text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Dağ rayonunun ən ucqar kəndlərindən birində 30 ildən artıq feldşerlik edən və hamının "doxdur" deyə çağırdığı Qasım Yelkənliyə yeni həkimin gəlməsini pis qarşılamadı, əksinə bir az ürəyində sevinən kimi oldu ki, daha saçları ağardıb, əldən düşən tək olub, daha əvvəlki kimi kəndin bu başından vurub o başından çıxa bilmi... | ANL |
Gözəlliyin və modernləşmənin harmoniyası. Aqrar sahəyə xüsusi qayğı. Əkin sahələrinə aqrotexniki xidmətin göstərilməsi, suvarma, gübrələmə və digər tədbirlər optimal müddətlərdə həyata keçirilmişdir. Rayonun fermer təsərrüfatlarında heyvandarlığın inkişaf etdirilməsində məqsədyönlü tədbirlər həyata keçirilir. Mal-qaran... | ANL |
Dəhlizdə dayanıb pəncərədən Xəzərə, daha çox da öz iç dünyama, o dünyadan mənə xəfifcə əl edən xatirələrə boylanıram. Cavab qeyri-ixtiyaridir: "Dediyin o aydınlığa doğru". Bir azdan iş otağımda Gülayə Könülün elə o aydınlığın qan qardaşı kimi açılan "Görün həsrətimin neçə yaşı var" kitabı ilə baş-başayam. Bu sözün, mis... | ANL |
DİLLƏNMƏDİ. Eşqim azca pöhrələnib, boy atıb, şellənmədi! Əlvida eylədi gözlər, əlləri göydən asıldı, Küsmüşəm mən yaylığından, yaylığı yellənmədi! Sözləri heyhat, yalanmış, deyəsən aldatdı məni! Biləndə ki, ayrılıq var, nigaran qaldımı dildar. Çox güman çatıldı qaşlar, göz yaşı sellənmədi! Yox, gəldi Leyli saçlım Şirin... | ANL |
Nəhayət, polislər itləri sakitləşdirdilər. Əməliyyat Müvəkkili onları əhatəyə alan uşaqlardan soruşdu: - Hə igidlər, bu Qırat kimindir? Əməliyyat Müvəkkili gülümsədi və uşağın başını sığalladı: - Olsun Bozat! Bəs onda Qaçaq Nəbi hansınızdı? Əməliyyat Müvəkkili üzünü digər uşaqlara tutdu: - Bəlkə sizlər görmüsüz, kimsə ... | ANL |
(Əvvəli ötən şənbə nömrələrində). HAŞİYƏ. Deyirlər bir vaxtlar bu şəhərdə həyat qaynayırmış, çiçəklənirmiş, bölgənin incisiymiş. Şəhər zənginləri İstanbula köç ediblər. Buralara da başqa köç başlayıb. Böyük ehtimalla indi sözləri boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən toplumun gəlib bölgədə yerləşməsi d... | ANL |
(Unudulmaz ustad jurnalist Hüseyn Mehrəliyevin işıqlı xatirəsinə). Bir vaxtlar yatsam yuxuma da girməzdi ki, ay ötüb, il dolanacaq, mən qəzet redaktoru olacağam, mənim ilk redaktorum Hüseyn müəllim isə pensiyaya çıxacaq və günlərin birində telejurnalist Qərənfil xanım onun barəsində mənə yazı gətirəcək, mən də həmin ya... | ANL |
Noyabr ayınının bizim üçün xüsusi önəmi var. 1988-ci ilin 17 noyabrdan başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxardı. Müstəqil dövlətin ilk müstəqil Konstitusiyası da noyabrda ümumxalq səsverməsi ilə qəbul olunub. Həmçinin müstəqil dövlətin Milli Məclisinə ilk seçki də Konstitusiya səsvermə... | ANL |
AYDIN TAĞIYEVİN HEKAYƏLƏRİ. Çoxdan idi Aydın Tağıyev haqqında bir yazı yazmaq, öz ürək sözlərimi söyləmək istəyirdim. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, daxilən sevinirdim ki, Aydın yaradıjılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, inandırır bizi. Yenə də həy... | ANL |
Göylərin şəfəqi düşdü üzünə. Ayrıldıq dənizlə, ağ ləpələrlə, Necə aparasan? Dəniz dənizdir. Dənizi verdim ki, sənə hədiyyə, Gəldiyim sahilə gələsən bir də. Dəniz sahilinə qayıtmaq olar, Göylərin sahili varmı, gedim mən?! Düşündüm, ayrıldıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Mən... | ANL |
O müdhiş gündən 19 il ötməsinə baxmayaraq hər şeyi sanki dünən baş vermiş bir hadisə kimi xatırlaya bilirəm. Çünki həmin vaxt "Ağdam" qəzetində əməkdaş işləyirdim və gün ərzində bəzi məqamlar mənim gözlərim qarşısında baş vermişdir. Dağlıq Qarabağda alovlandırılmış acı bağırsaq kimi uzanan münaqişənin başlanmasından üç... | ANL |
Belə demək mümkünsə, təkcə adlarını çəkdiyimiz romanlarında deyil, ümumiyyətlə Ostenin bütün əsərlərində adi həyat, əyalətdəki insanlar təsvir olunur. Onlar sadə kişilər, qadınlar, o dövrün əyalət psixologiyasına, yaşam tərzinə, yaxud ərə getməyi, hansısa mirasa sahib olmağı arzulayan adamlardır. Və onların cürbəcür pr... | ANL |
