text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Qarabağ amalı, yurd eşqi ilə yoğrulan sətirlər. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Rahilə Veysəllinin yeni kitabı - "Zülmətdən sıyrılanlar" müəllifin yaradıcılığında mühüm fakt olmaqla bərabər, ümumən müasir ədəbiyyatımız müstəvisində də maraq doğuran nəşrdir. Rahilə xanım Füzuli rayonunun Aş... | ANL |
Abdulla Şaiqin şeirləri Almaniya ədəbi portalında. Almaniyanın populyar “LiteratPro” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Abdulla Şaiqin alman dilinə tərcümə olunmuş “Əsrimizə xitab”, “Hamımız bir günəşin zərrəsiyik” və “İrəli” ş... | ANL |
Vidadi Babanlı haqqında virtual sərgi hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli yazıçı Vidadi Babanlının doğum günü ilə əlaqədar "Görkəmli yazıçımız Vidadi Babanlı" başlığı altında virtual sərgi təşkil edib. Baş İdarədən AZƏRTAC-... | ANL |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı bu ay da repertuara salıb. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 7-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Əlif Cahangirli, rəssam... | ANL |
“Azərbaycan riyaziyyatçıları” kitabı nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun müəllifi olduğu “Azərbaycan riyaziyyatçıları” ensiklopedik soraq kitabı nəşr olunub. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab 496... | ANL |
XALQ ARTİSTİ FATMA MAHMUDOVA: "ORADAKI EVİMİN XARABALIĞINDA BİR AZ OTURUB AĞDAM TEATRININ UÇUQ DİVARINA BAXMAQ İSTƏYİRƏM". Milli Ordu və Daxili Qoşunların əsgərləri qarşısında tamaşalardan parçalarla çıxış etmişəm. Səngərlərdə olmuşam. Cavanlığım müharibədə keçib. O zaman gözü yaşlı, ürəyin yana-yana, böyük həsrət, ... | ANL |
İlham Qəhrəmanın müharibə və zəfər bayatıları. Azərbaycan xalqının zəngin ədəbiyyatı və zəngin folkloru var. Bəzən adama elə gəlir, bu xəzinənin içərisində olan xalqa yeni söz demək çətindir və mütləq yeni üslub, yeni deyim tərzi seçilməlidir. Əlbəttə, oxucularının görüşünə öz sözü ilə gələn şair ədəbi yeniliyinə görə... | ANL |
Dul qadının tənhalığı. İddiaçı nə qədər narazı qalsa da, hirsini büruzə vermək istəmədi. Səhərin soyuğu onu titrədirdi, vağzal yaxınlığındakı yeməkxanada səhər yeməyi yedi, canını qızdırmaq üçün bir neçə stəkan çay içdi. Yediyi xaş onun xoşuna gəlmişdi, xörək paylayan onun araqdan imtina etdiyini eşidəndə, bildirdi ki... | ANL |
Ali təhsil almaq üçün xarici ölkəyə üz tutmazdan əvvəl fikirləşirsən: görən, səni nə gözləyir? Samballı təhsil, qəliz imtahanlar, əcnəbi dostlar, yad dildə dərdini anlatma ehtiyacı, ara-sıra nostalji hisslər və s. Amma kim ağlına gətirə bilər ki, magistratura təhsili üçün qalxıb, İngiltərənin göbəyinə - Mançester... | ANL |
Fədakar həkim, unudulmaz insan Şükufə Hüseynovanın duyğu və düşüncələri bir kitabda toplanıb. Bu ifadə insanı təsirləndirir, düşünməyə vadar edir. İstədiyimiz, arzuladığımız bir şeyə çata bilməyəndə ya onun uğrunda sonacan mübarizə aparır, ya da arzumuzu, sevgimizi ürəyimizə yığıb çəkilirik bir küncə. Amma kitabı... | ANL |
Bir müddətdir kino həvəskarlarının gündəmini baş rollarda Leonardo di Kaprio və Cenifer Lourensin oynadığı "Yuxarı baxma" ("Dont look up") filmi zəbt edib. Hara baxırsan, müzakirə gedir. Bəyənməyənlərin daha çox olduğu qənaətinə gəlincə, filmi mən də izləmək istədim. "Yuxarı baxma"nın da o tərz filmlərdən biri olduğun... | ANL |
Sözümüzün, savaşımızın Nizami Aydını: şairlik və şəhidlik. Öldüyüm günün səhəri. təbəssümüylə. körpəm dəyişdirəcək. Oyuncağıyla gözləyəcək. Körpəm qaçırdacaq dodaqlarını. Qara sarınmış şəklini. Körpəm unutduracaq ölümümü! Birinci Qarabağ müharibəsində ilk şəhid şairimizdi o. Gəncədə doğulmuşdu, orada H.B.Zərdab... | ANL |
