text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Hörmətli redaksiya! Təəssüflə qeyd edək ki, AYB Quba bölmə rəhbərliyi lazımi səviyyədə işləyə bilmədiyi üçün (ofisi yox, maaşı yox, avadanlığı yox...) bölgəmizin istedadlı şairlərindən bir neçəsinin şeirlərini sizə təqdim edirik. Bildiyimiz kimi şair dərc olunmağı, oxunmağı sevər. Bu istəkdə qəzetinizin bizə yardımçı o... | ANL |
Bilmirəm. Ürəyim istəyən şeyi, Həyatdan ala bilmirəm, Tay-tuşlarım zurna çalır. Mən tütək çala bilmirəm. Gün-gündən şişən gözəli, Qaynayıb-bişən gözəlim, Gözümdən düşən gözəli. Qəlbimdən sala bilmirəm. Başqa cür ola bilmirəm. İzmirağa Töhmərli. | ANL |
Dəyirmanım dərd evidir, Gecə-gündüz dərd üyüdür. Çoxu gəlib dərd ovudur- Dərdin yolu məndən keçir. Keçəl Həmzə bizdən deyil, Mərdin yolu məndən keçir. Sinəmi qəm oydu axır, Yurdun yolu məndən keçir. | ANL |
Azadlıq. Karların eşitmək azadlığı var. Lalların danışmaq azadlığı var. Xalqasa verilib döz azadlığı. Verilib hərənin öz azadlığı, Mugam azadlığı, saz azadlığı. Bu millət içinə qısılıb qalıb, Bu millət içində qısıb dərdini. Bu millət özündən asılıq qalıb. Dərdlərin üstündən asıb dərdini. Pənah Elqəm. | ANL |
Mən də vüsala yetmədim, Ayrılığa yetdim axır. Qış gününün gündüzü tək. Açılan tək bitdim axır. Dərdi qoymadım gizlinə, Baxmadım nə də izninə;. Üz-gözümü sürtdüm axır. Nişan qoyub papağımı. Tabutumun qapağını. Öz əlimlə örtdüm axır. Məmməd Qədir. | ANL |
Kəs deyəndə kəsir səsin, Tanıya bilmir yiyəsin. Öz başını yeyən kəsin, Başdaşını qoru görüm. Yurdu boğan bürkü deyil, Qovan qorxu-hürkü deyil. Vətən ata kürkü deyil, Qarışını qoru görüm. Şər düşəndə dan yerinə, Dayaz baş vurur dərinə. Qəm dolanda gözlərinə, Göz yaşını qoru görüm. Şeytan çıxır gün batanda, Ac arvad ərin... | ANL |
«Azərbaycanda meyxanaçılar da film çəkir». Elməddin Süleymanov: «Bukovskini bu ölkədə öldürdülər». Müsahibim Türkiyə Beykent Universitetinin tələbəsi Elməddin Süleymanovdur. Təxminən dörd ay öncə onun Bakıda təşkil etdiyi şeir gecəsində iştirak etmiş və geniş reportaj yazmışdım. Eyni zamanda Elməddinin istedadlı və bac... | ANL |
Tariyel Qasımov: «Onlar öz içlərini yeyə-yeyə qocalacaqlar». «Bu, bizim rejissorlarımızda çatışmayan cəhətdir». Xalq artisti Tariyel Qasımovun Milli.Az-a müsahibəsi. - Tariyel müəllim, özünüzü necə hiss edirsiniz? İşləmək, yaşamaq, yaratmaq arzusundayam. Özüm də sağlamam, hər şey yerindədir. Yəqin, bu sualı yaş məsələs... | ANL |
(əvvəli ötən saylarımızda). Şairəyə güllə atan, hökmdara top ata bilərdi. Ancaq erməni bax elə bu şəhərdə əfsanəvi padşahın heykəl qalareyası olduğunu görmüş olsaydıg İndimizdən, sovet işğalına məruz qalmış, yarımmüstəmləkə - hüquqsuz diyarınızın keçmişini xatırlayıb, həddini aşmazdı. Mən çox istərdim ki, qadın türk pa... | ANL |
İstiqlal şairi. Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyi respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur. 1937-ci ildə reprssiyaya məruz qalmış Əhməd Cavad Axundzadənin 120 illik yubileyi şərəfinə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzr... | ANL |
«Dolu» Xəzər Universitetində. 30 noyabr 2012-ci ildə Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyat departamentinin təşəbbüsü ilə yazıçı, millət vəkili Aqil Abbasın romanı əsasında çəkilmiş Qarabağ müharibəsindən bəhs edən «Dolu» bədii filminin baxış-müzakirəsi keçirilmişdir. Filmdəki canlı döyüş səhnələri, müharib... | ANL |
Bu il bütövlükdə uğurlu illərdən biri hesab olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmkar fəailiyyəti nəticəsində ölkəmizin daxili və xarici siyasətində qazanılan nailiyyətlər daha ciddi hadisələrdən xəbər verir. Eyni zamanda ölkə iqtisadiyyatının ildən-ilə artan inkişafı da vətəndaşları yeni... | ANL |
Ruhani kökü üstə düşüncələr. Bu yaxınlarda istedadlı ədəbiyyatşünas alim, tənqidçi,filosof qorqudşünas, gözəl bir insan Rüstəm Kamalın 50 illik yubileyinə yığışmışdıq. Tədbir ədəbi - bədii gecə formatında keçirilirdi. Tədbirin təşkilatçısı Qazax Xeyriyyə Cəmiyyəti idi. Gecəni görkəmli alim, Milli Elmlər Akademiyasının ... | ANL |
Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. O, alim, dövlət qulluqçusu,... | ANL |
(əvvəli ötən saylarımızda). Ağdamın bir qisim kəndləri işğal altında olsa da, Şuşa bütünlüklə düşmən cəngində idi. Əskəran tərəfə azacıq gedəndən sonra qonaq üçün fərq sezilmək dərəcədə olsa da, tək-tək erməni dövlət nişanlı yük və minik maşınları, toplar narahatlıq törədirdi. Fikir verirdim ki, Vahid bəy də bu həyəcan... | ANL |
Yeraltı su mənbəyi olmayan kəndlərin içməli su ilə təminatında problemlər vardır. Bu kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin sürəti aşağıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə təmizləyici qurğuların istifadəyə verilməsi nəzə... | ANL |
Əkrəm Əylisli: "Elçibəy demişdi ki, kommunist partiyası olmadan yaşaya bilmərəm". Kulis.az internet jurnalı bu münasibətlə Əkrəm Əylislidən müsahibə alıb. Əgər mənəvi varlıq olaraq yaşayıb, bu günə çıxmısansa, özün üçün daha maraqlı adam olursan. İnsan yaşlandıqca özünə olan marağı daha da artır. Əvvəl həmişə yazıdan q... | ANL |
ÖMRÜN SƏHİFƏLƏRİ. İnsan ömrü ayrı-ayrı mərhələlərdən keçir. Təbii ki, hər ömrün özünəməxsus çalarları, ağlı-qaralı səhifələri olur. O səhifələri ömür yolu da adlandırırlar. Yol isə uzanıb gedən sonsuzluqdur. Bu, artıq hamının keçdiyi yol deyil, seçilən yoldur. Elə yolçusu da seçilmişlər olan, sıradan birilərinin getməd... | ANL |
“Dəyişilmək istəməyənlərə jurnalistikada yer yoxdur”. Tomson Fondunun eksperti Dan Mason: «O jurnalistlər ki, özlərində cəsarət tapıb yeniliyə qucaq açırlar, məhz bu halda dəyişikliklər baş verəcək». O, Bakıya British Counsul-la Paşa Bankın jurnalistlər üçün həyata keçirdiyi “Biznes və jurnalistika” layihəsi çərçivəsin... | ANL |
Cəmil Əlibəyov Ədəbi-bədii romandan - parça. (əvvəli ötən saylarımızda). Şuşadan enib, Ərgünəşə sarı üz tutanda, vaxt qısa olduğundan bir yerdə maşını saxlatmalı oldum. - Adılo Gəlinqayaya başqa yolla getməli oluruq. Ağdamdan keçməli olsaq bizi incidə bilərlər - niyə getmişdiniz, icazə aldığınız məskəndən niyə qayıdırs... | ANL |
(əvvəli ötən saylarımızda). Şəhərin mərkəzi meydanında Gənclər evinin, Şahmat məktəbinin tikintisinə başlanılmışdır. Rayon Statistika və Maliyyə idarələri üçün inşa edilən inzibati binalarda son tamamlama işləri aparılır, rayon İcra hakimiyyəti binasının yenidən qurulması və ətraf ərazinin abadlaşdırılması işləri yekun... | ANL |
Almaniya ilə Azərbaycan arasında elmi-mədəni, kulturoloji dialoqun tarixi uzaq və böyükdür və bu dialoq bu gün də müxtəlif şəkildə və statuslarda davam edir. X1X yüzildən başlanan bu dialoq bu gün Almaniyanın Maynts Universiteti və Azərbaycanın Bakı Slavyan Universiteti arasında "Nibelunqlar" ilə "Kitabi Dədə Qorqud"un... | ANL |
Xəyalə SEVİL. QUYUYA DAŞ ATMAYIN. Gözümün yaşını bir cüt zər kimi. Mənim məhəbbətim yupyumurudu, Hərlənib, frlanıb başa gələcək. Onsuz baxışlarım yaşa gələcək. Qazsan gözlərimi quyu çıxacaq. Düşən axırıncı damlaydı gözdən, Gözü də boşaldı ürəyim kimi. Eh nəyə gərəkdi üzrxahlığın, Gün çıxar, quruyar gözümün nəmi. Sıxan ... | ANL |
"Ssenarilər məni maddi çətinlikdən qurtardı". "Ədalət" qəzeti Kulis.az-ın İsa Hüseynovla müsahibəsini təqdim edir. - Universitetin ikinci kursunda oxuyurdum, hamı cızma-qara eləyirdi, mən də həmçinin. Cəfər Xəndan bizim kursun rəhbəri idi, bir gün gəlib dedi ki, "Azərbaycan gəncləri" qəzeti müsabiqə təyin edib, kimin h... | ANL |
Rusiya paytaxtında "Dolu” filminin təqdimatı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yazıçı, millət vəkili Aqil Abbasin ssenarisi əsasında Elxan Cəfərovun quruluş verdiyi bədii film Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Ryumina adına Folklor Mərkəzində keç... | ANL |
