text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq". "Buna tam əminəm: bizə qarşı informasiya müharibəsi aparılır". Qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır". Nazirlər Kabinetinin b... | ANL |
Xanımı Vaqif Bayatlı Önər haqda danışır. Onun haqqında kimin danışa biləcəyini çox götür-qoy etdik. Bir neçə adamı nəzərdən keçirdik. Sonra nədənsə Tamam xanımın üzərində dayanmalı olduq. Görünür, belə bir insan - heç bir təfsilata varmadan adını çəkməklə özü bəlli olan şəxsiyyət haqda yalnız gecə-gündüz onunla bir yer... | ANL |
Səbinə Babayeva: "Azərbaycanı müsabiqədə layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm". Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva APA-ya müsahibə verib. Ukraynada şouya hazırlıq prosesi keçən təmsilçimiz müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Eurovision" mahn... | ANL |
(İngilis yazıçısı Corc Oruel və onun iki məşhur romanı). Erix Artur Bleyer necə Corc Oruel oldu? "Qanun" Nəşriyyatı tərəfindən çap olunmuş hər iki kitab, oxucuların diqqətini çəkmib, xüsusilə gənc intellektuallar arasında müzakirə mövzusuna çevrilib. Bəs Corc Orueli nə qədər tanıyırıq? Atası Riçard Bleyer Hindistan mül... | ANL |
MÜQƏDDƏS ARZULARA QOVUŞMAQ ZAMANI. Siz bu ala qapının "yaralı" tağı altından keçərkən varlığınızda illərlə kök salmış kədərə boyun əyməyin. Bilirsiniz ki, bu qapı yaddaşlarda əbədi yaşayacaq rəmzi bir görüntüdür. Siz kədərə nifrət edib, azca irəliyə baxın; qarşı meydandakı ən hündür yerdə dalğalanan Azərbaycan Bayrağın... | ANL |
Səlim Babullaoğlu: "AYB-də ciddi dəyişikliyin, islahatın tərəfindəyəm". Müsahibim istedadlı qələm adamı, şair, tərcüməçi Səlim Babullaoğludur. Oxuculara müsahibim haqqında uzun-uzadı məlumat verməyə ehtiyac görmürəm, çünki ədəbiyyatla əlaqəsi olan, sözlə yaxınlığı olan hər kəs bu imzayla tanışdır. Zəhmətkeş, çalışqan v... | ANL |
"Hamı"nın bəziləri haqqında. Yazmaq, bəzən düşünmək imkanın; daraldır. Başqa sözlə, yazarkən şaxəl düşüncən bir istiqamətə yönəlir. Deyilənə görə, Sokrat o səbəbdən də düşüncələrini yazmırdı, söyləyirdi. Vaqif Bəhmənli haqqında nəinki yaxşı yaza, bundan daha yaxşı danışa bilərəm, nəinki, yazmaq. Vaqif müəllimin nəfis t... | ANL |
MÜQƏDDƏS ARZULARA QOVUŞMAQ ZAMANI. Çəmənli kəndində Seyid Lazım Ağanın ziyarətgahında böyük abadlıq işləri aparılmış, Xındırıstan məscidinin həyətində yardımçı bina tikilmiş, Quzanlı qəsəbə qəbristanlığında 1 ədəd subartezian quyusu qazılmış, 500 metr su xətti çəkilmiş, bulaq kompleksi inşa olunmuş, hasar çəkilmiş, ətr... | ANL |
Mənsum İbrahimov: "Xanəndə olmasaydım, çox yaxşı həkim olardım". Çox gündəmdə olmaqdan qaçıram". Bunu "Azadinform"a açıqlamasında xalq artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov dedi. Şöhrət ordenli xanəndə tez-tez görünməklə insanları yormamağa çalışır. Xalq artisti tamaşaçıların ona biganə olmadıqları... | ANL |
Doqquz yaşlı azərbaycanlı pianoçunun Parisdə uğuru. Azərbaycanın 9 yaşlı pianoçusu Zuleyxa Abdullayeva aprelin 16-da Fransanın paytaxtı Parisdə başlanmış Nikolay Rubenşteyn adına XI Beynəlxalq piano musiqi müsabiqəsində öz kateqoriyasında qalib adını qazanıb. AzərTAc xəbər verir ki, aprelin 22-dək davam edəcək beynəlxa... | ANL |
Ölkənin ədəbi mühitində həmişə öz yeri, öz nəfəsi olan və müəyyən mənada ədəbi mühiti formalaşdıran, öz ətrafına yığan AYB-nin aylıq ədəbi-bədii orqanı olan "Azərbaycan" jurnalının 4-cü sayı işıq üzü görüb. Artıq aprel ayının birinci yarısında oxucuların görüşünə gələn jurnalın bu sayında da kifayət qədər oxunaqlı, diq... | ANL |
RƏSUL RZA VƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI. Xalq şairi Rəsul Rza təkcə şeir və poemaları ilə deyil, ədəbi-tənqidi məqalələri və publisistik yazıları ilə də ədəbiyyat tariximizdə silinməz izlər buraxmışdır. Hər bir böyük sənətkar üçün bu, tamamilə təbii və qanunauyğun bir hadisədir. O, təkcə bədii yaradıcılığı ilə deyil... | ANL |
