text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində. Pişəvəri o tayda azərbaycanlıların öz siyasi partiyasını və Muxtar dövlətini yaratmaq istəyəndə bu yeni layihələri Xiyabaninin Azərbaycan dövləti yaratmaq təcrübəsinin davamı kimi qurmaq istəmişdi. Öz müəlliminin məzarı başında dediyi nitqində Pişəvəri vurğulayır: "Pəh...
ANL
Vaqif Sultanlının "Budda heykəli". Vaqif Sultanlının elmi əsərlərində adətən, mühacirlərimizlə bağlı yeni və dəyərli bilgilər olur. Ona görə də harada görsəm acgözlüklə oxuyuram. Onun naşirliyini də yüksək dəyərləndirirəm. İndiyədək neçə-neçə jurnal, məqalələr toplusu çap etdirib. Naşiri olduğu jurnallara, toplul...
ANL
Köhnənin teatralı olsam da, indi repertuarları elə də izləmirəm. Hələ hekayəni təkrar-təkrar mütaliə etməyimi demirəm. Ona görə düşünmədən bilet aldım. Görəsən, bu günün estetikasına cavab verirmi? İçindən məlumatsız azlıq da cəlbedici adını eşidib. Uşaqları gəzməyə aparanda şəkillərini çəkirəm, kadr kadr arxasın...
ANL
Kuklaçılıq sənətinin unudulmaz korifeyi - Solmaz Musayeva. Uşaqları güldürmək, təəccübləndirmək nə qədər zövqlü olsa da, bir o qədər çətin və məsuliyyətlidir. Çünki həyat yolunun hələ ən başında, ilk pilləsində olan uşaq bu dövrdə nələr görüb, nələr əxz etsə, məhz onlar onun şəxsiyyətinin formalaşmasında, gələcə...
ANL
Neçə qapı kilidli. neçə arzu itirdi. Beynim Çernobıl şəhəri - illərcə yığılanlar məmləkəti tərk edir, qaçıb aradan çıxır. Gedirsənsə yaxşı yol, arada bir yad elə bu xaraba ölkəni, daş dediyin ürəyim darıxanlar məskəni. "Sarı sim"i qırıldısa kamanın, çalacağın sevdiyim avaz deyil. Bilirsən də son vaxtlar. necə gəlir sə...
ANL
NECƏ YAŞAMAYIM... Haqsız dünya ilə savaşa girdik, Düşmənə layiqli cavab da verdik. Bizə həsrət qalan yurdları gördük, Necə yaşamayım belə dünyada? Qələbə sevinci yaşatdı ordum, İşğaldan azaddır sevimli yurdum. Gələcək illərə xəyallar qurdum, Necə yaşamayım belə dünyada? Cahana bəllidir nəyə qadirik, Haradan gəlmişik, ...
ANL
Dözmürdük biz sənin ayrılığına, Elindən aralı qalan Kəlbəcər. Dərbədər salaraq övladlarını, Etmişdilər səni talan, Kəlbəcər. Həsrətlə baxırdıq Murova sarı, Çarə eyləmirdi dağların qarı. Yağı əlindəydi ləlü gövhərin, Vədəsiz solmuşdu şux gözəllərin. Aldı qisasını igid ərlərin, Ayrılıq olubdu yalan, Kəlbəcər. Xanım il...
ANL
Şəhid Mürsəlin təbəssümü. Bibim nəvəsi Mürsəl 44 günlük müharibə başlayanda, səfərbərliyə çağırılmışdı. Namazlarımda hər gün müharibənin qələbəmizlə bitməsini, onun sağ-salamat evə dönməsini arzu etsəm də, həyəcan öz yerindəydi. Eyni zamanda fikirləşirdim, mən bu qədər həyəcanlıyamsa, gör, ata-anası nələr keçirir. Qı...
ANL
Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində. Şeyxin yeddinci səhvini Pişəvəri Demokrat Firqəsində birliyin zəif olması ilə bağlayır. Demokratların bir hissəsi Bakı müsavatçılarına yaxın olan türkçülük tərəfdarları idilər. Pişəvəri özünə xas bolşevik məntiqi ilə yazır: "Şeyxin ətrafında olanların içərisində pantür...
ANL
Şair ömründəki beşlərin hikməti. Şair doğulmaq və olmaq, yaxud şairlik iddiasına düşmək. Biri talenin qisməti, o biri zorla şairlikdir. Birində təkcə yazdıqlarınla deyil, düşüncəndə, söz-söhbətində, təbiətlə ünsiyyətində, bir sözlə, hər halı ilə şairsən. Bu adın sənə vedikləri ilə müqayisədə səndən aldıqları sa...
ANL
Balet səhnəmizin cığıraçan əfsanəsi. Onun adını daşıyan qardaşı nəvəsi Qəmər Almaszadə deyir ki, Qəmər xanım bir şeyi istəyirdisə, o iş baş tutmalı idi... Elə bu cümlədən görünür, XX əsrin əvvəllərində Azərbaycan kimi bir ölkədə, ciddi, əsl müsəlman kişinin ailəsində dünyaya gələn bir qızın necə, hansı əzm və iradə h...
