text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Onun Sumqayıtı və Sumqayıtın Eyruzu. Sıra-sıra romanları, povestləri, publisistik əsərləri, məqalələri var. Onun ömrü bu şəhərdə keçib. Amma yalnız həmin səbəbdən "Sumqayıtım mənim" demir. Gərək səndən ötrü əziz olan yerin, sevimli yurdun üçün iş də görəsən, fədakarlıq da göstərəsən. Məşhur "Torpaq əgər uğrunda ö...
ANL
Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış. Keçmişini öyrənmədən sağlam gələcək qurmağın mümkün olmadığını tarix çoxdan sübut edib. Minilliklərin sınağından çıxmış bu sadə və adi qaydanı müdriklər elə sadə ifadə ilə də tarixin yaddaşına həkk ediblər: keçmi...
ANL
Son çağın Güney Azərbaycan nəsri. Orijinal təhkiyə tərzi, tarixi və milli koloriti əks etdirmək baxımından Ruqiyyə Kəbirinin Marksizm fəlsəfəsinə, şamanizm və Mirəli Seyidovun "Qam-şaman" əsərindəki bilgilərə söykənərək, həmçinin, Modern romançılığın qaydalarına əsasən qələmə aldığı "Evim" romanı ilin ən yaxşı roman...
ANL
20 il insan haqlarının müdafiəsində. Müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin, dövlət tərəfındən qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. İnsan hüquqları insanın təbiətinə məxsus olan hüquqlardır və...
ANL
"İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır". Onun sözlərinə görə, İran mahiyyət etibarilə türk dövlətidir: "İran adlandırılan dövlətə ən qədim dövrlərdən başlayaraq Səlcuqlar, Xarəzmşahlar, Qəznəvilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi Azərbaycan-...
ANL
Rembrandt Holland-Amsterdam rəngkarlıq məktəbinin görkəmli nümayəndəsidir. Həmin dövrdə ona çoxlu sifarişlər gəlir və bu əsərlər yaradıcılığının çiçəklənməsinə müsbət təsir göstərirdi. Rəssamın rəngkarlıq zirvələrindən olan "Həkim Tulpun anatomiya dərsi" əsəri psixoloji əsər kimi təzahür edir. Bundan başqa, o, dini kom...
ANL
26 yaşlı şəhidimizin 28-ci yaşına... İki il öncəyə kimi vətən təqvimimizdə qanla yazılan günlər vardı: Laçının işğal olunduğu gün, Şuşanın işğal olunduğu gün, Kəlbəcərin işğal olunduğu gün, Füzulinin işğal olunduğu gün, Ağdamın işğal olunduğu günü... və s. Hər il bu günlərdə xalqımızın torpaq dərdi, vətən həsrəti bir ...
ANL
Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış. Din və inancların yaşı insanoğlunun yaşı qədərdir. Səmavi kitabların və tarix elminin təsdiqlədiyi bu həqiqətin sübutu üçün əlavə izahata və geniş şərhə ehtiyac yoxdur. Amma bu da həqiqətdir ki, zaman keçdikcə in...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. O, qabiliyyətli və olduqca istedadlı adam olsa da, atasının qardaşı Covanniyə güzəştə getməsinə dözürdü. Güclü tacir olmaqla, öz maliyyə işlərini yaxşı idarə edirdi. Öz mülkiyyətində olan hər şeyi uçota almaq qərarına gəldi, bu, təşviş doğuran və çox sayda debitorlarının əh...
ANL
Uzun illərdən bəri tanıdığım, şəxsiyyətinə, mənəviyyatına, vətənpərvərliyinə, sadəliyinə və səmimiyyətinə böyük. hörmət bəslədiyim, yüzlərlə məqalənin müəllifi Əməkdar jurnalist, ağsaqqal, gözəl ailə başçısı Bəbir Qüdrət oğlu Hüseynovun 90 illik yubileyinə dost təbriki. Göstərir həyat yolunu. ömürdən qalan izlər...
ANL
Ömürlər haqqında əbədilik nəğməsi. İkinci Qarabağ müharibəsinin ilk gülləsi də tarixdi, sonuncu gülləsi də. Ömür bu tarixlərə sədaqətdi - müharibə də döyüşdü, ruhən döyüşənlərin sırasında olmaqdı, müharibədən sonra döyüşlərdən dönənlərə - qazilərə, döyüşlərdə şəhid olanlara sevgiylə ötüşən aylardı, döyüşləri, döy...
