text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Naxçıvan mətbuatı: Tarixdən bu günə və müasir tendensiyalar. Qədim Naxçıvan diyarı xalqımızın xilaskarı, mətbuatımızın böyük himayədarı və qayğıkeşi Ümummilli lider Heydər Əliyevlə yanaşı, həm də milli mətbuat tariximizin dayaqlarını yaradan görkəmli şəxsiyyətlər, böyük ziyalı nəsli yetişdirmişdir. Təsadüfi deyil ... | ANL |
Ancaq təəssüf ki, hər il olduğu kimi, bu bayram da hələ gəlməmişdən cəmiyyətimizdə "Mətbuat günü" ətrafındakı söz-söhbətlər səs salmağa başladı. Şübhəsiz ki, hər iki peşə bayramı və peşənin daşıyıcılarını aşağılamağa çalışan kütlənin nə müəllimin, nə də jurnalistin kimliyindən xəbəri var. Bütün peşə sahiblərini, h... | ANL |
Müsahibimiz qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımdır. Gəlin söhbətimizə elə burdan başlayaq. - Mən uzun müddət metropolitendə, daha sonra Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışmışam. Hətta bir ara çətinliklərim çox oldu, qabyuyan da işlədim. Ali təhsilim yoxdur, texnikum oxumuşam. - Deyəsən, həyat qar... | ANL |
Epos qəhrəmanlarında qeyri-səlislik. "Dədə Qorqud" dastanında ən qorxunc məxluq Təpəgözdür. Təpəgöz nəhəng vücuduna, alnındakı tək gözünə görə qorxunc olsa, dərd yarıdır. Təpəgöz atdığı addımlara, törətdiyi əməllərə görə qorxuncdur, daha doğrusu, qorxuncların qorxuncudur. Qonur Qoca Sarı çobanın bağışlanmaz günahı ucb... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Ferdinand 1554-cü ildə oğlanları arasında torpaqları böldü, bölgü onun ölümündən sonra həyata keçməli idi. Böyük oğlu II Maksimilian onu imperator kimi əvəz etdi, həmçinin Bohemiya və Macarıstan taxt-tacına sahib oldu. Həm də irs kimi əkiz Avstriya hersoqlarının ... | ANL |
"Salyan kazarmaları"nın tarixinə bir nəzər. Bakının İnşaatçılar prospekti, Şəfaət Mehdiyev küçəsi və Tbilisi prospektinin yaratdığı üçbucaq daxilində "Salyan kazarmaları" kimi tanının böyük hərbi şəhərciyin yaradılmasına başlanması XX əsrin əvvəllərinə təsadüf edir və bu şəhərcik öz adını orada dislokasiya olunm... | ANL |
Şuşada möhtəşəm Qlobal Media Forumu. Məsuliyyət yükü böyük olan belə bir əlamətdar tədbirin uğurla başa çatdırılmasına görə bütün təşkilatçılara, zəhməti olanların hər birinə xüsusi təşəkkür düşür. Digər önəmli cəhətləri ilə yanaşı, dünyanın aparıcı media qurumlarının, jurnalist təşkilatları rəhbərlərinin, informasiy... | ANL |
Xoşlanmaq üçün Ariel Alonsonun oğlu Ferdinandla buksirdə qayıtdı. Prosperodan başqa, Ariel hamı üçün gözə görünməz idi, lakin Ferdinand ruhun oxuduğu mahnıya görə onun arxasınca gedirdi və Mirandanın yanına gəlib çıxdı. Miranda ağlına gətirə bilməzdi ki, ilk dəfə gördüyü bu adam heç də nə onun sifəti qırışmış atası və ... | ANL |
Alim, yazıçı, vətəndaş Vaqif Sultanlı: yaddaşımdakı portret cizgiləri. Sosial şəbəkədə mart ayının 26-da Bakı Dövlət Universitetinin professoru, yazıçı, tərcüməçi Vaqif Sultanlının 65 yaşının tamam olduğu göstərilir. Bilmirəm, bu nə dərəcədə doğrudur. Çünki mənim və mənim kimi yüzlərlə insanın doğulduğu gün, ay, bə... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Abbasovadır. Nigar xanımla Onore Domyenin "Qarqantyura" əsəri haqqında danışmışıq. 1822-ci ildən A.Lenuarın emalatxanasına və Süis Akademiyasına gedərək Luvrda qədim sənətkarların yaradıcılığını öyrənib. Domyenin siyasi karikatura ustası kimi formala... | ANL |
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır. İyulun 27-də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. APA xəbər verir ki, avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Ümummilli Lider Heyd... | ANL |
Yazıçı-publisist, tərcüməçi, naşir Vasif Quliyevin iki yeni kitabı çapdan çıxıb. "Bu qala - daşlı qala" oçerklər toplusunda Vasif Quliyevin ədiblər, sənət adamları, alimlər, tarixi şəxsiyyətlər haqqında elmi-kütləvi, publisistik yazıları, müsahibələr və başqa yazılar cəmlənib. Kitaba jurnalist Mehman Cavadoğlu re... | ANL |
