text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bir Azərbaycan sevdalısı - Fırat Kızıltuğ Hoca. Türk milli musiqisinin mükəmməl bilicisi, violonçel, ud, fleyta kimi musiqi alətlərinin mahir ifacısı, Türk musiqisinin mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadan bir ziyalı. Onun ifa etdiyi musiqilər, bəstələri, eləcə də yaz...
ANL
Onunla tanışlığımız 90-cı illərin əvvəlindən başlayıb. O, televiziyada Musiqi proqramları redaksiyasının baş redaktoru idi, mən telejurnalist. Həmin redaksiyaya biz jurnalistlərin işi tez-tez düşürdü, çünki verilişlərimizdə istifadə etmək üçün musiqi nömrələrinə ehtiyacımız olurdu. Belə günlərin birində onların r...
ANL
Zaman tunelində əsrarəngiz bir səfərə hazırsınızmı? Gördüyümüz, istifadə etdiyimiz əşyaların hansı mərhələlərdən keçərək günümüzə gəlib çıxdığı sizə maraqlıdırmı? Yaxşı, bəs, içərisində lokomotiv, bərə, təyyarə, tramvay, gəmi kimi nəqliyyat vasitələri, Rayt qardaşlarına aid Planer modeli ilə Dougles DC-3 və bomb...
ANL
Mənası və missiyası dəyişən ədəbiyyat. Üçüncü dünya ədəbiyyatlarının qaçılmaz olaraq "milli xəyanət xüsusiyyətləri daşıdığını" bildirən Fredrik Cemsona qarşı etnosentrik və orientalist olmayan bir baxışın mümkün ola biləcəyi düşüncəsi formalaşıb. Bu, uzun müddətdir, hakim düşüncəyə görə dünya planetin hamısında deyil...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatma Əsgərlidir. Onunla Pablo Pikassonun dünyaca məşhur "Avinyon qızları" əsərindən danışacağıq. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq, dizaynla yanaşı, digər çoxsaylı təsvir və tətbiqi incəsənət sahələrində də göstərir. - Fatma ...
ANL
Dəyəri azalmayan sənətkarlıq. VƏ YA ELÇİN HƏMİDOVSUZ 12 İL... Teatrda və kinoda bir-birindən maraqlı rolları, parodiyaları ilə hər zaman tamaşaçılarının üzünü güldürən, içində isə böyük fırtınalar, ən dərin yaralar daşıyan aktyor idi o. Bəlkə də özünün yaşamadığı, həyatı boyu həsrət qaldığı gülüşü, sevinci yaşatmağ...
ANL
Professor Qəzənfər Paşayevdən Mədəniyyət Nazirliyinə müraciət. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimliyə məktubla müraciət edib. Məktubda deyilir ki, bu il fevralın 23-də Milli Kitabxanada istiqlal şairi Əhməd Cavadın 130 i...
ANL
Ocaq belə çatılırdı. Sonra illərlə kəsilməyən alovunun çoxlarını bədbəxt edəcəyi o müdhiş ocaq çoxdan korun-korun yanırmış. Acı tüstüsünü o vaxt yuxu içində olan camaat hələ hiss etməsə də, yuxarıdakıların pərdə arxasını və alt qatları görən gözləri hər halda bu tüstülənmələrdən agah idi. Qıraqdan-bucaqdan ocağa...
ANL
Mao Tszedunun və Titonun lənkəranlı tələbə yoldaşı. 1925-ci ildə Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alanlar arasında dünyanın bir çox tanınmış şəxsiyyətləri - Mao Tszedun, Palmiro Tolyatti, Ənvər Xoca, Manolis Qlezos, Kim İr Sen və başqaları vardı. Azərbaycanın vətənpərvər oğlu, ictima...
ANL
"Dəhr bazarında kasiddir mətai-himmətim". Bəzən köhnə fayllar arasında eşələnəndə nə vaxtsa başlayıb yarımçıq qoyduğum, hətta özümün də unutduğum bir nəsr nümunəsini yenidən oxuyuram və yaxşı mənada heyrətlənirəm, çünki hiss edə bilirəm ki, bu oxuduğum cümlələr, abzaslar dünya nəsr tarixində yer tutmuş ən uğurlu, saf...
ANL
Səsin qara xəbəri. UNUDULMAZ MƏHƏMMƏD BAHARLININ XATİRƏSİNƏ. Yəqin ki, tələbə yoldaşım - tanınmış jurnalist Məhəmməd Baharlının vaxtsız vəfatı pandemiya ərəfəsinə düşməsəydi və mən onun dünyasını dəyişməsindən zamanında xəbər tutsaydım, Keşlə qəsəbəsindəki həyət evinə gedərdim, övladlarına başsağlığı verərdim və şübh...
ANL
Xaricdə doktorantura təhsili: fərdi və milli inkişaf üçün mühüm mərhələ. Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir. 2019-cu ildə ...
ANL
Zəngin və mənalı ömrün akkordları. Bu əlamətdar yubiley günü ərəfəsində Azərbaycanın tanınmış sənət adamlarından bir qrupunun Xalq yazıçısı haqqında fikirlərini oxuculara təqdim edirik. Böyük qürur hissiylə qeyri-adi şəxsiyyət olan yazıçı Anarla dostluğumuzun tarixindən söz açmaq istəyirəm. Mənim dünyaya gəldiyim...