Gözəlliyin və modernləşmənin harmoniyası. Təhsil, səhiyyə,mədəniyyət... 2011-ci ilin 9 ayında təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahəsində də məqsədyönlü işlər aparılmış, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim-tərbiyə və tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqət artırılm... | ANL |
Hacıqabul qışın astanasında. Bu il ölkəmizə qış gözlədiyimizdən xeyli tez gəlib deyəsən. Əslində qış fəslinin başlanmasına hələ bir aydan çox vaxt var. Ancaq son zamanlar ölkə ərazisində tüğyan edən qarlı, yağışlı hava şəraiti elə əsil qış ovqatıdır. Ağaclardan tökülən saralmış yarpaqları yorulmuş ayaqlarımızla xışılda... | ANL |
"Ağdama getmə səhnəsində də Aqil Abbas yıxıldı". Kərkicahanlı Fərhadın qəhrəmanlığını əks etdirən 18 dəqiqəlik bədii-sənədli filmlə Mədəniyyət və Turizm Nazirliyinin etimadını qazanan Elxan Cəfərov Qarabağ müharibəsindən bəhs edən "Dolu" filminin çəkilişlərini başa çatdırdı. Bu mövzuya olan ehtiyacdan və ümiddən yarana... | ANL |
Türkiyə paytaxtındakı beynəlxalq sərgidə özümüz də iştirak etdik, sözümüz də, səsimiz də... Noyabrın 12-dən 15-dək İstanbulda Beynəlxalq Kitab Sərgisi keçirilib. 600-dən çox yerli və xarici nəşriyyat evi, kitab yayımı ilə məşğul olan qurumların qatıldığı tədbirdə Azərbaycan təmsilçiləri də iştirak edib. Mədəniyyət və T... | ANL |
Elnarə Abdullayeva həmkarlarını yıxdı-sürüdü. Bir neçə il əvvəl çox nadir evlər olardı ki, orda bu xanəndənin lent yazıları olmasın. Müsahibimiz tanınmış xanəndə Elnarə Abdullayevadır. -Şamaxı rayonunun Çuxannı kəndində anadan olmuşam. Onuncu sinfi bitirdikdən sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə, da... | ANL |
Unuda bilmərəm. Düz 60 ilin söhbətidi... Gürcüstanda orta məktəbin 5-ci sinfində ədəbiyyat müəllimimiz Həsən Kərimov bizə Abdulla Şaiqin "Məktub yetişmədi" hekayəsini danışırdı. Çoxunuz bilir ki, bu əsər neft mədənində çalışan Qurbanın acı taleyinə həsr olunmuşdur. Neft fontanı vaxtı quyuda faciəli ölümündən sonra Qurb... | ANL |
Sözün həqiqi mənasında elə bil göydən yerə vedrə ilə su tökülürdü: küçələr, səkilər axar çaylara çevrilmişdi. Səkkizinci mikrorayondan Sumqayıta yas yerinə getməliydim. Mən biləni "Azadlıq" metrostansiyasından 98 saylı avtobus Novxanını hərlənib-fırlanıb oraya getməliydi. Amma hansısa bir mərdimazardan soruşanda o qəti... | ANL |
(Əvvəli ötən şənbə nömrələrində). HAŞİYƏ. Məktub çox yazırlar mənə - nəsə məzmun, məna kəsb eləyənləri də olur, haqlı-haqsız tənqidlər də olur. Razılaşdığım və razılaşmadığım. Mən hər zaman sözümün arxasındayam, əsaslandıra da bilərəm. Məktubların böyük əksəriyyətini oxuyan kimi unuduram, silirəm həm səhifəmdən, həm də... | ANL |
Mənim bu fikirlərim heç kəsin xətrinə dəyməsin - bu sözlər eynilə də Qərbi Azərbaycan, Qarabağdan, bir sözlə, qaçın həyatı yaşayanların hamısına aiddir. Vallah, billah oxucuların ürəyinə ümidsizlik toxumu səpmək fikrindən çox-çox uzağam. Amma bütün bunlar faktdır, reallıqdır. Vaxtı ilə mən ingilis aktyorunun bir fikrin... | ANL |
Akademik, deyəsən gopa basırsan, axı? Bir azdan növbətçi dəyişdi. Gecə yarısı qapının açarı şaqqıldadı. Akademik yatmamışdı, qalxdı ayağa, içəri üç əsgər girdi. Yenə qovluğu qapadı. Tağım yoldaşlarının dedikləri ilə qovluqda toplanmış sənədlərdəki ifadələrin bu qədər fərqlənməsi, Polkovnikin belə bir dəhşətli faciəyə h... | ANL |
Dünya şöhrətli alimin yubileyi doğma yurdu Ağdamda qeyd edilmişdir. Ötən şənbə günü Ağdamda görkəmli elm xadimi, dünya şöhrətli alim, akademik Ədilə Namazovanın 85 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Yubiley tədbirində millət vəkilləri, elm və incəsənət xadimləri, rayon ictimaiyyəti iştirak edirdi. Möhtərəm p... | ANL |
525-ci qəzet"i- varaqlayıb, xalqımızın böyük və sevimli şairi Zəlimxan Yaqubun "Nurlan" nəşriyyatında çapdan çıxmış "Səhra gülləri" kitabım haqda qələmə aldığı təssüratlarını oxuyuram. Elə bu başdan böyük ustadımız, Xalq şairi Zəlimxan Yaquba öz dərin təşəkkürümü bildirirəm. Xəstə hal olmasına baxmayaraq zəhmət çəkib b... | ANL |
