text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Erməniləri faş edən plan. “Soyqırım” iddiaçılarına daha nə qədər fakt lazımdır? Ermənilərin türklərə qarşı qondarma soyqırım iddiası altında torpaq iddiaları onların özlərinin deyil, ideoloqlarının planı olduğu hər bir kəsə bəllidir. "Genosid" iddiası bütün dönəmlərdə ermənilərin və onların havadarlarının gündəmində ol... | ANL |
Şəhriyarın sənət dünyası. Azərbaycan şeirinin silsilə zirvələrindən biri olan Şəhriyar! Adı çəkilən kimi gözlərimin qarşısında qəribə bir mənzərə canlanır. Unudulmaz Rübabə Muradovanın yana-yana oxuduğu bir nəğmə məni öz cazibəsinə alır. Bu, faktdır ki, mütəxəssislərdən, poeziya həvəskarlarından, ədəbiyyatçılardan, şai... | ANL |
Həyatın qaynadığı məkan. Ölkə həyatının iqtisadi-siyasi mənzərəsini göz önünə gətirəndə, qarşılaşdığımız məqamlardan ən birincisi Azərbaycanda olan sürətli inkişafdı. Bu sosial-iqtisadi dinamika heç də təsadüfi deyil. Əksinə bu həyat zərurətidi. Çünki bu sosial iqtisadi-inkişafın layihəsini, kursunu, ulu öndərimiz bizi... | ANL |
Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş. "Azərbaycanşünaslığın aktual problemləri" ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başladı. Görkəmli dövlət xadimi və dahi şəxsiyyət xalqımızın Ümummilli lideri və Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anada... | ANL |
Xalqın ümid ünvanı. Həmin səbəb isə xalqımızın bəxtinə günəş kimi doğmuş Ulu Öndərimiz Heydər Əliyevin məhz həmin gün dünyaya gəlməsidir. Biz dünya xalqları içərisində böyük şəxsiyyətləri, dahi insanları olan xalqlar sırasında ön cərgədəyik. Çünki bizim Ulu Öndərimiz, əbədiyaşar liderimiz var. O, memarı və qurucusu old... | ANL |
Tarixin nadir şəxsiyyəti. Dünya tarixində tək-tək şəxsiyyətlər var ki, onlar özlərinin çoxşaxəli fəaliyyətləri ilə diqqət mərkəzində olublar. Həm də bu şəxslər böyük dünyagörüşünün, bilik xəzinəsinin sahibi kimi də tanınıblar. Bax bu mənada həyatın bütün səhifələrini, bütün məqamlarını ən incə nöqtələrinə qədər bilən v... | ANL |
BÖYÜK ÖMÜRDƏN SƏHİFƏLƏR. Bu ətirli may günlərində Vətən torpağının ən gözəl güllərindən, çiçəklərindən onun doğum günü şərəfinə dəmətlər bağlanır. O böyük, müdrik insanla bağlı ürəyimdə nə qədər xoş duyğular, xatirələr var! Qəlbimə yazılan, qəlbimdə yaşayan o şirin, unudulmaz xatirələr məni uzaq-yaxın illərə aparır, dü... | ANL |
Həyatın qaynadığı məkan. Təbii ki, Ağstafa kənd təsərrüfatı rayonudur. Burada təsərrüfatın müxtəlif sahələri ilə uzun illərdi ki, məşğul olurlar. Necə deyərlər, kənd adamları torpaqla yaşayır, torpaqla nəfəs alırlar. Ona görə də rayonun iqtisadiyyatının əsasını da məhz kənd təsərrüfatı təşkil edir. Sevindirici haldır k... | ANL |
Fransa Senatı ermənilərin ümidlərini qırdı. Uydurma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsi rədd edildi. Dünən Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsi müzakirə olunub. APA-nın Avropa bürosunun məlumatına görə, Senatın müzakir... | ANL |
"Heydər Əliyev ideyalarının zəfər yürüşü". Yaqub Mahmudovun kitabının təqdimatı keçirildi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Kitabxanasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, ... | ANL |
Sovet dönəmindən fərqli olaraq, ədəbiyyat köhləninin yüyəni həqiqi sahiblərinin - yazıçının və onun təriyinə aldığı oxucunun əlindədir. Bukünkü ədəbi prosesi simvolik olaraq sürünənə bənzətsək, yazıçı, şair bu sürünənin başı, tənqidçi isə onun quyruğudur və bu quyruq bu başın arxasınca sürünməyə məhkumdur. Yəni günümüz... | ANL |
Simax Şeyda: "İstədim uşaq şeirləri ilə Qarabağ adlı dərdimizi uşaqlar da bilsinlər, işğal olunmuş rayonlarımızı tanısınlar və heç vaxt unutmasınlar". Simax Şeyda adı gələndə ilk yada düşən "Tülkü-tülkü tünbəki" uşaq şeiri olur. Orta və nisbətən yaşlı nəslin nümayəndələri uşaqlıq illərində bu şeiri sevə-sevə oxuyub, də... | ANL |