ANL
XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN CƏNUB MÖVZULU ŞEİRLƏRİ BU GÜN DƏ AKTUAL VƏ HƏRARƏTLİ SƏSLƏNİR. Çağdaş Azərbaycan ədəbiyyatında cənub mövzusu dedikdə, ilk növbədə gözlərimiz önünə Xalq şairi Süleyman Rüstəm gəlir. Hərçənd, bu mövzuda çox ədibimiz əsərlər yazıb. Lakin bu mövzuya ən çox müraciət edən, gözəl şeirlər si...
ANL
Zəfər carçısı ilə görüş. ŞAİR, BƏSTƏKAR ŞAHİN MUSAOĞLU İLƏ MASALLIDA GÖRÜŞ KEÇİRİLDİ. ...Həmin gün bambaşqa gün idi. Tez-tez keçirilən görüşlərdən özəlliyi ilə seçilirdi bu görüş. Ona görə yox ki, dillər əzbəri olan vətənpərvərlik ruhlu mahnıların müəllifi idi görüşə gələn, həm də ona görə ki, dəvətlilərin, məktəbin...
ANL
Görkəmli alim Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans. Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Əməkdar elm xadimi, "Şöhrət" ordenli, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan "Müasir Azərbaycan dilçiliyinin aktual problemləri"...
ANL
Orxan Həsəni. Bir gün küçələrdəki yad üzlər bizə dünyanın qəribliyini yenidən xatırladacaq. Gəzdiyimiz küçələrdə heç kim olmaq, salam verdiyimiz adamların soyuqluğu, göz-gözə gəldiklərimizin baxışlarındakı boşluq hər şeyi lap əvvələ - heç kim olduğumuz günlərə qaytaracaq. Siqaret tüstüsü meyxoşluğumuza yox, keçib gedə...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. XIII əsrin ortalarında florensiyalıların florin adlanan öz sikkələrini yaratması ilə, dünya iqtisadiyyatına Florensiyanın təsiri ən yüksək səviyyəyə çatdı və bu sikkə həmçinin, dövrün pul bazarında ümumi qarışıqlıq yaratdı, çünki həm Avropada, həm də Şimali Afrikada ən vacib...
ANL
Milli Kitabxanadan Əhməd Cavad haqqında təqdimat. 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) 130 illiyi tamam olur. Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azə...
ANL
İki il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlay...
ANL
Naxçıvanda hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Əlbəttə, yurdumuzun hər qarışı mənə doğma və əzizdir. Azərbaycan sözün əsl mənasında, gözəlliklər və özəlliklər məskənidir. Onun vəsfi və əsrarəngiz hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. ...
ANL
Kitabın redaktoru və ön sözün müəllifi tanınmış televiziya jurnalisti və aparıcısı İlhamiyyə Rzadır. Kitabın annotasiyasında deyildiyi kimi gənc yazarın kitaba daxil etdiyi forma və məzmunca çox fərqli bədii yazıları bəlkə də sabahın şeirləridir. Heç bir vəznə, qafiyəyə sığmayan bu yeni şeirlər daha çox fikir a...
ANL
Sentyabrın 29-da Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ edən yeni layihə ictimaiyyətə təqdim olunub. Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan "Dünya xəzinələri - Azərbaycan" ("Treasures of the World - Azerbaijan") filminin Heydər Əliyev Mərkəzində premyerası keçi...
ANL
Təhsil tariximizdə Şuşa müstəsnalığı. Təhsil sahəsində də Azərbaycana böyük töhfələr vermiş ulu mədəniyyət paytaxtimizda bu ənənələr uğurla davam etdiriləcək. Sentyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin ged...
ANL
Cavidlərin sonuncu yadigarı. Oktyabrın 2-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin sevimli qızı Turan Cavidin 99 illiyi tamam olur. Gəlişi ilə də ən böyük missiyası Hüseyn Cavidin ölməz irsini qoruyub Azərbaycan xalqına və bəşəriyyətə çatdırmaq olub. Əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyy...
ANL
Sonsuz ehtiramla anılan ədib. 3 oktyabr Azərbaycan ədəbiyyatının və teatrının böyük nümayəndəsi, öz yaradıcılığı ilə nəsrimizin və dramaturgiyamızın inkişafına 50 ildən çox layiqli töhfələr vermiş ustad nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Xalq yazıçısı İlyas Əf...
