text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bir sinədə iki ürək... Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün türk dünyasını sarsıdıb. Azərbaycan xalqının böyükdən kiçiyə kimi hər bir vətəndaşı dərin hüzn içində olsa da, heç kəs öz inamını itirməyib. Bütün dünyaya məlumdur ki, yenilməz Türk dövlətinin iradəsi sarsılmazdır. Mən bir Azərbaycan vətəndaşı ol... | ANL |
Qərbi Azərbaycan sevdasıyla yaşamaq... Fevralın 4-də Qərbi Azərbaycan İcmasının Bakı şəhərindəki "G.Qədirbəyova küçəsi 31" ünvanında yerləşən qərargahında icmanın Ağsaqqallar Şurasının ilk yığıncağı keçirildi və bu mötəbər məclisə dəvət alan ziyalılardan biri də mən idim. Bir çoxunu, qiyabi də olsa, tanıdığım soydaşl... | ANL |
Ayrılır yer yerindən. Ölüm- qaranlıq duman. Divarla qopub düşən. Çarəsizlik, qorxudu. Pərdələr pəncərəsiz, Otaqlar divarsızdı. Hərdən dillənir həyat, Ölüm necə arsızdı. Yumşaq yataqlarından. insanları qopardın. Axtarıb tapmaq üçün. Bəxti sınan güzgüyə. Iki canda bir ürək, Ölməyəcək sevgiyə. Məsumların önündə. Günahkard... | ANL |
Çox uymuşuq hay-haraya, Bu sözümdə yalanmı var? Söyləməkdə yalan-hədyan, Ötürmürük tək bircə an. Uydurmağa quru böhtan. Neyləsin bəs yetim-yesir, Qayğısına qalanmı var? "Ol" yaratdı kainatı, Aləmlərdə yeddi qatı, Etdi bərqərar həyatı, Buna biganə qalmayaq, Sözü urvatdan salmayaq! Hər addımda olsun təməl. Xeyirə olmayaq... | ANL |
Xoylu körpəyə. Siz tərəfə baxmaz oldu, Gözü kor olsun dünyanın! Yorğan-döşəyin üstündə, Anan təzə yer açacaq. Qardan döşəyin üstündə. Evlər dağılıb, tanınmır, Uşaqlar məhlə axtarır. Səhərdən təhnə axtarır. Bəxtinə şairlik düşən. Belə şeir yazmaz, balam, Üşüyən körpə əllərin. Hovxurarsan qızmaz, balam. Zəngini yenə gəzi... | ANL |
Önündən sürüşüb axdı torpaqlar, Bir göz qırpımında uçdu yuvalar, Qum tək səpələndi uca divarlar. Əlləri əlindən qopan həyatlar. Ağrısıyla vidalaşdı "can" deyə. Nələr gördü gözün, türküm,Türkiyəm! Ayaqlar altında oynadı torpaq, Ağac budağından qırıldı yarpaq, Yer oynadı, silkələndi hər yataq. Ana qucağından, ana canın... | ANL |
Türkəçarəyə folklor janrı prizmasından baxış. Təbabətin yüksək səviyyədə inkişaf etdiyi cəmiyyətlərdə türkəçarə müalicə üsullarına müraciət olunması geriqalmışlıq deyil, ilkin bilgi imkanlarından faydalanmaqdır. Çalışıb hər kəs özünün həkimi olmalıdır, dünyanın bütün həkimləri bir yerə yığışsa da, öz həkimi olmayan in... | ANL |
Ana dilinin dadını-duzunu duymaq üçün zənnimcə, təhsilin, hansı peşənin sahibi olmağın fərqi yoxdur. Yüz illər boyu folklor incilərimizi - şifahi söz yatırımızı yaradan baba və nənələrimiz ən həssas, ən mahir ədəbiyyatçılarımız, dilçilərimiz olublar. Dil mənəvi sərvətimizdir, xalqı, milləti tanıdan əvəzsiz xəzinəmi... | ANL |
Xaricdə ali təhsil alanların diplomları Azərbaycanda necə tanınacaq? NAZİRLƏR KABİNETİNİN TƏSDİQLƏDİYİ YENİ QAYDALAR BU SAHƏDƏKİ VƏZİYYƏTƏ AYDINLIQ GƏTİRİR. Bugünlərdə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" təsdiq edilib. Sözüge... | ANL |
"Əsrin faciəsi"nin ünlü qurbanları. TÜRKİYƏDƏ BAŞ VERƏN DƏHŞƏTLİ FƏLAKƏT NEÇƏ-NEÇƏ İSTEDADLI, PEŞƏKAR İNSANIN HƏYATINA SON QOYDU. Fevralın 6-da qardaş Türkiyədə ardıcıl baş verən, episentri Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olmaqla, on bir şəhəri yerlə-yeksan edən iki böyük zəlzələ dəhşətli fə... | ANL |
Böyük insanlıq sınağı. Günlərdir insanlıq olaraq tərif olunmaz acılar içindəyik. Qardaş ölkədə minlərlə insan tələfatı və böyük dağıntılara səbəb olan təbii fəlakət nəticəsində ortaya çıxan dəhşətli mənzərə dünyada insan olan hər kəsi dərindən sarsılmaqla qalmadı, həm də insanlıq olaraq bizləri böyük bir sınağa çəkmiş ... | ANL |
Türkiyədə bugünədək 30 mindən çox insanın həyatına son qoyan zəlzələnin ölkə iqtisadiyyatına təxmini hesablamalara görə, 80 milyard dollardan çox ziyan vurduğu deyilir. TÜRKONFED işçi qüvvəsindəki itkilərin Türkiyə iqtisadiyyatına 2 milyard 900 milyon dollar ziyan vuracağını bildirib. Bütün bunlar ümumilikdə 84 mily... | ANL |