Heç bir insan deyə bilməz ki, onun taleyində nələr olacaq və nələr baş verəcək. Böyük Yaradan insanı xəlq eləyəndə onun öncədən alın yazısını da yazır. Yəni bu alın yazısı insanın anadan olduğu gündən son mənzilədək hər an onu istəyinə doğru aparır. Əlbəttə, bədii əsərlərdə və eləcə də romanlarda təsvir olunan hadisələ... | ANL |
Rəbiqə Nazimqızı: "İstəyirəm, ədəbiyyat barədə müəllif kimi düşünməyəcək qədər xoşbəxt olum...". Bu yaz aylarında şairin ovqatı necədir? Amma daha yaxşı olmaq üçün də əsas görmürəm. Belə deyək də, əhvalım elə yazın havaları kimi dəyişir. Bu ara daha çox Günəş görmək istəyirəm, qışın soyuğu hələ canımdan çıxmayıb. Bulud... | ANL |
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ölümündən 20 il keçir. Tanrının xalqımıza bəxş etdiyi ər oğullardan biri də Allahverdi Bağırovdu. Onun adı Qarabağ savaşı başlanandan el-el, oba-oba gəzərək bütün Azərbaycana yayılmışdı. Beş qızdan sonra anadan olduğundan adını Allahverdi qoydular. Yəni Allahın verdiyi ... | ANL |
NAŞİRLƏR MÜƏLLİFİN AYAĞINA GETSİN, GETMƏSİN?.. Hər dəfə ədəbi mühitdən, kitab nəşrindən, oxucudan, bütövlükdə isə söz dünyasından yazmaq istəyəndə müəyyən qədər tərəddüdlər keçirir, götür-qoylar edirəm. Bu da səbəbsiz deyil. Çalışıram ki, barəsində yazdığım, həmsöhbət olduğum, fikirlərini bölüşdüyüm və yaxud düşüncələr... | ANL |
Türkün ən möhtəşəm kitabı. Əli Əmiri Əfəndi: "Dünyanın bütün qızıllarını önümə qoysalar, bu kitabı deyil, hər hansı kitabımın tək bir səhifəsini də satmaram". "Özüm Türklərin ən açıq danışanlarından,ən açıq anladanlarından,ən doğru anlayanlarından, əsil və nəcabətcə ən irəli olanlardan, ən yaxşı kargı (silah) işlədən s... | ANL |
60 ildir ki, öz yolu ilə sakitcə addımlayan tanınmış bədii qiraət ustası Nadir Hüseynovun yaşıdlarına bir arzusu var- Yaşa kişi kimi, öl kişi kimi! Tofiq Abdin (yazar, yubilyarın həmkəndlisi): "...Dostum Nəriman Əbdülrəhmanlı bir filmində- Əli bəy Hüseynzadə haqqında filmdə mətn oxuduğunu dedi və mən səni səsindən tanı... | ANL |
Tələbə və müəllimlər onun işığına yığışmışdı. Bu günlərdə Ağcabədidə tələbə və müəllimləri bir araya gətirən maraqlı bir tədbir keçirildi. Əslində bu, söz adamı ilə tələbə və müəllimlərin canlı təması idi. Yəni Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında yazıçı-publisist, respublikanın əməkdar jurnalisti, Qa... | ANL |
14.Dünyanı yaradan hikmətlə döyüşmək istədiyiniz vaxt olubmu? O da övladımın doqquz gün ölüm yatağında çabaladığı o müdhiş anlarda... Şükürlər olsun ki, o böyük hikmət sahibi vaxtında özümə qaytardı məni! Buna münasibətiniz? Ədəbi tənqid "ədəbsiz tərif"ə çevriləndə bütün ədəbi qaydalar pozulur. M.Araz, Ə.Kərim hələ sağ... | ANL |
Uşaqlıqdan bu musiqinin heyranıyam. "Arazbarı" çalınanda istər-istəməz xəyala dalıram. Başqalarını bilmirəm, amma mən onu dinləyəndə öncə musiqinin nikbin xallarını tuturam, içimdə Arazın o tayı ilə bu tayı arasında həsrət körpülərini və bu taydan o taya yol alan insan karvanını görürəm. Və birdəngbu xəyallar qırılır..... | ANL |
Daha azad pərvaz edən qartalam, can atmışam qəfəslərdən qurtulam, bir kimsəyə nə köləyəm, nə qulam - kölgəlikdən qorumuşam üzümü. Bütün Dünya qələmimin məkanı, bir ulduzda məzarımın ünvanı, ovudanda "məleykələr" - "Şeytanı" - tökülməkdən qorumuşam gözümü. Kimlər yoxmuş küllüyündə zamanın? o küllükdən qorumuşam közümü! ... | ANL |
Dustaqxananın divarları soyuduqca türkçülüyə körüklənib yanan div adam. Anadoluda bir köyməzarlığına gömün məni. Və də uyarına gələrsə. Təpəmdə bir də çinar olursa. Moskvadakı mənzilinin pəncərəsindən nə Anadolu görünür, nə Kuvayyi-Milliye şəhidlərinin məzarlığı, nə gülhanə parkında əsən rüzgarlardan xışım-xışım xışıld... | ANL |
Ad gününüz mübarək, Nəsibə xanım... Dünən Azərbaycanın görkəmli satira ustası, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Nəsibə Zeynalovanın ad günü idi. Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox iş... | ANL |
Şad-xürrəm, gözəl əhval-ruhiyyə, iştahla nahara əyləşmişəm, bax elə indicə "bismillah" eləyib Allah-Təalanın qismət payından nuşi-canla yeməyə başlayacam. Nə qismətimdi bu naharda? Bir şairin bir zamanlar dediyi kimi, ən çox döyülən, söyülən və yeyilən milli xörəyimiz. Birdən həyət darvazası döyülür. Kimsə gəlir. Bəlkə... | ANL |
