text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Birdən-birə göz dəydi Gülgəz nənəyə? Həmişə deyib-gülən, şaqqıltısından qulaq tutulan, qızlara, gəlinlərə zarafat edən, məzəli-məzəli əhvalatlar söyləyən Gülgəz nənə heç kimlə kəlmə kəsmək istəmir. Qaş-qabağı yerlə gedir. Noolub nənəyə? Gülgəzin gülgəz dövranı olub ha! Sürahı boyu baxışları, yerişində-duruşunda bir göz...
ANL
MÜƏLLİM ADININ ŞƏRƏFİ ƏLÇATMAZ UCALIQDIR. Bütün bunları əks etdirən mövzu planları tutulur. Planlar kafedra üzrə ümumi qəbul edilir. Planlarda tədqiqat istiqamətləri, ümumi bölmələr, illər üzrə şaxələnmiş mövzular və yarım-mövzular müəyyənləşdirilir. Bu tədqiqat işinin planları yaxın perspektiv üçün 3-5 illik müddətə, ...
ANL
"BİZ BU AĞRINI, BU GÖYNƏRTİNİ EVİMİZƏ, OCAĞIMIZA DÖNƏN ZAMAN OVUDACAĞIQ". - Cavid müəllim, Ağdabanın işğalı həm də mənəviyyatımızın işğalı oldu. Dədə Şəmşirin, Ağdabanlı şair Qurbanın qızıldan qiymətli nə qədər əlyazması yandırıldı... - Bəli, elədir. Ağdaban müsibəti bir də ona görə ağrılıdır ki, bu dəhşətlərdən dünyan...
ANL
(Şairə Arzu Nehrəmlinin şeirləri haqqında). Arzu Nehrəmli iki şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ADU-nun kitabxanaçılıq fakültəsini bitirib, tarix elmləri namizədidir. Bu qısa girişdən sonra bir də onu deyim ki, onun həyat yoldaşı təyyarəçi Yusif Vəliyev torpaqlarımızın azadlığı uğrunda d...
ANL
Uğurlar, perspektivlər, qayğılar... Ötən il Saatlı rayonunda nailiyyətlər daha çox olub. Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə xüsusi qayğı göstərilmiş və ailə nəzarətə götürülmüşdür. Bu başlanğıc yazı üçün elə-belə seçilməmişdir. Çünki ötən il Saatlıda doğrudan önəmli hadisələr, quruculuq-abadlıq işləri silsilə for...
ANL
Uzaq Komidə - Sovet uran yatağını kəşf etmiş alim-geoloq. Azərbaycan tarixində baş vermiş ən ağrılı və kədərli hadisələrdən biri də ötən əsrin 20-ci illərindən başlayaraq, 30 ilə yaxın davam edən repressiyalar olmuşdur. Bu illərdə digər Sovet Respublikalarında olduğu kimi Azərbaycan Respublikası ərazisində insan hüquql...
ANL
(Eldar Baxış xatirələr İşığında). Azərbaycan ədəbiyyatının elə ünlü imzaları var ki, dünyanın üstümüzə ələdiyi dərdindən-sərindən, kirindən, dedi-qodusundan arınmaq, paklanmaq üçün onların yaradıcılığına dönə-dönə qayıtmaq lazımdır. Bəzən, amansız əcəl, vaxtsız ölüm elələrini sıralarımızdan zamansız aparsa da, onları u...
ANL
Cəlal Əliyev mükafata layiq görüldü. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa təşviq etmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə "Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafat...
ANL
Uğurlar, perspektivlər, qayğılar... Ötən il Saatlı rayonunda nailiyyətlər daha çox olub. Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə xüsusi qayğı göstərilmiş və ailə nəzarətə götürülmüşdür. Bu başlanğıc yazı üçün elə-belə seçilməmişdir. Çünki ötən il Saatlıda doğrudan önəmli hadisələr, quruculuq-abadlıq işləri silsilə for...
ANL
Keçdiyim yolları salamlayıram. Mənim arzularım. Sübh şehi ulduz tək qondu çiynimə, Çiskinli havadan canım nəm çəkdi, Gedim pencəyimi geyim əynimə, Soyuq dəyməsə də, göz dəyəcəkdir. Dağların xəyalı dərindən dərin, Bulud az qalır ki günəşi uda, Sevincdən çiçəyi çırtlayır yerin, Amma qaçmır göyün dodaqları da. Quşlar sala...
ANL
Uzaq Komidə - Sovet uran yatağını kəşf etmiş alim-geoloq. 1945-ci ilin oktyabrından Uxtakombinatın Şimalı Timan Ekspedisiyasına R.Vəkilovu rəis təyin etdilər. Ekspedisiyanın baş geoloqu A.İvanovun verdiyi xasiyyətnaməyə görə C.Kazımov "Tundra şəraitində özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərib. O, vəz...
ANL
2013-cü il müstəqil Azərbaycan respublikasının tarixində bir sıra mühüm ictimai-siyasi hadisələrlə, onun iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunu, həyatın bütün sahələrində irəliləyişini əks etdirən reallıqlarla zəngin bir il oldu. Biz bu ili də sevinclərlə yaşadıq; Azərbaycan bayrağının dünya ölkələrində dalğal...
