text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nailə Musayeva: "Azərbaycanda yaxşı təhsil verən kifayət qədər ali məktəb və müəllim var". İqtisadiyyat hər bir dövlət üçün mühüm rol oynayır. İqtisadiyyatın araşdırılması və inkişaf etdirilməsi olduqca çətin işdir. Bunun üçün savadlı və təcrübəli kadrların olması vacibdir. Müsahibimiz professor, bir çox yerli və xar... | ANL |
Təhsil sistemində innovasiyalar və onların idarə edilməsi. İnnovasiya - "innovation" ingilis sözü olub yeniliyin məzmunu və reallaşması deməkdir. İlk dəfə innovasiya sözünü Amerika alimi Yozef Şumpeterin 1912-ci ildə yazıb ərsəyə gətirdiyi "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri əsasında dövriyyəyə çıxarılmışdır. İnnova... | ANL |
Gözümün önündən getməyən foto. Bakıdan xəbər acı gəldi - daha bir əbədi ayrılıq soyuq üzünü göstərdi. Həmişə az olan yaxşılardan hər birinin gedişi yandırandır, ağrıdandır. Şakir Yaqubov əsl peşəkar qəzetçiliyin və xalis jurnalistikanın son ən parlaq təmsilçilərindən idi. "Xalis jurnalistika" deyimini səbəbsiz iş... | ANL |
Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, mütəfəkkir şəxsiyyət Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş elmi konfrans təşkil olunub. Tədbirdə böyük ş... | ANL |
Eldar Baxışın 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Oktyabr ayının 15-də Səməd Vurğunun Ev Muzeyində şair Eldar Baxışın 75 illiyi münasibəti ilə tədbir təşkil olunub. Tədbirdən öncə şairin qələm dostları, qohumları və yaxınları Xırdalanda onun məzarını ziyarət ediblər. Yazıçı Azad Qaradərəli muzeydəki tədbirdə sö... | ANL |
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa-Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimat Şuşada gənclər və uşaqlar arasında geniş yayılmış "Dirədöymə" xalq oyununa həsr olunub. Qarabağın zəngin, özünəməxsus və maraqlı folklor nüm... | ANL |
Qurultay Azərbaycan Dövlət Akademik Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarusdan qonaqlar iştirak edəcəklər. Oktyabrın 25-də saat 10-da Qurultay Nümayəndələri və qonaqlar Fəxri Xiyabanda yazıçıların məzarlarını... | ANL |
Azadlığın ikinci ili - Xudafərindən reportaj. Böyük tarixi, siyasi, iqtisadi, eyni zamanda hər bir azərbaycanlı üçün mənəvi dəyəri olan Xudafərin körpüsü 27 illik işğaldan azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev Tviter səhifəsində bu müjdəni xalqımıza çatdırdı: "Azərbaycan Silahlı Qüvvələri qədim Xu... | ANL |
Təbiəti hamı sevir... Təbiət hamıya könül xoşluğu verir... Kəndin dağa söykənməsi sonralar həmin kənddə boya-başa çatan yeniyetmələrin xarakterini müəyyənləşdirirmi? Bu gözəl inanc Zəngilanda da illərlə yaşadılıb. Yüzlərin, minlərin xarakterini durulaşdırıb, ipəkləşdirib, bu günün inancı sabahların xeyirxahlıq du... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Petrarka özünün hüquqşünas olması barədəki atasının arzusuna əks çıxaraq, əvəzində ədəbiyyat karyerasını seçdi. Bir müddət o, Avinyonda yaşasa da, ömrünün axırıncı onilliklərini İtaliyada keçirdi və müxtəlif hökmdarların və şəhər hökumətlərinin qonağı oldu. Petrarka bir dəf... | ANL |
Professor Şirindil Alışanlıya dost məktubu. Əziz Şirindil müəllim, Gün kimi aydın həqiqətdir ki, Siz çağdaş ədəbiyyatşünaslıq elmimizin cövhəri nəzəriyyə və tənqid üzrə görkəmli alimsiniz. Mən bu sahədə mütəxəssis olmadığımdan 70 illik yubileyinizdə Sizə məktub ünvanlamaqla kifayətləndim. Qardaşım, Sizin nəzəriyyə və t... | ANL |
Arxa cəbhə qəhrəmanlığı. 2019-cu ildə Respublika Fənn Olimpiadalarının tarix fənni üzrə qalibi olub və həmin il Nazirlər kabinetinin 20 may 2019-cu il 229 nömrəli qərarı ilə müsabiqədən kənar seçim hüququ qazanaraq Bakı Dövlət Universitetinin Tarix fakultəsinin Tarix müəllimliyi ixtisasına qəbul edilib. Bədii yaradıcı... | ANL |