KÖLGƏLƏRİN QAÇILMAZ AQİBƏTİ. Ancaq film özü az-az göstərilsə də, unudulan kimi olsa da, yazıçı Qılman Musayevin ssenari müəllifi olduğu kinoşəklin adı, bir növ, qanadlı ifadəyə çevrilib uyğun məqamlarda dünən də işlənirdi, bu gün yenə dillərdədir. Maestro Niyazi o zamanın məşhur, indikindən çox fərqli "Leçkomissiya... | ANL |
Kinomuzun dərdləri və qayğıları. Və qarşıdan, avqustun 2-si Milli Kino Gününün gəldiyini nəzərə alaraq, bu kontekstdə bəzi vacib məsələlərlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Ara-sıra mediada, sosial şəbəkələrdə yaradıcı ittifaqların cəmiyyətə faydasızlığı, sözügedən qurumların qapadılması haqda polemikalar gedi... | ANL |
Alim, yazıçı, vətəndaş Vaqif Sultanlı: yaddaşımdakı portret cizgiləri. Vaqif bəyə və İslam Jemeneyə Quzey Qafqazda tanıdığım araşdırıcılar haqqında bilgi verdim. Onlarla danışmağı, məqalələri orada yaşayan üç-dörd araşdırıcıya yazdırmağı təklif etdim. Təklifim real və gözəl idi. Lakin razılaşmadılar. Çay içə-içə xeyl... | ANL |
Tərbiyə - ən yüksək əxlaqi dəyərdir. Dahi şəxsiyyətlər, mütəfəkkirlər, o cümlədən, İslam müqəddəsləri tərbiyəyə dəyər vermiş, kəlamları ilə məsələnin önəminə diqqət çəkmiş və insanları gözəl əxlaqla tərbiyə etməyə təşviq etmişlər. Məsələn, İslam müqəddəslərindən olan Məhəmməd Peyğəmbərə (s) görə, uşağın tərbiyəsində... | ANL |
Naxçıvanda məhkəmə orqanlarının tarixi: XIII-XV əsrlərin mənzərəsi. XIII-XV əsrlərdə Naxçıvanda məhkəmə orqanlarının strukturu və fəaliyyəti barədə təfərrüatlı məlumatlar olmadığından, hələ ki bu haqda geniş şəkildə söhbət açmaq mümkün deyil. Lakin əldə edilən müəyyən fakt və məlumatlar mövzu barədə bəzi mülahizələr ... | ANL |
Hər günü naxış kimi toxunan ömür. Bundan il qabaq səkkizinci sinfi bitirən Zakir, Bakı Plan-Uçot Texnikumunun tələbəsi idi artıq. Bir vaxt Xalq şairi Səməd Vurğunun tələbə yoldaşlarından olan və Zakirgilə ədəbiyyatdan dərs deyən Məmmədiyyə müəllim tələbəsinin şeirə-sənətə məhəbbətini görüb onun ədəbi yaradıcılığa həvə... | ANL |
Elm və təhsilin inteqrasiyasında yeni mərhələ. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixdə imzaladığı Fərmandan sonra ölkəmizdə elm və ali təh... | ANL |
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı bu il 30 illik yubileyini qeyd edir. Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə müsahibədə bununla bağlı məsələlərə aydınlıq gətirməyə çalışmışıq. Bununla əlaqədar nə kimi bir proqram nəzərdə tutulub? - TÜRKSOY 30 il əvvəl - 12 iyul 1993-cü ildə Qazaxıstan... | ANL |
MƏXFİ QUTULARDAKI NİZAMİ SƏDALARI. Bu yurdun və xalqın böyüklüyünün rəmzi! Onunla xalq daha əzəmətli görünür, belə bir dahi övlad yetirmiş xalqın müdrikliyi və parlaqlığı da onu tanıyınca hər kəsə əyan olur. O bu elin və məmləkətin elə ali sərvətlərindəndir ki, onu sevmək və qorumaq gərək həmişə hər birimizə borc ol... | ANL |
Kütləvi mədəniyyətdə populyarlıq qazanmış bir sıra bədii personajların (Cırtdan, Div, Arlekin, Betmen, Coker və digərləri) sonradan müxtəlif vizual və ədəbi materiallarda ömrünü müstəqil obraz kimi yaşaması yayılmış tendensiyadır. Bu zaman müəllifin məqsədindən asılı olaraq, personajların xarakterik cizgilərinə, faktu... | ANL |
Lap erkən yaşlarımdan Şuşanı özümə bir köynək yaxın bilmişəm və təbii ki, bu, səbəbsiz deyil. Üçüncü, dördüncü, beşinci siniflərdə oxuyanda yay mövsümünün, ən azı, bir ayını bu şəhərdəki pioner düşərgəsində keçirmişəm. Yeniyetmə yaşlarımda da bu şəhərdəki uşaqlıq dostlarımı aramaq üçün (atamdan xəlvət), bir günlüyə d... | ANL |
Çarlinin qəmli gözləri. Çaplinin filmlərini ilk dəfə altmış bir il bundan qabaq Moskvada Ali ssenari kurslarında təhsil alan zaman gördüm. O uzaq illərinin təəssüratı, heyranlığı dəyişməyibmi? Əsrlər, minillik dəyişəndən sonra kökündən fərqlənən zaman içində o vaxtkı hiss və həyəcanlarımı duya biləcəyəmmi? O illər "... | ANL |
