text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mütaliə qeydləri. Adətən yerli ədəbiyyatımızdakı əsərləri çox həvəslə oxuya bilməsəm də, bu yaxınlarda oxuyub bitirdiyim "Həriflərin oyunu" romanı istisna oldu. Romanın xüsusən də ikinci qismini çoxdan bəri yaşamadığım oxucu acgözlüyü ilə oxuduğumu deyə bilərəm. Qeyd edim ki, müasir ədəbiyyatımızda mütaliə zamanı məhz...
ANL
Mənalı yaşamağın Oqtay Mirqasımov formulu. Sənətkar ömrü! Taleyi hər zaman çətinliklərlə, keşməkeşlərlə dolu, amma özündən, öz həyatından daha çox xalqının rifahı, gələcəyi, inkişafı üçün bir şam kimi yanan, yandıqca əriyən, əridikcə ziyası qocaman cəmiyyəti aydınladan bir ömür! 12 iyun Azərbaycan incəsənəti, mədən...
ANL
Şagird ikən də o, konkret, sözü üzə deyən, iradəsindən dönməyən, bəzən sərt təsiri oyadan idi. Ona ürəyinə yatmayan, ağlına batmayan işi aşılamaq, təşviq etmək mümkünsüz cəhd olardı. Bu keyfiyyətlər traktorçu atası Məhərrəm kişidən keçmişdi. Analarımız rəfiqəydi. Atam Məhərrəm kişinin kolxoz iclaslarında sərt tənqidin...
ANL
Əbədi muğam. Aprel ayının 24-dən 27-nə qədər Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə "Xanəndə və instrumental muğam ifaçılarının Milli Muğam müsabiqəsi" böyük müvəffəqiyyətlə öz işini bitirdi. Qarşıdan VI "Muğam al...
ANL
Təhsildə sertifikatlaşdırmanın əhatə dairəsi genişlənir. "SERTİFİKASİYA MÜƏLLİMLƏRİN MƏSULİYYƏTİNİ ARTIRIR, YENİ İNNOVATİV MƏSƏLƏLƏRİ DƏRİNDƏN ÖYRƏNMƏLƏRİNƏ ŞƏRAİT YARADIR". Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilmiş dəyişiklikdə dövlət məktəbəqədər təhsil mü...
ANL
(Əvvəli ötən çərşənbə sayımızda). "Makbet" pyesi ilə Şekspir qısa da olsa, çox təsirli faciəni yaratmaqla qəhrəman və ambisiyalı adamın qətllər yolu ilə şotland taxt-tacına dırmaşdığını, hakimiyyəti əlində saxlamaq üçün terrora əl atdığını təsvir edir. Pyes ilk dəfə 1611-ci ildə "Qlobus" teatrında tamaşaya qoyulmuşdu...
ANL
Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi. Elmi fəaliyyətini milli yaddaşımızın oyanışı uğrunda mübarizəyə həsr edən görkəmli alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımov bizləri tərk edib haqq dünyasına qovuşsa da, hər an yanımızda, dəyərli məsləhətləri və tövsiyələri xatirimizdədir. Ədəbiyy...
ANL
Özümüzü xatırladan kitab. Bəzən məkanın önəmli olmadığını düşünürsən. Deyirsən əsas - hər zaman sevdiklərimizlə bir arada olmaqdır. Otaqların, yatdığımız çarpayının, hər səhər şirin çay içdiyimiz mətbəxin, astanasından keçib getdiyimiz qapının, özümüzə bəzək-düzək verdiyimiz aynanın da canı var. Hər guşəsində bizi ...
ANL
Tarixin silinməz izləri. Ötən həftə yolum Azərbaycanın füsünkar gözəlliyi ilə məşhur olan Qax rayonuna düşmüşdü. Jurnalist ola, harasa gedə və ordan əliboş gələ, bu, mənim aləmimdə bir yazara yaraşmaz. Məqsədim bu diyarı vəsf etmək, təbiətindən söz açmaq, dəvət aldığım tədbirdən yazmaq deyil. Qarışıq xalqların əhalisin...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla gənc rəssam Cavid Məmmədovun "Nağıllar şəhəri" əsərindən danışmışıq. Rəssam 2008-ci ildə professional şəkildə yaradıcılıqla məşğul olmağa başlayıb. Cavid Məmmədov 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. On...
ANL
Bir gün bir adam sapandla çox gözəl tükləri olan bir quşu ayağından yaralayır. Sonra onu evə gətirib, yarasını sağaldır və ayağına ip bağlayıb çiyninə ataraq quş auksionu keçirilən bazara aparır. Bazarda quşun füsunkar gözəlliyini görən hər kəs adamın ətrafına yığılır və ağzı açıq bir şəkildə quşa baxırlar. Bu vaxt baz...
ANL
Müasir çağırışlar: qarşıda duran vəzifələr. Çağımızda din sahəsində istər dövlətin, istərsə də cəmiyyətin qarşısında duran ən ümdə vəzifələrdən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif inanc və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidir. Təbii ki...
