text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
ZİRVƏ YÜRÜŞÜ. Xalqımızın və dövlətçiliyimizin tarixində ən əlamətdar hadisə olan Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da çoxsaylı kütləvi yubiley tədbirləri keçirilmişdir. Digər kollektivlərlə bərabər idmançılarımız da bu bayram ərəfəsində...
ANL
Polad Bülbüloğlu: ”İnanırıq ki, Rusiyanın köməyi ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”. Moskvada Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Rusiya xarici...
ANL
Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından da yelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi. Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma söküb atmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləri çırtlayandan, arandan yaylağa kö...
ANL
(Əvvəli ötən şənbə nömrələrində). Sonuncu dəfə nə vaxt görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə nə vaxt rastlaşmışdım Vurğunla? Məlum, adını eşitmişdim, qəzetlərdə oxumuşdum, televizorda görmüşdüm. Hərəkat illəri, ondan sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr... Heç kimin xəyal edə bilmədiyi, ağlını...
ANL
Deyə bilərəm ki, son on ilin poeziyasında zərifliyi, incəliyi ilə seçilən lirik şeirlər sayına və sanbalına görə ötən onilliklərdəkindən heç də geri qalmır. Lirik "mən"in etirafları; həyat sevgisi, gözəllik duyğusu şeirin yaraşığı olan bədii təsvir və ifadə vasitələri ilə poetik məna kəsb edir. Dünya sanki bu lirik "mə...
ANL
Sevgilim qapımı asta-asta döyər. Yağışlar pəncərədə bəhs edər şikəstədən. Sevgilim bilməz ki, bu hədiyyələr. Hazırdır onunçun dünəndən. Mənə qarşı əyilər ipək yanaqlarında. Moruq qırmızılıqları. Sevgilim gülümsəyərək toplar yetim kağızları. Gözləri məndən icazə istər. Sonra dəsmal çıxarıb ehmalca silər. Kipriklərdəki g...
ANL
Qoy can deyim torpağına, daşına, Çiçəklənən baharına, qışına. Al örtülər nə yaraşır başına. Geniş köksü qızıl nişanlı ölkəm. Qəlbimdəki hiss-həyacan sənindir, Damarımda qaynayan qan sənindir. Qoşa çaylar axın gəlsin Muğandan, Xəzərsarı baxsın, gəlsin Muğandan, Pambıqların qoy yüksəlsin Muğandan, Geniş köksü qızıl nişan...
ANL
Xalq şairi Vaqif Səmədoğlunun Kulis.az internet dərgisinə müsahibəsi. - Mənim yaşımda adamların çoxu bulvarda domino oynayır, mənimsə bulvarım Facebook-dur. Günümün təxminən 4 saatını ara verə-verə internetə həsr edirəm. İnternetdə əsas yazışmalarım Novosibirsk Akademiyasının fizikləri ilə olur. Çünki onlar mənə çox do...
ANL
Rejissorun quruluş vermədiyi tamaşadan reportaj. bəlayi-eşqi ilə qıl aşina məni"-deyən Məhəmməd Füzulinin heykəli. Akademik Milli Dram Teatrının arxasında "Yuğ" Dövlət Dram Teatrının yerləşdiyi bina. Teatrın foyesində, qapının önündə xeyli adam var. Amma və lakin rejissordan başqa hamı gəlib. Əslində elə onun gəlməyəcə...
ANL
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəziləri...
ANL
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Tr - Birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, donos. KABAKLAŞMAK / QABAQLAŞMAQ. Qıçları örtən, paltoya bənzəyən...
ANL
Amma Sizin şeirləriniz çox fərdiyyəçi, kədərli, melanxolikdir. - Səməd Vurğunda olan kədərli şeirlər heç Füzulidə yoxdur. Səməd Vurğun şeirlərinin ən üstün keyfiyyəti dilidir. Çox axıcı, səlis dildə yazırdı. Mikayıl Rəfili bir dəfə ona deyir ki, sənin dilin məndə olsaydı, bu saat Azərbaycan yox, dünya şairi idim. - 60-...
ANL
İnfeksion xəstəliklərlə "müharibə" sona çatır. Aparılan profilaktik tədbirlər nəticəsində uzun illərdir ki, rayonda qızılca, məxmərək, qarayara, difteriya, tetanus və poliomelitlə xəstələnmə qeydə alınmır. Malyariya ilə xəstələnmələrin də kökü kəsilir. Keçən il bir halda bu cür xəstələnmə baş vermişdir. Uşaqlar arasınd...
ANL
Azərbaycan öz qədim və zəngin mədəniyyəti ilə digər ölkələrdən bütün dövrlərdə seçilib. Eyni zamanda, bu qədim ölkənin çoxlu sayda yaşayış məskənləri, tarixi yurdları olub. Neçə illər, neçə əsrlər keçsə də, günlərin birində nə vaxtsa yenidən tarixçilər həmin qədim məskənə ayaq basıb, arxeoloji qazıntılar aparıb və tari...
