text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Elçin Mirzəbəyliyə həmkar məktubu. Öncə müəllifdən başlayıram. Mənim inamıma görə, hər bir yazı, hər bir söz müəllifinin özünə bənzəməklə yanaşı, həm də onun şəklidi, görüntüsüdü. Deyə bilərsiniz ki, söz ifadə olunarkən görünmür. Yəqin bununla siz də razılaşarsınız. Bax, bu mənada mən özümü inamımda haqlı bilərək öz fi... | ANL |
Babamızın nəvələrimizə poetik töhfəsi... Çox vədə əzbərlədiyimiz bəzi atalar sözünü müdrük görünmək üçün tutuquşu kimi təkrarlayırıq. Atalar sözü olmasa da uşaqlarımız, balalarımız barədə bəlağətlə "uşaqlar bizim gələcəyimizdir" deyir, özümüzü gələcəyimizin qurucuları olacaq yeniyetmələrin hamisi, qədirbiləni kimi təqd... | ANL |
MƏTLƏB AĞANIN ŞEİRLƏRİ. "Bölgələrdə ədəbiyyat" silsiləsindən. Romantik duyğuların ifadəsi olan bu misraların müəllifit Mətləb Ağadır. Olsun ki, bu şeirlərlə əvvəl-əvvəl bir dil tapa bilmədim (çünki onu çoxdan oxumurdum), amma sonra hər şey qaydasına düşdü. Şeir istedadla yazılırsa və o şeirdə sənin də ürəyini tərpədəcə... | ANL |
Görənlərin ovsunlayan qafqaz incisi. Onda bəs nədən belə bir ifadə işlənir? Görünür irreal aləmlə reallıq üz-üzə qalanda bəşər övladı öz düşündüyünü dilə gətirir, fikrini məhz belə ifadə edir. Son illər yolum nə vaxt Qax rayonuna düşürsə burada ürəyimcə rahatlığa qovuşuram. Əlbətdə, Qaxın təkrarsız təbiət gözəllikləri ... | ANL |
MƏN BAKININ İSTİSİNİ SEVİRƏM. (Xalq yazıçısı Qılman İlkini xatırlayarkən). Bir dəfə Qılman müəllimdən söz düşmüşdü, həkim müəllifimiz Ziba xanım Əliyeva çox yaxşı dedi: "Qıl-man müəllim heç qocalmadı!". Doğrudan da nə sirrdisə, qocalığın ağır gedib-gələn nəfəsi, batıq səsi, sınmış qaməti Qılman müəllimə əl uzada bilməm... | ANL |
...Kitabların mövzularına gəldikdə isə... Mən belə deyərdim ki, bizim respublikada Qarabağ haqqında çoxlu kitablar yazılıb. Bu kitabların əsasən iki süjet xətti olur. Mifik Azərbaycan əsgəri qəhrəmanlıq edir - ya indiki zamanda, ya da ötən əsrdə. Digər süjet xətti isə ondan ibarətdir ki, ermənilər hansısa kəndimizi tut... | ANL |
Bu dəfə məni danışdıran Ramiz Qusarçaylıdı. O Ramiz ki, hələ orta məktəb illərimdə şeirlərini sevmişəm. Mənim küskün, incik, bəlkə də həyatın acılarından bir az qorxacaq gözlərimə işıq gətirmişdi Ramizin şeirləri. Sevə-sevə bağrıma basdığım, qəlbimə hopdurduğum həmin misraları el sənətkarı Qərib Sultana həsr etmişdi. D... | ANL |
Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi... | ANL |
Qazağın ilhamı bol verilmiş İncə şairlərindən İbrahim İlyaslı mənə bir şeir ünvanlamışdı. Əslində ithaf olunmuş şeir də bir şirin paydır. Mən də İbrahimin "boşqabını" boş qaytarmaq istəmədim. İbrahim İlyaslının mənə nəzm ilə yazdığı məktuba cavab. Mənə yolladığın şeri oxudum, Nə incə yazmısan, incə, İbrahim. Hər şair g... | ANL |
Təhsil müəssisələrinin tikintisi və yenidənqurulması ilə bağlı Dövlət Proqramında şəhər 4 №-li tam orta məktəbinin əsaslı təmiri, Zərnə kəndində 12 №-li uşaq bağçasının, Qapıçay kəndində 17 №-li uşaq bağçasının və İlisu kəndində 25 №-li uşaq bağçasının bərpa-gücləndirilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm ... | ANL |
BİR ÖMRÜN BEŞİNCİ FƏSLİ. Bizdən uzaqda, Rusiyanın paytaxtı Moskvada daha bir şairimizi sizə tanıtmaq istəyirəm. Əslində, onu tanıtmağa elə bir ehtiyac yoxdur, çünki Afaq Şıxlı Azərbaycanımızla sıx ələqə saxlayır, hər yeni şeirlər kitabı çıxanda Bakıya gəlir, ədəbi sevincini dostlarıyla, qohumlarıyla, yazarlarla bölüşür... | ANL |
Sabir Arazlı Özgünün yeni kitabı belə adlanır. Yaxın günlərin söhbətidi. Az qala illərdən bəri görmədiyim Sabir Arazlı redaksiyamıza qonaq gəlmişdi. Özü də xoş bir ovqatla, xoş bir niyyətləg Təbii ki, mən bu məqamda Sabir Arazlı barəsində qısaca bir arayış vermək istəiyrəmg. Orta məktəbdə oxuyurmdum. Füzulidə çap oluna... | ANL |
(əvvəli ötən saylarımızda). Yeni innovasiyaları tədbiq etmək baxımından səriştəli təhsil verənin formalaşması və peşəkarlığının yüksəlməsi baxımından hesabat dövrü ərzində ümumtəhsil məktəblərinin 18 nəfər pedaqoji işçisi peşəyönümlü ixtisasartırma kurslarına cəlb olunmuşlar. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin... | ANL |