Səni Allaha həvalə edirəm. Düşüncələr ipsiz-sapsız olduğu üçün azaddır, deyirlər, məncə, dəlidir. - Birincidə Allahın ədalətinə buraxıram deməkdir. O zaman haqlısansa, bunu da alqış saymalısan, düz demirəmmi? - Axı, qarşındakının qarğışına görə haqsız olduğuna inanırlar. - Sən də Allahın ədalətinə inanırsan. - Amma ... | ANL |
Məktəbdə psixoloji xidmət: təhsildə keyfiyyətin yüksəldilməsində mühüm amil. Bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub. İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, ... | ANL |
Ana dilimizə qayğı: keçmişə ehtiram, gələcəyə təminat. Hər bir əlamətdar günün olduğu kimi bunun da maraqlı və ibrətamiz tarixçəsi var: Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Dünyada məhv olmaq təhlükəsilə üzləşən dil... | ANL |
Tərk edilmiş yuvalar. Görkəmli yazıçı-publisist Əli İldırımoğlunun "Tərk edilmiş yuvalar" adlı lirik hekayəsi Moskvada nəşr olunan "Literaturnaya qazeta"da işıq üzü görüb. Hekayəni rus dilinə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Abuzər Bağırov çevirib. "Tərk edilmiş yuvalar" hekayəsini təqdim ... | ANL |
Türkəçarəyə folklor janrı prizmasından baxış. Tibbi məsləhətlər digər bütün kateqoriyadan olan məsləhətlərin özülündə dayanır. Bunu türkəçarə məsləhətlərini ayrı-ayrılıqda nəzərdən keçirdikdə daha yaxşı başa düşmək mümkündür. Gigeyenik türkəçarə məsləhətləri: 1) Ağız və burun boşluğu təmiz olmalı, müntəzəm olaraq su il... | ANL |
"Ömür"ün sonuna qədər... Unudulmaz yazıçımız İsmayıl Qarayevin "Ömür" romanını lap gənclik illərimdə oxumuşdum. Təbii ki, daha çox süjet xəttinin cazibədarlığına, Əşrəflə Çəmən arasında yaşanan sevgi münasibətlərinin sonucuyla bağlı hədsiz marağıma görə. O yaşda məni hadisələrin bu tərəfi daha çox cəlb edirdi. Bütün ... | ANL |
Kaş belə olmayaydı. ORDA RAHATSINIZMI, BAHADUR MÜƏLLİM? Axı əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrlə kimisə təəccübləndirmək ənənəsi olmayıb. Amma incəsənət sahəsində çalışan, üstəlik, aktyor və ələlxüsus da kino aktyoru kimi heç də taleyi öz əlində olmayan kimsənin ailəsində bu sayda uşağın dünyaya gəlməsi, m... | ANL |
Günel İmranın yeni kitabı çıxıb. Kitab müəllifin 2016-cı ildə çap olunan "Maya və ifritənin büllur ürəyi" fantastik nağılının davamıdır... ...Bataqlıq ifritəsinin tilsimindən xilas olmaq üçün elflərlə (insanabənzər mifik varlıqlar) birgə mübarizə aparan balaca Mayanın həyatı evlərinə qayıtdıqdan sonra dəyişir, sehrl... | ANL |
Dövlət qulluğuna qəbul: obyektiv və məqsədyönlü seçim uğura təminat verir. Müasir dünyada olduğu kimi, Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövl... | ANL |
Qan axıdılması qurbanlarının sayı minlərdə, milyonlarda ifadə olunmaqla adi statistika xarakteri daşıyır, lakin hər bir həlak olan insan bəşəriyyət adlanan qitənin sahəsinin azalmasına, şaqren dərisi kimi daralmasına, onların ailələrinin dözülməz faciəsinə, uşaqların yetim, gənc gəlinlərin dul qalmasına səbəb ol... | ANL |
Sahibsiz heyvanlarla necə rəftar etməli? Sahibsiz heyvanlara şəhərin ən müxtəlif məkanlarında demək olar, hər gün rast gəlirik. Və tez-tez sosial mediada sahibsiz heyvanlarla amansız rəftar, onlara işgəncələr verilməsinə dair videogörüntülərlə qarşılaşırıq. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda y... | ANL |
Plastik əməliyyatların hansı psixoloji təsirləri ola bilər? Plastik-estetik əməliyyatdan öncə psixoloqdan məsləhət almaq lazımdır. Dünya alimləri plastik əməliyyatların xəstələrdə psixoloji nəticələrini üzə çıxaran yeni araşdırmalar aparırlar. Estetik-plastik əməliyyatların əsas məqsədi bədənin müxtəlif yerlərindəki q... | ANL |