Ulu türk dünyası, möhtəşəm Şərq aləmi çox Məhəmmədlər tanıyır, ancaq iki Məhəmməd-iki fövqəlinsan Türk və Qərq dünyası üçün əvəz olunmazdır.Onlardan birincisi dinimizin, Tanrıya məhəbbətimizin rəsulu-ulu peyğəmbərimiz Məhəmməddir(ə). İkincisi-sözümüzün, mənəvi dünyamızın, türkçülüyümüzün rəsulu Mövlana Məhəmməd Füzulid... | ANL |
İpək kimi İsmayıllı. Mədəniyyət və Turizm Nazirliyinin "Sənətkarlıq Paytaxtı"na təşkil etdiyi infoturdan qeydlər. Yaşıllıqlar məskəni İsmayıllının qardan ağ dona büründüyü bir gündə ölkənin 15-dən çox aparıcı KİV-lərinin təmsilçiləri rayona toplaşmışdı. Əli qələmli, çiyini kameralı adamların eyni gündə İsmayıllıya "hüc... | ANL |
Yaddaş adlı o quyunu. Xatirəmdə donub dur. Gəlib ora koma-koma, Bir gözləri bağlanmışı. İtələrdik uçuruma! Küyləşərdik-qarışardıq, Sonra ondan soruşardıq: - Yoldaş, səni kim apardı? Yetən vurar, üzə durar - dikəldərdi barmağını. Biz görərdik, Götürərdik. birimizə onumuzun. Bilərdik ki, bir fağırın getməyində. Amma yenə... | ANL |
Cəmi 56 kilometr uzunluğu olan bu yolu yayda getmək xeyli çətindir. Aranın istisindən dağlara - Lerikdəki istirahət mərkəzlərinə, buz bulaqlara, səfalı kəndlərə şütüyən maşınlar indi gözə dəymir. Ölkəyə bivaxt gələn soyuqlar dağlarda daha tez hiss edilir. Meşəli dağlar payızın bütün gözəlliyini hələ yaşamamış noyabrın ... | ANL |
Həmişə gənc qalan şəhər. Tarixçilər tərəfindən sübut olunub ki, eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə, bu yerdə qədim şəhərciynin yerləşdiyi məl... | ANL |
Milli Qəhrəmanın adı gəncləri bir araya gətirdi. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan festival çərçivəsində Bakı, İsmayıllı, Mingəçevir, Ucar və Zaqataladan olan 100-dən çox gənc bir araya gəlib. Gənclər və İdman Nazirliyinin Şüvəlandakı "Cırtdan" kompleksində 3 gün davam edən "Art Kamp"da gənclərə... | ANL |
Hərdən fikirləşirəm ki, qələm adamları, xüsusilə BÖYÜK SÖZÜN BÖYÜK CƏFAKEŞLƏRİ xalqına, elə sözün özünə xidmət etmək yükünü çiyinlərinə götürməsəydilər həyatımız necə də bomboz, mənasız olardı. Axı insan həyatını mənalandıran təkcə ətraf mühit, təbii mənzərə və yaxud tikilən binalar, çəkilən yollar, salınan körpülər və... | ANL |
Sabir Rüstəmxanlı: "Mən həmişə əzab çəkənlərin yanında olmuşam". Millət vəkili Sabir Rüstəmxanlı bir-birinin ardınca əlamətdar hadisələr qeyd edir. Bu ay isə Sabir bəyin də imzaladığı və müstəqilliyimizin bərpasına əsas verən sənədin 20 illiyi qeyd olunacaq. Bayram ovqatında olan həmsöhbətimiz bəzi problemlərdən də dan... | ANL |
Gəl, gəl kitab günləri... Beynəlxalq Sərgi-Yarmarkada dünyanın ən böyük kəşflərindən birinə baxmaq imkanı qazandıq. Yola salmaq istədiyimiz həftədə Mədəniyyət və Turizm Nazirliyi bir neçə maraqlı tədbir keçirdi. Belə tədbirlərdən biri də dünyanın ən böyük kəşflərindən sayılan kitabın təbliğinə hesablanmışdı. II Bakı Be... | ANL |
Qələm dostum şair Zülfüqar Şahsevənli məndən soruşanda ki, aşıq Şəmşir haqqında nəsə yaza bilərsənmi, onunla bağlı xatirələrin var, yox, mən gülümsəyib suala sualla cavab verdim: - Sən bilən ömrünün çoxu radioda, televiziyada keçmiş bir qələm sahibinin aşıq Şəmşir kimi məşhur bir sənətkar haqqında xatirəsi olar, yoxsa ... | ANL |
Azərbaycan poeziyasının müasir durumundan söz açanda bəziləri belə bir fikir irəli sürürlər ki, bizdə yeni poeziya yaranmaqdadır və ya artıq yaranmışdır. Bu fikri söyləyərkən həmin müəlliflər şeirimizdə sovet dövrü poeziyasından fərqli bir mənzərənin yarandığını, şeirimizin daha cəsarətlə həyat hadisələrinə, cəmiyyətdə... | ANL |
Birdən sinəsində nəsə qırıldı elə bil. Başı ağırlaşdı, gözlərinə tor gəldi, qulaqlarında uğultu qopdu... ...Özünə gələndə çırpınıb yerindən qalxmaq istədi. Ağrıdan tərpənə bilmədi, nəfəsi təngidi. Arxası üstə, gözləri tavana zillənmiş halda uzana qaldı. Birdən başının üstündə ona baxan bir cüt göz gördü. Şəfqət bacısın... | ANL |
