text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan diasporu. “BİZİM DAXİLİ DÜNYAMIZDA BİR VƏTƏN HƏSRƏTİ VAR”. Suallarımızı Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə sədri İqbal Mahmudov cavablandırır. – İqbal müəllim, hamımıza məlumdur ki, Ukrayna-Azərbaycan münasibətləri hər cür qayda-qanun çərçivəsində, sivil müstəvidə, normal məcrada dava...
ANL
Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa can atdığını əməli addımla nümayiş etdirdi. Bakıda yaxşı başa düşürdülərdi ki, müasirlik, demokratiya və inkişafa doğru gedən yol “Qoca Qitə”dən keçir. Odur ki, 15 il əvvəl Azərbaycan Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını qoyur . İki tərəf arasında Tərəfdaşlıq ...
ANL
Turqut Ərin uydurmalarının arxasında kimlər və nələr dayanır? Mənə elə gəlir ki, bu, onun həyatında ən şərəfli addım idi. Qeyri-adi iradə və virtuoz siyasi kombinasiyalar bahasına Heydər Əliyev ölkəni siyasətdə piyada olanların artıq demək olar ki, gətirib çıxardıqları qan-xətadan xilas etdi. Ən əsası isə o idi ki, Hey...
ANL
KƏMALƏ ƏLİYEVA: “ERMƏNİLƏRİN BEYNƏLXALQ MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN CƏZALANDIRILMASINI TƏLƏB ETMƏK ÜÇÜN AZƏRBAYCANIN ƏLİNDƏ KİFAYƏT QƏDƏR ƏSASLAR VAR”. Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının (QMKGT), Qadın və Uşaqların Problemlərinin Araşdırılması (QUPAİB), Üçüncü Sektor (ÜSİB), Tək...
ANL
“SOYQIRIMI HƏYATA KEÇİRƏNLƏR VAXTINDA CƏZALANDIRILMAYIB, LAKİN ONLAR İNDİ TARİX QARŞISINDA CAVAB VERMƏLİDİR”. Tədbiri açan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, A.Aşırlı redaktorluq fəaliyyəti ilə yanaşı, bir-birinin ardınca nəşr edilən kitabların müəllifidir. Onun sözlərinə görə, müəllifin bu kitabla...
ANL
Şərq musiqisinin peyğəmbəri. CABBAR QARYAĞDIOĞLUNUN ANADAN OLMASININ 150 İLLİYİ MÜNASİBƏTİLƏ. Cabbar Qaryağdıoğlu Qarabağ səmasında bərq vuran ulduz, Azərbaycan musiqisinin tarixində və inkişafında təkrarsız rol oynayan və qiymətli irs qoyan, ölməz ənənələr yaradan böyük sənətkar olmuşdur. O, ustad xanəndə, istedadlı ş...
ANL
31 mart – Azərbaycanlıların böyük soyqırımı, ermənilərin bəşəri yırtıcılıq günüdür. Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən işğalı zamanı imperiya üçün az əhəmiyyət kəsb etməyən erməni xəyanəti o gündən Azərbaycan xalqının boğazına tıxanmış tövqi-lənətə döndü. “böyük Ermənistan” cəfəngiyatı Qərbin və çar Rusiy...
ANL
Bakıda məşhur rus-sovet müğənnisi Klavdiya Şuljenko yad edilib. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində məşhur müğənni, SSRİ xalq artisti Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirin aparıcısı, Azərbaycanın xalq artisti Aleksandra Nikuşina tanınmış ifaçı Şuljenkonun həyat və yaradı...
ANL
“Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu başa çatıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim olunub. Peşəkar münsiflər heyəti tərəfindən oxunacaq və qiymə...
ANL
“İnsanların bir yolu var: Bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır. Gündəliyindəki bu cümlələr görkəmli ədibimiz Əlibala Hacızadə haqqında qələmə aldığımız bu yazıya heç də təsadüfən körpü olmadı. Və çox az adamın bacardığı kimi – şərəflə qət etdi bu yolu Əlibala Hacızadə. Mənzili o...
ANL
Turqut ərin uydurmalarının arxasında kimlər və nələr dayanır? “Fərman Dəmirqol dedi ki, bəs, hakimiyyəti almaq üçün bizdə artıq hər şey tam hazırdır, adamlarımız bütün rayonlarda yerləşdirilib, hər yerdə peyk əlaqələri quraşdırmışıq, əhatə dairəmizi genişləndirmişik. Bundan başqa Fərman Dəmirqol dedi ki, onların bizim ...
ANL
10 yaşlı vokalçımız beynəlxalq mükafata layiq görülüb. Balaca azərbaycanlı ifaçı Belarusda keçirilmiş Beynəlxalq festivalın “Qran-pri” mükafatına layiq görülüb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, 10 yaşlı Yasin Həsənov və “Bakı ulduzları” ansamblı aprelin 26-dan 29-dək Belarusun Mozır şəhərində keçi...
