text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Gəncə sakinlərinin rəyini nəzərə alaraq, yerli hakimiyyət şəhəri iki yerə bölən Gəncəçayın üzərindəki körpülərə əlamətdar adlar verib. Artıq şəhərin Mirzə Abbas Abbaszadə küçəsindən keçən ən böyük və ən yaraşıqlı körpüsü qürur simvolumuz olan Şuşanın adını daşıyır! Şəhərin tarixi "İkinci hissə" adlanan ərazisin... | ANL |
Silinməz naxışlarla bəzənmiş ömür. AZƏRBAYCAN MEMARLIĞININ ENERJİYƏ QƏNAƏT VƏ EKOLOGİYA NÜMUNƏLƏRİNDƏ FƏQAN ƏLİYEV İZİ. İnsanın yaşadığı ömür yolu onun həyatını əks etdirən güzgüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sa... | ANL |
DOKTOR RƏŞAD MAHMUDOVA DOĞUM GÜNÜ TƏBRİKİ. Düz 48 il bundan öncə Şərqiyə Ana ONUNCU uşağın gələcəyini bildirəndə həddi-büluğa çatmış qızıldan ağır qızları buna qəti etiraz etdilər. Bacılar uşağın dünyaya gəlməsini istəmirdilər. Mən onu dünyaya gətirəcəm! Və çox keçmədi ki, uşağın gözlərindəki işıq, üzündəki nurlu,... | ANL |
UNEC-də qış imtahan sessiyası: şəffaflıq və obyektivlik yenə də ön planda. Fevral ayının 2-dək davam edəcək imtahanlarda ümumilikdə bakalavr səviyyəsi üzrə 14483 tələbənin iştirakı nəzərdə tutulub. Qış imtahan sessiyasında magistratura səviyyəsində təhsil alan ümumilikdə 3881 magistrın imtahanlarda iştirakı planlaşd... | ANL |
Tağıyevin zehnimizdəki və Bakıdakı heykəli. Heykəltəraşlıq haqda ən kiçik bilgiyə belə sahib deyiləm. Bu sənətlə yaxından-uzaqdan münasibətim ancaq Bakının və səfərdə olduğum şəhərlərin gözoxşayan mənzərəsinə ayrı bir füsunkarlıq və əzəmət qatan heykəllərinə tamaşa etmək qədərdir. Ancaq gözlərimin zövqünə də inanıram... | ANL |
Yaxşılıqları ilə ucalan Kişi! HACI ZEYNALABDİN TAĞIYEVİN HEYKƏLİ ÖNÜNDƏ DÜŞÜNCƏLƏR. Millətinə böyük yaxşılıqlar edən, xeyir işlərlə adını tarixə yazdıran milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin adı zaman keçdikcə daha hörmətlə yad edilir. Yazıçı Hüseyn Abbaszadənin dediyi kimi, yaxşı insan qızıl kimidir... H.Z.Tağ... | ANL |
Misralarını süngüyə çevirən Vətən qızı. YUBİLEYİ MÜNASİBƏTİLƏ ZƏRƏNGİZ DƏMİRÇİ QAYALIYA ÜRƏK SÖZLƏRİM. Bu yaxınlarda 60 yaşın astanasında görünən Zərəngiz Dəmirçi Qayalı xanımın mübarək adını 6 il öncə professor Babək Qurbanovdan duymaq şərəfinə nail oldum. Yeni məlumatlarla dolu zəngin fikirlərlə əhatələnmiş elmi... | ANL |
Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 525.az xəbər verir ki, tədbiri Milli Kitabxananın Beynəlxalq əlaqələr və Kitabxana-informasiya xidmət... | ANL |
Mən bu silsilə yazılarda təbii ki, papağı geyim dəstinin sadəcə başı soyuqdan, yağışdan qoruyan bir elementi kimi yox, ruhla, mənəviyyatla, milli yaddaşla bağlı, daha doğrusu yaddaşın bir parçasına çevrilən anlayış, dəyər kimi nəzərdən keçirdim. Doğrudan da özünü ruhən azərbaycanlı bilən bir kəs başqa bir xalqın pap... | ANL |
Gələcəyin bəlası: diqqət əskikliyi və hiperaktivlik sindromu. "Diqqətimi toplaya bilmirəm. Oxuyuram, amma anlamıram". Bəzi uşaqlar öyrənməklə bağlı problemlərini bu cür səlis və aydın şəkildə ifadə edirlər. Əksəriyyət isə beynində nə baş verdiyini anlamır, amma nə isə bir problem olduğunu bilir. Bəziləri isə oxumağa, ... | ANL |
Müasir Azərbaycan poeziyasında 20 Yanvar mövzusu. Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 30 il sonra ölkəmiz erməni işğalında olan torpaqlarını azad etdi. Bu tarixi faciə Azərbaycanın müstəqillik dövründə yaranan bədii əsərlərinin də mövzusu oldu. Poeziyanın, xüs... | ANL |
1990-cı illərin əvvəllərində Sovet dövrünün dəyərləri ədəbiyyatımızda iflasa uğrayır, yeniləri isə o qədər asanlıqla təşəkkül tapmırdı. 20 Yanvar faciəli mövzular ədəbiyyata şəhidlik mövzusu, şəhid obrazını gətirdi. 20 Yanvardan sonra ədəbiyyatın adi ritmi pozuldu, xalqlar, millətlə bərabər ədəbiyyatın özü də bir növ... | ANL |
XX əsr Azərbaycan xalqı üçün böyük siyasi-ideoloji ilklər yaşanması - milli dövlət yaranması və qəhrəmanlıq salnamələrinin yazılması ilə bərabər, siyasi təbəllüatlarla xarakterizə olunan bir dövrdür. Bu dövrdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda baş verən siyasi mübarizə və ideoloji hərəkatlar fonunda Azə... | ANL |