ANL
Mələklərlə rəqs. Yağış qəribə bir ahənglə şırıldayır və bu şırıltı gecənin əsəblərinə biz kimi sancılıb onu dincəlməyə, çimir eləməyə qoymurdu. Pəncərəyə yaxınlaşıb onun bir tayını açdı və bayaq küçədən səsi bir az boğuq gələn şırıltı nəm qoxuyan hava ilə bir yerdə dərhal otağa təşrif buyurdu, divarlara dəyib s...
ANL
Mir Cəfər Pişəvəri "Azərbaycan" qəzetində. (Əvvəli ötən saylarımızda). S.C.Pişəvəri 71-ci sayda Xiyabaninin səhvlərindən danışanda bunları demir, amma növbəti sayda bu sözləri misal gətirir və heç bir şərh vermir, keçir Şeyxin şəxsiyyəti haqda tamam başqa sözlərə. Bilinir ki, Şeyxin tənqidi Pişəvəri ətrafında ol...
ANL
VII Henri hiyləgərliklə xronika yazanlara müraciət etdi ki, İngiltərənin tarixini yeni, məhz Tüdor nöqteyi-nəzərindən qələmə alsınlar. O, italyan humanisti Polidor Vergili tək Anglica tarixinin yazılmasını məsləhət görürdü, bu da Şekspirin tarixi pyesləri üçün iki baş mənbə rolunu oynadı. Lakin bəzi tarixçilər VI...
ANL
Epos qəhrəmanlarında qeyri-səlislik. Koroğlunun dilindən söylənən bu sözlər başlığa ona görə çıxarılıb ki, dəlisovluq motivinin "Koroğlu"da daha geniş yer tutmasına, "Dədə Qorqud"la müqayisədə bu dastanın qeyri-səlis məntiq üçün daha çox zəmin yaratmasına işarə edilsin. Əvvəlcə dəlisovluğun, dəli igidliyin "Koro...
ANL
"Mənim xasiyyətimdə bir yerdə dayanmaq yoxdur". XALQ ARTİSTİ FİDAN HACIYEVA-NEYLOR: "HƏMİŞƏ VƏTƏNİMƏ BAŞUCALIĞI GƏTİRMƏK İSTƏMİŞƏM, VƏTƏNİMİ HƏMİŞƏ SEVİNDİRMƏYƏ ÇALIŞMIŞAM". Həyatda yeksənəqliyi sevmədiyimdən, peşə fəaliyyətimdə də buna sadiq qalmışam. İstər seçdiyim mövzular, istərsə üz tutduğum müsahiblərin ...
ANL
Tarixin ən qalmaqallı sarayında bir gün. Zaman dəhşətli qavramdır. İl ili əvəzlədikcə, yaş üstünə yaş gəldikcə bunu aydın anlayırsan. Başa düşürsən ki, yaşamaqla ölmək göz qırpımı qədər bir-birinə yaxındır. Anlayırsan ki, hər dəqiqənin bir hökmü var. Dünya durduqca yaşayacağını sandığın insanların, göz bəbəyi kimi qor...
ANL
Bizim yaşadığımız "Jildom" deyilən birmərtəbəli kommunal bina qış klubuyla Sərhədçilər şəhərciyinin arasındaydı. Sudanyanıq üç-dörd ağacdan savayı bir yaşıllığı olmayan həyət bu uzunsov binanın boyuna biçilmişdi elə bil. Axşamlar uzaqda - Araz boyunda qatarların işıqları sayrışır, axıb gözdən itirdi. Bilirdik k...
ANL
Nostradamusun görücülüyü və bu günümüz. Nostradamus bir neçə katrendə Azərbaycandan söhbət açır. Mişel Nostradamus dördlükdə bəyan edir: Mars açıq olanda Arl müharibədən imtina edəcək. Gecə vaxtı bütün əsgərlər qəfildən tutulacaqlar. Qaralar və ağlar Hindistanda torpaqda gizlədilmişlər. Satqını təmiz, pak adam qafi...
ANL
Mötəbər ziyarət. "Qoyun cibinizə, azərbaycanlılardan pul götürmürük". İsrar etməyin mənasız olduğunu başa düşüb pulu yenidən çantaya qoyuram. Mirzə Fətəli Axundzadənin Tiflisdəki ev-muzeyindəyəm - Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində. Nəzarətçi ilə qısa dialoqdan sonra yuxarı qalxıram. Bu...
ANL
Tok-şou haqqında nəcib qeydlər. İki nəfərin söhbəti (aparıcı və qonağın) üzərində qurulmuş teleproqramlar dünya televiziyasında geniş yayılmış formatdır. Amma təbii ki, belə formatda hazırlanan tok-şouların hər birinin özünəxas konsepsiyası, təsvir həlli, konkret xətti olur. Bəzən auditoriyanın iştirakıyla, bəzən ...
ANL
O burulğanlı günlərin içində yaşamaq, haçansa gələcək xoşbəxt, uğurlu, qalibiyyətli günlərin mütləq bir gün yetişəcəyinə ümid bəsləmək, inanmaq çətindən-çətin idi. Qat-qat çətin olansa, hər çiyinin daşıya bilməyəcəyi ağır yüksə bu idi ki, o, başqaları kimi sadəcə arzulaya, ümid edə bilməzdi. Arzulanan, ümid bəs...