Möcüzəylə qurtulub möcüzə yaradanlar. Və ya dağıntılar altından çıxan gələcək. Ümid etmək... Çətinliklərlə, əzablarla, göz yaşıyla dolu bu dünyaya var gücümüzlə sarılmağımızın, yorulub "oyundan qaçmamağımızın", usanıb "yelkənləri endirməməyimizin" bəlkə də ən önəmli səbəbidir. Bir də ümidlərimizi hər zaman diri tutan... | ANL |
Aqşin Yenisey böyük ədəbiyyat yolunda. Gənclik illərində "Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddın" jurnalı və folklor" adlı dissertasiya işimi rəy üçün Moskvaya, Ali Attestasiya Komissiyasının üzvü olan, ədəbiyyatşünas-alim və görkəmli yazıçı Çingiz Hüseynova göndərmişdim. O, da yubatmadan və özünəməxsus səliqə-... | ANL |
Nostradamusun görücülüyü və bu günümüz. Ulu öndər Heydər Əliyev epoxasının, İlham Əliyev erasının reallıqlarının XVI əsrdə yaşamış dünyanın möcüzə şəxsiyyəti Mişel Nostradamusun görücülüyündə (5 k 6 və 4 k 87) öz əksini tapması böyük tarixi həqiqətlərdən xəbər verir. Gəlib İtaliyada sülh naminə ibadət edəcək. Bu kr... | ANL |
və yaxud İN GOD WE TRUST... Belə baxanda Üçüncü Dünya müharibəsi çoxdan başlayıb: Ukrayna Rusiya ilə vuruşandan bəri yox, bəşər Əsədlə döyüşəndən bəri. Suriya üç yerə bölünəndən başlayıb Üçüncü Dünya müharibəsi. Ondan bəri. Dünyada ilk qırğını iki qardaş törədib: Habillə Qabil. Aralarında bir hərf fərqi var. Qabil Ha... | ANL |
Zaman-zaman insan həyatında bir çox şey dəyişir: istəklərimiz, xəyallarımız, dünyaya baxışımız, həyat qarşısında duruşumuz və daha nələr-nələr... Bir də ehtiyaclarımız. Beş yaşında xoşbəxt edən oyuncaqdan 40 yaşında da eyni sevinci gözləmək absurd olduğu kimi insan münasibətlərində də gözləntilər dəyişir. Bu dəyişi... | ANL |
İtlərə görə gözdən düşən insanlıq. Bir neçə gün öncə sosial şəbəkələrdə rayonlarımızdan birində küçə itlərini kütləvi şəkildə zəhərləyib öldürmə halı ilə bağlı videonu izləyəndə ətim ürpəndi, qanım dondu. O dilsiz-ağızsız heyvanların necə çabalayaraq can çəkdiklərini, gözlərindəki qorxu və yalvarışı görmək dəhşət idi... | ANL |
Azərbaycançılıq - keçmişimizi gələcəyimizə bağlayan universal dəyərlər sistemi. Müstəqil dövlətin yaranması, formalaşması üçün zəruri olan amillərdən biri də həmin dövlətin ərazisində məskunlaşmış xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi, bu ideologiyanın əsaslarını özləri üçün qəbul etmələridir. ... | ANL |
Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki. Tanınmış yazıçı Nəriman Əbdülrəmanlının "Şəms" romanı bu günlərdə çapdan çıxıb; yazıçı əsəri "roman-qeybnamə" adlandırır. Adın doğurduğu assosiasiya özlüyündə Mövlana Cəlaləddin Ruminin təsəvvüf rəhbəri olan dostluqları barədə əfsanələr dolaşan şeyx Şəms Təbr... | ANL |
Dilimizi necə dəyişdirməli... Naşir Şahbaz Xuduoğlu, "dilimizi Türkiyə türkcəsi ilə dəyişək" fikri ilə gündəmə gələndə elə bir hay-küy yarandı ki, sanki dilimiz dərhal itəcək. Fikir azadlığı, məsələnin elmi tərəfi, gələcək nəsillərin ana dili ilə bağlı problemləri, məktəblərdəki təhsil sistemi, "Tarqovı"da, bulvarda gə... | ANL |
Güldürə-güldürə ağladan adam... Onun haqqında çoxdan yazmaq, fikir söyləmək və ürəyimdə olanları həm oxucularla, həm də elə bu sənət adamının özü ilə bölüşmək arzusundaydım. Lakin nədənsə özümdə cəsarət tapa bilmirdim. Çünki sənət adamı haqqında fikir söyləmək böyük məsuliyyət deməkdir. Ələlxüsus da bu sənətkar b... | ANL |
İşığı sönməyən sənətkar ömrü - Kamil Nəcəfov. Səhnə fədailərimizdən olan görkəmli aktyor parlaq məqamlarla zəngin ömür və sənət yolu keçmişdi. ..."Azərbaycan" nəşriyyatının baş redaktoru Nahad Əliyev gözlərini qarşısındakı kağızlardan ayıraraq xoş bir təbəssümlə dilləndi: - Görkəmli səhnə ustalarımız haqqında ki... | ANL |
Qərbi azərbaycanlıların deportasiyası: assimilyasiya və izolyasiya kontekstində. 44 günlük Vətən Müharibəsindən sonra, Şərqi Zəngəzur iqtisadi regionun yaradılması ilə Qərbi Azərbaycan məsələsi də daha çox gündəmə gəlməyə başladı. Azərbaycanın polietnik, Ermənistanın isə monoetnik dövlət olması, multikulturalizm aspe... | ANL |
