text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Məhsuldar dialoq. Başa çatmaqda olan noyabr ayı bir sıra amillərlə yanaşı həm də Azərbaycanın paytaxtı Bakıda Xəzəryanı dövlətlərin zirvə görüşünün keçirilməsi ilə də yadda qaldı. Qeyd edək ki, sözügedən sammit sahilyanı dövlət başçılarının Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə ba...
ANL
Məşhur Leonardo Da Vinçi. Da Vinçinin anası türk kökənlidir. Onun adı çəkiləndə ilk öncə gözlər qarşısına ecazkar Mona Liza portreti gəlir. Rəssam, heykəltaraş, memar, bəstəkar, mühəndis, alim... Bəşəriyyət var olduqca var olacaq, sənəti ilə İntibah dövrünün ən xaruqüladə simalarından birinə çevrilən, həyatından bəhs e...
ANL
Xalq şairi Məmməd Arazın vəfatı münasibətilə. Daşıdın qəlbində Azərbaycanın. Əllərin həmişə xalqın əlində, Zümrüd meşələr də köynəyin oldu, Yurdun nəğməsiydi daim dilində, Çobanın çörəyi - çörəyin oldu. Elin havasiyla alırdın nəfəs, Cavanla cavandın, qocayla qoca. Dilindən acı söz duymadı heç kəs, İnsanlıq adını tutmuş...
ANL
Bir-birinə yamaq gördüm, Calaq qərinə görmədim! Çiçəyindən alağı çox, Kişisindən papağı çox, Köpəyindən yalağı çox, Bu dünyada nə görmədim! Bu dünyada nə görmədim! Bu dünyada nə görmədim! Özündən özünə yol çək. Bir üzü ağdı həmişə, Vüqarı şaxdı həmişə. Yaşar Əliyevə. Ələnməmiş, üyünməmiş. Öz mənimə qaytar məni. Ünvanım...
ANL
Azərbaycan Dövlət İqtisad Universitetinin Himni. Ey mənim İqtisad Universitetim, Sən ucal, səninlə arzuma yetim. Müəllim, tələbə qoynunda sənin. Ucaldır adını Ana Vətənin. Köksündə nur dolu çıraq yandırır, Yeni zirvələrə qanadlandırır. Qədəmin mübarək, yolun uğurdu. Elmlər içində iqtisad elmi. Həyatın döyünən qəlbi dey...
ANL
SƏBRİN SƏRHƏDİ... İndi dünya siyasətçilərinin və mətbuatının gözü Astanaya yönəlib. Hər kəs burada hansı sənədlərin qəbul ediləcəyi, nələrin arxa plana keçiriləcəyini düşünür. Bəlli olan budur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin müzakirəsi ölkəmizdə daha maraqla izlənməkdədir. Bütün bu gözləntilərə, ümidlərə rə...
ANL
Dünən Azərbaycanın böyük oğlu, təkcə bir misrası ilə milyonları ayağa qaldıran məşhur şairin - Məmməd Arazın anım günü idi. Yenə də Məmməd Araz sevənlər onu anıb Fəxri Xiyabana məzarı önünə gəldilər desək, böyük yanlışlığa yol verərik. Böyük insanların doğum günü kimi müvəqqəti yaşayış yeri olan bu dünyadan əbədiyyətə ...
ANL
EŞQ SULTANINA ABİDƏ. XXI yüz il dünya şərqşünaslığının tarixində böyük ədəbi-elmi hadisə baş vermişdir. Dünya şöhrətli şərqşünas alim, Azərbaycan xalqının fəxri, müqayisəli əruzşünaslıq elminin və Azərbaycan Milli Əruzşünaslıq Məktəbinin banisi professor Əkrəm Cəfərin Şərqin dahi söz ustadı Məhəmməd Füzulinin həyat və ...
ANL
"Dondurulmuş" münaqişələrin donu açılmadı. Xeyli müddət diqqətdə müzakirələrə səbəb olan ATƏT-in Astana sammiti artıq başa çatdı. Daha çox gərgin bölgələrin nəzərlərinin dikildiyi toplantı yenə də yol çəkən gözlərin yığılması ilə sonuclanmadı. Qeyd edək ki, dekabrın 1-də Astananın Müstəqillik Sarayında keçirilən ATƏT-i...
ANL
Heç əvvəldən də Astanaya ümidlər yox idi. Dünən Astanada ATƏT-in növbəti sammiti öz işinə başlayıb. On bir illik fasilədən sonra baş tutan və iki gün davam edən sammitdə əvvəlcədən proqnozlaşdırıldığı kimi qeyri-adi heç nə baş vermədi. Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sammitə yola düşməzdən öncə ...
ANL
Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülh danışıqlarında bölgənin gələcək statusu əsas müzakirə mövzusudur. Azərbaycan hakimiyyəti dünyada mövcud olan modelləri əsas götürərək Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirir. Bəs bu bölgənin əvvəlki statusu necə idi? 1923-cü il iyulun...
ANL
Astana ekspertlərin fərqli yanaşmasında. ATƏT-in Astana sammitində müzakirə olunacaq bir sıra həlli vacib poblemlər hələ tədbirdən bir xeyli müddət əvvəl gündəmdə olduğu kimi, yekunlaşan danışıqlardan sonra da müxtəlif aspektlərdən şərh olunacaq. Artıq bəzi siyasi şərhçilər də öncəsi sammitöncəsi verdikləri proqnozlara...
