text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
ARIÇILIĞI İNKİŞAF ETDİRƏK. Təbiətdəki canlılar arasında insanların daha çox marağına səbəb olan, öyrənilən, bununla belə öz sirləri ilə alimləri aciz vəziyyətdə qoyan canlılardan olan bal arısının məhsulları qidalılığına, müalicəvi əhəmiyyətinə görə əvəzedilməz nemətdir. Bal arısının ətraf mühitin qorunması, ekoloji ta... | ANL |
İnsan hüquq və azadlıqları haqqında söz. Müasir dünyada insan hüquq və azadlıqları probleminin beynəlxalq aspektləri olduqca əhəmiyyətlidir. Bütün bəşər tarixində bu məslə aktual olsada yalnız XX əsrdə insan hüquq və azadlıqları əsas dəyər kimi tanınaraq beynəlxalq səviyyədə müzakirə olunmağa başlanmışdır. İinci dünya ... | ANL |
Xarıbülbüllə söhbət. Mənim dərdim səninkindən yamandı. Yağı düşmən dağ çəkibdir bağrıma, Yerlər, göylər dözə bilmir ağrıma. Xarıbülbül, gözün niyə dolubdur? Söylə qoyub yaman günə kim səni? Sənin kimi əsir qalsın düşməni. Xarıbülbül, hanı gülşən güllərin? Bağ-bəhrəli xoşbəxt, azad ellərin? Yaylaqların, bulaqların, göll... | ANL |
"O BÖYÜK VƏ MÖHTƏŞƏM FİLMİ BÜTÜN AZƏRBAYCAN ÇƏKMƏLİDİ". Mehriban Ələkbərzadə: "Bizi Dünyanın sonunu qəbul edəcək bir aqibətinə yaxınlaşdırırlar". Teatrda quruluş verdiyi tamaşalara dəfələrlə baxmışam. Çəkdiyi bədii filmləri ekrandan seyr etmişəm. Telekanallarda hazırladığı müəllif proqramlarını, sənədli filmlərini izlə... | ANL |
Ramin Məmmədovun kitabları barəsində düşüncələr. Hər bir qələm adamı nə yazır yazsın (onun həcminin və əhatə dairəsinin ölçülərindən asılı olmayaraq), sənət əsəridi. Çünki oraya yaradıcı insanın təkcə fiziki əməyi deyil, həm də duyğusu, düşüncəsi, eləcə də arzuları hopur və sonda bu əsər bir insanın, daha doğrusu müəll... | ANL |
Tomrisin Günəş Allahına andı. Dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri. Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Herodotunyazdığına g... | ANL |
QAXDA TİKİNTİ-QURUCULUQ... ABADLIQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIB. Respublikamızın hər yerində olduğu kimi Qaxda da tikinti-quruculuq, abadlıq işləri genişlənməkdədir. Üç-dörd il əvvəl başlanmış quruculuq işləri son bir neçə aydır ki, xüsusilə geniş vüsət alıb. Hazırda Qax şəhərində, şəhər ətrafı ərazilərdə elə bir yer yoxdur... | ANL |
ƏN YAXŞI HƏDİYYƏ. Səhər erkən durmaq adəti idi. Əl-üzünü yuyub öz otağına çəkilirdi. Tavana dirənən kitab rəflərinin arasında uzunsov masanın arxasında oturub səhər yeməyinə qədər məşğul olurdu: qəzet-jurnalları nəzərdən keçirir, mütaliə edir, yazıb-pozurdu. Sonra işə gedirdi. Təqaüdə çıxandan sonra şəxsi kitabxanasınd... | ANL |
Məhv olmayan ənənələr. Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin müstəqilliyini qoruyub saxlaya b... | ANL |
Xuraman Qasımova: "Gənclərin arzuları ilə oynayırlar". Dünya şöhrətli opera ifaçısı, SSRİ xalq artisti Xuraman Qasımovanın milli.az xəbər portalına müsahibəsi. - Xuraman xanım, bu gün müğənniliyi arzulayan gənclər səhnəyə xəyallarının gerçəkləşdiyi bir məkan kimi baxırlar. Sizcə musiqiyə, ifaçılıq sənətinə bu cür yanaş... | ANL |
Şair Mədət Əyyuboğluya. Açıq məktub. Hörmətli Mədət müəllim! Bəri başdan "Tanrıma üz tutmuşam" kimi sanballı kitabıla oxucuların görüşünə gəlməyin münasibətilə səni ürəkdən təbrik edirəm. İkincisi, məlum edirəm ki, Tanrısına üz tutaraq mühüm bir işdən yapışanı Tanrı heç vaxt naümid eləməz. Sən də məhz o ulu varlığa üz ... | ANL |
"PİYADALARIN DÖYÜŞÜ". Özü də öncə qiyabi tanımışam, "Ulduz" jurnalında imzasını görmüşəm, təxəllüsü diqqətimi çəkib və səmimi etiraf edim ki, içimdə bir az da qürur hissi baş qaldırıb ki, jurnalın bu sayılan əməkdaşı bizim bölgənin təmsilçisidi. Sonra üzbəüz tanış olduq, sonra ailəvi dosta çevrildik və hətta onun məni ... | ANL |
