text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan-Misir mədəni əlaqələri müzakirə edilib. Mədəniyyət naziri Anar Kərimov sentyabrın 1-də Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırıla...
ANL
Azərbaycanlı rəssam Aralıq dənizi barədə tablolar seriyası yaradır. Bütün sahələr üzrə dinamik inkişafda olan Azərbaycan-Türkiyə müttəfiqliyinin yüksəlişində mədəniyyət sahəsinin təmsilçilərinin, eləcə də rəssamların xüsusi əməyi var. Qardaş ölkədə yaşayıb yaradan rəssamlarımız bir tərəfdən Azərbaycan həqiqətlərinin ...
ANL
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Ali Baş Komandan...
ANL
Məktəbə qayıdış. Məncə, bütün məktəblilər razılaşar ki, ilin ən gözəl çağları tətil günləridir. Ürəyin istəyən zaman yuxudan oyanmaq, sıxıcı dərslər yerinə dostlarla oynamaq, səyahət etmək... Təəccüblü deyil ki, tətildən dərs rejiminə keçid etmək o qədər də asan başa gəlmir. Lakin bu prosesi asanlaşdırmaq üçün ...
ANL
Erməni Ensiklopediyası erməniləri ifşa etdi. Redaksiya heyətinin sədri astrofizik Viktor Ambarsumyan idi. Bu ensiklopediyanın elektron variantını Parisdə yerləşən Erməni Apostol Kilsəsinin elektron kitabxanasından əldə edə bildik. Qeyd edək ki, ensiklopediyanın 2011-ci ildən geniş ictimaiyyətə təqdim olunması üçün ...
ANL
Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 30 il ötür. Dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumlarının üzvü olan bu unikal təşkilatın otuz illik tarixçəsi, yəni bu günlərə qədərki ömür yolu əziz Vətənimizin - Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, günbəgün üst-üstə düşür. Fəqət müstəqilliy...
ANL
Ukraynanın "Min kəsik müharibəsi"nin nəticələri. Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərində yazdığımız "Rusiya-Ukrayna müharibəsi nə vəd edir?" başlıqlı məqalədə hərbi ekspertlərin Ukraynanın "Min kəsik müharibəsi" aparmalı olduğu haqqında tövsiyələrinin mövcudluğundan bəhs etmişdik. Müharibənin altı ayı...
ANL
"Laçına dönüş Qarabağa qayıdışımızda çox mühüm mərhələdir". Avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Laçının tamamilə azad olunmasından sonra...
ANL
Tibb xidməti leytenantı Tariyel Salmanovun şəhidlik zirvəsi. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Bu uca zirvəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarə...
ANL
Memarlıq da böyük yaradıcılıqdır. Şeir yaddaşlara oxunduqca hopur, memarlıq əsərləri - baxıldıqca. Hansı duyumun təsiriyləsə Azərbaycan Politexnik İnstitutunu (indiki Texniki Universitet) seçmisdi. Memarlıq fakültəsinin tələbəsi oldu Yusif İsa oğlu. Gözəlliyi sevməmək mümkünmü? Gözəlliyi yaratmaq necə? Bunun üçün...
ANL
Gözlənilən ayrılığın tarixçəsi. Nə gizlədim, hələ onun sağlığında mən bu yazı barədə düşünmüşdüm, hətta vacib saydığım bəzi materialların mənbəyini də gözaltı eləmişdim, çünki hər dəfə onun mənzilinin qapısından, öz sözü, "badi-səbadan qeyri" kimsə açmayan qapısından keçib qayıdandan sonra, növbəti görüşə ümidi...
ANL
Müsahibimiz professor, şair Elçin İsgəndərzadədir. Onunla Qarabağdan, Şuşadan və təbii ki, yeni vəzifəsindən - AYB-nin Qarabağ bölməsinin sədri kimi planlarından danışdıq. - Şuşasına qovuşan Elçin İsgəndərzadə indi necədir? - Heç bir poetiklik qatmadan, tam olduğu kimi deyirəm: Şuşasına qovuşan Elçin İsgəndərzadə...
ANL
Hamının qəbul etdiyi münsif. Bu söz dilimizə kənardan gəldi. Amma dilimizə elə doğmalaşdı ki, sanki ən köhnə, ən qədim sözlərimizdənmiş. Həm də o dildən ki bu söz dilimizə gəlmişdi, heç həmin dilin özündə bu kəlmənin bizdəki qədər genişliyi, dərinliyi, məhrəmliyi olmamışdı. Yəni məcazi mənada ustad. Ancaq azərbayc...
ANL
Bir yay səhəri sürət qatarı ilə Bakıdan Gəncəyə yola düşdüm. O əzəmətli şəhər tarix kitablarından necə əsrarəngiz görünürdüsə, kədərin milyon rəngini mənimlə tanış edən məmləkətə çevrilmişdi. Yol boyu qatarın pəncərəsindən şəkildən şəkilə düşən o boz çölləri nəzərlərimlə ötürdükcə Gəncədə uyuyan uşaqlıq dostu...
