text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
TURİZMİN FORMALAŞMASINDA TARİXİ ABİDƏLƏR ƏVƏZOLUNMAZDIR. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Sultanlıqdan sonrakı İçəribazar. Çar Rusiyası XIX əsrin ikinci yarsında İlisu sultanlığını da tam işğal etdikdən sonra strateji baxımdan əlverişli hesab edilən indiki Qax şəhərinin mər... | ANL |
BAL SƏSİN İŞIQ ADAMI. Lap çoxdanın söhbətidi. Az qala üstündən iyirmi il ötüb və mən o söhbəti heç unuda bilmirəm. Çünki o söhbətin mövzusu səs idi. Özü dinləyib səsin bəmini, zilini bütün notlarda gəzişmələrini və hətta rəngini dəyərləndirəndən sonra o səsi bəndələrin də ixtiyarına verir. Yalnız bundan sonra səsin özü... | ANL |
"Özümə həmişə tənqidi yanaşıram" - Mənsum İbrahimov. Tanınmış xanəndə və pedaqoq, xalq artisti Mənsum İbrahimovun Milli.Az-a müsahibə verib. Adalet.az müsahibəni təqdim edir: - Mənsum müəllim, deyəsən, yenicə səfərdən qayıtmısınız. İstərdim əvvəlcə bu barədə bir neçə kəlmə məlumat verəsiniz. Ankarada işləyən opera reji... | ANL |
Burdan yaxşı yeri yoxdu dünyanın... Dərd əkdirib qəm biçdirir, bara bax, Qartallara hökm eləyən sara bax, Dağlarının başındakı qara bax, Demə, dərdi-səri yoxdu dünyanın, Burdan yaxşı yeri yoxdu dünyanın. Əllərimi üzüb neçə sənəmdən, Nizələri gəlib keçib sinəmdən, Nağılını eşitmişəm nənəmdən, "Biri vardı, biri yoxdu" dü... | ANL |
TARIN ECAZKARI, ÜRƏK ÇALĞIÇISI ƏHSƏN DADAŞOVUN İŞIQLI XATİRƏSİNƏ İTHAF OLUNUR. ... Əhsən Dadaşov... Şirin, ecazkar, rəngarəng çalğısı, dolu və sanballı səslənmə yaradan mizrabları, mənalı musiqi cümlələri ilə qulaqlarda, hafizələrdə deyil, şüurda belə unudulmaz iz buraxan virtuoz sənətkar... Əhsən Dadaşov... Dinləyicin... | ANL |
TARIN ECAZKARI, ÜRƏK ÇALĞIÇISI ƏHSƏN DADAŞOVUN İŞIQLI XATİRƏSİNƏ İTHAF OLUNUR. Salondakılar - ecazkar çalğıdan ürəyi döyünən, arzuları coşan bu adamlar - bir anlıq hər şeyi unudub xəyal aləminə çəkilmişdilər. "Hicranın qəmi ilə kef eyləyən" tarın pərdələri üzərində qanadlanan gözəgörünməz sehrli barmaqların ləzzətli if... | ANL |
Masallı - cənubun gözəl rayonu. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Hesabat dövrü ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd t... | ANL |
Uşaqlarınızı qoruyun! Mən 4-cü kurs tələbəsi Aydan Sabirli, məni narahat edən məsələyə diqqət çəkmək istədim. Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim. Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçin... | ANL |
TƏNQİDÇİ ÖMRÜ. Həyatını ədəbi tənqidə həsr edənlərin başı həmişə qovğada olur. Siz mənə bir tənqidçi nişan verin ki, o, örünü xoşbəxtlik və səadət içində keçirib. Deyə bilməzsiniz. "Tənqidimizin vicdanı" (Səməd Vurğun) adlandırılan Məmməd Arif əllinci illərin əvvəllərində haqsız hücumlara məruz qaldı, mütəfəkkir alim H... | ANL |
Yeni nəşrlər. Hər bir ədəbi nəşr özü ilə birlikdə oxucu camiyəsinə yeni nəfəs gətirir, yeni söz çatdırır. Bu mənada nəşrin qaim-qədimliyi, yəni onun kifayət qədər oturuşmuş olması xüsusilə təqdirəlayiqdi. Fikrimi bir az da açıq ifadə etsəm, onda deyə bilərəm ki, böyük həyat tarixçəsi olan, uzun bir məsafə qət etmiş ədə... | ANL |
XƏZƏRƏ VURULMUŞDU O ŞAİR. ("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən- ATİF ZEYNALLI). İndiki nəsil Atif Zeynallı adlı bir şairi bəlkə də tanımır. Sağlığında iyirmiyə yaxın kitabı çıxmışdı, həm şair idi, həm də alim. Şair kimi özünəməxsus yolu, üslubu, fərdi deyim tərzi var idi. Alim kimi də müasir ədəbiyyatşünaslıqda... | ANL |
Nadir şah ola bilməmək bacarığımız. Yunus Oğuz dramaturq kimi alqışları qəbul etməyə hazırlaşır. Tarixi əsərlər müəllifi Yunus Oğuzun "Nadir şah" romanı işıq üzü görən gündən böyük maraqla qarşılandı. Ədəbi tənqid əsər haqqında müsbət fikirlər səsləndirdi, tarixçi alimlər, görkəmli ziyalılar bu mövzuya müraciət etdiyin... | ANL |