ANL
Otağımda oturmuşam yenə tək. Bir şeir həvəsiylə sinəmdə çırpınır ürək. Xəyalım dost elləri gəzib dolanır mənim, İntizar içindədir əlimdəki qələmim. Mən yazmaq istəyirəm, tükənməyən həvəslə, Kağızın üzərində qələm gəzməmiş hələ. Körpəm açır gözünü. Xəyal uçur, qələmim hərəkətsiz qalır bax, Ürəyimdə iki eşq üz-üzə gəlir ...
ANL
ƏNƏNƏLƏR MƏDƏNİYYƏTİN MODERNLƏŞMƏSİNƏ TƏMİNAT YARADIR. Sosial-iqtisadi inkişafın ölkənin bütün bölgələrini əhatə etməsi, insanların rifah halının yüksəlməsi digər istiqamətlərə də işıq salmışdır. Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələr, artıq hansısa bir binanın cari təmiri və ya hansısa bir yola yüngül bir asf...
ANL
Mətbuatda yüzlərlə şairin şeirlərini oxuyur, amma bu yazıların böyük bir qisminin şairlik sənətinə, poeziyaya heç bir dəxli olmadığı qənaətinə gəlirik. Şeirimizi yaşadan, ona yeni qollar, budaqlar artıran istedadlar isə kütləvi şəkildə deyil, tək-tək gəlirlər ədəbiyyata. Ədəbi gənclik, ədəbiyyatın gələcəyi deməkdir. XX...
ANL
Poeziyamızın Məcnun şairinə bir ismarış. Yaxın günlərin söhbətidi. Bilgisayarda yazı diktə edirdim. Yerimdən qalxıb dəhlizə çıxmaq istəyəndə özü otağa daxil oldu. Üz-gözündə həmişə nur gəzdirən, çöhrəsi həmişə işığa bələnmiş olan Məcnun Göyçəliylə görüşdüm, hal-xoş etdik. Və onun artıq iç dünyasını yaxşı öyrəndiyimdən ...
ANL
(əvvəli ötən saylarımızda). "Bu gün Azərbaycan oxucusunun roman oxumağa, yaxud povest, hekayə mütaliə eləməyə vaxtı yoxdur" deyirlər və ilk baxışda bu fikrə haqq qazandırırsan. Çünki oxucu internet səhifələrində istədiyi romanı, povesti, hekayəni oxuyur və onun "Azərbaycan", "Ulduz" jurnallarında dərc edilən, həmçinin ...
ANL
Təbiət ilhama çağırır məni. Ağdamın yaz günləri. Hər dəfə üzü Qarabağa səfər edəndə şair dili ilə desək, könlüm qübar eləyir və bu da səbəbsiz deyil. Çünki insan yaşa dolduqca onun həmsöhbəti daha çox xatirələri və bir də ömrünə iz salmış müəyyən anlar olub. Bax, bu mənada Bakıdan üzü Qarabağa uzanan yolun demək olar k...
ANL
Xəzərdə döyünən ürək. Yüz altmış ildən çox tarixi olan Azərbaycan neft sənayesində yüz minlərlə insan işləyib. Lakin adını neft sənayemizin salnaməsinə yazdıran insanların sayı çox az olub. Belə xoşbəxt neftçi-şəxsiyyətlərdən biri də neft sənayesinin qazma sahəsində şərəfli ad qazanmış, şan-şöhrətə sahib olmuş, ismi, s...
ANL
Yeni tipli orta ixtisas kadrları dövrün tələbidir. İnsan kapitalı necə formalaşır? Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətve...
ANL
Fizika-riyaziyyat elmləri doktoru,professor, BDU-nun bərk cisimlər kafedrasının müdiri, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik, prezident təqaüdçüsü, 'Şöhrət' ordenli Bəhram Əsgərovla 30 ildən artıq qonşu olmuşuq. Rəhmətlik atamla günlərin birində rayona getmək üçün həyətimizə düşdük. Bizi aparacaq maşı...
ANL
Haqsız yerə teatrda illərdən bəri fəaliyyət göstərən aktyorlarımızı incilər adlandırmırıq. Bu simvolik ad onların öz peşəkar, ahəngli, dərin emossianal hisslərə söykənən rolları ilə tamaşalarımıza və səhnəmizə bəxş etdikləri bəzəkdən qaynaqlanır. Dövlətimiz teatr sənətinə qayğısı yönündə sənətçiləri müxtəlif titullarla...
ANL
YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR. Hal-hazırda tədris ocağının vəzifəsi təkcə tələbələrə bilik vermək, onlara elmlərin, ixtisasların incəliklərini öyrətmək deyil, həm də sərbəst yaradıcı düşüncəyə malik, demokratik dövlətçilik qanunlarını inamla qoruyan, insan hüquqlarının aliliyini yüksək mənəvi dəyər ...
ANL
Həyat eşqi sönməyən Təbib! Bu günlərdə Atatürk mərkəzində, Şirvan şəhərinin önəmli şəxsiyyətlərindən biri, 50 ildən çox insanların sağlamlığının keşiyində duran, sadəliyi ilə örnək olan Şirvan şəhərinin yeganə ağsaqqalı həkim-şair Mirəfsəl Təbibin əsərlərinin təqdimat mərasimi keçirildi. Mərasimdə ölkənin ictimai-siyas...
