text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
O, ÜRƏYİMDƏ QEYDİYYATDADI. Hər kəsin tanıdığı insan. "İçimdə olan adamlar" silsiləsindən. Hamının bildiyi və mənim hələ lap kiçik yaşlarımdan yaddaşıma yazdığım bir deyim var: "Deyilən, yazılan söz yadigardı". Bu mənada hələ 80-ci illərdən oxuyub, hələ də təkrar-təkrar oxuyub şərqi tanımaqda özüm üçün çox mükəmməl bir ... | ANL |
"Vaxt öldürmək biz şərqlillərə aiddir”. Dahi Dostoyevskinin bir kəlamı var: "Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım”. Bu deyim böyük rus yazarının qələmindən çıxsa da, əslində hər bir insanın zamanla dilindən düşmədiyi, özünü mühakimə etdiyi etirafıdı. Bir insanın itirilmiş zamana təəssüfü, ya da etir... | ANL |
UNUDULMAYAN ƏLİBALA HACIZADƏ... "Ədəbiyyat aləmi müqəddəs bir aləmdi və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada - müqəddəs saydığım bu dünyanın içində yaşamışam". Bu sözlərin müəllifi görkəmli yazıçımız Əlibala Hacızadə idi və həmin sözl... | ANL |
Hərdən qanrılıb uşaqlığıma boylanıram. Şirinli-acılı, qayğılı-qayğısız xatirələrimin içindən közərən, diqqətimi cəlb edən elə məqamlar var ki... Onlardan biri də köhnə filmlərimizdir. O filmlər ki, milyonlarla tamaşaçının qəlbinə yol tapa bilmiş, geniş izləyici auditoriyası toplamışdı. O filmlər ki, replikaları bu gün ... | ANL |
Sədərək öz pəhləvan oğulları ilə fəxr edir. Qədim Sədərək kəndi bir çox pəhləvan, döyüşçü və ziyalıları ilə həmişə fəxr edib. Sədərəkdə olan pəhləvanlardan Hüseynov Qasım Qulamhüseyn oğlu, Hacı Abdulla, Əhməd Sadiqov, Sadiqov Məşədirza, İbrahim Həsənov həm Türkiyədə, həm İranda bütün döyüşlərdə uğur qazanaraq doğma kən... | ANL |
Oqtay Əliyevə isti bir məktub. Bir həftə olar ki, stolumun üstündə bir kitab var və bu kitabın mətbəə qoxusu hələ canımdan çəkilməyib. Amma mən o qoxunu artıq ciyərlərimə çəkə bilmişəm, özü də bir neçə dəfə. Əvvəlcə sadəcə vərəqləmişəm, sonra yazıların fəsillərinə diqqət yetirmişəm və nəhayət... Bu kitab həmkarım, eloğ... | ANL |
Ustadıma ürək açdım. Ustadıma ürək açdım. Xalq şairi Rəsul Rzanın məzarı başında. Bismillahir-rəhmanir-rəhim! Şerinin qaynaqları. Sən ey Turan əsilli, Dünyaların şairi. Rəhmanir-rəhim: Mənim ilk müəllimim. Şah İsmayıl Xətainin çalması, Mən o şair Yusifəm. "Sərbəst"ə atılan təhnə daşlarını, Köhnəliyin, ətalətin o köhnə ... | ANL |
SİYƏZƏNİN BU GÜNÜ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Azərbaycanın regionları içərisində özünəməxsusluğu ilə seçildən Siyəzən raoynu hələ sovet dönəmində kənd təsərrüfatının, xüsusilə quşçuluğun inkişafı baxımından həmişə diqqət mərkəzində olubdu. Elə həmin illərdən müəyyən i... | ANL |
Ədəbi aləmdə şimşək kimi çaxdı və sonra daha görünmədi. Sonra Tahir Qurbanın imzasına heç yerdə rast gəlmədik. İxtisasca həkim idi. Amma özünə də amansızcasına divan tutdu, xəstəliyinin qarşısını almadı və 2003-cü ildə, əlli altı yaşında dünyasını dəyişdi. Çox təəssüf ki, onun bütün şeirləri ilə tanış deyildim. Amma gö... | ANL |
KAŞ ATATÜRK OLMAYAYDI. Bu ayın onuncu günü Atatürkün əbədi aləmə köç edərək Tanrımızla qovuşmasının 76-cı illiyi idi. O gün ölkə səthində anım mərasimləri təşkil edilmişdi. Axşam xəbərlərə baxırdıq. Bir televiziya kanalında aparıcı anım mərasimləri ilə bağlı xəbərləri verirdi. Atatürkün Türkiyə Cümhuriyyətinin yaranmas... | ANL |
Narkomanın əvvəli, "Narkoman"ın sonu. Kamran Nəzirlinin yazdığı daha bir pyes səhnəyə qoyuldu. İstedadlı yazıçı-publisist və tərcüməçi, Həsən bəy Zərdabi mükafatı laureatı, "Qızıl Kəlmə" ödülünün sahibi Kamran Nəzirli son illər müxtəlif teatrlarla yaradıcılıq əlaqələri saxlayır. Müəllifin müasir mövzuda yazdığı, barışa... | ANL |
Ustadıma ürək açdım. Ustadıma ürək açdım. Xalq şairi Rəsul Rzanın məzarı başında. Bismillahir-rəhmanir-rəhim! Şerinin qaynaqları. Sən ey Turan əsilli, Dünyaların şairi. Rəhmanir-rəhim: Mənim ilk müəllimim. Şah İsmayıl Xətainin çalması, Mən o şair Yusifəm. "Sərbəst"ə atılan təhnə daşlarını, Köhnəliyin, ətalətin o köhnə ... | ANL |