ANL
Şərqşünaslıq İnstitutunda Mirzə Kazımbəy ilə bağlı konfrans keçirilib. Sentyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas və maarifçi Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar "Mirzə Kazımbəy - 220" adlı beynəlxalq elmi konfrans təşkil edilib. Konfr...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. Bütün ictimai vəzifəlilər, adətən, ciddi öyrənilmənin subyektləri olmaqla, onlar ictimai etimadı itirdikdə vəzifələrindən götürülürdülər. 488-ci ildən sonra isə afinalılar ostrakizm adlanan cəza növündən istifadə edirdilər. Bu təcrübə baş məclisin üzvlərinə imkan verirdi ki, x...
ANL
Əli Əmirlidən ustad dərsləri. DRAMATURQUN LABORATORİYASI VƏ İŞ METODLARI. Tələbələrimə söylədiyim mühazirələrdən biri yazıçının laboratoriyasına və iş metodlarına aiddir. Əgər keçmişdə bu laboratoriyada kitab dolu şkaf, yazı masası, kağız-qələm, pozan, yaxşı halda makina vardısa, bu gün kompüter və internet büt...
ANL
Şəhadət zirvəsində qərar tutan igid. Ölümün bizi nə vaxt, harda haqlayacağını bilmirik. Şairin dediyi kimi, bilsək, dünyaya gəlməzdik, analar aldatdı bizi. Analarmı aldatdı bizi, yoxsa hərəmiz bir missiya, bir amal üçün göndərildik bu dünyaya, bilmirəm. Ancaq aramızda seçilmişlər var ki, bax, onlar həqiqətən də ...
ANL
Media Agentliyində Rəşad Məcidlə görüş keçirilib. Sentyabrın 30-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib. 525.az xəbər verir ki, görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir müba...
ANL
"Heydər Əliyev İli" Azərbaycanın müstəqil dövlətçilik ideallarının təntənəsi ilidir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respu...
ANL
Muğam irsimiz və unudulmuş xanəndələrimiz. Muğam irsimiz adlı geniş bir dəryaya baş vurduqca yeni-yeni tapıntılar ortaya çıxır. XX əsrin əvvəllərində səsini qrammofon vallarına yazdırmış xanəndələrimiz çoxdur. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, bizim unudulanlardan iki xanəndəmiz də var. Onlardan biri...
ANL
Anar Kərimov Meksikada görüşlər keçirib. Mədəniyyət naziri Anar Kərimovun Meksikada fəaliyyət göstərən aparıcı media təşkilatları və beyin mərkəzlərinin nümayəndələri ilə görüşü olub. Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, görüş zamanı nazir erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş...
ANL
"Şuşa İli" çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ" adlı rubrika davam edir. Muzeydən 525.az-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan teatrının görkəmli sənətkarlarından biri olan rejissor, aktyor və pedaqoq Mehdi Məmmə...
ANL
Şəhid Ceyhun dastanı. Ceyhun Nüsrət oğlu Şalıyev II Qarabağ müharibəsi Qəhrəmanı, Füzuli cəbhəsində şəhadətə yüksəlib. Ceyhun haqqında yazmağa davam edirəm. Səni oxuyacaqlar, Səndən öyrənəcəklər, Qəhrəman Ceyhun! Müharibədən sonra bəzi səbəblərdən ailə Rusiya Federasiyasının Voronej şəhərinə yollanır və orada y...
ANL
Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açan böyük sənətkar Hüseyn Cavidin taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış, zaman, siyasi mühit parlaq zəka sahibi haqqında haqsız qərarlar qəbul etmiş, onun ...
ANL
Ədalətli rəhbər. Ədalət xanım Abdiyeva haqqında yazmaq mənim üçün həm asan, həm də çətindir. Asandır ona görə ki, bu illər ərzində ona kifayət qədər bələd olmuşam. Çətindir ona görə ki, dəyərli insanlar haqqında yazmaq məsuliyyətli işdir, yazdığın gərək ona layiq olsun. Ədalət xanım Allah adamıdır. 1978-ci ildə or...
ANL
oxucunun bu sualı ani olaraq məşhur bir pritçanı yadıma saldı. Həmin pritça belədir: Dünyada dəhşətli olaylar baş verirmiş. Bütün baş verənlərə görə hamı şeytana nələt oxuyurmuş. Ardı-arası kəsilməyən lənət sədaları hər tərəfə yayılsa da, şeytan uzaq bir kahada sevimli arvad-uşağı ilə birlikdə şad-xürrəm, kefi k...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. XIII əsrin ortalarında florensiyalıların florin adlanan öz sikkələrini yaratması ilə, dünya iqtisadiyyatına Florensiyanın təsiri ən yüksək səviyyəyə çatdı və bu sikkə həmçinin, dövrün pul bazarında ümumi qarışıqlıq yaratdı, çünki həm Avropada, həm də Şimali Afrikada ən vacib...
