text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ TURİZMİN QAX NÜMUNƏSİ. Yola saldığımız 2012-ci il Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə, tarixi qələbələrlə yaddaqalan bir il olmuşdur. Avropada iqtisadi böhranın tüğyan etdiyi halda, ölkəmiz regionda liderlik mövqeyini qoruyub saxlamış, Avroviziya kimi möhtəşəm mahnı müsabiqəsinə və digər... | ANL |
Şampanları çertyojların üstünə töküb dedi ki... O, bir sovet əfsanəsiydi... Teatr və kino aktyoru, mahnılar müəllifi və ifaçısı, bütün bunlara görə yalnız ölümündən sonra Dövlət Mükafatı Laureatı olmaq şərəfi qazanmış Vladimir Vısotskidən danışacağam. Beş yaşı olanda atası ilə anası ayrılıblar. Anası başqasına ərə gedi... | ANL |
Əli Həsənov: "Heç bir seçkidə lovğalanıb söyləməmişik ki, çox asanlıqla qələbə qazanacağıq". Rüstəm İbrahimbəyov yalnız öz adından danışa bilər. Aeroportda baş vermiş hadisəyə gəlincə, mən onu insident də adlandırmıram. Aeroportda VİP-dən də keçmək olar, adi vətəndaşların keçdiyi xətlə də keçmək olar, ləngimək də olar,... | ANL |
ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ TURİZMİN QAX NÜMUNƏSİ. Sevindirici haldır ki, turizmin inkişafına xidmət edən kompleks tədbirlər bu il daha sürətlə davam etdirilmişdir. Qısa müddətdə şəhərin 10 küçəsində, bir sıra məhəllələrində başlanmış təmir-bərpa işləri artıq başa çatmaqdadır. Yerli çay daşlarından milli üslubda səki və diva... | ANL |
Şəhid Sənana və onun atası Hacı Əkbərə əl boyda bir məktub. Azərbaycan aşıq ədəbiyyatında özünəməxsus yeri olan Aşıq Alının gözəl qoşmalarından birində deyilir ki, "kimlərə qaldı dünya...". Əslində çox məntiqli və cavabı gün kimi aydın olan bir sualdı. Bax elə ən dəhşəti də odur ki, heç kimə qalmayan bu dünyada insan ö... | ANL |
Şəmistan Əlizamanlı: "Bəzən səsimə ehtiyacım olur, dinləyirəm". Şəmistan Əlizamanlının "Qafqazinfo"ya müsahibəsini "Ədalət" qəzeti təqdim edir. - Niyə sizi görəndə adamda vətənpərvərlik hissi oyanır? Vətənpərvərlik vətəni, milləti düşünməkdir, vətənin dərdinə biganə qalmamaq, bir təəssübkeşlik hissidir. Sadəcə birində ... | ANL |
KEÇMİŞDƏN GƏLƏN SƏSLƏR... Elə müqəddəs tarixi abidələr və tarixi yerlər var ki, onların hamısı bizi bir daha həmin keçmişə və həmin günlərə qaytarır. Tarixi, mədəniyyəti və keçmişi olmayan xalq tez də yaddan çıxır, unudulur. Bəlkə də bizim milləti və bizim xalqı yaşadan onun keçmişi, tarixi və qədim mədəniyyət abidələr... | ANL |
Qəssabın indicə boğazına bıçaq çəkdiyi qoyun kimi fınxırır, dabanları ilə torpağı eşir və ildırım çaxmış adam necə qovrulurdusa elə qovrulur, nə baş verdiyini anışdıra bilmirdi. Və yəqin ki, anışdırmağa heç vaxtı da çatmayacaqdı, ömrünün son dəqiqələrini yaşayırdı. Yaradan buğlana-buğlana axan qanın barıt iyinə qarışmı... | ANL |
Çiçəyi burnunda olanlardan biri tez qaçıb eyvandakı soyuducudan bir butulka mineral su gətirdi, ağzını açıb stəkana tökmək istəyəndə batalyon komandiri butulkanı alıb suyu çəkdi başına, qalanı ilə də boyun-boğazını islatdı: - Oxxaay! Qədrimizi də bilmirsiz. Hə, Akademik yenə nə mühazirə oxuyurdu? Akademik: - Yoldaş ley... | ANL |
Füzulinin qəzəllərini çəkmək istəyən rəssam. Xilə xalçaları və qumlarda çəkilən azömürlü rəsmlər... Şaxtalı havaların tüğyan etdiyi dekabr günlərinin birində Bakının Əmircan kəndində Bəhlul kişinin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Bəhlul kişi elə həmin ilin yanvar ayında itirdiyi Səttar adlı oğlunun adını yeni ... | ANL |
FƏRQANƏNİN ŞEİRLƏRİ. Çağdaş poeziyamızın mənzərəsində qadın yazarlarımızın da öz yeri var. Xüsusilə, son illərdə onların arasında istedadlıların sayı əvvəlki onilliklərlə müqayisədə xeyli artmışdır. Bu qadın yazarlar içərisində Fərqanə Mehdiyeva xüsusilə seçilir. Bir şair kimi onun özünəməxsus fərdi keyfiyyətləri elə i... | ANL |
Gözəl bir şair, gözəl bir insan vardı, Azərbaycan Yazıçılar Birliyinin katibi İsaq İbrahimov. Mən onu düşünəndə dəqiq bilirəm ki, adam doğurdan da diri gözlü unudulur. Burda Vaqif Bayatlının məşhur şeirindən bir misra yadıma düşür: “Görünməzsən unudarlar”. İsaq İbrahimov Vaqif Bayatlı haqqında bir şeir yazmışdı: “Mən k... | ANL |