Tanınmış fotomüxbir Rasim Sadıxov 1990-ci ilin 20 yanvarında lentin yaddaşına köçürdüyü tarixi olaylardan danışır. Budəfəki müsahibim çəkdiyi şəkillər Azərbaycan foto və video salnaməsi üçün unikal bir xəzinə olan Rasim Sadıxovdur. 20 Yanvar faciəsinin canlı şahidi olan R.Sadıxov həm də o tarixi hadisələri lentin ... | ANL |
"And"ına sadiq mübarizlik simvolu. Könül Bünyadzadə: "Ürəyimdə axan qara qanlar mənim dərdimdi, amma bizi birləşdirən Ülvinin yaradıcılığıdır". Çopur-çopur uzanan yollar əyri talelərin əyani paralelləridir. Bu məhlə bir dəfə möhkəm silkələnib. Hər şey müvazinətini itirib. Bakı ağ-qara həyatdan rəngli həyata keçənd... | ANL |
Azadlıq istəyi ruhdan gəlir. Azadlıq ruhun dünyaya salamıdı. Bu salamın qətiyyəti tarixin dünənləri ilə mücadilənin sonluğudu... Xalqımızın azadlıq, müstəqillik mübarizəsinin tarixi azadlıq, müstəqillik niyyəti ilə yaşıddır. Heysiyyəti siyasətin ayaqları altında qalan dünya riyakarlığa boyun əydi. Həmin vaxtlardan... | ANL |
Düşüncə döngələri. sualı cilvələnirdi. Xətrinizə dəyməsin "çeşidlənən insanlar" deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də "dövr" adlı dolabın güzgülü dolablarında "səliqəylə" düzülür. Pərakəndə düşüncələri yalnı... | ANL |
"Özümü psixologiyada fərqli bir yöndən kəşf etdim". Həmsöhbətim əvvəllər televiziya aparıcısı kimi geniş tanınan, indi isə psixoloq kimi fəaliyyət göstərən Samirə Rəhimovadır. Onunla bu iki fəaliyyət sahəsi, müasir insanın psixoloji yardımın incəlikləri, cəmiyyətimizin indiki mənəvi durumu və başqa mövzularla bağl... | ANL |
Dul qadının tənhalığı. Ruhiyyənin təəccübə səbəb olan yeni görüşləri. Ruhiyyə televiziya kanallarından əlavə nəşriyyatlara da e-mail göndərib, onlara öz əməkdaşlığını təklif etmişdi. İlk reaksiya verən "Ədalət" nəşriyyatı oldu, çünki son illərdə xeyli tərcümə ədəbiyyatı çap edib, satışa çıxarmışdı. Nəşriyyat, əs... | ANL |
"Şairlik insan doğularkən verilən Allah vergisidir. Şairlik bizdən öncə bizə yazılan qismətdir. Onda onunla daha çox insan kimi, millət vəkili kimi söhbət etmişdik. Musa Urud imzasıyla oxucularının görüşünə isə kitabdan kitaba gəlir. Ara-bir vərəqləyir, ruhuma yatan şeirləri oxuyur, özümçün qeydlər götürürəm. Səh... | ANL |
Hər il elmi dövriyyəyə onlarla yeni nəşr çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2021-ci ildə bu sahədə xüsusilə fəal olub. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə də diqqəti çəkir. İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus di... | ANL |
Dəyərli pyesin uğurlu tamaşası. KARL ÇAPEKİN "ANA" ƏSƏRİ GƏNC REJİSSOR HƏCƏRXANIM MƏMMƏDOVANIN QURULUŞUNDA YÜKSƏK SƏVİYYƏLİ SƏHNƏ HƏLLİNİ TAPIB. Yanvarın 18-də Naxçıvan Dövlət Musqili Dram Teatrının səhnəsində "Ana" adlı tamaşaya baxdım. XX əsr çex ədəbiyyatının görkəmli simalarından biri Karel Çapekin (1890-193... | ANL |
Akademik Musiqili teatr yeni tamaşası ilə vətən müharibəmizin uğurlu səhnə təcəssümünə imza atıb. Aylar öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olarkən teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevlə söhbətimizdə Vətən müharibəsinə və möhtəşəm qələbəmizə həsr olunmuş tamaşa... | ANL |
Azərbaycan sevgisi. Axşam Bakıdan yeni gəlmiş bir video lentə baxdım. 1989-cu ildə keçirilən mitinqdə Xəlil Rıza şeirlər söyləyir, minlərlə insan onu tərənnüm edib alqışlayırdı. Həmin videokasetlərə baxdıqca Azərbaycanın müstəqilliyinə olan ümidlərimiz daha da artır, gələcək haqqında xəyallar qururduq. Təbii ki, müstə... | ANL |
Qarşımda bir kitab var: bu kitab Qarabağ qoxuyur, bu kitabdan Xarıbülbülün ətri gəlir, Şuşanın, Kirsin havası vurur üzümüzə, Ağdamın, Laçının, Kəlbəcərin nəfəsi duyulur. Dost-doğma torpağının, illər həsrətlisi yurd yerlərinin əzgin, yorğun, incik ruhunu duyursan, pıçıltısını eşidirsən. Sənə nəslini, kökünü, amans... | ANL |