Gənc şairdən olay yaradacaq müsahibə. Onunla hələ neçə il əvvəl telekanalların birində tanış olduq. O vaxt nə o bu qədər tanınmırdı, nə də mənim beynimdən ondan müsahibə götürmək keçmirdi. İndi isə tam zamanıdır ki, şair, qəzəlxan, Space TV-də yayımlanan "Sözümüz sözdür" meyxana yarışmasının baş münsifi Əvəz Qurbanlını... | ANL |
Romana başlamaq da ağır yük. İçində başlayıbsa bəs? Önünü kəsə biləcəksənmi? Gələcəksə gələcək. Şeir bəzən böyük bir romanın ağırlığını daşıyır. Sən də minnacık bir kadın sevəcək deyilsən, minnacık bir erkək də gözəllik etalonlarına uyğun deyil. Proloqu, obrazlar qalereyası, qəhrəmanları, süjet xətti, kulminasiya, qalx... | ANL |
İllər ötəndən sonra bəlli oldu ki, hamıdan çox qonaqlıq verən elə Tofiqin özüymüş. Ancaq bir şeyi qeyd etmək mütləq lazımdı ki, son vaxtlar ancaq gərəkli adamlara xərcləyir. Burda Tofiq hamıya oxşayıb öz orijinallığını itirir. Jurnalın baş redaktoruna, yaxud institutun kafedra müdirinə iki gündən bir zəng edib xəngəl, ... | ANL |
Yaxın günlərdə biz, ustadın arxivi ilə məşğul olarkən, rus dilində qələmə aldığı çox kiçik bir həcmli makina yazısına rast gəldik. Həmin tarixi-ədəbi sənəd, özündə, 80-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan professor Rafael Hüseynovun müəllifi olduğu (aylıq) "Mənəvi İrsimizdən" adlı ədəbi-bədii veriliş... | ANL |
Cəlilabad təhsilinin uğurları. Son zamanlar təhsilin inkişaf etdirilməsi üçün respublika rəhbərliyi, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bir çox tədbirlər ölkə ictimaiyyətinə yaxşı məlumdur. Heç şübhəsiz ki, təhsildə aparılan bir çox islahatlar, yeniliklər bir neçə ildən sonra öz nəticəsini verəcək. Respublika... | ANL |
Çərpələng. Təvəkkül Səlimova. Camaat evdəki son bəzək-zinət əşyalarını bazara çıxarıb, dəyər-dəyməzə satmağa məcbur olurdu ki, çörək pulu əldə edə bilsin. Hamı borc içində idi. Borclular yolunu borc sahibinin məhəlləsindən salmamağa çalışırdı - birdən üz-üzə gələrlər, pərtlik olar. Kəndin əli iş tutan cavanları buralar... | ANL |
Əsərləri ilə az tanış olduğumuz, hələ üzlərini görmədiyimiz professor-müəllim heyətinin dünyasına düşdüyümüz o miqyasasığmaz fərəhli günləri unuda bilmirəm. Mülayim təbiətli, son dərəcə mehriban və humanist olan, rus ədəbiyyatını bizə təmkinlə öyrədən Məmmədcəfər Cəfərov, konkretliyi, nitqdə yığcamlığı sevən, seminarla... | ANL |
Söz dənizi kül eləyər, Anadan köz doğularsa! Söz məqamın sahibidir, Çox deyil, az doğularsa. Söz möcüzəsi! Olar Tanrı qiyafəsi, Söz əgər düz doğularsa! Bu içimin səsidir - Məni yuxudan oyadır ki, Bu dünyanın təsadüfən. usanmış, beşmiş dərdi. Bəzən uşaqtək aldadır, Bir udum ümid üçün. Mənə layla çalan səs. Gecələri doğu... | ANL |
Bədii yaradıcılığda orijinallıq böyük bir keyfiyyətdir. Əslində orijinal və yenilikçi olmasan sənət aləmində möhkəm yer tuta bilməzsən. Həyatda hər bir şeyi asan deyil dərk edərək mübarizədə almalısan. "Səni düşünürəm "lirik seirlər toplusunun müəllifi Afaq Şıxlı öz orijinallığı, fərqli ruhu və dünyası ilə seçilən şair... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Respublikamızda son illər aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadiyyatının əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf strategiyas... | ANL |
"Elm" qəzetinin nömrələrindən birində (26 noyabr 2009-cu il) Azərbaycan Pedaqoji Universitetinin müəllimi Y.Babayevin mənim təkzibimə zahirdə təkzib niyyəti ilə yazdığı, amma elmi mübahisə və iradlarımı fərqli müstəviyə keçirən, tənqidlə təhqirin sərhədini itirən yazısını oxudum və heyrət etdim. Əvvəla, cavab altı ayda... | ANL |
Xalq artisti Ağaxan Abdullayevin Milli.Az xəbər portalına müsahibəsi. Azərbaycan muğamı. Şərq musiqisinin gövhəri. Minilliklərin o tayından süzülüb saflaşan, indinin özündə də dünyanın hansı bölgəsində olur-olsun, rəngindən, irqindən, dilindən asılı olmayaraq insanları sehrləyən möcüzə. Ustad sənətkarların cilaladığı i... | ANL |
Dünən M.F.Axundov adına Milli Kitabxanada Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edilmiş "Nizami hikməti, Şəhriyar sözü" adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycanda keçirilən İran İslam Respublikasının Mədəniyyət Günləri çərçivəsində baş tutub. Dəyirmi masada çıxış... | ANL |