Şeyx Əbdül: “Yoldaşımla restorana getmərəm”. Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudovdur. - Şeyx hansı yeməkləri sevirsiniz? - Süd məmulatları və göyərti ilə aram çox yaxşıdır. Konkret olaraq qaymaq. Şamaxı rayonunda Ceyrankeçməz adlı yer var. Alim Qasımovla ora gedib ... | ANL |
Gecə qatarı. İsmayıl İmanzadə. Bu qatar üstünə qaçar yolların, Bir topa işıqla daranar gecə. Harayı güclənən dəmir çarxların. Cingildər sükutun kar qulağında. Aynaq vaqonların hava axını. Vağzallar gözünün yaşıl nuruyla. Sehirlər yolların şıltaqlığını. Teleqraf xətləri qaçar xəbərə, Ləhcəsi bal dadan uşaq yerinə. Mürgü... | ANL |
Dəyişib inkişaf edən Qəbələ. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"larının uğurlu icrası paytaxtla yanaşı regionların simasını da əsaslı dərəcədə dəyişib. 2003-cü ildən başlayan və mərhələli şəkildə həyata keçirilən Dövlət Proqramları nəticəsində bu gün ölkənin əksəriyyət şəhər və rayonlarında yeni infra... | ANL |
Odlar Yurdu olan vətənimiz Azərbaycan - zaman-zaman çoxlu sayda şairlər yetirmişdir. Sevindirici haldır ki, Azərbaycanımızın hər bölgəsində həmişə yaradıcı insanlar, duyğulu şairlər olmuş və bu gün də vardır. Respublikamızın Şirvan bölgəsi də dünyaya xeyli tanınmış dahi şairlər bəxş etmişdir. Onların sırasında Əfzələdd... | ANL |
Ürəyə baxın, onda göyərən dərdi görəcəksiniz. Nə çəkdimsə mən bildim. Dünya da sənin mərdliyindən qorxdu, üşəndi məncə, qardaş?! Bunu səni tanıyan hər kəs söyləyir. Mən isə ürəyi param-parça olan bacın daha çoxunu bilirəm. Tələbəliyin, hərbi xidmət illərin, pillə-pillə öz zəhmətin hesabına peşənin ən uca zirvələrinə yi... | ANL |
Məhəmməd Nərimanoğlunun "Qala dərdim" şeirlər kitabı qarşımdadır və bu şeirlərin əksəriyyəti onun doğulduğu, boya-başa çatdığı Kəlbəcərə həsr edilib. Daha doğrusu, bunlar fiziki mənada Kəlbəcərsiz yaşayan, amma bir an belə Kəlbəcəri unutmayan bir şairin yurd həsrətini, sinəsində qövr eləyən yaraların göynərtisini əks e... | ANL |
QƏHRƏMANINI OXUCUYA SEVDİRƏN QƏLƏM SAHİBİ. Əməkdar jurnalist Həmzə Vəliməmmədova açıq məktub. Oxucunun azalmasına baxmayaraq, kitab yazanların sayı hər gün artır. Və onu da etiraf edək ki, hətta kitab yazanların bir qismi başqasının nə kitabını oxuyur, nə də başqası barədə hansısa bir bilgiyə malik olur. Lap çılpaq des... | ANL |
“Musiqi sevgim Şuşada doğulub, Bakıda böyüyüb, Parisdə yetkinləşib” - “Bir konsertimizin sonunda ermənilər mənə yaxınlaşıb təbrik edərək haralı olduğumu soruşdular, deyəndə ki, azərbaycanlıyam, xüsusilə şuşalıyam, onlar Ermənistanın apardığı siyasətə görə üzr istədilər”. Parisdə yaşayan və burada “Tarana Paris Bakou” a... | ANL |
Möhtəşəm qadına illər toxuna bilməz... Həyatımızın müəyyən qismlərində tanıdığımız və tanımadığımız xeyirxah insanlar peyda olub bizi pisliklərdən və ağrılardan xilas edir. Həmişə bizə əziz səs sahibi, gözəl xanım, əvəzolunmaz Xumar Qədimovadı bu günkü müsahibim. -Səmimi olaraq deyə bilərsinizmi oxuduğunuz mahnıların, ... | ANL |
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Havaların quraqlıq keçməsinə baxmayaraq sahələrdə bol məhsul yetişdirilmiş, heyvandarlıq məhsulları əvvəlki illərə nisbətən artmışdır. Payızlıq əkinlər üçün heki şumu qaldırılmış, taxın səpininə başlanılmışdır. Azərbaycan Respublikası Prezid... | ANL |
Milli və canlı sənət. Cəfər Cabbarlının dramaturji yaradıcılığı təkcə məzmun, ideya cəhətdən deyil, eyni zamanda sənətkarlıq xüsusiyyətlərinə görə ədəbiyyat tariximizdə daha yüksək mərhələ təşkil edir. Dramaturgiyamızın ölməz, nadir nümunələrini yaratmaqla yanaşı onu nəzəri-estetik cəhətdən əsaslandırmağa çalışan C.Cab... | ANL |
Müəllifi Solmaz Şirindir. Bu ad mənə çoxdan tanışdır və mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik illərinin xoş xatirələri bağlıdır bu adla. Günlərin bir günündə mənə bir telefon zəngi gəldi. "Ayat" qəzetinin təsisçisi və baş redaktoru imiş Solmaz xanım. Bu şeir kitabı başqa kitablardan fərqlənir. Çünki burada Solm... | ANL |