Donuq duyğuların canlı xəyalı: Ağdam. Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz hazırlayardı. Ən qəribəsini şamaxılı Əlirza fikirləşmişdi, deyirdi dırmaşacaq ağaca, çağıracaq çıxın burda görüşək. Mən xəlvətcə nənəmdənqalma qədim şifonerimizə girib yad ... | ANL |
Sosial stereotiplər. faydalı və ziyanlı tərəfləri. Gündəlik həyatda tez-tez düşüncə tərzinə bələd olmadığımız insanların fikirlərini dinləməli oluruq. Onlar bizimlə fərdi hisslərini, düşüncələrini, təcrübələrini bölüşür və ya suallarımıza cavab verirlər. Bəzən fikirlərinin subyektiv xarakter daşıdığını anlasaq da, b... | ANL |
Mən yenə də protoqonist və antoqonist qüvvələrin axtarışındayam. Bu dəfə gedib bir qaranlıq otağa çıxdım. Zil qaranlıq. Ancaq bu işıqların da ümid axtarışında olduğunu gördüm. Qəribədir. İşıqdır bizə ümid verən, yoxsa bizik işığı ümidləndirən? Bütün həqiqətlər işıqdadır. Materializmin də, idealizimin də kökündə işıq da... | ANL |
düşmən bilməyə, Şapşalı, Fəzlüllahı işdən. kənar etməzmiydim? rədifli satirasındakı bu misraları oxuyan hər kəs yəqin ki, istər-istəməz özünə suallar verir: qəribə soyadın sahibi Şapşal kim idi? Qacar sarayına necə gəlib düşmüşdü? Dostu ilə düşmənini tanıya bilmədiyindən şikayətlənən Məhəmməd Əli onu "işdən kəna... | ANL |
Universitetlərdə Sovet mirasından necə qurtulmalı? UNES-in rektoru, professor Ədalət Muradovun bu yöndəki fikirləri ölkə universitetlərinin perspektivinə çağdaş və konstruktiv baxışı əks etdirir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasınd... | ANL |
Mötədillik psixologiyası: Eqo və Empatiya. Uca Allah kainatı mötədillik üzərində inşa etmiş və əbədiyyətə qədər də onun qanununda dəyişiklik olmaz. İnanırıq ki, təbiətdə baş verən hadisələr həmin mötədilliyin qorunmasına xidmət edir. İnsan orqanizminin fəaliyyəti də mötədillik prinsipinə tabedir. Əbu Əli İbn Sin... | ANL |
Nizami Gəncəvi yaradıcılığında tətbiqi elmlərin izləri. NİZAMİ GƏNCƏVİNİN ASTRONOMİK BAXIŞLARI. Müsəlman Şərqinin dünyaya bəxş etdiyi mütəfəkkirlər sırasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin xüsusi yeri var. Özündən əvvəlki dövrlərdə yaşamış filosofların, elm və sənət dahilərinin ən mütərəqqi cəhətlərini... | ANL |
Bülbülcan ocağının ecazi işığında. Azərbaycan musiqisinin beşiyi deyəndə, gözlərimizin qarşısında özünün bənzərsiz relyefi, saf iqlimi, dağlarının başına çalma təki sarılan bəmbəyaz dumanı, yaz-payız meşələrə, bağ-bağata pıçıltıtək çilənən çiskinli, yağmurlu havası, canlı bir sənət əsərini xatırladan xarıbülbül... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aygün Sərbazovadır. Onunla Natiq Fərəcullazadənin "Xarıbülbül" əsəri haqqında danışmışıq. - Aygün xanım, əsərə keçməzdən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi? - Azərbaycan rəngkarlıq məktəbinin parlaq nümayəndələrindən biri də Natiq Fərəculla... | ANL |
Azərbaycan-Polşa əlaqələri tarixindən. Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə Azərbaycan-Polşa əlaqələrinin üç başlıca səbəbini göstərirdi: "Azərbaycanın Qafqaz xalqları ailəsinə mənsubluğu, ölkədə yerli türk əhalisinin çoxluğu və nəhayət bu xalqın rus imperializmi tərəfindən əzilməsi". M.Ə.Rəsulzadə ... | ANL |
"Mən insanların ümidlə yaşamasını istəyirəm". Rejissor Teymur Kulov: "Araqarışdıranlarla, xəbis və nanəcib varlıqlarla ünsiyyət insanların yaşamaq eşqini məhv edir". Bu istedadlı insanı yaxından tanımaq istəyirsinizsə, ya onun Rusiyanın müxtəlif teatrlarında quruluş verdiyi tamaşalara baxmalısınız, ya da bir qədə... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Dünyanın indiki qarışıq vəziyyətində, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı gözlənilən təhlükələrdən uzaq tutmaq İlham Əliyev kimi mahir siyasətçiyə nəsib ola bilərdi. Bir az zəif, boş, təcrübəsiz idarəetmə ölkəni fəlakətlərə sürükləyərdi. İlham Əliyevin yüksək siyasi bacarığı, b... | ANL |