ANL
Dünya muzeylərindəki şedevrlərimiz. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi foto-sərgi yaddaşımızı təzələdi. Dünyanı heyrətləndirəcək sənət əsərləri yaratmaq hər xalqa nəsib olmur. Azərbaycan tarix boyu nadir sənət nümunələri yaratmaqla bəşər mədəniyyətinə öz töhfələrini verib. Həmin şedevrlə...
ANL
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Tr - Birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, donos. KABAKLAŞMAK / QABAQLAŞMAQ. Qıçları örtən, paltoya bənzəyən...
ANL
Monqollar şəhəri yandırdılar, insanları qılıncdan keçirdilər. Qədim şəhərin saxsı qabları, şirniyyatı Yaxın Şərqdə çox məşhur idi. Belə zəngin bir şəhərə şimaldan xəzərlər, cənubdan isə ərəblər göz dikmişdilər. Beyləqanlılar yadellilərə və yerli feodalların zülmünə qarşı dəfələrlə üsyan qaldırmışdılar. 1221-ci ilin pay...
ANL
Ancaq onun da öz qayğıları var. İnsan qəlbində qəribə duyğular yaradan payızın ilk ayı arxada qaldı. Havaların bir qədər də soyuması ağacların saralmış yarpaqları ilə həmahəngdir. Bakı-Astara şossesinin 232 kilometrliyində yerləşən Masallı rayonu təbiətinə və relyefinə görə ölkənin ən füsunkar məkanlarından biridir. Ta...
ANL
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Böyük və görkəmli ev. Hökümət evi. Araba və ya heyvanlarla bir gündə gedilən yol. Seyahətdə gecəni keçirmək üçün enilen, qonaq qalınan yer. KOŞMAK/QOŞMAQ. Tr - Kəs...
ANL
Vaqif Səmədoğlu: Səməd Vurğunu bircə dəfə ayaqüstə dura bilməyən, sərxoş görmüşdüm. - Millət vəkili seçildiyiniz Qazax rayonuna axırıncı dəfə yolunuz nə zaman düşüb? Müsavat Partiyası məni üzvlüyündən çıxardı, amma hökumət hələ də məni o partiyanın üzvü hesab edir. Onlar həmişə elə bilirlər ki, nəsə başqa səpkidə danış...
ANL
GÖZƏLLƏŞƏN ŞAMAXIM. Qəzet işçisi deyiləm. Ömrünü-gününü məktəbə, şagirdlərə həsr edən bir müəlliməm. Şamaxıda gedən bugünkü abadlığı görəndə hazırki yaş dövrümü unudub öz gəncliyimə qayıdıram. Və son zamanlar görülən işlər məni də yazmağa sövq edir. Məqsədim tamamilə yeni görülmüş işlərdən, bu işlər qarşımıza çıxan çət...
ANL
Mirzə İbrahimov anıldı. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı, əməkdar incəsənət xadimi Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev ilk olaraq prezide...
ANL
Azərbaycanlı gənc xanəndə beynəlxalq mükafat aldı. Kiyevdə MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycandan bu mükafata musiq...
ANL
Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin nurlu xatirəsinə. Gəzdirərdi sonsuz ümman nurunu, İslam ocağından ürfan nurunu. Yanmayan gəzdikcə möcüzələrlə, Əcəmidən Nəqşi-cahan nurunu. Nuhun sorağında Gəmiqayadan. On min illik ağır karvan nurunu. Nəsrəddin Tusidən dərs ala-ala, Ayrılmaz elm ilə iyman nurunu. "Fatehlər div...
ANL
Azərbaycanda və Türkiyədə TÜRKÜN SÖZÜ. Türk mədəniyyətinin yorulmaz tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ HEYDƏR BAYATIN əziz xatirəsinə. Müxtəlif işlərdə istifadə olunan silindir şəklində vasite. Bir birinə bağlı elmi və ya fəlsəfi fikirlər birliyi. Bir fikir ətrafında toplanmış müxtəlif bilgilər. Q...
ANL
Gəlib çatdıq əlliyə. Bu misraları Ramiz Rövşən dostu, rejissor Ramiz Həsənoğlunun 50 illik yubileyinə həsr edib. Dostlardan digəri bəstəkar Cavanşir Quliyev şeirə musiqi bəstələyib və onu yubilyar üçün birlikdə ifa ediblər. "Yaxın adam"da bu dəfə Ramiz Həsənoğludur. Onun haqqında isə dostu, bəstəkar Cavanşir Quliyevdən...
ANL
Əlbəttə, demək olmaz ki, poeziyanın bu axtarışları səmərəsizdir. Biz ayrı-ayrı şeirlərdə çağımızın narahatlığını, bu narahatlığının şair qəlbində əks-sədasını özündə əks etdirən şeirlərlə qarşılaşırıq ki, bu şeirlər doğrudan da, YOL AXTARAN, onu aramağa, bulmağa çalışan poeziya qəhrəmanının duyğularını, düşüncələrini ə...