Xocalı soyqırımının dəhşətləri şahidlərin ifadələrində. Azərbaycan tarixinin ən ağrılı, ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Ermənilərin törətdiyi bu qətliam təkcə bir xalqa qarşı deyil, bəşəriyyətə, insanlığa yönəlmiş amansız cinayət idi. 1992-ci il fevralın 25-dən ... | ANL |
Xalq yazıçısı Elçin haqqında metodik vəsait təqdim olunub. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə hazırlanan "Müqəddəs söz-sənət ocağının nurlu varisi - Elçin Əfəndiyev" adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqd... | ANL |
Həyat, insan oğluna Tanrının bəxş etdiyi çox qiymətli hədiyyədir. Lakin iki əbədiyyət arasındakı körpüyə bənzəyən həyatı necə yaşamağı insan özü müəyyənləşdirir. Arzularıyla, əməlləriylə, sevgisiylə zənginləşdirir, min cür rəngli ilmələrlə naxış vurur, gözəlləşdirir, ucaldır ona verilmiş sadə bir həyatı. Həyat özü də... | ANL |
"Lənkəran qızlarının rəqsi". "Bir rəsmin dedikləri" rublikasının budəfəki qonağı sənətşünas Cəmilə Məmmədovadır. Onunla Xalq rəssamı Maral Rəhmanzadənin "Lənkəran qızlarının rəqsi" əsərindən danışmışıq. Azərbaycan qadınlarına həsr etdiyi "Azərbaycan qadını keçmişdə və bu gün" adlı diplom işini V.İ.Surikov adına Mosk... | ANL |
Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər aparılır. Qoruğun ərazisində flora və faunanı qiymətləndirmə, inventarlaşdırma işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ekoloji mühitin qiymətləndirilməsi, biomüxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə Zəngilan rayonu ... | ANL |
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Dinin məhəbbət əlaqələrinə, sevgililərin taleyinə əsassız qaydada müdaxilə etməsi, çox hallarda isə qənim kəsilməsi salnaməsi olduqca geniş və həcmcə böyükdür. Din nədənsə bu məsələdə təbiətin qanunlarına məhəl qoymur, öz sərt qaydaları ilə əslində əxlaqın pozulması ... | ANL |
Mərhəmət. "Mən şeytana mərhəmətimlə qalib gəldim, mənim ən güclü silahım mərhəmətim oldu". Son günlər Hacı Zeynalabdin Tağıyevə həsr etdiyim "Mesenat" adlı pyesimdən tez-tez yadıma düşən bu cümlə Hacının son ölümqabağı monoloqundandır. Bu fikrin yada düşməsi qardaş Türkiyədə baş verən fəlakətli zəlzələ ilə bağlıdır. ... | ANL |
Göylər bütün başqa gözəllik və özəlliklərindən savayı, Tanrının insana bağışladığı seyr edərək düşüncələrə dalma fürsətidir. Göylərin sonsuzluğuna baxırsan və zahirən boşluq kimi görünən o sonsuzluq səninlə danışa bilir. Düşünməyə başlayırsan ki, sənin Yerdə tabe olduğun təqvimlər, vaxt ölçüləri şərtidir. Əvvəl-... | ANL |
Turan sınağı: "əsrin fəlakəti" və Ermənistan layihəsinin Zəngəzur hiyləsi. Onlardan sonuncusu, "əsrin fəlakəti" Türkiyədə 4-cü səviyyəli həyəcan elan edilməsinə səbəb oldu. Zəlzələnin ilk saatlarından etibarən Azərbaycanda gündəm dəyişdi, siyasi və ictimai gündəlik Türkiyəyə yardım kompaniyası ilə əvəzləndi. Cənab P... | ANL |
İncəsənətimizin ağır itkisi. SİZİ DÜNYALAR QƏDƏR SEVİRDİK, RAMİZ NOVRUZ! Az qala, hər həftə bir ulduz sönür Azərbaycan incəsənətinin səmasında, az qala, hər həftə bir qocaman çinar devrilir qədimdən qədim mədəniyyətimizdə. Bizsə, itirdiklərimizin hüznüylə bir az daha təlaşlanırıq incəsənətimizin gələcəyilə bağlı. Axı ... | ANL |
Milli Kitabxana Xalq yazıçısı haqqında metodik vəsait hazırlayıb. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq yazıçısı Elçin qələmə aldığı əsərlərin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psi... | ANL |
Münhen Təhlükəsizlik Konfransının nəticələri. Münhen Təhlükəsizlik Konfransı (Münchner Sicherheitskonferenz) siyasət və biznes təmsilçilərinin, təhlükəsizlik ekspertlərinin diplomatik və protokol tələblərin olmadığı bir şəraitdə müzakirələr aparmaq üçün illik beynəlxalq tədbiri kimi yaradılsa da, soyuq müharibənin ... | ANL |
Xocalını gözləyən təhlükə. Mən bu barədə bir ay əvvəl xəbərdarlıq etmişdim. 31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr... | ANL |