Jurnalistikaya dəyər qazandıran sima. Ustad Cahangir Məmmədlinin 80 illik yubileyinə təbrik əvəzi. Deməli, nəyisə öyrənmək üçün nümunələrə ehtiyac var. Bu nümunələr öyrətməklə eyni zamanda özləri də öyrənirlər və bu onların yüksəkliyə ucalmalarını təmin edir. Haqqında söz açacağımız müəllim də yüksəkdədir. Özü də bu, y... | ANL |
Dövlət İmtahan Mərkəzi imtahanlara başlayır. Məleykə Abbaszadə: "Buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcək". Kolleclərə qəbul imtahanının vaxtı da məlumdir. Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtaha... | ANL |
Pərvin İmanov. Vətən, torpaq, yurd deyəndə öncə onu yaşadanları düşünürsən. Əsrlərlə başı bəlalar çəkən Azərbaycanı əsrlərlə yaşadanları - canını fəda edənləri düşünürsən. İkinci Qarabağ savaşının şəhidlərini, döyüşçülərini, qazilərini düşünürsən.1991-ci il iyunun 16-da Tərtər rayonunun Seydimli kəndində dünyaya gə... | ANL |
Bibisi Səriyyə xanımın övladı olmadığından Ramini övladlığa götürüb, boya-başa çatdırıb. 1983-cü ildən Əfqanıstan müharibəsinin şəhidi Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbində oxumağa başlayıb. Rus dili müəllimi Laçın Cəfərovun dediklərindən: "Mən Ramini məktəbli olandan tanımışam. Bu gün onun təkcə şəhid ki... | ANL |
Üstümüzə günəşin şəfəqləridirmi yağan? O Qızıl Camdan tökülən damcılardı?! Bu şairanə giriş sözünü şairanə bir xatiratla davam etdirmək istəyirəm. Xalq şairi Hüseyn Arifin 70 illik yubileyi ilə bağlı olaraq Qazaxda və Ağstafada keçirilən silsilə tədbirlərdə mən də iştirak edirdim. İştirakçılar arasında Qazax Xeyr... | ANL |
Duyanlar hər fəslin öz gözəlliyini gözlərinə köçürür, gözlərindən könlünə. O gözəlliyin cazibəsində yaşanılanların şeiriyyətini ruhuna hopdurur. Yadıma gəlir ki, Zəngilan rayon ərazi özünümüdafiə taboru yenicə yarananda Ermənistanla sərhədi gəzib postların yerini müəyyənləşdirirdik. Sıx meşəliklərdən də keçirdik, qaya... | ANL |
Etnik münaqişələr. Bəşər tarixi başlayan gündən konfliktlər yaranıb. Dini, siyasi, iqtisadi və bir sıra sferalarda müşayiət olunan münaqişələr yüz illər boyu davam edir. Etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir. Dünyada bir çox ... | ANL |
Sənədlər və faktlar səltənətində. Hər bir qələm əhlinin, fikir sahibinin tarixi dəyəri onun öz xalqı qarşısında göstərdiyi xidmətlərin miqyası ilə ölçülür. Heç bir konyukturaya uymayan, 70 illik ömrünün 50 illini xalqına, Azərbaycan tarixinə və mədəniyyətinə xidmət etmiş Aslan Kənan belə fədakar tədqiqatçılarımızdandı... | ANL |
Texniki ali təhsildə Azərbaycan multikulturalizmi. "Humanitar sahədə təhsil alan tələbədən daha çox, texniki sahədə təhsil alan tələbənin Azərbaycan multikulturalizminə ciddi şəkildə ehtiyacı var". Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən etibarən "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə gir... | ANL |
Naxçıvanda Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqatlar. "Naxçıvan Muxtar Respublikası İran və Türkiyə ilə Araz çayı boyunca, Ermənistanla Zəngəzur və Dərələyəz silsiləsi ilə həmsərhəd olan unikal məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirib. Qədim sivilizasiyaların və mədəniyyətlə... | ANL |
Yenidən doğulan şəhər. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, qətiyyətli mövqeyi, dəmir iradəsi, Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Erməni... | ANL |
Yardımlıda bir şair var... İdris Babayevin söz dünyasından qeydlər. Bölgələrdə yaşayan qələm adamlarının çəkdiklərini elə bölgələrdə yaşayan həmkarları yaxşı bilir. Düzdür, informasiya texnologiyalarının sərhəd tanımadığı bir zamanda şöhrət qazanmaq, yaman-yaxşı qiymət almaq mümkündür, oxucu auditoriyası da geni... | ANL |
Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazı... Sənətdə və məşhur rus rəssamının xatirələrində. "Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən, birdən-birə dala qayıdıb məclisdə qalan müsəlmanları böyük zala dəvət etdirib, orada özünün boyu bərabəri mükəmməl və müzəyyən və çarçubə içindəki təsvirini (əksini) göstərdi... | ANL |
