text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bəlkə də borcundan çıxmadım vətən, Ömür bahar deyil, bir də qayıtsın. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Musa Yaqubun bu günlərdə işıq üzü görən növbəti kitabı bu misralarla başlayır. “Payıza baxıram” adlanan kitaba şairin əsasən son illərdə yazdığı şerlər daxil edilib. “Araz” nəşriyyatında çap o... | ANL |
“Ulu öndər Heydər Əliyev xalqın xatirəsində” mövzulu tədbir keçirilib. M.S.Ordubadinin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev xalqın xatirəsində” mövzusunda tədbir gerçəkləşib. Ziyalıların, müəllimlərin, şagirdlərin, ictimaiyyət nümayəndələri... | ANL |
Astarada kitab bayramı baş tutub. Astarada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən IV Kitab Bayramı gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bayramda rayon İcra Hakimiyyəti... | ANL |
Milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsini xatırlarkən... Məmməd Quliyev – 75. Professional bəstəkar və musiqişünasların müstəqil ictimai yaradıcılıq təşkilatı olan Azərbaycan Bəstəkarlar İttifaqı öz çoxşaxəli fəaliyyətini Azərbaycan milli musiqi sənətinin, bəstəkar yaradıcılığının və dünya musiqi mədəniyyəti... | ANL |
BİR KİTABLIQ YURDSEVƏRLİK ÖRNƏYİ VƏ YA DOĞMA TORPAQ HAQQINDA YADDAŞ ABİDƏSİ. Xalqın bəxti onda gətirir ki, millətin, el-obanın faciəsinə, ağrısına, dərdinə biganə, laqeyd qala bilməyən oğulları, ərənləri, qəhrəmanları yaranır. Bu vətən övladları el yolunda, millət yolunda mücadilə aparır, döyüşür, vuruşur, xalq hərəkat... | ANL |
Meşələrin nəğməsi. Yaşadığımız həyatda elə şəxslər olub ki, onlar bütün düşüncəli ömürlərini, həyatlarını dövlətin, vətənin, xalqın yolunda şam kimi əridiblər. Zaman keçdikcə taleyini xalqına sərf etmiş bu insanlar bizdən uzaqlaşır, tarixə dönür, bəziləri isə hafizələrdən silinir. Ancaq tarixi zənginləşdirən elə şəxsiy... | ANL |
Məni asma körpüdən ötürərsən... Hörmətli Rəşad müəllimi! Bir yazar kimi əyalətdə yaşayıram və ədəbiyyat adlı müqəddəs yolun yolçusuyam. Bu yolun ağırlığını dərk edirəm, və hər şeyə görə ədəbiyyata borcluyam. Əyalətdə internetlə bağlı müəyyən çətinliyin mövcudluğundan, elektron ünvanım olmadığından yeni hekayəmi Sizə po... | ANL |
Zamanla Sözü, Sözlə Zamanı ucaldan sənətkar. Hörmətli Elçin müəllim! Düzü, Sizin kimi etnik-milli, bədii-estetik dəyərlərimizin qayğıkeşini, hiss və emosiyalarımızın tərənnümçüsünü, dramaturgiya, səhnə və teatr mədəniyyətimizin və baxışlarımızın formalaşmasında fərdi və fərqli rol oynayan söz sərrafını ürəkdən təbrik e... | ANL |
Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin yekun konserti olub. Ötən gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilən Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin yekun konserti gerçəkləşib. Azərb... | ANL |
“İsmailiyyə” binası: bir gənc xatirəsi üçün, bir millətin iftixarı naminə. XIX əsrin sonu XX əvvəllərində tikilən və bu gün də arixitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında “İsmailiyyə” binası özünəməxsus yer tutur. Tikildiyi dövrdən bu günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bi... | ANL |
Cismani paklıq mənbəyi mənəvi-mədəni dəyərə çevriləndə... HACI AĞA MİKAYIL HAMAMININ BAKIDAKI TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ SIRASINDA XÜSUSİ YERİ VAR. Bakının qədim tarixi abidələrindən olan hamamlar memarlıq üslubu baxımından hər zaman insanlarda maraq hissi doğurub. Bu abidələr çox gözəl arxitektura obyektləri hesab olun... | ANL |
Görkəmli alim və pedaqoq. Quba Azərbaycanda ta qədim zamanlardan meyvəçiliyin geniş inkişaf etdiyi rayonlardan sayılıb. Müasir dövrdə isə burada meyvəçilik özünün yüksək inkişaf səviyyəsinə çatıb. Və indi burda on minlərlə hektar alma bağı var. Rayonda kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, özəlləşdirmə pro... | ANL |
İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib. İnstitutun prezidenti cənab Evans tərəfindən imzalanan diplomda yazılır: “Akademik İsa Həbibbəyli Amerika Bioqrafiya İnstitutunun rəhbərli... | ANL |