ANL
Ailə institutunu necə qorumalı? Evli cütlüklərdə ən çox müşahidə olunan başlıca problemlərdən biri məişət münaqişələridir. Evliliyin ilk dövründə insanlar hər şeyin zamanla keçəcəyinə inanaraq bir çox çatışmazlıqlara göz yumurlar. Amma zaman ötdükcə göz yumması mümkün olmayan, yaxud da tərəflərdən hansınınsa artıq göz ...
ANL
DSX rəisinin müavini: İran xüsusi xidmət orqanları Azərbaycana qarşı fəaliyyətində narkotik qaçaqmalçılığından istifadə edir. “Sərhəd naryadlarına silahlı müqavimət göstərən, qanuni tələbə tabe olmayan narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib”. Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış...
ANL
"Yüksəliş" - ədalətli fərqlənməyə və davamlı inkişafa xidmət edən müsabiqə. Azərbaycanda yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı hesab edilən "Yüksəliş" müsabiqəsi, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Bu, iste...
ANL
Zəngilan elinin ağsaqqalı, tanınmış ictimai-siyası xadim Nəzir Qibləli oğlu Kərimovun işıqlı xatirəsinə dərin ehtiramla. Ötənləri xatırlamaq ötənlərdə olmuşları yenidən yaşamaqdı. Yeniyetməliyimdə, gəncliyimdə gördüklərim, yaşadıqlarım, eşitdiklərim heç zaman yaddaşımdan çıxmayıb, çıxmayacaq da... Ötən illərin x...
ANL
Şekspirşünaslığa dəyərli töhfə. TELMAN ORUCOVUN "ŞEKSPİR DÜNYASI" HAQQINDA DÜŞÜNCƏLƏRİM. Ötən əsrdə ədəbi tənqidin yaxşı ənənələri vardı, hər gələn yeni nəsil onu yaşadırdı. Məsələn, hansısa alim, hansısa mütəxəssis nizamişünas, füzulişünas, vaqifşünas kimi elm sahəsində tanınırdı, o şairin, yazıçının, dramaturqun...
ANL
Heç kim təsadüfən yaxşı insan olmur... TANINMIŞ İCTİMAİ XADİM NOVRUZ ASLANIN PORTRET CİZGİLƏRİ. Əslində, bu yazını martın əvvəlində yazmalıydım. Amma bir gözləntim vardı, ona görə əl saxladım. Nəyi gözlədiyimi bir mən bilirəm, bir də haqqında söhbət açacağım adam. Çünki özünə dedim ki, bəs mən filan məsələyə görə yaz...
ANL
Milli azadlıq hərəkatı Güney Azərbaycan nəsrində. İranın orta əsrlər sxolastikasından xilas edilməsi prosesinin başlanğıcı XX yüzilliyin əvvəllərində məhz Azərbaycanda yetişən proqressiv qüvvələr tərəfindən qoyuldu. XX əsrin 40-cı illərində Cənubi Azərbaycanda müstəqil demokratik hökumətin qurulması isə təbii ki, ədəb...
ANL
Mahir kəşfiyyatçı, unudulmaz şəxsiyyət. Uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin şanlı nəsil şəcərəsi ilə bağlı araşdırmalar aparır və Azərbaycanın dövri-mətbuatında bu mövzuda yazılar dərc etdiririk. Ümummilli lider Heydər Əliyev haqqında onun uşaqlıq və gənclik dostlarının, qohumlarının, eləcə də onu yaxından tan...
ANL
İrana Tağızadə ağır xəstəlikdən sonra vəfat etdi. İrananın getməyi yalnız uzun illər boyu çalışdığı doğma Akademik Dövlət Rus Dram Teatrının deyil, bütün Azərbaycan teatr sənətinin ağrılı-acılı itkisidir və dediyim həmin doğmalıq da yalnız bir teatra yox, ümumiyyətlə, teatr sənətinə vurğunluğun ifadəsidir. Səhnə ilə y...
ANL
Onların yeri hər zaman görünəcək. XALQ ARTİSTLƏRİ AZƏR PAŞA NEMƏTOV VƏ İRANA TAĞIZADƏNİN VƏFATI TEATR SƏNƏTİMİZ ÜÇÜN AĞIR İTKİ OLDU. Aprelin 9-da Azərbaycan mədəniyyəti və xüsusən teatr mühiti iki ağır itki ilə üzləşdi. Günün birinci yarısında teatr ictimaiyyəti tanınmış rejissor, Xalq artisti, Əməkdar incəsənət xad...
ANL
Təhsil sahəsində psixososial dəstək mühüm zərurətə çevrilib. İndi gündəlik həyatda tez-tez istifadə olunan "psixososial dəstək" ifadəsi cəmiyyətin bütün üzvləri tərəfindən eyni qarşılanmır. Bəs psixososial dəstək nədir? Psixososial sözünün hərfi mənasına nəzər yetirsək, "psixo" insanın daxili dünyası, yəni d...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Eloiza, özünü dərin kök salmış ehtirasın biabırçı qalıqlarından azad et. Yadda saxla ki, Allahdan başqa hansısa digər biri barədə ən kiçik düşüncə belə, zinakarlıqdır. Mən xaç altında deyil, məhəbbət altında itaətdə idim. Allahdan qorx, bununla öz zəifliklərindən aza...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Ülkər xanımla Xalq rəssamı Rasim Babayevin "Püstə ağacı" əsərindən danışmışıq. XX əsrin ikinci yarısında Azərbaycan rəngkarlıq məktəbinin inkişafında bir sıra yeni meyllər özünü büruzə verməyə başlayır. Bu da fərqli yöndə inkişaf demək idi...