Cari ilin 9 ayı da bu rayonun uğurlu inkişafının yeni mərhələsidir. Günlərə, həftələrə, aylara sığınan il əslində böyük zaman kəsiyində elə də böyük vaxt deyil. İçərisində yaşadığımız il də sona yetmək üzrədir. Ancaq hər saatı, hər günü ən müxtəlif qayğılarla yaşananda ilin ömrü kifayət qədər uzundur. Bu baxımdan ölkən... | ANL |
Azərbaycanın tanınmış ziyalılarından biri - pedoqoji, elmi fəaliyyəti, publisistik və bədii yaradıcılığı ilə diqqəti cəlb edən Məhəmməd Baharlı yaşının altmış beşində Seçilmiş əsərlərinin dördcildliyini oxuculara çatdırıb: birinci cilddə müəllifin publisistik yazıları əks olunub. Biz Məhəmməd Baharlını ilk növbədə, bir... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. ALTMIŞINCILARIN ƏN DOĞMA HAMİSİ. "Altmışıncılar" proyektimizə ara davam edir. Əslində bu gözəl şəxsiyyəti də elə ALTMIŞINCILAR ruhunda sevmək mümkündür. Çünki, o illərin ən demokratik ziyalılarından və baş redaktorlarından biri olan Cəmil Əlibəyov həqiqətən o illərin yaradıcılarının bir... | ANL |
Haradasan, oğul? Məhəllədə hay-küy qopdu. Şaxsey-şivən aləmə bülənd oldu. Hamı bir-birinə dəydi. Çoxdandı ki, yataq xəstəsi olan Məstalı kişi evində kimsəsiz dünyasını dəyişmişdi. Qonşular da çox gec xəbər tutmuşdular. Məstalı kişi damın altında, doğma ocağında tək-tənha yaşayırdı. Üç oğlu olsa da, qapısını qonşulardan... | ANL |
(əvvəli ötən saylarımızda). Kitab şkafına yaxınlaşdım. Xatirə dəftərimi tapdım, oxudum və Adılonu nənə ilə söhbətdən ayırdım. Qulaq asın bu şeirlərə. Eşqsiz bu dünya soyuq məzardır. Nizami Gəncəvi. Ey eşqə günah deyən günahkar, Tərk eyləməzəm mən o günahı. İmaməddin Nəsimi. Məhəmməd Füzuli. Şah İsmayıl Xətai. Tanrı sən... | ANL |
Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya müxtəlif vaxtlarda rayon ərazisindəki bütün məktəblərə, uşaq bağçaları-körpələr evlərinə baxış keçirilmiş, onların problem və qayğılarını öyrənmişlər. Daha çox təmirə ehtiyacı olan məktəblərin, körpələr evinin şəkilləri çəkilərək barələrində yazılmış aktla bərabər ... | ANL |
Bir gün redaksiyamızın qapısı açıldı və çoxdan görmədiyim bir dostum - Azər Cavadov içəri girdi. Hal-əhvaldan sonra o, əlindəki dəvətnaməni mənə sarı uzatdı. Sonra da dedi ki, dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda atam Məmməd Cavadovun 100 illik yubileyi keçirilir. Sonra d... | ANL |
Dünyanın işləri elə qarışıb, Yaxşını yamandan gəl indi ayır. Görün ki, nə qədər həddini aşıb, Xoruzun yerinə toyuq banlayır. Fironluq eləyir adi gədə, Ağsaqqal kişiyə eləyir hədə. Belə görməmişəm inan heç vədə, Xoruzun yerinə toyuq banlayır. Kasıbın üzünə baxılır soyuq, İnana bilmirəm: məgər biz buyuq?! Yerini səhv sal... | ANL |
Şair Balayar Sadiqin "Allahın unutduğu adam" kitabı barədə düşüncələr. İnsanın qan yaddaşı kişnəyir, şahə qalxıb cilov gəmirir, gedər-gəlməz tozlu yolları ağzına alıb nal tökür, yal tökür. Qan yaddaşı gərək "havadan asılmış bir qaragül papağın şəklinə" baxıb köks ötürməsin, qınına çəkilməsin. Torpağın bağrı yarılanda, ... | ANL |
EL RUHUNA KÖKLƏNMİŞ İLAHİ NƏĞMƏKAR. və yaxud XALQ MUSİQİMİZİN SƏRLÖVHƏSİ. ...Onun varlığına təkcə insanlar deyil, onu yaradan Tanrının özü də sevinirdi. Çünki o, öz təkrarolunmaz səsi ilə Tanrı kainatda mövcud olduğu kimi mövcud idi. Varlığına Tanrının özünün də sevindiyi o kəs, özü öz səsinə, səsi isə isə insanlara mə... | ANL |
(əvvəli ötən saylarımızda). Bacısız üzüqara evə dönməkdənsə Tanrıya diləyə gediblər: Sən bizi quşa döndər, bacımızı axtarıb tapaq. Mən rəfiqəm Bənövşəni tapana qədər bax bu quşlar kimi haraylayacağam. Bu quşlar iki sədada öz borclarına əməl edirlər. Adıloya xoş gəldi bənzətmə. cavabı təkrarlamayacağam! Anam həmişə deyə... | ANL |
DAĞLARIN ÜZÜ QIŞA. Yardımlılar isə qışa hərtərəfli hazırlaşıblar. Az əvvəl meşələrə min bir naxış vuran ağacların sarı-qırmızı yarpaqları tamam seyrəlmişdir. Əsasən sarı çalarlarla zəngin olan meşələr bir azdan tamam çılpaq qalacaq. Lap yuxarılara düşən qar çox güman ki, bu günlərdə hər yeri ağ örpəyə bürüyəcək. Sakinl... | ANL |