Səbrin gətirdiyi uğurlar. Bu günlərdə gözəl bir pritça oxudum. Dövrümüzə, cəmiyyətimizə və öz həyatımıza nəzər salanda bu pritçanın nə qədər önəmli və öyrədici olduğunu hiss etməmək mümkün deyil. Bir ata həmişə qızı ilə quş ovuna gedərmiş. Həmişə çox çətin ovlanan və son dərəcə ürkək quşların izinə düşərmişlər. Bir y... | ANL |
(Atamla bağlı xatirələrim). Ehtiyacım yoxdu usta sözlərə. Ata şilləsinə ehtiyacım var. Məzahir Hüseynzadə. Həm də həmişə özünün dediyi kimi, bu dünyadan vaxtında getmək ən böyük mədəniyyətdir. Amma heyif ki, belə çətin mədəniyyəti göstərmək insanların özündən asılı deyil. Bu dünyadan o biri dünyaya heç kimə əziyyət ve... | ANL |
REJİSSOR ABDUL QƏNİNİN "ASILQAN" TAMAŞASINDAN TƏƏSSÜRAT. Beynimdəki fikir fırtınasından asılı vəziyyətdə şəhərin mərkəzi küçələri ilə irəliləyirəm: "Hamımız asılıyıq bu həyatda... Amma bu emosional vəziyyətlərin hər biri "Asılqan"la bağlıydı. Rejissor Abdul Qəninin "Asılqan" tamaşasını deyirəm. Mövsümün bağlandığı ... | ANL |
Müasir Vyanaya və Avstriyanın. zəngin tarixinə səyahət. III Ferdinandın 1657-ci ildəki ölümündən sonra onun oğlu Leopold fransız xəttinə boyun əyməklə imperator seçildi. Florensiya isə Fransa ağalığına müqavimət göstərirdi. O, sülhsevərlik yolunu tutmağı qərara aldı. 1681-ci ildə Leopold Macarıstan başçılarına iri güz... | ANL |
"Cərrahın əli gərək ağlından irəli getməsin". AKADEMİK ƏHLİMAN ƏMİRASLANOV: "BU GÜN BİZİ ƏN ÇOX NARAHAT EDƏN MƏSƏLƏ ONKOLOJİ XƏSTƏLƏRİN İCBARİ TİBBİ SIĞORTA İLƏ ƏHATƏ OLUNMAMASIDIR". Peşə fəaliyyətimin çevikliyimdən şikayətçi deyiləm. Amma bəzən olur ki, söhbət etmək istədiyin müsahiblə görüşmək vaxt tələb edir. Ə... | ANL |
Xan qızı Ağabəyim ağa: ehtişam. içində yaşanmış hüznlü tale. Tarixi məlumatlara görə, Qarabağ xanı İbrahim xanın doqquz qız övladı olmuşdu ki, onlar arasında Ağabəyim ağa və Gövhər ağa öz ədəbi və ictimai fəaliyyətləri ilə Azərbaycan tarixində xüsusi minnətdarlıqla xatılanır. Gövhər ağanın ictimai-xeyriyyəçilik fəali... | ANL |
Azərbaycan Milli Kitabxanasında “Özbəkistan. ədəbiyyatı və incəsənəti” guşəsi açılıb. Avqustun 2-də “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində Milli Kitabxanada “Özbəkistan ədəbiyyatı və incəsənəti” guşəsinin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsə... | ANL |
Bakıda Özbəkistan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Report" xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbə... | ANL |
Azərbaycan folklorunda Çevrilmə motivi: şimal-qərb bölgəsinin söz saxlancına bir baxış. Azərbaycanın şimal-qərb bölgəsinin folkloru ümumazərbaycan folklorunun zəngin bir tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin bölgənin folklorunun mifoloji rakursdan da tədqiqi elmi yeniliyi ilə səciyyələnir. Xüsus... | ANL |
Uşaqdakı fərasət. İşdən gəlib içəri girəndə, qardaşım qızı üç yaşlı Motlik (əsl adı Aylin) o biri otaqdan qaça-qaça, balaca ayılar kimi yanlarını yerə basa-basa, toppuş yanaqları titrəyə-titrəyə özünü yetirir. Pencəyimin döş cibindən istədiyini çıxardıb ona uzadıram. Səhərdən səbirsizliklə gözlədiyi konfeti götürüb sev... | ANL |
Səhər obaşdan kirpi, balalarını yuxudan oyadıb: - Çıxıram sizə yem dalınca. Görüm ilandan-çayandan nə tapıram. Mən qayıdıb gəlincə yuvadan çıxmayın, -deyərək getdi. Kirpinin sözə baxmayan balası Höcətbala deyilənləri qulaqardına vurdu. Yuvadan çıxıb üz tutdu yaxınlıqdakı təpəyə. Bir az gəzib-dolandı. Daşlıqdan keçərk... | ANL |
Mərvə Dizdar gerçəkliyi: mükafatdan sonrakı qınaqlar. Bu qarışıq, səs-küylü gündəmin içərisində mədəniyyət adına gözəl hadisələr də olur. Məsələn, türkiyəli tanınmış aktrisa Mərvə Dizdarın 76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" seçilməsi... Məşhur rejissor Nuri Bilge Ceylanın "Quru otlar üstündə" filmində... | ANL |
Filarmoniyanın yığcam səhnəsi öz mehriban və isti ağuşunu həmişəki kimi yenə də musiqiçilərin üzünə açmışdı. Bu qədim sənət məbədinin indiki qonaqları xalq istedadları olimpiadasında iştirak etmək üçün respublikanın şəhər və kəndlərindən gəlmiş gənclər idi. Ağzınacan dolu salonda əyləşən musiqi xiridarları arası... | ANL |