Kinorəssam Mayis Ağabəyovun 70 illik yubileyi qeyd olunur. Ömrünü kino və təsviri sənətin inkişafına həsr edən, öz istedadı və bənzərsiz sənəti ilə seçilən Mayis Ağabəyovun adı Azərbaycan kinematoqrafiyası tarixində xüsusi yeri olan “Nəsimi”, “Babək”, “Nizami” kimi mürəkkəb quruluşlu tarixi filmlərin yaradılması ilə ba... | ANL |
“Qarabağ silsiləsi”: Azər Qaraçənlinin yeni elektron kitabı. “Media forum” saytının baş redaktoru Azər Qaraçənli “Qarabağ silsiləsi” adlı yeni elektron kitabını təqdim edir. Bu il müəllif “Fikir qovluğu” və “Azadlıq kitabı” adlı elektron kitablarını da internet şəbəkəsində yayıb. | ANL |
Professor Tofiq İsmayılovun hekayələr və pyeslər toplusu çap olunub. Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun “Kinoya gedən pişik” adlı hekayələr və pyeslər toplusu nəşr edilib. Yazıçının uşaq aləmi haqqında realist fikirləri, yeniyetmələrin tərbiyəsinə dair müasir ideya və düşüncələri onun əsərlərində ön... | ANL |
Xınalıq – ilkinliyini və gözəlliyini qoruyub saxlayan tarixi abidələr xəzinəsi. Azərbaycanın qədim və səfalı guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan dağı, Baba dağı, Qiblə dağı kimi yüksək dağ silsilələri arasında yerləşən Xınalıq, Haput, Qırız, Buduq kəndləri tarixin və təbiətin yaratdığı özünəməxsus muz... | ANL |
Məmləkət “Beyləqan”la Beyləqana səyahət. Tarixi yazmaq – tarixi yaratmaq qədər mühümdür. Əgər yazan yaradana sadiq qalmasa yazılan tarix insanları çaşdıracaq mahiyyət alır. Yaradıcılığına dərin hörmət və ehtiram bəslədiyim Vəsimə İsmayılqızının “Beyləqan” adlı ensiklopedik toplusunun çapdan çıxması məni hədsiz dərəcədə... | ANL |
“Abituriyent” jurnalını sinəsinə sıxan qayğılı qızları, metroda dərs əzbərləyən narahat oğlanları görəndə tələbə olmaq, Bakıda yaşamaq arzusu ilə dolaşdığım Cəlilabadın boz, hüznlü küçələrini xatırlayıram. Təkcə küçələrin yox, sinif yoldaşlarımın, məhrəmliyinə və müqəddəsliyinə tez-tez xəyanət etdiyim məktəb illərimin ... | ANL |
Mədəniyyət və İncəsənət Universiteti tələbələri İstanbul festivalında. 2 ay öncə ADMİU-nin “ Aktyor sənəti” fakültəsinin dost Gürcüstanın Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin keçirdiyi Beynəlxalq Etüd festivalındakı uğurlu çıxışlarından yazmışdıq. Növbəti festivalda çıxış etmək üçün qardaş Türkiyəy... | ANL |
“San Yarlığı” mükafatı yeni laureatlara təqdim olunub. Ötən gün Atatürk Mərkəzində Türk Törə Ocağının “San Yarlığı” mükafatının təqdimetmə mərasimi keçirilib. Bu il “San Yarlığı” mükafatı müstəqilliyimizin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş ziyalılarımıza təqdim edilib. Tədbir... | ANL |
Yazıçılar Birliyində şair Barat Vüsalın 60 yaşı qeyd edilib. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 60 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri filologiya elmləri doktoru, professor Nizami Cəfərov açaraq Barat Vüsalın həyat... | ANL |
Sonsuzun dərkinə uzanan yol. Mən “Yarımçıq əlyazma”dan daha əvvəl onun “Gizli Dədə Qorqud” əsərini oxumuşdum. Elə o zaman da müəllifin Dədə Qorqud fenomeninə tamamilə fərqli münasibətinin şahidi oldum. Kamal Abdulla Qorqud həqiqətlərini onilliklərlə bəlli olan məlum müstəvilərdən alıb xeyli uzaqlara apardı və onun haqq... | ANL |
“Azərbaycan milli və dini tolerantlıqda dünyaya örnəkdir”. MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT ASLANOVA: “AZƏRBAYCANDA MİLLİ VƏ ETNİK ZƏMİNDƏ HEÇ BİR PROBLEM YOXDUR”. – ATƏT Parlament Assambleyasının (PA) İtaliya nümayəndə heyəti və həmin ölkənin Boltzano-Bozen Muxtar Vilayətinin rəhbərliyinin bir... | ANL |
Poeziyanın paralel planetləri. Məmməd Araz, Azərbaycanın xalq şairi. Abdulla Arif, Özbəkistanın xalq şairi. Türk xalqlarının ədəbiyyatı tarixində oxşar etno-poetik missiyanı yerinə yetirən böyük şəxsiyyətlər az olmayıb. Poeziyamızın inkişaf tarixinə, yüksəliş mərhələlərinə nəzər saldıqda bu cür paralel istedadların ard... | ANL |