Filmlərimizdə doğulan qadınlar. Şəfiqə xanım isə nəinki bunu bacardı, hətta mən deyərdim ki, Azərbaycanın əsilzadə xanımlarının ən xarakterik və koloritli obrazlarından birini yaratdı. Bəy övrəti olan Pəricahan xanım filmdəki personajlar qalereyasında ərinin iradəcə zəif, söz sahibi olmaq istəsə də, buna təpəri ... | ANL |
XIX əsrin sonu XX əsrin ilk otuz illiyində qazax ədəbi mühitinin formalaşmasında qazax elmi və ictimai fikir tarixinin görkəmli simalarından olan Əhməd Baytursunoğlunun böyük xidmətləri olub. Onun babası Şoşaq vilayətinin ən nüfuzlu şəxslərindən olub. Atası Şoşaqulu Baytursun və əmisi Aktası XIX əsrin 80-ci illər... | ANL |
Buraxılış imtahanlarında nə kimi yeniliklər olacaq? Mart ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam və ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanılacaq. Artıq DİM tərəfindən buraxılış imtahanlarının dəqiq vaxtı da açıqlanıb. Kolleclərə qəbul imtahanının vaxtı da məl... | ANL |
Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı oldu. Bakıdakı 207 saylı tam orta məktəbdə Səid Rəşidzadənin əziz xatirəsi yad edildi. Məzunu olduğum 207 saylı orta məktəbə sonuncu dəfə nə vaxt getdiyim yadıma gəlmir. Amma xatirələr tez-tez oranın hər bucağını olduğu kimi yaddaşımda canlandırır. Uzun müddət... | ANL |
Xalça üzərində gəzişmələr. İlboyu arı kimi yorulmadan, usanmadan əkin-biçinlə, ən müxtəlif kənd işləriylə məşğul olan, çalışan, əlləşən Qərib babam payızın sonlarında topladığı məhsulun artığını elə kəndin içindəcə gələn alverçilərə satıb əlində pul edər və üz tutardı Bakıya. Bakıda artıq böyük əmimin evi vardı, yən... | ANL |
Dul qadının tənhalığı. Moisey öz xalqını 40 il səhrada əziyyətlərə qatlaşdırıb, dolaşdırdıqdan, sonra bu Vəd edilən diyara gətirib çıxarmışdı. Lakin Moiseyin özünə, həsrətində olduğu bu torpağa qədəm qoymağa əcəl imkan vermədi, axı o, öz yəhudi xalqını Allahın köməkliyi və müdafiəsi ilə Misirdəki köləlikdən aza... | ANL |
Böyüklərdən uzaq uşaq şeiri. Son günlər Azərbaycan Yazıçılarının növbəti qurultayı öncəsi, uşaq ədəbiyyatından edəcəyim məruzə ilə bağlı dövri mətbuata, kitablara, internet saytlarına və sosial şəbəkələrə nəzər yetirir, oxuyur və qeydlər edirəm. Bir neçə gün öncə həm böyüklər, həm də uşaqlar üçün maraqlı şeirlər yaza... | ANL |
- Əsəd müəllim, bu yaxınlarda incəsənət məsələlərindən bəhs edən "Dionisin şərəfinə" adlı kitabınız çapdan çıxdı. Öz yazılarında Allah ideyasını ardıcıl irəli sürən Əsəd Cahangiri şərabçılıq tanrısının şərəfinə kitab çıxarmağa vadar edən nə olub? Amma "Dionisin şərəfinə" başlığı Allah ideyasını inkar etmir. İn... | ANL |
Kanadada azərbaycanlı məşqçiyə böyük etimad. Elnur Qəmbərov: "Vətənə qayıtmağa həmişə hazıram". Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Elnur Qəmbərov artıq bir neçə ildir Kanadada yaşayır. Qısa müddət ərzində kanadalıların etimadını qazanan gənc məşqçi ilə söhbətimizə idmana gəlişindən başladıq. "İDMANÇI A... | ANL |
Alim ləyaqəti ilə yaşanan ömür. Milli iqtisad elminin nəzəri əsaslarının möhkəmləndirilməsində, Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin hərtərəfli şəkildə tədqiqində, yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında böyük zəhməti olan dəyərli alimlərimizdən biri də bu günlərdə 60 illik yubileyini ... | ANL |
Müasir elm və təhsildə parlaq uğurların ünvanı. Bu gün görkəmli alim, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun 60 yaşı tamam olur. Milli elm və təhsilimizin inkişafına mühüm töhfələr vermiş Ədalət Muradovun son illərdə UNEC-in rektoru kimi göstərdiyi mühüm fəaliyyət bu univ... | ANL |
Günlərdən bəri hər kəs professor Cahangir Məmmədlinin 80 illik yubileyi münasibətilə yazılar yazır, sosial şəbəkələrdə ona statuslar həsr edir. Keçmiş tələbələri, indiki tələbələri, həmkarları onunla ən gözəl xatirələrini bölüşürlər. Hamısını tək-tək oxuyuram. İllərdir, tanıdığım, sevdiyim Cahangir Məmmədlidən başqası ... | ANL |