ANL
Belarus balet ustaları Bakı səhnəsində. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib. APA-nın məlumatına görə, tamaşada əsas rollarda Belarus Akademik Böyük Teatrının solistləri, Belarusun xalq artisti Olqa Qayko və Belarusun əməkdar artisti Oleq Yeromkin çıx...
ANL
Eldar Əliyevin quruluş verdiyi “Jizel” Budapeştdə təqdim olunub. Budapeşt Opera və Balet Teatrında məşhur fransız bəstəkarı Adolf Adanın “Jizel” baletinin yeni quruluşda premyerası olub. Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, tamaşanı bu ilin əvvəlindən etibarən teatrın bədii rəhbəri...
ANL
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi mükafata layiq görülüb. Tbilisidə Gənc və Yeniyetmələrin Yaradıcı Kollektivlərinin mükafatlandırılma mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gürcüstanın gənc və yeniyetmələrdən ibarət rəqs qrupları və ...
ANL
Əli Kərim Azərbaycan Yazıçılar Birliyində yad edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda böyük şair Əli Kərimin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri xalq yazıçısı Anar böyük şairin poeziyasının işığına toplaşan hər kəsi ...
ANL
Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” oldu. Milli teatr sənəti sahəsindəki uğurlarına görə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülüb. Bu barədə teatrın mətbuat xidməti məlumat verib. Ölkənin tanınmış siyasətçilərinin, millət və...
ANL
Zoğal ağacı, əslində, elə lap əvvəllərdən – gənc yaşlarından deyingən idi və o vaxtlar ki, Zoğal Ağacının bitdiyi bu dağ döşü hələ sıx meşəlik idi, o vaxtlar ki, insanlar hələ ətrafdakı ağacları qırmamışdı, həmin ağaclar təəccüb edirdi: bu Zoğal Ağacı bu cür deyingənlikdə kimə oxşayıb? Onların tanıdığı zoğal ağaclarını...
ANL
Bir dəfə yumulur dağ bənövşəsi... Görüşlə ayrılıq arasındakı məsafənin nə qədər olduğunu dəqiq bilənlər varmı, uzunmu, qısamı bu yol?! Doğrudanmı ayrılığı “əlvida” adlandırmaqdan başqa bir söz qalmır?.. Onunla görüşümüzün (görüşlərimizin), ayrılığımızın arasındakı məsafəni heç zaman ölçmək niyyətim olmamışdı. Hər dəfə ...
ANL
(Qismətin “Vitrin” kitabında toplanmış şeirləri haqqında mülahizələr). Ədəbi janrlar arasında poeziyanın diqqətiçəkəcək qədər kütləviliyi həmişə müşahidə olunub. Amma bu kütləvilik anlayışının özü zamanına görə nisbi səciyyə daşıyıb. Belə ki, bir vaxtlar (indi həmin zamanı təkcə şairlər deyil, elə bəzi şeirsevər oxucul...
ANL
Yazıçı Nəriman Əbdülrəhmanlının sayca dördüncü irihəcmli əsəri olan “Karvansaray” romanı XVIII yüzilin birinci yarısı Azərbaycan tarixinin çox maraqlı məqamlarından bəhs edir. Əsər boyu Səfəvilər və Nadir Şah imperiyasının güney ərazilərindən cürbəcür bəhanələrlə Arazbərisinə yönləndirilən erməni köçlərindən də bəhs ed...
ANL
Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim.Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları alandan bircə gün sonra, yalan danışdım deyəsən bir neçə s...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı barədə qeydlər). Fövqəltəbii qüvvələrə fərqli prizmadan yanaşma. Tarixi tədqiq edənlər, araşdıranlar təkcə hadisələrə, şəxsiyyətlərin hərəkətlərinə və onların motivlərinə nüfuz etməklə kifayətlənməyib, həm də geoloji pl...
ANL
Yeri görünən adam. Bu dünyada insan hər şeyə öyrəşə bilir. Zaman pis şeyləri, dərdi, ələmi unutdura bilir. “Hər şeyin zamana ehtiyacı var” – xalq deyimi min illərin sınağından keçib və hər kədərin məlhəmi kimi min illərdən bəri insanın təsəlli yeridir. Amma bu məlhəm, bu təsəlli insan itkisini, doğmaların ölümünü heç v...
ANL
Zirzəmidə gecələyən şəhər. Uzun zamandı Ağdamdan gətirdiyim uşaqlıq, gənclik illərimin xatirələr toplusuna – arxivinə əl vurmurdum. Bu yaxınlarda açdım, doqquz, onuncu siniflərdə oxuyanda yazdığım yarımçıq hekayələr, universitet illərinin, jurnalistliyin ilk dövrünə aid qəzet yazıları, fotolar, əhəmiyyəti yalnız xatirə...