Yeni tədris ilində yeni inşa edilmiş Nücü, Vizəzəmin və əsaslı təmir edilmiş Mastayıl kənd tam orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tiki... | ANL |
("Dünya, səndən kimlər keçdi" silsiləsindən-İbrahim Göyçaylı). Bir şair kimi, Azərbaycan Radio və Televiziya şirkətində 40 ildən artıq "külüng çalan", yaşından asılı olmayaraq hər bir qələm əhlinin yaradıcılığı, təzə nəşr olunan kitabları barədə verilişlər hazırlayan, onları studiyaya dəvət edib, müsahibələr aparan xey... | ANL |
Kölgə obrazı. (Ramiz Rövşənin yaradıcılığı haqqında). Şair bəzən adi məhəbbət əhvalatlarını ideallaşdırmaq üçün həm klassik poeziya örnəklərinə, həm insanın çağdaş həyat tərzi, məişət qayğılarının yaratdığı sosial-psixoloji mühitə əsaslanır. Sosial ədalətsizliyi təsvir etmək üçün mövzu seçiminə ehtiyac yoxdur. R. Rövşə... | ANL |
Nuridə Quliyeva "Ruhlandır! Öyrət! devizi ilə keçən. Bakı Elm Festivalının böyük maraqla qarşılandığını deyir. Qafqazda ilk dəfə keçirilən Bakı Elm Festivalı Azərbaycan alimlərinin elmi nailiyyətlərinin təbliği, gənclərin elmin müxtəlif sahələrinə marağını artırmaq baxımından əhəmiyyətli hadisə oldu. Bakı Elm Festivalı... | ANL |
Dünən gecə ağ rəngli, üstündə üç albalı şəkili olan çaydanı su ilə doldurub qazın üstünə qoydum. Özüm də gəlib oturdum nootkbukun qarşısında. Əvvəlcə Emir Kurtirtsanın bir filminə baxdım. Okanın verilişini də bilirsiniz, it yiyəsini, dəli qız da ərini tanımır. Girdim mətbəxə gördüm çaydanın dibindəki ərplər çırtıldıyır... | ANL |
Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Son dövrdə İsmayıllıda gö... | ANL |
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Çox sevindirici haldır ki, ölkə prezidenti cənab İlham Əliyevin elan etdiyi 2014-cü il, yəni "Sənaye ili" çərçivəsində İsmayıllıda da digər regionlarımızda olduğu kimi, tikinti-abadlıq işləri sürətlə aparılır. Xatırlatmaq yerinə düşər ki, ca... | ANL |
Hüseyn Kürdoğlu, ruhun şad olsun! Yəqin ki, bu başlığı oxudunuz və yəqin ki, həmin başlığın nəyə ünvanlan dığını, nəyə işarə vurduğunu da təxmin etdiniz. Amma tələsməyin, necə deyərlər, bir balaca səbrinizə istirahət verin və mən sizə bir neçə misra pıçıldayım. Qarabağ, Qarabağ, Qarabağ keçir! Ziyaoət, İşıqlı, Qırxqız,... | ANL |
Rübailər. Vara-pula satsan məhəbbətini, Hər an itirərsən ləyaqətini. Məhəbbət sevdiyin andan yaxşıdır, Saf ilqar min şöhrət-şandan yaxşıdır. Saxta məhəbbətin əsiri olma, Əl açıb dilənmək ondan yaxşıdır. Çox da kömək umma dövlətdən-vardan, Var-dövlət insanı qurtarmaz dardan. Sədaqətli köpək vəfasız yardan. Yaxşılıq əlin... | ANL |
ARİF ABDULLAZADƏ. ("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən). Doğuldu Şəkidə, öldü Bakıda. ADU-nun filologiya fakültəsini bitirdi və 1961-ci ildən ta ömrünün axırına qədər, iki il Türkiyədə tərcüməçi kimi çalışdığını nəzərə almasaq, bir iş yeri oldu-Nizami adına Ədəbiyyat institutu. Kiçik elmi işçi kimi işə başladı,... | ANL |
Ağcabədini seyr etməkdi bu məmnunluq. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Hərdən sovet dönəmini qabartmağa çalışan insanları başa düşmürəm. Çünki bütün quruluşların mənfi-müsbət cəhədləri var. Amma bir gerçəklik də var ki, sovet dönəmində biz daha çox filan tapşırıq xatirinə y... | ANL |
Azərbaycan xalqını Avropada, xüsusən də Almaniyada tanıdan Mirzə Şəfi öz yaradıcılığı ilə bütün dünyada şöhrət tapır. Gəncədə dünyaya göz açan Mirzə Şəfi öz məsləkdaşları kimi dövrün əzab-əziyyətini öz çiyinlərində daşıyan şairlərimizdəndir. İlk təhsilini mədrəsədə alan Mirzə Şəfi orada ərəb, fars dillərini və şəriətlə... | ANL |
DAİM UCALIQDA... Oqtay Rza çağdaş poeziyamızda yeri olan şairlərdən biridir. Onun şeirlərində əsas mövzular əmək, sülh, təbiət və Vətənin tərənnümüdür. Mən Oqtay müəllimi tanıyanda yaşı altmışa yaxınlaşmışdı. Saçlarına dən düşməsinə baxmayaraq xeyli qıvraq idi, yaşından fərqli, cavan görsənirdi. Hər dəfə yazıçıların Na... | ANL |
"Zamandan çox, özündən şikayətlənən insanlardanam". Müdriklərdən biri deyib ki, "siz heç zaman nədənsə ötrü "vaxt” tapa bilməyəcəksiniz, əgər sizə vaxt lazımdırsa, onu götürün və şikayətlənmədən zamanla razılaşın”. "Ədalət”in vaxtı”nın növbəti qonağı bu günə qədərki həmsöhbətlər arasında zamandan ən az şikayət edən və ... | ANL |