Fənn olimpiadaları: gələcəyə geniş yol açan bilik yarışları. Ölkədə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadalarının, bilik yarışlarının mühüm əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən istedadı və yaradıcı təfəkkürü ilə fə... | ANL |
"Azərbaycanı Süveyş kanalı iqtisadi zonasına investisiya qoymağa dəvət edirik". Misir Ərəb Respublikasının Azərbaycandaki səfiri: "Əməkdaşlığın inkişafı üçün yol xəritəsinin hazırlanması vacibdir". Misir Ərəb Respublikasının (MƏR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid "525... | ANL |
Müharibənin sərhədləri genişlənəcək. Rusiyanın Ukraynaya qarşı müharibəsinin sərhədlərinin genişlənəcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Rusiyanın Belarus ərazisində birgə hərbi birləşmə yaratması Minskin də müharibəyə qoşulacağı təhlükəsini artırır. Məlum olduğu kimi Rusiya ilə Belarus ittifaq dövlətində birləşi... | ANL |
Türk Dünyasının Ərzincan görüşü. Beynəlxalq Türk Dünyası Simpoziumu yeni əsrin daha bir müjdəçisi oldu. Simpozium, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirli... | ANL |
"Müharibə ilə bağlı filmlərə böyük vəsait lazımdır". Müsahibimiz Xalq artisti Məmməd Səfadır. Uzaqdan qıvrım saçlarını görəndə "Ovsunçu" filmindəki "Qıvrımsaç" rolunu xatırlayıram. Düzdür, indi o saçlar seyrəlib, rəngi ağarıb, amma üzündəki zəhm həminkidir. Niyəsini bilmirəm, o rolun məndə yeri başqadır. Söhbətimi... | ANL |
Uşaqların xoşbəxtliyi naminə məsuliyyətimizi bölüşdürək. Yaşadığımız dünya iqtisadi-siyasi, sosial, milli və digər sistemləri bir-birilə əlaqələndirən nəhəng bir proseslə əhatə olunub. Bu gün Yer kürəsinin istənilən nöqtəsində baş verən hadisə milli sərhədləri aşaraq, qlobal rezonans doğura bilir, hətta ən ucqarl... | ANL |
Dadı damaqda qalanda... Adəmlə Həvvanın "İdrak meyvəsini" dadması ilə bəşəriyyət tarixində ilk hadisə baş verdi. Ona qədərki əhvalatlar bəşəri deyil, ilahi xarakterlə səciyyələnir. İlk insanların öz çılpaqlıqlarını hiss etmələri ilə, yəni ətraf mühitin onlara münasibətini dərk etmələriylə ilk ictimai proses başladı. Ö... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
Qəzəllər. Zülfi-kəcəbru düşübdür mahi-taban üstünə, Ya ki kafir tiğ çəkmiş əhli-iman üstünə. Cismi-zarım əşk seylabında sərgərdan gəzər, Çün xəsü xaşak düşmüş bəhri-ümman üstünə. Aşiqi bülbül kimi əfqana mötad eylədin, Üzdə xalın zağ tək düşmüş gülüstan üstünə. Vədəyi-vəsl eyləmiş dilbər, peşiman olmaya, Müstəhəqq... | ANL |
Güzəranını ticarətlə keçirən Məmai müasirləri arasında istedadlı şair kimi də şöhrət tapmışdı. O, hələ erkən yaşlarında şeirə, sənətə maraq göstərmiş, yaxın qolunun Hacı Abbas Agəhin mənzillərində təşkil edilmiş şeir məclislərində yaxından iştirak etmişdi. Bu mənada Məmo bəy "Məclisi-üns"ün ilk yaradıcılarından b... | ANL |
Qəzəllər. Olur asudə bu əyyamda gümnam olan, Sahibi-nam olan kəs olur bədnam əbəs. Əvəz yad edüb sağəri-çeşmim pürxun, Vermədi saqiyi-dövran bana bir cam əbəs. Əvəzi-şiri-qəza xuni-cigərdən daim, Almış ağuşə, verir madəri-əyyam əbəs. Görmədim milləti-islamda bir kəs salim, Verməsün xəlqi özünə nisbəti-islam əbəs. Hər d... | ANL |
Azərbaycan təhsili beynəlxalq rəqabət arenasında: gərəkli addımlar, uğurlu nəticələr. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın da əsas hədəfi elm sahəsindəki qabaq... | ANL |
Ədəbi irsimizin cəfakeşi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan, Azərbaycan xalqının, o cümlədən, qədim Şərq mədəniyyətinin inikası olan əlyazmaların, əski çap kitablarının öyrənilməsi, tərcüməsi, klassik mətnlərin müasir əlifbaya çevrilərək elmi dövriyyəyə buraxılması və oxuculara çatdırılma... | ANL |