ANL
Qarabağın müqəddəs Azərbaycan ruhlu söz-sənət dünyası. Əzəli-əbədi yurdumuz olan cənnət Qarabağın hər qarışında tarix sanki dil-dil ötür, o yerlərin hər daşında, çiçəyində Azərbaycan ahəngi duyulur. Çaylarının şırıltısı, bulaqlarının zümzüməsi, musiqi, bayatı, qəzəliyyat ruhu ilə mənalanan Qarabağın ecazkarlığın...
ANL
Şair, yazıçı, folklorşünas, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ədəbi mühitə ötən yüzilliyin səksəninci illərində gəlib, sərbəst məzmunlu şeirlər və real həyatı əks etdirən hekayələr yazır. Bu şeir və hekayələrdə öz taleyini görən oxucular onları sevə-sevə oxuyurlar. Bilal Alarlı təkcə şeir və ...
ANL
Bir qadının arzularını öldürmüşəm, ümidlərinə qəsd etmişəm. öz əllərimlə boğub. öz içimdə dəfn eləmişəm, qəbrini hamıdan gizlətmişəm. Elə bilməyin ki, cinayətim cəzasız qalıb. Vicdanım hakim olub, fikrimi, düşüncəmi ömürlük həbsə alıb, ruhumu zindana salıb. Məni azad buraxmır. qətlinə fərman verdiyim sevda. Cəzamı günə...
ANL
Bu günlərdə 80 yaşı tamam olacaq görkəmli şairimiz Ağasəfa (Qafur oğlu Yəhyayev) 8 sentyabr 1942-ci ildə Xızının seyidləri ilə məşhur olan Səngər dağının ətəklərində Qarabulaq kəndində dünyaya göz açıb. Bakıda orta məktəbi, sonra isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Harada işləməyindən asıl...
ANL
Uşaq saflığını qoruyan şair. Müasir sivilizasiyalı, qaynar həyatlı şəhəri gözdən, könüldən uzaq bir dağ kəndində yoxsul komaya dəyişən, bununla da özünü dünyanın ən xoşbəxt, bəxtəvər insanı sayan bir şairimiz var - Ağasəfa. Bəli, artıq 30 ildir, Xızı rayonunun Qarabulaq kəndində, öz doğulduğu kənddə məskən salan...
ANL
Həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin fikrincə, onun şüurlu həyatı boyu yaratdığı tək bir kitab var: O kitabın adı BAMF-dır. - Soyuq, qarlı, çovğunlu bir gündə, ermənilər tərəfindən dağıdılmış, viran olunmuş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam. Sadə, zəhm...
ANL
Sevməkmi, sevilməkmi? - Ömrünün sonlarında yoxsulluqla üzləşən rəssam Rembrandt Harmensin həyat yoldaşının ölü bədənini məzarından çıxararaq məzar yerini satıb. Axı o, arvadını çox sevirdi, bunu anlamaq üçün rəssamın xanımına ithaf etdiyi əsərlərini görmək kifayətdir. - Sən hardan bilirsən, Rembrandt arvadını nə qədər ...
ANL
Azərbaycan teleməkanında özünün tipoloji xarakteri ilə xüsusi yeri olan Real TV dövlətçiliyə, milli maraqlarımıza xidmətdə böyük tamaşaçı auditoriyası qazanmışdır. Telekanalın rəhbəri Mir Şahin başda olmaqla Real TV-nin əməkdaşları ardıcıl olaraq gecə-gündüz bilmədən öz yaradıcılıq prinsiplərinə xidmət göstərməkdədir. ...
ANL
Yəqin ki, ömründə heç zaman xəyal qurmayan, ya da arzularını düşüncəsində, yuxularında canlandırmayan insan tapmaq mümkün deyil. Əgər insan varsa, arzuları var, arzuları varsa, xəyalları var. Bəzən bir ömür məhz xəyalların gerçəkləşməsinə çalışmaqla keçər. Bir də görərsən, o xəyalın gözləmədiyin, hazır olmadığın anda...
ANL
Özümüzü niyə sevmirik? Bizə həmişəmi qonşunun bağı daha yaşıl, toyuğu qaz boyda görünür, yoxsa qonşunun bağının və toyuğunun özümüzü sevməməyimizə dəxli yoxdur? Bu barədə xeyli düşündüm-daşındım, gördüm bu, bir nəfərlik iş deyil... Yox, demirəm bizim bağımız o baş-bu baş büsbütün yaşıllıqdır, amma əlimizi vicdanımı...
ANL
Rusiyanı gözləyən fəlakət. Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalarının təsirini müəyyənləşdirmək və onun doğuracağı nəticələrlə bağlı Kremlə hesabat təqdim etmək üçün Mixail Mişustinin göstərişilə məxfi hesabatın hazırlandığı haqqında bir müddət əvvəl yayılmış məlumat təsdiqini tapıb. “Bloomberg” agentliyi Rusiya...
ANL
Türkoloji düşüncədə böyük yenilik: İltəriş xaqan abidəsi. II Göytürk dövlətinin qurucusu, Kül tigin və Bilgə xaqanın atası İltəriş xaqanın məzar kompleksinin tapılması türkoloji ədəbiyyatlarda yer alacaq önəmli tarixi hadisələrdən biri hesab edilə bilər. Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıd...