ANL
Ramiz Məmmədzadənin "Ümid kitabı". Bəri başdan deyim ki, sizə barəsində söz açdığım bu kitab həm tərtibat baxımından, həm də müəllifinin cəmiyyətdəki nüfuzu baxımından mənim üçün çox önəmlidi. Və bu önəm də mənə bu kitab barəsində yazmağın məsuliyyətini necə deyərlər, özü diktə edir. Təsəvvür edin ki, kitabın üz qabığı...
ANL
ŞƏRƏFLİ ÖMÜR. İstəsək ötənləri zaman-zaman solmağa, saralmağa qoymayıb, arxivə çevirərik. Arxiv dünəndi, bu gündü, lap elə sabahdı, ömrümüzün dolaylarıdı. Qoy o qalsın gələcək nəsillərə; nəvə-nəticələrə, ərmağan ola bilər. Heyf, heyf, özəl arxiv düzənləmək heç ağlımıza gəlmir. Amma bu, lazımdır, başqa millətlərdən, ələ...
ANL
Yalnız qocalanda bilirsən bunu. Qocalıq özü bir sirri-xudadır, Yalnız qocalanda bilirsən bunu. Ömrə yamaq olan dərdi-bəladır, Yalnız qocalanda bilirsən bunu. Sən istər-istəməz nimdaş olursan, Sən dönüb qocaman dam-daş olursan, Sənə söz deyirlər, sən daş olursan, Yalnız qocalanda bilirsən bunu. Yerişin səngiyir, səsin y...
ANL
Neftçala - sabaha boy göstərən məkan. Ötən ilin uğurları bunu deməyə əsas verir. İlbəil iqtisadi-sosial həyatında bir sıra uğurlara imza atan Neftçala rayonu arxada qalan ildə də nailiyyətlərini bir qədər də genişləndirmişdir. Bunu rəqəmlərdə daha aydın görmək olar. Rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu...
ANL
("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Xanəli Kərimli Naxçıvanda, qədim Odlar diyarında yaşayan, oradakı ədəbi və elmi mühitin fəal nümayəndələrindən biri. Təkcə Naxçıvanda deyil, bütün məmləkətimizdə az da olsa tanınan bir şair-ziyalı...gKeçən il onun "Qanun" nəşriyyatı tərəfindən "Payız duyğuları" şeirlər kitabı çap...
ANL
"Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik". Əsəbi halda pultun düyməsini basdı. Ətrafa sakitlik çökdü. Otaqda var-gəl edə-edə bayaqdan televizorda ucadan xırıltılı səslə rəisini tərifləyən iş yoldaşının qarasınca deyindi: "Zalım oğlu necə də düzüb qoşur ey... Hamısı da yal...
ANL
Kamran Nəzirli: "Müharibələr xalqların arzularını ifadə etmir, ayrı-ayrı adamların istəyindən doğur" Bizim köhnə tanış - Kamran Nəzirli. İstedadlı yazıçı-tərcüməçi, publisist, jurnalist Kamran Nəzirli "Sevgi nağılı", "Doğmalar arasında", "Komada olan adam", "Cəmiyyət siyasətin güzgüsüdür", "Əsilzadə ömrünün anları", in...
ANL
Seyran Səxavət: “Ədəbiyyata elə yerdə kürsü qurublar ki, ordan nə qədər qışqırırsan xalqın qulağna heç nə gedib çatmır”. "İradə xanım səni axtarır"- qəzetimizin əməkdaşı Rüfət Soltanın həyəcanlı səsi. Telefonda eşidirəm. Təbii, cəld baş redaktorun kabinetinə gedirəm və məni ilk cümləsindən böyük yazıçı olduğu bilinən S...
ANL
Neftçala - sabaha boy göstərən məkan. Ötən ilin uğurları bunu deməyə əsas verir. Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni park və meydanların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması bu qəbildəndir. Heydər Əliyev Mərkəzinin inzibati binasının, "Bayraq" Meydanının, "Şəhidlər Komple...
ANL
60 YAŞIN "İLĞIM"I. Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri-Ağacəfər Həsənli 60 yaşının astanasındadır. Onu ürəkdən təbrik edirəm. Bu yazıda Ağacəfər Həsənlinin "Mlğım" adlı yeni şeirlər kitabından söz açacağam. "İlğım" Ağacəfər Həsənlinin ikimininci illərdəki (daha doğrusu, XXI əsrdəki-V.Y.) poe...
ANL
UĞURLARA İMZA ATAN İMİŞLİ. Bu gün rayon əsl yaz ovqatı yaşayır. Bu gün regionların ümumi mənzərəsini göz önünə gətirərək birmənalı şəkildə etiraf etmək lazımdı ki, Azərbaycanın elə bir bölgəsi yoxdu ki, orada həyat qaynamasın, tikinti-quruculuq işləri aparılmasın. Təbii ki, respublikanın bütün rayonlarında eyni vaxtda ...
ANL
Bugünlərdə şair Yasəfin 60-cı baharı sakit bir şəkildə onun əlini sıxdı. Belə də olmalı idi. cəbrayıl həsrtəli, el-obasından didərgin şairin hay-küylü, təmtəraqlı yubiley keçirməsi nə imkanına, nə də yaşamına o qədər də uyğun olmadığından Yasəf elə sakitcə "60 yaşım mübarək!" Biz də öz növbəmizdə şair Yasəf Türksəsi 60...