Yazıçı, jurnalist Azər Qismətin sosial şəbəkədə paylaşdığı bir statusu gördüm bir az əvvəl. Dumanlı fikirlərimə yaxşıca aydınlıq gəldi. Qazancın az hissəsi ona düşərmiş. Bir gün rəhmətə gedir. Yas mərasimi qurtarır. Habil Əliyev Cavanşir Məmmədovu görüb soruşub ki, hüzür necə keçdi? Habil Əliyev deyir: - Rəhmətliyə sağ... | ANL |
Aprel işğalı Vintsas Krevenin “Bolşeviklər” əsərində. Eyni zamanda XX əsr Litva ədəbiyyatının ünlü klassiki, yazıçı, dramaturq, diplomat və məşhur ictimai-siyasi xadim kimi tanınan Vintsas Krevenin Aprel işğalı barədə yazdığı “Bolşeviklər” adlı əsəri ilə bağlı apardığımız kulturoloji və politoloji araşdırmaları... | ANL |
Zəngilanın azadlığının ikinci ili. Bu gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. Müzəffər Ordumuz şəhəri 24 saat ərzində işğalçılardan təmizlədi. Lakin düşmənin planı iflasa uğradı, hərbçilərimiz hücumun qarşısını mərdliklə aldılar. Zəngilan şəhərinin a... | ANL |
Azad Zəngilan. ZƏNGİLAN ŞƏHƏRİNİN İŞĞALDAN AZAD OLUNMASINDAN 2 İL KEÇİR. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bu bölgüyə daxil olunub. Zəngi... | ANL |
Arxamızca qayıq gəlir, əzrayıl avarı çəkir. həsrətim çiçək qoxuyur, könlüm o gülzarı çəkir;. gözlərim uzaq yolları, ürəyim qubarı çəkir;. göy üzü birdən yorular, ulduzlar düşüb qırılar;. fələk nəyi sayıb gəlir, dərd verməkdən doyub gəlir;. arxamızca qayıq gəlir, əzrayıl avarı çəkir;. sənin o zalım baxışın. aramıza bar... | ANL |
Yəqin ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var olduğu müddətcə, hər il sentyabr ayının 27-dən noyabrın 10-na qədərki müddət şanlı Vətən müharibəmizin ildönümü kimi tarixdə və yaddaşlarda qalacaq. Bu 44 gündə tək bir gün belə olmadı ki, gözümüzü sosial mediadan, televizordan, cəbhədən gələcək xəbərlərdən ç... | ANL |
Bu tendensiyanın tərəfdarlarının fikrincə, dini dəyərlər toplum üçün milli dəyərlərdən üstündür və onlardan əvvəl gəlir. Ona görə də insan ilk növbədə dinin təəssübünü çəkməli, ən yüsək dəyəri ona verməlidir. Bu fikrin kökündən səhv olması bir yana, onun doğurduğu açıq və gizlin təhlükələr, hansı ideoloqlarınsa m... | ANL |
Məktəblərdə davranış qaydalarına dair nümunələr nə vəd edir? MÜTƏXƏSSİSLƏR VALİDEYN-MƏKTƏB MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ VƏ ŞAGİRDLƏRİN NÜMUNƏVİ MƏKTƏBDAXİLİ NİZAM-İNTİZAM QAYDALARINA NİKBİN YANAŞIRLAR. Valideynlər - qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yar... | ANL |
"Qocalan" evliliklər. AZƏRBAYCANDA RƏSMİ NİKAHA GİRƏN KİŞİLƏRİN ORTA YAŞ HƏDDİ İLBƏİL ARTIR. Son illərdə ölkədə gec yaşda nikaha daxil olan gənclərin sayında artım müşahidə olunur. Rəqəmlər də göstərir ki, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı son 30 ildə ən yüksək səviyyəyə çatıb.... | ANL |
Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlamışdı. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdı. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturası... | ANL |
Oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyində Vətən Müharbəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirildi. Görüşdə iştirak edən şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət "Barıt qoxulu sətirlər..." və Ayaz Məmmədovun "Ünvansız məktub" xatirə- povesti kitablarının təqdimatı oldu. Kitabda... | ANL |
“Mədəniyyət sahəsindəki islahatların uğurla nəticələnməsinə çalışırıq”. Müsahibimiz Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlıdir. Kürdəmir Regional Mədəniyyət İdarəsi olaraq bununla əlaqədar hansı tədbirləri həyata keçirirsiniz? Çalışırıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. M... | ANL |