"Səsin xiffəti"ni çəkən Telli Pənahqızına açıq məktub. İş gününün başlanğıcı idi. Baş redaktorumuz Aybəniz Məmmədəliyeva mənə bir kitab uzadıb - "Mən oxumuşam, sən də oxu" dedi. Kitabın üzərindəki şəkli görəndə baxışlarımız toqquşdu. Hər ikimiz ixtiyarsız köks ötürdük. İnsan yaşlaşdıqca kövrəlir. Necə də kövrəlməyəsən?... | ANL |
(əvvəli ötən saylarımızda). Mən həmin anı efirə çıxardanda, bu böyük şəhərdə özümə yer tapmırdımg görənlər qucaqlayır, telefonum bir an susmur. Camaat, xüsusən ziyalılar bu hərəkəti istiqlal neməti kimi qiymətləndirirdilər: bax bu yüksək insaniyyət rəmzidir, deyirdilər, müstəqilliyimizə əsl xidmətdir! Bu hərəkəti şərh ... | ANL |
DAĞLARIN ÜZÜ QIŞA. Yardımlı rayonu ölkəmizin aqrar rayonlarından biridir. Dağlarda yerləşməsinə baxmayaraq, dəmyə torpaqlardan bol məhsul götürmək sakinlərin həmişə əsas qayğılarından olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 23 yanvar 2007-ci il tarixli sərəncamın icrası ilə əlaqədar kənd t... | ANL |
BİNƏQƏDİ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFI: REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR. Binəqədi sakini Babək Əliyev: "Son 3-4 ayda yaşadığım Biləcəri qəsəbəsində aparılan quruculuq, abadlıq işləri məni çox sevindirir". Yaşadığımız şəhərin bir neçə rayondan ibarət olması hətta orta məktəbin aşağı siniflərində oxuyan uşaqlara da b... | ANL |
Hacı Murad Yegizarov: "Məcburi köçkün adını üstümə götürmək istəmədiyim üçün ölkədən getmədim". Xalq artisti Hacı Murad Yegizarovun Kulis.az-a müsahibəsi. -Sizi axtardım, dedilər Almaniyada yaşayırsınız, yeni tamaşanın məşqlərində iştirak etmək üçün Bakıya gəlmisiniz? Mən gedib-gəlirəm. - Bu barədə yenə danışacayıq, hə... | ANL |
"Həmişə fikirləşirəm, axı niyə mən insanlar içində qəribəm?". Bu dəfə müsahibimiz sufi görkəmli, sufi düşüncəli, öz fərqli dəst-xətti ilə modern poeziyamızda yeni üfüqlər açmış şair Zakir Fəxridi. Onunla ünsiyyət bizə sözün məna karvanı ilə hikmətlər dünyasına səyahəti xatırlatdı. Orta əsr sufizmində hikmət həmişə gəzə... | ANL |
Elnarə Abdullayeva: "Mənim ifa tərzimi xalq qəbul edir". "İndi gülməli oxuyanlar ağlamalı oxuyanların qarşısına keçib". Xanəndə Elnarə Abdullayevanın Lent.az-a müsahibəsi. - Elnarə xanım yaradıcılığınızda nə kimi yeniliklər var, hazırda toylar da yoxdur... - Toyların mənim yaradıcılığıma heç maneçiliyi yoxdur. Yaradıcı... | ANL |
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.M.Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə bu təhsil ocağında bir çox maraqlı layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüidarəçiliyinə, yəni "Bi... | ANL |
MÜBALİĞƏSİZ GÖZƏLLƏŞƏN BÖLGƏ. Ağcabədi Avropa şəhərləri ilə müqayisə oluna bilər. Gəlin etiraf edək ki, təkcə regionların inkişafına dair Dövlət Proqramı ilə əlaqədar olaraq bölgələrə etdiyimiz səfərlər zamanı müşahidə etdiyimiz məqamları bir kənara qoysaq, onda məlum olar ki, hələ bu proqramsız da ölkə ərazisindəki ma... | ANL |
Zahirən qocalıb. Görünüşü bir ağsaqqal görkəmi timsalındadır. Amma söhbət şair ömründən gedirsə, o, hələ ekvator xəttini keçir. Dünya hələ bütün heyrətləri, sevincləri, ağrıları ilə bu ömrü davam etdirir. Dünya bu şairə verdiyini-ilahidən bəxş etdiyi o poetik istedadı zərrə-zərrə ondan-onun cismindən, canından qoparmağ... | ANL |
"Dolu"nun yaradıcı heyəti məktəblilərlə görüşdü. Yazıçı, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun çəkdiyi "Dolu" filminin yaradıcı heyəti Xətai rayonu 265 saylı məktəbin müəllim və şagirdləri ilə görüşüb. Məktəbin direktoru Yeganə Qurbanova müəllim və şagirdlərə filim haqqında geniş ... | ANL |
Gədəbəy - Əfsanə ilə reallıq arasında. Yol üstə olan 2012-ci il dağlar qoynunda yerləşən Gədəbəy rayonu və bu qədim məkanda yaşayan zəhmətsevər, mehriban, saf insanlar üçün əlamətdar oldu. Gədəbəy bu il "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanındı və hər yana səs saldı. Nominasiyanın qalibi kimi Gədəbəydə ilboyu mara... | ANL |