Yenə qayıdaq Bahadur Fərmanın müəllif kəlamlarına. Oxucularla görüşü, onlara etdiyi etirafları o qədər səmimi və saf, o qədər durudur ki, bircə baxışla ürəyinin dibi görünür. " Məhəbbətim heç vaxt tükənməyib. Başqalarının uğurlarına sevinə bilirəm. Mənə xasiyyətnamə yazmaq üçün şeirlərimi oxumaq kifayətdir. Yaradıcılıq... | ANL |
O palıd güclüdür ki, açıq yerdə dayanır və yaşamaq üçün küləklə, boranla və yandırıcı günəşlə mübarizə aparmaq məcburiyyətindədir. Sözünün ağırlığı, məsləki ilə sayılıb-seçilən, yaxud da insanlığı və daxili dünyası ilə dəyər qazanan şəxsiyyətlər çoxdur. Haqqında söz açmaq istədiyim Sultan Məmmədov qəlbinin nuru üzündən... | ANL |
Masallı - cənubun gözəl rayonu. Belə ki, Masallıda dövlət Regional Kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bununla bağlı Sərəncam imzalanmışdır. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollec yeni dərs ilində fəaliyyətə başlamışdır. Bu kollecdə müxtəlif ixtisaslı kadrl... | ANL |
Nurəngiz Gün işığı. Cənnət anaların ayağı altındadır. Nədənsə biz insanlar bəxtəvər çağlarımızın dəyərini bilmir, bəzən də onun necə gəlib-getdiyindən də xəbər tutmuruq. Lakin qapımız qəfil döyüləndə təəssüflə geriyə boylanırıq, xüsusilə də ağır itkilərlə qarşılaşanda... Onda da ömrün-günün bəxtəvər çağları idi. Dərd g... | ANL |
Dəmir Çeşməli. Sağ yanında sol ayrıcı, Qoldan-qola qol ayrıcı. Yoxuşla savaşı başlar, Baxt çəkən naxışı başlar. Mən hardaydım qızı gəldi. Öləzimiş közə qaldım. Həsrətin oduna yandım, Dildən qopan sözə qaldım. Baxan baxdı baxış bildim, Qəmin yedim,naxış bildim. Yolu keçdim, yoxuş bildim, Nurdan düşmüş gözə qaldım. Gecən... | ANL |
Neftçalanın görünən üfüqləri. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür. Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 19 mil... | ANL |
BU DÜNYADAN SARA GETDİ. Amansız xəstəlik olmasaydı, bu il dekabrın 29-da tanınmış yazıçı-sənətşünas Sara Oğuz (Nəzirova) öz yetmiş yaşını görəcəkdi. Amma heyf, Süleymana qalmayan dünya Sara Oğuza da qalmadı. Bircə təsəllimiz var ki, Sara xanımın yadigarları - yazdığı hekayələr, povestlər, incəsənətin müxtəlif sahələrin... | ANL |
XANKƏNDİNDƏN BAŞLAYAN YOL…. O yol geri qayıdacaq! "İçimdəki adamlar" silsiləsindən. Həyatımda, daha dəqiq desəm, jurnalistika fəaliyyətimdə bəlkə də ən çətin, ən diqqətçəkən və narahat bir yazını təqdim etmək üçün bütün iç dünyamı alt-üst edirəm. Çünki bu yazımın qəhrəmanı dövlət adamıdı və o həm də mənim iç dünyamın s... | ANL |
Mahmud Qacara məktub. Bir söz adamı kimi öz həyatımı səhifələyəndə orda xüsusi işarələrə, yəni suallara, nidalara, bəzən də üç nöqtələrə rast gəlirəm. Bu əslində qrammatikamızda olmayan işarədi. Mən onu daha çox təbiətlə eyniləşdirirəm. Yəni bir şəlaləni xatırladan həmin işarə həyatımın orta məktəb illərindən bugünə qə... | ANL |
Səhnədən ayrı düşən aktyorların çox yaşadıqlarını xatırlamıram... Bugünkü müsahibim Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılovdu. -Hacı müəllim, bu gün necə rollar ifa etmək istərdiniz ki, ürəyinizdə olan sözünüzü məhz həmin rollar vasitəsi ilə cəmiyyətə ötürmək mümkün olsun? -Sizin dediyiniz ha... | ANL |
Neftçalanın görünən üfüqləri. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Hər gün yeni bir gözəllik. Rayon İcra Hakimiyyəti 2014-ci ilin 9 ayı ərzində rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüs... | ANL |
MÜASİR ƏDƏBİYYAT. "Qədim Gəncədə - bu dahilər və çinarlar şəhərində bir yazıçı yaşayır. O torpaqda boz toxumun, çəlimsiz çiliyin, cansız tingin əlindən torpağa düşən kimi yaşıl fəvvarəyə çevrildiyi kimə məlum deyil? Və əgər torpağın, ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək, Gəncənin göylərə baş alan hansısa ... | ANL |
Professor Nizaməddin Şəmsizadəyə məktub. Hörmətli Nizaməddin müəllim! Axı yaşına görə xeyli gənc görünürsən. Güman ki, bu bir tərəfdən oğlun Fəridə ünvanladığın "Müdriklər bunları deməyib" kitabında xüsusi vurğuladığın xeyirxahlığınla, digər tərəfdən seçdiyin elm sahəsini mükəmməl bilməyinlə bağlıdır. İyirmi ildən artı... | ANL |
