text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
MİLYARDLAR QAZANA BİLƏRİK... Azərbaycanın təbii ehtiyatları və sərvətləri həmişə bol olub. Elə buna görə də bir çox ölkələrin gözü bizim məmləkətdə olub. Ona görə bizim məmləkətimizdə olub ki, nefti, qazı və digər yeraltı sərvətləri zəngin olan məmləkətimizdən nəyisə qoparmağa çalışıblar. Ən azından bu varlı ölkənin sə...
ANL
Azərbaycan Avropa Birliyinə üzv ola bilər. Ötən həftə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri və bu səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər hələ bir müddət əsas mövzu olaraq qalacaq. Azərbaycanda olduğu müddətdə Joze Manuel Barrozu və Avropa Birliyinin energe...
ANL
Mən həmişə düşünmüşəm ki, səs, musiqi bəşər övladından qabaq mövcud olub. Və İnsanlar bu ahəngin, bu səslərin içərisində yaradılıb. Bu fikirlər bir qədər qəribə səslənsə də heç kim bunları həqiqətdən uzaq, qeyri-adi, ya da əsası olmayan iddia adlandırmasın. Yalnız təbiətə, Tanrının yaratdığı qüsursuz düzənə baxanda bel...
ANL
Robert Katler: "Azərbaycan dünyanın enerji siyasətini müəyyən edən ölkələrdən birinə çevrilib". Karlton (Carleton University) Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katlerin (Robert Cutler) APA-nın Vaşinqton müxbirinə müsahibəsi. - Azərbaycanın Xəzər regionunda mövcu...
ANL
QƏDİM ƏRƏŞ YURDUNUN AĞDAŞI, AĞ İNCİSİ. Məntiqi varislik. Tarixi keçmişimiz uzun illər Sovet ideologiyası çərçivəsində öyrənildiyinə və araşdırıldığına görə Azərbaycan ərazisindəki bir çox yerlər və baş verən hadisələr düzgün istiqamətini itirməli olmuşdu. Məsələn, son dövrlərədək qədim Ərəş sultanlığı və Ərəş şəhəri ha...
ANL
Nazirlər yeni ildə növbəti dəfə bir arada. Ötən il kifayət qədər intensiv keçən danışıqlarda Dağlıq Qarabağ probleminin çözümü tapılmasa da verilən bəyanatlar fonunda beynəlxalq qurumların narahatlıq keçirdikləri hiss olundu. Yeni il isə yenicə başlayıb və ilin sonuna kimi hansı mənzərənin şahidi olacağımız barədə bəri...
ANL
Əməkdaşlıq müqaviləsi imzalandı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, doktor Camal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. C.Taluğ bildirib ki, Ankara Universiteti h...
ANL
GƏNCƏ İNKİŞAF YOLUNDADIR. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin birinci yarımilliyin yekunlarına həsr olunmuş iclasında giriş nitqində demişdir: "Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ...
ANL
Yanvarın 18-də Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor və ssenarist Eldar Quliyevin doğum günüdür. , Görkəmli bəstəkar Tofiq Quliyevin oğlu olan Eldar Quliyev ailəsində 1960-1966-cı illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində Serqey Gerasimovun kursunda təhsil alıb. İnstitutu...
ANL
İranın keçmişi unutmaq cəhdi. Dini zəmində zaman-zaman ortaya çıxan bəzi arzuolunmaz olaylar ötən ilin sonlarından yeni məcraya qədəm qoyub. Baş verənlərin qonşu dövlətlərin diqtəsi ilə həyata keçirildiyi sirr olmadığı kimi məsələnin mahiyyətində də nələrin dayandığı bəllidir. Hər bir olayın üstündən az keçməmiş verilə...
ANL
Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan bir sıra müqavilələrə qanunla dəyişikliklər edib. Bu o deməkdir ki, bununla rəsmi İrəvan tanınmamış qurumları tanımaq imkanı əldə edir. Hər şeydən əvvəl şübhəsiz, neçə illərdir Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıyacağı bəyanatını reallığa çevirməyə cəhd özünü göstərir...
ANL
Ziyalı olmaq, bu adı daşımaq çox çətin, şərəfli, məsuliyyətli bir işdir. Hamı ziyalıya bir örnək, şəxsi nümunə, məhək daşı kimi baxır. Həlli müşkül, çıxılmaz vəziyyətlərdə ondan məsləhət, kömək umur. Bəli, ziyalı olmaq çox çətindir, xüsusən bu ziyalı cəmiyyətin diqqət mərkəzində fəaliyyət göstərən telejurnalist ola. Yu...
ANL
(Mirzə Cəlilin eyni adlı pyesi əsasında) Dörd məclis və beş pərdəli komediya. MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ay...
ANL
Çox hörmətli baş redaktorumuz İradə xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən ab-havanın üstün bir cəhət olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas istiqamətində açıq-aydın görünməkdədi. Və indiki məqamda təbii ki, maarifçilik bir az birtəhər səslənsə də, təbliğatın bir çox sa...
ANL
Gəlin etiraf edək ki, son illərdə kitab nəşri sayəsində böyük uğurlar var. Yəni nəşriyyat işi günün tələbləri səviyyəsində qurulduğundan hər gün mətbəələrdən oxucu dünyasına müxtəlif tərtibatlı, müxtəlif ölçülü, yüksək poliqrafiya nümunəsi olan kitablar qədəm qoyur. Təbii ki, bu kitabların hər birində mübaliğəsiz iynə ...