ANL
Ədəbiyyat ucsuz-bucaqsız bir tablodur - bir-birindən fərqlənən rənglərin saysız çalarlarını hər yazarın rəng uyumu ilə özünəməxsus əks etdirər. Ədəbiyyat elə bir söz mülküdür ki, yalnız onu müəzzəm qılanları özünə sultan edər. Bu gün ədəbiyyatımızda seçilən bir çox imzalar var. Oxunduqca ədəbiyyata daha sıx bağlayır i...
ANL
Şəhadət yolundan dönməyən qəhrəman. Nə boyda eşq daşımalısan qəlbində, qanın damarlarında hansı məhəbbət coşğusu ilə axmalıdır ki, ailəni, övladlarını, səni sevənləri, hətta öz canını belə düşünmədən məhz Vətənin, yurdun köməyinə tələsəsən? Onun üçün şəhid olmağa belə sevinərək gedəsən?! Özü də bunu səndən heç kim t...
ANL
Humanistləşdirmə çağdaş təhsildə başlıca prinsip kimi. Azərbaycanın təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri statusunda təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdirilməsi, millilik, dünyəvilik, fasiləsizlik, liberallaşma və digər bu kimi prinsiplər müəyyən olunub. Lakin diqqətlə y...
ANL
Xəzangül yaradıcılığı: sirli-sehrli poeziya. Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair və dramaturq Xəzangülü təqdim edərkən soyadının deyilməsinə ehtiyac duyulmur. Çünki o, şəxsiyyəti və yaradıcılığı ilə təkrarsızdır. Xəzangül deyiləndə məhz bizim tanıdığı...
ANL
Masallı rayon Mərkəzi Kitabxanasında "Azərbaycan" jurnalının 100 illiyi münasibətilə rayon yazarlarının görüşü keçirilib. "Göy Qurşağı" ədəbi məclisinin üzvləri, kitabxana əməkdaşları və digər qonaqların qatıldıqları tədbiri açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, kitab məbədi, bilik ocağı o...
ANL
1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, məlum və mənfur qonşuların terrorçu-separatçı niyyət və fəaliyyətləri, eləcə də daxili səriştəsizlik, mənəm-mənəmlikdən doğan qarşıdurma və bəzi hallarda xəyanət təzahürləri fonunda ölkənin yaxın gələcək üçün taleyi şübhə altında idi. Vətən...
ANL
Müharibədən sonrakı illərdə Rəsul Həmzətov sovet dövrünün ən məşhur şairlərindən biri idi. Onun Naum Qrebnyovun və Yakov Kozlovskinin ruscaya çevirdikləri şeirləri o zamanlar ən dəbdə olan rus şairlərinin poeziyası ilə müqayisə oluna bilərdi. Sözlərinə yazılmış mahnılar, xüsusən də "Durnalar" mahnısı xeyli populyar ...
ANL
Dəyər həmişə dəyərdir. Bir dəfinə yüzillərlə dənizin dibində qala, bir xəzinə ən uzun vaxt boyunca torpağın təkində ola bilər, amma qiymətini itirməz. Nə zaman üzə çıxsa, yenə qiyməti üstündədir. Başqalaşan vaxt dəfinələrə, xəzinələrə özünün verdiyi qiyməti öz arşınına uyğun olaraq artıb-azalda bilər. Amma mahiyyət d...
ANL
Azərbaycan-Türkiyə münasibətlərinin tarixində Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. İki il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə ölkələrimiz arasınd...
ANL
Dərhal cavab verdim və səsindən hiss etdim ki, həmişəki ovqatda deyil. Dedi ki, təyyarədən indi düşdüm Naxçıvana. Mən Ələddin həkimi qiyabi tanıyırdım. Bilirdim ki, Ələddin İbrahim oğlu Səfərov Naxçıvanda Yoluxucu Xəstəliklər Xəstəxanasında şöbə müdiri idi. Az qala yarım əsr idi ki, bu xəstəxanada çalışırdı. Əməkdar ...
ANL
"Azərbaycan kinosunun acınacaqlı vəziyyətinə görə narahatam...". 75 il öncə isti bir avqust günündə dünyaya gələnlərdən heç birinin ailəsi övladının seçilmişlərdən olduğunu bilmirdi. Bunu bir tək Tanrı bilirdi, çünki hamının qədərini yazan yeganə varlıqdır. Həmin vaxt Ağsuda nə Əhməd kişi, nə də Bakıda Qədir kişi bilmi...
ANL
Qürur, qübar və sevgi nəğmələri. Qarabağın Zəfər savaşçılarına. Birinci nəğmə. Sən şimşəkdən doğulan. Sehirli göy qurşağı, Al günəşlə yağmurun. İlahidən bir işıq, Mübarək şəhadətin. Səngərlərin divarında. Qızaran al laləsən, Sən Şuşada Xarıbülbül, Murovdağda zirvəsən. Mübarizsən, Poladsan. Nəğməkar Xudayarsan. Sən ey ş...