ANL
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: Absurd Teatrı mövsümü" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov deyib ki, filosof alim Ramiz Mehdi...
ANL
İŞIĞIN ÜSTÜNƏ GEDƏN ADAM... Özünün dediyinə görə, o artıq işığı arxada qoyub... Hər dəfə kiminsə haqqında, daha doğrusu, kiminsə kitabı barəsində düşüncələrimi, fikirlərimi kağıza köçürmək istəyim məni dəftər-qələmə tərəf çəkib aparanda bir anlıq götür-qoy edirəm. Fikirləşirəm ki, görən mənim yazdıqlarım, mənim o kitab...
ANL
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərz...
ANL
İlk şeirini otuz dörd il əvvəl, Cəbrayıl rayonunun "Kolxozçu" qəzetində çap etdirib. Onun publisistik yazılarını "Respublika" qəzetindən izləyə bilərsiniz. Həmin qəzetin əməkdaşıdır. Hər il bu və ya digər qəzetdə, jurnalda şeirlərini də çap etdirir. Həmişə yox. Şeirə, poeziyaya məsuliyyət hissilə yanaşır. Özü demişkən,...
ANL
ÖMRÜN SAHİLİNDƏ. Ömrün sahilində Günəş bir başqadır. Bir başqadır gözlərimdəki sənin ömrümdəki əksi. Ömrün sahilində qumlara uzanmış keçmişim. Gələcəyin gəlməyəcəyi uzaqlıqdasan. Ömrün sahilində mənim üçün dayanmış. taxtaları çürüməkdə olan qayıq. Mən sənsizlikdən sərxoşkən. mənə yol göstərər. önümdəki dəniz fənəri-adı...
ANL
Hər şey adiləşir hamıda bir gün. Rəngini, tamını dəyişir qar da, Günaha, qarğışa bürünüb düşür. O qədər kiçilir bu dünya bəzən, Sığışır qələmin ucuna elə. Nəfəs də ömürdə zaman boydadır, Zaman da tükənir nəfəs sonunda. Hər şey adiləşir hamıda bir gün, Hamıya bənzəyir hər kəs sonunda. Mənə qaldı tıqqıltısı. Budur ömrün ...
ANL
İQLİM DƏYİŞIİLMƏLƏRİNIN EKOLOJİ TƏSİRİ. Elmi-texniki tərəqqinin sürətlə inkişafı yeni-yeni mərhələlərə qədəm qoymuşdur. Kimya sənayesinin inkişaf etməsindən irəli gələn soyutma sistemlərinin istehsalı ilbəil genişlənir. Soyuducu sistemlərində geniş təlabata ehtiyac duyulan soyuducu qazların istifadəsi həyacan doğurmaya...
ANL
25-26 noyabr günləri arasında gözəl paytaxtımız Bakıda "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı ənənəvi simpozium keçirildi. Simpoziumun bu ilki mövzusu Türk Dastan Gələnəyi idi. "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı simpozium 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunu...
ANL
Elin şah qürurlu Şahlar oğlu. Maşallah olsun, saymaqla qurtarası deyil. Eləcə də torpaqlarımızın müdafiəsində şəhidlik zirvəsinə yüksələn oğullarımızın sayəsində özümüzdə qalan torpaqların qoynunda yetişən mərd-mərdanə yeniyetmələrimiz. Müharibənin ağırlığı hər bir azərbaycanlı ailəsinə dəhşətli izlər buraxmış və ağır ...
ANL
Murad Rzayev bu gün də yaradıcılıq eşqiylə yaşayır. Murad Rzayev-yəqin ki, bu ad musiqisevərlərə çox şey deyir. Təqdimata o qədər ehtiyacı olmasa da, təkcə "Qarabağ Bülbülləri"nin adını çəkmək yetər ki, onun kim olduğunu anlayasan. "Ədalət" qəzeti olaraq bu gün 63 yaşı tamam olan tanınmış musiqiçi və pedaqoqun həyatınd...
ANL
Qədim Gəncənin yerləşdiyi ərazilərdə arxeoloji qazıntılara başlanıldı. Gəncənin antik və erkən orta əsrlər dövrünün öyrənilməsi istiqamətində, qədim Gəncə şəhərinin yerləşdiyi, Samux rayon ərazisində olan "Şəhər burnu" adlanan ərazilərdə arxeoloji qazıntılara başlanılıb. Artıq Gəncə şəhərinin antik və erkən orta əsrlər...
ANL
ÖLÜMDƏN DƏ QORXMAYAN LİDER... Tanrı yer üzünə sonuncu peyğəmbəri məhz onların arasından seçib göndərmişdi. Onlar həm də dünya tarixinə çox böyük elm, sənət dahiləri, məğlubedilməz sərkərdələr, fatehlər bəxş etmişdi. Elə insanlar bəxş etmişdi ki, onlar özləri tarix yaratmış, bəşəriyyətin inkişafı üçün əvəzsiz xidmətlər ...
