text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şərəfli ömür yolu. Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq hər kəsə nəsib olmur. Nə qədər çətin olsa da, dünya belə dəyərli, qiymətli insanlardan xali d... | ANL |
Xankəndidə Qarabağ Universiteti: təhsil tariximizin parlaq səhifəsi. Noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mö... | ANL |
Şeir yaddaşımla öyünə bilmərəm. Heç öz cızma-qaralarımı əməlli-başlı əzbərləyib ortalığa çıxarmaq bacarığım da yoxdur. Ancaq qəribədir, elə şeirlər var ki, onlar birbaşa insanın özündən asılı olmayaraq onun şüurunda yer edir, əbədi həkk olur. Belə poetik nümunələrdən biri də mərhum Xalq şairimiz Məmməd Arazın "Mənim d... | ANL |
Qərbi Azərbaycana qayıdış naminə daha bir addım. Qədim türk yurdu Naxçıvanda gerçəkləşən "Qərbi Azərbaycana qayıdış" festivalı və "Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresində şanlı tariximiz iki gün yenidən vərəqləndi. Təhrif olunan xəritəmizin, kiçildilmiş sərhədlərimizin tarixi taleyinə nəzər salındı. "Qərbi ... | ANL |
Dramatik növdə təhkiyə. Dram əsərlərinin təhkiyə probleminə nəzəri fikirdə az diqqət yetirilmişdir və bunun əsas səbəbi onların epik əsərlərdən fərqli kompozisiya quruluşuna malik olmasıdır. Epik növdə hekayəçi təhkiyəni danışa-danışa qurur, mövqenin məkan və zaman, qiymətləndirmə, frazeoloji və psixoloji planlarında... | ANL |
Ustadlarla birlikdə. Xüsusilə Bakıdan gətirdiyi əsərləri, fotoşəkilləri ayrıca bir otaqda saxlayır. Azərbaycan deyəndə gözləri gülür. Hətta Azərbaycan türkcəsini yavaş-yavaş da olsa öyrənməyə çalışır, bəzi sözləri çox düzgün tələffüz edir. Qurban Səid haqqında dünyanın müxtəlif ölkələrində nəşr olunan jurnallar, kita... | ANL |
XALQ ŞAİRİ MƏMMƏD ARAZIN ANIM GÜNÜNDƏN QEYDLƏR. 19 il əvvəl dekabrın 1-də Xalq şairi Məmməd Araz əbədiyyətə qovuşmaqla qışı tələsdirdi, poeziyamızın soyuq vədəsini yetişdirdi... 19 il sonra dekabrın 1-də çox tozanaq atlını təmkin atı ilə keçən kişinin adını tutub üzü Fəxri xiyabana gedəndə qışın məhz bu gün qədəm qoyd... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Həmin dövrdə Fransa prezidenti olmuş Jiskar d`Esten hökumət rəhbəri kimi AFR kansleri Helmut Şmidtin özünün razılığını aldıqdan sonra onun yəhudi olduğunu açıb demişdi. Fransa prezident onu da əlavə etmişdi ki, Hitlerin nasist məkanına çevirdiyi iki alman dö... | ANL |
Bir vaxtlar Azərbaycan radiosunda xoş bir ənənə vardı. Yəni başqa günlərdə də ayrı-ayrı verilişlərin içərisində, ya lap elə müstəqil konsertlər kimi Bülbülün oxuları səslənirdi. Bu, bir adətə çevrilmişdi və həmin məxsusi ənənənin öz tarixçəsi vardı. Bu gəlişlərin bir yadasalma tərəfi də vardı ki, məni unutmayın,... | ANL |
UNEC REKTORUNUN FİKRİNCƏ, İŞƏGÖTÜRƏNLƏR VƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ARASINDA AÇIQ VƏ CİDDİ MÜZAKİRƏLƏRƏ EHTİYAC VAR. "Hamımız deyirik ki, universitet məzunları əmək bazarının tələblərinə cavab vermirlər. Sual olunur: universitet əmək bazarının tələbinə uyğunmu işini qurmalıdır? Universitet təhsilini müxtəlif kursla... | ANL |
İstanbulda şeir və Orxan Vəli günləri. XIV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat festivalı Türkiyənin məşhur şairi, yeni şeirin yaradıcılarından olan Orxan Vəliyə həsr edilmişdi. Festivalın cəmi üç günündə iştirak etsəm də, tanınmış şair Adnan Özerin rəhbərliyi altında festivalın təşkilatçılarının tədbirlərə necə ... | ANL |
PSİXİATR, AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN REKTORU, PROFESSOR GƏRAY GƏRAYBƏYLİ: "İNSANLARDAN XAHİŞ EDƏRDİM Kİ, BİR-BİRİNƏ QARŞI DAHA DİQQƏTLİ OLSUNLAR". Tanrı yer üzünün əşrəfi insanı xəlq edəndə ilk olaraq palçıqdan yoğurduğu bir vücuda nəfəsilə üfürərək onu cana gətirib. Tanrının nəfəsindən çıxan ruh elə həmin v... | ANL |
Qarabağ havası. Torpağın məhsulu təkcə meşələr, çöllər, çiçəklər deyil, həm də insanlardır. İnsanlar da doğulduğu, boy atdığı, yaşadığı torpağın rənginə, ahənginə, ab-havasına köklənir. Doğma yerlərin küləkləri kimi əsir, istiliyi vətən günəşinin şəfəqlərinin təsirindən güc alır, coşub-daşan xisləti, xüsusiyyət... | ANL |