Sənətkar xoşbəxtliyi. Həqiqətdir ki, "şairlər sevməkdə bizə kömək edirlər"; hər şeydən öncə bəşəriyyəti, insanı, torpağı, külli-kainatı və yaşamağı sevməkdə... Söz adamına, şairə, poeziyaya münasibətdə bu fikir özünü bütün incəliklərinə qədər doğruldur. Bu mənada tanınmış şair, həssas və səmimi insan Oqtay Rza müasirim... | ANL |
MÜASİR AZƏRBAYCAN ROMANI. 1847-ci ildə rus ədəbi tənqidinin flaqmanı-V.Q.Belinski yazırdı: "Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Mübaliğəsiz demək olar ki, indi bizim zəmanədə ədəbiyyat dedikdə romanı və povesti nəzərd... | ANL |
"Biznesmen" görüşə tələsir. Elvin Əhmədov isə çəkiliş meydançasında sevdiyi işlə məşğul olur. Elvin Əhmədovun milli kinomuzdakı ilk böyük rolu uğurlu alındı. Elxan Cəfərovun yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi "Dolu" filmində Pələng obrazı ilə debüt edən istedadlı aktyorun digər rejissorların da diqqətini çə... | ANL |
Publisistikanın hüdudları və hüdudsuzluğu. (və ya Türkiyə sevgisindən yaranan İstanbul obrazı). Publisistika söz yaradıcılığının digər janrları ilə müqayisədə yeni sahəsidir. Yarandığı ilk dövrdən publisistikaya münasibət (həm ədəbiyyatşünaslar, həm də oxucular tərəfindən) birmənalı olmamışdır. Onu bədii ədəbiyyatın ay... | ANL |
Neftçalanın görünən üfüqləri. (əvvəli ötən saylarımızda). Fənn olimpiyadalarının rayon mərhələlərini uğurla keçmiş 6 şagird Respublika turunda iştirak etmiş, bunlardan 4 nəfəri tarix, fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə Respublika qalibləri olmuşlar. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də... | ANL |
Mən öz misralarımın işığında yol gedirəmg. Qürubdan dan yerinəuzanan əllərimdir misralar. Bu misralar şair-publisist Əhəd Muxtarındır. Amma biz onu unutmamışıq. Uzun illər mətbuat sahəsində çalışan, "Ulduz" və "Azərbayjan" jurnallarında məsul katib və şöbə müdiri vəzifələrində çalışan, bədii tərcümə sahəsində də xeyli ... | ANL |
"Qoy bilsinlər ki, Azərbaycanın tək nefti yox, incəsənəti də qiymətlidir". Sakit Məmmədov: "Azərbaycan rəssamlığı çox ölkələrdən irəlidədir". Dünya şöhrətli rəssam Sakit Məmmədov Adalet.az -a müsahibə verib. -Sakit müəlim, gözünüz aydın, qabiliyyət tələb edən ixtisaslarda test imtahanı ləğv edildi. Mən həmişə test üsul... | ANL |
Gəncliyində görənlərin "ağlını başından alıb”, neçə-neçə igidin ürəyinə od salıb, hətta cavan qızlar da ona həsədlə baxıblar. Hələ bu, harasıdır, özü də sonralar öz gözəlliyindən heyrətə gəlib. Etirafına baxın: "Şəkillərimə baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik olub belə?” Elə ahıl çağında da yaş öz işini g... | ANL |
“Azərbaycan tam demokratik bir ölkədir”. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun Adalet.az-a müsahibəsi. Bu ili Azərbaycan Vətəndaş Cəmiyyəti üçün necə səciyyələndirmək olar? Həm ölkəmizdə keçirilən tədbirlər, həm QHT-lərlə bağlı olan qanunlara dəyişikliklər, həm də bəzi qeyri-hökumət t... | ANL |
Gecə yarısı ürəyə qəfil sıxılan güllə. "Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir. Prokurorluq peşəsi hörmətli, şərəfli pe... | ANL |
XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏ. Ulu Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və digər başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə, müəllimi Səməd Vurğun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlarını təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırmışdı... | ANL |
FÜZULİNİN ŞƏFA OCAĞI. Son illər nəinki Bakı şəhərində, hətta regionlada belə dünya standartlarına cavab verən diaqnostika mərkəzləri, xəstəxanalar və şəfa ocaqları istifadəyə verilib. Təbii ki, bu yerli əhalinin sağlamlığının qorunmasında və bərpa edilməsində çox böyük önəmli əhəmiyyət kəsb edir. Ən azından hər hansı p... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Ölkə rəhbərliyinin qayğı və diqqəti. Müstəqil Azərbaycanın tarixinə şərəfli səhifə kimi yazılan XXI yüzilliyin ilk illərindən indiyədək nəzər yetirərkən yaddaşımızda ölkədə uğurla həyata keçirilən güclü iqtisadi, sosial-mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır. Bütün sahələ... | ANL |