QARDAŞ BAYATILARI. Adına baxıb elə güman etməyin ki, onları qardaşlar yaradıb. Qardaşlarçün bayatıları bacılar yaradıb. Həm də bu növ qardaş məhəbbətilə yoğrulmuş bayatılardan danışmağımın ayrıca səbəbi var. Hətta belə bayatılardan elə o vaxt xırdaca bildirişlə "Ekran-Efir"də yazım da gedib. Elə məsələ də bundadır ki,... | ANL |
Aləmdə səsi qaldı... Xalq yazıçısı, filologiya elmləri doktoru, 1980-90-cı illər arasında Azərbaycan Qadınlar Şurasının sədri olmuş, "Şöhrət" ordenli, Prezidentin Fərdi təqaüdçüsü, irili-xırdalı 60-dan artıq romanın, povestin, hekayənin, ssenarinin, rus dilindən çevrilmiş bədii tərcümə nümunələrinin müəllifi Əzizə x... | ANL |
Bunlar isə əsla ömrə yazılası deyil. Mən həyatım boyu xalqımızın bütün təbəqələrindən olan insanların belə sevincli günlərini görməmişdim. Noyabrın 8-də gecə yarıdan keçmiş saysız-hesabsız maşınlar siqnal verə-verə küçələrə çıxmışdı. On minlərlə insan, əllərində üçrəngli Azərbaycan bayrağı, qələbə nidaları ilə m... | ANL |
Şapşal Cənub folklorumuzun tədqiqatçısı kimi. Seraya Şapşalın XX yüzilliyin başlanğıcında Azərbaycanın cənubunda, Təbrizdəki fəaliyyətini onun zəngin ömür yolunun çox da parlaq və şərəfli səhifələrindən saymağın mümkünsüzlüyü yuxarıda müasirlərinin rəylərinə əsasən göstərilib. Lakin həqiqət naminə qeyd edək ki, o... | ANL |
Təbiətin qorunması və ekoloji tarazlığın bərpası yönündə yeni addımlar. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkədə aparılan struktur... | ANL |
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisini... | ANL |
Orta əsrlərin ingilis dili XV əsrin sonlarında dəyişdirildi, bu vaxt Uilyam Kakston ingilis dilində yazılmış və ya ona tərcümə olunmuş əsərləri çap edən ictimai mətbuat yaratdı. İtalyan, portəgiz, ispan dillərində ifadə olunan ideyalar fransız dilində olan kimi ekvivalent olaraq ingilis dilində də səsləndi, o vax... | ANL |
Urmiyadan gələn məktublar. Beyləqanda, Araz qırağında, Birinci Şahsevən kəndində mənim digər doğmalarımla yanaşı, 87 yaşında bir dayım da yaşayır - Əziz Abdullayev. Beyləqana yolum düşəndə çalışıram ki, ona mütləq baş çəkim. Əlbəttə, yaşına, bu elatın bir çox ahılları kimi, son illər tənha yaşamasına görə yox, insanlığ... | ANL |
Ruhi Xəstəliklər Klinikası. Salyeri ölüm yatağındadır və qaranlıq səhnədə işıq yalnız onun üzərinə düşüb. Hara aparırsız məni? Səhnə yavaş-yavaş işıqlanır. Salyerinin çarpayısının sağ tərəfində, səhnənin dərinində klavesin görünür. Alaqaranlıq içində işıq Tereziyanın üzərinə düşür. TEREZİYA (həyəcanla). Tereziya ... | ANL |
Boynubükük və yalqız qəsr. Dünyada gerçək olan üç acı var. İkincisi çarəsiz xəstəliklərdir, bu, hər gün ölmək deməkdir. Üçüncüsü isə ilk ikisindən daha ağır hesab edilən, bütün kədərlərdən daha betəridir. Çünki üzləşmək dəyişməyi, dəyişmək isə insanın özünü yenidən doğmağını tələb edir. Həqiqət isə budur ki, bütün do... | ANL |
Kinomanların və kinematoqrafçıların kitabı. Söz kinonun ən az ehtiyac duyduğu məfhumdur. Əlbəttə ki, söhbət nitq vasitəsi olan sözdən gedir. Teatrda bir qədər başqa cürdür - burda da söz hərəkətverici qüvvə, həlledici komponent olmasa da, hər halda sonuncu yerdə də deyil - teatr canlı sənət olduğu üçün personajl... | ANL |
Heç kimə maddi və mənəvi borcum yoxdur. On yeddi yaşımdan, yəni kənddən çıxandan, evimizdə şərt kəsmişdim ki, məndən narahat olmasınlar, özüm-özümü dolandıracağam. Beləliklə, tələbəliklə yanaşı, bir fəhlə həyatı yaşadım, qarşıma çıxan bütün müşgülləri, çətinlikləri özüm həll etdim. Üstümdə xırda zəhmətləri olan ... | ANL |
Müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Zakir Fəxrinin bu günlərdə, daha dəqiqi, aprelin 3-də 75 yaşı tamamlanır. Poeziyamızın son 50 ilini Zakir Fəxrisiz, onun özünəməxsus poetik təfəkkür və bədii ifadə tərzinin bəhrələri olan şeirlərini nəzərə almadan təsəvvür etmək çox çətindir. 75 ya... | ANL |
Hörmətli Aqil müəllim! Sizi - tanınmış yazıçını 70 illik yubileyiniz münasibətilə təbrik edirik. Siz bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. Ədəbi ictimaiyyətin maraqla qarşıladığı hekayələriniz müntəzəm olaraq mətbuata təqdim edilmişdir. Əsərləriniz Türkiyədə, İranda işıq üzü görüb. "Dolu" romanını... | ANL |