ANL
Onun anası Romilda Villani musiqi məktəbində müəllimə, atası Rikardo Şikollini isə tikintidə mühəndis işləyirdi. O, Romilda ilə qeyri-qanuni olan münasibətindən qızının dünyaya gəldiyini biləndə qəti sürətdə ondan imtina etmişdir. Uzun sürən qalmaqallardan, danışıqlardan sonra o, öz soyadını Sofiyə verməyə razı olmuşdu...
ANL
UĞURLARA İMZA ATAN İMİŞLİ. Bu gün rayon əsl yaz ovqatı yaşayır. Ərazi baxımından daha çox aran zonası kimi xarakterizə olunan İmişlinin zahiri görkəminin zaman-zaman dəyişməsi bir vaxtlar burda yaşamağın çətinliyindən gileylənənlərin indi demək olar ki, əhvalı müsbət mənada kökündən dəyişib. Bu da səbəbsiz deyil. Yəni ...
ANL
Həqiqətin böyüyü. Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai!Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiya...
ANL
Zərifə xanım Budaqovanın xatirəsinə. Dəhlizdə öz təbəssümü, şıltaqlığı və yaraşığı ilə diqqət çəkən bir qızla tez-tez qarşılaşırdım: civə kimi qaynayırdı, bir yerdə durub dayanmırdı. Uşaqlardan öyrəndim ki, bu qəşəng qızın həm atası, həm də anası akademikdi. İndi özünüz təsəvvür edin, kənddə oxumuş, əsgərlikdən gəlmiş ...
ANL
UĞURLARA İMZA ATAN İMİŞLİ. Bu gün rayon əsl yaz ovqatı yaşayır. (Əvvəli ötən saylarımızda). Dünyanın hər yerində xüsusi diqqət tələb edən sahələrdən biri təhsil və mədəniyyətdi. Təbii ki, Azərbaycan hökuməti bu məsələdə öz prinsipiallığı və həm də təhsilə, mədəniyyətə xüsusi diqqət və qayğısı ilə həmişə fərqlənib. İndi...
ANL
Bu sözləri müsahibə öncəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ söhbətimizə körpü salmazdan öncə mənə ünvanladı. Məgər tarix elə bir dühanı yetirməsəydi indi sizə ünvanladığım suallar arasında Turançılıq, Türk dilli xalqların günü-gündən genişlənən əlaqələrindən, dostluq və birliyimizin daha da möhkəmlən...
ANL
Şair Vahid Əlifoğluya həsr olunmuş ədəbi-bədii gecədən düşüncələr. Ancaq... sübh çağı, qaranlıqlar öz rübəndini büküb-bürmələyib uzaqlaşdığı bir anda göyləri burum-burum buludlar öz cənginə aldı. Həzin-həzin yaz yağışı yağmağa başladı. Mən... pəncərəmdən təbiətin bu əsrarəngiz mənzərəsini seyr edə-edə xəyala daldım; bə...
ANL
(əvvəli ötən saylarımızda). Prodüsser Nəsrəddin köksündə çağlayan sevinc selindən vəcdə gəldi: - İcazə ver, "Şık-Şlyager" titulunu Avropadan elimizə gətirdiyinə görə səni səmim qəlbdən təbrik edim və qara gözlərini, məxmər palanını, xüsusilə kəpənək misallı ağ bantını odlu öpüşlərə qərq edim. Eşato xoş təriflərin müqab...
ANL
MÜASİRLƏŞMƏNİN GÖYÇAY NÜMUNƏSİ. Hesabat dövründə Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər davam etdirilmiş, şəhərin Heydər Əliyev prospektindən cənubda yerləşən əhaliyə və müə...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Şeirimizdə ömürlə-günlə, həyatın ötüb keçən, amma heç vaxt unudulmayan anları ilə bağlı şeirlər həmişə yazılır və təbiidir ki, bu şeirlər kövrək və zərif duyğulardan doğulur. Məsələn, Məmməd İlqarın son illərdə qələmə aldığı şeirlərdə ənənəvi ata sevgisi, ana məhəbbəti mövzularına müra...
ANL
bu torpaq zor torpaqdı! Allahın iti, allahın pişiyi. bu torpağın üstündə. qarnına arpa istəyəndə. Bu torpağın üstündə. Bu torpağın üstündə. zor torpaqdı! OĞLU ANDAYIN İTKİSİNƏ YAZDIĞI ŞEİR. Gözlərində yaş görməyim. Didib dağıtma sinəni. Sinən daşdı- daş görməyim. Düşüb üzüyümün qaşı. üzüyündə qaş görməyim. Dərd mənim c...
ANL
Romandan səhifələr. (əvvəli ötən şənbə saylarımızda). Süfrənin ətrafında cəm oldular. Məmmədəmin əlini uzadıb ilk tikəni göt-ürmək istəyirdi ki, göy şaqqıldadı, nə şaqqıldadı. Elə bil dünya məhvərindən çıxdı. Bir göz qırpımında elə bil uçdu, töküldü səma; dağlar baş-başa gəldi, meşələr silkələnib qopdu yerindən. İldırı...