ANL
Səfərdən qalmayan söz sarvanı - Ənvər Məmmədxanlı. Bu il 110 illiyi qeyd olunan Xalq yazıçısı Ənvər Məmmədxanlı ədəbiyyatımızda öz yeri, tərzi, çəkisi olan ədiblərimizdəndir. O, Azərbaycan ədəbiyyatında lirik-fəlsəfi-psixoloji nəsrin banilərindən sayılır. Ə.Məmmədxanlı ədəbiyyatda öz sözünü deməyə ilk irihəcmli ə...
ANL
Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru şair İbrahim İlyaslının 60...
ANL
Yubiley təbrikləri. Sizi şərəfli 60 illik yubileyiniz münasibətilə təbrik edir, ailə, övlad sevinci, yeni yaradıcılıq uğurları arzulayıram. Siz böyük və yaradıcı ailədən çıxdığınıza görə yüksək tərbiyə görmüş ziyalılarımızdansınız. Uzun müddətdir ki, Poeziya Evinin rəhbəri kimi fəaliyyət göstərirsiniz. Sumqayıt...
ANL
Tariximizin munis bir anının əbədiləşdiyi fotoşəkil. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin bioqrafiyası haqqında xeyli kitablar yazılıb və gələcəkdə də yazılacaqdır. Araşdırıcıların söykəndikləri qaynaqlar sırasında onun çıxışları, müsahibələri, mədəniyyət və incəsənət xadimlərilə apardığı söhbətlər xüsusi yer t...
ANL
Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaşlığı ilə "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu işə başlayıb. Ümummilli Lider Heydər Əliyevin ...
ANL
O gün müasir Azərbaycanın tarixindəki bir dövr bitir, başqa bir dövr gəlirdi. Əslində isə həmin günə hazırlıqlar ilin əvvəlindən başlanmışdı. Artıq yanvarda Kremldə qət edilmişdi ki, Bakıda respublikanı idarə edən birinci şəxs dəyişdirilməlidir. Üzdən baxanda təyinat edilən vəzifə nə qədər sanballı olsa da, had...
ANL
"Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə ziyarətçi sayına görə liderdir". AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİNİN DİREKTORU ŞİRİN MƏLİKOVA: "MUZEYİMİZ ÖLKƏMİZİN MƏDƏNİ HƏYATININ MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMİŞ MƏKANDIR". İlk muzeylər yəqin ki, insanların incəsənətə marağından, incəsənət əsərlərini toplamaq meylindən form...
ANL
Müsahibimiz yazıçı, dramaturq, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlidir. - Əli müəllim, uzun illər nasir kimi bədii yaradıcılıqla məşğul olmusunuz. Nəsrdən dramaturgiya kimi çətin janra keçməyinizdə səbəb nə oldu? Nəsrdə sizi nə qane etm...
ANL
Təkliyin simfoniyası. Elə taksidə də tək olmadığıma baxmayaraq tək idim. Təkliyimi maşının açıq pəncərəsindən salona dolan yaz küləyinin səsi pozur... Küləyə dərin təşəkkür keçir içimdən... Sürücü bütün yol hərəkəti qaydalarına dəqiq əməl etməklə həm də dəqiq susur... Arxa oturacaqdadı iki xanım mürgü vurur, bir az yaş...
ANL
Azərbaycan universitetləri beynəxalq reytinq cədvəlində. QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib olunur. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə ...
ANL
Olanlardan, keçənlərdən... MƏŞƏDİ İBADIN İKİ HAMBAL və İKİ ABBASI SƏRGÜZƏŞTLƏRİ. İli dəqiq yadımda deyil... Televiziyada o vaxtlar hələ cavan olan və yaradıcılığının yüksəliş dövrünü yaşayan Səyavuş Aslanov (onda hələ Aslan deyildi) haqqında veriliş gedirdi və o verilişin bir yerində aktyorun "O olmasın, bu olsu...
ANL
Xalq yazıçısı Kamal Abdulla Kulis.az-a müsahibə verib. Müsahibəni təqdim edirik. Yavaş-yavaş yaşayırıq, çalışırıq. Yaradıcılıqda nə yenilik var? - Beyində gedən proseslərə yenilik demək olarsa, hansısa proseslər beyində gedir. Real yenilik demək olarsa, sizin saytınızda çap olan eyniadlı hekayəm əsasında yazdığ...
ANL
Dünyada tarixi qələmə alanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan nadir insanlardan, dahi şəxsiyyətlərdəndir. Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanla...
ANL
Məktəbəqədər təlim-tərbiyə: gələcək üçün zəruri başlanğıc. AZƏRBAYCANDA MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ DAVAMLI ŞƏKİLDƏ DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR. Son illər Azərbaycanın dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçası) durumunun və səviyyəsinin yüksəldilməsi yönündə ardıcıl addımlar atılır. Məlum ...