İngilis kralının bacısı. Üç ay idi ki maaşlarını gecikdirirdilər. Sara tələsik ikinci mərtəbəyə, kassaya tərəf getməyə başladı. Sevincindən yerə-göyə sığmırdı, nəhayət, kirayədə qaldığı otağın haqqını ödəyəcəkdi. Üç aydan bəri hər səhər işə gedəndə, hər axşam işdən qayıdanda Ərəb Zəngi kimi qabağını kəsən Qulam ... | ANL |
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi. - Vilayət müəllim, tərcümeyi-halınız belə təəssürat yaradır ki, sizinlə hər şeydən danışa bilərik. Amma gəlin, söhbətə elə hazırkı fəaliyyətinizdən başlay... | ANL |
Ağıl dişim ağrıyır, cənab polkovnik-leytenant! ON İKİ ŞƏHİD HAQQINDA ELEGİYA. Hamı qarşıda idi, geridə qalmışdım. Üç-beş pilləkəni güclə çıxan adam üçün dağa dırmaşmaq elə də asan olmamalıydı. Bir yandan da qarayanız ölümün hənirtisi atlı olub dalımca yüyürürdü. Diri oldum və böyüdüm. Mən qəhrəman deyiləm, heç belə bir... | ANL |
Hüsünün oğlu atasına sillə vurduğu gün şəhərə əməlli-başlı yaz gəlmişdi. Sökülməsi çoxdan nəzərdə tutulmuş balaca köhnə evlərdən ibarət "Zavağzalnı" küçəsində qışdan çıxmış adamlar o tərəf-bu tərəfə gəzişir, işi oldu-olmadı sıralanmış balaca dükanlara girib-çıxır, bəhanəylə özlərini günə verirdilər. Yaz allı-gü... | ANL |
Nağı Şeyxzamanlı irsində "qaçaqlar" mövzusu. Bu silsilədən olan yazıların təhlilinə geçməzdən öncə bildirməyi vacib hesab edirik ki, "qaçaqlar" mövzusu mühacirətin bədii və publisistik mirasında mühüm yer tutur. Mühacirət irsində "qaçaqlar" probleminə həsr olunmuş xeyli sayda tədqiqat əsərlərinə, mühacirət mətbua... | ANL |
Zaman qatarı. Bir neçə il öncə bəlli çətinliklərlə bağlı uzun bir zaman çərçivəsində evlərimizdə qalmağa məcbur olmuşduq. Bu dönəmdə əminəm ki, hər birimizin zaman haqqında düşünməyə vaxtı çox olmuşdu. Zamanı necə ayarlamaq lazım olduğunu, onu necə dəyərləndirməyimiz barədə xeyli düşünüb-daşınmışdıq. Buna görə də əvvəl... | ANL |
Kino dili və üslubu haqqında ilk tədqiqat əsərləri. Kino sənəti bəşəriyyətin ən böyük kəşfidir, yarandığı gündən insanların dünyagörüşünü formalaşdırır. Mədəniyyətin bir çox sahəsini birləşdirən incəsənət növlərindən biri kimi kino hər bir xalqın tarixini, adət-ənənəsini, mənəviyyatını, mədəniyyətini özündə yaşadır.... | ANL |
Şövqidən varmı? Göstərin! Tale elə gətirib ki, Azərbaycan teatrında, doğrudan da, Şövqi adında ikinci bir aktyor yoxdur. Necə deyərlər, teatr ictimaiyyətində Şövqi bir dənədir, həm hərfi mənada, həm də məcazi mənada. Aktyor Şövqi deyəndə hamı bilir ki, söhbət Şövqi Hüseynovdan gedir. İlk tanışlığımız 90-cı illər... | ANL |
STEAM tədris üsulu: nəticələr gələcəyə ümidləri artırır. Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrü... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. III Kozimo ciddi siyasi problemlər ilə üz-üzə gəldikdə, bədbəxtlikdən qardaşı Ferdinandonun və onun özünün uşaqları yox idi. O, cəhd etdi ki, sülalənin faktiki başa çatması ittihamından uzaqlaşsın, arqumentlər axtardı ki, ən azı dövlətin müstəqilliyinin və formasının davam et... | ANL |
Ürəklə yazılan şeirlər. Şeirlərinin birində "Elə bir anadan bir doğulmuşuq, özümü kağızdan ayırammıram", - deyən Əkbər Qoşalı yaradıcılığa ömür, ədəbiyyata könül vermiş istedadlı şairlərdən biridir. Ədəbi mühitdə tanınan Əkbər Qoşalı ömrünün 50 ilini geridə qoyur. Alnıaçıq, şərəflə yaşanılan bu 50 illik yaradıcılıq yo... | ANL |
Mühacirət poeziyasının istedadlı nümayəndələrindən Kərim Yaycılını (1913-1979) həyat hələ erkən yaşlarından bir çox mühacirlər, o cümlədən, Azərbaycan Xalq Cüm-huriyyətinin lideri, anasını gənc yaşlarında itirən Məhəmməd Əmin Rəsulzadə, özü dünyaya gələrkən anası vəfat edən tanınmış nasir Banin, atasını erkən it... | ANL |