ANL
(Əvvəli ötən şənbə nömrələrində). Nəsə tez oyanıram və yerimdə o üzə, bu üzə çevrilə-çevrilə fəlsəfəyə dalmışam. Mifik, uydurma, real hər nədisə, hər kimdisə bura Yol qət edib gələnlərin kimdənsə, nədənsə, nəyəsə, kiməsə qaçış nədənləri var. Nobel ödülçüsünün təsviri isə Qars adına lap mistik çalarlar verib. Binası qoy...
ANL
Amma sən heç nəyi dəyişə bilməzsən. Bu, dünyanın hər yerində belədi. Amerikada da belədi, heç kinoya-zada baxmamısan? Mən də, burda oturanlar da salaqa olmuşuq. Tualet də yumuşuq, kartof da təmizləmişik, həyət də süpürmüşük. Onu da bilirəm ki, sizin mənə hörmətinizə görə, mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandi...
ANL
Şirvanın şöhrəti çinarlı Göyçay... Dövlət proqramları inkişafa aparır. Ölkənin hər yerində olduğu kimi Göyçay rayonunda da geniş quruculuq işləri davam etməkdədir. Sosial-iqtisadi həyatın bütün istiqamətlərində stabil inkişafın təmin olunması əhalidə böyük inam və ruh yüksəkliyi oyadır. Regionların sosial-iqtisadi inki...
ANL
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəziləri...
ANL
Cizgilər silsiləsinin fəlsəfi dünyası. İstedad Yaradanın bizə verdiyi ən böyük bir nemətdir. Bu nemətdən də doğru yöndə istifadə etmək lazımdı. Real həyatın haqsız üzünü, çətinliklərini, ağrı-acısın duymaq və yaradıcılığında əks etdirmək, şeirlərinin döyünən ürəyinə çevirmək hər yazara qismət olmur. İstedad özü öz sözü...
ANL
Yaddaşımı sil. Bilgisayar kimi, telefon kimi, Yaddaşı təzələ, ya format eylə. Dopdolu beynimin ağırlığından, Sıxılır ürəyim, dolur gözlərim! Yapışıb tavanda qalır baxışım, Bir məchul nöqtəyə dalır gözlərim. Beynimin içində qaynaşan dərdlər, Yeyir, dimdikləyir olan varımı. Qurdtək parçalayır, balıqtək udur. Yerit yaddaş...
ANL
Ölkənin cənubunda yerləşən Cəlilabad regionun ən böyük təsərrüfat rayonlarındandır. Azərbaycan Müəllimlər İnstitutunun 1 filialı da rayon gənclərinin maarifləndirilməsində mühüm rol oynayır. Rayonun Göytəpə şəhərində bir vaxtlar müxtəlif millətlərin daha sıx yaşamalarına baxmayaraq indi onların sayı xeyli azalıb. Ancaq...
ANL
Qədim insan məskənlərindən olan, ərazisində zəngin tarixi abidələri olan Tovuz rayonu tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olub. Rayon Azərbaycan Respublikasının şimal-qərbində yerləşərək əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz rayonu Azərbaycan Respublikasının qə...
ANL
Altmışıncı illərin Tofiqindən danışmaq istəyirəm. Onun kirayə elədiyi iki çarpayılıq, darısqal evindən danışmaq istəyirəm. Altmışıncı illərin ortalarında Tofiq Məhərrəmoğlunun (onda imzası belə idi) həmin balaca evinin yanında rəsmi ədəbi dərnəklər yalan idi. O balaca, darısqal daxmaya kimlər dürtülmürdü - odlu-alovlu ...
ANL
NİZAMİYƏ ATƏŞİN SEVGİLƏRLƏ. Məcnun niyə səhralara qoşmuş, Çöllərdə dənizlər kimi coşmuş? Bilmiş ki, ələmsiz keçən ömrün. Böyük ustad, professor Əkrəm Cəfər çoxşaxəli elmi-ədəbi fəaliyyətinin mühüm bir hissəsini klassik Şərq və Azərbaycan ədəbiyyatının aktual nəzəri problemlərinin öyrənilməsinə həsr etmişdir. Xaqani Şir...
ANL
Bu, təkcə alqış deyil, həm də Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının məqsədlərindən biridi. Azərbaycan beynəlxalq miqyaslı mədəniyyət tədbiri keçirmək bacarığını növbəti dəfə sübut etməyə hazırlaşır. Sentyabrın 28-də II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start veriləcək. İki gün davam edəcək beynəlxalq tədbir ...
ANL
SÖZÜ ÜNVANINA YETİŞƏN YAZAR. Jurnalist olmaq arzusu ilə ali məktəbə gəldiyim ilk günü yaxşı xatırlayıram. Hamı bir-biriylə tanış olur, ünsiyyət qurmağa, yeni mühitə alışmağa tələsirdi. Təbiətimə xas uyumsuzluq üzündən içimdə narahatlıq keçirirdim. Tam başqa ortamda böyüklü-kiçikli insanlar arasında öz yerimi tapmağa ça...