Eh, İsi, İsi..Son dəfə sizi Televiziya və Radio Şirkətinin həyətində gördüm. Siz rəngi ağarmış halda, bir ağaja söykənmişdiniz, halsızlığınız üzünüzdən bilinirdi. Yaxınlaşdım, salam verdim, sizi o halətdə görüb dedim ki, İsi müəllim, nəsə kömək lazımdırmı? Üç gündən sonra isə televiziyadan o ajı xəbəri eşitdim: görkəml... | ANL |
"YADDAŞLARA YAZILAN ŞEİRLƏR". Yarımçıq şair taleyinə ehtiramla. Yaxın günlərin söhbətidi. Dəyərli qələm adamı, qələm dostum Süleyman Əlisa telefonuma zəng çaldı. Bir az özümüzdən, bir az ailə-uşaqdan danışandan sonra bildirdi ki, sənə bir kitab gətirəcəm, bu kitabın müəllifi dünyasını dəyişib. Amma övladları, doğmaları... | ANL |
Unudulmaz sənətkarımız sağ olsaydı - bu gün onun 85 yaşını özü ilə birlikdə bayram edəcəkdik. Uçub sal qayamız, qartal qayamız, Köçüb son mənzilə Hikmət Ziyamız;. Dözək, əzizlərim bu dərdə dözək, Kədər dəryasında inamla üzək! Həsrət tək Şəkini yandırır məgər? Daha bu sualı verməyəcəklər;. Ən incə mətləbi dərhal duyanın... | ANL |
Bura Lənkərandır. Uca Talış dağlarından başlamış intəhasız yaşıllıq düzənlərə qədər enir. Burada min rəngə çalan güllərin, çiçəklərin yaratdığı gözəllik yaşıllıqlar qoynunda bir halə yaradır. Bir qədər aşağıdakı mavi gözlü Xəzər gecələr şəhərə həzin bir layla deyir. Dənizin gündüzləri daha gözəl olur. Xırçın ləpələr bi... | ANL |
BU DÜNYADA YAXŞILIQLAR QALACAQ. MÜBARİZ. Milli Qəhrəmanımız Mübariz İbrahimova. O mənfur düşmənin başının üstə, O gecə şimşək tək çaxdı Mübariz! O gün daş qoymadı daşının üstə, Düşməni odlara yaxdı Mübariz! Düşmənin üstünə gör neçə yerdən, Güllə tək, mərmi tək yağdı Mübariz! Göz aça bilmədi o gecə yağı, Gördü qisasımı ... | ANL |
Nə vaxtdı bir kitab oxuyuram. "Nə vaxtı" sözü sizə uzaq tarixi xatırlatmasın. Əslində bu çox yaxın bir tarixdi. Aprel ayının 29-da həmin kitabı mənə müəllif çox dəyərli bir aftoqrafla bağışlayıb və həmin aftoqrafı da sizə təqdim edirəm: - Sadəcə dost dediyim, dost bildiyim Əbülfət Mədətoğluna müəllifdən və dostundan!..... | ANL |
Bu boyca uzun, saçları təzə gümüşləmiş, həmişə Yazıçılar Birliyinin koridorlarında və qapısı ağzında kiminləsə şirin-şirin söhbət eləyən, deyib-gülən, zarafatı xoşlayan, "Natəvan" klubunun tədbirlərində mahir bir təşkilatçı kimi əvvəldən axıra qədər məclisə yiyəlik edən, çox sadə və səmimi bir insan-Dayandur Sevgin gəl... | ANL |
BARMAQLARIN ŞİRİNLİYİ... Çox vaxt biz şirin səs haqqında müxtəlif fikirlər eşidirik. Məsələn, deyirlər ki, filan xanəndənin və müğənninin bal kimi şirin səsi var. Daha doğrusu, məlahətlə oxuyan müğənninin, xanəndənin səsindən bal damır, amma şirin barmaqlar haqqında o qədər də məlumatlı deyildim. Amma o balaca uşağın ş... | ANL |
Türkiyənin Karabük vilayətində millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində çap edilən "Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat və imzalanma mərasimi keçirilib. Mərasimdə Karabük bölgəsinin rəsmiləri, ziyalıları, gənclər və mətbuat və media nümayəndələ... | ANL |
Teatrın işıqlarını yandırmaq... Və ya hər həftə Bakıda görüşənədək. Sumqayıt Dövlət Musiqili Dram Teatrı böyük dəyişikliklər ərəfəsindədir. İki ay öncə teatra direktor təyin edilən İslam Həsənov artıq qısa müddətdə xeyli işlər görməyə nail olub. İslam bəy bizimlə söhbətdə rəhbərlik etdiyi teatrın gələcək planları barəd... | ANL |
İNKİŞAFIN ZAQATALA MODELİ. ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR. Ənənələr üzərində müasirləşmə. Özünəməxsus ənənələrlə yaşayan Zaqatala ölkə üzrə ən çox inkişaf etmiş rayonlar sırasındadır. Doğma Azərbaycanımızın müstəqilliyə qovuşduqdan sonrakı sürətli inkişafı fonunda bu elə də təəccüblü görünmür. Ancaq bir məsələ xüsusi ... | ANL |
Sanmayın dünyanı quru oyuncaq, Fanidi bu dünya, əzəldən fani. Yenə də yaz gəlir uca dağlara, Bülbüllər səs salır barlı bağlara. Aldanma, sevgilim, ötən çağlara. yoxa çıxacaq, Lütfizadənin. nəzəriyyəsi... haçan əbədi olub axı, Cütlərin birləşməsi. Tələsdirdiniz məni. Yoxsa arvadı qoca. Xasiyyət xəstəxsiyəm... Huk xəsətl... | ANL |
ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI. Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq. Səs-küylə auditoriyaya doluşduq. Gözümüz qapıda idi. İntizarımız çox çəkmədi. Ortaboylu, gülərüz, xoşsifət bir adam içəri daxil oldu. Üzündən nur tökülürdü. Əynində hava rəngli yüngül yay kostyumu var idi. Çoxdan dən düşmüş saçları seyrəlmişdi. Asta ... | ANL |
ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI. Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq Mir Cəlalı xatırlayarkən... (əvvəli ötən sayımızda). - Çalış əlaçılığa düşəsən. Hər halda ehtiyatı əldən vermə. Bunu ona görə deyirəm ki, sənin o məntiq müəllimin özü bir məntiqsiz adamdır. Kasıb-kusubun qənimidir. Hər semestrdə neçə tələbəni gözüyaşl... | ANL |
İNKİŞAFIN ZAQATALA MODELİ. ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR. Cari ilin I rübündə rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizotik vəziyyət sabit saxlanılmışdır. Ekologiyanın qorunmasına xüsusi diqqət. Rayonda ekoloji məsələlər də... | ANL |
Haqdan yanan şamam, sönən deyiləm, Rəfail, arzumdan dönən deyiləm. Laçına dönməsəm, ölən deyiləm.. Bu misralar qəlbi yurd həsrəti ilə döyünən, uca dağlar qoynu Laçında doğulub indi onun həsrətini çəkən Rəfail Laçınlınındır. Neçə illərdir ki, o, Sumqayıtda yaşayır, bu şəhərin ədəbi mühitində fəal iştirak edir, yurddaşla... | ANL |
YENİ NƏŞRLƏR. Bugünlərdə şair-publisist, professor Rafiq Yusifoğlu "Müasir ədəbi proses və ədəbi tənqid" adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Şamil Salmanov, rəyçiləri filologiya elmləri doktorları professorlar Akif Hüseynov və Məhərrəm Qasımlıdır. ADPU-nun nəşriyyat... | ANL |
İnsan Mənzərələri. Bir zamanlar Ağamalı Sadiq varıydı, o zamanlarda dumduru duyğular, tərtəmiz sevgilər, yarlı-yaraşıqlı dost məclisləri də varıydı və bu məclislərdə qara saz ayrı cür gülənər, dillər ayrı cür danışardı... Yenə maraqlı bir məclis düzənlənmişdi. Səhv etmirəmsə, yaxın bir qohumun uşağının sünnət məclisi i... | ANL |
TÜRKLƏR ERMƏNİLƏRİ YOX, ERMƏNİLƏR TÜRKLƏRİ QƏTL EDİB. Son vaxtlar tez-tez Türkiyədə erməni soyqırımından yazırlar. Halbuki Türkiyədə hadisələr tərsinə cərəyan edib. Türkiyədə erməni soyqırımı yox, türk soyqırırmı olub. Bu haqda bir neçə il əvvəl yazdığım məqaləni təkrar "Ədalət" qəzetinə təqdim edirəm. Tarixi faktlara ... | ANL |
Yazıma ustad Şəhriyarın "Heydərbabaya salam" poemasından misralarla başlayıram. Heydər baba, dünya yaman dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı. Oğul doğub dərdə salan dünyadı, Hər kimsəyə hər nə verib, alıbdı, Əflatundan bir quru ad qalıbdı. Adam var sağdır, həyatda yaşıyır, amma ölüdən fərqi yoxdur. Adam var ölüm... | ANL |
Yırtıcı nifrətim düşməni qovur. Ayıq kirpiklərim qisas qılıncıg. Yırtıcı düşmənim düşməni qovur. Adam bənzəyir yalnız zahiri, Kirli caynaqları neştərdən iti. Dişinin dibində ölüm zəhəri, Gəlir Yer üzünün ən murdar iti. Kirli caynaqları neştərdən iti. Bu gün Azərbaycan boylu gəlindir, Yurdum özü boyda intiqam doğur. Pol... | ANL |
İNKİŞAFIN ZAQATALA MODELİ. ARTIQ BELƏ BİR İFADƏ FORMALAŞIR. (əvvəli ötən saylarımızda). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 avqust 2013-cü il tarixli sərəncamı ilə Zaqatala şəhərinin tarixi görkəminin geri qaytarılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası ... | ANL |
"Tamaşaçının nə istədiyini bilirəm". "Toy gecəsi" teleserialının ssenari müəllifi Samir Sədaqətoğlu belə hesab edir ki, hər birimizin həyatında bir Aslan obrazı var. Yay gəlincə milli telekanallarımızdakı seriallar "sezon finalı"na çıxır. ATV-də yayımlanan "Toy gecəsi" başa çatan mövsümün ən reytinqli serialı oldu. ATV... | ANL |
TANIDIĞIN ÜÇÜN SEVİNDİYİN. Kitabının Türkiyədə maraq doğurduğunu, Metin Özer tərəfindən tərcümə olunduğunu və təqdimat, imza günü keçiriləcəyini bilirdim. Hətta onunla birlikdə Türkiyəyə getmək də istəyirdim. Gedə bilmədim. Tədbirlərlə bağlı məlumatları FB -da ara-sıra paylaşılan şəkillərdən, xəbərlərdən izlədim. Həm d... | ANL |