Yolumuza çıraq tutan əzabkeşlər. Bir para mətləbsiz işləri görəndə müxbir əlinə qələm alıb yazmağa başlayır. Doğrusu, bacarmadım... Ulu Mirzə Cəlil, yurdumuza çıraq tutan əzabkeş Prometeylər yada düşdü. Qoca tarixin üzünə çıraq tutan əsrlərin uzun yollarını işıqlandıran adlarına bir xalqın, bütöv bəşəriyyətin tarixi gü... | ANL |
Azərbaycan torpağının gözəlliklərlə dolu misilsiz bir guşəsi olan Lerik uca dağlar qoynunda, dəniz səviyyəsindən çox-çox yuxarılarda, meşələr, yaşıllıqlar içində bardaş qurub əyləşib. Bir-birinin sırasınca ucalan dağlara baxanda fikirləşirsən ki, bu dağlar ulu babalardır - beləcə dağa dönüblər. Lerikdə az olsam da onu ... | ANL |
Terror təşkilatını fenomen adlandıran aktrisa. Ədəbiyyat, diplomatik karyera arzusu və kino... Fransanın ən məşhur aktrisalarından biri olan Fanni Marqerit Jyudit Ardan 1949-cu ilin 22 martında Somyur şəhərində anadan olub. Onun atası süvari zabiti olduğundan Fanninin ailəsi İsveçrə, İspaniya və İngiltərə kimi ölkələri... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Bütün bunlar və təhsilin digər strateji istiqamətləri Göyçay rayonunda da xüsusi diqqət mərkəzindədir. Rayon rəhbərliyi özünəməxsus ənənələri olan Göyçay təhsil sisteminin daha böyük uğurlar qazanması üçün müntəzəmliklə effektiv tədbirlər həyata keçirir. Elə rayon təhsil şöbəsin... | ANL |
Bu, Vaqif İsaqoğlunun təmənnasıdır. Öncə ordan başlayım ki, Vaqiflə tələbə yoldaşıyıq. O vaxtkı Azərbaycan, bugünkü Bakı Dövlət Universitetinin auditoriyalarında keçən ömrümüzün müəyyən illəri bir paralellik təşkil edir. Sonra Vaqif təhsilinin ardını Moskvada davam etdirməyə getdi. Və beləcə, qısa bir müddətə yollarımı... | ANL |
ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. (əvvəli ötən saylarımızda). Uğurların göstəricisi. Fənn olimpiadalarının təşkili diqqətdə saxlanılan məsələlərdən olmuşdur. II rayon turu qalibi olan 12 nəfər şagird respublika turunda iştirak etmiş, şəhər 3 №-li tam orta məktəbin X sinif şagirdi Hacıyeva Əminə Qiyas qızı Azərba... | ANL |
BİR KÖÇKÜN İNSANIN VƏTƏN HƏSRƏTİ. Bir köçkün insanın vətən həsrəti, Daha hüdudsuzdur biçimə gəlmir. Vətən Qarabağım, yurd Qarabağım, Sənin torpağında daşına qurban. Bir zaman keçdiyi o yollar üçün, Darıxır ürəyi, darıxır yaman. Anasız uşağ tək ağlayan köçkün, O solğun bənizin gülər nə zaman? Bir köçkün insanın fəryadı,... | ANL |
ƏDƏBİ ESTAFETLƏRDƏ YAŞANAN ÖMÜR. Bəzən həmkarlarım yarızarafat, yarıgerçək deyirlər ki, yazılarımda tərifə çox yer verirəm. Bəlkə də onlar haqlıdırlar. Ancaq istər bədii, istərsə də elmi olsun, dəyərli bir əsər oxuyanda bəlkə də müəllifdən daha çox sevinir, ürəyimdən keçənləri səmimiyyətlə vərəqə köçürürəm. Eləcə də ür... | ANL |
ƏDƏBİ-TARİXİ PROSESLƏRDƏKİ UCALIQ. Salatın Əhmədovanın fikirlərinin işığı. Gəlin etiraf edək ki, Azərbaycan adlı məmləkətin həyatının, tarixinin elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyev cənablarının xidmətləri hiss olunmasın, görünməsin. Yəni istər sovet dönəmində, istər müstəqillik illərimizdə... | ANL |
Yaşadıqlarımız “Nar çiçəkləri” ilə qayıdır. Kamal Abdullanın oxucunu məngənədən çıxardan başqa həqiqətləri. Bu uzaq yolun bağrını dəlib. Sənin özünün Allahın varmış, Sənin gözünün içində imiş. Sənin Allahın daha cavanmış, Sənin Allahın daha gözəlmiş. Alın yazısı hədər yazılmır, Qayıdacaqdın – taleyin budur. Yayda qar d... | ANL |
Dünyanın hər üzünü görmüş Əlisəmid Kürlə söhbət. "Elə insanlar görmüşəm ki, dostunun həbsxanaya düşməsinə də həsəd aparıb". "İçərişəhərdə, Müslüm Maqomayev küçəsi 1-də anamın mülki var idi. Kürəyimi söykəyirdim divara, yazı öz-özünə gəlirdi. Yazılarımın çoxunu həmin evdə, kürəyimi əvvəli qapı olub sonradan hörülmüş div... | ANL |