Bir müddətdir kino həvəskarlarının gündəmini baş rollarda Leonardo di Kaprio və Cenifer Lourensin oynadığı "Yuxarı baxma" ("Dont look up") filmi zəbt edib. Hara baxırsan, müzakirə gedir. Bəyənməyənlərin daha çox olduğu qənaətinə gəlincə, filmi mən də izləmək istədim. "Yuxarı baxma"nın da o tərz filmlərdən biri olduğun... | ANL |
Cəfakeş teatr adamı. Teatrşünas, teatr tənqidçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarlını 60 yaşın tamamında qutlayır, alqışlayıram. Vidadi Qafarl... | ANL |
Yaddaşı yaşatmaq missiyası. Milli-tarixi və ədəbi yaddaşı yaşadan bir məcmuənin yubileyi haqqında. Məmləkətin fərqli nəşrlərindən sayılan "Yada düşdü" jurnalının 10 yaşı tamam oldu. Və bu on illik özünəməxsus yubiley həm media cameəsində, həm də daha çox ədəbiyyat adamları arasında əməlli-başlı mədəniyyət hadisəsinə ... | ANL |
İstedad və şəxsiyyətin portreti. Səyyad Aran imzası, şəxsiyyəti, xidmətləri, vətəndaşlıq fəaliyyəti ictimai-siyasi, ədəbi-mədəni mühitə məlum olan tanınmış ziyalılarımızdandır. Universal intellekti, istedadı ilə seçilən Səyyad Aran eyni zamanda, yaşadığımız dövrün ictimai-siyasi, ədəbi proseslərini gerçək cəhətləri,... | ANL |
Xüsusi tapşırıqlı səfirin vətənə son gəlişi. Gözlərini dünyaya əbədi yumduğu üçüncü gündə Vətəninə döndü. Həmişəlik burada qalmaqçün gəldi. Ertəsi gün, yanvarın 4-də yaşadığı müddətcə canı qədər sevdiyi Vətən torpağına, öz vəsiyyətinə uyğun olaraq, üçrəngli bayrağımıza bürünərək qovuşmaq üçün gəldi. Xeyli dəyişm... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. İnternetdə tam variantını tapa bilmədim. Biz indi ən çox Markdan asılıyıq; istəsə yazımızı gizləyər, istəsə çox oxudar. Dünya heç vaxt bu qədər bir adamın ovcunda olmayıb. YAŞAT Fondunun hazırladığı təqvim öz orijinallığı ilə seçilir. Müqəddəs Şəhidlərimizin ruhuna yüksək ehtiram n... | ANL |
Cənnət quşu. Taksinin arxa oturacağında həyat yoldaşım Səlimlə bir-birimizə qısılmışdıq. Tez-tez baxışır, bürüncəyin ucunu qaldırıb, üç gün öncə dünyaya gəlmiş qızımız Tunaya sonsuz sevgi ilə baxır, xoşbəxt-xoşbəxt gülümsəyirdik. Qəbələdəki bağçalı, külafirəngili evimizə çatdıq. Tunayımızı beşiyinə qoyduq. Dərin... | ANL |
Əsrlərə sığmayan ömür. XX əsr Azərbaycan elmi fikrinin formalaşmasında, inkişaf etdirilməsində, xalqımızın ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş görkəmli simalardan biri də akademik Firuz Əli oğlu Məlikovdur. Yenilənən hər ilin ilk günlərində respublikamızın elmi ictimaiyyəti, onun yetirmələri, təl... | ANL |
Çörək haqqı. Hər şeydən qiymətli. Bəlkə də, bu qarğış qədər təsirli və kəsərlisini tapmaq çətindir. Niyə belə deyiblər? Ulularımız, dünyagörmüş müdrik qocalarımız niyə belə arzulayıblar, nədən onu hər şeydən üstün və uca hesab ediblər? Çörəyin bir tikəsi yerə düşəndə onu götürərək öpüb gözlərinin üstünə qoyublar, heç... | ANL |
Beləcə fəaliyyətim jurnaldan başladı. Mən ilk yazı və məqalələrimi orada yazmağa başladım. Universiteti bitirdikdən sonra iqtisadiyyat üzrə ixtisaslaşdım. O vaxt alimlərin məvacibi də çox aşağı idi, yönəldim məhz jurnalistika sahəsinə və getdim "7 gün" qəzetində çalışdım və bu da artıq jurnalistika sahəsində fəa... | ANL |
Magistraturaya qəbul prosesi: ümumi mənzərə və yeniliklər. Dövlət İmtahan Mərkəzi (DİM) bütün istiqamətlər üzrə imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir, imtahanlarda istifadə olunan tapşırıqlar bazasını, habelə bilik və bacarıqların daha dəqiq yoxla... | ANL |
Ramiz Abutalıbovun xatirəsinə. Moskvadan acı xəbər gəldi: Ramiz Abutalıbov dünyasını dəyişib. Dəyərli bir insanı, əsl ziyalını, millət fədaisini itirdik. Onsuz da az qalmış dostlarımdan birini də itirdim. Diplomat və jurnalist, maraqlı kitablar müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramizi "özü-özünü yaratmış... | ANL |