Kənardan onu müşahidə edən hər kəs bu cavan oğlanın, əslində isə hələ üst-başından orta məktəb qoxusu çəkilməmiş, hələ gözləri böyük şəhərə alışmamış bu Allah bəndəsinin yalnız cüssəsini görə bilər. Çünki onun ruhu, onun iç dünyası özündə deyil, bədənini tərk edib, göylərə üz tutub mələklərlə, yerin-göyün mizan tərəzis... | ANL |
Sonuncu səhifəni aşıranda ağlıma gələn ilk suallar bunlar oldu: ədəbi sənəti konkret şəkildə səciyyələndirən, hamı tərəfindən qəbul edilmiş etalon ölçü vahidi varmı? Sənətkar bu yolu əvvəlcədən görür, bilir, onunla adım -addım sənətə gəlir, yoxsa sənətə gəlib çatdıqdan, sahib olduqdan sonra bura hansı yollarla gəldiyin... | ANL |
(Gənc şairə Nuranə Nurun şeirləri haqqında). "Hörmətli Nuranə xanım, sizin şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydcan", Türkiyədə çap olunan "Kardeş kalemler" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə oxumuşam. Və mənə bu yaxınlarda verdiyiniz şeirləri də oxuyandan sonra aldığım zövqü o biri şeirlərin üstünə ... | ANL |
ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI. Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq Mir Cəlalı xatırlayarkən... (əvvəli ötən saylarımızda). Tamaşa efirə gedəndən bir neçə gün sonra dekanlığın qabağında rastlaşdıq. Dərslərimi soruşdu. Hər şeyin qaydasında olduğunu söylədim və özümə borc bildim ki, sevimli müəllimimi təbrik edim. Letuç... | ANL |
BU DÜNYADAN MİRƏZİZ GETDİ. Ölümündən, bu dünyadan o dünyaya əbədi səfərindən üç gün öncə bizim evdə görüşdük. Yeni şeirlər kitabını çapa hazırlayırdı, son tamamlama işləri görülməliydi. Mən o kitaba giriş sözü yazmışdım. O, bəzi şeirlərə düzəlişlər etmişdi, bəzilərini isə kitaba təzə daxil etmişdi və bir dost kimi mənd... | ANL |
Kitabın müəllifinə və qəhrəmanına məktub. Bütün hallarda bu kitabın maraqla qarşılanacağına və hətta artıq mən deyərdim ki, qarşılandığına oxucu kimi şübhəm yoxdur. Çünki söhbət elə bir şəxsiyyətdən gedir ki, o, həm ədəbi cameədə, həm də ictimaiyyət arasında, xüsusilə folklorla, ədəbiyyatşünaslıqla, sözlə məşğul olanla... | ANL |
(əvvəli ötən saylarımızda). Ölkənin inkişaf strategiyasında Balakənin xüsusi yeri. 2014-cü ilin birinci rübündə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri sürət və keyfiyyətlə aparılmışdır. Ölkə Prezidenti İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı sərəncama uyğun olaraq Balakən-Sarıbul... | ANL |
Qalalar beşiyi-basılmaz qala, Ərənlər, fatehlər salmısan yola. Dönüb qarşımızda min bir suala, Sinəsi sirlərlə dolu Naxçıvan. Odlardan sıyrılıb əyilməz başın, Hikmət dəryasıdır sözün, yaddaşın. Dindirsən dillənər torpağın, daşın, Hər yaşıl yarpağın, kolun, Naxçıvan. Oynat dalğaları Nuhun gəmisi, Titrətsin belini Şərur ... | ANL |
ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI. Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq Mir Cəlalı xatırlayarkən... (əvvəli ötən saylarımızda). Tərifləyib, göylərə qaldırmışam onu. Borclu borclunun sağlığını istər. İndi zəhmət çəkib əvəzini qaytarsın. Əzrayıl uzun baxışlarla altdan yuxarı Əli Vəliyevi süzür. Əkrəm Əylisli çox istedadlı y... | ANL |
Hesabat dövründə rayonun bütün mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi təmin edilmişdir. Qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Azərbaycan Pespublikası Mədən... | ANL |
(“Bölgələrdə ədəbiyyat” silsiləsindən). Haqdan yanan şamam, sönən deyiləm, Rəfail, arzumdan dönən deyiləm. Laçına dönməsəm, ölən deyiləm. Bu misralar qəlbi yurd həsrəti ilə döyünən, uca dağlar qoynu Laçında doğulub indi onun həsrətini çəkən Rəfail Laçınlınındır. Neçə illərdir ki, o, Sumqayıtda yaşayır, bu şəhərin ədəbi... | ANL |
Bir ilə yaxındır ki, stolüstü kitablarımın sırasında öz yerini almış "Haqqın Harayı" ilə bağlı duyğularımı, düşüncələrimi qələmə almaq fikri heç vaxt məni tərk etmirdi. "Haqqın Harayı"na hay vermək istəyim içimdə günü-gündən daha da alovlanırdı. Amma kimə deyirsən... Gündəlik iş qayğıları - tərcümə, redaktə və daha nəl... | ANL |