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN. Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da, artıq yaşamağa davam edirəm. Şükürlər olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu... | ANL |
"ƏZƏMƏTLİ QAYĞI VƏ İZTİRABLARLA YÜKLƏNMİŞ ÜRƏK SAHİBLƏRİ. Və bu "güllərin qırmızı yalanının" ağrısını ən çox kimlər duyur? Əlbəttə ki, gözəlliyi duyanlar. Doğulduğu gündən deyil, Gözəlliyi duyan gündən. Yaşamağa başlar ürək. Həmyaş deyil, əzizim! Kim nə bilir ürəyinə. Sevgi nə vaxt gələcək... Azərbaycan şeirinə 19 yaşı... | ANL |
Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli? "Yuğ"un tövbə oyunu üzərində qurduğu tamaşanın anonsu. Öz daimi tamaşaçılarını təəccübləndirməyi bacaran "Yuğ" Dövlət Teatrı bu yaxşılığından əl çəkməyə hazırlaşmır. Missiyasına sadiq qalan yaradıcı kollektiv 25-ci mövsümün planına uyğun olaraq yeni bir tamaşanın ictimai ... | ANL |
(əvvəli ötən saylarımızda). Ata əlindəki çörəyi boşqaba doğraya-doğraya: - Sən canın, qoy çörəyimi yeyim, yenə başlama. Ordan bir baş soğan gətir, soğansız da bozbaş olar? Sanatoriyaya getməyib ey, əsgərliyə gedib. Mən iki il Çitada qulluq edəndə atam-anam yanıma gəlirdi?! Yoxsa bizə səhər xaş, axşam bozbaş yedirirdilə... | ANL |
Deyirlər, gedilməyən yol insanların çox olduğu vaxtlarda belə kimsəsizdir. Bizim getdiyimiz yol isə həmişə haqq yolu olub. Sadəcə, təəssüf ki, zamanın bizə göndərdiyi əlamətləri dəyərləndirə bilmədik. Sən demə, atdığımız hər bir addım fövqəltəbii güc tərəfindən izlənirmiş. Bu addımları atdıqca durmadan vaxtı öldürməkdə... | ANL |
Bağışlasan, şeirlərimi alqışla ürəyində. Bir neçə gün öncə - yanvarın 6-da qəfil ürəktutmasından 62 yaşında vəfat edən Azərbaycanın sabiq baş prokuroru Murad babayev hüquq sahəsində peşəkar olmasına baxmayaraq, həm də şeirə, sözə qiymət verən şəxsiyyət idi. Murad müəllim təqaüdə çıxandan sonra pedaqoq kimi fəaliyyət gö... | ANL |
Vaqif Cavadov: "Nədənsə, legioner Rauf Əliyev qədər tənqid olunmur". Hazırda "Qarabağ"la birgə Antalyada təlim-məşq toplanışında olan Ağdam klubunun hücumçusu Vaqif Cavadov Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib. - Sən hər zaman və medianın və azarkeşlərin diqqətində olmusan. Bir futbolç... | ANL |
Mehriban Əliyeva birinci oldu. Jurnalist təşkilatı deputatları seçdi. Parlament Jurnalistləri Birliyi (PJB) dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2012-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında sorğu keçirib. PJB sədri Elşad... | ANL |
"Uşaq vaxtı qadınları çox dinləmişəm". Bir sıra yerli qəzetlərdə və ANS teleşirkətində çalışıb. Moskvaya köçəndən sonra "Komsomolskaya pravda" qəzeti, "Oqonyok" , "Kosmopolitan, "Qastronom" jurnalları ilə əməkdaşlıq edib. Azərbaycanlı yazıçı yeddi roman müəllifidir. Rusiyanın "Qazeta" qəzeti E. Səfərlini "gələcəyin müm... | ANL |
Hələ yaşanmamış illər varımış, Tuta bilmədiyim əllər varımış. Sən demə ətirsiz güllər varımış, Haray bildiklərim səsdi, bu yaşda. Ovcumu yandırdı götürdüklərim, Özgə həyətiymiş bitirdiklərim. Elə mənimkiymiş itirdiklərim, Təzədən ha qazan, nəsdi, bu yaşda. Nahaqmış yatanı oatmağım da, Kökdən qaçmağımmış boy atmağım da.... | ANL |
"Turançılıq insanları narahat edən məsələdir". Tofiq Abdinin "Yom" jurnalına müsahibəsi. Bu haqlı suala doğrudan da bir səbəb vardı. Bunu mən də bilirdim. Və mən indi bu nədəni açıqlamaq istəmirəm. Amma bu nədən o qədər bəsit bir səbəb idi ki, gülünc bir vəziyyətə düşürsən. Bu məsələni açmaq üçün, bu sualın hardan qayn... | ANL |
(əvvəli ötən saylarımızda). Gələn Batalyon Komandiri idi, yaxınlaşdı dədələrin stoluna, salam verdi və sonra dedi: - Akademik, sənə hələ tez deyil bu stolda oturmaq? Dədələr Dədəsi Akademiki dillənməyə qoymadı, gözünün birini qıyıb aşağıdan yuxarı Batalyon Komandirinə baxıb dedi: - Komandir, get işinlə məşğul ol, qabağ... | ANL |
GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ. (Sonuncu Kəngərli generalı). Şəmistan Nəzirli. Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o ilk növbədə öz milli ordusu, Milli zabitləri barədə fikirləşməlidir. Mən bunların hamısını düşünürdüm. İyirmi beş il öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmay... | ANL |
GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ. (Sonuncu Kəngərli generalı). Söhbətlərdə Qarayev həmişə keçmiş xan və müsavatçı kimi mənim FKQO sıralarındakı vəziyyətimin möhkəm olmadığını təlqin etməyə çalışırdı. 1924-cü ildə söhbətlərin birində o, mənə xəbər verdi ki, Azərbaycanda Azərbaycan Milli Mərkəzi (AMM) adını daşıyan antisov... | ANL |
Şərəfli vəzifənin şərəfli təmsilçisi. Baş ədliyyə müşaviri. Yazının sərlöhvəsini seçməyim təsadüfi deyil. Bu göstərdiyim məziyyətlərin hamısı Tələt Babakişi oğlu Qənbərovda vardı. Mənim Tələt Qənbərovla şəxsi tanışlığım 1975-ci ilin oktyabr ayının son günlərinə təsadüf edirdi. prokuroru vəzifəsinə təyinat aldım. Yeni i... | ANL |
Bu dünya kimin dünyası və yaxud Abdurrahim Karakoçu anarkən. Gözəlim Türk dünyasının inam, iman və savaş şairi Abdurrahim Karakoçu Ankarada ünlü şair Nəcib Fazil Qısakürəyin xatirəsinə həsr edilmiş şeir günlərində canlı olaraq görmüşdüm. Bu, unudulmaz bir ziyarət, tale qisməti idi. Unudulmaz "Mehriban" şeirinin müəllif... | ANL |
"Hüseyn Arif şərqşünaslığı bitirmişdi, farsca bilmirdi". Vaqif Nəsibin yazıçılar haqda xatirələri. Hüseyn Arif haqda xatirələri. Hüseyn Arif təpədən-dırnağa şair idi. Əfsanəvi adam idi. Şeirlərini restoranda ilhamı gələndə salfetkanın üstünə yazırdı. Öz üzərində işləmədi qağa. Şair tayfasından universiteti fərqlənmə di... | ANL |
Axı qızarsa da nar dənəsitək, Hər ağac közünə köz demək olmaz. Acı söz insanı ilan tək çalar, Ağrısı hər zaman ürəkdə qalar. Hər dərdə, bəlaya döz demək olar, Bircə haqsızlığa döz demək olmaz. Hər üzə gülənə etmə etibar, Kimin əsli varsa vəfalı olar. Dərdinə ürəkdən sən yanana de, Heç vax dilbilməzə söz demək olmaz. O ... | ANL |
GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ. (Sonuncu Kəngərli generalı). Şəmistan Nəzirli. (əvvəli ötən saylarımızda). Sual: Azərbaycan milliyyətçi təşkilatının iştirakçıları olan şəxslərdən kimin adını Qarayev Sizə dedi? Cavab: Qarayev mənə bu soyadlarını dedi: Ruhulla Axundovun, Mirzə Davud Hüseynovun, Qəzənfər Musabəyovun, Hüse... | ANL |
(əvvəli ötən saylarımızda). Dayanmışdı qəbrin önündə, sonra diz çökdü və məzarın hələ qurumamış torpağını oxşamağa başladı. Xeyli beləcə oxşayandan sonra qəbri bağrına basıb üzünü qoydu sinəsinə, meşədə çəkdiyi ağrı-acı hamısı getdi. Bədəninə xoş bir duyğu yayıldı. Və nəhayət, bu ləzzətdən doyandan sonra qalxdı ayağa, ... | ANL |
Unudulmayan şəxsiyyət-general Məhəmməd Əsədov. "Vətənə sevgi-imandandır". "Məhəmməd Əsədov "OMON"u yaratdı ki, erməni separatizminə qarşı vuruşsun". Heydər Əliyev, Azərbaycan xalqının ümumilli lideri. Çox güclü potensiala, enerjiyə malik olan kadr idi. Dövlətçilik yolunda fəal mövqe tuturdu". Azərbaycan KP MK-nın sabiq... | ANL |
Hər yeni kitabla tanış olanda illərdi ürəyimdə kök atmış yaddaşıma hakim kəsilmiş və dəfələrlə vurğuladığım bir fikri təkrar etməli oluram. Doğrudur, təkrarı həmişə yüksək qiymətləndiriblər. Amma mən bu təkrarı qiymət xatirinə yox, doğrudan-doğruya hər yeni kitabın yeni bir dünya olduğu qənaəti ilə dilə gətirirəm. Çünk... | ANL |
"Dilarə Əliyeva məni yoldan çıxartdı". "Aktyorun işi çətinləşib, insanları aldatmaq olmur". Cəfər Namiq Kamal, bəlkə də qardaşı İlham Namiq Kamal qədər tanınmayıb, onun kimi xalq artisti də deyil. Əməkdar artistdir, teatr səhnəsində çox maraqlı obrazlara imza atıb, komediyanı da, faciəni də eyni məharətlə oynayır və se... | ANL |
YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN. Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da, artıq yaşamağa davam edirəm. Şükürlər olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu... | ANL |
(Professor Gülrux Əlibəylinin 85 illiyi münasibətilə). Bu həqiqəti ən ağıllı və görkəmli kişilər etiraf edirlər". Sitatın müəllifi Azərbaycanın görkəmli ədəbiyyatşünası, filologiya elmlər doktoru, professor Gülrux Əlibəylidir. Əslən görkəmli ziyalı-bəy ailəsindən olan Gülrux xanım bütün ömrü boyu bu kübar tərzi-həyatın... | ANL |
