text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Abelyar, bəs sən Eloizanı yuxuda görürsənmi? Sən, Abelyar öz kursunu bitirməklə xoşbəxt olacaqsan, sənin arzuların və ambisiyaların öz xilası üçün heç bir maneəyə malik olmayacaqdır. Lakin Eloiza ağlamalıdır, o, bütün göz yaşlarının hətta özünün də xilası üçün faydalı... | ANL |
"Bütün həyatımı sənətimin üzərində qurmuşam". Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, ADMİU-nun kafedra müdiri aşıq Samirə Əliyevadır. Amma ali təhsilinizi musiqi yox, rejissorluq ixtisası üzrə almısınız. Mənsə rejissorluğun kütləvi tədbirlər üzrə istiqamətini seçdim. Çünki aşıq sən... | ANL |
Müdriklərin tapındığı sadə həqiqət var: İnsan haqqı çatana vaxtından, zamanından asılı olmayaraq bir gün nail olur. Nə qazandısa, hamısını istedadı, bitib-tükənməyən enerjisi, gördüyü işlərə sevgisi, məhəbbəti, inanılmaz səbri və təmkini ilə əldə etdi. Həyatda hər şeyə yol verdiyimiz səhvlərlə deyil, kim olduğumuzu də... | ANL |
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında düşünərkən tez-tez yadıma onun bir kəlamı düşür: "Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi". Hesab edirəm ki, bu fikirlər Ulu öndərin özünə də ai... | ANL |
Qan içində boğulan. Güney Azərbaycanım! Dərd içində doğulan. Güney Azərbaycanım! Vətən bölünməz axı! Canım Savalan dağı, Yurdumun cənnət bağı. Güney Azərbaycanım! Bayrağına can qurban. Güney Azərbaycanım! Gələcəm, desən hara, Baş əymə zalımlara, Güney Azərbaycanım! Babamdı Seyid Cəfər. Məğlub olma bu səfər, Səni gö... | ANL |
Həyatda heç zaman sayıb-sevmədim, Yaxına qoymadım qul adamları... Bir başda papaqtək duran görmədim. Gözləri yer seçməz hul adamları. Çoxunun ruhuna it hürdü getdi, Çoxusu ömrünə tüpürdü getdi. Zəmanə biryolluq süpürdü qetdi, Əzəldən taleyi dul adamları. Saf qəlbi eşdilər, qurdaladılar, Düz sözü təkləyib, daldaladılar.... | ANL |
Cəmil Aleksandroviç şəxsiyyətinin sirri. Vilnüsdə ötən yüzilliyin 20-ci illərində respublikamızın ərazisində aparılan bütün arxeoloji ekspedisiyaların iştirakçısı və Azərbaycanın ilk arxeoloqlarından birinə - Litva tatarı Cəmil Aleksandroviçə (Nasıfiyə) həsr olunmuş kitab çapdan çıxıb. "Litva tatarlarının tarixi ... | ANL |
Dəniz suyundan istifadə: dövrün tələblərinə cavab verən mühüm addım. Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhəri və ətraf ərazilərin su təminatının yaxşılaşdırılmas... | ANL |
Kino Forumu: təəssüratlar, təkliflər və ümidlər. Ölkəmizdə ilk dəfə keçirilən Teatr Forumunun ardınca aprelin 20-21-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125. Reallıq, çağırışlar və hədəflər" mövzusunda Kino Forumu da baş tutdu. For... | ANL |
Milləti böyük edən onun eşqidir. Yalnız ona görə də böyük deyil ki, gec-tez mütləq qovuşub bütövləşəcək Güneyi ilə Quzeyi bunca geniş, bunca zəngindir. Bu yurdu və milləti böyük edən daim varlığında nəbz kimi döyünmüş, ürək kimi çırpınmış azadlıq duyğusu, istiqlal eşqidir. Böyük millət olmağın yolu o sevgidən b... | ANL |
Ulu öndər Heydər Əliyev: məhkəmə-hüquq islahatlarının müəllifi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması çərçivəsində bütün qurumlarda olduğu kimi, ədliyyə orqanlarında və məhkəmələrdə də Ulu ö... | ANL |
"Tacın qaytarılması" təqdim edildi. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Səyyad Aranın "Tacın qaytarılması" romanının təqdimat mərasimi keçirilib. Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, millət vəkili, akademik Nizami Cəfərov, müəllifin qələm dostları, tanınmış ədəbiyyat və ictimaiyyət... | ANL |
ƏFLATUN AMAŞOVUN EYNİADLI ROMANI HAQQINDA QEYDLƏR. Uca Tanrının özünə məskən etdiyi ənginliyi-Göyü çiynində saxlayan bu sıldırım qayalıqlı dağ kədərini heç vaxt, heç vədə bir kimsəylə bölüşmür, murdarlıqlara nifrətini gizlətmir, namərdlikləri bağışlamırdı. Qoşa Qar nədənsə, bəzən hansı günah səbəbindənsə dərd ver... | ANL |
