text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Xalq Cümhuriyyətinin dönməz lideri. Azərbaycanın milli istiqlal mübarizəsi tarixində mühüm rol oynamış Məhəmməd Əmin Rəsulzadənin ölkəmizdə türkçülük fikrinin əsaslandırılmasında, milli dövlət quruculuğu yolunda ərazi muxtariyyatı tələbinin elmi-nəzəri cəhətdən irəli sürülməsində də böyük xidmətləri var. O, isti... | ANL |
AMEA-da Rəsulzadəyə həsr olunmuş elmi sessiya və konfrans keçirilib. Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik" mövzusunda elmi sessiya olub. Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçiri... | ANL |
Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşi və Məhəmməd Əmin Rəsulzadə "üçbucağı". Zəki Vəlidi Toğan (Əhməd-Zəki Əhmətşah oğlu Validov) başqırd xalqının XX yüzillikdə yetirdiyi görkəmli şəxsiyyətlərdən biridir. Ana vətənində Əhməd-Zəki Validov, ikinci vətəni Türkiyədə Zəki Vəlidi Toğan kimi məşhurlaşan alim 1890-cı il... | ANL |
COP-29-un Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi ekoloji cinayətlərin miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. İşğalçının basdırdığı minalar təkcə insanlara deyil, həm də ətraf mühitə, flora və faunaya çox ciddi ziyan vurur, təbiəti təhdid edir, inkişafı ləngi... | ANL |
Sənətimiz beynəlxalq nəşrlərdə. İstanbulda nəşr olunmuş kitab barəsində düşüncələr. Azərbaycan incəsənətinə xaricdə olan maraq indi heç kəsdə təəccüb doğurmur. Ölkəmizə turist axını, beynəlxalq standartlara cavab verən turizm mərkəzlərinin açılması, tarixi-memarlıq abidələri ilə tanışlıq, milli mədəniyyətimizə, musiqim... | ANL |
SƏMƏNDƏR İŞIĞI, YAXUD DOST HƏSRƏTİ... Onun haqqında düşünmək, bildiklərimi, gördüklərimi xatırlamaq həm şərəfdir, həm də çətindir. Acılı-şirinli xatirələrimi yazmaq isə sanki məngənədir: məni sıxır, zillət verir. Ağlamaq istəyirəm, bəlkə qəm yüküm bir az yüngülləşdi. Çünki şirin səsiylə, ifadəli baxışlarıyla, boyu-buxu... | ANL |
"Mən şair kimi onsuz da həmişə millətimin içərisindəyəm". Şair Musa Yaqub "Sabiqlərin mikrafonu" rubrikasının budəfəki qonağıdır. Necə oldu ki, Musa müəllim deputat olmaq fikrinə düşdü? Rayon qəzetinin redaktoru da həmişə ictimai həyatın içərisində qaynayan insanlardan biridir. Həm partiya, həm ictimai iş, həm də yazar... | ANL |
Bu da bizə bir lütfüdü Allahın, Gözəl keçdi səfərimiz Zülfüqar. Sən Tehrandan, mən Bakıdan yetişdik, Təbriz oldu şəhərimiz, Zülfüqar. Qurban olum Təbrizinə, Ərkinə, Ağıl çatmaz rəbbimizin dərkinə. Küləklərmi aldı bizi tərkinə? Ləngimədi kəhərimiz, Zülfüqar. Tarix gördük qayasında, daşında, Qala olduq qayaların qaşında,... | ANL |
ANALAR ŞAİR DOĞAR. Elə bilirdim ki, sevmədiyindən. Məni şair kimi doğubdu anam. Sən demə analar şair doğurlar. Dünyanın dərdləri çoxalan zaman. Deyəsən hamının sevdiyi ölüm. Çata bilmədiyi arzu kimidi. Məni görən kimi xoş günlər sindi, Dərdlər oğlum kimi boynuma mindi. Qırışlar alnımda at çapır indi, Bəxtim süddən yanm... | ANL |
Uçan kəpənəkmi, açan çiçəkmi? Yıxılan xəyalmı, yanan ürəkmi? Görəsən dərdimi göyərdəcəkmi? Dönübdü şumlanmış zəmiyə sevgin. Körpəcə cığırdı gəlib-gedirdim. Ağlayıb gedirdim, gülüb gedirdim. Onu işıqgələn bilib gedirdim, Zülmətə bələndi, bəs niyə sevgin. İtirdim, bilmədim harada qaldı, Əli saçımdakı qarada qaldı. Yetim ... | ANL |
Ovcumda olanım sənin, Olanım qalanım sənin. Nə vermişdin, nə almısan, Boyum üstə ucalmısan. Göz qoymuşuq gözümüzə, Çoxmu döydük dizimizə. Bilinmir yönü bilinmir, Ürəyim yerində deyil. Yaşayan, yaşanan yerdi, Ürəyim yerində deyil. Göylərə qərq olub gözüm, Buludlar göydə bir düzüm. Yerə dikilib göy üzüm, Enim dağlara-dağ... | ANL |
"AQRAR MÜTƏXƏSSİS" QƏZETİ UĞURLU YOLDADIR. Gəncəbasarda çıxan qəzetlərin demək olar ki, əksəriyyəti hər gün müxbir məntəqəmizə gəlir. Onların arasında dövlət qəzetləri ilə yanaşı müstəqil və çoxtirajlı qəzetlər də var. Bu yazımda son zamanlar diqqətimi çəkən bir qəzet - 80 illik yubileyinə hazırlaşan Azərbayjan Dövlət ... | ANL |