ANL
Düz səkkiz ay əvvəl İstanbulda olarkən başlamışdım bu yazını, daha doğrusu qeydlər etmişdim. O gündən bəri hər şey elə telefonun qeydlər bölməsində qalıb, heç nəyə toxunmamışam... Nurcan da, Yasemin də, əslən qazax olan Ruhina da yüzlərlə eyni taleyi yaşayan qadınlardan biridir. Onlar hələ ayaqları torpağı tanımamış...
ANL
Məktəb idarəçiliyi: direktorlar təlim-tərbiyədə baş təşkilatçı kimi. Müasir dövrdə təhsil prosesində məktəb direktorlarının üzərinə mühüm vəzifələr düşür. Məktəb direktoru müvafiq nizamnaməyə əsasən, məktəbin fəaliyyətini idarə edir, məktəbin inkişaf proqramını, perspektiv planlarını hazırlayır, müəssisənin və pedaqo...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Abelyar öz məhəbbəti naminə hələ də düşmənləri ilə inadkarlıqla mübahisə aparırdı. Son mərhələdə Romaya səfər etdi, orada öz təlimlərinə yeretinlik (dinsizlik) damğası vuran hökmdən şikayət etdi. Xəstə Abelyar Burqundiyadakı monastırda öldü. Eloiza onun meyitini özünü...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatma Əsgərlidir. Onunla məşhur rəssam Böyükağa Mirzəzadənin "Çay yığan qızlar" əsəri haqqında danışmışıq. O, sənətə təsadüf nəticəsində gəlib. Atası oğlunun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı o...
ANL
Türk ədəbiyyatının səngiməyən rüzgarı - Yusif Ziya Ortaç. Millətin ağlayan qəlbini dinlə. Atılmış meydanlara yüz minlərcə gənc, Qəlbində şəhidlik üçün bir özənc, Bir yanda yuvaları yıxılmış, yanmış, Günahsız qanlarla torpaq boyanmış! Bu misraların müəllifi, böyük türk şairi Yusif Ziya Ortaç bu çağırışı sadəcə söz xat...
ANL
Bədii nəsrdə folklor ənənələri: Kamran Əliyev nümunəsi. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və sözün geniş mənasında böyük insan Kamran İmran oğlu Əliyev istər yazılı və istərsə də şifahi xalq ədəbiyyatını dərindən araşdıraraq elm aləminə sanballı əsərlər ərmağan edib. K.Ə...
ANL
Uzun illərdir ki, Bakı Dövlət Universitetində dərs deyir. Rus, türk, ərəb dillərindən bədii mətnləri Azərbaycan türkcəsinə çevirib. Türk yazıçısı - Xalidə Ədib Adıvarın "Atəşdən gömlək", rus klassiki Anton Çexovun "İvanov" əsərləri Azərbaycan oxucusuna məhz onun tərcüməsində təqdim olunub. Tərcümələri bir neçə k...
ANL
Çox çətindir onlar haqqında yazmaq. Bu çətinliyi dilimizə şəhid kəlməsi həkk olunandan bəri hiss etmişəm. Bilirəm ki, yazmağa borcluyam, amma qarşılaşacağım söhbətlərdəki göz yaşlarını görmək və o yaşı silə bilməmək ağırdan da ağırdır. Şəhid haqqında ilk yazımı indiyədək xatırlayıram. Bir süjet hazırlamalı idim, ...
ANL
Şuşa qalası. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə. Bir ocaq çatıldı, təməl qoyuldu - İki yüz yetmiş il Şuşa sorağı.. Zirvədən-zirvəyə gedilən yoldu, Pənahəli xanın qala bayrağı. Burda hər qayanın, daşın yaddaşı, Əzəmət hopubdur hər qarışına. Cıdır düzündəki cıdır yarışı, Qərq olub igidlər, ər alqışına....
ANL
Şairlər yarımçıq ömür yaşayır. Əcəllə ölməyi bacarmır, nədi? Şairlər yarımçıq ömür yaşayır. Şairlər yarımçıq ömür yaşayır. Şahların önündə sözü tərs deyir. Dərisi soyulan, özü diri var, Çoxunun alnında güllə yeri var. Şair doğulan da ölümdən qorxar? Şairlər yarımçıq ömür yaşayır. Lap uşaq ömrü də yaşaya bilər, Ömrünü t...
ANL
Təbrizin gözü yoldadır... Sanırdım, yazmışam qəlbimdə nə var... Ömür budağından qopan nağıllar, Sehirli mizrablar sim üstə coşar, Nəğməyə çevrilər kövrək misralar. Hüdudları keçər, sərhədlər aşar. Köçübdür kağıza ən təmiz hisslər, Vətən bülbülünün şux təranəsi, Əlvan çiçəklərin tər rayihəsi. dünyada bitməyən çilələr v...
ANL
Sertifikasiya imtahanları: müəllimin fəaliyyətinin qiymətləndirildiyi mühüm prosedur. Ötən ildən etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində ped...
ANL
Çingiz Aytmatov ümumtürk ədəbiyyatının mənəvi siması kimi. Çingiz Aytmatov müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçıdır. Mövzu və ideyasından asılı olmayaraq onun hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilib. XX ə...