Əgər oxudunuzsa, deməli, söhbətin kimdən gedəcəyini artıq təxmin etmisiniz... əgər aranızda bunu kimsə təxmin edə bilmirsə, onda kiçik bir arayış verim: - Vasif Quliyev! Bütün bunlar Vasif Quliyevi tanıyanları yəqin təəccübləndirməyəcək. Çünki onun hər bir hərəkəti, hər bir yazısı, hər bir sözü öz-özlüyündə Qarabağın t... | ANL |
Füzuli rayonunda da təhsilin, elmin inkişafına zamanından və məkanından asılı olmayaraq, həmişə böyük diqqət yetirilir. Təsadüfi deyil ki, hər il ali məktəbə qəbul olan məzunlar rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən qəbul edilir və onlar mükafatlandırılır. Məzunların mükafatlandırılması və onlara diqq... | ANL |
Fonoqramla səslənən musiqi, dünya şöhrətli Müslüm Maqomayevin əzəmətli səsi bir an içində ətrafa yayılır. Könülləri riqqətə gətirən, ruhları coşduran bu məğrur mahnı sərhəd bilməyərək, düzdən-dərədən keçərək çox da uzaqda olmayan təmas xəttinə çatır və barmağı hər zaman tətikdə olan erməni əsgərlərinin bağrını yarır. S... | ANL |
Əsrin ziddiyyətləri hələ bitməmişdi, dünyada dərdlərin sayı bəlkə insanların sayı qədərdi. Belə bir gündə içi göylər qədər təmiz, dənizlər kimi təlatümlü bir şairə üzünü Tanrıya tutdu və dedi: Bir çiçək ömrünü qıymadın mənə, Qıymadın dağların küləyi olum. Neynirəm başıma yığılan qəmi, Neynirəm qan ilə dolu ürəyi? Süfrə... | ANL |
VƏTƏNPƏRVƏRLİK RUHU GÜCLÜ OLANDA... Horadiz şəhəri cəbhə bölgəsinin bir addımlığında yerləşir. Daha doğrusu, təmas xətti ilə bu şəhəri yaxın bir məsafə ayırır. Elə bir gün olmaz ki, ermənilər bu istiqamətdə atəşkəsi pozmasınlar. Amma ordumuzun əsgərlərinin qəhrəmanlığı ilə onlara tezliklə cavab verilir və düşmən yerind... | ANL |
Mən anadan olanda. valideynlərim. minlərlə ata-analar kimi. mənə deyəcəkdilər: anadan olduğun tarix bəllidi- Ad günün. bilməyəcəm doğum tariximi, anadan olduğum günümü, ilimi... Biz öləndə. görən nə olacaq? Qəbir daşımızın üstündə. bəs nələr yazılacaq? Nənəmin ölü bədəni. Onlar da beləcə. parlament binasını geyindirib ... | ANL |
İnsan Mənzərələri. Açıq Avdı Qaymaqlı, yaratdığı "İnncə gülü" havacıtıyla Azərbaycan ozan sənətimizin qızıl xəzinəsinə yeni bir inci bəxş etmiş sənətkardir. "İncə gülü "havası 72 klassik saz havalarının içinə daxil edilmiş, bu gün də ən çox çalınıb-oxunan havacatların birinə çevrilmişdi. İranda səfərdə olduğumuz zaman ... | ANL |
Yeni nəşrlər. Dost oldunsa, dostu imtahana çək, Varsa naxələflik, tez görünəcək. Onunla yol getmə sən axıradək, Naxələfdən gen qaçmağa nə var ki! Bu misraların müəllifi Tofiq Ağayevi tələbəlik illərindən tanıyıram. Xoş günlərimiz də olub, ağrılı-acılı anlarımız da. Yuxarıdakı misralarda özünün dediyi kimi, dost sözü əz... | ANL |
70-80-ci illər Bakısındakı məxfi, məşhur ünvanlarından biri, yadımdadı, indiki Kommunist xiyabanının arxasında, 190 saylı məktəblə üzbəüz səkidə yerləşirdi. Həmin məşhur ünvana çatınca hamı əvvəl susar, astaca öskürər, sonra ağır köhnə qapıları güclə aralayaraq, qorxa-qorxa içəri daxil olardı. Həmin parolu tezbazar, qü... | ANL |
Lənkərandan Lerikə uzanan yolun uzunluğu 51 kilometrdir. Mən ilk dəfə bu yollarla Lerikə gedəndə ilk tanış olduğum insan Ulu Öndər Heydər Əliyevin dostu Xanış kişinin oğlu Nurəddin Şahıyev olub. İndi bu yollar xeyli rahat və təhlükəsizdir. Yazın ən gözəl çağları olmasına baxmayaraq hələ bu yollarda sakitlikdir. Çox güm... | ANL |
RƏNGLƏRİN DİLİ İLƏ... Tamaşaçılarla danışır. Bugünlərdə gənc rəssam Nərmin Nizamiqızının əsərlərindən ibarət kataloqla tanış oldum. Etiraf edim ki, mən həmin kataloq əlimə gəlib çatana qədər bu rəssam barəsində heç bir bilgiyə malik deyildim. Öncə kataloqu əvvəldən axıra vərəqlədim - adi bir seyrçi kimi. 2005-ci ildə i... | ANL |
Sənətə və sənətkara ehtiram ifadəsi. Aşıq Ağalar Mikayılovun 100 illiyi Kürdəmirdə qeyd olunmuşdur. Aşıq Ağalar Mikayılov... O, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Şirvanlı aşıq Mirzə Bilalın ailəsində dünyaya gəldi. Ana südü ilə bahəm sazın səsi ilə, aşıq şeirlərinin qüdrəti ilə mayalandı. Ağalar... | ANL |