Vətən Müharibəsinin 22 oktyabr qəhrəmanları. Bu gün oktyabrın 22-si çox önəmli hadisələrin ikinci ildönümü, eyni zamanda Azərbaycan Ordusunun bir sıra qəhrəman hərbçilərinin şəhid olduğu gündür. "Dəmir yumruq" əməliyyatının bu günündə Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, C... | ANL |
"Davranış qaydaları sayəsində məktəblərdə daha sağlam mühit yaranacaq". Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" hazırlanıb. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cüm... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. (Əvvəli ötən şənbə saylarımızda). Öz güclərini hiss edən Periklin düşmənləri onun arvadını da məhkəməyə cəlb etmək qərarına gəldilər. Qadını allahsızlıqda ittiham etdilər. Arvadını müdafiə etmək üçün Perikl özü məhkəməyə gəldi və alçalaraq hakimlərdən xahiş etdi ki, Aspasiyanı cəza... | ANL |
Əflatun Amaşovun "Qanıq, Hasan, bir də qaragöz" romanı haqqında düşüncələr. Qədim türk diyarı, ünlü saz-söz yurdu Borçalının Azərbaycan jurnalistikasına və ədəbiyyatına bəxş etdiyi sayılan simalardan olan Əflatun Amaşov "Qanıq, Hasan, bir də Qaragöz" romanı ilə çağdaş Azərbaycan ədəbiyyatına yeni istedadlı və orijin... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla rəssam Ağaəli İbrahimovun "Sonun əvvəli" əsəri haqqında danışmışıq. Ağaəli İbrahimov müasir Azərbaycan təsviri sənətinin tanınmış simalarından biridir. Onun yaradıcılığı mövz... | ANL |
Özümü dərk edəndən hündür tavanlı evimizin divarından asılmış o portreti gənc yaşlarıma qədər görmüşəm. Hətta deyərdim ki, hər gün onu görə-görə böyümüşəm. Evdəkilərdən portretin kimə aid olduğunu, hansı rəssamın işi olduğunu və niyə bizim evdə olduğunu da bilirdim. Amma bilmədiyim o idi ki, həmin portretlə vidalaşmaq... | ANL |
İşığından pay verən musiqişünas. Əziz müəllimim və həmkarım, tanınmış musiqişünas, əməkdar incəsənət xadimi Lalə xanım Hüseynova bu günlərdə yuvarlaq doğum tarixini qeyd edir. Bu əlamətdar hadisə münasibətlə ona olan böyük hörmətimi və sevgimi, yaddaşıma həkk olunmuş xatirələr və təəssüratlar işığında kiçik bir yazı il... | ANL |
Xəlil Rza Ulutürk haqqında silsilə materiallar hazırlanıb. Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Xəlil Rza Ulutürkün anadan olmasından 90 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası şairin həyat və yaradıcılığı... | ANL |
BP gənc yazıçı və şairlərin kitablarının təqdimatını keçirdi. Oktyabrın 20-də BP şirkəti müasir Azərbaycan ədəbiyyatının 4 gənc nümayəndəsinin yeni nəşr etdiyi kitablarının təqdimatını keçirib. Təqdimatda Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndələri, tədqiqatçılar, alimlər, ədəbiyyatsevərlər iştirak ediblər. L... | ANL |
Ağbənd qəsəbəsinin işğaldan azad edilməsinin mühüm siyasi və hərbi əhəmiyyəti var. Çünki ərazinin azad edilməsi ilə İranla 132 km-lik sərhəd işğalçılardan tamamilə təmizləndi və Azərbaycan 30 ildən sonra sərhədini tam bərpa edərək nəzarətə götürdü. Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barəd... | ANL |
2017-ci ildə Şabran şəhər Tofiq Abbasov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Kollecin "Fiziki tərbiyə" müəllimliyi ixtisası üzrə tələbə adını qazanmışdı. Erkən yaslarında cüdo idman növü ilə məşğul olan İlkin rayon və zona yarışlarının dəfələrlə qalibi olmuşdu. ... | ANL |
Hüseyn Cavid. Bu ayda qızılgülü çox sevəcək dahi dünyaya göz açdı. Ruhani ailəsində böyüdü. Lakin bu uşağın istəkləri, hədəfləri tamamilə başqa idi. Nəhayət, arzularına doğru addımladı-qardaşı onu İstanbula oxumağa göndərdi. İstedadın qığılcımları məhz o illərdə özünü büruzə verdi-ilk şeirlərini tələbəlik illərində yaz... | ANL |