ANL
O kəslər xoşbəxtdir ki, erkən yaşlarından qəlblərinin dərinliklərində yuva qurmuş ən böyük arzusu çin olur, həmin arzuya yetmək üçün üzləşdikləri bütün maneələrə sinə gərir, son nəticədə istəyinə yetirlər. Elə ömrünün 60 illik yubileyi ilə əlaqədar həyat kitabını vərəqləmək istədiyim istedadlı jurnalist Malik Novruzov ...
ANL
Lerik onsuz da gözəldir... Baxmayaraq ki, son vaxtlar burdakı tikinti-abadlıq işləri kifayət qədərdir. Təbiətin yaratdıqları hər şey gözəldir. Zamanın təqvim sıralarında illərlə ölçülən vaxtın ömrü elə də çox deyil - indi dağlarda ilin ən gözəl fəsili olan payızdır. Bədii nümunələrdə zaman-zaman bahar daha çox öyünülsə...
ANL
(Şairə Nazilə Səfərlinin şeirləri haqqında). Mən müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən bir sıra qadın yazarlarımızın şeirləri barədə mətbuatda sözümü demişəm, məqalələr yazmışam. Firuzə Məmmədlinin heç cür 70 yaşına gəlib çatdığına inanmıram. İllər nə tez gəlib keçdi, sanki bir göz qırpımındaca... Mə...
ANL
Ey məhliqə, gəl, eyləmə viranə könlümü, Salma bəlavü möhnəti-hicranə könlümü. Bəsdir o zülmlər mənə bu çərxdən yetib, Qoyma dəxi cəfa oduna yanə könlümü. Zalım olubdu xalü xətin, mah tələtin, Zülm ilə çəkdirir hərə bir yanə könlümü. Zöhdü riya xarab qılıb xanimanımı, Viran qaldı səbheyi-səddanə könlümü. Təsbihü tilsani...
ANL
Dünya ədədlər üzərində qurulub. Ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda başqa bir qüvvə də vardır. Ədədlərin ifadəsi olduğu bu qüvvə təbiətdə şeylərlə qaydalar arasında olan okkult əlaqələrdədir. Numerologiya nisbətən son zamanlar tanınsa da, əslində ən qədim elmlərdən biridi...
ANL
Cəfəng bəyanatlara faktlarla zərbə. "Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi qeyri-mümkündür". Məlum olduğu kimi Ermənistan prezidenti Serj Sərkisyan bu ayın əvvəlində Cənubi Kiprə səfər edib. Səfəri reallaşdıran kimi də ayağını yunan Kiprinə basar-basmaz da sərsəm bəyanatlar verməyə başlayıb. Əlinə fürsət düşüb...
ANL
Bəşəriyyət başlanğıcdan ta bu günlərə gələnədək inanılmaz sınaqlardan keçdi, çox böyük maneələri aşdı, ağılasığmaz çətinlikləri adlamış oldu. Təsəvvür etmək olmur ki, bu günün insanı ilkin dövrlərdə ən ibtidai işlər üçün hansı əzabları yaşamalı olmuşlar, hər bir yeniliyi mənimsəmək üçün çox böyük zaman sərf etmişlər. B...
ANL
Cənubun mirvarisi - Lənkəran. Ölkəmizin bir-birindən gözəl, həm də bir-birinə bənzəməyən müxtəlif bölgələri, rayonları, kəndləri istənilən qədərdir. Özünəməxsus relyefləri, iqtisadi potensialı, insanları ilə bərabər hamısı bir kül halında gözəl bir çələngdir. Xəzərin sahilində, Talış dağlarının ətəklərində yerləşən Lən...
ANL
Rüstəm Behrudi: "Poeziya mənim həyatımın sementidir". "Virtual müsahibə"də bu dəfə bir siyasətçi, və ya hansısa məşhur məmuru görməyi çox istərdik. Amma bu müsahibəni eləməyə könüllü tapa bilmədik. Odur ki, yenə əlimizin altında hazır olan virtual müsahibəni sizə təqdim etməli oluruq. Və təkrar xatırladırıq ki, parlaq,...
ANL
Dünən "Azərbaycan-türk ocağı" mətbuat mərkəzində Azərbaycan Dil Qurumunun (ADQ) təşəbbüsü ilə "Dilin qanunu və qanunların dili" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan ADQ-in sədri, millət vəkili Sabir Rüstəmxanlı ana dilinin qorunması sahəsində son aylar atılan addımlardan danışdı. "D...
ANL
İQDIR SOYQIRIM ANITI VƏ MUZEYİ. Hələ 1995-ci ildə İqdırda "Tarixi gerçəklər və ermənilər" mövzusunda uluslararası bir simpozium keçirilmişdi. Və bu simpoziuma da müxtəlif ölkələrdən elm və siyasət adamları qatılmışdı. Simpoziumda Azərbaycandan professor, görkəmli memar Cəfər Qiyasi də iştirak edirdi. Və Cəfər Qiyasinin...
ANL
SƏHƏR-AXŞAM GÜNAYDIN. (İctimai televizya kanalında "Qərib axşamlar" verilişinin aparıcısı, qələm qardaşım Yusif Günaydının 60 yaşının tamam olması münasibətilə). İsminlə ulu soydasan;. Həzrəti-nurun adaşı... Zaman sözün altmış kərə, Altmış səhfə kitabısan. Tarixdəki Yusiflərə, Sən bir salam xitabısan. Ekrandan baxan gö...