ANL
Bu roman ALƏMİN dialektikasını qlobal şəkildə əks etdirir. Aydın Ələkbərli – Azərbaycan filologiyasının son 50 ili ərzində ciddi və professional şəkildə fəaliyyət göstərmiş nadir dilçilərdəndir. Adı akademiya və dilçilik sistemində çalışan filoloqlara yaxşı bəllidir. A.Ələkbərli təkcə Azərbaycanda deyil, Azərbaycandan ...
ANL
Bu günlərdə görkəmli yazıçı-publisist Əli İldırımoğlunun “Daş yağan gün” kitabı işıq üzü görüb. “Nurlan” nəşriyyatı tərəfindən nəfis tərtibatda çap olunan kitaba yazıçının son vaxtlarda qələmə aldığı “Daş yağan gün” romanı və “Tənhalıq anları” sərlövhəli fəsildə toplanmış şeirləri daxil edilib. Məlum olduğu kimi qatı e...
ANL
Akademik Milli Dram Teatrında xalq artisti, Azərbaycan monumental rejissurasının görkəmli nümayəndəsi, milli teatr anlayışının formalaşmasında əvəzsiz xidmətləri olan rejissor Adil İsgəndərovun 100 illik yubileyinə həsr edilən təntənəli mərasim gerçəkləşib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev...
ANL
Əbülfəs Qarayev: “Bu, ermənilərin Azərbaycan mədəniyyətinə açdığı atəşdir”. Mayın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Muzey Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbir bugünlərdə Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutundan – “Puşkin evi”...
ANL
Ötən il Təhsil Nazirliyi Aparatı 40-a yaxın normativ-hüquqi sənəd layihəsi hazırlayıb. BU QURUM NAZİRLİYİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ ÜZRƏ İŞLƏRİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİNDƏ MÜSTƏSNA ROL OYNAYIR. Təhsil Nazirliyinin struktur bölmələri arasında qarşılıqlı işin qurulması, nazirlik üzrə hazırlanan sənədlərin, qəra...
ANL
Yeni dünya sahmanı və Heydər Əliyevin milli mədəniyyət konsepsiyası. Bu gün bütün sivil bəşəriyyət əsas siyasi məqsədi yeni dünya sahmanı yaratmaqdan ibarət olan qloballaşmaya doğru gedir. ənənələri olan mili mədəniyyətlərin inteqrasiyası tarixin labüd tələbatına çevrilib. Ədəbi tənqid və ədəbiyyatşünaslıq da öz təhlil...
ANL
Bu tarixi gün münasibətilə XX əsr tariximizin görkəmli araşdırıcısı professor Cəmil Həsənlinin Vəli Axundov haqqında hazırladığı “qısa həyat hekayətini” oxucularımıza təqdim edirik. Azərbaycanın XX əsr tarixində 50-60-cı illəri çoxlarının yaddaşında dərin izlər buraxıb. 30 illik Stalin erasının başa çatması sovet total...
ANL
Yazarlar Modern mifin bitdiyi yerlərdə. (Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının üzərinə qeydlər). Kamal Abdulla Azərbaycan ədəbiyyatında olmayan, bənzərsiz bir roman yazmışdır. Bəlkə də bu sözü biz hər təzə yaranan roman barəsində deməliyik, demək istərdik, amma nə edəsən ki, belə olmur. “Unutmağa kimsə yox” r...
ANL
Məhəmməd Əmin Rəsulzadənin İran fəaliyyəti. Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə sonradan Türkiyədə və digər Avropa ölkələrində mühacirətdə yaşadığı illərdə də İranda gedən prosesləri diqqətlə izləmiş və dəyərli məqalələr yazıb çap etdirmişdir. “Rusiya-İran münasibətindən”. “İran qə...
ANL
Azərbaycan təşəkkülündə “Müsavat”. Müstəqil, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 93-cü ildönümü yaxınlaşır. Xalqımızın çoxminillik tarixinin bu möhtəşəm hadisəsini, onu reallaşdıran fədakar mücahidlər nəslini şükranla anmaq, bu əzəmətli fütuhatın tarixini bütün incəliklərinə qədər hərtərəfli ara...
ANL
Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim.Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları alandan bircə gün sonra, yalan danışdım deyəsən bir neçə s...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər). Dünyanın yaranmasının başlanğıcı Elm və din onunla razılaşır ki, başlanğıcda kosmos heç nə vəziyyətindən materiyanın mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik barədə az şey deyə bil...
ANL
İki müdrik balıq ailəsinin və axmaq qu quşunun nağılı. “Nağıllar” silsiləsindən. Gülün gülü, bülbülün də bülbülü çağırdığı bir gözəl çəmənin ortasından dağlardakı bulaqlardan axıb gələn, sərin və dupduru bir arx keçirdi və o arxın kənarında iki böyük söyüd ağacı yanaşı bitmişdi. O qoşa söyüd ağacının budaqları elə uzan...