Nəsillər dil açıb verir səs-səsə, Budur xalq sevgisi, el məhəbbəti. Min ildə bir dəfə doğulan kəsə. Budur xalq sevgisi, el məhəbbəti. Ölüm peşman olub, Əzrayıl çaşıb, Dəryalar qabarıb, dənizlər daşıb, Heyrətdən yer ilə göy qucaqlaşıb, Budur xalq sevgisi, el məhəbbəti. Açılıb, qan verir ah damarımız, Elə bil kəsilib şah... | ANL |
Şuşada nəyim qaldı? Qəbrimə nişanə seçdiyim. Gözümə tökmək üçün qoruduğum. Ürəyimdə bişib, Dodaqlarımı göynədən. Bircə damla yaş. Təsəlli üçün qardaş məzarına. Hər səhər şehinə bələndiyim, Üzümü sürtdüyüm, Gözümə dürtdüyüm. Şehdərən ləçəyi, Maralotu sünbülü. Quyularına enən. Qırxpilləkan yolu. Qoxlanmamış bənövşələrə. ... | ANL |
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında Türk mətbuatının yazdıqlarına dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, h... | ANL |
BÖYÜK ÖMÜRDƏN SƏHİFƏLƏR. Babaxan müəllimin adamları piket keçirirdilər. Siz də çəkib belədən-belə göstərirdiniz. Axı təhsil naziri Lidiya Rəsulova əlindən gələni eləyir, gecə-gündüz çalışır. Mən də bilirəm vəziyyət çətindir. Biz də gecə-gündüz çalışırıq. Hər şey Lidiya Rəsulovanın əlində deyil ki? Ani olaraq bir əhvala... | ANL |
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur". Böyük ədibimizin az qala yüz il əvvəl söylədiyi bu sözləri... | ANL |
Talan olunan ərazilər. Talançılıqda ermənilər artıq iki onilliyi arxada qoymaq üzrədir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin istər təbii sərvətlərinin talan olunması, istərsə də maddi mənbələrinin dağıdılması ilə bağlı məlumatlar artıq çoxdan təsdiqini tapmış məsələlərdir. Bu mənada təbii sərvətl... | ANL |
ONLAR ÜÇÜN SABAH AÇILMADI... Dünyanın digər nəhəng ölkələri ilə müqayisədə çox da böyük olmayan Avstriya çox uzun dövrlər Avropanın ictimai-siyasi, həm də ədəbi-bədii və mədəni həyatında çox önəmli rol oynayıb. Hətta elə zamanlar olub ki, öz iradəsini bütün qitəyə hökm edə bilib. İmperiya dövrünü də yaşayıb. Vyananınsa... | ANL |
Türk dünyası dedikdə insanın ağlına çox böyük bir mövhum gəlir. Tarixinə, adət-ənənəsinə bağlı bir millət kimi Türk xalqı çox böyük sınaqlardan keçmiş və bu günə kimi öz nüfuzunu qoruyub saxlaya bilmişdi. Tarixin istənilən dövründə bu birliyi pozmaq istəyən kənar qüvvələr olub və sözsüz bu gün də olacaqdır. Tarixə nəzə... | ANL |
İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 66 il keçir. Bəşər tarixində ən dəhşətli müharibə olan bu müharibədə Qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir. 640 mindən çox Azərbaycan vətəndaşı müxtəlif cəbhə bölgələrində Alman faşizminə qarşı fədakarlıqla vuruşmuş, onların təxminən ... | ANL |
TURİSTLƏRİ OVSUNLAYAN QAFQAZ İNCİSİ. Regionların inkişafı yeni istiqamətlərə işıq salır. Sosial-iqtisadi inkişafın ölkənin ən ucqar bölgələrini də əhatə etməsi, insanların rifah halının yüksəlməsi digər istiqamətlərə də işıq salmışdır. Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələr, artıq hansısa köhnə bir binanın car... | ANL |
Mərhum jurnalistin xatirəsi doğma yurdu Qubada anıldı. Mayın 7-də Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Hacı Tağı oğlu Rüstəmovun 75 illiyi münasibətilə anım mərasimi keçirilib. Quba bələdiyyəsinin akt zalında baş tutan toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin j... | ANL |
Xanım jurnalistlərimiz Tiflisdə səfərdədirlər. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tiflisdə "Varlıq" Mədəniyyət Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunan toplantıda iştirak edib. Assosiasiyanın prezidenti Sevil Yus... | ANL |
TURİSTLƏRİ OVSUNLAYAN QAFQAZ İNCİSİ. Rayon ərazisində 9 turizm obyekti fəaliyyət göstərir. Obyektlərin hamısı müasir tələblərə cavab verir. Qiymətləri də əlverişlidir. Obyektlərdə çalışan xidmət heyətinin hamısı gənclərdir. Xidmət heyətinin vaxtaşırı təşkil olunmuş kurslarda ixtisas artırması rayon mədəniyyət və turizm... | ANL |
Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın Milli.Az xəbər portalına müsahibəsi: - Fəxriyyə xanım, artıq xeyli vaxtdır ətir istehsalı ilə məşğulsunuz. Sizin bu fəaliyyətinizi ətir biznesi saymaq olarmı? Təbii ki, kütləvi olduğuna görə, tamamilə bir biznes layihəsi sayılır. Deyərdim ki, ətriyyat... | ANL |
ÖZÜNÜ TƏSDİQ ETMİŞ DÖVLƏT QURUMU. Peşəkar, xalqa və dövlətə sadiq kadrlar həmişə uğurlara imza atırlar. Müstəqil Azərbaycanın dövlət quruculuğunda, onun vahid bir komanda kimi özünü təsdiq etməsində müxtəlif strukturların ümumi fonda özünəməxsus yeri var. Yəni hər bir qurum, hər bir təşkilat ayrı-ayrılıqda müəyyən bir ... | ANL |
Jurnalistlər üçün yeni kitab təqdim olundu. Bundan sonra hüquq terminlərinin istifadəsində səhvə yol verilməyəcək. Dünən Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurasının birgə təşəbbüsü ilə hazırlanan "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin təqdimatı keçirilib. Baş Prokurorluğun Hüq... | ANL |
Qərb Universitetində Roland Kobia ilə görüş keçirildi. Qərb Universitetində Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş keçirilib. APA-nın xəbərinə görə, universitetin "Səfir saatı" proqramı çərçivəsində təşkil olunan görüşdə diplomat Avropa Birliyi, onun institutları və stru... | ANL |
TURİSTLƏRİ OVSUNLAYAN QAFQAZ İNCİSİ. Pipan və Silov dərələri. Yuxarı Tala kəndinin şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Tarixi abidələrdən Alban kilsəsi (IV-V əsrlər) vardır. Burada turizm istirahət mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Rayon mərkəzindən 14 kilometr məsafəd... | ANL |
Bu torpağa, bu yurda, bu gözəlliyə baxanda ondan kimsə doya bilməz. Ən azından ona görə ki, hər tərəfi əsrarəngiz gözəlliklə əhatə olunmuş bu yurda yaz qeyri-adi bir gözəllik gətirir. Bu gözəlliyi isə duymamaq, görməmək və hiss etməmək mümkün deyil. Bilmirəm başqa yerlərdə yaz insanlara necə təsir edir, amma bir onu bi... | ANL |
Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaş... | ANL |
Tələbə aktyorlarımız İstanbuldan əli dolu qayıdıb. Məlum olduğu kimi, Azərbaycanın incəsənət xadimləri, mədəniyyət işçiləri tez-tez dünyanın müxtəlif səhnələrində öz uğurlu çıxışları ilə həm bizi, həm də qonaq olduqları məmləkətin sənətsevərlərini sevindirirlər. Təbii ki, istənilən sahədə qazanılan uğur bütövlükdə xalq... | ANL |
Camaat başçının təşəbbüsünə qahmar çıxdı. Təbii ki, xalqa doğru atılan addıma müsbət də reaksiya verilməli idi. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin kəndlərə gedib camaatla görüşməsi və onlarla səmimi söhbət etməsi qaldırılan problemlərin həllini asanlaşdırdı. Yəni Alı müəllimin rayonun Kərimbəyli, Aşağı Yağl... | ANL |
Təbii ki, bu ölkədə aparılan düzgün islahatların və iqtisadi siyasətin məntiqi nəticəsidir. Məhz bunun nəticəsində əksər dünya ölkələrinin əziyyət çəkdiyi "iqtisadi böhran"dan Azərbaycan üzüağ çıxdı. Qeyd olunan dövrdə ölkə iqtisadiyyatı inkişaf edərək 15,5 milyard dollar vəsaiti inkişafa sərf etmişdir. Bütün bu və ya ... | ANL |
Bu səs o qədər şirin və məlahətlidir ki, istər-istəməz adamı özünə çəkir. Bir qədər də yaxınlaşanda səs daha ucadan eşidilir. Tarın, qarmonun və kamançanın səsi bir-birinə qarışıb. Bir-birinə qarışan bu səslərin şirinliyindən heç cürə doymaq olmur. Bir qədər də həmin yerə yaxınlaşıram. Musiqinin xoş ritmi və şirinliyi ... | ANL |
Yeni kitab haqqında. Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə çapdan çıxmış "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı sanballı tədqiqat əsəri ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, biz, XX əsrin 70-ci illərindən sonra pərvəriş tapan sənət adamları çox maraq... | ANL |
BÖLGƏDƏ YAŞAMAQ ŞƏRT DEYİL. Elşad Səfərliyə məktub. Vaxtilə Lənkəranda yaşayan, burda yazıb-yaradan Şəkər Aslana xalq şairi Məmməd Araz üzünü tutub demişdi: "Sən bölgə şairi deyilsən, ölkə şairisən". Bəs qüdrətli söz ustası Məmməd Arazı bu sözü yüksək kürsüdən deməyə nə vadar etmişdi? Sovet dönəmində zərərli bir tenden... | ANL |