ANL
Riçard ona xas olan lovğalığını dirçəldib, ordusundan tələb edir ki, "Bretonların köpüyünü" öldürsünlər. Bunu öyrənən Derbi səfərbərlik işindən imtina edir. Vuruş başlayır və Riçard belində döyüşə girdiyi atını itirir. Nəticədə Riçard və Riçmond Bosvort çölündəki döyüşdə qarşılaşırlar və Riçard öldürülür. Haki...
ANL
Epos qəhrəmanlarında qeyri-səlislik. Libasını dəyişmisən, tanımaq olmur. Kələkbazlıq dəlisovluqdan sonra ikinci mühüm motivdir ki, eposda özünəməxsus yer tutmaqla qəhrəmanı "nümunəvilik"dən çıxarır, onun fərqli bir tipdə ortaya çıxmasına səbəb olur. Bayındır xana aid "Amit soyunun arxası", "Qaraçuğun qaplanı", "...
ANL
Vegetarianlıq: vasvasılıq, yoxsa həyat tərzi? Vegetarianlıq təkcə ət məhsullarından imtina etmək deyil, ədalət və yaşatmaq fəlsəfəsidir. Bu həyat tərzinin təbliğini əsasən buddizm, hinduizm və xristianlıq dinlərində görə bilərik. Bu məzhəblərin daşıyıcıları başqa canlıları öldürüb qidalanaraq yaşamağı düzgün hes...
ANL
Hər il bu aylar evin hər küncünü dibçəklərlə bəzəyirəm. Dibçəklərdə gül-çiçək yox, tərəvəz şitilləri olur. Amma nədənsə bu dəfə daha həvəsliyəm. Məsələn, pomidorun bu növünü xeyli axtarandan sonra Buzovnada bir istilikxanadan tapmışam. Dibçəklərin rəngi fərqli olsun deyə neçə mağaza gəzmişəm. İndi isə hər səhər onları...
ANL
Günay Əfəndiyeva Özbəkistanın mədəniyyət və turizm naziri ilə görüşüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində Özbəkistan Respublikasının Mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb. 525.az xəbər verir...
ANL
"Kardeş kalemler"in aprel sayı Xalq yazıçısı Elçinə həsr olunub. Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin aprel sayı Türk dünyasının böyük ədibi, Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr edilib. Dərginin ənənəvi "Redaktordan..." başlıqlı ön sözündə dərginin baş r...
ANL
Bitməyən bir eşq hekayəti. XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN "ƏBƏDİYAŞAR MƏHƏBBƏT" KİTABINA SÖZARDI. Əliyevlər fenomeni haqda çoxsaylı tarixi-publisist əsərlərin müəllifi, Xalq yazıçısı Elmira Axundovanın növbəti kitabını oxuyanların ilk qənaəti, yəqin ki, belə olacaq: onları tale bir-biri üçün yaradıb! Zərifə və...
ANL
Son illər Azərbaycan teatr sənətinin inkişafı yönündə bir sıra dəyərli addımlar atılır, mühüm layihələr həyata keçirilir və təbii ki, bütün bunlar sevindirici işlərdir. Müxtəlif festivallar, konfranslar, teatr günləri bu sahədə bəlli bir canlanma yaradır. Bu günlərdə isə Azərbaycan teatrının inkişafı, mövcud problemlər...
ANL
Peşənin cinsi. PEŞƏNİN KİŞİSİ-QADINI OLMAZ... Cəmiyyətin adətən, kişilərin çalışdığına adət elədiyi elə peşə və sənət növləri var ki, orada qadınların işlədiyini görəndə ilk baxışdan insanlarda təəccüb yaranır. Halbuki bu işlərdə çalışan və kifayət qədər uğur qazanmağa müvəffəq olmuş xeyli qadın da var. Əvvəllər həki...
ANL
Deməyə söz olanda... İnternetin həyatımıza daxil olmasıyla televiziya öz tamaşaçılarının müəyyən qismini itirdi. Hazırda internet resurslarında tamaşaçının zövqünə, dünyagörüşünə, hətta əhvalına uyğun və bilik bazasını artıracaq kontentlər çoxdur. Bu yazım Tural Yusifov (o, həm də məşhur "AvtoStop" verilişinin a...
ANL
Millət gərək bunu bilə. Dövlətçiliyimizin (müstəqilliklə sovetin tərkibində olmanın arasında yerdən göyəcən fərq varsa da, hər halda dövlətçilik dövlətçilikdir və o da, bu da bizimkidir, öz tariximizdir) və ziyalılığımızın tarixindəki heç vaxt silinib getməyəcək ləkə kimi. Və həmin bəladan qurtulduqsa, o qasırğa ...
ANL
İxtisas seçərkən nələrə diqqət yetirməli? Ali təhsil müəssisələrinə qəbul zamanı ən önəmli mərhələlərdən biri də ixtisas seçimidir. Tələbə adını qazanmaq istəyən hər bir abituriyent ixtisas seçimi edərkən yığdıqları bala və yiyələnmək istədikləri ixtisasa önəm verməlidirlər. Mütəxəssislərin fikrincə, abituriyentlər ix...
