmağını gözləmədi. Onu duyanlar şeir eşqinin barını şairə hələ sağlığında ərmağan... | ANL |
"Huma quşu" Təhsilə Yardım Fondunun təqdimatı keçirildi. Noyabrın 17-də ADA Universitetində "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib. Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıç... | ANL |
Bu ölkədəki varlı erməni diasporasının təsiri və təzyiqiylə Fransa senatı Azərbaycanın əleyhinə biabırçı sənəd qəbul etdi. Bir neçə il bundan qabaq da həmin senat, həmin qüvvələrin təhrikiylə ölkəmizə qarşı təxribatçı sənəd qəbul etmişdi. O zaman mən indiki senatorların mənəvi sələfləri olan fransız müstəmləkəçi... | ANL |
Lənkəranlıların unudulmaz Müslüm mirzəsi. GÖRKƏMLİ BƏSTƏKAR VƏ MAARİF XADİMİ BABA MÜSLÜM MAQOMAYEVİN LƏNKƏRANDA ÇALIŞDIĞI DÖVR ONUN ZƏNGİN BİOQRAFİYASINDA XÜSUSİ YER TUTUR. Nəvə Müslüm 5 yaşında olanda baba Müslüm Maqomayev dünyasını dəyişib. Atası Məhəmməd İkinci Dünya müharibəsinin iştirakçısı idi, Polşa Xalq Resp... | ANL |
Fədakarlıq, yoxsa eqo? "Tolstoy fədakarlığı qadın fitrətinin ən parlaq ifadəsi, qadınlığın ruhani siması kimi vəsf eləyirdisə, Çexov insan eqoizminin yenilməz olduğunu, eqonu aşırı bəsləməyin intihara apardığını (Madam Bovarinin, Anna Kareninanın aqibətini yada salaq), eqosunu əzdirənlərin miskin, məzlum hala düşdüy... | ANL |
Mixaylo yaxın sahillərdə. Şuşanı azad edənlərdən olan. xüsusi Təyinatlı gizir, Mixaylo ləqəbli şəhid. Mehdi Şıxəliyevin xatirəsinə. Yerin təkindən, göyün qatından. Min damla süzülər gözəl ömrünə. Yorulub usanmır Sular anası, Ömründən pay verir Xəzər ömrünə. Uzaq üfüqlərin yanından gəlir, Şəfəqdə bərq vurur suları Kürün... | ANL |
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Yeni Azərbaycan Partiyası – 30” adlı virtual sərgi açılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, f... | ANL |
Prezident İlham Əliyevin bu müjdəsi xalqımıza tarixi qələbə sevincini yaşatdı, gələcək üçün yol xəritəsini müəyyən etdi. Zəfər Günü Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan dövlətinin Vətən müharibəsindəki tarixi qələbəsinin şərəfinə təsis edildi və biz, bu şanlı tarixin şahidləri olaraq böyük sevinc, vətəndaşlıq qü... | ANL |
Bu günlər yubiley münasibəti ilə qəzetin ünvanına çoxsaylı təbriklər daxil oldu. Ən müxtəlif sosial statusa malik insanlardan gələn bu səmimi, isti təbriklər həm də "525"in ötən 30 illik fəaliyyətinə bambaşqa - qəzetin kollektivinin - bizim görə bilmədiyimiz müstəvidən verilən qiymət idi. Göndərilən və deyilən, içdən... | ANL |
Emin Sabitoğlu haqqında elektron məlumat bazası təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Emin Sabitoğlu" adl... | ANL |
Hüseyn Cavid: mühit, müəllif, mətn kontekstində. Çoxəsrlik milli şeirimizin və dramaturgiyamızın zənginləşməsində müstəsna rol oynamış Hüseyn Cavid "Şəxsiyyəti və yaradıcılığı ilə mühiti və mədəniyyəti formalaşdıran böyük şəxsiyyətlərdəndir. Mütəfəkkir şairin şəxsiyyəti yaradıcılığını, yaradıcılığı şəxsiyyətini xa... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. San Kroçe kilsəsinin içərisi Cotto tərəfindən freskalarla bəzədilmişdi. Erkən dövrlərdən florensiyalılar bu kilsədə dəfn edilmişdilər, beləliklə, kilsə tədricən tam qəbiristanlığa çevrilmişdi. Bu qəbirlər, onlara malik olan şəxsiyyətlər Stendala çox şeyi demiş, onların obrazla... | ANL |
Son çağın Güney Azərbaycan nəsri. Son çağda Güney Azərbaycanda və xarici ölkələrdə yaşayaraq yazıb-yaradan qələm sahiblərimizin bir-birindən fərqli nəsr əsərləri diqqət çəkməkdədir. Araya-ərsəyə gətirilən nəsr əsərlərində də poeziyada olduğu kimi, əsas mövzular üsyan və vətən sevgisi, özgürlük, sürgünlük, ayrılı... | ANL |
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Yara... | ANL |