ANL
Paytaxtın ümumi təhsil mənzərəsi: təmayülləşmənin miqyası genişlənir. Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28 min 410 müəllim fəaliyyət göstərir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyevanın dediyinə görə, yola saldığımız tədris ilində BŞTİ tərəfindən təhsildə...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Avstriya ərazisinin meydana gəlməsi. Avstriyanın "yoğun" hissəsi və Habsburqlar tərəfindən absorbsiya edilən müstəqil əyalətlər, XIV əsrdə Avstriya torpaqlarını meydana gətirdi. Müasir Avstriyaya və onun mədəni eyniyyətinə daxil olan bəzi əyalətlər, yalnız sonralar...
ANL
Müxtəlif vaxtlarda qələmə aldığım yazılarda işlətdiyim "təhkiyə", "müəllif təhkiyəsi", "əsərin təhkiyə quruluşu" kimi ifadələrə reaksiyalardan belə başa düşdüm ki, bizim nəinki adi oxucular, hətta bəzi stajlı, "vesli" ədəbiyyatşünaslar arasında da bu anlayışın, ifadənin mənasından bixəbərlər kifayət qədərdir. Təhki...
ANL
Müsahibmiz müğənni, Xalq artisti Heydər Anatolludur. Öz sənətimlə məşğulam. Hazırda Azərbaycan Dövlət Mahnı Teatrının və dövlət televiziyasının solistiyəm. - Bu yaxınlarda altmış yaşınız tamam oldu. May ayında isə Mahnı Teatrında yubiley gecəm keçirildi. Özü də yüksək səviyyədə. Dövlətimizin ən yüksək fəxri adı olan Xa...
ANL
Nicat Kazımov: “Aktyorluğun bütün fəndlərini biləndə və aktyorun keçirdiyi hissləri yaşayandan sonra rejissor kimi işləmək daha rahat olur”. Gənc Tamaşaçılar Teatrının rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin müəllimi, Əməkdar artist Nicat Kazımov çağdaş səhnə sənə...
ANL
Heydər Əliyevin Vaqif sevgisi. Yalnız Nizami, Nəsimi, Füzuli kimi dünya miqyasında tanınan poeziya nəhəngləri deyil, klassik Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələri də heç vaxt Heydər Əliyevin diqqətdən kənarda qalmamışdılar. Həyatının faciə ilə sona çatmasına rəğmən, yaradıcılıq irsinin sonrakı ta...
ANL
Nigar Rəfibəylinin 110 illiyinə həsr olunmuş tədbir. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA və AYB-nin Gəncə bölmələrinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin 110 ilik yubileyinə həsr edilmiş tədbir keçirilib. Xan bağında, Nigar Rəfibəylinin heykəli...
ANL
Telekanalların maqazin vitrini. 2003-cü ildə dünyanın müxtəlif maqazin teleproqramlarında (həmçinin, sarı mətbuatda) müzakirə olunan əsas hadisələrindən biri aktyor Ben Afflekin Cenifer Lopesi toy ərəfəsində gözlənilmədən tərk etməsiydi. Üstündən 20 ilə yaxın vaxt keçəndən sonra keçmiş sevgililər yenidən görüşməyə b...
ANL
Dəyişən zaman asta-asta üzdən baxanda heç bir qeyri-adiliyi olmayan yerlərə tarix donu geydirir. Torpağın üstündə qalan nişanələriylə zaman dünənəcən bomboş olan bir məskəni də ahəstə-ahəstə rəngsizlikdən qurtarır, tarixləşdirir, yalnız ona məxsus tərcümeyi-halla yükləyir. İndi hamının yaxşı tanıdığı o məkan vaxt...
ANL
Dünyada zaman anlayışının az qalan günbəgün, saatbasaat sürətləndiyi indiki dövrdə ən müxtəlif fəaliyyət sahələrində baş verən qlobal dəyişikliklər, insanların qidalanmasına, yemək menyusuna da ciddi təsir göstərib. Məxsusi dada malik, "fasd-food" adı ilə tanınan əlüstü yeməklər də məhz çaparaq həyət tərzindən bi...
ANL
"İcbari sığortalar haqqında" qanuna edilən dəyişikliyə əsasən, yaxın gələcəkdə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək. Yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. Eyni zamanda bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb-sığortalanmadığını müəyyən...
ANL
Türkiyədə "Elçinə ərməğan" adlı kitab nəşr edilib. Nəşrdə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai və ədəbi fəaliyyəti haqqında məqalələr toplanıb. Kitabın ön sözünü Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu qələmə alıb. Üç hissədən ibarət toplunun birinci hissəsi "Elçinə dair" adlanır. Həmin hissədə y...
ANL
Yaxınlarda motivasiya ilə bağlı bir kitabda oxumuşdu: "Hərdən güzgüyə baxıb öz əhvalınızı soruşun..." Heç olmazsa doğum günündə özüylə səmimi olmaq istədi. Necə olacaqdı? Nə zövqlü libası, nə saç ustasının səyi əvvəlki görkəmini qaytara bilmirdi. Rəngi-rufu avazımış, gözlərindəki işıq sönmüşdü. Əksinə, heç vaxt öz ...