Aqil Abbasın yubiley yaşı. Müxtəlif illərdə "Elm və həyat" jurnalında müxbir, şöbə müdiri, "Sovet kəndi" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. 2005-ci ildən bugünədək Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik, müdafiə məsələləri və korrupsiya ilə mübarizə komitəsinin və Mədəni... | ANL |
Paşa Qəlbinur: "Həkimlik qədər ədəbi yaradıcılıq da mənim taleyimdir". "DÜNYANIN MƏŞHUR OFTALMOLOQLARI TƏSDİQ EDİBLƏR Kİ, COVİDİN MÜALİCƏSİNDƏ MÜƏLLİFİ OLDUĞUM "AKTİPOL" ƏVƏZSİZ DƏRMANDIR". Ad günü ərəfəsində Paşa müəllimlə görüşüb həm təbriklərimizi çatdırdıq, həm də maraqlı gələn mövzularla bağlı söhbətləşdik. ... | ANL |
Hörmətli Zakir müəllim! Sizi - tanınmış şair və tərcüməçini 75 illik yubileyiniz münasibətilə təbrik edirik. Sonralar dövri mətbuatda müntəzəm çıxış etmisiniz. Şeirlərinizə mahnılar bəstələnmişdir. "Dustaqxanadan-dustaqxanaya" romanınız, Vilyam Bleyk, Con Kits, Henri Lonqfello, Edqar Po, Uolt Uitmen, Robert Frost, A... | ANL |
Xalq yazıçısı Anara məktub. Çox hörmətli Anar müəllim, Bir dəfə televiziyada çıxışınızda dediniz ki, insanın taleyində vaxt və bəxtin böyük rolu var. Ancaq bəxt həmişə üzünüzə gülüb. Deməli, yaradanın sevimli bəndələrindənsiniz. Yaradan hər adama kəskin ağıl, zəka, fitri istedad, analitik təfəkkür, qabiliyyət, rəhbərl... | ANL |
Dünənlər barədə söz soruşulası canlı şahidlərin sırası lap seyrəlib. O, yolunun lap əvvəlində cavan Heydər Əliyevin rəhbərlik etdiyi şöbədə işləyib. Nədirsə elə başlanğıcdan, ilk təmas vaxtlarından o, Heydər Əliyevin ürəyinə yatıb, ona sonrakı bütün onillər boyu da həm bir həmkar, həm bir insan kimi xüsusi xoş ... | ANL |
Atası onu karate üzrə idman müəllimi Cavadın yanına aparmışdı. İlk gündən Fariz məşqlərdə o biri uşaqlardan fərqlənməyi bacarmışdı. Bu, təcrübəli məşqçinin də diqqətindən yayınmırdı. Fariz müəllimin bütün tapşırıqlarını yerinə yetirmək üçün boş vaxtı olan kimi məşq edirdi. Çox məsuliyyətli idi. Ona görə də respublika ... | ANL |
Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində. S. C. Pişəvəri mətbuatı və jurnalistikanı sevir, onların siyasi potensialını gənc vaxtlarından bilirdi. Onun siyasi fəaliyyətini qısaca iki dövrə bölmək olar: Bakı gəncliyindən ta 1945-ci ilin sentyabrında Təbrizdə ADF-nın orqanı kimi "Azərbaycan" qəzetini təşkil edənə ... | ANL |
Şərurdan Şuşaya boylanan şair. Naxçıvan ədəbi mühitinin dəyərli imzalarından biri də şair Sahib Əsgərlidir. 1962-ci ildə Şərur rayonunun (indiki Kəngərli rayonu) Xok kəndində anadan olan şair Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsilini tamamladıqdan sonra doğulduğu kənddə Azərbaycan dili və ədəbiyyatı müəllimi ... | ANL |
Tanrı naxışı. 40 ildən çox bir zaman içində sevdiyi peşə ilə məşğul olub, həm də şagird kontingentinin əksəriyyətini Kubinka-Sovetski deyilən məhəllədə böyüyən çətin uşaqların təşkil etdiyi 31 №li tam orta məktəbdə... Və bu uşaqlar onu çox seviblər, dərsinə, kimliyinə hörmət və ehtiram bəsləyiblər, 11-ci sinfin sonun... | ANL |
Müdrikliyin zirvəsində. Azərbaycan Xalq yazıçısı, nasir, publisist, ssenarist, Əməkdar İncəsənət xadimi Mövlud Süleymanlı müasir ədəbiyyat və mədəniyyətimizdə məxsusi yerə malikdir. Yazıçının bugünlərdə 80 yaşı tamamdır və bu rəqəm onun yüzlərlə pərəstişkarının, minlərlə oxucusunun, ədəbi-mədəni ictimaiyyətin ya... | ANL |
Ümidli yaradıcılıq üfüqləri. GƏNC TAMAŞAÇILAR TEATRI BARƏDƏ KÖNÜLAÇAN DÜŞÜNCƏLƏR. Hazırda Gənc Tamaşaçılar Teatrının truppasında məşhur sənətkarlardan Xalq artistləri Yasin Qarayev, Qurban İsmayılov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Əməkdar artistlər Şəfəq Əliyeva, Kəmalə Müzəffər (Hüseynova), Elşən Rüstəmo... | ANL |
Milli Kitabxanada “Aprel döyüşləri” sərgisi. Aprel döyüşlərinin ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq... | ANL |