İşğalın öldürücü qalıqları: minalar və partlamamış sursatlar. Bu problem Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində davamlı və dəhşətli təhdid kimi qalmaqdadır. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonları yalnız işğal altında saxla... | ANL |
Fəlsəfə qıtlığı, yoxsa düşüncə yoxsulluğu? Musiqini başa düşmək, yoxsa duymaq dilemması. Mənə elə gəlir ki, son vaxtlar efirdə, mətbuatda cəfəng, absurd fikirlərin tüğyan etməsi, guya analitik üslubda yazılmış bir çox məqalələrdə görünür mənası onları işlədənlər tərəfindən düzgün anlaşılmayan sözlərin, ibarələr... | ANL |
Anar fenomeni: onu layiqincə tanıyaq! Mən bu qeydlərimdə onun mənə nəyə görə bu qədər doğma olması, hansı yaradıcılıq xüsusiyyətləri ilə öz adını silinməz hərflərlə ədəbiyyatımızın tarixinə yazması barədə düşüncələrimi bölüşmək istərdim. Şübhə yoxdur ki, Anar sağlığında söz sənətimizin klassiki olmağı bacarıb. Allah öm... | ANL |
"Çalışmalıyıq ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün dünyaya öz tarixi nailliyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, hə... | ANL |
Yazıçı-publisist Bahəddin Həzi ilə söhbət. Nə hiss edirsən? Amma bu müsahibədə ad günümdən danışmayaq. Niyə danışmayaq? Qocaldığını hiss etdiyinə görə? Mən ad günümə xüsusi bir məna yükləmirəm deyə. Bu tarix həyatımdakı günlərdən biridir. Əsas odur ki, insanın rahatlıqla daşıyacağı, özündən sonra qoyub arxayın ... | ANL |
Azərbaycan mədəniyyətinin unudulmaz himayədarı. Hər xalq öz qədim tarixi, milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti ilə tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır. XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr - intibah dövrü başlamışdır ki, bu da Ulu öndərimiz Hey... | ANL |
Böyük Qayıdışa yeni təkan verəcək tarixi hadisə. "Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəmizin qurulması Azərbaycan tarixində əlamətdar hadisə kimi qalacaq". Aprelin 22-də Ermənistanın birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi q... | ANL |
Ümumilikdə zəhmət adamları yığışırlar ki, öz "Piram və Tisba" pyeslərinin məşqini planlaşdırsınlar. Bu tamaşa Teseyə "onun toy günündəki gecədə baş verənləri" göstərəcəkdi. Bir sevən adam sevgisi naminə özünü öldürür. Yaxşı kral olan Oberton Afina yaxınlığındakı meşədə gecə bir ziyafət təşkil etmişdi. Lakin kra... | ANL |
yarpaqların, çiçəklərin, quşların səsin dinlədim;. göy üzündə ulduzları, bircə-bircə dənələdim;. qarşı dağların qoynuna, ağca dumanlar qısılıb;. gündüzlər çıxır canımdan, ruhum gecələr qayıdır. bir qarışıq yuxuydu, dünya yoxdu, əzizim. gedər ağıl-huş addıyar, gözümüzdən yaş addıyar;. yaman yuxaldır ney məni, didərg... | ANL |
Əvvəl çeşmə idi gözləri. Əvvəl ayağına baxardı qarşıdakının, indi ayaqqabısına, əvvəl alına sürtərdi əlini, indi alın yazısına. | ANL |
Tanınmış şair Nazim Əhmədli ilə dostluğumuzun yaşı qırx ildən çoxdur. İlk tanıdığım günlərdən hiss edirdim ki, o, qələm dostlarımın çoxundan təbiiliyi və səmimiliyi ilə seçilir. Yaxşı yadımdadır, birinci dəfə onun şeirlərini 70-ci illərin axırlarında "Azərbaycan" jurnalında oxuyub bəyənmişdim. Və şair taleyinin u... | ANL |
Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib. Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzi... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla məşhur holland rəssamı Frans Halsın "Qaraçı" əsərindən danışmışıq. O, yeni üslublu rəssamlıq sənətinin əsasını qoyan və bədii istiqamətləri qruplaşdıran yeganə holland rəssamı olub. Halsın yaradıcılığı Niderlandda bədii məktəb ki... | ANL |
Yeni dövrün teatrına doğru... Əvvəla onu deyim ki, təəssürat və mülahizələrimi elmi-nəzəri qata varmadan, mürəkkəb terminlərə əl atmadan, çox sadə dildə sizinlə bölüşməyi daha səmərəli hesab etdim. Bu məqamda Teatr Forumu güclü optika funksiyasını yerinə yetirərək sanki böyüdülmüş güzgü vasitəsilə Azərbaycanın "t... | ANL |
HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏT KOMANDASINDA ON İLƏ YAXIN NAZİR VƏZİFƏSİNDƏ ÇALIŞMIŞ ƏBÜLFƏS QARAYEV ÖTƏNLƏRİ XATIRLAYIR. Fəaliyyəti, əməlləri ilə təkcə yaşadığı zamana deyil, özündən sonrakı dövrə də möhürünü vurmağı bacarmış insanlar tarixdə əbədi qalır. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər... | ANL |
İCTİMAİ TELEVİZİYANIN EFİRİNDƏ YAYIMLANAN "ŞEYX SƏNAN" SERİALI HAQQINDA QEYDLƏR. Ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyü, sərhədlərimizdə əmin-amanlığın bərqərar olunması mənim üçün hər şeydən, hətta çox sevdiyim kino sənətindən də vacibdir. Amma təəssüf ki, bir vətəndaş kimi ölkəmə verəcəyim əhəmiyyətli fay... | ANL |
Fitrətdən parlaq olduğundan bu işıq görünməyə də bilməzdi. Amma budəfəki görünmək bir başqa görünmək idi. O, artıq vəzifəcə Azərbaycanın Birinci adamı idi. Ancaq ona qədər də az Birincilər olmamışdı. Həmin gün böyük ölçüdə ilk "üzəçıxdı"sında onun etdiyini, güman etmirəm ki, daha əvvəlki Birincilərin hansısa etm... | ANL |
Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası. Dünya miqyasında elmin inkişafında Zaman faktoru həmişə mühüm amillərdən biri olmuşdur. Ona görə də uzaqgörən dövlət xadimləri, böyük mütəfəkkirlər və maarifçilər öz fəaliyyətlərində elm faktorundan yaradıcı şəkildə istifadə etmişlər. Azərbaycan xalqının Ümum... | ANL |
Azərbaycan Milli Kitabxanasında “Özbəkistan. ədəbiyyatı və incəsənəti” guşəsi açılıb. Avqustun 2-də “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində Milli Kitabxanada “Özbəkistan ədəbiyyatı və incəsənəti” guşəsinin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsə... | ANL |
Bakıda Özbəkistan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Report" xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbə... | ANL |
TƏRƏDDÜDSÜZ EDİLMİŞ SEÇİM. Azərbaycanın böyüklüyünə onun böyüklükdə böyüklük qatan ikinci böyüyümüz olmayıb. Onun 8 əsr boyunca təsir dalğasını bir xəritədə işarələmək istəyilə Gəncədən dünyanın müxtəlif ölkələri və şəhərlərinə doğru oxlar çəksək, görəcəksiniz ki, qarşınızda sanki şüalar saçan bir günəşin şəkli var. Q... | ANL |
Zəlilərlə müalicə haqqında sanballı nəşr. Tanınmış həkim-kardioloq, akupunktura və zəlilərlə müalicə üzrə təcrübəli mütəxəssis Şahmar Məmmədovun "Hirudoterapiya" adlı kitabının yeni nəşri işıq üzü görüb. Hirudoterapiya (zəlilərlə müalicə) ilə bağlı respublikamızda, Azərbaycan dilində ilk genişhəcmli elmi əsər olan bu... | ANL |
Qlobal çağırışlara uyğunlaşmada Azərbaycan modeli. ÖLKƏDƏ RƏQƏMSAL İQTİSADİYYATIN VƏ YENİ TEXNOLOGİYALARIN İNKİŞAFI ÜÇÜN ƏLVERİŞLİ İNFRASTRUKTUR FORMALAŞDIRILIR. Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin diferensiallaşmasını əhatə və ehtiva edir. Bu, süni intellekt, robo... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Müharibə həmçinin göstərdi ki, Habsburq Avstriyası Avropada hakimiyyətlərin yeni tarazlığında təkər milinə çevrilmişdir və həm də protestant İngiltərəsi ilə katolik imperator arasındakı ittifaqın bütöv bəhrəsinə yiyələnə bilmişdir. Razılaşma əsasında V Filip İspa... | ANL |
Sənət adam. Heykəllərin arasındayam. Sağım-solum heykəlləşən ömürlərdir, daha doğrusu, Azərbaycan xalqının fəxri olan şəxsiyyətlər. Bəziləri vaxtilə müsahibim olub, bəziləri isə araşdırdığım mövzuların baş qəhrəmanı. Qəribədir, onların arasında dolandıqca pıçıltılarını eşidirəm, real həyatda izlədiyim üz ifadələrini gö... | ANL |
Sözü əsatirlə başlamağım sizə çeçin gəlməsin. Elə o özü də hərdən ən ciddi siyasi mətləblərdən bəhs edəndə qəfilcə dini rəvayətə üz tuturdu və həm də bizim dinin hekayəti ilə başqa dinin təmsilçisi olan məşhur dövlət, hökumət adamlarına böyük siyasətin qəliz mətləblərini çatdırırdı. Bir dəfə yenə avropalıların böyük d... | ANL |