ANL
Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyırdılar. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdu. Onun evindən daim muğam, mahnı səsləri eşidilirdi. Heç də təsadüfi deyil...
ANL
Səfəvi və Osmanlı tarixinə və tarixşünaslığına dərindən bələd olan və bu mövzularda qiymətli monoqrafiyaları ilə tarix elmimizi zənginləşdirən Şahin Fazil (Şahin Fazil oğlu Fərzəliyev) təqribən 24 il ağır zəhmətdən sonra Azərbaycan, Osmanlı və ümumən Şərq tarixi üçün çox qiymətli mənbə olan iki möhtəşəm əsəri f...
ANL
Azərbaycan mühacirət ədəbiyyatı: Başlanğıcdan günümüzədək. Çoxşaxəli, zəngin yaradıcılığı ilə ədəbiyyatımıza böyük töhfələr bəxş edən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Sultanlının Azərbaycan Dövlət Nəşriyyatının nəfis tərtibatla yeni yayınladığı “Azərbaycan müh...
ANL
"Könlümün sevgili məhbubu" Quba. Qubam haqqında bu yazını romantik şair Abbas Səhhətin məşhur "Vətən" şeirindən gətirdiyim bu sözlərlə başlamağım təsadüfi deyil: Könlümün sevgili məhbubu mənim. Vətənimdir, vətənimdir, vətənim! Vətən mənim üçün Qubadan, dünyaya göz açdığım qədim türk obası İspik kəndindən başlayır. Biz...
ANL
Cəmiyyət və qadın. Qədim dövrlərdə evin divarları qadınları ətraf mühitdən təcrid edirdi, onlar ancaq ev işləri ilə məşğul olurdular. Bu vəziyyətin yaranmasında kilsənin böyük rolu var idi. Kilsə öz traktatlarında qadının Həvvanın (Həvvanın) və Adəmin (Adəmin) bir hissəsi olduğunu iddia edirdi. Cəmiyyətdə bu cür baxış...
ANL
VI Beynəlxalq Musiqi Festivalının “Muğam axşamı” konserti olub. “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir. 525.az-ın xəbərinə görə, festivalın proqramına müxtəlif ənənəvi və yeni musiqi janrlarından ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və musiqi ifaçılarının müsabiqəsi daxil edilib. Ötən...
ANL
İyunun 18-dən Bakıda başlanan “Muğam aləmi” VI Beynəlxalq Musiqi festivalının ilk konserti “Alim Qasımov və onun qonaqları” adlanırdı... Əslində, dünyanı sənəti ilə heyran qoymuş, onlarca beynəlxalq festivala fəxri qonaq kimi qatılmış ustad Alim Qasımov 2 saatlıq gecəni şəxsən özü və şən əhvalla idarə etdi. Salamlaş...
ANL
İl boyunca xüsusən, mədəniyyət qurumları və teatrlarımız bu möhtəşəm yubileyləri özündə birləşdirən mühüm və maraqlı layihələr həyata keçirməyə davam etməkdədir. Bunlardan birini - çox gözəl teatr bayramını ötən həftə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sayəsində yaşadıq. Mədəniyyət Nazirliyinin dəstəyi ...
ANL
(Əvvəli ötən çərşənbə sayımızda). Bu faciəni həyata gətirən siyasət və ehtirasdır, əhvalat xarizmatik Roman döyüşçüsü barədə gedir. O, ekzotik məhəbbət üçün qüvvəyə və nüfuza malikdir, həm də qadını şirnikləndirə bilir. Pyes hekayətn diqqətini Antoninin tədricən pozulmasına yönəldir, lakin onun əhval-ruhiyyəsi güclü və...
ANL
(Əvvəli dünənki sayımızda). Həsən bəy Rumlu öz kitabında Teymurun nəvəsi, Şahrux padşahın oğlu Mirzə Baysunqurun vəfatından (22 dekabr 1433) bəhs etdiyi zaman onun türk və fars dillərində şeirlər yazdığını, fəzilət əhli olduğunu qeyd edərək bildirir: "Altı qələm xəttini yaxşı yazırdı. Onun zamanında şair və katiblər ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla rəssam Abbas Məmmədovun "Rənglər şəhəri" əsəri haqqında danışmışıq. - Nigar xanım, hər bir rəssamın mövzu seçiminə təsir göstərən müxtəlif amillər olur. Sizcə, Abbas Məmmədovun məhz bu mövzuya müraciəti nədən irəli gəlirdi...
ANL
Teatr insan hisslərinin, duyğu və düşüncələrinin, yaşantılarının səhnədəki əksidir. Eyni səhnədə roldan-rola girən, biçimdən-biçimə düşən aktyor isə tamaşaçılar üçün çox sevilən, əlçatmaz, bəxtəvər bir insan təsiri bağışlayır. Ancaq kimsə aktyorun səhnə arxasındakı həyatından, o rolu oynayarkən keçirdiyi duyğulardan, ...
