text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
FƏRMAN HƏKİM ONU TANIYANLARIN QƏLBİNDƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ YAŞAYIR. Hər il iyun ayının ikinci ongünlüyündə tibb işçilərinin peşə bayramı ərəfəsində xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından böyük əhəmiyyət kəsb edən səhiyyənin inkişafına, uğurlarına, çətinliklərinə nəzər salınmaqla öz sənəti... | ANL |
Ağdamda təhsilə diqqət. Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində həyatın inkişaf tempi diqqəti çəkir. Təbii ki, bu sürəti, bu inkişafı cəbhə xəttindən uzaq ərazilərimizdə izləmək, müşahidə etmək çox asandır. Çünki barıt qoxusundan, top-tüfəng səsindən uzaq bölgələri... | ANL |
Masallıda folklor bayramı - III Beynəlxalq Festival. Artıq üçüncü ildir ki, təşkil olunan Masallı Beynəlxalq Folklor Festivalı iyunun 13-də başlanğıç götürüb. Adalet.az-ın Masallıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Heydər Əliyevin xətirəsinə həsr olunmuş Masallı III Beynəlxalq Folklor Festivalı bu gün səhər saatla... | ANL |
Ağdamda təhsilə diqqət. Ağdamda həyatın digər sahələri ilə yanaşı, təhsilə verilən önəmin xüsusi yeri var. Çünki təhsilin sabahımıza bir özül, bir mayak olduğunu hər kəs yaxşı bilir. Ona görə də təkcə müasir avadanlıqlar, kompüter vasitələri deyil, həm də təhsilin sirrini bilən, həmin avadanlıqların açarını uşaqlara ça... | ANL |
Son Avrovizion musiqi yarışmasında Avstriyanın nümayəndəsi Konçita Vürst qalib gəldi, böyük xal fərqi ilə. "Böyük" sözünü xüsusilə vurğulayıram! Avropanın musiqi beşiyi öz şah nəğməsini bizlərə bəxş etdi. Çoxları onun transseksual azlıqların nümayəndəsi olmasını və xarici görünüşündəki qəribəlikləri ("saqqallı qadın"..... | ANL |
EL ÜÇÜN YAŞAYAN ELÇİN. Qərib Mehdinin kitabı barəsində oxucu sözü. Əvvəlcə ordan başlayım ki, dünən sənət məbədgahlandən biri olan Dövlət Dram Teatrının binasında Azərbaycan yazıçılarının XII qurultayı keçirildi. Qurutlayın nümayəndələri arasında hamının hörmətlə hal-əhval tutduğu, qarşıdan gələn yubileyi münasibəti il... | ANL |
Rəssam Adil olanda... İtaliyalı mer hər gün hansı azərbaycanlı rəssamın əsərinə tamaşa edir? Rəssam Adil Əsədli 60 illik yubileyinə sayılı günlər qalmış fərdi-yaradıcılıq sərgisi ilə onu tanıyanların görüşünə gəldi. Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkil etdiyi sərgidə yubilyar yaradıcılı... | ANL |
DAĞLAR OĞLU, DAĞLAR ŞAİRİ. Ulu Yaradanın şah əsəri olan İnsanın özünün özünü dərkindən çətin bir iş yoxdur. Görünür buna görədir ki, böyük şəxsiyyətlər həmişə "Mən kiməm?" - Bir bikəsi, biçarəvü bixaniman..." söyləmiş, digərləri də ömürləri boyu bu sualın cavabını tapmağa çalışmışlar. Bu yaxınlarda 80 yaşı tamam olan H... | ANL |
Onun atası əslən fars idi. O, uzun müddət hərb sahəsində fəaliyyət göstərmişdi. Anası isə orta məktəb müəlliməsi idi. Bir müddət sonra Larisanın atası ilə anası ayrılırlar. İki qız və bir oğlunu təkbaşına böyütməyə məhkum olan ailənin çətinliklərini görən Larisa onları tərk etdiyi üçün atasını bağışlamır və onunla ömrü... | ANL |
QƏDİM VƏ MÜASİR BƏRDƏ. Azərbaycanın bugünkü iqtisadi mənzərəsində özünəməxsus yeri olan qədim, həm də müasir Bərdəni gəzib gerçəkliklərlə baş-başa qalanda bir daha bu torpağın bar-bərəkətinə, onun doğrudan-doğruya möcüzələr aləmi olduğuna inanıram. Çünki gördüyüm hər şey insanda bir qürur hissi oyadır, adamın daxili al... | ANL |
"TƏNQİDİMİZİN VİCDANI". Nəsillərin yaddaşında "Arif müəllim" kimi hörmətlə xatırlanan, bu günün özündə belə unudulmayan akademik Məmməd Arif Dadaşzadə ədəbi tənqidimizin ustadlarından biri, hətta deyərdim ki, birincisidir. Unudulmaz şairimiz Səməd Vurğun vaxtilə onu "tənqidimizin vicdanı" adlandırmışdı. Ədəbi tənqidi s... | ANL |
Rəsul Rzanın xatirəsinə. Nə vaxtdır yazı masamın üstündə bir kitab var. Elə bir toplu ki, burada müxtəlif düşüncəli, müxtəlif dünyagörüşlü, ancaq eyni ünvana üz tutan, eyni ilham pərisinin nəğməsinə köklənən söz adamları cəmləşiblər. Belə baxanda hər kəs özünü yazır, öz fikirlərini diktə edir, öz nəğməsini oxuyur, anca... | ANL |