ANL
Ən şərəfli peşənin sahibləri. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Müstəqil Azərbaycanda bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu öndər Heydər Əliyev verib. Peşə bayramı münasibətilə yazılan bu məqalə fədakar Azərbaycan Müəlliminə həsr olunur. D...
ANL
Mövzumuz hökmdar şairlər idi. Müəllimimiz bu qəbildən olan şairlərin məziyyətlərindən uzun-uzadı danışdı. Nitqinin sonunda isə heç bir test tapşırığına düşməyən, ancaq çoxumuzun böyük arzularının qatili olan acı bir həqiqəti üzümüzə şillə kimi çəkdi: "Əslində, təkcə istedadlı olduqları üçün yox, həm də saraylarda doğ...
ANL
Vətən müharibəsi - xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi. 44 günlük Vətən müharibəsi tariximizə əbədi həkk olunmaqla, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə çevrildi. Bu gün hər bir azərbaycanlı həmin salnamə ilə qürur duyur. Ermənilər tarix boyu yaranmış ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək xalqımı...
ANL
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubiley konserti keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbayc...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Onunla Əməkdar rəssam Natiq Fərəcullazadənin "Şah İsmayıl Xətai" əsəri haqqında danışmışıq. Zəngin vizual bədii dil vasitəsilə çağdaş incəsənətdə hər zaman fərqlənən, ənənəvi bədii təsvir üsullarını kökündən dəyişərək, yenidən individu...
ANL
Bir şairin vətən harayı. Şair Alməmməd Eldaroğlu Sədərək rayonunun (keçmişdə Şərurun) Dəmirçi kəndində anadan olub. Uzun illər başqa sahələrdə çalışıb, xüsusilə ictimai asayişin qorunmasında xidmətlər göstərib. Alməmməd müəllim lap uşaq vaxtlarından öz istedadı ilə fərqlənib, valideynləri və müəllimlərinin diqqətini c...
ANL
Payızın palitrası - Qələbə rəngləri. Bu yaxınlarda işini başa vurmuş Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi festivalı bir sıra konseptual konsertləri ilə yadda qaldı. Onların arasında Rəna Rzayevanın Mədəniyyət Nazirliyinin Şuşa İli, "Şuşanın fəsilləri" adlı silsilə konsertlər layihəsi çərçivəsində Kamera və Or...
ANL
Müəllim nüfuzu və ona təsir göstərən amillər. Bundan əvvəlki məqalədə müəllimin cəmiyyətdəki rolundan, onun peşə xüsusiyyətlərindən, müdrik şəxsiyyətlərin müəllim sənətinə verdikləri yüksək dəyərlərdən və müəllimliyin digər məziyyətlərindən geniş söhbət açmışdıq. Təəssüf ki, bununla yanaşı, son dövrlərdə müəlli...
ANL
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətdə olan qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsind...
ANL
Xocalı soyqırımı: milli-vətənpərvərlik şüurumuzu oyaq saxlayan faciə. Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalıya hücum zamanı silahsız, əliyalın şəhər sakinləri, qocalar, uşaqlar və qadınlar ermənilər tərəfindən amansızlıqla, xüsusi qəddarlıqla qətlə yeti...
ANL
Mənalı ömrün poetikası: Mahirə Hüseynova. Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır. Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-int...
ANL
Nazim Hikmətlə unudulmaz görüş. Fikrimcə, Nazim Hikmətin ədəbi irsinin türk musiqisi qədər uzunömürlülüyünü işarələyən bu fikirlər ədibin yaradıcılığının mahiyyətini tam dolğun ifadə etməklə yanaşı, onun yaradıcılıq coğrafiyasını da müəyyən edir. Şübhəsiz ki, Nazim Hikmətin "dünyanı dolaşan" yaradıcılıq miqyası...
ANL
Dünya mətbuatı Ermənistanın Edillidəki cinayətlərindən yazıb. Azərbaycanın Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın müharibə cinayətlərinin növbəti sübutudur. 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrind...
ANL
Təbii Sərvətlər Muzeyi istifadəyə verilib. Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyi yaradılıb. Muzeyin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, yaradılan yüksək səviyyəli maddi-texniki baza, kol...