Xurşud xanım Qacar-Naxçıvanskaya: opera müğənnisi və şair haqqında qeydlər. XX əsrin 80-ci illərinədək Naxçıvanda, şəhərin mərkəzində - Xan Dikində, Mömünə Xatın türbəsinin yanında memarlığı ilə seçilən bir mülk qalırdı. Bu, naxçıvanlı hərbçi Rəhim xan Naxçıvanskinin 1890-cı ildən sonra tikdirdiyi mülkü idi. Qeyd edək... | ANL |
Qulu Ağsəs nəsri: təzadların harmoniyası. Çağdaş Azərbaycan ədəbi prosesi Qulu Ağsəsi şair kimi tanıyır, fərqli poetik nümunələrin yaradıcısı kimi təqdim edir. Qulu Ağsəsin poetik yaradıcılığı dekadentizm, realizm və modernizmin sintezi olaraq ədəbiyyatımızda özünə mövqe qazanmağa nail olub. Yazıçının poetik kimliyi ə... | ANL |
"Venera Adonisin ölümünə yas tutur". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Gülbən Abdullayevadır. Onunla rəssam Tomas Villebortsun "Venera Adonisin ölümünə yas tutur" əsərindən danışmışıq. Tomas Villeborts flamandlı barokko rəssamı idi. O, Antverpen məktəbinin nümayəndəsi, niderlandlı rəssam v... | ANL |
ŞEİR ŞƏKLİNDƏ PIÇILTILAR. Xalq şairi Musa Yaqub yazırdı ki, Əbülfət yaşadığı sevgini şeir şəklində pıçıldayır. İnamla deyə bilərəm ki, bu kitabdakı şeirlər də həmin pıçıltıların davamıdır. Əbülfət Mədətoğlunun "Bir qadın unutdu məni" şeirlər kitabını oxudum və böyük şairimiz Musa Yaqubun onun şeirləri barədə söylədiyi... | ANL |
(Əvvəli ötən çərşənbə saylarımızda). Qız sonra cavan oğlanın saxta göz yaşlarına aldanıb, onun məhəbbətinə təslim olmuşdu. Nəticədə qız öz sualına öz yeni şikayəti ilə cavab verdi. O cavan oğlan yenə də saxta idisə, qız onun tərəfindən yenidən şirniklənməzdimi. Hekayət danışan təsiri artırmaq üçün, çayın qırağında o... | ANL |
Qonaq dəvət edin siz Şəhriyarı. Bakı həsrətilə köçdü dünyadan, Bakının qoynunda yatıb dincəlsin. Uçun, quşlar, Heydərbaba dağına, Salam verin Şəhriyar torpağına. Deyin, Xudafərin, çağlayan Araz. Sarılıblar Vətənin bayrağına. Deyin, azad etdik biz Qarabağı, Bir gün bütövləşər Vətən torpağı! Deyin, Şəhriyarın ulu ruhuna... | ANL |
Xurşud xanım Qacar-Naxçıvanskaya: opera müğənnisi və şair haqqında qeydlər. 1918-ci ilin sonunda süvari diviziyasının rəisi, general-mayor şahzadə Feyzulla Mirzə Qacar Gəncəyə gəlir. Gəncə üsyanından sonra onun haqqında heç bir yazılı məlumata rast gələ bilmirik. Bakıda çap edilən kitablarda onun güllələnməsi haqda mə... | ANL |
Azərbaycan ədəbi aləmində jurnal deyəndə ilk olaraq "Azərbaycan" jurnalı və əlbəttə, həmin jurnalın baş redaktoru İntiqam Qasımzadə yada düşür. Bu günlərdə 80 yaşını qeyd etdiyimiz baş redaktor ömrünün tən yarısını ədəbiyyatımıza 100 ildir güzgü tutan bu möhtəşəm jurnala həsr edib. "Azərbaycan" jurnalının var olmas... | ANL |
Türkiyədə Anara həsr edilmiş kitab nəşr olunub. Xəbər verildiyi kimi, Xalq yazıçısı Anarın 85 illik yubileyi İstanbulda və Ankarada geniş qeyd olunub. Tedev yayın evində buraxılmış "İki əsrin qovşağında bir yazır ANAR 85" adlı kitabı İmdat Afşar hazırlayıb və kitaba geniş müqəddimə yazıb. Türk Ədəbiyyat Vəqfinin başqa... | ANL |
Qayıdılası, bilinəsi, öyrəniləsi, əməl ediləsi. Onun ən başlıca məziyyəti yüksək peşəkarlıq idi. Peşəkarlıqsa özündə bir qatar üstün keyfiyyətləri qovuşduran qabiliyyətdir. Elə müstəsna qabiliyyət ki, insanı çalışdığı istənilən sahədə seçdirir, önə çıxarır, ona mahiyyəti daha tez görmək və səmtləri bəzən sanki elə söv... | ANL |
Milli dəyərləri aşılayan araşdırıcı. Mən də çoxları kimi onu ad günü münasibətilə təbrik etdim. Sənədlərimdəki yanlışlıqdan dost-tanış ilin müxtəlif vaxtlarında azı dörd dəfə məni ad günüm münasibətilə təbrik edir. Öncələr onlara etiraz edir, yanlışlıqları düzəltməyə çalışırdım. Sonra gördüm mənim yazdıqlarımı ya... | ANL |
Başdan deyim ki, mən bütün ədəbi izmlərə və cərəyanlara nəyisə nədənsə ayırmaq cəhdi kimi baxıram. Bilmirəm, bu cür təhlilər və ayırmalar son nəticədə ədəbiyyata bir şey verir, ya yox. Ədəbi cərəyanlar və izmlər, güman ki, bu və ya digər yazıçının gətirdiyi yeni üslub çalarlarını təhlil etmək üçün tənqidçilərin tədbiq ... | ANL |