O vaxt kəndimiz çox da böyük deyildi. - Kəndin əhalisinin sayı nə qədər olardı? Kəndimiz çox gözəl yerdədir. Kəndin Buynuz adlandırılmasını belə izah edirlər ki, doğurdan da Göyçay çayı tərəfindən aşağıdan baxanda kənd, Camalı dağı, bir də o biri nəhəng dağ şəklinə görə buynuza oxşayırlar. İsmayıllıda, daha doğrusu Şir... | ANL |
LƏYAQƏTİNİ İTİRƏNLƏR ÜÇÜN "LƏYAQƏT DÜSTURU". Doğrusunu deyim ki, son vaxtlar bədii kitab oxumağa nə vaxtım, nə də həvəsim var idi. Lakin icimdə bir boşluq yaranmışdır. Bu boşluqu doldura biləcək bir bədii əsəri tapa bilməyəcəyimdən sanki qorxurdum. Belə bir zamanda gənc yazar, Natiq Məmmədlinin "Ləyaqət düsturu" kitabı... | ANL |
Bu yaxınlarda görkəmli ziyalımız Nahid Hacızadənin redaktorluğu ilə "Yada düşdü" ədəbi-bədii, nostalji jurnalı nəşrə başladı. Mən buna çox sevindim. - kəlməsini deyə-deyə qalmışdım. Təkcə son zamanlar Az. Tv-dəki "Min beş yüz ilin Azərbaycan şeiri" verilişi, böyük ədibimiz, Xalq Yazıçısı Anarın ədəbiyyat adamları ilə s... | ANL |
Çılpaq dağların döşlərində külək tutmayan yerlərdə ancaq dəmirağacın saralmış yarpaqlarından başqa heç nə gözə dəymir. Palıdın isə budaqlarda ilişib qalan təkəmseyrək yarpaqlar sanki soyuqdan qorunurmuş kimi bükülüb. Yollar kimsəsiz və sakitdir. Sakitlik içində uyuyan dağlar, dərələr, yamaclar qüssə dolu bir ovqat üstü... | ANL |
İstanbulda Əli bəy Hüseynzadənin qızının rəsm sərgisi açılıb. İstanbulun Bəyoğlu səmtindəki "Eller" antikvar əşyalar qalereyasında Azərbaycanın böyük filosofu və yazarı Əli bəy Hüseynzadənin qızı Feyzaver Alpsarın fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkiyənin sənət dairələri və media... | ANL |
Publika.Az-ın "Beşmərtəbə" layihəsinin növbəti qonağı "Dolu" filminin qəhrəmanı Rza Rzayevdir. Dəyişmək istərdinizmi? Darıxırsınızmı? Bəşəriyyətin xoşbəxt gələcəyinə... - Yox, gələcək xoşbəxtlik vəd etmir, bəşəriyyəti qiyamət gözləyir. | ANL |
Ramiz Məmmədov: "Futbolçularımız əsgər, biz isə onların zabitləriyik". "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi. - Premyer Liqanın 18-ci turunda sabah bu mövsüm surpriz nəticələrə imza atan "Turan"la qarşılaşacaqsınız. Bu görüşdə komandanızdan nə gözləyirsiniz? Bir çox iddialı komandanı... | ANL |
Fond gəncləri fəal olmağa çağırdı. Fərhad Hacıyev: "Dağlıq-Qarabağ münaqişəsi barədə səsimizi dünyaya çatdıra bilməyimiz üçün görülən işlərdə xaricdəki gənclərimizin xüsusi rolu var". "Gənclər Fondu bir sıra beynəlxalq layihələrə maliyyə dəstəyi göstərib, mühüm beynəlxalq forumların, konfransların təşkilatçısı olub. Bu... | ANL |
Əbdül Mahmudbəyov: "Postmodernizim deyilən bir cərəyanın arxasınca olan dartınmalar bizi uçuruma aparan amillərdən biridir". Bu yaxınlarda "Qan yaddaşı" adlı sənədli film tamaşaçılara təqdim olunacaq. Filmin müəllifi, tanınmış kinorejissor Əbdül Mahmudbəyovla həm sözügedən film, həm də ümumilikdə kinomuzun inkişafından... | ANL |
Xan Şuşinski Fondu ilk layihəsinə başladı. Xan Şuşinski Fondu ilk layihəsinə başlayıb. Fondun prezidenti, ustadın qızı Bəyimxanım Verdiyeva Lent.az-a açıqlamasında bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı” adlı diskussiya keçirilib. İctim... | ANL |
"Mənim telefonumun yaşı sənin yaşın qədər olar” – deyərək, müsahibə üçün diktofon əvəzi stolun üstünə qoyduğum telefonuma diqqətlə baxdıqdan sonra ovcunu açdı. Sonra o markasını görə bilmədiyim ovuc boyda telefonu masasındakı kağızların arxasına, görə bilməyəcəyim bir yerə qoydu: "Uşaqlar mənə deyirlər ki, başqalarının... | ANL |
"Mal-qaranın qeydinə qalmaq savab işdir", "Mən Nəbinin dediyinə əməl elədim. İndi söz Nəbinindi", "İndi siz mağazada işləyən qızınızı mənim qardaşım oğlu doktor Qasıma vermək istəmirsiz? Bu sitatları oxuyandan sonra söhbətin hansı filmdən getdiyini deməyə ehtiyac qalmır yəqin ki. "Gündəlik Teleqraf"ın "Kadrarxası" rubr... | ANL |