ANL
Regionun iqtisadçılar hazırlayan ən böyük mərkəzi - UNEC. Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. 1930-cu ildə əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ...
ANL
Qədim diyarın müasir inkişaf konsepsiyası. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi genişmiqyaslı islahatlar müstəqil dövlətimizin bütün istiqamətlər üzrə, hərtərəfli şəkildə inkişaf etdirilməsinə, xalqımızın sosial rifahının daha d...
ANL
Həyatımızın bütün dövrlərində həkimlərə nə qədər ehtiyacımız olsa da, təəssüf ki, indi cəmiyyətimizdə bu ağxalatlı xilaskarlara qarşı, nədənsə, bir inamsızlıq, etibarsızlıq da yaranıb. İnsanlar onu müalicə etmək, problemlərinə çarə tapmaq istəyən həkimlərdən belə çəkinir, sona qədər inanmaq istəmirlər. Lakin bütün bu ...
ANL
Böyük millətlər özlərinin görkəmli insanlarının nəinki özünün, nəinki ailə üzvlərinin, hətta dost-tanışlarının da həyatını ən incəliyinədək öyrənərək soydaşlarına tanıdırlar. Təəssüf ki, bizim Azərbaycanda durum başqadır. İstənilən ən tanınmış şəxsiyyətimizi götürsək, onun yalnız özü haqqında bilgi əldə edəcəyik. "19...
ANL
Güneydən ucalan vətən harayı: Məsud Haray poeziyası. Məsud Harayın adı təkcə o taylı-bu taylı Azərbaycanda deyil, Türkiyədə, İraq, Kərkük və digər türk ellərində də yaxşı tanınır. Çağdaş Güney Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından biri sayılır o. Bəziləri imzasının Haray olmasının özəl bir anlamı olduğun...
ANL
Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə qiymətli töhfə. Azərbaycan Xalqının Ümummili lideri Heydər Əliyev ədəbiyyata həm də xalqların dostluq və mədəniyyətlər körpüsü kimi yanaşaraq: "Xalqların dostluğu ədəbiyyatların dostluğudur" - demişdi. Bu baxımdan xalqların əsrlər boyu birgə yaşayışında, sülh və əmin-amanlıq içə...
ANL
Özü güclü insan idi və güc daşıyan dəyərlər onu daim cəzb edirdi. Ümumən, bu, tarix boyu elə güclülərin ayrılmaz keyfiyyəti olub. Cövhərində güc olanlar onları daha güclü edə biləcək nə varsa, o səmtə meyl ediblər və bu minvalla qovuşan güclər onları Qüdrətə çevirib. Heydər Əliyev mətbuata həmişə məxsusi münasibət bəsl...
ANL
Turan qalxır ayağa. Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur. Tanrının gur işığı, Cənnətin Kövsəriyəm!.. Közüm köz olub mənim. Kainatın piriyəm. Azadlıq bayraqdarı, Köləliyin qənimi, Bəşəriyyət hürrüyəm... Mən Turan şairiyəm!.. Əsr təlatümdədir, çırpınır öz içində, Turan qalxır ayağa indi başqa biçimdə. Yerdən,Gö...
ANL
dumanın altında bir yol gedirəm. Səmti itirmişəm, azmışam bəlkə, gedirəm bəxtəbəxt payız içində. Hayana getsəm də, fərqi nədi ki, gəlib qovuşduğum payız köçündə. bu sarı yolların sonu bəllidi... Payız hicranların ən sevimlisi, payız həsrətlərin ən gözəlidi, payız baxışların ən kədərlisi, payız nəğmələrin ən yanıqlısı, ...
ANL
Güneydən ucalan vətən harayı: Məsud Haray poeziyası. İstiqlal şairimiz Bəxtiyar Vahabzadə "Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz, ey oğul, cənnətə dünyada Vətən" misraları Məsudun içini qarsan bir yanğı, sevgi ilə "Sənə qurban!" And içirəm bayrağına, Ürəyindəki yağına. Baş qoyaram ayağına, Mən səni sevm...
ANL
Xatırladırıq ki, bu zaman onun sinif yoldaşları Həbib Babayev, Mirzədavud Hüseynov, Mövsüm bəy İsrafilbəyov, Qafar xan Rzayev, Musa Xəlilov, Abdulla Şahbazov, Əliövsət Əfəndizadə, İsrafil Ağayev, Aslan bəy Axundov, İsgəndər xan Talışinski olublar. Əliəkbər çox sonralar xatırlayıb ki, məktəbdə ilahiyyat dərsi keçi...
ANL
Anarın neorealizmi: "Kəbirlinskinin son etirafı". Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında realizm cərəyanı tam yeni bir mərhələyə qədəm qoyub. Müstəqil Azərbaycanın yaranması ilə sosialist realizmi ədəbiyyatda hakim cərəyan mövqeyini itirdi və müstəqillik dövrünün reallıqları fonunda realizm cərəyanı yeni çalarla...