Hər günü bir tarixə çevirmək isə insanın öz əlindədi. Halal əməyi sevən cəlilabadlılar bunu yaxşı bacarırlar. Ona görə də, ötən ilə yenidən nəzər salmaq, görülən işlərə yekun vurmaq olar. Ölkənin hər yerində olduğu kimi Cəlilabad rayonunda da ötən il sosial-iqtisadi inkişafla bağlı xeyli işlər görülüb. Həyata keçirilən... | ANL |
DİL TƏSƏRRÜFATIMIZIN BƏZİ MƏSƏLƏLƏRİ. İki yuz ilə qədər sürən rus istilası hər nəsnəmizdə olduğu kimi dilimizdə də dərin izlər qoyub. Onların bə"zilərini çözələyək. Azəri türkcəsində (bu günümüzdə anlaşıqlı olsun deyən belə yazıram. olan bir sıra səslər rus dilində yoxdur. Qeyrı dillərdən alınmış, tərkibində həmin səsl... | ANL |
DİL TƏSƏRRÜFATIMIZIN BƏZİ MƏSƏLƏLƏRİ. Ergenokon (Novruz) bayramında oxuyuruq: Səməni, ay səməni, İldə göyərdərəm səni. Seyfəddin Dağlının "Bahar oğlu" romanında axırıncı misra. İldə dördərərəm səni. Beləcə gözəl-göyçək sözlərimizi itirə-itirə gedirik. "Özünə intihar etdi" kimi deyim eşidirik. Təkallahlığın qısqanc tərə... | ANL |
Son illər rayonda yeni istehsal müəssisələrinin, ticarət, iaşə və məişət obyektlərinin tikilməsi hesabına yüzlərlə işsiz özünə iş yeri tapıb. Son illər olduğu kimi ötən il də şəhid ailələrinə və Qarabağ əlillərinə, qaçqın və məcburi köçkünlərə diqqətlə yanaşılıb. Tikintisi başa çatmış 16 və 36 mənzilli yaşayış binaları... | ANL |
Həc yeri müqəddəs, inanc yerindi, Tanrı dərgahından umanc yerindi, Şər də, şər qüvvə də qınanc yerindi, Halala tapınıb gedəsən gərək. Ilkin nəfəsindən izin qalıbsa, Başın da dikdisə, üzün, qalıbsa, Xoş əhval bir kəlmən, sözün qalıbsa, Sonuca inanıb gedəsən gərək. Ayna çeşmələrdə nəfsin durula, Min yalan ötürən səsin du... | ANL |
Bu gün milyonlarla oxucusu olan, kitabları əldən-ələ gəzən Koelyonun böyük yazıçı olmaq üçün cadu etdirdiyini bilirdinizmi? Amma bu tam dəqiq məlumatdır Koelyo məşhur olmaq üçün həm cadu etdirib, həm də şeytanla müqavilə bağlayıb. Bütün bu hadisələr, illər öncə baş verib. Yəni artıq Koelyo dahi kimi qəbul olunur və onu... | ANL |
Kökdən gələn ucalıq... İllərin və nəsillərin izinə düşüb veteran paqondaşlarımız haqqında yazı hazırlayarkən bəzən mövzu genişliyi, fakt çoxluğu qarşısında aciz qalıb işimi başa çatdıra bilməyəcəyimi özümə dərd eləmişəm. Ancaq sözü-sözə calayıb ilk cümləni yazandan sonra yazıya nöqtə qoymaq barəsində düşünməmişəm. "Yaz... | ANL |
Kürlə Xəzərin qovuşduğu yer - Neftçala. Dəli Kürün mavi Xəzərlə qovuşağında yerləşən Neftçala rayonu ölkəmizin aqrar rayonlarından biri hesab edilir.Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan bu rayonda neft və qaz yataqlarının olması Neftçalanın iqtisadiyyatına rəngarənglik verir. Həmişə sakit və sabit ictimai-siya... | ANL |
İstiqlal şairimizin tərcüməçilik fəaliyyəti. 5 may 1892-ci ildə dünyaya göz açan Əhməd Cavad, taleyin ona ayırdığı ömür və fəaliyyət payının yaşandığı elə bir dövrdə yazıb yaratmışdır ki, bu zaman onun qismətinə bilavasitə millətinə, milli dövlətçiliyinə xidmət missiyası, xalqının xoşbəxtliyi uğrunda canını belə fəda e... | ANL |
Bədii yaradıcılıqla yanaşı, müxtəlif publisistik yazıların və araşdırmaların müəllifidir. Boynuna düşən işin öhdəsindən gəlməyi özünə borc bilir. Bu üzdən də peşəsinə və qələminə məsuliyyətlə yanaşır. Və onda bu uğurlu alınır axı, deyəsən... "Çoxlarının utandığı, gizlətməyə çalışdığı mövzuları mən yazıram". - Cəlil Cav... | ANL |
Gördüm qəmli baxışları, Yaş üzümü naxışladı... Dərd apardı yaxşıları, Yer üzündə yaman qaldı. Söz yaradıcılığı hadisədir, bədii hadisə. Bəzən xoruz səsi eşitməyən kəlmələri baş sındırıb, yana-yana düzürsən, heç bir mətləb hasilə gəlmir, hiss-həyəcan yaratmır. Bəzən də hər gün gen-bol işlətdiyin sözləri elə muncuq kimi ... | ANL |
"Nicat Qafuroğlunun "Ultionis" filmində oynadığım direktor obrazı çox xoşuma gəlir". Xalq artisti Həmidə Ömərovanın Milli.Az-a müsahibəsi. Bu münasibətlə sizi təbrik edirəm, icazənizlə suallara keçmək istəyirəm. Ad gününüzə xüsusi hazırlaşmağı sevirsinizmi? - Əvvəlki illərdən fərqli olaraq, bu il heç hazırlaşmadım. Ana... | ANL |