"Dəlinin qeydləri" mono tamaşasının düşündürdükləri. Tamaşadan çıxandan sonra bir fikir məni tərk etmirdi: axı mən 3 il öncə də bu tamaşaya baxmışdım, mənimçün orda baş verənlər yeni deyildi, bəs niyə əsər boyunca ilk dəfə baxırmış kimi həyəcanlanır, indi obrazın daxili kədərinin hüznünə bürünmüşəm?! Yəqin elə b... | ANL |
"Kiyev" ədəbi jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub. "Kiyev" ədəbi jurnalında "Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Ukrayna araşdırmaları və tərcümələrdə" sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi jurnalist, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukdur. Jurnalın b... | ANL |
Əbədiyyət yolçuları haqqında poetik hekayətlər. Bu kitabda toplanan şeirləri nə həyəcansız oxumaq olur, nə də dinləmək. Bir tərəfdən şairin yüksək sənətkarlıqla qələmə aldığı və 44 günlük müharibə dövründə həsr etdikləri elegiyalar ürək parçalayır, şəhid balaların gözlərini qırpmadan vətən yolunda həlak olmaları, c... | ANL |
"Ruhunu görəndə gözlərini də çəkəcəyəm". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Onunla rəssam Amadeo Modilyaninin "Janna Ebutern boyunbağı ilə" əsəri haqqında danışmışıq. - Elə rəssamlar var ki, onların həyatı, şəxsiyyəti və bu vəhdətdən doğan şəxsi həyatı o qədər maraqlıdır... | ANL |
Səfər müəllimə nəsə olub. -Hansı tamaşa məsləhətlidi? Kassir eynəyini burnunun ucuna sürüşdürüb qarşısındakı irigövdəli kişini aşağıdan yuxarı istehza ilə süzdü: -Necə tamaşa olsun, yoldaş Stanslavski, ağlamalı, ya gülməli? Kassirin bu cür müraciəti onu çaşdırsa da, mağmınlığını ört-basdır eləməkdən ötrü səsin... | ANL |
Əməkdar artist Xumar Qədimova mənim mütəmadi dinlədiyim, səsini mahnılarının musiqi notlarında birər-birər duyub hiss etdiyim sənətkardır. Psixologiyada belə bir məqam var: səhəri xoş ovqatla başlamaq lazımdır ki, günün də o cür davam etsin. Mənim aləmimdə açılan sabahların xoş ovqatını tənzimləyən meyardır Xumar Qədim... | ANL |
Ənənələri yaşadan novator sənətkar. Görkəmli xanəndəmiz Əlibaba Məmmədovun Azərbaycan muğam ifaçılığı və musiqi pedaqogikası sahəsində müstəsna xidmətləri var. Maştağada iki il 128 saylı orta məktəbdə oxuyub, ailəsi Zabrat kəndinə köçdüyü üçün IV sinifdən təhsilini buradakı məktəbdə davam etdirib. Natamam orta təhsil... | ANL |
Yubiley yaşın mübarək, Səyyad Aran! Yazıçı, publisist, Əməkdar jurnalist, ictimai-siyasi xadim Səyyad Aran. Gözəl insan, ziyalı vətəndaş, ədəbiyyat və elm adamı Səyyad Aran. Yubiley yaşın mübarək, Səyyad Aran! Səyyad Aran ədəbiyyat aləmində yeri, sözü, mövqeyi olan yazıçıdır. Səyyad Aran elə şeylərdən yazır, daima... | ANL |
Adətən, nəyi nə vaxt yaşadığımı xatırlamağı bacarıram. Bircə, sevdiyim, doğma bildiyim insanlarla tanışlığımın tarixi bizi doğmalaşdıran zamanın dolanbac yollarında düşüb itir, sonra nə qədər axtarsam da, tapa bilmirəm ki, bilmirəm. Nəzakət Məmmədli də həmin insanlardan biridir. Sizinçün "Yada düşdü" jurnalının ... | ANL |
"Xəyanətlərin ən pisi insanın özünə etdiyidir". Müsahibimiz tanınmış teleaparıcı və yazıçı Azər Qismətdir. Mərhum atam Həsənağa kişi baş mühəndis idi. Bizim nəslə inşaatçılar nəsli deyilərdi. Niyə qismət məsələsində atamdan başladığımı izah edim. O qardaşım gənc yaşda dünyasını dəyişdi. Boks üzrə respublika çemp... | ANL |
Şəkil təbəssümü. Uzun illər öncə xırda bir deşikdən qaranlıq otağa süzülən Günəş şüasının yaratdığı effekt insanların marağına səbəb olurdu. 4-cü əsrdə yaşamış yunan alimi və filosofu Aristotelə məlum idi. Müxtəlif tarixi abidələrin, o cümlədən, Aya Sofya məbədinin tikintisi zamanı arxitektorlar daxili güzgülərin yerl... | ANL |
Bu gün xalqın, millətin, bir sözlə, cəmiyyətin ziyalı sözünə, ziyalı kəlməsinə və ziyalı işığına çox böyük ehtiyacı var. Və belə bir deyim var: "Hər hansı bir tanınmış ziyalı dünyasını dəyişəndə onu ağlamaq lazım deyil, onu itirən cəmiyyəti ağlamaq lazımdır". Nə yaxşı ki, bu gün xalq tərəfindən sevilən və yaddan çıx... | ANL |