Hüseynağa Qəniyevin təqdimatında “Zəka və xarakter”. İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusu işıq üzü görüb. Müəllifin “Zəka və xarakter” essesində zəkanın bəşəriyyətin əsas həyatverici qüvvəsi, xarakteri isə insanın əxlaqı-mənəvi sərvəti kimi... | ANL |
Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Molla Nəsrəddinlə birlikdə gülürük”. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir gerçəkləşib. Tədbirdə ölkədə fəaliyyət göstərən muzeyləri əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, ictimaiyyətin nümayəndələrinin işti... | ANL |
Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib. Hər il 18 May Beynəlxalq Muzeylər Gününü dünya muzeylər ictimaiyyəti geniş miqyasda, maraqlı, rəngarəng tədbirlərlə və Açıq qapı günlərilə qeyd edir. Azərbaycan da bu baxımdan istisna ölkə deyil. Dünən Beynəlxalq Muzeylər Günü Lətif Kərimov adına Azərbaycan Xalças... | ANL |
Cəmiyyətin mənəvi mənzərəsi: dərindən düşünmək zamanı. Allahın bəxş etdiyi nemətlərdən lazımınca bəhrələnib normal yaşamaq, həyatdan feyz almaq hər bir insanın haqqı, arzu və məqsədidir. Bu istəklərə çatmaq o vaxt mümkün olar ki, vətəndaşı olduğun ölkənin güclü dövləti, qüdrətli iqtisadiyyatı, sağlam mənəviyyatlı gəncl... | ANL |
“ İki gənc azərbaycanlı sənətçinin “Eurovision”dakı qələbəsi böyük uğurdur”. SSRİ XALQ ARTİSTİ , MİLLƏT VƏKİLİ ZEYNƏB XANLAROVA: “ERMƏNİLƏR BURA GƏLMƏSƏLƏR, DÜNYA DAĞILMAYACAQ Kİ?”. – Zeynəb xanım , ünlü bir sənət xadimi kimi siz sonuncu “Eurovision” yarışması və onun nəticələri ilə nə demək istərdiniz? – İki gənc azər... | ANL |
Naxçıvan reallıqlarını əks etdirən kitab. Məmməd Məmmədovu ilk dəfə düz 7 il öncə tanımışdım. O vaxt Naxçıvanın mərkəzi qəzeti olan “Şərq qapısı”nın baş redaktoru idi. Əslində mətbuata olan marağım məni onun yanına aparmışdı. Elə həmin gün məni qəzetdə korrektor vəzifəsinə götürdü. Sonra da qələm əhli olduğumu, cızma-q... | ANL |
“Naxçıvan folkloru antologiyası”nın II cildi işıq üzü görüb. “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamla təsdiqlənən Tədbirlər planına əsasən hazırlanmış “Naxçıvan folkloru antologiyası”nın ikinci cildi çapdan çıxıb. Nəfis tərtibatda çap olu... | ANL |
Müdriklik, Yetkinlik, bütövlük... Həqiqəti çılpaq görmək lazımdır, qoy yalan paltarla bəzənsin! O, min beş yüz illik şeirimizin iki Sabirindən biridir: əvvəl incə yumorla, ironiya ilə millətə xitabən: Əcnəbi göydə balonlarda gəzir, Biz hələ avtomobil minməyiriz! – söyləyən Mirzə Ələkbər söz meydanında at səyirtdi. Sonr... | ANL |
VƏ YA MÜQƏDDƏS NEMƏTƏ, MİSİLSİZ MƏNƏVİ DƏYƏRƏ MÜNASİBƏTİMİZ... Hər gün səhər tezdən dükana çörək almağa gedərkən yolum məhəllədəki zibilləri yığmaq üçün qoyulmuş dəmir qutuların yanından keçir. İri, qara metal qutularının dəstəklərindən asılmış içərisində çörək olan salofan torbaları gördükdə məni təəccüb və təəssüf hi... | ANL |
Beynəlxalq Muzeylər Günü, Azərbaycan muzeyləri və... ... MƏDƏNİ SƏRVƏTLƏRİMİZİN SAXLANC YERLƏRİNİN DÜNƏNİNƏ VƏ BUGÜNÜNƏ BAXIŞ. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeyl... | ANL |
Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə çapdan çıxmış “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı sanballı tədqiqat əsəri ilə tanışlıqdan sonra bu qənaətə gəldim ki, biz, XX əsrin 70-ci illərindən sonra pərvəriş tapan sənət adamları çox maraqlı, dolğun və məhsuld... | ANL |
Xəzər Universitetinin 20 illiyi qeyd edilib. Dünən Xəzər Universitetində sözügedən ali təhsil müəssisəsinin yaranmasının 20 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, Xəzər Universiteti 1991-ci ildə Nazirlər Kabinetinin qəra... | ANL |
Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin açılışı olub. ELXAN SÜLEYMANOV: “SEYİD ƏZİM ŞİRVANİ VƏ ONUN QOYUB GETDİYİ ZƏNGİN İRS İNDİ DƏ DİLLƏRDƏ YAŞAYIR”. Mayın 21-də XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Seyid Əzim Şirvaninin Şamaxının Şahxəndan qəbiristanlığında qəbirüstü abidəsinin əsaslı yeni... | ANL |