ANL
QARABAĞ İLİ. Artıq sayılı günlər qalıb. Necə deyərlər, bizim ciddi cəhdlərimizə baxmayaraq, zaman öz bildiyini etməkdədir. Nə günləri saxlamaq mümkündür, nə də ötənləri geri qaytarmaq. Hətta uzaqdan o mənzil görünür də. Bax belə bir məqamda, yəni ilin son ayının birinci ongünlüyündə "XXI yüz ildə Türk Dünyası" adlı bey...
ANL
Ötən əsrin əvvəllərində Azərbaycanın istiqlalına qovuşması ilə bir sıra dövlət əhəmiyyətli qurumlar fəaliyyətə başladı. Dünən 92-ci ilini qeyd etdiyimiz Azərbaycan Parlamenti həmin görülən işlərdən biri və bəlkə də ən əhəmiyyətlisi idi. Çünki müstəqil bir dövlətin bərqərar olmasında onun qanunverici orqanının fəaliyyət...
ANL
SƏNAYE MÜƏSSİSƏLƏRİNİN ATMOSFERƏ TƏSİRİ. Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olmuşdur. Əsas təhlükə atmosferdə və digər texnogen qazların artmasıdır. Karbon qazının atmosferdə normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər. Bu Yerlə Kosmos arasında...
ANL
Dənizə beş sahilyanı ölkənin qayğı göstərməsi zəruridir. Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın ətraf mühiti həddin...
ANL
QALİB OLAN MƏĞLUB... Düşünürəm ki, Yer üzərinə fitri istedada malik insanlar gəlməsəydi, həyat çox yeknəsək, rəngsiz olardı. Zövqlər inkişaf etməzdi, gözəlliklər müəyyən mənada üzə çıxmazdı. Bəlkə insan oğlu bu günkü təfəkkürə də sahiblənməzdi... Bəs görəsən, Tanrının xüsusi qabiliyyətlə mükafatlandırdığı bu insanların...
ANL
ŞƏRƏFLİ ÖMÜR YOLU. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Orada təhsilini uğurla-yüksək qiymətlərlə başa çatdırıb. 1960-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işçi vəzifəsində işləməyə başlayıb. Həmin institutd...
ANL
2001-ci ildə Bonnda şirin su ilə bağlı problemlər üzrə keçirilən Beynəlxalq konfransda 118 dövlətin, 47 Beynəlxalq təşkilatın və 73 müxtəlif ictimai təşkilatın nümayəndələri görüşmüşlər. Azərbaycanın da nümayəndə heyətinin iştirak etdiyi bu konfransda su ilə təminat və su axımı probleminin həlli üçün konkret yollar tap...
ANL
İqlim dəyişikliyinin hüquqi və etik aspektləri. Artıq bir neçə ildir prezidentin müvafiq sərəncamı ilə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan dünyada öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elm...
ANL
Mənim qismətimə bir diyar düşüb, Dünya nemətindən şirin bar düşüb. O elə diyardır axar-baxarlı, Dağları vüqarlı, bağçası barlı. Hər qarış torpağı qızıldı, zərdi, Göyləri dalğalı mavi Xəzərdi. Qoynunda buruqlar məskən salıbdı, Ömrünün üzünü sevinc alıbdı. Füsünkar guşədi onun hər yanı. Min nemət yetirən barlı bağı var, ...
ANL
Ramiz Mehdiyevdən daha bir kitab. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdimat mərasimində çıxışı zamanı bildirib ki, "İnkişafın Azərbaycan modeli" ...
ANL
Dünyanı böyük maraqlar idarə edir. Azərbaycan ərazisini həm təcavüzdən, həm də erməni köçündən xilas etməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri artıq 16 ildir ki, Dağlıq Qarabağ probleminin aradan qaldırılmaq üçün ciddi fəaliyyət göstərmir. Tez-tez dəyişən həmsədrlərin də bu məsələdə ciddi təsiri olmayıb. Amma uzanan i...
ANL
Yeni il və onun təzadlı tarixi. Ayrı-ayrı xalqların bayram adətləri və bu adətlərdəki türk izləri. Artıq dekabr ayının 10-cu günü olmasına və yeni il ərəfəsini yaşamağımıza baxmayaraq, etiraf edək ki, heç bir bayram əhval-ruhiyyəsindən söhbət gedə bilməz. Düzdür, bu bayram bizim üçün milli hesab edilməsə də, ölkəmizdə ...
ANL
Sənət sirlərlə, möcüzələrlə doludur. Sənətkar ömrünü bitirir, amma onun yaratdığı sənət yaşayır. Dahi Üzeyir Hacıbəyovun, Azərbaycan musiqi sənətində izləri qalan, heç bir vaxt unudulmayan Cabbar Qaryağdı oğlu, Bülbül, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski, İslam Abdullayev, Zülfü Adıgözəlov, Yavər Kələntə...
ANL
Suveren respublikamızı inamla və sürətlə zəngin və işıqlı gələcəyə aparan, uğurlu siyasi və iqtisadi islahatları, xalqa verdiyi bütün vədləri əməli işi ilə tam doğruldaraq vətənpərvərliyi, milli təəssübkeşliyi, səmimiliyi, eyni zamanda müdrik dövlət başçısına xas keyfiyyətləri ilə xalqın inam və sevgisini qazanmış Azər...