ANL
Qəlbimdə yer qalmayıbdı. Qapınızı kəsdirməyə. Günü-gündən hərif-hərif. pozular, Əlim gəlmir mənim onu. Əvvəl səni gözlədim, sonra eşqimi, Ondan sonra ölmümü. Açdım gözlərimi. Hər gün yolumu gözləyən. Qəmə-qəhərə gedirəm. Abır-həyadan yırtılan, Çöldə, bayırda sırtılan, Hər gün üzümə çırpılan. Çora, zəhərə gedirəm. Köklə...
ANL
Oğuz rayonu haqqında söhbət açdıqda, hətta təkrar səslənsə belə, bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Özəlliklə adla bağlı çox uğurlu əvəzləməni. Xatırlayırsınızsa müstəqillik ərəfəsində respublikamızın bir sıra şəhər və rayonlarında, hətta kəndlərində belə əzəli adların bərpası və ya bəzi yöntəmsiz, milli təəss...
ANL
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın Sankt-Peterburqun "Zlatoust" nəşriyyatında çap olunmuş "Sehrbazlar dərəsi" ("Dolina Kudesnikov") romanının təqdimatı keçirilib. Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır. Lent.az-ın məlu...
ANL
QAN YADDAŞIMIZA FƏRQLİ BAXIŞ. "Azərbaycan faciələrinin təqvimi" təqdim olundu. Tarixçi-tədqiqatçı Nazım Tapdıqoğlunun (Vəlişovun) yenicə çapdan cıxmış "Azərbaycan faciələrinin təqvimi" kitabı hər birimiz uçün əsil qan yaddaşı kitabı sayıla bilər. Dəyər baxımından qiymətli və tədqiqat səviyyəli bu kitabda başı tarixən m...
ANL
TARİXİMİZİN QƏDİM ÜNVANI. Azərbaycan tarixi müxtəlif zaman kəsiyində özünün diqqətçəkən səhifələri ilə həmişə özümüzlə yanaşı, qonşularımızı da düşünməyə, müxtəlif addımlar atmağa məcbur edib. Təbii ki, biz atdığımız addımlarla tariximizi öyrənməklə zənginləşdirmək yolunu tutmuşuq, düşmənlərimiz isə əksinə, daha çox bi...
ANL
Səliqəli küçələrə, gözəl binalara, bahalı həyət evlərinə, İmarətə və oralardan da yuxarılara baxıb bir daha heyran olacaqdım. 20 il əvvəl yazsaydım əgər, bu Ağ Şəhərin döyüşkən ruhuna, vətən sevgisinə, igidlərin şəhidlik sevdasına söz tapa bilməyəcəkdim, qələm aciz qalacaqdı... Buranı vətənimə oxşadıram. İndi zaman baş...
ANL
Dağlıq Qarabağda müharibə ehtimalı böyükdür. İmperiyanın xarabalıqları üzərində bərqərar olmağa hazırlaşan indiki Rusiya mümkün fürsətdən yararlanmağa üstünlük verdi. Çünki o hələ də əlində olan böyük məkanı itirəcəyindən qorxurdu. Onu əldən verməmək isə ən birinci məqsəd idi. Əlbəttə ki, bu siyasət imperiya marağından...
ANL
Dövlət Komissiyası məlumat yaydı. Azərbaycanın itkin kimi qeydiyyatda olan 10 vətəndaşının işğal olunmuş ərazilərdə saxlandığı ehtimal edilir. APA-nın Komissiyanın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 10 nəfərin ...
ANL
Lahıc səfərindən dönər-dönməz oradakı təəssüratlarımı sizinlə bölüşərkən növbəti səfərim haqqında da düşünürdüm. Reportaj üçün əlverişlı yerlər çox olsa da mən daha maraqlı məkan axtarırdım. Nəhayət ki, qərara gəldim. Bu dəfə sizə Naxçıvanda gördüklərimdən, eşitdiklərimdən, başıma gələnlərdən danışacağam... ...Heç sübh...
ANL
Yanvarın 28-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçirilib. Lent.az-ın məlumatına görə, təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kul...
ANL
Hidayət Orucovdan sərt açıqlama. "Onları xarici radikallar maliyyələşdirir". Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Bu müsahibəni diqqətinizə təqdim edirik. - Bütövlükdə, ölkəmizdə dini sabitlik vəziyyətini necə dəyərləndirirsini...
ANL
Tanınmış yazar Mahirə Abdullanın "Ağıllı qadının intiharı" neoromanını oxuyub başa vuranda ilk gəldiyim nəticə bu oldu - nəsrimizin ən uzun monoloqu. Onun da fərqindəyəm ki, bu "uzun" sözü həmin an mənim üçün daha çox ölçü meyarı yox, tutum, mahiyyət dəyərləndirməsi idi. Ən başlıcası odur ki, maraqlı bir nasir olaraq M...
ANL
"Mən ora getməsəydim əkiz qardaşım sağ qalacaqdı". 1974-cü ildə Ağdam rayonunda anadan olmuş idmançı 1985-ci ildən milli komandamızın hazırki baş məşqçisi Mübariz İbrahimovun rəhbərliyi altında idmanın sambo növüylə məşğul olmağa başlayıb və cəmi iki il sonra Gürcüstanda kadetlər arasında keçirilən turnirdə ikinci yeri...