ANL
Müzahim İsmayılzadənin yeni kitabı. Azərbaycan oxucusu son illərin yazı mövzusu olan torpaq işğalı, qaçqınlıq, milli münaqişə, terror barədə bir-birindən maraqlı, bədii, sənədli, hətta tarixi kitablar mütaliə edib və bu kitabların sırası getdikcə daha çox tirajlanır. Təbii ki, bu həm zamanın tələbidi, yəni yaşadığımız ...
ANL
ƏNƏNƏVİ ŞEİRİN QEYRİ-ƏNƏNƏVİ SƏCİYYƏSİ. Çağdaş şeirimizin bu gün "ən bərk gedən", işlək qollarından biri sözsüz, ədəbiyyatımıza çoxdan pasport almış ənənəvi hecadır. Təəssüf ki, bu gün onlarla, yüzlərlə (bəlkə də minlərlə - müəllif) əlinə qələm götürüb şeir yazanların əksəriyyəti elə başa düşür, heca vəznində söz qoşma...
ANL
QOBUSTAN: İNDİ GÖRƏNLƏR SEVİNİR. Tarixi yenidən yazılan məkan. ...Yayın qızmarında, qışın şaxtasında Qobustan ərazisindən keçdiyiniz günləri indi xatırlayırsınızmı? Necə yeknəsək, necə miskin görüntülər... Yol kənarlarından tutmuş içərilərə doğru yosma-yoluq evlər, qol-budağı, başı kəsilmiş adda-budda ağaclar... Yayda ...
ANL
Bu yazını müstəqilliyimiz, Vətən torpaqları uğrunda. Şəhid olan bütün Vətən oğullarına həsr edirəm. Dünyanın çox az yerində şəhidlərə dəniz layla çalar. Bizim Xəzər dənizi şəhidlərimizə layla çalır. Sumqayıtda, həm də Bakıda Şəhidlər Xiyabanları Xəzərlə üz-üzədir: Laylay beşiyim laylay. Vətənin keşiyini çəkməyə gedənlə...
ANL
Nağıllara inanmaq olmaz... Bugünkü müsahibim Akademik Milli Dram Teatrının ən bacarıqlı və istedadlı aktyorlarından biri Rəşad Bəxtiyarovdu. - Rəşad, bir az aktyorluq sənətini seçiminizdən, bu sənətə gəlişinizdən danışardınız. - Mən o vaxtı orta məktəbi bitirəndə sənədlərimi universitetə verdim. Amma iş elə gətirdi ki,...
ANL
QOBUSTAN: İNDİ GÖRƏNLƏR SEVİNİR. Əhalinin sosial müdafiəsi və məşğulluq məsələləri rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda əhalinin sosial müdafiəsi və məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Bu isə respublika üzrə orta göstəricidən 0,42 faiz yüksəkdir.Sosial müavinətlərin verilməsi ilə əlaqədar vətə...
ANL
(əvvəli ötən şənbə saylarımızda). Tərlan istedadlı şairdir və əgər müasir şeirimizdə şairin özünüifadəsindən gen-bol söz açsaq, deyərik ki, o, bu mənada öz hiss və duyğularını, içindən keçənləri və içində yaşananları şeirə gətirən şairlərdəndir. "Mən sevdiyimi gəzirəm, məni SEVDİYİM axtarır", yaxud "Səni gizlədib gəlmi...
ANL
Dünya boyda sevgi payın var sənin. Kəmalə ABIYEVA. Düşünürəm ki, Əbülfətin şeirləri daha çox kədərdən yazılır. Sonra düşünürəm ki, şeir elə kədərdən yaranır. Yəni şeir baxdığımız yox, gördüyümüzdü, duyduğumuzdu, hiss etdiyimizdi – anlamaqdı əslində. Şeir, ümumiyyətlə, gözündən içinə keçən nə varsa, yaşamı, həyatı, insa...
ANL
Bu gün xalqımıza igid oğullar, mərd döyüşçülər gərək olduğu bir zamanda, televiziyalarımızdan tez-tez qaçqınlarımızı, köçkünlüyümüzü, saç yolan analarımızı, ağlaşma quran kişilərimizi, paran-parça olunmuş meyitləri, Xocalı və digər faciələrimizi, qanına qəltan olunmuş körpələrimizi dönö-dönə göstərməklə nəyə nail olmaq...
ANL
Gəlin boynumuza alıb tam səmimiyyəti ilə etiraf edək ki, bu gün dünyada, elə bizim özümüzdə də ən şıdırğı bazar yalana məxsusdur. Necə deyərlər, bu bazarda hamı matağını satır, özü də dəyər-dəyməzinə. deyəcək. Təbii ki, hərənin yalanı öz imkanına, öz istedadına və qabiliyyətinə görədi. Və buna da şükür edib işimizi dav...
ANL
Çağdaş Azərbaycan ədəbi-tarixi mühitində müxtəlif ictimai baxış müstəvilərindən aydın görünən yaradıcı şəxsiyyətlərdən biri Rəşad Məciddir. Mən onu şəxsiyyəti və yaradıcılığı haqqında bəzi mülahizələrimi iki il öncə dostum Yaşar Qasımbəylinin Rəşadın poeziyasına həsr etdiyi "İlk lirikanın cazibəsi" (2012) kitabının "İl...
ANL
Bölgələrimizdə, ayrı-ayrı şəhər və rayonlarımızda 2014-cü ilin birinci yarısına yekun vurulur, görülən işlər təhlil edilir. Cəlilabad rayonunda bu dövr ərzində uğurlu nəticələr qazanılıb. Birinci 6 ayın yekunları ilə bağlı keçirilən müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qazanılan uğurlar ba...