İnsanlıq abidəsi. Dünyanın tanınmış söz - fikir adamlarından olan Xose Marti demişdir: "Dünyada ən çətin sənət insan olmaqdır". "Azərbaycan ədəbiyyatında və mətbuatında özünəməxsus layiqli yeri olan Nahid Hacızadənin xoşbəxtliyi ondadır ki, o, eyni zamanda iki çox çətin sənətin kamil ustasıdır: yazıçı və insan (Əlövsət... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsil üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün... | ANL |
Arxitektonika və Azərbaycan reallığı. "Ədəbiyyat, ədəbiyyatçılıq, bir mədəniyyət, kültür qurmaq, yaratmaq və bəlkə də başa çatdırmaq layihəsidir". Arxitektonika - cüzlərdən külliyyat "yaratma" sənətidir. Arxitektonikanın bir də ədəbiyyat tərəfi var ki... Kəlmələr, bir kültürün, mədəniyyətin dil ünsürünü meydana gətirən... | ANL |
Milli şüurun əbədiyaşar simvolu. Heydər Əliyev: "Bizim vətəndaş borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, mədəniyyətimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir". Milli-mənəvi dəyərlər və azərbaycançılıq - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əz... | ANL |
Tarix və siyasət. Bütün tarixi dövrlər və problemlər üzrə mükəmməl tarixçi olmaq mümkün deyil. Ona görə də həmin tarixçidən sonra gələn və yeni faktları üzə çıxaran gənc bir tədqiqatçı əvvəllər yazılmış əsərlərə fərqli baxışı ortaya qoyur və beləliklə, tarixin açılmamış, gizli, yeni qatlarını üzə çıxarır. Burada çox şe... | ANL |
Heydər Əliyev Fondunun mədəni inkişafa növbəti töhfəsi. Bakının Türkan qəsəbəsində yeni Mədəniyyət mərkəzi istifadəyə verilib. İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, H... | ANL |
AZƏRBAYCAN ETNİK MƏDƏNİYYƏTİ. Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuşdur. Lakin maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümün... | ANL |
Tarix və mədəniyyəti yaşadan sənət əsərləri. Şəkidə bir neçə muzey fəaliyyət göstərir. Bunlardan biri də Xalq Tətbiqi Sənəti Muzeyidir. Tarixi V-VI əsrlərə gedib çıxan qədim alban məbədinin binasında yerləşən muzey 1985-cü ildə fəaliyyətə başlayıb. Muzeydə əsasən Şəki ərazisində yaşayıb-yaradan sənətkarların əl işlərin... | ANL |
Bu dəfə haqqında yazmaq istədiyim ev-muzeyi məşhur Hacıbəyovlar nəslindən olan bəstəkar və dirijor Niyazi haqqındadır. Muzeyin direktoru Rza Bayramovun sözlərinə görə, maestro Niyazi 1958-ci ildən ömrünün sonunadək bu evdə həyat yoldaşı Həcər xanımla birgə yaşayıb. Muzey 5 otaqdan ibarətdir, bunlardan üçü Niyazinin döv... | ANL |
Adətən müəllim haqqında, ziyalı haqqında yazı yazmaq istəyi ilə qələmə əl uzadanda çoxlu suallar kəsir qarşımı. O sualların ən birincisi əlimdəki qələmi mənə tutmağı öyrədən müəllimin böyüklüyü barədə fərqli, yeni nəsə deyib, deyə bilməyəcəyim olub. Bir az da çılpaqlasam, sual məndən soruşur ki, sən öz müəllimin haqqın... | ANL |
Şairin ümidinin adına küçə. Ağacəfər Həsənlinin yeni kitabı çapdan çıxıb. Poeziyamızda imzasını imzalar içinə yazmağı çoxdan bacaran Ağacəfər Həsənli oxucularını intizarda saxlamağı xoşlamır. Çünki istedadlı şairin onlara deməyə həmişə təzə sözü var. Sözü, fikri hər vaxt təzə olan şairin növbəti kitabı işıq üzü görüb. ... | ANL |
Azərbaycanın son 150 illik tarixində milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov- Zərdabinin parlaq xatirəsi hər birimiz üçün ehtiram məbədinə çevrilmişdır. Bir bəy kimi əsilzadə nəslinə mənsub olan... | ANL |
ƏLƏSGƏR BƏDƏLOVUN YENİ KİTABI NƏDƏN BƏHS EDİR? Asayişin qorunması, normal sabitliyə nail olunması istiqamətlərində uğurlu nəticələr qazanmaq bu gün Azərbaycan polisinin qarşısında duran əsas vəzifələrdəndir. Cinayətkarlığa qarşı mübarizə üsullarının təkmilləşdirilməsi və gücləndirilməsi maddi-texniki təminatın yüksəlmə... | ANL |