GÖRÜNDÜYÜ VƏ OLDUĞU KİMİ. "İçimdəki adamlar" silsiləsindən. Düşünməyin ki, çox obrazlı, poetik bir başlıq olan bu sərlövhə hansısa şairə, yazıçıya, rəssama, bəstəkara, heykəltaraşa həsr olunub. Xeyr, bu yazının kimin barəsində olduğunu oxuyub başa çıxanda özünüz mənim bugünkü qəhrəmanımı yazıçı kimi də, şair kimi də, r... | ANL |
Narahat keçirmişdi gecəni: bircəsi, şirin-şəkər balası, Mirzə ilə xoşbəxt günlərinin yadigarı Həmid qızdırma içində qovrulurdu, dili-dodağı uçuqlamışdı, hey su versə də dodaqları qupquru idi. Lap səhərə yaxın huş apardı körpəni və ağlamaqdan şişmiş göz qapaqları öz-özünə yumuldu Zibeydənin. Gözlə məni Günəş doğanda! Tə... | ANL |
"İnsanın yaratdığı aləmin özü ən gözəl poeziyadır" (Belinski). Gözəl bir şeiri oxuyanda mən həmişə o kəlamı xatırlayıram. Əlbəttə, insanın yaratdığı o gözəl poeziyanı hər şair öz dilində, öz ləhcəsində səsləndirir. Bu meyarla, bu düşüncə ilə mən Nəbi Xəzrinin Azərbaycan poeziyasında tutduğu yeri, şairlik mərtəbəsini ço... | ANL |
Əfsanə yaradandan əfsanə yaradan. Dramaturq Marat Haqverdiyev: "Hörmətli akademik Ramiz Mehdiyevin yazdığım pyesə verdiyi qiymətdən qürur duyuram". Marat Haqverdiyev teatrlarımızla sıx əməkdaşlıq edən dramaturqlarımızdandır. İstedadlı qələm adamının yaradıcılıq məhsulu olan "Ailədə məhkəmə", "Məhəbbət, şeytan və lambad... | ANL |
Kölgə obrazı. (Ramiz Rövşənin yaradıcılığı haqqında). Şair bəzən adi məhəbbət əhvalatlarını ideallaşdırmaq üçün həm klassik poeziya örnəklərinə, həm insanın çağdaş həyat tərzi, məişət qayğılarının yaratdığı sosial-psixoloji mühitə əsaslanır. Sosial ədalətsizliyi təsvir etmək üçün mövzu seçiminə ehtiyac yoxdur. R. Rövşə... | ANL |
İNQİLAB İSAQ. Zəng edib onunla görüşmək istədiyimi bildirdim. Nə qədər vaxta gələrsən. -Arxayın ol, mənim atım səninkindən yüyrəkdi -deyib, telefonun o başında gülümsədi. Piyada olduğuna işarə edirdi. Fotoaparatımıda götürmüşdüm. Gözəllikdə tayı-bərabəri olmayan Xan bağının payız qübarı sarı sarı-sarı göz yaşlarını daş... | ANL |
Başqalarını deyə bilmərəm, mən həmişə Yevlaxdan üzü Qarabağa yol alanda həmişə qəribə hisslər keçirtmişəm. Bu yolun sonunda bir vaxtlar gənclik illərinin xoş xatirələri qalıb. Laçında keçirdiyim ilk gənclik illərinin, oradakı təhsillə bağlı göstərdiyim fəaliyyət ən incə nöqtələrinə qədər yadımdadır. Torpaqlarımızın erm... | ANL |
Xanlar Əhmədovun heykəltaraşlıq əsərləri. Xalq rəssamı Xanlar Əhmədov və onun yaradıcılığı haqqında danışacağıq. Təsviri incəsənət sahəsində çalışanlar və bu sahə ilə yaxından maraqlananlar X.Əhmədovu yaxşı tanıyır. Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan heykəlataraş bir sıra icra olunmuş monumental layi... | ANL |
(Sadıq Elcanlının romanları haqqında). telequrucu, Azərbaycan televiziyasının bədii ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru kimi onu tanıtmağa ehtiyac duymuram. Televiziyada hazırlanan əksər bədii və publisistik verilişlərin hazırlanmasında Sadıq Elcanlının böyük əməyi var və biz bu verilişlərə baxar... | ANL |
SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ. şənbə saylarımızda). Dilarə də, mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin idik. Bütün günü evlə redaksiya arasında çalışır, çarpışır, xoşbəxt ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəs alırdıq... Birdən elə bil nəfəsimiz təngidi, boğuldu... Yenə işdən evə tələsirdik, yenə nənə nəvələri ilə e... | ANL |
Elçin İsgəndərzadənin yaradıcılığı cilalı bir yaradıcılıqdır. O, istedadının və təcrübəsinin dinamikasını düzgün qura bilir. Ona görə də lirik janrdan epik janra keçir, bununla da, yaradıcılığının inkişafını, inkişaf səviyyəsini göstərir. Epik janrda yazdığı mənzum poemalar təsdiq edir ki, Elçin İsgəndərzadə lirik janr... | ANL |