ANL
2014-cü ilin altı ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi təmin edilmiş, aztəminatlı ailələrə qayğının artırılması diqqət mərkəzində saxlanılmışdır. İl ərzində məşğulluq xidməti orqanları tərəfindən 376 nəfər işaxtaran kimi qeydiyy...
ANL
Daha müasir, daha güclü sabahlara doğru. Son illər Azərbaycanın qazandığı uğurlar hər birimizdə böyük fəxarət hissi doğurur. Artıq dünyanın hər yerində Azərbaycan innovativ inkişafda olan dövlət kimi tanınır, yüksək inkişaf tempi layiqincə qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ən islah...
ANL
(əvvəli ötən saylarımızda). Tikinti, təmir və abadlıq işlərinin 6 aylıq statistikası. 2014-cü ilin I yarımili ərzində Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 13,4 milyon manat dəyərində tikinti, təmir və abadlıq işləri görülmüşdür. Dövr ərzində Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın tiki...
ANL
Yaradıcılığa "Ana və şəkil" adlı şeir kitabı ilə başlayan, sonradan Azərbaycan ədəbiyyatında öz dəsti xətti ilə seçilən, yaratdığı əsərləri ilə daim vətənpərvərliyi tərənnüm edən xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. 1925-ci ildə qədim Şəki şəhərində dünyaya göz açmış istiqlal şairinin elə gəncliyindən dövrü ...
ANL
Gənc rəssam Nərminə Vəliyevanın düşüncəsindəki "Xarı bülbül". Bu gün təkcə əli silah tutan əsgər və zabitlərimiz deyil, qələmlə yazıb yaradan şair və yazıçılarımız, fırça ilə sənət əsərləri çəkən rəssamlarımız da Qarabağ torpaqlarını erməni işğalından azad etmək üçün çalışır. Böyük və möhtəşəm Qələbəyə birlikdə və addı...
ANL
Azərbaycan qəzəli XXI əsrdə bir sıra yeni, maraqlı və orijinal xüsusiyyətlərlə, təzə, təravətli çalarlarla, bu poetik janrın perspektivini aşkara çıxaran cizgilərlə diqqəti cəlb edir. Bu cəhəti ilk növbədə, qəzəlin dilinin sadələşməsində, oxucuya tez çatsın deyə mümkün qədər asan tələffüz edilməsində üzə çıxdığını görü...
ANL
Villi ilə görüşüb söhbətləşmək, yazacağım mənzərə üçün müəyyən etüdlər toplamaq çoxdankı istəyim idi. Yayın ən qızmar günlərinin birində İncə Dərəsinə səfər etdim. Artıq çox şeylə, elə 3-cü qrup Qarabağ əlili olmağıyla da barışmış bu cəsur ürəkli insan Asdanbəyli kəndinin girəcəyində, bir zaman əsgərləri üçün tikdirdiy...
ANL
Romandan səhifələr. (əvvəli ötən şənbə saylarımızda). Lahıcda keçirdiyimiz qorxulu-səksəkəli günlər bizi bir-birimizə elə bağladı ki, yarımca saat ayrı düşəndə sanki havamız çatmırdı. Elə bil bu sözləri deyəndə onu düşünüblər. Yaxın olduğumuz, doğmalaşdığımız gündən bəri Abbasqulu mənim həm var günümün, həm də dar günü...
ANL
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iribuynuzlu mal-qaranın, qoyun-keçilərin, quşların və arı ailələrinin baş sayı və bütün növ məhsulların istehsalı üzrə artım əldə olunmuşdur. Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda quşçuluq sənayesinin inkişaf e...
ANL
2014-cü ilin birinci yarısında əhaliyə elektrik enerjisi verilişi sahəsində keyfiyyətin artırılması üçün 11 transformator əsaslı, 74 transformator cari təmir edilmişdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 15 yeni dəmir beton dayaq basdırılmış, 2 yeni xətt ayırıcısı quraşdırılmış, 6,9 kilometr məsafədə...
ANL
"Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır". "Ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur". Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibə verib. Adalet.az müsahibəni təqdim edir: "Azərbaycan müstəqil dövlət olaraq sərhə...
ANL
Bu gözlərdə ibrətamiz və dərin məna var. Baxmağına hamı baxır. Əsl insan özündən sonrakı nəslin baxması üçün bir iz, görüb götürməsi üçün pak əməl, yaxşı ad-san qoyub gedir. Sadəcə ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu vicdanla, şərəflə, ləyaqətlə yaşamaq kifayətdir. Bunu isə əsl nəcabətlilər, daxili ...
ANL
BİZİM RƏŞAD MƏCİD. Dost deyilik, amma aramızda səmimi ünsiyyət var ki, bəlkə elə bu da dostluq deməkdir. Bu gün ədəbi aləmdə Rəşad Məcidin öz yeri var və o yer Rəşad Məcidə göydən verilməyib, hansı bir simsar havadarınsa ona bu yeri bəxş elədiyi də yanlış fikir olardı. Rəşad Məcid öz ağlı, istedadı və bir az da cəsarət...