Zəfər dolu fırtınalar var olsun! Yazıçı Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında belə bir epizod var: "Şəhərdən Ürkməzliyə doğru uzanan torpaq yolda kəndə sarı bir atlı gedirdi. Bu sətirləri oxuduqca həmin xoş sima kişinin timsalında gözümün önünə, özünə, sözünə, nüfuzuna (eləcə də xoş simasına!) böyük hörmət bəsl... | ANL |
Milli dəyərləri aşılayan araşdırıcı. Naxçıvandakı "Şərq qapısı" qəzetində kiçik vəzifədə, yəni müxbir işləyirdim. Vəzifəm təsərrüfatlardan yazmaq, partiyanın siyasətini təbliğ etmək idi. Rəhmətlik Hüseynqulu Məmmədov zəng vurdu, tezliklə bir bəhanə tapıb Bakıya gəlməyimi, Kamil müəllimlə görüşməyimi tapşırdı. Kamil ... | ANL |
Səsi ürəkləri kaman kimi titrədən aşıq. Məktəb yaradan, artıq klassikləşən ustad aşıqlarımızın sənət dünyası zəngin olub. Onların hər biri möhür vurduğu aşıq havaları məlahətli səsi və təkrarolunmaz havaları ilə yaddaşlara həkk olunub. Mən indi də onun qeyri-adi səsinin, oxuduğu havaların xiffətini çəkirəm. Borçalı ... | ANL |
"Nə qazanmışamsa, Azərbaycana borcluyam". Müsahibimiz - Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq Yulizana Kuxmazova həm də bəstəkarlıq və elmi fəaliyyətlə də məşğuldur. Y.Kuxmazova 28 ildir, Xalq artisti, professor Gülbacı İmanovanın rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellası... | ANL |
Sənə salam göndərirəm. Sənə salam göndərirəm. Buz dövrünün şaxtasından, Aram-aram göndərirəm, Qara dəniz yaxtasından. Sənə salam göndərirəm, Salam alan əlin yoxdu, Uzadıram əllərimi, Kipriyin var, telin yoxdu. Sənə salam göndərirəm, Mesaj bir xətt üstündədir. Gözəyarı oxusan da, Məndən çıxıb köksündədir. Sənə salam gö... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. II İosif Monarxiyada əvvəlcə həmregent, sonra isə kral kimi. Radikal dəyişikliklərə olan ümid, daha çox Mariya Terezanın həmregent kimi 1765-ci ildə əri Frants Stefenin ölümü ilə əlaqədar olaraq irəli çəkdiyi oğlu II İosif üzərində cəmləşmişdi. II İosif modern isl... | ANL |
Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açmış Şah İsmayılın 1524-cü ildə dünyasını dəyişməsindən sonra Səfəvi dövlətinin Şah Təhmasib dövrü başlayır. Həyatının son günlərində özündən sonra yaratdığı dövlətin taleyinin necə olacağı Şah İsmayıla nisgilli hisslər yaşadırdı. Bir tərəfdən Səfəvi dövləti ətrafınd... | ANL |
GƏLƏCƏK YOLLARINDA BÜDRƏMƏMƏYİN ÇARƏSİ. 2 əsr ərzində itirdiklərimizin hamısı - ya silah, ya məkrli siyasət gücünə qəsb edilmiş ən son kəndimiz və yüksəkliyimiz də, ən axırıncı meşəliyimiz və otlağımız da qayıdacaq, illərlə gözü yol çəkmiş torpaqlarımızın hamısı böyük yurdumuza qovuşacaq. Dünyanın irili-xırdalı xalq... | ANL |
Ədəbiyyat xadimi. İntiqam müəllimin tərcümeyi-halının (və ümumən taleyinin!) ən əlamətdar cəhətlərindən birincisi, görünür, gözəl Qarabağda - Şuşada dünyaya gəlməsidir. Atası Böyükağa Qasımzadə qırx ildən bir qədər artıq yaşasa da, oğlu İntiqamın həmişə fəxr edə biləcəyi çox zəngin bir mənəvi irs qoyub getmişdir. Və... | ANL |
"Vyetnamda Azərbaycanın dəstəyini unutmurlar". Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin "525-ci qəzet"ə müsahibəsi. - Cənab səfir, Azərbaycanla Vyetnam arasında hələ sovetlər dönəmində sıx dostluq münasibətləri olub. Bundan çıxış edərək, hazırda iki ölkən... | ANL |
Azərbaycanlı gənclərin Beynəlxalq Fizika Olimpiadasında uğurları. Beynəlxalq Fizika Olimpiadası (IPHO - International Physics Olympiad) ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilib. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığı altında 5 orta məktəb şagirdi iştirak edir. Hazırda 80-dən artıq ölkənin işt... | ANL |