Başqa sözlə, əgər istinad verilibsə, sitatın dəqiq müəllif və ünvanı göstərilibsə, bu, elmi mülahizələrdə ənənə və fərdiyyətin sərhədlərini müəyyənləşdirməyə yardım edir və kiminsə fikrinin təkrarı demək deyil. Mənim bütün araşdırmalarımda bu prinsip gözlənilib. Bir də ki, müzakirə predmeti mənim araşdırmalarımın ənənə... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Orta məktəbi bitirənlərdən 1 nəfəri şəhər 11 nömrəli tam orta məktəbin məzunu Abduləli Hadızadə qızıl medala layiq görülmüş, 17 nəfərin attestatının qiymətlərinin hamısı əla olmuşdur. Bu gənclərə attestatlar təntənəli şəkildə Heydər Əliyev muzeyində təqdim olunmuş və qiymətli hə... | ANL |
Transmilli mütəşəkkil cinayətkarlığın tərkib hissəsi olan insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra ən çox gəlir gətirən sahədir. Əsasən iqtisadi və siyasi baxımdan böhran keçirən dövlətlərin vətəndaşlarının özünə və ailəsinə "xoşbəxtlik axtarışları" onları insan alverçilərinin potensial gəlir m... | ANL |
Sən - ağrıların keyidicisi! bəd xəbərlərin qovucusu! ən kefli halımın yoldaşı! Sən olmasaydın. düşən. qanıma işləyən bu. fəlakət virusları. bu faciə, bu ölüm epidemiyaları. çoxdan yayılmışdı beynimin hər küncünə. Yayılmışdı yosun tək! Sən saxladın onu damarlarımın divarlarında. beynimin uzaq küncündə! Boğazımdakı qəhər... | ANL |
Kamil Cəlilov: "İfalarımın əksəriyyətini yuxuda eşitmişəm". Tanınmış qaboy ifaçısı, xalq artisti Kamil Cəlilovun Milli.Az xəbər portalına müsahibəsi. Azərbaycanda elə musiqiçilər var ki, ifa etdikləri musiqi alətləri onların adı ilə xarakterizə edilir. Misal üçün, gitara deyiləndə Rəmiş, tar deyiləndə Ramiz Quliyev, sa... | ANL |
"Telekanalları bu günə qoyan tamaşaçılardır". Müsahibəyə getməzdən öncə də bilirdim ki, nəsə əndrəbadi bir söhbət alınacaq. Çünki dilindən hələm-hələm tərif eşitmədiyim İradə Tuncay müsahibim haqda xoş sözlər demişdi. Elə ilk sualdan da düşündüyümün yanlış olmadığını başa düşdüm. Beləliklə, müsahibim "Xəzər" t... | ANL |
Hansı haqla Babayev kimi bir düşüncə sahibi başqasını ağ yalanda ittiham edə və vicdanı olduğuna şübhə edə bilər?! Yeri gəlmişkən, Nəsimi şeirinin Qurana bağlılığını, onun digər səmavi kitablara bələdlik səviyyəsini ayrı-ayrı məqalələrimdə təhlil etdikdən sonra bu qənaəti irəli sürmüşəm. Digər ölkələrin nəsimişünaslığı... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Ölkə rəhbərliyinin qayğı və diqqəti. Müstəqil Azərbaycanın tarixinə şərəfli səhifə kimi yazılan XXI yüzilliyin ilk 10 ilinə nəzər salarkən yaddaşımızda ölkəmizdə uğurla həyata keçirilən güclü iqtisadi, sosial-mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır. Bütün sahələrdə baş ver... | ANL |
Müstəqilliyimiz daim əbədi olacaq. Bir gün azad yaşamaq, qırx il qul kimi yaşamaqdan yaxşıdır. Zaman-zaman xalqımızın igid, vətənpərvər oğulları Azərbaycanın müstəqilliyi üçün çalışmış, bu yolda neçə-neçə vətən oğulları qurban getmişdir. Şah İsmayıl Xətai sahəsi 514 min kvadrat kilometr olan bütöv Azərbaycan yaratmışdı... | ANL |
Bu gün ölkəmizdə gənclərlə bağlı bir çox uğurlu layihələr həyata keçirilir ki, bu da gənclər siyasətinin əsasını təşkil edir. Gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiə... | ANL |
Dünyanın mizanını beynəlxalq toplantılar da düzəltmir. Vəfa Quluzadə: "Daxildə bir sıra məsələlərdə islahatlar aparılır, amma onlar kafi deyil". Yay tətilinin sona çatması ilə bir-birinin ardınca beynəlxalq tədbirlər, səfərlər də reallaşdırılmaqdadır. Bu mənada BMT Baş Assambleyasının 66-cı sessiyası, Polşada "Şərq tər... | ANL |
Gəlin, şeirdən danışaq. əvvəli ötən sayımızda. Ölüm min illərin həqiqətidir və bu əbədi mövzu dünyanın bütün şairlərinin şeirlərində zaman-zaman səslənməkdədir.. Azərbaycan poeziyasının da öz ölüm fəlsəfəsi var. Ölümün labüdlüyü və qaçılmazlığı: Dünyayə gələn getmək üçündür, bu nə qəmdir, Bir fikr elə bu xilqəti-aləm n... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. İlin ən yaxşıları. Rayon üzrə götürdükdə şəhər 1, 2, 3, 4, 5 nömrəli, Qaxbaş 2 nömrəli, Cəlayir, Ləkit, Zərnə, Qum kənd tam orta məktəbləri şagirdlərinin buraxılış imtahanlarındakı keyfiyyət göstəriciləri rayonun orta göstəricisindən yüksək olmuşdur. Rayonun təhsil müəssisələrin... | ANL |