Gənc yazarlara örnək yaradıcılıq. Daxilində yaratmaq eşqi duyub, yazıçılıq həvəsində olan kəslər qələm əhlinə görə ən ali zirvə sayılan yazıçılığı fəth etmək üçün ideyalar aləminin dörd mərhələsindən keçirlər. Onlar yolun başlanğıcında hər şeydən, hətta bir çox hallarda özlərinə (!) və oxuculara belə qaranlıq qalan, mə... | ANL |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Biz teatrı sevirik” adlı tədbir gerçəkləşib. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov tədbirdə iştirak edənləri salamlayıb. Gənc Tamaşaçılar Teatrında təmir-bərpa işlərindən sonra həyata keçirilən layihələr haqqında ətraflı məlumat verən d... | ANL |
Xalq yazıçısı İlyas Əfəndiyev onun adını daşıyan Elitar Gimnaziyada yad edilib. Dünən İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş xatirə tədbiri keçirilib. Tədbirdə rejissor Mərahim Fərzəlibəyov, aktyorlar İlham Əsgərov, Əjdər Həmi... | ANL |
Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işlədiyi “Azərbaycan” qəzetinin iyun ayının 4-dəki növbəti letuçkasından danışırdıq. Sözarası dedim ki: – Məmməd müəllim, həmin gün sizin doğum gününüzdür, yəqin Baş redaktorunuz, Bəxtiyar müəllim, bunu nəzərə alıb sizi təbrik də edər. Bu sözü Məmməd müəllim, heç də hər ... | ANL |
Oxuculara “özəl poçtdan məktub” var. Xalqımızın görkəmli yazıçılarının zamanın tələblərinə cavab verən, yeni gənc nəslin milli ruhda tərbiyələnməsində mühüm rol oynayan əsərlərinə bu gün həmişəkindən də çox mənəvi ehtiyac var. Bu xüsusda, yaradıcı, ziyalı qadınlarımızın yaradıcılığını, fəaliyyətini yada salmaq, canlı x... | ANL |
Özünü millətinə həsr edən vətən sevdalısı – Doktor Cavad Heyət. Bu gün bütün dünyada və Azərbaycanın hər iki tayında yaşayan Azərbaycan türklərinin adını qürurla çəkə biləcəyi və bütün dünyaya öyünclə nişan verə biləcəyi bir şəxsiyyət var. Xalqı və mötəbər ziyalılar tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu”, “Hər iki... | ANL |
Qəbələdə Oljas Suleymenovun 75 illik yubileyi qeyd olunub. Qəbələ şəhərindəki “Qafqaz Riverside” otelində Qazaxıstanın və türk dünyasının məşhur şairi, yazıçısı, alimi və dövlət xadimi Oljas Suleymenovun 75 illik yubileyi və onun “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təntənəli tədbir keçirilib. APA-nın yerl... | ANL |
Göyçayda Rəsul Rza Mükafatının təqdimetmə mərasimi olub. Mayın 21-də Beynəlxalq Rəsul Rza Mükafatının təqdim edilməsilə bağlı xalq şairinin anadan olduğu Göyçayda tədbir keçirilib. Rəsul Rza Muzeyində təşkil edilən tədbir əsl poeziya bayramı kimi gerçəkləşib. Rayon ziyalıları, ictimaiyyət nümayəndələri, Bakıdan və başq... | ANL |
H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “İyirmi ildən sonra” adlı pyesi əsasında hazırladığı tamaşanı teatrsevərlərə təqdim edib. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun müasir melodram kimi təqdim etdiyi əsərdə hadisələr p... | ANL |
“Azərbaycan”ın növbəti sayı. “Azərbaycan” ədəbi-bədii jurnalının daha bir sayı işıq üzü görüb. Jurnalın bu sayının ilk səhifələrində mərhum şair İsa İsmayılzadənin 70 illik yubileyinə həsr olunan, Arif Əmrahoğlunun qələmə aldığı “Qələmin altında ölüm titrəyir” başlıqlı məqaləsi və İ.İsmayılzadənin “Gözləyin, dünyaya qa... | ANL |
Mayın19-da Moskvadakı Millətlər Evinin böyük zalında ustad Aşıq Ələsgərin anadan olmasının 190 illiyilə bağlı təntənəli tədbir keçirilib. Yubiley tədbiri “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin birgə təşəbbüsüylə təşkil olunub. ... | ANL |
“BAŞ KOMANDAN BU DÜNYADAN YAVƏRSİZ GEDƏ BİLMƏZ”. Atatürkün xəstəliyi şiddətlənmişdi. O, fiziki cəhətdən çox dəyişmişdi. Sifətinə baxanda varından yox olurdun. Atatürkün halı fəna idi. İş-gücdə olduğu vaxtlarda çəkisi 76 kiloqram olduğu halda yatağa düşəndən bəri tədricən çəkisi azalmışdı. Zəifləmiş, rəngi solmuşdu. Elə... | ANL |