Plagiat, oğurluq, yoxsa kriptomneziya? Plagiat, başqa sözlə, ədəbi oğurluq təkcə dünya incəsənətində deyil, Azərbaycan ədəbiyyatında və incəsənətində də tez-tez rast gəlinən hallardandır. Xüsusən, çağdaş dövrümüzdə texnologiyanın, sosial medianın inkişafı ilə bu kimi vəziyyətlər daha tez aşkarlanır. Bəzən hansısa mövz... | ANL |
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Gəmiqaya kimi, Qobustan kimi, Kəlbəcər də dünya sivilizasiyasının ilkinlərindəndir. Kəlbəcər ərazisində ilk yaşayış yerlərinin tarixi 30 min ildən çoxdur. Ərazidə bəşəri izlərin mövcudluğunu qayaüstü rəsmlər də təsdiqləyir. İstisudan bir qədər aralıda daş forma... | ANL |
Türk dünyasının inteqrasiyası: Naxçıvandan başlayan yolun Səmərqənd Zirvəsi. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə görüşü beynəlxalq aləmdə böyük əks-səda doğurub. Ekspertlər bu hadisənin geosiyasi, siyasi, iqtisadi, mədəni-humanitar aspektlərdə geniş analizini aparırlar. Fikirlər və mövqelər ... | ANL |
Çingiz Göytürk: "Güney Azərbaycan türkləri öz milli dövətlərinin bərpası uğrunda mübarizəyə başlayıblar". Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk İranda davam edən etirazlar, molla rejiminin repressiya siyasəti, Azərbaycana yönəlik təxribatları barədə "525-ci qəzet"ə müsahibə verib.... | ANL |
Ad gününü Şuşada qeyd edən şəhidimiz. Özünün də dediyi kimi, ömrünün ən unudulmaz, ən gözəl doğum gününü keçirirdi sadə döyüşçü süfrəsinin arxasında. Amma xoşbəxt idi, bəxtəvər idi. Gözlərindən sevinc qarışıq qürur süzülürdü. Çünki xalqının 30 illik həsrətinə son qoymuş, işğalı yaşından böyük torpaqlara öz şücaəti, ... | ANL |
Milli Kitabxana Emin Sabitoğlu ilə bağlı nəşrlər təqdim etdi. Noyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası Emin Sabitoğlunun 85 illiyi münasibətilə “Emin Sabitoğlu.... | ANL |
Yollarda keçən şərəfli ömür yolu. Haqlı olaraq deyirlər ki, yol mədəniyyətdir, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol həm də iqtisadiyyat və həyat deməkdir. İnsanda xoş ovqat yaradan səliqəli, rahat yollar hər bir ölkənin inkişafını, tərəqqisini, iqtisadi gücünü göstərən əsas amillərdən biridir. Yol həm də... | ANL |
Pul nədir, onun cəmiyyət və insan münasibətlərindəki rolu nədən ibarətdir? Tarixi mənbələrə müraciət etsək, bəlli olur ki, pul heç də insan cəmiyyətinin yaranması ilə eyni zamanı bölüşmür. Bəşər cəmiyyətinin yaşı milyondan artıq olmasına baxmayaraq, pulun yaşı daha azdır, vur-tut 6-8 min il... İlk pul maldarlıqla məşğ... | ANL |
Şamdanlardan birinin içərisində təbrik məktubu var: "Ruhəngiz müəllim, Allah gözəl, mehriban, yüksək düşünən, təmiz qəlbli insanlara ucalıq verir. Həmişə ucal! Günəş kimi təbii fikirlərin daima yaşasın. Şamın da xüsusiyyəti yanmaqdır. Həyatımız boyu insan övladı bir-birinə müxtəlif hədiyyələr verir. Bəziləri qorunub... | ANL |
Son çağın Güney Azərbaycan nəsri. 1980-ci ildən Tehranda yaşayan Nasir Mənzuri yazıçılıq və dilçilik üzrə iki istiqamətdə fəaliyyət göstərir. Onun həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir. Nasir Mənzuri əsərlərini 3 dildə - Azərbaycan, ingilis və fars dill... | ANL |
Pir - təsəvvüfdə sufi-ruhani bələdçinin məqamını göstərən, təriqət başçısı mənasında söz olaraq və yaxud müqəddəs ocaq, məkan kimi qəbul edilən yer kimi anlaşılır. Müasir ədəbiyyatımızın Pir imzalı yazarından söz açarkən ehtimal etdim ki, bu soyadın da kökündə anladığımız Pirlərə bir yol, bir şaxə olmamış deyil.... | ANL |
Ədəbiyyatda "bambaşqa bir cihan" yaradan seçdiyi mövzulara, tarixi hadisələrə münasibət bildirən ədib, 1917-ci il Fevral burjua inqilabının qələbəsini alqışlamamışdı, hətta qalibləri deyil, məğlubları, onların düşdüyü ağır və acınacaqlı vəziyyəti, keçirdiyi psixoloji halları, onların maddi və mənəvi cəhətdən if... | ANL |
Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bugününün və sabahının qarantına çevrilən Yeni Azərbaycan Partiyası 30 illik tarixi yolda üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün qazanılan nailiyyətlər göz önündədir. YAP-ın yaradıcısı olan Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin mü... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. İbrahim bəy Əli bəy oğlu Fuladov Qasım bəy Zakirin qız nəvəsi, Abdulla bəy Asimin böyük qardaşıdır. Mehdiqulu xanın himayəsində böyüyən İbrahim bəy mükəmməl saray təhsili almışdı, fars və rus dillərini gözəl bilirmiş. Bununla əlaqədar olaraq bir müddət rus məh... | ANL |
Millətə dair. Şərqi-islamdən etmişdi tülu şəmsi-ülum, Onda zahir görünür rövnəqi-əyyam hənuz. Gör necə səngi-dil olduq, bizə təsir etməz, Həqq peyğəmbərinin verdiyi peyğam hənuz. Qeyrilər kimi olaq əhli-məarif? Heyf bizlərdə olan maddeyi-istedad, Püxtəlik rəsmin edib məhv, olub xam, hənuz! Elmisiz taleimiz bizləri idba... | ANL |
Ahu kimi baxanda o məstanə gözlərin, Baxdıqca eyləyir məni divanə gözlərin. Fərhad kimi mən kimiyə dağ çapdırır. Şirin baxışlı xosrovi-xubanə gözlərin. Zənciri-eşqini salıban boynuma mənim, Bak etməyib çəkər məni hər yanə gözlərin. Eşqin edibdir Azəri-dilxəstənü çünun, Məcnunsifət salıbdı biyabanə gözlərin. Arizin g... | ANL |
Poeziyamızda pərvazlanan durna qanadları. XVIII əsrdən başlayaraq, günümüzə qədər Azərbaycan klassiklərinin və müasir dövr şairlərimizin əsərlərində durnalara xitab edilən şeir nümunələrinə rast gəlinir. Sözsüz ki, bu əsərlər milli ədəbiyyatımızın qiymətli sənət inciləridir. Bu əsərlər sırasında Molla Vəli Vidad... | ANL |
Son çağın Güney Azərbaycan nəsri. Fəriba Vəfinin "Zirzəmi quşu" romanı İranda çap olunduqdan sonra çox böyük rəğbətlə qarşılanır və oxucular arasında geniş yayılır. Beləliklə, Almaniya Akademik Mübadilə Xidmətinin ədəbiyyat üzrə 2019-cu il üçün xüsusi mükafatını alan məşhur yazarların sırasında Fəriba Vəfinin də... | ANL |
İsmayıl Məmmədli: dəyərli alim və ləyaqətli vətəndaş. Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli ilə tanışlığımızın ömrü bir azdan üç onilliyi haqlayacaq. Onunla ilk görüşümüzün təəssüratı məndə təmkinli, götür-qoylu, ədəb-ərkanı yerində, özündən müştəbeh olmayan, başqalarına hörmətlə yanaşmağı bacaran,... | ANL |
Bəri başdan qeyd etməyi vacib bilirəm ki, təsvir edəcəyim bu əhvalatlar onların iştirakçısı olan müğənnilərimizin ustalığına, Azərbaycan vokal ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə zərrə qədər də kölgə salmır və mən onların üçünün də sənətinə böyük rəğbət bəsləyirəm. Səməndər Rzayevin qəhrəmanının söz... | ANL |
ARB-24 telekanalının informasiya siyasəti. Azərbaycanın ənənəvi telekanallarının artımı bu sahədə ciddi bir rəqabət prosesi yaratmışdır. Bugünkü çoxşaxəli və çoxprofilli media sistemində, xüsusilə internet xəbər portalları və yenicə dəbə düşmüş internet televiziya sistemində geniş auditoriyaya sahib olmaq yerüstü-ənə... | ANL |
“Naxçıvanın dövlətçilik tarixi” işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” adlı yeni kitabı nəşr olunub. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb. “Naxç... | ANL |
O nadir insanlardandır... “Şöhrət” ordenli müəllimim haqqında yubiley qeydlərim. Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan Həsənovun yubuleyidir. Məncə, onun 80 illiyi ilə Azərbaycan cüdosunun 50 illiyinin eyni vaxta düşməsi olduqca əlamətdardır. Tərlan Həsənov ölkəmizdə cüdo məktəbinin yaradanlar və inkişaf etdirə... | ANL |