Dəlicəsinə qalib gəlmək əzmi... Həmin ərəfədə mən qəzetlərin birində məsul katib kimi çalışırdım. Bir gün "Azərbaycan" jurnalının əməkdaşı şair Tofiq Mahmudla "525-ci qəzet"in redaksiyasına getmişdik. Tofiq müəllim sözarası məni qəzetin baş redaktoru ilə tanış edib haqqımda xoş sözlər dedi. "Yaxşı jurnalistdir, sizin q... | ANL |
Məşədi İbadın pulları. Yeni teatr mövsümünə start verən Dövlət Musiqili Teatrı sənətsevərlərə bir-birindən maraqlı tamaşalar təqdim etməyi planlaşdırır. Bu gün teatrda paralel olaraq bir neçə yeni tamaşa üzərində yaradıcılıq işi aparılır. Kollektivin yaxın günlərdə tamaşaçılara təqdim edəcəyi səhnə əsərlərindən biri də... | ANL |
Hər gün Məmməd Arazla. Əslində bu yazını böyük şairimizin cismən bizi tərk etdiyi gün üçün yazmışdım. Amma sonra fikrimi dəyişdim. Bunun da səbəbi oldu. Çünki bu cür insanlar, bu cür ruh sahibləri sadəcə doğulurlar, onlar dünyalarını dəyişmirlər. Kimlərsə bu fikirlərimi harasa yoza bilər. Yozsunlar fərq etməz. Çünki Mə... | ANL |
Hörümçəyə bağışladım ov tüfəngimi. Əyləşib dərmanım, dərdim yanaşı, Təklikdən qorxanda təklənir adam. İşığın qəfildən dönər kölgəyə, Od elə donar ki, donu görünməz. Çaylara qol olan çağlarım hanı, Gəzəm, görməyim yox, baxmağım qalıb. Üfüqlər dalında qovum, qovdanım, Üfüqlər qaşında çaxmağım qalıb. Hər səsi eşitmir əsri... | ANL |
(Görkəmli sənətşünas, professor Cəfər Cəfərovun anadan olmasının 100 illiyinə). 100 il keçir bu böyük insanın-Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun doğum günündən. C... | ANL |
""Qarabağ"ın bu ilki çıxışı illərin partlayışıdır”. Əmrah Çəlikəl: "Çalışırıq ki, işğal altında olan bütün torpaqlarımızın təbliğatını aparaq”. Azərbaycanı Avropa arenasında layiqincə təmsil edən, nüfuzlu, bir zamanlar azarkeşlərimiz üçün xəyal olan klubları ölkəmizə gətirən "Qarabağ" futbol klubu son illər sərgilədiyi... | ANL |
Mən səni görməsəm, havalanaram. Görmürsən. Yola cəsarətlə qədəm qoyursan, Sağında-solunda qorxu görmürsən, Sinənin qeydinə qaldığın zaman. Kürəyə yönələn oxu görmürsən. Duz-çörək keçmişin əfsanəsidir, İnanma, geriyə çərx dönəsidir, Həyat ehtiyacın məngənəsidir, Aza dəyər verib, çoxu görmürsən. Budaq üzülmürmü gül üzülə... | ANL |
"Azərbaycan jurnalistikası cəsarətsiz, ələbaxan bir uşaq olub". Yerli televiziyalarımızdakı problemlər, çatışmazlıqlar zaman-zaman qaldırılıb, dəfələrlə müzakirə mövzusu olub. Bununla belə, səslənən müxtəlif mülahizələr problemin həllini tapmaq yerinə, əksinə fikirləri daha da haçalandırıb. Əlbəttə, fikir azadlığı və m... | ANL |
ÜRƏYİMİN GÜVƏNDİYİ KİŞİ. İçimdəki adamlar silsiləsindən. O özündə də, əqidəsində də bütünlüklə özüdü. Əvvəlcə bir giriş edim: - Çoxdandı bu mövzunu fikirləşirdim. Amma nədənsə hər dəfə tərəddüd hissləri keçirir və bu mövzunu kağıza köçürməyi yubadırdım. Amma son vaxtlar həm yaşla bağlı, həm də səhhətimlə bağlı müəyyən ... | ANL |
ATƏŞKƏS YALLISI. MÜASİR ƏDƏBİYYAT. Ondan artıq povestin, bir romanın, neçə-neçə hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir OgAğlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd Orucdur... Əd... | ANL |
SABİR AZƏRİ. Azərbaycan nəsrində "altmışıncılar"ın ədəbiyyata gətirdiyi yeni meyllərdən, səmərəli axtarış səylərindən çox yazılıb, çox deyilib. Ədəbiyyata gəldiyi ilk illərdə əsərləri mübahisə doğuran, hətta ənənələrə üz çevirən müəlliflər kimi kəskin tənqid hədəfinə çevrilən "altmışıncılar" az sonra istedadlı nasir ki... | ANL |
SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ. (əvvəli ötən şənbə saylarımızda). Bir axşam süfrə başında evdəkilərə dedim ki, mənə yüksək məvacibli iş veriləcək. Ancaq mənə elə gəlir ki, tezliklə bu məsələ həll olunacaq. Təəccüblə üzümə baxdılar. Hiss etdilər ki, zarafat eləmirəm, ciddi sözümdür. Onların təkidindən sonra ürəyimi açıb, belə q... | ANL |
Bir-birinin üzünü görməmiş, amma ürəklərində bir-birinə həsəd aparan bu iki aslan indi üz-üzə dayanmışdilar. -Ay Kərəm, səni Allah hardan yetirdi, son patrononun ümidinə qalmışdım, qardaş. -Sənin iyidliyin, mərdliyin haqda çox eşitmişdium, İsmayıl. Amma bu gün gözlərimlə gördüm. Ver əlini bu gündən kürək-kürəyə verib b... | ANL |