ANL
Mənim söz ağacım buğum-buğumdur, Hər kəlməm göyərən tumdu-toxumdu. Şeir yarpağımdı, tumurcuğumdu, Günəşə boylanıb-baxıb yazmışam. Səmti itirəndə dumanda-çəndə, Harayım dil açıb avazda-ündə. Qəfildən bulanıq selə dönəndə, Durula-durula axıb, yazmışam. Sözə çevirmişəm sevinci-qəmi. Hardasa büdrəyib yıxılan kimi, Təzədən ...
ANL
Dumana düşmüşəm xəyallarında. Əbədi bir qəmi kürk eləmişəm, Bu əyri dünyanın düz yollarında. Həyatın özünü dərk eləmişəm, Dünyanın cavabsız suallarında. Deyəsən, tanıya bilmədin məni, Dumana düşmüşəm xəyallarında. Mən onda ağ atlı bir oğlan idim, Nənəmin sehirli nağıllarında. Sirrini bil ərənlərin. Cənnətdə batdıq gün...
ANL
Hacıbaba Həsənovun musiqi dünyası. Bu dünyanın sirli-soraqlı qapılarını açmazdan əvvəl gəlin bir anlığa keçən əsrin ikinci yarısında çəkilən və kütləvi şəkildə geniş ekranlarda nümayiş etdirilən "Ögey ana" filmindən, ucqar dağ kəndlərinə yol tikintisində çalışan fəhlələrə, mühəndislərə nahar fasiləsi zamanı verilən...
ANL
Həmsöhbətimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin fikrincə, onun şüurlu həyatı boyu yaratdığı tək bir kitab var: O kitabın adı BAMF-dır. - Bütün bu təşkilatlarla əməkdaşlıq ilk növbədə ölkəmizə, o sıradan BAMF-a hansı üstünlüklər verir, hansı dividentlər qazandırır? - BMT-də tədbirlər keç...
ANL
Qəlblərdə taxt quran insan. Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin 70 yaşı tamam olur. Daxili İşlər Nazirliyi sistemindəki qüsursuz xidmət dövründə 20 il DİN-in Tibb İdarəsinə rəhbərlik edən, xeyirxah əməlləri ilə Qarabağımızın ləyaqətli övladı kimi tanınan Əməkdar həkim, istefada olan polkovnik ...
ANL
Yeniyetməlik çağlarım o şən, şıltaq qızı öldürüb yerinə qapalı, qaradinməz bir insanı gətirdi. Həyatı dərk etdiyimə, ya da dərk etdiyimi düşündüyümə görə susqunlaşdım. Ətrafımdakıların mənfəətpərəstliyi, düşüncəsiz hərəkətləri, kobudluqları ürəyimi bulandırırdı. Elə o vaxtdan insanlara, insan olduğuma görə özümə də...
ANL
Ustad dərsləri. Əhvalat istədiyimiz qədər ola bilər; vacib şərt onun dramatikliyindədir. Alfred Hiçkokun "Həyətə baxan pəncərə" filminə ilk dəfə tamaşa edəndə düşdüyüm qəribə vəziyyət indiki kimi yadımdadır: Film təzəcə başlamışdı, amma mən alışqanı masanın üstündən götürüb bayaqdan dodaqlarımın arasında sıxdığı...
ANL
Hacıbaba Həsənovun musiqi dünyası. Görəsən, xalq tərəfindən sevilən, geniş populyarlıq qazanan yüzlərlə (bəlkə də çox) mahnının müəlliflərini, tamaşaçıların nəzərinə çatdırmaq nə böyük problem imiş? "Gərək Bəstəkarlar İttifaqının üzvü olsunlar, sonra onlar efirdə, ekranda səslənsin" kimi primitiv, heç bir hüquqi ə...
ANL
Qazax xalqının oxuyan qəlbi. XX əsrdə Azərbaycanda mükəmməl bir Abayşünaslıq elmi formalaşıb. Bunu ədəbiyyatşünaslığımızın lideri, akademik İsa Həbibbəyli də qeyd edir: "XX əsr ərzində aparılmış elmi tədqiqatlar, məqalə və kitablar əsasında Azərbaycan Abayşünaslığı formalaşmışdır... Tanınmış Azərbaycan alimlərindən fi...
ANL
Yaradıcılıq səmasındakı uçuşlar... ZAMANIN SALNAMƏSİ ÜÇÜN ESKİZ. Müdriklik mərtəbəsinə çatmış sənətkar haqqında zamanın salnaməsi üçün eskiz kontekstində söz demək asan olduğu qədər də çətindir. İşin asanlığı sənətdə 50 ildən artıq bir müddət ərzində çalışan rejissorun irsinin kəmiyyət göstəricisi ilə müəyyənləşdiri...
ANL
Səfərə hazırlaşıram - okeanın o tərəfinədi yolum. Və o da səfərə hazırlaşır. Vaxtı-vədəsi məlum olmasa da, bilirik ki, gedər-gəlməz səfərdi onunku. Görüşməyə gedirəm. Həm də özünə heç nə demədən halallaşıram öz aləmimdə. "Bayaq İbrahim zəng eləmişdi deyir (İbrahimin adını çəkəndə gözləri parıldayır, sevgilə danışı...