Kürlə Xəzərin qovuşduğu yer - Neftçala. Neftçala rayon Mədəniyyət şöbəsində çalışan Çingiz Məmmədov da digər yerliləri kimi öz rayonunun iqtisadi həyatını izləməklə bərabər, camaatını da çox sevir. Həyata keçirdikləri mədəni-kütləvi tədbirlərdən, geniş qeyd etdikləri bayramlardan həvəslə danışan Çingiz müəllim "Muğam" ... | ANL |
Bu bayram hədiyyəsini bizlərə "Təhsil" nəşriyyatı bağışlayıb. Sizə təqdim etdiyim bu kitabın araya-ərsəyə gəlməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin birbaşa xidməti var. Çünki Əbülfəs müəllim bu layihənin rəhbəri və ön sözünün müəllifidir. Məhz ön sözdən başlayan kitabın i... | ANL |
"Bir neçə il ömrüm qalıb, onu da kompüter arxasında keçirmək istəmirəm". - Rasim müəllim, çoxdandı mediada görünmürsüz. - Yox, görünürəm, amma televiziyalara çıxmıram. Çıxanda da qısa müsahibələr verirəm, o da baxır hansı verilişə. Mənasız yerə görünməkdənsə, görünməmək yaxşıdır. Adətən biz yeni filmlərin primyerasında... | ANL |
"İnzibati icraat haqqında" Qanunun təkminləşdirilməsi zəruridir. Azərbaycan Respublikası tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik dövlət quruculuğunu inkişaf yolu seçmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai-siyasi həyatımızın bütü... | ANL |
Əməkdar artistimizə "Sülhməramlı səfir" diplomu təqdim edildi. Onu italyanlar çoxdan tanıyır və sevirlər. AzərTAc xəbər verir ki, Azərbaycanın əməkdar artisti Fidan Hacıyevaya klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə "Sülhməramlı səfir" diplomu təqdim edilib. Onun könülləri oxşayan, bənzərsiz və məlah... | ANL |
Azərbaycan yazarları kimləri oxuyur? Azərbaycanda hamı oxucu qıtlığından, kitab bazarının vəziyyətinin acınacaqlı olmasından danışır. Daha çox şikayətlənənlər isə təbii ki, qələm adamlarıdır. Sosial şəbəkələrdə, qəzet səhifələrində və internet resurslarında yayımlanan yazılara marağın az olması qələm adamlarını çox vax... | ANL |
Təbii bu sözün iki məna daşıdığını bir kimsə danmaz və buna görədə kiçik bir izahata etiyac var. Mən bu ədəbi aləmin içində olandan bu müzakirə olunur və iş o yerə çatıb ki, bir müddət Türkiyədə yaşadığım illərdə də mən bu SARI GƏLİN məsələsinin müzakirə olunduğunun, bir çoxlarının da bu SARI GƏLİNi üzdən iraq yerlərə ... | ANL |
Küçə tələbəsi. Uzundıraz küçə fənərlərinin sarı işıq saçan lampaları bir neçə dəfə "göz vurub" söndü... iki gündür fasiləsiz yağan qar küçəni ağ rəngə bürüdüyündən, fənərlərın sönməsi görməyimizə mane olmur. Şəhərin digər mərkəzi küçələri kimi burada da səkilərə mərmər döşənib. Qarlı mərmərin üzəri ilə addım atmaq mümk... | ANL |
BU DÜNYANIN ŞAİRİ. Şeirdən çox da başım çıxmaz. Şeirlə münasibətlərim yaxşı, ürəkdən gələn sözlərə sevinməklə, duyğulanmaqla, şairin ünvanına ( ürəyimdə) minnətdarlıq hisslərini izharla və ovqatımızı durultduqları, insan övladının amalının bu dünyada var-dövlət yığmaqdan, vəzifə hərisliyindən , mənsəb xəstəliyindən iba... | ANL |
RUHUN PIÇILTILARI... Misralara çevriləndə. İş gününün sonunda qapı açıldı. Və o, həmişəki səmimiyyəti, özünəməxsus utancaqlığı ilə otağa daxil oldu və yenə heç kimdə duymadığım istiqanlılıqla kiçik bir xahiş etdi. Qəzetin səhifələri dolduğundan onun xahişini yerinə yetirə bilmədim, heç nə demədi. Onun gəldiyi kimi də s... | ANL |
Maksim Qorki dəyərli əsərləri ilə dünya mədəniyyət tarixində özünəməxsus yeri olan ədiblərdən biridir. Onun həyat və yaradıcılığının bütün mərhələləri elmi araşdırmalarda kifayət qədər geniş təhlil edilsə də, tərcümeyi-halı və publisistik yazıları tam öyrənilməyib. Qorki yaradıcılığı sovet ədəbiyyatşünaslığının əsas is... | ANL |
Çəliyinə söykənib üzü "Dəyirman çal"a baxırdı. Nələri düşünürdü görəsən. Yaş öz sözünü demiş, həyatın çalın- çarpaz yolları, amansız və islah olunmaz qanunları, bəxtin, yığvalın pozulmaz yazıları, Tanrının dəyişməz hökmü günbəgün, anbaan çin olmuşdu qənşərində. Ömür-gün yoldaşı Şərqiyyə xanımla köçüb getdi hər növrağı ... | ANL |
Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi haqqında bu yazını qələmə alarkən bir daha onun həyat və yaradıcılığı, keçdiyi ömür və sənət yolu barədə yazılan monoqrafiya və məqalələrlə tanış oldum. Bizim Milli Kitabxanamızda ədibin əsərlərinin səkkiz cildliyini yenid... | ANL |