Sözə ehtiram Tanrıya itaətdir. Ağrı-acıdan mübarizliyə cığır açmaq Xatirə Əzizin yaradıcılıq meylləridir. Ədəbi fikrin bədii çəkisini məzmun, məna, poetik çalar, dolu - yığcam deyim və bir az da eyham müəyyən edirsə, ictimai çəkisini fəlsəfi-publisistik və subyektiv meyllər təyin edir (demək, ədəbi fikir bədii-ictimai ... | ANL |
CÜMHURİYYƏT TƏNTƏNƏSİ. Məhəmməd Əmin Rəsulzadə. Öz inkişaf tarixində keşməkeşli dövrlərdən keçmiş, qədim və zəngin yaradıcılıq ənənələrinə malik olan Azərbaycan dövləti ən ziddiyyətli mərhələlərindən birini, XX əsrin əvvəlləri və xüsusilə, həmin əsrin ilk otuz ilini təşkil edir. Bu dövrün ziddiyyəti hər şeydən əvvəl öz... | ANL |
SÖZ KÜÇƏSİNDƏ DASTAN AXŞAMI... Dünyanı çoxdan salınmış böyük bir şəhərə bənzətsək, onun birinci-baş küçəsinin söz küçəsi olduğunu görərik. Orada Məhəbbət küçəsi, Ayrılıq küçəsi, Qələbə, Məğlubiyyət, Ehtiram, Laqeydlik küçələriylə yanaşı Cənnət və Cəhənnəm küçələri də var. Mən ilk dəfə bu dünyada-bu böyük "şəhərdə" Fərq... | ANL |
və yaxud layiqli varislər. Həqiqət və inkarolunmaz fakt budur ki, sözün qiymətini, gücünü dərk edən, anlayan onun nəyə qadir olduğunu bilən insan Sözə hər an məsuliyyətlə, söz əhlinə isə qayğı ilə yanaşacaq. Fərq etməz şair olsun, yazıçı olsun, jurnalist olsun və yaxud söz aləmindən uzaq bir insan olsun. Məhz dünənimiz... | ANL |
ÖLKƏŞÜNASLIĞA LAYİQLİ TÖHFƏ. Oxuculara təqdim olunan bu kitab haqqında yazı yazmaq barədə fikrim çoxdan mövcüd idi. Lakin tərəddüd edirdim. Səbəb də ondan ibarət idi ki, bu sətirlərin müəllifi kitabın redaktoru idi. Çox fikirləşdikdən sonra belə qərara gəldim ki, kitabın redaktoru olmaq, heç də mənim kitab barəsində mə... | ANL |
Burdakı insanlar doğrudan çörəklərini daşdan çıxaran insanlardır. Çünki dağlara sığınan Lerikin elə də böyük iqtisadi imkanları yoxdur. Ancaq elə bu dağlarda yaşayıb ailə saxlamaq, alın təri ilə çörək qazanmaq elə də asan deyil. Bu ilin 1-ci rübündə havaların yağmurlu keçməsinə baxmayaraq həyat əvvəlki kimi davam etmiş... | ANL |
DÜNƏNKİ YEVLAX KEÇMİŞDƏ QALDI. Hər dəfə bölgələrə səfər edəndə baş verən dəyişiklikləri yaddaşıma köçürmək və müqayisələr aparmaq istəyirik. Çalışıram ki, şəhər və kəndlərimizdə, hətta ən ucqar yaşayış məskənlərimizdə belə baş verən yenilikləri gözdən qaçırmayaq. Yəni özümdən asılı olmadan gördüyüm hər uğurlu iş və yax... | ANL |
Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziya özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Onun dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özünd... | ANL |
ÜZÜNDƏ QƏM GÜZGÜLƏNİR... Balayar Sadiqin yeni kitabı işıq üzü görüb. Öncə ondan başlayım ki, imzası, sözü ədəbi ictimaiyyətə bəlli olan qələm adamlarından biri də Balayar Sadiqdi. Məmləkətimizin cənub bölgəsindən olan Balayar özünün yeni kitabını "Uca Allahın adı ilə" oxuculara təqdim edib. Yəni o, bu kitabını ürəyinin... | ANL |
HADİŞÜNAS ALİMİN SEVİNCİ. Amma müasir ədəbiyyat aləmi, filologiya elmi üçün bu ad doğmadır. O, ədəbiyyatşünaslıq elmində tanınmış bir alimdir, klassik və müasir ədəbiyyata aid onlarla məqalənin, neçə elmi və bədii kitabın, xaricdə çap olunan tədqiqatların müəllifidir. Amma ən ümdəsi hadişünaslığın görkəmli nümayəndəsid... | ANL |
barmaqlar altında bəmə zil yatar. Ağlatsan haçansa - ağlat ürəksiz, sənsiz bir sarayam damsız, dirəksiz, görsən söndürüblər sanma gərəksiz - bu dəli ocaqda hələ kül yatar. Kimlərin nələri getdi əlinnən? taleyi gətirən haraya çıxmaz! Bəmbəyaz ipəkmiş yazın köynəyi, təlaşlı bir öpüş nazın köynəyi, baxtavar başına, sazın ... | ANL |
Bu adamı bütün yazıçılar mühiti sevir, onsuz heç bir ədəbi məclisin və "Natəvan" klubunda keçirilən tədbirlərin ləzzəti, dadı-duzu olmaz. Həm aydın, səlis nitqi, şux zarafatları, həm də eynəksiz şeir oxumağına çoxdan alışmışıq. Salyan şəhərində orta məktəb bitirəndən sonra Azərbaycan Sənaye İnstititunun geoloji-kəşfiyy... | ANL |
CÜMHURİYYƏT BAYRAMI. "Mənim dəyərsiz bədənim əlbəttə torpaq olacaqdır, ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə kimi yaşayacaqdır.". Türkiyə Cümhuriyyətinin banisi, Türk dünyasının nəhəng tarixi, siyasi və hərbi şəxsiyyətlərindən biri olan Atatürk bir çıxışında yuxarıdakı cümləni dilə gətirib. Atatürk bu sözləri niyə deyi... | ANL |