Bakıdan Mərakeşə qədər yayımlanan Azərbaycan jurnalı. Azərbaycan satirik mətbuat tarixində müstəsna, eyni zamanda əvəzsiz yeri və rolu olan "Molla Nəsrəddin" jurnalının daha bir ildönümü arxada qaldı. İstər mətbuat tarixi, istərsə də özümüzü bir millət kimi tanımaq, daha dəqiq desək, dünyagörüşümüzə, mentalitetimizə və... | ANL |
Yağı at oynadan yerə. Səndən qabaq durdular ki. Bəxtinə özün söyəsən. Sənə dəyə qurdular ki. Dəyə quranı öyəsən. Çörək əvəzi yeyəsən. Daş-çaylaq qiymətinə, Şal-yaylıq qiymətinə, At-ulaq qiymətinə, Yaşa, birtəhər yaşa. Elə bil dünyadan gecə keçibdi, Mənim sevənlərə yazığım gəlir. Özü də bilmir ki, necə keçibdi, Mənim se... | ANL |
Eləsi təsadüfən qarşına, ürcahına çıxanda iyrənirsən, bəxtindən küsürsən, yolundan geri qayıdırsan. Adam da var, dünyasını dəyişsə belə daim gözlər onu axtarır, səsini-sözünü dinləməyə mənəvi ehtiyac duyulur. Onlardan biri də qeyrətli, alicənab, el-oba qədri bilən, ömrü boyu əyilməyən, sınmayan, yarınmayan, şər-şəbədə ... | ANL |
Son illər dünyanı bürüyən iqtisadi böhran ölkəmizdən də yan keçməyib. Amma buna baxmayaraq, dünyanın tanınmış, nüfuzlu təşkilatlarının hesabatlarında həmin iqtisadi böhrandan çıxmaq gücünə və rəqabət gücünə görə ölkəmiz dünya ölkələri arasında 51-ci yerə layiq görülüb. Eyni zamanda keçmiş SSRİ məkanında Azərbaycan lide... | ANL |
BİR ŞAHMAR ƏKBƏRZADƏ... Vaqif Bayatlı Ödərin ilahi bir misrası var. Onu dahi rəssam Səttar Bəhlulzadə haqqında deyib: Ölsəydi. Bu dünyanın qara torpaqları. Dolduramazdı qocanın üz qırışlarını. Ölmədi. Su kimi çəkilib torpağa getdi... Və mənə elə gəlir ki, doğrudan da böyük insanlar, saf daş suyu kimi insanlar, qeyri-ad... | ANL |
Bizim xalq rəssamı Nazim Bəykişiyev deyir ki, Məryəmlə Fuad görüşəndə gözlərində elə bir qığılcım hiss olunur ki, elə bil tələbə vaxtlarındakı kimi görüşürlər. Burada bir həqiqət var. Bizim Məryəm xanımla münasibətlərimizdə qəlplik yoxdur. Bu, əgər kənardan da, xüsusilə rəssam gözü ilə hiss olunursa, demək biz münasibə... | ANL |
Zərif duyğular tərənnümçüsü. Qısa məlumat: Allahyarova Vəfa İbrahim qızı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının "Qrafika" kafedrasının baş müəllimidi. İki övlad anasıdır. Yeni iş yerimdə incəsənət məcmüəsinə material hazırlayarkən zahirən ço... | ANL |
Qismətim gətirə, bəxtim gətirə, Bir də o yerlərə məni yetirə. Duayla başlayan görüşlərimə, Qayalar hay verə gülüşlərimə. Qərq ola yaraşıqlı öpüşlərimə, Çəmən şirin-şirin, çöl şirin-şirin. Dama damla-damla gözümün yaşı, Ustufca şehlənə otların qaşı, Yalaya düz kimi torpağı-daşı, Dodaq şirin-şirin, dil şirin-şirin. Dərə ... | ANL |
Bəli, xalqımızın da müdrik kəlamlarının içərisində oxşar bir fikir var və onu da şairlərimiz də müxtəlif məqamlarda, öz poetik sözlərinə çeviriblər. Və vurğulayıblar ki, "gözdən yaş çıxarmı ürək yanmasa"... Bəli, həqiqətən ürək yanmasa, ürək ağrıları, acıları, sevincləri özününküləşdirə bilməsə çətin ki, o yansın və on... | ANL |
Mirzə Cəlil sevdası. Bu yaxınlarda Naxçıvan universiteti tərəfindən əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin tərtibçiliyi və ön sözü ilə çap olunmuş Qulam Məmmədlinin Molla Nəsrəddin salnaməsi Mirzə Cəlil Məmmədquluzadənin ədəbi-bədii fəaliyyətinin, "Molla Nəsrəddin" jurnalının mətbuat tariximizdəki rolunun aydın... | ANL |
O, xalqının fədaisiydi. Doğulduğu şəhərdə də ruhani məktəbində təhsil aldı. Təhsili ilə, qayğıkeşliyi ilə, hadisələrə münasibəti ilə hər kəsdən seçilən bu insanın adı Nəriman idi. O Nəriman ki, Azərbaycan xalqı onu həm də "doktor Nəriman" kimi çağırır, bu adla əzizləyirdi. Bu isə gələcəkdə, hələ bir neçə il sonra olaca... | ANL |
Səxavətlə xərclənən ömür. Nizami Məmmədov filologiya elmlər doktoru - Bakı Slavyan Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının professoru, Azərbaycan Beynəlxalq Universitetinin "Rus dili və ədəbiyyatı" kafedrasının müdiridir. Nizami müəllim geniş spektrli zəka sahibidir. Onun leksikonu son dərəcə zəngin və rən... | ANL |