Gənc aktyor Cavid İbrahimov: "Şirmanın arxasında keçirdiyin hiss və həyəcanı kuklalara ötürməli bacarmalısan". Cavid İbrahimov çox gənc olmasına baxmayaraq peşəkar səhnədə maraqlı rollar oynayıb. Teatra gəldiyi elə ilk ildəcə Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasında Dərviş, Üzeyir Hacı... | ANL |
Qərib MEHDİ. Elçin İsgəndərzadəyə. Niyə seçdin dağ olmağı? Təpə kimi əyilsəydin, Gülün olardı. Dərə kimi ovulsaydın, Yolun olardı. Düzən kimi yayılsaydın, Selin olardı. Niyə seçdin dağ olmağı? Günəşə ilkin salam vermək. sənəmi qalmışdı? Zülmətə ilkin sinə gərmək. Sənəmi qalmışdı? Gərək, Yerin dərdini. Göyə deyəydin? Al... | ANL |
Yazıçılar Birliyinin sonuncu qurultayında, fasilə zamanı mənə yaşlı bir insan yaxınlaşdı. Kitab oxumaq, özü də maraqlı bir kitabı mütaliə eləmək oxucu üçün yeni bir aləmin sirrinə bələd olmaq deməkdir. Adını çəkdiyim bu iki kitabın müəllifi-Nəsib Bayramoğlu da öz kitablarında bunu bacara bilib. Qısaca olaraq onun barəs... | ANL |
Yaquba" silsilə poemaları ilə bağlı düşüncələr.. (əvvəli ötən sayımızda). Sabir Arazlı Füzuli rayonunun Mahmudlu kəndindən-Qarabağdan, Vətən-oymaq qatarından perik düşmüş məcburi köçkündür. Lakin elindən-obasından didərgin salınmış şair həm yurdsuzluq, həm də, sonrakı dövrdə çəkdiyi əzabları məhz indi 20 ildən sonra di... | ANL |
Ömrü nağıl kimi yazan ədib. Yazıçılar Birliyində Fərəc Fərəcovun yeni kitabı təqdim olundu. Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Fərəc Fərəcovun "Ömür bir xatirədir” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Adil Cəmil Fərəc Fərəcovun sənətkarlığından, həm şair... | ANL |
Ayın, günün şahidliyi. Azərbaycan və Dağıstan. 1917-ci il fevral inqilabından sonra Ə.Haqverdiyev Borçalı qəzasına müvəkkil təyin olunub ilyarım orada çalışmalı olur. Onun sonrakı fəaliyyəti Azərbaycan üçün mühüm olan iki regionla bağlıdır - Dağıstan və Ermənistan. Mənbələr söyləyir ki, Tiflisdən qatarla İrəvana gedərk... | ANL |
AZƏRBAYCAN REALLIĞININ ZAQATALA NÜMUNƏSİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. (əvvəli ötən saylarımızda). Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun yenidən qurulması kənddə inkişafın əsas göstəricilərindəndir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il ... | ANL |
"Sədərək kəndi müharibələr illərində". Hacı Tofiq Seyidzadənin "Sədərək kəndi müharibələr illərində" adlı 53-cü kitabı işıq üzü görüb. Bu kitab müəllifin on illik zəhməti bahasına başa gəlib. Beş il ərzində Azərbaycan döyüşçüləri Moskva, Leninqrad, Pribaltika ölkələri, Kiyev, Xarkov, İrkutsk, Uzaq Sibir, Novosibirskədə... | ANL |
SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ. (əvvəli ötən şənbə saylarımızda). Şair dostlarımız Vaqif Səmədoğlu və Vilayət Rüstəmzadənin əvəzsiz töhfəsi - böyük Səməd Vurğunun tarixi foto-şəkli (Pekin, 1955-ci il) bəzəyən kitabxanamızın rəflərinə müxtəlif vaxtlarda hədiyyə verilən, müəlliflərin avtoqrafı olan kitablar, həmçinin bir oxucu k... | ANL |
İngilis şairi, dramaturqu və tənqidçisi Con Drayden (XVII əsr) ilk dəfə tənqid terminini işlədəndə fikirləşməmişdi ki, illər, onilliklər, əsrlər keçəcək, bu söz həyatın bütün sahələrində ən işlək, ən zəruri və eyni zamanda, ən xoşagəlməz bir sözə çevriləcək, yaşından, irqindən, millətindən asılı olmayaraq hər bir insan... | ANL |
İnsan Mənzərələri. Bu ikicə misra demək olar ki, şair Hacının mənzərəsinə işıq salır. İşıq düşən yerdə hər nə var açıqca görünür, işıq düşməyən yer qaranlıq olur, rənglər, formalar yoxa çıxır. Mən molbert arxasında oturub bu işıqlı, nurlu kişinin portret mənzərəsini işlədiyim zaman, politramda rənglərin özü belə bu nur... | ANL |
Yarım əsrdən çox bir zaman kəsiyində (!-R.M) sədaqətinə, böyük səmimiyyətinə güvəndiyim Ramizə ərmağan edirəm". Sadıq Murtuzayev. "İnsan amili: həyat və zaman" kitabını Sadıq müəllim bu yay Goradildəki bağ evinin dəniz havalı, səpsərin kölgəli, sözün əsl mənasında cənnət bir guşəsində bağışladı mənə. Kitabın üz qabığın... | ANL |