Günlərin birində dostunun təkidi ilə "Pantomima" Teatrına gedən Fariz oradan fərqli hisslərlə ayrılıb. Həmin gün "Leyli və Məcnun" tamaşasına baxandan sonra coğrafiya ilə bağlı öyrəndiklərini bir kənara qoyaraq sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə vermək qərarına gəlib. Həmin ali məktəbdə Natiq Rəsulzadəd... | ANL |
Şəhid məktubları. Şəhid məktubları uçur havada. bu kəndin göyləri məktubla dolu. Ağaclar məktublu, otlar məktublu, bu gün bu toylarda məktublar uçur, bu gün bəy üzündə tər puçur-puçur. Danışan, dolaşan, uçan məktublar, hərdən dövrə vurur başının üstə, hərdən dövrə vurur yaşının üstə. Bu kəndi məktublar alıb qoynuna- şə... | ANL |
Azdrama ilə Bakı Ali Neft Məktəbi arasında müqavilə imzalandı. Bakı Ali Neft Məktəbi Azərbaycan Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq müqaviləsi imzalamış ilk ali təhsil müəssisəsidir. Publika.Az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Akademik Milli Dram Teatrının direktoru... | ANL |
GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ. (Sonuncu Kəngərli generalı). Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant. (əvvəli ötən saylarımızda). Sual: 1930-cu ildə Azərbaycan Milli Mərkəzinin darmadağın edilməsindən sonra yenidən yaradılmış mərkəz tərəfindən kapitalist ölkələri ilə əlaqə yaradılmışdımı? Cavab: 1937-ci ildə... | ANL |
Azərbaycan səfirliklərində 20 Yanvar faciəsi anıldı. Xarici ölkələrdə akkreditasiya olunmuş səfirlik və baş konsulluqlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə anım tədbirləri keçirilib. Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" mi... | ANL |
DOĞULDUĞU GÜN ÖLƏN SƏNƏTKAR... Hər kəs tərəfindən tez-tez işlədilən məşhur bir deyim var: həyat çox qəribədir. Ən adi diqqət kifayət edir ki, bunun məhz belə olduğunu görəsən. Çünki insan övladı özünün kimliyini dərk edən zamandan içərisində olduğu həyatın qəribəliyini anlayıb. Bəlkə də həyatın, elə dünyanın da öyrənil... | ANL |
Qarapaltarlı qızın sirri, erməni Barxudarın əsirliyi, qır qazanına dönən Qazançı... Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə kəşfiyyatçı Rey Kərimoğlu yazır. Layihə: "Kəşfiyyatçının xatirələri". Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə el... | ANL |
BADAMDAR QƏSƏBƏSİNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR. Tərəqqisinin dinamik mərhələsini yaşayan Azərbaycan bu gün tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük uğurlarla müşayiət olunan inkişaf yolundadır. Sözügedən inkişaf özünü həyatın bütün sahələrində göstərir. Əsası ümummilli lider Heydər Əliyev ... | ANL |
Dalğalı ömrümüzün "Dalğa"lı günləri və çillə ərəfəsində bir dəstə payız gülünün ətri. Yaxud mənə də payı düşmüş dünya barədə improvizə. Uşaqlıq illərində ən çox sevdiyim təbiət hadisəsi "Peyğəmbər qurşağı"nın görünməsi və yox olması idi. Biz o vaxtlar göy qurşağını elə adlandırırdıq. Hər dəfə yağışdan sonra işim-gücüm ... | ANL |
Qəmküsar: Mollaları tənqid etdi, öldürüldü. “Molla Nəsrəddin” fədakarı. Şeir yazmağı atasından öyrəndi. Əliqulu Nəcəfov Qəmküsar XX əsr Azərbaycan ictimai fikir tarixində görkəmli satirik şair, istedadlı jurnalist və aktyor kimi iz qoyub. Onun adı ədəbiyyatımızın, mətbuatımızın mollanəsrəddinçiləri sırasında fəxri yerl... | ANL |
GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ. (Sonuncu Kəngərli generalı). Şəmistan Nəzirli. (əvvəli ötən saylarımızda). Azərbaycana qayıdandan sonra yenidən diviziya komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa Şıxlinskinin təşə... | ANL |
Mehriban Əliyeva "İlin adamı" elan edilib. Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib.Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Mehriban Əliyeva bu ada Heydər ... | ANL |
İSTEDADLAR ÜZƏ ÇIXARILIR... Müasir dövrdə məmləkətimizdə çoxlu sayda istedadlı yeniyetmələr və gənclər var. Sadəcə olaraq, bu istedadlı uşaqları arayıb-axtarmaq və tapmaq lazımdır. Bunun üçün isə hər bir insandan məsuliyyət və işə vicdanlı münasibət hissləri tələb olunur. Bu yaxınlarda eşitdik ki, Bakı şəhəri üzrə Təhs... | ANL |