Şərq silahlarının dekorativ tərtibatı. Şərq silahı özünün mükəmməl döyüş keyfiyyəti və zərif dekorativ tərtibatı ilə həmişə şöhrət qazanıb. Orta əsr Şərq silahlarının tarixi öz kökləri ilə qədim sivilizasiyalara - Şumer, Babilistan, Assuriya, Xett, Midiya dövlətləri dövrünə gedib çıxır. Antik dövrdə Şərq silahı təkcə d... | ANL |
Hərbi ənənələr. Milli Ordunun şərəfli tarixi. Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcav... | ANL |
Milyon yarım il əvvəl məskunlaşma. Qüdrət İsmayılzadə: "Azıxı yalnız dünyada ən qədim yaşayış məskəni olan Olduvey dərəsi ilə müqayisə etmək mümkündür". Bakı Dövlət Universiteti tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının müdiri, ötən əsrin 60-cı illərində Azıx mağarasında tədqiqat aparmış ekspedisiyan... | ANL |
Klassiklər şeiri xalqın ilk mürəbbisi hesab etmişlər. Hətta belə qənaətdə olmuşlar ki, insan həyatının bu cür dəyişməsində şeir mühüm amildir və biz həmin dəyişiklik üçün ona borcluyuq. Nailə İbrahimovanın "Ürəklə söhbət" şeirlər kitabının əlyazmasını oxuyarkən yadıma ilk öncə bunlar düşdü. Və xalq poeziyası ənənəsinin... | ANL |
BİR AXŞAMIN SEVİNCİ... "Qafqaz media" İctimai Birliyi mətbuat günü ərəfəsində 60 jurnalisti mükafatlandırdı. Milli mətbuatımızın yaradılmasının 135 illiyi ərəfəsində müxtəlif ictimai təşkilatlar kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin əməklərini qiymətləndirərək onları mükafatlandırırdılar. Son bir neç... | ANL |
AKADEMİYA AzTV-nin UĞURUDUR. Bu yaxınlarda Azərbaycanda yeni təhsil ocağı - Televiziya Akademiyası yaradılması barədə geniş xəbər yayıldı. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında yaradılan yeni tədris müəssisəsinə "Space" televiziyasının sabiq prezidenti, Bakı Slavyan Universite... | ANL |
Qələmin işığında... Tale elə gətirib ki, yazı-pozu dünyasının, söz adamlarının çevrəsində olmaq, onlardan öyrənmək, xəbər tutmaq qismətimə yazılıb. Və mən də bu qismətin işığında zaman-zaman arayıb-axtarır, maraqlı, səmimi, peşəkar və həm də şəxsiyyəti yerində olan qələm dostlarımdan öyrənməyə, faydalanmağa çalışıram. ... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ü... | ANL |
QƏZET SƏHİFƏSINƏ BÜKÜLMÜŞ ÖMÜR. Bu başlığa, bu günlərdə itirdiyimiz qocaman jurnalist Mürsəl Qocayevin şəxsi arxivində rast gəlmişdim. Nə vaxtsa bu başlıq altında yazı yazacağımı, xüsusilə də ölümündən sonra heç düşünməmişdim. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakultəsini bitirib. 1963-... | ANL |
Qəzetimizin 20 yaşının tamam olması münasibəti ilə Azərbaycanın ədəbi ictimaiyyətinin tanınan, sayılan və sözü ilə, qələmi ilə özünü təsdiq edən bir neçə təmsilçisinə bir sualla müraciət etdik: - "Ədalət"in həyatınızdakı yerini necə ğörürsünüz? İlk telefon açdığımız sevimli yazıçımız, Yusif Səmədoğlu mükafatının laurea... | ANL |
Dostum Qismətin əziz xatirəsinə. Beləmi danışmışdıq. Necə bacardın ölməyi. təklənməyi. İllər boyu bu dostluğu əzəmətim. bilmişəm. bilmişəm. qəbir dedikləri bir göz otaqda. qapın açılıbdı üzü göylərə. Son işıq payını üzənə qədər. Necə bacardın bunu sən. Dərdin böyüklüyündən. Söz də tapa bilmirəm. Hey qurbanlar deyərdin.... | ANL |
Cəlladtək sinəmə çöküb erməni. Mən ana torpağam, Anadır adım, Sən kimə tapşırıb getmisən məni! Bilinmir bu zalım fələk nə sayır, Haqlını, haqsızı gəl indii ayır! Torpaq övladını haqlı danlayır: Sən kimə tapşırıb getmisən məni! Düşmənin önündə məni əyirsən, Sən kimə tapşırıb getmisən məni! Çəkdiyin zəhməti itirməmişəm, ... | ANL |