DÜŞMƏNİ DİZ ÇÖKDÜRƏCƏK BAYRAQ... Xocavəndlilər onu səngərdə ucaldıblar. Hər dəfə cəbhə bölgəsinə yolum düşəndə mənə elə gəlir ki, indicə sərhədi keçib doğulduğum kəndə doğru irəliləyəcəm. Hər dəfə də bu yolun tən yarısında əlisilahlı əsgərləri görəndə elə bil soyuq suya düşüb çıxıram. Bütün fikirlərim, xəyallarım pərən... | ANL |
Yanılmıramsa noyabr-dekabr ayları idi, qar hələ yağmasa da, təbiətdə hər şey tezliklə qarın hər yeri ağ örpəyə bürüyəcəyindən xəbər verirdi. Yeni eranın başlamasına sayılı vaxt qalırdı. Ağlım bir o qədər kəsməsə də uşaq ağlımın süzgəcindən müəyyən nəsnələri keçirə bilirdim. O vaxtlar şəhərdə IX mərtəbəli bir binada yaş... | ANL |
Yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında çəkilən eyniadlı bədii filmin çəkilişləri tamamlanmaq üzrədi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan filmə olan maraq başa düşüləndi. Oxucular ədəbi ictimaiyyətdə böyük səs-küy yaradan romandakı qəh... | ANL |
Elə səslər var ki, yerdəkilərin belə qulağına gücnən çatır, çatsa da qulaqdan o yana keçə bilmir. Nə ürək titrədir, nə ruhu oxşayır... Sahibindən başqa kimsənin canına yayılmır. Zamanın və Kainatın elə anları olur ki, sanki Uca Yaradan da bir az dincəlmək, göylərin qoynundan Yerə baxıb yaratdıqlarından zövq almaq istəy... | ANL |
Axundovun Azərbaycan ədəbiyyatında rolu. Bizə ikinci Axundov lazımdırmı? Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan dahi dramaturqumuz haqqında qələm adamlarının fikirlərini öyrəndik. Gənc yazar Əsəd Qaraqaplan düşünür ki, Axundov milli ədəbiyyatımızın əsasını qoyub: "Axundov Şərq ədəbiyyatını Azərbaycan ədə... | ANL |
Şair Musa Yaqubun Milli.Az-a müsahibəsi. - Bu yaxınlarda sizin "Dövrün dəyirmanı" adlı kitabınızın təqdimatı keçirildi. Mümkünsə, o adın mənasını oxucularımız üçün açıqlayardınız. - Dəyirman bizim taleyimizdir, fırlandıqca zamanı, vaxtı da ötürür, şad günlərimiz də olur, kədərli günlərimiz də. Tale elə gətirib ki, dəyi... | ANL |
ŞƏKİ: UĞURLARIN PRİNSİPİAL İSTİQAMƏTİ. Son vaxtlar Şəkidə görülən işlərin ardıcıllığı və sürəti, insanları yaxşı mənada çaşdırıb. Uzun illər boyu davam edən plansız və lokal xarakterli quruculuq işləri sakinləri qane etmirdi. İndi sosial-iqtisadi inkişafın bütün istiqamətləri üzrə qazanılan uğurların sırasında geniş mi... | ANL |
...Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. 88-94-cü illərdə Mirqiyasla Füzulidəmi, Haramıdamı, Daşburundamı ara-sıra görüşmüşdüm. O zamanlar qaçda-qovdaydıq, ağır, faciəvi günlər yaşayırdıq. Bircə onu bilirdim ki, Mirqiyas vətənin o ağır günlərində könüllü olaraq milli ordu sıralarına yazılmışdı. Dəfələrlə a... | ANL |
QAR ALTINDA BİTƏN LALƏ. Bir əsgərin bayraq qızı! Nəriman Həsənzadə, Xalq şairi. Avqustun 9-da Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun həlak olmasından 20 il keçir. Bu sözlər bir şəhid anasına - Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun anası Rəfiqə xanıma məxsusdur. Oğlunun şəhidlik zirvəsinə qalxmasından... | ANL |
"Nəslimin yarpaq tökümü başladı". Kim unudub məni. yol ayrıcında- gəlsin qucaqlasın, gəlsin aparsın. çıxarar qəza- gəlsin qabaqlasın, gəlsin saxlasın... Son günlər Zərdüştün bu şeirini bəlkə də yüz dəfə oxumuşam. Onun ömrümü yoldan-relsdən çıxaran qəzaya-qəfil yaxalandığı xəstəliyə dəfələrlə lənət oxumuşam. Məni yaman ... | ANL |
ŞƏKİ: UĞURLARIN PRİNSİPİAL İSTİQAMƏTİ. (əvvəli ötən saylarımızda). Yubileylər ili, bayramlar şəhəri... Məlum olduğu kimi iyun ayının 30-dan iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərimizdə "İpək Yo... | ANL |
"Dolu" filmində Levon obrazını yaradan Əjdər Zeynalov elə premyeradaca söyülüb. İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı fəaliyyətini uzun illərdən bəri yaxından izlədiyim aktyor Əjdər Zeynalov yeni bir filmə dəvət aldığını deyəndə təəccüblənmədim. Bu günlərdə ictimaiyyətə təqdim olunan və böyük maraqla qarşılanan "Do... | ANL |