Gülən gözlərinin ardındakı dərdlərini - sevdim keçmişini. Ürəyi sözlərində döyünən körpə səslərini - sevdim gələcəyini. Səni üzənin evi yıxılsın, yıxılsın lap belə nəyi yıxılsın... Fitili çəkilmiş qumbarayam. dərdlərinin səngərinə. Bakıdan Naxçıvana kimi. bir türkü olaram qulaqlarında. ötüb Zəngəzur səmasından: "əllər... | ANL |
Sevmirsən. Demirəm uzaqlaş, çəkil yolumdan, Mən sənə sevməyi öyrədəcəyəm. Məhəbbət güclüdür gələn ölümdən, Mən sənə sevməyi öyrədəcəyəm. Ardımca baxarsan - qanın qaynayar, Bu donmuş hisslərin qəfil oynayar. Qəlbin təlaşlanar, ruhun boylanar, Mən sənə sevməyi öyrədəcəyəm. Sən də çəkəcəksən sevgi yükünü, Gecikmə, Simu... | ANL |
Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin xatirəsinə. Birinin təmkini, səbri. adamı heyrətə salırdı. döyüşdülər, vuruşdular. Məna ənginliyinə qanad gərərək. Sözün cəfakeşləri. adladılar bütün keşməkeşləri. O söz vurğunları, keşikçiləri. axıracan arın-arxayın durdular. Qıymadılar, qoymadılar. bədii sözün çəkisi düşə... | ANL |
Araz çayının özü və adı tarixi-coğrafi müstəvidə. Sularının hər damlası sevgiylə, həsrətlə dolu olan, ləpələri məhəbbətlə çağlayan, adı ayrılıq, nisgil rəmzinə çevrilmiş Araz çayı... Xan Arazın vətən torpaqlarımızı ikiyə bölməsi XIX əsrin əvvəllərinə təsadüf edir. İran Çar Rusiyasındakı daxili qarışıqlıqdan istifadə... | ANL |
Xankəndi-Laçın yolundakı aksiya - yüksək ekoloji şüur və vətənpərvərlik nümunəsi. Məlum olduğu kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq yetmiş üç gündür davam edir. Havanın küləkli, soyuq və şaxtalı olma... | ANL |
Xalq təqvimi və ya çillələrin töhfəsi. Azərbaycanda Yazın - Novruz bayramının gəlişi, ənənəvi olaraq, mərhələli şəkildə qeyd edilir. Novruz çərşənbələrinin sayı yeddidir, bunun üçü Kiçik Çilləyə düşür və yalançı çərşənbələr adlanır. Yalançı çərşənbələr el arasında "Oğru buğ" çərşənbələri kimi tanınır ki, bu da ... | ANL |
Onun ölüm xəbərini eşidəndə nə hallara düşdüm. Bilirdim ki, ağır xəstədir, amma mən də onun dostlarından biri kimi Allaha yalvarırdım, ona nicat diləyirdim. O, görkəmli ədəbiyyatşünas Xeyrulla Məmmədovun qohumu idi. Bizi də Xeyrulla müəllim (Allah rəhmət eləsin!) Bu tanışlıqdan sonra mən onun bütün tamaşalarına g... | ANL |
"Ən böyük qəhrəmanlar müəllimlərdir". Məleykə Abbaszadə: "Bir istəyim dəyişməzdir - Azərbaycan gəncliyini savadlı, bacarıqlı, beynəlxalq aləmdə hər zaman ilklərə imza atanlar sırasında görmək". İlk dəfə onu uzun illər əvvəl mətbuat konfransında gördüm. Sıralanan suallara aramla verdiyi dolğun cavablarını dinləyə... | ANL |
Zəlzələnin oyatdığı suallar. Zəlzələnin dağıntıları altında qalıb can verən uşaqları düşünəndə istər-istəməz adamın ağlına bu fikir gəlir ki, görəsən, Allah niyə bütün bunlara imkan verir? Bu suala cavab olaraq bəzi adamlar deyir ki, Allah bu cür dəhşətli zəlzələlərlə öz bəndələrinə xəbərdarlıq edir, onları imtaha... | ANL |
Xocalını gözləyən təhlükə. 31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr, kitablar yazılıb, təhlillər aparılıb, mülahizələr i... | ANL |
Münhen görüşü sülhlə bağlı nələr vəd edir? Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası bu iki ölkə arasında sülhün bərpa olunması üçün əsas məsələlərdəndir. Bu proses isə artıq 3 ilə yaxındır gecikir və yaxud gecikdirilir. Rusiyanın vasitəçiliyinin heç bir töhfə verməməsinin ardından bu məsələdə Aİ... | ANL |
Fövqəladə missiya: Vətənə xidmət. İlk yuvamız ana bətnidir. Yəqin ona görə qədəm basdığımız torpağa ana torpaq demişik. Vətən dediyimiz torpağa sevginin isə sonu yoxdur. Ona görə mayor Süleyman Vaqif oğlu Heydərov ölümlə çarpışanda anasını xatırlayıb: - Bu dünyadan ayrıldım sanki. Ağır vəziyyətimdə anamı düşündüm. Mən... | ANL |
Şanlı əbədiyyət yolçusu. Yaşanılan ömür ona görə mənalı olur ki, həsr olunduğu amal məna tərəzisində ağır gəlsin. Bu səbəbdəndir şəhidlərin nakam ömürlərinin min uzun ömürdən mənalı olması. Onları yaşadan Vətən sevdası əbədiliyə açdıqları qapının dəstəyi kimi sığdı ovuclarına... Bir gün Vətən dağına bayraq sancdılar..... | ANL |