ANL
Bəşərin qarşısındakı ən qədim sual-dillema hələ də dilema olaraq qalır. O (insan), gec-tez öz mənşəyini və yaxud əcdadını müəyyənləşdirərək belə bir suala cavab verməlidir: insanı Allah yaradıb, yoxsa bu başı qovğalı məxluq özünə bənzər heyvandan, məsələn, meymundan törəyib? İlk baxışda sadə görünən bu sual bütün sua...
ANL
İncəsənətin, mədəniyyətin beşiyi olan Azərbaycanımızın teatr tarixi də ta qədimlərə gedib çıxır. Öz mənbəyini xalq teatrından, Meydan teatrından götürən Azərbaycan teatrı tarixin bütün dövrlərində incəsənətin əsas qolu kimi inkişaf edərək bu günümüzə gəlib çatıb. Professor İlham Rəhimli özünün milli teatrımızın tarixi ...
ANL
Tanıdığımız və tanımadığımız Hacı Məmmədov. Həmin gün buraya axışanlar konsertə yox, bir gün əvvəl vəfat etmiş Xalq şairi Rəsul Rzaya con ehtiramlarını bildirməyə, onunla vidalaşmağa gəlirdilər. O vaxt Universitetin birinci kurs tələbəsi olan mən də zalda əyləşib həzin, hüznlü melodiyaların müşayiəti ilə mərhum ş...
ANL
Anar gerçəkliyi. Anar şəxsiyyətinə, onun zəngin yaradıcılığına, çoxşaxəli fəaliyyətinə hər zaman böyük rəğbət bəsləmişəm. Sözsüz ki, Anar müəllimdən gördüyüm diqqət və qayğı da ona olan rəğbətimi xeyli artırıb. Mən Azərbaycan Yazıçılar Birliyinin sıravi üzvüyəm. AYB üzvlüyü biletini gəlib Bakıdan götürməmişəm, Anar b...
ANL
Milli Kitabxana Vilayət Quliyev haqqında biblioqrafiya nəşr edib. Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi,...
ANL
Torpağı vətən edənlər: Milli qəhrəman Elgiz Kərimov. Son 3 ildə azadlığını böyük iftixarla, sonsuz qürurla qeyd etdiyimiz Qarabağ torpağı həm öz taleyi, həm də qoynunda uyutduqlarının taleyi ilə hər zaman kövrək, amma daima da əzəmətli duyğular oyadacaq. Hələ XX əsrin sonlarında Birinci Qarabağ müharibəsində yazılmışdı...
ANL
Çağdaş müəllim anlayışı və təhsil modellərinə bir baxış. Bugünün müəllimi öz üzərində çalışmaq, özünü inkişaf etdirmək haqda daha çox düşünməlidir. Çağdaş reallıq, hazırkı proseslər bunu tələb edir. İlk növbədə o baxımdan ki, rəqəmsal texnologiyaların həyatımızda aparıcı rolu get-gedə artır. Uşaqlarda istifadə b...
ANL
Şekspirin dövrü. Şekspir öz erasının məhsulu idi, həmin dövrün aparıcı mənzərəsindən ilham alırdı. Baxmayaraq ki, o, heç vaxt xronika yazan olmamışdı, lakin onun kral sarayının uğurlarına təbil çalması, tarixi pyeslərində Elizabetin özünün uğurlarına birbaşa işarə edilməklə, əks olunurdu. Axı sonralar da ingili...
ANL
Bəzən uzun illər həyatımızda olan insanı tanıdığımızı zənn edirik. Zövqlərini, hirsini, kədərini, sevdiklərini, nifrət etdiklərini bilirik və bunlara əsasən deyirik ki, vəssalam, artıq bu şəxslə bağlı məni heç nə təəccübləndirə bilməz, əlimin içi kimi tanıyıram. Hətta bu tanıma prosesi qarşıdakını gözümüzdə adilə...
ANL
Amma mən istəyirəm söhbətə yazıçının özündən başlayım. Cavanlığından-tələbəlik illərindən tanıdığım, dostluq etdiyim Aqil Abbas doğrudan da aprelin 1-də -dünyanın yalan günündə Ağcabədidə anadan olub. Mənim yaddaşıma Aqil Abbasla bağlı çox hadisələr həkk olub, onları mən xatirəyə çevirmək istəmirəm. Yalan olmas...
ANL
Molla bir gün qonşusundan bir qazan borc alır. Bir neçə gündən sonra içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Mən ki sənə bircə qazan vermişdim. Qazanın bu gecə doğub. Kişi bir söz deməyib sevinə-sevinə qazanları götürüb aparır. Bir müddət keçir. Molla həmin qonşusundan bir böyük qazan istəyir. Birinci qazand...
ANL
Qasım Qasımzadə şirin təbli, həssas duyumlu, sözə urvat gətirən, bədii sözün uca, ali mərtəbəsini dəyərincə qiymətləndirən şairlərdən olub. O, bir şeirində Azərbaycan xəritəsini qanadları yana açıb ənginliklərə doğru uçan qartala bənzədir. Azərbaycanın xəritədəki cizgilərilə qartal timsallı, Bakının da onun göz...
ANL
Xalq yazıçısı Anarın adının simvola çevrilməsi, təkcə mənim deyil, bütün ictimaiyyətin fikridir. Və bu fikri söyləyənlər adətən Anar adının arxasında bütöv bir mədəniyyət epoxasının, 1960-lar ədəbiyyatı və sənətinin simvollaşdığını görürlər. Mən bu hüdudları daha da genişləndirərdim. Hazırda Anar adı konkret zaman sə...