“Cümhuriyyətin süqutu xarici faktorların təsiri altında baş verdi”. MUSA QASIMLI: “AZƏRBAYCAN XALQI DÖVLƏTQURUCU, DÖVLƏT YARADICI BİR XALQDIR VƏ ONUN MÜSTƏQİLLİYİ DAİMİ OLACAQ”. Hər bir millətin müstəqilliyinin yolu milli oyanışdan keçir. Milləti oyandırmaq, ona doğru-dürüst yol göstərmək, milli ideologiyanın əsas isti... | ANL |
Bizdən ayrılanlar. Əməkdar jurnalist Məmməd Məmmədovun əziz xatirəsinə. Ömür boyu qazandıqlarımız itirdiklərimiz boydadır... Azərbaycan mətbuatına, elminə və ictimaiyyətinə yeni bir itki üz verdi. Bu dəfə də Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycanın və Naxçıvan MR-in əməkdar jurnalisti, tarix üzrə fəlsəfə dokto... | ANL |
Gənc yazar Bakı Atatürk Liseyinin birincisi oldu. SƏFİR HULUSİ KILIÇ: “MİRBƏHRAM ƏZİMBƏYLİ YAXINDAN TANIDIĞIM VƏ DÜNYAGÖRÜŞÜ İLƏ SEÇİLƏN GƏNC YAZARDIR”. May ayının 23-də Bakı Atatürk Liseyinin təşkilatçılığı ilə Səməd Vurğun adına Rus Dram Teatrında 28 may – Azərbaycanın Müstəqillik Günü və 11-ci sinif başa vuran şagir... | ANL |
Müasir Azərbaycan dramaturgiyası haqqında məruzə dinlənilib. Ötən gün Yazıçılar Birliyinin “Natəvan” klubunda tənqidçi Əsəd Cahangirin müasir Azərbaycan dramaturgiyasına həsr olunmuş məruzəsi dinlənilib. Tənqidçi bu zaman ərzində güclü yeniləşmə getdiyini və yazıçıların öz əsərlərini daha real və təbii tərzdə yazmağa ç... | ANL |
Mərhum rəssam Fazil Əliyevin fərdi sərgisi təşkil olunub. “Qalereya 1969” Sərgi Qalereyasında mərhum rəssam Fazil Əliyevin əsərlərindən ibarət sərgi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov... | ANL |
Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Çində Azərbaycanın 28 May Respublika Günü və müstəqilliyin bərpasının 20-ci ildönümü ilə bağlı Azərbaycan Mədəniyyəti Günləri keçirilir. APA-nın məlumatına görə, mayın 24-də Pekin şəhərində Respublika Günü münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycanın mədəniyyət və tu... | ANL |
Ümumrespublika Satira və Qəzəl Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü münasibətilə elan olunmuş Ümumrespublika Satira və Qəzəl Müsabiqəsinin yekunu ilə əlaqədar qaliblərin mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, M. Ə. Sabir... | ANL |
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı: tədbirlər davam edir. Ulu babalarımızdan bu günümüzə gəlib çıxan və bizlərə əmanət qalan maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması, onların araşdırılıması və bu istiqamətdə gənc nəslə təbliğ olunması “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əsas məqsədidir. Bu məqsədlə ... | ANL |
Naxçıvanlı məşhur Nəcəfovlardan biri –Nəcəfqulu Nəcəfov haqqında öyrəndiklərimiz. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının 1918-1920-ci illərdə daşnak hücumlarından müdafiə olunmasında xalqımız elliklə ayağa qalxmışdı. Əli silah tutan vuruşur və imkan vermirdilər ki, azğın düşmən ayaqları Naxçıvan t... | ANL |
ADMİU-da sənətkar sayğısı. Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatları laureatı, dramaturq və ədəbiyyatşünas Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar respublika miqyasında keçirilən tədbirlər sırasına biri də əlavə olundu. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən növbəti ... | ANL |
BAŞ REDAKTOR AKİF AŞIRLI: “SABAHA ÜMİDLƏ BAXMAĞIMIZ “ŞƏRQ”İ BUGÜNƏDƏK YAŞADIB VƏ İNDİ DƏ ÜMİD EDİRİK Kİ, QƏZETİMİZ GƏLƏCƏKDƏ DAHA ÜSTÜN SƏVİYYƏYƏ YÜKSƏLƏCƏK”. Azərbaycan mətbuatı tarixində öz yeri, məxsusi dəsti-xətti olan “Şərq” qəzetinin bu gün 15 yaşı tamamlanır. “Şərq”in hər nömrəsini oxucular illərdən bəri böyük m... | ANL |
Maqnit dalğalarının yaratdığı möcüzə. BU MÖCÜZƏ BƏŞƏRİYYƏTƏ YENİ ÜNSİYYƏT SİSTEMİ VƏ ZƏNGİN SƏSLƏR PALİTRASI BƏXŞ ETDİ. Noyabrın 6-da Azərbaycanda radionun müntəzəm yayıma başlamasının 85-ci ili tamam olur. Bu münasibətlə filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının professoru Qul... | ANL |
Dünən Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un təşkilatçılığı ilə I Beynəlxalq Kukla Teatrları Festivalı start götürüb. Festivalla əlaqədar olaraq A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə m... | ANL |