Azadlığını satanlar - HEKAYƏ. Şəhərin hər yerində topa-topa adamlar vardı. Onlar sevinir, atılıb-düşür, bir-birini qucaqlayıb təbrik edirdilər. Elə bil onları yapışqan məhlul kimi vertalyotdan yerə tullayıblar, günəşin altında qalıb quruyandan sonra yapışdıqları yerdən qopublar. Küçələr sınıq butulkalar, pivə bankaları... | ANL |
İlqar Gülşəni qəlbən sevirdi. İnstitutda təhsil illərində bir-birini daha yaxından tanımış, isnişmiş, xarakterləri uyğun gəlirdi, əhd-peyman bağlamışdılar. Pedaqoji institutu bitirib, doğma elə təyinat almışdılar. Çox xoşbəxt idilər. Uşaqlara təhsil vermək, aldıqları bilikləri kənddəki balalara dərindən aşılamaq onları... | ANL |
"Yakın Plan" nəşriyyatı bu günlərdə Şövkət Talha Apuhanın "Atatürkün əsgəri Elçibəy" kitabını oxuculara təqdim edəcək. Elçibəysevərlərin könlüncə olan bu xəbəri alan kimi kitabın müəllifini aramağa başladıq. Zəhmətimiz boşa getmədi və gənc dostumuzla internet vasitəsi ilə əlaqə yarada bildik. Əslən qafqazlı bir ailənin... | ANL |
Nahid Şəmşir. Etimad Başkeçidə. Əzəldən binası qoyulub belə, Yaxşısı tək-təkdi, yamanı min-min. Bir ömür, Sonunda iki qapısı, İnsan oğlununsa gümanı min-min. O qıza eylədim nə eylədimsə. Bu zülmət hayandan çökdü üstümə, niyə pəncərəmdən Ay üzü dönmüş? Üzündə-gözündə sis-duman kimi. Bu nədir, Əynində sarı bürüncək? Gəli... | ANL |
Saatlı yeni inkişaf mərhələsində. İsti yay günləri aranda daha çox hiss edilir. Günəş yerindən qalxmamış od-alov saçır. Hələlik ilin ən isti gününə təsadüf edilən Saatlı rayonuna gəlişim iş gününün başlanmasına hesablansa da, deyəsən gecikmişdim. Həmsöhbət olmaq istədiyim rəsmilərin demək olar ki, heç biri yerində yox ... | ANL |
Onun problemlərini də birgə çözməliyik. Bu gün ölkəmizdə tək-tək ailələr var ki, ordumuzla, silahlı qüvvələrimizlə təması yoxdu. Ancaq həmin o tək-tək ailələr də bu və ya digər formada Azərbaycan ordusundan və bu orduda gedən proseslərdən xəbər tutub. Təbii ki, ordumuzla bağlı mütəmadi və geniş informasiyaları KİV-lər ... | ANL |
Saatlı yeni inkişaf mərhələsində. Təbii fəlakətin son izləri. 2 il əvvəl ölkəni ayağa qaldıran Kür və Araz çaylarındakı daşqınlar Saatlı rayonunda da ciddi problemlər yaratdı. Sarısu gölünün bəndi suyun təzyiqinə dözməyərək dağıldı. Nəticədə rayonun iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına ciddi ziyan dəydi. Rayonu... | ANL |
Firdovsi Sarvanlı adını özünə təxəllüs götürdüyü kənddə dünyaya göz açıb. Orada oxuyub, orada yaşayır və nüfuzlu maarif mütəxəssisi kimi dədə-baba məskənində çalışır. Firdovsi Qasım oğlunun tale kitabının mühüm hissəsi onun bədii yaradıcılığına aiddir. Muğan mahalının elə bir guşəsi yoxdur ki, Firdovsi Qasımlını xeyir ... | ANL |
Qazax - Azərbaycanın qərb qapısı. Azərbaycanın paytaxtı Bakıdan ən uzaq məsafədə yerləşən Qazaxa isti yay günlərində bir nəfəsə getmək olmur. Ancaq Gəncədən sonra havada bir mülayimlik hiss edilir. Axşamçağının sərin mehi ruhu, bədəni sakitləşdirir. Azərbaycanın qərb qapısı olan Qazax Ermənistanla 168, Gürcüstanla 9 ki... | ANL |
Haçan gəldin, haçan ovsunladın mənim niskilli, qəmli könlümü, heç bilmədim. Onu bildim ki, günəş dolub qəlbimə, gözümə: ağaclar çiçəkləyir, xallı kəpənək sinəmə qonur. Eh, qondarma məhəbbət, qondarma sevgi! Toruna düşən gözəli ram etmək üçün yağlı vədlər. Sonra zəruri ehtiyac və əl çək, ayrıl ondan, qoy qalsın iztirab ... | ANL |
Siyavuş Kərimi: ""Dolu" Azərbaycan kinematoqrafiyasında çox böyük hadisədir". Ssenari, rejissor işi, aktyor oyunu bir-biri ilə yüksək şəkildə vəhdət təşkil edirdi". Yazıçı Aqil Abbasın eyni adlı romanı əsasında yazdığı ssenariyə Elxan Cəfərovun rejissorluğu ilə çəkilən "Dolu" filmi ötən həftə Nizami kinotetrında nümayi... | ANL |
Qazax - Azərbaycanın qərb qapısı. Prezidentin şairlər yurduna hədiyyəsi. Haqqında danışdığım bağda - "Mütəfəkkirlərin" 5 addımlığında indi qızğın iş gedir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyun 2012-ci il tarixli Sərəncamı ilə Qazaxda inşasına başlanan "Ədəbiyyat muzeyi"-ni deyirəm. Bu məqs... | ANL |