QƏDİM VƏ MÜASİR BƏRDƏ. (Əvvəli dünənki saylarımızda). Qədim Bərdədə insanların sosial məişət şəraitini yaxşılaşdırmaq üçün onların təbii qaza və enerjiyə olan ehtiyaclarının öyrənilməsi və bu istiqamətdə müvafiq addımların atılması üçün mükkəməl bir baza yaradılıb. Rayon icra hakimiyyəti başçısının və onun kabinetinin ... | ANL |
Mənim Səməngül anam. Getdi mənim gül anam, Mənim Səməngül anam. Yatmazdı sübhə kimi, İncitsəydi hər kimi, Torpaq altda zər kimi. İtdi mənim gül anam, Mənim Səməngül anam. Dağlarin ətəyində, Gülündə-çiçəyində, Ellərin ürəyində. Bitdi mənim gül anam, Mənim Səməngül anam. Söz qurduyam. Övladı ipəkqurdumu?! Yox, yox, meşəm... | ANL |
"KAZBEK" QUTUSU ÜZƏRİNDƏKİ YAZIDAN... Böyük elmin sirlərinə doğru. Yəni hələ universitetdə oxuduğum illərdə belə bir elm sahəsinin olduğunu və bu sahənin mütəxəssislərinin də daha çox yerlə, torpaqla əlləşdiklərini öyrənmişdim. Amma başdan-başa sirlə dolu olan yerlə göyün qatlarına baş vurmaq, bilgilər əldə etmək heç a... | ANL |
Millət vəkili prezidentlə bağlı kitab yazdı. Bu gün Azərbaycan Dillər Universitetində tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev" adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində millət vəkilləri, tanınmış ziyalılar və Azərbaycanda fəaliyyyət göstərən ərəb öl... | ANL |
MƏNSUR ŞEİR USTASI: GÜLHÜSEYN HÜSEYNOĞLU. ("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən). Analara məhəbbət, rəğbət ifadə edən bu hekayəni o zaman Səməd Vurğun oxuyub bəyənmişdi. 1946-cı ildə isə "Bənövşə əfsanəsi" adlı mənsur şeiri çap olunur və Gülhüseyn Hüseynoğlunun yaradıcılığında bu iki xətt- sırf nəsr və mənsur şe... | ANL |
Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. gQorxasan qaçıb gedələr, - Tez qapını bağlayasan. Geri dönüb içəridə. bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı. o qonaq başdan ayağa. Ondan başqa hamısının. üst-başını ağ görəsən. Pəncərədən içəriyə. İçəridə boş-boşuna. yanan bir çıraq görəsən. DÜNYA Q... | ANL |
"Yaxşılıq insanın ən böyük əsəridi". Bryus Lini təkcə güclü döyüş ustası yox, həm də filosof hesab edən şair Qardaşxan Əzizxanlı: "Əgər mən hər səhər ruhumu gözümlə oxşadığım sübh şəfəqinə tapşırıramsa, bu hamıya açıq yazılardan üstün bir şeirdir". Yazıçılar Birliyinin çoxdan gözlənilən qurultayı nəhayət ki, baş tutdu.... | ANL |
Bir zamanlar, yəni keçmiş SSRİ ilə Türkiyənin soyuq münasibətləri dövründə, türkçülük ideyaları qeyri-rəsmi şəkildə yasaq olunanda əvvəlcə Anarın, daha sonra isə Elçinin Türkiyə haqqında hələ senzuralı səfər təəssüratlarını necə acgözlüklə oxuyurduq, ilahi! Həmin vaxtlar SSRİ ilə Türkiyə arasında xırda-para iqtisadi əl... | ANL |
AZƏRBAYCAN YAŞILLIĞA BÜRÜNÜR. Bu xoş məramın əsası ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrimizin qorunması və bərpası ilə yanaşı, yeni meşələrin, yaşıl zolaqların salınması üçün uzunmüddətli proqram-layihələr hazırlanıb həyata keçirir. Aydın məsələdir ki, təkcə bir ölkənin, bir regionun deyil... | ANL |
ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ BOYLANIR. Sevgimiz boyda kədər yaşadıq... ...Ağdamdan söhbət açanda keçmişə qayıtmasam olmaz. Çünki Dünyanın Ən Varlı Şəhəri ("Dolu" romanı Aqil Abbas) təkcə Qarabağımızın deyil, bütün və bütöv Azərbaycanımızın həm mistik, həm də real bir yaddaş simvoludur. Vətən torpağının hər qarışı doğmadı... | ANL |
O idi. İllər arxasında gördüym O. Həzin, amma cazibəli səsiylə şeirlər oxuyurdu. Səsində bahar çiçəkləyirdi, payızın xəzan yarpaqları, qışın narın qarı, yayın dəniz dalğalarına hopmuş sərinliyi...gQuşlar oxuyurdu onun səsində. Bülbül avazı, torağay nəğməsi səsində şeirə dönmüşdü. O idi. Gözəlliyi, bu gözəlliyin sehri, ... | ANL |
Bir ömrün qısa səlnaməsi. Adətən döyüş yolu keçmiş, barıt qoxusu duymuş hər bir vətən övladı barəsində yazı yazmaq istəyərkən, öncə onunla bağlı xatirələrimi vərəqləyirəm. Çünki mən daha çox tanıdığım, təmasda olduğum, gözlərimin önündə şəhidlik zirvəsinə yüksələn və yaxud sağlamlığını itirən insanlardan yazı yazıram. ... | ANL |
ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ BOYLANIR. Sevgimiz boyda kədər yaşadıq... ...Ağdamdan söhbət açanda keçmişə qayıtmasam olmaz. Çünki Dünyanın Ən Varlı Şəhəri ("Dolu" romanı Aqil Abbas) təkcə Qarabağımızın deyil, bütün və bütöv Azərbaycanımızın həm mistik, həm də real bir yaddaş simvoludur. Vətən torpağının hər qarışı doğmadı... | ANL |
Borçalı mahalı illərdir ki, öz kövrək vaxtlarını yaşayır. İndiki halınnan qananı ağladır bu ulu torpaq. Bir vaxtlar ulu ozanlara yön verən, Əmrahın sazında dinən bu mübarək torpağın uca dağlarınnan, zümrüd meşələrinnən, buz bulaqlarınnan, manşır kişilərinnən tanınan ellərindən biri də Ormeşən olub. Borçalının mahalının... | ANL |
Sənə şeir yazmışam, Adını tapammıram. Heç bir güldən, çiçəkdən, Dadını tapammıram. Sənə şeir yazmışam, Adını qoyammıram. Camalına baxıram, Baxıram, doyammıram. Gecələri sübhədək, Doyunca yatammıram. Sənin kimi qadını, Çıraqla tapammıram. Gəlmisən, ömrümü yaxıb gedirsən, Ruhuma, qəlbimə çaxıb gedirsən, Bilmirəm, nə əfsu... | ANL |
Yəhya Paşazadənin kitabı barəsində. Xeyli vaxtdır ki, dostum Rüstəm Hacıyev mənə bir kitab verib və bildirib ki, həmin kitabı ona Ağcabədidə bağışlayıblar. Baxım, vərəqləyəm, məni tutsa, yəni duyğularıma uyğun gəlsə, barəsində düşüncələrimi oxucularla bölüşüm. Daha doğrusu, qəzetin bölgə müxbiri kimi onun Qarabağdan ha... | ANL |
Böyüklə, kiçiklə həmsöhbət olan, Canında tükənməz hərarət olan, Gücü xalq, dayağı təbiət olan. Bu misraların müəllifi unudulmaz Xalq şairimiz Hüseyn Arifdir. Bütün Azərbaycanın sevdiyi bir şair. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Hüseyn Arifin öz səsi ədəbi məclislərdən, şeir gecələrindən gəlməsə də, şeirləri ən ço... | ANL |
"Qələbənin bütün ağırlığı sıravi əsgərin çiyinlərindədir". İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü tamam olur. Adalet.az AzərTAc-a istinadən bu əlamətdar bayram münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müsahibəsini təqdim edir. - Cənab ... | ANL |
ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ BOYLANIR. (əvvəli ötən saylarımızda). Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir. Rayonun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüşdür. Rayonda kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində kənd əməkçilərinin çətinlikləri nəzər... | ANL |
ZAKİR FƏXRİNİN "REKVİYEM"i. Bu qəmlər kim, mənim vardır bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. Dahi Füzulinin bu beytinin mənası belədir: "Mənim dərdlərimi dəvənin (bəirin) başına qoysan, yəni dəvəni mənim dərdlərimlə yükləsən, bu qəmlərin ağırlığına dözməyib o qədər incələr ki, iynənin ... | ANL |
Təzə nağara. Sitəm görəcəksən ulduzlar sanı, Bir azdan başına od ələnəcək. Dodaqlar öpəcək qara zurnanı, Səninsə sifətin sillələnəcək. Hələ təpər topla, dözüm yığ hələ, Qanları coşdurub qaynatmalısan. Üzünə çırpılan sillələr ilə. Toya gələnləri oynatmalısan. Bir azdan üstünə düşəcək əllər, Səni nağaraçı yesir edəcək. A... | ANL |
Avropanın hər yerində olduğu kimi, Türkiyədə də çay və qəhvə kimi içkilərdə şəkər tozundan istifadə olunur. Buradaca qeyd edim ki, lazım olandan artıq istifadə edildikdə insan orqanizminə nə qədər ziyanlı olsa da, qənd Azərbaycandan başqa heç yerdə çay içmək zərurətini büsbütün tamamlamır. Yəni dad və zövq məsələsində.... | ANL |
Azərbaycanın dilbər güşələrindən biri olan Dağlıq Qarabağ artıq uzun illərdir ki, düşmən tapdağı altında, əsirlikdədir. 1988-ci ildən başlanan işğalçılıq siyasəti bizləri doğulduğumuz yurd-yuvaya, şeirlərimizdə, nəğmələrimizdə vəsf etdiyimiz Şuşaya həsrət qoyubdur. Amma bu həsrətə baxmayaraq, biz o torpağın nə qədər mü... | ANL |
TƏBİƏT DƏ DAŞKƏSƏNLİLƏRİ QORXUTMUR. Ötən ilin olan Novruz günlərində daşkəsənlilər daha bir sevinc hissi də yaşayırdılar. Təbii ki, bu sevinc onların halal haqqı olmaqla yanaşı, həm də bir qürur hissləri idi. Bu özünəməxsus qürur uzun bir yol keçib gəlmişdi. O yolun adı hər gün yeniləşən, hər gün gözəlləşən və 65 yaşın... | ANL |