Ömər Qoçulu. İnsan Mənzərələri. "Nənəmin nağılı" adlı kitabını oxuduqca onun nasir qələminin şirinliyinə, maraqlı sujetlərin gerçəkliyinə, dədə-baba ənənələrinin dəyərlərinə heyran qalmaya bilmirsən. Ölkəmizin görkəmli ədəbiyyatşünas alimlərindən biri olan Rüstəm Kamal ön sözü ilə memar şairin nasir qələminin qüdrətind... | ANL |
UCALIĞA, KAMİLLİYƏ ÇAĞIRIŞ. və ya XATİRƏ BİTƏNDİ ÜRƏKLƏ ƏKSƏN. Müsahibim Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat kafedrasının dosenti Akif Mədətovdur. - Akif müəllim, müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Məmməd Arazın 80 illik yubileyi əslində Azərbaycan poeziyasının yubileyidir. Klassik və müasir p... | ANL |
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırı... | ANL |
Müəllif minnətdarlıq və şirin xatirələr dolu bu yazısında Ulu Öndərimizə ehtiramını ifa edib. Biz onu təkrar çap etməklə həmin duyğuları təzələyirik. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır. Heydər Əliyev. Yaxın günlərin söhbətidir. Evdə telefon zəng çaldı. Dəstəyi qaldırdım. Keçmiş tələbə yold... | ANL |
Azərbaycan coğrafiyasında özünəməxsus yeri olan bölgələrimizdən biri də Samux rayonudu. Bu rayonun coğrafi mənzərəsi öz orijinallığı ilə insanın dərhal diqqətini çəkir. Çünki Gəncənin və Şəmkirin əhatəsində olan Samux rayonu torpaqlarının münbitliyi, ekoloji durumu və sakinlərinin zəhmətsevərliyi ilə həmişə bu yerləri ... | ANL |
Ölkə prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük diqqətin nəticəsidir ki, bu gün respublikamızın demək olar ki, bütün guşələrində uğurlu quruculuq işləri, abadlıq və bununla paralel olaraq yeni sosial-iaşə obyektlərinin tikintisi, yolların çəkilişi, qaz, su təminatının yaxşılaşdırılması sürə... | ANL |
Onları Qürbət gözləyirdi. Vətəndən uzaqlarda, Rusiya şəhərlərində səadət axtaran, gün-güzəran ağrılarından, yaşamaq ağırlığından əzab çəkən bu insanları Qürbətdə nələr gözləyirdi? Elə güman edirdilər ki, tezliklə varlanacaq, əlləri pulla oynayacaq və dolu çamadanlarla Vətənə qayıdacaq, gözüyaşlı qoyub gəldikləri qadınl... | ANL |
Azad Qaradərəlinin "Kuma-Maniç Çökəkliyi" romanı barədə təəssüratlarım... "Əhməd bəy Ağayev yazırdı: "Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə... | ANL |
XATİRƏLƏRDƏ YAŞAYAN MÜBARİZ MÜASİRİMİZ. Bu gün bizə yaxın, həm də çox uzaq olan Xankəndi bir an belə gözlərimiz önündən çəkilmir, şirin, acı, nisgilli xatirələrlə yada düşür. Ulularımızın ulu yurdu, Qarabağ xanlarının yadigarı və əmanəti olan bu şəhərin azərbaycanlı sakinləri onilliklər boyu erməni millətçilərinin məkr... | ANL |
ÜMÜMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Respublikamızda son illər aparıdan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadiyyatının əhəmiyyətli dərəcədə güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın rifah halının yaxşılaşdırılmasını təmin etmişdir. Məqsəyönlü iqtisadi inkişaf strategiyası... | ANL |
Araz sahilində yerləşən Şahtaxtı kəndi öz ziyalıları ilə məşhurdur. Böyük demokrat yazıçı C.Məmmədquluzadə bu kənd və onun ziyalıları barəsində yazmışdır: "Şahtaxtı məşhur bir qəsəbədir. Məşhurluğu ona görədir ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətənidir". Mirzə Cəlil özünü "Məmmədağanın vətəninin övladı... | ANL |
ÜMÜMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ. Respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilmiş yüksək tələbkarlıq və dinamik inkişaf şəraiti təhsilimizin inkişaf etdirilməsinə əlverişli imkan yaratmış, pedaqoji kollektivlərimiz aparılan təlim-tərbiyə prosesində müasir təlim metodları və texnologiyaların tətbiqinə d... | ANL |