ANL
Milli Kitabxana “Mustafa Çəmənli” adlı sərgi açıb. M.Çəmənli bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Yazıçının uzun araşdırmalarının nəticəsi olan tarixi romanları oxucular tərəfindən ən çox oxunan kitabların siyahısına düşmüşdür. M.Çəmənlinin xalqımıza etdiyi ən dəyərli xidmətlərdən biri də Azərbayc...
ANL
Beşmərtəbəli evin altıncı mərtəbəsindəki qadınlar. Deyirlər, eşq qapıdan gələndə ağıl pəncərədən çıxırmış. Hisslər, duyğular, ehtiraslar, gözləntilər, xəyallar... Cəmi üç hərflik söz özündə bu qədər qarmaqarışıq, bu qədər anlaşılmaz duyğular daşıyır. Fikrimcə, eşq də güc məsələsidir. Güclü insanlar onun gətirdiyi s...
ANL
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən şənbə sayımızda. Saat 7-də Amsterdama çatanda, artıq axşam qəzetləri turist qrupumuzun üzvü olan latışın siyasi sığınacaq istədiyi xəbərini iri başlıqlarla çap etmişdi. Mətbuat hadisəni sensasiya səviyyəsinə qaldırmışdı. Bizi qəbul edən firmanın sahibi bildirdi...
ANL
Bakı Dövlət Universitetini bitirib. Ədəbiyyata, bədii sözə böyük maraq və rəğbəti, poetik yaradıcılığa ciddi həvəsi var. Yazdıqlarından sezilir ki, müəllif hər şeirində duyğu və düşüncələrinin özünəməxsus bədii ifadə tərzini tapmağa, yaradıcı münasibət sərgilədiyi mövzuların hər dəfə daha uğurlu poetik həllini t...
ANL
Bahar nəfəsli sənətkar. Bu, bəlkə də, mənim həyatım boyu həvəslə, qəlbin sevgisi, könülün ehtiramı, istəyin diktəsi ilə yazdığım ən səmimi yazılardan biridir. Bunun səbəbi isə barəsində yazacağım insanın şəxsiyyəti, fərdi keyfiyyətləri, insanlara münasibətində və xarakterindəki işıq, nəhayət, istedadının parlaqlığı ...
ANL
MÜASİRLƏRİ VƏ QƏLƏM DOSTLARININ MUSTAFA ÇƏMƏNLİ HAQQINDA DÜŞÜNCƏLƏRİ. Mustafa Çəmənli tarixi mənbələrlə, mədəniyyətimizlə müntəzəm məşğul olan tədqiqatçı yazıçı kimi, milli-mənəvi dəyərlərimizə nüfuz edən, onun dərin qatlarını ürəyinin işığıyla görən, göstərən qələm dostum, qiymətli əsərlər müəllifidir. O, roma...
ANL
Mustafa Çəmənlinin əsərlərindən birində oxuduğum bir fikir vaxtaşırı yadıma düşür: "Hər kəs içində öz nəğməsini oxuyur". Bunu görkəmli nasir, publisist, muğam ifaçılığımızın yorulmaz tədqiqatçısı, onlarla bədii və publisistik əsərin müəllifi gəlişigözəl söz kimi deməyib, bu, onun dərin inamıdır, çünki o, özü də...
ANL
Kinomuzun inkişafına üç baxış: siyasətçilər nə düşünürlər? Kino sahəsi ilə bağlı məsələləri davamlı işıqlandıran bir jurnalist olaraq, siyasi partiyaların rəhbərlərinin mədəniyyətə, xüsusilə də kinoya dair düşüncələrini, bu təşkilatların kinonun inkişafı barədə planlarını öyrənmək istədim. Məni buna sövq edən i...
ANL
ABŞ müharibəyə qoşulacaqmı? Rusiya müxalifətinin bəzi təmsilçiləri iddia edirlər ki, ABŞ Ukrayna müharibəsinə qoşulmaq və Rusiyanın ordusunu tamamilə dağıtmaq üçün bəhanə gözləyir. Mübahisəli, hətta inandırıcı görünməsə də, son iki ayda baş verənlər ABŞ-ın müharibəyə qoşulmaq üçün bəhanə axtardığını, Rusiyanın da b...
ANL
"Böyük hərbi zəfərimiz danışıqlar prosesində uğurla davam etdirilir". "Rəsmi İrəvan razılaşmaları pozmaq və ya onların icrasını ləngitmək taktikasını seçsə, bu, onlara yenə də baha başa gələcək". Müsahibimiz siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, beynəlxalq münasibətlərin təhlili mərkəzinin eksperti Mətin Mə...
ANL
Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib. Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplan...
ANL
Şahbaz Xuduoğlu :”Növbəti “Milli Kitab Sərgisi”nin tarixi bəllidir”. Ötən il oktyabrın 1-də start verilən, “Qanun” nəşriyyatının təşkilatçılığı ilə baş tutan “I Milli Kitab Sərgisi” oxucular tərəfindən maraqla qarşılanmış, minlərlə insanı cəlb edə bilmişdi. Artıq tarix bəllidir: 24 sentyabr-1 oktyabr… Bu dəfə daha m...