ANL
Məhəbbəti hürriyyətə qurban verən. O anadan şair doğulmuşdu və bütün başqa əsərlərindən - bir neçə poeması, romanı, pyesi, gündəlikləri, yol qeydləri, siyasi məqalələri silsiləsindən savayı, 26 illik sərgüzəştlərlə dolu sürəksiz ömür içərisində necə yazıb çatdırdığı heyrət doğuran minə yaxın şeiri qalıb. Amma bizə bir...
ANL
Dərələyəzdən Kəngərliyə uzanan yurd yolu: Çalxanqalada yaşayan yaddaş. Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun dağlar qoynunda yerləşən bir kəndi var - Çalxanqala. Xalq etimologiyasına görə, bu kəndin adı yaxınlıqda yerləşən qalanın adından götürülüb və "Çal xanın qalası" deməkdir. Elmi araşdırmalarda isə Çal...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Habsburqların hakimiyyətə gəlməsi. Lakin Babenberqlərin yaxşı taleyə malik olması uzun çəkmədi. Öz qonşuları və ya imperator ilə danışıqlar apardı. Şərqi Avropaya müdaxilədə və imperial - papalıq münaqişəsində də hersoq II Fridrix fəaliyyət göstərməli oldu və həm i...
ANL
Aqil Abbasın Odisseyası. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında bir neçə müddət öncə Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" kitabının təqdimatı oldu. və sadəcə adını çəkməyin özü onun haqqında artıq çox şey deyir. Amma Aqil müəllimin yığıncağına gələnlər gərək "Natəvan"a sığma...
ANL
Hər qaranlığa bir az işıq... "İNDİ CƏMİYYƏT YIĞILIB QALAN EMOSİYALARI AŞKARA ÇIXARMAQ FAZASINI YAŞAYIR". Müsahibimiz şəxsi inkişaf kouçu, "Mind Academy MMC"nin təsisçisi, rəhbəri Gülgün Quliyevadır: - Gülgün xanım, öncə ondan başlayaq ki, kouçluq nədir və özəllikləri nədən ibarətdir? - Məsləhət alan ilə mütəxəssis ara...
ANL
"Danışmaqdan çox susmağı sevirəm". Söz vaxtına çəkər deyiblər. Neçə vaxt idi yeni və əvvəlkilərdən bir qədər də fərqli veriliş açmaq istəyirdim. Verilişin adından tutmuş məzmununa qədər axtarışda idik. Nəticədə xeyli məsləhət-məşvərətdən sonra verilişin baş-ayağını bir yerə yığa bildik. Adı "Labirint" olan veriliş elə ...
ANL
Fortepiano sənətinin gözəl siması - Fəridə Xəlilova. Azərbaycan fortepiano ifaçılığı tarixində Fəridə Xəlilovanın məxsusi yeri var. Geniş profilli pianoçu, pedaqoq, tədqiqatçı - F.Xəlilova şərəfli zəhmət, acı məyusluq və parlaq nailiyyətlər dolu keşməkeşli və maraqlı bir həyat yaşamışdır. Fundamental elmin inkişafınd...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Vətən sevgisiylə çırpınan ürək. Cənab Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qüru...
ANL
Ömrümüz musiqisiz çox dadsız, rəngsiz, sönük olardı. Bəlkə də insan oğlu həyatını yeknəsəqlikdən qurtarmaqçün musiqini sözlərdən, dildən əvvəl yaradıb və elə həmin səbəbdəndir ki, sözlər heç vaxt içərimizi musiqi qədər doldura, ürəyimizdən keçənləri onun qədər sərrastlıqla ifadə edə bilmir. Həm də musiqinin hər çeşidi...
ANL
Qatillərlə, killerlərlə bağlı sənədli filmləri izləyərkən ortaya maraqlı nüanslar çıxır. Bunlardan ən diqqət çəkəni dəhşətli cinayətlər törədən şəxslərə qarşı yaranan pərəstiş hissidir. İnsanlar cinayətkarın məhkəməsində iştirak etmək üçün dəridən qabıqdan çıxırlar, onu alqışlayırlar, həbsxanaya məktublar göndərirlər...
ANL
Sözün çəkisini, mənasını, rəngini dəyişən bina idi – dəniz kənarına yaxınlıqda yerləşən Dövlət Təhlükəsizlik Komitəsi. Sovet siyasi repressiyalarının tüğyan etdiyi əyyamlarda təhlükəsizlik orqanlarına daraşmış ermənilər iblis xislətli dövlətin apardığı siyasətdən də yararlanaraq insanlarımızın qorxulu yuxusuna çevrilə...
ANL
Mədəniyyət tariximizin və təsviri sənətimizin fədakar tədqiqatçısı. O, yarım əsrdən artıqdır ki, ölkəmizdə sənətşünaslıq elminin inkişafı istiqamətində davamlı fəaliyyət göstərir. Geniş elmi yaradıcılıq axtarışları vaxtaşırı olaraq həm kitab, monoqrafiya, albom kitab kimi, həm də müxtəlif mətbuat orqanlarında - jurnal...