İmzası qəzet və jurnallardan, eləcə də kitablarından öz oxucularına tanış olan Qələndər Xaçınçaylının 15 aprel doğum günüdü. Bu münasibətlə Qələndər Xaçınçaylını təbrik edir, ona yaradıcılığında da, həyatda da uğurlar arzu edirik. Tanrı onu və bütün xalqımızı Qarabağlı günlərə qovuşdursun. Ay ulduz gəzənlər. Ulduz gəzə... | ANL |
RƏSUL RZA ÖMRÜNDƏN DAMLALAR. Sənətkar ömrünü, yaradıcı insanın düşüncə tərzini, həyata, cəmiyyətə, müxtəlif hadisələrə, sənətə münasibətinii öyrənmək baxımından ən yaxşı mənbə onun öz əsərləri, məqalələri, çıxışları, xatirələridir. Ancaq dünyasını dəyişən qələm sahibinin ömürlüyündə baş verən hər kiçik hadisə, söhbət, ... | ANL |
Azərbaycanın möhtəşəm tarixi. Müstəqilliyimiz belə başlayıb: İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilmiş iclasında qəbul olunmuşdur. Həmi gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil... | ANL |
POLŞALI AZƏRİ GƏLİNİ VANDA RƏSULZADƏ. Bütün dünya üçün aktual məkana çevrilən ərazi. Təəssüf, bu diyar tükürpədici dəhşəti ilə gündəmə gəldi. Adam bu barədə nəinki yazmaq, heç düşünmək belə istəmir. Yenə Polşadan danışırıq. Amma daha işıqlı mövzudan. Hansı ki Azərbaycanla, bu xalqın yaratdığı ilk cümhuriyyətlə birbaşa ... | ANL |
Dünən121 yaşı tamam olan Çarli Çaplinin gözləri heç zaman gülməyib. Taleyin işinə baxın, Çaplin bir dəfə gizli şəkildə onun oxşarlarının müsabiqəsində iştirak edib, ancaq ona ikinci yeri veriblər. "Mən yalnız özümü sevəndə başa düşdüm ki, kədər və əzablar yalnız öz şəxsi həqiqətlərimin əleyhinə yaşamağıma işarə imiş. M... | ANL |
(Vahid Əlifoğlunu düşünərkən). Ömrün ixtiyar çağında ölümün labüdlüyü, həyatın əvvəli olduğu kimi, sonunun da mövcudluğu inkarolunmaz faktora çevrilir və istər-istəməz taleyin qisməti ilə barışırsan, bilirsən ki, geriyə yol yoxdur, necə deyərlər, qarşıda sıldırım qaya, sonra güclü külək səni dənizin ağuşuna atacaq! Nə ... | ANL |
Mən Komvol kombinatından usta köməkçisi işindən ayrılmışam və işsizəm. O zamanın ən dəbdə olan ziyalısı və şairi Rəsul Rzanın şeirlərini oxuyub Nazim Hikmətə keçirəm, Nazimdən təzədən qayıdıram Rəsul Rzaya... Və bunların heç biri ilə şəxsi tanışlığım da yoxdu. Nazimi Hikmət heç ələ düşməz. Amma Rəsul Rza ilə bir şəhərd... | ANL |
SƏNSİZ YAMAN DARIXMIŞAM, BƏHRAM... İnsan ömrü ərzində iki dəfə kövrək olur: uşaqlıq çağlarında, bir də yaşının ahıl vaxtında. Birincidə qəlbinə dəyən, könlünü küsdürən nə eşidərsə, görərsə, yalnız imkanı, gücü ağlamağa çatar. İkincidə isə boyat xatirələr yadına düşəndə qalır boylana-boylana - inciyər, küsər, gah qürur ... | ANL |
Mircəlal Paşayev - yaddaş səhifələri... XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikri tarixində, milli, ədəbi dilimizin təkmilləşməsində, yüksək mənəvi əxlaqi, ümumbəşəri humanist dəyərlər ruhunda cəmiyyətdəki insanların dünya görüşünün formalaşmasında yazıb-yaratdıqları sənət əsərləri ilə əvəzsiz rol oynamış şəxsiyyət... | ANL |
Göydə bulud görünür, Bulud qara bürünür. Ömrün bircə həftədir, Ətrin min cür həbdədir. İndi sevgili üçün. Beş qərənfil dəbdədir;. Dünya yaman qarışıb. Mənimtək bir sevda qonağı durur. Gedirsən, bu günü saxla yadında, yaddaşın mən verən dərsi pozmasın. ötəri qonaqlar qoy qızınmasın. Qəlbində bir çınqı od saxla barı. Bəl... | ANL |
Rusiyanın tanınmış estrada ulduzu Alla Puqaçova aprelin 15-də ad gününü qeyd edib. Onun sadiq dostu və ifa etdiyi bir çox xitlərin müəllifi bəstəkar İlya Reznik primadonnanın ad gününə hədiyyə kimi "Zebra E" mətbəəsi tərəfindən çap olunmuş, oxuyan qadın - "Puqaçova i druqiye maestro" adlı kitabını hazırlayıb. Həmin kit... | ANL |
Müstəqillik ərəfəsində respublikamızın bir sıra şəhər və rayonlarında, hətta kəndlərində belə əzəli adların bərpası və ya bəzi yönsüz adların dəyişdirilməsi prosesləri müəyyən bir dövr üçün uğurla davam etmişdi. Xüsusilə əvvəllər Qutqaşen və Vartaşen adlandırılmış rayonlarımızın Qəbələ və Oğuz kimi tanınması həm tarixi... | ANL |