ƏDALƏT taleyimizə yazılıb. Şəxsi tanışlığımız başlayanda səkkiz yaşı vardı. İnsan ömrü ilə müqayisə etsək - məktəbə yenicə gedirdi. Bizimki haqqın, dürüstlüyün təntənəsini yaşatmaq istəyən, buna çalışan "Ədalət" idi. Adı qəzet adı kimi dırnaqda yazılsa da özü Ədalətin bərpasına çalışan Ədalət idi və bu gün də elə həmin... | ANL |
Mən sovet vətəndaşı olmuşam…mən sovet dövrünün insanıyam...mən kommunist erasının yetirməsiyəm!!! Bu etirafı elə-belə etmirəm. Çünki bütün etiraflar saflaşmağa, həqiqətin üzə çıxmasına, günahsızlıq deyilənin nə olduğunu göstərmək üçündür. Yaşıdlarım kimi mənim də bəxtimə qarışıq bir zamanda yaşamaq düşdü. Qarışıq deyən... | ANL |
Azərbaycanın müstəqilliyinin yenidən bərpasının yubileyi ilə həmyaş olan "Ədalət" qəzetinin tutduğu yol onu izləyən hər bir oxucuya yaxşı tanışdır. Bunu "Ədalət"çiləri təbrik üçün siyasilərimizin fikirlərindən daha aydın başa düşmək olur. Onu da deyək ki, fəaliyyətə başladığı ilk günlərdən tutduğu yolu ardıcıl davam et... | ANL |
Mən əvvəllər dənizi ancaq mavi rəngdə təsəvvür edirdim. Çünki belə görmüşdüm, şeirlərdə, yazılarda belə oxumuşdum və inanmışdım ki, dəniz mavidi. Və mənim də xəyalımda özümün bir mavi dənizim var idi. Mavi gözlərdən ibarət mavi dəniz. Bu günlərdə qələm dostum Faiq Bəlabəylinin "Yaşıl yuxulu dəniz" şeirlər kitabı mənə ə... | ANL |
Biz həmişə çalışmışıq ki, fəaliyyət göstərdiyimiz bu illərdə haqqı, ədaləti unutmayaq və heç kimin haqqını tapdamayaq. "Ədalət" qəzeti olaraq hüquq-mühafizə orqanlarının bir qolu sayılan polis orqanlarında qanun keşikçilərinin işindən, onların dövlətçiliyimizə xidmətindən söhbət açmışıq. Bir fikri də xüsusilə vurğulamı... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ü... | ANL |
ÇAR QATİLLƏRİNİN İTTİFAQI. Birinci Pyotrun qızı Yelizaveta ağılagəlməz dərəcədə gözəl və məlahətli bir qadın idi. Rusiyaya dəvət edilmiş alman professorlarından biri iştirak etdiyi rəsmi tədbirdə Yelizavetanı görür və bu gözəlllik onun ağlını başından alır. Təəccüb doğurmayan məsələ idi ki, bu gözəl və məlahətli qadına... | ANL |
Onilliklər öncə demək olar ki, hamı nağılları oxuyur, gecələr uzunu nənə və babalardan dinləyir, el şənliklərində aşıqların dastan söyləmələrinə qulaq asırdılar. Uşaq, böyük, qoca, cavan yır-yığış edir, ev heyvanları vaxtından qabaq iraxlanır, itlərin yalı verilirdi. Aşığın hansı evdə nağıl deyəcəyi gündüzdən bilinirdi... | ANL |
ONLARIN DÜNƏNİ: ŞAHMAR HÜSEYNOV. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN i... | ANL |
Ömür-gün yoldaşımın əziz xatirəsinə. Sənin yoxluğuna inanmıram mən. Bir göz qırpınında sən yoxa çıxdın. Sənin yoxluğuna inanmıram mən. Xatirələr məni rahat qoymayır, Gah dağa endirir,gah da arana. Sənin yoxluğuna inanmıram mən. Görəsən biz nədən bilək bu sirri? Sənin qədərin də bura kimidir. Sənin yoxluğuna inanmıram m... | ANL |
Şəhid Mübariz. Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə. Qeyrətin dözmədi bu haqsızlığa, Düşmən yuvasına alov ələdin. Qırdın düşmənləri öz səngərində, Azğın dığaları qana bələdin. Vətəndaş yanğısı coşdu qanında, Qalxdı tufanlar tək haray salaraq? Babək hünərindən əzəmət aldın, Cavanşir ürəyi yatıb köksündə. C... | ANL |
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova: "Şeyxülislam həzrətləri jurnalistlərlə görüşə həmişə "And olsun qələmə! Qələm müqəddəsdir" sözləri ilə başlayır". "Amma heç kim bu xarakterdən sui-istifadə barədə düşünməməlidir". - Rəhimə xanım, Qafqaz Müsəlmanları İdarəsində vacib bir sahəyə r... | ANL |
AZƏRBAYCAN DİLİ. 50 milyon insanı birləşdirən vasitə. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir. Azərbaycan dili eləcə də İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük... | ANL |