ANL
“Özümü hansısa sirli maddəni almağa çalışan kimyagər kimi hiss edirəm”. Müsahibimiz tanınmış yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsuddur. Bu gün yeni pyeslər üzərində işləyən Afaq xanım dramaturgiyanın onu daha çox cəlb etdiyini qeyd edərək, zaman keçdikcə nəsrlə dramaturgiya arasında olan maneələrin mahiy...
ANL
Saatlardı yerimdə uzanıb gözümü divardakı 3 bığlı kişinin şəklinə zilləmişəm. Elə bil bu şəkli mənə görə çəkdirmisən, elə bil mənə baxmısan çəkdirəndə. Hər dəfə gözümü zilləyib şəklinlə danışanda “mavi gözlü dev” misrası düşür yadıma... Şairim, sənə özümdən danışa bilərəm saatlarla. Bir az elə də uzaqda olmayan uşaqlığ...
ANL
Bədii yaradıcılıq ilk növbədə axtarışdır; həyat ideallarını istedadı gücünə bədii gerçəkliyə çevirmək axtarışları... Hər zamanın ən mühüm problemlərinin, mövzularının tapılması və fikrin, mətləbin təsirli, cazibəli ifadəsi üçün ən optimal və uyğun formaların seçilməsi bədii uğurun əsas şərtidir. Hər bir sənətkarın da i...
ANL
Kürdəmirdə Nəriman Həsənzadə Günü. Əyalətdə insanların darıxmağa daha çox səbəbləri olur. Bütün baş verənləri – ədəbiyyatı, tarixi, musiqini ancaq televiziyadan izləyə bilirlər. Bəlkə də efirdən Nəriman Həsənzadənin yubileyi ilə bağlı keçirilən tədbirləri izləyəndə heç düşünməmişdilər ki, qocaman şair onların da görüşü...
ANL
Elmin inkişafı naminə fəaliyyət: Təhsil Nazirliyi bu sahədə də öz sözünü deyir. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Ali təhsil sahəsində aparılan islahatlar hə...
ANL
BDU-da Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı olub. Dünən Bakı Dövlət Universitetində (BDU) qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı keçirilib. Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqs...
ANL
“Kuba dəftəri” silsiləsindən. İkinci axşamdı kreslonun yumşaqlığına bata-bata, sağ yanım uyuşanda sol böyrüm üstə yayxanır, sonra əksinə, əvvəlki vəziyyətə qayıdaraq rahatlıq axtara-axtara tamını hələ ayırd eləyə bilmədiyim “Varadero” romundan qurtum-qurtum içir, şokolad dadan yoğun siqardan yüngül qullab alır, gəlin g...
ANL
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi tərəfindən nəşr edilən “Tofiq Rüstəmov 75” adlı kitabda əsasən, Tofiq Rüstəmov haqqında bioqrafik məlumatlar (Azərbaycan və rus dillərində), jurnalistik fəaliyyəti, ümumilikdə yaradıcılığı qısa və aydın şəki...
ANL
Küveytdə Azərbaycan mədəniyyət günləri keçirildi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və buradakı səfirliyimiz tərəfindən təşkil olunan Azərbaycan Mədəniyyət günləri çərçivəsində Küveyt ictimaiyyətinə zəngin konsert proqramı, Azərbaycan milli paltarları eksp...
ANL
Ünsiyyətin texnolojisi. KAMAL ABDULLANIN SON ROMANINA EKLEKTİK (“HƏTƏRƏN-PƏTƏRƏN”)DÜŞÜNCƏLƏR ESTETİKASINDAN YANAŞMAQ CƏHDİ. Danışmağın, dinləyib-dinlətməyin 2 tövrü var. Birincisi odur ki, anlaşmağı maksimuma çatdırmaq üçün bütün yayındırıcı, küyləndirici qorxuları durdurub kommunikasiya yapırsan. Kamal Abdullanın “Unu...
ANL
Səhər saat doqquz radələrində bəyaz geyimli qız Beşmərtəbə meydanındakı “5 qazan” restoranına daxil oldu. Bayaqdan bəri salonda bekar gəzişən ofisiantlar “Poison” ətrindən məst olub canfəşanlıqla ona yer göstərməyə cumdular. Qızsa onların yanından laqeydliklə, sanki ürəyində mahnı oxuyurmuş kimi şən, ədalı yerişlə keçi...
ANL
1939-cu ildə II Dünya savaşı başlayanda Məhəmmədəmin Rəsulzadə Polşa’da “Prometey” təşkilatının dəstəyiylə siyasi fəaliyyətini sürdürürkən bir yandan da Almaniya’da “Qurtuluş” dərgisini nəşr etməkdə idi. Varşava’da onunla eyni qədəri paylaşmaqda olan Rusiya Türklərinin siyasi mühacir öndərlərindən Ayaz İshaki, Əli Azər...