Elçin Mirzəbəylinin fikrincə, ədəbiyyat adamları siyasətçilərə nisbətən bir-birilərinə qarşı daha aqressivdirlər. Sovet dövründəki təqvimlərin bayramları ilə hesablayanda yaşıdım Elçin Mirzəbəyli məndən cəmi bir-iki bayram böyük olar. Aralarında kəskin mübarizə gedən qonşu məktəblərdə təhsil almışıq. Bu mübarizə futbol... | ANL |
Mixail Andreyeviç bura - kanal üstə balıq tutmağa gələndə hələ zülmət qaranlığın caynağından qurtara bilməmişdi alagözlü səhər, 5-10 metrdən qabağı görmək olmurdu. Hələ səhərin gəlişinə nəğmə oxuyan quşların civiltisi eşidilmirdi. O, "Vela" motosikletini balaca arxa söykədi yapon tilovunu hazırlayıb atdı kanalın düz or... | ANL |
Salam olsun, qarşı dağlarına, xan çinarlarına! Salam olsun, zəhmətkeş, müdrik insanlarına! Orada - ucalıqlarda Sənin şanlı keçmişin, ağayana duruşun bu Vətənə həmişə bir Göyçay nağılının şirinliyini bəxş etməkdədir. Noyabr səhəridir. Belə də payızmı olar? Nə olsun hava bir az soyuq, göylər bir az qaşqabaqlıdır. Bu gün ... | ANL |
Balakəndə məhsul bayramı. Bu ilin yaz və yay aylarında rayonumuzda havaların son dərəcə quraq keçməsi ilə əlaqədar kənd təsərrüfatı sahəsində çalışanlar, fermerlər dəyə biləcək ziyanı azaltmaq üçün daha çox əziyyət çəkmiş, üçüncü dəfədir Balakəndə keçirilən, yaxşı bir ənənəyə çevrilən "Məhsul bayramı"nı ürəkaçan nəticə... | ANL |
Vətəndaş və alim vicdanının diktəsi. ...Belə bir yazını qələmə almağı ötən aydan qərarlaşdırmışdım. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu ilin avqustunda Moskvada rus dilində çapdan çıxmış "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabının, ardınca isə "Erməni... | ANL |
BAYRAMLAR, FESTİVALLAR MƏSKƏNİ-QƏDİM ŞƏKİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Özünə sığmayan şəhər. Uzaqdan və ya bir az yüksəkdən baxanda adam bilmir ki, bu şəhər ucu-bucağı görünməyən böyük düzəngahdan keçərək qarşı dağlara söykənib, yoxsa elə qarşı dağlardan üzü aşağı yol ... | ANL |
Kamran Nəzirlinin "Narkoman" pyesi səhnədə. Yazıçı-dramaturq Kamran Nəzirlinin pyesi səhnələşdirilib. Adalet.az xəbər verir ki, yazıçının "Narkoman” adlı pyesinin premyerası Sumqayıt Dövlət Musiqili Dram Teatrında baş tutub. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan MR-in Əmə... | ANL |
Vətəndaş və alim vicdanının diktəsi. Hüseynbala MİRƏLƏMOV, Milli Məclisin deputatı, texnika elmləri doktoru, professor. Amma burası da var ki, tarixdə öz sözünü demiş liderlərin yanında onların həyata keçirdiyi siyasətin mahiyyətini düzgün təhlil edib gələcəyə çatdırmaq gücünə, istedadına qabil vicdanlı, sözü, əməli dü... | ANL |
BAYRAMLAR, FESTİVALLAR MƏSKƏNİ-QƏDİM ŞƏKİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. (əvvəli ötən saylarımızda). Ötən illərdə olduğu kimi, bu ilin 9 ayında da məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, ta... | ANL |
Bu kitab məni ötən illərə apardı. Öncə bir neçə gün bundan qabaq mənə bağışlanmış və çox səmimi bir aftoqraf yazılmış kitabın müəllifi barəsində bir neçə kəlmə "Ədalət"in dəyərli oxucuları yaddaşlarına bir balaca işıq salsalar, onu silkələsələr, yəqin ki, xatırlayacaqlar. Çünki bu müəllif "Ədalət"də öz imzasını qoyub g... | ANL |
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Ölkəmizin regionları içərisində özünəməxsus yeri olan Xaçmaz həm də Azərbaycanın şimalında mühüm iqtisadi bir zonanı təşkil edir. Yəni bu rayonun inkişafı, tərəqqisi, çiçəklənməsi, iqtisadi gücünün artması ölkəmizə şimaldan gələn hər bir qon... | ANL |
Özü də payızda dünyaya gəlmişdi. Amma mən heç vaxt onu payız adamı kimi xatırlamıram. Üz-gözündə, təbəssümündə sanki baharın gəlişini xatırladan cizgilər yuva salmışdı. Bəlkə də bu, subyektiv fikrimdi, amma Arifin gülər üzü, bütün dostlarına işıqlı münasibəti məndə belə bir təəssürat oyadıb. İndi ölüm haqqında, dünyada... | ANL |
"GƏLMİŞDİM DÜNYANIN DƏRDİNİ ÇƏKƏM". Gəlmişdim dünyanın dərdini çəkəm, Çəkməyə o qədər dərd tapıldı kig. Məni tükjə kimi əzib bükməyə- O qədər dilbilməz mərd tapıldı kig. Sırayla töküldü üstümə dərdlər- Qılınjlı-qalxanlı qor-qoşun kimi. Göyün ağırlığı çökdü üstümə- Çökdü varlığıma qurğuşun kimi. Əyilə-əyilə torpağa endi... | ANL |
