text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Faktların həqiqət işığı. TANINMIŞ TELEVİZİYA APARICISI RAHİB AZƏRİYƏ AÇIQ MƏKTUB. İlk andan sevinirdim ki, Azərbaycanın Xalq artisti, qüdrətli rejissor Tofiq Kazımov barədə sənədli-bədii filmə böyük əmək sərf etmisiniz. Təəssüf ki, film adlandırdığınız yaradıcılıq işi kino janrının vacib bədii-estetik prinsiplər...
ANL
Baxı dinləyərkən. Bayram tətilləri başladı. Bu yeddi-səkkiz gündə yarımçıq qalmış işlərimi tamamlamağı düşünürəm. Nə idarədəyəm, nə də evdə kompüterin arxasına keçirəm. Televiziya qarşısında oturmuşam, Vivaçi kanalında Baxın ecazkar musiqisi səslənir. Birdən-birə an içində gözlərim açıq ola-ola sanki yuxu görürəm. Xəya...
ANL
Beynəlxalq Teatr Günü qeyd edildi. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar. Yaranmasının 150-ci il...
ANL
Fransız ətiri və zibilli Paris. Hər böyük və köhnə Avropa şəhərinin onu başqa şəhərlərdən seçdirən öz gözəllikləri, şöhrətinə şöhrət qatan məxsusi əlamətləri var. Şəhərlər şəhəri Parisi Luvrundan və Eyfelindən də, şansonlarının dillər əzbəri nəğmələrindən də, dəbli geyimlər və məhəbbət vitrini küçə və meydanla...
ANL
Elektron ödənişlər həyatımızda necə rol oynayır? Pandemiya iş və həyat tərzindən tutmuş xidmət sahələrinə qədər, demək olar, hər şeyi dəyişdi. Daha heç nə əvvəlki kimi olmayacaq. Neçə illərdən bəri adət etdiyimiz bir çox vərdişlərimizlə vidalaşmaq, yeni vərdişlər mənimsəmək, necə deyərlər, zamanın tələbidir. Pandemi...
ANL
Şəhid Arif Qeybiyevin həyat yoldaşı İranə xanım qəhrəman döyüşçümüzlə bağlı xatirələrini bölüşür. Ən böyük həsrətimiz olan Qarabağımıza qovuşmaqla, müqəddəs torpaqlarımızın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsinin əziz şəhidlərindən biri də Arif Qeybiyevdir. A.Qeybiyev orta məktəb dövründə idmanın atl...
ANL
Dünyada su böhranı: təhlükə qapını döyür. Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat ...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. (Əvvəli ötən çərşənbə sayımızda). Mən qətiyyətsiz olsam da, indiyədək səni sevirəm, lakin artıq heç nəyə ümid bəsləmirəm. Mən sevgilimi itirsəm də, məhəbbətimi indiyədək qoruyub saxlayıram. Mənim ürəyim həbsimdən heç də daşa dönməmişdir. Hə, Abelyar, mən burada daşıdığım z...
ANL
Gənc yazıçılar üçün nəzəriyyə dərsi: Naturalizm cərəyanı. Naturalizm ədəbi cərəyan kimi XIX əsrin ikinci yarısında Fransada yaranıb və proqramlı şəkildə formalaşıb. Bu cərəyanın qarşısına qoyulan başlıca məqsəd psixoloji və sosial gerçəkliyi bədii əsərlərdə təbiət elmlərində istifadə olunan metodlar vasitəsilə təsvir e...
ANL
Ədəbi esselərimdə tez-tez eksperimental metodun roman və dram əsərlərində tətbiqinin zəruriliyindən bəhs etmişəm. Təbiətə qayıdış, çağımızı valeh edən naturalizmin inkişafı insanın zehni fəaliyyətinin bütün növlərini tədricən geriyə dönülməz elmi yola yönəldir. Lakin elmin də ədəbiyyata istiqamət verməsi fikri tə...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Dünya incəsənətini öz yaradıcılığı ilə bəzəyən, yeni dövr incəsənətinin təşəkkülünün formalaşmasında mühüm rol oynayan, realizmin banisi, məşhur ispan rəssamı Fransisko Qoyya... Onun yaradıcılığı dünya mədəniyyətinin rəngkarlığına, qrafik...
ANL
Böyük Zəfərin ilk yolçularına söz abidəsi. Dəyərli yazıçımız Səyyad Aranın "Tacın qaytarılması" romanı, ik növbədə, xalqımızın mübariz əzminə, dövlətimizin iradə və qətiyyətinə məftunluq, ordumuzun qəhrəmanlığı sayəsində yaşanan haqq-ədalət təntənəsinə şükranlıq ifadəsidir. Böyük Zəfərlə nəticələnən savaşın an-an i...
ANL
Dillər Universiteti dünya universitetlərinin reytinqinə daxil olub. QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib olunur. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sa...