ANL
Alimin hünəri. Paşa Əlioğlu uzun illərdir mötəbər mətnşünas alim kimi tanınır, onun ana dilli ədəbiyyatın əsasən XVI-XVII əsrlərə dair mənbə və məxəzləri üzərində işi, gərgin əməyi sayəsində bu dövrün neçə-neçə sənətkarının əsəri mütəxəssislərin ixtiyarına verilmişdir. Bu iş, bir qayda olaraq, “iynə ilə gör qazmaq” qəd...
ANL
Xalq şairi Zəlimxan Yaqubun danışmaq hızına heç bir qələm sahibi çatdıra bilməz və onun danışığı da yazı tərzinə çox yaxın olduğundan üz-üzə oturmaqdan vaz keçdim.Sualları göndərdim və cavabları aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi: sualları alandan bircə gün sonra, yalan danışdım deyəsən bir neçə s...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər). Həvvanı şirnikləndirən ilan olmuşdursa, bu ilan nədir ki, dünyanı arzu ilə qürrələndirdi, cuşə gətirdi. Çox sayda adam güman edir ki, xristianlıq yalnız bir Şeytanın – başqa sözlə İblis və ya Lutsifer ey...
ANL
Nazimi yaşadanlar. (Nazim Hikmətin xatirə günü münasibətilə). “İnsanların bəzisi otların, bəziləri balıqların çeşidini bilir, mən ayrılıqların” deyən Nazim ağlına da gətirə bilməzdi ki, ölümündən sonra həsrətində olduğu vətənində-Türkiyədə o qədər populyarlaşacaq ki, onun nəinki əsərləri türk dilində çap olunacaq, pyes...
ANL
Sabir Rüstəmxanlı fenomeni və ya zəmanəmizin Zərdüşt atası. Xalq şairi, millət vəkili, dəyərli ziyalı Sabir Rüstəmxanlının 65 illik yubileyinə. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə, təmasda olanda, nə üçünsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Ulu Zərdüşt...
ANL
Gecikmiş təşəkkür. Sabir Rüstəmxanlının 60 illik yubileyi Akademik Milli Dram Teatrında keçirildi. Sonra isə paytaxtın dəbdəbəli restoranlarının birində onun şərəfinə ziyafət təşkil olundu. Nüfuzlu dövlət və hökumət nümayəndələrinin, tanınmış şair və yazıçıların iştirak etdiyi həmin məclisə mən də dəvət olunmuşdum. Özü...
ANL
Bu danılmaz bir faktdır ki, hər bir bədii əsərin səhnə təcəssümü ciddi yozum tələb etdiyi kimi, obraz bölgüsü də rejissordan diqqət, böyük təcrübə və ağıl tələb edir. Çünki burada əsas ağırlıq tamaşaçı ilə təmasda olan aktyorun üzərinə düşür. Onun istedadı, zahiri görkəmi, diksiyası əsas amillərdəndir. Əslində tamaşaçı...
ANL
Gənc Tamaşaçılar Teatrının direktoru mükafata layiq görülüb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Azərbaycan bayrağı” Media Mükafatı laureatı diplomu və döş nişanının təqdimat mərasimi gerçəkləşib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun mükafatlandırıldığı tədbirdə baş rejissor, xalq artisti Cənnə...
ANL
Əslində mən bu teleskopu neçə il əvvəldən görmüşdüm. Gözümün qabağında idi. Qaralıb-qaralıb boylanırdı mənə sarı. Yanından etinasız o tərəf-bu tərəfə keçib gedirdim. Yaxınlaşıb okulyarına baxmaqdan qorxurdum. Təxmin edirdim nə görəcəyimi. Keçdi... Heç nəyi geri qaytarmaq olmayacaq... Vaxtında baxmalıydım, ya da kimsə ə...
ANL
Cahangir Məmmədli: “Hələ irəlidə türk sözünü türkə deyəcəyimiz çox layihələrimiz var”. Hər sənətin sənətkarı, hər peşənin də peşəkarı var, deyirlər. Qonağımız öz peşəsində peşəkardır. “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent və “İctimai” televiziyanın yayım şurası...
ANL
Adel Adileh: “Kral Abdulla sanki baş verəcək hadisələri öncədən bilirdi, ONA GÖRƏ HÖKUMƏTƏ GƏLƏN KİMİ İSLAHATLARA BAŞLADI”. İordaniya Haşimilər Krallığı mayın 25-də milli gününü qeyd edir. Bu münasibətlə İordaniyanın Azərbaycandakı səfiri Adel Adileh “525-ci qəzet”ə müsahibə verib. Səfir həmçinin son vaxtlar Yaxın Şərq...
ANL
Yuri Polyakov: “Nəsrə poeziyadan gələn yazıçı isə sözlərlə yazır”. “LİTERATURNAYA QAZETA”nın BAŞ REDAKTORU YURİ POLYAKOVLA SÖHBƏT. (Səlim Babullaoğlunun yenicə çapdan çıxan “Ədəbi söhbətlər” kitabından). Yuri Mixayloviç Polyakov müasir Rusiyanın ən çox oxunan yazıçılarındandır, dramaturq, tanınmış ictimai xadim, jurnal...