ZAKİR FƏXRİNİN "REKVİYEM"i. Bu qəmlər kim, mənim vardır bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. Dahi Füzulinin bu beytinin mənası belədir: "Mənim dərdlərimi dəvənin (bəirin) başına qoysan, yəni dəvəni mənim dərdlərimlə yükləsən, bu qəmlərin ağırlığına dözməyib o qədər incələr ki, iynənin ... | ANL |
Onu Yazıçılar Birliyinin "Natəvan" klubunda, bir tədbirdə gördüm. Qara eynək taxmışdı və mən o qara eynəyin arxasındakı bir cüt gözün nə ağını gördüm, nə qarasını. O danışırdı, hansı şairinsə (unutmuşam kim idi) şeirlərindən söz açırdı. Məntiqli, səlis, intonasiyası öz yerində. şeirlər kitabını gətirdilər. Avtoqrafsız ... | ANL |
"Sən yalnız başına gələnləri və alnına yazılanları sev. Axşam yatmazdan öncə telefonunu səhərin azan vaxtına kökləsə də oyana bilmədi. Səs ona yorğun olduğundanmı, ya nədənsə yuxuda eşidirmiş kimi çatırdı. Yatıb yuxuya qalmaqdan da ehtiyatı yox idi heç. Əslində işi vardı, amma necə deyərlər, işin açarı öz əlində idi, b... | ANL |
Tanış olmaq istəyirəm. Tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm. sahildəki qızıl qumla, arxivdəki keçmişimlə, bağçadakı tər çiçəklə, sinəmdəki tər ümidlə, tər arzumla. Tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm. Qaldırıcı, endirici kranlarla, ağ ulduzla, ağ buludla, qəbirləri qucaqlayan. mərmər rəngli, torpaq rən... | ANL |
Qazaxlı Rüstəm. Hər dəfə onun işlədiyi küçədən keçərkən qeyri-ixtiyarı olara işlədiyi mağazaya tərəf boylanıran. Bu dəfə maşını yolun kənarına verib saxladım, uzaqdan xeyli tamaşa etdim onun ləngərli vargəlinə, qayğılı, fikirli halına. Hərdən qəfəsə salınmış bir aslanı da xatırladır. Mən qəfəsə salınmış aslana xeyli ta... | ANL |
Ləyaqətlə yaşanan ömür. Qələm adamı ilə tanışlıq yazıdan - mətndən başlayır. Ali məktəb müəllimlərini şərti olaraq iki qrupa bölmək olar: pedaqoji fəaliyyətlə məşğul olanlar - mühazirə oxuyub, seminar aparanlar və yaradıcı alimlər - araşdırmalar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, proqram müəllifləri... 60 ya... | ANL |
Zülmətdə məşəl. Od tutub yanan qəlbi sinəsinə sığmır, sözü zaman-məkan hüdudunu aşır, misra-misra fəth edirdi ürəkləri. Ulu Füzuli dühası məftun etmişdi məni də. Birər-birər öyrənməyə, dərin-dərin məna qatına enməyə, fəlsəfəsini dərk etməyə çalışırdım. Ali təhsilimi bitirib orta məktəbdə dərs deyəndə yenə öyrənirdim: t... | ANL |
Abadlıq görmək istəyən - Ağcabədiyə gəlsin. Təhsil, səhiyyə. Yaxud işıq və sağlamlıq. Müdriklərin söylədiklərin kəlamların içərisində ən önməli məqam insanla, torpaqla bağlı olan deyimlərdi. Yəni bu deyimlərin həm kökündə, həm də onun qol-budağında insan amili dayanır. Bax bu mənada sağlam bədəndə sağlam ruhun vacibliy... | ANL |
Mikayıl Abdullayevin ürək çırpıntılarına qarışanda... Dünyada elə sənət var ki, ona tərcüməçi, təqdimatçı gərək olmur. Bu mənada musiqinin və rəssamlığın demək olar ki, analoqu yoxdu. Məhz bu iki incə sənət növü istənilən məmləkətdə, hətta elmdən, təhsildən uzaq guşələrdə də öz üzünə qapıları rahatlıqla açır, tamaşaçın... | ANL |
BAHARA BOYLANIR XOŞ BİR OVQATLA... Müjdə çiçəklər, gözəl duyğular... İl başlayandan bəri havalar nə qədər qeyri-sabit keçsə də, Vətənin hər tərəfində ilk baharın nəfəsi duyulur. Yaşıla bürünən çöllər, yamaclar, cırtlayan tumurcuqlar, alça, ərik, şaftalı ağaclarındakı müjdə çiçəklər, builki sərt qışın çox çətin sınaqlar... | ANL |
2013-cü ildə rayonda sosial məsələlər diqqət mərkəzində saxlanılmış, cənab Prezidentin də qeyd etdiyi kimi, ən vacib sosial layihələrdən biri olan vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərin ödənilməsi prosesi başa çatdırılmış, orta aylıq əməkhaqqı artmış, orta aylıq pensiya da 12,1 faiz artaraq 152,5 m... | ANL |
Qədim Şamaxı prezidentin qayğısı ilə yenidən öz şöhrətinə qayıdır. Bu şəhərdən söz açanda... Mövzusundan asılı olmayaraq (sosial, iqtisadi, mədəni, tarixi, ədəbi və s.) Şamaxı haqqında söhbət açarkən bəzi məsələlərə mütləq həssaslıqla yanaşmaq lazımdır. Bu mənada ki, sovet dövrü zamanı bu qədim və böyük şəhərin keçmiş ... | ANL |