ANL
Nazir hicab probleminə münasibət bildirdi. Ramil Usubov: "Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir". Azərbaycanın daxili işlər naziri Ramil Usubov ölkədə hicabla bağlı problemlərdən və bu problemləri yaradan amillərdən...
ANL
Numerologiyada hər adın öz vibrasiya rəqəmi vardır, bu rəqəm həmin adda olan hərflərin rəqəmə çevrilməsi yolu ilə əldə edilir. Alınan rəqəm sonadək sadələşdirilir. Adın rəqəmi - insan şəxsiyyətinin təzahürü, onun səy və nailiyyətlərinin açarıdır. İnsan şəxsiyyətinin inkişafında təbii meyl və təsirlər ona görə zəruridir...
ANL
Əsrlərlə yaşayacaq böyük insan. O, yoxdan bir Azərbaycan yaratdı. Krım tatarlarının məşhur ziyalılarından olan Cəfər Seyid Əhməd Krımər 1954-cü ilin yanvarında M.Ə.Rəsulzadənin 70 illik yubileyinə göndərdiyi məktubu bu sözlərlə bitirirdi: "Bir gün həyatınızı yazacaq bəxtəvər bir türk gənci, yaxud da şəxsiyyətinizi canl...
ANL
Azərbaycan Turizm İnstitutu 5 illik yubileyini qeyd edir. Daha yaxından tanışlıq üçün. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra bu nüfuzlu ali tədris ocağının aspiranturasına qəbul edilib. Əmək fəaliyyətinə isə Bakı Dövlət Universitetində başlayıb. Sonrakı iki ildə isə tarix...
ANL
Bu həyat həmişə göz önündə olub. "Azərbaycan" nəşriyyatının 5-ci mərtəbəsində qapısını ərklə döydüyüm bir ünvan var. Orda ustad Nahid Hacızadə əyləşir. Bu otaq demək olar ki, nəşriyyata gələn əksər qələm adamlarının baş çəkdiyi, əyləşib bir stəkan çay içdiyi, həmsöhbət olduğu bir guşədir. Demək olar ki, hər gün Nahid m...
ANL
Bu suala onun səsi və nəfəsi - polad relslərlə yorulmadan "öcəşən" təkərlərin deyingən taqqıltısı və bu taqqıltını səbrlə həzm edən motorun buraxdığı tüstüsü qədər bilən və anlayan ikinci bir şahid olmaz yəqin. Bu nəfəsin fonundakı həyatı həmin o relslərlə deyişən təkərlər nəql edirdi. Mahalda sayılıb-seçilən ziyalı ol...
ANL
(Faiq Balabəylinin "Burda darıxmaq olmaz" şeirlər kitabı haqqında). Azərbaycan ədəbiyyatında ilk həbsiyyələrin müəllifi böyük ustad Xaqani Şirvani olubdur. Sarayda yaşasa da, şahı, onun nəsil-nəcabətini tərifləyən qəsidələr yazsa da, yeri gələndə zülmə, haqsızlığa dözməyən, "qəfəs bülbülü" olmaq istəməyən Xaqani 1170-c...
ANL
Afaq Şıxlı: "...biz yaxşı olmağa borcluyuq, çünki bizim simamızda Rus ziyalısı Azərbaycan ziyalısını tanıyır". Ölkəmizdən kənarda yaşamaq qismətinə yazılan, qürbət kədərini yaşayan elm və mədəniyyət adamlarımızla həmsöhbət olmaq, onların xaricdəki fəaliyyətini oxucuya çatdırmaq, uğurlarının sevincini bölüşmək qürbətdək...
ANL
İTALYAN OLAN İNGİLİS YAZIÇI... Mən inanıram ki, Tanrının yaratmaq, kəşflər etmək üçün göndərdiyi adamlar da Seçilmişlər sırasındadır. Onlar yalnız mənsub olduqları xalqın deyil, bəşəriyyətin övladları sayılırlar. Lakin mən onu da bilirəm ki, məhz "yaradıcı", "sənətkar", "söz adamı"... adını qazanmaq üçün min oyundan çı...
ANL
OĞUZ: MÜASİRLİK VƏ FİRAVANLIQ YOLUNDA... Oğuz ellərinin adı ucalsın. Müstəqillik ərəfəsində respublikamızın bir sıra şəhər və rayonlarında, hətta kəndlərində belə əzəli adların bərpası və ya bəzi yöntəmsiz adların dəyişdirilməsi prosesləri müəyyən bir dövr üçün uğurla davam etmişdi. Xüsusilə əvvəllər Qutqaşen və Vartaş...
ANL
Ara məsafə uzun və maraqlı olanda... Bəlkə də kimsə mənimlə mübahisə edəcək, fikirlərmi doğru saymayacaq və yaxud da bu fikirlərdə bir pafos axtaracaq. Deyə bilmərəm, ancaq hər nə olur olsun, mən bütün hallarda öz fikrimdə qalıram və inanıram ki, hər bir söz adamı qələminin gücündən asılı olmayaraq, özü özünü yazır, öz...