Ermənistan cəmiyyəti sülh şəraitində yaşaya bilmir. SÜLHÜN ƏLDƏ EDİLMƏSİNƏ KİMLƏR MANE OLUR? Belə görünür ki, erməni siyasətçilərin, dövlət rəsmilərinin və din xadimlərinin əsas məqsədi öz xalqının yolunu zülmətə doğru yönəltməkdir. Təəssüf ki, havadarları da bu işdə onlara dəstəkçi rolunda çıxış edirlər. Mülki ... | ANL |
O gün telejurnalist Səadət Məmmədova məni evimizə qonaq apardı. Qəribə səslənir, bilirəm, amma doğru sözümdür, evimizdə onun qonağı oldum. Dedi sən samovar qaynada-qaynada evinizdən, küçənizdən, şəhərinizdən danış, biz çəkək. Nə iş idisə, iki dəfə cəhd elədim, qalaya bilmədim, samovar azca tüstülənib söndü. Niyə bel... | ANL |
Kamal Abdulla: "Universitetdaxili siyasətimiz Azərbaycan naminə çalışmaqdır". Müsahibimiz Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır. - Kamal müəllim, Azərbaycan Dillər Universiteti (ADU) nüfuzlu Beynalxalq QS reytinq cədvəlində tutduğu yerlə Azərbaycan təhsil tarixində ilkə imza atdı. S... | ANL |
Azərbaycan tarixinin ən qürurlu səhifəsi. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, mahir siyasi xadim Heydər Əliyev bənzərsiz və müqayisəedilm... | ANL |
Taksi xidmətlərində özbaşınalıq – Narazılıq günbəgün artır. PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU NƏLƏRDİR? Bu gün vətəndaşların ən çox narazılıq etdikləri xidmətlərdən biri məhz taksi fəaliyyəti ilə bağlıdır. Həm sosial şəbəkələrdə, həm də mətbuatda demək olar ki, hər gün bu xidmətlə bağlı müxtəlif narazılıqlara, şikayətlərə ... | ANL |
"Birləşmiş Ərəb Əmirlikləri - Azərbaycan ikitərəfli əlaqələri strateji olaraq inkişaf edir". SƏFİR MƏHƏMMƏD ƏL BLUŞİ: "YAŞIL ENERJİ ƏMƏKDAŞLIĞIMIZDA PRİORİTET SEKTORLARDAN BİRİDİR". Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illər bir çox sahələrdə uğurla inkişaf etməkdədir. Bu inkişa... | ANL |
Xəyallarda boğulacaq bu qoca. Qarışdırmaqçın başını. Filmin titrində yazılan. Axırıncı isim onun! Mərhumların ölüm aktı, Çəkdiyi son rəsm onun. başqa kaset yoxdumu?! Atam sevinməyib mən doğulanda. Nübar adı verən üçüncü qıza, Mənaya varmayıb, elə mənasız... Gülürəm: nə yaxşı doğulubmuşam, Bomboş görünərdi bu dünya mə... | ANL |
Nənəm deyərdi ki, duaya xatir, Allah göy üzündə Yeri saxlayır. Halallıq almağa əldə qabarı, Bir də ki, alında təri saxlayır. Bizi bu bədənlə dəri saxlayır. Fitrətdir, çiçəkdən çiçək doğulur, İlahi nə varsa, göyçək doğulur, Hər kəs bu dünyada mələk doğulur, Hər kəs öz içində pəri saxlayır. Hamı öz qapısın bağlayıb gedir... | ANL |
Biçənək: maraqlı adın və qədim kəndin sorağında. Naxçıvan şəhərindən 52 kilometr məsafədə olan Biçənək kəndi Şahbuz rayonu ərazisindədir. Tariximizin mühüm səhifələri ilə bağlı olan Biçənək kəndi Dərələyəz silsiləsi ilə Zəngəzur silsiləsinin qovuşduğu ərazinin cənubunda yerləşir. Kükü dağının yanında olan Səfər b... | ANL |
Bu dərd təkcə özünə aid olmayıb elə, obaya, xalqa, vətənə-ümumiyə aid olanda, xüsusilə yaradıcı insana məxsus dərdə çevrilir. Belə olduqda bu dərdin təzahüru kimi rəsm, musiqi əsərləri bədii əsərlər, bir sözlə, gözəl sənət nümunələri yaranır. İnsanın dərdi sevgisi ilə düz mütənasibdir. Nəyisə, kimisə sevməsən, dərdin ... | ANL |
Sözün sönməz işığında yaşanan Şahin Fazil ömrü. Sözümü dahi şair Səməd Vurğunun bu məşhur poetik fikri ilə başlamağım heç də təsadüfi deyil. Çağdaş poeziya və elm mühitimizdə xüsusi yeri olan dəyərli şair və alim Şahin Fazilin yaradıcılığı ilə bu unudulmaz misranın məzmunu arasında möhkəm bağlılıq var. Təbiət ürəklə... | ANL |
O süjetləri ki, Çaplin düşünürdü, o ideyalar ki, Çaplinin ağlına gəlirdi - bunları sadəcə yüksək aktyor ustalığının, rejissor peşəkarlığının ayağına yazmaq səhv olardı. Lakin Çaplin fenomeninin sirrini yalnız fitri fəhmlə, düşüncə miqyasının genişliyi və orijinallığı ilə izah etməklə də iş bitmir. O, dünya kinos... | ANL |
Milliliyin keşiyində: Mahirə Nağıqızının Vətən görüşləri. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Ta... | ANL |