Lerikdəki "Uzunömürlülər muzeyi" hələ ki, dünyada yeganədir. Dağlar qoynunda yerləşən Lerikdə son illər bir-birindən gözəl, yaraşıqlı xeyli bina inşa edilib. Yaz aylarında, hər şeyin ancaq bir rəngdə - yaşıl rəngdə - olduğu vaxt bu müasir, uzaqdan diqqəti cəlb edən yeni binalar Lerik qəsəbəsinə xüsusi bir gözəllik veri... | ANL |
SÜLEYMAN SANİ AXUNDOVUN PEDAQOJİ - İCTİMAİ FƏALİYYƏTİ. XX əsr Azərbaycan ədəbiyyatında realist ədəbi məktəb zəminində yetişmiş, görkəmli klassiklərdən biri də Süleyman Sani Axundovdur. Süleyman Sani Axundov gözəl hekayə ustası, dramaturq, müəllim, mədəniyyət xadimi kimi, Azərbaycan ədəbiyyatında silinməz izlər buraxmış... | ANL |
Kulis.az-ın ədəbi müsahibələr silsiləsindən növbəti qonağı yazıçı, şair, publisist Əjdər Oldur. Əjdər Ol həm də dövlət qulluqçusudur. Onun kabinetinə daxil olarkən yazıçı olduğunu tez seçirsən. Masasının üstü isə Rusiyada və Azərbaycanda çıxan ədəbiyyat jurnalları, qəzetlərlə doludur. Əjdər Ol uzun illərdir dövlət qull... | ANL |
Dünyanı gözəllik xilas edəcək. Salyanlıların özləri demiş, indi onların baş qaşımağa vaxtları yoxdur. Neçə illərdən bəri tökülüb qalmış tikinti-abadlıq işlərinin qızğın vaxtıdır. Rayon mərkəzindəki 5 mərtəbəli binalarla yanaşı baş küçənin ətrafındakı bütün tikililərin fasadları ağ layla üzlənməyə başlanıb. Küçə kanaliz... | ANL |
DÜZGÜN QİDALANMAQ DÜZGÜN GƏLƏCƏK DEMƏKDİR. Ölkəmiz günü-gündən inkişaf edib gözəlləşir. Respublikamızın Prezidenti hörmətli cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva insanlarımızın salamat və yaxşı yaşaması üçün daim ç... | ANL |
Həzin bir səs gəlir qulağıma. Əsrlərin o tayından adlayaraq dalğa-dalğa ləpələrlə, həzin-həzin nəğmələrlə pıçıldaşıb, Qarabağdan gələn səsdir bu səs. Gizli-gizli sevənlərin ürəyindən axıb gələrək, öz dərdini ələm-nəşəsini bütün aləmə car çəkməyə, bəyan etməyə utanır sanki, bu səs... Bir səs gəlir qulağıma. Bu səs Qarab... | ANL |
Beləliklə, bəzi mühüm faktları oxucuların diqqətinə çatdıraq. Artıq indi etiraf olunur ki, Balakən həqiqətən əsl turizm bölgəsidir. Cənubdan tuqay meşələri, şimaldan dağlar, meşə zolaqları, rayonun ərazisindən axan dağ çayları, qışı quraq keçən mülayim iqlimi, antik abidələrlə zənginliyi Balakənə turizm zonası statusun... | ANL |
Elşad Ərşadoğlu 1986-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. İlk günlərdən taleyinə Qarabağ dərdi yazılıb. Məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. Uşaqlığını bu kənddə keçirib. İlk təhsilini də bu kənddə alıb. İyirmi ilə yaxındır ki, Qarabağ dərdi ilə yaşayır. Bu dərdlə də... | ANL |
Məyusluq ardınca məyusluq. Dünyanın müxtəlif bölgələrin səpələnən ermənilərin "soyqırım"a məruz qalmalarını əldə bayraq etmələri türklərdən çox onların öz əlehlərinə çevrilə bilər. Çünki tarixdə olmayan bir hadisəni olmuş kimi təbliğ etmə son nəticədə bəd niyyətləri faş edə bilər. Doğrudur, "siyasət mümkün olandan isti... | ANL |
Səfər. Çoxdan arzu etdiyim bir səfər-Gürcüstan səfəri axır ki, reallaşdı. Bu reallığı biz qadın jurnalistlərə yaşatdığı üçün ilk öncə Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının prezidenti, tədbirin təşkilatçısı Sevil Yusifovaya öz təşəkkürümüzü bildiririk. Səfər çərçivəsində Gürcüstanın bir sıra bölgələrində olduq,... | ANL |
Bəlkə Azərbaycanın yarıdan çoxu desəm səhv etmərəm. "Sarı gəlin" mahnısını erməni xalq mahnısı kimi təqdim etməyinizə olan təəssüratlarımızın necəliyi isə yəqin ki, artıq "Facebook" sosial şəbəkəsindən və internet səhifələrindən sizə yaxşı məlumdur. Bu bizim illərlə apardığımız mücadiləyə bir cavab yox, siz tərəfdən xa... | ANL |
DÜZGÜN QİDALANMAQ DÜZGÜN GƏLƏCƏK DEMƏKDİR. Qarpız, kartof, balqabağın şirələrinin gündə istifadəsi bədəndə olan şlakları azaldır. Kökdə bir sıra vitaminlər var. O qan damarlarını möhkəmləndirir, dəriyə, saça, görmə funksiyasına müsbət təsir edir. Kökün şirəsi mədə xorasının, xərçəng xəstəliklərinin müalicəsində müsbət ... | ANL |