ANL
Dionisin sağlığına! Azərbaycan Yazıçılar Birliyinin son qurultayından ötən dövrdə dramaturgiyamıza dair çıxışımız iki bölümdən ibarətdir. Birinci bölüm müstəqillik dövrü ədəbiyyatı və eləcə də dramaturgiyasının ən ümumi durumunu şərtləndirən səbəblər, ikinci bölüm isə son səkkiz ildə yazılmış dram əsərlərinin birbaşa a...
ANL
Əhməd Ağaoğlu: Paris illəri. Xeyli müddətdir ki, XX əsrdə türk dünyasının siyasi və mədəni fikir tarixində son dərəcə böyük xidmətləri olan Azərbaycan əsilli fikir adamı Əhməd Ağaoğlu (1869-1939) barəsində kitab üzərində işləyirəm. Hazırda başa çatdırmaqda olduğum həmin kitabdan bir fəsli. XX əsr Azərbaycan və Türkiyə ...
ANL
Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü. (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər). Allahlar, yarımallahlar və qəhrəmanlar. Olimp miflərinin təsvir etdiyi dövrdə allahlar insanlar arasında gəzirdi. Lakin axırıncı allahın yer üzərində hökmran olmasının tarixi yunan ənənəsindən fərqli ola...
ANL
Oralarda kimlər var: İSA İSMAYILZADƏNİ SEVƏNLƏR. Bilmirəm çiçəklə,bilmirəm otla. Bilmirəm ağacla,yoxsa buludla. Dağları yerindən oynadıb gələn. Nə vaxtsa dönəcək ömrün illəri... Tofiq Abdinin giriş qeydləri. Və bu xəbər-yazını yazmaq, inanın ki, mənim üçün çox ağırdı.Ola bilsin hər adam üçün uzun illərin dostu olan yax...
ANL
Pərvinin həmsöhbəti yazıçı İlqar Fəhmidir. Bildiyimə görə “Bakı Tarixindən Kollaj” əsərin “Humay” Milli Mükafatına layiq görülüb. Təbrik edirəm. Əminəm ki, indi mükafatların yazıçı üçün o qədər də əhəmiyyət kəsb etmədiyindən danışacaqsan. İlqar: Mükafatın özünü yox, mükafat xətrinə yazmağı bəyənmirəm. Yazıçı gərək yazı...
ANL
Vaqif İbrahimoğluya mən “Müəllim” deyə müraciət edirdim. İş birliyimiz zamanı yaxşı ovqatlarında “Uçitel”, bir qədər təlx ovqatlarında ehtiyatla “Vaqif müəllim”, fasilələrdə isə sadəcə, “Müəllim”. Vaqifə təkçə mən yox, onu tanıyanların, “Yuğ”a gəlib-gedənlərin demək olar ki, hamısı belə müraciət edirdi. Bu şərəfli stat...
ANL
Elçinin Türkiyədə yeni kitabı nəşr olunub. Xalq yazıçısı Elçinin qardaş Türkiyədə yeni kitabı çapdan çıxmışdır. Ankaranın məşhur “Bengü” nəşriyyatının nəfis tərtibatda nəşr etdiyi kitaba ədibin seçilmiş hekayələri daxil edilmişdir. Müxtəlif illərdə yazılmış iyirmi hekayədən ibarət bu sanballı kitab hekayələrdən birinin...
ANL
Ağ paltarlı qadın. “Kuba dəftəri” silsiləsindən. Günəş milyon illərdi gördüyü işi elə 2006-cı ilin dekabr səhərində də görürdü; tələsmədən gecənin yaxasını açır, qucaqlayıb boynuna sarılır, nəvazişlə bağrına basırdı. Bu izdivacdan dünyaya ağappaq, tər-təmiz işıq gəlirdi. İşıq ürkək-ürkək özünə yer axtarırdı. Pərdənin p...
ANL
XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində qaliblər mükafatlandırılıb. Mayın 27-də M.F.Axundov adına Milli Kitabxanada XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilib. ANN.Az-ın verdiyi xəbərə görə, Yeni ...
ANL
Çingiz Abdullayev Rumıniyanın Tudor Argezi mükafatına layiq görülüb. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin (1880-1967) xatirəsinə edilən festival bu ölkə Yazıçılar Birliyinin himayəsi altında təşkil edilib. Bu...
ANL
BARƏDƏ “ULTRADİQQƏTLİ” BİR OXUCUNUN BƏZİ MÜLAHİZƏLƏRİ. İki məsələnin üzərində xüsusi dayanmaq istərdim. Bunlardan biri prototipi Aydın Ələkbər olan Ayxan Əliəkbərov obrazı, o birisi də bədii ədəbiyyatda durğu işarələri problemi ilə bağlıdır. Əkbər şəklində yazılsaydı, daha yaxşı olardı. Müsbət tip kimi qələmə verildiyi...