ANL
AYB-nin sədri, Xalq yazıcısı Anar Azərbaycan Dövlət Pedaqoji Universitetinin qonağı olub. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçı və şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığına ...
ANL
Şəxsiyyət əlifbası. Ötən əsrin 70-ci illərinin əvvəllərində televiziyanın "Xəbərlər" proqramında gördüyüm bir süjeti son vaxtlar nəyə görəsə tez-tez xatırlayıram. Hansısa xarici bir ölkənin yüksək səviyyəli rəsmisi Sovetlər Birliyinə səfəri çərçivəsində Bakıya gəlmişdi və təbii ki, Azərbaycanın o vaxtkı rəhbəri...
ANL
Həmsöhbətimiz Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevdir. Görkəmli sənətkarımız ilə söhbətdə onun İttifaqa sədr seçilməsi, kinomuzun vəziyyəti, görülməli işlər, nəzərdə tutulan planlar və öz yaradıcılığı barədə suallara cavab aldıq. Amma sonradan qəbul etdim. Onun idarəçilik q...
ANL
El mahnılarımız bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik". Məlum olduğu kimi, Azərbaycan xalq mahnıları öz məzmununa, ahəngdarlığına, bədii-estetik gücünə, asan qavranılmasına, lad əsaslarına, parlaq ifadə tərzinə, orijinal ritmi və digər t...
ANL
Edillidə aşkarlanan kütləvi məzarlıq: erməni faşizminin daha bir dəhşətli cinayəti. İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində bu il oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edil...
ANL
Neyçün əzizsən belə? Tərifin sığmır dilə. Yayılsın eldən-elə. Soyum Horovdan gəlib, Qarabağda yurd salıb. Bu tayda Horovludur, O tayda Herab qalıb. Bir sevda yolçusuyuq - Karvanında dəvəyəm. Ərdəbildəndir yolum, Doğmadır sağım-solum. Şəhriyar barlı bağdır. Dilimin keşiyində. Əbədi duracaqdır. Heydərbaba, dağımdır...
ANL
Az qalıb səksənə çatmağa yaşım, Cücərməz torpağım, göyərməz daşım. Dünyamız fırlanır zaman içində, Əlində ələkdir, saman içində. Bir ürək görmədim ola kədərsiz, Qüssəsiz insanlar olar təpərsiz. Qəlblərdən sevinc və kədər silinsə, Hamı yaşayacaq duyğusuz, hissiz. Məkkəyə heç zaman getməsin gərək! Yaxşılıq düzlər...
ANL
VIII Bakı Beynəlxalq Kitab Sərgisində yeni təqdimatlar. Oktyabrın 5-dən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Ekspo Mərkəzində təşkil etdiyi VIII Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbirləri, görüşləri və kitablara olan böyük endirimləri ilə davam etməkdədir. Sərgi çərçivəsində türk t...
ANL
VIII Beynəlxalq Kitab Sərgisi maraqlı tədbirlərlə davam edib. Bakı Ekspo Mərkəzində təşkil olunan VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni tədbirlər keçirilib. AZƏRTAC xəbər verir ki, bunlardan biri Xalq yazıçısı Elçinlə "Müasirlik və ədəbiyyatımızın problemləri" mövzusundakeçirilən görüş olub. Öncə "Şərq-Qərb" ...
ANL
"Yer kürəsinə ən yaxın ulduz Günəşdi. Azərbaycana ən yaxın ulduz "Ulduz" jurnalıdı. "Ulduz" həm də bizə sinəmizdəki ürək qədər yaxındı, damarımızdakı qan qədər istidi. İndinin özündə də "Ulduz"la doğulan, böyüyən yazarlar pərvəriş tapmaqdadır. Gerçək olan budur ki, bütün qələm əhlinə məlum olan bir həqiqət var - tale...
ANL
Şuşaya həsr olunmuş "Sən azadsan" kitabı təqdim olunub. Oktyabrın 7-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Sən azadsan" kitabının təqdimat mərasimi baş tutub. Mərasimi giriş nitqiylə açan Azərbaycan Yazıçılar Birliyi Gənclər Şuras...
ANL
Üzeyir Hacıbəyli festivalında türk yurdu musiqisinin təntənəsi. Azərbaycanda musiqili payızın ilk ayını musiqi kəhkəşanının parlaq ulduzu Üzeyir Hacıbəyli işıqlandırır. İllərdir ki, Bakıda, Azərbaycanın digər şəhərlərində dahi sənətkarın adını daşıyan beynəlxalq musiqi festivalı onun dünyaya gəldiyi sentyabr ayın...