Ürəklərdə yaşayan unudulmaz qəhrəman. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində bir inqilabdır. Həm nümunəvi döyüş taktikaları ilə həm dövlət-xalq birliyi ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı z... | ANL |
Dövlət proqramı ilə xaricdə təhsil imkanı. 2000 NƏFƏRİN XARİCDƏ TƏHSİLİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ HƏDƏF GÖTÜRÜLÜB. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması... | ANL |
Bəşəriyyət yaranandan indiyə qədər bu deyilir və deyiləcək də. Bütün peşələrin fövqündə dayanan bir sənət var - müəllimlik. Elə özüm də az yazmamışam onlar haqda. Və hər dəfə də əmin olmuşam ki, bizi yetişdirən müəllim adı həqiqətən müqəddəsdir. Cəmiyyətin gələcəyini yetişdirən bu müqəddəs peşə sahibləri Müəllimlərin İ... | ANL |
Mədəni mühiti canlandıran təyinat. Yubileylər ili kimi dəyərləndirə biləcəyimiz 2023-cü ili xüsusən, mədəniyyət sahəsində uğurlu gələcəyə böyük ümidlər yaradan önəmli addımların atıldığı il olaraq da qiymətləndirə bilərik. Neçə illərdən bu yana ilk dəfədir, Azərbaycan teatrından və Azərbaycan kinosundan nəyə ehtiyac... | ANL |
Adamtanıyanın seçimində yanılmadıqları və sonacan tanımadıqları. Həm də o iş elə sadəcə nəyisə daşımaq, qaldırmaq, buradan götürüb-ora qoymaq deyilsə, yəni sadəcə bədən gücüylə başa gəlmirsə, ağla, qabiliyyətə də ehtiyac duyulursa, demək, işçinin də gərək yaxşısı, qabili arana. 1935-ci il mayın 4-ü idi, Kremldə hərbi ... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Məhərrəmovadır. Onunla Salvador Dalinin "İşıqlı zövqlər" əsərindən danışmışıq. O, rəsmləri ilə yanaşı, qeyri-adi fikirləri, hərəkətləri ilə də daim diqqət mərkəzində olub. Rəssam Avropanı ifrat dindarlığa, Amerikanı isə ateizmə görə tənqid atəşinə tu... | ANL |
Nəsib Nəbioğlu: "Həyatımın qalan günlərini doğma Kəlbəcərdə yaşamaq istəyirəm". Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair, publisist Nəsib Nəbioğlu bu günlərdə 31 il həsrətində yaşadığı, qələminin əsas mövzusuna, dilinin əzbərinə çevirdiyi Kəlbəcərinə, doğma Çaykənd kəndinə səfər etdi. Hissləri, d... | ANL |
Əbədi sənət missiyası. Görkəmli pedaqoq və pianoçu professor Aytəkin Həsənovanın əziz xatirəsinə həsr olunur. Bir əsrdən artıqdır ki, bəşəriyyət insanların müxtəlif qabiliyyətlərində və nailiyyətlərində ifadə olunan fərqli xüsusiyyətləri, onların təzahürlərinin səbəbləri ilə bağlı problemləri tədqiq-təşviq edir. İsted... | ANL |
SSRİ və Amerika arasındakı "soyuq müharibə" İkinci Dünya müharibəsindən əvvəl başlamışdı. Elm sahəsində bir-biri ilə yarışan iki supergüc üçün müharibə bütün potensiallarını göstərəcək bir fürsət idi. Texnologiya, silah, elmi araşdırmalar, "ilk"lər yarışı bu iki nəhəng ölkəni bilgi, alim, ixtiraçı ovuna çıxarmışdı.... | ANL |
Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Xəbər verdiyimiz kimi, yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura (əs... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Kralın bir cəhəti isə reallığa məhəl qoymaması, müəyyən ölçüdə idealizmə meyl etməsi idi. Görünür, o, böyük ingilis alimi Tomas Morun təsiri altına da düşmüşdü. Mor iki əsr əvvəl yazdığı "Utopiya" əsərində qeyd edirdi ki, cəmiyyət qanunları təbiət qanunları kimi f... | ANL |
Tanrı dünyanı xəlq edəndən bəri bəşəriyyət adlı bir varlıq böyüyüb, zamanı adladıb, müxtəlif quruluşlardan keçsə də, inkişafın zirvəsinə ucalsa da, yeri-göyü fəth etsə də, bu gün artıq texnologiyanın ağıla gəlməz sahələrini kəşf etsə də, insanlığın hər zaman bir həssas nöqtəsi dəyişməz olaraq qalıb - uşaqlar. O uşaqla... | ANL |
Son ayları restoranlardan birində aşpaz köməkçisi işləyərək keçirmişəm. Ümid edirəm, bu yazı ordakı iş yoldaşlarımın qarşısına çıxmayacaq. Çünki məni mətbəxə buraxsınlar deyə əvvəldən jurnalist olduğumu gizlətmişdim. Sonradan deməyəsə, üzüm gəlmədi. Məlum məsələ, nədənsə jurnalist adı eşidəndə elə bilirlər, hər gördüyü... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Sərhədçilərimizin Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyanı həbs etməsi insanlarımızın ilahi ədalətə inamının bərpasının növbəti təzahürüdür. Cənab Prezidentin "Xocalı qatilləri biz sizi məğlub etmişik" sözləri bu inamın ilk işartılarıydı. "Allah bu zülmü yerdə qoymaz" - deyən xo... | ANL |