Səhər-səhər, sopsoyuq, küləkli bir havada, yolüstə qarşılaşırıq. Məəttəl qalıram: "Bizim məhəllənin bu tərəfində yaşayan Əkbər kişi niyə küssün, incisin mənnən? Bəlkə hardasa ağzımı köndələn qoyub, kiməsə onun barəsində hərcayı-hərcayı sözlər danışmışam, hə? Zarafata salıram: - Bağışla qonşu, inanmazsan bəlkə, xəbərim ... | ANL |
Qədim və sirli diyar. Bura Naxçıvandır - qədim və sirli diyar; özü bir möcüzə, söhbəti-sözü möcüzə... Dünyanın ilk inanışlarından biri - Nuh tufanının ümid sahili, ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçə-keçə üzü bəri gələn "Gəmi qaya" burda uyuyur. Bir ucu möhtəşəm dağlar,... | ANL |
Çılpaq divarlar idi, taxta döşəmə idi, cındır palaz idi, astarı yamaqlı yorğan-döşək idi, bir də pişik balası kimi büzüşüb yatmış oğlan uşağı. Yavaşca yerindən qalxdı; paltarını geyib, dəhlizə keçdi. Anası əli qoynunda pəncərənin qabağında dayanmışdı. -Sancıdan qarnım doğranır. -Özünü darıxdırma, indi nanə-cövhərlə ovx... | ANL |
Strasburqda Nizami Gəncəviyə həsr edilən beynəlxalq konfrans. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Layihə çərçivəsində yazımız Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ilə bağlıdır. Konkret olar... | ANL |
Göy üzündən gələn səs. "Dəşti"ni göylərə qaldırdı. Üz-üzə oturmuşuq. Bizim də iştirak etdiyimiz bu məclisdə çox qəmli bir hava hakim kəsilib. Daha doğrusu, mühitin damarından bir sızıltı axıb gedir. deyib gedənlərin də hamısının çöhrəsində həmin o məqamın, o mərasimin, gözlə oxunmayan, amma ürəklə oxunan ağrısı hakimdi... | ANL |
İnsan sınağa çəkiləndə bütün varlığı ilə ortaya çıxır, yəni onun həm iç dünyası, həm də mənəvi aləmi çoxlarına aydın olur. Ən azından ona görə ki, bu ömrün işığına və nuruna çox insanlar sığınıb. Axırda da işıqlı bir yolla gələcəyə doğru addımlayıb. Füzuli rayonundakı təhsil müəssisələrində bu cür işıqlı insanlar və mü... | ANL |
Elçin Hüseynbəylinin 4 kitabı nəşr olundu. Yazıçı Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub. Yeni dizaynda, nəfis tərtib edilmiş kitablar "Qələm” nəşriyyatının məhsuludur. "Aişə” romanı "Tut ağacı boyunca” xalq mahnısının motivləri əsasında yazılıb. "Metro vadisi”ndə müəllif oxucunu "qadın ərini, yoxsa qardaş... | ANL |
SEVİNDİK ŞEİRLƏRİNƏ... ("Bölgələrdə ədəbiyyat" silsiləsindən). Bu gün məmləkətdə şeirdən bol nə var? Onlarla, yüzlərlə şeirlər keçir gözündən, oxuyursan, bəzən yorulursan. Amma elə şeirlər də var ki, nə gözlərin yorulur, nə də usanmırsan onları oxumaqdan, hətta o şeirlərin səsini eşidirsən, nəfəsini duyursan. Daha doğr... | ANL |
Ramiz Qusarçaylı ucalığına səyahət. Elə lap bugünlərdə fevralın qarlı-qırovlu, sazaqlı-şaxtalı bir günündə Sumqayıt ədəbi-bədii cameəsinin ən istəklilərindən olan, facebook sosial şəbəkəsindən yaxşı tanıdığımız fotoqraf Şakir Rəhmanın məmləkətimizin dilbər guşələrindən sayılan Qubaya birlikdə səfərə çıxmaq təklifini nə... | ANL |
Boynumu vurdular yenə, başım ayrıldı bədəndən, üzünü çevirdin yana, başım heç, üzün ayrıldı məndən. Qoy inciməsin cəllad da, Allahım eşitdi məni, baxdı mənə, baxdı sənə, bircəcə anda çiynimdən. başımı cücərtdi yenə. MİN İL HƏBSDƏ UNUDULAN, MİN İL QOLLARI NAZİLƏN UŞAQ. itələ mənə sarı. hamını qucaqlamağa, hamının göz ya... | ANL |
Məşhur Hamletin bəxtsiz adaşı. Hamlet Qurbanov "Ölüm gələr, ölərik" sözünü işlətməyi çox sevirdi və ölüm gələndə böyük aktyor vədinə əməl etdi. Deyirlər insana ad qoyulanda həmin ad onun sonrakı taleyində mühüm rol oynayır. 1938-ci ildə iki böyük sənətkarın ailəsində dünyaya göz açan körpəyə Şekspirin məşhur qəhrəmanı ... | ANL |
Vahid özünü ölüncən kommunizmin "kəfənində görüb." Odur ki, Hüseyn Cavidə yazdığı bir qəzəldə dahi şairin faciəsinə işarə edərək, yarımörtülü dillə deyirdi: Lövh üzrə Pirimiz bizi yazmış şəhidi-eşq, Meydani-ədli-daddə gülgün kəfənlərik. Cavid həmişə xəlqimizin xatirindədir, Vahid, o yoxsa, ruhu ilə həmvətənlərik. Ulu Ö... | ANL |