İlk öncə qeyd etməliyik ki, Babayevin "XIII-XIV əsr anadilli lirik şerimizin inkişaf yolu" adlı kitabının giriş və nəticə hissələrinin olmaması müəllifinin mövzuya və irəli sürdüyü problemə "bələdlik səviyyəsi"nin aşkar dəlil və sübutudur. Mövzu lirik şerin inkişaf yolu olduğu halda, lirik şeir və epik şerin sərhədi mü... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Nə zaman yaranıb bu ifadələr? Nə məqsədlə deyilib? Bilən yoxdur! Yalnızca ağla batan və batmayan mülahizələr var. Bəlkə türk dilində danışıb da türk olmayanların s... | ANL |
Dağlıq Qarabağ probleminin həllini düyünə salan da budur. Dağlıq Qarabağ probleminin tənzimlənməsi məqsədilə aparılan danışıqların bir neçə illə müqayisədə intensivləşdirilməsi məsələnin tez bir zamanda həllinə ümidləri artırmasa da diqqətdən kənarda qalmaması baxımından təqdirəlayiq hesab oluna bilər. Bir şərtlə ki, b... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Bu məqalə ilə bağlı qəzetin redaktoru vasitəsilə yazara göndərdiyim aşağıdakı məktuba da cavab gəlmədi: KAŞ YAPARKEN GÖZ ÇIKARMAYAK. Sevindirici haldır ki, Türkiyə... | ANL |
Lənkəran, gözəl diyar, Doğma şəhərim mənim! Bu misralar Lənkəranı vəsf edən minlərlə poetik nümunələrdən biridir. Azərbaycanın coğrafi xəritəsində öz yeri olan Lənkəranın ölkə həyatında da heç şübhəsiz öz mövqeyi var. Bu məkanı "Cənubun Mirvarisi" adlandıranlar da qətiyyən səhv etməyiblər. Başı buludlara çatan Talış da... | ANL |
Lənkəran, gözəl diyar, Doğma şəhərim mənim! Gözəldir bu yerlərin səfası. Dənizi, dağları, yaşıl ormanları olan rayonda turizm də elə buna görə xeyli inkişaf etmişdir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev belə ümumiləşdirmişdir: "Lənkəran bölgəsində turizmin inkişafı üçün hər bir şərait vardır. Subtropik zonaya... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. "Para pul oldu" deyimi olsa da, alış-verişlərdə istifadə olunan ödəniş vasitəsi yox, məktub göndəriləndə zərfin üzərinə yapışdırılmaq üçün istifadə olunan "marka"d... | ANL |
Əyləşib dərmanım, dərdim yanaşı, Təklikdən qorxanda təklənir adam. İşığın qəfildən dönər kölgəyə, Od elə donar ki, donu görünməz. Çaylara qol olan çağlarım hanı, Gəzəm, görməyim yox, baxmağım qalıb. Üfüqlər dalında qovum, qovdanım, Üfüqlər qaşında çaxmağım qalıb. Hər səsi eşitmir əsrin qulağı, Özümə yağışam, özümə çəti... | ANL |
Əyləşib dərmanım, dərdim yanaşı, Təklikdən qorxanda təklənir adam. İşığın qəfildən dönər kölgəyə, Od elə donar ki, donu görünməz. Çaylara qol olan çağlarım hanı, Gəzəm, görməyim yox, baxmağım qalıb. Üfüqlər dalında qovum, qovdanım, Üfüqlər qaşında çaxmağım qalıb. Hər səsi eşitmir əsrin qulağı, Özümə yağışam, özümə çəti... | ANL |
Qərib şəhərin nağılı. Bir uçuq şəhər vardı. Bağrından köhnə evlərin harayı. Gözlərindən neft yaşları axardı... Neft kimi həyatları qara. Özləri ağ adamları vardı. Hər gecə bir böcək cırıldardı uzaqlarda. Səsi pəncərəmdə cingildərdi... Pərvanələr uçuşardı. İşıq dirəklərinin ətrafında. Buralarda gecələr tez düşərdi. Bu ş... | ANL |
gözlərimdən doğulan dərd. balamdır, mənə oxşayır. qürbətdə sinəm dağlanır, ürək yanır, alovlanır. qapımdan kölgə boylanır, sənin kölgənə oxşayır. boylanıram kəndə sarı, dağlar kəsibdi yolları. zirvələrin bəyaz qarı, saçında dənə oxşayır. dərdim yaşımla tənləşir, dərdli yolumuz birləşir. dərd çəkdikcə böyükləşir, anam v... | ANL |
FEYZİYYƏ. -deyirlər, gecələr piano səslənir otağımda. -mən piano çalmağı sevirəm. məsələn, sevmirsən yüksəkliyi. amma hər gecə çıxırsan binaların damına, ocaq qalamağa. gecənin qaranlığında. sürmə izlərinə toxunmadığı tək. nəmini saxlasaydı balıncların, qurutmasaydı qaranlıqlar, sabahlar da bir baxsaydı, bir görsəydi. ... | ANL |