ANL
Uzun müddətdir məni narahat edən bir fikri oxucularla müzakirə etmək qərarına gəldim. Bu, ilk baxışdan dərin əhəmiyyət daşımayan, əslində isə həssas yanaşma tələb edən, böyük bir ictimai-siyasi hadisəni ifadə edərkən, təəssüf ki, tez-tez işlədilən "qovulmaq" sözü ilə bağlıdır. Qərbi Azərbaycandan olan məcburi köçkün s...
ANL
Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri. Həmin günlərdən birində Lənkəranda gözlənilməz partlayış səsindən yer-göy lərzəyə gəldi. Onun sədası ətraf yaşayış məntəqələrində də eşidilmişdi. Yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb tökülmüşdü. Dedilər ki, əsgərlər təlim keçirlər. Əslində belə deyildi. Adamlar h...
ANL
Yuxudan qan-tər içində ayılan depressiya ona tərəf addımlamağa başlamışdı... Yaxınlaşdıqca qadının üz ifadəsi dəyişməyə başlayırdı... Az öncə yatağa ölü kimi uzatdığı vücudunu buraxdığı yerdə tapammırdı. Sanki tavandan asdığı ruhunun ayaqları altında tərpənən kətilin aşacağı qədər yol qalmışdı ölməyinə... Barmaqların...
ANL
Nəsillərə örnək ömür. Azərbaycan dünyada hər zaman öz istedadlı şəxsləri, sözün əsl mənasında şəxsiyyətləri ilə məşhur olub. Onlardan biri, mövlud gününü hər il aprel ayında sevə-sevə qeyd etdiyimiz görkəmli Azərbaycan rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü Hüseyn Axundovdur. 1921-ci il aprelin 28-də Bakının Balaxan...
ANL
İki gün ərzində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Teatr Forumunun keçirilməsi ölkənin mədəni həyatında çoxdan görmədiyimiz bir canlanma yaratdı. Ulu öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan peşəkar teatrını...
ANL
İkinci Dünya müharibəsi bitəndən sonra ölkədə həyatın normal axara düşməsi ilə ingilis, alman, fransız dillərinin öyrənilməsinin aktuallığını nəzərə alaraq bu təhsil müəssisəsində eyni adlı fakültələr yaradıldı. Sonradan 1959-cu ildə Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus ...
ANL
Kitab-kitab böyüyək! Kitabın, mütaliənin gücünə də, romantikasına da həmişə inanmışam. Bir məsələ var ki, biz kitabın gücündən çox romantikasına inanır, onun arxasınca gedirik. Kitabı daha çox əyləncə, vaxt keçirmək üçün oxuyur, ya da sıxıcı dərs kitabları deyib keçirik. 8-11 aprel tarixlərində keçirilən, Ümummilli li...
ANL
Xalq şairi Ramiz Rövşənlə görüş olub. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Ramiz Rövşənlə görüşə həsr olunmuş "Poeziya xəzinəmiz" adlı tədbir təşkil edilib. 525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əvvəlində Ramiz Rövşən ya...
ANL
Bəstəkarlar İttifaqının “Simfonik, səhnə və xor musiqisi” müzakirə edilib. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) qurumun “Simfonik, səhnə və xor musiqisi” bölməsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bölmənin sədri, Xalq artisti Azər Dadaşov, bəstək...
ANL
1941-ci ildə Sovet qoşunları Cənubi Azərbaycan ərazisinə daxil olub Milli hökumətin qurulmasına yardım etmişdi. Ancaq bu hadisələr müharibənin əvvəlində baş vermişdi, məğlubiyyət xofu uzaqlaşmağa başlayan 1943-cü ildən sonra Sovet siyasəti dəyişməyə başladı və İranda yaradılmış (ötən məqalədə haqqında danışılmış)...
ANL
Qəmbər Hüseynlinin məzarı ətrafında uşaq parkı salınıb. Onun şair Tofiq Mütəllibovun sözlərinə yazdığı "Cücələrim" nəğməsi isə dünyanın yüzdən çox ölkəsində müxtəlif dillərdə səslənərək, bəşəriyyətin əbədiyaşar əsərləri sırasına düşüb. Hətta bütün zamanların ən böyük kinoaktyoru sayılan Çarli Çaplin deyib ki, "Cücə...
ANL
"Məhz Ərdoğanın hakimiyyəti dövründə onlar Türkiyə ilə hesablaşmağa məcbur oldular". Politoloq Elşən Məcidov: “Qərbin dünya üzərində dominantlığında çatlar Türkiyənin müstəqil siyasətə qədəm qoymasından başladı”. Türkiyə mövzusu bu günlərdə dünya mediasının gündəmindədir. Gələn ay bu ölkədə keçiriləcək prezident v...
ANL
Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri. Tədqiqatçı-alim Mirhaşım Talışlı yazır ki, 1918-ci ilin mart-aprel günlərində erməni quldur dəstələri Sütəmurdov kəndində 13 ağsaqqalı qətlə yetirib, rayonun Şıxəkəran, Xolmili və Mamusta kəndlərində də qanlı cinayətlər törədiblər. Müəllim Şükür Şükürovun məlumatına ...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. (Əvvəli ötən çərşənbə sayımızda). İki şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin olmayanlar təqsirkar olmalıdır və kim ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin ləyaqətdən təcrid olunurlar. Mənim düşüncəmin qarışıqlığında Allahı provokasiya etməkdən daha çox o adamı tə...