AXIRINCIDAN ƏVVƏLKİ AŞIRIM. Ruhun şad olsun, Fərman Kərimzadə! BAXIŞ BUCAĞI. Yenə köhnə havaları üstümə kökləmişəmg yenə sizi köhnə günlərimə çəkib aparacamg yenə öz nostalji duyğularımla, düşüncələrimlə kövrəldəcəm sizləri. Əgər gücüm çatsa hətta sıramızdakı ən kövrək qəlbliləri ağladacam, əgər bacarsam... Əgər bacars... | ANL |
(Novruz Nəcəfoğlunun eyni adlı povesti haqqında). Nağıllara uşaqlıqdan həqiqət kimi inanırdıq. Xeyirxah insanların, igid və qorxmaz qəhrəmanların, əfsanəvi Simurq quşunun, azman divlərin, əcdəhaların, küpəgirən qarıların, butasının dalınca gedən sevgililərin yaşadığı sirli bir aləm idi nağıllar. Biz o nağılların qəhrəm... | ANL |
Cəmil Əlibəyov vəfat etdi. Azərbaycan ziyalılarına ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli yazıçı, publisist, əməkdar incəsənət xadimi Cəmil Ədil oğlu Əlibəyov 87 yaşında vəfat edib. İlk təhsilini kəndlərindəki məktəbdə alıb. 1944-cü ildə indiki Bakı Dövlət Universitetinin "Şərqşünaslıq” fakü... | ANL |
"Hiss və düşüncələrimi ədəbiyyat üçün saxlayıram". İlqar Fəhmi: "Filmdə və ədəbiyyatda orta xətti tutmağın tərəfdarı olmuşam". Azərbaycanda yaradıcı insanlar çoxdur: istər poeziyada, istərsə də nəsr ədəbiyyatında kifayət qədər dəyərli nümunələrimiz və qələm sahiblərimiz var. Amma özündə həm poeziyanı, həm nəsri birləşd... | ANL |
Yəqin ki, sizə təqdim etdiyim bu yazının başlığı dərhal diqqətinizi çəkdi. Ona görə təsadüf deyil ki, "Ədalət" qəzetində "Ədəbi həyat" adlı bir səhifə var və artıq uzun illərdi ki, o səhifənin müəllifi tənqidçi-alim-yazar-professor Vaqif Yusiflidi. Bəri başdan bir fikrimi dilə gətirmək istəyirəm. Mənim qənaətimə görə, ... | ANL |
Kövrək olur qocalar. Qardaşım Bəxtiyarın əziz xatirəsinə. Onlar adəti üzrə zəngləşib molla papağına oxşayan balaca, dəyirmi parkda görüşdülər. Qocalar: Hətəm, Teyyub, Qəhrəman, Məmmsədəli, Oruc... başladılar ayaqlarını dallarınca sürüyə-sürüyə, daim nəm çəkən gözlərinin suyunu silə-silə, ləngərlənə-ləngərlənə gəzişməyə... | ANL |
Ramiz Orsər. (Dostum Qəşəm Nəcəfzadəyə). Hər yan dərddi, Kimə baxırsan dərdlidir. Dərdli yanında da. Ölsəm, guya nə olasıymış, Uzaqbaşı mobil telefonlarının. yaddaşından. telefon nömrəmi siləcək dostlar. Daha yorur gözlərimi. bu adamların dəstəsi: biri çiçək dəlisidi, biri yemək dəlisidi, Kimi var-dövlət hərisidi, Kimi... | ANL |
Bütün yaradıcılığı boyu təbiətə, insanlara, onu əhatə edənlərə vurğunluğunu açıq şəkildə büruzə verən, həmin o qarşılıqlı istəkdən də könül rahatlığı qazanan şair Oqtay Rza əslində hamımız üçün doğmadı. Hər yerdə arzulanır, hər yerdə gözlənilir və hər bir gözlənilən məclisdə də o, özünü olduğu kimi ifadə edir. Mənə elə... | ANL |
Hər dəfə dəyərli insanlardan, cəmiyyətdə, elmi ictimaiyyət arasında sevilən adamların ya bir ismarıcını, ya bir tapşırığını, ya da hər hansı bir ərkini alanda, eşidəndə daxilən rahat oluram. Bax, bu mənada özümə çox mərhəm bildiyim və şəxsiyyətini, yaradıcılığını əziz tutduğum professor Qəzənfər Paşayevin adıma göndərd... | ANL |
Mənəviyyat manifesti. Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışının doğurduğu rezonans, həmişə olduğu kimi, bu dəfə də genişmiqyaslı oldu. Adətən Prezident Administrasiyasının rəhbəri öz çıxışları, bəyanatları və əsərləri ilə hər zaman gündəm yaratmağı, yaxud da gündəmi dəy... | ANL |
Müasir Azərbaycan ədəbiyyatının araya-ərsəyə gəldiyi məkan təkcə qaynar Bakı mühiti deyil. Əslində, Bakı məmləkətimizin bütün bölgələrindən gələn istedadları doğma anası kimi özünə cəlb edir və deyək ki, ədəbiyyatımızın əksər sənət adamları Azərbaycanın müxtəlif rayonlarından gəlib burda sakin olanlardır. Ancaq bölgələ... | ANL |
Ədəbi-bədii jurnallar arasında artıq öz yerini möhkəmlətmiş, hətta müəyyən məqamlarda özünəməxsusluğu ilə fərqlənməyi bacarmış "Yada düşdü"nün növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında da onun təsisçisi şairə Nəzakət xanım ənənəsinə sadiq qalaraq elə ilk səhifədən oxuculara üz tutub. Onları jurnalın bu sayı üzər... | ANL |