ANL
Anar ucalığı, Anar mötəbərliyi. Xalq yazıçısı Anarın 80 illik yubileyində daxilimdən gələn səsi, səmimi duyğuların tərcümanı olan fikirləri ifadə etdiyim kimi, indi, 85 illik yubileyində də Anar şəxsiyyətinə dair, onun müdrikliyinə, həssaslığına, zəngin mənəviyyatına aid düşüncələrimi, gördüklərimi, yaşadıqlarımı, ...
ANL
Bu kiçik təbrik məktubunu yazarkən, özümdən asılı olmayaraq, fikir məni uzaq illərə apardı: o zamanlara ki, sən portfelini çiynindən sallayıb, iş-gücə tələsirdin, gənc bir elmi işçi olan Zemfira da Vaqif-30-un tinindəki trolleybus dayanacağında trolleybusa minib, Akademiyaya gedirdi; o zamanlara ki, hələ Günel anadan o...
ANL
Anar məktublar. Sizin təklifinizi məmnuniyyətlə qarşıladıq və salamlayırıq, bu təklif dostluq ənənələrimizin təsdiqidir, yalnız indi deyil, gələcəkdə də xalqlarımızın və ədəbiyyatlarımızın ən ümdə maraqlarına cavab verir. Lazımi anlaşmaları (protokolları) razılaşdırıb istənilən vaxt imzalamağa hazırıq. Ortaq plan haq...
ANL
Nostradamusun görücülüyü və bu günümüz. NOSTRADAMUSUN MÖCÜZƏLƏRİ VII ƏSRDİR DÜNYANI HEYRƏTLƏNDİRİR. XX əsrin sonuna yaxın bu bənzərsiz görücünün əsərlərinə hədsiz maraq dünya Nostradamusşünaslıq məktəbinin yaranmasına gətirib çıxarmışdır. Bundan belə nəticəyə gəlmək olur ki, Nostradamusun əsərləri bədii düşüncəyə...
ANL
Qartal zirvədən enməsin. Kəşfiyyat orqanlarının, güc strukturlarının peşəkar fəaliyyəti ilə bağlı müxtəlif janrlarda bədii filmlərin çəkilməsi dünya kinosunda geniş yayılmış praktikadır. Bu mövzuda saysız-hesabsız sənədli və bədii ədəbiyyat nümunələri də nəşr olunub. Bizdə isə analoji mövzularda bədii filmlərin v...
ANL
Bu hadisə haqda qəzetlər də heç nə yazmamışdı. Ancaq ertəsi gün artıq Qarabağdan tutmuş Bakıyadək, oradan da bütün Azərbaycan boyu dünən Xankəndidə baş verənlər camaatın dilində idi. Hərə sözü bir ağızdan eşitmişdi və ona görə də hərənin ağzından bir avaz gəlirdi. Biri eşitdiyini bir az da artırıb, digəri bir qəd...
ANL
Əsr yarım bundan əvvəl ziyalı, mədəni inkişafa meyilli, dünyadakı yeniliklərə açıq olan maarifpərvər azərbaycanlıların sayəsində ilk teatr tamaşası oynanıldı. Təbii ki, bunda Mirzə Fətəli Axundovun timsalında ilk dramaturqumuzun yetişməsi və onun ortaya qoyduğu komediyaların rolu danılmazdır. Hər zaman mədəniyyət...
ANL
Nizami Gəncəvi dühası Cənubi Azərbaycan ədiblərinin gözü ilə. Cənubi Azərbaycanın qədirbilən, öz sələflərinə minnətdarlıq və məhəbbət hissi ilə yanaşaraq böyük ilhamla yazıb-yaradan qələm sahiblərinin klassik ədəbiyyatın nümayəndələrinə dair əsərləri diqqətəlayiqdir. Xalq yazıçısı, akademik Mirzə İbrahimov həm "Kita...
ANL
Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər. Güney Azərbaycanda dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri bu sahədə çalışanlarla yanaşı, aydınları yaxından ilgiləndirir. Araşdırdığımız zaman kəsiyinin - 2010-2020-ci illərin çap məhsullarının sunumuna keçməzdən öncə, vurğulamaq istəyirə...
ANL
Yusif Qoca: "Tamaşaçını təəccübləndirmək çətinləşib". Qazax Dövlət Dram Teatrı, uzun illərdir, böyük çətinliklərə rəğmən, əzmlə fəaliyyətini davam etdirir. Cari ildə də teatr bir sıra maraqlı tamaşaları, layihələri ilə sənətsevərləri sevindirir. Sənət ocağının hazırkı fəaliyyəti və gələcək planları haqqında Qazax Dö...
ANL
Yaşamaq zamanı, yazmaq zamanı. Yubiley ərəfəsində görülən işlər, üzərində işlədiyim kitablar, ortaya çıxan sual və təkliflər yeni ideyalara yol açır. Türkiyəli dostumuz, yazıçı-tərcüməçi İmdat Avşar ustadın nəsr əsərlərini türk dilinə çevirir. Ara-sıra hansısa dialekt sözləri, yaxud rusca kəlmələr haqqında nələrsə...