ANL
AĞRI DAĞININ ƏTƏYİNDƏ. Hardansa, nədənsə bilmirəm, lap körpəliyimdən Ağrı dağının ağrılı, acılı əfsanəsi mənimlə iç olub yaşamışdı, mənimlə boy atmışdı və hələ də mənimlədi, mənimlə də yaşayır. Hardansa, nədənsə bilmirəm, körpəliyimdən Sara adlı bir gəlini qabağına qatıb aparan Arpa çayının əfsanəsi mənim dərdlərimlə q...
ANL
Bundan başqa vətəndaşlar tərəfindən rayonda 60-a qədər fərdi tikililərin inşası da aparılır və bunlardan əksəriyyəti başa çatmaq üzrədir. Şəhərin Şəhidlər Xiyabanının əsaslı təmiri işlərinə başlanılmış və bu iş cari ildə başa çatdırılacaqdır. Şəhərin cənub hissəsində ictimai-yaşayış binalarının yerləşdiyi ərazidə daxil...
ANL
Kiminə qojayam, kiminə javan, Gözlə ürək işi köhnə davadı. Güjüm qaçaq imiş giley-güzardan, Bəxtə əl açmadım gözü yumulu. Yavan qismətimə toxam hər zaman, Fikrimin şahıyam, andımın qulu. Yolu addımbaşı yalana çəkən, Kürsüyə düşmənəm, qələmə öjəm. Fikir tumlarını ulduza əkən, Könül sabahına bağbandı gecəm. Qaranlıq boğu...
ANL
Şərqin ilk opera yazan xanım bəstəkarı, saysız-hesabsız əsərlərin müəllifi olan Şəfiqə Axundova ilə müsahibə etmək böyük cəsarət tələb edirdi. Ömrünü Azərbaycan musiqisinə həsr edən bu xanımla görüşümü planlaşdırmırdım. Çünki onunla görüşməyimə razılıq verəcəyini düşünmürdüm. Ancaq təsadüfən, çəkilişlərin birində Şəfiq...
ANL
İKİNCİ YÜZ İLİ YAŞAYAN TEATR. Onun bünövrəsini Əbdürrəhim bəy qoymuşdu. Bu günlərdə diqqətimi bir fakt çəkdi. Daha doğrusu, televiziyanın "Mədəniyyət" kanalında yayımlanan verilişlərin birində öyrəndim ki, ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın böyük ədibi, hər birimizin üz tutduğu Mirzə Fətəli Axundzadənin 200 ...
ANL
Aqrar sahədə ciddi irəliləyiş. Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsulları istehsalı da artır. Hesabat dövründə 695 hektar dən üçün qarğıdalı səpilmişdir. Təhsil, səhiyyə...
ANL
55 yaşın tamamından gec xəbər tutduğum şair dostuma. Son vaxtlar heç belə sıxılmamışdım. Doğrudan-doğruya ürəyim elə sıxıldı ki, sanki çox böyük bir günah işlətmişdim. Əslində doğrudan da günah olmuşdu, amma bilməyərəkdən. Bilməməyimin də əsas səbəbi zamanın qayğıları, artıq yaşadığım mənzilin divarlarına gəlib çatan s...
ANL
BÖYÜK İNKİŞAF YOLUNUN AĞSU GERÇƏKLİYİ. Son illər Ağsu rayonunun televiziya və mətbuatın diqqət mərkəzində olması səbəbsiz deyil. Bu rayon sürətli inkişafı ilə ciddi uğurlar qazanmaqdadır. "Ədalət" qəzeti olaraq biz də müntəzəmliklə bu inkişafın gedişindən yazılar dərc edirik. Bəzən bu gözəl rayonun tarixi keçmişindən, ...
ANL
Sənədli hekayə. Muğan qədim və gözəl diyarımızın düzən bölgəsidi. Yaz-yaz fəsillərində Günəş bu yerlərə od ələyir, təkcə insanlar yox, gəlirli təsərrüfat, o cümlədən qoyunçuluq inkişafdan qalır, xəstəliklərdən ölüm-itim baş alıb gedir. Buna görə, bir zamanlar hökumətin qərarı var idi və bu qərarı əldə dəstəvuz eləyən q...
ANL
Ləkəli ruh. Harda olursa-olsun fərq eləməz. Ləkə elə ləkədir. Bu yaxınlarda maşınla işə gedirdim, tıxacda mənim maşınımla yanaşı dayanan "inomarka"nın arxa oturacağında uzun saçlı, ala gözlü, gözəl bir qızın baxışlarına tuş gəldim. Üzünün sol tərəfini başdan-başa qara ləkə tutmuşdu. Üzünə diqqətlə nəzər salanda görmək ...
ANL
"Yol" romanın nəşrinə qədər müəllif dövrü mətbuatda çıxış edib və ispan dilindən tərcümələr edib. 2010-cu ildə "İnRadio" internet radiosunu yaradıb və hal-hazırda qurucusu olduğu radionun direktoru vəzifəsində çalışır. Romanın audio versiyası isə Azərbaycanda səsləndirilsə də yüksək keyfiyyətlə Türkiyədə hazırlanıb. Az...
ANL
(əvvəli ötən saylarımızda). "Çox sadə, buna nə var ki," - köməkçi içində onları məsxərəyə qoyur və idarənin az qala hər addımında rəhbərliyə "sədaqətlilər şəbəkəsi"nin xidmətindən məharətlə yararlanırdı. Nə dost, nə sirdaşbazlıqdır, bilmirəm. Sənin lap evində arvadına dediyini öyrənməsəm, rəisə çatdırmasam, gözümə yuxu...