ANL
Prezidentin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin 3-cü turu başa çatıb. Bu il “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün ölkənin əksər bölgələrindən 14...
ANL
Meşələrdə yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər. AZƏRBAYCANDA EKOLOJİ HÜQUQPOZMALAR ÜZRƏ MİNDƏN ÇOX İŞ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA TƏQDİM OLUNUB. Dünən Yeni Azərbaycan Partiyasının qərargahında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirl...
ANL
Azərbaycan istiqlalının 93-cü ildönümü. Azərbaycan milli istiqlalı mübarizəsi xalqımızın uzun illər boyu yürütdüyü Azərbaycan davasının, azad və müstəqil yaşam uğrundakı mücadiləsinin məntiqi davamıdır. Azərbaycan xalqı uzun illər boyu Rus istibdadına qarşı əzm və cəsarətlə mücadilə edib. Bu mücadilə tarixi inkişaf pro...
ANL
“Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi” adlı kitabın təqdimatı keçirilib. Dünən Azərbaycan Universitetində tarixçi alim Vasif Qafarovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünə həsr olunan və yeni çapdan çıxan “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabının təqdimat mərasimi k...
ANL
...Qarşıdan gələn unudulmaz tarixi yubileyi möhtəşəm bayram kimi, təntənə ilə qeyd etməyə təbii ki, haqqımız var. Nədən? Əlbəttə, ötən dövr ərzində dəri top ustalarımız çətin,əzablı, keşməkeşli, fəqət şərəfli və mənalı bir yol qət edərək ümumən idman tariximizə dəyərli səhifələr yazmışlar. İstər yaşıl futbol meydanında...
ANL
Azərbaycan Tarixi Muzeyində “İrsimizin itirilməmiş inciləri” sərgilənir. Dünən Azərbaycan Tarixi Muzeyində “İrsimizin itirilməmiş inciləri” sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, Muzeyin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlı bildirib ki, sərgidə yeni tapılmış eksponatlar nümayiş et...
ANL
Türkər Qasımzadənin əsərləri Nyu Yorkda yenidən səslənib. Nyu Yorkun Birinci Presviterian kilsəsinin möhtəşəm və qədim salonunda Azərbaycan bəstəkarı Türkər Qasımzadə ilə Amerikalı həmkarı Dreyk Andersonun birgə müəllif konserti keçirilib. “Nyu Yorkda tələbəlik həyatını yaşayan bir bəstəkar kimi bu, məndən ötrü xüsusi ...
ANL
Milli mədəniyyət tariximizdə Eynəli bəy Sultanov imzası: alovlu publisist və fədakar ziyalı kimi. XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yadda qalan bir dövr oldu. Mirzə Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim ...
ANL
ÇAĞDAŞ KİNODA YENİ İDEYALAR: LAYİHƏDƏN REALLIĞA. (Bugünlərdə Qazaxıstanın Almatı şəhərində başa çatmış “Bastau” Beynəlxalq Kino Festivalı barəsində etüd-düşüncələr). Azərbaycan kino sənəti yarandığı ilk dövrlərdən etibarən milli təfəkkürün inkişafına xidmət mövqeyində dayanmış, sənətin geniş mənəvi imkanlarını təcəssüm...
ANL
Təbiətin, memarlığın və insan qayğısının şah nümunəsi – Mərdəkan Dendrarisi. Təbiət saysız-hesabsız gözəl abidələrin müəllifidir, – deyirlər. İnsanları heyrətə gətirən, onları daim cəlb edən xüsusiyyət də həmin abidələrin qeyri-adiliyidir. Mərdəkanda yerləşən, əsası Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəf...
ANL
Təzəpir məscidi – tarixi və mənəvi dəyərlərin əzəmətli təcəssümü. Nadir memarlığı ilə diqqəti cəlb edən Təzəpir məscidi təkcə Azərbaycanın deyil, Qafqazın da dini mərkəzi hesab olunur. Ona görə ki, Qafqaz Müsəlmanları Ruhani idarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix i...
ANL
Heydər Əliyev və milli-mənəvi dəyərlər. Yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü vətəninə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaql...
ANL
“Azərbaycan dövləti elmin inkişafına böyük qayğı göstərir”. MÜSAHİBİMİZ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN DİREKTORU, MİLLƏT VƏKİLİ GÖVHƏR BAXŞƏLİYEVADIR. – Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Pre...
ANL
Qazanda Tukay günləri. Aprelin 25-26-da Tatarıstanın paytaxtı Qazanda böyük şair Qabdulla Tukayın 125 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Tukayın kitabını Azərbaycan dilinə çevi...
ANL
Ötən gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində “Şuşam mənim, incim mənim” adlı tədbir gerçəkləşib. Əvvəlcə tədbir iştirakçıları Şuşa şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Şuşa şəhərində vaxtı ilə fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi S...