ANL
Anarla ürək-ürəyə. Bu gün Azərbaycanda Anar adı daşıyanlar yüzlər, bəlkə lap minlərləsə də, Böyük Anar yeganədir, müstəsnadır, vətənçi və xalqçı düşüncəsinin məhsulları və miqyasları, millət quruculuğuna bilavasitə təsirinin sürəkliliyi və nəticələri ilə (60 ili aşıb, 70 ilə yaxınlaşan uzun bir müddət!) bu nəhəng...
ANL
"Nizami Gəncəvi türk mənşəyini əsərlərində açıq-aşkar söyləyib". ZƏHRA ALLAHVERDİYEVA: "İRANIN CƏHDLƏRİ SIRF SİYASİ XARAKTER DAŞIYIR". Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra A...
ANL
Xalq yazıçısı Anara Mətbuat Şurasının diplomu təqdim edildi. Bu münasibətlə bir sıra media qurumlarının rəhbərləri – Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, bayraqdar.info xəbər portalının baş redaktoru, MŞ-nin İdarə Heyətinin üzvü Azər Həsrət, aznews.az xəbər po...
ANL
Suya atılan səmənilər. Bu dəfə daha sistemli və yüksək təşkilatçılıqla 15 min qadın Nyu-York Sosial Demokrat Qadın Təşkilatının çağırışı ilə daha az iş saatı, kişilərlə bərabər əmək haqqı və səs vermə hüququ üçün nümayişə çıxdı. Bayram bir çox müsəlman ölkələrində xüsusi təntənə ilə keçirilir. Novruz həm də təbiətin oy...
ANL
- Naxçıvan Teatrının Azərbaycan səhnəsinə və kinematoqrafiyasına bəxş elədiyi simalardan da oxucularımıza məlumat verməniz pis olmazdı. - Naxçıvan Teatrı Azərbaycan səhnəsinə bir sıra müqtədir sənətkarlar bəxş etmişdir. Eyni zamanda milli kinomuzun ən gözəl nümunələrində də biz Naxçıvan Teatrından pərvazlanan, həmçini...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Sən hər şeyi həmin dostundan daha çox bizə borclu olduğuna görə etmisən, axı sənin dostluğun nə vaxtsa belə yaxın olmuşdumu? Biz özümüzü (həm də rahibələri nəzərdə tutur - tərcüməçi) sənin bacıların, sənin uşaqların adlandırırıq və güman edirik ki, bu əziz olan bir ...
ANL
Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər. Kitab üzərində böyük zəhməti olan şair bu addımı Urmu hadisələrinin həm geniş ictimaiyyətə çatdırılması, həm də unudulmaması, yaddaşlardan silinməməsi üçün bir addım sayır: "Bu göl, quruma, qurutma, qurudulma və qurutdurulma (Adını nə qoyursanızsa qoyunuz) ilə ilgi...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Əzim Əzimzadənin "Məhşər" əsərindən danışmışıq. Çoxsaylı əsərləri və məşhur silsilələri ilə Azərbaycan rəssamlarının müxtəlif nəsilləri üçün tükənməz ilham mənbəyi olan Əzim Əzimzadə Azərbaycanın ilk Xalq rəssamıdır. ...
ANL
Böyük hərflərlə ANAR. Anarı yazıçı olaraq ilk dəfə "Keçən ilin son gecəsi"ndə tanımışam. Anar nəsrinin ovsunlayıcı gücü yaşımın azlığına baxmayaraq, o gənclik dövrümdə hər cümləsi ilə tutmuşdu məni: "...bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər....
ANL
Anara məktublar. Materialların hazırlanmasında Əmin Əfəndiyev və Zakirə Əliyevanın tərtib etdikləri "Çağdaşları Anar haqqında" kitabından istifadə olunub. Valideynləriniz haqqında xatirələrimi Sizə göndərirəm. Mən sizi ləyaqətli övlad kimi, diqqətli araşdırıcı və ziyalı kimi tanıyıram və istəyirəm ki, xatirələrim...
ANL
Türk Ədəbiyyatı Vaqfı Xalq yazıçısı Anar haqqında iki kitab yayımladı. Bu günlərdə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vaqfında «Tedev» Yayınlarından Xalq yazıçısı Anar haqqında iki yeni kitab işıq üzü görüb; İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu - «İki əsrin qovşağında bir yazar: An...
ANL
Pərvindən yeni kitab. Yazıçı-publisist, «Qobustan» dərgisinin baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın «Anar yaradıcılığında zaman və insan» adlı dərs vəsaiti işıq üzü görüb. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə «Qanun» nəşriyyatında işıq üzü ...
ANL
“Şirməmməd Hüseynov mükafatı” Vilayət Quliyevə təqdim olundu. Mətbuat Şurasında "Şirməmməd Hüseynov Mükafatı"nın təqdimat mərasimi olub. AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, mərhum alim, görkəm...
ANL
Uzaq illərin şeirləri - Əli Həsənlidən poetik nümunələr. Uzaq illərin şeirləri - Əli Həsənlidən poetik nümunələr. hamar üzündə. Parlaq bir ulduzu. Yenicə ovxarlanmış bir. gecəlik təzə-tər ayın. Önündə görsən. göylər kimi ucadı. Türkün bayrağı Yer üzünün. ən hündür dağıdı. Başı göylərdə, kökü yerdə. Yerin özü boyda d...