Əvvəl Çiçəyi Burnunda olanlar, sonra Qarasaqqallar düzləndi. Ağsaqqallar da ərinə-ərinə yerlərindən qalxdılar. Dədələr isə heç qımıldanmadılar da. Akademik də qalxmaq istəyəndə dədələrdən biri əlini qoydu onun çiyninə: - Əyləş, sənə aid deyil. Əyləşin! Çiçəyi Burnunda olanlardan biri tez qaçıb eyvandakı soyuducudan bir... | ANL |
Tələsik qələmi də, kağızı da gətirirəm. Çarpayısının yanındakı mizin üstünə qoyur. Sonra nə fikirləşirsə, kağızı bükür və üzümə baxır- yəni otaqdan çıx. Səhər otağı yığışdıranda oxuduğu kitabın içində gizlətdiyi kağızda yazdığını oxuyuram - "Sürünərəm dizin-dizin... "Bu nədi? Dərinliyinə varmadan kağızı öz yerinə qoyur... | ANL |
avtoportreti donatdı. Çıxar olsam, bu ümummilli, ümumədəb karandaş yiyəsinin ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə "Ürəyimsiz kəlmə yazan deyiləm. dedirdilən çağlarda "Azərbaycan! deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər" söyləyirdi. Yeri gəlmişkən (daha doğrusu - üslub havasını dəyişmişkə... | ANL |
Firudin Ağasıoğlu: "Təəssüf ki, müstəqilliyə ikrah hissilə baxanlar var". Üç gündən sonra ölkəmiz tarixi bir hadisəni qeyd edəcək. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyi tamam olur. Həmin dövrdə Milli Azadlıq Hərəkatına qoşulan tanınmış alim Firudin Ağasıoğlu tarixi sənədə imza atanlardan biridir. Firudin bəylə ... | ANL |
Səkinə İsmayılova: "...ağızlarını açmaqdan çox, bədənlərini açmağa üstünlük verirlər". Tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılovanın Milli.Az xəbər portalına müsahibəsi. Bu müddətdə haqsızlıqla da üzləşib, çətinliklə də. Amma özünün dediyi kimi, sənətə olan sevgisi ona bu yoldan dönməyə imkan verməyib. Məqs... | ANL |
Yubileyə "Məcburən doktor" çağırıldı. İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümə Molyerin əsəri ilə başladı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti mövsümə start verdi. Bu mövsüm yubiley-sayca 130-cu olduğuna görə kollektiv açılışı daha geniş məkanda qeyd etdi. Özü də yubiley mövsümünün açı... | ANL |
Adamın canı ağrıyanda bilmir neyləsin. Daha doğrusu, dünyada ən gözəl var-dövlət can sağlığıdır. Bu sözləri cavan yaşlarımızda eşidəndə çox adi qarşılayırdıq və fikirləşirdik ki, onsuz da canımız sağdır da, buz baltası kimiyik, tay başqa can sağlığına nə ehtiyac. Dərk elədik ki, heç də cavanlıqda sağlamlığımızın qayğıs... | ANL |
Ümumtəhsil sistemində müasirləşmə dövrü. Azərbaycan reallığında. Xalqımız dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü bayram edir. Davamlı inkişaf tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Qartalkimilərdən ova öyrətilə bilən kiçik bir yırtıcı quş. Ziyalı, münəvvər. Pəncərəsi olan. Ayırmaq işi. Tr - Qüsuruna görə birinə acı sözlər söyləmə, acıqlanma. ... | ANL |
Tədbirdə qanlı olayların şahidləri danışıblar. Dünən "Avropa" otelində "Asiya Dialoqu" İctimai Birliyinin təşkilatçılığı ilə "Mavi Mərmərə ilə azadlığa" adlı beynəlxalq tədbir keçirilib. Tədbirin təşkilatçısı "Asiya Dialoqu" İctimai Birliyinin rəhbəri, tanınmış jurnalist Sevil Nuriyeva bildirib ki, tədbirdə "Mavi Mərmə... | ANL |
Artıq bu xanım ölkəmizdə millimizin sevimlisi Foqtsdan da məşhurdu. Foqtsun atalarının başladığı II Dünya Savaşı zamanı partizanlıq edən həmyerlimiz Səməd Şirməmmədova vurulub ailə quran bu xanım davadan sonra Səmədin xətrinə İmişlinin Murquzalı kəndində divara təzək yapmağı Baden-Badenin mavi gecələrindən üstün tutub,... | ANL |
Yalçın Rzazadə: "Özümü dənizdə boğulan insana bənzədirəm". İncəsənət xadimi, xalq artisti Yalçın Rzazadənin Milli.Az xəbər portalına müsahibəsi. - Yalçın Rzazadə keçmişə tez-tezmi səyahət edir? Keçmişə boylandıqda hansı xatirələri daha cox yada salır? - Mən elə bir insan tanımıram ki, o müəyyən bir yaşda, müəyyən bir s... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Pəncərə. Xətkeş. Boyu normaldan qısa olan şəxs, cırtdan. İnkişaf etməmiş. Tr - Bəlli isimlərdən öncə gələrək fe"lə bağlanır ve isimlə əlaqəli bir sür"ətlilik, tezl... | ANL |