Ədalət Nəsibov üçün. Sən hardan bildin, mən ağlamaq istəyirəm?! Bircə himə bəndəm ki, qaynar damcılar bəbəklərimi dağlayıb yandıra-yandıra dığırlansın üzüaşağı... Sənətkarın insafsızı ələ düşməzmiş. Nə dərdliyə baxırsan, nə yaralıya. Nə gözü yolda qalan vecinədi, nə ümidləri puç olan. Nə dünyası dağılana yazığın gəlir,... | ANL |
"Dolu" filminin rejissoru yazarlara cavab Verdi. Elxan Cəfərov: "Azərbaycanlılar həddən artıq ağıllı xalqdır. Bu günlərdə təqdimatı keçirilən "Dolu" filminin rejissoru Elxan Cəfərov filmlə bağlı səsləndirilən fikirlərə və təndiqlərə Publika.Az vasitəsi ilə aydınlıq gətirdi: - "Dolu" filmi elə ilk nümayişindən sonra, bö... | ANL |
Əli pəhləvan. Qarabulaq əyalət mərkəzinə insan axını kəsilmirdi. Özünə rəqib bilməyən Bülənd pəhləvan neçə gündü ki, meydan sulayırdı. Hətta, heç bir kəs tərəfindən məğlub edilməyəcəyini qət edən Bülənd pəhləvanın dizlərində, dirsəklərində və çiyin oynaqları üstündə güzgülər bağlanmışdı. Haqq-ədalət naminə demək lazımd... | ANL |
İNSAN İRADƏSİ HƏR ŞEYƏ GÜC GƏLİR. Quzanlıda gördüklərim. Rayon mərkəzinə, yəni bu gün Ağdamın adını özündə yaşadan, Quzanlıya çatanda gün əməlli-başlı adamı qarsıyırdı. Dağlıq Qarabağın görünən yüksəklikləri, xüsusilə Şuşa belə məqamda adamın ağrılarını bir az da artırır, yarasının qaysağını qoparırdı. Çünki Quzanlıdan... | ANL |
(Yılmaz Ərdoğanın bu günə və sabaha məktubu. Ünlü teatr sənətçisi və yazar Yılmaz Ərdoğan, terrorun nədən olduğu ölümlərin durması üçün yazdığı fəryad dolu məktubunu "Hürriyət" qəzetinin aracılığıyla Türk xalqına AĞ GÖYƏRÇİN qanadlarında yollayıb. Hər gün, demək olar ki,hər gün Türkiyədə bir insan ölür vəya bir türk əs... | ANL |
Görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin 70 illik yubileyidir. Dünən M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayev Mədəni İrsi Fondunun təsisçisi, iş adamı Araz Ağalarov da daxil olmaqla bir qrup ziyalı, mədəniyyət xadimi sənətkarın Fəxr... | ANL |
Qapalı idi. Yeriyəndə başını yuxarı qaldırmazdı. Hündürboylu adamın başı sinəsinə doğru 10 dərəcə əyilib. Bəbək çərçivəsinin üst tərəfi ağlayan smaylikin göz yerinə çəkilmiş qövsə oxşayır. Alnındakı qırışlar sayılır. "Nə maraqlı xətlərdi, lap üzgüçülük hovuzundakı kanata oxşayır"- özünü aşırma çantaya qucaqlatdıran day... | ANL |
ŞAMAXI: MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI? Möhtəşəm yüksəlişin təntənəsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz yüksək inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Müstəqil Azərbaycan Respublikası bütün sahələr üzrə yüksəlişdədir. Hətta idman ... | ANL |
ŞAMAXI: MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI? Nəticələr sevindiricidir. Şamaxı rayonu üzrə cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları yenə də sevindiricidir. Bunu statistik rəqəmlər də təsdiqləyir. Qeyd olunam müddət ərzində 62,9 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Həmçinin ilin birinci y... | ANL |
Vasim Məmmədəliyev şəxsiyyəti. Böyük ziyalı akademik Vasim Məmmədəliyev nəinki cəmiyyətimizdə, beynəlxalq aləmdə də birmənalı şəkildə qəbul edilən şəxsiyyətdir. Yüksək yaradıcı potensiala malik insanlar bütün dövrlərdə həyat eşqini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alıblar. Yüksək mənəviyyat sahiblərinin öm... | ANL |
Doğma respublikamızın, müstəqil Azərbaycanımızın son illərdəki sürətli inkişafı, indi nəinki regionun bütövlükdə dünyanın diqqət mərkəzindədir. Avropa və dünya miqyaslı bir sıra mühüm tədbirlərin, "Evrovision" kimi musiqi bayram-yarışmasının Azərbaycanda keçirilməsi, paytaxtımızla yanaşı Naxçıvanın, Gəncənin, Mingəçevi... | ANL |
İçməli su mənbəyi olmayan kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin sürəti olduqca aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəzərdə tutulduğu halda yalnız iki kənddə əhali bu qurğ... | ANL |
(əvvəli ötən saylarımızda). Kəndarası yolların qaydaya salınması istiqamətində işlər davam etdirilir. İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində ümumi uzunluğu 15,3 km. olan kəndarası yollar çınqılla təmir olunmuş, 6 yerdə su keçidləri bərpa edilmiş və ya yeni su keçi... | ANL |