ANL
QARABAĞ SAVAŞI TÜRK ÇAĞDAŞ ƏDƏBİYYATINDA. Doxsan yaşlarındakı Sirarpi Nənənin, oymalı sandığçasının açılmasıyla ömürlük bir gizli eşq, zamanı sürətlə geri fırlayır. Özü torpağa basdırılmış da, kürəyi, boyu və ayağı açıqda qalmış, hərəkət edirmiş kimi bir nəhəng heyvan heykəlini xatırladan o böyük görünüşün uşaq ürəyinə...
ANL
"Arazbarı" üstə dərdləşmə. Sona Vəliyevanın "Arazbarı" şeir kitabı barədə özəl düşüncələr. Hər sətrində. Sona Vəliyevanın doyumsuz duyğusu, doğmadan doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi... Hər mətləb adamı dünyadan keçirən dost-doğma ana göynəyi kimidi... "Karvanı kəsilib, qatarı gedən" yolların o başından ilkinli...
ANL
ŞAİRLƏR VƏTƏNİ QAZAX TƏRƏFLƏR. XX əsr Azərbaycan poeziyasında Qazax bölgəsindən çıxan şairlərin müstəsna yeri var. Yazıda digər adlara da müraciət edəcəyəm. Çünki saymaqla qurtaran deyil. Bəli, XX əsr Azərbaycan poeziyasını bir neçə adsız təsəvvür etmək mümkün deyil, əlbəttə, başda Səməd Vurğun olmaqla. Səməd Vurğunu-"...
ANL
Açdım pəncərəmi may səhərinə, Yüz ilin sözündən çələng bağladım.. Baş qoyub günəşin şəfəqlərinə. Sevinc çözələdim, dərd varaqladım. Bir sözün məlhəmi mininə çatar, Yüz ilin nurunda min həyat eşqi. Tanrı dərgahına ucalan çinar, Varlığın canımdan, qanımdan keçdi. Bir az da addayıb sabaha doğru, Fövqündə dayandın əbədiyyə...
ANL
Azərbaycanın Antalyası. 1961-ci ildə qoruğun Qəbələ rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmişdir. Hazırda Türyançay Dövlət qoruğu rayonun cənubi-qərb sərhəddini təşkil edir. Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci i...
ANL
Azərbaycanın Antalyası. Kənd təsərrüfatı texnikası ilə təminat işi qənaətbəxş səviyyədə təşkil edilmişdir. Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə kənd təsərrüfatı texnikası mövcuddur. Belə ki, 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir və onlarda müəyyən qədər kə...
ANL
O GÖRDÜYÜN MİRAJ DEYİL, MİNGƏÇEVİRDİR... Keçmişlərdə nələr oldu? ... Sovet dövlətinin, o böyük imperiyanın gizli-açıq siyasəti həmişə qara rəngə çalmayıb ki! Bu imperiyanın cox da uzun çəkməyən ömründə gözəl, unudulmaz dövrlər, əməllər də az olmayıb. O basqı və qapalılığın daxilində o qədər gerçəkliklər də itib-batdı, ...
ANL
Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Sağ sahil yaşayış massivində yüksək səviyyəli istirahət parkı salınmışdır. Parkda ümummilli liderin zövqlə işlənmiş pannosu quraşdırılmış, fəvvarə inşa edilmiş, 3 min kvadrat metr sahədə torpaq işləri görülərək yaşıllıqlar və güllüklər salınmışdır. Əraziyə 50 ədəd p...
ANL
Azərbaycanın xalq artisti, kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlar yaratmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi Rasim Balayev APA-ya müsahibə verib. Aktyor müsahibəsində Azərbaycan kino sənayesinin hazırkı durumunu bu sözlə izah edib: "İndi, ümumiyyətlə bizim barıtımız yoxdur"... - Rasim müəl...
ANL
Amma ədəbi aləmdə, xüsusilə, yaşıdları arasında yaxşı tanınır və deyim ki, onun tanınmağı heç də atası Qəşəm Nəcəfzadəyə görə deyil. Olsun ki, Qəşəm onun şeirlərinin, publisistik yazılarının ilk oxucusudur və bir ata kimi uğurlarına sevinir. Kəramət zəmanə uşağıdır. Artıq bir şeir kitabı çıxıb ("Çatlamış fincan"), İNTE...
ANL
Təhsil, səhiyyə, mədəniyyət... Şəhər İcra Hakimiyyəti 2011-ci ilin birinci yarısında şəhər həyatının digər sahələri ilə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirmişdir. Hesabat dövründə təhsil müəssisələrinə 91,8 min manatlıq invent...
ANL
Muğan tərəflər. Muğan tərəflərin zəmiləri yamyaşıl vaxtlarında sarımtıla çalır, sapsarı vaxtlarında - yaşılımtıla. Yaşılına qoyun-quzu daraşır, sarısına - quşlar. Sürücü babayam, günəbaxan rəngli avtobusumun sayəsində də bu yerləri beş barmağım kimi tanıyıram. Muğan camaatına Allah bərəkət versin; onların hesabına bir ...