ANL
Vətən həsrətli, tanrıdan qismətli el sənətkarı. Hər sönən baxışda saysız diləklər, Hər kiçik tabutda bir cahan gedir. İnsan da var yaratdığı sənət əsərləri, ucalığı, böyüklüyü, sözünün kəsəri və dəyəri, dağ vüqarı, cəmiyyətdə tutduğu ağsaqqallıq statusu ilə hər zaman kövrək duyğularla, qürurla xatırlanır. Onun bu fa...
ANL
Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Martın 27-də görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar, onun adını daşıyan liseydə yubiley tədbiri təşkil edilib. Lisey rəhbərliyi və Azərbaycan Tibb Universitetinin (ATU) göz xəstəlikləri kafedrasının təşkilatçıl...
ANL
Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Bu dəhşətli hadisələrdən biri 1918-ci il mart-aprel aylarında erməni millətçiləri tərəfindən yaşanmışdı. Mart soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir. Hələ 1917-ci i...
ANL
İlk növbədə belə bir sual yaranır: ədəbiyyatda eksperiment mümkündürmü? İndiyə qədər onda yalnız müşahidədən istifadə edilib. Klod Bernard müşahidə və eksperiment haqqında çox danışır. Burada onların ikisi arasında çox aydın bir hədd qoyulur: "O kəs müşahidəçi adlanır ki, sadə və ya mürəkkəb təhqiqat metodların...
ANL
Ömrünün yetmişinci baharını yaşayan İnqilab İsaq 10 kitab müəllifidir. Əsasən poeziya yolunu tutan İnqilab İsaqın poetik iddiaları da dağ adamının təmiz duyğularıdır və özünəməxsusdur. "Ədəbiyyat İnqilab İsaq üçün nədir?" sualına cavabı da bu duyğulara əsaslanır: "Taleyin Ədəbi Taleyə çevrilməsi sirri-xudadır. Bu söz...
ANL
Böyük soyun sorağında: Qabulzadələrin tanınmış simaları. 1977-ci ilin noyabrında Zaqatala şəhərində ezamiyyətdə olarkən mərhum Sədi dayımdan nəslin tarixini soruşdum. Nəslin soykökünü (şəcərəsini) tərtib edərkən məhz bu sənədi əsas götürmüşəm. X, XI nəsilləri böyük bacım Zinyət xanımla birlikdə, XII və XIII nəsi...
ANL
İnamlı addımlarla gerçəkləşən Böyük Qayıdış. AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZİN BƏRPASI NAMİNƏ HƏRTƏRƏFLİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR. Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlər...
ANL
Başqa cür düşünən sədr və tənha döyüşçü. O yazıların hamısının müəllifi eyni adam idi və həmin yazıların hər biri fərqli yerlərə, ayrı-ayrı adlara ünvanlanmışdı. Ancaq o məktubların hamısı göndərildiyi ünvana yetişəndən sonra ləngimədən dərhal başqa bir təşkilata göndərilirdi - Dövlət Təhlükəsizlik Komitəsinə. So...
ANL
Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illik yubileyi münasibətilə hazırlanan “Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə istifadəçilər üçün təqdim edilib. 525...
ANL
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə bağlı kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur. Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tari...
ANL
Azad edilmiş Laçında əsaslı quruculuq: Böyük Qayıdışın astanasında. Artıq Azərbaycan addım-addım işğal olunmuş ərazilərə tam nəzarəti bərpa etməkdədir. Mərhələli şəkildə Ağdam və Kəlbəcərdən sonra Laçın şəhəri və onun kəndləri düşməndən təmizlənib. Bunun davamı olaraq bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdə...
ANL
Millətçinin cəzası. Xeyrəddin Sultan Özbəkistanın ən tanınmış yazarlarından biridir. İndiyə qədər 20-dən artıq kitabı nəşr olunmuş, əsərləri müxtəlif dillərə çevrilmiş ədibin hekayə, povest və romanlarına dərin bir lirizm, realizm hakimdir. Xeyrəddin Sultan hazırda Özbəkistan Respublikası Prezidentinin müşaviri v...
ANL
Sahibini "yaşadan" nömrələr və profillər. İnsanın ölümə doğru gedişi, əslində, doğulduğu gündən başlayır. Yəni biz - fanilər doğulduğumuz ilk andan etibarən üzü ölümə doğru gedirik. Kimimizdə bu yol daha uzun, kimimizdə daha qısa çəkir. Bəzilərimiz bu yolu sona qədər səbrlə gedərkən, bəzilərimiz öz istəyi, öz əli ilə...
ANL
Ölümcül həqiqətləri anlatmaq. BAHƏDDİN HƏZİNİN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR. Bu məmləkətin yazı-pozu əhli arasında az-az qələm sahibi tapılar ki, özünə, sözünə, məsləkinə, peşə kodeksinə və yaradıcılıq prinsiplərinə sona kimi sadiq qalsın, tutduğu yolu büdrəmədən getsin. Düzü-düz, əyrini-əyri yazmaq, qələmin m...