REGİONLARDA TURİZMİN İNKİŞAFI. Azərbaycan Respublikasının yerləşdiyi məkanın 9 iqlim qurşağına malik olması onun beynəlxalq turizm mərkəzinə çevrilməsi şanslarını artırır. Qədim tarixə malik ərazilərimizdə minilliklərin yadigarları sayılan qədim qalalar, türbə və məzarlar tarixi, abidələr də ölkəmizə gələn turistlərin ... | ANL |
Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, rəssam Feyzavər Alpsarın APA-ya müsahibəsi. Onun "Bibiheybət məscidi" tablosu Azərbaycan peşəkar rəsm sənətinin ilk örnəkləri arasındadır. Qardaşınız Səlim Turan Türkiyənin önəmli rəssamlarından biri idi. Sənətə yəqin onların təsiri ilə başladınız. Atam həbsxanada yatanda m... | ANL |
NUR ŞƏHƏRİNİN BU GÜNÜ. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın diqqət mərkəzində olan ölkələrindəndir. İlbəil öz iqtisadi potensialını gücləndirən ölkəmiz son iki ildə yoxsulluq kimi bir bəlanı 3-4 dəfə azaltmışdır. Bu uğurda isə xüsusi payı olan Azərbaycan Respublikası regionlarının inkişafına dair dövlət Pr... | ANL |
Qarabağ danışıqlarında yeni mərhələ. Ermənistanın əsas dayağı olan Rusiya Qafqazdakı mövqelərini itirir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son günlər yenidən hərəkətlilik hiss olunmaqdadır. Belə ki, bu günlərdə münaqişə ilə bağlı bir sıra açıqlamalar səsləndirilib. Onlardan ən önəmlisi, heç şübhəsiz, okeanın... | ANL |
BDU-nun rektoru ali məktəbin həyətindəki abidə daşdan, kadr islahatlarından və müxalifətçi tələbələrdən danışdı. Bu gün Respublika günüdür. Ötən əsrin əvvəllərində qurulan və cəmi 23 ay davam edən Cümhuriyyətin uğurlarından biri və bəlkə də birincisi Bakı Dövlət Universitetinin yaradılması olub. Bu mənada BDU-nun rekto... | ANL |
NUR ŞƏHƏRİNİN BU GÜNÜ. Son illər şəhərin təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafı, maddi- texniki bazasının gücləndirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son 27 il ərzində Mingəçevirdə cəmi 6 məktəb binası tikilib, istifadəyə verilib. ... | ANL |
İyirmi ildən artıqdır ki, mən Adil Şirinin imzasını maraqla izləyirəm. Adil Şirin lirik-romantik şeirləri ilə yadımda qalmışdı. Bu gün isə Adil artıq yaradıcılığının necə dəyərlər müdriklik dövrünü yaşayan tanınmış şairdir. Şeirləri və poemaları dünyanın bir çox dillərinə tərcümə olunub. Rusiyada, Ukraynada və qardaş T... | ANL |
YUNESKO və İSESKO-nun Xoş məramlı səfiri Xanımlar xanımı Mehriban Əliyevanın şərəfinə. Göy üzündə. nazlı-nazlı uçan durna, uça-uça qanadları. Xanımlar xanımı Mehriban xanım, bir dastan başladım sənin adına.. Mən şairəm! Zaman-zaman qapımı. Şairi cənnətə aparıblar, ah, ana yurdum deyib. Vətən gözümüzün ağı, qarası, Vətə... | ANL |
Tanınmış yazar və siyasətçi Məhəmməd Saleh: AZƏRBAYCANDA DA İŞLƏRİN DAHA GÖZƏL GEDƏCƏYİNƏ İNANIRAM - 2. "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdi. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fik... | ANL |
Həmişə təzə yazını yazmağa başlayanda həyəcanlanıram, ürək narahatlıqla sinəmdə çırpınır. İndi də belədir. Heç bilmirəm nədən, hardan başlayım. ...Yadımdadır, dünyanın gözəl çağlarıydı, kəndimizdə bir kitab mağazası vardı, uşaqlıqdan o mağazaya gedib təzə kitablarla maraqlanır, evdən mənə verilən pula nə qədər kitab dü... | ANL |
HƏYATI FIRÇADA TƏSDİQİNİ TAPDI. Rais Rəsulzadə: "Rəssamlıqda nəyi isə izah etməyə vaxt yoxdur, çünki yaranan əsər bir an içərisində hər şeyi deməlidir". Müsahibimiz tanınmış rəssam Rais Rəsulzadədir. Bəli, o Məmməd Əmin Rəsulzadənin nəvəsidir. 28 may Respublika Günü ərəfəsində Rais bəylə, Əhmədlidəki yaradıcılıq emalat... | ANL |
MÜBARİZLİK DƏRSİ. Düşmən qoşunu üstə. təkbaşına yürüdü, Qəhrəmanlıq sözünü qəhr. olmaqdan qorudu. Namus, qeyrət adını dikəltdi. papaq kimi, Tapdalanmış təpəni ucaltdı. kəlməyə çevirdi, Qorxunu, vahiməni öz. Adının mənasına qıydı. cavan adını, Ləkədən təmizlədi o, əsgər vicdanını. Şəhidlərin ruhunu o, darlıqdan qurtardı... | ANL |