İqlim dəyişikliyinin törətdiyi fəsadlar. İnsan yarandığı gündən təbiətdən nəsə almaqla, dolayısı ilə onu məhv etməklə məşğuldur və bu şüurlu varlığın birbaşa iştirakı ilə bəşər sivilizasiyası mürəkkəbləşdikcə, planetin ekoloji durumu da sürətlə dəyişir. Bu gün təbiətin qorunmasına böyük diqqət yetirilsə də, itirilmiş ... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. İki fədakar, mənə yaşlı adam kimi xüsusən hər cür qayğı göstərən yol yoldaşlarımla birlikdə biz qatarla Çexiyanın paytaxtı Praqadan Avstriya paytaxtı Vyanaya yola düşdük. Ancaq hava küləksiz olduğundan şaxtanı elə də hiss etmirdik, təmiz havanı ağ ciyərləri... | ANL |
Poetik yaddaşın Qərbi Azərbaycan ağrısı. Bütün dünya bilir ki, bu gün Ermənistan adlanan ərazi tarixən bütövlükdə Azərbaycan torpaqları olub. Ermənilər Azərbaycan torpaqlarını qəsb edərək burada yerləşiblər, adından tutmuş mədəniyyətlərinə qədər Azərbaycan xalqından oğurlayaraq zülm əlilə yaradıblar. Ümumiyyətlə, ... | ANL |
Hər insanın həyatında keçid mərhələsi olur. Bəzilərində bu, ömür boyu sürür. Ancaq ən çətini insanları saf-çürük etmə mərhələsidir. Amma hamının mütləq şəkildə keçməli, öyrənməli olduğu bir mərhələdir. Yəqin ki, sizin də həyatınızda qarışqa qədər adamları böyüdüb fil boyda eləmək olub. Yəqin ki, sizin də dünya qə... | ANL |
Məzmunun aliliyi. Burdakı evimi də bir gənc ailəyə kirayə verdim. Elə oldu ki, oğlanı müharibədə öldürdülər. İki ilə yaxın həmin evdə qaldılar, bir qəpik də pul götürmədim. Bu yaxınlarda köçüblər, hətta onlar gedəndən sonra qalan kommunal borclarını da ödədim. Həqiqətən də müdaxiləm yersiz imiş. Əgər söhbət belə davam ... | ANL |
Müstəqillik günü gerçəkləşən arzu. LAÇINA BÖYÜK QAYIDIŞ. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra dövlətin qarşısında dayanan ən böyük hədəf 30 ilə yaxın yurd həsrətilə yaşayan insanlarımızın tezliklə öz el-obasına geri dönüşünü təmin etməkdir. Bunun üçün isə ilk növbədə ermənilərin ... | ANL |
Yol yoldaşlarımızın hər birinə məlumat verilib. Görüş yerimiz AzTV-nin qarşısıdır. AzTV-nin əməkdaşı Ruslan Həsənovun başçılıq etdiyi çəkiliş qrupunun üzvləri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov televiziyanın mikroavtobusuna əyləşdi. B... | ANL |
Azərbaycan telekanallarının uşaq proqramları. Azərbaycanın televiziya məkanında və milli kinomuzda ən böhranlı vəziyyət uşaq audiovizual məhsulları ilə bağlıdır. Bugünkü yazıda da mən televiziyada yayımlanan uşaq proqramları haqda qeydlərimi bölüşəcəyəm. Uşaq kinosu və animasiyası mövzusu isə ayrıca bir yazı tələb... | ANL |
Bunlar üzdən baxanda quruca rəqəmlərdir. Amma dil açıb danışa bilirlər. O rəqəmləri görüncə özün nəticə çıxarırsan ki, elə Azərbaycana rəhbərliyə gəldiyi ilk aylardanca ona ümid yeri kimi baxmağa başlayıblar. Yazırdı ki, Mərkəzi Komitəmizdə qəbul şöbəsi var, özünü də doğruldur, vətəndaşlarımız qayğıları, suallar... | ANL |
Xalq yazıçısı Anarın 85 illik yubileyi Türkiyədə silsilə tədbirlərlə qeyd edildi. 31 may-2 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Xalq yazıçısı Anarın 85 illik yubileyi Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə müxtəlif ədəbi birliklərdə qeyd edilib. İlk tədbir Türk Ədəbiyyatı Vəqfinin tarixi binasında ke... | ANL |
Tanınmış jurnalist Tamxil Ziyəddinoğlu ömrünün altmış beşinci baharını yaşayır. Altmış beş ildir ki, Tamxil müəllim bu dünyanın sakinidir. Tamxil müəllim bu yolları heç fərqləndirməyib də. Hamısına öz doğması kimi nəvaziş göstərib. Bu yollarda Tamxil müəllimin yol yoldaşı uşaqlığının sabaha boylanan arzuları, bir də öz... | ANL |
Enerji infrastrukturunun bərpası: Böyük Qayıdışı daha da sürətləndirən amil. İşğaldan azad edilən ərazilərdə elektrik enerjisi ilə bağlı məsələlər sürətlə öz həllini tapmaqdadır. Hazırda Oxçuçay üzərində bir ədəd baş suqəbuledici olmaqla 4 ədəd kiçik su elektrik stansiyası (KSES) tikilir. Baş suqəbuledicidən aşağ... | ANL |