ANL
Vaqif Səmədoğlunun “İntihar”ı Dillər Universitetində nümayiş etdirilib. Dünən Dillər Universitetinin akt zalında xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” pyesi oynanılıb. Bədii rəhbəri və quruluşçu rejissoru Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, dosent Fəridə Səfiyeva olan tamaşa...
ANL
Böyük hind ədibi, mütərəqqi şəxsiyyət, mütəfəkkir, ictimai xadim, vətənpərvər və humanist insan, dahi şəxsiyyət Rabindranat Taqor (hindcə Rabindranath Thakur) 1861-ci ilə may ayının 7-də Benqqaliyanın paytaxtı Kəlküttə şəhərində anadan olub. Tanınmış ziyalı və mülkədar ailəsində dünyaya göz açan R.Taqor ailənin 14-cü u...
ANL
Yaranışından əsrlər, illər keçməsinə baxmayaraq maddi mədəniyyət tariximizin ən görkəmli abidələrindən biri, Bakının simvolu sayılan Qız qalası hələ də sirli-sehrli qalmaqdadır. Bu abidə ətrafında müxtəlif versiyalar irəli sürülsə də, rəvayətlər danışılsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi dəqiq məlum dey...
ANL
Nadir sənət inciləri xəzinəsinin dünəninə və bugününə baxış. AZƏRBAYCAN DÖVLƏT İNCƏSƏNƏT MUZEYİ YÜKSƏK ZÖVQ VƏ QÜRUR MƏNBƏYİ SAYILMAĞA LAYİQ MƏDƏNİYYƏT OCAĞIDIR. Hər bir xalq öz tarixi keçmişindən söz açan zaman, ilk növbədə mədəniyyətinə, həmin tarixi əks etdirən sənət əsərlərinə istinad edir. Belə sənət əsərləri, xal...
ANL
“Teleskop”un göstərdikləri. Azərbaycan Dram Teatrında yazıçı Elçinin “Teleskop” pyesinə baxış keçirilib. Xatırladaq ki, tamaşaya Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan quruluş verib. Səhnə əsərinə tərtibat vermək üçün Rusiyanın məşhur tərtibatçı rəssamı Eduard Koçerqin Milli Dram Teatrına dəvət olu...
ANL
“Səadət sarayı”: qədim şəhərdə möhtəşəm memarlıq abidəsi. Azərbaycanda ötən əsrin şanlı neft bumu mərhələsi bizlərə həm də iri neft maqnatlarının zəngin irsini yadigar qoyub. Qeyd edək ki, bu dövr təkcə ölkəyə neft investisiyalarının qoyuluşu və xarici kapitalın axını dövrü deyildi. Bu mərhələ həm də bütövlükdə şəhərin...
ANL
Nəriman Həsənzadə dünyasına səyahət və ya 80 illik dostluğun qısa tarixçəsi. Ədəbiyyatla az-çox maraqlananlar Nabat Xalanın kim olduğunu, nədən söhbət gedəcəyini bilərlər yəqin... Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılan mükəmməl Ana obrazından – Xalq şairi Nəriman Həsənzadənin anası Nabat Xaladan və Ana ...
ANL
Uzaqdan gələn səslər. Azərbaycan Demokratik Respublikası yaradılmasının növbəti ildönümü ərəfəsində Moskvada “Sosial-siyasi fikir” nəşriyyatında xalqımızın yeni tarixində unudulmaz xidmətləri olmuş həmvətənlərimizin həyat və fəaliyyətləri haqqında yeni məlumatlar verən kitab nəşr olunmuşdur. “Azərbaycan mühacirətinin t...
ANL
Sadiq dost, qayğıkeş insan. Hər kəs yaşadığı həyatı boyu müxtəlif insanlarla qarşılaşır. Ətrafdakılarla bu və ya digər dərəcədə münasibətlər qurur, dostluq edir. Cəmiyyətimizdə illərlə davam edən dostluqlara az təsadüf olunur. Çox vaxt münasibətlərin pozulmasının səbəbi kimi zəmanəni, şəraiti günahkar göstərirlər. Baş ...
ANL
Mərhum jurnalist Tofiq Rüstəmovun xatirəsi Qubada anılıb. Mayın 7-də Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Hacı Tağı oğlu Rüstəmovun 75 illiyi münasibətilə anım mərasimi keçirilib. Quba bələdiyyəsinin akt zalında baş tutan toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetini...
ANL
Xalq yazıçısı Anara Heydər Əliyev Mükafatı verildi. Azərbaycan prezidenti İlham Əliyev Yazıçılar Birliyinin sədri Anara Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazıçı Anar bu ali mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi x...
ANL
Qısametrajlı ömrün filmi. Elman Həbibi nə vaxtdan tanımışam? Onunla 14 noyabr 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçirilən ümumittifaq tələbə elmi konfransında həmin ali məktəbin Naxçıvanda yaradılmış filialının ikinci kurs tələbəsi kimi iştirak edəndə Bakıda ikən tanış olmuşduq. Daha doğrusu, ADPİ-ni...
ANL