ANL
Düzlər-düzənlər dolaşdın, dərədən keçdin, təpədən aşdın. Nəfəsin təngiyəndə. neçə çeşmələrdən. Gözünün ucu ilə. Hələ arxaya boylanıb, Gözlərin çox dolacaq. əlli yaşda yetimsən. Bu nə yerişdi, hərdən irəliləyirsən, hərdən yolu çaşırsan. əlli yaşı aşırsan. Bir azdan, arxaya boylanıb, Yanlışlara baxıb, özünü qınayarsan. U...
ANL
Güney Azərbaycanda nəşr məsələlərinə bir nəzər. Nurəddin Müqəddəm - Aydın Duman da uşaqlar üçün ən çox əsər yazan müəlliflərdəndir. Payız adlı sənətkarın sərgisinə. Çoxlu gözəl şəkilləri görmək olar... - deyən Aydın Duman uşaqlara həsr elədiyi bu kitablarda balaca oxucularının gözləri önündə bir sənətkar ustalığ...
ANL
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARAZ CƏFƏROVUN HƏYAT YOLDAŞI MAHİRƏ XANIMIN XATİRƏLƏRİ. Üstündən üç ilə yaxın zaman keçməsinə baxmayaraq, 44 günlük Vətən müharibəsinin hər birimizə yaşatdığı qürur və şəhidlərimizin hüznü qəlbimizdə hələ də təzə, canlıdır. Üç minə yaxın şəhidimizi oxucularımıza daha yaxından tanıtmaq, onla...
ANL
Azərbaycan-Böyük Britaniya əlaqələri. TARİXDƏN ETÜDLƏR: FAKTLAR, HADİSƏLƏR, XATİRƏLƏR. Azərbaycan-Böyük Britaniya əlaqələri tarixən coğrafi məsafə və siyasi şəraitə baxmayaraq, istər ticarət, istərsə də mədəniyyət sahəsində davamlı olaraq inkişaf edib və dövrümüzdə də bu proses davam etməkdədir. Bu məqalədə XVI ə...
ANL
- Bir az da teatr tənqidçiliyi barədə danışaq. Mən Eynəli bəy Sultanovu tədqiq edərkən onun öz dövründəki teatr tamaşaları haqqında yığcam tənqidi məqalələrini çox oxumuşam. 140 illik zaman zərfində hansı tənqidçilərin baxışları Naxçıvan Teatrını daha da inkişaf etdirməyə səbəb olub? - Əsasən 1960-80-ci illərdə Azərbay...
ANL
Anara məktublar. Materialların hazırlanmasında Əmin Əfəndiyev və Zakirə Əliyevanın tərtib etdikləri "Çağdaşları Anar haqqında" kitabından istifadə olunub. Hörmətli Anar müəllim! Bu araşdırma zəngin fikirlərlə və mövzuya yeni baxışla fərqlənir. Bizim bu möhtəşəm abidə ömür boyu tədqiq olunmağa layiqdir. Təəssüf ...
ANL
Biz onların hamısını itirə bilərdik. Demirəm bu cavanları ucdantutma güllələyəcəkdilər, ya Sibirə sürgün edəcəkdilər. Belələrini ya dəlixanaya göndərirdilər, ya da uzunmüddətli həbsə atırdılar, ya sürgün edirdilər. Ancaq istənilən halda gənc insanlar idilər, taleləri şikəst olacaqdı, ömrün ən gözəl illərini dusta...
ANL
Nizami Gəncəvinin böyük Azərbaycan şairi olduğunu dünya elmi ictimaiyyəti qəbul edir. XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. Qapalı rejimə malik olan Sovetlər İttifaqı dövründə həmin dəmir çərçivənin içərisində olan Azərbaycan Sovet Respublikası Nizami Gəncəvi kimi qüdrətli...
ANL
Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir. Reyting.az-ın məlumatına görə, müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə, daha keyfiyyətli nümunələrin yazılmasına xidmət edir, mövzu seçimi sərbəstdir. Müsabiqə iştirakçıları hekayələrini öz tərcümeyi-halları və fotoş...
ANL
Mingəçevir Dövlət Universiteti: inkişafa aparan addımlar. Şərq və Qərbin qovşağında yerləşən Azərbaycan öz tarixi inkişafı boyunca hər zaman qabaqcıl elm və təhsil ölkələrindən biri kimi tanınıb. Hələ orta çağdan istər humanitar, istərsə də dəqiq elmlər sahəsində ciddi uğurlara imza atan ölkəmiz Şərqdə müasir təhsilin ...
ANL
Qarabağda, xüsusən onun Aran hissəsində vaxtilə böyük hörmət-izzət sahibi olan, kişi qeyrətli, gözəl, məsum Saray xanım Cərciz peyğəmbərin türbəsini tikdirən Mirhəsən ağanın qızı idi. Mirhəsən ağa türbəni aşıqlı (Beyləqanda kənd, camaat) Hacıqulu kişinin köməyi ilə tikdirib... Saray xanım da atası kimi xeyirxah, ...
ANL
Tanıdığımız və tanımadığımız Hacı Məmmədov. Hacı Məmmədov dünya klassiklərinin, Avropa bəstəkarlarının əsərlərini mütaliə etməyi və dinləməyi çox sevirmiş. Ən çox bəyəndiyi xarici bəstəkarlar Çaykovski və Bethoven olub. O, yerli və xarici bəstəkarların müxtəlif janrlarda yazdığı mürəkkəb quruluşlu əsərləri tarda ...