Muğam irsimizin yeni səhifələri aşkarlanır. Son dövrdə Gallica (gallica.bnf.fr) Fransa Milli Kitabxanasının və onun tərəfdaşlarının rəqəmsal kitabxanasında Azərbaycan xanəndələrinin PATE firmasının 20-ci əsrin əvvəllərində yazdığı qrammofon vallarını axtardıq. Düzdür ki, kitabxananın səs yazıları bölməsində Azərbayca... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Həqiqət Həmzəyevadır. Onunla məşhur rəssam Jan Leon Jeromun "Barmaqlar aşağı" əsərindən danışmışıq. Burada o, gənc ustalar arasında seçilir və tez bir zamanda uğur qazanır. Akademik stilin tərəfdarı olan Jerom həm də yeni cərəyanlara münasibəti ilə də s... | ANL |
Mütaliə qeydləri: Fərid Hüseynin heca şeirləri. Fərid Hüseynin heca şeirləri haqqında yazmaq ehtiyacını ona görə hiss etdim ki, tək-tük müəlliflərin yaradıcılığını çıxmaq şərtiylə müasir ədəbiyyatımızda bu üslubda şeirlər sanki ilk dəfədir yazılır. Doğrudur, bu heca şeirlərini digərlərindən fərqləndirən amillər arasın... | ANL |
Tənhalığın kəşfi. Tənhalıqdan niyə bu qədər qorxuruq əksəriyyətimiz? Nədir bizi qorxudan: bizdən başqasının olmaması, yoxsa hər kəsin olmağına rəğmən, başqasını tapmamağımız? İnsan oğlunun hələ bu dünyaya gəlmədən öncə tanış olduğu ən birinci duyğudur tənhalıq duyğusu. İnsan ana bətninə düşdüyü gündən etibarən yalnızl... | ANL |
Ömər Faiq publisistik yazılarında 40-a qədər imzadan istifadə edib. Hər imza da məhz mövzu və problemin mahiyyəti ilə əlaqəli olurdu. Məqalənin məzmunu isə problemlərin adını və xarakterini təqdim edəndən sonra işin düzələcəyinə ümid notu ilə tamamlanırdı. "Çox ümidvaram ki, bəradəri-həmiyyətpərvərim Firudin bəy... | ANL |
O, mənim çalışdığım Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (hazırda Təhsil İnstitutu) dissertantı idi. "Yuxarı sinif şagirdlərinin estetik mədəniyyətinin yüksəldilməsinə televiziya verilişlərinin təsiri" mövzusunda dissertasiya üzərində işləyirdi. Elmi rəhbəri professor Vidadi Xəlilov idi. Mən o zama... | ANL |
Şah Abbas və Azərbaycan türk dövlətçiliyi. Bu yaxınlarda tarix elmləri doktoru Mehman Süleymanovun "Səfəvilər" silsiləsindən 7-ci və 8-ci kitabları çapdan çıxıb. Kitabların hər ikisi Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan I Şah Abbas Səfəvinin həyatı və fəaliyyətinin arasdırılmasına həsr edilib. Bu mö... | ANL |
Azərbaycanda gənclər siyasəti: inkişaf üçün əlverişli zəmin. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. D... | ANL |
Şuşa ziyarəti. Bakı-Şuşa marşrutu. Füzuli şəhəri. Əhmədbəyli kəndi. Biz - qızım Xatirə müəllim, Ağcabədi rayonunun 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Zeyniyeva və onun qızı Almara Şuşaya getmək üçün Füzuli rayonunun Əhmədbəyli kəndinə gəlmişik. Yol adamları səbirsizliklə Bakı-Şuşa... | ANL |
Bu yaxınlarda şair Vəli Qurbanoğlunun "Burdan o yanadır yolun çətini" adlı şeirlər kitabı çapdan çıxıb. Uzun illər yazıb-yaratmağına baxmayaraq, müəllifin ilk şeirlər kitabı indi işıq üzü gördü. Şairin yaradıcılığına nəzər saldıqda görkəmli ədəbiyyatşünas alim Məmməd Arifin sözləri göz önünə gəlir: "Şeir vardır ki, ... | ANL |
Yazıçı Çingiz Ələkbərzadənin xatirəsinə. O vaxt mən həmin görüşün, söhbətin bəzi məqamlarını qələmə alıb işlədiyim qəzetdə dərc etdirdim. Ona görə "bəzi məqamlarını" deyirəm ki, bu günlərdə o yazını arxivimdən götürüb yenidən oxuyanda gördüm ki, aramızdakı yaş fərqi, Çingiz müəllimin son dərəcə səmimi, açıq və... | ANL |
HƏYAT ŞƏMİNİN POEZİYASI BARƏDƏ DÜŞÜNCƏLƏRİM. Çox sevdiyimiz, doğma, əziz Türkiyəmizdə bir el qızımız, yurd aydınımız yaşayır. Tanınmış şair-publisist, tərcüməçi, araşdırmaçı alim Həyat Şəmi. O, türk dünyasını sevən, həm Azərbaycan, həm də türk ədəbiyyatına, poeziyasına vaqif olan, qırılmaz tellərlə bağlanmış soyda... | ANL |
Amma 40 ilə yaxındır ki, gənclik illəri, tələbəliyi bir yerdə keçmiş insanlar kimi dostluq edirik. Evimin əziz qonağıdır. Bütün tədbirlərimin iştirakçısı, aparıcısı və ya natiqlərdən biridir. Onun son 160 ildə ulu babam Abbasqulu Ağa Bakıxanov haqqında yazılmış məqalələri tapıb-toplayıb tərtib etdiyi "Qüdsi əbədiyyəti"... | ANL |