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi və təqdimatı keçirilib. Adalet.az-ın məlumatına görə, institutun direktoru Yaqub Mahmud... | ANL |
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Aybkitab.az” saytının təqdimat mərasimi keçirildi. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qeyd etdi ki, "Aybkitab.az” saytı Yazıçılar Birliyinin yeni layihəsidir. Layihə çərçivəsində bu loqo altında kitabların nəşri, online satışı, təbliği, çap olunmuş kitabların müəl... | ANL |
Şairlər vətənin ağ saçlı əsgəridir. Şairlərin sözüylə ordular ayağa qalxar, şeirinin ümmanında daşlar da axar...” Bu sözlər bu günlərdə Türkiyədə çapdan çıxmış, qərbi Avropa, Amerika, Avstraliya ölkələrinin ədəbiyyatı üzrə doktorluq eyitimi almış Tamilla Abbasxanlı-Əliyevanın "Çağdaş Türkiye ve Azerbaycan Şairlerinin Ş... | ANL |
Dənizin sahilindəki şəhər - Lənkəran. Astaraya tələsən sərnişin qatarı Lənkərana səhər erkən çatır. Dənizin sahili ilə mənzil başına şütüyən qatar elə bil Xəzərdən uzaqlaşmaq istəmir. Bu da vağzal, Lənkəranda müsafirləri ilk qarşılayan Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun möhtəşəm heykəlidir. Bir qədə... | ANL |
Cənab Prezidentin tapşırığına uyğun olaraq, imtiyazlı kateqoriyadan olan şəxslər, şəhid ailələri və Qarabağ əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları, əlilləri, Çernobıl əlilləri, imkansız ailələr daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cənab Prezidentin qayğı və diqqəti ilə rayonda inşa edilmiş... | ANL |
Azərbaycanın cənub bölgəsində bir rayon - Masallı təkcə öz təbii sərvətləri ilə deyil, yurdumuza bəxş etdiyi söz, sənət adamları ilə də tanınır. "Masallının söz çələngi" toplusu da məhz bu rayonda doğulan, istər orada yaşayan, istərsə də Bakıda, qaynar ədəbi mühitdə fəaliyyət göstərən şairlərin, nasirlərin, publisistlə... | ANL |
Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Adalet.az Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumat... | ANL |
Vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına rayonun 12 kəndində məktəb binaları, 3 kəndində uşaq bağçaları, 6 kəndində tibb məntəqələrui, 4 kəndində ağsaqqallar evi, dairə Seçki Komissiyası üçün inzibati idarə binası, Uzunömürlülər muzeyi inşa edilərək istifadəyə veril... | ANL |
Cəmiyyət ədəbiyyata minnətdar olmalıdı... Bu günkü müsahibim tənqidçi Elnarə Akimovadır. -Elnarə xanım, bu gün ədəbi mühütdəki tənqidin vəziyyəti sizi qane edirmi? - Əslində tənqidin missiyası şərh etməkdirsə, tənqidçinin də birinci missiyası buna yönəlməlidir. Mən bir dəfə bu fikri demişəm, yenə də bu fikirdəyəm ki, t... | ANL |
Qoca əkinçinin ölümü. Günəş yavaş- yavaş batır, dağlarla göy üzünün birləşdiyi yerdə buludlar öz qırmızı rəngiylə xəzan çağı yarpaqlarına bənzəyirdi. Otların qoxusu, cırcırama səsləri, yaxındakı çaydan gələn qurbağaların nəğməsi sanki birləşib günəşə ismarıc göndərirdi. Qoca əkinçinin alnındakı təri silirdi külək öz sə... | ANL |
Azərbaycanda labirint formalı unikal qəbir abidə tapılıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb. Bu barədə apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ... | ANL |
Dənizin sahilindəki şəhər - Lənkəran. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bordürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən... | ANL |
Uzaqlardan eşidilən səs. Batmaqda olan günəşin narıncı şuaları yavaş-yavaş əriyib qüruba doğru tələsirdi. Yolboyu gözə çarpan ucsuz-bucaqsız düzənliklərdə istidən quruyub canlılığını itirmiş bitkilərə bir qığılcım kifayət idi ki, yanıb külə dönsünlər. Yumşalmış asfaltın üstü ilə şütüyən yöndəmsiz avtobus sanki bir çoxl... | ANL |
Bu il sentyabr ayının 16-da 200-dən artıq elmi əsərin, 47 ixtiranın, 14 elmi monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın, 125 çevirmə kitabının müəllifi, 300-dək elmi və bədii kitabın redaktoru, alim, şair, naşir, publisist, pedaqoq, ictimai xadim, xeyriyyəçi, rəssam, Avropanın Fəxri Alimi və Əməkdar İxtiraçısı, A... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.