ANL
DÖRDÜNCÜ GÖRÜŞ. Mən tənha olanda. Payız havasıtək. Kövrək oluram. Şairlər həmişə təklikdən, tənhalıqdan söz açıblar. Təklikdən və tənhalıqdan yazılan şeirlərin hamısını bir yerə cəm etməli olsaq, deyərik ki, şairlər təkliyi, tənhalığı sevmiş, ona can atmışlar. Əlbəttə, tənhalıq boşluq deyil. Şeirlərini demək olar ki, h...
ANL
ÖZÜMLƏ ÜMİDİM ARASINDA. Düşüncələrim, duyğularım - Özümlə ümidim arasında. Mənsə oturmuşam. İlmələri ələnmiş, Arğacları süzüm-süzüm süzülmüş, Sərt küləklər, narın yellər, Saçaqların xırxanlayıb daramış, Bir az sevinc, bir az qəmlə boyanmış, Həsrət yüklü xalının üstündə. Hisslərimlə danışıram, dərdləşirəm, Deyirəm: - Ür...
ANL
BÖYÜK İNKİŞAF YOLUNUN AĞSU GERÇƏKLİYİ. Prezident qayğısının bəxş etdiyi sevinc. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3,7 milyon manat vəsait hesabına 2010-cu ildə Ağsu şəhərinin və ətraf kəndlərin əhalisinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, Kəndoba və Ağabəyli kəndlə...
ANL
Bu dəfə ona səhnədən tamaşa da etmək olar. "YUĞ Dövlət Teatrının qapısından içəri keçib zalda yerini möhkəmləndirdinsə maraqlı və düşündürücü bir tamaşaya baxacağın dəqiqdi. Bu dəfə "YUĞ" repertuarındakı tamaşalardan birini yox, tamam başqa bir əsəri nümayiş etdirdi. Daha doğrusu, səhnəsini "ADARİ-FİLMS" prodakşının ix...
ANL
Salam, İslam Kəbirli! Hərdən bir kitab rəfimin qarşısında dayanıb fikrə dalmağı, mənə aftoqrafla bağışlanmış kitabları və xüsusilə onların müəlliflərini və bağışlanma şəraitini yadıma salmaq, xatırlamaq mənə xoş anlar yaşadır. Necə deyərlər, ayrılıram bu dünyadan, qopub gedirəm dərddən-qəmdən, pisliklərdən uzaqlara. Mə...
ANL
Belə bir yazı əvvəl-axır qələmə alınacaqdı... Nə yazacaqdım, haçan yazacaqdım - bilmirəm, amma o yazının ilk cümlələrinə hələ ötən ilin oktyabrından başlamalı idim... Türkiyənin Van zəlzələsinin acılarından yenicə ovunub oyalandığı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Ba...
ANL
Mən inanıram ki, Tanrının yaratmaq, kəşflər etmək üçün göndərdiyi adamlar da Seçilmişlər sırasındadır. Onlar yalnız mənsub olduqları xalqın deyil, bəşəriyyətin övladları sayılırlar. Lakin mən onu da bilirəm ki, məhz "yaradıcı", "sənətkar", "söz adamı"... adını qazanmaq üçün min oyundan çıxan diletantlar da var və bu cü...
ANL
Dağlar onun keşiyini çəkər, Dəniz ona nəğmələr oxuyar... Adlı-sanlı məşhur insanlara həmişə qibtə ilə baxırlar. Onlara xoşbəxt insanlar deyirlər. Xoşbəxt adamlar kimi, xoşbəxt şəhərlər, kəndlər də olur. Bu xoşbəxtlik alın yazısı kimi lap əvvəldən bəllidir sanki. Xaçmaz adlı yurd yerimiz də belədir. Tanrı bu rayona nələ...
ANL
Dövlət Proqramının icrası uğurla davam edir. İkinci Dövlət Proqramının qəbulundan keçən müddət ərzində rayonumuzda həyata keçirilmiş tədbirlər nəticəsində 4755 yeni iş yeri açılmışdır ki, onun da 2574-ü daimi iş yerləridir. Ümumiyyətlə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənə ilə qeyd ed...
ANL
Üstündəki nə çiçəkdi, Kim saçına sığal çəkdi? Şaxta uzun sürəcəkdi, Aldanma, Alça ağacı! Vaxtdan etibar gözləmə, Aldanma, Alça ağacı! Dərdlərini hara yazaq? İrəli qovlayıb səni, Aldanma, Alça ağacı! Əlimə çatmayan əli uzandı, Daha nə gözləyim mən bu bahardan? Sevinc gözləyirdim, payı qəm oldu, Daha nə gözləyim mən bu b...
ANL
Məryəm Əlizadə: "Dünyada yeni aktyor tipi yaranmaqdadır". Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak edib. Konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tə...
ANL
Bunu Nərimanov qəti şəkildə tələb etdi. Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər. İşlərlə tanış olduqdan sonra, mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən Semyon Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komi...
ANL
Prezident təqaüdü kimlərə veriləcək? Azərbaycan Yazıçılar Birliyi yazıçı və şairlərə prezident təqaüdü və digər mükafatların verilməsi üçün təkliflər hazırlayıb. Bu barədə mətbuata Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. Ədalət Əsgəroğlu deyib ki, 2012- ci il üçün Yazıçılar Birliyinin üzvlər...