Olimpiya İdman Kompleksi, şəhər 7 saylı məktəbdə süni örtüklü futbol meydançası istifadəyə verilmişdir. Rayon mədəniyyət evində əsaslı təmir işləri aparılmış, R.Rzanın ev muzeyi, Əlvan uşaq kitabxanası açılmışdır. Heydər Əliyev muzeyi yaradılmış və qiymətli eksponatlarla təmin olunmuşdur. Rayon mərkəzi xəstəxanasında ə... | ANL |
Akif Aşırlı: "Yüksək çinli məmurlardan biri göstəriş vermişdi ki, biz həbs olunaq". "Çap mətbuatının yeni medianın qarşısında duruş gətirməsi böyük qəhrəmanlıq tələb edir". Qəzetin baş redaktoru Akif Aşırlı Modern.az saytına müsahibəsində "Şərq"in ötən tarixindən danışıb. - 1991-ci ilin sentyabr ayı idi, Azərbaycanda m... | ANL |
"Aygünə ya da, başqasına verilən evə onların ehtiyacları yoxdur, amma bu ehtiyacsızların heç birinin yaxşı mənada qabiliyyəti, pis mənada qanacağı çatmır ki, o evi verməsə də, başqa bir şeyi Qarabağ əlilinə versin...". Azərbaycanın istedadlı jurnalisti Rey Kərimoğlunun "Qafqazinfo"ya müsahibəsi. Mən həmin məsələlərdə k... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Dinləyicilər önündə, seçilmiş bir mə"ruzəçilər qrupunun bir mövzunu müzakirə etmək məqsədilə təşkil edilən toplantı. Yerləşdiriləcəyi səthin bir bölümünə uyğun gəl... | ANL |
Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi keçirildi. Dünən Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə I Beynəlxalq Kukla Teatrları Festivalı start götürüb. Festivalla əlaqədar olaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrın... | ANL |
Balakən: dağlar kimi əzəmətli... Prezident ölkədə bütün sahələrin inkişafından danışıb. 24 oktyabr 2011-ci ildə Nazirlər Kabinetində keçirilən cari ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirədə 2011-ci ilin keçən dövrü ərzində ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qazanılmış uğurla... | ANL |
Müharibə və həyat qəhrəmanının düşüncələri. Acıdan-acı uşaqlıq illəri, ibtidai, orta və ali məktəb, dəhşətli, qanlı-qadalı II cahan müharibəsi və 60 ildən çox hüquq sahəsində mübarizələrdə, insanlıq naminə müdafiədə, haqq-ədalət uğrunda daimi vuruşda keçən ömür. Heç vaxt özüm üçün yox, insanlar üçün yüksək vəzifəli şəx... | ANL |
Azərbaycan Milli əruzşünaslıq məktəbinin və Müqayisəli əruzşünaslıq elminin yaradıcısı, ustad Əkrəm Cəfərin ecaskar Füzuli sənəti haqqında çap olunmuş və olunmamış araşdırmaları "Yandım avazeyi eşqinlə sənin" ("Çaşıoğlu", 2010, 350 səh.) kitabında... Ustad Əkrəm Cəfər hələ həyatda ikən sanki cismani yoxluğundan sonra h... | ANL |
Təhsil, səhiyyə,mədəniyyət... 2011-ci ilin 9 ayı ərzində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, məktəblər 468 ədəd kompüterlə təmin edilmiş, 14 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. Fənn olimpiadalarının Respublika turunda iştirak edən 8 nəfər... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Şaha qalxmaq. Coşmaq, kükrəmək. Parıldamaq, işıldamaq. Geyiminə fikir verməyən şəxs. Başqalarını aldadmaq, heyrətləndirmək, qorxudmaq və ya özünü bəyəndirmək üçün ... | ANL |
Xalq artisti Alim Qasımov haqlı olaraq Azərbaycan muğamının ən müqtədir ifaçılarından biri sayılır. Dünyanın "La Mond", "Tayms", "Frankfurter Algemayne Saytunq" kimi ən nüfuzlu qəzetləri onun Mərkəzi Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri valeh edən ecazkar və ovsunlu səsi, orijinal ifa tərzi haqqında çox ... | ANL |
MİRZƏ İBRAHİMOV XX ƏSRİN NADİR HADİSƏLƏRİNDƏN İDİ... Mirzə İbrahimovun - Mirzə müəllimin Güney Azərbaycandakı Sərab mahalının Evə kəndində gündəlik ruzüsi daşdan çıxan, kasıbçılıqla yaşayan, lakin çətinliklərlə ötən hər gün üçün Uca Tanrıya şükranlıq edən ağzıdualı Əjdər kişinin ailəsində dünyaya göz açdığı o bəxtəvər ... | ANL |