N. Muravyovanın məhşur fransız yazıçısı Viktor Hüqonun həyat və yaradıcılığından bəhs edən kitabını - "Hüqo" bioqrafik əsərini oxuyanda ilk dəfə şahidi oldum ki, dünyada öz şəxsi həyatları, əl-əl gəzən məşhur əsərlərindən də maraqlı olan müəlliflər varmış. Sonralar bunun təkrar-təkrar şahidi oldum. Bu müəllifləri sadal... | ANL |
Könüllərə düşən işıq. Laçın sevdalı Adil Şirinə. Gözümün qabağından başı dumanlı, zirvəsi buludları yaran silsilə bir dağ uzanıb gedir. Çünki indi gözlərim önündən keçən həmin o mənzərəni mən xəyalən yaşayıram, ruhən gəzib dolanıram. Elə bil ki, yuxu görürəm... Amma... Bir vaxtlar doğulduğum kəndin güneyindəki yamaca q... | ANL |
Qışdan sonra yaz gəlməsin, sular axıb durulmasın, fələyin üzü gülməsin, məni ümidimdən asın. Ay batsın gecə yarı, boz qurdlar ulamasın, ərisin dağların qarı, məni bu sevdamdan asın. Allahım, tək-tənhayam. fələyi geri göndər. Mən qullardan bir qulam, bir ilahi eşq göndər. Bir eşq göndər bəndənə, bəndən göylərə uça. Ana,... | ANL |
Tofiq Abdin: "Düşüncə tərzimizdə çevrilişə ehtiyac var". Tanınmış şair, publisist Tofiq Abdinin bugünlərdə "Dövlət çevrilişi" adlı kitabı işıq üzü görüb. Müəlliflə müsahibəmizdə o, əsərlə bağlı oxucular üçün də maraqlı olan nüanslara toxunub, düşüncələrini bölüşüb. Əsərlə tanış olanlar da bilir ki, yazı tərzi, üslub ol... | ANL |
BAŞ DAŞINA YAZILAN ŞEİR. Qızımın xatirəsinə. Sən bahar fəslində saralan gülüm, Tökülər gözümdən yaş parça-parça, Dərdimi Aytənim, daşa söylədim, Ovuldu töküldü daş parça-parça. Sən getdin dünyalar başıma endi, Göylər haray çəkdi, mələklər dindi, Ana laylasından doymayan gülüm, Ata laylasına qulaq as indi. Lay-lay-lay A... | ANL |
"Qayaüstü təsvirlər" ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi. Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan məskəninin hər hans... | ANL |
Beşin sağ olsun, Vaqif Bəhmənli. Vaqif Bəhmənli çöl adamıdır- doqquz mərtəbəli evin balkonunda bitməyinə baxmayın! Vaqif Bəhmənli yük adamıdır- yoxsa dərdi, azarı olanlar məhz onu qırağa çəkib ürəklərini boşaltmazdılar ki! Qələm adamıdır, hal adamıdır, iç adamıdır, Allah adamıdır. Mənə belə gəlir ki, Vaqif müəllimin in... | ANL |
TOPQAPI SARAYININ QİYMƏTLİ İNCİSİ... (əvvəli ötən sayımızda). Onun qan qoxulu ordusunu reallaşdırmağa mane olan qüvvənin əks gücü, göstərəcəyi müqavimət onun əl-qolunu bağlayır, hələlik gözləməyə məcbur edirdi: - bu qüvvə isə orduya rəhbərlik edən hərbçilər idi. Əsas məsələ ondaydı ki, bu hərbi zabitlərin çoxusu Fransa... | ANL |
Ramiz Əzizbəyli: "Afaq Bəşirqızını kinoya mən gətirmişəm". Tanınmış aktyor və rejissor, professor Ramiz Əzizbəylinin Milli.Az xəbər portalına müsahibəsi. - Ramiz müəllim, səhhətiniz indi necədir? - Hərdən mənə sual verirlər ki, Ramiz müəllim 50 ildən çoxdur sənətdəsiniz niyə sizə mükafat verilməyib, amma sənətə dünən g... | ANL |
"Keçmişdə" ona görə deyirəm ki, qəzəl klassik poeziyada hökmüran bir şeir forması idi. Şairlərin hünəri, istedadının dərəcəsi onların qəzəldə necə məharət göstərməsiylə ölçülürdü. Və Azərbaycan poeziyasında qəzəlin ən böyük ustadı Füzulidir-qeydsiz-şərtsiz bunu hamı təsdiq edir. Əlbəttə, Nəsiminin, Xətainin, Hə... | ANL |
Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub, Saxlaram gözlərim üstə onu mən. Ölərəm əldən əgər getsə vətən. Vətəni... | ANL |
Xanəndə Ağabala Abdullayevin 100 illiyinə tövhə. Deyirlər ki, dünya gəlimli-gedimli, ölümlü-itimlidi. Bax, elə bu əbədi yaşamaq, xatırlanmaq, anılmaq xoşbəxtliyi nəsib olan insanlardan biri də hər kəsin "Zabul" un ustadı kimi tanıdığı və adı ilə qoşa çəkildiyi Ağabala Abdullayevdi. O Ağabala Abdullayev ki, Azərbaycanın... | ANL |
Tanınmış rəssamın fərdi sərgisindən görünənlər və yazılanlar. Rəssamlar İttifaqının Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonuna dəvətlilər orada olduqları qısa müddətdə xoş anlar yaşadılar. Əməkdar rəssam, "Humay" mükafatı laureatı Qəyyur Yunusun sayca 10-cu fərdi sərgisində iştirak etdilər, istedadlı fırça ustasını... | ANL |