ANL
İdman və çəkiyə nəzarət həmçinin enerji balansının sadə qanunu ilə də əlaqələnir: Çəki dəyişimi = qəbul olunan kalori - atılan kalori. Əgər siz hər gün qəbul etdiyiniz qədər də kalori israf edə bilirsinizsə, piy hüceyrələrində toplanmağa heç nə qalmır və bədən çəkisi eyni qalır. Atdığınız kaloridən çox yemək isə piy to...
ANL
Gələcəyin 5 ən yaxşı qida məhsulları. Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə, qoz-fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi (FDA-Food and Drug Administ...
ANL
Milli Qəhrəman Mübariz İbrahimovun anasına ithaf edirəm. Kədərin sonsuzdur, qəmin min bölük, Qəlbində dağ qədər çox ağır bir yük. Doyunca görmədin, sinəndə kədər, Səslədin sən onu, bəlkə də gələr. Bütün xalq şərikdir sənin qəminə, Ana, ağlama. Vətənə məhəbbət verdi cürəti, Şəhidlik zirvəsi oldu qisməti. Elin oğulları s...
ANL
Ə.Əsgərov: "Cəmiyyətə hərtərəfli inkişaf etmiş insanlar lazımdır". Hələ neçə il əvvəl, ilk tanışlığımızda necə vardısa, eləcə də qalıb. Münasibətlərimiz isə xeyli istiləşib, dərinləşib. Çünki bir-birimizi daha yaxşı öyrənə bilmişik. İllərin arxasında qalan çətinliklər, dönəmlər, hadisələr baxışlarımızda fərqli nüanslar...
ANL
Nağılla gerçəklik üz-üzə qalanda. Birnəfəsə oxuyub qurtardığım kitabı masanın bir kənarına qoydum. Bir anlıq yerimdən durmaq, hərəkət etmək istəyimi gerçəkləşdirə bilmədim. Sanki kimsə çiyinlərimdən sallaşıb məni yazı masasının arxasındakı oturacağa yapışdırmışdı. Nəhayət ki, yerimdən qalxdım və nəşriyyatın 6-cı mərtəb...
ANL
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərz...
ANL
Mükəmməl varlıq olmağa bir addım. Sağlam yaşamağın sadə formulu. Fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, bütöv bir dünyanın yaşamaq anlamına necə rahat sığışdığını görərik. Bununla hər şey bitdimi? Dünyəvi kitabları vərəqləyirik. Mütəfəkkirlərin zaman-zaman cavab axtardığı sual: necə yaşamaq? Hər beyin adamının axtarışlar n...
ANL
Bir ürəksiz addım atdım atıma doğru. Gərdişinə, vərdişinə matam, ay Allah. Adamı Allah saxlayır, Məni də Allah saxlayır. Tövbəyə növbələrim var. Şeyrimə ağ şam gətirir. Dərib ağacdan gətirir, Sabahı axşam gətirir, Axşamı sabah saxlayır. Allaha pənah saxlayır. Ədalətim şah əlində. Danışır Akif dilində. Çəkilmiş min al s...
ANL
Şər və böhtan yolu tutanlar. 1994-2000-ci illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi vəzifəsində işləmiş Turqut Ərin Türkiyədə "Azadlıqdan tiranlığa" adlı cızmaqarası kitab şəklində çap olunan kimi düşmən dəyirmanına su tökən "Azadlıq" qəzeti də həmin "kitab"dan müəyyən parçaları dərc edib. Məqsədi T...
ANL
Reket jurnalistlərin əlindən çoxları boğaza yığılıb. Azərbaycan mətbuatının çox şərəfli və tarixi bir keçmişi var. Yəni milli mətbuatımız bugünkü günə elə də asanlıqla gəlib çıxmayıb. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız "Əkinçi" qəzeti ilə oxucularının görüşünə gələndə ilk növbədə məramı bu olu...
ANL
Aktyorlarımıza Ankara səhnəsində baxdılar. Lənkəran Dövlət Dram Teatrı Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib. Son illər tez-tez xarici ölkələrə dəvət alan Lənkəran Dövlət Dram Teatrının kollektivi bu dəfə Ankara səhnəsində görünüb. Lənkəranlı sənətçilər Türkiyənin paytaxtında keçirilən 15-ci Uluslarara...
ANL
Günlər keçəcək, Şeirlərin gəzəcək. dodaq-dodaq sənsiz, Məhəbbətin gəzəcək. Ürək-ürək sənsiz. Neçə ilin söhbətidir. Qələm dostum, tədqiqatçı jurnalist, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudov mənə dedi ki, qardaşı şair Zaminlə birlikdə Əliağa Kürçaylı haqqında kitab hazırlayır. Bu məqs...
ANL
MÜASİR NAĞILLAR. Nağıl şifahi xalq ədəbiyyatının-folklorun ən qədim janrlarından biridir və bu barədə söhbət açmağa elə bilirəm, ehtiyac duyulmur. Biz hamımız uşaqlıqdan nağılları sevmişik, onların qanadında dünyanı gəzib-dolanmışıq. Biz nağıllarda qara qüvvələrlə çarpışan qəhrəmanların ağlına, igidliyinə heyran qalmış...