DÖVLƏT QAYĞISI OLANDA... Ötən yazılarımızda qeyd etmişdik ki, Füzulidə çox möhtəşəm abadlıq, quruculuq və yenidənqurma işləri görülür. Möhtəşəm işlər təkcə iqtisadiyyatda deyil, eləcə də rayonun mədəni, elmi və təhsil həyatında da dərindən hiss olunur. Hiss olunur ki, Füzulidə çox böyük islahatlar həyata keçirilir. Təb... | ANL |
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırı... | ANL |
Gözünə düz baxanda ürəyinin dibi görünən şair... İnsan Mənzərələri. Maraqlı qələm sahibi Ramiz Göyüşovun Məmməd İlqar poeziyasına baxış bucağını "İnsan mənzərələri" rubrikamızda təqdim etməklə həm Ramiz müəllimə təşəkkürümüzü bildirmək, həm də ünlü şairimiz Məmməd İlqara şəfalar diləmək istədik. İlahi! Belə də gözəl ol... | ANL |
Adı niyə Qaradağlıydı, bilmirəm. Uzaqdan qaralan dağ silsiləsinə görəmi bu ad verilmişdi, bu dağdan olan Qaranın adıylamı bağlıydı, yoxsa sinəsinə qapqara dağlar basılacağının öncəgörməsindənmi yaranmışdı bu ad... Əslində öncəgörməyə də gərək yoxdu, çünki səkkiz yüz evdən ibarət olan bu kənd on dörd erməni kəndinin əha... | ANL |
(Əvvəli ötən saylarımızda). Bakı şairlərindən, Vahida, indi Yusifdi rəhmətlik, O getdisə, onun indi yerində Azər əyləşmiş. "Azər" ismi Vahid yaradıcılığında Füzuli adı qədər izzətlə çəkilir. Kim bilir, bəlkə, dahi Cavid "Azər" poemasında məhz bu "ustadi-şeyri qəzəlin" xatirəsini əbədiləşdirmək istəmişdirg Vahid şeirdən... | ANL |
İki kitaba bir nəzər. Bu yazını bilgisayara diktə etdiyim anda əlimdə iki kitab var. Mən təsadüfdən bu iki kitabı eyni məqamda, eyni yazıda təqdim etmirəm. Çünki bu kitabların adlarında bir-birinə həm gözlə görünən, həm də görünməyən bağlılıq var. Gözlə görünən bağlılıq kitabın hər ikisinin müəllifinin Salatın Əhmədli ... | ANL |
Biləsuvarda təhsilin yeni mərhələsi. Ölkə Prezidenti İlham Əliyev "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" deməklə təhsilin önəmli inkişaf etdirilən sahə olduğunu vurğulamış, təhsil sistemi qarşısında bir sıra vəzifələr qoymuşdur. Bu məqsədlə Biləsuvar rayon təhsilində də... | ANL |
Biləsuvarda təhsilin yeni mərhələsi. 805 şagirdin təlim-tərbiyəsi ilə 91 nəfər müəllimin məşğul olduğu məktəbə ömrünü pedaqogikaya həsr edən əməkdar müəllim Firudin Balaxan oğlu Hüseynov rəhbərlik edir. Onu tanıdığım müddətdə məktəbə ayırdığı vaxt və qayğını nə iləsə əvəz etməyi təsəvvürə gətirməyən bir ziyalı kimi gör... | ANL |
Yaddaş poeziyası. Hörmətli redaksiya, görkəmli Azərbaycan tənqidçisi Yaşar Qarayevin xalq şairi Məmməd Arazın yaradıcılığından bəhs edən bu məqaləsi indiyədək heç bir mətbuat orqanında çap edilməmişdir. Yaşar Qarayevin bu məqaləsi böyük şairimizin poeziyası haqqında dolğun təsəvvür yaradır. Ona görə də həmin məqalənin ... | ANL |
Son illərdə Azərbaycan ədəbiyyatında detektiv adı ilə çap olunan əsərlərin sayı artmaqdadır. Burada o janrın bir sıra kamil nümunələrini yaradan, təkcə Azərbaycanda deyil, dünyada tanınan Çingiz Abdullayevin ardıcıl fəaliyyəti böyük rol oynayır. Onun əsərləri belə bir həqiqəti sübut edir ki, detektiv ədəbiyyatı özünün ... | ANL |
Leyla Əliyeva uşaqlar üçün Maltada sərgi təşkil etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında "Yer kürəsi uşaqların gözü ilə” ... | ANL |
Roberto Karlosu geridə qoymuş azərbaycanlı futbolçu. "Ədalət" qəzeti ənənəsinə sadiq qalaraq bu həftə daha bir tanınmış futbolçunun həyatı və karyerası haqda yazını sizə təqdim edir. Qəhrəmanımız milli komandamızın və bir çox klublarımızın şərəfini qorumuş veteran futbolçu Ramiz Məmmədovdur. O Ramiz Məmmədov ki, bir za... | ANL |
UĞURLARA APARAN İŞIQLI YOLLAR. İnkişaf strategiyasının əməli təsdiqi. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməs... | ANL |
Mənim ürəyimdə gecələyirsən - deyən şairə məktub. Bir müddət bundan öncə telefona zəng gəldi. Hər şeydən danışdıq - özümüzdən, ailəmizdən, yazı-pozumuzdan. Təbii ki, Rəşid yenə özünəməxsus bir şəkildə ərkyana mənə iradlarını da bildirdi. Dostlarımızın biri barəsində ağlından, ürəyindən keçən nə varsa, hamısını səmimiyy... | ANL |