ANL
Məndəki Şuşa. Məndəki Şuşa başqadır. Və həmişə də belə qalacaq: məğrur, sevimli və mistik... Qəribədir ki, Şuşayla bağlı ən maraqlı xatirələrim şəhər azad edilməmiş, mən Şuşaya gedib çıxmamış yaranmışdı. Hətta uşaq kimi dostlarla mərc gəlmişdim, kim daha tez gedib çıxar deyə... Və bütün müzakirə və mübahisələrdə yeganə...
ANL
Gənclik dostum Şəkər Aslan. İnsan yaşa dolduqca ömrün ötən illərini daha çox xatırlayır. O illərdə dostluq etdiyim insanların əksəriyyəti indi haqq dünyasındadır. Belə unudulmaz dostlarımdan biri Şəkər Aslan idi... Bakıda anadan olduğum üçün ata-anamın vətəni olan Cənub zonasının adamlarını əvvəllər çox da yax...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. Onu da qeyd etmək istərdim ki, müəllif əsərində faciə və komediyanı, möcüzə və alleqoriyanı birləşdirmişdi, sonralar bu janr romance - romantika kimi tanınmışdı. Əslində isə Periklin qızı Marina oğurlanıb qaçırılmış, fahişəxanaya girməyə məcbur edilmişdi. Ancaq ilahi qüvvələr...
ANL
Bəşəriyyət tarixində qara ləkə: Edillidəki kütləvi məzarlıqla bağlı acı gerçəklər. Məlum olduğu kimi, işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu e...
ANL
İctimai həyat. Cəmiyyətimizi və xalqımızı vətən eşqi ilə yaşamağın nə demək olduğunu bilməyən qrupların qarşısında tək qoymamalıyıq. Obyektiv səbəblərdən bütün əsrlər boyu dövlət zorakılıq aləti olub. Sonradan sosializm dövründə bu, öz mexanizmini xeyli dərəcədə dəyişsə də, məzmun olduğu kimi qalıb. Xalqın yarat...
ANL
Ermənistanın Gəncə terroru. Ermənistan Birinci və İkinci Qarabağ müharibəsində mülki yaşayış məntəqələrini, dinc insanları hədəfə almaqla, qadağan olunmuş silahlardan istifadə etməklə ağır müharibə cinayətləri törədib. İşğalçı tərəf 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq cəbhədə üzləşdiyi uğursuzluğu...
ANL
Mənim Şuşaya borcum. Əsgərlərimiz Şuşaya oradan qalxmışdılar". Sürücümüz uzaqda başı dumanlı qayalıqları göstərərək Şuşaya çatdığımıza eyham vurur. Nemət bu yerlərə yaxşı bələddir, tez-tez qonaqları Qarabağa aparır. Əslində, Nemət deməsə də, Şuşaya çatdığımızı bilirdim. Hələ müharibənin gedişində hər gün "Google Earth...
ANL
Azərbaycanlı pianoçu Parisdəki konsertdə çıxış edib. Parisdə “Sainte Marie des Batignolles” kilsəsində “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan konsertdə 15 yaşlı Səməd Əlizadə ilə təmsil olunub. Azərbaycanlı pianoçu “Yeni ulduzlar” gənc ist...
ANL
"Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir". Ankara Hacı Bayram Vəli Universitetinin rektoru, professor Yusuf Tekinlə müsahibə. - Hörmətli rektor, Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən ayrılaraq quruldu. Universitetin yaranma səbəbini sizdən eşitmək istərdik. - Dünyad...
ANL
Şirindil Alışanlı: Məktəb keçərək məktəb yaradan alim. İnsanın ömrünün müxtəlif dönəmlərində - təhsil həyatında, iş həyatında, şəxsi həyatında bəzən qarşısına elə şəxsiyyətlər çıxır ki, meyarları meyarına, gerçəkləri həqiqətinə, dəyərləri sənin də dəyərinə, yolu yoluna çevrilir. Bu meyarların, ölçülərin kökü həqi...
ANL
Xəzərdən Baltikə. "Adamlar və kitablar" silsiləsindən. Baltik ölkələrinə səfəri hələ neçə il qabaq planlamışdım. İsveçin Karlshamn limanından Klaypedaya gəmi-bərə ilə üzüb üç ölkənin görməli yerlərini gəzib, ənənəmə sadiq qalaraq geniş bir fotoreportaj da yazmağı düşünmüşdüm. Baltik ölkələrinə səyahət uşaqlıq sevdam ol...