ANL
Uğura gedən yol təhsildən keçir. Tibb Universitetinin yaşca ən kiçik birinci kurs tələbəsi: "Həkimlik mənim üçün ən ali və müqəddəs peşədir". İşıqlı gələcəyi təhsilsiz təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətə faydalı şəxsiyyət kimi yetişmək üçün təhsil vacibdir. Hədəfini uşaqlıq illərindən seçən tələbələrin tə...
ANL
"İlkin sonsuzluq diaqnozunda əvvəlcə kişinin yoxlanılması məsləhət görülür". Həkim laborant Emiliya Həsənova: "Spermaqramma analizinə gələn şəxs cinsi pəhriz saxlamalıdir". İnsan səhhətində yaranan kiçik problemlərdən tutmuş böyük riskli xəstəliklərə qədər hər birinin dəqiq diaqnozu üçün analizlərin əhmiyyəti əvəze...
ANL
Aclar məmləkəti. Yenə iş yoldaşlarımın iynəli sözlərindən, müdirin tənələrindən təngə gəldiyim günün sonunda evə tələsirdim. Hava qaranlıq idi. Arabir yağış damlaları eynəyimə çırpılır, yolu görməyimə mane olurdu. Küçə boyunca uzanan şam ağaclarının budaqları islanmış, ağırlaşmışdı. Bu vaxt mənim kimi evində ol...
ANL
Böyük sevgilər əhatəsində. Maraq arzunun, arzu niyyətin başlanğıcıdı; dünyanın dərki də maraqla başlayır, düşüncələrin nizamı da. "lərin fəlsəfəsidi. Ötərgi maraqlar bu fəlsəfənin qüdrətinə dönə bilmir. Meyl də maraqdı. Öyrənənlər dünyanı bu tezislərdən xəbərsiz öyrənirlər. "ləri öyrənmə meylinin, öyrənmə meyli ni...
ANL
Göy rəngli qovluğun hekayəsi. Göy rəngli o köhnə qovluqla tanış olanda, hələ jurnalistikaya gələcəyimdən bixəbər idim. Qovluq artıq rəngini dəyişsə də, yaddaşımda eləcə də qalıb. Ötən həftə illərdi göz bəbəyim kimi qoruduğum o dəyərli kağız qovluğunu yenə də götürdüm. Mənə lazım olan bir əşyanı axtararkən evimizin...
ANL
Təhsildə ekspert rəyinin önəmi. İCTİMAİ MÜHİTƏ TƏHSİLLƏ BAĞLI MÜTƏXƏSSİS FİKİRLƏRİ NECƏ TƏSİR EDİR? Ekspert dərin biliyə və təcrübəyə sahib, işinin peşəkarı və öz sahəsinin bütün incəliklərini dərindən bilən mütəxəssis sayılır. İllərlə çalışdığı və apardığı araşdırmalarla sahib olduğu biliklər əsasında bildiy...
ANL
Tövbə. Elə toxuyuram dərdimi, Allah, Bu cür hörümçək də toxuya bilməz. Yoxsa ki, tezliklə dəlisov ürək. Bir qəfil ölümə çəkəcək məni. Məni gözləyən var min ildi bəlkə, Gözləyə-gözləyə alışır goru. Döyüş gərəkdisə, qoy varım-gedim. Məni gecikməyin şərindən qoru. Kim məni qurtarar görən özümdən, Dərdi-dərdim oldu nədən ...
ANL
Çağdaş Azərbaycan ədəbiyyatının və Ümumtürk poeziyasının görkəmli simalarından olan şair Rüstəm Behrudinin dünən - sentyabrın 12-də 65 yaşı tamam oldu. Özünəməxsus ruh və üsluba, zəngin, saf və koloritli bədii dilə malik poeziyası Azərbaycanda və Türk dünyasında çox sevilən şairin əsərləri bir çox dillərə çevrili...
ANL
Yusif Vəzir Çəmənzəminli haqqında silsilə materiallar hazırlanıb. Görkəmli yazıçı, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminlinin anadan olmasından 135 il ötür. 525.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibət...
ANL
Azərbaycan arıçılıq assosiasiyasının sədri Bədrəddin Həsənov: "Arıçılıq təsərrüfatına qoyulan pulu tez çıxarmaq, qazanc götürmək olur". Müsahibimiz Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsənovdur. Söhbətimizə elə buradan başlamaq istəyərdim. Bu il məhsuldarlıq sizi qane etdimi? Ötən illə müqayisəd...
ANL
Rahid Uluselin yeni kitabları çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin bu il Azərbaycanda və Almaniyada nəşr olunmuş kitablarından sonra daha iki kit...
ANL
Külü qaldı öz içimdə. Barıt imiş fikirlərim, Vulkan oldu köz içimdə. Görən, günahım nəymiş. Tanrı bura göndərib? Körpə budaqlarımdan. Məni qışa döndərib. Ürəyimə göstərib. Öz tikanım göyərdib. Sirr kimi axıb içimə. Niyə hopdun sevincimə? Səni sevsəm, öldürərlər. Cəllad olar bütün aləm. Sən yazıqsan, mən cəhənnəm, Səni...