Kiçik ürəklərin böyük dərdləri... Dünyanın ən məsum, ən saf varlıqlarıdır uşaqlar. Bu məsumluq, təmizlik onların baxışlarında düşüncələrində özünü aydın surətdə əks etdirir. Lakin çox təsssüf ki, bəzən bu məsumiyyətin üzərindən qəddar, sevgisiz insanlar soyuqqanlılıqla xətt çəkirlər. Bu qəddarlıq, amansızlıq dünyada... | ANL |
Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Pənahəli xan üç oğul atasıydı. İlki İbrahimxəlil ağa kəbirli Hacı Əli bəyin qızı Xanxanımdan, Mehrəli bəylə Talıbxan b... | ANL |
Ömrü yaşamaqdı hünər; bizə belə öyrətdilər. Əlimiz ətəyimizə çatandan sonra özümüz başladıq yaşamağı tanımağa. Ömür bitəndəmi? Suallar dənizinin ən dərininə baş vura biləcək qədər üşüyürük duyğuların qazanının dibində; nə böyür-başına yapışacaq çömçə var başımız üstündə, nə də bir həmlədə yox oluşumuza səbəb olacaq ... | ANL |
Qədrini bilmədiyimiz sevinc hissi. Həyatımızın hər anında axtardığımız, yaşamaq istədiyimiz, bəlkə də əslində yaşayıb ancaq hiss etmədiyimiz bəzi anlar, bəzi duyğular. Əvvəlcə insana elə gəlir ki, sevinc çox qəribə, qəliz duyğudur. Ancaq dərindən düşünəndə anlamaq olar ki, sevinc qəribə və ya qəliz deyil, sadəcə insanl... | ANL |
25 oktyabr məşhur ispan, fransız rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri Pablo Ruiz Pikassonun doğulduğu gündür. O, Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirilmiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanını... | ANL |
Həsrət yolundakı Füzulim. Füzuli uğrunda gedən döyüşlərdə can qoymuş şəhidlərin ruhuna dərin ehtiramla. "Bugün Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğaldan azad olunub. Qarabağ Azərbaycandır!". Atamla Muğam Mərkəzindəy... | ANL |
I Beynəlxalq "Gəncəli Nizami" Simpoziumu təşkil edilib. Oktyabrın 20-21-də Ərzurum Atatürk Universitetinin "Fars dili və Ədəbiyyatı" Bölümünün və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə "Birinci Beynəlxalq Gəncəli Nizami" simpoziumu keçirilib. Əməkdar elm xadimi, nizamişünas alim, professor Xəlil Yusifli... | ANL |
"Rossotrudniçestvo"nun təmsilçisi Milli Kitabxanada olub. Oktyabrın 24-də Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan Milli Kitabxanasının qonağı olub. Milli Kitabxanadan 525.az-a bildirili... | ANL |
Ramiz Rövşənlə Əmircanda görüş keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət Evində "Qonağımız var" layihəsi çərçivəsində yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib. Baş İdarədən 525.az-a b... | ANL |
Prezident İlham Əliyev rəsmi tviter hesabında bu müjdəni xalqımıza çatdırdı: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində... | ANL |
Şəhid balaları bizlərə əmanətdir... Əziz şəhidimiz Toğrul Hacıyevin qızı Ləmanın ardınca Göyçaya səfərin təəssüratı. Həyat qəribə və bir o qədər də gözlənilməz hadisələri ilə adamı təəccübləndirir. Belə hadisələrdən birini ötən ilin elə belə bir payız vədələrində yaşamışdım. Sosial şəbəkələrdə, xüsusilə instaqram ... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla məşhur rəssam Mikelancelo Merizi Karavacconun "Emmausda şam yeməyi" əsəri haqqında danışmışıq. Barokko dövrünün böyük sənətçisi Mikelancelo Merizi Karavacco Milanda dünyaya gəlib. Onun doğum tarixi və yaşı haqqında dəqiq məl... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Florensiya şəhəri. İtaliyanın gözəl şəhərlərindən biri olan Florensiyanın mənşəyi geri, Etrusklar dövrünə gedib çıxır. Bu vaxt Etruriyanın mühüm şəhəri olan Fiosole vadiyə ağalıq edən təpənin üstündə tikilmişdi. Onun sakinlərindən bir qrupu təpədən aşağıda olan Arno çayını... | ANL |
Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Tac İbrahimxəlil xanın başındadır. 1763-cü ilin sonlarında İbrahimxəlil xan ən adlı-sanlı adamlarının iştirak elədiyi... | ANL |