Bildirişdə oxudum ki, Musa Urudun “Hər nə varsa” kitabının təqdimatı olacaq. Köhnə adətimdir. Əlimə düşən hər təzə kitabın mütləq əvvəlcə sonuncu səhifəsinə baxıram. Bu dərd təkcə Musa Urudunmu dərdidir? Bu düşmən tapdağında inləyən bütün işğal torpaqlarının Zəngəzurun, Dərəlyəzin, Qarabağın dərdidir. Musa Urudun şeiri... | ANL |
Efirdə kövrək addımlar. BU ADDIMLAR AZƏRBAYCANIN SƏS YADDAŞINI YARADARAQ, ONU YENİ MƏDƏNİYYƏTƏ VƏ FƏRQLİ CƏMİYYƏT MÜNASİBƏTLƏRİ BURULĞANINA TƏRƏF ÇƏKİRDİ. Noyabrın 6-da Azərbaycanda radionun müntəzəm yayıma başlamasının 85-ci ili tamam olur. Bu münasibətlə filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio jurnali... | ANL |
Münaqişə bölgələrində peşəkar informasiya siyasəti: peşəkarlıq prinsiplərinə necə əməl olunur? Azərbaycanın uzun zaman cəlb olunduğu münaqişə hələ də öz həllini tapmayıb. O zamandan bəri tərəflər arasında sülhün əldə olunması üçün danışıqlar aparılır. Müxtəlif beynəlxalq təşkilatlar regionda sülh yaratmaq istiqamətində... | ANL |
Gördüyümüz teleseriallar və ya Azərbaycan teleməkanının serial mənzərəsi. Keçən əsrin sonunda, “sabun operaları”nın dəbə mindiyi bir vaxtda sovet televiziyaları seriallarda olan açıq-saçıq səhnələri, azadlığı və sərbəstliyi ilə seçilən qəhrəmanların həyatını nümayiş etdirməkdə tərəddüd edirdi. Birbaşa dövlətin nəzarəti... | ANL |
Azərbaycan-Türkiyə münasibətləri: dostluq və qardaşlıq əlaqələri davam və inkişaf edir. 1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua inqilabı Azərbaycanın da həyatında mühüm dəyişikliklərin başlanğıcını qoydu. 1918-ci il aprelin 25-də Bakı Kommunasının yaranması ilə Bakı və onun ətrafı bolşeviklərin əlində olduğu... | ANL |
Dünyanın məhvi onun ölümündən sonra başlayacaq. Azərbaycanda məşhur olan bu məsəl nahaq yerə deyilməyib. Zəhmət çəkən adamın sonda bala layiq görülməsi balın qiymətli bir qida növü olduğunu az-çox bəlli edir. Lakin nəzərə alsaq ki, ölkəyə gələn xarici turistlərin əksəriyyəti “şirin sirop” adlandırdıqları balı hardan əl... | ANL |
“Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” mövzulu simpozium keçirilib. Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” mövzusunda beynəlxalq elmi simpozium təşkil edilib. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları... | ANL |
Cənubi Qafqaz ədiblərinin yaradıcılığı bir almanaxda. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Avropa Birliyinin maliyyələşdirdiyi “Öjnıy Kavkaz” almanaxının təqdimat mərasimi gerçəkləşib. Rus dilində çıxan nəşrin təqdimatında yazıçı, “Ulduz” jurnalının baş redaktoru, sözügedən almanaxın Azərba... | ANL |
“Əfsanələr paytaxtı”nın həqiqətləri. HƏQİQƏT VƏ ƏFSANƏ, YAXUD TARİXİ YADDAŞ ENERJİSİNİN XİLASKAR GÜCÜ. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qafqazın ilkin yaşayış, sivilizasiya ocaqlarından olan 2300 yaşlı Şabran şəhərinin “... | ANL |
Efirdə yeni mədəniyyət qığılcımları. (Əvvəli ötən saylarımızda). İlk addımlarını atan Azərbaycan radiosunun efirində bir tərəfdən və sovet ideologiyası və sosializm yarışı təbliğ olunurdusa, digər tərəfdən musiqi və teatrla sıx bağlı olan yeni mədəniyyətin işartıları duyulurdu. Azərbaycanda radionun müntəzəm yayıma baş... | ANL |
Bu yaxınlarda görkəmli şair, dramaturq və publisist Hidayətin Özbəkistanın “Mənəviyyat” nəşriyyatında “Dağlar nəğməsi” şeirlər kitabı işıq üzü görüb. Kitabı Azərbaycan ədəbiyyatından çoxlu tərcümələr etmiş istedadlı şair Osman Kuçkar özbəkcəyə uyğunlaşdırıb. Nəfis şəkildə çap olunmuş şeirlər toplusuna Özbəkistanın Xalq... | ANL |
Yenilənən Ağcabədi. Elinə-obasına bağlı bir insan kimi, Ağcabədi camaatının bizə olan sevgisi, hörməti, həmçinin qarşılıqlı münasibətlər burada olan xeyir-şər məclislərində iştirakımızı üzərimizə düşən bir haqqa çevirib. Məhz buna görə də, bəzən ayda 2-3 dəfə Ağcabədiyə gedir və insanların xeyir-şər məclislərində iştir... | ANL |