Ruha qida olan rəqslər. Azərbaycanda qədim rəqs ənənələrinin yaranma tarixi. Azərbaycan mədəniyyətinin qədim, milli ənənəsi olan sənət nümunələrindən biri onun rəqsləridir. Azərbaycanda rəqs sənətinin yaranması miladdan öncəyə təsadüf edir. İncəsənətin bu növü haqqında tarixi məlumatları maddi sübut kimi Qobustan qayaü... | ANL |
Dünya Azərbaycanın hansı elminə qibtə edir? Akademik Mustafa Topçubaşovun özəl cərrahiyyə üsulları. Azərbaycan tibb elminin tanınmış isimlərindən biri alim-cərrah Mustafa Topçubaşovdur. Onun tibbin cərrahiyyə sahəsindəki yenilikləri əhəmiyyətlidir. Tibb tariximizdə Topçubaşov doktorluq dissertasiyasını müdafiə edən, hə... | ANL |
Adət-ənənələr. Mental dəyərlərimizi xalq necə tanıyır? Azərbaycan xalqının yaratdığı minillik mədəniyyəti özünün estetik zövqü, milli xüsusiyyəti ilə səciyyələnir. Qədim Azərbaycan ərazisində xalq formalaşmağa başlayandan onun incəsənəti, musiqisi, təsviri sənəti, bədii, elmi təfəkkürü də müəyyən şəkil almağa başladı. ... | ANL |
HƏYATIN DİBİNDƏN GƏLƏN LİDER... Müasir alman siyasi həyatında çox mühim rol oynamış simalardan biri də mülayim baxışlı, iri cüssəli, kifayət qədər ciddi maneralara malik olan Helmut Koldur. Hətta mübaliğə etmədən belə onu çoxları 20-ci əsr alman siyasətinin patriarxı adlandırırlar. Digərləri isə artıq hər tərəfdən siya... | ANL |
DƏRVİŞ SEVDALI ŞAİR. Bir neçə gün bundan öncə nəşriyyatın dəhlizlərindən birində qarşılaşdıq, hal-xoş etdik. Gördüm ki, yenə özündə deyil, yenə dərvişliyi vurub başına, yerlə, göylə didişir. Bilənlər onun bu durumunu göydə anlayfırlar, göydə tuturlar. Bilməyənlərə isə bir az qəribə gəlir. Özü də bilir bunugheç bərkini ... | ANL |
DAĞLAR DA ONSUZ QƏRİBSƏYİBDİR... Sevilən şair, mülayim təbiətli insan Hüseyn Ariflə səfərlərimizi, görüşlərimizi, söhbətlərimizi xatırlayanda unudulmaz müəllimimiz, professor Qulu Xəlilovdan vaxtı ilə eşitdiyim bu sözləri xatırlayıram: "...Hüseyn daim səyahətdədir. Ona görə də onun misraları bulaq suyu qədər büllurdur.... | ANL |
Bir ümman arzuyam, kiçik bir dilək, Qarışa bilmirəm gərdişə, dünya. Qaranlıq qəfəsdən hayana itim, O sınıq körpüdən haraya ötüm, Çək yaxamdan əlin, qoy çıxım gedim, Dirəmə yolumu yoxuşa, dünya. Güzar qüzeyədir, güneylər çəndi, Atım qaranaldı, yol sürüşkəndi, Aşinam ələmdi, həmdəmim qəmdi, Eşmə ürəyimin başını, dünya. Q... | ANL |
Xalq bayramları. Milli bayramlardakı zərdüştlük izləri. Azərbaycan mədəniyyətinin əsas hissəsi kimi milli bayramlar xalq məişət ənənəsinin aynasıdır. Azər türklərinin adət-ənənələrinin göstəricisi olan milli bayramlarımızın tarixiliyi qədimdir. Azərbaycanda hələ əskilərdən bayramların təşkili müəyyən hadisələrlə bağlı ... | ANL |
SƏN - SEVİMLİ FƏRHADIMIZ... Dünyanın qəribə, heyrətamiz təsadüfləri olur. Biz həmin hadisələri adi bir hal kimi də qəbul edə bilərik. Ancaq həm Milli Kino Günü, həm də müasir Azərbaycan kinosunun ən məşhur aktyoru olan Fəxrəddin Manafovun doğum günü olmasında paralellər də axtarmalı oluruq. Bu istiqamətlərdə reallıq və... | ANL |
YAXŞILIQLAR ÜÇÜN DOĞULAN ŞAİR. Hər bir yaradıcı şəxsin həyat hadisələrinə aid təsəvvürləri, görüşləri və fərqli münasibətləri olur. Eyni zamanda bu baxışlar, təsəvvürlər məxsusi bir yönümdə inkişaf edir, poetik ovqatda cilalanır. Yaradıcı insanı fərqləndirən əsas cəhət onun həyata, insana, dəyərli amillərə olan fərdi m... | ANL |
Fəxrəddin Manafov: "Polad Bülbüloğlunun sayəsində antiazərbaycan filminin çəkilməsinə xitam verildi". Azərbaycanın xalq artisti, aktyor Fəxrəddin Manafovun Milli.Az xəbər portalına müsahibəsi. Xəbər verdiyimiz kimi, Rusiyanın tanınmış rejissoru Yuri Morozun 8 seriyalı "Sonuncu romalılar" filmi çəkilməli idi -Ermənistan... | ANL |
DƏRDİN DAĞLARA... İndiki kitab bolluğunda oxucunu təəccübləndirmək o qədər də asan deyil. Ən azından ona görə ki, bu gün istənilən qədər məmləkətimizdə şair var və onların da nə qədər desən kitabları işıq üzü görüb. Kitab çap eləmək olar, kitab çıxarmaq olar, hətta onların sayını nə qədər istəsən artırmaq da mümkündür,... | ANL |