ANL
Əsrin sökülən və tikilən şəhəri. Sumqayıtın bu günləri əlamətdar hadisələrlə diqqət mərkəzindədir. Əgər son onillikləri nəzərdən keçirsək bu günləri xatırlayacaq məqamlara çətin ki, təsadüf edilə.Şəhər gözlərimiz qarşısında dəyişir və gözəlləşir.Həm də təkcə onun zahiri dəyişmir, şəhərin həyat ritmi də nizamlanır. Miqy...
ANL
Əsrin sökülən və tikilən şəhəri. Dənizin üst və dənizdaxili məkanlarda görüləcək işlər daha orijinal və maraqlıdır. Dənizüstü quraşdırılacaq yol ötürücüləri şəxsi və ictimai nəqliyyat üçün etibarlı məkan olacaqdır. Bu ünvana üz tutan hər bir insan dənizin əsrarəngiz gözəlliyinə məftun olmaqla yanaşı, həm də təbiətin mu...
ANL
"Azərbaycanda nə qədər yaxşı saz çalan var, hamısının çalğısında mən özümü, öz barmaqlarımı hiss edirəm". Aşıq Ədalətin Milli.Az xəbər portalına müsahibəsi. Hər dəfə "Yanıq Kərəm"ə qulaq asanda, onu ilk dəfə ustad Ədalətin ifasında dinlədiyim yadıma düşür. Uşaq olardım... Bir dəfə Aşıq Ədalətin uca çinar ağacının kölgə...
ANL
BİR İLDƏN SONRAKI GÖRÜŞ. Hər gün gözəlləşən Şabran. Çox məşhur bir şeir var və həmin məşhur şeirin müəllifi də Azərbaycan poeziyasında cənubla bağlı Təbriz həsrəti ilə dolu fikirlərin, duyğuların və gözəl qəzəllərin müəllifi olan Süleyman Rüstəmdi. Xalq şairi Süleyman Rüstəm Azərbaycana sevgilərlə dolu şeirlərindən bir...
ANL
BİR İLDƏN SONRAKI GÖRÜŞ. Hər gün gözəlləşən Şabran. Şabranda olarkən öyrəndim ki, burada "Dəvəçi-Dəyirman" ASC nəzdində fəaliyyət göstərən "Broyler" Quşçuluq Müəssisəsi öz imkanlarını günbəgün artırmaqdadı. Məhz bu artan imkanlara görədir ki, artıq broylerdə 80 nəfər işlə təmin olunubdu. Bundan başqa, rayonun "Şabran B...
ANL
Orta məktəbdə oxuyanda, şeirlərini əzbərləyəndə elə bilirdim astaralıdı. Sən demə belə deyilmiş. Atası məşhur Molla Misirin, böyük qardaşı Əlinin, kiçik qardaşları yazıçı Əbülfət Misiroğlunun, jurnalist Yusif Misiroğlunun uyuduğu Salmanbəyli qəbiristanlığı bir nur parçasını da bağrına basdı... Şair Əhməd Elbrusun ürəyi...
ANL
İntensivləşən münasibətlərin yeni istiqamətləri. Qardaş Türkiyə ilə əlaqələr daha da genişlənir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni ilin ilk üç ayı ərzində Bakıya səfəri planlaşdırılır. Bakıdakı danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da dərinləşd...
ANL
BİZ NİYƏ XƏSTƏLƏNİRİK? Çünki özümüzü viruslardan qoruya bilmirik. Payız və qış mövsümünün özünəməxsus xəstəlikləri mövcuddur. Bu xəstəliklər təbii ki, müəyyən dövrlərdə baş qaldırmağa başlayır və inkişaf edir. Əlbəttə, bizi əhatə edən mühitdə sağlam həyat tərzi keçirmək və eyni zamanda vaxtlı-vaxtında vitaminli qida mə...
ANL
Sizə yol gələndə cığıra sindim, Cığır çəmənlərə köbə, Zəlimxan. Yamacların ətəyində əylənib, Yenə bir az inadlanıb, səylənib, Sevindim ki, zirvələrə ceylənib, Yatmır duyğum ipə-sapa, Zəlimxan. Axı bu dağların nəyi kəmdi ki, Qartalı oturub zirvə qaşında, Güneyi nazlanır zirvə qaşında, Qüzeyi nazlanır zirvə qaşında, Bula...
ANL
Daha bizim "Alabəzək yuxular" görən vaxtımız deyil, axı. Əslində, elə həyatımız da al-əlvan idi, heç yuxulardan seçilməzdi. Bu rənglərin getdikcə bir az da açılıb parlayacağına, göz qamaşdıracağına inanardıq. Niyə də inanmayaydıq?! Ömrün elə çağlarıydı ki, inamımızın ətəklərindən tutub göyün yeddinci qatlarında, bəlkə ...
ANL
(Mirzə Cəlilin eyni adlı pyesi əsasında) Dörd məclis və beş pərdəli komediya. MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ay...