"Universal-onlayn"ın mahiyyəti və əhəmiyyəti. "ADAPTİV TƏHSİL SİSTEMİ" HAQQINDA MÜLAHİZƏLƏR. Şəkildə: professor Valeriy Kiriçukla Ukrayna Milli Elmlər Akademiyasında. Haqqında söz açacağımız layihənin məqsədi şagirdlərin sağlamlığını qorumaq, psixoloji durumlarını nizamlamaqla, onların təhsil aldığı sinifdə və məktə... | ANL |
Azərbaycan təhsilinin ötən ili: inkişaf üçün atılan addımlar. Ötən il təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsi... | ANL |
“Bir səbət tənhalıq” tamaşası yenidən səhnədə. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan maraqlı monotamaşalardan olan “Bir səbət tənhalıq” tamaşası bu dəfə də sənət ocağının repertuarında yer alıb. AZƏRTAC xəbər verir ki, dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında haz... | ANL |
Milli Dram Teatrında “Qarabağnamə” göstəriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 32-cu ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" ə... | ANL |
Nizami Gəncəvi yaradıcılığı Türkiyə portallarında. Türkiyənin “murekkephaber.com”, “dibace.net” və “erikagacioyku.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin türk dilinə tərcümə edilmiş “Qəm yemə, qəm əhlinin imdadına canan çatar” qəzəlinin, rübailərinin və şairin yaradıcılığı haqqında məlu... | ANL |
Respublika Uşaq Kitabxanası balacalar üçün ekskursiya təşkil edib. Yanvarın 11-də “Trio tədris incəsənət və idman mərkəzi”nin balaca fidanları F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə balacalar kitabxana ilə tanış olub, sonra kitabla düzgün rəftar etməyi öyrəni... | ANL |
Salatın Əsgərova haqqında videocarx hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı, Şəhid jurnalist Salatın Əsgərova haqqında videoçarx hazırlayıb. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Milli Qəhrəma... | ANL |
Rəngkarlıq muzeyində ustad dərsi. YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin ilk tədbiri yanvarın 12-də Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. AZƏRTAC xəbər verir ki, Miraslan Zeynin rəhbərliyi ilə reallaşacaq ustad dərsi “Tekstura və kollaj” mövzusu... | ANL |
Tarzən və xanəndə Şirulla İmanov anılacaq. Vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş Şirulla İmanov ötən əsrin əvvəlində Bakıda keçirilən konsertlərdə çıxış edib. Tarzənin bacarığını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli opera tamaşalarında tar ifaçılığını ona həvalə e... | ANL |
Misirdə Dünya Gənclər Teatrının təqdimatı olub. Azərbaycanlı gənclərin də iştirak etdikləri Dünya Gənclər Forumu çərçivəsində müasir gəncliyin bəşəriyyətin aktual problemlərini incəsənətin dili ilə ifadə edəcək Dünya Gənclər Teatrının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi və ... | ANL |
Xalq artisti Cəfər Namiq Kamal haqqında kitab nəşr edilib. Tanınmış teatrşünas və dramaturq Çingiz Ələsgərlinin Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitabı “Apostrof-A” nəşriyyatında çap olunub. kitabın redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri isə Akif Dənzizadəd... | ANL |
“İRS” in yeni nömrəsi ivrit dilində hazırlanıb. Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının İsraildə ivrit dilində növbəti nömrəsi Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük zəfərinə həsr olunub. İsraillə Azərbaycan arasında möhkəm, səmimi, strateji və dostluq m... | ANL |
AZƏRTAC xəbər verir ki, sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirilməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır. Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər... | ANL |
Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olunub. Azərbaycan aktrisası və rəssamı, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə verdiyi xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub. Bu barədə AZƏRTAC-a “Azərbaycanfilm” Kinost... | ANL |