"Eurovision" öncəsi Bakı otellərinə xüsusi tapşırıq. Bakının düz mərkəzində, metronun "Sahil" stansiyasının yanında yerləşən "Cənub" mehmanxanası düz bir aydır ki, işini dayandırıb və otelin pəncərələri sökülüb, amma bundan sonra heç bir iş görülməyib. İşçilər mehmanxananın yiyələrinin oteli söküb yenidən tikmək və ya ... | ANL |
Ölən uşaqlardan biri də o ola bilərdi. Məndən ötdü, qardaşıma dəydi. Hamımız elə bilirik, bizim övladımızdan ötsün kimə dəyir-dəysin. Buyur, Komandirin özünə dəydi. Kim zəmanət verə bilər ki, sabah o güllənin biri sənə, mənə dəyməyəcək? Axı buna biz hamımız günahkarıq. O cavanların qanını batıran müstəntiqlər də, proku... | ANL |
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəziləri... | ANL |
Bugünkü uğurlar sabahın təməlidir. Arxada qalan ayın sonlarında ölkə ərazisində keçən qeyri- sabit hava şəraiti, günlərlə yağan leysan yağışlar Biləsüvar rayonunda da bir sıra çətinliklər yaratmışdır. Sakinlərin əkin sahələri ilə bərabər mənzilləri də yağış sularının altında qalmışdır. Pambıq əkini ilə məşğul olan ayrı... | ANL |
Kinonun içindəki Əliqulu Səmədov. Kino işçiləri arasında əməkdar artist Əliqulu Səmədovu tanımayan yoxdu. Elə o da bu sahədə çalışanları yaxşı tanıyır. Saçını "Azərbaycanfilm"in pavilyonlarında, çəkiliş meydançalarında ağardıb. SSRİ xalq artisti Yevgeni Matveyevin tələbəsi olan Əliqulu Səmədov 1979-cu ildə kinostudiyan... | ANL |
"Dilin özündə müəyyən dəyişmə prosesləri gedir". Nizami Cəfərov bu məsələlərdə ehtiyatlı olmağı məsləhət görür. Ötən həftə Bakıda türkdilli media nümayəndələrinin II Forumu keçirilməsi mühüm hadisə oldu. Milli Məclisin Komitə sədri tanınmış alim Nizami Cəfərovla budəfəki söhbətimizdə həm ortaq türk dili, həm də prosesi... | ANL |
Ramizlər çoxdur, bu dünyada hər bir insan öz adıyla tanınır və Ramiz adlı dostlarımı, tanışlarımı çox yaxşı xatırlayıram. Ancaq söhbət ədəbi Ramizlərdən gedirsə, deyə bilərəm ki, Ramiz Rövşən ən çox sevdiyim şairlərdən biridir. Ona həsr etdiyim məqalədə yazmışam ki, Ramiz Rövşənin doğulduğu gün-15 dekabr Azərbaycan poe... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Tr - Arasına yağ çəkilərək və ya pendir, sosiska, kolbasa vs. qoyularaq xüsusi avadanlıqda qızdırılmış çörək dilimi. Gəncliyi səbəbi ilə təcrübəsiz və bacarıqsız o... | ANL |
O Cənubla bağlı xatirələrini danışanda həmişə məni qəhər bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa gedəndə uşaqlıq illərindən xatırlayar və nisgilli səslə deyərdi: "Anam həmişə mənim başımı sığallayardı..." Tez-tez həsrətlə bir sual verərdi: "Görəsən, mənə qismət olacaq ki, nə vaxtsa sizi Təbrizə aparım?" Amma Bakı... | ANL |
(regionlarda yeni adətlər). Bu gözəl bayrama qovuşub, bu gözəl anların sevincini yaşayıb günün nə vaxt bitdiyini hiss etmirsən. Ancaq sən istədin-istəmədin hər şeyin bir sonu, qurtaracağı var. Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kino, televiziya, internet ixtirası elə insanın təfəkkürünün bu nöqtəsindən b... | ANL |
Qədim Şəki yeni mərhələdə. Ötənlərin acı təəssüratı. Mən ölkəmizin ən qədim şəhərlərindən biri olan Şəki haqqında əvvəllər çox söhbət açmışam. Şəkinin tarixi keçmişindən, tarixi abidələrindən, özünəməxsus koloritindən necə həvəslə, fəxrlə danışmışamsa, onun məhz müstəqillik dövründəki ləng inkişafından, burada baş verə... | ANL |
Qədim Şəki yeni mərhələdə. Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin geniş yığıncağında çıxış edən Prezident demişdir: "Bu il 900 minə yaxın pensiyaç... | ANL |
Bu vaxt çavuş ona yaxınlaşdı: - Yoldaş mayor, yoldaş Polkovnik sizi zabit yeməkxanasında gözləyir. Müstəntiq: - Deyin ki, yeməkdən sonra gələcəm, uşaqlarla söhbətləşirəm. Bizi başına yığıb elə şeylər danışırdı ki, adam az qalırdı durub düşmən üstə gedə. Çox savadlı, ağıllı oğlan idi. O boyda universitet bitirmişdi, asp... | ANL |