İGİDLİK DƏRSİ... ŞƏHİDLİK ZİRVƏSİ... Azərbaycanın Milli Qəhrəmanları Çingiz Mustafayev, Mübariz İbrahimov... və bütün Vətən şəhidlərinin xatirəsinə... "Vətəni sevmək imandandır." Həzrəti Məhəmməd Peyğəmbər. Mən ÇİNGİZ MUSTAFAYEVİ, MÜBARİZ İBRAHİMOVU bir dəfə də olsun görməmişəm. Və heç vaxt da görməyəcəyəm. Və ömrümün ... | ANL |
DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ. (Mübariz İbrahimovun ruhuna). Bütün canımı, qanımı, ruhumu qoymuşam bu əsərə. Amma istədiklərimin 10 faizini yazmağa qüdrətim çatıb. Bunun həm obyektiv, həm də subyektiv səbəbi var. Azərbaycanın görkəmli alimi, professor Tofiq Hacıyev bu romanı oxuyandan sonra qəzetlərdə çıxış eləmişdi və bu ro... | ANL |
TƏXƏLLÜSÜ ADINI UNUTDURAN ADAM... Ədəbiyyatşünasların, tarixçilərin əksəriyyəti 19-cu əsri dünya sivilizasiyasında maarifçilik dövrünün ən yüksək mərhələsi hesab edirlər. Əslində burada inkaredilməz bir gerçəklik vardır. Çünki məhz bu dönəmdə elmin və ədəbiyyatın, incəsənətin şedevrləri üzə çıxdı, yaradıcı təfəkkürün, ... | ANL |
ÇAR QATİLLƏRİNİN İTTİFAQI. ...Beləliklə, məhkəmədən sonra Lev Tixomirov azad edilir və Sofya Lvovna da əlbəttə ki, özünü bu saxta kəbindən doğan "evlilik" şərtlərindən tam azad hesab edir. Amma olanlar olmuşdu, yəni Tixomirov Sofya Perovskayaya vurulmuşdu, özü də əməlli-başlı! Üstəlik onun vaxtı-zamanı gözləmək niyyəti... | ANL |
"Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə müharibə şəraitində olan ölkələrdə bu daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətlə... | ANL |
Söz dənizi kül eləyər, Anadan köz doğularsa! Söz məqamın sahibidir, Çox deyil, az doğularsa. Söz möcüzəsi! Olar Tanrı qiyafəsi, Söz əgər düz doğularsa! Xoşuma gəlmədi. Bu dünyanın gözlərini, Ovun, xoşuma gəlmədi. Bu sınmış qəlbə qəsd nədi? Doğulan gündən xəstədi, Uşaq oyuncaq istədi, Cibim xoşuma gəlmədi. Köçdüm özümdə... | ANL |
Müasir həyatımız novellalar dili ilə. Toplumun, xalqın inkişafını, ayaqda qalmasını insan münasibətlərindən ayrı təsəvvür etmək mümkün deyil. Toplum inkişaf etdikcə bu münasibətlər artmaqla birlikdə, eyni zamanda son dərəcə mürəkkəb bir hal almağa başlayır. Hal-hazırda bu insani münasibətlərin sosial-mədəni həyatın büt... | ANL |
YAXŞI GÜNLƏR QABAQDADIR. Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlar... | ANL |
Lent.az-ın "Persona" rubrikasının qonağı xalq artisti Yalçın Rzazadədir. Yalçın Rzazadə bizimlə söhbətdə həyatından, problemlərindən, arzu və istəklərindən danışdı... - Özünüzü necə hiss edirsiniz? - Məndə qan təzyiqi bir az yüksəkdir, hərdən problem yaradır. İndi özümü yaxşı hiss edirəm. - Müalicə barədə düşünürsünüzm... | ANL |
MƏNİCƏ AŞİQİNƏ MUNİSLİKLƏ. Hicrindən gündüzüm. qan ağlar... XII yüzil Azərbaycan ədəbiyyatı tarixində, intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri də Mənicə xatın Məhsəti Gəncəvidir (1098-1188). Mənbələrin yazdığına görə, şairənin poetik yaradıcılığı o dərəcədə yüksək qiymətləndir... | ANL |
Bu fikri bizimlə söhbətində Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev xüsusi ilə vurğuladı. Sizcə, bunun səbəbi nə ilə bağlıdır? - Öncə onu qeyd edim ki, ölkə prezidenti cənab İlham Əliyev idmanın bütün növlərinin inkişafına böyük diqqət göstərir. Diqqət və qayğı əvvəllər Ulu Öndərimiz Heyd... | ANL |
Silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İlham Əliyev: "Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir". Dünən Azərbaycan sərhədçilərinin peşə bayramı ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olmuşdur. Azərbaycan Prezidenti, Sila... | ANL |
Firidun Rüstəmli Ermənistanın Vedi rayonunun Avşar kəndində anadan olmuşdur.Körpəlikdən el mahnıları ilə böyümüşdür. Firidungilin ailəsi 1951-ci ildə Azərbaycanın Ağcabədi rayonuna köçürülmüşdür. 1959-cu ildə orta məktəbi bitirdikdən sonra ADU-nin filologiya fakültəsində təhsil almış və oradan məzun olmuşdur. Həmin ild... | ANL |