“Artım” layihə məkanında yeni tamaşa. Yanvarın 16-da “Artım” layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək. AZƏRTAC xəbər verir ki, rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və ... | ANL |
Opera və Balet Teatrı “Traviata”nı təqdim edəcək. Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin “Traviata” operası nümayiş ediləcək. Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan səhnə əsərində baş rolları Əməkdar arti... | ANL |
İnamla inancın arası bir duyumluqdu; inanırsan, bu inam sənin düşüncələrinlə doğmalaşır, düşüncələrinin mənəvi bürüncəyinə dönür. İnam yaşantılardadı, inancda səmavilik də var. Uşaqlığımızda bizə elə gələrdi ki, yaz yağışına qoşa ovuc açsaq, göz açıb-yumunca ovcumuz dolsa, bütün niyyətlərimizə çatacağıq. Niyyətl... | ANL |
AHISKALI ŞAİR ZEYNUL YEKTAYIN SÜRGÜN POEZİYASI. Ahıska türklərinin el şairlərindən Zeynul Yektay (Zeynul Fəxri oğlu Fəxriyev) 1934-cü ildə Ahıska mahalının dağ kəndlərindən olan Uraveldə anadan olub. Doğulub dünyaya gəldiyi və on yaşınadək yaşadığı doğma yurdu Uravel Xero, Adıgün, Varxan, Qomoro, Toloş, Cağsman, ... | ANL |
XX yüzil sonu - XXI yüzil (önləri) Şəki ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslandır. V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərləri içərisində "Ruhlarla söhbət" poeması xüsusilə fərqlənir. Poemanı şairin yaradıcılığının şah əsəri də hesab etmək olar. Poema Abd... | ANL |
“Azərbaycanın coğrafiyaçı alimləri” kitabı işıq üzü görüb. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının ikinci nəşri işıq üzü görüb. 525.az xəbər verir ki, kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, redaktorları coğraf... | ANL |
Səyyad Salahlı sonralar Aran təxəllüsünü özünə götürdü. İmişlinin Qaradonlu kəndində dünyaya göz açan Səyyad Aranın əsli Qərbi Azərbaycandan idi, İmişliyə köçüb gəlmişdilər. İndi 70 yaşlı Səyyad Aran müasir Azərbaycan nəsrində özünəməxsus yolu, üslubu ilə seçilən bir nasir kimi diqqəti cəlb edir. Səyyad Aran yar... | ANL |
Kərküklü Sinan Səid. Azərbaycan xalqı onu oxuduğu "Evlərinin ögü yonca" mahnısı ilə tanıdı və sevdi. Yanğılı səsini, şirin ləhcəsini və özünəməxsus boğazlarını yaşlı nəsil bu gün də yaxşı xatırlayır. O uzaq və uzaq olduğu qədər də Azərbaycana doğma olan Kərkükdən gəlmişdi. Kim idi hər kəsin kərküklü Sinan Səid dediyi ... | ANL |
Universitetlərin idarə olunmasına yeni və mütərəqqi baxış. UNEC-İN REKTORU, PROFESSOR ƏDALƏT MURADOVUN BU MÖVZUDA FİKİRLƏRİ MARAQLA QARŞILANIB. Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədris... | ANL |
"Mehriban nağıllar" müəllifindən şeir töhfəsi. Uşaq yazarı Mehriban Nağıyevanın ötən il Bakı Uşaq Nəşriyyatında "Uşaqların şeir payı" adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru Nərgiz Əliyeva, rəssamı Mərziyə Şövkətdir. Qeyd edək ki, Mehriban Nağıyeva uşaqlar üçün nağıllar yazır. Bu dəfə isə o, balacaların görüşü... | ANL |
Milli Kitabxanada “Şuşa” virtual sərgisi. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ... | ANL |
Bakı Uşaq və Gənclər Teatrının təsisçi-rəhbəri İntiqam Soltanla elə sözügedən teatrda görüşdük. Mədəniyyət evində yerləşən teatrın şəraiti geniş olmasa da, İntiqam Soltanın özü genişürəkli bir insan kimi yaxşı tanınır. Onunla, məncə, səmimi, maraqlı bir söhbətimiz oldu və həmin söhbəti oxuculara təqdim edirəm. -... | ANL |
Ölkəmizdə çətin şərtlər daxilində oxumuş, ali təhsil almış gənclər çoxdur. Həyatda sıfırdan öz gücünə bir yerə gəlməyi bacaran, karyera qurmağa çalışan gənclərimiz də az deyil. Çox təəssüf ki, bəzən həyat şərtləri, bəzən öz zehnimizdə qoyduğumuz məhdudiyyətlər öz hədəflərimizə çatmağa mane olur. Bunu yalnız müə... | ANL |