ANL
Bayrama bayram qatan teatr qastrolları. Teatra məhəbbət mənim içimdədir. Teatr Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır" - deyirdi Ümummilli lider Heydər Əliyev. Ulu öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə ...
ANL
Mart soyqırımına həsr edilmiş ilk bədii nümunələr. Bədii ədəbiyyat janr biçimindən və mövzu seçimindən asılı olmayaraq saf hisslər və müqəddəs duyğular ümmanıdır. Çağdaşlığın və poetikliyin ruhunu yeniləyən bəşəri dəyərlər və mənəvi meyarlar tarixi gerçəklik məcrasında bədii həqiqətlərin diriliyinin və duruluğunun ...
ANL
Naxçıvan müsahibəsi. YAXIN TARİXİMİZƏ UZAQDAN BAXIŞ. Litvanın siyasi və jurnalistika elitasında Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətlərindəki bir sıra mühüm tarixi, dini, etnokulturoloji və geosiyasi faktorlara münasibət həmişə birmənalı olmayıb. Bununla bağlı indi də bu öl...
ANL
YAXIN TARİXİMİZƏ UZAQDAN BAXIŞ. Litvanın siyasi və jurnalistika elitasında Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətlərindəki bir sıra mühüm tarixi, dini, etnokulturoloji və geosiyasi faktorlara münasibət həmişə birmənalı olmayıb. Bununla bağlı indi də bu ölkənin ictimai diskursunda h...
ANL
Qədim və müasir Yurdumuz Azərbaycanın bölgələrinin hər birinin öz füsunkarlığı, tarixi, əzəməti var. Hər biri də Azərbaycan adlı ananın ürəyini təşkil edir. Vətənimizin qopmaz bağlarından biri də İsmayıllı diyarıdır. İsmayıllı deyəndə ağıla ilk gələn qədimliyi, mədəniyyəti, əzəməti ilə seçilən Basqal qəsəbəsidir. Ba...
ANL
Azərbaycan bədii-poetik fikrində və qəzet publisistikasında son dərəcə fəal qələm işlədən söz sahiblərindən olan Əli Rza Xələflinin yaradıcılığını ardıcıl izləyənlərdən, yazdıqları ilə bağlı nəzəri-tənqidi fikirlərimizi yeri gəldikcə ədəbi ictimaiyyətə çatdırmağa səy göstərənlərdən biri kimi bu dəfə şairin "Kredo" q...
ANL
İşıqlı həqiqətlərin yorulmaz carçısı. USTAD ŞAİRİMİZ MİRZƏ HÜSEYN KƏRİMİ MARAĞALININ ƏZİZ XATİRƏSİNƏ. Sağlığımda məni dindir dilinən, Gəlmə tərhimimə tacü gülünən. Sağlığımda əlini çək başıma, Yaxma burnun zılığın başdaşıma. Təbrizdə keçirilən Uluslararası Şəhriyar konfransı və şairin anısına düzənlənmiş "Milli ...
ANL
Səfəvilər dövründə Naxçıvanda məhkəmə orqanları. Tarixi qaynaqlarda türk səyyahı Övliya Çələbinin məlumatları və bəzi Səfəvi hökmdarlarının Naxçıvanla bağlı fərmanları Səfəvilər dövründə bu bölgənin inzibati idarə üsulu barədə müəyyən məlumatlar əldə etməyə imkan verir. Səfəvilər dövründə Naxçıvanda idarəetmə orqan...
ANL
Görkəmli dövlət xadimi kimi Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinin və yüksək səviyyəsinin daha bir parlaq sübutu onun fəaliyyətinin Moskva dövrüdür. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla Əməkdar rəssam Həmzə Abdullayevin "Şair Şəhriyar" əsərindən danışmışıq. Peşəkar rəssam 1976-cı ildən bəri Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, yerli və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Əsərləri Türkiy...
ANL
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Ögey qardaşı ona ölən anasının keşişlə birgə imzaladığı ərinə ünvanlanan etiraf məktubunu göstərir. Artur üstünə yağan bədbəxtliklərdən qaçmaq üçün şlyapasını kanala atmaqla özünə qəsd etməsi səhnəsini yaradır və gəmi ilə Cənubi Amerikaya yollanır. 13 il sonra İtaliy...
ANL
Hələ Kəlbəcərə səfərimiz var... VƏLİYƏDDİN MİSİROĞLUNUN "DƏLİDAĞIN SÖZ SƏRVƏTİNƏ ƏSL OĞUL MƏHƏBBƏTİ" TOPLUSUNUN OYATDIĞI TƏƏSSÜRAT. Tanınmış publisist - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Vəliyəddin Misiroğlunun "Dəlidağın söz sərvətinə əsl oğul məhəbbəti" adlı məqalələr to...