Ermənilər öz həqiqi simalarını, xislətlərini bir daha göstərərək, dinc əhaliyə, günahsız uşaqlara qarşı qəddarlıqlarını nümayiş etdirdilər. Onlar beynəlxalq qanunvericiliyin bütün tələblərini pozmağa davam edərək, 1994-cü ildə Tovuz rayonu ərazisindən axan çaya buraxılan uşaq oyuncağına partlayıcı maddə yerləşdirərək,... | ANL |
Firəngiz Əlizadənin "Muğamsayağı" əsəri San-Sebastyanda səsləndi. San-Sebastyan şəhərində, Bask Ölkəsi Milli Orkestrinin konsert zalında aparıcı skripkaçı Kamran Ömərlinin rəhbərliyi ilə "Le Monde" simli kvartetinin kamera musiqisi konserti olub. 525.az xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın İspaniyadakı səfi... | ANL |
Mədəniyyət və İncəsənət Universitetinin nümayəndə heyəti Özbəkistanda. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru və nümayəndə heyəti Özbəkistanda səfərdə olublar. Oktyabrın 19-da Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda "Dünya aliml... | ANL |
Zəfər Günümüz Almaniyada silsilə konsertlərlə qeyd olunur. Almaniyanın Köln şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert keçirilib. Əvvəlcə konsertdə Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov iki il öncə ölkəmizin Vətən müharibəsində qazandığı parlaq qələbə barədə qısa məlumat verib, Zəfər ... | ANL |
Onda jurnalistika hələ indiki kimi çoxprofilli deyildi. Heç bu qədər cılızlaşmamışdı da. Onda qəzetlər də az idi, jurnalistlər də. Həmin ilin yayında mən Jurnalistika fakültəsinin birinci kursunu bitirmişdim və ilk dəfə yaradıcılıq praktikasına getməli idim. Söhbət indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakült... | ANL |
Dünyada nitqin, hər hansı hadisədən bəhs etmənin üç qaydası var. Birincisi, kütlənin dilidir ki, bu rəngarəng təbiəti olan okeana bənzəyir; ünsür müxtəlifliyi olsa da, üslub eynidir, yaxud üslub yoxdur. Kütlənin dili göz ilə gördüklərini, qulağı ilə eşitdiklərini nəql edər. İkincisi, ziyalı və alimlərin dilidir ki, onl... | ANL |
Nami faciəsi, yaxud qadının qürbətdə ölümü. Ölkəmizdə daha çox "Azərbaycan əsilli fransız yazıçısı" kimi tanınan Banin mühacirət ədəbiyyatımızın istedadlı nümayəndələrindəndir. Xalq yazıçısı, görkəmli tənqidçi Elçinin "XX əsr Azərbaycan ədəbiyyatından yazanda Banin faktorundan sərf-nəzər ümumi bədii mənzərənin t... | ANL |
Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan ikinci əsərini - "İbrahimxəlil xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. İbrahimxəlil xan Qubadan yaxınlaşan təhlükəni qabaqcadan duyduğuna görə müttəfiqi kimi II İraklidən tələb etmişdi ki, ... | ANL |
"Xəzərin problemləri regional məsələdir". "BEŞ ÖLKƏNİN ÇİRKAB SULARININ XƏZƏRƏ AXIDILMASI DƏNİZİN BİOMÜXTƏLİFLİYİNƏ DƏ BÖYÜK TƏSİR GÖSTƏRİB". Həmin vaxtdan etibarən dənizin səviyyəsi müntəzəm enir. Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər... | ANL |
Azərbaycan Texnologiya Universiteti bu gün. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev fenomeni öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqi... | ANL |
Ünsiyyətimiz kəsilsə, araya şeytan girər... Dünya musiqisində "cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadə ilə Azərbaycanda yeni yaranmış Big Band-ın birgə çıxışı olacaqmı? YARAT Müasir İncəsənət Məkanında, Əzizə Mustafazadəyə verilən bu suala qısa bir sualla cavab gəldi: "Niyə olmasın?". Növbəti səfər, dahi Vaqif ... | ANL |
Fəxrəddin Ziyanın işıqlı şeirləri barədə eksklüziv mülahizələr. Şeirləri, lirik dünyası ilə müasir poetik məkanda seçilən, öz səsi, öz nəfəsi, həyat hadisələrinə orijinal yanaşma tərzi olan Fəxrəddin Ziya maraqlı və rəngarəng əsərləri, bədii-poetik nümunələri ilə uca məqama haqq etmiş insanlardandır. Onun sənət ... | ANL |