Bəxtiyar Vahabzadə. İlham Abbasov hüquq üzrə fəlsəfə doktoru. Artıq beşinci ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur. Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazma... | ANL |
O qıza haqsızlıq olunmuşdu... Hal-hazırda şahidi olduğumuz ədəbi mühit öz zəngin dövrünü yaşayır. Hər gün yeni imzalar, kitablar çap olunur. Lakin bu çoxluğun içərisində davam gətirmək, imza təsdiq etmək də həmişə mümkün olmur. Bunun üçün hərtərəfli dünyagörüşü, mükəmməl bilik, güclü ədəbi mütaliə tələb olunur. İmzası ... | ANL |
Zəmanəsinin nadir şəxsiyyəti, böyük mesenat. "Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanları qazanmış bu şəxsiyyət Azərbaycan xalqı haqqında müsbət fikir formalaşdırmışdır, gənclərin maarifləndirilməsinə böyük töhfələr verm... | ANL |
"Azərbaycan bayrağı" ordenli Xocavəndli. Hər dəfə cəbhə bölgəsinə yolum düşəndə mənə elə gəlir ki, indicə sərhədi keçib doğulduğum kəndə doğru irəliləyəcəm. Hər dəfə də bu yolun tən yarısında əlisilahlı əsgərləri görəndə elə bil soyuq suya düşüb çıxıram. Bütün fikirlərim, xəyallarım pərən-pərən düşür və mən gerçəkliklə... | ANL |
Şəmistan Nəzirli, istefada olan polkovnik-leytenant. İlk gəncliyimin yaddançıxmaz insanı, şən və şux təbiətli, ailə faciəsi yaşayan mərhum Bahar Məhəmməd qızının əziz xatirəsinə. - Gözümü yumanda atamı görürəm, elə bilirəm evimizdədir, amma məni öpmür-qucaqlamır. Atam bizdən küsüb? İşi çoxdu, sırağa gün zəng eləmişdi, ... | ANL |
AŞIQ ŞƏMŞİRİN SƏNƏT DÜNYASI. Azərbaycan aşıq sənəti zəngin yaradıcılıq ənənələri olan sinkretik bir mədəniyyət və incəsənət hadisəsi kimi öz xarakterik mahiyyətini və xüsusiyyətlərini XIX və XX yüzilliklərdə qoruyub saxlamaqla yanaşı, həm də parlaq istedadı, çeşidli repertuar - ifa və havacat imkanları ilə seçilən saz ... | ANL |
Dövrü mətbuatın gündəmə gətirdiyi qədim adət-ənənələr, ələlxüsus toy-yas mərasimlərinin keçirilməsi, daha doğrusu, necə təşkili haqqında yazılar, müxtəlif düşüncələr rayon yazarı kimi məni də bu mövzuya əl uzatmağa sövq elədi. Necə olsa, zəngin həyat təcrübəm, gördüyüm həqiqətlər ortadadı. Komsomol toyları, yaxın dostl... | ANL |
Jurnalist Qadınlar Assosiasiyası Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm müşaviri Əhməd Seyyid Arslanla mətbuat nümayəndələrinin görüşünü təşkil edib. Seyid Əhməd Arslan jurnalistləri maraqlandıran sualları cavablandırıb. Görüşümüzün də bu günə təsadüf etməsində bir xeyir var yəqin. Mənim Ankarada M... | ANL |
Tanınmış aktyor Rasim Balayev yanvarın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqından istefa verib. O, istefasını son zamanlar Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlərin dolaşması ilə əlaqələndirir. Azadlıq radiosuna müsahibəsində Rasim Balayev ... | ANL |
Gürcüstanda "Dolu"nu Günəş kimi qarşıladılar. Biləcəri sindromunu sındıran film. Biləcəri sindromunu belə sındırarlar. "Dolu" Azərbaycanın sərhədlərini aşdı. Moskva, Sankt-Peterburq, Yekatrinburq və Tbilisi də oldu. Kiyevə də gedəcək, Ankaraya da. Mən Tbilisidə gördüyümü gördüm. Belə komandayla ancaq DOLU film yaratmaq... | ANL |
Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant. Mənim sizdən başqa kimim var? Elə bilirsən vətəni, ata-ana məzarını qoyub getmək mənə asandı. Mən də sənin kimi bu kənddə doğulmuşam. Yadından çıxıbmı, orta məktəbdə birgə oxumağımız? Sən yeddinci sinifdə, mən də səkkizincidə. Dəcəlliyinlə müəllimlərin canını boğazına... | ANL |
ƏDƏBİYYAT TARİXİMİZƏ YENİ ELMİ BAXIŞ. Həmin il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına xeyli iddiaçı sənəd vermişdi. Öz fəallığı və ciddi hazırlığı ilə onların sırasında Məhərrəm Qasımlı və Tahirə Məmməd seçilirdi. İnstitutun dəhlizində qızğın elmi mübahisələrimiz olurdu. Müxtəlif elmi məsələlərin ... | ANL |