ANL
Ümidli yaradıcılıq üfüqləri. Səhnəyə məktəb yaşlarında çıxıb. Bərpadan sonra Şəki Dövlət Dram Teatrının fəaliyyətində coşqun yaradıcılıq nümunəsi göstərib. Lirik-dramatik xarakterli rolları xüsusi məharətlə ifa edir. Yaradıcılığının əsas estetik səciyyələri baxımından lirik-psixoloji aktrisadır. Daxili emosional ...
ANL
Naxçıvana həsr olunmuş ilk tarix kitabı haqqında qeydlər. Naxçıvanın tarixi coğrafiyası haqqında məlumatlar qədim və orta əsrlər mənbələrində özünün geniş əksini tapıb. Lakin müxtəlif mənbələrə səpələnən həmin məlumatlar nə qədər əhəmiyyətli olsa da, onların ümumiləşdirilərək sistemli şəklə salınması və öyrənilməsi...
ANL
Rəngkarlığın və qrafikanın əvəzsiz ustası. 100 illiyi tamam olan görkəmli rəssam Nəcəfqulu İsmayılovun yaradıcılıq dünyasına bir nəzər. O, öz yaradıcılığı barədə "Rəssamlıqda qazandığım nailiyyətlər üçün bilavasitə "Molla Nəsrəddin" jurnalına, onun banisi Cəlil Məmmədquluzadəyə və kəskin satirası əsl silaha çevril...
ANL
Azərbaycan iqtisadiyyatının sabit və dayanıqlı inkişafında sığortanın rolu. Bu gün ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri də sığorta sektorudur. Azərbaycanda sığorta işinin tarixi hələ XIX əsrin ortalarından, daha dəqiq desək, 1848-ci ildə Bibiheybətdə ilk neft quyusunun qazılması ilə başlayıb. Həmin dövr...
ANL
Məlum olduğu kimi, Azərbaycan xalqının möhtəşəm əbədi abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun ilk dəfə elm aləminə bəlli olduğu XIX əvvəllərindən, 1815-ci ildən bizim günlərə qədər keçən iki əsrdən artıq bir tarixi dövrdə bu Böyük Oğuznamə Kitabının tədqiqi, nəşri və təbliği ilə əlaqədar bir çox əlamətdar had...
ANL
Ömrü boyu zəfərlərə doğru pillə-pillə irəlilədi. Həyatının müəyyən anlarında onun bu yüksəlişlərinin qarşısını almaq da istədilər, maneələr də yaratdılar. Lakin dönmədi, sınmadı, inamla sabahlara doğru irəlilədi. Ömrün ahıl çağında sanki birdən-birə hər şey bitdi. Onun zəfərli yürüşlərini hakimiyyət pillələrində...
ANL
Molla Nəsrəddin Bakıda. (Tanış mövzularda iqtibaslar və improvizasiyalar). Tarif Şurası qazın, suyun qiymətlərini növbəti dəfə qaldırandan sonra kənd camaatı kəsdirir Molla Nəsrəddinin qapısını ki, bəs Molla, son ümidimiz sənədir, bizə bir əlac elə. Min bir əziyyətlə qazandığımız qəpik-quruş yavan çörəyimizə zor...
ANL
Rəsul Rza və altmışıncılar: ustadlıq missiyası. Altmışıncıların bir pleyada kimi özünəməxsusluğunu onların güclü ictimai-siyasi təsir-təzyiqlər və bu prosesə qarşı yönəlmiş qayğı-dəstəklər qovşağında fəaliyyət göstərməsi də səciyyələndirirdi. Bu ədəbi nəslin bütün mühüm əsərlərinin, xüsusən də, ədəbi-siyasi mühitin...
ANL
Şöhrətin sevinci ona yaraşırdı. Bir neçə gün əvvəl ARB kanalında Zəlimxan Yaqubla bağlı verilişə dəvət olunmuşdum. İnanılası deyil, gecə yuxuma girdi. Ürəyi, qələmi, bütün vücudu ilə Zəlimxanın yaradıcılığı üstə köklənən Musa Nəbioğlundan söz saldı, razılığını bildirdi. Qəflətən yuxudan oyandım. Yata bilmədim. ...
ANL
Yeni qitəyə "İki dahi" ilə... PROFESSOR ƏSGƏR ZEYNALOVUN MONOQRAFİYASI AVSTRALİYADA NƏŞR OLUNUB. Azərbaycan Dillər Universitetinin Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "İki dahi" adlı əsəri Avstraliyada işıq üzü görüb. Kitab Adelaide şəhərində, "Dig...
ANL
Naxçıvandan qurtuluşa gedən yol. Lyuks salonda qarşısında açılmış süfrənin, həmin gün çapdan çıxan qəzetlərin səliqəli düzümü əvəzinə pərakəndə atılmış qəzet-jurnal bağlamalarının, poçt yeşiklərinin, məktubların ağır qoxusunda dünyanın işlərinə gülümsəyərək yol gedirdi. Təyyarədə onu müşayiət edən köməkçilərin,...