ANL
Məmmədəmin səssizcə qapıdan çıxır, silahlı əsgərin qabağında buraya necxə gəlmişdisə, eləcə də öz "yeraltı iqamətgah"ına qayıdır. Addımını içəri qoyan kimi Abbasqulu qabağına qaçır: - Niyə çağırmışdılar? - Abbasqulu uşaq sevincilə əlini-əlinə vurur. - Abbasqulunun nəfəsi açılır, köksü genişlənir. Abbasqulunun ürəyinə ç...
ANL
Bizim hər saniyəmiz intihardı... Bildiyimə görə kinodan uzaq olmaq istəyirsiniz. - Bilirsiniz, bu əslində kinodan uzaqlaşmaq deyil. Bu həyatdan, həyatda baş verənlərdən qaçışdır. Adam həyatdakı haqsızlıqlardan o qədər yorulur ki, fikirləşirsən ki, bəlkə sənət, sənətdəki insanlar daha pakdı, daha müqəddəsdir. Amma məsəl...
ANL
Milli kitabxanada italiyalı naşirlə görüş keçirilib. İtaliyanın "Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşün məqsədi milli kitabxananı hər il Turin şəhərində keçirilən beynəlxalq kitab yarmarkasına dəvət etmək idi. Kitabxanadan bildirilib...
ANL
"Zamanın nəbzini tutanlara həsəd aparıram". Zamana loğman deyirlər – bütün yaraları sağaltdığı üçün. Amma zamanın siması təkcə bununla bitmir ki: o valideyndi – tərbiyə edir, müəllimdi – öyrədir, dost tək barışdırır, düşmən tək qızışdırır, bəzən özgə kimi utandırır, bəzən doğma kimi təsəlli verir. Ancaq bir şey danılma...
ANL
Salyan müasirləşir. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Salyan rayonuna səfəri zamanı sakinlərlə görüşündə demişdi: -" Salyanın gələcək inkişafı ilə bağlı gözəl planlar vardır. Mənə göstərilən təqdimatda şəhərin inkişafı, Salyanın müas...
ANL
"KOROĞLU" OPERASININ TAMAŞASI HAQQINDA DÜŞÜNCƏLƏRİM. Bugünlərdə "Azərbaycan Dövlət Opera və Balet Teatrı"nda mənə bir daha "Koroğlu" operasına baxmaq qismət oldu. Buna görə məni operaya birgə baxmağa dəvət edən akademik İsa Həbibbəyliyə minnətdaram. Proqramın üz qabığında yazılmışdır: "Üzeyir Hacıbəyli. Librettosu - Hi...
ANL
("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən). Bakının Əmircan kəndi. Qəbiristanlıq. Bu məzarlıq neçə insanın son yeridir. Axirət dünyasına yol bu qəbiristanlıqdan başlayır. Əmircana - bu qədim Bakı kəndinə şöhrət də gətirən, ölümüylə unudulmağa məhkum olan da, cavankən həyatını qeyb edən də, ixtiyar yaşında dünyadan k...
ANL
Yazıçı-jurnalist Şirməmməd Nəzərli bu dəfə fotoqraf kimi yaradıcılıq hesabatı verdi. Şair və yazıçılar, jurnalist həmkarlarımız adətən yubileylərində və ya yeni kitablarının təqdimat mərasimlərində oxucularını, dost-tanışlarını bir araya toplayır. Tanınmış jurnalist, istedadlı yazıçı-publisist Şirməmməd Nəzərli bir neç...
ANL
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Hər dəfə cəbhə bölgəsinə yolum düşəndə mənə elə gəlir ki, indicə sərhədi keçib doğulduğum kəndə doğru irə...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Prezident "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı"nın qəbul edilməsi və növbəti beş ildə də regionların sosial-iqtisadi inkişafının davam etdirilməsi, qazlaşdırma işlərinin ...
ANL
Bir kitab barədə düşüncələrim. Adətən yeni kitablar barəsində fikirlərimi oxucularla bölüşməyə hazırlaşanda öz içimə çəkilirəm. Nə yazacağımı, necə yazacağımı iç dünyamın süzgəcindən keçirib sonda qərar verirəm. Amma... Açığını deyəcəm, kitabı mənə təqdim edən çox hörmətli söz adamlarından biri sözarası vurğuladı ki, o...
ANL
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişa. fının təşviq edilməsi. Rüb ərzində 47 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 33 ədəd istismara yararsız ağac dayaqlar yeniləri ilə əvəz olunmuş, 141 ədəd dəmir-beton dayaqlar basdırılmışdır. Həmçinin, çürümüş ağac dayaqların dibinə 32 ədəd dəmi...
ANL
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Drezdendə mədəniyyət tədbiri keçirilib. “Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir dekabrın 8-də Drezdendə təşkil olunub. Drezdenin məşhur “Albertinum...
ANL
"Narkomaniyadan özümüzü qoruyaq" layihəsi çərçivəsində hazırlanan tamaşa maraqla qarşılandı. Narkomaniya əsrin ən təhlükəli bəlalarından sayılır. Bu xəstəliyə tutulanlar arasında gənclərin çoxluq təşkil etməsi cəmiyyətdə ciddi narahatlıq doğurmaya bilməz. Təsadüfi deyil ki, dövlət orqanları, ictimai təşkilatlar müxtəli...