Məişət zorakılığına qarşı mübarizə: tədbirlərin operativliyi və təsiri artırılır. Qanunvericiliyin verdiyi izaha görə, yaxın qohumluq münasibəti və birgə yaşamaqdan sui-istifadə etməklə digər şəxsə qarşı qəsdən fiziki və ya mənəvi zərər vurulması məişət zorakılığı olaraq qəbul edilir. Məişət zorakılığına məruz q... | ANL |
Bilməmişdim ki, insanın iç dünyası olduğu kimi qalarmış. Bizi yaşadan, dəyişməyə qoymayan, adam kimi saxlayan uşaqlıq yaddaşıymış. Hər insan uşaqlıq xatirələrindən ibarətdir, fərqi yoxdur acılı, ya şirin olsun. Onlar bizi formalaşdırır, keçmişdən dərs almağa sövq edir, gələcək səhvlərdən sığortalayır". Əflatun ... | ANL |
Xalq təqvimi və ya çillələrin töhfəsi. Rəvayətə görə, mart ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir. Bu savaş cəmələrlə başlayır. Cəmənin sayı dörddür, bunlara ilaxır çərşənbələri, yaxud doğruçu çərşənbələr deyilir. Fevralın ikinci ongünlüyündən başlayaraq Boz ay yer üzünə qədəm qoyur, Boz ayın ilk ... | ANL |
Fəlsəfi gəzişmələr. Sevdiyim filosof Niyazi Mehdi İmmanuel Kantı mənə necə sevdirdi. Niyazi Mehdi və Dilarə Mehdinin müştərək yazdıqları"Fəlsəfə tarixində fəlsəfə" kitabından aldığım bilgilər kontekstində "fantaziyalarım". Vaxtilə Kant deyəndə ki, bütün maddi varlıq öz sirlərini bizə axıradək açmayan, necəliyini... | ANL |
Nəsimi irsinin və Hürufiliyin tədqiqinə mühüm töhfə. Azərbaycan ədəbiyyatının klassik dövrünün öyrənilməsi, bu sahədə yeni tədqiqatların aparılması, klassik şairlərin əsərlərinin yenidən tərcümə oluması, təbii ki, ədəbiyyatşünaslıq elmimizdə həmişə müsbət qarşılanıb. Bu gün klassik ədəbiyyatımızın daha yaxşı öyrənilm... | ANL |
Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bütün dünyanın göz... | ANL |
Xocalını gözləyən təhlükə. MƏN BU BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİM. 31 il əvvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr... | ANL |
Molla rejiminin antiazərbaycan siyasəti. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı hərbi-siyasi qələbə, regionda artan gücü və üstün mövqeyi, görünür, heç də hər kəsin sevincinə səbəb olmadı, əksinə, illərdən bəri qurulan, rahat və arxayın şəkildə yürüdülən mənfur siyasi düzəni pozdu, gələcəyə yönəlik m... | ANL |
Risk cəmiyyəti və təbii fəlakətlər. Son dövrlərə qədər "risk" məfhumu daha çox sığorta şirkətləri, bank sektoru və dəqiq elmlər sahəsində çalışan alimlər tərəfindən istifadə olunan texniki məfhum hesab olunurdu. Alman sosioloq Ulrix Bek 1986-cı ildə nəşr olunan "Risk cəmiyyəti" kitabında ortaya qoyduğu nəzəriyyə ilə... | ANL |
İMDAT AVŞARIN HEKAYƏSİ BARƏDƏ MÜLAHİZƏLƏRİM. "Külək, qan donduran şaxta boş, səksəkəli küçələri mühasirəyə alır. Şəhər narahat bir yuxuda, itlər isə aramsız ulayır... Bayırdakı uğultulu səslərə lap uzaqlardan göy gurultusuna bənzəyən qorxulu səslər qarışır. Uzaqlarda can verənlərin iniltisini də eşidirəm... Hər gec... | ANL |
İlahi! Dipdiri ölülər var! Onların sümük xatirəsində, indi yalnız dip-diri. torpağa əndərilmiş Böyük Hürkü, şaşqın qışqırıqlarının yaddaşı yaşayır! İndi Onlar dərin uğultularda. Çəpəri qalın çəkilib... Hərdən soruşuram Ondan. Necəsən? Məşhur Qırmızı Qospodin?" kütləvi qırğın maşını? Xirosima dəhşəti, Xatın faciəsini. Ç... | ANL |
XÜSUSİ TƏYİNATLI ŞEİR. Bu ağır məmləkəti. Torpağa ard-arda şəhid. Gəlmişəm mən də olum. Sözümüz, söhbətimiz. Bizə düşmən kəsilən! Sənə çoxdan bələdik, Tülkülüyün indi deyil. Düşmən önündə səd çəkir, Yurdu mərzban qoruyur. Unutmadıq biz onları, Dədəm Qorqud yazanları. Yağmalanan qazanları. Qaraca Çoban qoruyur. İgiddir... | ANL |