Gülüşünü gəzirəm yad dodaqlar qaçanda. Göz oxşayan çiçək nə çox çəməndə, Sən dərdiyin çiçəyini qoxla, sev. Gül ətriylə düşməyəsən kəməndə, Üzdüyünü tər çiçək tək qoxla, sev. Nəzakətin düzdür sözü, ilqarı, Bağçasını xəzan edib rüzgarı. ŞƏHİDİM. Yaman narahatdır ruhun, bilirəm, Durur qisas günün hələ, şəhidim. Oda qalanı... | ANL |
Şəhərin genişlənməsi və müasirləşməsində vacib amillər. 2013-cü il ərzində "Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası olaraq xarici su təchizatı obyektlərinin, şəhərdaxili su və kanalizasiya xətlərinin tikintisi işləri başa çatdırı... | ANL |
Unudulmaz xatirələr. AZƏRBAYCAN SSR-nin BAŞ PROKURORU VƏ ALİ MƏHKƏMƏNİN HAKİMİ SEYFULLA ƏKBƏR OĞLU ƏKBƏROV... Hazırda sıralarımızda olmayan Azərbaycanın görkəmli hüquqşünası və ictimai xadimi, sağlam düşüncəli, layiqli ziyalısı, XX əsrin ortalarından Respublikamızda qanunçuluğun möhkəmləndirilməsi naminə bir məqsəd uğr... | ANL |
Qədim Şamaxı prezidentin qayğısı ilə yenidən öz şöhrətinə qayıdır. Şamaxı əsasən aqrar rayon olmaqla onun iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Bu rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. Qeyd etməliyik ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsin... | ANL |
Sən istəyəndə sevmədim səni. Kəmalə Abiyeva. Bu gün hər qəmini soyunub dünya, Çaylar gülüş olub dodaqlarında. Təbəssüm donunu geyinib dünya. Sevinc gözü dolub bulaqların da. Ulduzlar axışır bu gün torpağa, Qadın gözlərindən nur qoparmağa. Günəş də göylərdən enibdi yerə. Qadın ürəyindən od aparmağa. Dünya sağlıq deyir q... | ANL |
Sərhədçilərimizdən bəhs edən ilk romana baxış. "Azərbaycanın şimalında, ölkə xəritəsində ərazisinə görə o qədər də diqqəti cəlb etməyən yaşayış məntəqələrinin birində sərhədçilərə məxsus "N" saylı hərbi hissə yerləşir"(proloqdan). Kitablarımın arasında həcminə, vəzninə görə heç də böyük olmayan bir kitab var. Amma söz ... | ANL |
Nağıl dili yüyrək olar. Danışanın hünəri də öz yerində... Adətən mənə təqdim edilən və yaxud özümün əldə etdiyim təzə kitablar barəsində fikirlərimi oxucularla bölüşməzdən öncə mən həmin kitabı bir neçə gün soyuqqanlılıqla sağa-sola vərəqləyirəm. Hər dəfə də vərəqləyəndə istənilən bir səhifədə dayanıb bir neçə cümlə ox... | ANL |
AY QARAGİLƏ. Bu sevgi özündən əvvəl doğulan, Səni taleyimə yazdı Yaradan. Bir ömür yol gəldim, dolanbadolan. Gəldim qəlb evinə sevgi olmağa, Gəldim üsyan edəm ayrılıqlara, Gəldim ki, qaçıram lap uzaqlara, Yolum kəsən oldu, ay Qaragilə. Bu da bir fürsətdir, ələ düşməyən, Sözlərin mələklər göydən gətirən. Min ildir heç k... | ANL |
İnsan Mənzərələri. Biz bəzən müasir şairlərdən hələ yazılmamış, zəngin dil koloriti, dərin fəlsəfi dəyəri, rəngarəng metaforalarla, təşbehlərlə bəzədilmiş əsil poeziya nümunələri umuruq. Elə mən özüm də könlümü doyuracaq, ruhuma sığal çəkəcək, könlümü riqqətə gətirəcək poeziya nümunələri axtarıram. Gözləyirəm ki, elə b... | ANL |
yaxud Yaradıcı İnsan ömrünün pillələri. "Hər kəs öz taleyinin dəmirçisidir". Qədim latın kəlamı. Aclığa dözən, dərd çəkən, qayğı çəkən, anasının göz yaşını silən, çörək qazanan kişilər. Üç yaşında, dörd yaşında, beş yaşında kişilər. Uşaq doğulmurdu o illərdə. Dostunu, düşmənini tanıyan kişi. Mən ağlamadım, gülmədim. At... | ANL |
BURADA DƏYİŞMƏYƏN UCA DAĞLARDIR. Son illərin ən gözəl hadisələrindən biri - modernləşən Qax rayonu! Əvvəllər Qax rayonunu görməyib son illər bura yolu düşənlər heç şəhərə çatmamış müasirliyə və gözəlliyə heyran olurlar. Ancaq əsl həqiqət budur ki, Qaxın yalnız təbiət gözəlliyi dəyişməz qalıb; yolların, kəndlərin, şəhər... | ANL |
Və ya sən burleskə baxmısanmı? Peşəkar teatrımızın yaranma tarixi də bu aya təsadüf edir. İki gündən sonra Milli teatr günü qeyd olunacaq. Tamaşaçılara ən gözəl hədiyyəni isə Dövlət Musiqili Teatrı verəcək. Dövlət Musiqili Teatrın yerləşdiyi binanın Azərbaycanın, ümumilikdə isə müsəlman aləminin mədəniyyət tarixində öz... | ANL |