ANL
Aşağı Ləgərdə qürub…. İşıqlarla bəzədilmiş geniş konsert salonunda məşhur bir bəstəkarın hansısa major notlarla zəngin simfonik əsərini dinləyəndə musiqinin təntənəsi dalğaların qoynunda ləngərləyən qayıqtək səni ağuşuna alır. Həmin təntənə yeri yerindən silkələyən zəlzələləri, ətrafındakıları bağrında boğan qasırğala...
ANL
Tariximizdə izləri qalan iki Miller. VƏ YA LƏNKƏRANLILARIN YADDAŞINDAN BOY GÖSTƏRƏN XATİRƏLƏR. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü Mirhaşım Talışlı ilə birgə yazdığımız "Lənkəran: ensiklopedik məlumat" kitabı çapdan çıxandan sonra şərqşünas-a...
ANL
Hersoq Orsino təlxəklə birlikdə gəlir. Antonio və polis zabiti onun arxasınca düşürlər. Lakin Antonio izah edir ki, o, İlliriyaya yalnız Sebastyanın sevgisinə görə gəlmişdir. Oliviya gəlib çıxanda, Orsino güman edir ki, o, qızın sevdiyi "Sezario"nu heç də öz məhəbbətini qaytarmaq üçün deyil, onu cəzalandırmaqla he...
ANL
Pərixan. Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli (Qaraçuxa) "Pərixan" tarixi romanını bitirib və hazırda nəşrə hazırlayır. Səfəvi xanədanının ən mürəkkəb dövrünü əhatə edən roman dramatik süjeti, gözlənilməz keçidləri və fərqli təhkiyə ilə oxucuların görüşünə gəlir. ... Ş...
ANL
Epos qəhrəmanlarında qeyri-səlislik. Koroğlunun Keçəl Həmzəyə inanması və bu səbəbdən də ona aldanması şübhə və mübahisə doğurmayan bir məsələdir. Amma ehtiyac yaranır ki, Keçəl Həmzə ilə müqayisədə Koroğlu ayıq-sayıqlığının konkret məqamdan asılı olaraq necə və nə dərəcədə təzahür etməsi barədə də düşünüb-daşın...
ANL
Dəyirman dərdimiz. Bu günlərdə "Qanun" nəşriyyatında Xalq yazıçısı Mövlud Süleymanlının "Dəyirman" dilogiyası işıq üzü görüb. Kitabın ön söz müəllifi və redaktoru yazıçı-dramaturq Pərvindir. Dərginin baş redaktoru Pərvin əsərə yazdığı ön sözündə əlyazmanın köçürülməsi və çapı tarixçəsini oxucularla bölüşür. Ön s...
ANL
Yaşamaq həm də yanlışlardan ibarətdir. Doğulandan bəri həyat bunu bizə öyrətməyə çalışır, ancaq buna tam nail ola bilmir. Çünki içində insan olan hər şey qarmaqarışıqdır. Məsələn, bir uşaq əlini yanan sobaya toxundurur, yandıqdan sonra bir də yaxınına getmir. Guya, böyüyəndə vəziyyət dəyişir? Yetkin olduğumuz hal...
ANL
"Əgər media peşəkardırsa, sosial şəbəkədən fərqini hiss etdirəcək". ZEYNAL MƏMMƏDLİ: "SOSİAL ŞƏBƏKƏ HAMINI MÜƏLLİFƏ ÇEVİRİR, AMMA PEŞƏKAR MEDİADA HAMI MÜƏLLİF OLA BİLMƏZ". Bir neçə nəsil Azərbaycan jurnalistlərinin sevimli müəllimi, 31 il indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs demiş t...
ANL
Kinomuzun aprel tezisləri. Aprelin 20 və 21-də "Heydər Əliyev-100" yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan kinosu - 125: Reallıq, çağırışlar və hədəflər" kinoforumu təkcə kinonun problemlərinin, problemlərin həlli ilə bağlı tə...
ANL
MÜNSİF OLMAQ İSTEDADI. Qeyd də verilmişdi ki, yazı ixtisarla dərc edilir. Amma həmin məruzə bitincə başlanan müzakirələr, edilən çıxışlardan sonrakı yekun söz isə qəzetdə ümumən yox idi. Başqa sözlə, o məruzənin tam mətni, üstəlik yekundakı çıxış da çap edilsəydi, bundan iki dəfə çox səhifəyə ehtiyac yaranardı. ...
ANL
Çoxəsrlik inkişaf tarixinə malik Azərbaycan musiqisi bütün dövrlərdə özünəməxsusluğu, gözəlliyi və rəngarəngliyi ilə fərqlənmişdir. Təməli dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi zəngin ənənələri ilə musiqi tarixində öz layiqli mövqeyini tutmuşdur. Çağdaş zamanda müasir bəstəkarlarımı...