Tofiq Abdin Qədir Rüstəmov haqqında. Yetmişinci illərin sonuna gedirdik və mənim müğənnni Qədir Rüstəmov haqqındakı yazım Mərkəzi Komitədə bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər ki, nömrəyə baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi. Təsadüf elə gətirmişdi ki, belə məqamla... | ANL |
ƏBÜLFƏZ ÜLVİNİN ŞEİRLƏRİ. Azərbaycan ədəbiyyatının çox zəngin qollarından biri də Naxçıvan ədəbi mühitidir və əgər tarixə nəzər yetirsək, bunun şahidi olarıq ki, Naxçıvan torpağı təkcə təbii-maddi deyil, mənəvi sərvətləri ilə də həmişə ön sıralarda olmuşdur. Mirzə Cəlili, Qəmküsarı, Əziz Şərifi, Abbas Zamanovu, Məmməd ... | ANL |
Mən hicranla dolu ömür sürmüşəm, Min əzab çəkmişəm, min qəm görmüşəm. Axıb leysan kimi gözümün yaşı, Nələr çəkdirməmiş mənə bu aləm. Əgər dərdlərimi ona söyləsəm. Fəqət qurtarmışam dardan, çətində. Ömrümün gəncliyi bir çiçək oldu, Vaxtsız tufanların əlində soldu, Qanunlar bağladı qoluma zəncir, Məni ayırdılar doğma eli... | ANL |
Siqaret kötüklərinin. bol olduğu, bircə külək həmləsiylə. yox olduğu, qəbirstanlıq mollasının yorulduğu, ən tənha məzarı seçib, üzərində oturduğu, uzaq sarı işıqların ac, zülmətin tox olduğu, lüm-lüt qış ağaclarının mənə. fahişə kimi soyunduğu, divarlara. yad kölgələrin qonduğu, küləyin sait, ağacların samit. hələ açıl... | ANL |
Qədim Şəki yeni mərhələdə. Məlumdur ki, Şəki Azərbaycanın şimal-qərb bölgəsində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunur. Bu gün Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansarayl... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Ortaya qoymaq, gerçekleşdirmek, əmələ gətirmək, meydana gətirmək. Təmir etmək. Bir şeyi başqa bir şey halına gətirmək. Bir diləyi, bir istəyi yerinə yetirmək, uygu... | ANL |
Bu kənd Lənkəran rayonunda ən böyük yaşayış məntəqələrindən biridir. Boladi kəndi rayon mərkəzindən 21,5 kilometr şimal-şərqdə, cənuba uzanan Bakı-Astara magistral şosse və dəmir yolundan 3 kilometr məsafədə, Boladi çayının sahilində yerləşir. Boladi sözü talış dilində 2 sözün birləşməsindən ibarətdir. "Di" sözü də tal... | ANL |
XVIII əsrin sonları XIX əsrin başlanğıcı Avropa ədəbiyyatında romançılıq özünün ən parlaq dövrlərindən birini yaşadı. Bu ilk növbədə yeni ədəbi ənənələrin köklü surətdə formalaşması, realist bədii baxışın yaranması, köhnəlmiş bədii təfəkkürün arxa plana keçməsi ilə əlaqədar idi. Bu mənada digər Avropa ölkələrindən fərq... | ANL |
Bu kənd Lənkəran rayonunda ən böyük yaşayış məntəqələrindən biridir. Kəndin ortasında, sakit bir guşədə yerləşən Boladi kənd tibb məntəqəsində hazırda 44 nəfər işçi çalışır. Həkim məntəqəsinin müdiri Qəhrəman Hüseynov doğma kəndi haqqında ürək dolusu danışmaqla bərabər, öz işlərindəki çətinliklərdən bəhs etməyi də unut... | ANL |
Qədim Şəki yeni mərhələdə. 2011-ci ilin 9 ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmək məqsədilə səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Uzun müddət təmirsiz qalan və əhalinin haqlı narazılığına səbəb olan Şəki Doğum Evi Kompl... | ANL |
BİR SİNƏDƏ İKİ ÜRƏK TÜRKİYƏ-AZƏRBAYCAN. Allah-Təala "Qurani-Kərim"də "Həqiqətən mömünlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin" (əl-Hicrət,10) buyuraraq insanları sevgi və qardaşlıq prinsipləri ətrafında birləşməyə çağırır. Mədəniyyətin formalaşma mərhələsində din,... | ANL |
İlyas Tapdığı düşünərkən... bitməmiş yazı. Mən, Fəxrəddin Meydanlı(Əzizov) 10 aprel 1954-cü il tarixində doğma Azərbaycanımızın özünəməxsus təbiəti, əməksevər və etibarlı insanları olan Ucar rayonunun Boyat kəndində müəllim ailəsində doğulmuşam. Lap uşaq vaxtlarımdan aşıq havalarına, saza, şeirə, sənətə böyük həvəsim o... | ANL |
Gözəlliyin və modernləşmənin harmoniyası. Dağların ovucunda bərq vuran inci. Hər dəfə bu şahanə gözəlliklə baş-başa qalanda çaşıb qalırsan, sanki ilk dəfə görürmüş kimi heyrətə gəlirsən. Həm də düşünürsən: görən təbiət gözəlliyi ilə şəhər biçiminin, şəhər əzəmətinin bu dərəcədə bir-birini tamamlayan başqa yer olarmı? M... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.