Sarı qarğa. Qarlı-çoğvunlu, sazaqlı bir gecə idi. Umud kişi palıd yarmaçalarını sobaya qoyandan sonra bayıra çıxdı. Boz dağ tərəfdən yenə də fişəng atırdılar. Həmin fişənglərdən bir qədər sonra avtomat və pulemyot silahlarından Umud kişigilin kəndi atəşə tutulurdu. Güllələr quduz canavar təki ulayırdı. Umud kişi nigara... | ANL |
UĞURLARA APARAN İŞIQLI YOLLAR. 2013-cü ildə şəhərin abadlaşdırılması və yaşıllaşdırılması, küçə və meydanların yenidən qurulması istiqamətində xeyli işlər görülmüş, şəhərin mərkəzində şahmat məktəbi və bayraq meydanı inşa edilmiş, Heydər Əliyev prospektində çoxmənzilli yaşayış binalarının fasad hissələri müasir memarlı... | ANL |
Torpaq payı. Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan! Torpaq ovuclayan - qızıl ovuclar. Kənd və kiçik şəhər əhlinin ömrü uzun olur. Ona binaən ki, kənd əhli təmiz havada və günün işığında güzəran edillər. Meşənin xeyrini hər kəs bilir". Həsənbəy Zərdabi. İnsanı yaratmış olan və yaşadan su, od, hava və tor... | ANL |
Təqdimat keçirildi... adlı növbəti şeirlər kitabının Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə təqdimatı keçirildi. Qeyd edək ki, müəllif həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. O, həmçinin ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili və ədəbiyyatından proqram m... | ANL |
Niderlandda Azərbaycandan bəhs edən kitab çap olundu. "Diaspor” anlayışı bizlər üçün yeni olsa da hazırda dünyanın müxtəlif ölkələrində çoxsaylı diaspor təşkilatlarımız fəaliyyət göstərir. Bunlardan biri də Niderlanddakı Azərbaycan Türk Kültür dərnəyidir. Dərnək yarandığı gündən Azərbaycanın adını uca tutmağa çalışıb. ... | ANL |
atalarından nağıl istəyirlər. Mənim bildiyim nağıllar isə çox deyil. Axşamların birində nağıllarım qurtaranda. fikirləşdim ki öz taleyimin. Ömrüm boyu belə gəlib mənimki. Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Urəyimdən gəlib keçdi sazaqlar. Gözlərimə doldurmuşam yağışı, Bir köynəkdə çıxarmışam... | ANL |
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırı... | ANL |
Anadan olmasının yüz illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız böyük dramaturqumuz və nasirimiz, əbədiyaşar yazıçımız İlyas Əfəndiyevlə mənim çox mehriban münasibətim olub. Yaş fərqimizə, onun məndən xeyli böyük olmasına baxmayaraq o, mənə yaxın dost münasibəti bəsləyirdi. Yazılarımı layiqincə dəyərləndirirdi. D... | ANL |
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, filosof və ədəbiyyat tənqidçisi, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötdü. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla... | ANL |
İngiltərədə nəşr olunan, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) ən son yenilikləri, həmçinin tədbirlər və eksklüziv müsahibələr barədə məlumatlar verən aylıq TEAS Jurnalının 1/2014 buraxılışında yazıçı Kamal Abdulla ilə müsahibə dərc olunmuşdur. Aşağıda həmin müsahibəni diqqətinizə təqdim edirik. Bakı Slavyan Universitet... | ANL |
(keçmişdə və indi)" tanıdır... Taninmış masallılı yazıçı - dramaturq HACI MİRİBADULLA HÜSEYNZADƏNİN "ÖNCƏQALA (keçmişdə və indi)" kitabı haqqında düşüncələr. "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üz... | ANL |
Qoz ləpəsi, üstündəki qırışlarıyla insan beyninin yarımkürəsini xatırladır. Yadıma vaxtilə, məni heyrətə gətirən bir yazı düşdü: hansısa inkişaf etmiş Qərb ölkəsində tutiya (delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) var: - "Diri meymun beyni". Canlı meymun xüsusi bir qurğuya fiksə... | ANL |
Xocalı faciəsi və soyqırımı elə bir ağır dərddir ki, uzun illər keçsə də xalqımızın, millətimizin qan yaddaşından heç vaxt silinməyəcək. Bu bəşəri kədəri və dərdi müxtəlif yazarlar hərəsi bir cür öz qələminin süzgəcindən keçirərək gələcək nəsilə ötürüb. Təbii ki, biz Xocalı soyqırımını təkcə fevralın 26-da deyil, bütün... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.