ANL
Böyük Qayıdışa doğru: Ağdam sürətlə abadlaşdırılır. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu günlərdə Ağdam rayonuna səfər etdilər. Səfər zamanı Ağdam Muğam Mərkəzinin, Ağdamda "Azərişıq" ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağdamda inzibati binanın və Ağdamda salınacaq yeni yaşay...
ANL
Vətən təkcə sərhədlərlə əhatələnmiş ərazi deyil. Vətən min illərdən bu yana müqəddəsliklə yaşadılan məkandı, elə bir məkan ki, qəlbitəmizlər onu varlığın başlanğıcı bilir. deyənlər onu bu çalxantıların girdabından xilas edir, "Səni taleyimin nuru bilirəm..." deyir. Azərbaycan belə bir tale yaşamışdı. Vəli Əli oğlu həm...
ANL
"Şuşanı azad etdiyimiz vaxt sanki dünya mənim oldu". Müsahibimiz Vətən müharibəsində Murov yüksəkliyi, Füzuli, Hadrut, Daşaltı və nəhayət, Şuşanın azad edilməsində şücaət göstərmiş, dövlətimiz tərəfindən "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına...
ANL
Yaşı minilliklərlə ölçülən bir xalqın tarixində bir ili an da adlandırmaq olar, ancaq bu an həlledici an idi, "olum, ya ölüm" dilemması qarşısında qalan bir ölkənin, "Sadval" hərəkatından "Talış Muğan Respublikası"na, Gəncədəki qan qoxulu qiyamdan ermənilərin işğalçılıq siyasətinə kimi məkrli niyyətlərin, xaos və...
ANL
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları "Ümummilli lider Heydər Əliyev - 100" adlı virtual sərgi hazırlanıb. Sərgi ilə bağlı Milli Kitabxananın yaydığı məlumatda bildirilir: "Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəb...
ANL
"Böyük insan haqqında xatirələr" Vilayət Quliyevin təqdimatında. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin həyatı, şəxsiyyəti, titanik fəaliyyəti və öz ölkəsi qarşısındakı misilsiz xidmətləri indiyə qədər çoxsaylı araşdırmaların, elmi-tədqiqat işlərinin, habelə bədii-publisistik və tarixi əsərlərin predmeti ...
ANL
Həsən Həsənovun "Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr"i çapdan çıxıb. Bu günlərdə Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri (1993-1998), tarixçi alim, diplomat Həsən Həsənovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr" kitabı işıq üzü görüb. K...
ANL
Heydər Əliyev və Azərbaycanda arxiv işi. Tarix keçmişlə bağlı həqiqətlərin öyrənilməsində faktoloji vasitədir. Tarixin özünü yaradan isə cəmiyyətin inkişafını təmin edən hərəkətverici qüvvələr, uzaqgörən ideya və düşüncələri ilə tarix yazan dahi şəxsiyyətlərdir. Bəşəriyyətin təkamülünə töhfələr verən müdrik insa...
ANL
Ömrün kanatda yazılan səhifələri. Atdal kəndi Samur çayının sağ sahilində, hündür dağların ətəyində yerləşir. Kəndin maraqlı tarixi var. Hələ qədim dövrlərdən üzü bəri neçə-neçə müharibə görüb, döyüşlərdə bir çox sakini həlak olub. Burada sonuncu, amansız döyüşlər 19-cu əsrin ortalarında Şeyx Şamilin çar Rusiyasına qa...
ANL
Böyük Qayıdışa doğru: Füzuli rayonunda əsaslı quruculuq vüsət alıb. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında geniş quruculuq işləri, Böyük Qayıdışa şərait yaradacaq tədbirlər sürətlə və uğurla həyata keçirilməkdədir. Bu günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocavənd və Fü...
ANL
"Koreyaya səfər yaddaşımda silinməz izlər buraxdı". Müsahibimiz tanınmış televiziya jurnalisti, bloger və səyyah Mirsəməd Cəfərlidir. Onunla bu yaxınlarda səfərdə olduğu Koreyadan və orada keçirilən Dünya Jurnalistlərinin konfransından danışdıq, təəssüratlarını öyrəndik: - Səməd bəy, bu günlərdə Koreyadan qayıtmı...
ANL
Günay Əfəndiyeva Qazaxıstanda görüşlər keçirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu da iştirak edib. ...
ANL
Mayın 10-da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azə...
ANL
Sovet dövründə Türkiyə Baş nazirinin Azərbaycana səfəri. TARİXİ GÖRÜŞÜN QISA TARİXÇƏSİ... Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyev və Süleyman Dəmirəlin dostluq münasibətləri xüsusi önəm daşımışdır. Bu təkcə şəxsi dostluq yox, Azərbaycan və Türkiyə arasında zəngin dövlətçilik irsinin inkişafına çevrilən m...
ANL
Heydər Əliyev ömrü boyu bu millətin böyüklərinə, zirvə şəxsiyyətlərinə, xalqın əlvan və zəngin mənəviyyat dünyasının memarları olan şəxsiyyətlərə məxsusi diqqət və nəvazişlə yanaşdı. Müasiri olduqlarına da, tarixin uzaqlarında ömür sürmüşlərə də. Onların həyatını davam etdirməsi, yeni günün içərisindən də səslər...