Qarabağın və Şərqi Zəngəzurun ekoloji yaraları: işğaldan qalan zədələr. Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilərin yand... | ANL |
Ağrını yazmağın əzabı. Zemfira Məhərrəmlinin Qarabağ hekayələri barədə düşüncələrim. Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ ağrısı, Qarabağ yanğısı ruhun ağrısıdır, ruhun yanğısıdır. Bakıda doğulub boya-başa çatan insanın ağrını, yanğını bu qədər içdən duyması təkcə onun sevdiyi Qarabağa zaman-zaman ... | ANL |
MƏRHUM ŞAİR RAUF SOLTANI ANARKƏN. Hər bir əsrin sosial və mənəvi problemləri ədəbiyyata ciddi təsir göstərir, hətta məfkurəvi inkişafını, üslub istiqamətini arxasınca aparır. Bu proses nəsrdə ləngərli, bir qədər də ağır gedir, çünki kiçik janr olan hekayənin yazılması belə vaxt hesabına başa gəlir. Poeziya çevik... | ANL |
Musiqi mozaikası. BİZDƏ SİMFONİK MUSİQİNİ NƏ ÜÇÜN SEVMİRLƏR? Bunu dilinin mürəkkəbliyi səbəbindən simfonik musiqinin çətin başa düşülməsi ilə izah edənlərin mövqeyi ilə qətiyyən razılaşmıram. Çünki musiqi şüur yox, duyğu, hissi idrak faktıdır, ilk növbədə duyğuları sayrışdırır və yalnız bundan sonra şüurun da qa... | ANL |
"Kitabi-Dədə Qorqud"un urdu dilində nəşrinin təqdimatı keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Kitabi-Dədə Qorqud"un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib. Təqdimatda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, "Qardaş q... | ANL |
Azərbaycanın mədəniyyət tarixində dərin iz buraxmış Şuşa şəhərində tarixən ədəbiyyata, incəsənətə böyük maraq olub, bu şəhər Azərbaycanın elm, mədəniyyət, musiqi tarixinə bir çox böyük şəxsiyyətlər bəxş edib. Qəzetin redaktoru - tanınmış tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyevin sözlərinə görə, Şuşanın ziyalı mühit... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Kamill əlverişli gecəni seçib, düşmən düşərgəsinə yaxınlaşdı. Dan şəfəqi söküləndə sərkərdə ağır silahlanmış piyadalarını hücuma apardı. Qallar döyüş sırasına düzlənməyə macal tapmamış, onların üzərinə ox və daş dolusu yağmağa başladı. Əlbəyaxa döyüş başlananda qalların qılın... | ANL |
Azad edilmiş ərazilərimizdə mina təhlükəsi. Bunu oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı deyib. "Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara gör... | ANL |
Ədəbi-elmi axtarışlar yolunda. ilə yaxın bir yaradıcılıq yolunun və bu yoldakı ədəbi-elmi axtarışların xeyli dərəcədə elə həmin 50 il ərzində Azərbaycan ədəbiyyaşünaslığının və ədəbi tənqidinin mənzərəsini əks etdirir. Keçən əsrin 60-70-ci illərində ədəbiyyatımızda maraqlı (və belə görünür ki, zəruri) bədii-este... | ANL |
Yazıçıların qurultayına sözardı. Çingiz Abdullayev jurnalistə niyə sərt cavab verdi? Gənclərə niyə söz verilmədi? Başlayaq birincidən. AYB-yə sədr olmaq üçün keyfiyyətləri qısaca deyəcəm: Peşəkarlıq, nüfuz, humanizm, ədalət və təmkin, yəni kübarlıq. Bütün bunlar Anarda var. Ürəyindən namizədlik keçən məşhur yazarlar... | ANL |
Bu günlərdə "Ədibin Evi"ndə yazıçı, jurnalist Vüsalə Məmmədova ilə görüş keçirilib. "Müharibə cinayətlərinin işıqlandırılması: qurbanlar və dəyərlər" mövzusunda təşkil olunmuş tədbirdə Vüsalə Məmmədovanın TEAS Press Nəşriyyat evində işıq üzü görmüş "Əsir düşərgəsi" hekayələr toplusu ətrafında müzakirələr aparılıb. Təd... | ANL |
Torpağım, daşım qərib... QÜRBƏT TALELİ SOYDAŞLARIMIZIN QƏRİB DİALEKT VƏ FOLKLORUNA DAİR. Zaman-zaman vətənimizin əraziləri parça-parça bölünərək başqa dövlətlərin tərkibinə qatılmışdır. Lakin həmin ərazilərdə, ata-baba yurdlarında yaşayan soydaşlarımız ləhcələrini, folklorunu və etnoqrafiyasını qoruyub saxlamışlar. ... | ANL |