İllərinin yeli-quzu. Otlayıb sarı kəklini. Dünyanın bir varlıq-duzu, Nəm çəkib də ağırlaşır. Səssiz mələyir bir quzu, Canavarı fağırlaşır. (Dişə çəkməyir bəhəri, Görüb görünməz qəhəri). Kökdən düşüb sözü, sazı, Yaraları pambıqlayıb. (Bilmir dərman-dəvasını. Seyrələndən Qarayazı. Əjdər əmi pampaxlayıb. İzinə düşüb pusa-... | ANL |
YENİDƏN QURULAN DAŞKƏSƏN. Ahıllar demiş, indi qışın oğlan çağıdır. Amma paytaxtda, bütövlükdə ölkə ərazisində mülayim hava şəraiti qışın bu oğlan çağını deyəsən çaşdırıb. Ona görə də nə geyinmək, necə davranmaq bir az çətin olubdur. Buna baxmayaraq, qış fəsli özünün böyük çilləsindən irəliyə doğru addımlamaqdadır və bi... | ANL |
"Eldar Qasımov "Səviyyəli toy olsa orada oxuyuram". Eldar Qasımovun Kulis.az dərgisinə müsahibəsi. Hətta bir il bundan qabaqkı Eldarla da fərq var. Universitet vaxtlardan dəyişməyə başlamışam. "Eurovision"dan sonra isə tam başqa insan oldum. Daha böyük səhnə təcrübəm var artıq. Kamera ilə işləmək təcrübəm var. İctimai ... | ANL |
Skapenin rus dilində kələkləri. Aldanmağa layiq olanlar həmişə aldanacaq. Dövlət Musiqili Komediya Teatrı Qərbi Avropada klassik komediya janrının banilərindən biri Jan Batist Molyerin "Skapenin kələkləri" pyesinin yeni səhnə həllini tamaşaçılara təqdim etdi. Teatr kollektivi daha bir klassik əsəri repertuarına daxil e... | ANL |
Onu qiyabi tanımışam. Necə deyərlər, adını eşitmişəm, müsiqilərini dinləmişəm və adi bir Azərbaycan vətəndaşı kimi barəsində yazılanları oxuyub mən də qürur duymuşam. Amma heç vaxt ağlıma gəlməyib ki, mən də nə vaxtsa onun barəsində nə isə yazmalı olacam və yaxud da yazmaq həvəsinə düşəcəm. Görünür, bizi bizdən kənarda... | ANL |
Telman Adıgözəlov: Yanlış diaqnoz və qəfil ölüm. "Anamla bacımı televiziya kanallarında atamın hansısa tamaşasını göstərəndə qoymuram baxsınlar. Biz hələ də onun yoxluğuna alışmamışıq. Bu itki bizi həmişə göynədəcək " – oğlunun dediklərindən. Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə iki oğlan uşağı ... | ANL |
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. ÖNCƏ SİZİN ALTMIŞINCILAR HAQQINDA FİKİRLƏRİNİZİ BİLMƏK İSTƏRDİM. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ... | ANL |
PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR. "Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tutular və bütün vur-həşir də, bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərmək... | ANL |
Keçən əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatının gənclik sırasına bir sarışın saçlı qız da daxil oldu və o, elə ilk şeirlərindən özünü ədəbi ictimaiyyətə tanıda bildi. Mənim ürəyimdə dünyaya gəlib, Sənin ürəyində sönən eşqimi. 1965-ci ildə ilk şeirlərini universitet qəzetində dərc etdirən Rüzgar Əfəndiyeva o i... | ANL |
Ürəyi Türkiyə üçün döyünən bir Abbas Abdulla var Azərbaycanda. Türkiyənin "Bahar" və "Xəbər" jurnallarında tanınmış ədibimiz, şair, tərcüməçi, tənqidçi Abbas Abdulla haqda məqalələr çap olunub. Birinci məqalə "Ürəyi Türkiyə üçün döyünən Abbas Abdulla var Azərbaycanda" adlanır, ikinci məqalə isə "Azərbaycanın türkçü şai... | ANL |
Azərbaycanda Səyyad Aranı yaxşı tanıyırlar - desəm, səhv etmərəm. O, Yeni Azərbaycan Partiyasının sadiq üzvlərindən biridir, Milli Məclisin deputatı olub, sonra qardaş Türkiyədə konsul işləyib. İndi də ictimai-siyasi fəaliyyətini davam etdirir. Ancaq Səyyad Aranı bir yazıçı kimi də təqdim etmək olar. Yaradıcılığa hələ ... | ANL |
Ovcumda əlinin ətri qalıbdı - Bahar çiçəyinin qoxusu kimi. O ana qədər ki, sən o sükutun içində özün-özünlə, öz xəyalınla, xatirələrinlə, düşüncələrinlə, hətta özündən qovmaq istədiklərinlə də baş-başa qala bilirsən. Səni dinləyən, sənə şərait yaradan sükutun içində öz dünyanın özəlliklərini ipə-sapa düzürsən, ifçinləy... | ANL |
Səidə Haqverdiyeva. Məni həkimlər deyil, sən sağaltdın, bu nuru sən verdin gözlərimə... Dilarə Adilin boynuna sarılaraq onu göz yaşlarında isladır, Adil isə onun gözlərindən öpməkdən doymurdu: -Həyatımda səninlə ilgili yeganə bir arzum olub, Dilarə: itib gözlərinin qaranlığında, özüm özümü də tapa bilməyim... Amma nə y... | ANL |