ANL
Ümidli yaradıcılıq üfüqləri. Yaradıcı sənətkar kimi amplua "çərçivəsinə" sığmır, cəsarətlə onun sərhədlərini sındıra bilir və çox mürəkkəb janr-üslublarda da sərbəstliyi, təbiiliyi, reallığı ilə seçilir. Daxili imkanlarının ənginliyi və ifadə vasitələrinin zənginliyi, fərqli janrlarda sərbəst yaradıcılıq iqlimi y...
ANL
İkilikdə söhbətdən əvvəl və sonra. İkiləri idilər. İki ağıllı, təcrübəli şəxsiyyət və söhbətlərinin mövzusu da Azərbaycan üçün çox vacib olan ilk Milli Ensiklopediyanın ətrafında cərəyan edən hadisələr. Azərbaycana rəhbərliyinin artıq beşinci ili tamam olmuş Heydər Əliyev və Xalq şairi, Azərbaycan Ensiklopediyas...
ANL
"Hər konsertimdən mütləq maraqlı bir xatirə qalır". DİRİJOR, BƏSTƏKAR VƏ PİANOÇU ƏMƏKDAR ARTİST TURAN MANAFZADƏ İLƏ SÖHBƏT. - Turan xanım, bir qədər ənənəvi səslənsə də, söhbətə bu sualla başlamaq istərdim: musiqi sizin üçün nədir? - Musiqi sənət növləri içərisində insan duyğularını ən tez ələ alan bir sahə, insana ...
ANL
Bu yaxınlarda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli mənə Dilçilik İnstitutunun arxivində saxlanılan 12 səhifəlik məqalənin surətini təqdim etdi. Müəllifi 1934-37-ci illərdə EA-nın Dil və Ədəbiyyat İnstitutunun Dil seksiyasında birinci d...
ANL
Yusif Küseyir oğlu: şəxsiyyət və fəaliyyətinə dair mülahizələr. Yusif Küseyir oğlunun haqqında bugünədək bir sıra araşdırmalar aparılsa da, təəssüf ki, onun şəxsiyyəti ilə bağlı dəqiq məlumatlar əldə olunmayıb. Maraqlıdır, görəsən, necə olub ki, Yusif Küseyir oğlunun şərəfinə inşa edilmiş türbə dövrümüzədək gəlib ...
ANL
Türkiyədə daha çox rast gəldiyimiz, amma son zamanlar bizim də dilimizə daxil olan bir ifadə var: "Üç meymunu oynamaq". Ötən illərdə hətta kiçik suvenirlərini də görmüşdüm o görməyən, eşitməyən, danışmayan meymunların. Əlləri ilə gözlərini, qulaqlarını və ağzını bağlayan bu üç meymun həm Türkiyədə, həm də bizdə həqi...
ANL
Qıpçaq abidəsi "Codex Cumanicus" haqqında dəyərli tədqiqat. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyevin "Codex Cumanicus" və kuman dilinin leksikası" adlı monoqrafiyası çap olundu. Bu monoqrafiya Azərbaycan türkologiyasında "Kodeks kuma...
ANL
Nəğmə-nəğmə parlayan bəstəkar imzası: Firəngiz Babayeva. Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümayəndələrindən biri, onlarla sevilən mahnının müəllifi Firəngiz Babayeva həm də özünün təvazökar xarakteri, sakit, səssiz təbiəti ilə tanınır və sevilir. Bu təvazökarlığı bütün həyatı və yaradıcılığı boyunca bəstəkarı ...
ANL
Akademik Hətəm Quliyevin əziz xatirəsinə. Həyat möhtəşəm məcaradır. Bu məcaranın içərisində olmaq üçün hər birimiz naməlum dayanacağa yalnız bir dəfə bilet alırıq. Bu yolda nə ilə, necə məşğul olacağmız isə bizim xarakterimizin meyllərindən asılıdır. Əgər biz Sirrin üzünə cəsarətlə baxmağı öyrənə, bu Göyün altındakı ...
ANL
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də odur ki, siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmuş, əvvəllər çar "oxranka"sının, daha sonralar isə 1920-1930-cu illər sovet FK və NKVD-sinin azərbaycanlıların yaddaşında həkk et...
ANL
"Türkiyədə siyasi sabitliyin uzunömürlü olması müsbət məqamdır". Türkiyənin son illərdə ən müxtəlif sahələrdə əldə etdiyi uğurlar göz önündədir. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş ölkə dünyanın siyasi səhnəsində regional gücdən qlobal aktora çevrilib. Eyni zamanda müdafiə, texnologiyalar və digər s...
ANL
Tanınmış musiqişünasın yubileyi keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Həcərxanım (Həcər) Babayevanın 75 illik yubileyinə həsr olunmuş konfrans və “Seçilmiş məqalələr” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə...