ANL
Bunu Nərimanov qəti şəkildə tələb etdi. Bir xeyli sonra sənədlərlə qayıdan Pankratovu Nərimanov dərhal qəbul etmədi. Köməkçisinə dedi: - Protokolları və sənədləri ondan al gətir, qoy özü hələ gözləsin, bir azdan çağıraram. Generalların hər biri haqqında on beş-iyirmi səhifəlik "Həbs vərəqəsi" tərtib olunmuşdu. Bir neçə...
ANL
(əvvəli ötən saylarımızda). Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq, 2011-ci ildə rayon üzrə istehsalçılara yanacaq və motor yağlarına görə 1,7 milyon manat yardım verilmişdir. Buğda istehsalçılarına isə 1,13 m...
ANL
Kulis.az-ın suallarını şair Salam Sarvan cavablandırır. - Sizi şeiri sevməyən şair hesab etmək olarmı? - "Şeiri sevməyən şair" ifadəsi Aqşin Yeniseyin mənim haqqımdakı yazısının sərlövhəsidi. Sadəcə, dostlar mənə hədiyyə kimi tərtib elədikləri kitaba bu sərlövhəni ad seçiblər. Yeri gəlmişkən, bu ad çoxlarını çaşdırıb. ...
ANL
Toğrul Nərimanbəyovu düşünərkən. Bu günlərdə yolum "Təhsil" nəşriyyatına düşmüşdü. Həmişə olduğu kimi, burada özümə qarşı olan səmimi münasibətdən istifadə edib nəşriyyat əməkdaşlarının kitab rəflərinə göz gəzdirdim və diqqətimi nəfis şəkildə çap olunmuş, oxucuya "gəl-gəl" deyən bir kitab çəkdi. Kitabın müəllifi Azərba...
ANL
Bunu Nərimanov qəti şəkildə tələb etdi. (əvvəli ötən saylarımızda). Sual: Siz Azərbaycan ordusunda xidmət edəndə ağqvardiyaçı general Denikinlə neçə dəfə görüşmüsünüz? Söhbətiniz hansı mövzuda olub? Cavab: Mən heç vaxt Denikinlə görüşməmişəm. Söhbətimiz də olmayıb. Polkovnik Sokolov, istintaqa yalan məlumat verirsiniz....
ANL
Onda qala bu Vətənin sınırları həm də zirvələri qılınc tək parıldayan qarşı dağlardan başlayıb dünyanın Ən Gözəl Dənizinə qədər uzana, meşələri, çayları, düzləri bir-birinə qovuşdura. Bütün hamısı sənin ola! Torpağın altından üstünə boylanan, bu yerlərə səslənən, onu sevən insanlara ruh verən bu nağılın şirinliyini yaş...
ANL
"Həmkar" rubrikasının 12-ci sayının qonağı jurnalist, hazırda Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərən Orxan Əlidir. - Jurnalistikaya hələ məktəbdə oxuyanda həvəsim olub. İlk dəfə üçüncü sinifdə oxuyanda "Günəş" jurnalında şeirlərim çap olunurdu. Sonra bir sıra məktəbli qə...
ANL
Bəhailik və Azərbaycan bəhailəri haqqında. Bəhailik nədir? Bəhalilər kimə xidmət edir və Azərbaycanda onların fəaliyyəti nədən ibarətdir? Məhz bu suallara cavab tapmaq məqsədi ilə araşdırmaya başladım. Təxminən iki ay öncə Azərbaycan Bəhai icmasının ofisində qonaq oldum və bəhailik haqqında 10-dan çox kitab əldə elədim...
ANL
Ötən əsrin 60-cı illərinin sonlarında ABŞ-da təsis edilmiş "İnterview Magazıne" jurnalının son nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq Ekologiya Kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva ilə müsahibə dərc edilib. Bu nəşr incəsənət aləminin ulduzları - rəssamlar, musiqiçilər və mütəfəkkirlərl...
ANL
Tüstülənən arzu. O, "26-lar"ın şərəfsizliyinə salınan parkdakı skamyalardan birində yatmaq istəyirdi. Hava soyuq olduğundan parkda az adam vardı. Hansısa skamyada uzanmaq parkda oturmaq istəyənlərin hüquqlarını pozmurdu. Ən azı üç ay bu oturacaqlar boş qalacaqdı. Adam özünə münasib yer də seçmişdi. Çantasını başının al...
ANL
Nəzifə, qaranlıq otağında pəncərənin kənarında oturub xəyala dalmışdı. İndiyə qədər eşitdiklərini nəzərə alsa, Almaniya soyuğu və yağışı bol olan bir ölkədir. Buludlu havaları, dumanlı küçələri var. Bu dumanlı küçələrdə soyuq insanlar gəzir. Oranın günəşi də çox nazlıdır, istədiyin vaxt çıxmır ortalığa. Xüsusən qış ayl...
ANL
Rayonun cənub tərəfindən milli ornamentlərlə cilalanmış giriş qapısı tikilmişdir. Şəhərin mərkəzində "Bulaq" kompleksinin və qarşısındakı meydanın tikintisi yekunlaşmışdır. 80 çarpayılıq yeni xəstəxana, 80 şagird yerlik Vələsli ümumi orta məktəbi, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilib ...