Şah Abbas və Azərbaycan türk dövlətçiliyi. Bu yaxınlarda tarix elmləri doktoru Mehman Süleymanovun "Səfəvilər" silsiləsindən 7-ci və 8-ci kitabları çapdan çıxıb. Kitabların hər ikisi Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan I Şah Abbas Səfəvinin həyatı və fəaliyyətinin arasdırılmasına həsr edilib. Bu mö... | ANL |
Qərbi Azərbaycana qayıdış yolu: gələcəyin aydın üfüqləri. Tarixi torpaqlarımız olan İrəvan, Qərbi Azərbaycan Ermənistana verilsə də, xalqımız və dövlətimiz tərəfindən heç zaman unudulmayıb. Xüsusən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, "Biz hamımız yaxşı bilirik ki... | ANL |
Uilyam Şekspir İngiltərədə milli şair kimi yaşamağa, yaradıcılığa başlayanda heç cür güman edə bilməzdi ki, bütöv dünya üçün məşhur bir dramaturqa çevriləcəkdir. O, qələmə aldığı əsərlərdə heç də öz ölkəsinin nisbətən dar hüdudlarında qalmayıb, həm də uzaq insan məskənlərində, özünə birbaşa tanış olmayan torpaq... | ANL |
Bu qadınlar Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, vəkil Mustafa bəy Əlibəyovun 24 yaşlı həyat yoldaşı, ali savadlı həkim ginekoloq Xədicə xanım Subhanqulova-Əlibəyova, Əminə xanım Əfəndiyeva, Səriyyə xanım Axundova, Səkinə xanım Axundova, Səbirə xanım Əbdulrəhman, drama... | ANL |
İngilis dilində ədəbiyyat dərsi. XIX əsrdə Höte ilk dəfə "Weltliteratur" anlayışından istifadə etdi. Ardınca bir çox tənqidçi və ədəbiyyatşünas üçün bu ifadə tez-tez müzakirəyə səbəb oldu, tərif verməyə və çevrəsini genişləndirməyə çalışdılar. Məsələn, 1946-cı ildə yazdığı "Mimesis: Qərb Ədəbiyyatında realizmin təmsi... | ANL |
Bizim birlikdə hazırladığımız "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı)" çoxcildliyi ağır və gərgin əmək sayəsində ortaya çıxır. Keçmiş Sovetlər Birliyinin əksər mərkəzi şəhərlərindəki arxivlərdən topladığımız çoxsaylı sənədlər əsasında qələmə alınan bu cildlərin yeddin... | ANL |
"Bu günün gəncliyi bir çox göstəricilərinə görə bizdən üstündür". PROFESSOR NAZİM İMANOV: "HƏYATIN İNKİŞAF YOLU SADƏDƏN MÜRƏKKƏBƏ, TƏKRƏNGLİLİKDƏN RƏNGARƏNGLİYƏDİR". Hələlik isə yaddaş tariximizi vərəqləyərək, 35 il əvvələ qayıtmaq istəyirəm, çünki bugünkü müsahibimi məhz həmin dövrdə geniş xalq kütləsi tanıdı... | ANL |
İRAN GƏMİSİNİN BAKI MACƏRALARI. İndi buna az adam təəccüblənər ki, necə oldu 5-10 ilin içərisində xüsusi qabiliyyətləri və hünərləri ilə seçilməyən kimsə sözün birbaşa mənasında məhz ildırım sürəti ilə ən aşağı rütbədən generallığa yüksəldi. Ya dünənəcən tanınmayan-bilinməyən, xüsusi təcrübəsi olmayan bir başq... | ANL |
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Azərbaycan ekofəallarının 50 gündən bəri Laçın yolunda keçirdikləri aksiya ilə əlaqədar ölkənin dövlət informasiya agentliyinə (FENA) açıqlama verib. Açıqlamanın mətnini oxucuların diqqətinə çatdırırıq. Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ sava... | ANL |
Cənub həsrətli şeirlər. Vətən. Arada ayrılıq, iki yüz ildi, Qardaşın-qardaşdan əli üzüldü. Sərhəd məftilindən tikandı yaxan. Sinəmdə qıvrılıb Arazsan axan. Bu taydan o taya həsrətlə baxan, Vüsalın gözləyən gözümsən, Vətən! Arazım bir anadır, Bu sahildə balası. Arazım bir anadır, Dərdimizə qalası. Arazım bir anadır, Də... | ANL |
Qılınc və qələm bahadırı. Zəhirəddin Məhəmməd Babur türk tarixinin ən nadir şəxsiyyətlərindən biridir. Onlara misal olaraq Azərbaycanda Şah İsmayıl Xətayini və Cahan şah Həqiqini, Özbəkistanda Şeybani xanı və Hüseyn Bayqaranı, Türkiyədə Sultan Səlimi və Qanuni Sultan Süleymanı göstərə bilərik. Baburun onlardan fər... | ANL |
Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış. Güney Azərbaycan ədəbiyyatının çox önəmli qolu olan ədəbi tənqidin gəlişməsi ədəbi fikirdə özünü göstərən elmi-nəzəri problemləri öyrənmək, həmin problemləri, çatışmazlıqları həll etmək və tətbiq etməklə bağlıdır. Yaranan əsərlər haqqında obyektiv fikirlə... | ANL |