ANL
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox s...
ANL
ŞAHMAR ƏKBƏRZADƏ İLƏ BİRGECƏLİK GÖRÜŞ. BİRİNCİ HAŞİYƏ. Bu birgecəlik görüş haqqında uzaq uşaqlıq illərində - o bəxtəvər çağlarda, Ağdamın gur-gur guruldayan vaxtlarında qonşu olduğum (sonradan qohumlaşdığım) xətrini istədiyim unudulmaz Qəhrəman Tağıyev cəmi iki il qabaq, dəqiq desəm 30 avqust 2008-ci ildə Şüvəlanda, ba...
ANL
Qara cilddə çap eləyin kitabımı. Məndən sonra. Qoy qara kağızım olsun. Süd rəngilə həkk edin ora. Qara torpaq üstündə. Üfüqə doğru gedən. Ağ yola bənzəyim. Səhv etmirəmsə, həmin il "Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuşdu. İndi bir çoxları bu şeirin nə səbəbə yazılmasını, niyə belə bir "Vəsiyyət"i qələmə aldığı...
ANL
sualının cavabını tapmaq istəyi güclü idi, ya nə idi, deyə bilmərəm. Sonra da axıra qədər oxudum. Ordan qəlbimizə, hisslərimizə "Sarı odalar"ından nüfuz etməyə çalışan bir yazar gördüm. Ordan boy göstərib kor gözlərimizi açmağa cəhd edən bir qadını tanıdım. Və orda nələrlə baş-başa qaldığından heç kimin xəbəri yoxdur. ...
ANL
Qismətim gətirə, bəxtim gətirə, Bir də o yerlərə məni yetirə. Duayla başlayan görüşlərimə, Qayalar hay verə gülüşlərimə. Qərq ola yaraşıqlı öpüşlərimə, Çəmən şirin-şirin, çöl şirin-şirin. Dama damla-damla gözümün yaşı, Ustufca şehlənə otların qaşı, Yalaya düz kimi torpağı-daşı, Dodaq şirin-şirin, dil şirin-şirin. Dərə ...
ANL
Mən həmişə düşünmüşəm ki, səs, musiqi bəşər övladından qabaq mövcud olub. Və İnsanlar bu ahəngin, bu səslərin içərisində yaradılıb. Bu fikirlər bir qədər qəribə səslənsə də heç kim bunları həqiqətdən uzaq, qeyri-adi, ya da əsası olmayan iddia adlandırmasın. Yalnız təbiətə, Tanrının yaratdığı qüsursuz düzənə baxanda bel...
ANL
Ramiz Rövşən deyərdi: "Mən sonuncu kentavram". Lent.az-ın "Virtual müsahibə" layihəsinin ilk "qonağı" tanınmış və istedadlı şairimiz Ramiz Rövşəndir. Redaktordan: "Virtual müsahibə" məşhur, istedadlı, parlaq və maraqlı maneraları olan, lakin mətbuata, ictimaiyyətə açıq olmayan insanlarla virtual söhbətlərdən ibarətdir....
ANL
Nurlu şəhər. Mingəçevir - ortasından Kür çayının keçdiyi, Azərbaycanın dördüncü böyük şəhəri. Zaqafqaziyada ən böyük su elektrik stansiyası olan Mingəçevir SES Kür çayının üstündə, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Şəhərdə əhalinin orta sıxlığı hər kvadrat kilometrə 733 nəfər təşkil edir. Gənc sənaye şəhəri M...
ANL
Ömür payın necə yazılıbsa, qınama özünü ay kasıb. Gileylənmə taleyindən, küsmə dost-tanışdan, yazın belə yazılıb, neyləyəsən? Dağa üz tut, arana qaçıb quşu gözündən vur, şanapipiyi quyruğundan tut, əlac yoxdu, qismətinin meyvəsini "yeyəcəksən". Bilirsənmi niyə? Çünki düz alnının ortasına kasıblıq həkk olunub. Mərifət m...
ANL
BU GÜNÜN BİLƏSUVARI. Hələ neçə il qabaq - 1993-cü ildə- Biləsuvardan keçib Astaraya gedəndə əlikramçılar möhkəm qorxutmuşdular bizi. Biləsuvarın girişindəki hərbi postdan birtəhər keçib cənuba tələssək də əhvalımız pozulmuşdu. Elə rayon mərkəzindəki köhnə evlər, dağılmış küçələr, səliqəsiz ticarət mağazaları, yolların ...
ANL
Ordu quruculuğu və insan amili. Analitik xarakter daşıyan, ancaq heç bir elmi və praktik mahiyyəti olmayan ötəri şərhlər cəmiyyətdə Silahlı Qüvvələrimiz haqqında qeyri-obyektiv münasibət formalaşdırır. Halbuki son illər ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahat və dəyişikliklər əldə olunan uğurların dina...