85 yaşa kiçik hədiyyə... İnsanın ətrafında da doğma adamlar olur ki, onların işi, fəaliyyəti barədə düşünəndə bir qürur hissi keçirirsən və fəxr edirsən ki, ömrünün varlığının sənin də həyatına, sənin də ömrünə dəxli var. Mən Saleh müəllimi – 85 yaşı tamam olan, həyatı keşməkeşlərlə dolu, amma heç vaxt ömründən gileylə... | ANL |
Mirzə İbrahimovun Naxçıvanda redaktorluq fəaliyyəti. GÖRKƏMLİ ƏDİBİN ZƏNGİN YARADICILIQ BİOQRAFİYASINDA NAXÇIVANDA NƏŞR ETDİYİ “SÜRƏT” VƏ “ƏDƏBİYYAT” QƏZETLƏRİNİN ÖZÜNƏMƏXSUS YERİ VAR. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mirzə İbrahimov çoxcəhətli ədəbi fəaliyyəti ilə ədəbiyyat tariximizdə xüsusi yer tu... | ANL |
Müqəddəs yalan. (“Gəncliyimiz İspaniyadan qısa reportaj”). ...Məzahir Əhmədoğlu haqqında qeydlərimi sahmana salarkən Nazim Hikmətin bu misraları qəfil hardan gəlib düşdü yadıma? Heç özüm də bilmirəm. Amma səbəbini bilmək üçün “yaddaşı araşdırıb”, beynimi çox qurdalamağa girişmədim; dağa-daşa düşməyə nə hacət? Onsuz da ... | ANL |
Noyabrın 8-də Azərbaycanın tanınmış jurnalistlərindən biri, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun 40 yaşı tamam olur. Həmkarımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik edir və əməkdaşımızın onunla hazırladığı müsahibəni təqdim edirik. Mən özümdə bunu hiss eləmirəm. Lap çözələsək razılaşıram ki, 25... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçiSamir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Cəmiyyəti-xeyriyyə rəisinin izahla... | ANL |
Ora qədər hər şey problemsiz ötüşdü. İndi bircə qalırdı proqram üzrə hərəkət etmək. Amma mənim içimdə nəsə qəribə bir nigarançılıq vardı. Siqareti-siqaretə calayır, nigarançılığımın, narahatlığımın səbəbini tapmağa çalışırdım. Sözün düzü, bu hiss mənim içimi bürüyəndə,nəyin məndə bu duyğunu oyatdığı barədə düşünmədim. ... | ANL |
ORALARDA KİMLƏR VAR: TOFİQ HÜSEYN. MƏNİM YAZIMLA BİTƏN KİTAB. Amma bu yazı təkcə ona görə yazılmır. Bu yazının yazılması üçün vəsilə olan başqa şeylər də var. Məsələn, şair Tofiq Hüseyinlə (bu soyadı yazan kimi Tofiqin kitabının üz qabığına baxıram ki,düz yazdım ya yox, görürəm ki, Hüseyin sözü mənim yazdığım kimi yox,... | ANL |
(Başlanğıcı qəzetimizin ötən şənbə sayında). Tarix üçün ən maraqlı sual-cavablardan biri budur: “Sual: Keçmiş müsavat parlamentində rolunuz və üzv kimi keçmiş işiniz haqqında ətraflı danışın. Müsavat hökuməti hakimiyyətinin devrilməsinə və Azərbaycanın sovetləşdirilməsinədək Parlamentin bütün müşavirə və iclaslarında i... | ANL |
Bayaqkı sükutu xatırlayıram... tamaşaçılar kresloların qoltuqlarından bərk-bərk yapışıblar... səhnəyə tərəf gərilərək, sehrlənmişlər... Son iyirmi ildə ilk dəfəydi mən tamaşaçı zalını bu halda görürdüm... Yanaşı kresloda oturan tələbə qızın, içini çəkərək, ağlamağı məni reallığa qaytardı... Tamaşaçıların ayaq üstə alqı... | ANL |
Efirin səs yaddaşı. BU YADDAŞ QATLARINDA YALNIZ DÜNƏNİN VƏ BUGÜNÜN CİZGİLƏRİNİN HARMONİK UYUŞMASI RADİONUN SABAHINA ÜMİDLƏ BAXMAĞA ƏSAS VERƏ BİLƏR. Azərbaycanda radionun müntəzəm yayıma başlamasından 85-ci il keçir. Radio necə və hansı şəraitdə fəaliyyət göstərib, onun ilk dönəmləri necə olub, burada kimlər çalışıb, ef... | ANL |
Azərbaycanımızın tarixi hadisələrini – erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətləri, qədim Oğuz ellərinin tərkib hissəsi olan Qərbi Azərbaycan torpaqlarının düşmən tərəfindən işğal olunması faktının, adət – ənənələrimizin gələcək nəsillərə çatdırılması ədəbiyyatımız, ədəbiyyat nümayəndələrimiz qarş... | ANL |
Sözün əsl və həqiqi mənasıda İnsan olan Aslan müəllim sovet sisteminin yetişdirməsi, nomenklatura nümayəndəsi, uzun illərin partiya-sovet işçisi olmasına baxmayaraq, o vaxtın və elə indinin özündə yüksək titullu bir sıra vəzifə sahiblərinə müəssər olmayan saflığı, təmizliyi, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyə... | ANL |