"Azərbaycanın Folklor Paytaxtı" nominasiyasını bu rayondan necə geri almalı? Başa çatan 2012-ci ildə bu layihədə iştirak etmək şansı qazanan rayonlar gördükləri işlərin hesabatını verir. Bu il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunan Qubada və "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanınan Gədəbəydə artıq t... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mə... | ANL |
(ELXAN ZAL QARAXANLININ ŞEİRLƏRİ HAQQINDA). Onun şeirləri məndə hərdən çox qəribə, hərdən də heç bir qəribəlik doğurmayan bir ovqat yaradır. Bu iki hissin arasında çırpına-çırpına oxuduğum şeirlərin fikri-konstruktiv mahiyyətinə varmaq istəyirəm. Bilirəm ki, bu tipli şairlərin şeirlərindən söz açmaq o qədər də asan dey... | ANL |
Türkiyənin ən böyük i"Palmali" şirkətlər qrupunun yaradıcısı və sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin ən böyük internet qəzeti olan "Haberturk"ə müsahibə verib. Anspress.com saytının dilimizə çevirdiyi həmin müsahibəni "Ədalət" qəzeti təqdim edir: Müsahibəni götürən jurnalist "Google"da adını axtarı... | ANL |
Gözəllik təbii ki, hər yurda qismət olmur. O yurda qismət olur ki, o gözəlliyi qoruyurlar, yaşadırlar və məhv olmağa qoymurlar. Bax onda insan heç vaxt bu füsunkar və qeyri-adi gözəllikdən doymaq istəmir... Füzulinin qeyri-adi bir ab-havası var. Bu ab-havanı istər-istəməz o torpağa qədəm basan və o torpaqda yeriyən hər... | ANL |
Heç bir bədii əsəri bütövlükdə "tarix" adlandırmaq olmaz, ancaq real tarixi qəhrəmanlardan, şahlardan, sərkərdələrdən bəhs edən romanda, povestdə, dramda, poemada, hətta kiçik həcmli hekayədə belə tarixilik mütləq mənada gözlənilməlidir. Çünki həmin əsər milli-mənəvi maraqları əks etdirməklə yanaşı, bu və ya başqa şəki... | ANL |
AY İŞIĞINDA DÖYÜNƏN ÜRƏKLƏR. Görkəmli ədəbiyyatşünas, tənqidçi-alim, filologiya elmləri doktoru, bir neçə dəyərli kitabın müəllifi, İmamverdi Əbilov tənqidçi olmasına baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına tənqidi prizmadan deyil, aralarındakı dostluq münasibətlərini önə çəkərək, qəlbində yatan mürgülü xatirələr... | ANL |
Tarixi romanda milli özünüdərkin nümunəsi. Xalqın tarixinə, mədəniyyətinə, dəyərlərinə müasir dövrün tələbləri müstəvisindən nəzər salmaq, milli mənəviyyatımızı bu aspektdən bədii tədqiq obyektinə çevirmək çağdaş Azərbaycan ədəbiyyatının mühüm vəzifələrindəndir. Xalqın çoxəsrlik mənəvi və əxlaqi keyfiyyətlərini, həyat ... | ANL |
Şair Kələntər Kələntərlinin xatirəsinə. Əlimdə bir şəkil var, xatirələrlə dolu bir şəkil.Bu vaxti ilə mərhum şair Kələntər Kələntərli ilə çəkilən şəkildi. Avqust ayı idi, rayonların birinə dostumla bir neçə günlük istirahətə gedirdim.Bakını çıxmagımıza az qalmışdı,Masazır qəsəbəsində idik,ani olaraq Kələntər müəllimi g... | ANL |
Yox, əslində yazammırdım. Bu hissim "Ağ qaranlıqlar"a qədər məni tərk etmədi... "Ağ qaranlıqlar" əqidəsini alqışladığım, şeirlərini sevə-sevə oxuduğum, şəxsiyyətinə ehtiram bəslədiyim, dostluğuna inandığım Bəxtiyar Hidayətin söz balalarının sığındığı ikinci kitabının adıdı. Nədir bu kitabın özəlliyi? Ən başlıcası səmim... | ANL |
Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də... Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı. Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə... | ANL |
ÖMRÜN ƏN MARAQLI ANI. Türkiyə Böyük Millət Məclisində görüş. Bu gün Azərbaycanın igid oğullarının, xüsusilə Qarabağ savaşında böyük şücaətlər göstərmiş, hətta əfsanələşmiş döyüşçülərimizi dünyaya tanıtmaq istiqamətində müəyyən işlər görülür. Təbii ki, bu görülən işlərin sırasında medianın özünəməxsus yeri var. Yəni küt... | ANL |
"Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ::::Rossiya-24:::: telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə verib. Cənab Prezident, biz ilə yekun vururuq. Başa çat... | ANL |
APA həmin hadisələri ardıcılıqla təqdim edir. Agentlik hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi irəliləyiş qeydə alınmasa da, bu il Ermənistanla uzun illər aparılan psixoloji müharibədə əldə olunan nəticə baxımından uğurlu sayıla bilər. Söhbət ilin hadisəsindən - Azərbaycan Silahlı Qüvv... | ANL |
Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev APA-ya müsahibə verib. - Son vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm, davamlı müalicə olunuram, görək sonu necə olacaq. Deyirlər yaxşı olacaq. Buna da şükür... Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər ki, belə getsə gə... | ANL |
BİNƏQƏDİ: YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ. Ölkəmizdə son illər müşahidə olunan sürətli inkişaf iqtisadi və sosial həyatın bütün sahələrini əhatə edir. Uğurla həyata keçirilən sosial iqtisadi siyasətin yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir. Apa... | ANL |
"Koordinasiya mütləq şəkildə qurulmalıdır". Bəs 2012-ci ildə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, Azərbaycanda üçüncü sektorun inkişafı sahəsində hansı işlər görülüb? Lent.az-ın bu yöndə suallarını millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət... | ANL |
Həyatın rəngləri və ya bir kitab haqqında düşüncələr. "Ləyaqət düsturu"nu tapan adama. Natiq Məmmədlini səriştəli redaktor, həssas həmkar, sədaqətli dost və qayğıkeş insan kimi tanıyıram. Hələ ::::Yeni Azərbaycan:::: qəzetində çalışdığı illərdə insanlarla davranış mədəniyyəti, ətrafında olanlara bəslədiyi diqqətli müna... | ANL |
"Aran"ın maraqlı tədbirləri. Əsrlərdən bəri xalqımıza məxsus olan mənəvi dəyərlərimizin, ədəbi abidələrimizin, dünya şöhrətli klassik yazıçı və şairlərimizin, elm, mədəniyyət və incəsənət xadimlərimizin ədəbi irsinin qorunmasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzey... | ANL |
"Sənin çılpaq bədənin çılpaq ruhuna vurulan insana aid olmalıdır". Çarli Çaplinin qızına yazdığı məktubundan. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam. Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə b... | ANL |
Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasınınrektoru Fərhad Bədəlbəylinin 65 yaşı oldu. Modern.az-ın əməkdaşı Fərhad Bədəlbəylidən qeyri-rəsmi mövzuda müsahibə alıb. "Ədalət” həmin müsahibəni təqdim edir. Bu, uşaqlığınızı əlinizdən almayıb ki? - Uşaqlığımı çox yaxşı və həvəslə yaşamışam. Maestro Niyazi deyirdi ... | ANL |
YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR. "Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mə... | ANL |
ÖZÜNƏMƏXSUS ŞAİR. Heç şübhəsiz, onlardan ən məşhuru Ramiz Rövşəndir - sevdiyim şairlərdən biri...gBir başqa sevdiyim, həmişə şeirlərinin intizarında olduğum Ramiz də var ki, Qubada yaşayır və müasir poeziyamızda onun da özünəməxsus dəst-xətti, səsi var. Bir zamanlar əyalətdə yaşayan şairlərə birtərəfli, arzuolunmaz bir... | ANL |
MÖVQE BİLDİRMƏKDƏN ÇƏKİNMİRƏM. İlin yazıçısı ilə söhbət. Həmsöhbətim Azərbaycan oxucusuna, Azərbaycan ictimaiyyətinə çox yaxından tanış olan yazıçı-publisist, millət vəkili, YAP-ın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovdur. Düşünürəm ki, təkcə bu ad özü-özlüyündə artıq söhbətin nədən gedəcəyini təxmin etmə... | ANL |
BU BİR TARİXİ CIXIŞDIR. Məhəməd Əmin Rəsulzadənin Həsən bəy Zərdabinin dəfnindəki nitqi. Həsən bəy Zərdabinin nəvəsi Rəbiyyə Zərdabi təqdim edir. M.Ə.Rəsulzadənin H.Zərdabinin dəfn mərasimindəki nitqi. Əsərləri, I cild (Toplayanı, tərtib və transliterasiya edəni professor Şirməmməd Hüseynov). İndicə keçən natiq Əbülhəs... | ANL |
VƏTƏNDAŞ ŞAİR. Kürək söykəyənin ana torpağa. Haqqı yox bir ayrı təltif istəsin... Xalqın sevimli şairi Məmməd Araz üçün ən böyük mükafat doğma yurdda, ana torpaqda gəzməkdir.Vətən küləyinin hər səhər qapısında əsməyi şair üçün həqiqi səadətdir.Vətənsiz hər şeyi əfsanə sayan Məmməd Araz bir gün qürbətdə qalarsa min il q... | ANL |
Məmməd Araz. Torpaqlarımızın iyirmi faizi erməni işğalı altındadır. Hər gün işğal altında olan yeraltı və yerüstü sərvətlərimiz talan edilərək, Ermənistana daşınır. Bu prosesdə mədəniyyətimizə aid olan nə varsa, - daşınan çoxdan Ermənistana aparılıb, daşınmaz mədəniyyət abidələrimiz isə erməniləşdirilib, dünya ictimaiy... | ANL |