Böyük Zəfərə doğru uğurlu addım - Aprel döyüşləri. Cəmi 4 gün çəkən Aprel döyüşləri ilə dünyanın gözlərinə çəkilmiş yalan pərdəsi aralandı, azərbaycanlıların və ermənilərin savaş qabiliyyəti haqqında mif dağılmağa başladı. Müzəffər ordumuzun parlaq tarixi qələbələrindən olan "Aprel döyüşləri"ndən yeddi il ötür. 2016-c... | ANL |
Vergi Məcəlləsinə dəyişiklik medianı qlobal risklərdən qoruyacaq. Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsinə münasibət bildirib. 525.az xəbər verir ki, MŞ-nın saytından yer alan açıqlamada R.Məcid dövlət başçısının təsdiqlədiyi qanunun media sektorunun üzləş... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Ülkər xanımla rəssam Tofiq Cavadovun "Külək" əsərindən danışmışıq. Tofiq Cavadov Azərbaycan təsviri sənətinə sərt üslubu gətirən və neorealizim üslubunda işləyən ilk rəssam kimi xatırlanır. Yaradıcılığının əhəmiyyətli bir hissəsi Abşeron ... | ANL |
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Eloiza, özünü dərin kök salmış ehtirasın biabırçı qalıqlarından azad et. Yadda saxla ki, Allahdan başqa hansısa digər biri barədə ən kiçik düşüncə belə, zinakarlıqdır. Mən xaç altında deyil, məhəbbət altında itaətdə idim. Allahdan qorx, bununla öz zəifliklərindən aza... | ANL |
Böyük zəfərdən soraq verən sətirlər. Tanınmış şair, Əməkdar jurnalist Rəşid Faxralı Söz Adamıdır, daha doğrusu, Sözün Adamıdır. Söz onun üçün dünyanın ən əziz və müqəddəs sərvətidir. Rəşid Faxralının söz, fikir sarıdan heç bir çətinliyi yoxdur. Mövzu qısa zamanda onun təfəkküründə genişlənir, adi sözlər dərin düşüncəl... | ANL |
Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində. Burada S. C. Pişəvəri ilə bağlı daha bir mühüm məsələyə aydınlıq gətirmək lazımdır. Bu da Sovet dönəmində münasibət və onun irsinin əslində qadağan edilməsi idi. Bu qadağanın səbəbləri M. Ə. Rəsulzadə və N. Nərimanov irsinin nəşrinə qoyulan qadağaların eyni idi. Pişəvəri irsi... | ANL |
Yaşamağa könüllü məhkum... Mən özümü indiki yaşıma hazır bilmirəm. Bəlkə də layiq görmürəm. Hər nədirsə, zamanla aramızda dava gedir; o məni israrla qabağa dartır, mən isə inadla keçmişə dartınıram. Bu qovğa içimdə bərk təlatümlərə səbəb olub. Ancaq insan var, Dispenzanın ifadəsi ilə desəm, gələcəkdə yaşayır. Bu gündə... | ANL |
HAFİZ HACXALILIN KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Seyrək çap olunsa da oxucularının qəlbində çoxdan özünə yer tapmışlardandır Hafiz Hacxalıl (Təmirov). Zamanın dolaylarında heç vaxt sözlə, sözə çevrilən dərdləri ilə dostluğunda etibarsızlıq eləməyib. İndiyə kimi işıq üzü görən kitablarında toplanan şeirləri Hafizin sö... | ANL |
Vətənə xidmət amalı ilə yaşamaq. Hər insanın ömür yolu mənalı və təkrarsız olmur, hər yaşanan ömürdən iz qalmır və hər ömür Vətənə, xalqa xidmət nümunəsinə çevrilmir. Bu kiçik yazıda məhz belə bir ömür yolu keçmiş insanlardan biri, uzun illərdən bəri çiyin-çiyinə çalışdığımız, öz təvazökarlığı, nəcibliyi, insanlığı, ... | ANL |
Böyük şəxsiyyət, görkəmli dövlət xadimi. Zəmanəmizin böyük dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin əbədi xatirəsi hər birimizin qəlbində daima yaşayır. Heydər Əliyev fəaliyyəti dövründə daima Azərbaycanı siyasi-iqtisadi və mədəni inkişaf yolu ilə gələcəyə doğru inamla apardı, ölkəmi... | ANL |
Fədakar alimin yeni kitabı. Filologiya elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 100-dən çox məqalənin və 10-a yaxın monqrafiya və tədris vəsaitinin müəllifi Lyudmila xanım Səmədova ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan Milli Elmlər Akademiyasının möhtəşəm divarları aras... | ANL |
İşdən evə qayıdarkən Həsən Hüseyni gördü, bir neçə həftə bundan qabaq yaxşılıq etdiyi Hüseyni, redaksiyada əməkdaş olan Hüseyni. Bir-birindən hal-əhval tutdular, arvad-uşaqdan söz saldılar. Hüseyn dedi ki, bu yaxşılığın əvəzini çıxmaq istəyir. Hüseyn dedi ki, heç olmasa, gedək restoranda dəyirmi stol arxasında də... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.