ANL
"Əbədiyə qəh-qəh çəkən əbədi dünyadan" cismən köçüb əbədiyyətə qovuşan, gözəl şairimiz Məmməd Araz mənən bizimlədir, narahat ürəyinin döyüntülərini-əvəzsiz misralarını əmanət qoyub getmişdir. Hələ sağlığında onun şeirlərini oxuyanda həmişə nakam şairimiz Mikayıl Müşfiqin yaradıcılığını xatırlayırdım. Hər iki şairin şei...
ANL
Son dövrlər Azərbaycan və Türkiyə mətbuatında Turqut Ər adlı bir "yazar"ın, "siyasətçi"nin yazdıqları müzakirə olunur. Onun yazdıqlarının köklü səbəbləri var. Turqut Ərin yazdıqları niyə bu gün çap olunur, niyə bu gün təbliğ olunur? Yazılanları Turqut Ər yazıb, amma kimlər yazdırıb? Yazılanlar kimlərin maraqlarına uyğu...
ANL
Xalq şairi Məmməd Arazı anarkən. Onun özü də, başlığa çıxardığım bu misra, bu sözlər də yaddaşıma köçüb, yaddaşımda qalıb. Yəqin ki, məni döyən, döyəcləyən sərt küləklər də bu yanıqlı misranı yaddaşımdan heç vaxt silə bilməyəcək. Ömrü boyu şairin içində çırpınan ahlar, haraylar və misraların dedikləri zaman-zaman könlü...
ANL
"BİR GÖZƏL GÖRMÜŞDÜM KÜR QIRAĞINDA". Oynadığın tamaşalardan yazanda sənin də haqqında bir-iki cümlə işlətmişəm. İstəyirəm bir ötən günlərə baş vuraq. Hiss elədim ki, kədərləndi. Dilə gətirilən kimi hamının gözü yol çəkir. Onunsa qüssələnməyə hamıdan çox haqqı var. Çünki bu ötən günlərdə itirdiklərinin qazandıqlarından ...
ANL
Ceyhun Musaoğlunun təqdimatında. Afaq Məsuddan Markesi utandıra bilən düşüncə. Qabriel Qarsia Markesin "Vəsiyyət"indən oxuyuruq ki, yenidən yaşamaq istəyir. Səhvsiz həyat arzulayır. Heyrətlənməmək olmur. Yəni dahi yazıçı yenidən doğulmaq, 80 il yaşamaq naminə yazdıqlarının üstündən xətt çəkməyə hazırdı?!. Təəssüf, yazı...
ANL
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərz...
ANL
Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları - böyük Səməd Vurğun, ədəbiyyatşünas alimlər Məmməd Arif, Abbas Zamanov, Əkbər Ağayev, Yaşar Qarayev vaxtilə Ə.Kürçaylı yaradıcılığına yüksək qiymət vermiş, onun ədəbi fəaliyyətini səciyyələndirən dəyərli, maraqlı fikirlər söyləmişlər. Kitabın müəllifləri bu ...
ANL
Boylu-buxunlu, qədd-qamətli, sanki kəndin çölündən-çəmənindən, gülündən-yarpızından, bağından-bostanından, bulağından-kəhrizindən ayrı düşmüş və bu ayrılığa dözməyən bir kəndli balası, bir cavan oğlan. Amma çox keçmədi ki, o da bu ayrılığa dözdü, adət etmədiyimiz, əvvəlcə sevmədiyimiz, sonra isə öyrəşdiyimiz, alışdığım...
ANL
ANAYUVAMIZ, ATAGÖYÜMÜZ. Həlak olan təbii gözəlliklərimizin xatirəsinə. Nə deməkdi qırmaq meşələrimizi?! Qırmaq deməkdi qış vaxtı. Pəncərələrimizin şüşəsini, İlk addımını gec atması demək. körpələrimizin, daha çox qəm, kədər, hüzn, daha çox yekəqarınlıq, harınlıq demək. Nə qədər axsaqlığımız var. hamısı çayların, çəmənl...
ANL
Həsən Zeynalov: "Azərbaycan üçün həmişə darıxıram". 1970-1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində texnik, mühəndis, böyük mühəndis, Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifələrində işləyib. 1992-ci ildə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 1992-ci ildə Naxçıvan M...
ANL
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsil üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tər...
ANL
Qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar aşkarlandı. Oğuz rayonunun Kərimli kəndində e.ə. II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arx...
ANL
2010-cu ili də Dağlıq Qarabağ daxil olmaqla işğal altında qalan torpaqlarımızı azad etmədən başa vurduq. İlin sonlarında ATƏT-in Qazağıstanın paytaxtı Astanada keçirilən sammitinə problemin həllində bəslənilən böyük ümidlər də özünü doğrultmadı. ATƏT-in nəticəsiz başa çatan Astana sammitindən sonra beynəlxalq təşkilatl...