ANL
Azərbaycan kinosu Varşavadakı Avrasiya Film Festivalında. Festival Polşanın kino təqvimində yeni hadisə sayılır və yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradır. Festivalın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ...
ANL
Şekspirin təəccübə səbəb olan müxtəlif formalardakı 13 komediyası var idi. Bu pyeslər radikallıqdan başlayıb, sehrli olanlara və hətta sonu faciə ilə bitənlər sırasına daxil idi. "Komediya" sözü qədim yunan kəlməsindən yaranmışdı, Dionisin yaz vaxtı musiqili mərasimlərindən və rəqslərindən irəli gəlirdi, onlar sik...
ANL
Epos qəhrəmanlarında qeyri-səlislik. İgidlik ondur, doqquzu qaçmaq. Qeyri-səlisliyə meydan açan kələkbazlıq motivi "Koroğlu" eposunda özünü necə göstərir? Dəlisovluq motivinin ifadəsi baxımından "Dədə Qorqud" eposu ilə yaxından səsləşən "Koroğlu"da kələkbazlıq, triksterlik motivi hansı səviyyə və miqyasda qarşım...
ANL
Şair Qonçabəyim Kəngərli: yeni arxiv sənədlərinin işığında. Azacıq da olsa, ayağını çəkirdi. Naxçıvan bağlarında ağaclar yarpaqlarını tökürdü. Payızın son aylarında Naxçıvanda işə başlayan bu gürcü gənc köksündə lirik şairlər gəzdirən Nikoloz Barataşvili idi. Onunla gimnaziyada bir sinifdə oxuyan Levan Melikişvili Na...
ANL
Fəlsəfə qıtlığı, yoxsa düşüncə yoxsulluğu? Veriliş mənim yeni çapdan çıxmış "Kinonun fəlsəfəsi" kitabımın müzakirəsinə həsr olunmuşdu. Mən belə cavab verdim ki, çoxları fəlsəfəyə mürəkkəb, çətin elm kimi bir qədər kənardan və uzaqdan baxsalar da, əslində bu elm bizim düşüncə və həyat tərzimizin dəyişməz atributl...
ANL
Sağlamlığın qənimi: geni dəyişdirilmiş qidalar. Çox da uzaq sayılmayacaq keçmişdə bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi isə ilin istənilən fəslində bütün nemətlər satışa çıxarılır, geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Piştaxtalar boyu-buxunu bir, əkiz ki...
ANL
Dahiliklə fəth arasındakı yol. Tarixin hər üzünü görənlər, ən qədim şahidlər daşlar, divarlar, qalalar, hasarlardır. Kim bilir, bağırlarında axıdılan nə qədər qanlar qurudub bu abidələr, nə zəlzələlərdən, nə silkələnmələrdən, necə adamlardan keçib gəliblər. Onlardan biri hər kəsin bircə dəfə də olsa gördüyü, ya da...
ANL
Əvvəl Eldar Namazovun, sonradan Etibar Babayevin rəhbərliyi dövründə "Space"in efirində əsasən sanballı, peşəkar, keyfiyyətli ictimai-siyasi-mədəni proqramlar yer alırdı. Hətta kanalın müəllif verilişlərinin aparıcıları arasında bir rəqabət vardı. Milli kinomuzda özünəməxsus üslubu, mövzulara satirik-sarkastik ya...
ANL
Ayaz Salayev :“Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir". “Biz kinoya baxıb kim olduğumuzu, tarixdəki rolumuzun nə olduğunu bilməliyik”. Onun sözlərinə görə, “Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir: "Çünki biz görürük ki, buna yönələnlər m...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Sosial şəbəkələr yaxşı-pis cəhətləriylə həm də insanları qiymətləndirmək vasitəsidir. Qəliz, ekstremal situasiyalarda, hay-küy içərisində insanların davranışlarını müşahidə edib, tərbiyə, nəciblik, kübarlıq kimi keyfiyyətlərin süni, yoxsa gendən gəldiyini müəyyənləşdirmək olu...
ANL
DƏRİNLƏRİN BİRGƏLİYİ. Onda istedadlı, ağıllı, işıq daşıyan adamlara xüsusi rəğbət vardı. Bu keyfiyyət həmişə onunla idi - Dövlət Təhlükəsizlik Komitəsində çalışanda da, Sovet Azərbaycanına rəhbərlik edəndə də, müstəqil dövlətimizi idarə edəndə də. Səbəbsiz deyil! Və sanki bu qəbil insanları da qəlbən və ruhən öz...
ANL
Şəhid anası. Vətən müharibəsi şəhidi Ayhan Haqverdiyevin anasını xəstəxanada hər kəsdən təcrid edilmiş palatada COVİD-19-la mübarizə aparan vaxtı tanımışdım. Öz dərdini unudub məni bağrına basmışdı, ana-bacı olmuşdu mənə. Bütün o anları yenidən yaşadım və nəfəsimin kəsildiyini hiss elədim. "Şəhidlər ölməz" deyib ...
ANL
Köhnə və nasaz avtomobillər ekologiyaya ciddi zərər verir. AZƏRBAYCANDA BU MƏNFİ AMİLİN MÜMKÜN QƏDƏR ARADAN QALDIRILMASI ÜÇÜN TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67 faizi təmi...
ANL