Musiqinin Qəbələdəki qələbəsi. Və ya qədim diyar, yeni ənənə haqqında sonata. Qəbələdə ikinci Beynəlxalq Musiqi Festivalı başa çatsa da bayramın səs-sorağı hələ də eşidilməkdədi. Bütün nüfuzlu festivallar belə olur. İştirakçılar, qonaqlar dağılışıb ölkələrinə, evlərinə qayıdırlar. Müzakirələr, mübahisələr, dəyərləndirm... | ANL |
Açılmayan çətir. Neçə gündən bəri davam edən yuxusuzluq məni o qədər əldən salmışdı ki, guppultu ilə döşəmənin üstünə yıxılan atamın səsi, bacımın qara-qışqırığı belə məni ayılda bilmirdi. Anamın ayaq səsləri eşidildi. Bir azca yuxu çimiri deyəsən bu gecə də mənə qismət olmayacaqdı. Yuxudan ayılıb özümü divara, qapıya ... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ... | ANL |
QƏBİRDƏ DİNCƏLƏCƏYİNİ DÜŞÜNƏN ADAM... Onu da tanıyırdılar. Necə deyərlər, məşhurluğun yanından yel olub keçməsə də bir çoxları üçün o hətta istedadlı heykəltaraş, bacarıqlı bir rəssam idi. Əslində bu adamın yaradıcılığında maraqlı cəhətlər doğrudan da az deyildi. Amma istedadı və yaratdıqları yaşadığı şəhərdən başqa dü... | ANL |
Və Camal Zeynaloğlunun "Tanrı cəzası" kitabı. Yazıçı dostum Camal Zeynaloğlu böyük istedad və səbr sahibidi. Tanıtdıran tərcüməçi. Camal Zeynaloğlunun istedad sahibi olduğunu ilk cümlədə təsadüfən vurğulamadım. O, istedadını tərcümə sahəsində də sübut edib. Təkcə yazıçı kimi deyil, həm də peşəkar tərcüməçi kimi tanınma... | ANL |
Ramazan ayında necə qidalanmalı? Ramazan ayının yay fəslinə düşməsi, xüsusilə havaların həddindən artıq isti keçməsi müsəlmanlar üçün çətinlik yaradır. İsti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qorxudan da məhz isti və uzun gündür. Lakin şüurlu şəkildə qayd... | ANL |
Ərə gedən oğlan. Elgün yuxudan yenicə oyanmışdı. Əl-üzünü yumaq üçün hamama girdi. Sınıq-salxaq əlüzyuyanın kranını burdu. Köhnə kranın suyu da lilli olur. Kran xəstə kimi 2 dəqiqə yaxın bir müddətdə ancaq fınxırmağa başladı. Anası həmişə şikayət edərdi bu krandan. Əllərinə gələcək ilk yaxşı məbləğə hamamı abıra salaca... | ANL |
ÖLÜM SON DEYİL... və yaxud ƏBƏDİYYƏT NƏĞMƏSİ... AZƏRBAYCANIN BİR QARANLIQ YAY GECƏSİNİN SABAHI ONUN İGİD BİR ÖVLADININ GÜNƏŞ KİMİ PARLAYAN QƏHRƏMANLIĞININ ŞƏFƏQLƏRİ İLƏ AÇILDI... Böyük türk şairi Nihal Atsız "Qəhrəmanlıq" adlı şeirini aşağıdakı misralarla tamamlayır: Qəhrəmanlıq o nə yalnız bir yüksəliş deməkdir, Nə də... | ANL |
"Ürəklə söhbət"lərdə həyat həqiqətləri. Xalqımızın zəngin poetik irsində qadın şairlərimizin də böyük yeri var. Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, müasir mərhələdə Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Mahirə Abdulla və başqalarının yaradıcılıqları haqlı olaraq Azərbaycan poeziya tarixinə ... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar? Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ... | ANL |
"YAZIÇI" OLJAS SÜLEYMENOVA HƏSR OLUNUB. "Oğuz eli" qəzetinin ayrıca buraxılışı türk dünyasının ümumi yazarı Oljas Süleymenova həsr olunub. Azər Abdullanın redaktorluğu ilə nəşr olunan növbəti "Yazıçı" dərgisi həmişə olduğu kimi orijinal yazılarla ədəbiyyatsevərlərin diqqətini cəlb edib. Dərginin üz qabığında Elman Must... | ANL |
Sənətkarın səssiz ölümü. Məhəbbətin qüdrətini mən belə bilməmişdim, Ana... Bəli, məhəbbətin qüdrətini belə bilməyən Aşıq Xanış.... O məhəbbət səni yaratdı, yaşatdı, ilham verdi, yandın, eşq oduna pərvanə tək dolandın və aramızdan getdin. Şamaxıdan gələndə eşitdim ki, Aşıq Xanış dünyasını dəyişib, Allah rəhmətinə qovuşu... | ANL |
Biz niyə xəstələnirik və yaxud xəstəliklər nədən yaranır? Elnarə Əliyeva hesab edir ki, hər bir insan gün ərzində yediyi yeməklərə kənardan baxsa, o zaman belə bir formada qidanın mədə-bağırsaqları üçün nə qədər ziyanlı olduğunu görər. İnsan orqanizmində xəstəliklərin baş qaldırmasının əsas səbəbini qidalanmada görən h... | ANL |