ANL
ƏBÜLFƏT MƏDƏTOĞLUNUN ŞEİR DÜNYASI. Onun imzasına tez-tez rast gəlirəm. Şeirləri haqqında yazılan resenziyaları da oxuyuram. Bu resenziyalarda Əbülfət Mədətoğlunun özünəməxsus şair olduğundan, bir kimsəyə bənzəmədiyindən söz açılır. Mən də bu fikirlərlə şərikəm. Özünəməxsusluq şairin başlıca məziyyətidir, onu tanıdan da...
ANL
ÜÇ ÖLKƏNİN İDDİA ETDİYİ YAZIÇI... BİR TƏYYARƏÇİNİN YÜKSƏKLİYƏ GEDƏN YOLU. Müdrik insanlardan eşitdiyimə görə, Tanrı həyat verdiyi hər bir insana özünəməxsus bacarıq, istedad, qabiliyyət bəxş edir. Sadəcə olaraq həmin istedadın parlaması üçün iki şey lazımdı: birincisi şərait, ikincisi çalışmaq. Əslində ikinci şərti elə...
ANL
Cəlal müəllimlə fəxr etməyə dəyər. (Mərhum professor Cəlal Abdullayevin anadan olmasının 80 illiyinə həsr olunur). Dünya əbədi, insan isə müvəqqətidir. O, həyatda alın yazısı qədər qonaqdır. Tale, bəxt, ömür Tanrı qismətidir, ölümdən sonra ikinci ömür qazanmaq, yaşamaq isə insanın özündən asılıdır. Ruh Tanrının, bədən ...
ANL
Kartepedə Heydər Əliyev parkı. Dünən Kocaeli vilayətinin Kartepe Bələdiyyəsinin, Mərhum Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin xatirəsinə Beşevler Məhəlləsində inşa etdirdiyi Heydər Əliyev adına Uşaq Parkının açılışı oldu. Türkiyə ilə Azərbaycan arasındakı davam edən dostluğun sloqanlaşan "Bir millət iki dövlə...
ANL
YUXUSUZ GECƏLƏR... Hər şey məktəbdən başlanır. Məktəbdə təlim-tərbiyə, tədrisin keyfiyyəti yüksək olanda, onda həmin yerdə savadlı, bacarıqlı və bilikli gənclər də yetişdirmək mümkündür. Ancaq bunun üçün gərək müəllimlər öz üzərinə düşən məsuliyyəti dərindən dərk eləsin. Bu mənada İmişli rayonunda da təhsilin inkişafın...
ANL
"Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq". İlham ƏLİYEV, Azərbayc...
ANL
Torpaq yerin bitki bitən qatıdır. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır. Buğda, qarğıdalı, meyvə - tərəvəz torpağın məhsuludur. Biz torpaqda bitən pambıqdan paltar toxuyur, şəkər çuğundurundan isə qənd hazırlayırıq. Süd və ət də torpaqda otlayan heyvanlardan alınır. Torpaq olmasa, insanlar yeməyə heç...
ANL
Xalqın Məmməd Araz əmanəti. "Məmməd Araz qələmi uzun illər sonra da qılınc kimi vuruşacaq". "Xalq Bank"ın ideyası ilə hazırlanan böyük şair Məmməd Arazın "Seçilmiş əsərləri"nin təqdimat mərasimi keçirildi. Qara cilddə çap eləyin kitabımı. Məndən sonra. Xalq artisti, aktyor Nürəddin Mehdixanlının ifasında Məmməd Arazın ...
ANL
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz üçün 2010-cu il bir sıra mühüm hadisələrlə yadda qaldı. Ölkə Prezidenti tərəfindən cari ilin 18 may tarixində təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunan və iyunun 8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil Azərbaycanın ilk Hərbi do...
ANL
Ekoloji tarazlıq necə qorunur. Canlı təbiət mövcud olduğu gündən daim cansız təbiətin, müxtəlif proseslərin, anomal hadisələrin təsir dairəsində olub və indiki zamanda da bu öz axarı ilə davam etməkdədir. Müasir dünyamızda canlı təbiətin - bizi əhatə edən, bizi daimi enerji mənbəyi ilə təmin edən meşələrin, müxtəlif nö...
ANL
O, ucaboylu, cüssəli, alnı, yanaqları və hətta çənəsinin dərisi belə, qırış-qırış olmuş, çalmasının altından düm ağ birçəkləri pırtlayıb çıxan, zəhmli, hikkəli, qorxunc qadının adını kimsə "xala"sız çəkməzdi. Elə indi də o qənaətdəyəm ki, həm bizim ailəmizdə və həm də bütün kənddə hamının ehtiramında və hər kəsin zərbü...
ANL
Millətimin qeyrət rəmzi. Qəhrəmanlar qəhrəmanı, Pəhləvanlar pəhləvanı. Ən cəngavər, mərd qəhrəman. İmam Hüseyn verdi qeyrət, Həzrəti Abbas verdi cürət, Ən dəhşətli mərd şəhadət, Ər oğlu ər, Mübarizdi. Hay saldılar hayastana, Huy saldılar huyustana, Vay saldılar vayıstana, Dedilər ki, zəlzələdi. Aləm uçub vəlvələdi. Gah...
ANL
GÜNEŞİ İÇENLERİN TÜRKÜSÜ.