ŞAİR RƏŞAD MƏCİDİN ŞEİRLƏRİNƏ BƏSTƏLƏNMİŞ SEVGİ NƏĞMƏLƏRİ. Xüsusən, dilimizi bilməyən əcnəbilər onu eşidəndə ilk xatırladıqları musiqi olub, nədənsə. Bəlkə də, ona görədir Azərbaycan poeziyasının musiqi sənətimizdəki bu qədər gözəl, əsrarəngiz əksi. Çünki adətən, mahnılar üçün yazılmış sözlər, mahnı mətnləri tamamilə... | ANL |
PATRİARXIN UNUDULAN ÖYÜDÜ. Onlar - ingilislər hər halda komandanın nə demək olduğunu yaxşı bilirlər. Futbolun vətəni Böyük Britaniya sayılır və bu oyunun bütün tarixi boyunca oradakı ən məşhur, ən təltifiçox məşqçi Aleks Ferqüson olub. Mahir məşqçiliyin başlıca xüsusiyyəti isə məhz komanda qura bilməkdir. Mükəmməl koma... | ANL |
KİMSƏNİN CAVAB VERƏ BİLMƏYƏCƏYİ SUALLAR. Tale ona tarixinki olmaq qismətini yazıbmış. Vətən tarixinin hadisələrlə, tarixüstü və tarixaltı cərəyanlarla dolu mürəkkəb bir dövründə yaşadı. İlk gəncliyindən ömrünün sonunadək alnına tarixdə qalmaq yazılmış neçə qiymətli insanla təmasda oldu. O, sadəcə içərisindən böyük ins... | ANL |
Bəxtiyar Vahabzadənin Mahmud Əli Meriçə məktubu. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Mahmut Əli Meriçə yazdığı, atası Cəmil Meriçi və onun düşüncə dünyasını dəyərləndirən 5 yanvar 2001-ci il tarixli məktub ilk dəfədir nəşr olunur. O vaxtlar Mahmut Əli bəy Cəmil Meriçin kitablarını çapa hazırlayırdı, külliyy... | ANL |
Mətbuat da hansısa bir dağ kimidir, İlqar Həsənov... Bilirsən bu fikir hardan ağlıma gəldi? Sənin haqqında sonuncu yazını (İraq olsun!) qələmə almaq istəyəndə ( sənin ad günlərində on il ardıcıl olaraq nə isə yazan mərhum qardaşımız Məmməd Nazimoğlu rəhmətə gedəndə razılaşmışdıq ki, həmin yazıları növbəti on ildə İtt... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Məhərrəmovadır. Onunla belçikalı sürrealist rəssam Rene Maqrittenin "Şlapalı adam" əsərindən danışmışıq. Rene Maqritte 1898-ci ildə Belçikanın Lessines şəhərində dünyaya gəlib. Maqrittenin sənət aləmində tanınması çox gec baş verib. Bundan sonra isə ... | ANL |
Rzaqulu kişinin xarabası və kəndimizdə gözü yolda qalan evlər. Sevimli tələbəm Mürsəl Ağamirzəyevin həyat yoldaşı Həqiqət müəllimə həyatı çox tez tərk etmiş tələbəmə həsr etdiyi "Yarımçıq qalmış arzular" kitabının əlyazmasını oxuyub fikrimi bildirmək üçün mənə təqdim etmişdi. Mürsəl həm əla oxuduğuna, həm də adət-... | ANL |
Milli birliyimizin yeni təcəssümü: Qərbi Azərbaycan amalı. O zaman insan selini andıran Azadlıq meydanı dəniz kimi dalğalanırdı. Milləti o meydana yığan Vətənin və xalqın düşdüyü ağır vəziyyət idi. Uzun illər şüurumuzu, iradəmizi buxovlayan çürük sovet ideologiyasına etirazın vüsəti, Qarabağda nankor ermənilərin azər... | ANL |
Ulu öndər və Azərbaycan gəncliyi. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bu gün Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında gənclərin rolu da... | ANL |
Qədim tarixə malik qardaşlıq əlaqələri. Bu il avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər Azərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun bariz göstəricisi idi. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibə... | ANL |
Çəkdiyi filmlər Hamburqdan İstanbula, İstanbuldan Hamburqa öz talelərini axtarmağa gedən insanlardan bəhs edir. Hamburqun qaranlıq, nəm küçələrində baş verən cinayətlər, irqçi, solçu davalar, İstanbulun səmtlərindəki keçmiş axtarışları, melanxoliya, qan, göz yaşı, ümidlə ümidsizlik arasında çırpınan mühacir həyatlar,... | ANL |