KÜLÜ PARKA SƏPİLƏN YAZIÇI... Çox qədim dövrlərdən ta 18-ci əsrin sonlarınadək dünyada belə bir fikir mövcud idi ki, qadınlar kişilərdən heç vaxt irəlidə ola bilməzlər, qadınlar kişilərdən yaxşı düşünə, yaxşı işləyə, yaxşı idarə edə bilməzlər. Ümumiyyətlə, uzun yüzilliklər, hətta minilliklər boyu qadına ikinci dərəcəli ... | ANL |
Ərə gedən oğlan. Taleyə: "Oooo, hörmətli ulaq, bayaq sənin haqqında danışırdım Ninoya. Tamamilə haqlısan. Mən ulaq olmasaydım sənin kimi istedadı 3 il özümdən ayrı saxlamazdım. Gərək sənə çoxdan yalvaraydım. Hesabıma hər axmağa burada pul qazandırmışam". Elə bilirsən özüm gətirmişəm səni bura? Mən onları sənsiz də bili... | ANL |
Lütfdən payı olan. Onda Azərbaycan Dövlət radiosunun məşhur "Bulaq" verilişinin redaktoruydum və Zərdabın Otmanoba kəndində Kərəm Müslümov adında (Kürqıraxlı ləqəbini sonradan götürüb) bir şairin varlığından redaksiyamıza gələn dinləyici məktublarından xəbər tutmuşduq. Sonralar şeirləri ilə də tanış olduq. Yenə də dinl... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb. Onlar: sənətimizin və ədəbiyyatımızın dünəni. Dünən onlar kim idi, hardaydılar və nələr yaşayırdılar. Yeni ədəbi nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün ... | ANL |
İTKİNLƏR GÜNÜ. Nə qədər inanmaq istəməsək də həqiqət qaçılmazdır, faktdan üz çevirmək mümkün deyil. Bu mənada 17 ilin həsrəti insanın ömrünə çalınan bir baltadı. Elə bir balta ki, onun hər zərbəsi dünyanı gözündə qaraldır, həyata, yaşama olan inamını büdrədir... Mən bu yeri uşaqlıq illərimdən tanımışam. Çünki kəndimizi... | ANL |
HƏYATI ÇƏKƏN VƏ OYNAYAN ADAM... Həyatda normal insanlıq duyğularına malik hər kəs doğma saydığı, sevdiyi adamların ölümünə ürəkdən kədərlənir, üzülür. İnsanlar itirdiklərinə sevinmirlər... Amma elə şəxslər də var ki, yaxının, doğman, olmasa da, hətta şəxsi münasibətlərdə bulumasan belə onların dünyadan köç etməsindən t... | ANL |
Akif İslamzadə: "İnsanlarımızı laqeydləşdirmək, tərbiyəsizləşdirmək, problemlərə biganə qalmağı aşılamaq istəyirlər". Retro ifaçısı Akif İslamzadənin Milli.Az xəbər portalına müsahibəsi. - Akif müəllim, hər bir dövr özünəməxsus maddi, mədəni, ruhi tələbləri ilə cəmiyyətin kimliyini, səviyyəsini müəyyənləşdirir. Məsələy... | ANL |
Artıq ermənilərin Azərbaycana qarşı torpaq iddiasının rəsmi yaşı 22 ilə çatır. ən yaxşı halda isə hardasa bir barmaq kağızla özlərini, etirazlarını nümayiş etdirmək adı altında heç erməninin tükünü də tərpətməyən bəyanatlar verir. bütün bunlar isə sabun köpüyü kimi öz-özünə əriyib gedir. həmin bu öz-özünə baş verən pro... | ANL |
Respublika müsabiqəsinə yekun vuruldu. Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaç... | ANL |
Ən yaxşı bədii qiraətçilər müəyyənləşdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəsul Rzanın 100 illik yubileyi münasibətilə Göyçayda keçirilən "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib. Münsiflər heyətinin qərarı ilə I mükafata Füzuli rayonunun təmsilçisi, Mə... | ANL |
Bir vaxtlar Rəşid Behbudovun ifasında dünyanı gəzən bu ölməz əsər yenidən səfər üstündədir. Azərbaycan Akademik Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev səfərdən qayıdıb. Rejissor Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" əsərini əvvəlcə Belorusda səhnəyə qoyub, sonra isə Çində. "Belorus və Azərbaycan dövlətləri... | ANL |
Gənc Tamaşaçılar Teatrı yeni layihədə. Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan İctimai-Siyasi Universitetinin birgə layihəsi əsasında "Teatr, təhsil və mənəviyyatımız" mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri teatrın direktoru Mübariz Həmidov açaraq, Gənc Tamaşaçılar Teatrının zəngin tarixi... | ANL |
Cəfakeş alim, gözəl insan. Azərbaycanın ədəbi fikir tarixində özünəməxsus dəsti-xətii ilə seçilən yorulmaz tədqiqatçı, ədəbiyyatşünas alim, tənqidçi, publisist, naşir, ictmai xadim, filologiya elmləri doktoru, professor Teymur Əhmədov xüsusi yer tutur. Ədəbi yaradıcılığa kiçik hekayələr, oçerk, məqalə və digər müxtəlif... | ANL |