ƏRMƏN - ŞUŞANİKİN SEVGİSİ. Zəmanəsinin yeni Bakısı. Bilmirəm böyük mənasında, yoxsa zavodların bacasından çıxan qara tüstülərə görə? Amma biz onu heç vaxt azərbaycanca çağırmamışıq. Atamgil NZS-də evlərin təhvil verib, Şaumyan xəstəxanası ilə üzbəüzdə 5 mərtəbəli evdə mənzil aldılar. Biz də məktəbə burda getməyə başlad... | ANL |
MİN İLLƏRİN ŞƏHƏRİNDƏ YENİ DÖVRAN BAŞLAYIB. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonunun Aşağı Laysqı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" çərçivəsində tədbir k... | ANL |
“Zeytun bağları” – Azərbaycanın unikal sərvəti. Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qa... | ANL |
Yazar hüququmdur, tam açıqlamayacağam. Ancaq bir onu deyəcəyəm ki, kabus kimi yaşanan yaxın günlərdə məqaləmin adını dəyişib "Ağ bir yalan imiş bu..." yazmışdım, Əli Kərimin misrasını gətirmişdim sərlövhəyə. Elə o gündən də Əli Kərimi düşünürəm. Yeniyetmə yaşlarımda bir dəfə yaxından gördüyüm, bir il sonra isə dəfnində... | ANL |
Hörmətli Asif Rüstəmli! Sizi, Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən birini anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz bu şərəfli yubileyi, milli ədəbiyyatımızın istedadlı və zəhmətkeş tədqiqatçısı, yüksək elmi səviyyəli monoqrafiyaların, məqalələrin müəllifi olan nüfuzlu ... | ANL |
Bu yaxınlarda müxtəlif sənət adamları arasında "Ən yaxşı üç Azərbaycan romanı hansıdır?" Yusif Səmədoğlunun "Qətl günü" romanı sorğuda birincilik qazandı. Bəziləri bununla razılaşmayıb "Qətl günü" haqqında mənfi fikir formalaşdırmağa cəhd etdilər. Amma mən bu sorğunun nəticəsini tam ədalətli hesab edirəm. Roman haqqınd... | ANL |
MİN İLLƏRİN ŞƏHƏRİNDƏ YENİ DÖVRAN BAŞLAYIB. (əvvəli ötən saylarımızda). Ümuilikdə müddət ərzində Turan qəsəbəsi, Bideyiz və Baş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş, Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Çayqaraqoyunlu, Bolludərə, Qaratorpaq və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdir... | ANL |
BURADA DƏYİŞMƏYƏN UCA DAĞLARDIR. Yeni tikililər rayon mərkəzinin və kəndlərin simasını dəyişdirir. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərindən 537 evin tikintisi başa çatdırılmış, hazırda 11 evdə tikinti işləri davam etdirilir. Hazırda Rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati bi... | ANL |
Asif Rüstəmlinin şəxsiyyətindəki alıcənablıq ilə yaradıcılığındakı ciddilik göy qurşağının rəngləri kimidir. Bu rənglər yayılıb bir-birinə qarışanda da çox aydın görünür. Şəxsən mənə də elə gəlir ki, Asif Rüstəmli tanıış olduğu adamlar və yaradıcılığını tədqiq etdiyi şəxsiyyətlər baxımından insan və həqiqət axtarışına ... | ANL |
BURADA DƏYİŞMƏYƏN UCA DAĞLARDIR. (əvvəli ötən saylarımızda). Dərs ilinin sonunda Tələbə Qəbulu üzrə Dövlət Komitəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri ilə mərkəzləşmiş qaydada test-buraxılış imtahanları keçirilmişdir. Ötən illərdən fərqli olaraq hesabat ili ərzində keçirilən buraxılış... | ANL |
Mənə elə gəlir ki, şair Rafiq Yusifoğlunu oxuculara geniş təqdim etməyə ehtiyac yoxdu. Çünki ədəbiyyatşünas, əməkdar mədəniyyət işçisi və çoxlu sayda mükafatların laureatı olan şair Rafiq Yusifoğlu uzun illərdi ki, təkcə böyük söz dünyasında yox, həm də bizim sabahımız olan, övladlarımızın özəl dünyasının ifadəçisi kim... | ANL |
Azərbaycan səhiyyəsi dünya standartları səviyyəsində. Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, birinci Dövlət Proqramının icrasının ikinci ilindən etibarən S... | ANL |
Tibbi xidmətin səviyyəsi yüksəlir. Doğuşların 1742-si stasionar şəraitdə aparılmış, ana ölümü hadisəsi qeydə alınmamışdır. Pediatrik xidmət müasirləşir. Pediatrik uşaq xəstəxanası, uşaq poliklinikası, kənd xəstəxanaları, həkim və tibb məntəqələri tərəfindən həyata keçirilir. Stasionar xidmətdən 239 uşaq istifadə etmişd... | ANL |
("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən Ənvər Yusifoğlu). Atası Yusif Hüseyn oğlu Qasımov əslən naxçıvanlı idi. İrəvan gimnaziyasını bitirəndən sonra Azərbaycanın müxtəlif rayonlarında poçt-teleqraf idarə işində çalışırdı, Yevlaxda, Dilicanda, Şuşada, Tiflisdə işləmişdi. Bizim bu yazının qəhrəmanı - Ənvər Yusifoğl... | ANL |