Tanınmış ədib Kəmalə Ağayeva haqqında dəyərli nəşr. Nəşrin tərtibçisi Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, elmi redaktoru İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin övladı Ələkbər Qasımov, rəyçis... | ANL |
Ömrünün 85-ci zirvəsinə qədəm qoyan Həmid Cəfərovu ilk dəfə ötən əsrin səksəninci illərində, Bakıda daxili işlər orqanları əməkdaşları üçün Ali Komsomol Məktəbində təşkil olunmuş kursda tanımışam. Həmin kursda bir sıra mühazirəçilərlə yanaşı Daxili İşlər Nazirliyinin Siyasi Şöbəsinin rəisi, daxili xidmət polkov... | ANL |
Ağakərim Nafizin poetik yaradıcılığı Türkiyənin elmi mətbuatında. Qocaman xanəndəmiz Ağakərim Nafiz öz gözəl ifaları ilə xalqımıza yaxşı tanışdır. Beynəlxalq Muğam Mərkəzinin tədbirlərində də aktiv iştirak edir və yaşının 75-ə yaxınlaşmasına baxmayaraq gözəl ifaları ilə tamaşaçılarımızı sevindirir. Keçən ilin s... | ANL |
Şəki rayonunun Kiçik Dəhnə kəndində Şamil müəllimin köhnə ata-baba mülkündə həmişəki sakitlik pozulmuşdu. Oğlanları, qızları, gəlinləri, kürəkənləri, nəvələri dağdan ağır babanı, mehriban, gülərüz Həyat nənəni görməyə gəlmişdilər. Həyat nənə bir pürrəngi çay dəmlətdirib, səhər süfrəsi açdırmışdı. Hamı süfrə başın... | ANL |
Qəzet səhifələrində siyasiləşən mətbuatımızın 70 illik tarixini (1922-1991), xüsusilə XX əsrin ikinci onilliyindən sonra ölkəni bürüyən sovet ideologiyası, cəmiyyətdə gedən proseslər: sovetləşmə, kolxozlaşma, sənayeləşmə, islahatlar, çağrılan qurultaylar, qurultaylardan irəli gələn məsələlər, qolçomaqlarla mübarizə... | ANL |
Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış. 2011-ci ildə Güney Azərbaycanda cərəyan edən ədəbi prosesdə diqqətçəkən hadisələrdən biri Cəfər Bozorgəmin, Sayman Aruz, Duman Ərdəm, Elvar Quluvənd, Ramin Cahangirzadə, Solmaz Məhəmmədrizayi, Saray Məhəmmədrizayi kimi bir neçə Güney Azəbaycan şair, tənqi... | ANL |
Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım sonradan V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitunun rəngkarlıq fakültəsində - tanınmış rus rəssamı Pavel Korinin sinfində təhsilini davam etdirib. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirib. Sonradan oxuduğu institutda... | ANL |
Müasir İran Otellosu. Kimisi həqiqəti fəlsəfəyə çevirir... Kimisi həqiqəti incəsənətə çevirir... Amma heç fərqi yox, sən həqiqəti hara aparırsansa, apar, gərəkdir ki, həqiqət hər yerdə hər zaman doğrulansın; doğrularla sübuta yetirilsin. Həqiqət doğrulanmayınca həqiqət olmur. Mən o gün teleekranda gördüm Azərbaycan... | ANL |
Təxəyyülün aydın güzgüsündəki həyat. Günlərim mütaliəsiz keçməsə də, bu, Orxandan oxuduğum ikinci hekayədir. Yenə özüm-özümə etiraz edir və xəyalən belə bir daxili dialoq qururam: "Axı Orxan kimi yazarlar çox deyil. Belə müəllifləri oxumalıyıq, Aygün, hər yazıya vaxt ayırmaq düzgün deyil. İlk növbədə bunu qeyd edim k... | ANL |
İranın antiazərbaycan siyasəti və Azərbaycan səfirliyində terror hadisəsi. İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə qadınların öz haqlarını müdafiə etmələri üçün ayağa qalxaraq keçirdikləri az qala bütün İranı bürüyən nümayişlər ilə b... | ANL |
Görkəmli nəvaişünas alim. ŞÖHRƏT SİRACƏDDİNOVUN "ƏMİR ƏLİŞİR" KİTABI. Şöhrət Siracəddinov (Şuhrat Samariddinoviç Sirojiddinov) 23 iyul 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub. Şöhrət Siracəddinov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Nijni-Novqorod Dövl... | ANL |
Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış. Ülkər Ucqar (Münirə Əkbərpur) Tehranın Behişti Universitetində "Epik xəyal gücünün araşdırılmasına doğru: Roland haqqında nəğmə və Dədə Qorqud kitabı" mövzulu (fransız dilində) doktorluq tezini savunması elmi-ədəbi alanda atılan çox önəmli addımdır. Əl... | ANL |
Ömər Faiqin məqalələrini hərdən uzaqdan, ötən əsrin o başından göndərilən teleqramlar kimi oxuyuruq. Bəzən konkret ilin konkret ayının konkret günündə konkret saatları, dəqiqələri hərəkətə gətirən film assosiasiyası da yaradır. Hətta həmin zamana konkret məkan və baş verən hadisənin dəqiq təfərrüatı da əlavə edi... | ANL |