ANL
Siyasətin ustası, sözün qədirbiləni. Ümummilli lider Heydər Əliyevi ilk dəfə yaxından 1991-ci ilin mart ayında - Azərbaycan yazıçılarının Filarmoniyanın binasında keçirilən IX qurultayında görmüşdüm. O vaxt təqaüddə olan Heydər Əliyev Naxçıvanda yaşayırdı, elə oradan da Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi...
ANL
ÖZÜN İTİRMƏDİ. Səhərin gözü açılmamış. şəhid etmək istəyən erməninin. səhərdən axşamacan. boğazı kəndirli halda. arzulamadığı gündə. birinci mərtəbədən. tütünə aldanmayıb - Nənəm küllü torpağa. sevmədiyim qızla. sevdiyim küçədə öləcəm... Gözündən buz tökülən. isti Sibir çöllərində. mənfi sıfır dərəcədə öləcəm... Göydə...
ANL
Nə xoşbəxtdir bu dünyada sevənlər. Məhəbbətin hikmətini duyarlar, Öz ömrünü sevgisinə qıyarlar, Ülvi hissi uca zirvə sayarlar - Nə xoşbəxtdir bu dünyada sevənlər. Sevmək özü imtahandır, sınaqdır, Bəzən ağır məzəmmətdir, qınaqdır, Sevilərsə, qüssə-qəmdən uzaqdır, Nə xoşbəxtdir bu dünyada sevənlər. Əsl eşqin son ünvanı...
ANL
Bilinməyən günahların aşkar cəzaları. Balaca Fəridin bir neçə gün öncə ölkə gündəmini alt-üst edən ölüm xəbərindən, daha doğrusu, bu ölümün ardından tez-tələsik "tapılan" günahkardan sonra bu mövzuda yazı yazmağı düşünürdüm. Amma nə hikmətdirsə, kompüter arxasına keçməyə heç cür imkan tapmırdım. Hər sosial şəbəkələr...
ANL
Böyük Qayıdışa doğru: layihələr uğurla icra edilir. Vətən Müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qa...
ANL
Tarixin qiymət verdiyi insan. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana r...
ANL
Heydər Əliyev: "Sizə müstəqillik uğrunda mübarizədə uğurlar arzulayıram". Heydər Əliyevin Litva jurnalistlərinə müsahibələri. Ritas Stasyalis, Rita Milyute və Riçardas Lapaytisin götürdüyü həmin müsahibələr o illərdə Litva qəzetlərində nəşr olunub. Öncədən qeyd edək ki, 1990-1993-cü illərdə Heydər Əliyevin Naxçı...
ANL
"Planetin ağciyərləri"nə qayğı: yaşıllıqların qorunması naminə tədbirlər sərtləşdirilir. Ölkədə yaşıllıqların mühafizəsi ilə bağlı qanunlar kifayət qədər sərtdir. Paytaxtda diametri 20 santimetr olan ortaölçülü ağacın kəsilməsi artıq cinayət tərkibi təşkil edir. Ağac kəsilməsi faktı ilə əlaqədar toplanmış materialla...
ANL
Culyetta gecə vaxtına görə səbirsizdir və Romeo gəlib çıxır. Qız Romeonun sürgün edilməsinə görə daha çox narahatdır. Romeo özünün sürgün edilməsinə ağı deyir. Dayə Culyettanın kədərini xəbər verməyə gələndə, Romeo özünü xəncərlə vurmağa cəhd edir. Lakin rahib onu inandırır ki, Mantuaya qaçsın. Bu vaxt yaşlı K...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla rəssam Aydın Əsgərovun "Səs" əsərindən danışmışıq. İstedadlı rəssam rəngkarlıq ilə yanaşı, quruluşçu rəssam kimi də fəaliyyət göstərməkdədir. - Nigar xanım, əsərin detallı təhlilinə keçmədən öncə ümumi mənzərə haqqında fiki...
ANL
Yas yerinə az adam yığışmamışdı. Çadırdakı söhbət ümumi deyildi. Adamlar dörd-dörd, beş-beş oturmuşdular və çaydan içib halvadan yeyə-yeyə, aralarındakı mövzunu didişdirə-didişdirə uzun bir söhbətin səyahətinə çıxırdılar. Bu səyahət onları okean dalğalarının ağuşundaymış kimi yavaş-yavaş dərin suların ortasına aparırdı...
ANL
Bir insana kömək etmək... Elçinin düşüncəsində ədəbiyyatın tam mənada görə biləcəyi iş budur. Tanınmış ədəbiyyatşünas Lüdmila Lavrovanın məqaləsi yazıçı Elçinin müasir ədəbiyyatdakı rolu və mövqeyi, ədəbi portreti, yaradıcılıq kredosu haqqında maraqlı və önəmli yazı kimi diqqət çəkir. Məqalənin dilimizə tərcüməsini o...