Səidə Haqverdiyeva. -Bunları eşitmişdim, bəs gözlərinə noldu belə? Sonra böyük qardaşı bizə gəldi, qonaq otağına keçib, qapını bağladılar.Təxminən bir saat otaqda söhbət elədilər. Onu bilirəm ki, qardaşı yamanca əsəbiləşmişdi. Evimizə zəng gəldi. İçəridən Fuad qışqırdı ki, telefona toxunma. Yavaşca qapıya yaxınlaşıb, o... | ANL |
"Görmədim ömrdə bir zövqü səfa məsciddən". Seyid Əzim Şirvaninin ictimai motivli şeirlərində ən çox diqqəti cəlb edən riyakar din xadimlərinə qarşı olan neqativ münasibət, bəzən isə hətta nifrətdir. Lakin o heç zaman Allahı inkar etmir, İslam dininə hörmətlə yanaşır və əsl ibadət yolunu tutan həqiqi ruhaniləri tənqid e... | ANL |
Əllərimə heç vaxt dəyməyən əllər. Hər açılan səhər hələ. Bilirsən hardasa var bir səhər... Qırtlağına bıçaq kimi dirənsə də qəhər, sabah unudacaqsan hər şeyi, düşəcəksən bir tikə çörək dərdinə... Hansısa bir başıbatmışın xətrinə. çıxacaqsan küçəyə. və külək yellədəcək səni. kiminsə zivədən asılan yırtıq çuxası kimi... ... | ANL |
XOŞBƏXTLİYİNİ ETİRAF EDƏN ŞAİR. "Könül səltənəti" kitabı barəsində düşüncələrim. Öncə ordan başlayım ki, Azərbaycanın tanınmış söz adamları sırasında özünəməxsus yeri olan Rafiq Yusifoğlu poeziya dünyamızda öz imzasını kifayət qədər sevdirə bilib. Yəni bu imza istər elmi araşdırmalarda, istər poeziya axarında, istər nə... | ANL |
BİR DUYĞUNUN İKİ DİLDƏ İFADƏÇİSİ. Söz adamı Səkinə Sadiqin doğum gününə. Çoxdan tanıyıram Səkinə xanımı. Tanışlığımızın da səbəbi SÖZ olub. Belə ki, həmişə sözün içində olan Səkinə Sadiq bir neçə il öncə redaksiyamıza gəlmişdi. Özünü ədəbiyyat adamı kimi təqdim edən bu xanım müasir ədəbi proseslərdən, sözə münasibətdən... | ANL |
Ədəbiyyatımızda adları "itirilmiş ədəbi nəsl"in nümayəndələri kimi hallanan 80-ci il ədəbi nəslin nümayəndələri ilə söhbətə start verildi! Layihənin ilk qonağı tanınmış şair Əlisəmid Kürdü. - Əlisəmid, redaksiyamıza xoş gəlmisən. - Sonuncu dəfə harda işləmisən? - Sənin də bildiyin kimi sonuncu dəfə "Yol" ədəbiyyat qəze... | ANL |
Yenə də anamla atam dalaşır. Gedim atamın ayaqlarını qucaqlayım ki, vurma. Ya anamı qucaqlayım ki, kötəklər mənə dəysin. Nə qədər dalaşmaq olar axı? Qısqanclıq nə pis şeymiş. Böyüyəndə mən heç vaxt qısqanc olmayacağam. Hər gün belədir. Atamın evə girməyini görürük. Tərlədiyi üçün çıxarıb teldə asdığı alt paltarı görənd... | ANL |
ŞƏRƏFLİ ÖMÜR. (Əvvəli ötən saylarımızda). Vəzifə köhlən ata bənzəyir. Bu gün onun yəhərində sənsən, yüyən sənin əlindədi, sabah başqasının. Həqiqət belədi və M.Quliyev sövqi-təbii hiss edirdi ki, gec-tez vəzifədən gedəcək. Onunçün zərrə qədər narahatçılıq keçirmirdi. Şər-böhtan püskürən erməni millətçilərinin əl çalıb,... | ANL |
Körpə ayaqların yaman yorulub, Sinəmin üstündə dincəl, Anarım. Sən ceyran gözlüsən, çatmaqaşlısan, Tayın-tuşun yoxdur, yar-yoldaşlısan, Bəlkə məndən ayrı gözü yaşlısan, Olmuş bu ayrılıq əngəl, Anarım! Dağların sinəsi lalə, bənövşə, Yaylaqlar qonağı ol sən həmişə, Qoyma bu daqlara bir xəzan düşə, Tökülə yollara xəzəl, A... | ANL |
Hər dəfə cəbhə bölgəsinə yolum düşəndə mənə elə gəlir ki, indicə sərhədi keçib doğulduğum kəndə doğru irəliləyəcəm. Hər dəfə də bu yolun tən yarısında əlisilahlı əsgərləri görəndə elə bil soyuq suya düşüb çıxıram. Bütün fikirlərim, xəyallarım pərən-pərən düşür və mən gerçəkliklə barışmalı oluram. İndiki zamanda isə gün... | ANL |
RUHUNDA YALQIZLIQ HAVASI YAŞADAN ŞAİR. (Sərvər Məsumun şeirləri haqqında). Sərvər Məsumu bəlkə də oxucular yaxşı tanımır. O, on kitabın müəllifidir, şeirləri mətbuatda az-az göründüyü kimi, özü də qaynar ədəbi mühitdə sanki nəzərə çarpmır. Amma siz onun şeirləri ilə tanış olsanız, nə zövqünüz korşalacaq, nə də vaxtınız... | ANL |
Çingiz Abdullayev: "Yazıçı heç vaxt təvazökar ola bilməz". Modern.az saytında"Pəncərə”layihəsinin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevdir. Adalet.az həmin müsahibəni təqdim edir: - Çingiz müəllim, yaradıcı adamlar həmişə yenilik axtarışında olur. Sizin yaradıcılığınızd... | ANL |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimindəki unudulmaz çıxışında Şuşa və Məmməd Arazı böyük sevgiylə xatırlayaraq məni bu poemanın yazılmasına ilhamlandıran əziz qardaşım Rəşad Məcidə sonsuz sayğı və şükranlarımla! bir Araz çayı axır, Hər şair... | ANL |