ANL
Xarıbülbül sözün bütün mənalarında bənzərsizlik üçün yaranıb. Real varlıq olsa da, əfsanələşmiş ömür sürən tək-tük canlılardandır. Milyonlarla bitkilər içərisindən məhz o, Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzinə və zəfər simvoluna çevrildi. Qəbul edilmiş rəmzi nişanı da vard...
ANL
Türkiyə həsrətli xanım: Xalq şairi Nigar Rəfibəyli. Keçən əsrin 30-cu illərinin qandonduran repressiyalarının Azərbaycan xalqının taleyində necə izlər qoyduğunu həyəcansız xatırlamaq mümkün olmasa da, yenidən qazanılan müstəqilliyimiz tariximizin bu səhifələrini nə yaxşı ki, ağı-qarası ilə yenidən təqdim etdi. ...
ANL
Turanın qardaş dövlətləri: Azərbaycan və Özbəkistan. "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Ümummilli lider Heydər Əliyev. Azərbaycan və Özbəkistan münasibətlərinə nəzər saldıqda o qədər ...
ANL
"ASAN könüllüləri"nin ədəbiyyat sevgisi. Bədii qiraət müsabiqəsinin final mərhələsi xoş təəssüratla yadda qaldı. İnsanın mənəvi dünyasını saflaşdıran nəsnələr içində poeziyanın xüsusi yeri var. İnsanın düşüncələrinin, daxili dünyasının, yaşantılarının bədii tərcümanı kimi söz sənətinin qüdrəti böyükdür. "ASAN ...
ANL
Tanınmış rəssam Müslüm Eldarov ilə ailə quraraq Bakıya köçüb. İrina Eldarova parlaq boyaların, nostalji səhnələrin geniş yer aldığı əsərlərində qəzet parçaları, sosialist realizmi və pop-art üslubunu birləşdirərək müxtəlif mövzulara müraciət edir. Bakı metrosunun "Xalqlar dostluğu" stansiyasındakı monumental rəsmlə...
ANL
Şuşada şeir günü. Zəngəzura gedən yola Turan yolu dedilər. Şuşa Turan qapısıdır, yəni Qızıl Almaya doğru gedən yolun eşiyi. Məz Qızıl Alma sevdasında nazlana-nazlana, Şuşada, "Qarabağ" otelinin yeddinci qatından qarşımda açılan panoramı seyr edirəm. Sağımda Saatlı məscidi var, öndə dağlardı, bir də dağlar qədər ə...
ANL
Qələmsiz yazılanlar. status-esselər. "Qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu il Mətbuat Günündə jurnalistlərə müraciətindəndir. Hər yeni uğurumuz zamanı belə cəhdləri daha q...
ANL
Müəllimlərin sertifikasiya imtahanı: maraqlı nəticələr, diqqətçəkən rəylər. Ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali, orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi...
ANL
Lerikdə yaddaqalan ədəbi görüş. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı ərəfəsində respublikamızın hər yerində ədəbi tədbirlər geniş vüsət alıb. Bütövlükdə mədəniyyətimiz, ədəbiyyatımız təbliğ olunur, klassik ədəbi irs xatırlanır, çağdaş şeirimizin və nəsrimizin tanınmış simalarının yaradıcılıq hesabatları ...
ANL
Rusiya neftinin qiyməti. ABŞ Maliyyə Nazirliyi dekabr ayının 5-dən sonra Rusiya nefti üçün müəyyən olunmuş qiymətin yuxarı həddini keçməyə cəhd edəcək ölkələri və şirkətləri sanksiyalarla hədələyib. Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Vaşinqtonun Brukinqs İnstitutundakı çıxışı zamanı deyib: "Sənədlə...
ANL
Reallıq hissini itirəndə. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərbin Kiyevə genişmiqyaslı yardımı və Rusiyaya qarşı misli görünməmiş sanksiyalarına baxmayaraq, "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olunacaq. ABŞ və onun tərəfdaşlarını Ukraynaya silah yardımı etməklə müharibəni u...
ANL
Dostlarının, əzizlərinin gözü aydın! Laçın dağlarında doğulub ilk 30-unu orda keçirən, ikinci 30-unu Sumqayıtda başlayıb tamamlayan şair yenicə bəxtəvərliyinə qovuşub. Nadirə artıq azad Laçında bir o qədər də urvatlı ömür yaşamağı arzulayıram. Bu hesabla onun ad gününü həm avqustda, həm də sentyabrda qeyd etmək olard...
ANL
TÜRKİYƏ HƏSRƏTLİ XANIM: XALQ ŞAİRİ NİGAR RƏFİBƏYLİ. "Sağlıqla qal, yaxın qonşu" Azərbaycan Sovet dövrü publisistikasının dəyərli bir nümunəsi olmaqla, həm də o dövrdə adının çəkilməsi qismən də olsa yasaq siyahısından çıxarılan Türkiyənin oxuculara yeni ərmağanı idi. Əslində, Stalinin ölümündən sonra yaranan yeni əhva...