ANL
"Mən yaşayacağam. Bu sözləri xalq artisti Mirzə Babayev deyirdi. Səhnəmizin Mirzə dayısı kimi sevilən, xalqın qəlbində şən, məlahətli səsi ilə yadda qalan Mirzə Babayevin ölümündən 8 il keçir. Ömrünün sonuna qədər daim səhnələrdə, tamaşaçıları arasında olan Mirzə Babayevi indi onun nəğmələri, ifa etdiyi neçə-neçə obraz...
ANL
Səfir Brayzanın planları... ABŞ-Azərbaycan münasibətlərində nə dəyişəcək? Amerika Azərbaycana səfir təyinatını gecikdirməsi ilə iki dövlət arasındakı münasibətlərdə sərinliyin olmasını açıq-aşkar ortaya qoydu. İki ilə yaxın vaxt aparan səfir təyinatı məsələsi nəhayət, ötən ilin sonlarında - sentyabrda həllini tapdı. Da...
ANL
Əldən çıxan Konqres. O, indi ermənilərə həqiqi yerini göstərməlidir. ABŞ Konqresinin Nümayəndələr Palatası yenidən formalaşmaqla həm də ermənipəst spiker Nensi Pelossidən xilas olub. Respublikaçılar Partiyasının rəhbərliyində fəaliyyətə başlaması ilə Palatanın mühüm addımlar atmaqda maraqlı göründüyü hiss olunmaqdadır....
ANL
PROBLEM MÜZAKİRƏ MÖVZUSUDU. Ancaq həlli yolları hələ də konkretləşməyib. Azərbaycan cəmiyyəti müstəqillik əldə etdikdən sonra özünün siyasi və psixoloji durumuna görə həmişə diqqət mərkəzində olub. İlk öncə ona görə ki, bu cəmiyyət azadlığı, müstəqilliyi həzm eləmək üçün təbii olaraq müəyyən prosedurlardan keçməyə məhk...
ANL
Nizami Cəfərov: "Soyad sonluqları haqqında qanun qəbul oluna və ya ölkə prezidenti bu barədə sərəncam verə bilər". "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdindəki adlar və soyadlarla bağlı xüsusi komissiyanın soyad sonluqları haqqında qərarı hələlik tövsiyə xarakteri daşıyır, bir növ akademik qərardır. Ədliyy...
ANL
Əməliyyat müşavirəsi. Ramil Usubov: "Azərbaycan 2010-cu ildə də asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutub". Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həs...
ANL
Avropa Birliyi enerji resurslarında maraqlıdır? "Biz münasibətlərimizi dərinləşdirmək istəyirik". "Biz bu məqsədlə Cənub qaz dəhlizinin reallaşdırılmasını misal çəkə bilərik. Bu layihə Xəzər regionundan Avropa istehlakçılarına birbaşa qaz tədarük edəcək. Mən əminəm ki, biz birlikdə bu strateji təşəbbüsün həyata keçiril...
ANL
Maliyyə qaynaqları "Nabucco"ya imkan verəcəkmi? Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu və enerji məsələləri üzrə komissar Günter Ettinger artıq Azərbaycanda səfərdədir. Avropalı qonaqların səfər çərçivəsində "Nabucco" qaz kəməri ilə bağlı müzakirələr aparmaları da istisna deyil. Elə bu ərəfədə İran mətbuatı ...
ANL
Azərbaycan Universitetində tariximizin qanlı və şanlı səhifəsi hesab olunan hadisəyə həsr olunmuş tədbir keçirildi. "Bir millətin öz varlığını davam etdirməsi ancaq və ancaq Vətəninə layiq olmaqla mümkündür. Bir yurdun Vətən olması onu sevməklə, 20 Yanvarda olduğu kimi uğrunda canından keçməklə mümkündür" Yanvarın 18-d...
ANL
İnam Evində 20 Yanvara həsr olunmuş tədbir keçirilib. Azərbaycan tarixində ən dəhşətli faciələrdən sayılan 20 Yanvara Mütləqə İnam Ocağının özünəməxsus baxışı var. Bugünlərdə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının İnam Evində adıçəkilən faciə ilə bağlı keçirilən tədbirdə Ocağın Ruhani Başçısı Safruh, Ocaq Yükü...
ANL
Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son iyirmi bir ildə belə işlək sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb. Qaraba...
ANL
STRATEJİ MÖVQE... Qış mövsümü başlayandan bəri Avropa sərt qışla qarşı-qarşıyadı. Böyük Britaniyanın, Almaniyanın, Avstriyanın, bir sözlə əksər ölkələrinin bir sıra vilayətləri, bölgələri qar örtüyü altındadır və həmin yerlərdə əsl təbii fəlakət yaşanır. Təbiətin bu şıltaqlığında qeyri-adi bir şey olmasa da yazıya bu f...
ANL
İlham Əliyev: "Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik". "Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik". APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının səd...
ANL
Deyəsən haqq yerini tapır. Gec də olsa verilən bəyanatlar Ermənistan mahiyyətinin etirafını ortaya qoyur. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalması artıq yavaş-yavaş dünyanın super güclərində nüfuzlu şəxslərin dili ilə etiraf olunmaqdadır. Belə ki, son zamanlar biz daha çox...