Uğurların ünvanı Biləsuvar. Ötən il Biləsuvar rayonu üçün xüsusilə əlamətdar olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin sentyabr ayının 4-də Biləsuvar rayonuna səfər etməsi hər bir biləsuvarlının yaddaşında unudulmaz xatirəyə çevrilmişdir. Məhz həmin gün cənab Prezident rayon üçün xüsusi önəm daşıyan t... | ANL |
yaxud Yaradıcı İnsan ömrünün pillələri. Parlaq zəka ilə qüdrətli xarakteri özündə birləşdirən şəxsiyyətlər ən uca zirvələri fəth edir, fövqəlbəşərə çevrilirlər. Onlar hər yerdə, hər zaman güclü olduqları kimi, həm də qalibdirlər. Hüseynağa Qəniyev dünyaca məşhur belə tarixi şəxsiyyətlər sırasında Şah İsmayıl Xətainin a... | ANL |
Bir qəzanın sirri. Həmid Herisçi "Yeni Müsavat" qəzetinin "Müəmma" layihəsi üçün "Ədalət" qəzetinin baş redaktoru, yazıçı İradə Tuncayla söhbət edib. Sınaqlı seyidlərin, müqəddəs övliyaların adi danışıq dilindən savayı bir başqa öz dilləri də olur, adətən. Misal üçün, Bakının sonuncu övliyası sayılan Mir Möhsün ağanın ... | ANL |
Bakıda Şairələrin 2-ci Beynəlxalq Forumu oldu. Beynəlxalq Muğam Mərkəzində «Böyük İpək Yolu” Beynəlxlaq Gənclər İttifaqının təşkilatçılğı və Gənclər və İdman Nzirliyinin dəstəyi ilə "Şairələrin 2-ci Beynəlxalq Forumu öz işinə başlayıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Gənclər və İdman ... | ANL |
Uğurların ünvanı Biləsuvar. Bakı şəhəri əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. 2013-cü ildə min tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları yarmarkalara çıxarılaraq satılmışdır... | ANL |
Dəmir Çeşməlinin təzə kitabı. Sizə təqdim etdiyim bu kitab həm tərtibatına, həm də fikir yükünə görə diqqət çəkəndi. Yəni sözün həqiqi mənasında kitab ilk görünüşdə özü-özünü təqdim edir. Dərhal hiss edirsən ki, masanın üzərindəki şeir kitabıdı. Bax elə şeir kitabı barəsində düşüncələrimi sizinlə bölüşərkən bir az ötən... | ANL |
Cənnət misallı Masallı. Yox, bu bənzətmədə heç bir mübaliğə yoxdur. Talış dağlarının ətəklərinə sığınan, dağlı-aranlı kəndləri olan bu rayonda 212 min əhali yaşayır. Yaz-yay aylarında Masallının qonaqları daha çox olur. Çünki burada fəaliyyət göstərən 31 turizm obyektindən 27-si müvafiq lisenziya əldə edə bilmişdir. So... | ANL |
LAÇIN DAĞLARININ ŞAİRİ. (İlham Qəhrəmanın yeni şeirlər kitabı haqqında). Bu il aprelin 24-də istedadlı şair İlham Qəhrəmanın 55 yaşı tamam olacaq və mən istəyirəm ki, onun yenicə çapdan çıxan "Sevgi durna çırağıdır" şeirlər kitabından söz açmaqla onu qabaqcadan təbrik edim. Çünki bu şeir kitabıyla İlham Qəhrəman poeziy... | ANL |
Səməd Vurğun. Azərbaycan. Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan!;. Eşitmişəm uzaqlardan. Azərbaycan, Azərbaycan! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə. Boğar aylar, illər məni, Qınamısan ellər məni. Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır,... | ANL |
Cəlilabad - uğurlar, nailiyyətlər ünvanı. Azərbaycan Respublikasında Cəlilabad rayonu inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Cəlilabad qərbdə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun mərkəzi Cəlilabad şəhəridir. Göytəpə şəhəri də Cəlilabad rayonunun ərazisində yerləşir. 10-larla kəndləri rayonun k... | ANL |
Diqqətli oxucu yəqin ki, bu adı oxuyan kimi ədəbi-bədii, nostalji jurnalı gözlərinin önünə gətirdi. Mən bunu təbii sayıram. Çünki təkcə həmin o ad, yəni yada düşdü özü-özlüyündə mənsanı dünənə kökləyir, xatirələrə doğru qanadlandırır. Bu mütləq nəsə insanın dününlə bir təmas nöqtəsi olur, bir körpü olur. O nöqtədən, o ... | ANL |
Kitab oxucusu olmaq ədəbi-bədii aləmi daima səyahətdə olmaq deməkdir. Hər gün kitab oxumağa nəinki vaxt tapıram, həm də bu vərdiş özü məndən kitab oxumağa vaxt tapmağı tələb edir. Təkcə oxucu kimi oxuduqlarımın üstündən adlayıb keçə bilmirəm. Oxuduqlarımı özümlə gəzdirirəm. Yenidən müəllif fikirlərinə qayıdıram, yenili... | ANL |
Əlimə bir-birinə iynələnmiş bir kağız qoması keçdi. Şeirlər toplusu idi. Elə ilk şeir məni tutdu və sonuncu səhivəyə baxıb müəllifin kim olduğunu bilmək istədim, imza yox idi. Xeyli fikirləşdim ki, kimin ola bilər bu doğma ətirli şerlər? Ərşə çəkdi odumu, Baxt deyilən budumu? Hər nə gördüm əyridi, Çaşdım könül adamı. Ç... | ANL |