ANL
Elə bil çəməndə toy-düyün olub, Heyrətim güllərin gözündən öpür. Arılar o qədər ərköyün olub. Qönçə açılmamış üzündən öpür. Sünbüllər tellənir meh tumarıyla, Lalələr bir yanda özünü çəkir. Ərköyün kəpənək işlək arıyla. İkisi bir gülün nazını çəkir. Nərgizlər məst olub öz qoxusundan, Hər naxış üstünə yüz ilmə düşüb. Bir...
ANL
Şeirimizin bugünkü mənzərəsində xalq ruhu, folklorla nəfəs alan bir yol var. O yolda cavanlı, qocalı neçə şairimiz Qurbaninin, Sarı Aşığın, Tufarqanlının, Xəstə Qasımın, Dədə Ələsgərin, Hüseyn Bozalqanlının, Aşıq Şəmşirin yadigar qoyduğu irsə sədaqətlidilər-yazdığı şeirlərində əsrlərdən gələn, indi də təravətini itirmə...
ANL
Təbii, bu sözün iki məna daşıdığını bir kimsə danmaz və buna görə də kiçik bir izahata etiyac var. Mən bu ədəbi aləmin içində olandan bu müzakirə olunur və iş o yerə çatıb ki, bir müddət Türkiyədə yaşadığım illərdə də mən bu SARI GƏLİN məsələsinin müzakirə olunduğunun, bir çoxlarının da bu SARI GƏLİNi üzdən iraq yerlər...
ANL
XX əsr Azərbaycan ədəbiyyatına yeni bir baxış. (B. Əhmədovun "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" ikicildliyi barədə). Azərbayacan ədəbiyyatşünaslığında vulqar sosiologizmin meydan suladığı tarix çox da uzaqda qalmayıb. Sovet ideologiyasının diktəsi ilə bədii materialı ədəbi-estetik meyarlardan deyil, ideloji tələblər...
ANL
Ölkə Prezidenti Salyanı təqdir etdi. Ola bilsin ki, hələ bir neçə il öncə bölgələrlə bağlı hökumətin çıxardığı qərar bir çoxlarında şübhələr də yaratmışdır. Əslində isə belələri yanılmışdır. İqtisadi potensialı hər gün bir qədər də artan respublika çox düzgün bir proqramla əyalətlərin inkişafına rəvac verdi. Daim diqqə...
ANL
Nə vaxtsa oxumuşdum ki, ""Titanik" İngiltərədən Amerikaya səfər edərkən 1912-ci ildə aprel ayının 14-dən 15-nə keçən gecə aysberqə toxunmuş, bu səbəbdən okean sularına qərq olmuşdur, xeyli sayda insan tələf olmuşdur", "1912-ci ildə "Titanik" batandan az sonra Rusiyada istehsal olunan kibrit qutularının üzərində gəminin...
ANL
Elşadla bir sinifdə oxumuşuq. İçimizin ən təmkinlisi, amma son dərəcə də qapalısı məhz Elşad idi. Ondan nəyi soruşurduqsa cavabını bilirdi. Ancaq soruşmadığımız məsələyə heç vaxt bizi qatmazdı. Təmkinlə, çox ağır-ağır münasibət bildirirdi hər şeyə. Qarabağ hadisələrinin artıq Azərbaycanı bürüdüyü bir vaxtda. Təsəvvür e...
ANL
Səkinə İsmayılova: "Opera səhnəsində hər xanəndə ifa edə bilmir". "Münsiflər heyətinin yeganə xanım münsifiyəm". - Səkinə xanım, həyatınızı, demək olar ki, incəsənətə, muğamın təbliğinə həsr etmisiniz. Bu illərdə arxaya dönüb baxan zaman nə kimi hisslər sizi tərk etmir? Ümumiyyətlə, bu illərdən nə danışa bilərsiniz? - ...
ANL
UNİCEF rəsmiləri regiona səfər ediblər. Onlar BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində 4 rayonun icra hakimiyyətinin başçısı ilə görüşüblər. UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında həyata keçirdiyi "Azərbaycan Gənclə...
ANL
(əvvəli ötən saylarımızda). Elə mən bu duyğuların içərisində Elşadın Sevinci ilə danışmaq, onun fikirlərini dinləmək istəyirəm. İnanın, bəlkə də o səsi ömrüm boyu unutmayacam. O səsdəki kədəri, o səsdəki sevinci, o səsdəki işığı, o səsdəki inamı, o səsdəki titrəyişi, o səsdəki qeyri-adiliyi dinlədikcə mən bəlkə də təkc...
ANL
Ölkə Prezidenti Salyanı təqdir etdi. Gözəllik asan əldə edilmir. Ölkə başçısının Salyana səfəri ilə bağlı bəhs etdiyimiz ümumi təqdimat işdə elə də asan deyil. Qazanılan bu uğurların arxasında çox böyük məsuliyyət və zəhmət dayanır. Rayonun girişindən hiss edilən bu abadlıq-quruculuq işləri milli memarlıq üslubunda inş...
ANL
Bir kənddən ədəbi reportaj. Bakıda kitab təqdimatlarına, ədəbi məclislərə tez-tez dəvət alırıq və çoxuna da qatılma imkanımız olur. Ancaq bölgələrimizdə bu cür tədbirlərə şəxsən mən heç qatılmamışdım. Ta ki, aprelin 15-də Xaçmazın Bostançı kəndində keçirilən kitab təqdimatına qədər... Həmin gün Xaçmazda fəaliyyət göstə...
ANL