O Beyləqana ki, son illər tanınmaz dərəcədə dəyişib, inkişaf edib və yenidən qurulub. Bu qədər möhtəşəm işləri görmək üçün böyük ürək sahibi və eyni zamanda möhkəm iradəyə malik olmalısan. Ən azından ona görə ki, hər tikilən bir bina, hər inşa edilən bir obyekt insan əməyinin və insan zəhmətinin bəhrəsidir. Ötən yazıla... | ANL |
Ələddin İncəlinin "Üç kitab və ya Qarabağnamə" kitabı haqqında. Bizim millətin taleyindən keçən Qarabağ olayları "superdövlətlər" tərəfindən bütün kiçik ölkələrin başına, eləcə də zaman-zaman bizim başımıza açılan oyunların tərkib hissəsidir (hamıya bəllidir ki, erməni havadarlarsız bizimlə bacarmaz). Vaxtı çatanda həm... | ANL |
Xalq rəssamı vəfat etdi. Azərbaycanın xalq rəssamı Oqtay Şıxəliyev vəfat edib. Rəssamlar İttifaqından Lent.az-a verilən xəbərə görə, 81 yaşlı xalq rəssamı dünən gecə saatlarında dünyasını dəyişib. Oqtay Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib. Bu gün rəssamın yaşadığı evdə onunla vida mərasimi olacaq. 1952-ci i... | ANL |
Açıq səma altında muzey. Beyləqan ən qədim tarixə malik yaşayış məskənlərindəndir. Biz bu barədə dəfələrlə söhbət açmışıq. Bu qədim yurdun tarixi ilə bağlı arxeloqlar və tarixçilər müxtəlif fikirlər söyləyirlər. Amma əsas fikir ondan ibarətdir ki, Beyləqan çox qədim bir tarixə malikdir. Bu yaş bizi eramızdan əvvəlki il... | ANL |
KOROĞLU KİMİNDİR?! "Yeni Musavat" qəzetinin 31 yanvar nömrəsində Famil Cəfərlinin Koroğlunun Bakıda ucaldılacaq heykəli ilə bağlı çox təəccüblü və qəribə yanaşmasını oxudum. Həmin köşə yazısındakı iki məqama diqqət yetirək... "Birincisi odur ki, xalq qəhrəmanının abidəsi niyə gizlicə qoyulur. Bir neçə gün əvvəl baş ver... | ANL |
Yaxşı ki, Tanrı insana ünsiyyət qurmaq, anlaşmaq qabiliyyəti verib. Əgər belə olmasaydı, ürək heç nəyə dözməz, elə ilk həmlədən, ilk laqeyd münasibətdən, ilk sayğısızlıqdan param-parça olardı. Şükür ki, Tanrı yaratdığı insan övladının ağlı-kamalı ilə yanaşı, sevgisi, duyumu, anlayışı ilə də var edib, cilalayıb. Düşün! ... | ANL |
Tarix dahi şəxsiyyətləri yaddaşlarda yaşatdığı kimi, dahi şəxsiyyətlər də tarixi öz əsərlərində hər an yaşadırlar. Bu dahi şəxsiyyətlər tarixi faktlara söykənərək, beyinlərindən və ürəklərindən gələn duyğuları qələmin sehrinə calayıb bu günümüzə kimi sevilən və oxunan romanlara çevirirlər. Bəzən isə zaman və tarix bu d... | ANL |
Şəhid şəhər. Gələn jurnalist Komandir televiziyada göstərilən verilişlə əlaqəsi olmadığını söyləyərək dedi ki, gəlmişəm Sizdən müsahibə alam. Şəhərə Dolu yağarkən jurnalistin başına müsibət gəlmişdir. Dolu yağarkən həyəcandan başın itirmiş jurnalist yatdığı evin pəncərəsindən şalvarsız özünü çölə atmışdır. Ev yiyəsi uş... | ANL |
Şəhid şəhər. (Əvvəli ötən saylarımızda). Komandir özü də şəhəri kimi tənha qalmışdı. Eldar Bağırov günün günorta çağı Bakıda güllələnmişdir, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanlar vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı "Qrad"la parçalamışdılar, sağ və so... | ANL |
Uğurların təntənəsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları 2004-cü ildən başlayaraq ölkə həyatının bütün istiqamətlərdə yüksəlişini təmin etməkdədir. Bu illər ərzində tikilən yüzlərlə sənaye müəssisəiləri, inzibati və ... | ANL |
(Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri haqqında. Məlahət Qaramuradlının (Yusifqızının) şeirləri ilə çoxdandı tanışam və bu illər ərzində cəmi üç kitabı çıxsa da, onun müasir poeziyada öz dəst-xətti, fərdi üslubu ilə seçildiyini görürəm. Ən əvvəl onu qeyd edim ki, Məlahət Qaramuradlı bu yurdun, bu torpağın ziya... | ANL |
Mən yenə dönəcəm Azərbaycana. Burda havam çatmır...hava istərəm, Xəzər dənizinin özü boydaca. Burda səmasızam,səma istərəm - Günəşin aləmə sözü boydaca. Xəzər dənizinin özü boydaca. Qırın zəncirləri biləklərimdən, Açın qıfılları diləklərimdən. Endirin zindanı kürəklərimdən. Gecələr bürünüb soyuq yorğana, Yatmıram,dalır... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.