ANL
TARİXİN ŞAHİDİ GƏDƏBƏY. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Dağlara söykənib, dağ vüqarlıdı. Azərbaycanın regionları içərisində Gədəbəyin özünəməxsus yeri var. Bu özünəməxsusluğun müxtəlif parametrlərini cızmaq mümkündü. Xüsusilə mənə, yəni dağlıq Qarabağdan olan bir vətəndaşa...
ANL
Onun dünyaya gəlişindən anjaq atası, anası, əzizləri xəbər tutdu. Elə tələbəlik illərindən şeirləri və məqalələri ilə mətbuatda çıxış elədi. Xalq şairi Nəbi Xəzri onun ilk xeyirxahı oldu. Mən mərhum deməyə dilim gəlmədiyi istedadlı bir şairdən-Səyavuş Sərxanlıdan söz açmaq istəyirəm. Bu o Səyavuş idi ki, altmışınjı ill...
ANL
"Mirzə İbrahimov qoymadı"Vicdan susanda" dövlət mükafatı alsın" - Azərbaycanın ən çox çap edilən yazıçısı. Bu dəfə yolumuzu çoxdandır görünməyən, vaxtilə Azərbaycanın ən oxunaqlı yazıçılarından biri olan Vidadi Babanlının evindən saldıq. Yazıçının evini tapmaq elə də asan olmadı. Etriaf edim ki, iki üç dəfə zəngdən son...
ANL
TARİXİN ŞAHİDİ GƏDƏBƏY. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Dağlara söykənib, dağ vüqarlıdı. Öncədən bir etiraf dilə gətirmək istəyirəm. Bu da daxili bir zərurətdən qaynaqlanır. Belə ki, Gədəbəyə budəfəki səfərimdə gördüyüm mənzərə həqiqətən ürəkaçan oldu. Belə ki, şəhərin gir...
ANL
TARİXİN ŞAHİDİ GƏDƏBƏY. Dağlara söykənib, dağ vüqarlıdı. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. (Əvvəli ötən saylarımızda). Gədəbəyin bugünkü növrağı həqiqətən ürək açır. Bu da səbəbsiz deyil. Özü də bu səbəblərin içərisind...
ANL
Çünki təbiətin gözəllikləri şair olmasaydı belə onu həmişə dilə gətirəcəkdi. Onun "Təbiət ağlayır, dəyməyin mənə" şeirində insan və təbiət harmoniyası, yəni bu iki anlamın vəhdəti, bir-birindən qopub ayrılmamaqları fikri təsdiqlənir. Təbiət insansız, insan da təbiətsiz yaşaya bilməz! Buludlar döşənib qanad-qanada, Çırp...
ANL
Artıq 85 yaşına yol alan, amma poeziyasında heç vaxt cavanlıq təravətini itirməyən, hər yeni şeirlər silsiləsi və poemaları ilə oxucularını sevindirən Xalq şairi Nəriman Həsənzadə "Sözü tara verin..." poeması ilə görüşümüzə gəlib. Bu görüş bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi; Nəriman Həsənzadənin bütün poeziyas...
ANL
Polirtanın üzərinə rəngləri sıxdıqdan sonra, işə başlamazdan rənglərin düzümünə xeyli tamaşa edirəm. Adətən qohum rəngləri yan-yana sıxıram. İsti rənglər bir yanda sıralanır, soyuq rənglər bir yanda. Mümkün qədər qara rəngi politraya yaxın buraxmıram. Ağ rəngi az işlətsəm də onu politranın mərkəzinə sıxıram. Ağ rəng po...
ANL
ŞEİRDƏN ÜZÜ ROMANA. ƏDƏBİYYAT XALQLARI BİR-BİRİNƏ DAHA TEZ VƏ DAHA RAHAT QOVUŞDURUR. Artıq geridə qalmaq üzrə olan həftənin ilk günü redaksiyamıza mötəbər bir qonaq təşrif buyurmuşdu. Doğrudur, qəzetimizin təsisçisi və baş redaktoru həmin hörmətli qonaqla kifayət qədər yaxın tanışlıq münasibətlərində idilər və məhz onl...
ANL
SEÇİLMİŞ. İradə TUNCAY. Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik....
ANL
TURİZMİN FORMALAŞMASINDA TARİXİ ABİDƏLƏR ƏVƏZOLUNMAZDIR. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Haradan baxsan görənləri valeh edən şəhər. Respublikanın hər yerində olduğu kimi, yüksək dağ silsilələri ilə əhatələnmiş şimal-qərb bölgəsində də Dövlət Proqramının icrası uğurla davam...
ANL
Bizim Elnura məktub. Öncə ondan başlayım ki, Elnur Astanbəyli mənim üçün bu dünyanın ən şıltaq və həm də ən təmiz, halal bir cocuğudu. Yəni Elnur Astanbəyli bütün iç dünyasıyla, bütün xarakteriylə çox safdı. Amma bir məsələ də var ki, Elnur həm də kifayət qədər sanballı bir istedadın sahibidi. Bax, bu iki bir-birinə uy...
ANL
Fuad Salayev: “Hansısa üslubu özümə yaxın hesab etməmişəm”. İlk təhsilini Əzim Əzimzdə adına rəssamlıq məktəbində, ali təhsilini isə İvan Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunda alıb. Almaniya və keçmiş Yuqoslaviyada keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumların, həmçinin respublikada və xaricdə keçi...
ANL