ANL
Şirindil Alışanlı fenomeni: tənqidçi, nəzəriyyəçi, tədqiqatçı. Son üç ildə pandemiya da daxil olmaqla gündəlik həyatın irili-xırdalı məişət problemləri, sevincli və ya kədərli qayğıları qorxu xofu altında başımızı elə qatdı ki, illərin necə keçdiyindən xəbərsiz olduq. Bu üç ildə o qədər doğmalarımızı, yaxın sird...
ANL
Qrafika rəssamlığında seçilən imza: Nadir Axundov. Onun müəllifi olduğu təsviri sənət nümunələri daha çox düşündürücü və tünd çalarlarla zəngindir. Bəlkə də bu xüsusiyyət həyatın onu lap balaca yaşlarından taleyin əzabları ilə üz-üzə qoymasından irəli gəlir. Nadir Səfərəli oğlu Axundov Naxçıvan şəhərində anadan olmuş,...
ANL
"Əsrin ilk onilliyində musiqi sahəsində boşluq yarandı, Ona görə də indiki gənc nəsil ancaq musiqili meyxana dinləməli olur". Deyirlər, musiqi ruhun qidasıdır. Bəzən yolda gedərkən, işdə olarkən, dostlarımızla söhbətləşərkən hardansa musiqi səsləri eşidir və istər-istəməz dayanmalı, əlimizi saxlamalı, sözümüzü y...
ANL
Təhsildə repetitorluq təcrübəsi: dünyada və Azərbaycanda. Repetitor - mürəbbi, haqqı valideynin hesabına ödənmək şərti ilə, şagirdlərə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında u...
ANL
“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir. Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkda...
ANL
Müharibə təhrikçiləri. Hələ heç iyirmi yaşını bitirməyən gənclərin vaxtsız ölümləri, anaların göylərə yüksələn fəryadları, ataların üzündə donmuş ömür... hansımızı dəli etmir ki? Qəlbində bir az mərhəmət olan insan bu mənasız savaşlara necə duyğusuz qala bilər? Amma bu cür müharibələrdən, ölümlərdən bəhrələnən, hətta...
ANL
Vətən üçün axan göz yaşlarımız. Keçən dəfə belə bir sual çıxdı qarşıma: "Ağlaya bilən insanlar daha güclüdürlər?" Aleza Solter isə deyirdi ki, ağlamaq dərd çəkmək deyil, dərd çəkməkdən qurtulmaq dövrüdür". Bir refleks, yoxsa zehnimizin qərarı? Bu günlərdə xalq olaraq hamımız ağlayırıq. Kimimizin gözlərindən yaş çıxır...
ANL
"Elzanamə", yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri. Müdriklik də ilahi vergidir. Olanlar olacaqlar üçün ibrət dərsidir. Keçmişindən bəhrələnməyənin gələcəyi olmur. Bu yığcam fikirlərin arxasında həyat təcrübəsi durur. İri romanlar, uzun-uzadı povestlər yazıb həyat haqqında, təbiət haqqında fikirlərini çatdıran...
ANL
Bu yaxınlarda Göyçayda olanda ustad tarzən Rövşən Zamanovla tar ifaçılığı sahəsində ənənə və novatorluq mövzusunda fikrimizi bölüşürdük və söhbət gəlib ikimizin də sevdiyi Hacı Məmmədovun yaradıcılığına çatanda Rövşən müəllimin söylədiyi bir fikir həmişəlik beynimə mismarlandı: "Hacı müəllim maksimalist, sözün ...
ANL
Azərbaycan gənclərinin xaricdə təhsil imkanları genişlənib. Dövlətin bu sahədə atdığı addımlar gənclərin mükəmməl təhsil almalarına şərait yaradır. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na ilk qəbul prosesinin nəticələri müəyyən ...
ANL
Media və müharibənin siması. İzlədiyimiz görüntülər gündəlik həyatımıza necə təsir edir? Bu mövzu həmişə media sahəsinin qaynar mübahisələrinə səbəb olsa da, müharibə günlərində bütün cəmiyyət üçün həyati vacib əhəmiyyət kəsb edir. Görüntü və ictimai reaksiya arasında əlaqəni hələ yunan filosofları müzakirə edirdilər...
ANL
Hər şəhid qardaşdı bizə. Tarix olan yaddaşına. qətiyyətin, cəsarətin, Azıxdan, Gəmiqayadan, Qobustandan. düşən nura sədaqətin. boy göstərən yad daşına! Azərbaycan əsgərinin. Qüdrətinin qarşısında. dizin-dizin sürünənlər. Kəlbəcərin, Laçının. dağ-daşında göründülər... Azərbaycan əsgərinin. Qətiyyəti dikəltmişdi. Can ver...
ANL
Şərəfli ömür yolu. Savaş üçün doğulmuş insanlar var. Onlar üçün Vətən sevgisindən ali hansısa bir hiss ola bilməz. Canını öz torpağına qurban edən igidlərimiz heç də az deyil. Günəş kimi işıq saçan oğullarımız bir bütöv hilal uğrunda sönməyə hazırdılar. Cavan ömrünü doğma vətənə qurban edən igidlərdən biri də Məzahir B...
ANL
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və...