ANL
Şəhid kinoşünasın filmlərə layiq qəhrəmanlığı. Vətən müharibəsi mədəniyyətimizə, incəsənətimizə də təsirsiz ötüşmədi. Parlaq gələcəyi olan neçə-neçə mədəniyyət nümayəndəmiz, incəsənətimizə layiqincə xidmət etmək potensialında olan gənclərimiz bu müharibədə ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də ...
ANL
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə daycest, eləcə də Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü, həmçinin 26 İyun -Silahlı Qüvvələr Günü münasibətilə slayd hazırlanaraq virtual oxuc...
ANL
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birgə Avropa Oyunlar Parkında “Avropa təamları” adlı kulinariya festivalının açılışı olub. AZƏRTAC xəbər verir ki, açıq havada reallaşan bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır. Avr...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Digər iki əhvalatdan fərqli olaraq, Abelyarla Eloizanın sevgisi real həyatda mövcud olmaqla, Ovidinin dənizlə sürgünə göndərildiyi vaxt təsvir etdiyi dalğalar barədəki təbirindən istifadə etsək, bu sevginin asimana yüksələn şiddətini əks etdirən məktubları qalmışdır....
ANL
Qarabağa Böyük Qayıdış – Ağalı sakinlərini qəbul edir. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ...
ANL
"Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri". AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri" adlı elmi sessiya keçirilib. Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə və dünyada Ulu ...
ANL
"Taclı qatil"in açıqladığı müəmmalar. 1974-cü ildə Azərbaycanın cənub bölgəsi Lənkəranda dünyaya göz açmış, hazırda Əlahiddə Ümumqoşun Ordusunun yüksək çinli zabiti Şükür Qafar Naxçıvanda yaşayır və bədii yaradıcılıqla da məşğul olur. Hərbi uniforma altında bir şair ürəyi döyündüyünü elə ilk şeirlər kitabından duymuşam...
ANL
Elmlə poeziyanın vəhdət düsturu. Hamlet İsaxanlı! Bu ad Azərbaycanda hər kəsə yaxşı tanışdır. O, beynəlxalq aləmdə də kifayət qədər tanınır - görkəmli riyaziyyatçı alim və Azərbaycanda özəl təhsilin qurucusu kimi! Bəli, Hamlet İsaxanlı riyaziyyatçı professordur, bununla belə, o, həm də ədəbiyyat və tarix bilicisi, fi...
ANL
Fellinini görən adam. Yazıçı Kamil Əfsəroğlunun portretindən cizgilər. Birinci sırada əyləşən Kamil müəllimə çıxış etməsiylə bağlı işarə elədim və eyni dildə ondan elə cavab aldım ki, dostumuzun sadəcə o gün və orda deyil, ümumən çıxış eləmək həvəskarı olmadığını anladım. Sovetlər Birliyinin çöküşü və Qarabağ ...
ANL
Alim ömrünün hekayə töhfələri. Unudulmaz alim və yazıçı Kamran Əliyevin əhatəli yaradıcılıq fəaliyyətində bədii nəsrin, o cümlədən, hekayə janrının xüsusi bir yeri var. O, bədii yaradıcılığa erkən yaşlarda başlayıb. Gənclik illərində publisistik yazılarla yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Müxtəlif ill...
ANL
Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə. Söhbət açacağım qədim bir nəslin varisi kimi uzun illər ərzində öz əcdadlarımla və nəslimizin tarixi haqqında məlumatlar toplamışam. Bu işdə rəhmətlik atamın vaxtilə mənə verdiyi mühüm tarixi məlumatlar köməyimə çatıb. Atamın yaddaşında qalanları hələ onun sağ...
ANL
Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə. Naxçıvan şəhərində yaşayan Şahtaxtinskilər 1832-ci ilə aid kameral siyahılarda özlərini Kəngərli tayfasının Yurtçu qolunda yazdırıblar. Bunlar çox maraqlı və ziddiyyətli məsələlərdir. Mübaliğədən uzaq olsun, Şahtaxtinskilər nəslinin də tədqiqatçısı olduğumdan...
ANL
O iki yoldaş... Ömər Faiq Nemanzadənin bir ziyalı kimi əqidə, əxlaq və mənəviyyatında təəssübkeşlik, fədakarların səsi, harayı ola bilmək və qoruyuculuq xüsusiyyətləri vardı. O, "Molla Nəsrəddin" jurnalını hücumlardan müdafiə, təbliğ etmək mücadiləsini də üzərinə götürmüşdü. adlı məqaləsini yazır. Bu xatirə yaz...
ANL
Bütün kainat Mrtlovka-ölüm məskəni adlanır. Halbuki, ilk insanlar ölümsüz imişlər. Tanrı Qaraxanla insan arasındakı ixtilaflar artdıqca məcbur olub Qaraxan Doğanayın (Toringeyin) qarısı Eceyə Doğum təyin edib, ona doğum əzabı kəsib. Bu iki ruhun Əzəldən tutaşdığı Zərdüştə aydın oldu. “Rəbb onlara (Adəm və Həvvay...