Günlərin bir günü qələm dostum, xalq yazıçısı Elçindən məktub aldım. Telefon söhbətlərimizdə onun həmişə işlətdiyi məşhur atalar sözü yadıma düşdü: "Hər şeyin təzəsi, dostun köhnəsi". Məktubun müqəddiməsini, sonluğunu bir yana qoysaq, əsas fikir bu iki cümlədə ifadə olunmuşdu: "İlyas Əfəndiyev haqqında xatirələr kitabı... | ANL |
bu torpaq zor torpaqdı! Allahın iti, allahın pişiyi. bu torpağın üstündə. qarnına arpa istəyəndə. Bu torpağın üstündə. Bu torpağın üstündə. zor torpaqdı! Gözlərində yaş görməyim. Didib dağıtma sinəni. Sinən daşdı- daş görməyim. Düşüb üzüyümün qaşı. üzüyündə qaş görməyim. Dərd mənim can dəftərimdə. UZAN ANDAYIN YERİNDƏ.... | ANL |
İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR. Prezident: "Əhalinin sağlamlığı sosial siyasətimizin ən vacib tərkib hissəsidir". Ölkə möhtəşəm yüksəlişdədir. Bunu görməmək, duymamaq mümkün deyil. Paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, respublikanın digər şəhər və rayonları... | ANL |
("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən- İsa İsmayılzadə). 997-ci ilin iyul ayında sapsağlam bir Azərbaycan şairi-İsa İsmayılzadə birdən-birə ölüm yatağına düşdü və gözlərimizin qarşısında şam kimi əridi, tanışlarının çoxu onun bu qəfil xəstəliyindən xəbər tutmamış dünyasını tərk etdi. Amma hərdən mənə elə gəlir k... | ANL |
"Xoşbəxtlər haqqında film çəkmək olmur". Kinorejissor Tahir Əliyev: "Şəxsən mən sənədli kinoda özümü daha rahat hiss edirəm". Tahir Əliyevin çəkdiyi sənədli filmlər müxtəlif beynəlxalq kinofestivallarda, müsabiqələrdə uğur qazanıb. 2008-ci ildən "Salnamə" studiyasında çalışan istedadlı kinorejissor "İnsan və Müharibə" ... | ANL |
Poeziya sirli-sehrli aləmdir, möcüzəli dünyadır. Əsl şeir, həqiqi poetik nümunələr fikir, hiss və düşüncənin qeyri-adi şəkildə ifadəsidir ki, oxucunu sehrləyir, onu düşündürür, sözün güc və qüdrətini ona dərk etdirir. Söz həqiqi mənada bir rəngdədirsə, məcazi mənada daşıdığı məna yükü ölçüyəgəlməzdir və bu da ən çox şe... | ANL |
İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsidir. Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə... | ANL |
Mən də dərinə getmirdim... Bir dəfə İlyas müəllim gileyləndi ki, aləm qarışıb, hər yetəni Yazıçılar İttifaqına qəbul edirlər. Onun sözünü təsdiqlədim: - Düz deyirsiniz. Birdən gözləmədiyim halda: - Sən neçə ildi İttifaqın üzvüsən? - səsinin ahəngi birdən-birə dəyişdi. - Sənin üzü Moskvadan bəri bu qədər əsərin nəşr olu... | ANL |
Sənsiz gecələrim sitəmdi-ahdı, Əbədi qalmadı eşqinin taxtı, Yolumuz ayrılıb gör, neçə vaxtı, Əllərim üşüyür, üzüm göynəyir. Eşqimiz zülümlə gəldi ərsəyə, Necə də aldandım şirin busəyə, O qədər baxmışam toza, kəsəyə, Yoluna baxmaqdan gözüm göynəyir. Sevənlərin çoxdu, sağın-solunda, Əməl dəftərin də durub qolunda, Elə yı... | ANL |
Bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot - "Erməni məsələsi" ədəbi-bədii müstəvidə... "Erməni məsələsi" və bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatında əksini tapan mövzuların təşəkkülü, tarixi və təkamül mərhələlri, demək olar ki, elmi şəkildə dəyərincə öyrənilməyib, əlahiddə tədqiqat mövzusuna çev... | ANL |
İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR. (əvvəli ötən saylarımızda). Böyük Şəhərdə aparılan quruculuq işləri daha geniş miqyas alır. 2014-cü ilin I rübündə Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdi... | ANL |
O vaxt Amalya xanım də çətinliklə tapılmışdı. Mənə belə gəlir ki, Nargiləni bu dəfə də tələbələr arasında axtarmalıyıq. - Tofiq müəllimi yola gətirə biləcəyikmi? Səbəbini izah etməyə başladım. Tofiq müəllim ehtiyat edir. Bunu özü də gizlətmir. Deyir ki, televiziya məndən bir az uzaq sənətdir. Kameranı hiss edə bil... | ANL |
Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir... Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim - azəri türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.