İncəsənətimizin fədakar və unudulmaz tədqiqatçısı - Paşa Hacıyev. Azərbaycan sənətşünaslıq elminin formalaşması və inkişafı istiqamətində onun da xidmətləri var. Gərgin elmi yaradıcılıq və axtarışları sayəsində bir çox tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığına işıq tutulub, onların yaratmış olduqları... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Məhkəmədəki qələbəsi nəticəsində Demosfenin dövlət işlərinə təsiri xeyli artdı. Lakin acı təcrübəsindən ibrət götürərək, indi o, ehtiyatla hərəkət edirdi. O, düşmənlərinin gücünü və yunanların birliyinin olmamasını görmüşdü, ona görə də həmvətənlərinin makedoniyalılar əleyhinə... | ANL |
Son çağın Güney Azərbaycan nəsri. Çağdaş ədiblərdən Əli Daşqın hekayə və romanlar qələmə alan nasir kimi də tanınır. Onun nəsr əsərlərində də aparıcı mövzu savadsızlıq, İranda və Cənubi Azərbaycanda xalqın acınacaqlı vəziyyəti, qadınların hüquqsuzluğu, cəhalət və nadanlıq, milli ayrı-seçkilik, ictimai bərabərsi... | ANL |
Türkiyə ədəbiyyatında qələmiylə, əsərləriylə özünəməxsus yer tutan, kişi həmkarlarından heç də arxada qalmayan bir çox qadın yazarlar var. Yazıçı, tərcüməçi Tomris Uyar isə təkcə əsərləri, tərcümələriylə deyil, həm də şəxsi həyatı ilə Türk ədəbiyyatının haqqında ən çox danışılan qadın ədibidir, deyə bilərik. Həq... | ANL |
Xalq artisti Qabil Quliyev: “Bizdə müasir teatr anlayışını başa düşməyənlər var”. Görkəmli teatr xadimi, Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyevlə müsahibəni təqdim edirik. - Qabil müəllim, dünən otelin pəncərəsindən boylananda sizi gördüm: t... | ANL |
Xalq şairi Nəriman Həsənzadəyə açıq məktub. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. Hörmətli Nəriman müəllim, bu, mənim Sizə ikinci açıq məktubumdur. Kitabınızda böyük üsyankarlıqla İranda Azərbaycan dilinin qadağan edildiyindən söz açırdınız. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev... | ANL |
Hər dəfə Ankaraya gedəndə tərifi mümkün olmayan bir hüzn keçirirəm. Atamla keçirdiyim ağrılı günləri, sonra xəstəxananı, atamın ölümünü, tənhalığımı, ümidsizliyimi xatırlayıram. Xüsusilə Ankaranın Yenimahalle bölgəsindən keçməməyə çalışıram. Oradakı xəstəxana, onun yanındakı otel, o vaxtlar mənə çox mürəkkəb və boğuc... | ANL |
Həsən Mirzəyev və folklor. Qərbi Azərbaycanın Ağbaba, İrəvan, Qaraqoyunlu, Zəngəzur, Göyçə mahallarının folklorunun öyrənilməsi həmişə diqqət mərkəzində olub. Toplanılan folklor örnəkləri janr zənginliyi ilə fərqlənir. Ağbaba folklorunda nanaylar, lağamalar, boranlar, bəxtaçmalar, papaqaltılar və yaylaqaltılar, t... | ANL |
"Millət vəkili o qədər də böyük səlahiyyətlərə malik deyil". Vahid Əhmədov: "Millət vəkili adı bir vətəndaşdır, lakin bu adı vətəndaşın qarşısında böyük öhdəliklər var". Bizlərdən biridir o da, amma Tanrı yerini seçilmişlər cərgəsində yazıb. Bunu o zaman heç kim bilmirdi, çünki Yaradanın onun alnına yazdığı qədər... | ANL |
Dillər Universitetində erməni dili ixtisası. Universitetdə erməni dili üzrə tərcümə ixtısasının açılması ilə bağlı Elm və Təhsil nazirliyinə müraciət edilib. Azərbaycan Dillər Universitetində erməni dili üzrə tərcümə ixtisanının açılması gözlənilir. Artıq bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət də olunub. ... | ANL |
Öz möhtəşəmliyi ilə zirvədə dayanan nadir şəxsiyyət. Azərbaycan xalqı xoşbəxtdir ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Azərbaycanın indiki əzəmətli inkişafı fonunda müasir tarix... | ANL |
Azərbaycan musiqisinin yəhudi əsilli təbliğatçısı. DÜNYACA MƏŞHUR MUSİQİÇİ, KAMANÇA İFAÇISI MARK ELİYAHU. Uliyam Şekspirin sözüdür, o insan ki içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri zülmət gecə kimidir. Musiqi insan ruhunun mayasıdır. Muğam ifasında əsas trioya daxil olan k... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.