ANL
Mən baharda möcüzələrə daha çox inanıram. Bu fəsli mənə çox sevdirən uşaqlıq xatirələrimdir. Uşaqlıqda sakit təbiətli olsam da, heç sözə baxan uşaq olmamışam. Evdə tək qalıb əlimə keçən bütün əşyaları bir-birinə qatmağı sevərdim. Valideynlərim onların sözünə baxmağım üçün məni dilə tutar və ətrafımda biz uşaqlar...
ANL
Məşhur bir kəlamda deyidiyi kimi, torpaq uğrunda ölən varsa - Vətəndir. Adı and yerinə çevrilən, igidliyi dastanlara sığmayan şəhidlər Azərbaycanın haqqını və şərəfini ucaltdılar. Şəhidlərin doğum tarixinə nəzər salanda 19-20 yaşlı gənclərin torpaq sevdası adamın bütün varlığını titrədir, göz yaşları yanağımızda şırım ...
ANL
Azərbaycan-Böyük Britaniya əlaqələri. TARİXDƏN ETÜDLƏR: FAKTLAR, HADİSƏLƏR, XATİRƏLƏR. Böyük Britaniya və Azərbaycan arasında XIX əsrdən XX əsrin əvvəllərinə qədər olan dövrdə formalaşmış iqtisadi və ticarət əlaqələrindən danışarkən elm, təhsil və mədəniyyət sahəsində olan əlaqələr barədə söz açmamaq mümkün deyil...
ANL
Anara məktublar. Materialların hazırlanmasında Əmin Əfəndiyev və Zakirə Əliyevanın tərtib etdikləri "Çağdaşları Anar haqqında" kitabından istifadə olunub. Qaqauz yazıçısı D.Tanasoğlu və xanımı Sevda xanım sizə səmimi qardaşlıq salamı göndərir. Bir az yubatdığım üçün üzr istəyirəm. Qardaş Azərbaycan xalqının ba...
ANL
"İndi milli geyim tərzinə qayıtmaq çətin olsa da, ənənələri qoruyub saxlamaq mənəvi borcumuzdur". Sevimli Novruz bayramı qapımızın kandarından boylanır artıq. Gəlişi ilə torpağı oyadan, baharı gətirən Novruz həm də milliliyə dönüş, mənəvi birliyimizin ifadəsi kimi xalqımız üçün önəm kəsb edir. Bu günlərdə istər efir...
ANL
Tolstoyun Şekspirə belə münasibət bəsləməsinə təəccüblənmək lazım deyildir, dahilərin bir-birin bəyənməməsi faktları olduqca çoxdur. Məgər, Şekspir özünün belə qiymətləndirilməsindən uduzmuşdurmu? Həyatın bütün sahələrində olduğu kimi, yaradıcılığa münasibətdə də ədalətsizlik halları az deyildir, lakin bunlar üm...
ANL
Heredotun və Homerin dilindən düşməyən Pedasa. Bura yaşılın daha yaşıl, mavinin daha tünd, ağacların daha çox, torpağın daha xoş, heyvanların rahat olduğu, çoxlarının bilmədiyi, bilənlərin isə gəlmədiyi bir yerdir. Dörd yanının meşə ilə əhatə olunduğu, giləmeyvə kollarının rəngli daş-qaş kimi hər tərəfdən parıldadığı,...
ANL
Hər il yüzlərlə azərbaycanlı gənc təhsil almaq üçün xaricə üz tutur: universitetə daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda iştirak edib diplom alır. Ölkəyə qayıdandan sonra onlar diplomların tanınmaması problemi ilə üzləşirlər. Demək olar, hər il xaricdə təhsil alan yüzlərlə məzunun diplomu ölkədə tanı...
ANL
Bayram yaxınlaşdıqca elementlərini də daha çox görməyə başlayırıq. Bayramın hər atributu isə mənə bir başqa maraqlıdır. Bəziləri o qədər gözəldir ki. Məsələn, xonça bəzənməsi, səməni cücərdilməsi kimi. Bəziləri də elə qəribədir ki, kosa-keçəlin şit zarafatları kimi. Burdan yola çıxaraq Novruzla bağlı maraqlı gələn sua...
ANL
Novruz bayramı: mifdən gələn motivlər. Novruz bayramının mifoloji mahiyyəti, hər şeydən qabaq, yaradılış ideyası ilə, köhnə dünyanın əsasında yeni dünyanın yaranması inamı ilə bağlıdır. Belə bir inamla bağlı olduğuna görə Novruz özünün əksər mərasimlərində və simvollarında bu və ya digər dərəcədə məhz yaradılış ...
ANL
Nostradamusun görücülüyü və bu günümüz. ÖLÜLƏR QƏBİRLƏRİNDƏN ÇIXACAQLARMI? Əsrlərlə öncə Xopi bilicilərinin göstərdiyi və əfsanəyə dönmüş bir hadisə baş verdi. Xopilərə görə, "Qartal Aya enəndə" dünyada böyük dəyişikliklər olacaq. Nostradamus qəribə və fərqli adlandırdığı XXI əsrdə baş verəcək inanılmaz hadisələrdən ...