Dilimizi qorumağın yolu onu köklü bilməkdən keçir. Daimi oxucusu olduğum “525-ci qəzet”in 26 oktyabr tarixli sayında orta məktəb müəllimi İsa Musayevin “Dilimizi qoruyaq” başlıqlı yazısı diqqətimi çəkdi. Bütövlükdə yazının məramını, “kompakt”, “evakuasiya” kimi özgə sözlərin yerinə dilimizdə olan “sıx”, “köçürülmə” söz... | ANL |
Bakıda I Beynəlxalq Kukla Biennalesi olub. Muzey Mərkəzində Bakıda keçirilən beynəlxalq kukla teatrları festivalı çərçivəsində təşkil olunan I Beynəlxalq kukla biennalesinin açılış mərasimi gerçəkləşib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin “2009-2019-cu illərdə Azər... | ANL |
Rəbiyyət Aslanova: “Qarabağın inkişafına yönələcək maliyyə və digər məsələlər Azərbaycan dövləti tərəfindən artıq müəyyən olunub”. Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır. – Rəbiyyət xanım, Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağa ən yüksək statusun verilməsini bildirir. Lakin ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçiSamir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). “Qardaş köməgi” nəşri münasibətil... | ANL |
Balaca, cürüppə bir uşaq idi. Kimsə bilmirdi gələcəyi nə olacaq. Amma burası bir həqiqətdir ki, insanın gələcək həyat yolunun müəyyənləşməsində hansısa bir təkanın rolu böyükdür. Belə bir təkan Sadığın həyatında 2-ci dünya savaşından bir xeyli əvvəl olmuşdu. O zamanlardı ki, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Mirz... | ANL |
İSMAYIL KADARE KİMDİ. İsmayıl Kadare Tirana universiteti tarix və filoloji fakültəsində, sonra da Moskvadakı Qorki ədəbiyyat institutunda təhsil alıb.Yazarın əsərləri 40-dan artıq dilə tərcümə olunub.Nobel mükafatına namizəd olaraq dəfələrlə adı keçib.İlk kitabı “Reklamsız şəhər”dir. İsmayıl Kadare, son dərəcə maraqlı ... | ANL |
İçəridən baxış. Hörmətli cənab sədr! Hörmətli həmkarlar, xanımlar və cənablar! Amma bəzi həmkarlarımın məndən bir az əvvəl, indi isə mənim bu zalda, sizin qarşınızda müxtəlif mövzular və ədəbi janrlarla bağlı məruzə üçün yenidən dayanmağımız bütün başqa şeylər kimi bu deyimin də şərtiliyini göstərir. İndiki konkret hal... | ANL |
Çingiz Hüseynov: “Son illərdə həm rus, həm də Azərbaycan ədəbiyyatında gedən proseslər bir-birinə çox bənzəyir”. ...Sabah Çingiz Hüseynovla görüşəcəyimizi bilirdik deyə, Pərvinlə axşamdan planlaşdırırdıq ki, səhərki görüşdə qocaman yazıçıdan həm də kiçik bir müsahibə götürək. Səhər gün vədələşdiyimiz vaxtda ona zəng vu... | ANL |
Çərçivəsiz. Əsas məsələ budur: İnsanı ifadə edən sözü tapmaq! Haqqında yazmaq, danışmaq, tənqid etmək, sağlıq demək, mədhiyyə söyləmək insanı ifadə edən sözü tapıb deyə bilmək deyil hələ... Bununçün insanın ardınca, izinə – sözünə düşüb getmək yox, izinin – sözünün keçdiyi yolu qayıtmaq lazımdır.Allah eləsin, əliboş – ... | ANL |
Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Fizuli Hüseynov olub. – “Təhminə” filmindən sonra Sizi daha çox Spartak kimi tanıyırlar. Dəfələrlə fikirləşmişəm ki, bu rolu başqa bir aktyor oynasaydı, o da beləmi tanınacaqdı? Çünki filmdə Sparta... | ANL |
...Xalq artisti Alim Qasımov haqlı olaraq Azərbaycan muğamının ən müqtədir ifaçılarından biri sayılır. Dünyanın “La Mond”, “Tayms”, “Frankfurter Algemayne Saytunq” kimi ən nüfuzlu qəzetləri onun Mərkəzi Asiyada, ABŞ-da, Avropada, Yaponiyada dinləyiciləri valeh edən ecazkar və ovsunlu səsi, orijinal ifa tərzi haqqında ç... | ANL |
Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb. Millət vəkili Qənirə Paşayevanın yeni kitabı çıxıb. APA-nın məlumatına görə, “Onun sevgi məktubları” adlı epistolyar roman Q. Paşayevanın yazdığı ilk bədii əsərdir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti q... | ANL |
Kimdir qatil? “Biz bu Vətəni, o görünən dağları, meşələri, o göy üzünü, bu dağların bulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. O, peşəkar hərbçidir, polkovnikdir, əsgərlərinə yüksək təlim-tərbiyə verən və öz oğlu bilən qayğıkeş, tələbkar, vəzifəsinə məsuliyyətlə yanaşan Rəis, Vətəndaş, İnsan, Kişi, Atadır. Müə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.