ANL
Qızların erkən yaşda zorən ərə verilməsinə görə valideynlər hüquqi məsuliyyət daşımalıdır. Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu gün Azərbaycanın bir sıra regionlarının acı reallığına çevrilib. Aran, Muğan bölgəsində, hətta Bakı kəndlərində erkən nikahlar, qızların məktəbə buraxılmaması ...
ANL
Gənclər Kitabxanası professor Aida İmanquliyeva haqqında materiallar təqdim edib. Azərbaycanın tarixində ilk ərəbşünas qadın, elmlər doktoru olan böyük alim Aida İmanquliyeva bütün həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf ed...
ANL
Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin...
ANL
Milli tariximizdə faciəli səhifələr: erməni faşizminin qanlı izləri. Sonrakı mühüm tarixi hadisələr - 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və XI Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa da 70 il mü...
ANL
Milli tariximizdə faciəli səhifələr: erməni faşizminin qanlı izləri. Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar kü...
ANL
Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu. Zəruri şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Əsl müəllim unutmamalıdır ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə, bütün bunları öz prizmasından keçirib dərk etməyə çalışan, geniş açılmış, alışıb-yanan gözlərini ona dikən balaca...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. Renessans illərində italyan dövlətləri. XV əsrdə beş başlıca hakimiyyət Apennin yarımadasında dominantlıq edirdi, onlar Milan, Venetsiya, Florensiya, Papalıq dövlətləri və Neapol idi. Şimali İtaliya Milan hersoqluğu və Venetsiya respublikası arasında bölünmüşdü. Milanın axırı...
ANL
"Hap-gop tayms" agentliyinin xoruz səsi eşidən xəbərlər blokundan seçmələr". Xalq yazıçısı Anara. Oxucularımızı belə bir xoş xəbərlə muştuluqlayırıq ki, Azərbaycanın xalq tənqidçisi və əməkdar ədəbiyyatşünası Sözbilməzov uzun illər Xalq şairi Süleyman Rüstəmin yaradıcılığındakı qaranlıq cəhətləri işığa bələyib...
ANL
Gələcəyə inamı ilə dünyanın ən varlı şairi. Çox şairin adı yadımdan çıxır. O, bu misralarla ustad Füzuliyə olan sevgisini dilə gətirib. Mənsə onun bu misraları ilə özünə olan sevgimi dilə gətirirəm. Yoluma işıq tutan, həyatıma şeirləri ilə rəng qatan, ən əsası qəlbimə böyük bir ədəbiyyat sevgisi salan, sözün əsl ...
ANL
Cümhuriyyət tələbələri İtaliyada. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabr ayının əvvəlində İtaliya Prezidenti Sergio Mattarellanın dəvəti ilə həmin ölkədə işgüzar səfərdə oldu. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edirdi. Azərbaycan Prezident...
ANL
Baninin taleyində və qələmində erməni vəhşiliyi. O, ötən əsrin 40-cı illərinin əvvəllərindən Avropada tanınmağa başlasa da, Baninin sorağı ölkəmizə xeyli sonralar gəldi. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın ən məşhur diplomatlarından, UNESCO-ya xidmətə qəbul olunan ilk azərbay...
ANL
Mədəni irsin qorunması mövzusunda təlim kursu başlanıb. Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə "Qlobal Kommunikasiyalar və İnnovasiyalar" şirkəti tərəfindən "İrsin idarəedilməsi bacarıqla...
ANL
Gənclər Kitabxanası Əhməd Cavadla bağlı elektron baza təqdim edir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq "Milli istiqlal şairi Əhməd Cavad" adlı elektron baza haz...
ANL
Anadoluda Azərbaycan türklərinin izləri. Dünya ölkələrinin tarixində qonşu xalqların və ölkələrin bir-birinə qarşılıqlı təsiri qaçılmazdır. Həmsərhəd ölkələr və qonşu xalqlar tarixi zaman kontekstində həm insanların müxtəlif səbəblərdən miqrasiyası, həm mədəniyyətlərin qovuşması, həm dini müxtəliflik və adət-ənən...