ANL
Avropalılar layihənin reallaşması intizarında. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Azərbaycandan sonra Türkmənistanda səfərdədirlər. Aydındır ki, səfər çərçivəsində aparılan danışıqlarda enerji məsələləri prioritet təşkil edəcək. Əsasən söhbət "Nabucco"dan gedir ki, bu layihə ilə bağlı məsələ nəinki maraq...
ANL
Həftənin ilk günü üzümə uğurla açıldı. Qayğılardan başımı itirdiyim bir məqamda, ustadımın yeni ildə işıq üzü görən kitabı ilə görüşdüm. Görüşmək sözü bəlkə də daha çox canlılara - insanlara aiddir. Bax, onda mən oxuduqlarımı, vərəqlədiklərimi ən yaxşı həmsöhbət görürəm, ən yaxşı həmsöhbət hesab edirəm. Kimlərsə məni q...
ANL
Amerikanın Qafqaz siyasəti. Amerikanın Cənubi Qafqaz siyasətini arxa plana keçirməsi müqabilində Rusiyadan umduğu güzəştləri əldə etmiş kimi görünür. Hər halda Kreml bölgədə üstünlüyünü təmin edə bilib. Bütün bunlara rəğmən, hələ də Amerikanın bölgədəki status-kvonu öz xeyrinə dəyişməsinin mümkünlüyü istisna olunmur. B...
ANL
(Mirzə Cəlilin eyni adlı pyesi əsasında) Dörd məclis və beş pərdəli komediya. (Əvvəli ötən şənbə saylarımızda). MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Elə bil birinci dəfədi oxuyursa...
ANL
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər səslənsə də, təbliğatın bir çox s...
ANL
Şəhidlik həyatın davamıdır. Azərbaycan xalqı həmişə çətin sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Yadelli işğalçılara qarşı döyüşən oğullarımız nə qədər işgəncəyə məruz qalsalar da düşmən qarşısında əyilməyiblər. Bu gün yaşadığımız müstəqil respublikamız və başımızın üstündə dalğalanan üçrəngli bayrağımız da tökülən qanlar ...
ANL
Ötən ilin son günlərindən biri idi. "Xalq" Bankın mərkəzi ofisinin 16-cı mərtəbəsinə toplaşanları əməkdar artist Ağalar Bayramov öz ecazkar səsi ilə göyün yeddinci qatına qaldırmışdı. Tanınmış bədii qiraətçinin ifasına qulaq asanlar aşağı düşməyə tələsmirdilər. Xalq şairi Məmməd Arazın "Xalq Əmanəti" layihəsi çərçivəsi...
ANL
Azərbaycan poeziyasında eşqin, məhəbbətin ən böyük tərənnümçüsü M.Füzuli olmuşdur. Eşq Füzuli poeziyasında özünün fəlsəfi, hissi-idraki çalarlar, rənglər dünyasına qovuşdu. Füzulidən sonrakı şairlər bu yolu davam etdirdilər və bu yolu davam etdirərkən eşqi Füzuli kimi anlamaq, dərk etmək cəhdi başlıca prinsipə çevrildi...
ANL
Böyüdüm iş verdilər. Ömrün-günün altında. Ömrün-günün altında. Bu arxın qırağından. Alaca bir quş tutdum. Quşun üzünə baxıb. Kürə şəklində dərdimiz. Dünya kürə şəklindədir, kürə şəklindədir günəş. ay kürə şəklindədir. kürə şəklindədir ürəyimiz, sevincimiz kürə şəklindədir –. sənin ölümündən sonra. yığıldı, büküldü, kür...
ANL
Keçən günə indii hansı güman var, Daş qələmlər yeriyəndə gələrsən. Sən düşdükcə yaddaşına, ağlayan. Kor şübhələr kiriyəndə gələrsən. Bəxti dönük ocağının külündən, Od götürüb yarıyanda gələrsən. Öz dərdini öz içində saxlamış, Çarəsizdi, beşiyində ağlamış, Gözlərinin selavını bağlamış, Buz dəhnələr əriyəndə gələrsən. Su...
ANL
Ötən ilin büdcəsi hara xərclənib? 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib....
ANL
DÜŞMƏN VAXTI UZATMAQ İSTƏYİR. Bu günlərdə ölkə prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrinə həsr olunmuş iclas keçirilmişdi. Mətbuatın verdiyi bilgilərə görə, ölkə prezidentinin sədrlik etdiyi bu iclasda arxada qalan ilin...
ANL
Qonşu İran da Azərbaycandan qaz idxal edəcək. Özünün təbii resursları olsa belə. Ötən həftə Azərbaycana səfər edən xarici qonaqlar rəsmlərlə görüşlərində əsasən mavi yanacaq məsələsini müzakirə ediblər. Avropa Birliyinin Komissarı Joze Manuel Barrozonun müzakirələrində "Nabucco" qaz kəməri layihəsinin reallaşdırılması ...
ANL