ANL
Mədəni sərvətlərimizin keşiyində: muzeylərimizin inkişaf yolu. "Muzeylərin mənası, əhəmiyyəti Azərbaycan xalqının tarixini təbliğ və əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir. Biz öz səviyyəsinə və zamanın tələblərinə həmişə cavab verən istər keçmiş, istərsə də bugünkü mədəniyyətimizlə...
ANL
Dərgi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri ilə açılır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının "Şairdən adama qul olmaz axı" yazısı şair Akif Səmədin zəngin yaradıcılığına işıq tutur. "Şeir vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin, Xaqani Əminini...
ANL
Ulu öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü. Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dünyanın iqtisadi sektorunda ən sabit və yük...
ANL
UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalına start verilib. Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Heydər Əliyev İli"nə həsr edilmiş Elm festivalına start verilib. 525.az xəbər verir ki, elm festivalının açılışında "Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar v...
ANL
Qoymaram sönməyə ulduzları da, Zülmət gecələrə Ay doğulmuşam. Zalım məzlum qanı içməsin deyə, Yetimlər boynunu bükməsin deyə, Bu dünyanın dadı qaçmasın deyə, Dünya qəmlərinə toy doğulmuşam. Minbir yolu vardı səni sevmənin. Tanrı insanları sınağa çəkir, Hər kəs öz rənginə boyansın deyə. Şeytan da yaxasın qırağa çəki...
ANL
Qadın qüruru. İkimiz də universitetə eyni ildə daxil olmuşduq - Ülkər tarix, mən hüquq fakültəsinə. Univeristetdə keçirilən ümumi tədbirlərdə, humanitar fənlər üzrə mühazirələrdə bir yerdə olurduq. Sol yanağında, gözündən bir az aşağıda balaca bir çapıq vardı və o çapıq sifətinə xüsusi yaraşıq verirdi. İkimiz də...
ANL
Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə. Atam böyük əmisi haqda rəğbətlə danışardı. Əmisinin oğlu Arazda çimərkən cavankən boğulmuşdu. Ən igid oğlunu itirən Məşədi Sadıq kişi həmişə dağlarda bayatı çəkərmiş. Atam nəql edirdi ki, bir dəfə Dərələyəzdə, Canı kəndinin üstündəki yaylağa gedəndə köçün qa...
ANL
Nizami Gəncəvi irsini gözdən salmaq cəhdi. Bu yaxınlarda mənə bir kitab verdilər. Kitab böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının fəlsəfi tədqiqinə həsr olunub. Müəllifi İran İslam Respublikasındandır, əllamə Məhəmmədtəqi Cəfəridir. İranda nəşr olunub- olunmadığı bəlli olmayan, fars dilindən tərcümə...
ANL
Dar-tar-xan sözü həm də Tarkan-Tarhan sözlərini əmələ gətirib. Eli terən - bir yerə toplayana Tarkhan-Tarhan-Darhan deyiblər. Öz dövründə tarkanlık yüksək bir status sayılardı. İslamiyət öncəsi Tarhan, Targan, Dargan, Darkan Türk dövlətlərində generallara, sərkərdələrə verilən ad və status idi. Moğolların miflərin...
ANL
"Kimlər gəldi, kimlər getdi bu dünyadan..." Son zamanlar daha çox eşitməyə başladığımız itkilərin təsiri ilə məşhur mahnının hamıya tanış misrasını dilimdə vird edə-edə Feysbuka göz atırdım ki, qarşıma bir xəbər çıxdı: "Şair Əli Kərimin ömür gün yoldaşı Elza Kərimova ötən gün 84 yaşında vəfat edib". Sevdiyim şairin se...
ANL
Londonun yeni inkişafa daxil olması, İngiltərənin dünya ilə əlaqələrinə də təsir göstərməyə bilməzdi. 1558-ci ildə Fransa ərazisindəki Kalenin itirilməsi və onu 1562-ci ildə bərpa etmək sahəsindəki cəhd uğursuzluğa düçar olduqda, İngiltərənin Fransadakı ərazi ambisiyalarına birdəfəlik son qoyuldu. Yüzillik mühari...
ANL
Dilimizin əbədi çeşməsindən su içən İslam Səfərli poeziyası. Unudulmaz şairimiz İslam Səfərli Azərbaycan torpağını, Azərbaycan təbiətini və Azərbaycan insanının duyğularını ən ürəyəyatan bir mahnı kimi təqdim edən söz sənətkarı olub. Sözlərinə nəğmələr bəstələnən şairlər də var. Lakin İslam Səfərli çox sayda şe...
ANL
Epos qəhrəmanlarında qeyri-səlislik. Prokrust çarpayısından qıraqda qalan kimlərdir? Kamal Abdulla və Rafiq Əliyev "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabında yeri düşdükcə Prokrust çarpayısından bəhs edirlər. Yunan mifologiyasından gələn bu anlayış, məlumdur ki, hər şeyin qəlibə salınması mənasındadır. B...
ANL