Qubadlı yovşanının ətri. Bu əsərlər hələ sovet dönəmində insan ləyaqətini uca tutan, mənəvi-əxlaqi, milli adət və ənənələrə dəyər verən, bir sözlə, Azərbaycan jurnalistikasında haqq-ədaləti müdafiə edən, jurnalistikamızın təkamülünə səbəb olan əsərlər idi. Əli İldırımoğlu uzun illər respublikanın müxtəlif region... | ANL |
Qardaşı Hüseyn Cavidin adı sovet çeksti ədasıyla işləyən tənqidçilərin qara siyahısına düşdükdən sonra Şeyx Məhəmməd Rasizadənin də başından fəlakətlər əskik olmur. Şeyxə mənəvi hücumlar başlayır. Gah maası gec verilir, 8 baş külfəti olan Şeyx çörəklə imtahan edilir, gah siyasi ittihama məruz qalır, etibarsız sayılır, ... | ANL |
Mircavadın möcüzələrlə dolu yaradıcılıq dünyası. 1954-cü ildə Sankt-Peterburqdan Bakıya qayıdaraq 10 il təsviri sənət üçün ənənəvi olmayan materiallardan - metal, daş, qum, bitum, qatran və sementdən istifadə edərək yaradıcılıq eksperimentləri apararaq sənət nümunələri yaradıb. Rəssamın ölümümndən sonra bir çox xarici... | ANL |
Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış. "Talanmış Günəş" kitabını görməzliyə vurması anlaşılmır. "Talanmış Günəş" kitabındakı şeirlər Taha bəyin xırdaladığı bütün detaliyələri öz içində yığmış bir şeir toplusudur. Başqa sözlə, Nasir Merqatinin şeirlərini oxuduqda, onun mifik anlayışlarla yax... | ANL |
Qəhrəmanlıq, şəhidlik və unudulmazlıq. Şəhid Fəxrəddin Qurbanlının şərəfli ömür yolu nəsillərə nümunə oldu. 1994-cü ilin 13 yanvarında Bakının Binəqədi rayonunda Seyfəddin Qurbanlının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Bacısından sonra ailənin ikinci övladı kimi doğulan o oğlan anasının, atasının sevinci, a... | ANL |
XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında müstəsna xidmətləri olan Molla Pənah Vaqifin mühiti, həyatı, yaradıcılığı haqqında Salman Mümtaz, Firidun bəy Köçərli, Həmid Araslı, Səməd Vurğun, Mi... | ANL |
Mirzəbəyli çayının nəğmələri. Bu günlərdə Xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar, Prezidentin fərdi təqaüdçüsü Tofiq Bakıxanov İttifaq Mirzəbəyli haqqında qələmə aldığı "Gənc dostuma yubiley təbriki" adlı yazısında qeyd edirdi ki, o, təkcə jurnalist yox, həm də mükəmməl musiqi xiridarıdır. H... | ANL |
Ana laylası kimi... Müğənni Rəhilə xanım Həsənovanın xatirəsinə. O vaxtlar Azərbaycanın ilk sazçı qadınlarından olan Rəhilə Həsənovanın xeyli pərəstişkarı vardı və adamın ağlına da gəlməzdi ki, nə vaxtsa bu xanımın nəinki qeyri-adi tembrə malik məlahətli səsinin, ifalarının, hətta adının belə efir ömrü həmin o i... | ANL |
Cəmşid Əmirov - detektiv nəsrimizin cığıraçanı. Özünəməxsus yaradıcılıq üslubu, dəst-xətti ilə seçilən, Azərbaycan ədəbiyyatında detektiv nəsrin yaradıcılarından sayılan Cəmşid Əmirovun anadan olmasından 105 il ötür. C.Əmirov hələ 1934-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutuna daxil olduqdan sonra k... | ANL |
- beton altda duaları Sənnəndi! Göy üzünə nələr yazır gözləri. bir də donmuş yarpaqlara, Allahım! | ANL |
ONUN KİMİ OLA BİLMƏYİN ÇƏTİNLİYİ. İkinci Dünya müharibəsi yenicə sona çatmışdı. İnsanların qırışığı təzə-təzə açılırdı. Çöhrələrə yenidən təbəssüm, kənd-kəsəyə toy-düyün qayıdırdı. Hələ insanlar fərqində deyildilər və sadə adamlar bunu bilə də bilməzdilər ki, elə İkinci Dünya savaşı bitincə, onun toz-dumanı həl... | ANL |
Mənim televiziyam. İstədim mən də yazım onun haqqında. Lakin bu günün televiziyalarından yox, içində böyüdüyüm, insanların verilişlərini səbirsizliklə gözləyən, Moskva adlı mərkəzə tabe olsa da, öz milli simasını qoruyub saxlaya bilən, dövrün tələblərini, qadağalarını bilsə də, öz tarixini, kimliyini əks etdirən... | ANL |
Nostradamusun görücülüyü və bu günümüz. çapından cəmisi 15 il keçməsinə baxmayaraq, görücünün bəhs etdiyi, lakin açılmasına ehtiyac duyulan xeyli sayda əlamətdar hadisələr baş verib. Buraya "İlham Əliyev haqqında Nostradamusun görücülüyü", "Qarabağ müharibəsi", "Azərbaycan-Ermənistan münasibətləri", "Rusiyanın Ukra... | ANL |