ANL
Yenə ziyafətdir xublar evində, Mahvəşlər bir yığnağa düşübdür. Eyham edər, bir-birinə naz edər, Qaş-gözləri oynamağa düşübdür. Şirinlər söhbəti, hekayətləri, Var işvəsi, nazü nəzakətləri, Vacibdir Kəbətək ziyarətləri, Əlim yetmir, min iraqə düşübdür. Əlvan olub gül hənadən əlləri, Qucmalıdır gərdənləri, belləri, Sona ç...
ANL
Mirzə Hüseyn Salar. Mirzə Hüseyn Məmmədağa oğlu Salar Şuşada anadan olmuş və təhsilini də orada almışdı. Fars, ərəb və rus dillərini mükəmməl bilən Mirzə Hüseyn müasirləri arasında istedadlı şair və savadlı mirzə kimi tanınıb. Bu qabiliyyətinə görə ilk "Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy onu əməkdaşlığa ...
ANL
Qəzəllər. Mari-siyahi-zülfün edib xanə könlümü, Qıldı məhəlli-gənc bu viranə könlümü. Xalın həvasilə könül qondu zülfünə, Axır əsiri-dam elədi danə könlümü. Hər sübhdəm əsiri-dilxəstə eyləyir, Gahi nəsimi-sübh, gəhi şanə könlümü. Salarını qoyub qəmi-hicranda mübtəla, Rəhm eyləməz, edər yenə viranə könlümü.
ANL
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən şənbə sayımızda. Hadisədən üç gün sonra səhər yeməyi vaxtı Naxçıvandan olan üzümçülük briqadiri, Sosialist Əməyi Qəhrəmanı İsa Əliyev mənə yaxınlaşdı, sakit, intizamlı olan bu adam sözlü görünürdü. Sualı anlamadım, sonra əlavə etdi: "Niyə siz mənim uşaqla...
ANL
Şiddətli göy gurultusuna bənzəyən arxaik səs dünyanı başına götürdü. Gecənin bir aləmi xəstəxana binası birdən-birə enib-qalxmağa, tufanlı havada lövbər salmış balıqçı gəmisi kimi yırğalanmağa başladı... Professor tələsmədən yatağında dikəldi, dirsəkləndi və bir müddət beləcə, tərpənməz qaldı. Bədəni gərilmişdi, ...
ANL
TÜRKİYƏ HƏSRƏTLİ XANIM: XALQ ŞAİRİ NİGAR RƏFİBƏYLİ. Nigar xanım Rəfibəylinin tale yolunu bilənlər üçün Türkiyə təkcə qardaş ölkə yox, həm də hələ uşaqlıq illərində itirdiyi qardaşı Kamilin sığındığı və onu qoruyan ölkə olub. Ona görə də Türkiyə adının dəyər və müqəddəsliyi Nigar xanım üçün ikiqat əziz olub. Am...
ANL
Azad edilmiş ərazilərimizdə təhsil mühiti canlanır. Zəngilanın Ağalı kənd tam orta məktəbinin ardınca Qarabağdakı digər təhsil müəssisələri də tezliklə fəaliyyətə başlayacaq. Sentyabrın 15-də Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb...
ANL
Ukraynanın silahlandırılması davam edir. Rusiynın bütün etirazlarına baxmayaraq, Qərb dövlətləri Ukraynanı silahlandırmaqda davam edirlər. ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollar dəyərində silah-sursat verilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəşi sistemlər...
ANL
Rusiyanın strateji məğlubiyyəti. Prezident Vladimir Putinin iyirmi ildən artıq müddətdə 1.1 trilyon dollar sərf edərək qurduğu və dünyanın ikinci ordusu kimi təqdim olunan Rusiya ordusu Ukraynada demək olar ki, məhv edilib. ABŞ-dakı Müharibə Tədqiqat İnstitutunun (ISW) hərbi analitiki Corc Barrosa görə, Rusiya öz si...
ANL
Əhməd bəy Ağaoğlu yaradıcılığında kulturoloji fikir. Görkəmli ictimai xadim, böyük türkoloq Əhməd bəy Ağaoğlunun yaradıcılığının önəmli bir hissəsini kulturoloji fikir tariximizin öyrənilməsi təşkil edir. Əhməd bəy milli kulturoloji fikirdə mədəni qələbənin qazanılmasını Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillən...
ANL
Bütöv gedənlər, yarım qalanlar. Uşaq olanda tarix kitablarını oxuyub heyran qalardım, ya da müharibə haqqında filmləri izlərkən. O çətinliyi, təhlükəni yaşamaq istərdim. Özümü baş roldakı döyüşçünün, tarixdəki sərkərdənin yerinə qoyar, onun kimi döyüşməyi, qəhrəman olmağı arzulayardım. Mənsə nə bir müharibə, nə xəstə...
ANL
Nensini də aldatdılar. Deyirlər yalan ayaq tutar, amma yeriməz. Necə ki ermənilərin bəzi yalanları ümmanın o tayına belə gedib çatır. Daha doğrusu, bu dəfə ümmanın o tayından Ermənistana təşrif gətirən ağbirçək qadını, ABŞ Konqresinin sədri 84 yaşlı Nensini elə yüklədilər ki, o, bu yalanı nəinki Amerikaya, hətta öz...
ANL