Yaddaşımdakı portret cizgiləri: Xalq şairi Qabil. Qabilin "Yağışlı havalarda, küləkli havalarda" məşhur şeirini xatırlaya-xatırlaya onun digər bir şeirini də yada salıram, öz-özümə pıçıldayıram: "Gedən yerim olaydı..." Bir vaxtlar hər dəfə bu şeiri oxuyanda həm də hardasa bir ünvan həsrəti ilə kövrələr, nisgillə... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Edmund Börk özünün "Fransadakı inqilaba zidd olanlar" əsərində əvvəlcədən göstərirdi ki, fransız inqilabçıları keçmişin Kartezian (nəzəri mənbəyi filosof Rene Dekartın ideyalarına məxsus olan və XVII-XVIII əsrlərdə mövcud olmuş fəlsəfədəki və təbiətşünaslıqdakı i... | ANL |
Liderlərin tanıdığı azərbaycanlı alim. Bu gün dünyanın nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, aparıcı şirkətlərdə bir sıra azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda, Azərbaycan həqiqətlərini təbliğ edir, ümummilli məsələlərdə bir... | ANL |
O, insan oğlunun indiyədək ixtira edə bildiyi və insanın özündən də qüvvətli olmağı bacarmış güc daşıyıcılarının ən möhtəşəmidir. Ancaq o süst, taqətsiz də ola bilən, öz süstlüyü, taqətsizliyi ilə ən qısa zaman içində hesablanıb qurtarılmayacaq qədər çox insanı heysizləşdirə, lətləşdirə, acizliyə də yoluxdurmağa qadir... | ANL |
Avropa bir az da kiçildi... Türkoloq və diplomat Yanoş Hovarinin ölümünə. Bir igidin ömrü sayılmasa da, kifayət qədər böyük müddətdir. Bu illərin ən böyük üstünlüklərindən biri də heç şübhəsiz, ölkəmizə və şəxsimə dostlar qazanmaq olub. Yəqin ki, ətalət qüvvəsinin təsirindən daha çox Macarıstana, macar xalqına məhəbbət... | ANL |
Böyük Qayıdış yolunda yeni addımlar: Kəlbəcər sürətlə abadlaşır. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Ermənistan ordusu tərəfindən boşaldılıb. Beləliklə, Kəlbəcər şəhəri... | ANL |
Klassik və müasir test. Bir çox hallarda psixoloqların diaqnostik və şəxsiyyətin emosional yaşını yoxlamaq üçün istifadə etdiyi bir vasitə olub, əvvəlcədən qeyd edilən məhdud vaxt ərzində cavablandırılan, şəxsiyyətin psixoloji və fizioloji xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərini, o cümlədən, fəallıq dərəcəs... | ANL |
Heç vaxt bacarmayacağım, yaxud vaxtında icra edə bilməyəcəyim işə görə söz vermərəm. Evdə də, işdə də bu xarakterim dəyişməzdir. Məsələn, mən bilirəm ki, bu gün iki tədbirdə iştirak etməliyəm, ondan sonra bir videoreportaj hazırlanacaq, üstəgəl, qəzet çapa gedəcək. Evdən çıxanda qızım axşam onlara pizza hazırlayıb-h... | ANL |
"Doğma Ağdamımıza qayıdışın addım səslərini eşidirəm". SALMAN ALIOĞLU: "TORPAQLARIMIZIN İŞĞALDAN AZAD OLUNMASI, ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI HƏR BİRİMİZİN QÜRUR MƏNBƏYİMİZDİR". "Hər sübh çağı yuxudan durub həyətə çıxanda üzü Həsənküçey dağına sarı dayanıb sakit axan Xaçınçayın həzin şırıltısına qulaq kəsilə... | ANL |
HƏYATIN BİZDƏKİ ŞƏKLİ VƏ YA FOTOGENETİK YADDAŞIN SİRLƏRİ. Özümüzü qoymağa yer tapmadığımız yerdə üzümüzü qoymağa... yer var, çox şükür! Hamı bir-birinin şəklini çəkir. Özünün, özgənin fotosunu, videosunu paylaşır hər kəs. Ya baxıb xatırlamaq üçün, ya da xatırlayıb baxmaq üçün. Ancaq bəzən də, bilirsiniz, biz bir-bir... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Əli Hüseyndir. Onunla ispan rəssamı Bartolome Esteban Murillonun "Balaca dilənçi" əsərindən danışmışıq. Barokko dövrü realist rəngkarlığının davamçısı olan Bartolome Esteban Murillo bu cərəyanın sonuncu nümayəndəsidir. Murillo Xuan del Kastilonun tələbəs... | ANL |
Teleqüllə boyda şahid. "Dalğa" gözəl sözlərimizdəndir, eşidilincə göz önünə ləpələnən dənizi gətirir. Ancaq dalğa yalnız sularda olanla bitmir. Göydə süzən, gözə görünməyən, dənizdəkindən fərqli olaraq sahillərə sığmayan, uçaraq lap uzaqlara gedib çatan dalğalar da var. 1919-cu ilin noyabrında 1 yaşını təzəcə başa vur... | ANL |
Laçın Şəhəri Günü. Şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına həyat qayıdır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.