ANL
İkiqat dünya çempionunun səmimi etirafları. Bu müsahibəni çoxdandır planlaşdırırdım. Amma nədənsə hər dəfə bir problem çıxırdı. Doğrusu, söhbət əsnasında çox mətləblərə aydınlıq gətirildiyindən nəyisə fərqləndirmək də istəmirəm. Bircə onu deyə bilərəm ki, redaksiyamızın qonağı Azərbaycan Pankration Federasiyasının prez...
ANL
ÜZEYİR OLAN YERDƏ BİZ DARIXMAZDIQ. YADA DÜŞƏR XATİRƏLƏR. Əslində Üzeyir Həmişəyev haqqında xatirə yazmaq mənim üçün çox çətindir. Çətindir ona görə ki, onun haqqında xatirə yazmaq onun yoxluğu ilə barışmaq deməkdir. Mən bu deyimlə barışa bilmirəm. Lakin bununla belə onun haqqında xatirə yazılmasına da zəruri ehtiyac va...
ANL
Ərkivan həqiqətləri. Masallı rayonunun axar-baxarlı, füsunkar yerlərindən biri də Ərkivan qəsəbəsidir. 21 iyun 2007-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ziyalılar, alimlər olan bu kənd qəsəbə statusunu almışdır. 1952-1972-ci illərdə Masallı Rayon Torpaq şöbəsinin, rayon...
ANL
Doğrayır qolumu gürzə, Əllərimi qan aparır! Bir taleyi neçə döngə, Sularda saman aparır! Ulduzları görəmmədik, İşığına bələnmədik, Sevildik, ya sevəmmədik, Qiymətini biləmmədik, Səadətdən biz ayrılaq! Dolu döymüş ağac kimi, Qurumuş qarağac kimi, Təndirindən qaxac kimi, Həm doymuş, həm də ac kimi, Məhəbbətdən biz ayrıla...
ANL
Bakıda "Gəncləşən muğam" təntənəsi. Heydər Əliyev adına Sarayda "Gəncləşən muğam-2" adlı böyük konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev adına Sarayın təşkilatçılığı ilə ikinci ildir keçirilən "Gəncləşən muğam -2" layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimov olub. Konsert sarayda ...
ANL
İlhamə Quliyeva: "Mən şou-proqramları özümə qəti qadağan etmişəm". Xalq artisti İlhamə Quliyevanın Lent.az-a müsahibəsi. Mənim mətbuata hörmətim var. Amma məni vura bilmirlər, çünki mən həmişə göydəyəm! Yəni öz lazımi yerimdəyəm. Ona görə də mənə həmişə çox hörmət edirlər. Ancaq xırda bir şeyə görə mətbuatla danışmaq n...
ANL
KOSMİK UÇUŞLARIN EKOLOJİ FƏSADLARI. Bəşəriyyət yarandığı gündən ətraf mühiti çirklənməyə məruz qoymuşdur. Qədim zamanlardan bu günəcən davam edən flora və faunanın tədricən deqradasiyaya uğraması prosesi insanların təbiətə laqeyd münasibətlərindən irəli gəlmişdir. Alman alimi, bioloq Ernest Hekkel 1886-cı ildə müasir e...
ANL
Artıq ermənilərin Azərbaycana qarşı torpaq iddiasının rəsmi yaşı 22 ilə çatır. ən yaxşı halda isə hardasa bir barmaq kağızla özlərini, etirazlarını nümayiş etdirmək adı altında heç erməninin tükünü də tərpətməyən bəyanatlar verir. bütün bunlar isə sabun köpüyü kimi öz-özünə əriyib gedir. həmin bu öz-özünə baş verən pro...
ANL
"Dağlıq Qarabağın azərbaycanlı icması" bəyanat yaydı. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı bəyanat yayıb....
ANL
Hazırda Azərbaycan ərazisində bir neçə Bayat kəndi var. Onlardan biri də Ağcabədi bölgəsində qərar tutur. Rus üsul-idarəsi dönəmində Şuşa qəzasına, xanlıq çağında Kəbirli mahalına bağlı idi. Bəylərbəylik zamanında isə özü nahiyə mərkəzi olmuşdu. Bayat kəndi Bayat elinin bir oymağının yerləşməsindən yaranıb. Əvvəlcə el ...
ANL
Əbülqazi xan Xivəli isə "Bayat"ın mənasını "dövlətli" kimi izah etmişdir. Əjdər Fərzəli Boyat adının mənasını açarkən yazır: "Boyatla bağlı köhnəlmək mənasında boyat, boyatımaq isə boqu - Tanrıya qalmaq məzmunundadır. Necə ki, andıra qalmaq da elə tanrıya qalmaqdır. Və "tanrı"dakı səslərin yerdəyişməsindən yaranmış "an...
ANL
Ağ kağızlara qara şeir yazan şair. "Şeir qiyamətin özüdür. Şeir dərd böyüdənlərin qiyamətidir. Şeir mənim qiyamətimdir". Onu ədəbi aləmdə tanımayan yoxdur. Şeirləri ilə mətbuat səhifələrindən, ədəbi orqanlardan tanışam. Tale elə gətirdi ki, Qubada bir toy məclisində görüşdük. Yaxın, əziz dostumuz alim Çərkəz Aydınoğlun...