Lord Çemberlen Adamlarına da bu, həmçinin dəyişiklik etmək zərurəti yaratdı. Şekspir və onun kolleqaları müntəzəm olaraq Elizabet qarşısında çıxış edirdilər. Onlar Ceymsin özündən də daha populyar idilər. Ceyms taxt-taca yüksələndən sonra Lord Çemberlenin Adamları ona uyğunlaşdılar. Elizabet hakimiyyətinin son 9 i... | ANL |
Kosmik səyyah Xıdır Nəbi. YAZQABAĞI EL BAYRAMIMIZIN SİRLİ QATLARINA BAŞ VURMAQ CƏHDİ. Qədim tarixə malik olan və türk elləri arasında geniş yayılan bayramlarımızdan biri də Xıdır Nəbi, Xızr Nəbi və ya Xızr İlyas (bəzi yerlərdə Xıdır Elləz) adlandırılan mərasimdir. Xızr - dürüst insanların köməkçisi, dara düşənlər... | ANL |
Böyük Qayıdış yolunda atılan addımlar: ekoloji mənzərə də canlanır. Azərbaycanın işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq həmin ərazilərdə bu ildən yerli mütəxəssislər işləri davam etdirəcək və 2026-cı ilin sonuna qədər proses yekunlaşdırılacaq. 2021-ci ildə qəbul edilən Azər... | ANL |
Epos qəhrəmanlarında qeyri-səlislik. Bir az keçmiş məqalələr ayrıca kitab şəklində işıq üzü gördü. Kitab oxucular arasında əks-səda doğurdu, geniş müzakirələrə səbəb oldu. Müzakirələrdən ən qızğını Mirzə Fətəli Axundov adına Milli Kitabxanada keçirildi. Müxtəlif elm və sənət adamlarının iştirak etdiyi o müzakirəy... | ANL |
Süni intellektin pozitiv və neqativ tərəfləri. Süni intellekt bir gün dünyanı ələ keçirə bilərmi? Süni intellektin yaradılması ilə bağlı fikir və mülahizələr uzun illərdən bəri səsləndirilsə də, bu istiqamətdə ilk praktiki addımlar ötən əsrin 50-ci illərində atılmağa başladı. Artıq bu gün dünyada süni intellektdən tibb... | ANL |
Nostradamusun görücülüyü və bu günümüz. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor. Qorbaçov Sovet İttifaqı kimi qüdrətli bir dövləti və ictimai formasiyanı məhv etmişdir. Həmin katrenlər haqqında ayrı-ayrılıqda danışmağı münasib bildik. Ölüm ayağında olanlar işi elə quracaq... | ANL |
Xalq artisti Niyaməddin Musayev: "İnsan özü harınlayanda bədəni də harınlayıb nəzarətdən çıxır". Axtarsam, bu mahnının hər notunda bir xatirəmi taparam. Elə bu nəğmənin izi ilə kəşf etmişəm onun sənətinin cazibəsini. Ona verəcək suallarım çox olsa da, söhbətə uşaqlıqdan məni maraqlandıran bir sualla başlayıram. Y... | ANL |
Vətəni və sənəti Əlibaba Məmmədov kimi sevmək. Ustad xanəndənin vəfatinin birinci ildönümü tamam oldu. El tanınar çörəyilə, Torpaq gülü çiçəyilə. Nəbzi xalqın ürəyilə. Ta uşaqlığımdan bu mahnının sözləri və musiqisi könül dünyamın ən gözəl yerində özünə məskən qurub. Görənləri min yaşasın. Bu və bu kimi onlarla mahnı... | ANL |
Xocalı soyqırımının qurbanları Milli Kitabxanada anılıb. Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar tədbir və Səkinə Turabqızının müəllifi olduğu "Əsir Xocalı" kitabının təqdimat mərasimi keçirilib. 525.az xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimi... | ANL |
Sədaqət haqqında hekayət. Bu imkanı tarixi şərait özü açmışdı. O imkandan necə bəhrələnmək qalırdı hərənin öz bacarığına, öz istedadına. İkinci Dünya müharibəsi başa çatmışdı. Milyonlarla insanın qatıldığı bu müdhiş davada həlak olan həlak olmuşdu, qayıdan qayıtmışdı, amma vətənə dönməyib xaricdə qalanlar da az o... | ANL |
Bəşəriyyət və insanlıq adına qara ləkə. Azərbaycan tarixinin ən dəhşətli və ağrılı səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. Şəhər bir gecədə yerlə-yeksan edildi, sakinləri soyqırımı məruz qaldı. XX əsrin sonunda törədilən bu amansız faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyy... | ANL |
Müsahibimiz Vətən müharibəsində şəhid olmuş cəsur tankçı Mahmud Əhmədovun həyat yoldaşı Zəhra xanımdır. Atası İman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. Taleyinə həm şəhid qızı, həm də şəhidin həyat yoldaşı olmaq yazılan Zəhra xanımın ömür kitabını özü ilə birlikdə vərəqlədik: - Zəhra xanı... | ANL |
Eldar Mikayılzadə yaradıcılığı: milli-ənənəvi sənətə yeni nəfəs. Xalça məişətin təşkilində, dünyanın estetik qavrayışının formalaşmasında əsas rol oynayaraq insanı doğulduğu andan ölümünə qədər müşayiət edir. Azərbaycan mədəniyyətində xalça yalnız ev bəzək elementi deyil, hər cür şənlik və bədii zövqünü əks etdirir.... | ANL |