ANL
Aqil ABBAS: "Qazandıqlarım itirdiklərimi heç vaxt əvəz edə bilməz". Dəfələrlə ondan müsahibə almaq fikrinə düşsəm də, bəzən səbəbli, bəzən də səbəbsiz olaraq alınmayıb. Amma sosial şəbəkə üzərindən bütün mətbu yazılarının oxucusuyam. Xeyli vaxt dövlət televiziyasında qonşu redaksiyalarda çalışdığımız xanımı İrad...
ANL
Bəşəriyyət əsrlərdir ki, perpetuum-mobile, yəni fasiləsiz, dayanmadan işləyən əbədi mühərrik arzusundadır. Hətta Leonardo da Vinçi kimi universal zəka sahibi də müəyyən şübhələrinə baxmayaraq, ilk baxışdan inanılmaz görünən bu fantastik ideyaya ömrünün illərini vermişdi. Və yəqin ki, heç fərqinə də varmamışdı ki, yega...
ANL
Rəssamlar İttifaqında Tural Rzayevin fərdi sərgisi açılıb. Martın 17-də Rəssamlar İttifaqında Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı, rəssam Tural Rzayevin fərdi sərgisinin açılışı olub. 525.az xəbər verir ki, açılış mərasimində mədəniyyət xadimləri, rəssamlar və media nüm...
ANL
Anarın ədəbiyyat fəzası və gerçəklikləri. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olan Xalq yazıçısı Anar çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Anarın ədəbiyyatımızın və ictimai fikrimizin inkişafı yollarında keçdiyi məsuliyyətli və ...
ANL
Əsgərə bayram məktubu. Hazırda hərbi xidmətdə olan dostlarım Elşad Rəhimov, Nadir Yalçın, Məlik Rza, El Roman və Rauf Ra üçün... Üç min mertə yaxın yüksəklikdən postumuza ən yaxın şəhərin işıqlarına baxıb yaddaşımın qırışları arasında eşələnəndə zamanın nisbi olduğuna, ömrün isə elə dayandığım nöqtədə bitdiyinə inanır...
ANL
Rəssamlar İttifaqında Tural Rzayevin fərdi sərgisi açılıb. Martın 17-də Rəssamlar İttifaqında Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, yazıçı, rəssam Tural Rzayevin fərdi sərgisinin açılışı olub. 525.az xəbər verir ki, açılış mərasimində mədəniyyət xadimləri, rəssamlar və media nüm...
ANL
Vulkanlar uzun müddət susub hərdən-hərdən püskürən kimi, dənizlərin suyu müəyyən dövrdə enib ayrı bir vaxtda qalxan sayaq, sanki xalqların milli hissiyyatının da ara-sıra başqa çağlardakına nisbətən təbii bir ehtiyac kimi qalxması, coşması var. O tayda onillərlə farsca yazıb-yaratmış Məhəmmədhüseyn Şəhriyarın an...
ANL
Yüz il əvvəlin sualı: Türkiyəni necə xilas etməli? Sultan Əbdülhəmidə qalib gələn qərb Ərdoğana da qalib gələ biləcəkmi? Dünyada yeni bir düzənin daşları döşənir. Və yeni quruluşun sancıları bu mənada bütün coğrafiyalarda yaşanır. Amma bunu ən güclü şəkildə hiss edən ölkələrin başında, heç şübhəsiz, Türkiyə gəlir. B...
ANL
"Kürdə suyun azalması əsasən, iqlim dəyişikliyi ilə bağlıdır". "Çayın qurumasının qarşısını almaq üçün suvarma sisteminə də diqqət edilməlidir". Bir vaxtlar Dəli Kür adı ilə tanınan, bol sulu, Azərbaycan ərazisindəki ən böyük çay indi öz məcrasından xeyli geri çəkilib. Mövcud vəziyyət çayın Sabirabad rayonundan ...
ANL
Mədəniyyətimizin qəlb göynədən itkiləri. Artıq tez-tez gözümüzü ölüm xəbərlərinə açmağa alışmaqdayıq. Azərbaycan mədəniyyəti, ictimaiyyəti üçün önəmli simalar bir-birinin ardınca cavan canlarını da götürüb köçünü çəkir bu fani dünyadan. Ya zəlzələdən, ya vəlvələdən - hərəsi bir səbəbdən "əlvida" deyir bizə heç gözlə...
ANL
Mücahid məfkurəsinə layiq monoqrafiya. İstedadı və zəhməti sayəsində Azərbaycan ədəbiyyatşünaslığına dair bir sıra sanballı əsərlərə imza atmış AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu (Musayev) son illər mühacirət irsi ilə bağlı da dəyərli araşdırmal...
ANL
“Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir”. Müsahibimiz jurnalist və yazar, Türkiyənin Qazi Universitetinin təhsil araşdırmaları üzrə doktorantı Şəhla Aslandır. - Şəhla xanım, bilirik ki, “Təhsilin idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alırsınız. İxtisaslaşmaq üzrə olduğunuz s...
ANL
Şəxsiyyətin cazibəsi. TƏRLAN SEYİDOVUN VƏSİYYƏTLƏRİ. Bu yaxınlarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri" adlı üçcildliyin təqdimatı keçirildi. Bu cildlərin qəhrəmanları arasında Tərlan Seyidovun adını xüsusi qeyd edərdim. Musiqi mədəniyyətimiz və təhsil...
ANL