Oljas Süleymenov: "Sözün Kodu" ilə Türkün kodu kontekstində. Bədii-poetik, etnoloji-paleoqrafik və özünün bütün komponentləri ilə qazax olub, elmi-fəlsəfi əsərlərini rus dilində yazıb-yaradan Oljas Ömər oğlu Süleymenov qazax xalqının yenilməz sənətkarı olduğunu yaradıcılığa başladığı ilk qələm təcrübələrindən sübut ed... | ANL |
İnsan haqqında ballada. Şərqin böyük filosofu, Hürufizm təliminin banisi Fəzlullah Nəimi "Monteizmin dördüncü kitabı" (Rəhim Əliyev). Beləliklə, Allah Adəmi öz surətində yaradıb. Bütün dahi şairlər, filosoflar dünyanı izah etmək üçün əvvəlcə İnsanı izah etməkdən başlamışlar. Dünyanın beş ən böyük yazıçısından b... | ANL |
Professor Nəsir Əhmədlinin elmi irsi. Gedən cismani varlığı, qalan isə ona sonsuz ehtiramı olan tələbələri, yazdığı elmi əsərləri, zəngin yaradıcılıq irsidir. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist, Yazıçılar Birliyi, Jurnalistlər Bi... | ANL |
Günay Əfəndiyeva Alanyada keçirilən beynəlxalq festivalda iştirak edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib. Festival Alanya Bələdiyyəsinin təşkilatçılığı ilə "Türkiyə Respublikasının 100 illiyində türk respubli... | ANL |
Bakıda İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir. İyunun 5-də AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (II LitBookFest) açılışı olub. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliy... | ANL |
Zəngilanda bir Əliş dayı vardı... Zəngilanın zəngin təbiəti həm də gözəl xarakterlər formalaşdırıb. Elə xarakterlər ki, on illərdi, yüz illərdi həm tarixdə yaşadılır, həm də yaddaşlarda. ...Neçə on illər tanıdığım zəngilanlıların xarakterində gördüklərim, müşahidə etdiklərim Zəngilanı, Zəngilanın təbiətini xatırladıb... | ANL |
(Əvvəli ötən çərşənbə sayımızda). Olbani həmçinin dəyişilir, o, artıq Qoneriliyanın sxeminə dözə bilmir, öz arvadını "ən barbar, degenerat" qadın adlandırır. Lakin Qoneriliya bunda öz ərinin patetik olduğunu görür. Vasitəçi yenilikləri gətirir. Kornuell Qlosterin gözlərini çıxarmışdır. Kornuellin özü də Qlosterin nökə... | ANL |
Hər birimizin həyatında məktəb adlı mütləq bir yol var. İlləri bəlli olan bu yola uşaq ikən qədəm qoyub, yeniyetmə olaraq əlimizdə kamal attestatı adlı bir vəsiqə ilə həyatın astanasından daxil oluruq. Həyatın dolanbac yolları ilə nə qədər yürüyəcəyimizi bilmədən, illəri adlaya-adlaya gedirik. İllər ötsə də, yaş üstünə... | ANL |
"Natəvan Düma ilə şahmat oynayarkən". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəbnəm Əzizdir. Onunla Xalq rəssamı Altay Hacıyevin "Natəvan Düma ilə şahmat oynayarkən" əsəri haqqında danışmışıq. Yaşadığı dövrdə qrafika, monumental dekorativ sənət və kitab illüstrasiya ustası olaraq tanınan rəssa... | ANL |
Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri. Bugünün şagirdləri - sabahın tədqiqatçıları. Bir neçə ildir, Naxçıvanda elm və təhsilin qarşılıqlı əlaqələrindən istifadə etməklə istedadlı şagirdlərin üzə çıxarılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ... | ANL |
Naxçıvanda Heydər Əliyev Muzeyi: Ulu öndərə sonsuz ehtiramın ifadəsi. Azərbaycanda muzey işinə dövlət qayğısı daima yüksək olub, xüsusilə Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə muzey işinin inkişafı geniş vüsət alıb. Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətlərinin memorial-xatirə, mənzil m... | ANL |
Uşaq mahnılarını necə xilas edək? Bir insanın sağlam fərd və yararlı şəxsiyyət kimi yetişməyində ta körpəliyindən aldığı estetik tərbiyənin rolu danılmazdır. Estetik tərbiyə dedikdə, uşaqların ədəbiyyat, təsviri incəsənət, musiqi, teatr və sair kimi bədii yaradıcılıqla tanışlığı nəzərdə tutulur. Gənc nəslin estetik z... | ANL |
Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər. Bugünün şagirdləri - sabahın tədqiqatçıları. Artıq 4-cü ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Muxtar Respublikanın Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihəni həyata keçirməkdədir. Bu layihənin məqsədi ... | ANL |
Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, qızıl-zinət əvəzinə mənəvi aləm, yalançı hay-küy əvəzinə əsl iş, aldadıcı sızıltı-inilti əvəzinə gerçək iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz...". Bu yazını məşhur alman söz ustası Herman Hessenin sözləri ilə heç də təsadüfən başlamadı... | ANL |
Şərəf lövhəsindən şəhadət zirvəsinə. Təkcə ailəsi, bacıları deyil, məktəb, iş, döyüş yoldaşları da onun qayğıkeşliyindən, insanpərvərliyindən ağız dolusu danışırlar. Son tikəsini belə dostları, yoldaşları ilə bölən, müharibənin qızğın zamanında, topun, güllənin altında da yoldaşlarının üzünü güldürmək, eynini açmaq ... | ANL |
Zərli tac kamallı başa yaraşır. "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayo... | ANL |
"Məlikməmməd nağılı" ezoterika və psixoloji təhlil müstəvisində. Dünya xalqlarının əksəriyyətində olduğu kimi Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim janrlarından olan nağıllarımızda çoxsaylı ezoterik anlam daşıyan məqamlara, eləcə də bir sıra psixoloji xüsusiyyətlərə malik olan mövzulara yer verilib. Nağı... | ANL |
NƏRİMANOVUN ARXASINDAKI DAĞ. Bu məktubların hər ikisi Bakıda yazılıb. Biri elə Bakıda Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevə yönəlib, ikincisini isə Heydər Əliyev özü imzalayıb və Moskvaya, Kremlə göndərib. Hər iki məktubda, amma fərqli görüm bucaqlarından eyni bir ad, bir şəxsiyyət anılmaqdadır - Nəriman Nə... | ANL |
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş keçirilib. İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş... | ANL |
Ölkəmizdə dil nəzəriyyəsi və german dilləri ixtisasları üzrə görkəmli mütəxəssis, filologiya elmləri doktoru, professor İlham Tahirovu ilk növbədə yetkin bir elm adamı və məsuliyyətli, sözübütöv insan kimi dəyərləndirirəm. İlham Tahirovu təxminən on ildir ki, tanıyıram. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ça... | ANL |
Dahi, korifey ədib dedikdə, nədənsə, adamın xəyalında qalın-qalın romanlar yaradan söz ustalarının əlçatmaz obrazları canlanır - sanki alternativ variant yoxdur (yaxud ola bilməz). Lakin milli ədəbiyyatımızda bu ilğımı dağıdan, bizi xırda hekayələr, felyetonlar, "nazik" povest yaza-yaza da dahi olmağın mümkünlüyünə ... | ANL |
Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər. Bugünün şagirdləri - sabahın tədqiqatçıları. Artıq 4-cü ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Muxtar Respublikanın Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihəni həyata keçirməkdədir. Bu layihənin məqsədi ... | ANL |
Kamal Abdulla: mifik gizlinlərdən intellektual "dansökülən"ə gətirən yol. "KİTABİ-DƏDƏ QORQUD" POETİKASINA GİRİŞ" KİTABI ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR. Uzunmüddətli elmi, elmi-təşkilati, ədəbi-bədii, pedaqoji və ictimai fəaliyyəti ilə adı, imzası, ictimai siması artıq klassikləşmiş, yaradıcılığının emblem kateqoriyasına u... | ANL |
Tanınmış ədibimiz, Əməkdar jurnalist Qərib Mehdinin yeni işıq üzü görən, belə demək mümkünsə, "yubiley saylı" kitabı AMEA Gəncə Bölməsində təqdim və müzakirə olunub. Qocaman yazıçının və onun yeni kitabının görüşünə Bölmənin əməkdaşları ilə birlikdə Gəncənin yaradıcı mühitinin təmsilçiləri də qatılıblar. AMEA Gəncə Bö... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Əlbəttə, Vyana böyük keçmişə malik olan gözəl şəhərdir, lakin onu nə Roma ilə, xüsusən Parisin gözəllikləri ilə müqayisə etmək çətindir. Parisin şəhərsalma üslubundakı mükəmməlliyi (XIX əsrin ikinci yarısında İkinci İmperia vaxtı III Napoleonun göstərişi ilə Par... | ANL |
"Quruluş verdiyim tamaşaların sayını-hesabını itirmişəm". Etiraf edək ki, zamanın texnologiyası həyatımızın ayrılmaz bir parçasına çevriləndən, ailəmizin bir üzvü olandan bəri sosial şəbəkələr bizi canlı ünsiyyətdən çox uzaqlaşdırıb. O qədər uzaqlaşdırıb ki, bəzən bir kəlmə sözü yazmağa belə, tənbəllik edib münasibətim... | ANL |