Filologiya fakültəsinin dəhlizlərində addımladıqca, auditoriyalarda müəllimlərimizin mühazirələrini dinlədikcə müxtəlif düşüncələr bizi ağuşuna alır. Mahiyyətə varanda, bir az dərin götür-qoy edəndə düşünürsən ki, bizim ədəbiyyat, dil haqqında biliklərə yiyələndiymiz bu məkanda bir vaxtlar kimlər-kimlər addımlayı... | ANL |
"Bakının mərkəzi rayonunu yaradılmasına güclü müqavimət var". Elbay Qasımzadə: "Bakı şəhərinin icra başçısı hacıbala Abutalıbovla işləyə bilmədim - ona dediklərimi başa düşmürdü". Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin APA-ya müsahibəsi. Müsahibəyə təyin olunan vaxtdan bir qədər tez gəlmişəm. E... | ANL |
Gəncədə Cavad xan günü. Azərbaycanın xanlıqlar dövrünün xətm simvoluna çevrilmiş, ərazisini genişləndirməkdə olan böyük bir imperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verərək, qala divarı üzərində əlində qanlı qılıncı ilə şəhd olmuş, Gəncənin sonuncu feodal hakimi Cavad xan Ziy... | ANL |
Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti ilə görüşüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş və onun rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə görüşüb. Fondun prezidenti ... | ANL |
Pandemiya başlamazdan əvvəl Kölndə Türk Cəmiyyəti Xidmətlər Vəqfində (Tovak) bir toplantıda iştirak etdik. Başqan Həsən Karaşahin bölgədəki bütün ziyalıları toplantıya dəvət etmişdi. Hətta tədbirə Türkiyədən professor Haydar Özpınar, Aysel Özpınar kimi qonaqlar da qatılmışdı. Alaattin Dikerlə birlikdə Yücel Feyzioğlunu... | ANL |
Diqqətin metafizikası. Göyərçin Kərimi. Nəticəyə nail olmaqdan ötrü səbəbə doğru istiqamətlənmiş ixtiyari diqqət sayəsində əldə olunan nə varsa, başlanğıcını, əsasən, varlığın kor-koranə istəyindən götürür. Bu o səbəbdən kor-koranə istək hesab olunur ki, kor-koranə olmayan, yəni dərk olunmuş diqqət ixtiyari diqq... | ANL |
Yanvarın 17-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərovun 60 illik yubileyi olunub. 525.az xəbər verir ki, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli çıxış edərək Mayıl Əsgərovun mənalı ömür yolundan, ge... | ANL |
Diqqətin metafizikası. Nəticəyə nail olmaqdan ötrü səbəbə doğru istiqamətlənmiş ixtiyari diqqət sayəsində əldə olunan nə varsa, başlanğıcını, əsasən, varlığın kor-koranə istəyindən götürür. Bu o səbəbdən kor-koranə istək hesab olunur ki, kor-koranə olmayan, yəni dərk olunmuş diqqət ixtiyari diqqətə deyil, diqqətin... | ANL |
Ekstremal situasiyalarda müəllim necə davranmalıdır? Son günlər ölkə mediasının gündəmində müəllim-şagird münasibətləri ilə bağlı xəbərlərlə qarşılaşırıq. Məktəb kameralarına düşən görüntülər sosial şəbəkələrdə geniş paylaşılır, müzakirə mövzusuna çevrilir. Heç kəsi şagirdin nə etdiyi, ona nə üçün əl qaldırıldığı mara... | ANL |
Nizami Gəncəvi ənənələri Şəhriyar yaradıcılığında. Belə bir ideya var ki, sənət, ədəbiyyat və incəsənət kəhkəşanında ayrı-ayrı millətlərin informasiya alıb ötürmək imkanları heç də eyni səviyyədə olmur. Bu ideyanı təqribən belə izah etmək olar: tarixi inkişafın mərhələsindın asılı olaraq bəzi millətlər gerçəklik ... | ANL |
"Abbasqulu bəyin papağı" adlı yazıdan sonra bəzi dostlar, kinosevərlər "Axırıncı aşırım" filminin real həqiqətlərə uyğun olmayan epizodlarına, habelə tarixi şəxsiyyətlərin bu filmə təhrif olunmuş şəkildə gətirilməsinin səbəblərinə münasibət bildirməyimi xahiş etdilər. Düşündüm ki, bu müraciətləri cavabsız qoymaq... | ANL |
Təhsil İnstitutunun fəaliyyət yolu: islahatlar uğur vəd edir. Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezidentin 2016-cı il 14 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bazasında yaradılıb. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak e... | ANL |
Uşaq yaşlarından başlayan Vətən sevgisi. Qismətinə şəhidlik zirvəsinə ucalmaq yazılan, bir göz qırpımında əbədiyyətə qovuşan mayor Murad Məmmədov haqqında xatirələr. Sinif yoldaşımız Murad haqqında onun yoxluğunda danışmaq nə qədər ağrı-acılıdırsa, bir o qədər də qürurvericidir. Məktəb vaxtlarında əksəriyyətdən f... | ANL |
Dohadakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan ekspozisiyası. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub. Ekspozisiyada Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı Sərəncamına müvafiq olaraq nəşr ... | ANL |
Afad Qurbanovla bağlı virtual kitab sərgisi hazırlanlb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanovun fəaliyyətinə həsr olunan virtual sərgi hazırlayıb. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda al... | ANL |
Rəssam Nərgiz Quliyevanın fərdi sərgisi açılıb. Yanvarın 12-də Heydər Əliyev Sarayında istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət Nazirliyi və Mədəniyyət TV-nin birgə həyata keçirdiyi “Bizi birləşdirən Mədəniyyət” layihəsi çərçivəsində təşkil olunu... | ANL |
Dərin, işıqlı, insanı həyatdan dördəlli yapışmağa sövq edən, pisliklərin varlığını unutduran bir deyimdir. Pisliyin yoluxucu xəstəlikdən daha sürətlə yayılan bir xüsusiyyəti var. Məhv etmək ehtirası ilə yaşayırlar bu "xəstəliyin" daşıyıcıları. Bir dəfə qırırlarsa, ardınca dağıntı gəlir, bir dəfə kəsirlərsə, sonrası... | ANL |
Sovet dövrü türk xalqları tarixində əhəmiyyətli və ağır dövrdür. Bu dövrdə millətlərə həm mədəni, maarifçi güc, həm istiqlaliyyət əzmi gəlmişdir. Məhz həmin çarpışmalı illər idi ki, Oljas Süleymenov "Az-Ya"sı ilə türk xalqının tarixi gücünü, köçürülmüş slavyan ədəbiyyatını ortaya qoymuşdur. Müəllifə görə, qədi... | ANL |
Gədəbəyin alim qadınları kitabı təqdim olundu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında. (MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla. Tahirqızı və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar. birliklərinin üzvü Etibar... | ANL |
Dul qadının tənhalığı. Dünyaya göstərməliyik ki, xamamızın, ayranımızın, şorumuzun, lap elə həsirimizin əvəzi yoxdur. Qiymətli qida məhsullarının istehlakı hesabına bizdə mədə və ya yoğun bağırsaq xərçənginə rast gəlinmir, niyə biz bunları Qərbə yaymayaq? Niyə italyanlar operalarını dünyaya yaymışlar, biz öz muğ... | ANL |
Şəhid ruhuna vəfa borcumuz və sənət töhfəmiz. İstedadlı musiqişünas alim Əhsən Rəhmanlının "525-ci qəzet"in 2022-ci il 12 yanvar sayındakı "Ənənələri yaşadan novator sənətkar" adlı maraqlı məqaləsi çağdaş xanəndəlik sənətimizin azman ustadı Əlibaba Məmmədova, onun keçdiyi şərəfli sənət və yaradıcılıq yoluna, Az... | ANL |
Diqqətin metafizikası. Diqqət şüurlu və mütəmadi olaraq obyektdən obyektə, fəaliyyətdən digər fəaliyyətə doğru yönəlir, yəni keçid edir. Bu, fəaliyyət istiqamətinin dəyişməsi, yaxud köməkçi obyektlərin prosesə qoşulma vacibliyinə görə baş verir. Lakin diqqətin bir hadisədən digərinə keçid etməsi şüurlu olduğu kim... | ANL |
Mənim səadətim. Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır... Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. "Qapısız-pəncərəsiz otaqmı olar?" Bizim ətrafında fırlandığımızdı qütbümüz, ya sevgiylə, ya məcburən... Nə fərqi var ki? Mütləq var! Təkbaşına dizimizi qucaqlayıb oturdu... | ANL |
Müdriklik zirvəsinə aparan çətin yolun yolçusu. Bizim məmləkətimizdə Günəş Zenitdə olmur. Günəşin işığının günün hansı vaxtı və haradan düşməsindən asılı olaraq insanın kölgəsi müxtəlif - uzun, qısa, yayğın və s. formalarda görünür. İnsan yerini dəyişdikdə kölgənin də forması dəyişir, Günəşə doğru çevrildikdə i... | ANL |
Ramiz Əhmədovun dünyası. Görkəmli ictimai-siyasi xadim, dövrünün tanınmış jurnalisti Ramiz Əhmədov haqqında bu günlərdə çapdan çıxmış, hələ mətbəə qoxusu gələn "Xatirələrə sığmayan ömür" kitabını əlimə alanda onun xəstəliyinin ilk aylarında mənə yazdığı məktubu xatırladım: "...Əzizim Asif! Biz səninlə arzularımızı q... | ANL |