ANL
XAQANİDƏN ÜZÜ BƏRİ... Professor Xalid Əlimirzəyev klassiklərimzin ideal və poetik sənət dünyasını araşdırıb. "Elm və Təhsil" nəşriyyatının ədəbiyyatsevərlərə, oxuculara dəyərli hədiyyəsi var. Söhbət bu yaxınlarda işıq üzü görən "Klassiklərimizin ideal və poetik sənət dünyası" kitabından gedir. İki cilddə hazırlanan bu ...
ANL
Bu günlərdə "Təzadlar" qəzetində bir informasiya oxudum. Diqqətimi çəkən informasiyadan öyrəndim ki, imzasını ara-sıra dövrü mətbuatdan izlədiyimiz Yusif Millətoğlu yaradıcılıq uğurlarına görə daha bir mükafata layiq görülüb. "Qızıl qələm" sahibi olan Yusif Millətoğlu Təhsil Nazirliyinin "Diplom"una sahib olmuşdu. Doğr...
ANL
Dünya dağılsaydı belə, ağlıma gəlməzdi ki, gözəl ruh sahibi şair qardaşımız Ağacəfər Həsənli vasitəsiylə tanış olduğum Oqtay müəllim həm də şair imiş. Oxudum şair Oqtay Allahverənoğlunun "Dünya da bir ürəkdir" kitabını və indiyədək onu oxumadığıma görə, imzasını izləmədiyim üçün təəssüflənməkdən başqa əlimdən nə gələsi...
ANL
ÖLÜMSÜZ ŞAİR. Xalq şairi Bəxtiyar Vahabzadənin haqqa qovuşmasının 1 ilinə. Çox qəribədir, insan yaşa dolduqca, dünya görüşü artdıqca, özünüdərk hissi əlindən tutub səni idarə etdikcə ətrafında baş verənlərə bir ayrı gözlə, bir ayrı istəklə yanaşmağa, baxmağa başlayırsan. Elə bil heç dünənki adam deyilsən, elə bil heç d...
ANL
Azərbaycan kinosunun 50 yaşında tanıdığı Nurəddin Mehdixanlı ilə söhbət. "Kinodakı Cavad xan rolu övladlarıma saxladığım ən böyük mirasdı". Həmsöhbət seçdiyim xalq artisti Nurəddin Mehdixanlı ölkənin ən populyar teatr aktyorlarındandı. Onu ən titullu sənətçilərdən biri də saymaq olar. Nurəddin bəy tamaşaçı sevgisini də...
ANL
AĞDAMIN RƏMZLƏRİNDƏN BİRİ - "QARABAĞ BÜLBÜLLƏRİ". Bəlkə də sizlərə qəribə gələ bilər, amma nədənsə yeni çapdan çıxmış kitabı, dünyaya təzəcə gəlmiş oğula bənzədirəm. Hər ailədə oğul doğulur. Amma hər oğul un da işi deyil özünü el-obasına sevdirsin, amalına-əməlinə görə adını xalqının yaddaşına yazdırsın. Zənnimcə kitab...
ANL
İnsan güləndə də, ağlayanda da deyirlər ki, o ürəkdən gələn səsdir. Deməli, insan hara gedirsə getsin, hansı səmtə üz tutursa tutsun, mütləq ürəyinin səsini, çırpıntısını eşitməlidir. Bu gün millətimizdə kitaba, oxumağa maraq o qədər də çox deyil. Bəlkə də bu insanların bir tikə çörək dalınca qaçması və yaşayış uğrunda...
ANL
"Bir ovuc torpaq"ın müəllifinə bir ovuc torpaq hədiyyə olundu. "Sonuncu ölən ümidlərdir" romanı ilə populyarlıq qazanan və "Kitab klubu"nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçı kimi birincilik qazanan Varisin "Bir ovuc torpaq" romanı ötən ay oxuculara təqdim olundu. Qısa müddət ərzində 1000-ə yaxın ...
ANL
Məhkəmə sistemi təkmilləşir və inkişaf edir. Bu ərəfədə ölkəmizdə yeni təsisat olan Məhkəmə-Hüquq Şurasının yaradılmasının 5 ili tamam olur. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasının və məhkəmə sistemimizin fəaliyyəti ilə bağlı Şuranın sədri, ədliyyə naziri cənab Fikrət Məmmədovla görüşüb fikirlərini bölüşdük. - Fikrət ...
ANL
Sözü və ürəyi qocalmayan şair. Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq Şairi Nəriman Həsənzadənin fevralın 18-də anadan olmasının 79-cu ildönümü tamam olur. Onun adı Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Nəbi Xəzri, Məhəmməd Hüseyn Şəhriyar və Məmmə...
ANL
BİR MÜƏLLİFİN İKİ KİTABI. İndi məmləkətdə bir çox əşyaların, məmulatların bolluğudu. O cümlədən də kitab bolluğu var. Özü də bu bolluq az qala ərzaq bolluğunu da ötməkdədi. Doğrudur bir vaxtlar məşhur bir şüar var idi. Sovet hökumətinin yazıçı baş katibi Leonit Brejnev deyirdi ki, "Çörək bol olarsa nəğmə də olar". Doğr...
ANL