Xalqın Məmməd Araz əmanəti. "Məmməd Araz qələmi uzun illər sonra da qılınc kimi vuruşacaq". "Xalq Bank"ın ideyası ilə hazırlanan böyük şair Məmməd Arazın "Seçilmiş əsərləri"nin təqdimat mərasimi keçirildi. Qara cilddə çap eləyin kitabımı. Məndən sonra. Xalq artisti, aktyor Nürəddin Mehdixanlının ifasında Məmməd Arazın ... | ANL |
Bakıda "Gəncləşən muğam" təntənəsi. Heydər Əliyev adına Sarayda "Gəncləşən muğam-2" adlı böyük konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev adına Sarayın təşkilatçılığı ilə ikinci ildir keçirilən "Gəncləşən muğam -2" layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda ... | ANL |
Milli mətbəximiz və musiqimiz Kiyevdə. Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı və təşəbbüsü ilə Ukrayna paytaxtında fəaliyyət göstərən etnik cəmiyyətlərin folklor nümunələrinin, milli mətbəx və musiqilərinin növbəti ənənəvi nümayişi - Folklorama festivalı keçirilib. Ukrayna Azərbaycanlıları Konqresindən L... | ANL |
Jerar Depardye Qəbələdə. Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye Qəbələ rayonuna səfər edib. Qonaq rayondakı "Beltman" piano fabrikində olub, burada istehsal prosesi ilə yaxından maraqlanıb. Jerar Depardyeyə ölkədə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olduğu bi... | ANL |
Minskdə Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açıldı. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılışının 10 illiyini qeyd edən Bakı Slavyan Universiteti xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin xarici ölkələrdə tədrisi və təbli... | ANL |
Namiq Sultanov: "Klassik musiqi Azərbaycanın tanıdılmasında əvəzsiz rol oynaya bilər". Dekabrın 6-dan 10-dək Bakıda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq... | ANL |
Firəngiz Əlizadə: "Biz heç bir amerikalıya öz musiqimizi təslim edə bilmərik". Azərbaycan Bəstəkarlar ittifaqının sədri, professor, xalq artisti Firəngiz Əlizadənin Lent.az-a eksklüziv müsahibəsi. Bəstəkarlar İttifaqı yubiley ilinə hansı tədbirlə yekun vurmaq fikrindədir? - Birincisi, onu qeyd etmək istəyirəm ki, biz ç... | ANL |
Ermənilərinki bu dəfə də gətirmədi. Olmayan bir olayı necə qanuniləşdirməli? Ötən həftə erməni diasporu, erməni lobbisinin cəhdləri növbəti dəfə iflasa uğradı. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Məclisində "erməni soyqırım"ı məsələsi müzakirəyə çıxarılmadı. Amerikanın erməniəsilli seçicilərinin sayəsində konqresmen ... | ANL |
Etibarlı ömrün davam edən akkordları. Etibar Babayevin çox qiymətli sərvəti var. Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi bitirəndən sonra 1968-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində... | ANL |
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb.Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər orlarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi,... | ANL |
O, sevinməyi bacardığı kimi, kədərlənməyi də bacarır. Bugünkü Azərbaycan ədəbiyyatında tək-tək imzalar var ki, onu hər kəs sevir, tanıyır və bu imzanın sorağında olur. Təbii ki, bu da oxucunun ürəyinə yol tapmaq, onun ürəyində yaşayıb qalmaq, onun ürəyinə sahib olmaq məharətini və bir də Allahın ən gözəl məqamında düny... | ANL |
ATƏT-in bu gün başlayacaq və iki gün davam edəcək Astana sammiti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar haqda irəli sürülən versiyaların, proqnozların hamısına nöqtə qoyacaq. Şərhçilərdən fərqli olaraq vasitəçilər bu danışıqlara bir qədər nikbin baxırlar. Onların ümumi rəyinə görə, Astana sammiti prose... | ANL |
Cənnət sevdalısı. O, dünyaya gələndə anası Allahı çağırdı. İlk dəfə Allah kəlməsi eşitdi. Gözünü açanda göyə baxdı, ayaq açanda üzü yuxarı qalxdı, dil açanda AngAr...AzgAlg söylədi. O, dağlar qoynunda böyüdü. Həmişə yuxarıya, ucalığa baxdı. Uşaqkən ən uca dağların, ən uca zirvəsinə qalxdı. Ucalığa qalxanda göz gəzdirdi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.