Bəyaz dünyadan görünənlər. Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizin 80 illik yubileyi münasibətilə "Bəyaz" adlanan fərdi sərgisinin Müasir İncəsənət Muzeyində nümayişi yanvarın 24-də başa çatdı. Fikirləşdim ki, Arif müəllimin sərgisini seyr etdikdən sonra, bütövlükdə muzeyi gəzib yenilənmiş ekspoziya ilə də... | ANL |
Uçub dağılmış binaların. insanlara başdaşı düşür. Mələk üzlü körpələrin məzarını. fələk adamların goru ilə. Bu bəlanın əzabını. gül balalar çəkirlər. Yıxılmaq dərdini. örpəyi çiynindən sürüşən. mərd qalalar çəkir. Bələyini torpaq basan, beşiyini daşlar yırğalayan çağaların. hələ nəfəsi gəlir. Məzarlardan dikələn ruhlar... | ANL |
Güney Azərbaycanda ədəbi tənqid: çağdaş mənzərəyə bir baxış. Əziz Səlami şeirdə təkrarçılığın bütün hallarda onun dəyərini azaldan, qınanılan bir cəhət olduğunu ünlü sənətkarların yaradıcılıq örnəklərindəki nümunələrə əsaslanaraq diqqətə çatdırır: "Renuarın yaradıcılığında, uşaqlar, açıq havada yuyunan çılpaq qadın... | ANL |
Şekspiri də bəyənməyənlər, ağız büzənlər olmuşdur və var, lakin onlar pərəstişkarlarla müqayisədə, əsasən, bəzən, cılız və miskin ruhlu azlığı təşkil edirlər. Bir sıra Şərq ölkələrində hələ də Molla Nəsrəddin "müdrikliyi" ilə yaşayan adamlar vardır, qərəzsiz baxdıqda təlxək Yorik də onunla müqayisəyə girə bilər ... | ANL |
Taleyi sözə çevrilən adam. Şeirin metafizik gücü müəllifin dialektik düşüncələrindən yol alır. Əgər şeirin aurasında adi təsir imkanları yoxdursa, oxucu bir şeirlə bütün poeziya haqqında fikir yaratmağa çalışacaq. Ona görə də müəlliflər diqqətli olmalı, şeirin mistikasına nəzər salmalı, onu "cilalanmamış" söz tədarükçü... | ANL |
Bu böyük şəhərdə özü qədər böyük bir narahatlıq da var. Zəlzələ uzaqda olsa da, bütün kədər və ağrıları ilə buradakı insanların ürəyindədir. Hətta avtomobil sürücüləri belə əvvəlkitək dəli kimi sürmürlər. Məktəblər, dövlət idarələri kömək etmək üçün səfərbərdir. Ticarət mərkəzlərində insanlar düyü, bulqur, makaron, mə... | ANL |
Mingəçevirdə alman qəbiristanlığı. Mingəçevirdə Bozdağın ətəyində yerləşən alman qəbiristanlığındayam. Bir az da səmimi olsam, deməyə məcburam ki, mən buraya hasarın üstündən tullanıb keçmişəm. Bilirəm, etdiyim hərəkət doğru deyil. Amma əziz oxucum, bilmirəm, bir daha yolum buralara nə vaxt düşəcək. Həm də buranı gör... | ANL |
Azərbaycan ədəbi mühitini göynədən itki. Kahramanmaraşlı yazar və tərcüməçi, ədəbiyyatımızın fədakar dostu Abdülkadir Özkanın zəlzələdə həlak olması qələm adamlarımızı dərindən kədərləndirdi. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələylə silkələnib ruhumuz. 11 şəhəri dağıdan, 6 mindən çox binanı toza çevirən, yüz... | ANL |
Yaşamağa gecikməyək! Türkiyədəki zəlzələdən qurtulan bir gənc xanım yazır: "Dünyanın əşyasını aldım evimə, son texnoloji kiçik ev alətləri... Marka-marka paltarlarla doldurdum dolabımı. Amma zəlzələdən qaçarkən ayaqlarım çılpaq idi. Nə qədər dəyərsizmiş, əslində, hər şey. İnsan deyilən varlıq nə doymaz, acmış. Başqa b... | ANL |
Uşaqlarda nitq inkişafı problemi və onun fəsadları. Övladlarınızın yerinə yaşamağa yox, onların yanında yaşamağa cəhd göstərin. Nitq yalnız insana xas olan, onu ətrafına və cəmiyyətə təqdim edən ünsiyyət formasıdır. Nitqin inkişafı prosesindəki pozğunluqlar hələ uşaqlıqdan insanın şəxsiyyətinin formalaşmasına, intell... | ANL |
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş "Mirzə Kazımbəy-220" beynəlxalq elmi konfransında səslənmiş məruzələrin tezisləri çapdan çıxıb. Topluda Azərbaycan, Misir, Qazaxıstan, Rusiya və Belarusdan 34 alimin məruzəsinin tezisi dərc olunub. İlk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsin... | ANL |