Sifəti xoruz pipiyinin rəngini almış Kərim Kərimli yumşaq kreslosunda oturub dərin fikrə dalmışdı. Düz iki həftəydi o, rahatlıq nə olduğunu bilmirdi. Elə gün olurdu ki saatlarla kabinetinə çəkilir, götür-qoy edir, vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarırdı. Amma qəti bir qərara gələ bilmədiyindən əsəbiləşir, yer... | ANL |
Tarixi şəxsiyyət I Şah İsmayıl Xətai. XIII-XIV əsrlərin qovşağında yaşayan Şeyx Səfiəddin Ərdəbilinin dövründən fəaliyyətə başlayan Darül-irşadi bütün Yaxın Şərq aləmində gedən elmi, fəlsəfi görüşlərin ən güclü mərkəzlərindən birinə çevrilmişdir. Qızılbaşlıq adı ilə tanınan Səfəviyyə cərəyanı burada formalaşmış, Şərqin... | ANL |
Anadan olanda ona valideynləri başqa ad qoymuşdular. Və o zaman heç ağıllarına belə gəlməmişdi ki, bir gün gələcək bu balaca qızcığaz özünün seçdiyi adla bütün dünyanı fəth edəcək. O, uşaqlıq və yeniyetməlik dövrünü Norma Cin Mortensen adı ilə keçirmişdi. Anası Qledis Monra Beyker Mortensen o dövrdə Hollivudda montajçı... | ANL |
Nə zamansa ağgünlüydü bu qadın. İndi durub gün altında tum satır. Ağ gününü büküb qara qabığa. Günlərini alıb qaçır uşaqlar. Yağış kimi yerə yağır qabıqlar. O qabıqlar qara-qara gündülər. Süpürəndə süpürgəçi deyinir. O qabıqlar para-para gündülər. Gün altında günə baxır bu qadın. Günə baxıb günlərini artdayır. Qara-qur... | ANL |
MİLLƏT UĞRUNDA ÖMRÜNÜ SƏRF EDƏNLƏRİ MİLLƏT UNUTMUR. Sənət və siyasət bahadırı Nəriman Nərimanovla maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin tarixi dostluğu. Doğrudur, bu iki parlaq şəxsiyyət arasındakı böyük ülfət sovet illəri dönəmində bolşevik inqilab rəhbərinin müsbət obrazını formalaşdırmaq və kapitalist-b... | ANL |
Mədəniyyətimizin tarixi kökləri Şumerlərlə bağlıdır. Tariximiz qədim, köklü olsa da, Azərbaycanın qədim mədəniyyət tarixinin çoxqatlı dərinlikləri barədə danışanda əlimizdə kifayət qədər faktlar olmur. Məşhur məsəldir ki, babalarımız böyük hünər göstərib tarix yaratdıqları dərəcədə kitab yazmayıblar. Böyük tariximiz da... | ANL |
ONLARIN DÜNƏNİ: RƏŞİD BEHBUDOV. SADƏCƏ RƏŞİD BEHBUDOV. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan ... | ANL |
...Qrupumuz ürəyimizcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarım özləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər. İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik həyatına qədəm qoymuşduq. Uşaqlıq, yeniyetməlik arxada qalmışdı. Ömrümüzün həmin çağlarına atalarımızın, yaxınlarımızın girdabına düş... | ANL |
Maldarlıqla məşğul olan Xınalıq camaatının bir neçə minillik tarixi ənənəsi var. Maddi mədəniyyətlə yanaşı, mənəvi mədəniyyət nümunələri, qədim adət-ənənələr də qorunub saxlanmışdır. Qədim mədəniyyət məskənlərindən biri olan Xınalıq özü səma altında açıq muzeydir. Uca dağların ətəyində yerləşən bu kəndinhər daşında, sa... | ANL |
Hər dəfə yeni bir kitabını açıb vərəqləyəndə gözlərim min dəfə, milyon dəfə deyilib artıq döyənək olmuş sözlərlə, ifadələrlə, misralarla, bu misralarda ifadə olunan fikirlərlə qarşılaşanda bir qorxu hissi bürüyür məni. Şairliyi şeir yazmaq, qafiyələri yan-yana düzmək, məlum təsir vasitələrini sıralamaq kimi anlayanlar ... | ANL |
Yanında dilbərimin etibarım olmasa da. Yanında dilbərimin etibarım olmasa da, Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da, Bədəndə yarı canım qalmayıb, gedib yarım, Gərək dözəm qəmi-hicranə, yarım olmasa da. Üzüm xəyali bəsimdir behişti-kuyində, Yüz il xəyalimə gəlməz, baharım olmasa da. Ləbinlə məst gözün hər düşəndə xat... | ANL |