Xoşbəxtliyi görünməyən xoşbəxt ailə. Mədəniyyət işçisi kimi məclislərə dəvət alanda çalışmışam ki, dəvət edən haqqında müəyyən məlumatlarım olsun. Açığını deyim ki, şənliyə dəvət alarkən həmişə gözlərimdə dəvət olunduğum məclis sahibinin qüruru, tədbirdə iştirak edən qonaqların mədəniyyəti, ziyalılığı əsas rol oynayı... | ANL |
Aqil Abbas: "Qayıdıb Ağdamda yaşayacağam, orada mütləq kitabxana TİKDİRƏCƏYƏM". Müsahibimiz yazıçı, jurnalist, millət vəkili Aqil Abbasdır. - Molla Nəsirəddini ilk dəfə qəzetə siz gətirmisiniz, hətta özünüzü Mirzə Cəlilin şagirdi hesab edirsiniz. Haradandır bu sevgi? - Özümü dərk edəndən Mirzə Cəlili sevmişəm, ya... | ANL |
Bu sözlər yetmiş yaşını qeyd etdiyimiz Səyyad Arana aiddir. Bura deputat və diplomat sözlərini də əlavə etmək olardı, amma onda başlıq çox uzun çıxardı, Səyyad 1995-2005-ci illərdə Milli Məclisin üzvü, sonra İstanbulda ölkəmizin Baş konsulu olmuş, hazırda Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavi... | ANL |
Tanınmış yazıçı və ictimai-siyasi xadim “Şöhrət” ordeni ilə təltif edildi. Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Əməkdar jurnalist Səyyad Aranın (Salahlı) 70 illik yubileyinə həsr olunmu... | ANL |
Azərbaycanda peşə təhsili: artan diqqət, önəmli nəticələr. adlı xalçaçılıq müsabiqəsi, "Fantaziyanı biç, çantaya çevir" ekoçanta müsabiqəsi, veb proqramlaşdırma və aşpazlıq istiqamətləri üzrə ölkə səviyyəsində yarış, kiber təhlükəsizlik istiqaməti üzrə "WorldSkills Asia 2021" bacarıq yarışlarında təmsil edəcək şəx... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aygün Sərbazovadır. Onunla Xalq rəssamı Toğrul Nərimanbəyovun "Göyçay bağlarında" əsəri haqqında danışmışıq. - Toğrul Nərimanbəyov haqqında çoxumuz məlumatlıyıq. Ancaq rubrikamızın ənənəsinə sadiq qalaraq bu sualı verməliyəm. - Toğrul Nərimanbəyov yaradıcıl... | ANL |
Dünya ilə hansı münasibətdə olmaq isə individin birbaşa öz vəzifəsidir. Dünyadan kənara çıxmağın bir adı: dahilik, çıxmamağın iki adı var: məqsəd və məqsədsizlik. Məqsədsizlik əksəriyyətin, məqsəd ağı-qaradan seçənlərin təmsil olunduğu kateqoriyadır. Ən çətini sonuncudur: gerçək dünya ilə fasiləsiz təmas və əqidə prins... | ANL |
Bu zəfər donu geymiş bir ilin sevinci içində əlbəttə, yada düşən, göz önünə gətirdiyimiz gözəlliklər arasında əsas yeri şeir tutur. O düşüncəmizin, zövqümüzün şeir guşəsində təbii ki, dost şairlərin öz yeri var; şair Əli Mahmud qələm dostumuzdur. Amma onun haqqında düşünərkən nə etsəm də, hayana baş vursam da, öncə ba... | ANL |
Bu soyuqlar, bu küləklər, bu darıxmaq, uzaqlıq, Bir də onun gözlərimdən çəkilməyən xəyalı. Bu gün evdən də çıxmadım, telefonu söndürmüşəm. Yəqin zəng də etməmisən, düşməmişəm yadına. Sən olduğun uzaqlarda saat neçədir indi? Mənim kimi heç zaman gözlərin yol çəkməsin. Amma yadında saxla, Elə ağır olur ki, əlindən tutd... | ANL |
Azərbaycan elminin mogikanı - Təhsin Mütəllimov. Görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq, professor, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsinin müxbir üzvü Təhsin Mütəllimov Azərbaycan elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr verən b... | ANL |
Həyatımın ilk çiləkəni. Onu Bilqeyis xanım Dadaşzadə aradan qaldırmışdı. Allaha həmd olsun ki, həyatımdakı bütün çiləkənləri gözəl insanların sayəsində təmizləyə bilmişəm. Bilirsinizmi "çiləkən" nədir? Azərbaycan şivələrində o, adətən, axar suyun qarşısına düşüb hərəkətsiz qalan və ətrafına başqa axıntıları da yığıb... | ANL |
Dramaturgiyamız tənəzzüldən necə qurtulacaq? Əgər lirik növ ülvi hisslərin, düşüncələrin, duyğuların, dərk olunanların həzin, obrazlı təsviridirsə, o cümlədən, epik növ baş verən müxtəlif hadisələrin cərəyanetmə tempinə, ideya və məzmunun təhkiyəsinə əsaslanırsa, dramatik növ hadisə və hərəkətin, əyani göstərmənin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.