ANL
İstiqlal şairinin maarifçilik ideyaları. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə milli ədəbiyyatımızın, həmçinin, məktəb və pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai-siyasi xadim, tərcüməçi, istiqlal şairi Əhməd Cavadın ...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. (Əvvəli ötən şənbə saylarımızda). Perikl xüsusi qayğı göstərirdi ki, Afina Yunanıstanda müəyyən şöhrət qazansın, digər şəhərlərin sakinlərində isə bu, paxıllıqla yanaşı, həm də vəcdə gəlmə hissi yaratsın. O, dövlətə rəhbərlik etdiyi dövrdə Afinadakı Akropol gözəl arxitektura və he...
ANL
Nə gözəl səslənir Şuşalı Vətən. Öpüb ulduzunu, öpüb ayını. Nə gözəl sayrışır Şuşada bayraq, Nə gözəl səslənir Şuşalı Vətən! Şuşanın içində Şuşa tikilir, Şuşanın içində Şuşa qurulur, Şuşanın içində Şuşa ucalır, "Şuşa, sən azadsan" təntənəsində, Birliyin gücündə Şuşa ucalır, Xalqın Qarabağa qayıdışında, Tarixi köçündə Ş...
ANL
Mənim tanıdığım İsa Həbibbəyli. Azərbaycan elminə misilsiz töhfələr vermiş görkəmli alim yüksək mənəvi keyfiyyətləri ilə də müstəsna şəxsiyyətdir. İyirminci yüzillikdə Azərbaycan ədəbiyyatı tarixini araşdıran, ədəbi-tənqidi fikrini formalaşdıran, ona ictimai yön verən Bəkir Çobanzadə, Feyzulla Qasımzadə, Əli Sult...
ANL
Qarabağ Azərbaycandır! Azərbaycanın görkəmli psixiatrı, bu yaxınlarda 85 yaşı tamam olmuş professor Nadir İsmayılov keşməkeşli yeniyetmə çağlarında musiqiyə, poeziyaya böyük həvəs göstərib. İkinci Dünya müharibəsindən sonrakı sıxıntılı, çətin illərdə tar ala bilmədiyindən o, getdiyi musiqi dərnəyini yarımçıq qoy...
ANL
Hərə öz arzusunu bildirdi. O, televiziyada xüsusi təyinatlı qüvvələrin maskalı əsgərlərini görübmüş. Ona görə də böyüyəndə onlar kimi əsgər olmaq istəyirmiş... Cəmafət ana danışır, övladı Nəzərin lap körpəlikdən üzü bəri keçdiyi həyat yolunu, söz-söbətlərini, hərəkətlərini, davranışlarını göz önünə gətirir, onu...
ANL
Məndəki Şuşa. Və bu sətirləri Şuşadakı eyvanlardan birindən yazıram. Aylar öncə aşiq olduğum, ətri burnumda, siması gözümdə, azanı qulaqlarımda yuva salan sevgili şəhəri vəsf edərək yazıram. Bilirəm ki, Bakıya qayıdar-qayıtmaz bu tənha küçələr, yarıuçuq evlər, qədim məscidlər üçün burnumun ucu göynəyəcək. Gördü...
ANL
Bu haqda çoxdan yazmaq istəyirdim, yəqin ona görə ki, incəsənətin bu sahəsini çox sevirəm. Niyə sevirəm? Və bütün filmlərimizə ilk olaraq bu kinoteatrlarda baxmışam. İndinin özündə belə, mavi ekrandan seyr etməkdən yorulmuram. Bir əsr ərzində adı dəfələrlə dəyişən, on yeddi rəhbər yola salan bu ocağın hazırkı di...
ANL
Mətbuat Şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı keçirilib. Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Toplantıda öncə Vətən uğrunda canından keçmiş övladlarımızın, şəhid m...
ANL
Tanınmış jurnalist Şakir Yaqubov vəfat edib. Azərbaycan Mətbuat Şurası ustad jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb. Tanınmış jurnalist, publisist, naşir və tərcüməçi, respublikamızın əməkdar mədəniyyət işçisi, müxtəlif nüfuzlu mükafatların sahibi Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib. Mərhumu...
ANL
Ahəngyol kəhkəşanı. ƏHMƏD QƏŞƏMOĞLUNUN POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏR. "Mənşəyim kainatdır" deyən Nəsiminin övladlarıyıq. "Planet oğluyam, kainatdır vətənim" söyləməkdən böyük qürur duyan Xəlil Rza Ulutürkün müasirləriyik. İnsan nə vaxt kainatı anlamağa başlayır? O vaxt ki, hər qəlbdə ilahidən bənzərsiz tellər olduğu...
ANL