Çingiz Abdullayevin "Azğın ruhların şəhəri" işıq özü görüb. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin "Azğın ruhların şəhəri" romanı Azərbaycan dilində işıq üzü görüb. Əsəri rus dilindən Məlahət Qənbərova tərcümə edib. "Azğın ruhların şəhəri" romanı 90-cı illərin sonunda hüquq-mühafizə orqanlarının üzləşdiyi çə... | ANL |
Xəbər verdiyimiz kimi, fevralın 8-dən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində "Oxu mədəniyyəti" layihəsinə start verilib. UNEC rektoru, professor Ədalət Muradovun sözlərinə görə, "Heydər Əliyev İli" çərçivəsində gənclərin... | ANL |
İnsanlığın iki qütbü. Nadir hallarda olar ki, xarici ədəbiyyatdan danışasan, dahi ispan yazıçısı Servantesdən , onun Don Kixotundan söz açmayasan. O Don Kixotdan ki, öz müəllifinə də ölməzlik bəxş etdi, özüdə ədəbi personaj kimi əbədiyyət dünyasında layiqli yerini tutdu. Əlbəttə, bu sözləri əksinə, personajın yox, mü... | ANL |
Maşallah! Saatla dururlar fəxri keşikdə, Mən sənin əbədi keşiyindəyəm!". Deyirlər ki, cənnətdən qovulanda yer üzərinə babamız Adəm Seylon adasına (Şri-lankaya), nənəmiz Həvva isə indiki Ciddə şəhərinin yerləşdiyi əraziyə atılıblarmış. Ərəbistanda yerləşən bu şəhər bəşəriyyətin ilk anası (nənəsi) sayılan Həvvanın ... | ANL |
İslam Səfərlinin 100 illiyi münasibətilə elmi konfrans olub. AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib. 525.az xəbər verir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirən... | ANL |
Rəfail Tağızadənin "Qarabağnamə"si. Biz ona təkcə ərazi kimi baxmamışıq, canlı təbiət əfsanəsi, Allahın Yer üzünə bəxş etdiyi cənnət kimi, söz və musiqi beşiyi kimi baxmışıq. Nərmü nazik bayatıdır, bayatı". Dünyaya dahilər, böyük söz ustadları, səsiylə fələklərə meydan oxuyan xanəndələr bəxş edən Qarabağ bizim mə... | ANL |
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HÜSEYN TAĞIYEVİN HƏYAT YOLDAŞI AYŞƏN XANIM "BİRLİKDƏLİYİMİZ ŞƏHİDLƏR XİYABANINDA BAŞLANMIŞDI, ORADA DA BİTDİ" DEYİR. Heç tükənməyən, heç bitməyən mövzudur Vətən! Hələ bir də başı qovğalı, səması dumanlı, torpağı şəhid qoxulu yurdun varsa, hər nəfəsdə hiss edərsən onun müqəddəsliyini. Bu g... | ANL |
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində mühüm və aparıcı yer tutması bir qayda olaraq sevgi əhvalatlarına ədalətli, humanist münasibət bəslənməsini kənara atdı. Ailənin möhkəmliyi, həm də namus, qeyrətin elan olunduğu şəkildə ən yüksək qaydada qorunması n... | ANL |
Azərbaycan İlahiyyat İnstitutu: uğurlu addımlarla yadda qalan 5 il. Ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm hadisələrdən biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 5 il ötür. İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkənin ali təhsil sistemində özünə... | ANL |
Bir çox müasir yazıçımızın əsərlərini türkcəyə çevirən Abdulkadir Özkan da Türkiyədəki zəlzələnin qurbanı oldu. Onu Azərbaycanda öz evlərində qonaq edən, hətta Abdulkadirin yaşadığı və dağıntılar altında qalıb can verdiyi Kahramanmaraşdakı evində vaxtilə qonaq olan yazıçı dostlardan fərqli olaraq mən onunla real həyat... | ANL |
Jurnalist-döyüşçü Baxşeyiş Abbasoğlunun 60 illik yubileyi münasibətilə. Nə zamanı tutub saxlamaq mümkündür, nə də ötən illəri yenidən yaşamaq... İndi ömrün altıncı onilliyindən ikinci onilliyinə qayıtmağa, o illəri, günləri, anları xatırlamağa yaddaşın da gücü çatmır. Baxşeyişlə ilk dəfə dəqiq harada, necə rastlaş... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Aytac Əhmədovadır. Onunla Vinsent van Qoqun dünyaca məşhur "Ulduzlu gecə" əsəri haqqında danışmışıq. O, bir sənətçi kimi daim özünü axtarırdı, ağır xəstəliklə mübarizə aparırdı, yemək üçün pulu yox idi və olan bütün pullarını da boyalara, fırçalara və tuva... | ANL |
Molla rejimi: riyakarlıq və düşməncəsinə davranış. İran molla rejiminin son vaxtlar Azərbaycan Respublikasında din pərdəsi altında xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq və bütün bunları Azərbaycan dövlətçiliyinə qarşı yönəltmək cəhdləri bir çox faktlarla təsdiqini tapır və düşməncəsinə mü... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.