Ümumtəhsil sistemində müasirləşmə dövrü. Məktəblərin informasiya kommunikasiya texnologiyaları ilə təminatı. Müasir dünyada ölkələrin inkişaf səviyyəsi tətbiq olunan innovasiya texnologiyalarının səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı, bu işə xüsusi əhə... | ANL |
Bütün müsahiblərimlə olduğu kimi, bu müsahibimlə də tanışlığımın qısa tarixçəsi haqda onu deyə bilərəm ki, imzasını özündən daha tez tanımışam. Daha doğrusu, imzadakı qeyri-adilik, yəni "Almanqızı" soyadı diqqətimi çəkib və iş elə gətirb ki, qısa müddət də olsa eyni kollektivdə çalışmışıq. Beləliklə, müsahibim Türkiyə ... | ANL |
Müstəqil olmaq. Bütün gözəl, bənzərsiz, müqəddəs işlər insandan hünər istəyir. Ona görə də zaman səviyyəsində yaşayıb fərdi, xəlqi və dövləti müstəqilliyə tam çatmaq mümkün deyil. Müstəqillik əzəli istəkdir: öncə fərdin içinə gələn, sonra xalqın. Müstəqil fərd varsa, müstəqil xalq da var. Müstəqillik başlıca olaraq mən... | ANL |
Əvvəla; bu, çox ciddi romandır, içində HƏQİQƏT var və Aqil Abbas o yazıçılardandır ki, həqiqəti yalanla bəzəyib oxucuya sırımır, əksinə, bütün yalanların üstündən keçib əsl həqiqəti ortaya qoyur. Dahi Nizami Gəncəvi yazırdı ki: Yalanlar ardınca getsə sənətkar, Əyri pərdə kimi baş-ayaq çalar. Aqil də yalanları, özü də h... | ANL |
Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iki konfrans keçirildi. Vaşinqtonda "20 illik ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı anlaşma: yeni nəslin rolu" adlı konfrans keçirilib. Konfransda amerikalı və azərbaycanlı analitiklər, keçmiş və indiki rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, media və Azər... | ANL |
Ümumtəhsil sistemində müasirləşmə dövrü. İstedadlı uşaq və gənclərə göstərilən qayğı. Prezident İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirək" süarı gənc nəslin intellektual potensialının artırılmasına, onların elmi-texniki tərəqqinin bütün nailiyyətlərindən səmərəli istifadə etmələrinə geniş şərait yaratmışdır.... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. (əvvəli ötən sayımızda. Tr - Divar daşlarının və ya kərpiclərin suvaqla doldurulub üzərindən mala çəkməklə düzəldilən aralığı. Tr - Qohumun uzaq olduğunu anlatmaq ... | ANL |
ƏDƏBİYYATDAN ƏBƏDİYYƏTƏ. Bu baxımdan yanaşdıqda tanınmış şair, publisist, ömrünü ədəbiyyatın, elmin, mədəniyyətin, incəsənətin təbliğinə həsr edən jurnalist Flora Xəlilzadənin dostlarının əhatə dairəsi çox genişdir. Əlbəttə, burada dostluq şərti, simvolik mənadadır. Ona görə ki, Flora xanım təkcə yaxından tanıdığı yox,... | ANL |
OKTYABR AYI HÜSEYN CAVİD AYIDIR. Taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin ölümündən çox-çox sonralar müxtəlif illərin məhz oktyabr aylarında onun barəsində tarixin ədalətli hökmləri verilmiş, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilmişdir. Belə bir tarixi və şərəfli işdə müdri... | ANL |
"Lolita"nın süjeti Hollivuddan götürülüb. Peşəsi insanları güldürmək olan səssiz kinonun 1 nömrəli aktyoru - böyük Çarlz Spenser Çaplinin FBİ-dəki (Federal Təhqiqat Bürosu) dosyesindən belə anlaşılır ki, o, dəfələrlə pedofiliyaya görə məsuliyyətə cəlb olunub. Və görünür, məhz o, Vladimir Nabokovun "Lolita"sındakı Qumbe... | ANL |
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. (Bir mülkü) Başqasına buraxma, başqasının üstünə keçirmə. (ovçuluqda) Sıx meşədən keçmək. (məcazi) Özündən aşağı səviyyəde olan biriniə acıqlanmak. Küləkle fırlana... | ANL |
Zəngləşdiyimizdən az keçməmiş ağ rəngli "Niva" görüş yerində titrəyib dayandı. Toz-torpaqlı, bir xeyli də palçıqlı maşın köhnəyə oxşamırdı, ancaq kənd miniyi olduğu aydınca görünürdü. Şirvan Meyvəçilik Mərkəzinin Biləsuvardakı filialının icraçı direktoru Samir Salahovla da elə burda görüşüb tanış oluruq. "Bu maşının be... | ANL |
Bu yaxınlarda əlimə bir kitab düşdü. Novruz Nəcəfoğlunun "Çarəsiz yolçu" kitabının üz qabığında başında kəlağayı olan əsl Azərbaycan qadınının təsvirinə diqqətlə baxdım. Xəyalım məni çox uzaqlara, hansı ki, uşaqlığım keçən kəndimə yamyaşıl, yovşan ətirli, dağların döşündə özünə məskən salan doğma Kalvama apardı. O kənd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.