Bakıda havalar bir o qədər də soyumamışdı. Payızın izi-tozu hələ hiss edilirdi. Qulu mərmər pilləkənlərlə mülkün ikinci mərtəbəsinə hövlnak qalxıb Əsgər ağanın kitabxana otağına girdi. Əsgər ağa elə buradaca sübh yeməyini yemiş və indi yazı masasının arxasında oturub fikirli-fikirli pəncərədən küçəyə baxırdı. Fi... | ANL |
Qəribə qaynaqlar. Ədəbiyyatda romantizmin meydana gəlməsinin səbəbi kimi, ona ilkin təkanı verən ilk amil kimi bu sahənin mütəxəssisləri müxtəlif faktorlar göstərirlər. Amma hamı bir şeylə razılaşır, hamı yekdilliklə deyir ki, romantizmin ilk mənbəyi insanın daxili iztirabları, güclü intizarla səciyyələnən hissləri o... | ANL |
Ələddin Əzimlidən daha bir şeirlər toplusu. Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Əzimlinin "Şeir yazmıram ki" adlı yeni şeirlər kitabı çap olunub. Müəllifin, sayca, 8-ci olan kitabında son illərdə yazdığı şeirlər cəmləşib. Kitabın məsləhətçisi Xalq şairi Nəriman Həsənzadə, redaktoru və ön söz mü... | ANL |
Gülyanaq Məmmədova Özbəkistanın "Xalq artisti" adına layiq görülüb. Özbəkistanda bir sıra azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıblar. Belə ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq fərman imzalayıb. Mükafatlandırılanlar sırasında Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mə... | ANL |
Müsahibim "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın rəhbəri Mirvari Qəhrəmanlıdır. - Mirvari xanım, bir neçə il əvvəl Azərbaycanda Benefisiar sahibliklə bağlı qanunun qəbul edilməsi üzrə işlər gedirdi. Lakin qanun qəbul edilmədi. Bu qanun Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanırdı və Neft Fondunun icr... | ANL |
Rənglər və səslər dünyasında. Rəssam, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun rəssam qızı Lətafət xanım Məmmədova ilə mənim tanışlığımın maraqlı br tarixçəsi var. Tarzən Hacı Məmmədov haqqında paylaşmalarımın birinə onun internetdən götürdüyüm bir şəklini əlavə etmişdim. Şəkildə tarı sinəsinə sıxıb hansısa me... | ANL |
“Mahmud və Məryəm” filmi Qətərə nümayiş etdirilib. Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Qətərin “Katara” Mədəniyyət Şəhərciyinin Drama Teatrında “Mahmud və Məryəm” filminin ilk nümayişi keçirilib. Ümumiyyətlə, “Mahmud və Məryəm” Dohada nümayiş olunan ilk A... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
Qəzəllər. Ləblərin bir abi-heyvandır, xəttin zülmət ona, Böylə zülmət içrə Xızrın çeşmeyi-heyvanı yox. Qəza munşiləri ol qamətin şümşad yazmışlar, İki çeşmin dili-uşşaq üçün cəllad yazmışlar. Səri-zülfündə könlüm çəkməz əsla xaniman dərdin, Bəli, divanəni hər qeydidən azad yazmışlar. Cəfayi-yarı çəkdikcə könül x... | ANL |
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən şənbə sayımızda. Burada yaşayanların orta yaşı 90-dan yuxarı idi. Hər adama bir otaq ayrılır, orada evlənən qocalara isə qoşa otaq verilir. Otağa xatirə əşyası kimi fotoşəkillərdən əlavə heç nə gətirməyə icazə verilmir. Bura daxil olanlar var-dövlətləri ilə də v... | ANL |
Bütövlük nümunəsi. Bu günlərdə yazıçı-dramaturq Ağalar İdrisoğlunun görkəmli ictimai xadim, filologiya üzrə fəlsəfə doktoru, alim, dəyərli insan, 31 il məmləkətimizin müxtəlif rayonlarına rəhbərlik etmiş Sadıq Murtuzayevin əziz xatirəsinə həsr olunmuş "Torpağa bağlı insan" kitabı işıq üzü görüb. Yazıçının barəsi... | ANL |
Azərpaşa Nemətovun həyat və yaradıcılığı fotolarda... Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub. 525.az-a verilən məlumata görə, Azərbaycan, rus və ingilis dillərində işıq ... | ANL |
Şuşadan pərvazlanmış sənətkar: Məhluqə Sadıqova. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri unudulmaz teatr və kino xadimi, Xalq artisti Məhluqə Sadıqovaya həsr olunub. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.