Çətin suallara Bakıda tapılan cavablar. III Beynəlxalq Teatr Konfransında mühüm məsələlər müzakirə edildi, fikir mübadiləsi aparıldı. Dörd il öncə paytaxtımızda maraqlı bir ənənənin əsası qoyuldu. Bakı Beynəlxalq Teatr Konfransı yüksək səviyyədə təşkil edildi və qısa bir müddət ərzində geniş əks-səda doğura bildi. Düny... | ANL |
Ömər Həsən oğlu Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. 1945-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Sankt-Peterburqdakı İlya Repin adına Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsind... | ANL |
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. "Regionların İnkişafına Dair Dövlət Proqramı" digər bölgələrimiz kimi Xaçmazda da bütün sahələr üzrə eyni zamanda həyata keçirilir. Yəni buruda sahələr arasında fərq qoymadan görülən i... | ANL |
Azərbaycanın görkəmli ədibi, tənqidçisi və maarifçisi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsinə dair prezident İlham Əliyevin Sərəncamına uyğu olaraq Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilib. Adalet.az məlumat verir ki, konfransda akademiyanın rektoru Urxan Ələkbərov çıxış edərək... | ANL |
Kulis.Az-ın Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, xalq artisti İlham Namiq Kamal ilə müsahibəsini təqdim edir: - Yeməklə aranız necədir? Azərbaycan mətbəxi çox zəngindir. Xaricdən gələn qonaqlar düşbərəni çox bəyəndiklərini deyirlər. Düşbərə yalnız bizdə olur. Düzd... | ANL |
Hər dəfə evə dönəndə söz verirdi ki, bir daha bu lənətə gəlmiş karxanaya getməyəcək, özünə başqa bir iş tapacaqdır. Amma borc sahiblərinin ona verdiyi vaxtın tamamı gələndə gözünü açıb görürdü ki, toz-torpaq içində yenə də daş karxanasında daş yükləyir. Borcu günbəgün artib çoxalırdı. Onun borcu başqalarının bir gecədə... | ANL |
Təzə işığın, təzə aynan mübarək, Səttar Zərdabi! Hər düşən yarpaq, qırılan hər ağac yaşıl ormanların, meşələrin, itirdiyimiz hər yaxşı adam isə cəmiyyətin faciəsidir. Ağaclar qırıldıqca, tükəndikcə təbiət, yaxşı insanlar da sıralarımızdan azaldıqca, cəmiyyət sozalır. Təbiət itirdiklərinin yerinə daha mükəmməlini yaradı... | ANL |
MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Meliorasiya və su təsərrüfatı sahəsində islahatların sürətləndirilməsi və sahənin idarə olunmasının müəyyənləşdirilməsi məqsədi ilə müəyyən dövr ərzində geniş islahat proqramı həyata keçirilm... | ANL |
BİR ŞƏHİDİN ÖMÜR SALNAMƏSİ. Həmzə Vəliməmmədov - bu imza yarım əsrə yaxındır oxuculara tanışdır. Onun son illər cənub bölgəsinin ziyalıları, İkinci Cahan müharibəsinin veteranları, Qarabağ savaşının şəhidləri barədə sənədli povestləri çap olunmuşdur. Bu yaxınlarda yazıçı-publisistin "Apastrof" nəşriyyatında Azəraycanın... | ANL |
"Aşura mərasimlərində islahatlar aparmaq lazımdır". Samir Salam: "Məhərrəm ayında İmama saxlanılan əzadarlığın səviyyəsi tam da qənaətbəxş deyil". İslam dünyasında Məhərrəm ayı böyük və xüsusi qeyd olunan aylardandır. Məhərrəm ayı İslam tarixində daha çox Aşura hadisələri ilə xatırlanır. Bu hadisə 14 əsrdir ki, müsəlma... | ANL |
MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ. Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. Həmin bəndlər Kürmük çayının sol sahilində, İlisu və İbaxlı kəndlərinin mühafizəsi, Kürmük çayının sağ sahili boyu Qaxbaş, Qax şəhəri və Əlibəyli kəndlərinin mühafizəsi üçün tikilmiş və Zərnə... | ANL |
Çoxəsrlik Azərbayjan poeziyasının qədim şeir formalarından biri də rübaidir. Təkjə Azərbayjan klassik poeziyasında deyil, ümumən Şərq xalqlarının ədəbiyyatında da çox geniş yayılan rübail bu gün-XXI əsrdə də dəbdən düşməyib. Doğrudur, rübai qəzəl kimi populyar deyil, lakin həm klassik, həm də müasir şeir şəkillərinin i... | ANL |
İkinci Beynəlxalq Aşıq Festivalına start verilir. Bu gün ikinci Beynəlxalq Aşıq Festivalına start veriləcək. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, noyabrın 18-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.