Güney Azərbaycan ədəbiyyatında seçilən imza - Nigar Xiyavi. Güney Azərbaycan modern şeirinin öndə gələn isimlərindən biri olan Nigar Xiyavi 1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərindəki Çaypara məhəlləsində Hacı Ələkbərli tayfasından olan Möhsin Purəkbərin ailəsində dünyaya gəlib. 1984-cü ildə Tehrand... | ANL |
Azərbaycan ədəbiyyatında müharibə mövzusuna İkinci Dünya Müharibəsi illərində daha çox müraciət olundu və bu da təbii idi, çünki dünyanı bürüyən bu dəhşətli fəlakət öz əksini - bədii təcəssümünü şeirlərdə, poemalarda, publisistik əsərlərdə tapmalıydı. Qələmlər də o illərdə süngüyə çevrildi. Birinci Qarabağ mühar... | ANL |
ÜRƏYİNDƏ QƏLPƏLƏR DAŞIYAN. O, Azərbaycanın ən zəngin insanlarından idi və zənginliyi də bir çox başqalarının xəyalında olan mal-pul, sərvət-yatır varlılığı deyildi, zənginliyi o cür qavrayanların heç vaxt dərk etməyəcəyi çox üstün bir mənəvi dövlətlilik idi. Onun geniş mənzili kitablarla dolu idi və 1960-70-80-ci... | ANL |
Milli Kitabxanada yubiley sərgisi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual və ənənəvi sərgilər hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ziyadxan Əliye... | ANL |
Akademik Milli Dram Teatrında "Şükriyyə" tamaşasının premyerası olub. AZƏRTAC xəbər verir ki, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın sə... | ANL |
SABAHA ÜZƏN GƏMİLƏR. Məclisin tamadası isə dostlarından ən yaxını Heydər Əliyev. Arifin ömür yolu qəfilcə yarımçıq qırılanda da yenə ilk gündən onun vida mərasiminə ağsaqqallıq edən Heydər Əliyev olacaq. Axı onlar sadəcə sadiq dostlar deyildilər. Onlar əsgər idilər. Ləyaqətli əsgərsə heç vaxt döyüş yoldaşını tək qoym... | ANL |
Teatr tariximizdə dəyərli səhifə. Naxçıvan Dövlət Milli Dram Teatrının "Edam məhkumunun son günü" tamaşası uğurlu səhnə həlli ilə yadda qaldı. Səhər tezdən işə gedərkən dayanacaq kənarında olan afişalara baxmağı sevirəm. Çünki dövrümüzdə günlük həyatın təkrarlanan monotonluğundan çoxumuzu elan lövhələrində gördüyümü... | ANL |
Heydər Əliyevin 100 illiyi münasibətilə İsveçrədə konsert keçirilib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin birgə təşkilatçılığı il... | ANL |
"Vətən fədailəri": şəhid anasının könül aynası. Bu günlərdə "Şirvannəşr"də çapdan çıxmış "Vətən fədailəri" şeirlər kitabını əlimə alanda çox sevindim: müəllifi olduğum kitabların çapdan çıxdığı gün sevindiyim kimi. Səbəbini açıqlayım. 19 yaşında canını Vətənə fəda etmiş şəhid Ülvi Azayevin anası Şövqiyyə Azayevanın k... | ANL |
Heydər Əliyev irsinin tədqiq və təbliğinə qiymətli töhfə. Ölkəmizdə xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd edilir. 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamında ... | ANL |
Ecazkar muğam-musiqi dünyamız olduqca zəngin və çoxşaxəlidir. Bu əsrarəngiz dünyanı yaşadanlar, öz bənzərsiz səsləri ilə dünyamıza gözəllik qatan insanlar muğamsevərlərin ürəyində, könüllərində daim yaşayır. Azərbaycan muğamının daha da zirvələrə yüksəlməsində ağcabədili sənətkarların xidmətləri misilsizdir. Bal kimi... | ANL |
(Əvvəli ötən çərşənbə sayımızda). Təlxək bir zənbil əncirlə gəlir: "Nilin ən yaxşı qurduna sən malik olacaqsan/ O, ağrı vermədən öldürəcəkdirmi?" deyə Kleopatra soruşur. Təlxək təsdiq edir ki, ilan zənbildədir. Ən yaxşı paltarını geyinərək, çariça ölümünə hazrlaşır. O, öz xidmətçiləri ilə ölümünə görə son dəfə vidalaş... | ANL |
Qoşulmama Hərəkatında dönüş. AZƏRBAYCANIN SƏDRLİYİ HƏRƏKATI DAHA DA GÜCLƏNDİRİR. Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Bu gün də davam edəcək görüşdə Hərəkata üzv ölkələrin xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak edirlər. Danılmaz faktdır ki, son illər, xüsusilə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.