Yusif Nəğməkarın yeni kitabı. Azərbaycan oxucusu, eləcə də dinləyici və tamaşaçısı Yusif Nəğməkarı yaxşı tanıyır. Həmişə oxucu qəlbinə sözlə, nəğməylə yol tapan Yusif Nəğməkar demək olar ki, yaradıcılığının bütün dövrlərində daha çox folklora, xalq yaradıcılığına, yəni milli dəyərlərə söykəndiyindən onun şeirləri, dill... | ANL |
Qazağın ilhamı bol verilmiş İncə şairlərindən İbrahim İlyaslı mənə bir şeir ünvanlamışdı. Əslində ithaf olunmuş şeir də bir şirin paydır. Mən də İbrahimin "boşqabını" boş qaytarmaq istəmədim. İbrahim İlyaslının mənə nəzm ilə yazdığı məktuba cavab. Mənə yolladığın şeri oxudum, Nə incə yazmısan, incə, İbrahim. Hər şair g... | ANL |
NURLU ÖMÜR. Azərbaycan yazıçılarının ensiklopedik-məlumat kitabından: "Əliyev Teymur Süleyman oğlu - şair, publisist, 1958-ci ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı. Ordu həyatı arxada qalır, o, taleyini komsomol-partiya işinə bağlayır və illərin qanadında yüksəlir. Bir ara Azərbaycan Radi... | ANL |
NURLU ÖMÜR. Teymur müəllim Azərbaycan Radio və Televiziyasında öz məktəbini yaratdı, şərəfli bir ad qoydu. Düz yeddi il onun rəhbərliyi altında çalışdım. Bu illər ömrümə yazılıb. O, 1964-cü ildə daha yüksək bir vəzifəyə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə t... | ANL |
İLĞIMDAN DAĞ ŞƏLALƏSİNƏ. Hər bir söz adamı ilk sətirindən, oxucuya ilk müraciətindən böyük sözün karvanına qoşulur. Onun həyatı artıq o karvandan, o keçib gedəcəyi yoldan və bir də o karvandakı yerdən asılı olur. Oxucu əgər onun imzasını axtarırsa, onun sözünü öz sözü kimi pıçıldayırsa, lap bir az çılpaq desəm, bir cav... | ANL |
ZƏNGİN YARADICILIQ YOLU KEÇMİŞDİ... ("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən - Qılman İlkin). Cəmi dördcə il də yaşasaydı bu il Xalq yazıçısı Qılman İlkin ilk Azərbaycan ədibi olaraq tarixə düşəcəkdi. Yəni 100 yaşını sağlığında qeyd edən birinci yazıçımız olacaqdı. Özü də Qılman müəllim vəfatına yaxın çox da ciddi ... | ANL |
Şamaxı - Xəqaninin sözündə, bizim gözümüzdə. Buqbeysə - bənzəyir bizim Gülüstan, Məkkə kimi Şamaxı onun ətəyindədir. Aristotel özünün "Siyasət" kitabında o dövr üçün şəhərsalma çoğrafi məkan seçənlərə gigiyenik ərazilər seçməyi tövsiyə edir. Belə gigiyenik şəhərlər o şəhərlərdir ki, onlar ərazinin şərq yamaclarında yer... | ANL |
Görərsən əriyib Himalay dağı. Yolların da sağı, solu dəyişib, Suların altında qalıb qəbirlər. Sular da, qəbrinin üstündən axır. Ruhun da, göylərdən qəbrinə baxır. Baxarsan, elə hey gözün axtarar. Adanın köksündə sevgi çatları. Alışdım tək daşımağa. Çiynimdə yük daşımağa. Çiynimdə tabut gəzirəm. kökdən düşmüş ud gəzirəm... | ANL |
Öyüd-nəsihət kitabı. Hərdən bizə elə gəlir ki, həyat izharları yaradıcı şəxs üçün həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, istedadlı şair Qənbər Şəmşiroğlunun yaradıcılığında da əsas q... | ANL |
Bu gün bütün regionlarda olduğu kimi, Qubada da çox böyük, möhtəşəm abadlıq, tikinti və quruculuq işləri həyata keçirilir. Bu da təsadüfi deyil, çünki ölkə prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına çox böyük önəm verir. Məhz bunun nəticəsidir ki, ötən il möhtərəm prezident İlham Əliyev 18 sen... | ANL |
Müəllim adının şərəfi əlçatmaz ucalıqdır. Pedaqoji kadrların yetişməsində AMİ-nin rolu böyükdür. Ali məktəb elminin inkişafı hazırda Azərbaycan təhsilinin qarşısında duran prioritet məqsədlərdən biridir. Bu gün ali məktəblərdə kadr hazırlığı ilə paralel onun elmi fəaliyyəti diqqət mərkəzinə çıxarılmış, onun əhəmiyyəti ... | ANL |
"Biz bu ağrını, bu göynərtini evimizə, ocağımıza dönən zaman ovudacağıq". Minillərin sınağından çıxmış bir atalar sözü var: ot kökü üstə bitər. Nəhəng dağlar da öz kökü üstə göylərə ucalır, başı buludlara dəyir. Xalqımızın ləyaqətli oğlu, millət vəkili Cavid Qurbanov Dədə Şəmşirin müqəddəs ocağının işığını yaşadan, söz... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.