"Düşüncələrimdən doğulan ideyalar əsərlərə çevrilir". MÜSAHİBİMİZ GƏNC RƏSSAM, RƏNGKAR SAYALI MƏMMƏDOVADIR. Rəssamlıq dərin və intellektual sənətdir, ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Həm də insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bu sənət bir çox... | ANL |
Sərlövhəni oxuyanda onu tanıyanlar söhbətin kimdən getdiyini yəqin ki, o saat təxmin etdilər. Elə isə tanımayanlar üçün deyək: söhbət ötən əsrin 90-cı ilinin yayında dövlət tərəfindən ona göstərilən etimadı ləyaqətlə doğruldan, sıfırdan redaksiya quran, "Qarabağ" adında qəzeti yaradan Çingiz Tofiq oğlu İsmayılovdan ... | ANL |
Hər insanın həyatında keçid mərhələsi olur. Ancaq ən çətini insanları saf-çürük etmə mərhələsidir. Amma hamının mütləq şəkildə keçməli, öyrənməli olduğu bir mərhələdir. Yəqin ki, sizin də həyatınızda qarışqa qədər adamları böyüdüb fil boyda eləmək olub. Yəqin ki, sizin də dünya qədər çəkisi olan ciddi və mənalı ... | ANL |
Azərbaycan Dövlət Teatr Muzeyi: səhnə sənətimizin zəngin saxlancı. Milli Teatrımızın yaranmasının 150 illik yubileyi, sözsüz ki, bir əsrə yaxındır fəaliyyət göstərən, peşəkar teatrımızın ilk tamaşasından bu günə qədərki bütün tarixi sənədləri, arxivləri qoruyub-saxlayan Azərbaycan Dövlət Teatr Muzeyi üçün də əlamətd... | ANL |
Allah sevdiyi bəndələrinə mükafat olaraq gözəl dostlar bəxş edir. Mənə lütf etdiklərindən biri də Əli Şamildir. İlk dəfə ozamankı Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) tanış olmuşuq. O, filologiya fakültəsinin jurnalistika, mən isə filologiya ixtisası üzrə oxuyurduq. O, çalışqan bir ... | ANL |
Vətən təbiətinin yorulmaz tərənnümçüsü. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qasım Qasımzadə Azərbaycan təbiətini vurğunluqla tərənnüm edən şairlərimizdən biridir. Çünki Qasım Qasımzadə Azərbaycanın dilbər guşələrindən birində - Qubadlı rayonunun Xocamsaxlı kəndində dünyaya göz açmışdı. ... | ANL |
Hər bir qadın, ana olduğu andan ömrünün sonuna qədər, dünyaya gətirdiyi övladının qoruyucusuna çevrilir, balasını pisliklərdən, bədbəxt hadisələrdən, ola biləcək ən dəhşətli bəlalardan hifz etməyə çalışır. Əgər bir qadın anadırsa, o, mütləq hər gecə yatağına girəndə, hər səhər yuxudan oyananda dodağının altında, ü... | ANL |
Amma arxasında hansı gərgin əməklər, həyəcanlar və sadəcə sevinc deyil, sonsuz fərəh dayanır! 1972-ci ilin 13 oktyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında digər çoxsaylı məsələlərlə yanaşı, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi haqda qərar da qəbul edil... | ANL |
Uşaq kinosunun mövcud problemlərindən danışmazdan öncə mövzuyla bağlı keçmişə qayıtmağa ehtiyac olduğunu düşünürəm. 1937-ci ildə, ölkəmizin ilk qadın kinorejissoru Qəmər Salamzadə və Aleksandr Popovun çəkdiyi "Dəcəl dəstə" tammetrajlı uşaq filmini uğurlu hesab etmək çətindir. Sovetlərin yeni nəsil modelini təqdim və t... | ANL |
ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ. Tanrı dəhgahınadır, Şəhidim, son səfərin, Yadlara göz dağıdır, qazandığın Zəfərin. Vətən-yurd sevgisidir halal qazancın-varın, Əbədi yolçususan nur saçan sabahların! Sən düşmənə Qarabağ Azərbaycandır! Nəqş elədin imzanı torpağa al qanınla, Tanındın hər tərəfdə isminlə, ünvanınla! Uğrunda can... | ANL |
Çox mətləb qandırmışam, İnadlar sındırmışam. Mən işıq yandırmışam, Mərdimazar söndürür. İstəyirəm qışqıram, Halım məni yandırır. Çərxi-fələk? Salam məni yandırır. Yeri-göyü döyürdün, Mənəm-mənəm deyirdin. Sən də bizim birimizsən, lmüsənmi, dirimisən? Nə veriblər, kirimisən, Adam balası? Sən deyənlər də olmadı, Tökülənl... | ANL |
Texniki peşə sahəsi üzrə tədris proqramı genişləndirilir. QARABAĞ İQTİSADİ RAYONUNDA 8 PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏSİ TİKİLİB İSTİFADƏYƏ VERİLƏCƏK. Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisasın əlavə edilməsi planlaşdırılır. Bura kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat t... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.