ANL
Ulu öndər Heydər Əliyev Elçin haqqında. "Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Deyəsən keçmişdə bu, olmamışdı. Atası rəhmətlik İlyas Əfəndiyev bu işlərlə çox uğurla məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və də...
ANL
Ölkəmizdə geniş qeyd olunan "Heydər Əliyev İli" münasibəti ilə keçmiş xarici işlər naziri, Azərbaycanın Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev mayın 10-da "Bakinski raboçi" qəzetinin müxbiri Əbülfəz Babazadəyə geniş müsahibə verib. Siz vaxtı ilə böyük liderin komandasında ça...
ANL
Uzaq illərdən gələn doğma səs. Unudulmaz Ulu öndərin əziz xatirəsinə. Onu şəxsən tanıyan, onunla təmasda olan insanların xatirələri xüsusi dəyərə malikdirlər. Həmin yazılarda Ulu öndərin xasiyyəti, davranışlarıyla bağlı yeni çalarlarla tanış oluruq. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsüylə çapdan çıxmış "Əbədi...
ANL
Birinci Naxçıvan Kitab Sərgisinin maraqlı proqramı var. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən (ANAİB) AZƏRTAC-a bildirilib ki, ANAİB, “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin və “Hədəf” kurslarının sponsorluğu ilə Naxçıvan Universitetində təşk...
ANL
Bir bölgə kanalının bütün ölkə ərazisində yayımı, müasir maddi texniki-baza ilə təchizatı, Həmidə Ömərova, Nadir Bədəlov kimi təcrübəli televiziya aparıcıları ilə əməkdaşlığı böyük uğurdur. ARB televiziya şəbəkəsinə daxil olan bu telekanalın efirində yayımlanan proqramlar haqda hələ geniş məlumatım olmadığımdan ...
ANL
Gerçəkləşmək növbəsini gözləyən arzu. Yaşıllıqsız, daşlı-kəsəkli, kiminsə nəsə yetişəcəyinə ümid belə bəsləmədiyi ərazidə təcrübəli bağban fidan basdırır, durmadan qayğısını çəkir, asta-asta o fidan göyçək bir ağaca çevrilib ucalmağa başlayır və qismət elə gətirir ki, bağban həmin yerlərdən ayrılası olur. İllər ...
ANL
Mir Cəlalın nəsr yaradıcılığı: aktual mövzular, ali ideyalar. Bu qədər sahəni özündə uğurla cəmləşdirən, ədəbiyyat və filoloji fikir tarixində qiymətli iz qoyub getmiş görkəmli yazıçımız Mir Cəlal Paşayev bu gün də sağlığında olduğu kimi çap olunur, maraqla oxunur, yaradıcılığı tədqiqata cəlb edilir. Mir Cəlal mənsu...
ANL
Qonşu həyətinə düşən topun nağılı. Bir sinif məndən yuxarı təhsi alırdı, atası kəndimizdə uzun müddət kolxoz sədri oldu. Sonralar Səxavətin böyük bacısının yoldaşı Dədəş müəllim məktəbimizin direktoru oldu və mənim ən sevimli müəllimim kimi bu gün də unudulmaz xatirəsi qəlbimdə yaşayır. Səxavətin dayısı Davud...
ANL
Ümidli yaradıcılıq üfüqləri. 1978-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Ali təhsilini başa vuran ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrın yaşlılar nəslinin nümayəndəsidir və qırx beş ildir kollektivdə səmərəli yaradıcılıq...
ANL
Etnik mədəniyyət və etnopsixologiya. Turana qılıncdan daha kəskin ulu qüvvət. Həp mədəniyyət, mədəniyyət, mədəniyyət. Hər bir etnosun tarixdə mövcudluq əlaməti ilk növbədə mədəniyyətidir. Etnosun milli psixologiyası ən aydın şəkildə onun mədəniyyətində əks olunur. Məlum təsnifata görə iki cür mədəniyyət qeydə al...
ANL
Şəxsiyyətin diapazonu. XALQ YAZIÇISI ELÇİNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. ...Hərdən mənə elə gəlir ki, ciddi ədəbiyyatda mövcud məkanın və eləcə də konkret mövzuların "bölüşdürülməsi" artıq başa çatmaq üzrədir. O, ədəbiyyata gələndə, sözün müəyyən mənasında, xatırlatdığımız ərazidəki "boş yerlər" sanki tamami...
ANL
Mir Cəlalın nəsr yaradıcılığı: aktual mövzular, ali ideyalar. Humanizm Mir Cəlal yaradıcılığının əsas xətti, başlıca prinsipidir. Janrından asılı olmayaraq onun bütün əsərlərinin arxasında bu prinsip dayanır. Bu yazıçının ən təsirli hekayələrindən olub oxucunun qəlbini oyur. Bu, bir məişət miniatürü deyil, ictimai had...
ANL