"Əsgər" filminin təqdimatı keçirildi. Öncə təqdimatdan başlayaq. İştirakçıların dediyinə görə "filmfondun" böyük konfrans zalında ilk dəfə idi ki, bu qədər qonaq toplanmışdı. Ayaq üstə duranlar, foyedə gəzişənlər də tələsmədən təqdimat mərasiminin açılışını gözləyirdilər. Budur, videokameralı, mikrafonlu KİV nümayəndəl... | ANL |
Qərbdən doğan günəş. 15 iyun Milli Qurtuluş Gününün ölkəmizdə bayram edilməsi artıq ənənə halını almışdır.Hökumət və qeyri-hökumət təşkilatlarında, idarə və müəssisələrdə rayon və şəhərlərimizin hər yerində xalq öz milli liderinə, Azərbaycan xalqının ləyaqətli oğlu Heydər Əliyevə hörmət və ehtiramını, ümumxalq məhəbbət... | ANL |
HƏR KİM YÜZ İL YAŞAMASA... Sağlam qocalağın və uzunömürlülüyün sirləri. Sağlam qocalma və uzun ömür sürmək insanın özündən asılıdır. İnsanlıq yaranandan hər bir şəxs uzun, sağlam ömür sürmək arzusu ilə yaşayıb, amma bu hamıya qismət olmayıb. Nağıl və əfsanələrimizdə dirilik suyu, insanı yenidən cavanlaşdıran alma, digə... | ANL |
MƏZAHİR ƏHMƏDOĞLU - JURNALİST, ŞƏXSİYYƏT... Cəmiyyətin inkişafı bütün tarixi dövrlərdə mətbuatın da inkişafına zəmin yaradır. Eyni zamanda mətbuat da öz növbəsində cəmiyyətin inkişafında müəyyən rol oynayır, ona təkan verir. Bu iki proses bir-birini tamamlayır. Hazırda demokratik inkişaf yolu ilə irəliləyən müstəqil Az... | ANL |
Sözlər də bu dünyadan nakam gedər - əgər onu yaşadan qələm sahibləri olmasa. Söz qələm sahibinin içindən keçir. Qələm sahibinin özü isə can dərdinin içindən keçir. Qələm sahibi ilə dərd bir-birinə doğmadır, bir-birinə bağlıdır. Tanınmış gənc jurnalist, "Azərbaycan" qəzetinin siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ü... | ANL |
Dünya ədəbiyyatından seçmələr Kamran Nəzirlinin tərcüməsində. Milli Kitab Mükafatının onluğuna düşmüş müəlliflərdən biri, tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin ingiliscədən tərcüməsində Dünya ədəbiyyatından seçmələr toplusu "Mütərcim" nəşriyyatının sifarişi ilə çapdan çıxmışdır. Kitab nəfis şəkildə 500 tirajla bu... | ANL |
Ali Baş Komandan İlham ƏLİYEV": Azərbaycan ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha da güclüdür və daha da peşəkardır". Ordu quruculuğu sahəsində böyuk uğurlar əldə olunub Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu m... | ANL |
Bir hakimiyyət altında birlik. Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim m... | ANL |
ORTA ƏSRLƏRDƏN BAŞLAYAN MÜASİRLİK. Bəşər övladı bu günkü inkişafına, tərəqqisinə görə ilk növbədə elmə minnətdar olmalıdır. Elə mədəniyyətlərin, əxlaqi dəyərlərin, ümumiyyətlə digər sahələrin... sistemləşməsi, cilalanması, çeşidli-nizamlı hala gəlməsi də elmin təsiri ilə baş vermişdir. Hətta insan övladının Tanrıya ina... | ANL |
Yarandığı dövrdən bu günə qədər müəyyən inkişaf yolu keçmiş Qax Dövlət Kukla Teatrının özünəməxsus ənənələri vardır. 1973-cü ildən rayon mədəniyyət evində dərnək, 1976-cı ildən xalq teatrı kimi fəaliyyət göstərən teatr kollektivinin yaradıcı fəaliyyəti nəzərə alınaraq 1992-ci ildə onun bazasında yaradılan Qax Dövlət Ku... | ANL |
Sovet dönəmində xalqın ruhunu, nəbzini tutan, onu oxşayan və hər yerdə də dilə gətirilən, xatırladılan şüarlar var idi. Düzdü, indi də şüarlar var, amma nədənsə bu günün şüarları hələ ki, bizə o qədər də doğma gəlmir. Görünür, ya hələ onlara alışmamışıq, ya da canımıza, qanımıza hopmayıb. Sovet-alman müharibəsi dövründ... | ANL |
Görüşək tanış kimi. (Fəxrəddin Meydanlı "Sevənlər qocalmır"). İmzasını çoxdan tanısam da onu ədəbi məclislərdə tez-tez görürəm. Ən çox ünsiyyətcil olmağı xoşuma gəlir. İstəyir ki, hamı ilə qaynayıb qarışsın. Əlbəttə ki özü kimi səmimi adamlarla. Haqqında deyilən dəyərli qələm adamlarının maraqlı fikirləri ilə də tanışa... | ANL |