Rəssamla könül söhbəti. Çoxdan idi ki, Səninlə möhtərəm oxucuların hüzurunda könül söhbəti etməyə məqam axtarırdım. Nəhayət ki, o imkanı bu gözəl nərd stolunun ətrafında, bu sufiyanə çay süfrəsində yaxaladığımı sanıram. Nə deyirsən, başlaya bilərikmi? Bu kəlamın birbaşa mənası aydındır. Bir də bu kəlam ondan xəbər veri... | ANL |
MKM: Yeni qaydalar və yeni münsiflərlə. Çağdaş Azərbaycan ədəbiyyatı naminə Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə başlayır. Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. BMM-də keçirilən təqdimat mərasimində çıxış edən MKM-in təsisçisi Nigar Köçərli bildirdi ki, növbəti MKM layihə... | ANL |
1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider s... | ANL |
Şeyxülislam Allahşükür Paşazadə: "Bir növ özümü qurban verirəm". "Azərbaycanda heç bir şey gözlənilmir, gözləməsinlər də. Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 63 yaşı tamam olur. Bu münasibətlə ANS PRESS-in müxbiri, Hacı Allahşükür Paşazadə ilə görüşərək ondan eks... | ANL |
ŞAMAXI: MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI? (əvvəli ötən saylarımızda). Qeyd olunan müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Cümə məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmir edilərək yenidən qurulması işləri davam etdirilmişdir. Ötən ilin birinci yarısı... | ANL |
(Yılmaz Ərdoğanın bu günə və sabaha məktubu. Ünlü teatr sənətçisi və yazar Yılmaz Ərdoğan, terrorun nədən olduğu ölümlərin durması üçün yazdığı fəryad dolu məktubunu "Hürriyət" qəzetinin aracılığıyla Türk xalqına AĞ GÖYƏRÇİN qanadlarında yollayıb. Hər gün, demək olar ki, hər gün Türkiyədə bir insan ölür və ya bir türk ... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR ALTMIŞINCILARIN ƏN DOĞMA HAMİSİ. «Altmışıncılar» proyektimizə ara davam edir. Əslində bu gözəl şəxsiyyəti də elə ALTMIŞINCILAR ruhunda sevmək mümkündür. Çünki, o illərin ən demokratik ziyalılarından və baş redaktorlarından biri olan Cəmil Əlibəyov həqiqətən o illərin yaradıcılarının bir ... | ANL |
SÖZÜMÜZÜN ƏKRƏM ƏYLİSLİSİ. Zahirən çox az dəyişib. Amma mənim 38-40 yaşında gördüyüm Əkrəm Əylisli bu illər ərzində yazıçılığın və ziyalılığın çox enişli-yoxuşlu yollarını keçib. Ə.Əylisli Azərbaycan nəsrini yeni, orijinal nəsr nümunələri ilə zənginləşdirib, təkcə Azərbaycan ədəbi mühitində deyil, ondan kənarda da öz m... | ANL |
RUHUMUN AĞLADIĞI GÜN... Sığındığı yer Tanrı qucağı, güvəndiyi isə sevməyi bacaran oxucularıdır. Qəlbi sevgi ilə dolu, sevgidən sevə-sevə yazan, bəzən saatlarla ruhu özünü tərk edən, bəzən də kədərləri, ağrıları-acıları ilə qucaqlaşan, bəzən də anasız körpə kimitəkbaşına qalıb həsrət nəğməsi pıçıldayan şairdir Əbülfət M... | ANL |
ŞEİRİNİN İŞIQLARI YANAN MƏMMƏD ARAZ YAŞASAYDI... Yaşasaydı, bu ilin may ayında yaradıcılığının 60 ilini qeyd edəcəkdi. Sonralar şair bu şeri «qəribliyə» salaraq heç bir kitabında çap etdirmədi. Coğrafiya fakültəsində təhsil aldığın üçün sıxılırdın: görəsən, ədəbiyyatçılar nə deyəcək? Amma şeirini oxuyandan sonra hiss e... | ANL |
Salyan yeni inkişaf mərhələsində. Noyabrın üçüncü ongünlüyü mərkəzi aranda xeyli mülayim keçir. Bir qədər əvvəlki soyuq küləkdən, yağışlı havalardan əsər-əlamət qalmayıb. Ağacların yarpaqları saralsa da hələ tamam tökülməyib. Payız günəşi də mavi qübbədə tənbə-tənbə mürgüləməkdədir. Salyan rayon mərkəzinin təmiz və yar... | ANL |
Salyan yeni inkişaf mərhələsində. İqtisadi-sosial inkişaf rəsmi rəqəmlərdə. Rayonların, kəndlərin, qəsəbə və yaşayış məskənlərinin müasirləşməsi, sosial və digər obyektlərin artması ölkənin ümumi inkişafından xəbər verməklə, həm də bu işlərin görünən tərəfidir. Yaşam tərzinə birbaşa təsir edən iqtisadi, sosial durum is... | ANL |
- Bu, beş yüz il əvvəl xalqı yadelli işğalçılara qarşı döyüşə aparmış de Arkın bu gün də yaşadılması ilə bağlıdır. Yəqin Parisdə siz hörmətli qonaqlara bunu da demiş olarlar ki, alman faşizminə qarşı qanlı döyüşlərdə de Arkın bayrağı ön xətdə dalğalanırdı. Bu çox ibrətlidir! - Bizim də qadın qəhrəmanlarımız olub. Onlar... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.