Tunc dövründə. Metal alətlər. Eramızdan əvvəl IV minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur.Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişl... | ANL |
Mən səhrada heç bir yerə getməyə can atmayan bir adamı azad edirəmsə, onun azadlığı nəyə dəyər? Səhrada insanı azad etmək onda atəş oyatmaq və ona quyunun yolunu göstərmək deməkdir. Yalnız bu zaman onun fəaliyyəti məna kəsb edər. Əgər cazibə qüvvəsi yoxdursa, daşı azad etmək mənasızdır. Ona görə ki, azad edilmiş daş ye... | ANL |
ŞƏKİ SƏHİYYƏSİ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ. 3000 ilə yaxın tarixə malik qədim Şəki respublikamızın ən böyük kənd rayonu olmaqla 2 xarici dövlətlə də həmsərhəddir. Şimaldan Rusiya Federasiyası, şimal-qərbdən isə Gürcüstan Respublikası ilə. Şəkidə qədimliklə müasirliyin vəhdəti onun əzəmətini daha qabarıq göstərir. Azərbay... | ANL |
Ömrü dağ aşırımlarından süzülüb, durula-durula gözlədiyim görüşünə tələsən bir bulaq həsrətli ömür yaşayan Zakir Fəxridən danışıram. Gözlərində dərd gizlənər, qəm itər. - olan, özü də dediyi kimi ikili olan və yalnız təkliyi uca Tanrıda görən Zakir Fəxridən danışacağam. Yevlax 1 saylı şəhər orta məktəbinin 8-ci sinifin... | ANL |
İlqar Cahangirovla Ezop dilində. Əməkdar artist, "Qızıl Dərviş" mükafatı laureatı İlqar Cahangirov müsahibəyə türklər demiş, ayağı tozlu gəlmişdi. Krımda keçirilən "Bosporskie aqonı" XII Beynəlxalq Antik İncəsənət Festivalından qayıdan aktyoru yol çantasını boşaltmamış müsahibəyə dəvət etdik. Dövlət Gənc Tamaşaçılar Te... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ... | ANL |
Stolumun üstündə bir kitab var. Elə-belə vaxtı öldürmək üçün yox, oxumaq üçün, dünənə qayıtmaq üçün, xəyallara baş vurmaq üçün, dünəndən özümə baxmaq üçün, ən vacibi isə dünənlə bu günü üz-üzə qoymaq üçüng və hər dəfə də bu kitabdakı səhifələrin arasında çox qəribə duyğular yaşayıram. Səmimi deyəcəm, bəzən özümə, bu gü... | ANL |
Viran olmuş əsir şəhər. Qarabağ dərdi bu gün Azərbaycan xalqının yaralı ürəyi, qan ağlayan gözləridir. Bu gözlərin giləsində laxtalanan qan düşmənə qarşı kükrəyən vulkana bənzəyir. Belə vulkan partlayışı qarşısı alınmaz, ucu-bucağı bilinməyən sərhədsiz alov kimidir. Çağdaş Azərbaycan ədəbiyyatında bu alovdan qidalanana... | ANL |
Viran olmuş əsir şəhər. Müəllif burada Dünyanın Ən Varlı Şəhərinin daxili mənzərəsini açmaq istəmiş və hər bir hadisəni olduğu kimi, canlı həyati müşahidələr əsasında verməyə çalışmışdır. Səngərdə yatan bu uşaqların artıq xeyli müddət idi ki, heç bir yerdən gəlirləri yox idi. Hər şey tükənməyə doğru gedirdi. "...Moskva... | ANL |
Hər dəfə dostların təzə kitablarının yeni yazılarını mütaliyə edəndə istər-istəməz ürəyimdən həzin duyğular gəlib keçir. Və mən də həmin duyğuların qabağında dünənə, keçmişə, ötən illərə qayıdıb gedirəm. Gedirəm ki, hardan gəldiyimizi, necə gəldiyimizi, nələri qoyub, nələri gətirdiyimizi bir də götür-qoy edim, bir də n... | ANL |
Birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, ... | ANL |
Vaqif Mustafazadənin yubileyi dövlət səviyyəsində qeyd olunub. Martın 16-da Heydər Əliyev Sarayında Azərbaycanın dünya şöhrətli musiqiçisi, bəstəkar və cazmen mərhum Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən mədəniyyət və turizm nazir... | ANL |
Yeni ilin ilk günlərində bir törənə qatılmışdım. Tədbir "Vektor" Nəşrlər evinin təşəbbüsü ilə keçirilirdi. Professor, şair Elçin İsgəndərzadənin rəhbərlik etdiyi qurum ötən ilə yekun vurur və qaydaya müvafiq olaraq "Vektor"un təsis etdiyi mükafatların qaliblərini elan edirdi. Qaliblər sırasında 2008-ci ildə "Şahmar Əkb... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.